Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-243/2023 12.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Hüseyn Aida Əli qızı və Qurbanov Raqib Əliddin oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı pulun tutulması tələbinə dair Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-2741/2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq M ü ə y y ə n e t d i: İddiaçı cavabdehə qarşı xx.xx.2020-ci il tarixli SVxx-xx/2020 saylı “Mallar/İşlər/Xidmətlərin göstərilməsi barədə” müqaviləyə əlavə olaraq cavabdeh tərəfindən imzalanmış 10 mart 2020-ci il tarixli akta əsasən ödənilməli olan 19.746 manat əsas borcun və ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 200 manat məbləğin, vəkil xidmətləri üçün ödənilmiş 200 manat məbləğin cəmi, 19.946 manat məbləğin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-2741/2022 saylı tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən Çıxarışdan görünür ki, qətnamə xx.xx.2022-ci il tarixdə tərəflərin elektron kabinetlərinə yerləşdirilmişdir. Cavabdeh tərəfindən həmin qətnamədən xx.xx.2022-ci il tarixdə elektron kabinet vasitəsilə apelyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(103)-1111/2022 saylı qərardadı ilə Cavabdeh MMC tərəfindən verilmiş apelyasiya şikayətinə apelyasiya qaydasında baxılması qanunla müəyyən edilmiş formada verilmədiyinə görə qeyrimümkün hesab edilmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-2741/2022 saylı qərardadı ilə Cavabdeh xx.xx.2022-ci il tarixdə verdiyi apellyasiya şikayəti geri qaytarılmışdır. Cavabdeh tərəfindən Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2- 2(113)-2741/2022 saylı qətnaməsindən yenidən xx.xx.2022-ci il tarixdə elektron kabinet vasitəsilə apelyasiya şikayəti verilmişdir. Məhkəmə apelyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq hesab edir ki, apelyasiya şikayətinə apelyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 360-cı maddəsinə əsasən apelyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Məhkəmə hesab edir ki, cavabdehin məhkəmə qətnaməsindən apelyasiya şikayəti verməsi üçün qanunla nəzərdə tutulmuş müddətin axımı xx.xx.2022-ci il tarixdə bitdiyindən cavabdeh xx.xx.2022-ci il tarixdə apelyasiya şikayəti verməklə qanunla nəzərdə tutulmuş bir aylıq prosessual müddəti ötürmüş, buraxılmış prosessual müddətin bərpası barədə vəsatət verməmişdir. Cavabdeh ilk dəfə apellyasiya şikayətini qanunla müəyyən edilmiş müddət ərzində versə də, şikayət qüsurlu tərtib edildiyindən və qüsur aradan qaldırıldıqdan sonra prosessual müddət ötdüyündən apellyasiya şikayəti yenidən göndərilərkən buraxılmış prosessual müddətin bərpası barədə vəsatət verilməli idi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1.3-cü maddəsinə əsasən apelyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Qeyd edilən normanın tələbinə əsasən birinci instansiya məhkəməsi apelyasiya şikayətini qaytarmalı olduğu halda baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərmişdir. MPM-nin 366.2-ci maddəsinə əsasən, əgər apelyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Qeyd edilənləri nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-2741/2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə apelyasiya qaydasında baxılması qeyrimümkün hesab edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 363, 366-cı, 400 və 405-ci maddələrini rəhbər tutaraq, qərаrааldı: Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-2741/2022-ci il tarixli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apelyasiya şikayətinə apelyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin. İş apellyasiya şikayətinin qaytarılması üçün birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinə elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-2(103)-243/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-243/2023
12.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver