Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-225/2021 23.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X11 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Azər Soltanhəmid oğlu Hüseynovdan ibarət tərkibdə, X9-Yusiflinin katibliyi ilə, İlk iddia üzrə İddiaçı, onun nümayəndəsi və vəkili X6, İlk iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh “xxxx” Azərbaycan-X4 qarşı “borcun ödənilməsi” tələbinə dair ilk iddiası, iddiaçı “xxxx” Azərbaycan-X2 cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-799/2020 saylı 18 noyabr 2020-ci il tarixli qətnaməsindən ilk iddia üzrə cavabdeh “xxxx” Azərbaycan-X7 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya işinə 23 iyun 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İlk iddia üzrə İddiaçı cavabdeh “xxxx” Azərbaycan-X3rşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 9450 manat borcun və 2000 manat mənəvi ziyan olmaqla, cəmi 11450 manat pulun “xxxx” AzərbaycanX5 tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İlk iddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" Azərbaycan -X7 ilə onun arasında 03 iyul 2017-ci il tarixdə 5 saylı, 01 uyun 2018-ci il tarixdə isə 06 saylı xidmət müqavilələri imzalanmışdır. O, "İcraçı" olaraq aralarında olan müqavilələrə əsasən "Sifarişçinin" safarişi əsasında Astara şəhəri Su Təchizatı və Kanalizasiya Sisteminin Tikintisi Lahiyəsi çərçivəsində qazıntı-torpaq işlərini yerinə yetirməli idi və o, bu işi müqavilə şərtlərinə əməl etməklə vaxtında yerinə yetirmişdir. Bununla bağlı Sifarişçi ilə aralarında təhvil-təslim aktı imzalanmışdır və müqavilə şərtlərinə uyğun olaraq onun gördüyü işə görə 57081,62 manat kassa məxaric orderi ilə nağd şəkildə, 37418,38 manat isə onun xxxxda olan bank hesabına köçürmə yolu ilə ödənilmişdir. Hər iki müqavilənin 3.2-ci bəndinə əsasən işlər tam təhvil verilənə qədər hər Forma 2 yə görə ödəniləcək məbləğdən təminat olaraq 10% pul saxlanılmalıdır. Təminat olaraq Sifarişçi tərəfindən saxlanılan həmin 10% məbləğdəki pullar 2017-ci il üzrə 5969,60 manat, 2018-ci il üzrə isə 3280,40 manat olmaqla, cəmi 5969,60+3480,40=9450 manat təşkil edir. Onun tərəfindən olunan çoxsaylı şifahi və yazılı müraciətlərə baxmayaraq Sifarişçi bu günədək həmin pulu ona ödəməmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı “xxxx” Azərbaycan-X7 cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı 77342 manat pulun və dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddiaçı iddia ərizəsini onunla əsaslandırmışdı ki, tərəflər arasında rəsmiləşdirilmiş 03.07.2017-ci il tarixli 05 saylı müqavilə üzrə təhvil-təslim aktına Forma 2-də qeyd olunur ki, ilk iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən görülmüş işin ümumi məbləğ cəmi 27938,02 manat olmuşdur. Beləliklə, 1-ci müqavilə üzrə ümumi məbləğin 10 faizi (27938x10faiz) 2793,8 manat təşkil edir. İş materiallarına əlavə edilmiş sübutlardan və ilk iddiaçının etiraflarından məlum olur ki, 05 saylı 03.07.2017-ci il tarixli müqaviləyə görə İddiaçı bank hesabına 03.08.2017-ci ildə 27938,02 manat pul köçürülmüşdür. Eyni zamanda tərəflər arasında bağlanmış müqavilə şərtlərinə uyğun olaraq tərəflər arasında rəsmiləşdirilmiş təhvil-təslim aktına, yəni Forma 2-yə görə İddiaçı gördüyü işin ümumi məbləği 27938,02 manat olmuşdur. İlk iddiaçının etiraf etdiyi kimi onun bank hesabına 37418,38 manat pul köçürülmüşdür. İlk iddiaçının gördüyü işin həcminə uyğun olaraq onun bank hesabına 27938,02 manat 03.08.2017-ci ildə köçürülmüş və daha sonra 08.08.2018-ci il tarixdə İddiaçı 9480,36 manat pul köçürülmüşdür. Gördüyü işə görə İddiaçı bank hesabına onun öz etirafına uyğun olaraq həqiqətən bank hesabına 37418,38 manat pul vəsaiti köçürülmüş və sonuncu onu qəbul etmişdir. Əslində hər iki müqaviləyə görə sifarişçinin ilk iddiaçıya heç bir borcu qalmamışdır. Lakin buna baxmayaraq ilk iddiaçı ona 9450 manat faiz borcunun ödənilmədiyini iddia edir. Beləliklə, tərəflər arasında tərtib olunmuş Forma 2 təhvil-təslim aktına görə 2017-ci il tarixli müqavilə üzrə işin həcminin 27938 manat olmasını tərəflər akt əsasında razılaşdıqları üçün bu məbləğin 10 faizi 2793,8 manat təşkil edir. Tərəflər arasında rəsmiləşdirilmiş 2018-ci il tarixli 06 saylı müqaviləyə görə görülən işin həcmini tərəflər öz aralarında şifahi razılaşdırmaqla akt tərtib etməmişlər. İkinci, yəni 2018- ci il tarixli müqaviləyə görə də İddiaçı gördüyü işin dəyəri 9480,36 manat razılaşılmışdır. Beləliklə, 05 və 06 saylı müqavilələr üzrə əsas məbləği aldığını İddiaçı təqdim etdiyi iddia ərizəsi üzrə etiraf edir. Lakin görülən ümumi işlərin dəyərindən ona ödənilməli olan 9450 manatın ümumi məbləğinin 10 faizi hazırki vaxta qədər ona ödənilmədiyini iddia edərək, həmin məbləği tələb edir. İlk İddiaçı iddia ərizəsində etiraf edir ki, ona kassa məxaric orderi əsasında nağd şəkildə 57081 manat pul təqdim olunmuşdur. 2017-ci il tarixli 05 saylı müqavilə üzrə ilk İddiaçı gördüyü işin ümumi məbləği tərəflər arasında təhvil-təslim aktı Forma 2 əsasında 27938,02 manat müəyyən olunduğundan, bu məbləğin 10 faizi ilk iddiaçının iddia etdiyi kimi 5969,60 manat deyil, 2793,8 manat təşkil edir. İlk iddiaçı tərəfindən 2018-ci il tarixli 06 saylı müqavilə üzrə görülmüş işlərin ümumi həcmi 9480,36 manat olduğu halda, ilk İddiaçı heç bir əsas olmadan 10 faiz məbləğində 3480,40 manat ona verilməli olduğunu iddia edir. İlk iddiaçının saxlanılan 10 faiz məbləğin 9450 manat iddia etməsi tamamilə əsassız və yanlışdır. Çünki 27938,02 manat ümumi məbləğin 10 faizi 2793,8 manat, 9480,36 manat ümumi məbləğin 10 faizi isə 948 manat təşkil etməklə, ilk iddiaçının hər iki müqavilə üzrə ümumi saxlanılan məbləği 3741,8 manat təşkil edir. Əgər ilk iddiaçının öz etirazını nəzərə alınsa, yəni, İddiaçı nağd qaydada 57081,62 manat pulu nağd olaraq almasa idi, onda həqiqətən İddiaçı müəssisədən 3741,8 manat tələb edə bilərdi. Lakin ilk İddiaçı müəssisədən nağd qaydada götürdüyü 57081,62 manat məbləğ müqabilində müəssisə üçün iş görməli olduğu halda, iş görməmiş və nağd aldığı məbləği müəssisəyə geri qaytarmamışdır. Beləliklə ilk İddiaçı tərəfindən 57081,62 manat müəssisədən nağd qaydada götürdüyü vəsait həcmində sonradan müvafiq iş görmədən pul vəsaitini özündə saxladığı üçün, faktiki olaraq onun qeyd olunan həcmdə müəssisəyə borcu qalmışdır. Yəni, gördüyü işin həcmindən çox pul götürmüş, sonradan həmin məbləği geri qaytarmamış, yaxud həmin məbləğ müqabilində iş görməmişdir. İlk iddiaçının faktiki gördüyü (27938,02+9480,36) 37418,38 manat həcmində işin 10 faiz məbləği 3741,8 manat təşkil etdiyindən, ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı hazırki vaxta (57081,62 nağd aldığı məbləğ-3741,8 gördüyü işinn ümumi məbləğin 10 faizi) 53339,82 manat müəssisəyə borcu olduğundan, həmin pul məbləğini 3 il ərzində müəssisəyə qaytarmadığı üçün, bank uçot dərəcəsinə əsasən cavabdeh İddiaçı 24000 manat (illik 15 faiz dərəcəsi ilə) olmaqla, cəmi 77342 manat tutularaq müəssisəyə ödənilməlidir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-799/2020 saylı 18 noyabr 2020-ci il tarixli qətnaməsi ilə ilk iddia tələbinin qismən təmin edilərək, “xxxx” Azərbaycan-X5 9450 manat pulun tutularaq İddiaçı xeyrinə ödənilməsi, ilk iddia tələbinin qalan hissədə və qarşılıqlı iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan ilk iddia üzrə caavabdeh “xxxx” Azərbaycan-X7 tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin ləğv edilməsi və qarşılıqlı iddianın təmin olunması barədə yeni qətnamənin çıxarılması xahiş edilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ilk iddia ərizəsində qeyd olunmuşdur ki, “xxxx" Azərbaycan-X10 ilə 03 iyul 2017-ci il tarixdə 05 saylı və 01 iyun 20i8-ci il tarixdə 06 saylı müqavilə rəsmiləşdirilmişdir. 03 iyul 2017-ci il tarixli 05 saylı müqavilə şərtlərinin yerinə yetirilməsinə dair “təhvil-təslim” aktının imzalandığını iddiaçı iddia ərizəsində etiraf etmişdir. İlk iddiaçı bu müqavilə üzrə iddia tələbi əsasında cavabdehdən 10 faiz məbləg kimi 5969,60 manat pul tələb etmişdir. İddiaçı iddia ərizəsi üzrə əsas borcu deyil, yalnız müqavilə məbləğin 10 faizini tələb edir. Tərəflər arasında 03.07.2017-ci il tarixdə rəsmiləşdirilmiş 05 saylı “Xidmət” müqaviləsinin 3-cü və 5-ci bəndlərin tələblərinə uyğun olaraq, xidmət müqaviləsi üzrə görülmüş işlərin həcmi hər iki tərəfin imzaladığı təhvil-təslim aktına, yəni Forma 2-yə görə 27.938,02 manat müəyyən olunmuşdur. Tərəflər arasında Forma-2 rəsmiləşdirilən gün, yəni 03.07.2017ci il tarixdə pul məbləği tam həcmdə İddiaçı bank hesabına köçürülmüşdür. Birinci İnstansiya Məhkəməsi ilk iddiaçının iddiasını bu hissədə təmin edərək, tərəflərin imza eldiyi təhvil-təslim aktı, yəni Forma-2 əsasında işin müəyyən edilmiş həcmini düzgün müəyyən etməmiş və səhv hesablamışdır. Belə ki. (27.938,02 x 10% -2.793.8) tərəflər müqavilə üzrə görülmüş işin həcmini Forma-2 əsasında 27.938 manat müəyyən etmişlər və bu məbləğdə tam həcmdə iddiaçının bank hesabına köçürülmüşdür. Baxmayaraq ki, müqavilənin 3.2-ci bəndinə görə Forma-2-yə görə iddiaçıya ödəniləcək məbləğin 10% saxlana bilərdi, lakin rəsmi sənədlərlə sübut olunur ki, müəyyən edilmiş məbləğin 10 faizi saxlanılmamışdır. Bu da onu deməyə əsas verir ki, 03.07.2017-ci il tarixli müqavilə üzrə hər hansı bir faiz məbləği saxlanılmamışdır. Başqa sözlə iş materiallarına əlavə edilmiş (müqavilə. Forma-2. bank köçürməsi) sübutlardan görünür ki, bu müqavilə üzrə iddiaçıya hər hansı məbləğdə borc mövcud deyildir. İddiaçının imzaladığı 01.06.2018-ci il tarixli 06 savlı müqavilə üzrə tərəflər arasında təhvil-təslim aktı Forma-2 rəsmiləşdirilməmişdir. Bu faktı iddiaçı etiraf etmiş və cavabdeh, tərəf olaraq, bu müqavilə üzrə Forma-2-nin mövcud olmamasının səbəbi kimi, ilk iddiaçının bu ünvanda (Aslara şəhərində) gələcəkdə görüləcək və davam ediləcək işlərin icarsında iştirak edəcəyinə verdiyi vəddi pozması ilə əlaqədar olmuşdur. Belə ki, iddiaçı bu müqavilə üzrə gördüyü işlər üzrə pul vəsaitin ona ödənilməsi üçün “xxxx” Azərbaycan-X8 e-qaimə göndərmiş və iddiaçının bu müqavilə üzrə gördüyü işin həcmi olaraq, 08.08.2018-ci il tarixdə 9480.36 manat və 05.09.2018-ci il tarixdə 5970.0 manat, cəmi 15450.36 manat pul vəsaiti iddiaçının bank hesabına köçürülmüşdür. Beləliklə iddiaçı iddia ərizəsində müqavilə üzrə gördüyü işin həcminə görə pulun bank vasitəsilə ona ödənildiyini etiraf edir, digər tərəfdən müqavilənin 3-cü bəndinə istinad edərək, Forma-2 üzrə işin həcminin 10 faizini ona verilmədiyini iddia edir. Birinci müqavilədən fərqli olaraq, bu müqavilə üzrə görülmüş işlərin ümumi həcminə dair təhviltəslim aktı Forma- 2 iddiaçının təqsiri üzündən tərtib edilməmişdir. Lakin iddiaçının etiraflarından, iddia ərizəsindən və bank köçürmələrindən məlum olur ki, iddiaçının gördüyü işin həcmi cəmi 15450.36 manat olmuş və bu məbləğ tam həcmdə ona ödənilib. Belə olan halda məhkəmə səhv nəticəyə gələrək, iş materiallarına əlavə edilmiş sübutları düzgün qiymətləndirməmişdir. Qətnamədə işin ümumi həcminə dair hesablamaları da yanlış formada (15450,36 x 10% = 1545 manat) qeyd olunur. Əgər işin həcmi 15450 manat olmuşdursa, bu məbləğ iddiaçıya tam ödənilib. Müqavilənin 3.2-ci bəndinə görə ödəniləcək məbləğin, təminat olaraq 10 faiz saxlanılınası müqavilədə qeyd olunub. Ancaq işin faktiki halları və bank vasitəsilə işin həcmi kimi iddiaçının hesablaşma - hesabına ödənilmiş pul vəsaitlərdən aydııı olur ki, işin həcmi hər iki müqavilə üzrə 43.388 manat olmuşdur. Eyni zamanda Məhkəmə qətnaməsində (səh. 3. 2-ci abzas) bu məbləğin iddiaçının bank hesabına köçürüldüyü qeyd olunmuşdur. Beləliklə, tərəflər arasında rəsmiləşdirilmiş 03.07.2017-ci il tarixli və 01.06.2018-ci il tarixli müqavilələrin 3-cü və 5-ci bəndlərin tələblərinə uyğun olaraq, hər iki müqavilə üzrə görülmüş ümumi işin həcmi kimi ödəniləcək ümumi məbləğ 43.388 manat olmuş və bu məbləğ tam həcmdə iddiaçının bank hesabına köçürülmüşdür. Başqa sözlə ödəniləcək məbləğdən təminat olaraq (müqavilə bənd 3.2) hər hansı bir məbləğ saxlanılmamışdır. Bu səbəbdən də iddiaçının müqavilələr üzrə ona ödəniləcək məbləğdən heç bir təminat məbləği saxlanmadığı üçün məhkəmənin iddiaçının iddiasını bu hissədə qismən təmin edilməsi əsassız və qanunsuzdur. Qeyd olunanları nəzərə almaqla ilkin İddiaçı iddia ərizəsində qeyd olunur ki, gördüyü işlərə görə ona 57081,62 manat kassa məxaric orderi əsasında nağd şəklində 37.418.38 manat isə onun “xxxx”dakı bank hesabına köçürülmüşdür. İddiaçının iddia ərizəsindən görünür ki, ona nağd və köçürmə qaydasında 100.469 manat pul ödənilmişdir. Məhkəmə iclasında iddiaçı qeyd etmişdi ki, nağd qaydada 57.081 manat deyil, 51.000 manat pul vəsaitini müəssisənin kassasından almış, eyni zamanda hər iki müqavilə üzrə bank hesabına köçürülməklə, cəmi 43.388 manat pul vəsaitinin ona ödənildiyini təsdiq etmişdi. İlk iddiaçının 2018-ci ildə Astara rayonun uzaq olduğu, ora gedib işləmək, ona məsafə baxımından çətinlik yaratdığını məhkəmə zalında bildirməsi, eyni zamanda su xəttinin Astara şəhərinə çəkilməsi ilə əlaqədar layihə üzrə işlərin 2019-cu ildə yekunlaşmasını təsdiq edən sübut iş materiallarına əlavə edildiyi üçün, ilk iddiaçı 2018-ci ilin sentyabrdan sonra müəssisədə (Astara şəhərində) görməli olduğu işi görməkdən imtina etmiş, növbəti işlərin görülməsi məqsədilə müqavilə bağlamaqdan imtina elmişdir. Bu səbəbdən də 2-ci müqavilə üzrə təhvil-təslim aktı rəsmiləşdirilməmişdir. Apellyasiya baxışı zamanı ilk iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və qarşılıqlı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. İlk iddia üzrə İddiaçı, onun nümayəndəsi və vəkili X12 apellyasiya şikayətini qəbul etməyərək və ilk iddia ərizəsinin məzmununa uyğun izahat verərək “xxxx” Azərbaycan- X7 ilə aralarında bağlanan 5 saylı 3 iyul 2017-ci il tarixli xidmət müqaviləsindən görünür ki, “İcraçı” kimi İddiaçı “Sifarişçi” kimi “xxxx” Azərbaycan-X2 sifarişi ilə Astara şəhəri Su təchizatı və kanalizasiya Sisteminin tikinti layihəsi çərçivəsində qazıntı-torpaq işlərini yerinə yetirməyi və texnikaların təmirini öz öhdəsinə götürmüşdür. Həmin Müqavilənin 2.1-ci bəndinə əsasən işlərin görülməsinə nəzarət etmək və lazım olan icazələri idarələrdən almaq “Sifarişçi”nin hüquq və öhdəlikləridir. Müqavilənin 2.2-ci bəndinə əsasən “Sifarişçi" tərəfindən təyin edilmiş məsul şəxsin tapşırıqlarına və göstərişlərinə əməl etmək “İcraçının hüquq və öhdəliklərinə aiddir və iş gedən ərazinin uyğun mühafizə materialları ilə təşkil edilməsi “İcraçı’ya aiddir. Müqavilənin 3.1-ci bəndinə əsasən bu Müqaviləyə görə “İcraçı” tərəfindən Forma-2 əsasında görülmüş bütün işlər “Sifarişçi” tərəfindən ödənilir. Müqavilənin 3.2-ci bəndinə əsasən işlər tam təhvil verilənə qədər hər Forma-2-yə görə “İcraçı’ya ödəniləcək məbləğdən təminat olaraq 10% saxlanacaqdır. Müqavilənin 5.1-ci bəndinə əsasən “İcraçı" tərəfindən yerinə yetirilən işlər hər ayın sonunda tərəflərin nümayəndələrinin iştirakı ilə təhvil-təslim aktı (Forma-2) əsasında təhvil verilir. Tərəflər arasında bağlanan 6 saylı 1 iyun 2018-ci il tarixli xidmət müqaviləsindən görünür ki, “İcraçı”–İddiaçı, “Sifarişçi” “xxxx” Azərbaycan-X2 sifarişi ilə Astara şəhəri Su təchizatı və kanalizasiya Sisteminin tikinti layihəsi çərçivəsində qazıntı-torpaq işlərini yerinə yetirməyi və texnikaların təmirini öhdəsinə götürür. Müqavilənin 2.1-ci bəndinə əsasən işlərin görülməsinə nəzarət etmək və lazım olan icazələri idarələrdən almaq “Sifarişçi”nin hüquq və öhdəlikləridir. Müqavilənin 2.2-ci bəndinə əsasən “Sifarişçi” tərəfindən təyin edilmiş məsul şəxsin tapşırıqlarına və göstərişlərinə əməl etmək “İcraçı’nın hüquq və öhdəliklərinə aiddir və iş gedən ərazinin uyğun mühafizə materialları ilə təşkil edilməsi “İcraçı”ya aiddir. Müqavilənin 3.1-ci bəndinə əsasən bu Müqaviləyə görə “İcraçı” tərəfindən Forma-2 əsasında görülmüş bütün işlər “Sifarişçi” tərəfindən ödənilir. Müqavilənin 3.2-ci bəndinə əsasən işlər tam təhvil verilənə qədər hər Forma-2- yə görə “İcraçı”ya ödəniləcək məbləğdən təminat olaraq 10% saxlanacaqdır. Müqavilənin 5.1-ci bəndinə əsasən “İcraçı” tərəfindən yerinə yetirilən işlər hər ayın sonunda tərəflərin nümayəndələrinin iştirakı ilə təhvil-təslim aktı (Forma-2) əsasında təhvil verilir. Tərəflər arasında bağlanan təhvil-təslim aktından görünür ki, 05 saylı 03.07.2017-ci il tarixli müqavilə üzrə “xxxx” Azərbaycan-X2 sifarişi əsasında Astara şəhəri Su təchizatı və kanalizasiya Sisteminin tikinti layihəsi çərçivəsində qazıntı-torpaq işlərini yerinə yetirilməsinin dəyəri cəmi 27938,02 manat təşkil edir. EAAL seriyalı 228890 saylı 08.08.2018 tarixli elekron qaimədən görünür ki, “xxxx” Azərbaycan-X7 tərəfindən 05 saylı 03.07.2017-ci il tarixli müqavilə üzrə 9480,36 manat pul ödənilməli idi. EAAL seriyalı 842262 saylı 05.09.2018 tarixli elekron qaimədən görünür ki, “xxxx” Azərbaycan-X7 tərəfindən 06 saylı 01.06.2018-ci il tarixli müqavilə üzrə 5970 manat pul ödənilməli idi. İddiaçı “xxxx” ASC-də olan bank hesabından çıxarışdan görünür ki, “xxxx” Azərbaycan-X7 tərəfindən 03.07.2017-ci il tarixli müqavilə üzrə 04.08.2017-ci il tarixdə 27938,02 manat, 09.08.2018-ci il tarixdə 9480,36 manat, 05.09.2018-ci il tarixdə 5970 manat ödəniş edilmişdir. 5 saylı 3 iyul 2017-ci il tarixli və 6 saylı 1 iyun 2018-ci il tarixli xidmət müqavilələrinin hər ikisi tərəflər və icraçı kimi İddiaçıla sifarişçi müəssisənin iradə ifadəsinin təzahürü kimi hər biri üçün tərəf olaraq hüquq və öhdəliklər əmələ gətirmişdir. Hər iki müqavilə üzrə İddiaçı və “Sifarişçi” “xxxx” Azərbaycan-X7 il razılığa gəlmişlər ki, müqaviləyə görə “İcraçı” kimi İddiaçı tərəfindən Forma-2 əsasında görülmüş bütün işlər “Sifarişçi” tərəfindən ödənilir və işlər tam təhvil verilənə qədər hər Forma-2-yə görə “İcraçı”ya ödəniləcək məbləğdən təminat olaraq 10% saxlanılacaqdır. “İcraçı” tərəfindən, yəni İddiaçı tərəfindən yerinə yetirilən işlər hər ayın sonunda tərəflərin nümayəndələrinin iştirakı ilə təhvil-təslim aktı (Forma-2) əsasında təhvil verilir. “İcraçı” kimi İddiaçı gördüyü işlərlə bağlı “xxxx” Azərbaycan-X2 nümayəndələrinin iştirakı ilə təhvil-təslim aktı (Forma-2) tərtib edilmiş və “xxxx” Azərbaycan-X4 təqdim edilmişdir. “xxxx” Azərbaycan-X7 isə Forma-2-nin bir surətini təminat üçün saxlanılan 10%-ni verməmək məqsədilə, İddiaçı təqdim etməmiş, eEyni zamanda, birinci instansiya məhkəməsinə də təqdim etməmişdir. Təhvil-təslim aktının (Forma-2) surətinin İddiaçı təqdim edilməməsinə baxmayaraq “xxxx” Azərbaycan-X7 müqavilələr üzrə görülmüş işlərə görə ödəniş etmiş, lakin təminat üçün ödənilən məbləğin 10%-i saxlanılmışdır. Hər iki müqavilənin şərtinə əsasən işlərin görülməsinə nəzarət etmək “Sifarişçi”nin öhdəliyidir. “xxxx” Azərbaycan-X2 nümayəndəsi Vəkil istər Kommersiya Məhkəməsində, istərsə də apellyasiya şikayətində İddiaçı tərəfindən işlərin görülmədiyini və müqavilələr üzrə öhdəliklərini icra etmədiyimi bildirsə də, ödənişin mövcudluğu görülmüş işlərin “Sifarişçi” tərəfindən qəbul edildiyini göstərir. Əgər işlər icra etməsəydi, yəqin ki, müəssisə tərəfindən İddiaçı ödəniş edilməzdi. Qarşılıqlı iddiada İddiaçı 53339,82 manat borc kimi, 24000 manat bank uçot faiz dərəcəsi kimi pul tələbi əsassızdır. Həmin borcun heç bir hüquqi əsası yoxdur. Tərəflər arasında bağlanmış müqavilələr üzrə İddiaçı verilən məbləğ müqavilə öhdəliklərindən irəli gəlmişdir və yuxarıda qeyd etdiyi kimi, işin görülməsinin nəticəsində ödənilmişdir. Bağlanmış müqavilələrdə işlər görülməmişdən əvvəl ödəniş edilməsi nəzərdə tutulmamışdır. “xxxx” Azərbaycan-X7 apellyasiya şikayətinin dəlillərini onunla əsaslandırmağa çalışmışdır ki, 01.06.2018- ci il tarixli 6 saylı müqavilə üzrə tərəflər arasında təhvil-təslim aktı (Forma-2) rəsmiləşdirilməmişdir. Həmin müqavilə üzrə də, ümumiyyətlə görülmüş işlər üzrə tərəflər arasında təhvil-təslim aktı (Forma-2) tərtib edilmiş və “xxxx” Azərbaycan-X4 təqdim edilmişdir. Yuxarıda qeyd etdiyi kimi Forma-2nin surəti İddiaçı qaytarılmamışdır. Apellyasiya şikayətində isə əsassız olaraq qeyd edilmişdir ki, guya İddiaçı təqsiri üzündən Forma-2 tərtib edilməmişdir. Forma-2 “xxxx” Azərbaycan-X4 təqdim edilmiş, görülmüş işin təminat kimi saxladıqları 10%-ni İddiaçı ödəməkdən imtina etmək məqsədi ilə Forma-2-nin surətlərini təqdim edilməmişdir. Eyni zamanda bildirir ki, kassa məxaric orderi ilə 51112 manat pul verilmiş, lakin həmin pulun verilməsinə dair kassa məxaric orderlərinin surətləri təqdim edilməmişdir. Bununla bağlı ilk iddia üzrə iddiaçı, onun nümayəndəsi və vəkili apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etdilər. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırki iş üzrə apellyasiya şikayəti ilk iddia üzrə cavabdeh tərəfindən verildiyi üçün məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı ilk iddianın təmin edildiyi və qarşılıqlı iddianın təmin edilmədiyi hissədə yoxlanılır. Belə ki, qətnamə ilk iddia üzrə iddiaçı tərəfindən ilk iddianın təmin edilmədiyi hissədə mübahisələndirilməmişdir. İş materiallarında olan “xxxx” Azərbaycan-X7 (sifarişçi) ilə İddiaçı (icraçı) arasında bağlanan 5 saylı 03 iyul 2017-ci il tarixli və 06 saylı 01 iyun 2018-ci il tarixli xidmət müqavilələrinə əsasən icraçı sifarişçinin sifarişi ilə Astara şəhəri Su Təchizatı və Kanalizasiya Sisteminin Tikintisi Layihəsi çərçivəsində qazıntı-torpaq işləri yerinə yetirməyi və texnikaların təmirini öhdəsinə götürür. Hər iki müqavilənin 2.1-ci bəndinə əsasən İşlərin görülməsinə nəzarət etmək və lazım olan icazələri idarələrdən almaq sifarişçinin hüquq və öhdəlikləridir; 2.2-ci bəndinə əsasən sifarişçi tərəfindən təyin edilmiş məsul şəxsin tapşırıqlarına və göstərişlərinə əməl etmək icraçının hüquq və öhdəliklərinə aiddir və iş gedən ərazinin uyğun mühafizə materialları ilə təşkil edilməsi icraçıya aidddir; 3.1-ci bəndinə əsasən bu müqaviləyə görə icraçı tərəfindən Forma 2 əsasında görülmüş bütün işlər Sifarişçi tərəfindən ödənilir; 3.2-ci bəndinə əsasən işlər tam təhvil verilənə qədər hər Forma 2-yə görə icraçıya ödəniləcək məbləğdən təminat olaraq 10 faiz saxlanılacaqdır; 5.1-ci bəndinə əsasən icraçı tərəfindən yerinə yetirilən işlər hər ayın sonunda tərəflərin nümayəndələrinin iştirakı ilə təhvil-təslim aktı (Forma 2) əsasında təhvil verilir. “xxxx” Azərbaycan-X7 və İddiaçı arasında bağlanan təhvil-təslim aktından görünür ki, 05 saylı 03.07.2017-ci il tarixli müqavilə üzrə “xxxx” Azərbaycan-X2 sifarişi əsasında Astara şəhəri Su Təchizatı və Kanalizasiya Sisteminin Tikintisi Lahiyəsi çərçivəsində qazıntı-torpaq işlərinin yerinə yetirilməsinin dəyəri cəmi 27938,02 manat təşkil edir. EAAL seriyalı 228890 nömrəli 08.08.2018-ci il tarixli elektron qaimədən görünür ki, “xxxx” Azərbaycan-X7 tərəfindən 05 saylı 03.07.2017-ci il tarixli müqavilə üzrə 9480,36 manat pul ödənilməli idi. EAAL seriyalı 842262 nömrəli 05.09.2018-ci il tarixli elektron qaimədən görünür ki, “xxxx” Azərbaycan-X7 tərəfindən 06 saylı 01.06.2018-ci il tarixli müqavilə üzrə 5970 manat pul ödənilməli idi. İddiaçı “xxxx” ASC-də olan bank hesabından çıxarışdan görünür ki, “xxxx” Azərbaycan-X7 03.07.2017-ci il tarixli müqavilə üzrə 04.08.2017-ci il tarixdə 27938,02 manat, 09.08.2018-ci il tarixdə 9480,36 manat, 05.09.2018-ci il tarixdə 5970 manat ödəniş edilmişdir. Həmin ödənişlərin edildiyini tərəflər mübahisələndirmir. İlk İddiaçı müqavilələr üzrə “xxxx” Azərbaycan-X1 51112 manatı da nağd şəkildə aldığını bildirir və buna görə də ona ödənilən cəmi 94500,38 manat (27938,02 + 9480,36 + 5970 + 51112 = 94500,38 manat) pulun müqaviləyə əsasən 10% cavabdeh tərəfindən saxlanılan hissəsinin, yəni 9450 manatın və 2000 manat mənəvi ziyanın cavabdeh tərəfindən ona ödənilməsini tələb edir. Cavabdeh “xxxx” Azərbaycan-X2 nümayəndəsi isə iddiaçının etiraf etdiyi pul məbləğlərinin həqiqətən də İddiaçı verildiyini bildirir, lakin həmin məbləğlərin müqabilində işlərin iddiaçı tərəfindən görülmədiyini və nəticədə 57081,62 manat nağd verilmiş məbləğdən 3741 manat (gördüyü işlərin 10%-i) çıxıldıqda 53339,82 manat iddiaçının şirkətə borcu olduğunu, həmin pul vəsaitinin də 3 il ərzində müəssisəyə qaytarılmadığına istinad edərək bank uçot dərəcəsinə əsasən 77342 manat (53339,82 + 24000 (3 illik bank uçot dərəcəsi) = 77342 manat) pulun ona ödənilməsini tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə hesab etmişdir ki, qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən ilk iddiaçının hər iki müqavilə üzrə öhdəliklərini icra etmədiyi bildirilsə də, ödənişin mövcudluğu görülmüş işlərin sifarişçi tərəfindən qəbul edildiyini göstərir, bu isə İddiaçı müqavilələr üzrə öhdəliyini yerinə yetirməsinin və müqavilələrin şərtində nəzərdə tutulan təminat kimi saxlanılan 10 faiz məbləği tələb etmək hüququnun əsasıdır. Buna görə də məhkəmə ilk iddianın qismən təmin edilərək, 5 saylı 03 iyul 2017-ci il tarixli və 06 saylı 01 iyun 2018-ci il tarixli müqavilələr üzrə ödənilən 94500,38 manat məbləğin 10 faizinin- 9450 manatın “xxxx” Azərbaycan-X1 tutularaq İddiaçı ödənilməsi, ilk iddianın qalan hissədə və qarşılıqlı iddianın isə təmin olunmaması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşaraq qeyd edir ki, məhkəmə tərəfindən iddiaçının tələbi ilə bağlı müqavilə şərtləri və tərəflərin münasibətləri düzgün qiymətləndirilməmiş, zəruri araşdırma aparılmamış və bununla da mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, iş üçün əhəmiyyəti olan hallar sübuta yetirilməmişdir. Azərbaycan Respublikası MPM-nin 385.1.2 və 385.1.3-cü maddələrinə əsasən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. İlk iddia üzrə iddiaçının iddia ərizəsindən görünür ki, onun iddia tələbinin hüquqi əsası tərəflər arasında bağlanmış hər iki müqavilənin 3.2-ci bəndinə söykənir. Həmin müqavilə bəndində göstərilmişdi ki, işlər tam təhvil verilənə qədər hər forma-2-yə görə “İcraçı”ya ödəniləcək məbləğdən təminat olaraq 10% saxlanılacaqdır. Bu isə o deməkdir ki, tərəflər arasında bağlanmış hər iki müqavilənin tələbinə görə forma 2 sənədi ilə təhvil verilən malları sifarişçi təhvil alanda onun işləri tam təhvil alana qədər “İcraçı”ya gördüyü işlərin müqabilində ödəyəcəyi məbləğdən təminat olaraq 10% saxlamaq hüququ vardır. Hazırki işdən görünür ki, tərəflər arasında bağlanmış hər iki müqavilə üzrə yalnız bir dəfə- 05 saylı 03.07.2017-ci il tarixli müqavilə ilə bağlı təhvil-təslim aktı bağlanmışdır. Həmin təhvil-təslim aktına əsasən görülmüş işlərin (torpağın qazılması, torpağın özüboşaldan maşına yüklənməsi, daşınması və karxanadan çeşidlənməmiş qum-çınqılın daşınması) dəyəri 27938,02 manat təşkil etmişdir. Həmin akt tərəflərin imzası ilə təsdiq olunmuşdur. Bundan sonra görülən işlərin dəyəri olaraq 27938,02 manatdan 10% saxlamaq hüququ olsa da, cavabdeh müəssisə iddiaçıya sözügedən təhvil-təslim aktına əsasən gördüyü işlərin dəyərini tam olaraq- 27938,02 manat ödəmişdir. Bu fakt işdə olan analitik uçot kitabı, 438 saylı 03.08.2017-ci il tarixli ödəniş tapşırığı və iddiaçının bank hesabından çıxarışla da təsdiq olunur. Beləliklə, iddiaçının 27938,02 manat dəyərində gördüyü işlərin dəyərini “Sifarişçi” şirkət müqavilədə olanödəniləcək məbləğdən 10% saxlamaq hüququndan istifadə etməməklə tam ödədiyi üçün iddiaçının həmin işlərin dəyəri üzrə əlavə olaraq da 10% cavabdehdən tələb etməsi əsassızdır. Bununla yanaşı, tərəflər arasında bağlanmış hər iki müqavilənin 5.1-ci bəndinin tələbinə görə işlərin təhvil-təslim aktı ilə təhvil verilməsi razılaşdırılsa da, yuxarıda göstərilən təhvil-təslim aktından başqa belə akt bağlanmamışdır. Lakin tərəflərin hər ikisinin təsdiq etdiyi kimi və iş materiallarında olan sənədlərlə, o cümlədən 08.08.2018ci il və 05.09.2018-ci il tarixli elektron qaimələr və iddiaçının bank hesabından çıxarışla təsdiq olunur ki, cavabdeh şirkət iddiaçının gördüyü işlərin müqabilində ona 9480,36 manat və 5970 manat pul vəsaiti ödəmişdir. Buna baxmayaraq istər həmin pul vəsaitlərinin, istərsə də iddiaçının ona nağd şəkildə ödənildiyini etiraf etdiyi 51112 manat pul vəsaitinin onun təhvil verdiyi işlərin dəyərinin 10%-i çıxıldıqdan sonra ödənilən məbləğ olmasını iddiaçı əsaslandıra bilməmiş, bu barədə müvafiq sübutları təqdim edə bilməmişdir. Odur ki, Kollegiya iddiaçının ona gördüyü işlərin dəyəri olaraq ödənilən 66562,36 manat (15450,36 manat (9480,36 + 5970)+ 51112 manat = 66562,36) pul vəsaitinin 10%-ni tələb etməsi ilə bağlı iddiasını da əsassız hesab edir. Belə olan halda birinci instansiya məhkəməsinin iddiaçıya cavabdeh şirkət tərəfindən 94500,38 manat (27938,02+9480,36+5970+51112) pulun ödənilməsinə görə həmin pulun 10%-nin də ödənilməsi ilə bağlı cavabdehin öhdəlik daşıması barədə gəldiyi nəticə qanunsuz və əsassız olmuşdur. O ki qaldı ilk iddia üzrə iddiaçı tərəfin “işlərin görülməsi ilə bağlı təhvil-təslim aktlarının mövcud olması, lakin onların qarşı tərəfdə qalması və qaytarılmaması” barədə dəlilinə, iddiaçı tərəf bu dəlilini başqa yanaki sübutlarla əsaslandıra bilməmiş və bu barədə müvafiq sübutları da təqdim edə bilməmişdir. Qarşılıqlı iddia üzrə iddiaçının 77342 manat pul tələbinə dair iddiasına münasibətdə isə məhkəmə kollegiyası hesab edir ki, qarşılıqlı iddia tələbi də əsassızdır, onun rədd edilməsi barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Belə ki, qarşılıqlı iddia üzrə iddiaçının əsas dəlili ondan ibarət olmuşdu ki, iddiaçıya şirkət tərəfindən müvafiq məbləğlərdə pul vəsaitləri ödənilsə də, həmin pul vəsaitlərinin müqabilində işlər görülməmiş, buna görə də ödənilən pul vəsaitlərinin qaytarılmamasına görə iddiaçı tərəf hər il üçün bank uçot dərəcəsi ilə 3 il üzrə 77342 manat cavabdeh şirkətə pul ödəməlidir. Bu barədə məhkəmə kollegiyası qeyd edir ki, əvvəla iddiaçı tərəfindən ümumiyyətlə hər iki müqavilə üzrə hansısa işlərin görülmədiyi faktı ən azı tərəflərin imzaladığı təhvil-təslim aktı ilə təkzib olunur. Digər tərəfdən, əgər iddiaçı tərəfindən hansısa işlər görülməmişdisə, görülməyən işlərlə bağlı pul vəsaitinin qabaqcadan ödənilməsi tərəflər arasında bağlanmış hər iki müqavilədə şərtləndirilməmişdir. Belə olan halda işlərin görülməsindən və müqavilənin 5.1-ci bəndinə uyğun təhvil-təslim aktı ilə təhvil verilməmişdən əvvəl şirkət tərəfindən “İcraçı”ya hansısa pul vəsaitinin ödənilməsinin hansı məqsəd daşıdığı bəlli deyil və ümumiyyətlə pul vəsaitinin həqiqətən qabaqcadan ödənildiyi inandırıcı deyil. Bundan başqa apellyasiya baxışı zamanı qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi istər təhvil-təslim aktı üzrə iddiaçıya ödənilən 27938,02 manatın, istərsə də, elektron qaimələrlə tələb olunan və iddiaçının bank hesabından çıxarışla da ödənilməsi təsdiq olunan 9480,36 manat və 5970 manat pul vəsaitlərinin iddiaçı tərəfə işlərin görülmədiyinə istinad etdiyi halda nəyə görə qabaqcadan ödənildiyi məsələsinə aydınlıq gətirə bilməmişdir. Bu halın özü də onu təsdiq edir ki, qeyd olunan ödənişlər iddiaçı tərəfdən hansısa işlərin görülməsi ilə bağlı həyata keçirilmişdir. Lakin onu da qeyd etmək lazımdı ki, yuxarıda da göstərildiyi kimi, iddiaçı tərəf də öz növbəsində tələb etdiyi görülmüş işlərin dəyəri kimi ona ödənilmiş məbləğlərin 10%-nin ona ödənilmədiyi sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən- ilk iddianın təmin edildiyi hissədə ləğv edilməli, həmin hissədə iddia təmin edilməməli, qarşılıqlı iddianın təmin edilmədiyi hissədə qətnamə dəyişdirilmədən saxlanılmalı və apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumunun məbləği apelyanta aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İlk iddia üzrə cavabdeh “xxxx” Azərbaycan-X7 tərəfindən tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-799/2020 saylı 18 noyabr 2020-ci il tarixli qətnaməsi qismən, iddianın təmin edildiyi hissədə ləğv edilsin. İddia həmin hissəsə təmin edilməsin. Qətnamə qalan, qarşılıqlı iddianın təmin edilmədiyi hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyanta aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Azər Hüseynov
Məhkəmə qərarları › İş №2-2(103)-225/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-225/2021
23.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver