Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-279/2025 21.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı MMC-nin cavabdeh "xxxx" ASC-yə qarşı “borc” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X1 Əliyevanın sədrliyi və məruzəsi ilə, Zamin Vəliyəddin oğlu İbrahimovdan və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-2(113)-4920/2024 saylı qətnaməsindən cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları:
1. "xxxx" ASC (Sifarişçi) ilə İddiaçı MMC (İcraçı) arasında bağlanmış 01 mart 2022ci il tarixli AP 22/0322 nömrəli subpodrat müqaviləsinə əsasən subpodratçı, mühəndisin tələblərinə əsasən və smetada razılaşdırılmış həcmlər və qiymətlər üzrə sifarişçinin təsdiq etdiyi və/və ya təqdim etdiyi layihəyə uyğun bu müqavilənin ayrılmaz tərkib hissəsi sayılan əlavə(lər)də göstərilən işləri yerinə yetirməyi, başa çatdırmağı və sifarişçiyə tam hazır vəziyyətdə təhvil verməyi, sifarişçi isə subpodratçının gördüyü işin müqabilində bu müqavilədə razılaşdırılmış haqqı ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin: -2.1-ci bəndinə əsasən işlərin başlanılmasından əvvəl təqdim edilməli və sifarişçi tərəfindən təsdiq edilməli olan iş proqramına uyğun şəkildə işlər subpodratçı tərəfindən icra ediləcək, başa çatdırılacaq və sifarişçiyə təhvil veriləcəkdir. -2.2-ci bəndinə əsasən əgər bu müqavilə üzrə İşlərin həcmi obyektiv qaydada artarsa (Subpodratçının səhvləri, nöqsanları, ehtiyatsızlığı və/və ya məsuliyyətsizliyi nəticəsində artması istisna olaraq). Tərəflərin qarşılıqlı razılığı ilə müqavilənin qiyməti artırıla bilər. -3.1-ci bəndinə əsasən xidmətlərin dəyəri ƏDV daxil olmaqla 5908500,43 manat təşkil edir. Müqavilə üzrə ödəmələr faktiki görülmüş işlərin aktların (Forma 2, Forma 3) əsasında bank köçürmə yolu ilə həyata keçirilir. -5.1-ci bəndinə əsasən müqavilə imzalandıqdan sonra Subpodratçı 1 gün ərzində texnika, mal-material və iş qüvvəsinin mobilizasiyasını həyata keçirərək işlərin yerində icrasına başlamalıdır. -6.1-ci bəndinə əsaəsn işlərin təhvil verilməsi hər iki tərəfdən ən azı iki nəfər səlahiyyətli şəxsin imzası ilə və tərəflərin möhürləri ilə təsdiq edilən Təhvil-təslim aktına əsasən həyata keçirilir. Təhvil-təslim aktında mühəndisin imzası da olmalıdır. - 14.1-ci bəndinə əsasən subpodratçı qarşısıalınmaz qüvvənin (fors-major) təsiri istisna olmaqla Müqavilədə göstərilən işləri müəyyən olunmuş qaydada və müddət ərzində yerinə yetirmədikdə (gecikdirdikdə), Sifarişçi diğər hüquqlara ziyan vurmadan bu bənddə nəzərdə tutulmuş cərimə sanksiyalarını (dəbbə pulu) tətbiq edə bilər. Dəbbə pulunun məbləğinin yuxarı həddi müqavilənin qiymətinin 20%-dən çox olmamalıdır. Cərimələrin məbləği müəyyənləşdirilmiş maksimum həddə çatdıqdan sonra sifarişçi müqaviləni ləğv edə bilər.
2. 01 mart 2022-ci il tarixli AP 22/0322 nömrəli subpodrat müqaviləsi üzrə 01 aprel 2022-ci il tarixli 1 nömrəli subpodratçının görülmüş işlərə dair qəbul aktına əsasən xx.xx.2022-xx.xx.2022-ci il dövrü üzrə İddiaçı MMC tərəfindən 575.261,75 manat dəyərində işlər görülmüşdür. Hər iki tərəf aktı imza və möhürü ilə təsdiq etmişdir.
3. Salyan və Sabirabad rayonlarında yerləşən qış otlaqlarında suvarma və drenaj obyektlərinin tikintisi işlərinin qəbulu Aktına əsasən 2022-ci ilin mart ayında yerinə yetirilmiş işlərin dəyəri ƏDV daxil 575.261,75 manat məbləğində müəyyən edilmişdir.
4. EBBT seriyalı, 911670 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən ƏDV daxil 575.261,75 manat məbləğində görülmüş işlərin dəyəri İddiaçı MMC tərəfindən "xxxx" ASC-yə ödənilməsi üçün təqdim edilmişdir.
5. 01 mart 2022-ci il tarixli AP 22/0322 nömrəli subpodrat müqaviləsi üzrə 05 may 2022-ci il tarixli 2 nömrəli subpodratçının görülmüş işlərə dair qəbul aktına əsasən xx.xx.2022-xx.xx.2022-ci il dövrü üzrə İddiaçı MMC tərəfindən ƏDV daxil 591.319,33 manat dəyərində işlər görülmüşdür. Hər iki tərəf aktı imza və möhürü ilə təsdiq etmişdir.
6. Salyan və Sabirabad rayonlarında yerləşən qış otlaqlarında suvarma və drenaj obyektlərinin tikintisi işlərinin qəbulu Aktına əsasən 2022-ci ilin aprel ayında yerinə yetirilmiş işlərin dəyəri ƏDV daxil 591.319,33 manat məbləğində müəyyən edilmişdir.
7. EBBW seriyalı, 085550 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən ƏDV daxil 591.319,33 manat məbləğində görülmüş işlərin dəyəri İddiaçı MMC tərəfindən "xxxx" ASC-yə ödənilməsi üçün təqdim edilmişdir.
8. 01 mart 2022-ci il tarixli AP 22/0322 nömrəli subpodrat müqaviləsi üzrə 01 iyun 2022-ci il tarixli 3 nömrəli subpodratçının görülmüş işlərə dair qəbul aktına əsasən xx.xx.2022-xx.xx.2022-ci il dövrü üzrə İddiaçı MMC tərəfindən ƏDV daxil 386.447,42 manat dəyərində işlər görülmüşdür. Hər iki tərəf aktı imza və möhürü ilə təsdiq etmişdir.
9. Salyan və Sabirabad rayonlarında yerləşən qış otlaqlarında suvarma və drenaj obyektlərinin tikintisi işlərinin qəbulu Aktına əsasən 2022-ci ilin aprel ayında yerinə yetirilmiş işlərin dəyəri ƏDV daxil 386.447,42 manat məbləğində müəyyən edilmişdir.
10. EBBX seriyalı, 423259 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən ƏDV daxil 386.447,42 manat məbləğində görülmüş işlərin dəyəri İddiaçı MMC tərəfindən "xxxx" ASC-yə ödənilməsi üçün təqdim edilmişdir.
11. 01 mart 2022-ci il tarixli AP 22/0322 nömrəli subpodrat müqaviləsi üzrə 01 iyul 2022-ci il tarixli 4 nömrəli subpodratçının görülmüş işlərə dair qəbul aktına əsasən xx.xx.2022-xx.xx.2022-ci il dövrü üzrə İddiaçı MMC tərəfindən 588771,27 manat dəyərində işlər görülmüşdür. Hər iki tərəf aktı imza və möhürü ilə təsdiq etmişdir.
12. Salyan və Sabirabad rayonlarında yerləşən qış otlaqlarında suvarma və drenaj obyektlərinin tikintisi işlərinin qəbulu Aktına əsasən 2022-ci ilin iyun ayında yerinə yetirilmiş işlərin dəyəri ƏDV daxil 588771,26 manat məbləğində müəyyən edilmişdir.
13. EBBZ seriyalı, 111168 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən ƏDV daxil 588771,27 manat məbləğində görülmüş işlərin dəyəri İddiaçı MMC tərəfindən "xxxx" ASC-yə ödənilməsi üçün təqdim edilmişdir.
14. 01 iyul 2024-cü il tarixli 306 saylı maliyyə arayışına əsasən 01 mart 2022-ci il tarixli, № AP 22/0322 saylı müqavilə əsasında "xxxx" ASC-nin sifarişi əsasında “Salyan və Sabirabad rayonlarında yerləşən qış otlaqlarında meliorativ tədbirlərin aparılması” layihəsi üzrə İddiaçı MMC (VÖEN **********) ilə Sub-podrat müqaviləsi və onun №1 saylı Əlavəsi üzrə işlər görülmüş və təhvil təslim-aktları (dörd ədəd) hazırlanmış və elektron vergi qaimələrinin 2-si tam ödənmiş və 2-si isə qismən ödənilərək borc qalmışdır, cəmi ƏDV daxil 2141799,77 manat dəyərində iş görülmüş və bunun müqabilində ƏDV daxil 1647031,13 manat dəyərində pul ödənilmiş və ƏDV daxil 494768,64 manat ödənilməmiş vəsait qalmışdır.
15. xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən İddiaçı MMC-yə 18009 manat pul vəsaiti (ƏDV) ödənilmişdir.
16. xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən İddiaçı MMC-yə 126015,13 manat pul vəsaiti (ƏDV) ödənilmişdir.
17. xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən İddiaçı MMC-yə 18018 manat pul vəsaiti (ƏDV) ödənilmişdir.
18. xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən İddiaçı MMC-yə 4568,27 manat pul vəsaiti(ƏDV) ödənilmişdir.
19. xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən İddiaçı MMC-yə 36063 manat pul vəsaiti(ƏDV) ödənilmişdir.
20. xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən İddiaçı MMC-yə 63000 manat pul vəsaiti (ƏDV) ödənilmişdir.
21. xx.xx.2022-ci il tarixli 120İNTL221680024 saylı kredit haqqında bildiriş sənədindən görünür ki, "xxxx" ASC tərəfindən EBBT 911670 saylı elektron qaimə üzrə 426.416,74 manat olmaqla cəmi 500000 manat məbləğində vəsait İddiaçı MMC-yə ödənilmişdir.
22. xx.xx.2022-ci il tarixli 120İNTL221680517 saylı kredit haqqında bildiriş sənədindən görünür ki, "xxxx" ASC tərəfindən EBBT – 911670 saylı elektron qaimə üztə 911670 manat olmaqla100065,97 manat məbləğində vəsait İddiaçı MMC-yə ödənilmişdir.
23. xx.xx.2022-ci il tarixli 120İNTL221680544 saylı kredit haqqında bildiriş sənədindən görünür ki, "xxxx" ASC tərəfindən EBBW-085550 saylı elektron qaimə üzrə 17200 manat olmaqla cəmi 100090,26 manat məbləğində vəsait İddiaçı MMC-yə ödənilmişdir.
24. xx.xx.2022-ci il tarixli 120İNTL221680539 saylı kredit haqqında bildiriş sənədindən görünür ki, "xxxx" ASC tərəfindən EBBW-085550 saylı elektron qaimə üzrə 100150 manat məbləğində vəsait İddiaçı MMC-yə ödənilmişdir.
25. xx.xx.2022-ci il tarixli 120İNTL221680533 saylı kredit haqqında bildiriş sənədindən görünür ki, "xxxx" ASC tərəfindən EBBW-085550 saylı elektron qaimə üzrə 100200 manat məbləğində vəsait İddiaçı MMC-yə ödənilmişdir.
26. xx.xx.2022-ci il tarixli 120İNTL221680531 saylı kredit haqqında bildiriş sənədindən görünür ki, "xxxx" ASC tərəfindən EBBW-085550 saylı elektron qaimə üzrə 100050 manat məbləğində vəsait İddiaçı MMC-yə ödənilmişdir.
27. xx.xx.2022-ci il tarixli 120İNTL221680517 saylı kredit haqqında bildiriş sənədindən görünür ki, "xxxx" ASC tərəfindən EBBW-085550 saylı elektron qaimə üzrə 6500 manat və EBBX 423259 saylı elektron qaimə üzrə 42729,69 manat olmaqla cəmi 49229,69 manat məbləğində vəsait İddiaçı MMC-yə ödənilmişdir.
28. xx.xx.2022-ci il tarixli 120İNTL221680030 saylı kredit haqqında bildiriş sənədindən görünür ki, EBBW-085550 saylı elektron qaimə üzrə "xxxx" ASC tərəfindən 100100 manat məbləğində vəsait İddiaçı MMC-yə ödənilmişdir.
29. xx.xx.2022-ci il tarixli 120İNTL221680028 saylı kredit haqqında bildiriş sənədindən görünür ki, "xxxx" ASC tərəfindən EBBW-085550 saylı elektron qaimə üzrə 76.918,08 manat olmaqla cəmi 100018,08 manat məbləğində vəsait İddiaçı MMC-yə ödənilmişdir.
30. xx.xx.2022-ci il tarixli 1201NTL222030502 saylı kredit haqqında bildiriş sənədindən görünür ki, "xxxx" ASC tərəfindən EBBZ-111168 saylı elektron qaimə üzrə 350000 manat məbləğində vəsait İddiaçı MMC-yə ödənilmişdir.
31. 772925395 saylı xx.xx.2024-cü il tarixli ödəniş tapşırığına əsasən İddiaçı MMC tərəfindən Kredo Vəkil bürosuna 320 manat ödəniş edilmişdir.
32. 01 iyul 2024-cü il tarixli ********** saylı mədaxil İddiaçı MMC tərəfindən dövlət büdcəsinə 50 manat dövlət rüsumu ödənilmişdir.
33. 12 iyun 2024-cü il tarixli ********** saylı mədaxil İddiaçı MMC tərəfindən dövlət büdcəsinə 735 manat dövlət rüsumu ödənilmişdir
Birinci instansiya məhkəməsindəki icraat:
34. İddiaçı MMC iddia ərizəsi, daha sonra isə iddia tələbinin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, tərəflər arasında xx.xx.2022-ci il tarixli AP 22/0322 saylı subpodrat müqaviləsinə əsasən cavabdeh tərəfindən iddiaçıya verilməli olan 494.768 məbləğində borcun, vəkilə hüquqi xidmətə görə ödənilmiş 320 manat məbləğində pul vəsaitinin iddia ərizəsinin verilməsi üçün ödənilmiş 785 manat dövlət rüsumunun cavabdehdən tulularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
35. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh "xxxx" ASC ilə İddiaçı MMC arasında xx.xx.2022-ci il tarixli AP 22/0322 saylı Subpodrat müqaviləsi bağlanmışdır. Həmin müqavilə əsasında İddiaçı MMC tərəfindən müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavələrdə göstərilən işləri yerinə yetirməyi, başa çatdırmağı və sifarişçiyə tam hazır vəziyyətdə təhvil verməyi, Sifarişçi isə subpodratçının gördüyü işin müqabilində bu müqavilədə razılaşdırılmış haqqı odəməyi öhdəsinə götürmüşdür. Buna baxmayaraq cavabdeh tərəfindən müqavilə əsasında görülmüş işlərə görə İddiaçı MMC-yə ümumilikdə 494.768 manat məbləğində borc yaranmışdır. Bununla bağlı hər iki təşkilatın səlahiyyətli şəxsləri tərəfindən dəfələrlə görüşlər keçirilmiş və həmin borcun ödəniləcəyi barədə vəd verilsə də bu günə qədər borc ödənilməmişdir. Cavabdeh, qanunvericilikdə göstərildiyi kimi, öz öhdəsinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş, müqavilənin və mövcud qanunvericiliyin tələblərini aşkar və kobud şəkildə pozmuşdur. Cavabdehin müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri icra etməməsi müvafiq hüquqi məsuliyyətə səbəb olmaqla yanaşı, həmçinin müqavilə üzrə ödənilməmiş və ödənilməli 15000 manat məbləğində pulun geri qaytarılması ilə bərabər öhdəliyin icra edilməməsi ilə bağlı cavabdehin ona vurduğu digər zərəri ödəmək vəzifəsini də əmələ gətirmişdir. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin, 324.1, 324.2, 331.1, 442, 443.1, 445.1, 445.7, 446.1, 448.1, 448.2, 739.1, 739.2-ci maddələrinə istinad olunmuşdur.
36. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-2(113)-4920/2024 saylı qətnaməsi ilə iddia təmin edilmiş, cavabdeh "xxxx" ASC-dən 494768 məbləğində borc, vəkilin xidmətlərindən istifadəyə görə çəkilmiş xərc qismində 320 manatın və ödənilmiş 785 manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı MMC-yə ödənilməsi qət edilmişdir.
37. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında podrat müqaviləsi üzrə münasibətlər mövcud olmuşdur. Belə ki, iddiaçı müqavilədə nəzərdə tutulmuş xidmətləri göstərsə də, cavabdeh tərəfindən nəzərdə tutulmuş xidmət haqqı iddiaçıya ödənilməmişdir. Bununla da cavabdeh müqavilə ilə üzərinə götürmüş öhdəlikləri yerinə yetirməmiş, qarşı tərəfin gördüyü işi qəbul etsə də, şərtləşdirilmiş xidmət haqqını ödəməmişdir. Bu fakt e-qaimələrlə də öz təsdiqini tapır, çünki mübahisə yaranan dövr və ondan əvvəlki müddət ərzində tərəflərin qarşılıqlı münasibətlərində bu cür işgüzar adət, praktika və öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu formalaşmışdır ki, əvvəllərdə iddiaçı tərəfindən görülən işlərlə bağlı verilmiş e-qaimələr əsasında cavabdeh tərəfindən müxtəlif ödənişlər edilmişdir. Həmçinin təhvil-qəbul aktları ilə də cavabdehin iddiaçıya 494768 manat borcunun olması təsdiq olunur. Cavabdeh iddiya qarşı heç bir etiraz etməmişdir. Buna görə də iddiaçının icra etdiyi işin müqabilində cavabdehdən xidmət haqqının ödənilməsini tələb etmək hüququ vardır. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin müqavilə öhdəliklərini icra etmədiyini, təhvil alınan xidmətlərə görə 494768 manat məbləğində pul vəsaitini ödəmədiyini, iddiaçının göstərilən xidmətin dəyərinin ödənilməsini tələb etmək hüququnun olduğunu, tərəflər arasındakı işgüzar adəti, təhvil aktını nəzərə alaraq hesab edir ki, iddia tələbi əsaslıdır, buna görə də 494768 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa məhkəmə vəkil üçün tələb edilən xidmət haqqının ağlabatan olduğunu və iddianın təmin olunduğunu nəzərə alaraq hesab edir ki, 320 manat xidmət haqqı və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 785 manat məbləğində dövlət rüsmunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
38. Cavabdeh "xxxx" ASC həmin qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-2(113)-4920/2024 saylı qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri:
39. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qarşı tərəf məhkəməyə iddiasının əsası kimi, 01 mart 2022-ci il tarixli subpodrat müqaviləsini təqdim etmişdir. Həmin müqaviləyə əsasən, görüləcək işlər və ödəniş qaydaları müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavələrdə razılaşdırılmış qiymətə əsasən müvafiq məbləği ödəyir. İddiaçı tərəf görülmüş işlərlə bağlı məhkəmə forma 2 aktlarını təqdim etmişdir. Təqdim edilmiş forma 2 aktları ilə faktiki görülmüş işlər arasında böyük fərqlər var. Belə ki, forma 2 aktlarında görülmüş işlər faktiki olaraq görülməmişdir və qiymətlər şişirdilmişdir. Qeyd etmək istəyir ki, görülmüş işlər formal, yəni kağız üzərində aparılmış faktiki olaraq həmin işlər iddiaçı tərəfindən tam görülməmişdir. Qərarda göstərilir ki, “məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarının qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Lakin məhkəmə bu normanın tələbinə də əməl etməmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
40. Cavabdeh "xxxx" ASC tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları:
41. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etirazı edərək şikayətin rədd edilməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
42. Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-in 376.2-ci maddəsinə əsasən şikayətə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq:
43. Mülki Məcəllənin: -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. -753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur.
44. Mülki Prosessual Məcəllənin: -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
-119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1- 119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. -121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
Apellyasiya baxışının hədləri:
45. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
46. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
47. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia təmin edildiyindən və həmin qətnamə cavabdeh tərəfindən bütövlükdə mübahisələndirildiyindən qətnamənin əsaslığı tam yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
48. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
49. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC (icraçı) ilə cavabdeh "xxxx" ASC (sifarişçi) arasında 01 mart 2022-ci il tarixli AP 22/0322 nömrəli subpodrat müqaviləsi bağlanmışdır. Həmin müqavilə üzrə ümumilikdə ƏDV daxil 2.141.799,77 manat dəyərində işlərin görülməsinə dair “İşlərin qəbulu barədə aktlar” (forma 2) tərtib edilməklə cavabdeh tərəfindən imzalanmış, həmin aktlara müvafiq olaraq iddiaçı tərəfindən cavabdehə görülmüş işlərə dair 4 ədəd elektron qaimə-faktura göndərilmişdir. Həmin elektron qaimə-fakturalar üzrə cavabdeh tərəfindən iddiaçıya ƏDV daxil 1647031,13 manat məbləğində pul ödənilmişdir . Hazırda iddiaçı müqavilə üzrə görülmüş işlərə görə ƏDV daxil 494768,64 manat məbləğində borcun ödənilməmiş qaldığını əsas göstərərək həmin borcun cavabdehdən tutulmasını tələb edir.
50. İddianın qanuni əsasını Mülki Məcəllənin 752.1 və 753.1-ci maddələri təşkil edir.
51. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, cavabdeh apellyasiya şikayətində subpodrat müqaviləsi üzrə görülmüş işlərin həcmini və dəyərini mübahisələndirmişdir.
52. Həmin dəlillərlə bağlı qeyd edilməlidir ki, cavabdeh mübahisəli müqavilə üzrə ƏDV daxil 2.141.799,77 manat dəyərində iş görülməsinə dair işlərin qəbul aktlarını imzası və möhürü ilə təsdiq etməklə, bundan əlavə sözügedən işlərin görülməsinə görə iddiaçı tərəfindən cavabdehə göndərilmiş 2 elektron qaiməni - EBBW seriyalı, 085550 nömrəli, xx.xx.2022-ci il tarixli; EBBT seriyalı, 911670 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaimələri tam şəkildə ödəməklə, digər 2 elektron qaimənin hər biri üzrə qismən ödənişlər etməklə görülmüş işlərin qəbul aktlarında və elektron qaimələrdə müəyyən edilmiş həcmi və dəyəri ilə razılaşmışdır.
53. Digər tərəfdən cavabdeh apellyasiya şikayətində forma 2-lərdə əks olunmuş işlərin tam görülmədiyini, forma-2-lərin formal qaydada tərtib edildiyini bildirsə də, mübahisəli subpodrat müqaviləsi üzrə hansı həcmdə işlərin faktiki icra etdiyini dəqiq göstərməmiş, işlər görülmədiyi halda forma 2-ləri təsdiq etməsinin və ödəniş edilməsinin səbəblərini izah etməmişdir. Bundan əlavə cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməməklə və gəlməməsinin səbəbləri barədə məlumat verməməklə apellyasiya şikayətində irəli sürdüyü dəlillərin məhkəmə iclasında dəqiqləşdirilərək (işlərin hansı hissəsinin icra edildiyi, hansı hissədə isə icra edilmədiyi aydınlaşdırılaraq) araşdırılmasında gözlənilən ağlabatan marağı da nümayiş etdirməmişdir.
54. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı öz davranışı ilə şübhəsiz və mübahisəsiz qəbul etdiyi işləri (işləri dəyəri və həcmini) məhkəmə prosesi gedişində mübahisələndirilməsi mülki dövriyyə vicdanlı iştirakçısından gözlənilən davranış olmamaqla Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş vicdanlılıq, eləcə də estoppel prinsipinin tələblərinə cavabdeh vermir.
55. Belə ki, anqlo-sakson (ümumi) hüquqdan qaynaqlanan estoppel “ədalət məhkəmələri” tərəfindən tərəflərin təqdim etdikləri sübutların araşdırılması zamanı istifadə olunaraq presedent hüququnun prinsipi kimi formalaşmışdır. Bu prinsip tərəflərə öz hərəkətləri və ya davranışı ilə şübhəsiz və mübahisəsiz qəbul etmiş olduğu hallara sonradan istinad etməsini istisna edir. Estoppel prinsipi şəxsin digər tərəfin hüquqi şəraitə vicdanlı şəkildə güvənindən sui-istifadə edərək, onun mənafeyinə xələl gətirən üstünlük və fayda əldə etməsinin qarşısının alınması məqsədini daşıyır (M.Şükürovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 iyul 2022-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 26 aprel 2023-cü il tarixli qərar).
56. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini formal mülahizə kimi qiymətləndirərək hesab edir ki, həmin dəlillər qətnamənin ləğv edilməsi və dəyişdirilməsi üçün əsas vermir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
57. Eyni zamanda iddia tələblərinin tam təmin edildiyini nəzərə alaraq kollegiya məhkəmə xərclərinin, o cümlədən vəkilə çəkilmiş xərclərin cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində də qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
58. İşə apellyasiya qaydasında baxılması üçün çəkilmiş məhkəmə xərclərinə gəldikdə kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. 32 Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-4920/2024 saylı saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti üçün ödənilmiş rüsum cavabdehin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Leyla Əliyeva
Hakimlər: Zamin İbrahimov
Ziya Şirinov