Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-211/2024 08.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Hüseynin sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışova və Raqib Əliddin oğlu Qurbanovdan ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İddiaçı "xxxx" MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı “cərimənin tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 4794/2023 saylı, 25 oktyabr 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı "xxxx" MMC cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli podrat müqaviləsinin ləğv olunması, cavabdeh "xxxx" MMC-nin Bakı şəhəri, Nəsimi rayonu, C.Hacıbəyli, Ş.Əzizbəyov, M.Qaşqay və S.Əsgərova küçələrinin kəsişməsində yerləşən, iddiaçı "xxxx" MMC-nin icarəsində olan 3301 kv.m torpaq sahəsindən çıxarılması, həmin sahənin "xxxx" MMC-yə təhvil verilməsi və "xxxx" MMC-dən 5.000.000 manat məbləğində cərimənin, ilkin mediasiya sessiyasının keçirilməsinə görə ödənilmiş 400 manat və dövlət rüsumu kimi ödənilmiş 2.890 manat pulun tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli podrat müqaviləsinə əsasən podratçı "xxxx" MMC öz maliyyə vəsaiti hesabına sifarişçi "xxxx" MMC-nin icarəsində olan Bakı şəhəri, Nəsimi rayonu, C.Hacıbəyli, Ş.Əzizbəyov, M.Qaşqay və S.Əsgərova küçələrinin kəsişməsində yerləşən 3301 kv.m torpaq sahəsində Bakı şəhəri İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli 04 saylı tikintiyə icazəyə əsasən 1-ci blok, 1 girişli, 2 mərtəbəli qaraj və “0” səviyyəsindən yuxarı, texniki mərtəbə xaric 18 mərtəbəli yaşayış binasını tikib müqavilə ilə müəyyən edilmiş şərtlər daxilində istifadəyə verməyi, sifarişçi isə müqavilənin 1.3 bəndində göstərilən sahələr və hissələr çıxılmaqla qalan bütün hissə və sahəni görülmüş işlərin muzdu olaraq natura şəklində podratçının mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Podratçı podrat müqaviləsinin 1.2, 2.1.1 və 2.1.2 bəndlərinə əsasən müqavilə qüvvəyə mindiyi gündən 6 ay ərzində sakinlərin köçürülməsi, tikintiyə hazırlıq işlərinin görülməsi də daxil olmaqla binanın özülünün qazılıb qaraj mərtəbəsinin tikintisinə başlamalı, müqavilə qüvvəyə mindiyi gündən 36 ay ərzində binanı tam olaraq tikib təhvil verməli olduğu halda müqavilə ilə müəyyən olunmuş müddətlərin başa çatmasına baxmayaraq öhdəliyini icra etməmişdir.
3. Daha sonra iddiaçı iddia həcminin azaldılması barədə ərizə verərək tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli podrat müqaviləsinin ləğv olunması və "xxxx" MMC-dən 5.000.000 manat cərimənin, ilkin mediasiya sessiyasının keçirilməsinə görə ödənilmiş 400 manat və dövlət rüsumu kimi ödənilmiş 2.890 manat pulun tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il qərardadı ilə iş üzrə icraata xitam verilmişdir.
5. İddiaçı "xxxx" MMC məhkəməyə şikayət ilə müraciət edərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadının ləğv olunması və işin mahiyyəti üzrə baxılması barədə qərardad çıxarılmasını xahiş etmişdir.
6. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadından iddiaçı "xxxx" MMC tərəfindən verilmiş şikayət təmin edilməmiş və şikayət işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
7. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)-257/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçı "xxxx" MMC tərəfindən verilmiş şikayət qismən təmin edilmiş, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-5129/2022 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 21 dekabr 2022-ci il tarixli qərardadı qismən, yəni iddiaçı "xxxx" MMC tərəfindən irəli sürülmüş cavabdeh "xxxx" MMC-dən ******* manat cərimənin tutulmasına dair iddia tələblərinə iş üzrə icraat xitam verilməsi hissəsində ləğv edilmiş, həmin hissədə işə mahiyyəti üzrə baxılması üçün iş materialları birinci instansiya məhkəməsinə göndərilmişdir.
8. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(102)- 327/2023 saylı, 31 may 2023-cü il tarixli qərarı ilə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 31 yanvar tarixli 2-2(103)-257/2023 saylı qərardadı mübahisələndirilən hissədə (iş üzrə icraata xitam verilməsi hissəsində) ləğv edilmiş, iş həmin hissədə növbəti prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmışdır.
9. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)-643/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli, e-2-2(113)-5129/2022 nömrəli qərardadından iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin verdiyi şikayət təmin edilmiş, Bakı Kommersiya Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli, e-2-2(113)-5129/2022 nömrəli qərardadı ləğv edilmiş və iş materialları baxılması üçün birinci instansiya məhkəməsinə göndərilmişdir.
10. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4794/2023 saylı, 25 oktyabr 2023cü il tarixli qərardadı ilə iddiaçı "xxxx" MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı xx.xx.2019-cu il tarixli podrat müqaviləsinin ləğv olunması tələbinə dair hissədə kommersiya mübahisəsinə dair iş üzrə icraata xitam verilmişdir.
11. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4794/2023 saylı, 25 oktyabr 2023cü il tarixli qətnaməsi ilə iddia cərimənin tutulması hissəsində rədd edilmişdir.
12. İddiaçı "xxxx" MMC apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv olunması və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
a) Apellyasiya şikayətinin dəlilləri
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, podrat müqaviləsinin 5.1 bəndinə görə müqavilənin icra müddətinin 36 ay olduğunu nəzərə alaraq öhdəliklər podratçının təqsiri üzündən vaxtında tam yerinə yetirilmədikdə podratçı sifarişçiyə ******* manat cərimə ödəməlidir. Podratçı (cavabdeh) podrat müqaviləsinin 2.1.1 bəndinə əsasən üzərinə götürdüyü müqavilə qüvvəyə mindiyi gündən 6 ay müddətində, yəni xx.xx.2020-ci ilədək əhalinin köçürülməsi, tikintiyə hazırlıq işlərinin görülməsi də daxil olmaqla binanın özülünün qazılıb qaraj mərtəbəsinə başlamaq öhdəliyini yerinə yetirməyib və podrat müqaviləsi bağlandığı günədək sifarişçi tərəfindən köçürülmüş sakinlərə podrat müqaviləsi bağlandığı gündən sonra verməli olduğu kirayə haqqını ödəməyib. İ instansiya məhkəməsi belə hesab edib ki, tikinti işlərinin başlanması üçün zəruri olan sənədlər, o cümlədən “Tikintiyə nəzarət jurnalı” cavabdehə verilmədiyi üçün o, öz öhdəliyini icra edə bilməyib. Halbuki podratçının müqavilənin 2.1.1 bəndində göstərilən müqavilə qüvvəyə mindiyi gündən 6 ay müddətində əhalinin köçürülməsi və onlara kirayə haqqının ödənilməsi öhdəliyinin icrası həmin sənədlərdən asılı deyil. Lakin məhkəmə bunu nəzərə almamışdır. Hazırkı iş üzrə İ instansiya məhkəməsinin istinad etdiyi Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci iltarixli qətnaməsində cavabdehin podrat müqaviləsinin 2.1.1 bəndinə əsasən üzərinə götürdüyü öhdəliyin müqavilənin yalnız ilk 6 ayı ərzində, yəni xx.xx.2020-ci ilədək icra edilməməsində təqsirinin olmadığı müəyyən olunub. Bu isə müqavilə müddətinin sonrakı mərhələsində (xx.xx.2020-ci ildən xx.xx.2020-ci ilədək) icra edilməli olan öhdəliklərin cavabdeh tərəfindən pozulmamasına həmin qətnamədə qiymət verilməsi kimi qəbul oluna bilməz. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinin elan olunduğu tarixdə hazırkı (ikinci) iddianın faktiki əsası kimi istinad olunan cavabdehin podrat müqaviləsinin 1.2 və 2.1.2-ci bəndlərində göstərilən öhdəliyinin (müqavilə qüvvəyə mindiyi gündən 36 ay ərzində binanı tam olaraq tikib təhvil vermək öhdəliyinin) icra müddəti (xx.xx.2022-ci il) hələ başa çatmamışdı. İş materiallarından görünür ki, podratçının müqavilənin 2.1.1 bəndində göstərilən müqavilə qüvvəyə mindiyi gündən 6 ay müddətində əhalinin köçürülməsi və onlara kirayə haqqının ödənilməsi öhdəliyinin pozulması müqavilənin ilk 6 aydan sonrakı mərhələsində də müqavilə müddərinin sonuna qədər, yəni xx.xx.2022-ci ilədək davam etmişdir. Belə olan halda Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş faktlar cavabdehin qeyd olunan öhdəliyinin müqavilə müddətinin ilk 6 aydan sonrakı mərhələsində pozulmadığını təsdiq edən sübut kimi qəbul oluna bilməz.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi və izahatında bildirdi ki, tərəflər arasında bağlanmış podrat müqaviləsinin 2.1.1-ci bəndinə əsasən cavabdeh üzərinə götürdüyü müqavilə qüvvəyə mindiyi gündən 6 ay müddətində, yəni xx.xx.2020-ci ilədək əhalinin köçürülməsi, tikintiyə hazırlıq işlərinin görülməsi də daxil olmaqla binanın özülünün qazılıb qaraj mərtəbəsinə başlamaq öhdəliyini yerinə yetirməyib və podrat müqaviləsi bağlandığı günədək sifarişçi tərəfindən köçürülmüş sakinlərə podrat müqaviləsi bağlandığı gündən sonra verməli olduğu kirayə haqqını ödəməmişdir. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, tikinti işlərinin başlanması üçün zəruri olan sənədlər, o cümlədən “Tikintiyə nəzarət jurnalı” cavabdehə verilmədiyi üçün o, öz öhdəliyini icra edə bilməyib. Halbuki, podratçının müqavilənin 2.1.1-ci bəndində göstərilən öhdəliyinin icrası həmin sənədlərdən asılı deyil. Bildirir ki, birinci instansiya məhkəməsi tərəfindən istinad edilən Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsində cavabdehin podrat müqaviləsinin 2.1.1-ci bəndinə əsasən üzərinə götürdüyü öhdəliyin müqavilənin yalnız ilk 6 ayı ərzində, yəni xx.xx.2020-ci ilədək icra edilməməsində təqsirinin olmadığı müəyyən olunub. Bu isə müqavilə müddətini sonrakı mərhələsində (xx.xx.2020-ci ildən xx.xx.2020-ci ilədək) icra edilməli olan öhdəliklərin cavabdeh tərəfindən pozulmamasına həmin qətnamədə qiymət verilməsi kimi qəbul oluna bilməz. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinin elan olunduğu tarixdə hazırkı (ikinci) iddianın faktiki əsası kimi istinad olunan cavabdehin podrat müqaviləsinin 1.2 və 2.1.2-ci bəndlərində göstərilən öhdəliyinin (müqavilə qüvvəyə mindiyi gündən 36 ay ərzində binanı tam olaraq tikib təhvil vermək öhdəliyinin) icra müddəti (xx.xx.2022-ci il) hələ başa çatmamışdı. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş faktlar cavabdehin qeyd olunan öhdəliyinin müqavilə müddətinin ilk 6 aydan sonrakı mərhələsində pozulmadığını təsdiq edən sübut kimi qəbul oluna bilməz.
16. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi və izahatında bildirdi ki, ******* manat cərimə ödəmə hissəsi ilə razı deyillər. Onlara o sənədlər verilməli idi ki, onlar işə başlasınlar. Tikintiyə başlamaq üçün lazımi sənədləri təqdim edə bilmədikləri üçün bina sakinləri ilə aralarında problemlər yaranır, müvafiq dövlət orqanlarına şikayət edirdilər. Onların qeyd olunan ərazidə podrat işlərinə başlaya bilmələri üçün tikintiyə nəzarət jurnalının təqdim olunması mühüm şərtdir. Tərəflər arasında “müqavilənin ləğv edilməsi” iddia tələbi üzrə hər üç məhkəmə instansiyasında hüquqi qiymət verilmiş, cavabdeh tərəfin iddia tələbi təmin edilməmişdir. Məhkəmələrin mövqeyinə əsasən mübahisəli müqavilənin 3.2.1 və 3.3.5-ci bəndləri sifarişçi (iddiaçı) tərəfindən icra edilmədiyindən və tikinti işlərinin həyata keçirilməsi üçün zəruri olan sənədlər podratçıya təqdim olunmadığından sakinlərin tam köçürülməsini təmin etmək və tikinti işlərinə başlamaq mümkün olmamış, müqavilə şərtlərinin podratçı tərəfindən icra edilməməsində sifarişçi təqsirli olmuşdur. Bu onu deməyə əsas verir ki, qarşı tərəf hər dəfə müqavilənin bir bəndinə istinad edərək yeni məhkəmə mübahisələrinin yaranmasına səbəb olur. Lakin artıq müqavilənin ləğv ilə bağlı məsələyə AR Ali Məhkəmə tərəfindən hüquqi qiymət verilmişdir. Bu səbəbdən onların müqavilənin 2.1.1-ci bəndində (müqavilə qüvvəyə mindiyi gündən sonra 6 ay ərzində müqaviləyə əsasən əhalinin köçürülməsi, tikintiyə hazırlıq işlərinin görülməsi də daxil olmaqla binanın özülünün qazılıb qaraj mərtəbəsinin tikintisinə başlamaq) qeyd olunan öhdəliyi yerinə yetirməməkləri üzrlü səbəb hesab edilməlidir.
TƏTBİQ EDİLƏN HÜQUQ
17. Mülki Məcəllənin 462-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
18. Mülki Məcəllənin 442.-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
19. Mülki Məcəllənin 445.5-ci maddəsinə görə əgər öhdəlik borclunun təqsiri olmadan baş vermiş halların nəticəsində icra edilməzsə, bu, gecikdirmə sayılmır.
20. Mülki Məcəllənin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 448.3-cü maddəsiə görə borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin.
21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
22. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
23. Həmin Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
24. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
25. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi əsassızdır.
26. Bakı şəhər İcra Hakimiyyəti (icarəyə verən) ilə "xxxx" MMC (icarəçi) arasında bağlanmış xx.xx.2016-cı il tarixli 1139 nömrəli torpaq icarə müqaviləsinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, C.Hacıbəyli, Ş.Əzizbəyov, M.Qaşqay və S.Əsgərova küçələrinin kəsişməsində yerləşən 3301 kv.m torpaq sahəsi 49 il müddətinə icarəçinin istifadəsinə verilmişdir.
27. "xxxx" MMC ilə "xxxx" MMC arasında bağlanmış 02 iyul 2019-cu il tarixli podrat müqaviləsinə əsasən podratçı "xxxx" MMC öz maliyyə vəsaiti hesabına Bakı şəhəri İcra Hakimiyyəti Başçısının 03 sentyabr 2015-ci il tarixli, 368 saylı sərəncamına və 15 dekabr 2015-ci il tarixli, 13146 saylı inşaat pasportuna əsasən "xxxx" MMC-nin icarəsinə verilən Bakı şəhəri Nəsimi rayonu, C.Hacıbəyli, Ş.Əzizbəyov, M.Qaşqay və S.Əsgərova küçələrinin kəsişmələrində yerləşən 3301 kv.metr torpaq sahəsində Bakı şəhəri İcra Hakimiyyəti tərəfindən verilmiş 30 may 2017-ci il tarixli, 04 nömrəli tikintiyə icazəyə əsasən 1-ci blokun, 1 girişli, 2 mərtəbəli qaraj və binanın “0” səviyyəsindən yuxarı 18 mərtəbəli (texniki mərtəbə xaric) binasını tikib bu müqavilədə müəyyən edilmiş şərtlər daxilində istifadəyə verməyi, sifarişçi "xxxx" MMC isə bu müqavilənin 1.3-cü bəndində müəyyən edilən hissələr və sahələr çıxılmaqla qalan bütün hissələrini və sahəsini görülmüş işlərin muzdu olaraq natura şəklində podratçının mülkiyyətinə verməyi öz öhdəsinə götürmüşlər. Həmçinin, podratçı torpaq sahəsində tikintisinə icazə verilmiş binanın tikintisini həyata keçirmək məqsədi ilə zəruri olan bütün işlərin görülməsini, öz vəsaiti hesabına sakinlərin köçürülməsini, onlarla danışıqların aparılmasını, onlarla razılıq əldə olunmasını, sakinlərin mülkiyyətində olan bütün mövcud tikililərin dəyərini ödənilməsini və ya onlara müvafiq ölçüdə mənzillərin verilməsini, mənzillər hazır olanadək sakinlərə kirayə və daşınma xərclərinin ödənilməsini, sifarişçi tərəfindən köçürülmüş sakinlərə veriləcək kirayə haqqının verilməsinin davam etdirilməsini, vergilər və digər dövlət rüsumlarının ödənilməsini, kommunal infrastrukturun yaradılmasını, 36 ay müddətində binanın Bakı Şəhəri İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin 18\04-174 saylı, 20 iyul 2016-cı il tarixli məktubunda göstərilmiş layihəyə uyğun tikilib təhvil verilməsini, sifarişçi isə görülən işləri qəbul edib razılaşdırılmış sahələri muzd olaraq podratçının mülkiyyətinə verilməsini təmin etməyi öz üzərlərinə götürmüşlər.
28. Həmin müqavilənin 2.1.1-ci bəndinə əsasən müqavilə qüvvəyə mindiyi gündən sonra 6 ay ərzində müqaviləyə əsasən əhalinin köçürülməsi, tikintiyə hazırlıq işlərinin görülməsi də daxil olmaqla binanın özülünün qazılıb qaraj mərtəbəsinin tikintisinə başlamaq; 2.1.2-ci bəndinə əsasən müqavilə qüvvəyə mindiyi gündən 36 ay ərzində binanın tam oiaraq tikilib təhvil verilməsini təmin etmək podratçının əsas vəzifələrinə aid edilmişdir.
29. 3.3.5-ci bəndində Nəzarət Jurnalının tikinti-quraşdırma işlərinə başlamazdan 10 gün əvvəl açılması ilə bağlı sənədləşdirmə işlərini öz vəsaiti hesabına həyata keçirmək sifarişçinin əsas vəzifəsi kimi qeyd edilmişdir.
30. 5.1-ci bəndinə əsasən bu müqavilənin icra müddətin 36 ay olduğunu nəzərə alaraq öhdəliklər “Podratçı”nın təqsiri üzündən vaxtında tam yerinə yetirilmədikdə “Podratçı” 5.000.000 manat məbləğində maliyyə vəsaitini “Sifarişçiyə" cərimə olaraq ödənilməsini öhdəsinə götürür.
31. Müqavilə tərəflərin imzası və möhürü ilə yanaşı notariat qaydasında da təsdiq edilmişdir.
32. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən "xxxx" MMC-yə verilən tikinti obyektinin dövlət reyestrində qeydə alınması və tikinti obyektlərinə verilən koda dair şəhadətnamədən görünür ki, Bakı şəhəri Nəsimi rayonu, C.Hacıbəyli, Ş.Əzizbəyov, M.Qaşqay və S.Əsgərova küçələrinin kəsişmələrinin əhatəsində yerləşən tikinti obyekti olan 1 girişli 18 mərtəbəli yaşayış binası (baş plan üzrə 1 saylı blok) xx.xx.2019-cu il tarixdə 001998 nömrə ilə dövlət reyestrində qeydə alınmışdır.
33. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyi Baş Dövlət Tikinti Müfəttişliyinin "xxxx" MMC-nin müraciətinə xx.xx.2021-ci il tarixli cavab məktubundan görünür ki, qanunvericilikdə nəzərdə tutulmuş qaydada tələb olunan sənədlər tam təqdim edildikdən sonra “Tikintidə Dövlət Nəzarət Jurnalı”nın verilməsi təmin edilə bilər.
34. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 3 mart tarixli 2-2(103)-115/2021 saylı qətnaməsindən görünür ki, "xxxx" MMC iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək 2019-cu il 2 iyul tarixində İK ilə arasında bağlanmış Bakı şəhəri 51 saylı notariat ofisində təsdiq edilmiş, reyestrdə 3M-946 nömrə ilə qeyd edilmiş podrat müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 24 avqust tarixli e-2-2(113)-592/2020 saylı qətnaməsi ilə iddia təmin edilmiş, podrat müqaviləsi ləğv edilmişdir.
35. "xxxx" MMC həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
36. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 3 mart tarixli 2-2(103)-115/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 24 avqust tarixli 2-2(113)-592/2020 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia rədd edilmişdir.
37. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2- 2(102)-262/2021 nömrəli xx.xx.2021-ci il tarixli qərarı ilə iddiaçı "xxxx" MMC-nin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 3 mart tarixli 2-2(103)-115/2021 saylı qətnaməsi iddiaçı "xxxx" MMC-nin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
38. Ali Məhkəmənin qərarında göstərilmişdir ki, mübahisəli müqavilənin 2.1.1-ci bəndinə görə, müqavilə qüvvəyə mindiyi gündən sonra 6 ay ərzində müqaviləyə əsasən əhalinin köçürülməsi, tikintiyə hazırlıq işlərinin görülməsi də daxil olmaqla binanın özülünün qazılıb qaraj mərtəbəsinin tikintisinə başlamaq podratçının əsas vəzifələrinə aid edilmişdir. Həmin bəndin dispozisiya şərtindən göründüyü kimi, bənddə nəzərdə tutulmuş: 1) əhalinin köçürülməsi; 2) tikintiyə hazırlıq işlərinin görülməsi; 3) binanın özülünün qazılıb qaraj mərtəbəsinin tikintisinə başlamaq vəzifələrinin hamısının yerinə yetirilməsi üçün ümumilikdə 6 ay müəyyən edilmiş, bu işlərin həyata keçirilməsinin dəqiq xronoloji ardıcıllığı müəyyən edilməmişdir. Bu, o anlama gəlir ki, həmin 3 qrup işlərin hamısı bir-biri ilə sıx bağlı olmaqla ümumilikdə və paralel olaraq 6 ay müddətində yerinə yetirilməlidir. Ona görə də bəndin icrası vəziyyətinə qiymət verərkən yalnız ayrıca bir komponentin əsas götürülməsi düzgün nəticəyə gəlmək üçün yetərli deyildir. 3 qrup vəzifənin yerinə yetirilməsinə birlikdə, əlaqəli şəkildə qiymət verilməlidir. Artıq 2 mənzilin və 1 qeyri-yaşayış sahəsinin sahibi köçürülərək onlara kirayə haqları ödənilmiş, 11 mənzilin sakinləri isə köçürülməmiş və hazırda öz mənzillərində yaşayırlar. Göründüyü kimi köçürmə işlərinə artıq başlanılmış, işlər qismən yerinə yetirilmişdir. Müqavilənin 2.1.1-ci bəndində nəzərdə tutulmuş tikintiyə hazırlıq işlərinin görülməsi, habelə binanın özülünün qazılıb qaraj mərtəbəsinin tikintisinə başlanması isə bilavasitə tikinti-quraşdırma işlərinin aparılmasını nəzərdə tutur. Lakin həmin istiqamətdə işlərə başlanılmamış və "xxxx" MMC bunu Müqavilə ilə tələb olunan sənədlərinin bir qisminin (müvəqqəti işıq və su xətlərinin çəkilməsi üçün texniki şərtlər, blok 1 yaşayış binasının konstruktiv həllinin əsli, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təsdiq etdiyi ərazinin ayrılmasına dair sənədlər, tikintinin başlanması üçün komitə tərəfindən veriləcək müvafiq kod, Nəzarət Jurnalı) "xxxx" MMC tərəfindən təqdim olunmaması ilə əlaqələndirmişdir. Müqavilənin 3.2.1-ci bəndinə görə, podratçının işin icrası ilə əlaqədar layihələri, cizgiləri, ekspert rəylərini sifarişçidən tələb etmək hüququ vardır. Əvvəla, apellyasiya instansiyası məhkəməsinin işin materiallarına əsaslanaraq qətnamədə qeyd etdiyi kimi, 117 №-li məktubdan görünür ki, "xxxx" MMC Bakı Sarayları” MMC-dən müqavilənin 3.2-ci bəndinə əsasən podrat layihəsini, cizgiləri, ekspert rəylərini və s. sənədlərin təqdim edilməsini xahiş etmişdir. "xxxx" MMC-nin isə qeyd edilən sənədləri qarşı tərəfə rəsmi təqdim etməsi işin materialları ilə təsdiq edilmir. İkitərəfli müqavilələrdə tərəflərdən birinin hüququ birmənalı olaraq digər tərəf üçün öhdəlik yaradır. "xxxx" MMC-nin rəsmi tələb edib-etməməsindən asılı olmayaraq tikintinin layihəsi, cizgisi, ekspert rəyləri və tikinti işlərinə başlanılması üçün qanunla tələb olunan digər sənədlər təqdim edilmədən tikinti işlərinin həyata keçirilməsi qanunla qadağan olunduğu üçün "xxxx" MMC həmin sənədləri "xxxx" MMC-yə təqdim etməyə borclu idi. Sakinlərin köçürülməsinin, onların əvəzinə kirayə haqlarının ödənilməsinin şifahi vədlər əsasında deyil, rəsmi müqavilələr əsasında həyata keçirilməsi normal hüquqi təcrübənin tələbidir. Şifahi vədlərlə sakinlərin öz mənzillərini tərk edərək başqa yerə köçməyə inandırılması mürəkkəb iş olmaqla yanaşı, sonradan müəyyən hüquqi problemlər də yarada bilər. Eyni zamanda, aktiv tikinti işlərinə başlanılmaması onsuz da çətin olan bu prosesi sakinlərin etimadının qazanılması baxımından daha da mürəkkəbləşdirir. Qanunla tələb edilən sənədlər olmadan isə hər hansı tikintiquraşdırma işlərinin aparılması qanunsuzdur. Göründüyü kimi, sözügedən 3 qrup işlərinin hamısı birbirilə əlaqədardır və onların hamısının uğurla və hüquqi şəkildə yerinə yetirilməsi yekun nəticədə tikintinin aparılması üçün qanunvericiliklə tələb edilən sənədlərə malik olmanı tələb edir. Odur ki, kollegiya hesab etmişdir ki, tikinti-quraşdırma işlərinə başlanılması üçün zəruri olan bütün sənədləri təqdim etmədən sifarişçinin müqavilənin 2.1.1-ci bəndində nəzərdə tutulan öhdəliklərin podratçı tərəfindən yerinə yetirilməməsinin iddia olunması ən azı ədalətsiz, hüquqi baxımdan isə əsassızdır. Qeyd edilənlərə əsasən Ali Məhkəmənin Kommersiya Kollegiyası belə qənaətə gəlmişdir ki, müqavilədə nəzərdə tutulmuş köçürmə işlərinin "xxxx" MMC-nin təqsiri üzündən yerinə yetirilməməsi işin materialları ilə öz təsdiqini tapmır. Nəzarət Jurnalının açılması məsələsinə münasibətdə isə kollegiya qeyd etmişdir ki, əvvəla, podrat müqaviləsinin 3.3.5-ci bəndə əsasən, Nəzarət Jurnalı tikintiquraşdırma işlərinə başlanmazdan 10 gün əvvəl açılması ilə bağlı sənədləşdirmə işlərini öz vəsaiti hesabına aparmaq sifarişçinin vəzifəsidir. Lakin işin materiallarından görünür ki, "xxxx" MMC müqavilə öhdəliyini yerinə yetirməmiş, nəzarət Jurnalının açılmasını hazıradək təmin etməmişdir. Hər halda bunu təkzib edən mötəbər sənədlər "xxxx" MMC tərəfindən məhkəməyə təqdim edilməmişdir. Halbuki MPM-nin 77.1-ci maddəsinə uyğun olaraq bu məsələdə də sübutetmə vəzifəsi "xxxx" MMC-nin üzərinə düşür. Bundan başqa, “Tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları”nın 2.11, 2.13 və 2.14-cü bəndlərinə görə, tikintisinə icazə verilmiş obyektlərə dövlət nəzarəti hər bir obyekt üçün Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Tikintidə X1 Agentliyinin Baş Dövlət Tikinti Müfəttişliyi tərəfindən Nəzarət Jurnalı açılmaqla və fərdi qaydada, Jurnalda bu barədə müvafiq qeydlər aparılmaqla aparılır. Bu Jurnal müvafiq məlumata və obyektin sifarişçisinin tikintiquraşdırma işlərinə başlamazdan 10 gün əvvəl müfəttişliyə təqdim etdiyi müvafiq sənədlərə əsasən açılır. Jurnalda tikinti ərazisinin mühafizəsi və torpaq-qazma işlərindən başlayaraq son abadlaşdırma işlərinədək obyektin tikintisinin ayrı-ayrı mərhələlərinin texnoloji proseslərə bölünməklə ardıcıllığı müəyyən edilir. Sifarişçi (podratçı) tərəfindən tikinti-quraşdırma işləri Jurnalda müəyyən edilmiş mərhələlərə uyğun olaraq həyata keçirilməlidir. Müfəttişliyin rəhbərliyi tərəfindən bu ardıcıllığa uyğun olaraq, birinci mərhələnin icrası təsdiq olunduqdan sonra tikintiquraşdırma işlərinə başlanıla bilər. Qanunvericiliyin istinad edilən tələblərindən açıq-aydın görünür kimi, sözügedən Jurnal açılmadan tikinti-quraşdırma işlərinə başlanılması tamamilə qanunsuzdur. Çünki bu halda tikinti işlərinə qanunvericiliyin tələblərinə uyğun şəkildə dövlət nəzarətinin həyata keçirilməsinin təmin olunması qeyri-mümkündür. Müqavilənin 3.3.5-ci bəndində Nəzarət Jurnalının açılması ilə bağlı Sifarişçinin vəzifəsinin yalnız vəsaitin təmin edilməsindən ibarət olması barədə "xxxx" MMC-nin dəlillərinə münasibətdə isə məhkəmə kollegiyası Müqavilənin 3.3.5-ci bəndini TNDQ-nin 2.11-ci bəndi ilə əlaqəli şəkildə təhlil edərək belə qənaətə gəmişdir ki, həmin mülahizə də əsassızdır. Belə ki, TNDQ-nin həmin tələbi ondan ibarətdir ki, sözügedən Jurnal Sifarişçisinin tikinti-quraşdırma işlərinə başlamazdan 10 gün əvvəl Müfəttişliyə təqdim etdiyi müvafiq sənədlərə əsasən açılır. Göründüyü kimi, TNDQ-nin imperativ tələbi ümumiyyətlə Nəzarət Jurnalının açılması üçün lazım olan vəsaitin kimin (sifarişçinin və ya podratçının) ödəmək vəzifəsini müəyyən etmir. Hazırkı iş üzrə "xxxx" MMC tərəfindən TNDQ-nin 2.11-ci bəndi ilə tələb olunan sənədlərin Jurnalın açılması məqsədilə Müfəttişliyə təqdim olunması işin materialları ilə müəyyən edilmir. Belə olan halda "xxxx" MMC podrat müqaviləsinin 3.3.5-ci bəndi və TNDQ-nin 2.11-ci bəndi ilə üzərinə düşən vəzifəni yerinə yetirmiş hesab oluna bilməz. Məhkəmə kollegiyası tikintinin aparılması üçün qanunvericiliklə tələb olunan müvafiq sənədlərin "xxxx" MMC tərəfindən aidiyyəti dövlət qurumlarından alınmasının məhkəmə tərəfindən nəzərə alınmamasına dair "xxxx" MMC-nin dəlili ilə bağlı bildirmişdir ki, işin həmin halları hazırkı mübahisənin həli üçün birbaşa əhəmiyyət kəsb etmir. Belə ki, bu sənədlərin "xxxx" MMC tərəfindən alınması onların hələ "xxxx" MMC-yə verilməsini təsdiq etmir. Yuxarıda qeyd olunduğu kimi, tikintinin aparılması üçün qanunvericiliklə zəruri olan və podrat müqaviləsində nəzərdə tutulan sənədlərin "xxxx" MMC tərəfindən "xxxx" MMC-yə verilməsi işin materialları ilə müəyyən olunmur.
39. Göründüyü kimi qanuni qüvvəsini almış yekun məhkəmə aktları ilə mübahisəli podrat müqaviləsinin 2.1.1-ci bəndində nəzərdə tutulmuş işlərin cavabdehin təqsirindən deyil, iddiaçının öz öhdəliklərini lazımi qaydada icra etməməsi nəticəsində görülməməsi müəyyən edilmişdir.
40. Bununla yanaşı, hazırkı işin materialları ilə məhkəmə mübahisəsi üzrə məhkəmə aktları qəbul edildiyi vaxtdan etibarən sifarişçinin (iddiaçının) podrat müqaviləsinin 2.1.1 bəndində nəzərdə tutulmuş öhdəliklərin icra edilməsi üçün zəruri olan sənədləri podratçıya (cavabdehə) təqdim etməsi, nəzarət jurnalını alması və digər hərəkətlər etməsi müəyyən edilməmişdir.
41. Məhkəmə icraatı zamanı iddiaçının nümayəndəsi də verdiyi izahatında məhkəmə aktları qəbul edildikdən sonra tərəflərindən podratçıya hər hansı sənəd təqdim edilmədiyini qeyd etmişdir.
42. Göründüyü kimi iddiaçının yol verdiyi müqavilə öhdəliklərinin pozulması hallarını (zəruri sənədləin təqdim edilməməsi və s.) aradan qaldırmasına və cavabdehə öhdəliklərini icra etməsi üçün şərait yaratmasına dəlalət edən hər hansı bir hal müəyyən edilməmişdir.
43. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı "xxxx" MMC (sifarişçi) cavabdeh "xxxx" MMC (podratçı) tərəfindən öhdəliklərin lazımi qaydada icra edilməməsi əsası ilə mübahisəli müqavilənin ləğv edilməsi tələbinə dair əvvəllər də məhkəmədə iddia qaldırmış və həmin mübahisə üzrə qanuni qüvvədə olan yekun məhkəmə aktları ilə müqavilənin 2.1.1-ci bəndində göstərilmiş 3 qrup işlərin (əhalinin köçürülməsi; tikintiyə hazırlıq işlərinin görülməsi; binanın özülünün qazılıb qaraj mərtəbəsinin tikintisinə başlanılması) hamısının bir-birilə əlaqədar olması və onların hamısının uğurla və hüquqi şəkildə yerinə yetirilməsinın yekun nəticədə tikintinin aparılması üçün qanunvericiliklə tələb edilən sənədlərə malik olmanı tələb etməsi, yəni müqavilənin 2.1.1-ci bəndində nəzərdə tutulan öhdəliklərin podratçı tərəfindən yerinə yetirilməsi üçün tikinti-quraşdırma işlərinə başlanılması üçün zəruri olan bütün sənədlərinin sifarişçi tərəfindən təqdim edilməsinin zəruri olması, eləcə də podrat müqaviləsində nəzarət jurnalınin tikinti-quraşdırma işlərinə başlamazdan 10 gün əvvəl açılması ilə bağlı sənədləşdirmə işlərinin öz vəsaiti hesabına aparmaq sifarişçinin vəzifəsinə aid edildiyi halda həmin öhdəliyin də sifarişçi tərəfindən icra edilməməsi müəyyən edilmiş və yuxarıda göstərilən hallara əsasən mübahisəli podrat müqaviləsinin 2.1.1-ci bəndində nəzərdə tutulmuş öhdəliklərin icra edilməməsinin podratçı "xxxx" MMC-nin təqsiri üzündən baş verməməsi barədə qənaətə gəlinmişdir.
44. Birinci instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, yuxarıda göstərilən məhkəmə mübahisəsi üzrə məhkəmə aktları qəbul edildiyi vaxtdan etibarən sifarişçinin (iddiaçının) podrat müqaviləsinin 2.1.1 bəndində nəzərdə tutulmuş öhdəliklərin icra edilməsi üçün zəruri olan sənədləri podratçıya (cavabdehə) təqdim etməsi, nəzarət jurnalını alması və digər hərəkətlər etməsi müəyyən edilməmiş, eləcə də iddiaçının nümayəndəsi də məhkəmədə verdiyi izahatında məhkəmə aktları qəbul edildikdən sonra tərəflərindən podratçıya hər hansı sənəd təqdim edilməməsi faktını təsdiq etmişdir. Beləliklə, qanuni qüvvədə olan yekun məhkəmə aktları ilə mübahisəli podrat müqaviləsinin 2.1.1-ci bəndində nəzərdə tutulmuş işlərin cavabdehin təqsirindən deyil, iddiaçının öz öhdəliklərini lazımi qaydada icra etməməsi nəticəsində görülməməsi müəyyən edildiyindən, eləcə də həmin məhkəmə aktları qəbul edildikdən sonra vəziyyətin dəyişməsinə, yəni iddiaçının yol verdiyi müqavilə öhdəliklərinin pozulması hallarını (zəruri sənədləin təqdim edilməməsi və s.) aradan qaldırmasına və cavabdehə öhdəliklərini icra etməsi üçün şərait yaratmasına dəlalət edən hər hansı bir hal müəyyən edilmədiyindən məhkəmə hesab edir ki, podrat müqaviləsinin 2.1.1 bəndində nəzərdə tutulmuş öhdəliklərin icra edilməməsi cavabdehin təqsiri üzündən baş verməmişdir.
45. Müqavilə qüvvəyə mindiyi gündən 36 ay ərzində binanın tam olaraq tikilib təhvil verilməli olmasını nəzərdə tutan müqavilənin 2.1.2-ci bəndində nəzərdə tutulmuş öhdəliklərin pozulması barədə iddiaçının dəlillərinə münasibətdə isə qeyd etmişdir ki, həmin bənddə nəzərdə tutulmuş öhdəliklərin podratçı tərəfindən icra edilməsi müqavilənin 2.1.1 bəndində nəzərdə tutulmuş öhdəliklərin icra edilməsindən birbaşa asılıdır, belə ki, əhalinin köçürülməsi, tikintiyə hazırlıq işlərinin görülməsi işləri başa çatdırılmadan və binanın özülünün qazılıb qaraj mərtəbəsinin tikintisinə başlanılmadan binanın tikintisini başa çatdırılmasının qeyri-mümkün olması aşıq-aşkardır. Beləliklə, podratçı tərəfindən 2.1.2-ci bənddə göstərilmiş öhdəliklərinin icra edilməsi üçün də ilkin olaraq sifarişçi tərəfindən podratçıya 2.1.1-ci bənddə əks olunmuş öhdəliklərinin icrası üçün şərait yaradılmalı idi. Odur ki, müqavilənin 2.1.1 bəndində göstərilmiş öhdəliklərinin cavabdehin təqsiri üzündən pozulması iş materialları ilə öz təsdiqini tapmadığından 2.1.2-ci bəndində göstərilən öhdəliklərinin pozulmasında cavabdehin təqsirli olması istisna olunur.
46. Ona görə də kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi cərimənin tutulması barədə iddia tələbinin rədd edilməsi barədə düzgün nəticəyə gəlmişdir.
47. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən iddiaçı tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir.
48. Bu baxımdan, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
49. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 402.1ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
İddiaçı "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4794/2023 saylı, 25 oktyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Aida Hüseyn Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova