Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-237/2025 23.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Şirinovun sədrliyi və məruzəsi ilə, X5 və X1 ibarət tərkibdə, İddiaçı X2 Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin 12 dekabr 2024-cü il tarixli, e-2-2(113)-9167/2024 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı X4 Cavabdehnəqarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC tərəfindən 147.505,44 (yüz qırx yeddi min beş yüz beş manat qırx dört qəpik) azn (ƏDV daxil) yaranmış borc, vergi xidmətinə ödəməli olduğu mənfəət vergisi 25200 (iyirmi beş min iki yüz) manat, vəkil xidməti üçün ödənilmiş 1520 (min beş yüz iyirmi) azn rüsum və əlavə məhkəmə üçün ödənilmiş 465 (dört yüz otuz altmış beş) azn dövlət rüsumu olmaqla, cəmi 174225,44 (yüz yetmiş dört min iki yüz iyirmi beş manat qırx dört qəpik) azn pul vəsaitinin iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 12 dekabr 2024-cü il tarixli, e-2-2(113)-9167/2024 saylı qərardadı ilə iddia ərizəsi və ərizəyə əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Qeyd edilən qərardaddan iddiaçı tərəfindən şikayət verilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, cavabdeh müqavilədə faktiki ünvan olaraq ünvan 1baycan Respublikası MPM-nin 35.2-ci maddəsində qeyd edilir ki,hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-9167/2024 saylı qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 35.2-ci maddəsinə əsasən Hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Məhkəmə qeyd etmişdir ki, iş materiallarına əlavə edilmiş sənədlərdən və internet vergi idarəsi kommersiya qurumlarının dövlət reyestri məlumatlarından da görünür ki, Cavabdeh ünvan 3 ünvanında rəsmi olaraq qeydiyyata alınmışdır. Məhkəmə kollegiyası hüquqi ünvanın məhkəmə tərəfindən düzgün müəyyən edildiyini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddia ərizəsinin geri qaytarılması nəticəsinə gəlmişdir. Beləliklə, kollegiya hesab edir ki, şikayət əsassızdır və onun dəlilləri birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı X4 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 12 dekabr 2024-cü il tarixli, e-2-2(113)-9167/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(103)-237/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-237/2025
23.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver