Məhkəmə qərarları › İş №2-2(103)-231/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-231/2025

11.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-231/2025 11.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X1 Əliyevanın sədrliyi və məruzəsi ilə, Elnur Məmmədsaat oğlu Həsənovdan və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə3 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-2(113)-2965/2024 saylı qətnaməsindən cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları:

1. İddiaçı ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında 05 aprel 2021-ci il tarixli, AX 44/0421 saylı xidmət müqaviləsi və müqaviləyə əlavə imzalanmışdır. Həmin müqaviləyə əsasən iddiaçı cavabdehə Gəncə-Qazax-Gürcüstan sərhəddi yolunun dörd zolağa genişləndirilməsi lahiyəsi çərçivəsində yararsız materialın qazılaraq daşınması, bitki qatının çıxarılması, daş dolğusunun daşınması, yayılması, kipləşdirilməsi, yararlı materialın daşınmasi, yayılması və kipləşdirilməsi, geotekstilin sərilməsinin həyata keçirməyi, cavabdeh isə icraçıya göstərilən xidmətlərin razılaşdırılmış dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə və müqaviləyə əlavə hər iki tərəfin imzası və möhürü ilə təsdiq olunmuşdur.

2. Görülmüş işlərə dair xx.xx.2021-ci il tarixli aktı ilə 649.093,34 manat məbləğində, xx.xx.2021-ci il tarixli aktı ilə 376.013,57 manat məbləğində, xx.xx.2021-ci il tarixli aktı ilə 559.578,89 manat məbləğində, xx.xx.2021-ci il tarixli aktı ilə 386.710,41 manat məbləğində, ümumilikdə 1.971.396,21 manat məbləğində işlərin görülməsi hər iki tərəfin imzası ilə təsdiq edilmişdir. Qeyd olunan işlərə dair İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə EBBE seriyalı, 635319 nömrəli, xx.xx.2021-ci il tarixli, dəyəri 649.093,34 manat, EBBG seriyalı, 569188 nömrəli, xx.xx.2021-ci il tarixli, dəyəri 376.013,58 manat, EBBJ seriyalı, 619712 nömrəli, xx.xx.2021-ci il tarixli, dəyəri 559.578,89 manat, EBBN seriyalı, 552733 nömrəli, xx.xx.2021-ci il tarixli, dəyəri 386.710,41 manat olan elektron qaimələr göndərilmişdir.

3. EBBC seriyalı, 153304 nömrəli, xx.xx.2021-ci il tarixli, dəyəri 18.303,28 manat, EBBC seriyalı, 151858 nömrəli, xx.xx.2021-ci il tarixli, dəyəri 29.126,65 manat, EBBD seriyalı, 787477 nömrəli, xx.xx.2021-ci il tarixli, dəyəri 24.526,89 manat, EBBF seriyalı, 985726 nömrəli, xx.xx.2021-ci il tarixli, dəyəri 15.629,69 manat, EBBC seiyalı, ******* nömrəli, xx.xx.2021-ci il tarixli, dəyəri 193.685,04 manat, EBBC seriyalı, 908487 nömrəli, xx.xx.2021-ci il tarixli, dəyəri 465.209,06 manat, EBBD seriyalı, 786324 nömrəli, xx.xx.2021-ci il tarixli, dəyəri 249.955,29 manat, EBBP seriyalı, 843779 nömrəli, xx.xx.2022-ci il tarixli, dəyəri 136.735,10 manat olan elektron qaimələr İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə göndərilmişdir.

4. İddiaçı “Azərbaycan Beynəlxalq Bankı”da olan hesabı üzrə çıxarışdan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 2021-ci ildə əsas borc üzrə 560.000 manat, ƏDV borcu üzrə 100.800 manat olmaqla, cəmi 660.800 manat məbləğində pul ödənilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat:

5. İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Akkord Sənayə Tikinti İnvestisiya Korporasiyasi" ASC-dən müqavilə öhdəlikləri üzrə 2.443.767,22 manat pul məbləğinin və 405 manat məbləğində mediasiya xərclərinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia onunla əsaslandırılmışdır ki, 05 aprel 2021-ci il tarixində "xxxx" ASC və İddiaçı MMC arasında AX 44/0421 saylı Xidmət Müqaviləsi (bundan sonra “Müqavilə”) bağlanmışdır. Müqaviləyə əsasən iddiaçı cavabdehə Gəncə-Qazax-Gürcüstan sərhəddi yolunun dörd zolağa genişləndirilməsi lahiyəsi çərçivəsində yararsız materialın qazılaraq daşınması, bitki qatının çıxarılması, daş dolğusunun daşınması, yayılması, kipləşdirilməsi, yararlı materialın daşınmasi,yayılması və kipləşdirilməsi, geotekstilin sərilməsi həyata keçirilməsini, cavabdeh isə icaçıya göstərilən xidmətlərin razılaşdırılmış dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Qeyd olunan müqavilələrin şərtlərinə uyğun olaraq işlər görülmüş və xidmətlə göstərilmiş, bununla bağlı 12 aprel 2023-cü il tarixdə tərəflər arasında “Üzləşmə Akt”ı tərtib edilərək tərəflərin imzaları və möhürləri ilə təsdiq edilmişdir. Ancaq "xxxx" ASC müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyərək, tərəflər arasında yaranmış 2.443.767,22 manat pul məbləğini ödəməmişdir.

7. Bakı Kommersiya Məhkəməsinin 20 sentyabr 2024-cü il tarixli, e-2-2(113)- 2965/2024 saylı qiyabi qətnaməsi ilə iddia təmin edilərək xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 2.443.767 manat, 22 qəpik məbləğində pulun, mediasiyaya çəkilmiş xərcin əvəzi olaraq 405 manat məbləğində pulun "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq İddiaçınə ödənilməsi qət edilmişdir.

8. "xxxx" Açıq Səhmdar Cəmiyyəti Bakı Kommersiya Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli, e-2-2(113)-2965/2024 saylı qiyabi qətnaməsinin ləğvi barədə ərizə verərək, e-2-2(113)-2965/2024 saylı iş üzrə qiyabi qətnamənin ləğv edilməsini məhkəmədən xahiş etmişdir.

9. Bakı Kommersiya Məhkəməsinin 16 oktyabr 2024-cü il tarixli, e-2-2(113)- 2965/2024 saylı qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli, e-2-2(113)- 2965/2024 saylı qiyabi qətnaməsi ləğv edilmişdir.

10. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)- 2965/2024 saylı qətnaməsi ilə iddia təmin edilmiş, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 2.443.767 manat, 22 qəpik məbləğində pulun "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq İddiaçınə ödənilməsi, mediasiyaya çəkilmiş xərcin əvəzi olaraq 405 manat məbləğində pulun "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq İddiaçınə ödənilməsi qət edilmişdir.

11. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır kiMəhkəmə ilk növbədə qeyd etmişdir ki, hazırkı mübahisənin faktiki əsasını tərəflər arasında bağlanmış 05 aprel 2021-ci il tarixli müqavilə təşkil edir. Ona görə də, qeyd edilmiş müqavilə üzrə xidmətlərin göstərilib-göstərilməməsi və göstərilmiş olan xidmətlərə görə məbləğin ödənilibödənilməməsi müəyyən edilməlidir. İş materiallarına əlavə edilmiş görülmüş işlərə dair xx.xx.2021-ci il tarixli aktı ilə 649.093,34 manat məbləğində, xx.xx.2021-ci il tarixli aktı ilə 376.013,57 manat məbləğində, xx.xx.2021-ci il tarixli aktı ilə 559.578,89 manat məbləğində, xx.xx.2021-ci il tarixli aktı ilə 386.710,41 manat məbləğində, ümumilikdə 1.971.396,21 manat məbləğində işlərin görülməsi hər iki tərəfin imzası ilə təsdiq edilmişdir. Qeyd olunan işlərə dair iddiaçı ərəfindən cavabdehə EBBE seriyalı, 635319 nömrəli, xx.xx.2021-ci il tarixli, dəyəri 649.093,34 manat, EBBG seriyalı, 569188 nömrəli, xx.xx.2021-ci il tarixli, dəyəri 376.013,58 manat, EBBJ seriyalı, 619712 nömrəli, xx.xx.2021-ci il tarixli, dəyəri 559.578,89 manat, EBBN seriyalı, 552733 nömrəli, xx.xx.2021-ci il tarixli, dəyəri 386.710,41 manat olan elektron qaimələr göndərilmişdir. 20. Bundan əlavə iddiaçı tərəfindən cavabdehə EBBC seriyalı, 153304 nömrəli, xx.xx.2021-ci il tarixli, dəyəri 18.303,28 manat, EBBC seriyalı, 151858 nömrəli, xx.xx.2021-ci il tarixli, dəyəri 29.126,65 manat, EBBD seriyalı, 787477 nömrəli, xx.xx.2021-ci il tarixli, dəyəri 24.526,89 manat, EBBF seriyalı, 985726 nömrəli, xx.xx.2021-ci il tarixli, dəyəri 15.629,69 manat, EBBC seiyalı, ******* nömrəli, xx.xx.2021-ci il tarixli, dəyəri 193.685,04 manat, EBBC seriyalı, 908487 nömrəli, xx.xx.2021-ci il tarixli, dəyəri 465.209,06 manat, EBBD seriyalı, 786324 nömrəli, xx.xx.2021-ci il tarixli, dəyəri 249.955,29 manat, EBBP seriyalı, 843779 nömrəli, xx.xx.2022-ci il tarixli, dəyəri 136.735,10 manat olan elektron qaimələr göndərilmişdir. Sadə riyazi hesablama ilə göründüyü kimi, elektron qaimələrdəki məbləğlərin cəmi 3.104.567,22 manat təşkil edir. Bundan başqa, iş materiallarına əlavə olunmuş hesabdan çıxarışdan görünür ki, cavabdeh tərəfindən əsas borc üzrə 560.000 manat, ƏDV borcu üzrə 100.800 manat olmaqla, cəmi 660.800 manat məbləğində pul ödənilmişdir. Sadə riyazi hesablama ilə hesabladıqda da görünür ki, 3.104.567,22 (elektron qaimələrdəki məbləğlərin cəmi) manatdan 660.800 manat (cəmi ödənişlər) çıxıldıqda 2.443.767,22 manat edir. Hazırda, iddiaçı da, göstərilmiş xidmətlərə görə 2.443.767,22 manat məbləğində pulun tutulmasını xahiş edir. Məhkəmə xüsusi ilə, qeyd etməyi zəruri hesab etmişdir ki, cavabdeh tərəf heç bir məhkəmə hazırlıq və baxış iclaslarına gəlməmiş, iddiaya etiraz etməmişdir. Bundan başqa da, cavabdeh tərəf ancaq qiyabi qətnamənin ləğvi barədə ərizə təqdim etməklə kifayətlənməklə yanaşı, heç qeyd edilən ərizənin məzmununda belə, iddiaya etiraz etməsi ilə bağlı hər hansı bir fikir bildirməmişdir. Bu isə o nəticəyə gəlmək üçün əsas verir ki, cavabdeh tərəf dolayısı ilə, iddianı etiraf edir. Ona görə də, məhkəmə hesab etmişdir ki, elektron qaimələrdə göstərilmiş xidmətlər iddiaçı tərəfindən icra edilmiş, cavabdeh də müəyyən miqdarda ödənişlər etməklə xidmətlərin göstərildiyini qəbul etmiş və ona görə də, cavabdehin göstərilmiş olan xidmətlərə görə xidmət haqqını ödəmək öhdəliyi yaranmışdır. Yekun olaraq məhkəmə hesab etmişdir ki, iddia təmin edilməli, 2.443.767,22 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, məhkəmə hesab etmişdir ki, mediasiyaya çəkilmiş xərcin əvəzi olaraq 405 manat məbləğində pul da, "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq İddiaçınə ödənməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli qəbzdən və xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, iddiaçı tərəfindən mediasiya xidmət haqqının əvəzi olaraq 405 manat məbləğində pul Bakı 4 saylı Mediasiya Təşkilatının hesabına ödənmişdir. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab etmişdir ki, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.

12. Cavabdeh "xxxx" ASC həmin qətnamədən apellyasiya şikayəti verərək Baki Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-2(113)-2965/2024 saylı qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri:

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qarşı tərəf məhkəməyə iddiasının əsası kimi, 05 aprel 2021-ci il tarixli xidmət müqaviləsini təqdim etmişdir. Həmin müqaviləyə əsasən, görüləcək işlər və ödəniş qaydaları müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavələrdə razılaşdırılmış qiymətə əsasən müvafiq məbləği ödəyir. İddiaçı tərəf görülmüş işlərlə bağlı məhkəmə forma 2 aktlarını təqdim etmişdir. Təqdim edilmiş forma 2 aktları ilə faktiki görülmüş işlər arasında böyük fərqlər var. Belə ki, forma 2 aktlarında görülmüş işlər faktiki olaraq qismən görülmüşdür və qiymətlər şişirdilmişdir. Bununla bağlı məhkəmə ekspertizası keçirilməli, görülmüş işlərin həcmi və dəyəri müəyyən edilməli idi. Qeyd etmək istəyir ki, görülmüş işlər formal yəni kağız üzərində aparılmış faktiki olaraq həmin işlər iddiaçı tərəfindən qismən görülmüşdür. Qərarda göstərilir ki, “məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarının qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri vərəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Lakin məhkəmə bu normanın tələbinə də əməl etməmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

14. Apellyasiya şikayətinə etiraz onunla əsaslandırmışdır ki, Forma 2 Aktları üzrə görülmüş işlər və onların dəyəri cavabdehin nümayəndəsi tərəfindən imzalanmış və möhürləri ilə təsdiq edilmişdir. Bundan əlavə iddiaçı- İddiaçı MMC-nin cavabdehə göndərdiyi EBBE seriyalı, 635319 nömrəli, xx.xx.2021-ci il tarixli, dəyəri 649.093,34 manat, EBBG seriyalı, 569188 nömrəli, xx.xx.2021-ci il tarixli, dəyəri 376.013,58 manat, EBBJ seriyalı, 619712 nömrəli, xx.xx.2021-ci il tarixli, dəyəri 559.578,89 manat, EBBN seriyalı, 552733 nömrəli, xx.xx.2021-ci il tarixli, dəyəri 386.710,41 manat olan elektron qaımələr göndərilmişdir. 20. Bundan əlavə iddiaçı tərəfindən cavabdehə EBBC seriyalı, 153304 nömrəli, xx.xx.2021-ci il tarixli, dəyəri 18.303,28 manat, EBBC seriyalı, 151858 nömrəli, xx.xx.2021-ci il tarixli, dəyəri 29.126,65 manat, EBBD seriyalı, 787477 nömrəli, xx.xx.2021-ci il tarixli, dəyəri 24.526,89 manat, EBBF seriyalı, 985726 nömrəli, xx.xx.2021ci il tarixli, dəyəri 15.629,69 manat, EBBC seiyalı, ******* nömrəli, xx.xx.2021-ci il tarixli, dəyəri 193.685,04 manat, EBBC seriyalı, 908487 nömrəli, xx.xx.2021-ci il tarixli, dəyəri 465.209,06 manat, EBBD seriyalı, 786324 nömrəli, xx.xx.2021-ci il tarixli, dəyəri 249.955,29 manat, EBBP seriyalı, 843779 nömrəli, xx.xx.2022-ci il tarixli, dəyəri 136.735,10 manat olan elektron qaimələr cavabdeh tərəfindən təsdiq edilmişdir. Aktlarda olan rəqəmlər cavabdehin görülmüş işlərə görə borclu olmasının danılmaz sübutudur. Elə bu səbəbdən Bakı Kommersiya Məhkəməsi ekspertiza keçirilməsinə lüzum görməmişdir. Əlavə olara bildirirlər ki, cavabdeh işləri Forma 2 Aktları ilə təhvil almış, elektron qaimələr ilə görülən işlər və onlann dəyəri təsdiqləmişdir. Həmin dövrdə cavabdeh tərəfindən İddiaçı MMC -yə görülmüş işlərə görə nə yazılı, nə də şifahi irad bildirilməmişdir. Bunu da qeyd etmək vacibdir ki, cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən bir dəfə belə olsa məhkəməyə gəlməmiş, apellyasiya şikayətində qeyd etdikləri dırnaqarası arqumentlərini yazılı surətdə bu günə kimi heç vaxt bildirməmişdir. Üçüncü arqument ilə əlaqədar bunu bildirirlər ki, məhkəmənin (hakimin) qətnaməsi iddiaçının iddia ərizəsinə əlavə etdiyi mötəbər sübutlarla (müqavilə, Forma 2Aktlan, elektron qaimələr) əsaslandırılmışdır. Cavabdehin israrla qeyd etdiyi şahid ifadələrinin şərh edilməməsinə dair irəli sürdüyü absurd dəlilləri ilə bağlı bunu bildirmək istəyir ki, məhkəmə işi ilə bağlı şahidlər var idisə, bəs nə üçün bu günə kimi keçirilmiş heç bir məhkəmə iclasına "xxxx" ASC-nin nümayəndəsi gəlməmiş, həmin şahidlərlə məhkəmədə iştirak etmək tələb etməmişdir.

15. Bundan başqa cavabdeh tərəf ancaq qətnamənin ləğvi barədə ərizə təqdim etməklə kifayətlənib, qeyd edilən ərizənin məzmununda konkret hansı iddiaya etiraz etməsi ilə bağlı hər hansı bir fikir bildirməyib. Bu isə o deməkdir ki, cavabdehin iddianı təkzib edəcək konkret və əsaslı sübutları yoxdur. Yuxarıda sadalanan bütün “arqumentlər” sadəcə cavabdehin məsuliyyətdən yayınmaq istəyidir. Ona görə də, bildirmək istəyirlər ki, elektron qaimələrdə göstərilmiş xidmətlər İddiaçı MMC tərəfindən tam icra edilmiş, cavabdeh də müəyyən miqdarda ödənişlər etməklə xidmətlərin göstərildiyini qəbul etmişdir. Buna əsasən də cavabdehin göstərilmiş olan xidmətlərə görə xidmət haqqını ödəmək öhdəliyi yaranmışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları:

16. Məhkəmə iclasında iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək şikayətin rədd edilməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

17. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə MPM-in 376.2-ci maddəsinə əsasən şikayətə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq:

18. Mülki Məcəllənin: -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -390.4-cü maddəsinə görə tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. -425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. -442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. -753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur.

19. Mülki Prosessual Məcəllənin: -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

-119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1- 119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.

20. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 aprel 2022-ci il tarixli Qərarında sərgilənən hüquqi mövqeyə görə, lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergihesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.

Apellyasiya baxışının hədləri

21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

22. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

23. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia təmin edildiyindən və həmin qətnamə cavabdeh tərəfindən bütövlükdə mübahisələndirildiyindən qətnamənin əsaslığı tam yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

25. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında 05 aprel 2021-ci il tarixli, AX 44/0421 saylı xidmət müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqaviləyə əsasən iddiaçı cavabdehə Gəncə-Qazax-Gürcüstan sərhədi yolunun dörd zolağa genişləndirilməsi lahiyəsi çərçivəsində yararsız materialın qazılaraq daşınması, bitki qatının çıxarılması, daş dolğusunun daşınması, yayılması, kipləşdirilməsi, yararlı materialın daşınmasi, yayılması və kipləşdirilməsi, geotekstilin sərilməsinin həyata keçirməyi, cavabdeh isə icraçıya göstərilən xidmətlərin razılaşdırılmış dəyərini ödəməyi öhdəsinə götürmüşdür.

26. Hazırda İddiaçı mübahisəli müqaviləyə əsasən 2.443.767,22 manat məbləğində işlərin görüldüyünü (xidmətlərin göstərildiyini), lakin həmin işlərə (xidmətlərə) görə muzdun cavabdeh tərəfindən ödənilmədiyini əsas göstərərək həmin borcun cavabdehdən tutulmasını tələb edir.

27. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə “xidmət” müqaviləsi adlandırılsa da, həmin müqavilə üzrə icraçı tərəfindən göstərilməli olan “xidmətləri”nə maddi nəticələri olan işlərin görülməsi də daxil edildiyindən həmin müqavilə xidmət və podrat müqaviləsinin elementlərini birləşdirən qarışıq müqavilədir.

28. İddia tələbinin mahiyyətinə münasibətdə kollegiya qeyd edir ki, mübahisəli müqavilə üzrə ƏDV daxil 1.971.396,21 manat dəyərində işlərin görülməsi faktı hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmiş işlərin görülməsi barədə aktlar (forma 2 aktlarını) və elektron qaimələr ilə öz təsdiqini tapır. Bundan əlavə həmin müqavilə çərçivəsində ƏDV daxil 1.133.171 manat məbləğində işlərin görülməsi, xidmətlərin göstərilməsini və malların təqdim edilməsi faktını sübuta yetirmək üçün iddiaçı tərəfindən həmin məbləğə dair cavabdehə göndərilmiş elektron qaimələri, eləcə də həmin elektron qaimələrin avtomatik olaraq sistem tərəfindən deyil, cavabdehin işçisi tərəfindən təsdiq edən sistemdən çıxarışları məhkəməyə təqdim etmişdir.

29. Digər tərəfdən cavabdeh apellyasiya şikayətində forma 2-lərdə əks olunmuş işlərin tam görülmədiyini, forma-2-lərin formal qaydada tərtib edildiyini bildirsə də, mübahisəli subpodrat müqaviləsi üzrə hansı həcmdə işlərin faktiki icra etdiyini dəqiq göstərməmiş, işlər görülmədiyi halda forma 2-ləri təsdiq etməsinin və qismən ödəniş etməsinin səbəblərini izah etməmişdir. Bundan əlavə cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməməklə və gəlməməsinin səbəbləri barədə məlumat verməməklə apellyasiya şikayətində irəli sürdüyü dəlillərin məhkəmə iclasında dəqiqləşdirilərək (işlərin hansı hissəsinin icra edildiyi, hansı hissədə isə icra edilmədiyi aydınlaşdırılaraq) araşdırılmasında apellyatordan gözlənilən ağlabatan marağı da nümayiş etdirməmişdir.

30. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı öz davranışı ilə şübhəsiz və mübahisəsiz qəbul etdiyi işləri (işləri dəyəri və həcmini) məhkəmə prosesi gedişində mübahisələndirilməsi mülki dövriyyə vicdanlı iştirakçısından gözlənilən davranış olmamaqla Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş vicdanlılıq, eləcə də estoppel prinsipinin tələblərinə cavabdeh vermir.

31. Belə ki, anqlo-sakson (ümumi) hüquqdan qaynaqlanan estoppel “ədalət məhkəmələri” tərəfindən tərəflərin təqdim etdikləri sübutların araşdırılması zamanı istifadə olunaraq presedent hüququnun prinsipi kimi formalaşmışdır. Bu prinsip tərəflərə öz hərəkətləri və ya davranışı ilə şübhəsiz və mübahisəsiz qəbul etmiş olduğu hallara sonradan istinad etməsini istisna edir. Estoppel prinsipi şəxsin digər tərəfin hüquqi şəraitə vicdanlı şəkildə güvənindən sui-istifadə edərək, onun mənafeyinə xələl gətirən üstünlük və fayda əldə etməsinin qarşısının alınması məqsədini daşıyır (M.Şükürovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 iyul 2022-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 26 aprel 2023-cü il tarixli qərar).

32. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini formal mülahizə kimi qiymətləndirərək hesab edir ki, həmin dəlillər qətnamənin ləğv edilməsi və dəyişdirilməsi üçün əsas vermir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

33. Eyni zamanda iddia tələblərinin tam təmin edildiyini nəzərə alaraq kollegiya məhkəmə xərclərinin, o cümlədən mediasiya xərclərinin cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində də qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

34. İşə apellyasiya qaydasında baxılması üçün çəkilmiş məhkəmə xərclərinə gəldikdə kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. 32 Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-2(113)-2965/2024 saylı saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti üçün ödənilmiş rüsum cavabdehin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Leyla Əliyeva

Hakimlər: Elnur Həsənov

Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar