Məhkəmə qərarları › İş №2-2(103)-26/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-26/2023

18.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-26/2023 18.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı podrat müqaviləsi üzrə borcun və zərərin tutulması Açar söz: podrat müqaviləsi üzrə borcun və zərərin tutulması Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, iddiaçının nümayəndələri X4 və Duman Sinanın, cavabdehin nümayəndələri X2 və X1 iştirakları ilə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı cavabdehdən podrat müqaviləsi üzrə borcun, zərərin və məhkəmə xərclərinin əvəzinin tutulmasına dair iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2- 2(113)-1048/2022 nömrəli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları 1.İş materiallarından görünür ki, Cavabdeh ASC yeni inzibati binasının son tamamlama işlərinin (tikinti quraşdırma, interyer, landşaft, elektromexanika, yoxlama və sazlama) satınalmasına dair tender elan etmiş, iddiaçı tenderdə qalib gəlmiş və tərəflər arasında xx.xx.2020-ci il tarixli, LWC-2020/92 saylı “İşlər üzə satınalma müqaviləsi” bağlanmışdır. Müqavilənin ümumi qiyməti 10.532.655,34 manat müəyyən edilmişdir.

2. Müqavilənin xüsusi şərtlərinin 18-ci bəndində müqavilənin icra müddəti 6 ay müəyyən edilmiş, 25-ci bəndinə əsasən satınalma müqaviləsi üzrə cavabdeh tərəfindən ödəmələrin gecikdirilməsinə görə cərimə sanksiyaları və məbləği hər gecikmə günü üçün gecikdirilən məbləğin 0,1%-i, cərimə məbləğinin yuxarı həddi ümumi müqavilə məbləğinin 10%-i məbləğində cərimə ödəməyi cavabdeh öhdəlik götürmüşdür.

3. 2020-ci ilin dekabr ayı üzrə yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin qəbul aktından (Forma 2) görünür ki, iddiaçı tərəfindən 1.413.398,76 manat dəyərində yerinə yetirilmiş tikinti-quraşdırma işləri cavabdeh tərəfindən təhvil alınmışdır. Təhvil alınmış işlərə görə iddia ərizəsində qeyd edilənlərə və işdəki ödəniş tapşırıqlarına əsasən ümumilikdə ƏDV daxil 282900 manat ödənilmiş, 1.130.498,76 manat borc qalmışdır.

4. 2021-ci ilin mart ayı üzrə yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin qəbul aktından (forma 2) görünür ki, iddiaçı tərəfindən 383.163,88 manat dəyərində tikintiquraşdırma işləri yerinə yetirilmişdir. Akt cavabdeh tərəfindən təsdiq olunmamışdır.

5. Müqaviləsinin 24.1-ci bəndində nəzərdə tutulmuşdur ki, müqavilə şərtlərinin əsaslı pozulmasına yol verilərsə sifarişçi və ya icraçı qarşı tərəfə 30 gün əvvəl yazılı xəbərdarlıq etmək şərti ilə müqaviləni bütövlükdə və ya qismən ləğv edə bilər.

6. İşin mübahisəsiz hallarından görünür ki, maliyyə vəsaiti omadığı üçün işlər tam başa çatmamış, iddiaçı 2021-ci ilin avqust ayında bütün işləri və xidmətləri dayandırmışdır.

7. İddiaçı tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, cavabdehdən xx.xx.2021-ci il tarixədək müqavilə üzrə 1.930.826,05 manat (1.130.498,76 manat təsdiq edilmiş forma 2 üzrə borcun, 383.183,88 manat təsdiq edilməmiş forma 2 üzrə borcun, xx.xx.2021-ci il tarixinə qədər 182931,95 manat şirkətin təsdiq edilmiş zərərinin, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 64550 manat təsdiq edilmiş zərərin, gecikdirilmiş məbləğin 10 % qədər 169.661,46 manat cərimənin) pulun ödənilməsi tələb edilmişdir.

Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək cavabdehdən iddiaçının xeyrinə ümumilikdə 4.895.301,44 manat borc məbləğinin (1 saylı forma 2 üzrə 1.130.498,76 manat, 2 nomrəli forma 2 üzrə 383183,88 manat, əlavə xərclər üzrə 247481,95 manat, cavabdehin sifarişi əsasında satın alınmış mallar üzrə 870.000 manat, müqavilə üzrə cərimə 570.765,60 manat, müqavilə üzrə mənfəət tələbi üzrə 1.580.000 manat, ödəmələrin gecikdirilməsinə görə 113.371,25 manat) və məhkəmə xərclərinin əvəzi qismində 3.637,65 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh, özünün yeni inzibati binasının son tamamlama (tikinti-quraşdırma, interyer, landşaft, elektromexanika, yoxlama və sazlama) işlərinin satınalmasına dair xx.xx.2020-ci ildə açıq tender elan etmiş və iddiaçı həmin tenderdə iştirak edərək xx.xx.2020-ci il tarixdə qalib gəlmişdir. Bundan sonra iddiaçı ilə cavabdeh arasında xx.xx.2020-ci il tarixli, LWC-2020/92 saylı “işlər üzrə satınalma müqavilə”si və “müqavilənin xüsusi şərtləri”nə dair Əlavə bağlanılaraq, müqavilə üzrə dəyəri ƏDV daxil 10.532.655,34 manat məbləğində cavabdehin yeni inzibati binasının son tamamlama (tikinti-quraşdırma, interyer, landşaft, elektromexanika, yoxlama və sazlama) işlərinin görülməsi üzrə qarşılıqlı razılığa gəlinmişdir. Cavabdeh ilə podrat müqaviləsi imzalandıqdan dərhal sonra ilkin razılaşdırılmış iş qrafikinə uyğun olaraq iddiaçı üzərinə götürdüyü öhdəliyinin icrasına başlamışdır. Həmin öhdəliklər üzrə layihənin mobilizasiya işləri tamamlanmış, tələb olunan işçi heyət cəlb edilmiş, mal, material və avadanlıqlar “Müqavilənin xüsusi şərtləri”nə uyğun olaraq cavabdehlə razılaşdırıldıqdan sonra qismən sifariş verilmiş, subpodratçı təşkilatlar ilə razılaşmalar əldə edilmişdir. Nəticədə 2020-ci ilin dekabr ayında icra edilmiş işlər üzrə ƏDV daxil 1.413.398,76 manat dəyərində işlərin qəbul edilməsinə dair Forma 2 aktı təsdiq edilmişdir. Buna dair 2020-ci ilin dekabr ayı üzrə yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin qəbulu Aktı və həmin ayda yerinə yetirilən podrat işlərinin müqavilə qiyməti ilə dəyəri haqqında Arayış tərtib olunaraq həm iddiaçı və cavabdeh tərəfindən təsdiq olunmuşdur. 2020-ci ilin dekabr ayı üçün təsdiq olunmuş məbləğdən cavabdeh tərəfindən yalnız az qismi, yəni xx.xx.2021-ci il tarixli, **********/********** saylı ödəniş tapşırığı üzrə 42.372,88 manat, xx.xx.2021-ci il tarixli, 000İCZ********** saylı ödəniş tapşırığı üzrə 42.372,88 manat, xx.xx.2021-ci il tarixli, **********/205748523 saylı ödəniş tapşırığı üzrə 55.000 manat və xx.xx.2021-ci il tarixli, **********/216335352 saylı ödəniş tapşırığı üzrə 100.000 manat, cəmi 239.745,76 manat məbləğində pul vəsaiti və həmin vəsaitlərin 18 % ƏDV qismində cəmi 43.154,24 manat, ümumilikdə isə 282.900 manat ödənilmişdir. Beləliklə də, 2020-ci ilin dekabr ayı üçün təsdiq olunmuş 1.413.398,76 manat məbləğdən, cavabdeh bu günədək cəmi 282.900 manat pul vəsaiti iddiaçının bank hesabına köçürmüşdür. Tərəflər arasında bağlanmış müqavilənin 2.3-cü bəndinə uyğun olaraq, iddiaçının təqdim etdiyi və cavabdeh tərəfindən təsdiq olunmuş Forma 2 aktı üzrə ödəniş 15 gün ərzində ödənilməli olduğu halda cavabdeh tərəfindən 2020-ci ilin dekabr ayı üçün təsdiq olunmuş 1 nömrəli Forma-2 məbləğindən 1.130.498,76 manat və 2021-ci ilin mart ayında cavabdehə təqdim olunmuş, lakin cavabdeh tərəfindən qəsdən təsdiq edilməmiş 2 nömrəli Forma-2 məbləğindən 383.183,88 manat bu günədək ödənilməmiş qalır. 2021-ci ilin mart ayında cavabdeh tərəfindən layihənin icrası üçün ödəniş üzrə müvafiq büdcənin hələ ayrılmadığı barədə məlumat verilməsinə baxmayaraq, iddiaçı cavabdehin nizamnaməsinə əsasən onun bütün səhmlərinin dövlətə məxsus, eyni zamanda əhəmiyyətli və nüfuzlu təşkilat olmasını, həmçinin müqavilə üzrə risklərin azaldılması məqsədi ilə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirdiyi müddət ərzində aylıq elektrik və kommunikasiya xərclərinin ödənişini, sahənin mühafizəsini, mobilizasiya qurğularına və müvəqqəti elektro-mexaniki sistemlərə texniki xidməti, tamamlama işlərinin qorunması kimi təxirəsalınmaz tədbirləri icra etməyə davam etmişdir. Beləliklə də, həmin tarixdən xeyli müddətin keçməsinə baxmayaraq cavabdehin üzərinə götürdüyü öhdəliyi yerinə yetirməməsi səbəbindən iddiaçı tərəfindən aparılan işlərin icrası müvəqqəti olaraq dayandırılmış və tərəflər arasında xx.xx.2021-ci il tarixədək razılaşdırılmış icra müddətində işlərin uğurlu icrası mümkün olmamışdır. Bundan başqa, qeyd olunmuş layihə üzrə iddiaçının təchizatçı və subpodratçı şirkətlər qarşısında yaranmış borcların ödənilməsi barədə sonuncular mütəmadi olaraq iddiaçıya müraciətlər etməyə davam edirlər. Həmçinin, müqavilə təminatçısı olan banklar da işlərin dayandığını nəzərə almadan icra zəmanəti ilə bağlı meydana gələn xərclərin ödənişini iddiaçıdan bu gün də tələb edirlər. Qeyd olunanlar barədə cavabdehin sabiq sədri Qorxmaz Hüseynova ünvanlanmış xx.xx.2021-ci il tarixli, AZM-2021-04-005 saylı iddiaçının məktubunda göstərilərək, cavabdehin “X8 tikintisi layihəsi”-nin son tamamlama işlərinin uğurlu icrasının təmin edilməsi, həmin vəziyyətlə bağlı xərclərin optimallaşdırılması məqsədi ilə qalıq məbləğin ödənişi və layihə üzrə Sifarişçinin cari ildəki gözləntiləri barədə məlumat verilməsi üçün müvafiq göstəriş verilməsi xahiş olunmuşdur. Buna cavab olaraq cavabdeh tərəfindən təkrar bildirilmişdir ki, layihənin icrası üçün ödəniş üzrə müvafiq büdcə hələ ayrılmamışdır. xx.xx.2021-ci il tarixdə Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilmiş və onun səlahiyyətlərini müavini həyata keçirməyə başlamışdır. Tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli, LWC-2020/92 saylı “işlər üzrə satınalma” müqaviləsinə cavabdeh tərəf xx.xx.2021-ci il tarixli, 1 nömrəli Əlavə Razılaşma tərtib edərək, müqavilənin icra müddəti xx.xx.2022-ci il tarixədək uzadılmasını təklif etmişdir. Cavabdehin məsul vəzifəli şəxslər ilə razılaşdırılmış həmin Əlavə Razılaşma cavabdeh tərəfindən imzalansa da, iddiaçı tərəfindən qəbul edilmədiyinə görə, ona imza atmaqdan imtina edilmişdir. Belə ki, tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli, LWC-2020/92 saylı müqavilənin son icra müddəti müqavilənin xüsusi şərtlərinin 18-ci bəndində qeyd olunduğu kimi 6 ay, yəni xx.xx.2021-ci il təsdiq olunmuşdur. Həmin müddət ərzində iddiaçı tərəfindən üzərinə götürülmüş öhdəliklər lazıminca yerinə yetirilmişdir. Lakin iddiaçıdan asılı olmayan və cavabdeh tərəfindən ödənişlərin qəsdən edilməməsi səbəblərinə görə, qeyd olunmuş müqavilənin icra müddətinin uzadılması, xərclərin optimallaşdırılması, işlərin dayandırılması, nəticədə isə iddiaçıya dəyən ziyanın və icra olunmuş işlərlə bağlı qalıq məbləğin ödənişi ilə əlaqədar 01 iyun və 09 iyun 2021-ci il tarixlərində tərəflərin nümayəndələri ilə birlikdə müzakirələr aparılmış və qeyd olunanlarla bağlı bilgi və hesabatların təqdim olunması iddiaçıdan tələb olunmuşdur. İddiaçı tərəfindən tələb olunan sənədlər hazırlanaraq 09 iyun 2021-ci il tarixdə cavabdehin nümayəndələrinə təqdim edilmişdir. Beləlilklə təsdiq edilmiş forma 2- dən borc – 1.130.498,76 manat, yeni forma 2-nin dəyəri – 383.183,88 manat, işlərin dayanması nəticəsində iddiaçının 2021-ci ilin may ayına qədər olan zərəri - 182.931,95 manat, cəmi 1.696.614,59 manat. Qeyd olunan borc məbləğinin 769.065,00 manat hissəsi layihənin icrası ilə bağlı subpodratçı və təchizatçı şirkətlərə olan borcdur. Bundan başqa təchizatçı şirkətlər tərəfindən 870.000,00 manat dəyərində mal, material və avadanlıqlar təmin edilmiş, lakin sonunculara vəsait ödənilməməsi səbəbindən qeyd olunanlar həmin şirkətlərin özlərində saxlanılmışdır. Subpodratçı və təchizatçı şirkətlər həmin məbləğlərin ödənilməsini iddiaçıdan tələb edirlər. xx.xx.2021-ci il tarixdə tərəflərin nümayəndələrinin görüşü zamanı, müqavilə üzrə icra müddəti bitdiyindən, iddiaçıya həmin müddətin uzadılması ilə bağlı cavabdehə müraciət etməsi təklif olunsa da, iddiaçı tərəfindən bildirilmişdir ki, qeyd olunan borcun ödənilməməsinə görə, habelə bir sıra məsələlərdə qeyri-müəyyənlik mövcud olduğu üçün, müqavilənin icra müddətinin uzadılması məqsədə uyğun deyil və iddiaçı həmin təklifi cavabdehdən qəbul etməmişdir. Belə ki, iddiaçıya olan borcun cavabdeh tərəfindən ödəniləcəyi dəqiq tarixin müəyyən edilməsi, işlərin dayandığı müddət ərzində tikinti sahəsinə kim tərəfindən nəzarət etməsi ilə bağlı qərarın verilməsi, nəzarətin iddiaçı tərəfindən həyata keçirildiyi təqdirdə həmin müddətdə enerji və zəruri işlərlə əlaqəli aylıq xərclərin ödənişinə dair tərəflərin razılaşması, layihənin tamamlanması üçün lazım olan büdcənin ayrılacağı tarix və məbləğ barədə məlumat verilməsi, işlərin müvəqqəti olaraq dayandığı tarixdə bank xərclərinin azaldılması üçün icra zəmanətinin iddiaçıya qaytarılması, havalandırma (iqlimləndirmə) sisteminin işlədilməməsi nəticəsində zərər görmüş üzləmə materialarının təmiri və epoksi, UPS batareyaları, kimyəvi maddələr, yapışdırıcılar kimi istifadə müddəti keçmiş mal, material və avadanlıqların yenidən satınalınması ilə bağlı meydana gələcək əlavə xərclərin müqavilədə nəzərə alınması, işlərin dayandığı müddət ərzində tikinti materiallarının qiymətində meydana gələn artımların müqavilədə nəzərə alınması zəruridir. Qeyd olunan suallara dəqiq və yazılı cavab verilməyəcəyi müddətdə müqavilənin uzadılması məqsədə müvafiq deyil. Göstərilənlərlə bağlı müvafiq göstərişlərin verilməsi üçün iddiaçı tərəfindən cavabdehə xx.xx.2021-ci il tarixli, 06/002 saylı məktub göndərilmişdir. Tərəflərin işçi nümayəndələrinin arasında xx.xx.2021-ci il tarixdə sonuncu keçirilmiş görüşdə qeyd olunan məsələlərin həll ediləcəyinin və ya müqaviləyə xitam veriləcəyinin son tarixi olaraq 31 avqust 2021-ci il qeyd olunmuş və buna görə də həmin tarixədək bina ilə bağlı işlərin davam etdirilməsi iddiaçıdan xahiş olunmuşdur. Lakin qeyd olunan tarixin bitməsinə baxmayaraq, cavabdeh tərəfindən iddiaçıya heç bir məlumat verilməmişdir. Buna görə də, iddiaçı cavabdehə müraciət edərək, xx.xx.2021-ci il tarixdən etibarən bina ilə bağlı heç bir öhdəliyin daşımadığını, bununla da heç bir işçi personal işə cəlb etməyəcəyini və heç bir əlavə xərc çəkməyəcəyini bildirmişdir. Həmçinin binanın saxlanılma xərclərini, avadanlıqların işlədilməsi xərclərini, komunal xərclərin qarşılanmasını və bunlarla məhdudlaşmayan bütün xərcləri iddiaçı tərəfindən qarşılandığı, nəticədə cavabdehin iddiaçıya 1.761.164,59 manat məbləğində borcu yarandığını qeyd etmişdir. Həmin borcun ödənilməməsi iddiaçının digər layihələrində maliyyə problemləri yaratdığına görə, tərəflər arasında bağlanmış müqavilənin dəyişdirilməsi və müvəqqəti olaraq dayandırılması, o cümlədən binanın müvəqqəti olaraq iddiaçıdan təhvil alınması üçün müvafiq göstəriş verilməsi cavabdehdən xahiş olunmuşdur. Qeyd olunanlar barədə iddiaçının xx.xx.2021-ci il tarixli, AZMP09/21 saylı məktubu cavabdehə həmin tarixdə çatdırılmışdır. Tərəflərin nümayəndələri ilə həyata keçirilmiş görüşlərdə iddiaçının tələbləri nəzərə alınmaqla müqavilənin müvəqqəti uzadılmasına dair şifahi razılıq əldə olunmuşdur. Lakin iddiaçıya təqdim olunmuş və cavabdeh tərəfindən imzalanaraq, möhürlənmiş xx.xx.2020-ci il tarixli, LWC-2020/92 saylı müqavilənin uzadılmasına dair 1 nömrəli Əlavə Razılaşmasında iddiaçı ilə razılaşdırılmış tələblər orada qeyd edilməmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2020- ci il tarixli, LWC-2020/92 saylı “işlər üzrə satınalma müqavilə”sinin şərtləri cavabdeh tərəfindən kobud şəkildə pozulduğuna görə, cavabdehin iddiaçıya bu günədək ödənilməmiş 1 nömrəli Forma-2 üzrə - 1.130.498,76 manat, 2 nömrəli Forma-2 üzrə - 383.183,88 manat, təsdiq edilmiş əlavə xərclər (aylıq enerji, rabitə və zəruri işlərlə bağlı digər xərclər) üzrə cəmi 247.481,95 manat (xx.xx.2021-ci il tarixədək 182.931,95 manat və həmin tarixdən xx.xx.2021- ci il tarixədək 64.550 manat), ümumilikdə 1.761.164,59 manat məbləğində borcu yaranmışdır. Buna görə də, cavabdehdən 1.761.164,59 manat məbləğində pul vəsaiti məhkəmə qaydasında tutularaq iddiaçıya ödənilməlidir. Əlavə olaraq iddiaçının tələbetmə müddətində ödənilməsini gecikdirdiyinə görə cavabdehdən qeyd olunmuş Forma-2-lər və çəkilmiş aylıq xərclər üzrə ödənilməli pul vəsaitinin ödənilməsinin gecikdirilməsinə görə faiz məbləği tutulmalıdır: 1 nömrəli Forma-2 üzrə 1.130.498,76 manat (cavabdehin ödənilməsini gecikdirdiyi məbləğ) x 7.25 (məhkəmə qətnaməsinin çıxarılan günə Mərkəzi Bankın uçot faiz dərəcəsi) / 365 (maliyyə ili əsasında günlük faiz) x 365 (gecikdirilmiş günlərin sayı (şərti olaraq xx.xx.2022-ci il tarixə) = 81.961,16 manat (müqavilə üzrə ödənilməli pul vəsaitinin ödənilməsinin gecikdirilməsinə görə faiz məbləği). 2 nömrəli Forma-2 üzrə 383.183,88 manat (cavabdehin ödənilməsini gecikdirdiyi məbləğ) x 7.25 (məhkəmə qətnaməsinin çıxarılan günə Mərkəzi Bankın uçot faiz dərəcəsi) / 365 (maliyyə ili əsasında günlük faiz) x 275 (gecikdirilmiş günlərin sayı (şərti olaraq xx.xx.2022-ci il tarixə)) = 20.930,76 manat (müqavilə üzrə ödənilməli pul vəsaitinin ödənilməsinin gecikdirilməsinə görə faiz məbləği). xx.xx.2020-xx.xx.2021-ci il dövr üzrə çəkilmiş aylıq xərclər 182.931,95 manat (cavabdehin ödənilməsini gecikdirdiyi məbləğ) x 7.25 (məhkəmə qətnaməsinin çıxarılan günə Mərkəzi Bankın uçot faiz dərəcəsi) / 365 (maliyyə ili əsasında günlük faiz) x 245 (gecikdirilmiş günlərin sayı (şərti olaraq xx.xx.2022-ci il tarixə) = 8.902,27 manat (müqavilə üzrə ödənilməli pul vəsaitinin ödənilməsinin gecikdirilməsinə görə faiz məbləği). · xx.xx.2020-xx.xx.2021-ci il dövr üzrə çəkilmiş aylıq xərclər 64.550 manat (cavabdehin ödənilməsini gecikdirdiyi məbləğ) x 7.25 (məhkəmə qətnaməsinin çıxarılan günə Mərkəzi Bankın uçot faiz dərəcəsi) / 365 (maliyyə ili əsasında günlük faiz) x 123 (gecikdirilmiş günlərin sayı (şərti olaraq xx.xx.2022-ci il tarixə) = 1.577,05 manat (müqavilə üzrə ödənilməli pul vəsaitinin ödənilməsinin gecikdirilməsinə görə faiz məbləği). Habelə tərəflər arasında bağlanmış Müqavilənin xüsusi şərtlərinin 20.2 və 25-ci bəndlərinə əsasən Sifarişçi tərəfindən ödəmələrin gecikdirilməsinə görə hər gecikmə günü üçün gecikdirilən məbləğin 0.1% həcmində cərimə üzrə 1 nömrəli Forma-2 üzrə (iddia verilən tarixə kimi şərti olaraq xx.xx.2021xx.xx.2022-ci il dövrü götürülərək, 365 gün hesablanmışdır) 412.632,05 manat, 2 nömrəli Forma-2 üzrə (iddia verilən tarixə kimi şərti olaraq xx.xx.2021-xx.xx.2022-ci il dövrü götürülərək, 275 gün hesablanmışdır) 105.375,57 manat, xx.xx.2020-ci il tarixindən xx.xx.2021-ci il tarixədək iddiaçı tərəfindən çəkilmiş aylıq xərclər üzrə (iddia verilən tarixə kimi şərti olaraq xx.xx.2021-xx.xx.2022-ci il dövrü götürülərək, 245 gün hesablanmışdır) 44.818,33 manat, xx.xx.2020-ci il tarixindən xx.xx.2021-ci il tarixədək iddiaçı tərəfindən çəkilmiş aylıq xərclər üzrə (iddia verilən tarixə kimi şərti olaraq xx.xx.2021-xx.xx.2022-ci il dövrü götürülərək, 123 gün hesablanmışdır) 7.939,65 manat, ümumilikdə 570.765.60 manat pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa, cavabdehin sifarişi əsasında satın alınmış mallar üzrə 870.000 manat, tərəflər arasında bağlanmış müqavilənin 15% dəyərində mənfəət tələbi üzrə 1.580.000,00 manat, həmçinin iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 3.237,65 manat və mediasiya xərcləri əvəzi qismində 400 manat, cəmi 3.637,65 manat məbləğində pul vəsaiti də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli, LWC-2020/92 saylı Müqavilənin 2.1, 2.2 və 2.3-cü bəndlərinə əsasən, cavabdehin yeni inzibati binasının son tamamlama (tikinti-quraşdırma, interyer, landşaft, elektromexanika, yoxlama və sazlama) işlərinin satın alınması üçün iddiaçının 10.532.655,34 manat məbləğində təklifinə qəbul etmiş, iddiaçı Müqavilənin 2.1-ci bəndinə uyğun olaraq tikinti işlərinin yerinə yetirilməsini öhdəsinə götürmüş və yerinə yetirilmiş işlər iddiaçının təklifinə və həmin Müqavilədə göstərilmiş şərtlərə uyğun olmadıqda, iddiaçı aşkar olunan qüsurların “Müqavilənin Xüsusi Şərtləri”ndə göstərilmiş qaydada aradan qaldırılmasına zəmanət vermişdir. Cavabdeh Müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında işlərin (malların və xidmətlərin) iddiaçıdan qəbul edilməsini və Müqaviləyə əsasən yerinə yetirilən işlərə görə razılaşdırılmış məbləği iddiaçının təqdim etidiyi Forma-2 Aktlarına əsasən ödəməyi öhdəsinə götürmüşdür. Həmin Müqavilənin 5.4-cü bəndinə uyğun olaraq, cavabdeh müqavilə üzrə göndərilmiş malların, yerinə yetirilmiş işlərin və göstərilmiş xidmətlərin təxirə salınmadan (aşkar olunan qüsurların iddiaçı tərəfindən aradan qaldırılması şərti ilə) qəbul edilməsini və ödəmələrin vaxtında aparılmasını öhdəsinə götürmüşdür. Müqavilənin 20.2ci bəndinə əsasən cavabdeh müqavilədə müəyyən olunmuş müddət ərzində və “Müqavilənin Xüsusi Şərtləri”ndə göstərilmiş qaydada ödəmələri aparmasa, iddiaçı “Müqavilənin Xüsusi Şərtləri”ndə müəyyən edilmiş məbləğdə cərimə sanskiyaları tətbiq edə bilər. Tərəflər arasında xx.xx.2020-ci il tarixdə bağlanmış LWC-2020/92 saylı müqavilənin ayrılmaz tərkib hissəsi olan “Müqavilənin Xüsusi Şərtləri”nin 18-ci bəndinə uyğun olaraq, Müqavilənin icra müddəti müqavilə imzalandığı gündən etibarən 6 (altı) ay müddətində, həmin “Müqavilənin Xüsusi Şərtləri”nin 25-ci bəndinə əsasən, satınalma müqaviləsi üzrə cavabdeh tərəfindən ödəmələrin gecikdirilməsinə görə cərimə sanksiyaları və məbləği hər gecikmə günü üçün gecikdirilən məbləğin 0.1% müəyyən olunmuşdur. Cavabdeh tərəflər arasında bağlanmış müqaviləyə zidd olaraq, öz vəzifə və öhdəliklərini vicdanla, lazımınca yerinə yetirməmiş və bu günədək müqavilənin yerinə yetirilməsi üçün zəmin yaratmaqdan imtina edir. Beləliklə görünür ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2020-ci il tarixli, LWC-2020/92 saylı“işlər üzrə satınalma” müqaviləsi bağlanmış və müqaviləyə əsasən iddiaçı cavabdehin yeni inzibati binasının son tamamlama (tikintiquraşdırma, interyer, landşaft, elektromexanika, yoxlama və sazlama) işlərinin görülməsi müqavilənin şərtlərinə uyğun olaraq təhvil verməyi, cavabdeh isə müqavilənin şərtlərinə əsasən müqavilədə və onun tərkib hissəsi olan Əlavələrdə nəzərdə tutulmuş işləri (xidmətləri, malları və sair) iddiaçıdan qəbul etməyi və dəyərini ödəməyi öhdələrinə götürmüşlər. İddiaçı tərəfindən 2020-ci ilin dekabr ayında dəyəri ƏDV daxil 1.413.398,76 manat, 2021-ci ilin mart ayında dəyəri ƏDV daxil 383.183,88 manat, habelə cavabdehin sifarişi əsasında satın alınmış mallar üzrə 870.000 manat, təsdiq edilmiş əlavə xərclər üzrə 247.481,95 manat, cəmi 2.914.064,59 manat dəyərində işlər görülmüş, cavabdeh isə həmin məbləğdən yalnız az qismini yəni cəmi 282.900 manat məbləğində pul vəsaiti ödəmişdir. Cavabdeh ilə iddiaçı arasındakı müqavilə üzrə sifariş verilmiş işlərin iddiaçı tərəfindən icrası, yəni razılaşdırılmış işlərin görülməsi Azərbaycan Respublikasının mülki qanunvericiliyində nəzərdə tutulmuş podrat münasibətlərinə aiddir. Beləliklə, cavabdehin görülmüş işlərin dəyərini ödəmək vəzifəsi müqavilə öhdəliyindən irəli gələn tələbdir. İddiaçı tərəfindən cavabdehə borc məbləğinin ödənilməsinə dair sonuncu dəfə Təklif (Pretenziya) göndərilərək borcun bu təklifi aldıqdan 10 gün müddətində ödənilməsi xahiş olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Təklif (Pretenziya) cavabdehə çatdırılmış, lakin 10 gündən də artıq müddətin keçməsinə baxmayaraq, hazırki vaxtadək borc məbləği cavabdeh tərəfindən ödənilməmişdir. İddiaçı tərəfindən 2020-ci ilin dekabr və 2021-ci ilin mart aylarında təqdim edilmiş 1 və 2 nömrəli Forma-2 aktlarından, yalnız 1 nömrəli Aktın təsdiq olunması ilə bağlı qeyd etmək zəruridir ki, cavabdeh həm tərəflər arasında bağlanmış müqaviləyə görə, həm də işin xarakterinə əsasən iddiaçı tərəfindən yerinə yetirilmiş işi qəbul etdiyinidən 2 nömrəli Forma-2 də təsdiq edilmiş hesab olunur. Çünki hazırki mübahisəyə ilə bağlı 2 nömrəli Forma-2 Aktının cavabdeh tərəfindən təsdiq olunmamasına baxmayaraq, o, faktiki olaraq həmin akt üzrə işi iddiaçıdan qəbul etmişdir. Bu da öz növbəsində onu deməyə əsas verir ki, cavabdeh qəsdən həmin akta imza etməmiş və bununla da hesab etmişdir ki, aktın təsdiq olunmaması onu həmin akt üzrə iddiaçı qarşısında ödənişdən və məsuliyyətdən azad edəcəkdir. İddiaçı tərəfindən çəkilmiş əlavə xərclər bağlı qeyd etmək lazımıdır ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehin xeyrinə iş görülməsi zamanı, qeyd olunan ərazidə iddiaçı tərəfindən çəkilmiş enerji, rabitə və sair xidmətlər üzrə aylıq xərclər ümumi iş fəaliyyətini ehtiva etdiyindən, həmin xərclər üzrə də iddiaçının cavabdehdən pul tələbi haqlı və qanunidir. Çünki, Azərbaycan Respublikası Konstıtusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 11 iyun 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12 mart 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, “Podrat müqaviləsinin əsas xüsusiyyətlərindən biri müqavilənin tərəfi olan podratçının həmin müqavilənin digər tərəfi olan sifarişçinin xeyrinə hər hansı bir işi görməsidir. Belə ki, podrat müqaviləsindən irəli gələn öhdəlik təkcə hər hansı əmlakın verilməsini deyil, həm də həmin əmlakın yaradılması üzrə podratçının iş fəaliyyətini də ehtiva edir. Podrat müqaviləsi bağlanarkən tərəflərin məqsədi müəyyən hüquqi nəticənin əldə edilməsi ilə birbaşa əlaqəlidir. Məhz bu səbəbdən podrat müqavilələrinin əsasını hüquqi məqsəd və hüquqi nəticə təşkil edir.” Buna görə də, iddiaçı tərəfindən 2020-ci ilin dekabr və 2021-ci ilin mart aylarında təqdim edilmiş 1 və 2 nömrəli Forma-2 aktları üzrə tələb edilən muzd, həmçinin cavabdehin xeyrinə iddiaçı tərəfindən çəkilmiş əlavə xərclərin tələbi haqlı və qanunidir. Beləliklə, cavabdehin 282.900,00 manat məbləğində ödənişi nəzərə alınmaqla, iddiaçının görülmüş işlər üzrə cəmi 1.513.682,64 manat, çəkilmiş xərclər üzrə 247.481,95 manat və cavabdehin sifarişi əsasən satın alınmış mallar üzrə 870.000 manat, ümumilikdə 2.631.164,59 manat məbləğində pul vəsaitini cavabdehdən tələb etmək hüququ haqlı və qanunidir. Bundan başqa, cavabdeh müqavilənin icrası ilə bağlı pozuntunun, yəni müqavilə üzrə ödənilməli olan pul vəsaitinin iddiaçıya ödənilməməsinin onun cavabdeh olmadığı haldan irəli gəldiyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığına dair hər hansı bir sübut təqdim etmədiyindən və belə halın ümumiyyətlə mövcud olmasını təsdiq edən hər hansı bir dəlil gətirə bilmədiyindən, cavabdehin müqavilə üzrə öhdəliyini könüllü yerinə yetirməməsi və onun icrasından qərəzli olaraq boyun qaçırması birmənalı olaraq sübut olunur. Eyni zamanda müqavilə üzrə ödənilməli pul vəsaitini iddiaçıya ödəməməklə və ya onun ödənilməsini hər hansı formada gecikdirməklə cavabdeh həmin məbləğdən istifadə etmiş və ondan gəlir əldə etmişdir.

10. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-1048/2022 saylı qətnaməsi ilə (hakim Zaur Pirverdiyev) iddia qismən təmin edilmiş, 2.840.668,72 manat borc məbləği və məhkəmə xərclərinin əvəzi qismində 2110,56 manat məbləğində pul vəsaitinin Cavabdeh ASC-dən tutularaq İddiaçı MMC-yə ödənilməsi qət edilmişdir.

11. Məhkəmə müəyyən etmişdir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2020-ci il tarixli, LWC-2020/92 saylı “İşlər üzrə satınalma Müqavilə”si bağlanmış, müqaviləyə əsasən iddiaçı müqavilə üzrə dəyəri ƏDV daxil 10.532.655,34 manat məbləğində cavabdehin yeni inzibati binasının son tamamlama (tikinti-quraşdırma, interyer, landşaft, elektromexanika, yoxlama və sazlama) işlərini görməyi, cavabdeh isə həmin işləri (malların və xidmətləri) iddiaçıdan qəbul etməyi və iddiaçının təqdim etdiyi Forma 2 aktına əsasən yerinə yetirilən işlərin məbləğini ödəməyi öhdələrinə götürmüşlər. Eyni zamanda tərəflər arasında xx.xx.2020-ci il tarixli, LWC-2020/92 saylı müqavilənin xüsusi şərtlərinə dair Əlavə bağlanmış, həmin əlavəyə əsasən iddiaçı bu müqavilə üzrə götürdüyü öhdəlikləri icra etməyi, cavabdeh isə müqavilə üzrə ödəmələri iddiaçının təqdim etdiyi ödəniş sertifikatları əsasında aparmağı üzərinə öhdəlik götürmüşlər.. Məhkəmə belə qənaətə gəlmişdir ki, tərəflər arasındakı hüquq münasibətləri podrat müqaviləsinin qanunla müəyyən edilən ünsürlərinə (şərtlərinə) uyğun gəlir.

12. İddiaçı ilə cavabdeh arasında bağlanmış podrat müqaviləsindən irəli gələn öhdəliyə görə iddiaçı öhdəliyi yerinə yetirərək, işləri görmüş, bunun nəticəsində iddiaçının cavabdehdən müqavilə üzrə müəyyənləşdirilmiş öhdəliyi tələb etmək hüququ yaranmış, cavabdeh isə müqavilə üzrə öhdəlikləri yerinə yetirməmişdir. Buna görə də məhkəmə hesab edir ki, xx.xx.2020-ci il tarixli, LWC-2020/92 saylı “İşlər üzrə satınalma Müqavilə”si bağlanmış, müqaviləyə və Müqavilənin xüsusi şərtlərinə əsasən yaranmış borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

13. Müqaviləyə əsasən yaranmış borcun məbləğinə münasibətdə məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəfindən həmin borc məbləği üzrə tələb 7 hissədən ibarətdir:

1. 1 nömrəli Forma-2 üzrə 1.130.498,76 manat;

2. 2 nömrəli Forma-2 üzrə 383.183,88 manat;

3. təsdiq edilmiş əlavə xərclər üzər 247.481,95 manat;

4. cavabdehin sifarişi əsasında satın alınmış mallar üzrə 870.000 manat;

5. müqavilə üzrə cərimə 570.765,60 manat;

6. müqavilə üzrə mənfəət tələbi üzrə 1.580.000,00 manat;

7. Ödəmələrin gecikdirdirilməsinə görə faiz (Mərkəzi Bankın uçot faiz dərəcəsi üzrə) cəmi 113.371,25 manat.

14. Birinci hissə üzrə tələb (1 nömrəli Forma-2 üzrə 1.130.498,76 manat) 2020-ci ilin dekabr ayı üzrə yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin qəbul aktı, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin sədr müavini tərəfindən təsdiq edilmiş “18 iyun 2021-ci il tarixli 347 nömrəli əmr əsasında yaradılmış komissiyanın gördüyü işlər barədə” Protokoldan və arayış təsdiq olunur. Eyni zamanda məhkəmə iclasında cavabdehin nümayəndəsi həmin borc məbləğini etiraf etmişdir. Buna görə də məhkəmə hesab etmidir ki, 1 nömrəli Forma-2 üzrə 1.130.498,76 manat məbləğində borc məbləği cavabdeh tərəfindən mübahisələndirilmədiyindən iddia həmin hissədə təmin edilməlidir.

15. Tələbin ikinci, üçüncü və dördüncü hissələri ilə bağlı məhkəmə qeyd etmişdir ki, göstərilən hissələr üzrə borc məbləğləri Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin sədr müavini tərəfindən təsdiq edilmiş “18 iyun 2021-ci il tarixli 347 nömrəli əmr əsasında yaradılmış komissiyanın gördüyü işlər barədə” Protokoldan və arayışdan göründüyü kimi cavabdeh tərəfindən yaradılmış komissiya tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən edilmiş və komissiya üzvləri mövcud Podratçı, yəni iddiaçı ilə işləri davam etdirməyi və yaranmış borcları ödəməyi təklif etmişdir. Cavabdeh tərəfindən isə göstərilən protokol və arayışda qeyd olunanları təkzib edən hər hansı bir sübut məhkəməyə təqdim edilməmiş, eyni zamanda cavabdehin nümayəndəsi, cavabdeh tərəfindən tərtib edilməklə təsdiq olunmuş protokol və arayışda göstərilən xüsusatları təkzib edərək, münasibət bildirə bilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, göstərilən hissələr üzrə borc məbləğləri təsdiq olunduğundan iddia həmin hissələrdə də təmin olunmalıdır.

16. Məhkəmə iddia tələbinin beşinci, yəni cərimənin tutulması hissəsinə münasibətdə qeyd etmişdir ki, həmin tələb tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli, LWC-2020/92 saylı Müqavilənin xüsusi şərtlərindən irəli gəlir. Belə ki, Şərtlərin 25-ci bəndinə əsasən satınalma müqaviləsi üzrə cavabdeh tərəfindən ödəmələrin gecikdirilməsinə görə cərimə sanksiyaları və məbləği hər gecikmə günü üçün gecikdirilən məbləğin 0,1%-i, cərimə məbləğinin yuxarı həddi ümumi müqavilə məbləğinin 10%-i məbləğində cərimə ödəməyi cavabdeh öhdəlik götürmüşdür. Lakin məhkəmə hesab edir ki, tələb olunan 570.765,60 manat dəbbə pulu məbləği yaranmış borc məbləğinə görə tənasübsüz surətdə yüksək məbləğ olduğundan, onun məbləğini azaldaraq 90.000 manat həddində müəyyən edilməklə cavabdehdən tutulması ədalətlidir.

17. Məhkəmə tələbin altıncı hissəsinə, yəni müqavilə üzrə mənfəət tələbinə münasibətdə qeyd etmişdir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosesdə sübutlar dedikdə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını təsdiq edən məlumatlar başa düşülür (MPM-nin 76.1-ci maddəsi). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM-nin 76.2-ci maddəsi). İddiaçı, müqavilə üzrə mənfəət tələbi üzrə 1.580.000,00 manat tələb etsə də, bu barədə hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Buna görə də məhkəmə hesab etmişdir ki, iddia həmin hissədə təmin oluna bilməz.

18. Məhkəmə tələbin yeddinci hissəsi olan ödəmələrin gecikdirdirilməsinə görə faiz hissəsinə münasibətdə qeyd etmişdir ki, xx.xx.2020-ci il tarixli, LWC-2020/92 saylı “İşlər üzrə satınalma Müqavilə”sinin və müqavilənin xüsusi şərtlərinin cavabdeh tərəfindən icra edilməməsi nəticəsində iddiaçının hüquqları pozulmuş və bu pozuntu nəticəsində iddiaçı maddi itkilərə məruz qalmışdır. Belə ki, həmin maddi itkilər cavabdehin iddiaçıya məxsus olan pul vəsaitinin ödənilməsini gecikdirməsindən yaranan maddi itkilərdir.

19. Cavabdeh müqavilənin icrası ilə bağlı pozuntunun, yəni müqavilə üzrə ödənilməli olan pul vəsaitinin iddiaçıya ödənilməməsinin onun cavabdeh olmadığı haldan irəli gəldiyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirə bilməmiş və bu halı təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Belə olan halda cavabdehin müqavilə üzrə öhdəliyini könüllü yerinə yetirməməsi və onun icrasından qərəzli olaraq boyun qaçırması birmənalı olaraq sübut edir ki, müqavilə üzrə ödənilməli pul vəsaitini iddiaçıya ödəməməklə və ya onun ödənilməsini hər hansı formada gecikdirməklə cavabdeh həmin məbləğdən istifadə etmiş və ondan gəlir əldə etmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi internet saytından əldə olunan məlumata əsasən hazırda bank uçot dərəcəsi 7.75 faiz təşkil edir. İddia ərizəsinin məzmunundan göründüyü kimi iddiaçı tərəfindən pul vəsaitinin ödənilməsini gecikdirdiyinə görə faiz məbləği 1 nömrəli Forma-2, 2 nömrəli Forma-2 və çəkilmiş aylıq xərclər üzrə hesablanmışdır.

20. Belə olan halda məhkəmə hesab etmişdir ki, iddiaçının tələbetmə hüququnun yarandığı tarixlərdən sonrakı dövrdə cavabdehin ona ödəməli olduğu pul vəsaitinin ödənilməsini gecikdirdiyinə görə cavabdehdən 119.504,13 manat məbləğində pul vəsaiti (87.613,65 manat (1 nömrəli Forma-2 üzrə 1.130.498,76 manat (cavabdehin ödənilməsini gecikdirdiyi məbləğ) x 7.75% (məhkəmə qətnaməsinin çıxarılan günə Mərkəzi Bankın uçot faiz dərəcəsi) / 365 (maliyyə ili əsasında günlük faiz) x 365 (gecikdirilmiş günlərin sayı (xx.xx.2022-ci il tarixə) + 22.374,26 manat (2 nömrəli Forma-2 üzrə 383.183,88 manat (cavabdehin ödənilməsini gecikdirdiyi məbləğ) x 7.75% (məhkəmə qətnaməsinin çıxarılan günə Mərkəzi Bankın uçot faiz dərəcəsi) / 365 (maliyyə ili əsasında günlük faiz) x 275 (gecikdirilmiş günlərin sayı (xx.xx.2022-ci il tarixə) + 9516,22 manat (xx.xx.2020xx.xx.2021-ci il dövr üzrə çəkilmiş aylıq xərclər 182.931,95 manat (cavabdehin ödənilməsini gecikdirdiyi məbləğ) x 7.75% (məhkəmə qətnaməsinin çıxarılan günə Mərkəzi Bankın uçot faiz dərəcəsi) / 365 (maliyyə ili əsasında günlük faiz) x 245 (gecikdirilmiş günlərin sayı (xx.xx.2022-ci il tarixə) + 1685,81 manat (xx.xx.2020xx.xx.2021-ci il dövr üzrə çəkilmiş aylıq xərclər 64.550 manat (cavabdehin ödənilməsini gecikdirdiyi məbləğ) x 7.75% (məhkəmə qətnaməsinin çıxarılan günə Mərkəzi Bankın uçot faiz dərəcəsi)/ 365 (maliyyə ili əsasında günlük faiz) x 123 (gecikdirilmiş günlərin sayı (xx.xx.2022-ci il tarixə) alınaraq iddiaçıya ödənilməlidir.

21. Beləliklə, məhkəmə hesab etmişdir ki, cavabdehdən ümumilikdə 2.840.668,72 manat (1 nömrəli Forma-2 üzrə 1.130.498,76 manat + 2 nömrəli Forma-2 üzrə 383.183,88 manat + təsdiq edilmiş əlavə xərclər üzər 247.481,95 manat + cavabdehin sifarişi əsasında satın alınmış mallar üzrə 870.000 manat + cərimə üzrə 90.000 manat + ödəmələrin gecikdirdirilməsinə görə faiz 119.504,13 manat) borc iddiaçının xeyrinə tutulmalıdır.

22. Məhkəmə iş üzrə məhkəmə xərclərini iddianın təmin edilmiş hissəsinə uyöun bölüşdürərək iddia tələbinin 58,02 faizini təşkil etdiyini nəzərə alaraq iş üzrə ödənilmiş 3.637,65 manat məbləğində məhkəmə xərcinin 2110,56 manat məbləğinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, qalan 1527,09 manat məbləğin isə iddiaçıya aid edilməsini qət edilmişdir.

Apellyasiya instansiyasi məhkəməsindəki icraat a) Apellyasiya şikayətinin dəlilləri

23. Qətnamədən iddiaçı və cavabdeh apellyasiya şikayəti vermişdir.

24. İddiaçı apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 1048/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsini ləğv edərək iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş etmişdir.

25. Cavabdeh apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin e-2- 2(113)-1048/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinin iddianın qismən təmin edilmiş hissəsində ləğv edilməsi, iddia tələbinin rədd edilməsi və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 1618.83 manat dövlət rüsumunun iddiaçıdan cavabdehin xeyrinə tutulması barədə yeni qətnamə qəbul edilməsi xahiş etmişdir.

26. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, iş materiallarından da göründüyü kimi cavabdeh iddiaçı ilə bağladığı xx.xx.2020-ci il tarixli, LWC2020\92 saylı Müqaviləsinin Xüsusi Şərtlərinin 25-ci bəndinə əsasən satınalma müqaviləsi üzrə cavabdeh tərəfindən ödəmələrin gecikdirilməsinə görə cərimə sanksiyaları və məbləği hər gecikmə günü üçün gecikdirilən məbləğin 0,1%-i, cərimə məbləğinin yuxarı həddi ümumi müqavilə məbləğinin 10%-i məbləğində cərimə ödəməyi öhdəlik götürmüşdür. Cərimə pulunun 570.765,60 manatdan 90.000 azaldılması cəmiyyətin düşdüyü zərərin az faizini belə təşkil etmir. Bu heç mümkün zərəri belə ödəmir. İddiaçının müqavilə üzrə mənfəət tələbi -1.580.000,00 manat tələbi də ədalətlidir. Belə ki, cəmiyyət işləri vaxtında yerinə yetirəcəyi təqdirdə mənfəət əldə etmək imkanı olacaqdı. Beləliklə, göründüyü kimi,məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan hallar tam, obyektiv və hərtərəfli araşdırılmamamışdır.

27. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə maddi və prosessual hüquq normalarını pozmaqla əsassız və qanunsuz qətnamə çıxarmışdır. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Görülməmiş işlər barədə ödəniş etmək müqavilənin şərtlərinə ziddir. İşə baxan məhkəmə tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə istinad etmədən Forma-2 ilə təsdiq edilməmiş işlərə görə muzd ödəməyi Cavabdeh ASC-nin üzərinə öhdəlik kimi qoymuş, Cavabdeh ASC-nin 18 iyun 347 nömrəli əmri ilə yaradılmış komissiyanın gördüyü işlər barədə protokoluna əsaslanaraq iddianı qismən təmin etmişdir. Halbuki, müqavilənin şərtlərindən də göründüyü kimi işlərin təhvil alınması yalnız müəyyənləşdirilmiş formada tərtib olunan hər iki tərəfin təsdiq etdiyi Forma-2 sənədlərinə əsasən həyata keçirilir. Lakin məhkəmə qətnamə çıxarakən işin hallarını araşdırmamış, sübutlara düzgün qiymət verməmiş və nəticədə əsassız qətnamə qəbul etmişdir. Məhkəmə komissiyanın protokolunun iddiaçı tərəfindən hazırlıq iclasında deyil, məhkəmə baxışı iclasında təqdim edildiyini nəzərə almayaraq həmin sübutu qəbul etmişdir.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

28. İddiaçının nümayəndələri X4 və Duman Sinan məhkəmə iclasında tərəflərindən verilmiş apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

29. Cavabdehin nümayəndələri X2 və X3 məhkəmə iclasında tərəflərindən verilmiş apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

30. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddə- öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 445.7-ci maddə- borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. 449.1-ci və 449.2-ci maddə- özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Bank faizinin uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. 467-ci maddə- məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 752.1-ci maddə- podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 755-ci maddə- podratçı işi şəxsən yerinə yetirməyə yalnız bunun müqavilədən, yaxud konkret hallardan və ya işin xarakterindən irəli gəldiyi hallarda borcludur. 759.1-ci maddə-sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. 760.2-ci maddə-əgər podratçı tərəfindən müqaviləyə bilavasitə sifarişçinin hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilirsə, podratçı yerinə yetirilmiş işin haqqını və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzinin ödənilməsini tələb edə bilər. 21-ci maddə-zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddə-zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 78.1-ci maddə-sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 218.3-cü maddə-Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Əsaslandırıcı hissə

Apellyasiya baxışının hədləri

31. Qətnamə iddiaçı və cavabdeh tərəfindən tam mübahisələndirildiyindən tam yoxlanılır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

32. Məhkəmə izahatları dinləyərək, apelyasiya şikayətlərinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-1048/2022 saylı qətnaməsi qismən iddianın təmin edildiyi hissədə ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilərək cavabdehdən iddiaçının xeyrinə 1.617.901,79 manat pul tutulmalı, iddia qalan hissədə rədd edilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

33. İşin mübahisəsiz hallarından görünür ki, tərəflər arasında xx.xx.2020-ci il tarixli podrat müqaviləsi bağlanmış, işlərin icra müddəti xx.xx.2021-ci il tarixədək müəyyən edilmiş, podrat müqaviləsi üzrə görülmüş işlərə görə iddiaçıya cəmi ƏDV daxil 282.900 manat ödənilmişdir. Eyni zamanda iş materiallarından görünür ki, görülmüş işlərlə bağlı iddiaçı tərəfindən iki “Forma 2” adlı akt tərtib edilmiş, maliyyə vəsaiti olmadığından işlərin icrasının tam başa çatdırılması mümkün olmamışdır.

34. İşdən görünür ki, 2020-ci ilin dekabr ayı üzrə yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin qəbul aktı, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin imzası və möhürü ilə təsdiq edilmişdir. Həmin Forma 2 aktında işlərin dəyəri 1.413.398,76 manat qeyd edilmiş, cavabdeh həmin borcdan 282.900,00 manat ödəmiş, 1.130.498,76 manat borc qalmışdır. İşə birinci instansiya qaydasında baxılarkən məhkəmə iclasında cavabdehin nümayəndəsi həmin borc məbləğini etiraf etdiyindən 1.130.498,76 manat məbləğində borcun cavabdehdən tutulması hissəsində qətnamə qanuni və əsaslıdır.

35. 2021-ci ilin mart ayı üzrə yekunlaşdırılmış işlərlə bağlı tərtib edilmiş 2 nömrəli Forma-2 aktı cavabdeh tərəfindən təsdiq edilməmiş, həmin aktda görülmüş işlərin dəyərinin 383.183,88 manat olduğu qeyd edilmişdir. Cavabdeh bu işlərin görüldüyünü qəbul etmədiyindən işə apellyasiya qaydasında baxılarkən iş üzrə məhkəmə mühəndistexniki ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/5092 saylı ekspert rəyinə əsasən iş materiallarının 60-64-cü vərəqlərinə əlavə edilmiş, Cavabdeh ASC tərəfindən təsdiq edilməmiş Forma 2 aktında (2021-ci ilin mart ayı üzrə) qeyd edilmiş işlər (Cavabdeh ASCnin yeni inzibati binasında tamamlanma işləri) tam görülmüş və görülmüş işlərin ümumi dəyəri 324.732,1 (ƏDV-siz) manat təşkil edir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin təsdiq etmədiyi forma 2 aktı üzrə işlərin görüldüyü ekspert rəyi ilə təsdiq edildiyindən həmin borcun cavabdehdən tutulması hissəsində də qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

36. Müqavilənin xüsusi şərtlərinin 25-ci bəndinə əsasən satınalma müqaviləsi üzrə cavabdeh tərəfindən ödəmələrin gecikdirilməsinə görə cərimə sanksiyaları və məbləği hər gecikmə günü üçün gecikdirilən məbləğin 0,1% cərimə tutulması nəzərdə tutulduğundan (məbləğinin yuxarı həddi ümumi müqavilə məbləğinin 10%-i məbləğindən artıq olmama şərti ilə) iddiaçı öhdəliyin icrasının gecikdirilməsinə görə cavabdehdən cərimə tutulmasını tələb etməyə haqlıdır. İddiaçı müqavilə üzrə cavabdehə 570.765,60 manat cərimə hesablamış, birinci instansiya məhkəməsi bu tələbi MM-nin 467-ci maddəsinə əsasən azaldaraq 90.000 manat həddində təmin etmişdir. Məhkəmə kollegiyası formalaşmış məhkəmə təcrübəsini nəzərə alaraq hesab edir ki, cərimə borcu podrat müqaviləsi üzrə 1.513.682,64 manat əsas borcun 5 faizinədək 72684,1 manat müəyyən edilməli, qalan hissədə rədd edilməlidir.

37. İddiaçı pul öhdəliyinin icrasının gecikdirilməsinə görə MM-nin 449-cu maddəsinə əsasən Mərkəzi Bankın uçot dərəcəsi ilə 113.371,25 manat pulun tutulmasını xahiş etmişdir. İşə apellyasiya qaydasında baxılarkən iddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışından görünür ki, həmin məbləğ 7,25 faizlə hesablanmışdır. 1 saylı Forma 2 üzrə gecikdirilmiş günlərin sayı 365 gün, 2 saylı Forma 2 üzrə 275 gün kimi hesablanmışdır.

38. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 09 iyul 2009-cu il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin “ondan faydalanmağa görə” müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanması nəticəsində Azərbaycan Respublikası MM-nin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. Məhkəmə öz qətnaməsində bu qərara istinad etsə də, Konstitusiya Məhkəməsinin qərarda ifadə edilmiş hüquqi mövqeyini nəzərə almamış, iddiaçı cavabdehin ona ödənilməyən pul vəsaitindən faydalanması barədə sübut təqdim edə bilmədiyi halda iddia tələbindən kənara çıxmaqla iddiaçının xeyrinə cavabdehdən 119504,13 manat pul tutmuşdur. Halbuki cavabdehin tələbi 113371,25 manat faiz tutulması barədə olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehdən MM-nin 449-cu maddəsinə əsasən Mərkəzi Bankın uçot faizi ilə faiz tutulmasına dair tələb əsassız olsa da, pul öhdəliyinin icrasının gecikdirilməsinə görə iddiaçı ən azı MM-nin 445.7-ci maddəsinə əsasən illik 5%-lə faiz tutulmasını tələb etməyə haqlıdır.

39. Tərəflər arasında bağlanmış müqavilənin 13.1-ci maddəsinsə qeyd edilmişdir ki, müqavilə üzrə ödəmələr (o cümlədən avans ödənişi) sifarişçi tərəfindən tenderin əsas şərtlər toplusunda və müqavilənin xüsusi şərtlərində müəyyənləşdirilmiş qaydada və məbləğdə, icraçının təqdim etdiyi sənədlər (qaimələr, aktlar, digər sənədlər) əsasında, ən qısa müddət ərzində lakin 30 bank günündən gec olmamaq şərt ilə aparılır. 13.4-cü bənddə qeyd edilir ki, müqavilə icraçı və ya sifarişçi tərəfindən ləğv olunarsa, tərəflər müqavilənin xüsusi şərtlərində göstərildiyi qaydada ödənişlərin (o cümlədən avans və digər ödənişlərin) məbləğini müəyyənləşdirən və müqavilənin icrasını təsdiq edən sənələr tərtib edirlər. Tərtib olunmuş sənədlər əsasında müəyyən edilmiş fərq 15 bank günü müddətində ödənilir. Məhkəmə müqavilənin 2021-ci ilin avqust ayında ləğv edildiyini nəzərə alaraq hesab edir ki, 13.4-cü bəndə əsasən cavabdeh iddiaçıya müqavilə üzrə ödənilməmiş borcları tam ödəməli idi. İddiaçının hazırkı iddia ərizəsi ilə 2022-ci ilin yanvar ayında məhkəməyə müraciət etdiyini nəzərə alaraq hesab edir ki, 1513682,94 manat məbləğində əsas borcun gecikdirildiyi 5 ay üçün cavabdehdən MM-nin 445.7-ci maddəsinə əsasən 31535,05 manat illik 5 faizlə faiz tutulmalıdır.

40. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayəti ilə bu hissədə razılaşır ki, podratçı tərəfindən çəkildiyi iddia edilən əlavə xərclər üzrə 247.481,95 manat, cavabdehin sifarişi əsasında satın alınmış mallar üzrə 870.000 manat pulun tutulması iddiaçı tələblərinin əsaslı olduğu mötəbər sübutlarla təsdiq edilmir.

41. 870.000 manat pul tələbi ilə bağlı iddiaçı qeyd edir ki, bu podrat müqaviləsinin icrası ilə əlaqədar işlərin yerinə yetirilməsi üçün iddiaçı tərəfindən sifariş verilmiş, təchizatçı şirkətlər tərəfindən təchiz edilmiş malların dəyəridir. İddiaçının nümayəndəsi məhkəmə iclaslarında suallara cavab olaraq bildirilmişdir ki, bu mallar müqavilə ləğv edildiyi üçün cavabdehə təhvil verilməmişdir. Halbuki, podrat müqaviləsinin 24.1-ci bəndində nəzərdə tutulmuşdur ki, müqavilə ləğv olunarsa icraçı 15 gün müddətində müqavilənin icrasını dayandırır və müqavilənin icrası nəticəsində əldə edilmiş malların (işlərin və xidmətlərin) qorunması üçün qarşısıalınmaz tədbirlər görərək onları sifarişçiyə təhvil verir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı müqavilənin icrası nəticəsində əldə edilmiş malların dəyərinin ödənilməsini o halda cavabdehdən tələb edə bilərdi ki, həmin mallar müqavilə ləğv edildikdən sonra cavabdehdə təqdim edilmiş olsun və ya iddiaçının bu məbləği təchizatçı şirkətlərə ödədiyinə dair sübutlar təqdim edilmiş olsun. İşdə həmin malların siyahısından başqa qeyd edilən halları təsdiq edəcək hər hansı sübut yoxdur.

42. Podratçı tərəfindən maliyyə vəsaiti olmadığına görə çəkildiyi iddia edilən 247.481,95 manat əlavə xərclərlə bağlı da iddiaçının özü tərəfindən tərtib edilmiş siyahıdan başqa iş materiallarına həmin xərclərin həqiqətən çəkildiyini, yəni real ziyanın miqdarını təsdiq edən ödəniş qəbzləri, bank sənədləri və s. əlavə edilməmişdir.

43. İddiaçının və birinci instansiya məhkəməsinin istinad etdiyi Cavabdeh ASC-nin sədr müavini İ.Tağıyev tərəfindən təsdiq edilmiş “xx.xx.2021-ci il tarixli 347 saylı əmr əsasında yaradılmış komissiyanın gördüyü işlər barədə” protokolla bağlı məhkəmə qeyd edir ki, əvvəl qeyd edilən sübut hazırlıq mərhələsində deyil, məhkəmə baxışı mərhələsində təqdim edilmiş, iddiaçı tərəf sübutun gec təqdim edilməsi ilə bağlı məhkəməyə hər hansı əsaslı izahat vermədiyi halda məhkəmə MPM-nin 78.1-ci maddəsinin tələbini nəzərə almadan bu sənədi sübut kimi qəbul etmişdir.

44. Qeyd edilən protokolda podratçının təsdiq edilmiş forma 2-dən qalıq borcla yanaşı eyni zamanda tələb və iddiaları qeyd edilmiş, araşdırmadan sonra “Komissiyanın təklifləri” adlanan hissədə mövcud podratçı ilə podrat müqaviləsinin davam etdirilməsi üçün bu günə kimi yaranmış borcları ödəmək, soyutma sisteminin işə salınması üçün tələb olunan vəsaiti təmin etmək, layihənin icrasına yenidən başlamaq üçün tələb olunan vəsait ayrılana qədər podratçı ilə xidmət müqaviləsi bağlanılması məqsədəuyğun hesab edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh ASC-nin yaratdığı komissiyanın tövsiyyələrindən ibarət olan bu protokol heç bir halda cavabdehin iddia olunan zərər məbləğlərini ödəməyə razılıq verməsi barədə iradə ifadəsi kimi qiymətləndirilə bilməz.

45. İşə apellyasiya qaydasında baxılarkən cavabdehin vəsatəti əsasında qeyd edilən protokolu imzalamış komissiya üzvlərindən X6 məhkəmə iclasında şahid qismində dindirilmiş, ifadəsində göstərmişdir ki, komissiya araşdırma apararkən iddiaçı iddia olunan xərcləri təsdiq edən sənədləri təqdim etməmiş, həmin xərclərin çəkilib-çəkilmədiyi yoxlanılmamışdır. Komissiya razılaşmış və tövsiyyə etmişdir ki, işlərin dayanması ilə bağlı çəkdiyi xərclərə görə iddiaçıya 180.000 manat ödənilə bilər. İddia olunan qalan ödəniş məbləğləri protokolda qeyd edilmişdir. Avqust ayında müqavilə münasibətləri pozulmuşdu. Dəyəri iddiaçı tərəfindən tələb olunan mal-material tikinti meydançasına gətirilməmişdi.

46. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, birinci instansiya məhkəməsi təqdim edilmiş sübutlara düzgün hüquqi qiymət verməmişdir. MPM-nin 385.1.3-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

47. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, mübahisələndirilən qətnamə iddianın təmin edildiyi hissədə ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli, iddiaçının tələbləri cavabdehdən 1 və 2 saylı Forma 2 aktları üzrə ƏDV daxil 1.513.682,64 manat əsas borc (1.130.498,76+383.183,88), 72.684,1 manat cərimə, 31.535,05 manat illik 5%-lə faiz borcu, cəmi 1.617.901,79 manat pul tutulması hissəsində əsaslı hesab olduğundan həmin hissələrdə təmin edilməli, qalan hissələrdə iddia rədd edilməlidir.

48. Bağlanmış müqavilənin 15% həcmində- 1.580.000,00 manat əldən çıxmış mənfəət tələbi ilə bağlı iddianın rədd edildiyi hissədə məhkəmə qətnaməsi qanuni və əsaslı hesab edilir. İddiaçı qeyd edilən tələbin qanuni əsasını göstərə bilməmiş, bu tələblə bağlı mövqeyini əsaslandırmamışdır. MM-nin 759.1-ci maddəsi sifarişçiyə işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina etmək hüququ verdyindən, podratçının isə bu zaman yalnız faktiki gördüyü işin haqqını tələb etmək hüququ olduğundan iddiaçı hazırkı halda müqavilə münasibətlərinin dabam etdirilməməsinə görə əldən çıxmış fayda tələb etməyə haqlı deyil. Müqavilə sifarişçi tərəfindən ləğv edilmədiyindən hazırkı halda müqavilənin ləğvi ilə vurulan zərərin əvəzinin ödənilməsi hüququ da istisna olunur.

49. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.3-cü maddəsinə əsasən iş, işdə iştirak edən şəxslər tərəfindən həmin kateqoriyadan olan mübahisələrin qanunla nəzərdə tutulmuş məhkəməyə qədər həlli qaydalarının və müqavilə qaydalarının (tələbi cavabsız qoymaq, tələb olunan sənədləri göndərməmək) pozulması nəticəsində meydana gəlmişdirsə, məhkəmə xərcləri işin nəticəsindən asılı olmayaraq müəyyən edə bilər. Məhkəmə kollegiyası hesab edir ki, mübahisə müqavilə öhdəliklərinin pozulması ilə bağlı yarandığından qətnamə 2110,56 manat məhkəmə xərcinin cavabdehdən tutulması hissəsində də dəyişdirilmədən saxlanılmalıdır.

50. MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddianın 1/3 hissəsi təmin edildiyindən məhkəmə hesab edir ki, iddiaçının ödədiyi 400 manat mediasiya xərci, işə birinci instansiya qaydasında baxılması üçün ödədiyi 3238 manat dövlət rüsumunun, işə apellyasiya qaydasında baxılması üçün ödədiyi 1620 manat dövlət rüsumunun, ödənilmiş cəmi 5248 manat məhkəmə xərcinin 1750 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalı, 50 manat məhkəmə ekspertiza xərci cavabehdən Məhkəmə Ekspertiza Mərkəzinin xeyrinə tutulmalıdır.

51. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)- 1048/2022 saylı qətnaməsi qismən - iddianın təmin edildiyi hissədə ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilərək cavabdehdən iddiaçının xeyrinə 1.617.901,79 manat pul tutulmalı, iddia qalan hissədə təmin edilməməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

52. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-1048/2022 saylı qətnaməsi qismən - iddianın təmin edildiyi hissədə ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilərək Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən İddiaçı xeyrinə ƏDV daxil 1.513.682,64 manat əsas borc, 72.684,1 manat cərimə, 31.535,05 manat illik 5%-lə faiz borcu, cəmi 1.617.901,79 manat pul, 1750 manat məhkəmə xərci tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamə qalan hissədə (iddianın rədd edildiyi hissə) dəyişdirilmədən saxlanılsın. 50 manat ekspertiza xərci Cavabdeh ASC-dən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xeyrinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar