Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-254/2020 03.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, X5 və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X2, cavabdehin nümayəndəsi X3 iştirakı ilə İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı vurulmuş zərəin ödənilməsi tələbinə dair kommersiya mübahisəsinə dair iş üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2 (113)-291/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadından (hakim İddiaçı) cavabdeh “xxxx” ASC tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı vurulmuş zərəin ödənilməsi tələbinə dair idia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “xxxx” MMC-dən dəymiş 3485 manat məbləğində ziyanın 18 mart tarixindən ödəniş olunan tarixə qədər hesablanmış zərər və həmin gündən hər günə gecikdirmələr üçün 1 % hesablanmasını və 20 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda iddiaçı, iddianın təmini tədbirinin görülməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iddianın təmini tədbiri olaraq işə mahiyyəti üzrə baxılıb qurtarana kimi cavabdeh “xxxx” ASC-nin bank hesabına və əmlakına iddia tələbi həcmində həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2 (113)-291/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə ərizə qismən təmin edilmiş, “xxxx” ASC-nın bank hesablarının üzərinə iddia tələbi həcmində, yəni 3485 (üç min dörd yüz səksən beş manat) manat məbləğində pul vəsaitinə həbs qoyulması, qalan hissədə ərizənin rədd edilməsi, qərardadın dərhal icra edilməsi qərara alınmışdır. Həmin qərardaddan cavabdeh şikayət verərək 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2 (113)-291/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddianın təmin edilməsi barədə ərizəyə cavabdehin iştirakı olmadan baxılmış, çəkişmə və tərəflərin hüquq bərabərliyi prinsipi pozulmuşdur. Məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş ərizədə iddianı təmin etmə tədbirinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməmiş, ərizədə irəli sürülən dəlillərin əsaslı olub-olmamasına hərtərəfli qiymət verməmiş, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamamış, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını araşdırmamaqla əsaslandırılmış məhkəmə aktı qəbul etməmişdir. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir, lakin Cəmiyyətin bank hesabının üzərinə həbsin qoyulmasının bu işlə bağlı gələcəkdə çıxarılacaq qətnamənin icrasını çətinləşdirməsi və ya qeyri-mümkün etməsi arasında heç bir hüquqi bağlılıq yoxdur. Göstərilən dəlillər mübahisələndirilən qərardadın ləğvi üçün zəruri əsaslar kimi çıxış edir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2 (113)-291/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə apellyasiya qaydasında baxılması xx.xx.2020-ci il tarixə təyin edilmiş, iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək işin baxılmasının təxirə salınmasını xahiş etmiş, məhkəmə işin baxılmasının təxirə salınması üçün qeyd edilmiş səbəbi üzürlü hesab etməmiş və vəsatəti təmin etməyərək işə baxılmasını mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi X4 şikayəti müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə izahatı dinləyərək, şikayəti işin materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2 (113)- 291/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı qismən ləğv edilməli, iddianı təmin etmə tədbiri görülməsi barədə ərizə cavabdehin bank hesablarındakı 3485 manat məbləğində pul vəsaiti üzərinə həbs qoyulması hissəsində də təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı (bankın öhdəliklərinin könüllü restrukturizasiyası zamanı bank və (və ya) onun aktivləri ilə bağlı verilmiş iddia istisna olmaqla) təmin etmək üçün tədbirlər görə bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158ci maddələrinin bəzi müddəalarına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddianı təmin etmək üçün istənilən növ tədbir, tətbiq edildiyi şəxsə münasibətdə həmin şəxsin və digər şəxslərin hüquqlarını məhdudlaşdırır və bəzən onlara əsaslı dərəcədə zərər dəyməsinə səbəb olur. Buna görə Konstitusiyada təsbit olunmuş prosessual hüquq bərabərliyi prinsipindən çıxış edərək, işdə iştirak edən şəxs ərizədə iddianı təmin etmək üçün tədbirlərin görülməsi zərurətini kifayət qədər əsaslandırmalıdır. İddiaçı hazırkı iş üzrə iddianı təmin etmə tədbiri görülməsi barədə ərizəsində bu tədbirin görülməsinin hansı zərurətdən irəli gəldiyini əsaslandırmamış, məhkəmə də mübahisələndirilən qərardadda bu əsası göstərməmişdir. Məhkəmə kollegiyası “xxxx” ASC-nin fəaliyyətdə olan sığorta şirkəti olduğunu nəzərə alaraq hesab edir ki, iddia təmin ediləcəyi təqdirdə 3485 manat məbləğində pulun və cərimə faizlərinin cavabdehdən tutulmasını çətinləşdirə biləcək hallar müəyyən edilmədiyindən birinci instansiya məhkəməsi tərəfindən ərizənin qismən təmin edilməsi üçün əsaslar mövcud olmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməli, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2 (113)-291/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı qismən ləğv edilməli, iddianı təmin etmə tədbiri görülməsi barədə ərizə cavabdehin bank hesablarındakı 3485 manat məbləğində pul vəsaiti üzərinə həbs qoyulması hissəsində də təmin edilməməlidir. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157, 263-264, 398.0.3, 400 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Cavabdeh “xxxx” ASC-nin şikayəti təmin edilsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2 (113)-291/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı qismən ləğv edilsin. İddianı təmin etmə tədbiri görülməsi barədə ərizə cavabdehin bank hesablarındakı 3485 manat məbləğində pul vəsaiti üzərinə həbs qoyulması hissəsində də təmin edilməsin. Qərardad dərhal qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(103)-254/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-254/2020
03.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver