Azərbaycan Respublikası adından ƏLAVƏ QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-231/2023 11.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X3 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndələri Nümayəndə və X1 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3763/2022 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnaməsindən İddiaçı MMC və Cavabdeh MMC tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ
1. İcraçı İddiaçı MMC ilə sifarişçi Cavabdeh MMC arasında 12 aprel 2018-ci il tarixli SA.SER/03/18 nömrəli “Obyektlərin mühafizə olunması haqqında” müqavilə bağlanmış və müqaviləyə əsasən icraçı müqavilənin 5.1-ci maddəsinə görə müəyyənləşdirilmiş qiymət əsasında təhlükəsizlik və mühafizə sahəsində xidmətləri göstərməyi, sifarişçi isə göstərilən xidmətin müqabilində icraçıya haqq ödəməyi öhdəsinə götürmüşdür.
2. Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə ünvanlanmış 01 aprel 2022-ci il tarixli 16/L-22 nömrəli məktuba əsasən 12 aprel 2018-ci il tarixli SA.SER/03/18 nömrəli “Obyektlərin mühafizə olunması haqqında” müqaviləyə 01 may 2022-ci il tarixdə xitam verilmişdir.
Birinci instansiya və apellyasiya instansiyası məhkəməsindəki icraat
3. İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, göstərilmiş xidmətlə bağlı ödənilməmiş 46540 manat borc, 2022-ci il ilin 01 may ayınadək həmin məbləğə hesablanmış (bank uçot dərəcəsi) 1796,71 manat faizmaliyyə sanksiyası (öhdəliyin tam icra olunması günədək), müqavilənin 7.2 və 7.4 maddələrinə əsasən 3500 manat, 200 manat mediasiya xərcinin və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 45 manat məbləğinin, ümumilikdə 51836 manat məbləğində pul vəsaitinin Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-3763/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, 46540 manat məbləğində pul vəsaitinin Cavabdehndən tutularaq İddiaçınə ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi, ilkin mediasiya sessiyasının keçirilməsinə görə və dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 220 manat məbləğində pul vəsaitinin Cavabdehndən tutularaq İddiaçınə ödənilməsi qət edilmişdir.
5. İddiaçı MMC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın tam təmin edilməsini xahiş etmişdir.
6. Cavabdeh MMC də apellyasiya şikayəti verərək, həmin qətnamənin qismən, yəni iddianın təmin olunmuş hissəsində ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir.
7. Bakı Apellyasiya Məhkəməsinin 07 mart 2023-cü il tarixli 2-2(103)-231/2023 saylı qərardadı ilə faiz-maliyyə sanksiyasının öhdəliyin tam icra olunması günədək tutulması hissəsində iddia baxılmamış saxlanılmışdır.
8. Həmçinin Bakı Apellyasiya Məhkəməsinin 07 mart 2023-cü il tarixli 2-2(103)- 231/2023 saylı qətnaməsi ilə İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinin qismən, yəni 1796,71 manat və 3500 manat pul vəsaitlərinin tutulması barədə tələblərin rədd edilməsi hissəsində ləğv edilməsi, həmin hissədə iddianın qismən təmin edilməsi və Cavabdeh MMC-dən 3500 manat və 1355 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı MMC-yə ödənilməsi, faiz borcu barədə iddianın qalan hissədə təmin edilməməsi, qalan hissədə isə qətnamənin dəyişdirilmədən saxlanılması qət edilmişdir.
9. Bundan sonra iddiaçı "xxxx" MMC ərizə ilə məhkəməyə müraciət edərək, iş üzrə apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 130 manat rüsum pulunun "xxxx" MMC-dən tutularaq İddiaçı MMC-nin xeyrinə tutulması barədə və əsas borca hesablanmış 5% maliyyə sanksiyasının borc və faiz göstərilməklə "xxxx" MMC tərəfindən öhdəliyin tam icra olunması gününədək maliyyə sanksiyanın hesablanmasının göstərilməsi (məbləğ deyil, hesablanması göstərilməli) barədə əlavə qətnamə qəbul edilməsini xahiş etmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Məhkəmə iclasında iddiaçının nümayəndələri Nümayəndə və X2 əlavə qətnamənin qəbul edilməsini xahiş etdilər.
11. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 229.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.
TƏTBİQ EDİLƏN HÜQUQ
12. Mülki Prosessual Məcəllənin 229.1.3-cü maddəsinə əsasən iş üzrə qətnamə və ya qərardad çıxarmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi ilə və ya onları xəbərdar edərək öz təşəbbüsü ilə məhkəmə xərcləri haqqında məsələ hakim tərəfindən həll edilməmişsə əlavə qətnamə və ya əlavə qərardad çıxara bilər.
13. Həmin Məcəllənin 108.1.7-ci maddəsinə əsasən mülki məhkəmə icraatında apellyasiya şikayəti verildikdə dövlət rüsumu ödənilir.
14. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
15. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
16. Bakı Apellyasiya Məhkəməsinin 11 aprel 2023-cü il tarixli 2-2(103)-231/2023 saylı qərardadı ilə apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumunun tutulması barədə əlavə qətnamənin çıxarılması hissəsində ərizə təmin edilmiş, qalan hissədə isə ərizə rədd edilmişdir.
17. Qeyd olunanları nəzərə alaraq kollegiya qeyd edir ki, hazırda məhkəmə xərcləri ilə əlaqədar əlavə qətnamə çıxarılması məsələsinə baxılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
18. Məhkəmə kollegiyası qeyd edir ki, işə apellyasiya qaydasında baxılarkən məhkəmə xərcləri haqqında məsələ həll edilməmişdir.
19. Mülki Prosessual Məcəllənin 229.1 və 229.1.3-cü maddələrində isə təsbit olunmuşdur ki, iş üzrə qətnamə və ya qərardad çıxarmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi ilə və ya onları xəbərdar edərək öz təşəbbüsü ilə məhkəmə xərcləri haqqında məsələ hakim tərəfindən həll edilməmişsə əlavə qətnamə və ya əlavə qərardad çıxara bilər.
20. Qeyd olunanları və iddianın 99 % hissəsinin təmin edildiyini nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən apellyasiya şikayəti verilməsi üçün ödənilmiş 130 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
21. Həmçinin Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsini rəhbər tutaraq kollegiya qeyd edir ki, hazırkı əlavə qətnamədən kassasiya şikayəti verilə bilməz.
22. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 229.3 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh MMC-dən İddiaçı MMC-nin xeyrinə 130 manat dövlət rüsumu tutulsun. Əlavə qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Raqib Qurbanov
Hakimlər: Vüsalə Baxışova
Aida Hüseyn