Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-209/2023 03.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Hüseyn Aida Əli qızı və Qurbanov Raqib Əliddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, İddiaçı2, iddiaçının nümayəndəsi və vəkili X1 iştirakları ilə, İddiaçı2 Cavabdeh qarşı 49352,0 manat pulun tutulması və digər tələblərinə dair kommersiya mübahisəsi üzrə daxil olmuş iddiadan qismən imtina barədə iddiaçının ərizəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı2 Cavabdeh qarşı icarə müqaviləsinin ləğv edilməsi, həmin müqavilə üzrə öhdəliklərə xitam verilməsi, soyuducu dondurma, soyuducu şkaf (dolab), şarp markalı soyuducu, soyuducu stol – 1 ədəd, pletka elektrik peçi, qaz peçi, rəfli şirniyyat peçi (Veka İtaliya ist.), tərəzi 4 ədəd, elektron tərəzi (satış üçün), metel araba - 1 ədəd, metel arabanın podnosları, səs gücləndirici 4 ədəd, musiqi aparatı - 1 ədəd, su dispenseri - 1 ədəd, əl qurutmaq üçün fen - 1 ədəd, hamam şkafı – 1ədəd, kassa aparatı Merkuri, mətbəx üçün stol mebel dəsti - 1 ədəd, mətbəx üçün stul – 18 ədəd, mətbəx mebeli 3 hissədən ibarət (alt, üst və yan hissə ilə birlikdə) - 1 ədəd metrx, satış üçün vitrin – 2 (soyuduculu), mikrovannovka – 1 ədəd, mikser xəmirqarışdıran 30 litrlik və əlavə altlıqla – 1 ədəd, şirniyyat üçün podnos – 24 ədəd, şkaf 1 ədəd, manti qazanı (nerjaveyka) 1 ədəd, bulud – 8 ədəd, boşqab - 30 ədəd, FS yazılı şirniyyat qutuları qulplu tort üçün - 300 ədəd, FS yazılı şirniyyat qutuları qulplu tort üçün - 300 ədəd, FS yazılı şirniyyat qutuları qulplu tort üçün - 300 ədəd, tort üçün şirniyyat qutuları 40*40 - 50 ədəd, tort üçün şirniyyat qutuları 40*50 - 50 ədəd, tort üçün şirniyyat qutuları 40*60 - 50 ədəd, tort üçün şirniyyat qutuları 30*30 - 50 ədəd, tort üçün şirniyyat qutuları paxlava üçün - 200 ədəd, künc divanı - 2 ədəd, Ariston - 1 ədəd, şüşə stol – 1 ədəd, akvarium qara şüşəli – 5 ədəd, Mitsubişi markalı kondisioner 100 kv.m-lik – 1 ədəd, nəzarət kameraları - 10 ədəd, nəzarət kameralarının video yaddaş aparatı - 1 ədəd, musiq kalonkaları - 6 ədəd, televizor 102 ekran (Sony LC markalı) – 2 ədəd, televizor 56 ekran (Samsunq markalı) – 1 ədəd, plasmas qablar üçün vitrin - 15 ədəd, mətbəx avadanlığı olan elektrik ətçəkən maşın - 1 ədəd, qazan dəsti – 6 ədəd, soğandoğrayan – 2 ədəd, kofemolka – 3 ədəd, malçipan – 20 ədəd, krem şanti - 20 ədəd, şirniyyat üçün zərlər, əlavə qidalar (muncuq, çiçəklər və.s), şirniyyat üçün şamlar (ad günləri və.s), fişənglər, rəqəmlər, həriflər, lentlər və s., şirniyyat üçün yağlı kağızlar - 150 ədəd, ədviyyatlar (sarıkök, duz, pul bibər, qara və qırmızı istiotlar, sumax, çörək otu, ağqara küncüt və s.), Hil 1 kq-lıq - 5 ədəd, streç bağlama paket - 10 ədəd, tavan üçün el-ik lampası - 100 ədəd, qaz sayğacı 6 minlik - 1 ədəd, qaz sayğacının çəkilişinə sərf olunan xərc, plasmas qapı və pəncərə şüşəli 48,0 kv.m, 3 fazalı elektrik naqili 200 metr olmaqla elektrik xəttinin çəkilişinə və xarab olmuş ərzaqlara (xəmir mayası Pak Maya və Yaş maya, Xama 20%-lik Ramaşka – 50 ədəd, Yumurta 2 qutu (48 list x 30 ədəd) – 1140 ədəd, Final duru yağ 2 litrlik – 24 ədəd, yağ ANKOR 5kq-lıq – 5 ədəd, yağ TURÇİNİA 5 kq-lıq - 5 ədəd, Un (karmen) - 2 kisə, Şəkər tozu - 2 kisə, süd - 2 karobka, qabartma tozu – 10 qutu, vanil tozu - 10 qutu, şirniyyat üçün jele - 20 qutu qatılaşdırılmış süd - 2 ədəd) və əşyalara sərf olunan xərcin iddiaçıya qaytarılması, maddi zərərin əvəzi olaraq 23.000 manat, əldən çıxmış faydanın və işgüzar nüfuza vurulmuş zərərə görə 26000 manatın və ödənilmiş dövlət rüsumuna görə 352 manatın, cəmi 49352,0 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-2944/2022 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-2944/2022 nömrəli qətnaməsinin iddianın təmin edilməyən hissədə ləğv edilərək dəyişdirilməsi və həmin hissədə tələbin tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə iddiaçı məhkəməyə ərizə təqdim edərək iddiadan qismən imtina etdiyini bildirmiş və həmin hissədə iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İşə apellyasiya qaydasında baxılması sonuncu dəfə xx.xx.2023-cü il tarixə təyin edilmiş, İddiaçı2 məhkəmə iclasında verilmiş iddiadan imtina ərizəsini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının ərizəsinə baxaraq hesab edir ki, ərizə təmin edilməldir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. 52.2-ci maddəyə əsasən savabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 52.5-ci maddə-iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. 370.1-ci maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Məhkəmə tərəfindən iddiaçıya iddiadan imtina edilməsinin prosessual nəticələri izah edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının iddiadan qismən imtinası üçüncü şəxslərin hüquqlarını pozmadığından qəbul edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-2944/2022 nömrəli qətnaməsi qismən ləğv edilərək iddiaçının cavabdehdən xx.xx.2023-cü il tarixli akta əsasən qaytarılmış soyuducu dondurma, pletka elektrik peçi, rəfli şirniyyat peçi (İtaliya ist.), mətbəx üçün stol mebel dəsti - 1 ədəd, satış üçün vitrin – 2 ədəd (soyuduculu), vitrin – 2 ədəd, mikser xəmirqarışdıran 30 litrlik və əlavə altlıqla – 1 ədəd, şirniyyat üçün podnos – 24 ədəd, künc divanı - 2 ədəd, nəzarət kameralarının video yaddaş aparatının - 1 ədəd Cavabdeh alınaraq İddiaçı2 verilməsi hissəsində iddia tələbi üzrə icraata icraatına xitam verilməlidir. Məhkəmə kollegiyası şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 263-264, 369, 400 və 405-ci maddələrini rəhbər tutaraq, qərаrааldı: İddiaçı2 iddiadan qismən imtinası qəbul edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-2944/2022 nömrəli qətnaməsi qismən ləğv edilsin. İddiaçı2 cavabdehdən xx.xx.2023-cü il tarixli akta əsasən qaytarılmış soyuducu dondurma, pletka elektrik peçi, rəfli şirniyyat peçi (İtaliya ist.), mətbəx üçün stol mebel dəsti - 1 ədəd, satış üçün vitrin – 2 ədəd (soyuduculu), vitrin – 2 ədəd, mikser xəmirqarışdıran 30 litrlik və əlavə altlıqla – 1 ədəd, şirniyyat üçün podnos – 24 ədəd, künc divanı - 2 ədəd, nəzarət kameralarının video yaddaş aparatının - 1 ədəd Cavabdeh alınaraq ona verilməsinə dair iddia tələbi üzrə icraata icraatına xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Azərbaycan Respublikası Ali Məhkəməsinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-2(103)-209/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-209/2023
03.05.2023 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver