Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-278/2023 28.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı Safaie Amirin cavabdeh "xxxx" ASC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X2 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-6107/2022 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ
1. “X1” MMC (podratçı) ilə Safaie Amir (subpodratçı) arasında 25 noyabr 2020-ci il tarixli AGCX 114/2020 saylı podrat müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən subpodratçı, podratçının tələblərinə əsasən və smetada razılaşdırılmış həcmlər və qiymətlər üzrə Xocasən qəsəbəsi ərazisində zəruri sosial-texniki strukturlu olan 810 ailə üçün yeni yaşayış məhəlləsində 9 mərtəbəli 13 nömrəli binanın tikintisi: bina daxili tavan və divarlara astar və üzlük şpaklyovkanın çəkilməsi, poduqaların quraşdırılması və s. işləri (müqavilənin ayrılmaz tərkib hissəsi sayılan Əlavə 1-də göstərilən işləri) yerinə yetirməyi, işi başa çatdırmağı və podratçıya tam hazır vəziyyətdə təhvil verməyi, subpodratçı isə subpodratçının gördüyü işin müqabilində bu Müqavilədə razılaşdırılmış haqqı ödəməyi öhdəsinə götürmüşdür.
2. "xxxx" ASC (birinci tərəf), X1” MMC (ikinci tərəf) və Safaie Amir (üçüncü tərəf) arasında həmin subpodrat müqaviləsinə xx.xx.2021-ci il tarixli 1 saylı Əlavə Razılaşma bağlanmışdır. Razılaşmaya əsasən tərəflər razılaşırlar ki, “X1” MMCnin borc öhdəlikləri "xxxx" ASC-yə ötürülür. Eyni zamanda tərəflər qəbul edirlər ki, müqavilə üzrə “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinin “Subpodratçı” - Safaie Amira bu razılaşmanın imzalanma tarixinə 54000 manat (ƏDV xaric) məbləğində borcu mövcuddur. Tərəflər razılaşırlar ki, müqavilə üzrə bu razılaşmanın 2-ci bəndindəki borc məbləği (ƏDV xaric olmaqla cəmi 54000 manat) "xxxx" ASC tərəfindən Safaie Amirin bank hesabına köçürmə yolu ilə həyata keçiriləcək. Qeyd edilən ödəniş həyata keçirildikdən sonra X4 üzrə hər hansı tələb hüququndan imtina etmiş olur.
Birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı Safaie Amir cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 54.000 manat məbləğində borcun, 2700 manat məbləğində faiz borcunun və mediasiya xidmətinin göstərilməsinə görə ödənilmiş 400 manat məbləğində haqqın, ümumilkdə 57.100 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı fərdi sahibkar Safaie Amirə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı bildirir ki, o, subpodrat müqaviləsi üzrə 13 saylı binada bina daxili tavan və divarların astar və üzlüklərin çəkilməsi və digər işləri yerinə yetirmiş və təhvil vermişdir. Keçən müddət ərzində cavabdehlə aparılan danışıqlar nəticə verməmiş, iddiaçının nə pretenziya ərizəsinə, nə də mediasiya təklifinə cavab verilməmişdir. Hesab edir ki, cavabdeh podrat müqaviləsi ilə üzərinə düşən öhdəlikləri lazımı qaydada və vaxtında icra etmədiyindən, o, müqavilə şərtlərini əhəmiyyətli dərəcədə pozmuşdur. Ona görə də, gecikdirilmiş vaxt üçün 1 il müddətinə illik beş faizlə hesablanmış 2700 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq, iddiaçıya ödənilməlidir.
5. Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsində iştirak etməmişdir.
6. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-6107/2022 saylı qətnaməsi ilə iddia təmin edilmişdir.
7. Cavabdeh "xxxx" ASC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 25 noyabr 2020-ci il tarixli subpodrat müqaviləsinin 3.2.1-ci bəndinə əsasən, görülmüş işlərə dair forma 2 aktları tərtib edilir və hər iki tərəfin möhürü və imzası ilə təsdiq edilir. Lakin iş materiallarında qeyd edilən aktlar aşkar edilməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz etdi.
11. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.
TƏTBİQ EDİLƏN HÜQUQ
12. Mülki Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
13. Həmin Məcəllənin 445.7-ci maddəsinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.
14. Həmin Məcəllənin 522.1-ci və 522.2-ci maddəsinə görə kreditor ilə müqaviləyə əsasən öhdəlik üçüncü şəxsə verilə bilər; bunun nəticəsində o, əvvəlki borclunu əvəz edir. Əgər borclu ilə öhdəliyin üçüncü şəxsə veriləcəyi barədə razılaşma əldə edilərsə, bu yalnız kreditorun icazəsi ilə etibarlı olur.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
15. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
16. Məhkəmə kollegiyası hesab edir ki, iddia əsaslıdır.
17. Belə ki, iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 752.1-ci maddəsi təşkil edir.
18. Hazırki işdə də həmin maddənin dispozisiya şərtləri mövcuddur.
19. Belə ki, işin hallarından göründüyü kimi 02 avqust 2021-ci il tarixdə "xxxx" ASC, “X1” MMC və Safaie Amir arasında AGCX 114/2020 saylı Müqaviləyə 1 saylı Əlavə Razılaşma bağlanmışdır. Həmin razılaşmaya əsasən tərəflər “X1” MMC-nin Safaie Amirə müqavilə üzrə 54.000 manat məbləğində borcu olmasını təsdiq etmiş və həmin borc öhdəliyinin cavabdeh "xxxx" ASC-yə verilməsi barədə razılığa gəlmişlər.
20. Göründüyü kimi Mülki Məcəllənin 522.1-ci və 522.2-ci maddələrinin tələblərinə uyğun olaraq “X1” MMC-nin iddiaçı Safaie Amirə 25 noyabr 2020-ci il tarixli AGCX 114/2020 saylı podrat müqaviləsi üzrə 54.000 manat məbləğində borc öhdəliyi cavabdeh "xxxx" ASC-yə verilmişdir.
21. Ona gərə də, cavabdehin həmin müqavilədən irəli gələn öhdəlikləri yaranmış və iddiaçı Mülki Məcəllənin 752.1-ci maddəsinə əsasən cavabdehdən həmin borcun ödənilməsini tələb etməkdə haqlıdır.
22. Həmçinin illik 5 faizlə hesablanmış faiz borcunun tutulması barədə tələblər də əsaslıdır.
23. Belə ki, həmin tələblərin qanuni əsasını Mülki Məcəllənin 445.7-ci maddəsi təşkil edir.
24. Həmin maddənin tələblərini və podrat müqaviləsinə xx.xx.2021-ci il tarixli 1 saylı Əlavə Razılaşmanın tərtib edildiyi tarixə iddiaçı qarşısında 54000 manat məbləğində ödənilməsi vaxtı çatmış pul öhdəliyinin olmasını və iddiaçının məhkəməyə müraciət etdiyi tarixi nəzərə alaraq kollegiya hesab edir ki, iddiaçı 1 il müddətinə pul öhdəliyinin gecikdirilməsinə görə hesablanmış 2700 manat məbləğində faizlərin ödənilməsini də tələb etməkdə haqlıdır (54.000 x 5% = 2700).
25. Apellyasiya şikayətinin dəlillərinə dair qeyd olunur ki, “X1” MMC ilə Safaie Amir arasında bağlanmış 25 noyabr 2020-ci il tarixli AGCX 114/2020 saylı podrat müqaviləsi üzrə görülmüş işlərə görə iddiaçıya ödənilməli olan müzdun məbləğinin məhz 54000 manat təşkil etməsi "xxxx" ASC, “X1” MMC və Safaie Amir arasında bağlanmış podrat müqaviləsinə xx.xx.2021-ci il tarixli 1 saylı Əlavə Razılaşma ilə müəyyən edilmişdir. Ona görə də, görülmüş işlərə dair forma 2 aktlarının olmamasına dair cavabdehin dəlilləri əsaslı hesab oluna bilməz.
26. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. 32 Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
Cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-6107/2022 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov
Hakimlər: Vüsalə Baxışova
Aida Hüseyn