Məhkəmə qərarları › İş №2-2(103)-250/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-250/2025

19.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-250/2025 19.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Mahmudova Təranə Nəriman qızının sədrliyi və məruzəsi ilə, Şirinov Ziya Allahverdi oğlu və X1 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-5346/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işin məhkəmə baxışından çıxarılması məsələsinə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçıya dəymiş zərərin əvəzi kimi 1.680.000 manat, nümayəndəyə çəkilən xərcə görə 3000 manat, dövlət rüsumu 1632 manat pulun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 26 noyabr 2024-cü il tarixli e-16(113)-5346/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 840 000 (səkkiz yüz qırx min) manat pul vəsaiti, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olan 1130 (bir minyüz otuz) manat və vəkil yardımına çəkilmiş xərclərə görə 1000 (bir min) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulması qət edilmişdir. Həmin qərardaddan “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə iddiaçı tərəfindən şikayət verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 21 yanvar 2025-ci il tarixli 2-2(103)-250/2025 nömrəli qərardadı ilə apellyasiya şikayəti mümkün hesab edilərək icraata qəbul edilmişdir. xx.xx.2025-cü il tarixdə “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə cavabdehin nümayəndəsi və vəkili Vəkil2 tərəfindən apellyasiya şikayəti və apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizə verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.6.-cı maddəsinə əsasən apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, apellyasiya instansiyası məhkəməsi icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 tərəfindən Bakı Kommersiya Məhkəməsinin 26 noyabr 2024-cü il tarixli e-16(113)- 5346/2024 nömrəli qətnaməsindən şikayət verdiyindən iş apellyasiya baxışından çıxarılaraq Bakı Kommersiya Məhkəməsinə qaytarılmalı, Bakı Apellyasiya Məhkəməsinin 21 yanvar 2025-ci il tarixli 2-2(103)-250/2025 nömrəli qərardadı ləğv edilməlidir. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 384 və 402-ci maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Bakı Apellyasiya Məhkəməsinin 21 yanvar 2025-ci il tarixli 2-2(103)-250/2025 nömrəli qərardadı ləğv edilsin. Bakı Kommersiya Məhkəməsinin 26 noyabr 2024-cü il tarixli e-16(113)-5346/2024 nömrəli qətnaməsindən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti və apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizəyə baxılması üçün iş apellyasiya baxışından çıxarılaraq Bakı Kommersiya Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar