Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-27/2020 15.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), X7 və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibiQasımova Nərgiz Emin qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X1, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı borcun silinməsi tələbinə dair iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-179/2019 saylı, xx xxxx 2018-ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən iqtisadi işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı cavabdehdən iddiaçının xeyrinə podrat müqaviləsi üzrə icra edilmiş işlərə görə 145692,54 manat, müqavilənin şərtlərinin pozularaq podrat işlərinin dayandırılması ilə əlaqədar boşdayanmaya görə vurulmuş zərərin əvəzi kimi 260231,24 manat, borc öhdəliyinin icrasının 24 ay gecikdirilməsi ilə əlaqədar illik 5%-lə 40592,38 manat faiz borcunun, cəmi 446516,16 manat məbləğinin və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması barədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx.xx.2017-ci il tarixində 15-AİS-035 nömrəli, Muğanlı-Yevlax yolunun reabilitasiyası, müəyyən dizayn və tikinti işlərinin yerinə yetirilməsi” subpodrat müqaviləsi imzalanmışdır. Həmin müqaviləyə görə iddiaçı Muğanlı-Yevlax yolunda km 103-273-də yerləşən körpü altını tam tikərək təhvil verməli və bununla bağlı bütün yardımçı işləri yerinə yetirməyi, cavabdeh isə bu xidməti qəbul edib dəyərini müqavilənin şərtlərinə uyğun şəkildə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.1-ci bəndinə görə cavabdeh iddiaçıya bu müqavilə ilə görüləcək işlərə görə 2194119,74 manat ödəməyi, 2.3-cü bəndinə əsasən 370000 manat həcmində avans ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə imzalandıqdan sonra cavabdeh müqavilənin 2.3-cü bəndində nəzərdə tutulmuş 370000 manat avansın yalnız 100000 manat hissəsini xx xxx 2015-ci il tarixində iddiaçıya ödəmiş, digər hissəsinin isə ödənilməsini yubatmış və indiyədək ödəməmişdir. İddiaçı 2015-ci ilin avqust-sentyabr ayları ərzində müqavilə ilə nəzərdə tutulmuş işləri görmüş, həmin ilin sentyabr ayından cavabdeh iddiaçıya heç bir məlumat vermədən həmin müqavilə üzrə öhdəliklərini icra etməyi saxlamış, iddiaçı 38 gün boşdayanmadan sonra öz texnikasını və işçi qrupunu tikinti sahəsindən çıxarmışdır. İddiaçı müqavilə üzrə 2015-ci ilin avqust-oktyabr ayı ərzində əsas işlər üzrə 118202,09 manat, ƏDV ilə birlikdə 139478,47 manat dəyərində, əsas işlərlə bağlı işlər və xərclər üzrə 119251,35 manat, ƏDV ilə birlikdə 140716,59 manat dəyərində iş icra etmişdir. Cavabdehin xx.xx.2015-ci il tarixində müqavilənin icrasını yarımçıq dayandırması nəticəsində iddiaçıya 275043,30 manat, ƏDV ilə birlikdə 324551,9 manat zərər vurulmuşdur. İcra edilmiş işlərin həcmini cavabdehin səlahiyyətli vəzifəli şəxsləri və iddiaçının səlahiyyətli nümayəndəsi xx.xx.2015-ciil tarixli aktla təsdiq etmişlər. Müqavilənin 2.3-cü bəndində nəzərdə tutulur ki, müqavilə imzalanandan 3 gün sonra cavabdeh iddiaçıya 370000 manat həcmində avans ödəməlidir. Deməli, müqaviləyə əsasən ilk ayların ödənişi əvvəlcədən ödənilməli, sonra isə hər ay üzrə işlər yerinə yetiriləndən sonra hesablanmış məbləğ avansdan silinməlidir. Buna baxmayaraq cavabdeh müqavilədə nəzərdə tutulmuş avansın yalnız 100000 manat hissəsini ödəmiş, digər hissəsini isə heç bir səbəb göstərmədən ödəməmişdir. Müqavilənin 7.3-cü bəndinə görə cavabdehlə Layihənin Sifarişçisi (“xxxx” ASC) arasında bağlanmış müqavilə bu Müqavilənin ayrılmaz tərkib hissəsidir. İşin əsas layihəsində nəzərdə tutulmuş, Müqavilədə nəzərdə tutulmamış işlər və tikinti materialına aid tələblərlə bağlı iddiaçı əsas işlə bağlı olan işlər görmüş və əlavə xərc çəkmişdir. Bununla bağlı cavabdeh şifahi razılıq, yazılan məktublara isə dinməz razılıq vermiş və həmin əlavə işlərlə bağlı materialları təmin etməklə işdən məlumatlı olduğunu və razılığını ifadə etmişdir. Cavabdehin xx.xx.2015-ci il tarixində müqavilənin icrasını yarımçıq dayandırması nəticəsində 38 gün ərzində boşdayanma olmuş və iddiaçıya 275043,30 manat, ƏDV ilə birlikdə 324551,9 manat zərər vurmuşdur. Cavabdeh müqavilədə qeyd edilmiş avansı, müqavilə əsasında yerinə yetirilmiş əsas işlərin, əsas işlərlə bağlı olan işlərin və xərclərin dəyərini ödəməməklə, müqavilənin icrasını əsassız olaraq dayandırmaqla Azərbaycan Respublikasının mülki qanunvericiliyinin normalarını, həmin müqavilənin şərtlərini pozmuş və cavabdehə zərər vurmuşdur. Cavabdehin iddiaçıya görülən işlərə və vurulan zərərə görə borcu 2015-ci ilin avqust-oktyabr aylarında yaranmış və həmin tarixdən 2 il ötmüşdür, ona görə iddiaçı gecikdirilmiş vaxt üçün həmin borcun 10%-i məbləğində ödəniş etmək öhdəliyini daşıyır. Göründüyü kimi, iddiaçının icra etdiyi əsas işlərin, əsas işlərlə bağlı digər iş və xərclərin dəyərini, cavabdehin təqsirinə görə ona dəyən zərərin məbləğini, eyni zamanda ödənilmiş 100000 manat avansın məbləğini nəzərə almaqla cavabdehin iddiaçıya ümumilikdə 504746,96 manatı əsas borcu, həmin borcun iki il müddətinə gecikdirilməsinə görə isə 50474, 70 manat faiz borcu yaranmışdır. “Muğanlı- X8 bərpası” layihəsi meneceri Mehmet İhsan Öksüz, həmçinin cavabdehin anbardar, inşaat mühəndisi, texniki ofis mühəndisi tərəfindən təsdiq edilmiş xx.xx.2015-ci il tarixli aktda təsdiq edilir ki, 76.212 ton miqdarında şpunt “X2 bərpası” layihəsindən İddiaçı MMC-yə təhvil verilmişdir. Müqavilədə qalınlığı 09 mm olan borular nəzərdə tutulduğu halda, işin əsas layihəsinin tələblərinə görə isə metal boruların qalınlığı 16 mm olmalı, metal boruların ucu karandaş şəklində hazırlanmalıdır. 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinin xx.xx.2018-ci il tarixli iş № 2-2(81)- 179/2018, (sədrlik edən hakim M.Hacıbəyova) qətnaməsi ilə iddianın rədd edilməsi qət edilmişdir. Məhkəmənin qeyd olunan qətnaməsindən narazı qalan iddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamənin qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı-podratçı İddiaçı MMC ilə cavabdeh-sifarişçi Cavabdeh MMC-nin arasında bağlanmış xx xxxxx 2015-ci il tarixli podrat müqaviləsinə əsasən Muğanlı-Yevlax yolunun yenidən tikintisi ilə əlaqədar 6 nömrəli körpünün tikilməsi işləri podratçıya tapşırılmışdır. Körpünün tikintisinin smeta dəyəri müqavilə üzrə 2.194.119,74 manat, ondan 370000 manat işin başlanması üçün podratçıya ilkin (avans) verilməsi müəyyən edilmişdir. Müqavilənin şərtlərinə əsasən sifarişçi smetada nəzərdə tutulmuş zəruri tikinti materialları ilə podratçını təmin etməlidir. Körpünün özülünün çayın dibində dərinliyi 30 metr olan 820 mm diametrli dayaqlar (svaylar) üçün layihədə divar qalınlığı 16 mm dəmir boruların vurulması nəzərdə tutulduğu halda, sifarişçi 9 mm divar qalınlıqh borularla işləməyi təklif etmiş, layihəyə əsasən tələb edilən 16 mm boruların verilməsini aylarla yubatmışdır. Bu səbəbdən, podratçının vəsaiti hesabına alınmış materialla özül dayaqlarının tikintisinə avqustun sonunda başlanmış oktyabrın 17-də başa çatdırılmışdır. Smeta üzrə 145.692,54 manat dəyərində iş həcmi icra edilmiş, podratçının vəsaiti hesabına smetada nəzərdə tutulmamış 140.716,59 manat dəyərində material işlədilmişdir. Görülmüş işlər xx xxxxxxx 2015-ci il tarixli aktla sifarişçiyə təhvil verilmişdir. Sifraişçinin təqsiri üzündən uzun müddət boşdayanmaya görə podratçıya 260.231,24 manat ziyan vurulmuşdur. İddia tələbi: görülmüş podrat işlərinin dəyəri 263.692,54 manat, ondan sifarişçinin avans ödədiyi 118.000 manat çıxıldıqda, borcun qalığı 145.692,54 manat; vurulmuş ziyanın əvəzi 260.231,24 manat və qalıq borcun gecikdirilməsilə əlaqədar illik 5 faizlə 24 ay üçün hesablanmış 40.592,38 manat, cəmi 446.516,16 manatdan ibarətdir.Vurulmuş svaylarm (dayaqların) pasportlarından görünür ki, layihədə nəzərdə tutulmuş dayaqların ucları itilənərək, müvafiq yerlərə və miqdarda vurulmuşdur. Bu iş həcmini sifarişçinin nümayəndəsi qəbul etmişdir. Nəqliyyat daşımalarını təsdiq edən qaimələrdən göründüyü kimi, podratçının nəqliyyat vasitələrilə polad boruları və navalçalar (şpuntlar) tikintinin olduğu yerə daşınaraq iş icraçısına təhvil verilmişdir. Navalçaların quraşdırılması aktları ilə təsdiq edilir ki, dayaqların və navalçaların quraşdırılması tam həcmdə icra edilərək, sifarişçiyə təhvil verilmişdir. Müqavilə üzrə görülmüş iş həcminin xx.xx.2015-ci il tarixli təhvil-qəbul aktı ilə podrat müqaviləsi üzrə icra edilmiş işin və sərf edilmiş materialın həcmini sifarişçi qəbul etmişdir. Məhkəmə mübahisəni həll edərkən işin mahiyyətini anlamamışdır. Podrat müqaviləsini, onunla əlaqədar tərtib edilmiş sənədləri təhlil edə və onlara düzgün qiymət verə bilməmişdir. Bu səbəbdən, qətnamədə son dərəcə ziddiyyətli və anlaşılmaz mövqe tutaraq səhv nəticəyə gəlmişdir. Eyni zamanda, məhkəmə MM-in podrat işlərini tənzimləyən normaları tətbiq etmək əvəzinə, mübahisəyə aidiyyəti olmayan normaları tətbiq edərək qeyri-obyektiv qərar qəbul etmişdir. Məhkəmə iddiaçının təqdim etdiyi yazılı və şifahi sübutları qətnamədə özünəməxsus, ziddiyyətli formada şərh etsə də, aktda göstərilən iş həcminin icra edilməsini təsdiq etdiyi halda, qətnamənin əsaslandırıcı hissəsində iddia tələblərini təsdiq edən sübutların olmadığı qənaətinə gəlmişdir. Məhkəmə qətnamədə göstərir ki, podrat müqaviləsinin şərtləri həm sifarişçi, həm də podratçı tərəfindən icra edilməmişdir. Eyni zamanda, qətnamənin təvsiri hissəsində iş həcminin icrasına dair xx.xx.2015-ci il tarixli aktda göstərilən işləri təsdiq edən, iddiaçının təqdim etdiyi sübutlarla məhkəmə həmin işin görüldüyünü qəbul etdiyi halda, müqavilənin 2.6-cı bəndinə istinad edərək hesab edir ki, işin icrası ilə əlaqədar sənədləşmə müqavilənin şərtlərinə uyğun tərtib edilmədiyinə görə mövcud akt sübut kimi qəbul edilmir. Halbuki, MM-in 752.1 -ci maddəsinə əsasən: “Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür”. İcra edilmiş iş həcminin sənədləşdirilməsinin forması qanunda nəzərdə tutulmamışdır. Aktda göstərilmiş iş həcminin faktiki icrasına gəldikdə isə bu işlərin icrası məhkəmənin qətnamədə şərh etdiyi sübutlarla əks edilir. Sonra qətnamədə göstərilir ki, iş həcminin icrası haqqında xx.xx.2015-ci il tarixli akti sifarişçinin rəhbərinin imzası və möhürü ilə təsdiq edilmədiyinə görə sübut kimi qəbul edilə bilməz. Halbuki, həmin akt sifarişçinin məsul aidiyyəti vəzifəli şəxsləri tərəfindən tərtib və təsdiq edilmişdir. Bu faktı cavabdehin nümayəndəsi şübhə altına aldığına görə iddiaçının nümayəndəsinin vəsatətilə aktı imzalamış və təsdiq etmiş cavabdehin işçiləri məhkəmə iclasında şahid qismində dindirilmiş və onlar aktda göstərilən iş həcminin icra edildiyini və aktın düzgünlüyünü təsdiq edirlər. İşin icrasına nəzarət etmiş müstəqil nəzarətçi şahid Ələddin Şirinov da məhkəmədə aktda göstərilmiş işlərin tam düzgün icra edildiyini təsdiq etdi. Bu sənəddə cavabdehin rəhbərinin imzasının olması nəzərdə tutulmamış, sənədi sifarişçini təmsil edən layihə meneceri təsdiq etmişdir. Akt tərtib edilən ərəfədə cavabdeh təşkilatın rəhbərləri ağır cinayətə görə həbs edilmiş və möhür istintaq orqanı tərəfindən götürülmüşdür. Bu faktı cavabdehin nümayəndəsi, dindirilmiş şahidlər məhkəmədə təsdiq etdilər. Prokurorluğun Korrupsiyaya qarşı Mübarizə İdarəsindən cinayət işi üzrə məlumat tələb edilərsə, həmin fakt bir daha təsdiq edilər. MMin 770-ci maddəsinə əsasən: “Əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməlidirsə, sifarişçi yerinə yetrilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə ( qəbul etmirsə, iş qəbul edilmiş sayılır”. MM-in 769-cu maddəsinə görə sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. Göründüyü kimi, məhkəmə qanunun bu normalarını tətbiq etməklə, təqdim edilmiş sübutlara obyektiv qiymət verərək, mübahisəni düzgün həll etmək əvəzinə, işin mahiyyətindən yayınmışdır. Sonra qətnamədə göstərilir ki, boşdayanmaya görə tələb edilən məbləğin nədən ibarət olduğu, həmin boşdayanmanın hansı dövrü əhatə etdiyini təsdiq edən sübutları iddiaçı təqdim edə bilməmişdir. Məhkəmənin qətnamədə gəldiyi bu nəticə işin faktiki hallarına, təqdim edilmiş sübutlara, habelə qanunun tələblərinə ziddir. xx.xx.2015-ci il tarixli podrat müqaviləsinin 3.1.2-ci bəndinə görə müqavilə üzrə işlər 2015-ci il 2015-ci il avqustun 15- dək icra edilib sifarişçiyə təhvil verilməli idi. Müqavilə bağlandıqdan dərhal sonra podratçı ağır texnikanı və işçi qüvvəsini daşıyaraq iş sahəsinə çatdırmışdır. Lakin sifarişçi, podratçı üçün təhlükəsiz iş şəraətini yaratmamış, müqavilənin 3.2.2 - 3.2.4-cü bəndlərində şərtləşdirilmiş tikinti materialı ilə podratçını təmin etməmiş, təqdim edilmiş material layihədə nəzərdə tutulduğundan əhəmiyyətli dərəcədə uyğunsuz və keyfiyyətsiz olmuşdur. Bu səbəbdən, podratçının sifarişçiyə göndərdiyi, işə əlavə edilmiş xx.xx.2015-ci il tarixli 262 nömrəli məktubdan göründüyü kimi, podrat işlərinə yalnız 2015-ci il avqustun 27-də başlanmışdır. Cinayət işi ilə əlaqədar sifarişçi təşkilatın fəaliyyəti, eləcə də müqavilə üzrə işlərin icrası, podratçının iradəsindən asılı olmayaraq dayandırılmışdır. 2015-ci il oktyabrın 17-dək icra edilmiş işlər barədə yuxarıda göstərilən akt tərtib və təsdiq edilmişdir. İş yerinə - uzaq məsafəyə aparılmış ağır texnikanın və işçi qüvvəsinin 2015-ci il aprelin 20-dən avqustun 27-dək boş dayandığı, habelə sifarişçinin təqsiri üzündən müqavilənin şərtləri pozularaq işin yarımçıq qalması nəticəsində podratçı tərəfə əhəmiyyətli ziyan vurulmuşdur. Bundna əlavə, podratçının vəsaiti hesabına xeyli material işlədilmişdir. MM-in 756-cı maddəsinə müvafiq olaraq: “Əgər sifarişçi yerinə yetirilmiş işi qəbul etməzsə, podratçı yerinə yetirilməmiş işin haqqını və zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Sifarişçi işin yerinə yetirilməsi üçün zəruri hərəkətləri icra etmədiyi halda da zərərin əvəzini ödəməyə borcludur. Zərərin əvəzinin ödənilməsi miqdarı bir tərəfədən gecikdirmənin müddətindən və muzdun miqdarından asılı olaraq, digər tərəfdən isə, əgər sifarişçi müddəti pozmasaydı, podratçının öz iş qüvvəsindən başqa şəkildə istifadə etməsi nəticəsində ala biləcəyindən asılı olaraq müəyyənləşdirilir”. İşin bu hallarının işə əlavə edilmiş sübutlarla şübhəsiz və əyani şəkildə təsdiq edilməsinə baxmayaraq, məhkəmə işi araşdıra bilmədiyinə görə qətnamədə işin materialına zidd nəticəyə gəlmişdir. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. о Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) xx.xx.2019-cui il tarixli iş № 2-2(103)- 14/2019 (hakimlər S.Seyidova - sədrlik edən və məruzəçi, V.Məmmədov və İ.Əhmədov) qətnaməsi ilə İddiaçı MMC tərəfindən verilən apelyasiya şikayətinin qismən təmin edilməsi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2- 2(81 )-179/18 saylı qətnaməsinin ləğv edilməsi, iddiaçının iddiasının qismən - 255710,72 manat məbləğində pulun ödənilməsi hissəsində təmin edilməsi, Cavabdeh MMC-dən xx xxxxx 2015-ci il tarixli, 15 AİS-035 nömrəli podrat müqaviləsi üzrə görülmüş işlərlə bağlı 145692,54 manat və 38 gün boşdayanma üzrə isə 110018,18 manat, cəmi 255710,72 manat tutularaq İddiaçı MMC-yə ödənilməsi, qalan hissədə iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2-2(102)-411/2019 saylı xx.xx.2019-cu il tarixli qərarı ilə Cavabdeh MMC-nin kassasiya şikayəti təmin edilmiş və Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ləğv edilərək yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilmişdir. Kollegiya iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətində qeyd edilmiş dəlillərə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Kollegiya iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək apellayasiya şikayətinin rədd edilməsini xahiş etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə yönəldiyi üçün apellyasiya instansiya məhkəməsi qətnaməni bütövlükdə yoxlayır. Məhkəmə kollegiyası işin materiallarını apellyasiya şikayətinin dəlilləri ilə birlikdə araşdıraraq hesab edir ki, İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismənpodrat müqaviləsi üzrə görülmüş işlərlə bağlı pulun tutulması hissəsində təmin edilməli, podrat işlərinin dayandırılması ilə əlaqədar boş dayanmaya görə və borc öhdəliyinin icrasının gecikdirilməsi ilə əlaqədar vurulmuş zərərin əvəzinin tutulması hissəsində təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. İşin faktiki hallarından görünür ki, iddiaçı (Podratçı) ilə cavabdeh (Sifarişçi) arasında bağlanmış 15-AİS-035 nömrəli, xx xxxxx 2015-ci il tarixli müqaviləyə əsasən Podratçı Sifarişçinin sifarişi əsasında Muğanlı-Yevlax yolunda 103+273 km-də yerləşən körpü altının tam tikilərək təhvil verilməsini və bununla bağlı bütün yardımçı işlərin yerinə yetirilməsini, Sifarişçi isə bu xidməti qəbul edib dəyərini bu müqavilənin şərtlərinə uyğun şəkildə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.6-cı bəndinə əsasən bu müqavilə üzrə ödənişlər hər ay tərtib olunmuş faktiki yerinə yetirilmiş işləri təsdiq edən sənədlər və təsdiq olunmuş ödəniş sertifikatları çərçivəsində görülmüş işlərin Layihənin Sifarişçisi (“xxxx” ASC) və məsləhətçi mühəndis şirkəti tərəfindən qəbul edildikdən və həmin işlə bağlı ödəniş edildikdən sonra (baş podrat müqaviləsinə əsasən 56 gün ərzində yekunlaşır) Podratçı tərəfindən təsdiq olunan hesab-faktura əsasında 10 gün ərzində Podratçıya ödəniləcəkdir, həmin müqavilənin 2.7-ci bəndinə əsasən Sifarişçi ilə razılaşdırılmamış əlavə işlər çıxarsa həmin işlər və onları görmək üçün tələb olunan mal-materialın dəyəri (3.2.2, 3.2.3, 3.2.4-cü bəndlərində göstərilənlər istisna olmaqla) Podratçının öz vəsaiti hesabına ödəniləcəkdir, həmin müqavilənin 3.2.2-ci bəndinə əsasən Sifarişçi Podratçını bu müqavilə üzrə yerinə yetirdiyi işlər çərçivəsində smetada nəzərdə tutulmuş çeşiddə və miqdarda armatur ilə təmin edir, 3.2.3-cü bəndinə əsasən Sifarişçi Podratçını bu müqavilə üzrə yerinə yetirdiyi işlər çərçivəsində smetada nəzərdə tutulmuş çeşiddə və miqdarda iki tavr şəkilli dəmir beton tirlər ilə təmin edir, 3.2.4-cü bəndinə əsasən Sifarişçi dəmir beton tirlər üzrə polad trosların (gərginlik trosları) quraşdırılmasını öz hesabına həyata keçirir, müqavilənin 2.1-ci bəndinə əsasən müqavilənin ümumi dəyəri 2194119,74 manat müəyyən edilmişdir, müqavilənin 2.3-cü bəndinə əsasən bu müqavilə imzalandıqdan sonra 3 gün ərzində 370000,00 manat həcmində avans ödəniləcəkdir. Müqavilənin 5.2-ci bəndinə əsasən sifarişçi podratçını on gün əvvəlcədən yazılı surətdə xəbərdar etməklə müqaviləni birtərəfli qaydada xitam edə bilər. Bu halda sifarişçi müqavilə xitam olunmazdan əvvəl yerinə yetirilmiş və qəbul edilmiş işlərin dəyəri ödənilməlidir. Həmin müqavilənin 7.1-ci bəndinə əsasən tərəflər öz öhdəliklərini yerinə yetirmədikdə və ya lazımınca yerinə yetirmədikdə, habelə qarşı tərəfə vurduqları zərərə görə tam həcmdə məsuliyyət daşıyırlar. İşdə olan iddiaçının və cavabdehin nümayəndələrinin imza etdikləri xx.xx.2015-ci il, xx.xx.2015-ci il, xx.xx.2015-ci il, xx.xx.2015-ci il, xx.xx.2015-ci il, xx.xx.2015-ci il, xx.xx.2015-ci il,xx.xx.2015-ci il tarixli vurulan svayların pasportlarına əsasən iddiaçı tərəfindən Muğanlı-Yevlax yolunun bərpası (M4) (Km:0+000 Km:144+748,44) KM:103+273,000 BR6-KÖRPÜ layihəsi çəçivəsində svayların vurulması işləri görülmüşdür. İşdə olan “X2 bərpası” layihəsi Meneceri Mehmet İhsan Öksüzün təsdiq etdiyi və iddiaçının, iş icraçısı E.Salamovun və cavabdehin əməkdaşlarının (yəni anbardar Ə.Abdulla, inşaat mühəndisi Z.Qənbəov, texniki ofis mühəndisi M.Həsənov) imza etdikləri xx.xx.2015-ci il tarixli akta əsasən 76212 ton şpunt, xx.xx.2015-ci il tarixli akta əsasən 78168 ton şpunt, xx.xx.2015-ci il tarixli akta əsasən 25404 ton şpunt, xx.xx.2015-ci il tarixli akta əsasən 24354 ton şpunt cavabdeh tərəfindən iddiaçıya təhvil verilmişdir. İş materiallarında olan “X2 bərpası” layihəsi Meneceri Mehmet İhsan Öksüzün təsdiq etdiyi, iddiaçı tərəfindən Xanlar İsayevin və cavabdehin əməkdaşları Kaya Sulmaz və Zaur Qənbərov tərəfindən imzalanmış xx.xx.2015-ci il tarixli akta əsasən iddiaçı M4 Muğanlı-Yevlax Avtomobil yolunun Bərpası layihəsi çərçivəsində 6 saylı körpünün tikintisi üçün 2015-ci ilin avqust-sentyabr ayları ərzində 114 kv metr mövcud beton konstruksiyaların sökülməsi, 2345 kub metr kənar dayaqlarda qazma işləri, 2250 kub metr tırtıllı kran üçün meydançanın hazırlanması, 400 kub metr çayda suyun istiqamətinin dəyişdirilməsi üçün qazma, əks dolğu və kipləşdirmə işlərini, 130 ədəd şpuntun vurulması, 1-ci dayaqda 5 ədəd 143,25 m diametri 820 mm olan svay borularının vurulması, 5 ədəd 71 kub metr svayların betonlanması, 12 m uzunluqda svay armo karkasın hazırlanması işlərini görmüş, svaylarda armaturun miqdarı 13,86 ton olmuşdur. İddiaçı hazırda həmin müqavilənin şərtlərinə istinad edərək cavabdehdən podrat müqaviləsi üzrə icra edilmiş işlərə görə 145.692,54 manat, müqavilənin şərtlərinin pozularaq podrat işlərinin dayandırılması ilə əlaqədar boş dayanmaya görə vurulmuş zərərin əvəzi kimi 260.231,24 manat məbləğinin, borc öhdəliyinin icrasının 24 ay gecikdirilməsi ilə əlaqədar illik 5%-lə 40592,38 manat faizlərin tutulmasını tələb etmişdir Bakı Apellyasiya Məhkəməsində işə baxılarkən məhkəmə mühasibatlıq və məhkəmə-tikinti ekspertizaları təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 21321 saylı, xx.xx.2018-ci il tarixli ekspert rəyinə görə, tərəflər arasında bağlanılmış xx.xx.2015-ci il tarixli subpodrat müqaviləsi üzrə xx.xx.2015ci il tarixli aktla iddiaçı tərəfindən görülmüş və cavabdeh tərəfindən qəbul edilmiş işlərin orta bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri təqribən 320771,54 manat ( üç yüz iyirmi min yeddi yüz yetmiş bir manat, əlli dörd qəpik), 21145 saylı, xx.xx.2019-cu il tarixli ekspert rəyinə görə isə, tərəflər arasında bağlanılmış xx.xx.2015-ci il tarixli 15-AİS-035 nömrəli podrat müqaviləsi üzrə görülmüş işlər üzrə ödənilməli olan vəsaitin 202771,54 manat, 38 gün boşdayanma üzrə xərclərin isə 110,018,18 manat təşkil etdiyi müəyyən edilmişdir. İş materiallarında olan İddiaçı MMC-nin bank hesabından çıxarış məlumatlarından görünür ki, xx xxx 2012-ci il tarixində Cavabdeh MMC tərəfindən 118000 manat (ƏDV daxil) ödəniş aparılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, iş materiallarında olan yuxarıda sadalanan sənədlərlə bərabər tərəflərin səlahiyyətli nümayəndələri tərəfindən imzalanmış xx.xx.2015ci il tarixli akta əsasən yerinə yetirilmiş işlərə görə cavabdehin iddiaçıya ödəməli olduğu borc məbləği iddia tələbində göstərilən məbləğdən çox olsa də, Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinin tələblərinə əsas tutaraq iddiaçı tərəfindən hesablanmış və icra edilmiş işlərə görə 145.692,54 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddia tələbinin müqavilənin şərtlərinin pozularaq podrat işlərinin dayandırılması ilə əlaqədar boş dayanmaya görə və borc öhdəliyinin icrasının gecikdirilməsi ilə əlaqədar vurulmuş zərərin əvəzinin tutulması hissəsinə gəldikdə isə məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən bunu təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmiş və məhkəmə araşdırması zamanı belə bir hal müəyyən edilməmişdir. Odur ki, iddia tələbi bu hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qərarının əsas göstərişlərindən biri kimi iş materiallarında olan svayların pasportlarını və işlərin görülüb təhvil verilməsi haqqında xx xxxxxxx 2015-ci il tarixli aktı imzalanmış şəxslərin həmin sənədlərin imzalanmasına səlahiyyətlərinin olub-olmamasının yoxlanılması göstərilmişdir. İş materiallarında olan xx xxxxxxx 2015-ci il tarixli aktdan görünür ki, akta imza edən şəxslər Cavabdeh MMC-nin Geodeziya qrup rəhbəri Kaya Sulmaz, Cavabdeh MMCnin X10 Zaur Qənbər və İddiaçı MMC-nin nümayəndəsi Xanlar İsayev aktın doğruluğunu öz imzaları ilə təsdiq etmiş, M4 X2 Bərpası Layihəsinin meneceri M.İ.Öksüz həmin aktı təsdiq etmiş və akta “xxxx” MMC-nin ştampı vurulmuşdur. Bundan əlavə birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Öksüz Mehmet İhsan Özdemirin və X5 ifadələrindən görünür ki, onlar öz ifadələrində Öksüz Mehmet İhsan Özdemirin 2015-ci ilin dekabr ayına qədər Cavabdeh MMC-də Muğanlı- Yevlax layihəsinin meneceri vəzifəsində, Kaya Sulmazın Cavabdeh MMC-də işlədiklərini təsdiq etmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin məcəllənin 386-cı maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır . Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 427.5-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti hər hansı şərtin baş verməsindən asılıdırsa, öhdəlik həmin şərtin baş verdiyi gündən icra edilməlidir. Həmin Məcəllənin 430.1-ci maddəsinə əsasən əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Həmin məcəllənin 752-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 753.1-ci maddəsinə əsasən, sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Həmin Məcəllənin 769-cu maddəsinə görə, əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. Həmin Məcəllənin 770-ci maddəsinə əsasən, əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməlidirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 385.1.2-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 388-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən-podrat müqaviləsi üzrə görülmüş işlərlə bağlı pulun- 145.692,54 manatın tutulması hissəsində təmin edilməli, podrat işlərinin dayandırılması ilə əlaqədar boş dayanmaya görə 260.231,24 manat və borc öhdəliyinin icrasının gecikdirilməsi ilə əlaqədar 40.592,38 manat vurulmuş zərərin əvəzinin tutulması hissəsində təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə iddia tələbi qismən təmin edilməlidir. Apellyasiya instansiya məhkəməsi həmçinin hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə tikinti texniki və əmtəəşünaslıq texniki ekspertizaların tədqiqatının dəyəri 245 (iki yüz qırx beş) manat Cavabdeh MMC-dən alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin AZ. MEM, VÖEN ********** AZ41NABZ******************** Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 hesabına keçirilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 385, 388, 384.0.2, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçının nümayəndəsinin apellyasiya şikayəti qismən təmin edilsin. Hazırkı iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-179/2018 saylı, xx xxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı tələbi qismən təmin edilsin. Cavabdeh MMC-dən xx.xx.2015-ci il tarixli, 15-AİS-035 nömrəli podrat müqaviləsi üzrə görülmüş işlərlə bağlı 145.692,54 manat ( yüz qırx beş min altı yüz doxsan iki manat, əlli dörd qəpik ) tutularaq İddiaçı MMC-yə ödənilsin. Qalan hissədə iddia tələbi təmin edilməsin. Apellyasiya şikayəti qalan hissədə təmin edilməsin. Ekspertiza xərci – 245 (iki yüz qırx beş) manat Cavabdeh MMC-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN ********** Dövlət Xəzinədarlığı agentliyi, KOD 210005 VÖEN ********** m/h AZ 41 NABZ******************** S.W.İ.F.T. BİK CTREAZ 22. hesabına köçürülsün. Qətnamədən, təqdim edildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin kommersiya kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-2(103)-27/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-27/2020
15.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver