Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-240/2025 03.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: podrat müqaviləsi, podratın qüsurları, sübutetmə) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlundan və X2 ibarət tərkibdə, Hüseynli Adilə Adil qızının katibliyi, iddiaçı "xxxx" MMC-nin nümayəndəsi (vəkili) Nümayəndə1 iştirakı ilə "xxxx" MMC-nin Cavabdeh MMC-yə qarşı “ümumi dəyəri 41 689,35 ABŞ dolları təşkil edən əşyalara dair mənşə sertifikatların təqdim edilməsi, həmin əşyalara dair ikitərəfli təhvil-təslim aktının tərtib edilməsi, imzalanması və möhür vurulması vəzifəsinin cavabdehin üzərinə qoyulması, pul vəsaitinin tutulması” tələblərinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 12 sentyabr 2024-cü il tarixli qətnaməsindən iddiaçının və cavabdehin nümayəndələri (vəkilləri) tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. "xxxx" MMC xx.xx.2019-ci il tarixində Gürcüstan Respublikasının İctimai Reyestrin Milli Agentliyi İHHŞ-də məhdud məsuliyyətli cəmiyyət kimi qeydiyyata alınmışdır, direktoru Teimuraz Koniaşvilidir.
2. "xxxx" MMC (sifarişçi) ilə "Platforma” MMC (podratçı) arasında xx.xx.2019cu il tarixində 19-01 saylı “Brend üçün dərzilik xidmətlərinin göstərilməsi haqqında” müqavilə bağlanmış, müqavilənin 1.1-ci bəndinə əsasən podratçı, sifarişçinin tələb etdiyi ölçüdə, üslubda, kəmiyyətdə və xammalda geyimlərin (malların) tikilməsi xidmətlərini (“Xidmət”) göstərməyi (müqavilənin ayrılmaz hissəsi olan müvafiq Əlavələrdə göstərildiyi kimi), sifarişçi isə müqaviləyə uyğun olaraq Xidmətləri və malları qəbul etməyi və haqqı ödəməyi öhdələrinə götürmüşlər.
3. Müqavilənin 1.2-ci bəndinə əsasən, mallar "xxxx" brendinə aiddir və həmin brendin adı ilə buraxılmalıdır; 1.3-cü bəndində əsasən, podratçı tərəfindən malların çatdırılması Azərbaycanın Bakı şəhərində həyata keçiriləcək.
4. Müqavilənin 2.2-ci bəndində, müqavilədə nəzərdə tutulmuş xidmətlərin peşəkarca və vaxtında çatdırılmasını təmin etmək; görüləcək hər hansı iş barədə sifarişçiyə vaxtında məlumat vermək; və təhvil-təslim aktına uyğun olaraq malı sifarişçiyə çatdırmaq podratçının öhdəlikləri olaraq sadalanmışdır:
5. Müqavilənin 3.1-ci bəndində nəzərdə tutulmuşdur ki, podratçı mallar hazır olan və bu müqavilənin tələblərinə uyğun gələn kimi xidmətlərin başa çatması barədə sifarişçini xəbərdar etməlidir. Xidmətin göstərilməsi başa çatdıqdan sonra Podratçı 2 (iki) nüsxədə imzalanmış təhvil-təslim aktı əsasında malı müştəriyə təhvil verəcək.
6. Müqavilənin 3.3-cü bəndinə əsasən, malların çatdırılma şərtləri müvafiq əlavədə müəyyən edilmişdir, xidmətlər gecikdirildikdə, podratçı hər gecikdirilmiş gün üçün vaxtı keçmiş xidmət haqqının 0,1% miqdarında cərimə edilir.
7. Müqavilənin 4.1-ci bəndinə əsasən, malın qiyməti xammalın dəyərindən və xidmət haqqından (“Haqq”) ibarətdir və bu Sazişin müvafiq Əlavəsi ilə müəyyən edilir; 4.2-ci bəndinə əsasən, müqavilənin icrası ilə bağlı bütün xərclər podratçı tərəfindən təqdim edilmiş hesab-fakturalara uyğun olaraq, müvafiq əlavədə müəyyən edilmiş qaydada sifarişçi tərəfindən podratçının bank hesabına ödənilir; 5.2-ci bəndinə əsasən tərəflər bu müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsinə görə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar.
8. Müqavilənin 8.1-ci bəndinə əsasən, müqavilə imzalandığı gündən qüvvəyə minir və 11 ay müddətində qüvvədədir; 8.2-ci bəndinə görə isə, tərəflərdən hər hansı biri müqavilənin müddətinin bitməsinə 30 gün qalmış digər tərəfə xitam barədə yazılı bildiriş göndərmədiyi təqdirdə, müqavilə avtomatik olaraq eyni müddətə davam edəcəkdir.
9. xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək “Bank of Georgia” SC vasitəsilə Səbinə Hüseynovanın adına (5725 ABŞ dolları, 4000 ABŞ dolları, 5000 ABŞ dolları, 5000 ABŞ dolları) və Pərviz Sadıqovun adına (4000 ABŞ dolları, 4442 ABŞ dolları) Girogi Turmanodze tərəfindən cəmi 28 167 ABŞ məbləğində pul köçürməsi həyata keçirilmişdir.
10. "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə proforma invoice 19.01.01xx.xx.2019 üzrə 2750 ABŞ dolları və 1584,10 ABŞ dolları, proforma İnvoice İnv N KKD- 2022/12/15-001 üzrə 934,50 ABŞ dolları, proforma İnvoice Spanish photoshoot 22.10.22 üzrə 1155 ABŞ dolları, proforma İnvoice xx.xx.2020 üzrə 3800 ABŞ dolları, proforma İnvoice (mart-aprel 2020) üzrə 856,80 ABŞ dolları, proforma İnvoice xx.xx.2020 üzrə 3171,18 ABŞ dolları, xx.xx.2020-ci il tarixində 1711,42 ABŞ dolları, proforma İnvoice 26.10.22 üzrə 385 ABŞ dolları, proforma İnvoice N KKD-2023.01.03-002 üzrə 1272,29 ABŞ dolları, proforma İnvoice P17 üzrə 1431,15 ABŞ dolları, proforma İnvoice P19 üzrə 1161,72 ABŞ dolları, proforma İnvoice P18 üzrə 5819 ABŞ dolları, proforma İnvoice fabric packing cover üzrə 3300 ABŞ dolları, proforma invoice P16 və P-15 üzrə 9931,32 ABŞ dolları, proforma invoice 19-01-02-xx.xx.2019 üzrə 6700 ABŞ dolları, proforma invoice 19-01-02xx.xx.2019 üzrə 2882 ABŞ dolları, proforma invoice xx.xx.2019 üzrə 2000 ABŞ dolları, proforma invoice xx.xx.2019 üzrə 4700 ABŞ dolları məbləğində ödənişlər edlmişdir.
11. Cavabdeh MMC-nin direktorunun təqdim etdiyi “İnvoislar üzrə hesabat”da göstərilmişdir ki, cəmi 82 683,17 ABŞ dolları dəyərində sifariş verilmiş, cəmi 61 201,37 ABŞ dolları ödəniş edilmiş, 47 582,20 ABŞ dolları məbləğində mallar götürülmüş, 8426,25 ABŞ dolları məbləğində mallar götürülmüş, lakin dəyəri ödənilməmiş, 13 055,55 ABŞ dolları məbləğində sifariş üzrə qalıq qalmışdır (müəyyən mallar hazırdır, müəyyən hissəsi hazırlanmağa başlanılıb, lakin ödəniş tamamlanmadığı üçün başa çatdırılmayıb).
12. Cavabdeh MMC-nin direktoru X1 İnvoce üzərində xx.xx.2022-ci il tarixində əlyazısı ilə qeyd etmişdir ki, “35 643 ABŞ dolları ümumi məbləğdən stok alışı üçün 18 400 ABŞ dolları məbləğində nağd ödəniş olunmuşdur” (S.Hüseynova əlyazısının ona məxsus olduğunu və həqiqətən də müqavilə üzrə 18 400 ABŞ dollarının nağd şəkildə ödənildiyini etiraf və qəbul etmişdir).
13. "xxxx" MMC tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli maliyyə arayışında göstərilmişdir ki, “tərəflər arasında xx.xx.2019-cu il tarixində bağlanmış 19-01 nömrəli müqavilə üzrə verilmiş sifarişlərin dəyərinin ödənilməsi üçün cavabdehin rəsmi bankda olan ABŞ dolları valyuta hesabına xx.xx.2019-cu tarixində 2750 ABŞ dolları; xx.xx.2019-cu il tarixində 6700 AbŞ dolları; xx.xx.2019-cu il tarixində 1584,10 ABŞ dolları; xx.xx.2019-cu il tarixində 2000 ABŞ dolları; xx.xx.2020-ci il tarixində 4700 ABŞ dolları; xx.xx.2020-ci il tarixində 3800 ABŞ dolları; xx.xx.2020-ci il tarixində 856,80 ABŞ dolları; xx.xx.2020-ci il tarixində 2882 ABŞ dolları; xx.xx.2020-ci il tarixində 1711,42 ABŞ dolları; xx.xx.2020-ci il tarixində 3171,18 ABŞ dolları; xx.xx.2020-ci il tarixində 3300 ABŞ dolları; xx.xx.2022-ci il tarixində 9931,32 ABŞ dolları; xx.xx.2022-ci il tarixində 385 ABŞ dolları; xx.xx.2022-ci il tarixində 1155 ABŞ dolları; xx.xx.2022-ci il tarixində 1431,15 ABŞ dolları; xx.xx.2022-ci il tarixində 1161,72 AbŞ dolları; xx.xx.2022-ci il tarixində 5819 ABŞ dolları; xx.xx.2023-cü il tarixində 934,50 ABŞ dolları; xx.xx.2023-cü il tarixində 1272,29 ABŞ dolları; xx.xx.2023-cü il tarixində 5687,89 ABŞ dolları olmaqla, ümumilikdə cavabdehin bank hesabına rəsmi qaydada 61 233,37 (altmış bir min iki yüz otuz üç dollar otuz yeddi sent) ABŞ dolları pul vəsaiti köçürülmüşdür. xx.xx.2019-cu il tarixli Əlavədə və Proforma-İnvoysda göstərilən 4334,10 ABŞ dolları dəyərini təşkil edən invoys üzrə xx.xx.2019-cu ildə 2750 və xx.xx.2019-cu ildə 1584,10 ABŞ dolları ödənişlər olmaqla 4334,10 ABŞ dolları tam ödənilib, bu proforma üzrə təqdim edilmiş əşyaların ümumi dəyəri 2573,05 ABŞ dolları təşkil etmiş, 1761,05 ABŞ dolları dəyərində əşyalar təqdim edilməmişdir. xx.xx.2019-cu il tarixli ümumi dəyəri 8634 ABŞ dolları olan Proforma-invoysa uyğun olaraq xx.xx.2019-cu il tarixində 6700 və xx.xx.2020-ci ildə 2882 ABŞ dolları ödənişlər olmuşdur, nəticədə 9582 ABŞ dolları ödəniş olub ki, bunun 948 ABŞ dolları artıq ödəmə olub, bu proforma üzrə təqdim edilmiş əşyaların ümumi dəyəri 5234 ABŞ dolları təşkil edir, 3400 ABŞ dolları dəyərində əşyalar təqdim edilməmiş və 948 ABŞ dolları artıq ödənilmiş vəsait geri qaytarılmamışdır. 27.12.20l9-cu il tarixli ümumi dəyəri 8354,82 ABŞ dolları olan Proforma invoysa uyğun olaraq xx.xx.2019-cu il tarixində 2000 və xx.xx.2020-ci ildə 4700 ABŞ dolları, ümumilikdə isə 6700 ABŞ dolları ödənişlər olmuş, bu proforma üzrə təqdim edilmiş əşyaların ümumi dəyəri 2685 ABŞ dolları təşkil edir, 4015 ABŞ dolları dəyərində əşyalar təqdim edilməmişdir. xx.xx.2020-ci il tarixli ümumi dəyəri 5143,86 ABŞ dolları olan Proforma-invoysa uyğun olaraq xx.xx.2020-ci il tarixində 3800 ABŞ dolları ödəniş olmuş, bu proforma üzrə təqdim edilmiş əşyaların ümumi dəyəri 3413 ABŞ dolları təşkil edir, 387 ABŞ dolları dəyərində əşyalar təqdim edilməmişdir. xx.xx.2020-ci il tarixli ümumi dəyəri 3109 (+2% bank faizi) ABŞ dolları olan Proforma invoysa uyğun olaraq xx.xx.2020-ci il tarixində 3171,18 ABŞ dolları ödəniş olmuş, bu proforma üzrə təqdim edilmiş əşyaların ümumi dəyəri 1693 ABŞ dolları təşkil edir, 1416 ABŞ dolları dəyərində əşyalar təqdim edilməmişdir. P15-H-K Proforma-invoysa uyğun olaraq ümumi dəyəri 5204,85 ABŞ dolları təşkil edən vəsaitin 70% olan 3643,4 ABŞ dolları məbləğinin xx.xx.2022-ci il tarixində bir ödəniş tapşırıqla 9931,32 ABŞ dolları məbləğinin daxilində olmuşdur. Bu proforma üzrə təqdim edilmiş əşyaların ümumi dəyəri 3330 ABŞ dolları təşkil edir, 313,4 ABŞ dolları dəyərində əşyalar təqdim edilməmişdir. P16-royalty DB Proforma-invoys üzrə ümumi dəyəri olan 8982,75 ABŞ dollarının təşkil edən bu invoysin 70% olan 6287,93 ABŞ dollar məbləği xx.xx.2022ci il tarixində 9931,32 ABŞ dolları ödəniş taşırığının daxilində ödənilmişdir. Bu proforma üzrə təqdim edilmiş əşyaların ümumi dəyəri 6750 ABŞ dolları təşkil edir. P18 DFWS saylı ümumi dəyəri 8312,85 ABŞ dolları olan Proforma-invoysa uyğun olaraq 70% xx.xx.2022ci il tarixində 5819 ABŞ dolları məbləğində ödəniş olmuş, bu proforma üzrə təqdim edilmiş əşyaların ümumi dəyəri 4788 ABŞ dolları təşkil edir. 1031 ABŞ dolları dəyərində əşyalar təqdim edilməmişdir. xx.xx.2022-ci il tarixli ümumi dəyəri 5022 ABŞ dolları olan Proforma-invoysa uyğun olaraq, iddiaçı şirkətin rəhbəri Bakı şəhərinə olduğu zaman, cavabdeh şirkətin tələbi ilə nağd qaydada cavabdehin rəhbərinə xx.xx.2022-ci il tarixli Proforma İnvoysda göstərilən malların dəyərini təşkil edən 5022 ABŞ dolları verilmiş və onun tərəfindən həmin proformaya ingilis dilində "CASH”, yəni nağd almasına dair qeyd aparılaraq, həmin proforma onun tərəfindən imzalanıb skan edilərək iddiaçı şirkətə təqdim edilmişdir. Bu proforma üzrə təqdim edilmiş əşyaların ümumi dəyəri 3767 ABŞ dolları təşkil edir, 1255 ABŞ dolları dəyərində əşyalar təqdim edilməmişdir. xx.xx.2023-cü il tarixli P20 DFW saylı ümumi dəyəri 1817,55 ABŞ dolları olan Proforma-invoysa uyğun olaraq həmin məbləğin 70% xx.xx.2023-cü il tarixində 1272,29 ABŞ dolları məbləğində ödəniş olmuş, bu proforma üzrə təqdim edilmiş əşyaların ümumi dəyəri 1225 ABŞ dolları təşkil edir, 47,29 ABŞ dolları dəyərində əşyalar təqdim edilməmişdir. xx.xx.2023-cü il tarixli P22 DFWK saylı ümumi dəyəri 7109,87 ABŞ dolları olan Proforma-invoysa görə xx.xx.2023-cü il tarixində 5687,89 ABŞ dolları məbləğində ödəniş olunmuş, bu proforma üzrə təqdim edilmiş əşyaların ümumi dəyəri 6231,3 ABŞ dolları təşkil edir. O da qeyd olunmalıdır ki, xx.xx.2022-ci il tarixində 1155 ABŞ dolları, xx.xx.2022-ci il tarixində 1431,15 ABŞ dolları və xx.xx.2023-cü il tarixində 934,50 ABŞ dolları ödənişlər üzrə cavabdeh tərəfindən proforma invoyslarda göstərilən xidmətlər icra edilmişdir ki, bu xidmətlətin ümumi dəyəri 3520,65 ABŞ dolları təşkil edir. xx.xx.2020-ci il tarixində 1711,42 ABŞ dolları, xx.xx.2020-ci il tarixində 3300 ABŞ dolları; xx.xx.2020-ci il tarixində 856,80 ABŞ dolları, xx.xx.2022-ci il tarixində 385 ABŞ dolları, xx.xx.2022-ci il tarixində 1161,72 ABŞ dolları məbləğində vəsaitlər ödənilmişdir ki, bu vəsaitlər üzrə əşyalar təqdim edilməmişdir. Nəticə etibarilə, cavabdehin iddiaçıya təqdim etdiyi rəsmi qaydada iddiaçının bank hesabından cavabdehin hesabına köçürülmüş 61 233,37 ABŞ dolları vəsaitdən 38 102,35 ABŞ dolları dəyərində əşyalar, eləcə də xx.xx.2022-ci il tarixli ümumi dəyəri 5022 ABŞ dolları olan Proforma-invoysa uyğun olaraq cavabdehin rəhbərinə nağd qaydada verilmiş vəsait üzrə 3767 ABŞ dolları təşkil edən əşyalar təqdim edilmişdir ki, ümumilikdə cavabdeh iddiaçıya 41 689,35 ABŞ dolları dəyərində əşyaları vermiş eləcə də, ümumi məbləği 3520,65 ABŞ dolları təşkil edən xidmətlər göstərmişdir. İddiaçının bank hesabından cavabdehin hesabına köçürülmüş 61 233,37 ABŞ dolları (61 233,37- 38 102,35-3767=19 364,02) vəsait üzrə verilməyən əşyaların dəyəri 19 364,02 ABŞ dolları təşkil edir. Daha sonra qeyd etmək istərdik ki, 2022-ci ilin sonlarında iddiaçı şirkətin rəhbəri Bakı şəhərində olduğu zaman, cavabdeh şirkətin nağd qaydada vəsaitin ona verilməsinə dair tələbi ilə, 18 400 ABŞ dolları məbləğində vəsait ona nağd qaydada ödənilmiş və cavabdehin rəhbəri X8 üzərində xx.xx.2022-ci il tarixində özünün əl yazması ilə rus dilində qeydlər apararaq, iddiaçı şirkətin təsisçisinin və direktorunun elektron poçt ünvanlarına, özünün elektron poçt ünvanından göndərərək göstərmişdir ki, “35 643 ABŞ dolları təşkil edən stok üzrə 18 400 ABŞ dolları nağd şəkildə ödənildi, bu stok üzrə qaldı 17 273 ABŞ dolları”. Bundan əlavə cavabdehin rəsmi hesabından kənar ödəmələrin aparılması ilə bağlı, cavabdehin rəhbəri Səbinə Hüseynovanın tələbi ilə “Western Union” bank köçürülmələri vasitəsi ilə iddiaçı şirkətin rəhbəri olan Giorqi Turmanidze tərəfindən Səbinə Hüseynovanın adına xx.xx.2022-ci il tarixində 5725 ABŞ dolları; xx.xx.2022-ci il tarixində 4000 ABŞ dolları; xx.xx.2022-ci il tarixində 5000 ABŞ dolları; xx.xx.2022-ci il tarixində 5000 AbŞ dolları məbləğində, sürücüsü Pərviz Sadıqovun adına isə xx.xx.2022-ci il tarixində 4000 ABŞ dolları və xx.xx.2022-ci il tarixində 4442 ABŞ dolları olmaqla, ümumilikdə “Western Union” bank köçürülmələri vasitəsi ilə cavabdeh şirkətin rəhbərinə 28 167 (iyirmi səkkiz min bir yüz altmış yeddi dollar) ABŞ dolları pul vəsaiti verilmişdir. Bu vəsaitlər üzrə əşyalar iddiaçıya təqdim edilməmişdir. Göründüyü kimi, iddiaçının bank hesabından cavabdehin hesabına köçürülmüş 61 233,37 ABŞ dolları (61.233,37-38.102,35-3767=19.364,02) vəsait üzrə verilməyən əşyaların dəyəri 19 364,02 ABŞ dolları, xx.xx.2022-ci il tarixli ümumi dəyəri 5022 ABŞ dolları olan Proforma-invoysa uyğun olaraq cavabdehin rəhbərinə nağd qaydada verilmiş vəsait üzrə verilməyən əşyaların dəyəri 1255 ABŞ dolları, cavabdehin rəhbəri X5 üzərində xx.xx.2022-ci il tarixində özünün əl yazması ilə rus dilində qeydlər apararaq "35.643 ABŞ dolları təşkil edən stok üzrə 18.400 ABŞ dolları nağd şəkildə ödənildi, yazdığı 18 400 ABŞ dolları vəsait üzrə verilməyən mallar və “Western Union” bank köçürülmələri vasitəsi ilə cavabdeh şirkətin rəhbərinə köçürülmüş 28 167 ABŞ dolları pul vəsaiti üzrə əşyalar verilməmişdir ki, bunların da cəmi məbləği 67 186,02 ABŞ dolları təşkil edir”.
14. Cavabdeh MMC-nin direktoru X4 "xxxx" MMC-nin direktoru Teymuraz Koniaşvilinin, təsisçisi Elena Kuznetsovanın və digər əməkdaşlarının xx.xx.2023-cü il tarixdə anbardan malları oğurlayıb Dubaya apardıqları” barədə şikayəti üzrə Bakı şəhəri Səbail RPİ-də araşdırma aparılmış, mübahisənin mülki xarakterli olması əsas göstərilməklə xx.xx.2023-cü il tarixli qərarla cinayət işinin başlanması rədd edilmişdir.
15. "xxxx" MMC-nin nümayəndəsi (vəkili) xx.xx.2023-cü il tarixdə Cavabdeh MMC-nə pretenziya məktubu ünvanlamış, təhvil verilmiş mallar üzrə məişət sertifikatlarının təqdim edilməsini, eləcə də sifarişçi tərəfindən ödənilmiş və təqdim edilməmiş malların dəyərini təşkil edən 36 179,15 ABŞ dolları məbləğində pul vəsaitinin 10 gün ərzində sifarişçiyə geri qaytarılmasını xahiş etmişdir.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
16. "xxxx" MMC (iddiaçı) Cavabdeh MMC-yə (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, cavabdeh tərəfindən ona təhvil verilmiş, ümumi dəyəri 49 148,77 ABŞ dolları təşkil edən mallar üzrə məişət sertifikatların təqdim edilməsi, eləcə də təhvil verilmiş mallara dair ikitərəfli təhvil-təslim aktın tərtib edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması, tərəfindən cavabdehə ödənilmiş, lakin cavabdeh tərəfindən təqdim edilməmiş malların dəyərini təşkil edən 36 251,6 ABŞ dollarının, eləcə də xx.xx.2023-cü il tarixindən başlayaraq qətnamə icra olunan günədək 36 251,6 ABŞ dolları məbləğinə hər gün üçün 0,1%-i miqdarında cərimə məbləğlərinin hesablanması və həmin məbləğin də cavabdehdən xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
17. İddia tələbləri belə əsaslandırılmışdır ki, Gürcüstan Respublikasının qanunverciliyinə əsasən qeydiyyatdan keçmiş "xxxx" MMC (“Sifarişçi”) və Azərbaycan Respublikasının qanunlarına əsasən qeydiyyatdan keçmiş Cavabdeh MMC (“Podratçı”) arasında bağlanmış xx.xx.2019-cu il tarixli 19-01 nömrəli "xxxx" brendi üçün geyim və aksesuar əşyalarının tikilməsi üzrə dərzi xidmətlərinin göstərilməsi haqqında” Müqaviləyə uyğun olaraq, Podratçı Sifarişçinin tələblərinə uyğun üslubda, ölçüdə və xammaldan istifadə edərək, Sifarişçiyə dərzilik xidmətləri göstərməyi öhdəsinə götürmüşdür. Tərəflər arasında olan razılaşmaya əsasən, tikilməsi nəzərdə tutulan geyim və aksesuar əşyalarının xammalının növü və rəngi Sifarişçi tərəfindən seçilməklə Podratçı tərəfindən alınması təmin edilir və xammalın dəyəri də Sifarişçi tərəfindən hər bir geyim və ya aksesuar üzrə aparılan ödənişə daxil edilmişdir. Tərəflər arasında bağlanmış Müqavilənin 1.1-ci bəndinə əsasən, Müqaviləyə uyğun olaraq, podratçı sifarişçinin tələb etdiyi ölçüdə, üslubda, kəmiyyətdə və xammalda geyimlərin (Malların) tikilməsi xidmətlərini (“Xidmət”) göstərməyi öhdəsinə götürür, müqavilənin ayrılmaz hissəsi olan müvafiq Əlavələrdə (bundan sonra “Əlavə” adlandırılacaq) göstərildiyi kimi və sifarişçi bu müqaviləyə uyğun olaraq xidmətləri və malları qəbul etməyə və haqqı ödəməyə razıdır. Müqavilənin 1.2-ci bəndinə əsasən, mallar "xxxx" brendinə aiddir və həmin brendin adı ilə buraxılmalıdır. Müqavilənin 1.3-cü bəndində əsasən, podratçı tərəfindən malların çatdırılması Azərbaycanın Bakı şəhərində həyata keçiriləcək. Tərəflər arasında bağlanmış müqavilənin “Podratçının öhdəlikləri” adlanan 2.2-ci bəndinə əsasən; 2.2.1. bu Müqavilədə nəzərdə tutulmuş xidmətlərin peşəkarca və vaxtında çatdırılmasını təmin etmək; 2.2.2 görüləcək hər hansı iş barədə müştəriyə vaxtında məlumat vermək; 2.2.3 təhvil-təslim aktına uyğun olaraq malı müştəriyə çatdırmaq podratçının öhdəlikləridir. Müqavilənin 3.1-ci bəndinə əsasən, podratçı mallar hazır olan və bu müqavilənin tələblərinə uyğun gələn kimi xidmətlərin başa çatması barədə müştərini xəbərdar etməlidir. Xidmətin göstərilməsi başa çatdıqdan sonra Podratçı 2 (iki) nüsxədə imzalanmış təhvil-təslim aktı əsasında malı müştəriyə təhvil verəcək; 3.3 Malların çatdırılma şərtləri müvafiq əlavədə müəyyən edilmişdir. Xidmətlər gecikdirildikdə, podratçı hər gecikdirilmiş gün üçün vaxtı keçmiş xidmət haqqının 0,1% miqdarında cərimə edilir. Müqavilənin dəyəri və ödəniş üsulu adlanan 4.1-ci bəndində göstərilmişdir ki, malın qiyməti xammalın dəyərindən və xidmət haqqından ("Haqq”) ibarətdir və bu Sazişin müvafiq Əlavəsi ilə müəyyən edilir. Müqavilənin 8.1-ci bəndində müqavilənin müddəti 12 ay göstərilsə də, müqavilənin 8.2-ci bəndinə əsasən müqavilə müddəti avtomatik olaraq hər il uzadıldığından, tərəflərin işgüzar münasibətləri 2023-cü ilin aprel ayına qədər davam etmişdir. xx.xx.2019-cu il tarixində tərəflər arasında Müqaviləyə Əlavə №01 saylı razılaşma imzalanmış, Əlavədə Podratçı, ümumi dəyəri 4334,10 ABŞ dolları olan malı 60 gün ərzində müştəriyə çatdırmağı öhdəsinə götürmüş, ödəniş şərtləri kimi 14 sentyabr 2019-cü il tarixinədək 2750 ABŞ dollarının avans olaraq, xidmətin çatdırmasından sonra 10 gün ərzində 1584,10 ABŞ dollarının ödənilməsi nəzərdə tutulmuşdur. Əlavələrə və proforma-invoyslara görə, hansılar ki, tərəflər arasında müqaviləyə Əlavə kimi qəbul edilmişdir, iddiaçı tərəfindən cavabdehin bankda olan hesablaşma hesabına hesab- fakturalar əsasında aparılan ödənişlərin ümumi məbləği 61 253,37 ABŞ dolları təşkil etmişdir ki, bu ödənişlər ABŞ dolları olmaqla göstərilən tarixlərdə həyata keçmişdir: xx.xx.2019-cu il tarixli Əlavədə göstərilən 4334,10 ABŞ dolları məbləğindən xx.xx.2019-cu ildə 2750 və xx.xx.2019-cu ildə 1584,10 ABŞ dolları ödənişlər olmuşdur. xx.xx.2019-cu il tarixli ümumi dəyəri 8634 ABŞ dolları olan proforma-invoysa uyğun olaraq xx.xx.2019-cu il tarixində 6700 və xx.xx.2020-ci ildə 2882 ABŞ dolları ödənişlər olmuşdur (948 ABŞ dolları artıq ödəmə olub). xx.xx.2019-cu il tarixli ümumi dəyəri 8354,82 ABŞ dolları olan proforma-invoysa uyğun olaraq xx.xx.2019-cu il tarixində 2000 və xx.xx.2020-ci ildə 4700 ABŞ dolları ödənişlər olmuşdur. xx.xx.2020-ci il tarixli ümumi dəyəri 6143,86 ABŞ dolları olan proformainvoysa uyğun olaraq xx.xx.2020-ci il tarixində 3800 ABŞ dolları ödəniş olmuşdur. xx.xx.2020-ci ildə mart-aprel 2020-ci il üçün 856,80 ABŞ dolları ödəniş olmuşdur. xx.xx.2020-ci il tarixli ümumi dəyəri 3109 (+2% bank faizi) ABŞ dolları olan proformainvoysa uyğun olaraq xx.xx.2020-ci il tarixində 3171,18 ABŞ dolları ödəniş olmuşdur. Tarixi qeyd olunmayan, lakin ümumi dəyəri 1711,42 ABŞ dolları olan proforma-invoysa uyğun olaraq xx.xx.2020-ci il tarixində 1711,42 ABŞ dolları ödəniş olmuşdur. xx.xx.2020ci ildə paltarlar üçün nəzərdə tutulmuş çexollara görə 3300 ABŞ dolları ödəniş olmuşdur. P16-royalty DB Proforma-invoys üzrə ümumi dəyəri olan 8982,75 ABŞ dollarının 70% təşkil edən 6287,93 ABŞ dollarını və P15-H-K Proforma-invoysa uyğun olaraq ümumi dəyəri 5204,85 ABŞ dolları təşkil edən vəsaitin 70% olan 3643,39 ABŞ dolları məbləğinin xx.xx.2022-ci il tarixində bir ödəniş tapşırıqla 9931,32 ABŞ dolları məbləğində ödəniş olmuşdur. xx.xx.2022-ci il tarixli ümumi dəyəri 1.155 ABŞ dolları olan Proforma-invoysa uyğun olaraq xx.xx.2022-ci il tarixində 1.155 ABŞ dolları ödəniş olmuşdur. xx.xx.2022-ci il tarixli ümumi dəyəri 550 ABŞ dolları olan proforma-invoysa uyğun olaraq həmin məbləğin 70% xx.xx.2022-ci il tarixində 385 ABŞ dolları ödəniş olmuşdur. xx.xx.2022-ci il tarixli ümumi dəyəri 1431,15 ABŞ dolları olan proformainvoysa uyğun olaraq xx.xx.2022-ci il tarixində 1431,15 ABŞ dolları ödəniş olmuşdur. xx.xx.2022-ci il tarixli ümumi dəyəri 934,50 ABŞ dolları olan proforma-invoysa uyğun olaraq xx.xx.2023-cü il tarixində 934,50 ABŞ dolları məbləğində ödəniş olmuşdur. P18 DFWS saylı ümumi dəyəri 8312,85 ABŞ dolları olan proforma-invoysa uyğun olaraq həmin məbləğin 70% xx.xx.2022-ci il tarixində 5819 ABŞ dolları məbləğində ödəniş olmuşdur. P19 DFWL saylı ümumi dəyəri 1936,20 ABŞ dolları olan proforma-invoysa uyğun olaraq həmin məbləğin 60% xx.xx.2022-ci il tarixində 1161,72 ABŞ dolları məbləğində ödəniş olmuşdur. xx.xx.2023-cü il tarixli NKKD saylı ümumi dəyəri 1817 ABŞ dolları olan proforma-invoysa uyğun olaraq həmin məbləğin 70% xx.xx.2023-cü il tarixində 1272,29 ABŞ dolları məbləğində ödəniş olmuşdur. xx.xx.2023-cü il tarixli proforma-invoysa görə xx.xx.2023-cü il tarixində 5687,89 ABŞ dolları məbləğində ödəniş olunmuşdur. 2019-cu ildən 2023-cü ilə qədər olan dövrdə sifarişçi tərəfindən podratçıya hesab-fakturalar əsasında ümumi məbləği 61 233,37 ABŞ dolları məbləğində, eyni zamanda “Western” bank köçürməsi yolu ilə 24 167 ABŞ dolları məbləğində bank köçürmələri həyata keçirilmişdir. Qeyd olunmalıdır ki, sifarişçi müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirmiş, lakin podratçı tərəfindən malların bir qismi, yəni ümumi dəyəri 49 148,77 ABŞ dolları təşkil edən bir sıra mallar təqdim edilsə də, ödənilmiş ümumi məbləğdən 36 251,6 ABŞ dolları məbləğində mallar ümumiyyətlə təqdim edilməmiş, nəticədə podratçı müqavilə üzrə öz öhdəliklərini pozmuşdur. Eyni zamanda qeyd olunmalıdır ki, iddiaçı tərəf xarici şirkət olduğundan, cavabdeh tərəfindən təqdim edilmiş mallara dair məişət sertifikatı verilmədiyindən, təhvil verilən malların xaricə çıxarılması və satışının həyata keçirilməsi mümükünsüz olmuşdur. Tərəflər arasında bağlanmış müqavilənin 3.3-cü bəndinə əsasən, podratçı malları tərəflərin razılaşdırdığı müddət ərzində təhvil vermədikdə, o, malların çatdırılmasında gecikdirilən hər gün üçün sifariş məbləğinin 0,1%-i miqdarında cərimə ödəməyi öhdəsinə götürür. Rəsmi qaydada son pretenziya məktubu ilə xx.xx.2023-cü il tarixində cavabdehdən, pretenziya məktubunda qeyd edilmiş təhvil verilmiş mallar üzrə məişət sertifikatlarının təqdim edilməsi, eləcə də, sifarişçi tərəfindən cavabdehə ödənilmiş və təqdim edilməmiş malların dəyərini təşkil edən 36 179,15 ABŞ dolları məbləğində pul vəsaitinin sifarişçiyə 10 (on) gün ərzində geri ödənilməsinin təmin edilməsi xahiş olunsa da, cavabdeh tərəfindən pretenziyaya heç bir cavab verilməmişdir. Pretenziya məktubunda o da qeyd olunmuşdur ki, pretenziya məktubu üzrə tələblər müəyyən edilmiş müddət ərzində yerinə yetirilmədikdə, iddiaçı öz hüquqlarını qorumaq məqsədilə məhkəməyə müraciət etmək, ödənilmiş vəsaitlərin geri qaytarılmasını, həmçinin malların çatdırılmasında gecikdirilən hər gün üçün sifariş məbləğinin 0,1%-i miqdarında cərimə məbləğlərinin ödənilməsini, təhvil verilmiş mallar üzrə məişət sertifikatların təqdim edilməsini tələb etmək məcburiyyətində qalacaqdır. Buna baxmayaraq cavabdeh üzərinə düşən öhdəlikləri icra etməmişdir. O da qeyd olunmalıdır ki, cavabdehə ünvanlanmış pretenziya məktubunda ümumi dəyəri 36 179,15 ABŞ dolları təşkil edən malların təhvil verilməməsi göstərilsə də, məbləğdə texniki səhvə yol verilmiş və reallıqda qaytarılmayan malların dəyəri 36 251,6 ABŞ dolları məbləğində təşkil etmişdir. Eyni zamanda cavabdehə xx.xx.2024-cü il tarixli mediasiya təklifi xx.xx.2024-cü il tarixində göndərilmiş və qanunla müəyyən edilmiş müddət gözlənildikdən sonra xx.xx.2024-cü il tarixində ilkin mediasiya üçün ərizə ilə Bakı 3 saylı Mediasiya Təşkilatına müraciət olunmuşdur. “Mediasiya haqqında” Qanuna edilmiş dəyişilikə əsasən Mediasiya təşkilatı tərəfindən mediasiya prsosesinin aparılmasından imtina edilmiş və prosesi keçmədən məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur.
18. Sonradan iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə vermiş, cavabdeh tərəfindən iddiaçıya təhvil verilmiş, ümumi dəyəri 41 689,35 ABŞ dolları təşkil edən xx.xx.2019-cu il tarixli Əlavədə və proforma-invoysda göstərilən siyahı üzrə iddaçıda olan model adı P7-1, ölçüsü 116-122 sm, 6-7 yaş üçün dəyəri 194,27 ABŞ dolları olan palto; P7-2, ölçüsü 116-122 sm, 6-7 yaş üçün dəyəri 194,27 AbŞ dolları olan palto; P7-3, ölçüsü 122 sm, 6-7 yaş üçün dəyəri 173,31 ABŞ dolları olan don; P7-4, ölçüsü 122 sm, 6-7 yaş üçün dəyəri 171,91 ABŞ dolları olan don; P7-10, ölçüsü 42-44 170-175 sm dəyəri 127,19 ABŞ dolları olan jaket; P7-11, ölçüsü 134140 sm, 10 yaş üçün dəyəri 184,49 ABŞ dolları olan don; P7-12, ölçüsü 116-122 sm, 6- 7 yaş üçün dəyəri 166,32 ABŞ dolları olan don; P7-13, ölçüsü 128-134 sm, 10 yaş üçün dəyəri 184,49 ABŞ dolları olan don; P7-14, ölçüsü 115-122 sm, 6-7 yaş üçün dəyəri 141,16 ABŞ dolları olan don; P7-15, ölçüsü 110-116 sm, 5-6 yaş üçün dəyəri 141,16 ABŞ dolları olan don; P7-20, ölçüsü 110-116 sm, 5 yaş üçün dəyəri 181,69 ABŞ dolları olan don; P7-22, ölçüsü 116- 122 sm, 6-7 yaş üçün dəyəri 152,34 ABŞ dolları olan don; P7-24, ölçüsü 116-122 sm, 6- 7 yaş üçün dəyəri 187,28 AbŞ dolları olan don; P7-27, ölçüsü 116122 sm, 6-7 yaş üçün dəyəri 187,28 ABŞ dolları olan jaket; P7-28, ölçüsü 122-128 sm, 7 yaş üçün dəyəri 185,89 ABŞ dolları olan don; xx.xx.2019-cu il tarixli Proforma-invoysa uyğun olaraq siyahı üzrə iddaçıda olan model adı P9-3, ölçüsü 44, dəyəri 544 ABŞ dolları olan böyüklər üçün paltar; P9-4, ölçüsü 122 sm, dəyəri 209 ABŞ dolları olan uşaq üçün paltar; P9-5, ölçüsü 44, dəyəri 180 ABŞ dolları olan böyüklər üçün gecə paltosu; p9-9, ölçüsü 44, dəyəri 65 ABŞ dolları olan büst top; P9-10, ölçüsü 140 sm, dəyəri 43 ABŞ dolları olan büst top; P9-11, ölçüsü 44, dəyəri 80 ABŞ dolları olan şort; P9-12, ölçüsü 140 sm, dəyəri 60 ABŞ dolları olan şort; P9-13, ölçüsü 44, dəyəri 300 ABŞ dolları olan uşaq üçün don; P9-14, ölçüsü 128 sm, dəyəri 216 ABŞ dolları olan uşaq üçün don; P9-17, ölçüsü 44, dəyəri 360 ABŞ dolları olan uşaq üçün don; P9-18, ölçüsü 116 sm, dəyəri 217 ABŞ dolları olan uşaq üçün don; P9-19, ölçüsü 134 sm, dəyəri 228 ABŞ dolları olan gecə platyası; P9-21, ölçüsü 42, dəyəri 600 ABŞ dolları olan lələkli don; P9-22, ölçüsü 140 sm, dəyəri 168 ABŞ dolları olan lələkli top; P9-23, ölçüsü 140 sm, dəyəri 54 ABŞ dolları olan şort; P9-24, ölçüsü 42-46, dəyəri 330 ABŞ dolları olan palto-mont kapüşonlu; P9- 26, ölçüsü 42-46, dəyəri 120 ABŞ dolları olan krujevalı bluz; P9-28, ölçüsü 42, dəyəri 285 ABŞ dolları olan bridji şalvar; P9-29, uzunluğunun ölçüsü 116, dəyəri 160 ABŞ dolları olan bridji şalvar; P9-30, ölçüsü 42, dəyəri 90 ABŞ dolları olan büst top; P9-34, dəyəri 720 ABŞ dolları olan uzun ətək altı transparan; P9-36, uzunluğunun ölçüsü 134 sm, dəyəri 205 ABŞ dolları olan uşaq donu; xx.xx.2019-cu il tarixli Proforma-invoysa uyğun olaraq siyahı üzrə iddaçıda olan model adı P10-1, ölçüsü 122 sm, dəyəri 247 aBş dolları olan böyüklər üçün don; P10-3, ölçüsü 122 sm, dəyəri 100 ABŞ dolları olan şort; P10-13, ölçüsü 42, dəyəri 75 ABŞ dolları olan şort tvid; P10-19, ölçüsü 42, dəyəri 265 ABŞ dolları olan bolero jaket; P10-24, ölçüsü 122 sm, dəyəri 268 ABŞ dolları olan jaket; P10-25, ölçüsü 122 sm, dəyəri 245 ABŞ dolları olan jaket; P10-26, ölçüsü 116 sm, dəyəri 245 ABŞ dolları olan jaket; P1027, ölçüsü 116 sm, dəyəri 220 ABŞ dolları olan jaket; P10-33, ölçüsü 134 sm, dəyəri 45 ABŞ dolları olan şort tvid; P10-36, ölçüsü 42, dəyəri 785 ABŞ dolları olan lələkli palto; P10-40, ölçüsü 42, dəyəri 190 ABŞ dolları olan naxışlı və lələkli üst geyim büstqalter; xx.xx.2020-ci il tarixli Proforma-invoysa uyğun olaraq siyahı üzrə iddaçıda olan model adı P11-1, ölçüsü 40-42, dəyəri 606 AbŞ dolları olan don-tül; P11-2, ölçüsü 40-42, dəyəri 142 ABŞ dolları olan tül parçadan ətək; P11-3, ölçüsü 128 sm, dəyəri 510 ABŞ dolları olan məxmər bantlı ətək; P11- 5, ölçüsü 122 sm, dəyəri 495 ABŞ dolları olan don; P11-6, ölçüsü 40, dəyəri 980 ABŞ dolları olan don; P11- 7, dəyəri 100 ABŞ dolları olan çiçək naxışla işlənmiş əlcək; P11-11, ölçüsü 42, dəyəri 70 ABŞ dolları olan şalvar; P11-12, ölçüsü 14-15 yaş üçün, dəyəri 510 ABŞ dolları olan don; xx.xx.2020-ci il tarixli Proforma-invoysa uyğun olaraq siyahı üzrə iddaçıda olan model adı P13-1, ölçüsü 122 sm, dəyəri 175 ABŞ dolları olan don naxışlı; P13-2, ölçüsü 44, dəyəri 225 ABŞ dolları olan don; P137, ölçüsü 134 sm, dəyəri 328 ABŞ dolları olan don; P13-11, ölçüsü 116-122 sm, dəyəri 80 ABŞ dolları olan pencək; P13-12, ölçüsü 116-122 sm, dəyəri 45 ABŞ dolları olan pencək; P13-14, ölçüsü 44, dəyəri 550 ABŞ dolları olan paltar; dəyəri 290 ABŞ dolları olan 100 ədəd uşaqlar üçün palto asılqan; P15-HK Proforma-invoysa uyğun olaraq siyahı üzrə iddaçıda olan model adı P15-10, ölçüsü 40- 42 sm, dəyəri 592 ABŞ dolları olan yasəmən helen paltar; P15-12, ölçüsü 40-42, dəyəri 455 ABŞ dolları olan paltar; P15-29, ölçüsü 140 sm, dəyəri 288 ABŞ dolları olan don; P15-14, ölçüsü 40-42 sm, dəyəri 936 ABŞ dolları olan don; P15-15, ölçüsü 140 sm, dəyəri 277 ABŞ dolları olan don; P15-16, ölçüsü 40-42, dəyəri 360 ABŞ dolları olan paltar; P15-17, ölçüsü 40-42, dəyəri 302 ABŞ dolları olan don; P15-28- P11-7-K-140 ölçüsü 140 sm, dəyəri 120 ABŞ dolları olan ətək; P16-royalty DB Proforma-invoys siyahı üzrə iddaçıda olan model adı P16-04 çəhrayı-DB leoner, ölçüsü 38, dəyəri 320 ABŞ dolları olan üst əlcək; P16-05 çəhrayi qırmızılı-DB leoner, ölçüsü 38, dəyəri 680 ABŞ dolları olan don; P16-06 ağDB filippa, ölçüsü S, dəyəri 150 ABŞ dolları olan əlcək; P16- 07-ağ DB-filippa, ölçüsü 38, dəyəri 1085 ABŞ dolları olan don; P16-10-ağ çəhrayılı DB letisiya, ölçüsü 40-42, dəyəri 680 ABŞ dolları olan palto; P16-11-ağ çəhrayılı DB-letisiya, ölçüsü 40-42, dəyəri 3655 ABŞ dolları olan don; p16-12-ağ çəhrayılı -DB- letisiya, ölçüsü S, dəyəri 180 ABŞ dolları olan əlcək; P18 DFWS saylı Proforma-invoysa uyğun olaraq siyahı üzrə iddaçıda olan model adı P9-24, ölçüsü 40-46, dəyəri 120 ABŞ dolları olan labada geyim; P18-DFWS-03, ölçüsü 40, dəyəri 173 ABŞ dolları olan top; P18- DFWS- 04, ölçüsü 42, dəyəri 258 ABŞ dolları olan yubka; P10-42, ölçüsü 38, dəyəri 120 ABŞ dolları olan şalvar; P18-DFWS-05, ölçüsü 38, dəyəri 475 ABŞ dolları olan jaket; P11 - 3, olçüsü 128 sm, dəyəri 145 ABŞ dolları olan don; P11-1, ölçüsü 38, dəyəri 120 ABŞ dolları olan don; P18-DFWS-06, ölçüsü 42, dəyəri 200 ABŞ dolları olan bluz; P18- DFWS- 07, ölçüsü 42, dəyəri 220 ABŞ dolları olan ətək; P18- DFWS-08, ölçüsü 42, dəyəri 22 ABŞ dolları olan kəmər; P18-DFWS-09, ölçüsü 40, dəyəri 427 ABŞ dolları olan jaket; P18- DFWS-10, dəyəri 116 ABŞ dolları olan ətək; P18-DFWS13, ölçüsü 40, dəyəri 551 ABŞ dolları olan jaket; P18-DFWS-16, ölçüsü 40, dəyəri 148 ABŞ dolları olan şalvar; P10-25, ölçüsü 122 sm, dəyəri 120 ABŞ dolları olan don; P7-2, dəyəri 200 ABŞ dolları olan palto; P9-3, ölçüsü 38, dəyəri 60 ABŞ dolları olan don; P9-14, ölçüsü 128 sm, dəyəri 40 ABŞ dolları olan don; P15-27, ölçüsü 42, dəyəri 80 ABŞ dolları olan don; P18- DFWS-19, ölçüsü 42, dəyəri 1193 ABŞ dolları olan don; xx.xx.2022-ci il tarixli Proformainvoysa uyğun olaraq siyahı üzrə iddaçıda olan model adı P15-03 pink-red-DB helena, ölçüsü 40-42, dəyəri 205 ABŞ dolları olan yubka; P15-04 pink-red-DB-helena, ölçüsü 40- 42, dəyəri 306 ABŞ dolları olan şalvar; P15-05 pin-fuchsia-DB helena, ölçüsü 40- 42, dəyəri 180 ABŞ dolları olan şort; P15-06-red on pink-DB-karolina 140, ölçüsü 140 sm, dəyəri 405 ABŞ dolları olan jaket; P15-07-pink-DB karolina-140, ölçüsü 140 sm, dəyəri 365 ABŞ dolları olan don; P15-08-ağ coral red DB-karolina-140, ölçüsü 116 sm, dəyəri 246 ABŞ dolları olan şalvar; P15-09-pink red-DB-karolina-140, ölçüsü 140 sm, dəyəri 163 ABŞ dolları olan şort; P15-13-george-DB-40-42, ölçüsü 40-42, dəyəri 808 ABŞ dolları olan don; P15-21- P9-27, ölçüsü 140-146 sm, dəyəri 188 ABŞ dolları olan bluz; P15-22, ölçüsü 140- 146 sm, dəyəri 163 ABŞ dolları olan şort; P15-23, ölçüsü 40-42, dəyəri 180 AbŞ dolları olan şort; P15-24- DB pink and red, ölçüsü 140 sm, dəyəri 388 ABŞ dolları olan don; P15- 26-P15- 12 George H, ölçüsü S, dəyəri 170 ABŞ dolları olan əlcək; xx.xx.2023-cü il tarixli P20 DFW saylı Proforma-invoysa uyğun olaraq siyahı üzrə iddaçıda olan model adı P7-1, ölçüsü 128 sm, dəyəri 200 AbŞ dolları olan palto; P10-16, ölçüsü 38, dəyəri 120 ABŞ dolları olan şalvar; P20-DFW Show room-04, ölçüsü 42, dəyəri 160 ABŞ dolları olan top; P20-DFW Show room 05-red, ölçüsü 40, dəyəri 475 ABŞ dolları olan jaket və dəyəri 110 ABŞ dolları olan paltar; P20-DFW Show room-06, ölçüsü 38, dəyəri 160 ABŞ dolları olan top; xx.xx.2023-cü il tarixli P22 DFWK saylı Proforma-invoysa görə siyahı üzrə iddaçıda olan model adı P22DFWK-01, ölçüsü 140 sm, dəyəri 125 ABŞ dolları olan bluz; P22DFWK-02, ölçüsü 140 sm, dəyəri 165 ABŞ dolları olan şalvar; P22DFWK-05, ölçüsü 40, dəyəri 210 ABŞ dolları olan şalvar; P22DFWK-09-P7-27, ölçüsü 122 sm, dəyəri 45 ABŞ dolları olan gödəkçə; P22DFWK- 010-P9-13, ölçüsü 42, dəyəri 80 ABŞ dolları olan don; P22DFWK-010-P9-14, ölçüsü 128 sm, dəyəri 50 ABŞ dolları olan don; P22DFWK-12, ölçüsü 128 sm, dəyəri 247 ABŞ dolları olan don; P22DFWK-014-P9-34, ölçüsü 42, dəyəri 300 ABŞ dolları olan don, transformer ətək; P22DFWK-014-P9-36, ölçüsü 128 sm, dəyəri 120 AbŞ dolları olan don; P22DFWK-016-P10-46, ölçüsü 36, dəyəri 112 ABŞ dolları olan şalvar; P22DFWK- 016-P9-13, ölçüsü 42, dəyəri 420 ABŞ dolları olan don; P22DFWK-18- p9-13, ölçüsü 42, dəyəri 60 ABŞ dolları olan don; P22DFWK-19, ölçüsü 40-42, dəyəri 220 ABŞ dolları olan top; P22DFWK-20, ölçüsü 36-38, dəyəri 220 ABŞ dolları olan top; P22DFWK-21, ölçüsü 38-40, dəyəri 685 ABŞ dolları olan jaket; P22DFWK-22, ölçüsü 38, dəyəri 40 ABŞ dolları olan ətək; P22DFWK-23, ölçüsü 36-38, dəyəri 80 ABŞ dolları olan top; P22DFWK-24, ölçüsü 40-42, dəyəri 220 ABŞ dolları olan top; P22DFWK-25, ölçüsü 40, dəyəri 180 ABŞ dolları olan top; P22DFWK-26, ölçüsü 40, dəyəri 180 ABŞ dolları olan top; P22DFWK- 27, ölçüsü 40, dəyəri 500 ABŞ dolları olan jaket; P22DFWK-28, ölçüsü 42, dəyəri 536 ABŞ dolları olan palto; P22DFWK-29, ölçüsü kiçik, dəyəri 180 ABŞ dolları olan əlcək; P22DFWK-30, ölçüsü 146 sm, dəyəri 239 ABŞ dolları olan don; P22DFWK-31, ölçüsü 146 sm, dəyəri 294,3 ABŞ dolları olan don; P22DFWK-32, dəyəri 32 ABŞ dolları olan kəmər; P22dFwK-33, dəyəri 32 ABŞ dolları olan kəmər; P22DFWK-34, dəyəri 32 ABŞ dolları olan kəmər; P22DFWK-35, dəyəri 30 ABŞ dolları olan kəmər; P22DFWK-36, dəyəri 32 ABŞ dolları olan kəmər; P22DFWK-37-P15-03-red-DB Helena, ölçüsü 40-42, dəyəri 134 ABŞ dolları olan ətək; P22DFWK-38, ölçüsü 40-42, dəyəri 32 ABŞ dolları olan kəmər; P22DFWK-39, ölçüsü 38, dəyəri 187 ABŞ dolları olan ətək; P22DFWK-40, ölçüsü 38, dəyəri 32 ABŞ dolları olan kəmər; P22DFWK-41, ölçüsü 38, dəyəri 180 ABŞ dolları olan şort üzrə məişət sertifikatların təqdim edilməsi, eləcə də bu əşyalara dair ikitərəfli təhvil-təslim aktının tərtib edilməsi, imzalanması və möhür vurulması vəzifəsinin cavabdehin üzərinə qoyulması, iddiaçı tərəfindən cavabdehə ödənilmiş və cavabdeh tərəfindən təqdim edilməmiş malların dəyərini təşkil edən 71 133,02 ABŞ dolları məbləğində pul vəsaitinin tutulması, eləcə də xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək (213 gün üçün) olan 71 133,02 ABŞ dolları məbləğinə hər gün üçün 0,1%-i miqdarında hesablanmış cəmi 15 150,69 ABŞ dolları təşkil edən cərimə məbləğinin, ümumilikdə isə 86 283,71 ABŞ dolları məbləğində pul vəsaitlərinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
19. İddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsi (vəkili) iddia ərizəsinin məzmununa uyğun izahat verərək həmçinin bildirmişdir ki, ümumilikdə cavabdehin bank hesabına rəsmi qaydada 61 233,37 ABŞ dolları məbləğində pul köçürülmüş, 61 233,37 ABŞ dolları vəsait üzrə verilməyən əşyaların dəyəri 19.364,02 ABŞ dolları (61 233,37- 38 102,35-3767=19 364,02) təşkil etmişdir. 2022-ci ilin sonlarında iddiaçı şirkətin rəhbəri Bakı şəhərinə olduğu zaman, cavabdeh şirkətin nağd qaydada vəsaitin ona verilməsinə dair tələbi ilə, 18.400 ABŞ dolları məbləğində vəsait ona nağd qaydada ödənilmiş və cavabdehin rəhbəri X8 üzərində xx.xx.2022-ci il tarixində özünün əl yazması ilə rus dilində qeydlər apararaq, iddiaçı şirkətin təsisçisinin və direktorunun elektron poçt ünvanlarına, özünün elektron poçt ünvanından göndərərək göstərmişdir ki, “35 643 ABŞ dolları təşkil edən stok üzrə 18 400 ABŞ dolları nağd şəkildə ödənildi, bu stok üzrə qaldı 17 273 ABŞ dolları”. Bundan əlavə “Western Union” bank köçürülmələri vasitəsi ilə Səbinə Hüseynovanın adına xx.xx.2022-ci il tarixində 5725 ABŞ dolları; xx.xx.2022-ci il tarixində 4000 ABŞ dolları; xx.xx.2022-ci il tarixində 5000 ABŞ dolları; xx.xx.2022-ci il tarixində 5000 ABŞ dolları məbləğində, sürücüsü Pərviz Sadıqovun adına isə xx.xx.2022-ci il tarixində 4000 ABŞ dolları və xx.xx.2022-ci il tarixində 4442 ABŞ dolları olmaqla, ümumilikdə 28 167 ABŞ dolları pul vəsaiti verilmişdir. Bu vəsaitlər üzrə əşyalar iddiaçıya təqdim edilməmişdir. İddiaçının bank hesabından cavabdehin hesabına köçürülmüş 61 233,37 ABŞ dolları vəsait üzrə verilməyən əşyaların dəyəri 19.364,02 ABŞ dolları (61.233,37-38.102,35-3767=19.364,02), xx.xx.2022-ci il tarixli ümumi dəyəri 5022 ABŞ dolları olan Proforma-invoysa uyğun olaraq cavabdehin rəhbərinə nağd qaydada verilmiş vəsait üzrə verilməyən əşyaların dəyəri 1255 ABŞ dolları, cavabdehin rəhbəri X5 üzərində xx.xx.2022-ci il tarixində özünün əl yazısı ilə rus dilində qeydlər apararaq “35.643 ABŞ dolları təşkil edən stok üzrə 18 400 ABŞ dolları nağd şəkildə ödənildi” yazdığı 18.400 ABŞ dolları vəsait üzrə verilməyən mallar və “Western Union” bank köçürülmələri vasitəsi ilə cavabdeh şirkətin rəhbərinə köçürülmüş 28 167 ABŞ dolları pul vəsaiti üzrə əşyalar verilməmişdir ki, bunların da cəmi məbləği 67 186,02 ABŞ dolları təşkil edir.
20. Məhkəmənin hazırlıq iclasında verdiyi izahatda cavabdehin nümayəndəsi (vəkili) bildirmişdir ki, iddiaçı tərəfindən ümumilikdə 82 000 dollarlıq sifariş verilmiş, bundan 61 201 dollar vəsait ödənilmiş, cavabdeh tərəfindən 47 582 manatlıq mal verilmişdir. Bundan başqa, tərəflər arasında əlavə razılıq olmuşdur ki, malların saxlanılması üçün iddiaçı hər ay cavabdehə 100 dollar ödəyəcək, lakin iddiaçı həmin pulu ödəməmişdir. Buna görə də iddiaçının cavabdehə peniya ilə birlikdə 5000 dollardan çox borcu var.
21. Məhkəmənin hazırlıq iclasında cavabdehin qanuni təmsilçisi bildirmişdir ki, iddiaçı tərəfindən invoyslarla 61 201 ABŞ dolları vəsait köçürülmüş, iddiaçıya 47 582 manatlıq mal verilmiş, lakin iddiaçı saxlanc müqaviləsinə görə ödəməli olduğu pulu ödəmədiyindən onların iddiaçıya deyil, iddiaçının onlara borcu qalmışdır.
22. Cavabdehin qanuni təmsilçisi həmçinin bildirmişdir ki, “Western Union” vasitəsilə onun və sürücüsünün adına iddiaçı tərəfindən ümumilikdə 28 167 ABŞ dolları köçürülmüş olsa da, həmin vəsait hazırda baxılan mübahisə üzrə deyil, ayaqqabı sifarişi üçün köçürülmüşdür.
23. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək bildirmişdir ki, təhvil-təslim aktının və sertifikatın verilməsi ilə bağlı müqavilə şərti yoxdur, buna görə də həmin hissədə iddiaya etiraz edirlər. Tələb olunan 61 200 ABŞ dollarına münasibətdə qeyd edir ki, 52 000 ABŞ dolları məbləğində mal verilib, qalan 9000 ABŞ dollarının əvəzində isə xidmət göstərilib. Söhbət bank hesabından köçürülən məbləğdən gedirsə, bu məbləğlə bağlı qeyd edir ki, bütün o məbləğə dair mallar və xidmətlər təqdim olunub iddiaçıya, həmin məbləğ bağlanılıb. “Western Union” ilə ödənilən məbləğə gəldikdə isə, hesab edir ki, iddiaçı şirkətin onu tələb etmək hüququ yoxdur. Çünki “Western Union” ilə ödənilən məbləğ fizik şəxs tərəfindən fiziki şəxsə ödənilmişdir. Bir ödəniş isə ümumiyyətlə cavabdehin direktoruna deyil, başqa şəxsə ödənilib. Yalnız 5022 ABŞ dollarını qəbul edir ki, proforma üzrə ödənilib, amma həmin məbləğdən də heç nə qalmayıb, mal verilib. Nağd isə 18 400 ABŞ dolları ödənilib. Həmin məbləğə parça alınıb, lakin iddiaçı parçanı qəbul etməmişdir ki, parçaya dair məişət sertifikatı yoxdur. Ona görə həmin parçalar cavabdehdə qalıb. Beləliklə, cavabdeh şirkətin hesabına ödənilmiş pula dair cavabdehin iddiaçıya hər hansı borcu qalmır. Əksinə iddiaçının cavabdehə borcu var, çünki mallara görə cavabdeh hər ay üçün 100 dollar ödəniş edib.
24. Cavabdehin qanuni təmsilçisi məhkəmə iclasında suallara cavab olaraq bildirmişdir ki, “Western Union” vasitəsilə onun adına 4 köçürmə (5000 ABŞ dolları, 5000 ABŞ dolları, 4000 ABŞ dolları və 5725 ABŞ dolları) olmuş, 5725 dollar ayaqqabı üçün ödənilmiş və həmin pulu satıcıya vermiş, 4000 ABŞ dolları Lena və iddiaçının şəxsi əşyaları üçün parçaların alınmasına görə köçürülmüşdür. Bildirdiklərinə əsasən, Rusiya- Ukrayna müharibəsinə görə pulu şirkətin bank hesabına köçürə bilmədikləri üçün, “Western Union” vasitəsilə köçürüblər.
25. Birinci instansiya məhkəməsinin 12 sentyabr 2024-cü il tarixli qətnaməsi ilə iddia tələblərinin qismən təmin edilməsi, Cavabdeh MMC tərəfindən İddiaçı-yə təhvil verilmiş və ümumi dəyəri 41 689,35 ABŞ dolları təşkil edən xx.xx.2019-cu il tarixli Əlavədə və Proforma-İnvoysda göstərilən siyahı üzrə iddaçıda olan model adı P7-1, ölçüsü 116-122 sm, 6-7 yaş üçün dəyəri 194,27 ABŞ dolları olan palto; P7-2, ölçüsü 116- 122 sm, 6-7 yaş üçün dəyəri 194,27 AbŞ dolları olan palto; P7-3, ölçüsü 122 sm, 6-7 yaş üçün dəyəri 173,31 ABŞ dolları olan don; P7-4, ölçüsü 122 sm, 6-7 yaş üçün dəyəri 171,91 ABŞ dolları olan don; P7-10, ölçüsü 42-44 170-175 sm dəyəri 127,19 ABŞ dolları olan jaket; P7-11, ölçüsü 134140 sm, 10 yaş üçün dəyəri 184,49 ABŞ dolları olan don; P7-12, ölçüsü 116-122 sm, 6- 7 yaş üçün dəyəri 166,32 ABŞ dolları olan don; P7-13, ölçüsü 128-134 sm, 10 yaş üçün dəyəri 184,49 ABŞ dolları olan don; P7-14, ölçüsü 115- 122 sm, 6-7 yaş üçün dəyəri 141,16 ABŞ dolları olan don; P7-15, ölçüsü 110-116 sm, 5- 6 yaş üçün dəyəri 141,16 ABŞ dolları olan don; P7-20, ölçüsü 110-116 sm, 5 yaş üçün dəyəri 181,69 ABŞ dolları olan don; P7-22, ölçüsü 116-122 sm, 6-7 yaş üçün dəyəri 152,34 ABŞ dolları olan don; P7-24, ölçüsü 116-122 sm, 6-7 yaş üçün dəyəri 187,28 AbŞ dolları olan don; P7-27, ölçüsü 116122 sm, 6-7 yaş üçün dəyəri 187,28 ABŞ dolları olan jaket; P7-28, ölçüsü 122-128 sm, 7 yaş üçün dəyəri 185,89 ABŞ dolları olan don; xx.xx.2019-cu il tarixli Proforma-invoysa uyğun olaraq siyahı üzrə iddaçıda olan model adı P9-3, ölçüsü 44, dəyəri 544 ABŞ dolları olan böyüklər üçün paltar; P9-4, ölçüsü 122 sm, dəyəri 209 ABŞ dolları olan uşaq üçün paltar; P9-5, ölçüsü 44, dəyəri 180 ABŞ dolları olan böyüklər üçün gecə paltosu; p9-9, ölçüsü 44, dəyəri 65 ABŞ dolları olan büst top; P9-10, ölçüsü 140 sm, dəyəri 43 ABŞ dolları olan büst top; P9-11, ölçüsü 44, dəyəri 80 ABŞ dolları olan şort; P9-12, ölçüsü 140 sm, dəyəri 60 ABŞ dolları olan şort; P9-13, ölçüsü 44, dəyəri 300 ABŞ dolları olan uşaq üçün don; P9-14, ölçüsü 128 sm, dəyəri 216 ABŞ dolları olan uşaq üçün don; P9-17, ölçüsü 44, dəyəri 360 ABŞ dolları olan uşaq üçün don; P9-18, ölçüsü 116 sm, dəyəri 217 ABŞ dolları olan uşaq üçün don; P9-19, ölçüsü 134 sm, dəyəri 228 ABŞ dolları olan gecə platyası; P9-21, ölçüsü 42, dəyəri 600 ABŞ dolları olan lələkli don; P9-22, ölçüsü 140 sm, dəyəri 168 ABŞ dolları olan lələkli top; P9-23, ölçüsü 140 sm, dəyəri 54 ABŞ dolları olan şort; P9-24, ölçüsü 42-46, dəyəri 330 ABŞ dolları olan palto-mont kapüşonlu; P9-26, ölçüsü 42-46, dəyəri 120 ABŞ dolları olan krujevalı bluz; P9-28, ölçüsü 42, dəyəri 285 ABŞ dolları olan bridji şalvar; P9-29, uzunluğunun ölçüsü 116, dəyəri 160 ABŞ dolları olan bridji şalvar; P9-30, ölçüsü 42, dəyəri 90 ABŞ dolları olan büst top; P9-34, dəyəri 720 ABŞ dolları olan uzun ətək altı transparan; P9-36, uzunluğunun ölçüsü 134 sm, dəyəri 205 ABŞ dolları olan uşaq donu; xx.xx.2019-cu il tarixli Proforma-invoysa uyğun olaraq siyahı üzrə iddaçıda olan model adı P10-1, ölçüsü 122 sm, dəyəri 247 aBş dolları olan böyüklər üçün don; P10-3, ölçüsü 122 sm, dəyəri 100 ABŞ dolları olan şort; P10-13, ölçüsü 42, dəyəri 75 ABŞ dolları olan şort tvid; P10-19, ölçüsü 42, dəyəri 265 ABŞ dolları olan bolero jaket; P10-24, ölçüsü 122 sm, dəyəri 268 ABŞ dolları olan jaket; P10-25, ölçüsü 122 sm, dəyəri 245 ABŞ dolları olan jaket; P10-26, ölçüsü 116 sm, dəyəri 245 ABŞ dolları olan jaket; P1027, ölçüsü 116 sm, dəyəri 220 ABŞ dolları olan jaket; P10-33, ölçüsü 134 sm, dəyəri 45 ABŞ dolları olan şort tvid; P10-36, ölçüsü 42, dəyəri 785 ABŞ dolları olan lələkli palto; P10-40, ölçüsü 42, dəyəri 190 ABŞ dolları olan naxışlı və lələkli üst geyim büstqalter; xx.xx.2020ci il tarixli Proforma-invoysa uyğun olaraq siyahı üzrə iddaçıda olan model adı P11-1, ölçüsü 40-42, dəyəri 606 AbŞ dolları olan don-tül; P11-2, ölçüsü 40-42, dəyəri 142 ABŞ dolları olan tül parçadan ətək; P11-3, ölçüsü 128 sm, dəyəri 510 ABŞ dolları olan məxmər bantlı ətək; P11- 5, ölçüsü 122 sm, dəyəri 495 ABŞ dolları olan don; P11-6, ölçüsü 40, dəyəri 980 ABŞ dolları olan don; P11-7, dəyəri 100 ABŞ dolları olan çiçək naxışla işlənmiş əlcək; P11-11, ölçüsü 42, dəyəri 70 ABŞ dolları olan şalvar; P11-12, ölçüsü 14-15 yaş üçün, dəyəri 510 ABŞ dolları olan don; xx.xx.2020-ci il tarixli Proformainvoysa uyğun olaraq siyahı üzrə iddaçıda olan model adı P13-1, ölçüsü 122 sm, dəyəri 175 ABŞ dolları olan don naxışlı; P13-2, ölçüsü 44, dəyəri 225 ABŞ dolları olan don; P137, ölçüsü 134 sm, dəyəri 328 AbŞ dolları olan don; P13-11, ölçüsü 116-122 sm, dəyəri 80 ABŞ dolları olan pencək; P13-12, ölçüsü 116-122 sm, dəyəri 45 ABŞ dolları olan pencək; P13-14, ölçüsü 44, dəyəri 550 ABŞ dolları olan paltar; dəyəri 290 ABŞ dolları olan 100 ədəd uşaqlar üçün palto asılqan; P15-HK Proforma-invoysa uyğun olaraq siyahı üzrə iddaçıda olan model adı P15-10, ölçüsü 40- 42 sm, dəyəri 592 ABŞ dolları olan yasəmən helen paltar; P15-12, ölçüsü 40-42, dəyəri 455 ABŞ dolları olan paltar; P15-29, ölçüsü 140 sm, dəyəri 288 ABŞ dolları olan don; P15-14, ölçüsü 40-42 sm, dəyəri 936 ABŞ dolları olan don; P15-15, ölçüsü 140 sm, dəyəri 277 ABŞ dolları olan don; P15-16, ölçüsü 40-42, dəyəri 360 ABŞ dolları olan paltar; P15-17, ölçüsü 40- 42, dəyəri 302 ABŞ dolları olan don; P15-28- P11-7-K-140 ölçüsü 140 sm, dəyəri 120 ABŞ dolları olan ətək; P16-royalty DB Proforma-invoys siyahı üzrə iddaçıda olan model adı P16-04 çəhrayı-DB leoner, ölçüsü 38, dəyəri 320 ABŞ dolları olan üst əlcək; P16-05 çəhrayi qırmızılı-DB leoner, ölçüsü 38, dəyəri 680 ABŞ dolları olan don; P16-06 ağDB filippa, ölçüsü S, dəyəri 150 ABŞ dolları olan əlcək; P16-07-ağ DB-filippa, ölçüsü 38, dəyəri 1085 ABŞ dolları olan don; P16-10-ağ çəhrayılı DB letisiya, ölçüsü 40-42, dəyəri 680 ABŞ dolları olan palto; P16-11-ağ çəhrayılı DB-letisiya, ölçüsü 40-42, dəyəri 3655 ABŞ dolları olan don; P16-12-ağ çəhrayılı -DB- letisiya, ölçüsü S, dəyəri 180 ABŞ dolları olan əlcək; P18 DFWS saylı Proforma-invoysa uyğun olaraq siyahı üzrə iddaçıda olan model adı P9-24, ölçüsü 40-46, dəyəri 120 ABŞ dolları olan labada geyim; P18-DFWS- 03, ölçüsü 40, dəyəri 173 ABŞ dolları olan top; P18- DFWS-04, ölçüsü 42, dəyəri 258 ABŞ dolları olan yubka; P10-42, ölçüsü 38, dəyəri 120 ABŞ dolları olan şalvar; P18- DFWS-05, ölçüsü 38, dəyəri 475 ABŞ dolları olan jaket; P113, olçüsü 128 sm, dəyəri 145 ABŞ dolları olan don; P11-1, ölçüsü 38, dəyəri 120 ABŞ dolları olan don; P18- DFWS-06, ölçüsü 42, dəyəri 200 ABŞ dolları olan bluz; P18-DFWS- 07, ölçüsü 42, dəyəri 220 ABŞ dolları olan ətək; P18- DFWS-08, ölçüsü 42, dəyəri 22 ABŞ dolları olan kəmər; P18-DFWS-09, ölçüsü 40, dəyəri 427 ABŞ dolları olan jaket; P18- DFWS-10, dəyəri 116 ABŞ dolları olan ətək; P18-DFWS13, ölçüsü 40, dəyəri 551 ABŞ dolları olan jaket; P18-DFWS-16, ölçüsü 40, dəyəri 148 ABŞ dolları olan şalvar; P10-25, ölçüsü 122 sm, dəyəri 120 ABŞ dolları olan don; P7-2, dəyəri 200 ABŞ dolları olan palto; P9-3, ölçüsü 38, dəyəri 60 ABŞ dolları olan don; P9-14, ölçüsü 128 sm, dəyəri 40 ABŞ dolları olan don; P15-27, ölçüsü 42, dəyəri 80 ABŞ dolları olan don; P18-DFWS-19, ölçüsü 42, dəyəri 1193 ABŞ dolları olan don; xx.xx.2022-ci il tarixli Proforma-invoysa uyğun olaraq siyahı üzrə iddaçıda olan model adı P15-03 pink-red-DB helena, ölçüsü 40-42, dəyəri 205 ABŞ dolları olan yubka; P15-04 pink-red-DB-helena, ölçüsü 40-42, dəyəri 306 ABŞ dolları olan şalvar; P15-05 pin-fuchsia-DB helena, ölçüsü 40- 42, dəyəri 180 ABŞ dolları olan şort; p15-06-red on pink-DB-karolina 140, ölçüsü 140 sm, dəyəri 405 ABŞ dolları olan jaket; P15-07-pink-DB karolina-140, ölçüsü 140 sm, dəyəri 365 ABŞ dolları olan don; P15-08-ağ coral red DB-karolina-140, ölçüsü 116 sm, dəyəri 246 ABŞ dolları olan şalvar; P15-09-pink red-DB-karolina-140, ölçüsü 140 sm, dəyəri 163 ABŞ dolları olan şort; P15-13-george-DB-40-42, ölçüsü 40-42, dəyəri 808 ABŞ dolları olan don; P15-21- P9-27, ölçüsü 140-146 sm, dəyəri 188 ABŞ dolları olan bluz; P15-22, ölçüsü 140- 146 sm, dəyəri 163 ABŞ dolları olan şort; P15-23, ölçüsü 40-42, dəyəri 180 AbŞ dolları olan şort; P15-24-DB pink and red, ölçüsü 140 sm, dəyəri 388 ABŞ dolları olan don; P15- 26- P15- 12 George H, ölçüsü S, dəyəri 170 ABŞ dolları olan əlcək; xx.xx.2023-cü il tarixli P20 DFW saylı Proforma-invoysa uyğun olaraq siyahı üzrə iddaçıda olan model adı P7- 1, ölçüsü 128 sm, dəyəri 200 AbŞ dolları olan palto; P10-16, ölçüsü 38, dəyəri 120 ABŞ dolları olan şalvar; P20-DFW Show room-04, ölçüsü 42, dəyəri 160 ABŞ dolları olan top; P20-DFW Show room 05-red, ölçüsü 40, dəyəri 475 ABŞ dolları olan jaket və dəyəri 110 ABŞ dolları olan paltar; P20-DFW Show room-06, ölçüsü 38, dəyəri 160 ABŞ dolları olan top; xx.xx.2023-cü il tarixli P22 DFWK saylı Proforma-invoysa görə siyahı üzrə iddaçıda olan model adı P22DFWK-01, ölçüsü 140 sm, dəyəri 125 ABŞ dolları olan bluz; P22DFWK-02, ölçüsü 140 sm, dəyəri 165 ABŞ dolları olan şalvar; P22DFWK-05, ölçüsü 40, dəyəri 210 ABŞ dolları olan şalvar; P22DFWK-09-P7-27, ölçüsü 122 sm, dəyəri 45 ABŞ dolları olan gödəkçə; P22dFwK-010-P9-13, ölçüsü 42, dəyəri 80 ABŞ dolları olan don; P22DFWK-010-P9-14, ölçüsü 128 sm, dəyəri 50 ABŞ dolları olan don; P22DFWK- 12, ölçüsü 128 sm, dəyəri 247 ABŞ dolları olan don; P22DfWk-014-P9-34, ölçüsü 42, dəyəri 300 ABŞ dolları olan don, transformer ətək; P22DFWK-014-P9-36, ölçüsü 128 sm, dəyəri 120 AbŞ dolları olan don; P22DFWK-016-P10-46, ölçüsü 36, dəyəri 112 ABŞ dolları olan şalvar; P22DFWK-016-P9-13, ölçüsü 42, dəyəri 420 ABŞ dolları olan don; P22DFWK-18- P9-13, ölçüsü 42, dəyəri 60 ABŞ dolları olan don; P22DFWK-19, ölçüsü 40-42, dəyəri 220 ABŞ dolları olan top; P22DFWK-20, ölçüsü 36-38, dəyəri 220 ABŞ dolları olan top; P22DFWK-21, ölçüsü 38-40, dəyəri 685 ABŞ dolları olan jaket; P22DFWK-22, ölçüsü 38, dəyəri 40 ABŞ dolları olan ətək; P22DFWK-23, ölçüsü 36-38, dəyəri 80 ABŞ dolları olan top; P22DFWK-24, ölçüsü 40-42, dəyəri 220 ABŞ dolları olan top; P22DFWK-25, ölçüsü 40, dəyəri 180 ABŞ dolları olan top; P22DFWK-26, ölçüsü 40, dəyəri 180 ABŞ dolları olan top; P22DFWK-27, ölçüsü 40, dəyəri 500 ABŞ dolları olan jaket; P22DFWK-28, ölçüsü 42, dəyəri 536 ABŞ dolları olan palto; P22DFWK-29, ölçüsü kiçik, dəyəri 180 ABŞ dolları olan əlcək; P22DFWK-30, ölçüsü 146 sm, dəyəri 239 ABŞ dolları olan don; P22DFWK-31, ölçüsü 146 sm, dəyəri 294,3 ABŞ dolları olan don; P22DFWK-32, dəyəri 32 ABŞ dolları olan kəmər; P22dFwK-33, dəyəri 32 ABŞ dolları olan kəmər; P22DFWK-34, dəyəri 32 ABŞ dolları olan kəmər; P22DFWK-35, dəyəri 30 ABŞ dolları olan kəmər; P22DFWK-36, dəyəri 32 ABŞ dolları olan kəmər; P22DFWK-37- P15-03-red-DB Helena, ölçüsü 40-42, dəyəri 134 ABŞ dolları olan ətək; P22DFWK-38, ölçüsü 40-42, dəyəri 32 ABŞ dolları olan kəmər; P22DFWK-39, ölçüsü 38, dəyəri 187 ABŞ dolları olan ətək; P22DFWK-40, ölçüsü 38, dəyəri 32 ABŞ dolları olan kəmər; P22DFWK-41, ölçüsü 38, dəyəri 180 ABŞ dolları olan şort adlı malların ikitərəfli təhviltəsliminə dair (cavabdeh şirkətin özü tərəfindən imza və möhür vurulmaqla) aktların cavabdeh “Platforma" MMC tərəfindən iddiaçı “Karolina"xxxx" MMC-yə təqdim edilməsi, Cavabdeh MMC-dən 42 934,02 ABŞ dolları məbləğində əsas borc, 2147 ABŞ dolları məbləğində dəbbə pulu və dövlət rüsumunun əvəzi olaraq 320 manatın tutulub “Karolina”s Kingdom” MMC-yə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur.
26. Sonradan məhkəmənin xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli qərardadları ilə qətnaməyə düzəlişlər olunmuş, Cavabdeh MMC-dən tutulmalı olan əsas borcun məbləği 39 233,37 ABŞ dolları məbləğində müəyyənləşdirilmişdir.
27. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərildiyi kimi əsaslandırmışdır:
27.1. Tərəflər arasında xidmət (podrat) müqaviləsi bağlanmışdır və idiaçı iddia edir ki, müqavilə üzrə cavabdehə edilmiş ödənişlər müqabilində bəzi mallar verilsə də, sifarişlər tam icra edilməyib, qalan məbləğ geri qaytarılmalıdır, verilmiş mallara dair təhvil-təslim aktları və məişət sertifikatları verilməlidir. Cavabdeh isə iddianı qəbul etməyərək bildirir ki, ödənilmiş pullara dair mallar iddiaçıya təhvil verilmiş, ona görə də iddiaçıya heç bir borcu yoxdur, əksinə müəyyən xidmətlərə (anbarın xərcləri və s.) görə iddiaçının cavabdehə borcu var. 27.2. İş materiallarına əlavə edilmiş bank hesablarından çıxarışlardan görünür ki, iddiaçı-şirkət tərəfindən cavabdeh şirkətin hesabına proformalar (sifarişlər) üzrə iddiaçının bildirdiyi kimi 61 233,37 ABŞ dolları deyil, cəmi 61 201,37 ABŞ dolları ödəniş edilmişdir. İddiaçının və cavabdehin (direktoru S.Hüseynovanın) izahatına əsasən şirklərin bank hesabları üzrə edilmiş köçürmələrdən əlavə, iddiaçı tərəfindən cavabdehə müqavilə üzrə 5022 ABŞ dolları və 18 400 ABŞ dolları əlavə ödənişlər edilmişdir. Beləliklə, qeyd edilən müqavilə üzrə ödənilmiş pullara dair mübahisə edilməyən hissə 84 623,37 ABŞ dolları (61 201,37 + 5022 + 18 400) təşkil edir. Həmin məbləğdən iddiaçı bildirir ki, cavabdeh şirkət tərəfindən 38 102,35 ABŞ dolları məbləğində mallar hazırlanıb iddiaçıya verilmişdir və 3767 ABŞ dolları məbləğində cavabdeh tərəfindən iddiaçıya nağd ödəniş müqabilində əşyalar təqdim edilmiş və 3520,65 ABŞ dolları xidmət göstərilmişdir (Cavabadehin qanuni nümayəndəsi məhkəmə iclaslarında bildirsə də ki, iddiaçıya təhvil verilən mallar 38 102,35 ABŞ dolları dəyərində deyil, daha çox olub, buna dair hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir). 27.3. Beləliklə, məhkəmə hesab edir ki, pul tələbi hissəsində iddia qismən təmin edilməli, cavabdehdən 39 233,37 ABŞ dolları məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir (61 201,37 ABŞ dolları + 5022 ABŞ dolları + 18 400 ABŞ dolları (ödənişlər) – 38 102,35 ABŞ dolları (verilmiş malların dəyəri) - 3767 ABŞ dolları (proforma üzrə nağd ödənilmış 5022 ABŞ dolları müqabilində verilmiş malların dəyəri) – 3520,65 ABŞ dolları (iddiaçının nümayəndəsinin izahatına əsasən göstərilmiş xidmətlərin dəyəri) = 39 233,37 ABŞ dolları). 27.4. İş materiallarına əlavə edilmiş “Bank of Georgia” SC-nin xx.xx.2022-cü il tarixli əməliyyatlara dair məlumat cədvəlinə əsasən xx.xx.2022-ci il tarixində xx.xx.2022ci il tarixinədək Səbinə Hüseynovanın (5725 ABŞ dolları, 4000 ABŞ dolları, 5000 ABŞ dolları, 5000 ABŞ dolları və Pərviz Sadıqovun (4000 ABŞ dolları, 4442 ABŞ dolları) adına Girogi Turmanodze tərəfindən cəmi 28 167 ABŞ dolları məbləğində pul köçürməsi həyata keçirilmişdir. 27.5. İddiaçı ilə cavabdeh şirkətlər arasında bağlanmış müqavilənin 4.2-ci bəndinə əsasən müqavilə üzrə bütün ödənişlər podratçının bank hesabına ödənilməlidir. İddiaçı “Karolina”s Kingdom” MMC-nin 28 167 ABŞ dolları məbləğinin ödənilməsinə dair tələbin irəli sürülməsi üçün nə subyektiv hüququ olmuşdur, nə də ki, düzgün cavabdehlərə qarşı yönəlmişdir. Belə ki, göründüyü kimi pulu köçürən şəxs Girogi Turmanodze olmuşdur. İddiaçının nümayəndəsi bildirsə də ki, Girogi Turmanodze iddiaçı şirkətin direktorudur, iş materiallarına əlavə edilən iddiaçı şirkətin reyestrindən çıxarışdan və iddiaçının nümayəndəsinə verilmiş etibarnamədən görünür ki, iddiaçı “Karolina”s Kingdom” MMC-nin direktoru Girogi Turmanodze deyil, Teimuraz Koniaşvilidir. Beləlikə, “Western Union” vəsitəsi ilə 28 167 ABŞ dolları məbləğində pulu köçürən şəxsin iddiaçı şirkətə aidiyyəti iddiaçı tərəfindən sübuta yetirilə bilməmişdir. Digər tərəfdən, həmin pullar müqavilə şərtlərinə və tərəflər arasında yaranmış işgüzar münasibətlərə əsasən cavabdeh şirkətin bank hesabına deyil, iki fərqli fiziki şərslərin hesabına köçürülmüşdür. Aparılmış ödənişlərin müqavilə münasiətlərinə aidiyyəti müəyyən edilmədiyindən, tələbin həmin hissə də təmin edilməsi üçün qanuni əsaslar mövcud deyildir. 27.6. İddiaçı, borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış müqavilənin 3.3-ci bəndinə əsasən hesablanmış 15 150,69 ABŞ dolları cərimə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür. Məhkəmə dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan 15 150,69 ABŞ dolları məbləğində dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq dəbbə pulu 2147 ABŞ dolları məbləğində müəyyən edilməlidir. 27.7. Tərəflər arasında bağlanmış müqavilənin 2.2.3-cü bəndinə əsasən təhviltəslim aktına əsasən malın müştəriyə çatdırılması podartçının öhdəliyi kimi müəyyən edilmiş, eyni zamanda həmin müqavilənin 3.1-ci bəndinə əsasən podratçının imzalanmış təhvil-təslim aktı əsasında malı müştəriyiə təhvil verilməsi barədə öhdəlik götürülmüşdür. İddia tələbində qeyd edilən, iddiaçının təhvil aldığını göstərdiyi mallar cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Sadəcə cavabdehin qanuni nümayəndəsi və nümayəndəsi izahatlarında məhkəməyə bildirmişlər ki, iddiaçıya təhvil verilən mallar iddiada qeyd olunanlardan daha çox olmuşdur. Beləliklə, iddia tələbində təhvil-təslim aktlarının verilməsi tələb edilən malların cavabdeh tərəfindən hazırlanıb iddiaçıya verilməsi işin mübahisə edilməyən halıdır. Həmin mallara dair cavabdehin iddiaçıya təhvil-təslim aktlarının verilməməsi məhkəmə tərəfindən müqavilə şərtlərinin pozulması kimi giymətləndirilir və buna görə də həmin hissədə iddianın təmin edilməsi qənaətinə qəlir. 27.8. Lakin məhkəmə, təqdim edilmiş mallara dair məişət sertifikatının verilməsi hissəsində iddianı əsassız hesab edir. Belə ki, iki tərəfli imzalanmış müqavilə şərtlərində məişət sertifikatının verilməsi şərti və ya tərəflər arasında buna dair hər hansı razılaşmanın olması iş materialları ilə müəyyən edilməmiş və iddiaçı şirkət tərəfindən də buna dair hər hansı sübut təqdim edilməmişdir. Buna görə də iddia bu hissə təmin edilməməlidir.
28. Gəldiyi nəticənin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 385.1-ci, 386.1-ci, 442-ci, 462.1-ci, 467-ci, 752.1-ci, 753.1-ci, 769-cu maddələrinə istinad etmişdir.
29. Həmin qətnamədən iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayəti verərək onun qismən (iddianın təmin olunmaması ilə bağlı hissədə) ləğv edilməsini və iddianın tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla məhkəmənin, gəlinən nəticə üçün əhəmiyyət kəsb edən bütün faktiki halları tam aydınlaşdırmadığını, cərimə məbləğini tənasübsüz azaltdığını, cavabdehin nümayəndəsi “Western Union” vasitəsilə 28 167 ABŞ dolları məbləğində pulun köçürülməsini təsdiq etdiyi halda, həmin hissədə iddianı təmin etməməklə nəticəsinin işin hallarına uyğun gəlməməsinə yol açdığını, həmin məbləği köçürmüş şəxsin iddiaçının səlahiyyətli şəxsi olduğuna dair sübutu təqdim etmələrinə şərait yaratmadığını, malların sertifikatları ilə bağlı tərəflər arasında aparılmış “WhatsApp” yazışmalarını nəzərə almadığını irəli sürmüşdür.
30. Qətnamədən cavabdeh MMC-nin nümayəndəsi (vəkili) də apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia tələbinə qarşı yazılı etiraz ərizəsinin məzmununa uyğun əsaslandırmaqla, qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlmədiyini, gəlinən nəticə üçün əhəmiyyət kəsb edən bütün faktiki halların aydınlaşdırılmadığını, iddia tələbinin heç bir mötəbər sübutla təsdiqlənmədiyini irəli sürmüşdür.
Apellyasiya şikayət(lər)inə qarşı etiraz(lar)
31. Apellyasiya şikayətlərinə qarşı yazılı etirazlar verilməmişdir.
Apellyasiya baxışı, verilən izahat
32. İddiaçının məhkəmə iclaslarında iştirak edən nümayəndəsi (vəkili) təmsil etdiyi hüquqi şəxsin apellyasiya şikayətinin dəlillərini müdafiə edərək izahatlarında həmçinin bildirmişdir ki, həm iddia ərizəsində, həm apellyasiya şikayətində texniki səhvə yol verərək cavabdehdən tələb etdikləri sertifikatların adını “məişət sertifikatı” kimi göstərmiş, birinci instansiya məhkəməsi də bu səhvi təkrarlayaraq “məişət sertifikatının verilməsi tələbi”ni rədd etmişdir. Halbuki, cavabdehdən tələb olunan, onun hazırladığı geyim və aksessuar əşyalarına dair mənşə sertifikatının verilməsidir – hansı ki, bu sertifikatlar malların iddiaçının fəaliyyət göstərdiyi Gürcüstan Respublikasının gömrük sərhəddindən həmin ölkəyə keçirilməsi üçün zəruridir.
33. İşə baxılmasının vaxtı (yeri) barədə dəfələrlə məlumatlandırılmış cavabdeh nümayəndəsini məhkəməyə göndərməmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
34. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
35. Maddə 10.1. Sahibkarlıq fəaliyyətinin hər hansı sahəsində təşəkkül tapan və geniş tətbiq edilən, qanunvericilikdə nəzərdə tutulmayan davranış qaydası, hansısa aktda qeyd edilib-edilmədiyindən asılı olmayaraq, işgüzar adət sayılır.
36. Qanunvericiliyə və ya müqaviləyə zidd olan işgüzar adətlər tətbiq edilmir.
37. Maddə 13. Sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir
38. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
39. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
40. Maddə 385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər.
41. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
42. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
43. Maddə 390.5. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir.
44. Maddə 390.6. Müqavilə şərti tərəflərin razılaşması ilə ayrı qaydanın müəyyənləşdirilmədiyi halda tətbiq edilən normada (dispozitiv norma) nəzərdə tutulubsa, tərəflər razılaşma əsasında bu normanın tətbiqini istisna edə bilər və ya onun nəzərdə tutduğundan fərqli şərt müəyyənləşdirə bilərlər. Bu cür razılaşma olmadıqda müqavilə şərti dispozitiv norma ilə müəyyənləşdirilir.
45. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.
46. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.
47. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
48. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
49. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
50. Maddə 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun.
51. Maddə 762.2. Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır.
52. Maddə 762.3. Podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur.
53. Maddə 763.1. Əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər.
54. Maddə 763.2. Əlavə icra məqsədi ilə podratçı iş və materiallar üçün əlavə xərcləri, o cümlədən nəqliyyat xərclərini ödəməlidir. Əgər əlavə icra tənasübsüz xərclər tələb edirsə, podratçı həmin icradan imtina edə bilər.
55. Maddə 764.1. Əgər podratçı xərclərin tənasübsüzlüyünə baxmayaraq, əlavə icradan imtina etməzsə, lakin əlavə icra üçün müəyyənləşdirilmiş müddət nəticəsiz qurtararsa, sifarişçi qüsuru özü aradan qaldırıb çəkdiyi xərclərin əvəzini ödəməyi tələb edə bilər. Azərbaycan Respublikasının Gömrük Məcəlləsi
56. Maddə 222.1. Malların qeyri-preferensial mənşəyinin müəyyən edilməsinin məqsədi onlar barəsində gömrük tarifini, mallarla ticarətin xüsusi sahələrini tənzimləyən tədbirləri və malların qeyri-preferensial mənşəyi ilə bağlı qanunvericiliklə müəyyən edilmiş digər tədbirləri tətbiq etməkdir.
57. Maddə 222.2. Tamamilə bir ölkədə və ya ərazidə istehsal edilmiş mallar həmin ölkə və ya ərazi mənşəli mallar hesab olunur.
58. Maddə 222.3. İstehsalında birdən çox ölkənin iştirak etdiyi mallar həmin malların son dəfə əhəmiyyətli dərəcədə dəyişikliyə məruz qaldığı ölkə mənşəli mallar hesab edilir.
59. Maddə 222.4. Gömrük orqanları malların gömrük bəyannaməsində göstərilən mənşəyini təsdiq edən sənədin təqdim olunmasını bəyannaməçidən tələb etmək hüququna malikdirlər.
60. Maddə 222.5. Malların qeyri-preferensial mənşəyinin müəyyən edilməsi qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 14 yanvar tarixli 3 nömrəli qərarı ilə təsdiq edilmiş “Malların preferensial və qeyri-preferensial mənşəyinin müəyyən edilməsi Qaydaları”
61. Bənd 5.1. Gömrük orqanları malların gömrük bəyannaməsində göstərilən mənşəyini təsdiq edən sənədin təqdim olunmasını bəyannaməçidən tələb etmək hüququna malikdir.
62. Bənd 5.2. Gömrük rəsmiləşdirilməsi zamanı gömrük orqanlarına təqdim olunan gömrük bəyannaməsində və digər sənədlərdə göstərilən məlumatların malların mənşəyinə uyğunluğunun yoxlanılması gömrük bəyannaməsinin təsdiq edildiyi, sənədlərin və malların isə təqdim edildiyi vaxtdan 2 (iki) gündən gec olmayaraq həyata keçirilir.
63. Bənd 5.3. Malların mənşəyinin gömrük bəyannaməsində göstərilən məlumatlara uyğunluğunu müəyyən etmək məqsədi ilə onların fiziki yoxlanılması üzrə gömrük orqanları tərəfindən malların yoxlanılması həyata keçirilir.
64. Bənd 5.4. Gömrük orqanlarının vəzifəli şəxsləri gömrük ərazisinə daxil olan və ya bu ərazini tərk edən, Gömrük Məcəlləsində nəzərdə tutulmuş müvafiq prosedurlardan keçdiyi ərazidə və ya malların müvəqqəti saxlandığı ərazidə olan şəxsləri Gömrük Məcəlləsinin 92.2.5-ci maddəsinə müvafiq olaraq malların mənşə ölkəsi barədə sorğu-sual etmək hüququna malikdirlər.
Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Kollegiyasının 2012ci il 25 aprel tarixli 02 nömrəli Qərarı ilə təsdiq edilmiş “Malın mənşə ölkəsini təsdiq edən sertifikatın verilməsi Qaydaları”
65. Bənd 1.2. Mənşə sertifikatı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti (bundan sonra - Dövlət Xidməti) tərəfindən hüquqi və fiziki şəxslərin (bundan sonra sifarişçi) müraciəti əsasında verilir. Sifarişçinin mənşə sertifikatının verilməsinə dair ərizəsinə Dövlət Xidməti tərəfindən ərizənin təqdim olunduğu tarixdən etibarən 1 (bir) gündən gec olmayaraq baxılır və müvafiq qərar qəbul olunur.
66. Bənd 1.3. Malın mənşə ölkəsinin müəyyən edilməsi üzrə ekspertizalar Dövlət Xidmətinin tabeliyindəki “X3 Mərkəzi” MMC (bundan sonra - Cəmiyyət) tərəfindən aparılır.
67. Bənd 1.4. Mənşə sertifikatının verilməsinə görə dövlət rüsumu ödənilir. Malın mənşə ölkəsinin müəyyən edilməsi üzrə ekspertiza xidmətləri sifarişçilərlə Cəmiyyət arasında bağlanan müqavilələr əsasında ödənişli yolla həyata keçirilir və bu xidmətin tarifləri Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən müəyyən olunur.
68. Bənd 2.2. Sifarişçi mənşə sertifikatı almaq üçün ərizəni Dövlət Xidmətinə şəxsən və ya nümayəndə vasitəsilə təqdim edir və ya poçt rabitəsi vasitəsilə, yaxud elektron üsulla göndərir.
69. Bənd 2.4. Ərizəyə aşağıdakı sənədlər əlavə edilir: 2.4.3. sifarişçi ilə alıcı arasında bağlanmış müqavilənin surəti (olduğu halda); 2.4.4. qaimə-fakturanın (invoysun) surəti; 2.4.5. ixrac olunan məhsulun ilkin xammalının, yarımfabrikatın, yaxud məhsulların hazırlanmasında iştirak edən digər materialların alınmasını təsdiq edən müqavilə və ya başqa təsdiqedici sənədlərin surəti; 2.4.6. ixrac olunan məhsulun ilkin xammalı, yarımfabrikatı, yaxud məhsulların hazırlanmasında iştirak edən digər materialları xarici ölkə mənşəli olduğu təqdirdə, emal nəticəsində malın xarici iqtisadi fəaliyyətin əmtəə nomenklaturası (XİF ƏN) üzrə mövqeyində ilk dörd rəqəmdən ən azı birinin səviyyəsində dəyişmənin olması və ya advalor pay qaydası tətbiq olunduğu hallarda istifadə olunmuş materialların dəyərinin göndərilən malın qiymətinin faizlə müəyyən edilmiş həddə çatması ilə əlaqədar sənəd (kalkulyasiya).
70. Bənd 2.7. Təqdim edilmiş sənədlərdə hər hansı çatışmazlıqlar və uyğunsuzluqlar aşkar edilmədikdə, onlar Dövlət Xidməti tərəfindən malın mənşə ölkəsinin müəyyən edilməsi üzrə ekspertizanın keçirilməsi üçün 1 (bir) gündən gec olmayaraq Cəmiyyətə təqdim olunur. Cəmiyyət tərəfindən sənədlər qəbul edilir, xüsusi kitabda qeydiyyata alınır və malın mənşə ölkəsinin müəyyən edilməsi üzrə ekspertizanın keçirilməsi məqsədi ilə göstərilən xidmətlərə görə Cəmiyyət ilə sifarişçi arasında müqavilə bağlanılır.
71. Bənd 2.16. Cəmiyyət tərəfindən ekspertizanın keçirilməsi, onun nəticələri əsasında ekspertiza aktının tərtib olunması, ekspertiza aktının Dövlət Xidmətinə təqdim olunması Dövlət Xidməti tərəfindən malın mənşə ölkəsinin müəyyən edilməsi üzrə ekspertizanın keçirilməsi üçün sifarişçinin ərizəsi və ona əlavə edilmiş sənədlərin Cəmiyyətə təqdim edildiyi gündən 1 (bir) gündən gec olmayaraq həyata keçirilir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
72. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
73. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
74. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
75. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
76. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
77. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
78. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
79. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
80. Maddə 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir.
81. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
82. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.
Apellyasiya baxışının həddi
83. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
84. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
85. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının həddini qətnamənin Cavabdeh MMC-dən 39 233,37 ABŞ dolları məbləğində əsas borcun və 2147 ABŞ dolları məbləğində dəbbə pulunun tutulub “Karolina”s Kingdom” MMC-yə ödənilməsi”, Cavabdeh MMC tərəfindən İddiaçı-yə təhvil verilmiş malların ümumi dəyərinin 41 689,35 ABŞ dolları təşkil etməsi”, habelə iddianın qismən təmin edilməməsi ilə bağlı hissələri üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki qətnaməni iddiaçı iddia tələblərinin təmin olunmayan hissəsində mübahisələndirmiş, cavabdeh isə şikayətində qətnamənin ləğv olunmasını xahiş etsə də, şikayətinin məzmunundan qətnaməni, yalnız ondan pul tutulması ilə bağlı hissədə, eləcə də təhvil verilmiş malların ümumi qiyməti hissəsində mübahisələndirdiyi aydın olmuşdur. Başqa sözlə, qətnamənin Cavabdeh MMC tərəfindən İddiaçı-yə təhvil verilmiş, xx.xx.2019-cu il tarixli Əlavədə və Proforma-İnvoysda göstərilən siyahı üzrə iddaçıda olan .... adlı malların ikitərəfli təhvil-təsliminə dair (cavabdeh şirkətin özü tərəfindən imza və möhür vurulmaqla) aktların cavabdeh “Platforma" MMC tərəfindən iddiaçı “Karolina"xxxx" MMC-yə təqdim edilməsi” hissəsi apellyasiya baxışının predmeti deyildir.
İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
86. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları tam aydınlaşdırmamış, iddiaçının iddia tələbi üzrə sübuta yetirilməli olan halların bəzilərinin cavabdeh tərəfin izahatları əsasında sübut olunduğunu nəzərə almamış, gəldiyi nəticə işin hallarına tam uyğun olmamışdır.
87. Belə ki, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.
88. Tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edibetməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir (Konstitusiya Məhkəməsinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2018-ci il tarixli Qərarı).
89. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, hazırkı mübahisə üzrə iddianın qanuni əsasının müəyyən edilməsi üçün tərəflər arasında bağlanmış müqavilənin şərtləri təhlil olunmalıdır (§ 45, 46).
90. İşin faktiki hallarından, tərəflərin 04 sentyabr 2019-cu il tarixdə podrat müqaviləsi bağladıqları müəyyən olunur və buna görə də iddiaçının iddia tələbinin qanuni əsası kimi mülki qanunvericiliyin podrat müqaviləsi ilə bağlı müddəaları (§ 49-55) nəzərdən keçirilməlidir.
91. Bu kontekstdə nəzərə alınmalıdır ki, işin görülməsi üçün podratçıya verdiyi pul vəsaitinin məbləğini və işin qüsurlarla yerinə yetirildiyini sübutetmə yükü iddiaçının, işin icrasının qüsursuz həyata keçirilməsi ilə bağlı sübutetmə yükü isə cavabdehin üzərinə düşür.
92. İşin hallarından və bilavasitə verilən izahatlardan aydın olur ki, iddiaçı tərəfindən cavabdeh şirkətin hesabına proformalar (sifarişlər) üzrə 61 201,37 ABŞ dolları ödəniş edilmiş, bundan əlavə cavabdehə müqavilə üzrə 5022 ABŞ dolları və 18 400 ABŞ dolları əlavə ödənişlər həyata keçirilmiş, cavabdeh tərəfindən isə iddiaçıya 38 102,35 ABŞ dolları məbləğində mallar, 3767 ABŞ dolları məbləğində nağd ödəniş müqabilində əşyalar təqdim olunaraq, 3520,65 ABŞ dolları dəyərində də xidmət göstərilmişdir.
93. Buna görə də kollegiya, birinci instansiya məhkəməsinin, Cavabdeh MMCdən 39 233,37 ABŞ dolları məbləğində əsas borcun tutulub “Karolina”s Kingdom” MMCyə ödənilməsi” qənaəti ilə razılaşır (61 201,37 ABŞ dolları + 5022 ABŞ dolları + 18 400 ABŞ dolları (ödənişlər) – 38 102,35 ABŞ dolları (verilmiş malların dəyəri) - 3767 ABŞ dolları (proforma üzrə nağd ödənilmış 5022 ABŞ dolları müqabilində verilmiş malların dəyəri) – 3520,65 ABŞ dolları (iddiaçının nümayəndəsinin izahatına əsasən göstərilmiş xidmətlərin dəyəri) = 39 233,37 ABŞ dolları) və müvafiq hissədə nə iddiaçının, nə də cavabdehin apellyasiya şikayətlərinin dəlillərini əsaslı hesab etmir. Belə ki, tərəflər, məhkəmənin gəldiyi həmin nəticənin doğru olmadığı qənaətinə gəlinməsinə əsas verə biləcək hər hansı mötəbər sübut təqdim etməmişlər.
94. Cavabdehin nümayəndəsi iddiaya etirazında və apellyasiya şikayətində tərəflər arasında saxlanc müqaviləsinin bağlandığını, həmin müqaviləyə görə iddiaçının cavabdehə hər ay 100 ABŞ dolları ödəməli olduğunu, lakin ödəniş etmədiyini və bu səbəblə də cavabdehə peniya ilə birlikdə 5000 dollardan çox borcunun yarandığını irəli sürsə də, iddiaçının nümayəndəsi müvafiq müqavilənin mövcudluğunu inkar etmiş, cavabdeh isə nə sözügedən müqavilənin əslini və ya lazımi qaydada təsdiqlənmiş surətini məhkəməyə vermiş, nə də həmin müqaviləyə istinadla tələb irəli sürmüşdür.
95. Nəzərə alınmalıdır ki, sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib- verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir (§ 73, 74, 75).
96. Kollegiya məhkəmənin, cərimə borcunun məbləği ilə bağlı gəldiyi nəticə ilə də razılaşır və hesab edir ki, müəyyənləşdirdiyi 2147 ABŞ dolları cərimə məbləğinin əsas borca mütənasib olmasına dair məhkəmənin gəldiyi nəticə əsaslı hesab olunmalıdır.
97. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki qanunvericiliyə görə, borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir.
98. Bununla belə kollegiya, iddiaçının “28 167 ABŞ dolları məbləğində pulun cavabdehdən xeyrinə tutulması” tələbi üzrə gəldiyi nəticə ilə razılaşmır.
99. Belə ki, xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək Girogi Turmanodze tərəfindən cavabdeh şirkətin direktoru Səbinə Hüseynovanın adına cəmi 19 725 ABŞ dollarının, onun sürücüsü Pərviz Sadıqovun adına isə 8442 ABŞ dollarının, yəni ümumilikdə 28 167 ABŞ dollarının “Bank of Georgia” SC vasitəsilə köçürüldüyü işin mübahisələndirilməyən halıdır.
100. Birinci instansiya məhkəməsi müvafiq tələbi təmin etmədiyi zaman 28 167 ABŞ dolları məbləğində pulu köçürən şəxsin iddiaçı şirkətə aidiyyətinin sübuta yetirilmədiyinə, həmçinin həmin pulların müqavilə şərtlərinə və tərəflər arasında yaranmış işgüzar münasibətlərə əsasən cavabdeh şirkətin bank hesabına deyil, iki fərqli fiziki şəxslərin hesabına köçürüldüyünə istinad etsə də, məhkəmə iclas protokollarından aydın olur ki, Səbinə Hüseynova sözügedən məbləğin məhz “Karolina”s Kingdom” MMC tərəfindən köçürüldüyünü mübahisələndirməmiş, lakin həmin vəsaitin hazırda baxılan mübahisə üzrə yox, ayaqqabı sifarişi üçün köçürüldüyünü irəli sürmüşdür.
101. Beləliklə, “Western Union” vasitəsilə Səbinə Hüseynovanın və Pərviz Sadıqovun adlarına köçürülmüş 28 167 ABŞ dollarının məhz iddiaçı (işçisi) tərəfindən xx.xx.2019-cu il tarixli 19-01 saylı “Brend üçün dərzilik xidmətlərinin göstərilməsi haqqında” müqavilə üzrə məhz cavabdehə verildiyinin iddiaçı tərəfindən sübut edilməsinə ehtiyac yoxdur; çünkü bu fakt cavabdeh tərəfindən etiraf olunmuşdur (§ 80).
102. Belə olan halda cavabdeh sübut etməlidir ki, həmin pul vəsaiti ona xx.xx.2019-cu il tarixli 19-01 saylı “Brend üçün dərzilik xidmətlərinin göstərilməsi haqqında” müqavilə üzrə deyil, başqa müqavilə üzrə (ayaqqabı sifarişi üçün) verilmişdir.
103. Cavabdeh tərəfindən bununla bağlı hər hansı sübut təqdim olunmadığını nəzərə alan kollegiya hesab edir ki, iddiaçının iddia tələbi müvafiq hissədə də təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə 28 167 ABŞ dolları tutulmalıdır.
104. Kollegiya iddiaçının, “cavabdeh tərəfindən təhvil verilmiş mallar üzrə məişət sertifikatlarının təqdim edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbi üzrə gəldiyi nəticəni də əsaslı hesab etmir.
105. İlk növbədə qeyd olunmalıdır ki, iddiaçının nümayəndəsi iddia ərizəsində və sonrakı yazılı ərizələrində “məişət sertifikatı” ifadəsindən istifadə etsə də, həmin tələb üzrə kifayət qədər izah verərək sözügedən sertifikatın “təhvil verilən malların xaricə çıxarılması və satışının həyata keçirilməsi üçün” zəruri olduğunu bildirməklə əslində “mənşə sertifikatı”nı nəzərdə tutduğunu bəyan etmiş, birinci instansiya məhkəməsi isə “məişət sertifikatının verilməsi” tələbini rədd etmişdir. Halbuki məhkəmə, ən azından “məişət sertifikatı”nın nə demək olduğunu, onun baxılan işdə və ümumiyyətlə podrat münasibətlərində nə kimi əhəmiyyət kəsb etdiyini aydınlaşdırmalı idi.
106. Bu o deməkdir ki, məhkəmə həmin tələbin mahiyyətinə ümumiyyətlə varmamış, iddiaçının hansı hüquqi nəticəni əldə etmək istədiyini araşdırmağa cəhd belə etməmişdir.
107. Mənşə sertfikatı ixracatçı ölkənin səlahiyyətli orqanı tərəfindən verilən və mənşə ölkəsini təsdiq edən sənəddir. Malın mənşə ölkəsi Azərbaycan Respublikasının Gömrük ərazisinə gətirilən və bu ərazidən aparılan mallar üzərində tarif və qeyri tarif göstəricilərini göstərilməsi məqsədi ilə müəyyən olunur.
108. Qanunvericiliyin yuxarıda sadalanan müddəalarının (§ 56-71) təhlilindən aydın olur ki, cavabdehin hazırladığı geyim əşyaları gömrük ərazisinə daxil olduqda və ölkədən çıxarıldıqda onların mənşə sertifikatı tələb ediləcəkdir.
109. Bu kontekstdə aydınlaşdırılmalı hal ondan ibarətdir ki, Azərbaycan Respublikasının kommersiya hüquqi şəxsi olan cavabdehin, Gürcüstan Respublikasının kommersiya hüquqi şəxsi olan iddiaçının sifarişi əsasında hazırladığı və Azərbaycandan kənarda satılması planlaşdırılan geyim əşyalarına dair mənşə sertifikatı verməməsi podratda qüsur kimi qiymətləndirilə bilərmi?
110. Podratda qüsurun sübuta yetirilməsi üçün qüsurun olması faktını irəli sürən tərəf, görülmüş işin qüsurlu olması barədə hansı meyara əsaslandığını göstərməli, bundan sonra həmin meyara uyğun olaraq qüsurun olması ilə bağlı konkret dəlillər təqdim etməlidir.
111. Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda istinad edilən Qərarında göstərilmişdir ki, “...Podrat müqaviləsinin əsas xüsusiyyətlərindən biri müqavilənin tərəfi olan podratçının həmin müqavilənin digər tərəfi olan sifarişçinin xeyrinə hər hansı bir işi görməsidir. Belə ki, podrat müqaviləsindən irəli gələn öhdəlik təkcə hər hansı əmlakın verilməsini deyil, həm də həmin əmlakın yaradılması üzrə podratçının iş fəaliyyətini də ehtiva edir. Podrat müqaviləsi bağlanarkən tərəflərin məqsədi müəyyən hüquqi nəticənin əldə edilməsi ilə birbaşa əlaqəlidir. Məhz bu səbəbdən podrat müqavilələrinin əsasını hüquqi məqsəd və hüquqi nəticə təşkil edir”.
112. Göstərilən yanaşmanı əsas götürərək kollegiya hesab edir ki, qüsurun müəyyən edilməsi üçün müqavilənin şərtləri, eləcə də tərəflərin məqsədi və gözlədikləri hüquqi nəticələr araşdırılmalıdır.
113. Bu zaman həm də nəzərə alınmalıdır ki, işgüzar adətlər (lex mercatoria) kommersiya subyektləri arasında geniş istifadə edilən institutdur və mülki qanunvericilikdə bu cür adətlərin tərəflər arasında müqavilədən qabaqkı və müqavilədən sonrakı münasibətlərin şərh edilməsi zamanı istifadə edilməsi təsbit olunmuşdur.
114. Müqavilənin şərtləri təfsir edilərkən, eləcə də müqavilə tərəflərinin hüquq və vəzifələrini həyata keçirib-keçrmədikləri aydınlaşdırıldığı zaman, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər nəzərə alınmalıdır (§ 35, 36).
115. Ali Məhkəmənin bir sıra qərarlarında da sərgilənən mövqeyə görə, tərəflər arasında münasibətlər təhlil edilərkən onlar arasındakı işgüzar adətlərə xüsusi önəm verilməlidir. Bu halda tərəflər arasında yaranmış işgüzar adətlərin müqavilə üzrə və müqavilədən kənar olmasına1, işgüzar münasibətlərin kommersiya fəaliyyətinin hansı 1 Ali Məhkəmə, İş № 2-2(102)-135/2023 (https://sc.supremecourt.gov.az/storage/Iqtisad/2023/3_135+04.04.2023.pdf) § 51 sahəsinə aid olmasına2, bu cür münasibətlərin davamlı və ardıcıl xarakter daşıyıbdaşımamasına3, eləcə də tərəflərin işgüzar münasibətlərinə hansı həddə əməl edilibedilməməsinə4 qiymət verilməsi zəruridir.
116. Göründüyü kimi, işgüzar adətlərin tərəflər arasında bağlanmış müqavilənin şərtlərinin və onların hərəkətlərinin şərh edilməsi zamanı istifadəsinin mümkünlüyü həm qanunvericilikdə, həm də məhkəmə təcrübəsində təsbit edilmişdir.
117. Tərəflər arasında bağlanmış 04 sentyabr 2019-cu il tarixli podrat müqaviləsində podratçının gördüyü işlərlə bağlı mənşə sertifikatını verməli olduğuna dair öhdəlik müəyyən edilməsə də, müqavilənin mahiyyətindən və verilən izahatlardan aydın olur ki, tərəflərin razılaşması, cavabdehin hazırladığı geyim əşyalarının Azərbaycan Respublikasından kənarda satılacağı məzmununda olmuşdur.
118. Başqa sözlə, hazırkı iş üzrə tərəflərin məqsədi və gözlədikləri hüquqi nəticələr, habelə işgüzar adətlər baxımından podratın nəticələrinə mənşə sertifikatı verilməlidir; həmin sertifikatın iddiaçının özü tərəfindən əldə edilməsi isə ona görə mümkün deyil ki, müvafiq sertifikatın əldə olunması üçün müraciət ərizəsinə əlavə edilməli olan sənədləri (sifarişçi ilə alıcı arasında bağlanmış müqavilənin surətini (olduğu halda), qaimə-fakturanı (invoysu), ixrac olunan məhsulun ilkin xammalının, yarımfabrikatın, yaxud məhsulların hazırlanmasında iştirak edən digər materialların alınmasını təsdiq edən müqavilə və ya başqa təsdiqedici sənədlərin surətini, ixrac olunan məhsulun ilkin xammalı, yarımfabrikatı, yaxud məhsulların hazırlanmasında iştirak edən digər materialları xarici ölkə mənşəli olduğu təqdirdə, emal nəticəsində malın xarici iqtisadi fəaliyyətin əmtəə nomenklaturası (XİF ƏN) üzrə mövqeyində ilk dörd rəqəmdən ən azı birinin səviyyəsində dəyişmənin olması və ya advalor pay qaydası tətbiq olunduğu hallarda istifadə olunmuş materialların dəyərinin göndərilən malın qiymətinin faizlə müəyyən edilmiş həddə çatması ilə əlaqədar sənədi (kalkulyasiya)) (§ 69) iddiaçı təqdim edə bilməz.
119. Beləliklə kollegiyanın qənaətinə görə, hazırlayıb təhvil verdiyi podrat nəticələrinə münasibətdə cavabdehin mənşə sertifikatını iddiaçıya təqdim etməməsi podratın qüsuru kimi qiymətləndirilməlidir.
120. Şərh olunanları ümumiləşdirərək kollegiya hesab edir ki, cavabdehin nümayəndəsinin apellyasiya şikayəti təmin olunmamalı, iddiaçının apellyasiya şikayəti qismən təmin edilərək Bakı Kommersiya Məhkəməsinin 12 sentyabr 2024-cü il tarixli qətnaməsi iddiaçının “28 167 ABŞ dolları məbləğində pulun cavabdehdən xeyrinə tutulması” və “cavabdeh tərəfindən təhvil verilmiş mallar üzrə mənşə sertifikatlarının təqdim edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələblərinin təmin edilməməsi ilə bağlı hissələrdə ləğv olunmalı, həmin hissələrdə yeni qətnamə çıxarılaraq müvafiq tələblər təmin edilməli, qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.
121. Məhkəmə xərclərinə də qiymət verilməsinin zəruriliyini vurğulayan kollegiya hesab edir ki, apellyasiya şikayətləri üçün ödənilmiş dövlət rüsumlarının məbləğləri apellyatorların özlərinə aid olunmalıdır. Qeyd olunmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimlədiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir.
122. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
2 Ali Məhkəmə, İş № 2-2(102)-451/2023 (https://sc.supremecourt.gov.az/storage/Iqtisad/2023/3_451+18.10.2023.pdf) § 69 3 Ali Məhkəmə, İş № 2-2(102)-73/2024 (https://sc.supremecourt.gov.az/storage/Iqtisad/2024/3_73+15.03.2024.pdf) § 66 4 Ali Məhkəmə, İş № 2-2(102)-54/2024 (https://sc.supremecourt.gov.az/storage/Iqtisad/2024/3_54+01.02.2024.pdf) § 17 Cavabdeh MMC-nin nümayəndəsinin apellyasiya şikayəti təmin edilməsin. "xxxx" MMC-nin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2544/2024 saylı iş üzrə 12 sentyabr 2024-cü il tarixli qətnaməsi "xxxx" MMC-nin “28 167 ABŞ dolları məbləğində pulun cavabdehdən xeyrinə tutulması” və “cavabdeh tərəfindən təhvil verilmiş mallar üzrə mənşə sertifikatlarının təqdim edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələblərinin təmin edilməməsi ilə bağlı hissələrdə ləğv olunsun. Həmin iddia tələbləri təmin edilsin. Cavabdeh MMC-dən "xxxx" MMC-nin xeyrinə 28 167 (iyirmi səkkiz min yüz altmış yeddi) ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun Azərbaycan manatı ilə) tutulsun. Cavabdeh MMC tərəfindən İddiaçı-yə təhvil verilmiş model adı P7-1, ölçüsü 116- 122 sm, 6-7 yaş üçün dəyəri 194,27 ABŞ dolları olan palto; P7-2, ölçüsü 116-122 sm, 6- 7 yaş üçün dəyəri 194,27 ABŞ dolları olan palto; P7-3, ölçüsü 122 sm, 6-7 yaş üçün dəyəri 173,31 ABŞ dolları olan don; P7-4, ölçüsü 122 sm, 6-7 yaş üçün dəyəri 171,91 ABŞ dolları olan don; P7-10, ölçüsü 42-44 170-175 sm dəyəri 127,19 ABŞ dolları olan jaket; P7-11, ölçüsü 134140 sm, 10 yaş üçün dəyəri 184,49 ABŞ dolları olan don; P7-12, ölçüsü 116-122 sm, 6- 7 yaş üçün dəyəri 166,32 ABŞ dolları olan don; P7-13, ölçüsü 128-134 sm, 10 yaş üçün dəyəri 184,49 ABŞ dolları olan don; P7-14, ölçüsü 115-122 sm, 6-7 yaş üçün dəyəri 141,16 ABŞ dolları olan don; P7-15, ölçüsü 110-116 sm, 5-6 yaş üçün dəyəri 141,16 ABŞ dolları olan don; P7-20, ölçüsü 110-116 sm, 5 yaş üçün dəyəri 181,69 ABŞ dolları olan don; P7-22, ölçüsü 116-122 sm, 6-7 yaş üçün dəyəri 152,34 ABŞ dolları olan don; P7-24, ölçüsü 116-122 sm, 6-7 yaş üçün dəyəri 187,28 AbŞ dolları olan don; P7-27, ölçüsü 116122 sm, 6-7 yaş üçün dəyəri 187,28 ABŞ dolları olan jaket; P7-28, ölçüsü 122-128 sm, 7 yaş üçün dəyəri 185,89 ABŞ dolları olan don; xx.xx.2019cu il tarixli Proforma-invoysa uyğun olaraq siyahı üzrə iddaçıda olan model adı P9-3, ölçüsü 44, dəyəri 544 ABŞ dolları olan böyüklər üçün paltar; P9-4, ölçüsü 122 sm, dəyəri 209 ABŞ dolları olan uşaq üçün paltar; P9-5, ölçüsü 44, dəyəri 180 ABŞ dolları olan böyüklər üçün gecə paltosu; p9-9, ölçüsü 44, dəyəri 65 ABŞ dolları olan büst top; P9-10, ölçüsü 140 sm, dəyəri 43 ABŞ dolları olan büst top; P9-11, ölçüsü 44, dəyəri 80 ABŞ dolları olan şort; P9-12, ölçüsü 140 sm, dəyəri 60 ABŞ dolları olan şort; P9-13, ölçüsü 44, dəyəri 300 ABŞ dolları olan uşaq üçün don; P9-14, ölçüsü 128 sm, dəyəri 216 ABŞ dolları olan uşaq üçün don; P9-17, ölçüsü 44, dəyəri 360 ABŞ dolları olan uşaq üçün don; P9-18, ölçüsü 116 sm, dəyəri 217 ABŞ dolları olan uşaq üçün don; P9-19, ölçüsü 134 sm, dəyəri 228 ABŞ dolları olan gecə platyası; P9-21, ölçüsü 42, dəyəri 600 ABŞ dolları olan lələkli don; P9-22, ölçüsü 140 sm, dəyəri 168 ABŞ dolları olan lələkli top; P9- 23, ölçüsü 140 sm, dəyəri 54 ABŞ dolları olan şort; P9-24, ölçüsü 42-46, dəyəri 330 ABŞ dolları olan palto-mont kapüşonlu; P9-26, ölçüsü 42-46, dəyəri 120 ABŞ dolları olan krujevalı bluz; P9-28, ölçüsü 42, dəyəri 285 ABŞ dolları olan bridji şalvar; P9-29, uzunluğunun ölçüsü 116, dəyəri 160 ABŞ dolları olan bridji şalvar; P9-30, ölçüsü 42, dəyəri 90 ABŞ dolları olan büst top; P9-34, dəyəri 720 ABŞ dolları olan uzun ətək altı transparan; P9-36, uzunluğunun ölçüsü 134 sm, dəyəri 205 ABŞ dolları olan uşaq donu; xx.xx.2019-cu il tarixli Proforma-invoysa uyğun olaraq siyahı üzrə iddaçıda olan model adı P10-1, ölçüsü 122 sm, dəyəri 247 aBş dolları olan böyüklər üçün don; P10-3, ölçüsü 122 sm, dəyəri 100 ABŞ dolları olan şort; P10-13, ölçüsü 42, dəyəri 75 ABŞ dolları olan şort tvid; P10-19, ölçüsü 42, dəyəri 265 ABŞ dolları olan bolero jaket; P10-24, ölçüsü 122 sm, dəyəri 268 ABŞ dolları olan jaket; P10-25, ölçüsü 122 sm, dəyəri 245 ABŞ dolları olan jaket; P10-26, ölçüsü 116 sm, dəyəri 245 ABŞ dolları olan jaket; P1027, ölçüsü 116 sm, dəyəri 220 ABŞ dolları olan jaket; P10-33, ölçüsü 134 sm, dəyəri 45 ABŞ dolları olan şort tvid; P10-36, ölçüsü 42, dəyəri 785 ABŞ dolları olan lələkli palto; P10-40, ölçüsü 42, dəyəri 190 ABŞ dolları olan naxışlı və lələkli üst geyim büstqalter; xx.xx.2020ci il tarixli Proforma-invoysa uyğun olaraq siyahı üzrə iddaçıda olan model adı P11-1, ölçüsü 40-42, dəyəri 606 AbŞ dolları olan don-tül; P11-2, ölçüsü 40-42, dəyəri 142 ABŞ dolları olan tül parçadan ətək; P11-3, ölçüsü 128 sm, dəyəri 510 ABŞ dolları olan məxmər bantlı ətək; P11- 5, ölçüsü 122 sm, dəyəri 495 ABŞ dolları olan don; P11-6, ölçüsü 40, dəyəri 980 ABŞ dolları olan don; P11-7, dəyəri 100 ABŞ dolları olan çiçək naxışla işlənmiş əlcək; P11-11, ölçüsü 42, dəyəri 70 ABŞ dolları olan şalvar; P11-12, ölçüsü 14-15 yaş üçün, dəyəri 510 ABŞ dolları olan don; xx.xx.2020-ci il tarixli Proformainvoysa uyğun olaraq siyahı üzrə iddaçıda olan model adı P13-1, ölçüsü 122 sm, dəyəri 175 ABŞ dolları olan don naxışlı; P13-2, ölçüsü 44, dəyəri 225 ABŞ dolları olan don; P137, ölçüsü 134 sm, dəyəri 328 AbŞ dolları olan don; P13-11, ölçüsü 116-122 sm, dəyəri 80 ABŞ dolları olan pencək; P13-12, ölçüsü 116-122 sm, dəyəri 45 ABŞ dolları olan pencək; P13-14, ölçüsü 44, dəyəri 550 ABŞ dolları olan paltar; dəyəri 290 ABŞ dolları olan 100 ədəd uşaqlar üçün palto asılqan; P15-HK Proforma-invoysa uyğun olaraq siyahı üzrə iddaçıda olan model adı P15-10, ölçüsü 40- 42 sm, dəyəri 592 ABŞ dolları olan yasəmən helen paltar; P15-12, ölçüsü 40-42, dəyəri 455 ABŞ dolları olan paltar; P15-29, ölçüsü 140 sm, dəyəri 288 ABŞ dolları olan don; P15-14, ölçüsü 40-42 sm, dəyəri 936 ABŞ dolları olan don; P15-15, ölçüsü 140 sm, dəyəri 277 ABŞ dolları olan don; P15-16, ölçüsü 40-42, dəyəri 360 ABŞ dolları olan paltar; P15-17, ölçüsü 40- 42, dəyəri 302 ABŞ dolları olan don; P15-28- P11-7-K-140 ölçüsü 140 sm, dəyəri 120 ABŞ dolları olan ətək; P16-royalty DB Proforma-invoys siyahı üzrə iddaçıda olan model adı P16-04 çəhrayı-DB leoner, ölçüsü 38, dəyəri 320 ABŞ dolları olan üst əlcək; P16-05 çəhrayi qırmızılı-DB leoner, ölçüsü 38, dəyəri 680 ABŞ dolları olan don; P16-06 ağDB filippa, ölçüsü S, dəyəri 150 ABŞ dolları olan əlcək; P16-07-ağ DB-filippa, ölçüsü 38, dəyəri 1085 ABŞ dolları olan don; P16-10-ağ çəhrayılı DB letisiya, ölçüsü 40-42, dəyəri 680 ABŞ dolları olan palto; P16-11-ağ çəhrayılı DB-letisiya, ölçüsü 40-42, dəyəri 3655 ABŞ dolları olan don; P16-12-ağ çəhrayılı -DB- letisiya, ölçüsü S, dəyəri 180 ABŞ dolları olan əlcək; P18 DFWS saylı Proforma-invoysa uyğun olaraq siyahı üzrə iddaçıda olan model adı P9-24, ölçüsü 40-46, dəyəri 120 ABŞ dolları olan labada geyim; P18-DFWS- 03, ölçüsü 40, dəyəri 173 ABŞ dolları olan top; P18- DFWS-04, ölçüsü 42, dəyəri 258 ABŞ dolları olan yubka; P10-42, ölçüsü 38, dəyəri 120 ABŞ dolları olan şalvar; P18- DFWS-05, ölçüsü 38, dəyəri 475 ABŞ dolları olan jaket; P113, olçüsü 128 sm, dəyəri 145 ABŞ dolları olan don; P11-1, ölçüsü 38, dəyəri 120 ABŞ dolları olan don; P18- DFWS-06, ölçüsü 42, dəyəri 200 ABŞ dolları olan bluz; P18-DFWS- 07, ölçüsü 42, dəyəri 220 ABŞ dolları olan ətək; P18- DFWS-08, ölçüsü 42, dəyəri 22 ABŞ dolları olan kəmər; P18-DFWS-09, ölçüsü 40, dəyəri 427 ABŞ dolları olan jaket; P18- DFWS-10, dəyəri 116 ABŞ dolları olan ətək; P18-DFWS13, ölçüsü 40, dəyəri 551 ABŞ dolları olan jaket; P18-DFWS-16, ölçüsü 40, dəyəri 148 ABŞ dolları olan şalvar; P10-25, ölçüsü 122 sm, dəyəri 120 ABŞ dolları olan don; P7-2, dəyəri 200 ABŞ dolları olan palto; P9-3, ölçüsü 38, dəyəri 60 ABŞ dolları olan don; P9-14, ölçüsü 128 sm, dəyəri 40 ABŞ dolları olan don; P15-27, ölçüsü 42, dəyəri 80 ABŞ dolları olan don; P18-DFWS-19, ölçüsü 42, dəyəri 1193 ABŞ dolları olan don; xx.xx.2022-ci il tarixli Proforma-invoysa uyğun olaraq siyahı üzrə iddaçıda olan model adı P15-03 pink-red-DB helena, ölçüsü 40-42, dəyəri 205 ABŞ dolları olan yubka; P15-04 pink-red-DB-helena, ölçüsü 40-42, dəyəri 306 ABŞ dolları olan şalvar; P15-05 pin-fuchsia-DB helena, ölçüsü 40- 42, dəyəri 180 ABŞ dolları olan şort; p15-06-red on pink-DB-karolina 140, ölçüsü 140 sm, dəyəri 405 ABŞ dolları olan jaket; P15-07-pink-DB karolina-140, ölçüsü 140 sm, dəyəri 365 ABŞ dolları olan don; P15-08-ağ coral red DB-karolina-140, ölçüsü 116 sm, dəyəri 246 ABŞ dolları olan şalvar; P15-09-pink red-DB-karolina-140, ölçüsü 140 sm, dəyəri 163 ABŞ dolları olan şort; P15-13-george-DB-40-42, ölçüsü 40-42, dəyəri 808 ABŞ dolları olan don; P15-21- P9-27, ölçüsü 140-146 sm, dəyəri 188 ABŞ dolları olan bluz; P15-22, ölçüsü 140- 146 sm, dəyəri 163 ABŞ dolları olan şort; P15-23, ölçüsü 40-42, dəyəri 180 AbŞ dolları olan şort; P15-24-DB pink and red, ölçüsü 140 sm, dəyəri 388 ABŞ dolları olan don; P15- 26- P15- 12 George H, ölçüsü S, dəyəri 170 ABŞ dolları olan əlcək; xx.xx.2023-cü il tarixli P20 DFW saylı Proforma-invoysa uyğun olaraq siyahı üzrə iddaçıda olan model adı P7- 1, ölçüsü 128 sm, dəyəri 200 AbŞ dolları olan palto; P10-16, ölçüsü 38, dəyəri 120 ABŞ dolları olan şalvar; P20-DFW Show room-04, ölçüsü 42, dəyəri 160 ABŞ dolları olan top; P20-DFW Show room 05-red, ölçüsü 40, dəyəri 475 ABŞ dolları olan jaket və dəyəri 110 ABŞ dolları olan paltar; P20-DFW Show room-06, ölçüsü 38, dəyəri 160 ABŞ dolları olan top; xx.xx.2023-cü il tarixli P22 DFWK saylı Proforma-invoysa görə siyahı üzrə iddaçıda olan model adı P22DFWK-01, ölçüsü 140 sm, dəyəri 125 ABŞ dolları olan bluz; P22DFWK-02, ölçüsü 140 sm, dəyəri 165 ABŞ dolları olan şalvar; P22DFWK-05, ölçüsü 40, dəyəri 210 ABŞ dolları olan şalvar; P22DFWK-09-P7-27, ölçüsü 122 sm, dəyəri 45 ABŞ dolları olan gödəkçə; P22dFwK-010-P9-13, ölçüsü 42, dəyəri 80 ABŞ dolları olan don; P22DFWK-010-P9-14, ölçüsü 128 sm, dəyəri 50 ABŞ dolları olan don; P22DFWK- 12, ölçüsü 128 sm, dəyəri 247 ABŞ dolları olan don; P22DfWk-014-P9-34, ölçüsü 42, dəyəri 300 ABŞ dolları olan don, transformer ətək; P22DFWK-014-P9-36, ölçüsü 128 sm, dəyəri 120 AbŞ dolları olan don; P22DFWK-016-P10-46, ölçüsü 36, dəyəri 112 ABŞ dolları olan şalvar; P22DFWK-016-P9-13, ölçüsü 42, dəyəri 420 ABŞ dolları olan don; P22DFWK-18- P9-13, ölçüsü 42, dəyəri 60 ABŞ dolları olan don; P22DFWK-19, ölçüsü 40-42, dəyəri 220 ABŞ dolları olan top; P22DFWK-20, ölçüsü 36-38, dəyəri 220 ABŞ dolları olan top; P22DFWK-21, ölçüsü 38-40, dəyəri 685 ABŞ dolları olan jaket; P22DFWK-22, ölçüsü 38, dəyəri 40 ABŞ dolları olan ətək; P22DFWK-23, ölçüsü 36-38, dəyəri 80 ABŞ dolları olan top; P22DFWK-24, ölçüsü 40-42, dəyəri 220 ABŞ dolları olan top; P22DFWK-25, ölçüsü 40, dəyəri 180 ABŞ dolları olan top; P22DFWK-26, ölçüsü 40, dəyəri 180 ABŞ dolları olan top; P22DFWK-27, ölçüsü 40, dəyəri 500 ABŞ dolları olan jaket; P22DFWK-28, ölçüsü 42, dəyəri 536 ABŞ dolları olan palto; P22DFWK-29, ölçüsü kiçik, dəyəri 180 ABŞ dolları olan əlcək; P22DFWK-30, ölçüsü 146 sm, dəyəri 239 ABŞ dolları olan don; P22DFWK-31, ölçüsü 146 sm, dəyəri 294,3 ABŞ dolları olan don; P22DFWK-32, dəyəri 32 ABŞ dolları olan kəmər; P22dFwK-33, dəyəri 32 ABŞ dolları olan kəmər; P22DFWK-34, dəyəri 32 ABŞ dolları olan kəmər; P22DFWK-35, dəyəri 30 ABŞ dolları olan kəmər; P22DFWK-36, dəyəri 32 ABŞ dolları olan kəmər; P22DFWK-37- P15-03-red-DB Helena, ölçüsü 40-42, dəyəri 134 ABŞ dolları olan ətək; P22DFWK-38, ölçüsü 40-42, dəyəri 32 ABŞ dolları olan kəmər; P22DFWK-39, ölçüsü 38, dəyəri 187 ABŞ dolları olan ətək; P22DFWK-40, ölçüsü 38, dəyəri 32 ABŞ dolları olan kəmər; P22DFWK-41, ölçüsü 38, dəyəri 180 ABŞ dolları olan şort adlı malların mənşə sertifikatlarının İddiaçı-yə təqdim edilməsi vəzifəsi “Platforma" MMC-nin üzərinə qoyulsun. Qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətləri üçün ödənilmiş dövlət rüsumlarının məbləğləri apellyatorlara aid edilsin. Qətnamədən, rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim Elnur Həsənov
Hakimlər Təranə Mahmudova
Ziya Şirinov