Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-29/2025 27.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə (açar sözlər: podrat müqaviləsi üzrə pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), X3 və X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi Bayramlı Möhtəbər Arif qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 19 iyul 2022-ci il tarixli, e-2-2(113)-1844/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Tərəflər arasında bağlanmış 2018-ci il 10 oktyabr tarixli İNT/P/034/18 nömrəli podrat müqaviləsinə əsasən, podratçı (İddiaçı) sifarişçinin (Cavabdeh MMC) tapşırığı ilə hazırkı müqavilənin 1.2-ci bəndində (1 saylı Əlavədə) göstərilmiş işlərin icrasını, sifarişçi isə həmin işin nəticəsini qəbul etməyi və ödəməyi öhdəsinə götürmüşdür. Podratçı Bakı şəhəri, Şirin Mirzəyev küçəsində tikilən “Komfort” yaşayış kompleksində müqavilənin 1 saylı əlavəsində göstərilən suvaq, hamarlanma və digər işlərin icrasını öhdəsinə götürür (1.2-ci bənd); bu müqavilə ilə nəzərdə tutulmuş işlər tərəflər arasında razılaşdırılacaq müvafiq mərhələlərlə yerinə yetirilməlidir (2.1-ci bənd); sifarişçi hər 30 təqvim günlük dövr üzrə görülmüş işlərin dəyərini tərəflərin müvafiq aralıq aktları (forma 2) təsdiq olunduqdan sonra 10 bank günü ərzində podratçıya aşağıda göstərilən çıxılacaq məbləğlər nəzərə alınmaqla ödəyir: Yerinə yetirilmiş işlərin keyfiyyət zəmanəti kimi sifarişçi tərəfindən podratçıya hər aralıq təhvil-təslim aktları əsasında ödəniləcək məbləğdən 5% tutulacaqdır və müqavilənin 3.3-cü bəndində göstərilən hallar istisna olmaqla, toplanmış məbləğlər yekun təhvil-təslim aktı imzalanma tarixindən etibarən 12 ay keçdikdən sonra 10 bank günü müddətində podratçıya ödəniləcəkdir (3.2-ci bənd və 3.2.1-ci yarımbənd).
2. Tərəflər arasında bağlanmış 2019-cu il 24 iyun tarixli KY-413/2019 nömrəli müqaviləyə görə, Cavabdeh MMC ümumi sahəsi 86,02 kv.m olan 333 nömrəli mənzilin əsaslı tikintisini lazımi qaydada apararaq mənzilin gələcəkdə mülkiyyətçisi ola biləcək İddiaçı əsaslı tikilmiş formada, lazımi qaydada və hazırkı müqavilədə göstərilmiş müddətdə təhvil verməyi,sonuncu isə mənzilin tərəflər arasında razılaşdırılmış məbləğini Cavabdeh MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 1.3.1-ci bəndinə görə, tərəflər arasında bağlanmış 2018-ci il 10 oktyabr tarixli İNT/P/034/18 nömrəli podrat müqaviləsi üzrə İddiaçı tərəfindən yerinə yetirilən və təhvil-təslim aktı əsasında təhvil verilən işlərin dəyəri bu Müqavilə üzrə sonuncuya təqdim ediləcək mənzilin dəyərinə yönləndiriləcəkdir. İşlərin dəyəri bu müqavilə üzrə təqdim edilən mənzilin dəyərinin tam ödənilməsinə kifayət etmədiyi halda, İddiaçı əksik məbləği Cavabdeh MMC-yə mənzil təhvil-təslim aktı əsasında ona təqdim edilənə kimi tam ödəyir.
3. 2019-cu il 6 may tarixli 008 nömrəli, 2019-cu il 15 iyul tarixli 025 nömrəli, 2019-cu il 4 sentyabr tarixli 062 nömrəli, 2019-cu il 9 sentyabr tarixli 066 nömrəli icra aktlarından görünür ki, İddiaçı tərəfindən aktlar üzrə müvafiq olaraq 66627,18 manat, 2727,81 manat, 2726,64 manat, 2726,64 manat, ümumilikdə 74808,27 manat dəyərində işlər görülmüşdür.
4. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş 2019-cu il 6 may tarixli 008 nömrəli 67040,18 və 66627,18 manat dəyərində olan iki aktdan dəyəri 67040,18 manat təşkil edən aktın üzərinə əl ilə iri hərflərlə “ləğv edisin” sözləri yazılmışdır.
5. Cavabdeh MMC-nin 2019-cu il 24 iyun tarixli 413/01 nömrəli maliyyə arayışına görə, Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev və M.Şərifli küçələrinin kəsişməsində inşa edilən "Komfort" yaşayış kompleksinin İİİ blok 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 86,02 kv.m təşkil edən 333 nömrəli mənzilə görə tərəflər arasında bağlanmış 2018-ci il 10 oktyabr tarixli İNT/P/034/18 nömrəli podrat müqaviləsi üzrə İddiaçı tərəfindən yerinə yetirilən və təhvil-təslim aktı əsasında təhvil verilən işlərin dəyərindən 6.214,85 manat mənzilin dəyərinə yönləndirilib silinmiş və cavabdehə 88407,15 manat borcu qalmışdır.
6. Cavabdeh MMC-nin 2020-ci il 10 aprel tarixli 413/02 nömrəli maliyyə arayışına əsasən, Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev və M.Şərifli küçələrinin kəsişməsində inşa edilən "Komfort" yaşayış kompleksinin İİİ blok 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 86,02 kv.m təşkil edən 333 nömrəli mənzilə görə tərəflər arasında bağlanmış 2018ci il 10 oktyabr tarixli İNT/P/034/18 nömrəli Podrat müqaviləsi üzrə İddiaçı tərəfindən yerinə yetirilən və təhvil-təslim aktı əsasında təhvil verilən işlərin dəyərindən 8892 manat mənzilin dəyərinə yönləndirilib silinmiş və Cavabdeh MMC-yə 79515,15 manat borcu qalmışdır.
7. İddiaçı tərəfindən imzalanan 2019-cu il 28 mart tarixli 04956 nömrəli və 2019-cu il 7 may tarixli 04288 nömrəli kassa məxaric orderlərinə görə, Cavabdeh MMC tərəfindən İddiaçı “Komfort” yaşayış kompleksi mənzillərinin təmirinə görə müvafiq olaraq 2804,66 manat və 60412,34 manat, ümumilikdə 63217 manat məbləğdə ödəniş edilmişdir.
8. 2020-ci il 29 aprel tarixli 04983 nömrəli kassa məxaric orderinə əsasən, Cavabdeh MMC tərəfindən İddiaçı 214, 250, 252, 256 nömrəli mənzillərin təmirinə dair 2020-ci il 16 mart tarixli 180 nömrəli akta əsasən 8892,7 manat məbləğdə ödəniş edilmişdir.
Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehdən 71960 manat pulun və 400 manat mediasiya xərcinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 2018-ci il 10 oktyabr tarixli 034/18 saylı podrat müqaviləsinə əsasən iddiaçı tərəfindən podratçı kimi görüləcək işlərin əvəzində cavabdeh tərəfindən iddiaçıya Bakı şəhəri, Şirin Mirzəyev küçəsində tikilən “Komfort” yaşayış kompleksinin İİİ blok, 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 86,02 kv.m təşkil edən 333 saylı mənzil ayrılmışdır. Görüləcək işlər həmin mənzilin dəyərindən çıxılmalı idi. Lakin ilkin olaraq mənzilə görə iddiaçı tərəfindən 15000 manat ödənilmişdir. İddiaçı tərəfindən 2018-ci il 10 oktyabr tarixindən 2020-ci il 26 dekabr tarixinədək ümumilikdə 56960 manat dəyərində iş görülmüşdür. 2019-cu il 24 iyul tarixinədək görülmüş işlərin dəyəri olan 6214 manat pul vəsaiti iddiaçıya verilmiş 2019-cu il 24 iyun tarixli maliyyə arayışına görə ayrılmış mənzilin dəyərindən çıxılmışdır. Daha sonra 27346 manat dəyərində işlər görülmüşdür. Bundan başqa, “Komfort” yaşayış kompleksində 23400 manatlıq iş görülmüş, həmin işlərin dəyəri isə nağd qaydada ödənilməli idi. Lakin cavabdeh öz öhdəliyini pozmuş, iddiaçı ilə mübahisə yaratmış, əsassız olaraq görülmüş işlərin keyfiyyətsiz olduğunu iddia etmişdir. Görülmüş işlər keyfiyyətli olmuş, işlər görüldükdən sonra cavabdeh həmin işləri qəbul etmişdir. İşlər keyfiyyətsiz olsaydı, cavabdeh həmin işləri qəbul etməzdi. Cavabdeh qəsdən iddiaçı ilə mübahisə yaratmış, əsassız iddialar irəli sürmüş, mənzilin iddiaçıya verilməsindən imtina etmiş, iddiaçıya ayrılmış mənzili başqa şəxsə satmış, iddiaçı tərəfindən görülmüş işlərin dəyərini isə ödəməmişdir. Cavabdehin sifarişi əsasında iddiaçı tərəfindən 2018-ci il 10 oktyabr tarixindən 2020-ci il 26 dekabr tarixinədək “Komfort” yaşayış kompleksində görülmüş işlərin dəyəri 56960 manat təşkil edir. Həmçinin görüləcək işlərin əvəzində veriləcək mənzilə görə iddiaçı cavabdehə 15000 manat da ödəmişdir. Ümumilikdə, cavabdehin görülmüş işlərə görə iddiaçıya 71960 manat borcu yaranmışdır.
11. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 24 iyun 2019-cu il tarixli 413/2019 nömrəli müqavilənin ləğv edilməsini, iddiaçıdan 71960 manat pulun və 400 manat mediasiya xərcinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Bakı Kommersiya Məhkəməsinin 12 aprel 2022-ci il tarixli e-2-2(113)-1844/2022 nömrəli qərardadı ilə qarşılıqlı iddia ərizəsi geri qaytarılmışdır.
13. Bakı Kommersiya Məhkəməsinin 19 iyul 2022-ci il tarixli, e-2-2(113)-1844/2022 saylı qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehdən 71960 manat pulun və 400 manat mediasiya xərcinin tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir.
14. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında 10 oktyabr 2018-ci il tarixli İNT/P/034/18 saylı podrat müqaviləsi bağlanmış, iddiaçı tərəfindən işlər görülərək cavabdehə təhvil verilmiş, cavabdeh tərəfindən isə işlər təhvil alınmışdır.
15. Tərəflər iddiaçı tərəfindən işlərin görülərək təhvil verilməsini və cavabdeh tərəfindən işlərin təhvil alınmasını, eyni zamanda görülmüş işlərə görə muzdun məbləğini və iddiaçıya ödənilmiş 15000 manatı mübahisələndirmir. Tərəflərin arasındakı mübahisə yalnız görülmüş işlərə görə muzdun ödənilib-ödənilməməsi barədədir. Cavabdeh muzdun artıqlaması ilə ödənildiyini, iddiaçı isə muzdun ödənilmədiyini bildirir. Ona görə də, mübahisənin düzgün həll edilməsi üçün görülmüş işlərə görə muzdun ödənilibödənilməməsinin müəyyən edilməsi üçün tərəflərin məhkəməyə təqdim etdikləri sübutlar araşdırılmalıdır.
16. MPM-nin 77.1-ci maddəsinin tələbi baxımından muzdun ödənilibödənilməməsini sübutetmə vəzifəsi cavabdeh tərəfindən icra edilməli olan öhdəliklə bağlı olduğundan, həmin öhdəliyin icra edilməsinin sübutetmə vəzifəsi cavabdehin üzərinə düşür. Məhkəmə tədqiqatı zamanı müəyyən olunmuş hallardan görünür ki, tərəflər muzdun ödənilməsini cavabdeh tərəfindən iddiaçıya satılması nəzərdə tutulmuş mənzilin dəyərinə yönəldilməklə, yəni görülmüş işlərin dəyəri əvəzində mənzilin verilməsi kimi razılaşdırmışlar. Lakin iş materiallarından, eyni zamanda tərəflərin izahatlarından göründüyü kimi, həmin mənzil muzdun əvəzi kimi iddiaçıya təqdim edilməmiş və bu hal işin mübahisələndirilməyən halıdır.
17. Cavabdeh muzdun iddiaçıya ödənilməsinə dair məhkəməyə 28 mart 2019-cu il tarixli 04956 saylı, 7 may 2019-cu il tarixli 04288 saylı və 29 aprel 2020-ci il tarixli 04983 saylı kassa məxaric orderləri təqdim etmiş və həmin orderlərə görə cavabdeh tərəfindən iddiaçıya 2804,66 manat, 60412,34 manat və 8892,7 manat, ümumilikdə 72109,7 manat məbləğində ödəniş edilmişdir. Lakin orderlər cavabdeh tərəfindən təsdiq edilməmişdir.
18. Eyni zamanda, orderlərin tarixlərini nəzərə aldıqda, orderlər işin hallarına uyğun gəlmədiyindən mötəbər hesab oluna bilməz. Belə ki, iddiaçı tərəfindən görülmüş işlərin dəyəri 24 iyun 2019-cu il və 10 aprel 2020-ci il tarixlərdə mənzilin dəyərinə yönəldilmiş və mənzilin dəyərindən silinmişdir (24 iyun 2019-cu il tarixli və 10 aprel 2020-ci il tarixli maliyyə arayışları).
19. Bundan başqa, orderlər üzrə cavabdeh tərəfindən 28 mart 2019-cu il tarixdə 2804,66 manat, 7 may 2019-cu il tarixdə isə 60412,34 manat, ümumilikdə 63217 manat iddiaçıya pul ödənildiyi (iddiaçının göstərdiyi görülmüş işlərin dəyərindən, yəni 56960 manatdan artıq) halda, tərəflər arasında görülən işlərə görə muzdun mənzilə yönəldilməsinə dair 24 iyun 2019-cu il tarixli KY-413/2019 saylı müqavilə bağlanmışdır. Cavabdehin nümayəndəsi göstərilən hallara münasibət bildirə bilməmiş, bu halları təkzib edən faktları sübut edə bilməmişdir.
20. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlmişdir ki, tərəflər arasında bağlanmış podrat müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliyə görə iddiaçı öhdəliyi yerinə yetirərək işləri görmüş, bunun nəticəsində iddiaçının cavabdehdən müqavilə üzrə müəyyənləşdirilmiş öhdəliyi tələb etmək hüququ yaranmış, cavabdeh isə müqavilə üzrə öhdəlikləri yerinə yetirməmişdir. Buna görə də 10 oktyabr 2018-ci il tarixli, İNT/P/034/18 saylı podrat müqaviləsinə əsasən ödənilməmiş 71960 manat borc məhkəmə tədqiqatı zamanı təsdiq olunduğundan və cavabdeh tərəfindən bu borcu təkzib edən mötəbər sübut məhkəməyə təqdim edilmədiyindən məhkəmə hesab etmişdir ki, iddia təmin edilməlidir.
21. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-“MM”) 385.1, 386.1, 442, 752.1, 755-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-“MPM”) 14.2, 76.1, 76.2, 77.1, 80, 217-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsində birinci icraat
22. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 14 noyabr tarixli 2-2(103)-932/2022 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbi təmin edilməmiş, iddia ərizəsinin verilməsinə və mediasiyaya görə xərclər iddiaçıya aid edilmişdir
23. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilmir, iş üzrə mövcud olan faktlar qətnamədə qeyri-mötəbər sübutlarla təsdiq edilmişdir ki, bu da qətnamənin ləğv olunması üçün əsasdır.
24. Hazırkı iddia ilə 71690 manat cəmi məbləğ iki əsasla tələb olunur: həmin məbləğin 56960 manat hissəsi 10 oktyabr 2018-ci il tarixli, İNT/P/034/18 nömrəli podrat müqaviləsinə, 15000 manat hissəsi isə 24 iyun 2019-cu il tarixli KY-413/2019 nömrəli mənzilin alqı-satqı müqaviləsinə əsaslanır. İddianın 56.960 manat məbləğdə pul tələbi ilə bağlı hissəsinin faktiki əsası kimi iddiaçı iddia ərizəsində iki dəfə təkrarlayaraq qeyd edir ki, “İddiaçı tərəfindən 2018-ci il 10 oktyabr tarixdən 2020-ci il 26 dekabr tarixədək ümumilikdə 56960 manat dəyərində iş görülmüşdür.”, “Cavabdehin sifarişi əsasında iddiaçı tərəfindən 2018-ci il 10 oktyabr tarixindən 2020-ci il 26 dekabr tarixədək “Komfort” yaşayış kompleksində görülmüş işlərin dəyəri 56960 manat təşkil edir.” İddiaçı cavabdehə göndərdiyi 2021-ci il 24 noyabr tarixli pretenziyada da eyni cümlələrə yer vermiş, lakin pretenziyasında 2018-ci il 10 oktyabr tarixli müqavilədən əvvəl də 8000 manatlıq iş gördüyünü irəli sürmüş, bununla da cəmi 64690 manat pul tələb etmiş, başqa sözlə, onun məhkəmədən əvvəl cavabdeh ilə 2019-cu il 24 iyun tarixli mənzilin alqı-satqı müqaviləsinə istinad edən 15000 manat məbləğlə bağlı mübahisəsi olmamışdır.
25. İşdən o da müəyyən olunur ki, 10 oktyabr 2018-ci il tarixli podrat müqaviləsi üzrə iddiaçı tərəfindən yerinə yetirilən və təhvil-təslim aktı əsasında təhvil verilən işlərin dəyərindən 6214,85 və 8892 manat olmaqla, cəmi 15106,85 manat 24 iyun 2019-cu il tarixli mənzilin alqı-satqı müqaviləsinə əsasən mənzilin dəyərinə yönləndirilərək silinmişdir. Bundan çıxan nəticə ondan ibarətdir ki, həmin 15106,85 manat 10 oktyabr 2018-ci il tarixli podrat müqaviləsi üzrə təhvil verilən işlərin dəyəri olaraq iddiaçıya ödənilmiş, ödənilmə 24 iyun 2019-cu il tarixli müqaviləyə əsasən mənzil üzrə iddiaçının qalıq borcuna yönəldilmişdir.
26. 24 iyun 2019-cu il tarixli mənzilin alqı-satqı müqaviləsi qüvvədədir, tərəflər üçün məcburilik ifadə edir, iddiaçı müqavilənin qanuniliyini mübahisə etmir, 15000 manat məbləğdə pulun qaytarılmasını müqavilənin hər hansı şərtinin pozulması ilə yox, 10 oktyabr 2018-ci il tarixli podrat müqaviləsi üzrə ona ödənilməyən borc məbləği ilə əsaslandırır. Əksinə, cavabdeh birinci instansiya məhkəməsinə 24 iyun 2019-cu il tarixli mənzilin alqı-satqı müqaviləsinin ləğvi tələbini ehtiva edən qarşılıqlı iddia ərizəsi təqdim etsə də, 12 aprel 2022-ci il tarixli qərardadla qarşılıqlı iddia qaytarılmışdır. Göründüyü kimi, iddia 15000 manat pul tələbi hissədə həmin məbləğ iddiaçıya ödənildiyi üçün əsassızdır. Əgər iddiaçı hesab edirsə ki, 15000 manat 24 iyun 2019-cu il tarixli mənzilin alqı-satqı müqaviləsinə zidd olaraq 333 nömrəli mənzilin dəyərinə yönləndirilib silinmişdir, o halda o, adıçəkilən müqaviləni mübahisələndirmək yolu ilə hüquqlarının məhkəmə müdafiəsindən istifadə edə bilərdi. Güman olunsa ki, 15000 manat pul tələbi hissədə iddianın faktiki əsasını 24 iyun 2019-cu il tarixli mənzilin alqı-satqı müqaviləsi yox, 10 oktyabr 2018-ci il tarixli podrat müqaviləsi təşkil edir, o halda iddia eyni hissədə həmin məbləğin iddiaçıya ödənildiyi sübuta yetirildiyi üçün əsassız olacaq.
27. İddia 56960 manatın ödənilməsi tələbi hissədə də əsaslı deyil. Belə ki, iddiaçının bildirdiyi kimi o, 10 oktyabr 2018-ci il tarixindən 26 dekabr 2020-ci il tarixinədək ümumilikdə 56960 manat dəyərdə iş görmüşdür, bunun qarşlığında isə ona 28 mart 2019cu il və 7 may 2019-cu il tarixli kassa məxaric orderləri ilə cəmi 63217 manat ödənilmişdir. İddiaçı həmin 63217 manatın əvvəllər görülmüş başqa işlərin dəyəri olaraq ödənildiyini bildirərək, apellyasiya instansiyası məhkəməsinə 7 may 2019-cu il tarixli 378/02 nömrəli maliyyə arayışını və 12 noyabr 2018-ci il tarixli aktı təqdim etmiş, həmin yeni sübutların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandıra və sübuta edə bilmədiyi üçün, qeyd olunan sübutlar apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilməmişdir, həmin hüquqi fakta münasibətdə apellyasiya instansiyası məhkəməsinin qəti mövqeyi bundan ibarətdir.
28. Fərz olunsa ki, sözügedən iki sübut apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilə bilərdi, o halda həmin sübutlar da iddianın əsaslılığını təsdiq etməyəcəkdi. Belə ki, qeyd edildiyi kimi, iddia ərizəsində tələbin faktiki əsası kimi iki hüquqi fakta istinad olunur: 10 oktyabr 2018-ci il tarixli podrat müqaviləsi və 24 iyun 2019-cu il tarixli 333 nömrəli mənzilin alqı-satqı müqaviləsi. İddia ərizəsindən o da məlum olur ki, “10 oktyabr 2018-ci il tarixli 034/18 saylı podrat müqaviləsinə ... əsasən ... görüləcək işlərin əvəzində cavabdeh tərəfindən iddiaçıya ... 333 saylı mənzil ayrılmışdır. Görüləcək işlər həmin mənzilin dəyərindən çıxılmalı idi. Lakin ilkin olaraq mənzilə görə iddiaçı tərəfindən 15000 manat ödənilmişdir. ... Daha sonra 27346 manat dəyərində işlər görülmüşdür. Bundan başqa, “Komfort” yaşayış kompleksində 23400 manatlıq iş görülmüş, həmin işlərin dəyəri isə nağd qaydada ödənilməli idi.” Göründüyü kimi, iddia ərizəsində 10 oktyabr 2018-ci il tarixli podrat müqaviləsi ilə yalnız 333 nömrəli mənzilin alqı-satqı müqaviləsi əlaqələndirilmiş, habelə iddianın yalnız 15000 manat hissəsi mənzillə bağlı olmuşdur, qalan 50746 manat isə nağd qaydada ödənilməli idi, yəni hər hansı mənzilin dəyərinə yönəldilməmişdir.
29. 24 iyun 2019-cu il tarixli 333 nömrəli mənzilin alqı-satqı müqaviləsində də yalnız 10 oktyabr 2018-ci il tarixli podrat müqaviləsinə istinad olunmuşdur. Lakin 7 may 2019-cu il tarixli maliyyə arayışında ödənişin 368 nömrəli mənzillə bağlı həyata keçirildiyi göstərilmişdir ki, həmin mənzilə dair fakta iddia ərizəsində istinad edilməmiş və fakt birinci instansiya məhkəməsində də araşdırma predmeti olmamışdır.
30. Bundan əlavə, iddiaçı, əgər 7 may 2019-cu il tarixli maliyyə arayışı mövcud idisə, 7 may 2019-cu il tarixli kassa məxaric orderini imzalayaraq, 60412,34 manat məbləğdə pulu qəbul etməsini də izah və əsaslandıra bilməmişdir. Hər iki, yəni həm 7 may 2019-cu il tarixli maliyyə arayışının, həm də 7 may 2019-cu il tarixli kassa məxaric orderinin ortaq cəhətləri bundan ibarətdir ki, həmin məbləğdə pullar iddiaçıya ödənilmişdir, birində mənzilin borcundan azaldılmaqla, digərində nağd qaydada. Bu mənada, birinci instansiya məhkəməsinin mötəbərliyi hətta iddiaçı tərəfindən mübahisə edilməyən adıçəkilən kassa məxaric orderlərinə münasibətdə “Lakin orderlər cavabdeh tərəfindən təsdiq edilməmişdir.” məzmunda mövqeyi qanunsuz və əsassız olmuşdur.
31. 12 noyabr 2018-ci il tarixli aktdan isə aydın olur ki, tərəflər arasında 6 yanvar 2018-ci il tarixli 331/18 nömrəli, 6 yanvar 2018-ci il tarixli 332/18 nömrəli və 10 noyabr 2018-ci il tarixli 340/18 nömrəli podrat müqavilələri də bağlanmış, həmin müqavilələr üzrə borclar 3 ədəd ikiotaqlı mənzillə əvəzləşdirilmiş, bundan əlavə, cavabdeh 95327 manat nağd ödəniş etmiş, nəticədə 11819 manat artıq ödəniş olmuşdur.
32. 12 noyabr 2018-ci il tarixli aktdan irəli gələn nəticəyə görə, hazırkı iddianın əsası kimi çıxış edən 2018-ci il 10 oktyabr tarixli podrat müqaviləsindən sonra da tərəflər arasında 10 noyabr 2018-ci il tarixli podrat müqaviləsi bağlanmış və həmin müqavilə icra olunmuşdur ki, 10 noyabr 2018-ci il tarixli podrat müqaviləsi icra olunub, mübahisə yaratmadığı halda, ondan əvvəl bağlanmış 10 oktyabr 2018-ci il tarixli podrat müqaviləsi üzrə öhdəliyin cavabdeh tərəfindən yerinə yetirilməməsi ağlabatan və inandırıcı deyil.
33. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 386.1, 399.1, 442, 752.1, 753.1ci, MPM-in 14.2, 53, 77.1, 80, 106.1, 217-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair”, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” qərarlarına istinad etməklə əsaslandırmışdır.
Kassasiya instansiya məhkəməsindəki birinci icraat
34. İddiaçı tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilməsi və iddianın tam təmin olunması barədə qətnamə qəbul olunması xahiş edilmişdir.
35. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 19 aprel 2023-cü il tarixli 2-2(102)-188/2023 saylı qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin olunmuş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022ci il 14 noyabr tarixli 2-2(103)-932/2022 saylı qətnaməsi qismən - iddia tələbinin 56960 manatın ödənilməsi hissəsində ləğv edilmiş, iş həmin hissədə yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilmişdir.
36. Məhkəmə aktının ləğv edilən hissəsində kassaiya instansiyası məşkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, 10 oktyabr 2018-ci il tarixli podrat müqaviləsi üzrə iddiaçı tərəfindən yerinə yetirilən və Təhvil-təslim aktı əsasında təhvil verilən işlərə görə cavabdeh tərəfdən 2019-cu il 28 mart və 7 may tarixlərində 63217 manat ödənildiyi və cavabdehin iddiaçıya borcunun qalmadığı halda, hansı səbəblərdən bundan cəmi 1 ay yarım müddət keçdikdən sonra sözügedən 24 iyun 2019-cu il tarixli alqı-satqı müqaviləsinin bağlanıldığı və 10 oktyabr 2018-ci il tarixli Podrat müqaviləsi üzrə iddiaçı tərəfindən təhvil verilən işlərin dəyərinin iddiaçıya təqdim ediləcək mənzilin dəyərinə yönləndirilməsinin razılaşdırıldığı anlaşılan deyildir.
37. Həmçinin nəzərə alınmalıdır ki, işin materiallarına əsasən, birinci instansiya məhkəməsinin 19 iyul 2022-ci il tarixli iclasında iştirak edən cavabdehin nümayəndəsinin verdiyi izahatdan məlum olur ki, iddiaçı işə başlamamışdan əvvəl adına mənzil keçirilməsini istəyirdi, cavabdeh də görüləcək işlərin müqabilində ona mənzil veriləcəyini və ya satılıb həmin mənzilin dəyərinin ödəniləcəyini bildirirdi, iş görüldükdən sonra mənzil istəmədiyini, mənzilin satılıb pulunun ödənməsini istədiyini bildirir və mənzil satılıb pulu qarşı tərəf ödənilir (i/v 111).
38. Göründüyü kimi, cavabdeh iddiaçının gördüyü işlərin haqqını nağd qaydada deyil, şərtləşdirilmiş mənzil satılaraq dəyərini iddiaçıya ödəməklə həyata keçirdiyini bildirmişdir.
39. O da qeyd olunmalıdır ki, elə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin özündən də məlum olur ki, iddiaçının istinad etdiyi 7 may 2019-cu il tarixli maliyyə arayışında ödənişin 368 nömrəli mənzillə bağlı həyata keçirildiyi göstərilmişdir. Halbuki 24 iyun 2019-cu il tarixli alqı-satqı müqaviləsi 368 nömrəli deyil, 333 nömrəli mənzillə əlaqədar bağlanmışdır.
40. Bu baxımdan, iddiaçıya cəmi 63217 manat vəsaitin ödənilməsini nəzərdə tutan 28 mart 2019-cu il və 7 may 2019-cu il tarixli kassa məxaric orderlərinə hüquqi qiymət verərkən sözügedən xüsusatların da nəzərə alınması vacibdir. Belə ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən işin həmin halları arasında əlaqəli təhlilin aparılması görünmür.
41. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iddia tələbinin 56960 manat məbləğində olan hissəsi ilə bağlı nəticəyə gələrkən MPM-in sübutların qiymətləndirilməsinə dair 88-ci maddəsinin tələblərini pozmuşdur.
42. Bununla belə, məhkəmə, apellyasiya instansiyası məhkəməsinin iddia tələbinin 15000 manat məbləğində olan hissəsi ilə bağlı mövqeyini MPM-in 217.1-ci maddəsinə uyğun olaraq qanuni və əsaslı hesab etmişdir.
43. Həmin mövqe ondan ibarət olmuşdur ki, 24 iyun 2019-cu il tarixli mənzilin alqısatqı müqaviləsi qüvvədədir, tərəflər üçün məcburilik ifadə edir, iddiaçı müqavilənin qanuniliyini mübahisə etmir, 15.000 manat məbləğdə pulun qaytarılmasını müqavilənin hər hansı şərtinin pozulması ilə yox, 10 oktyabr 2018-ci il tarixli podrat müqaviləsi üzrə ona ödənilməyən borc məbləği ilə əsaslandırır. İddia 15000 manat pul tələbi hissədə həmin məbləğ iddiaçıya ödənildiyi üçün əsassızdır. Əgər iddiaçı hesab edirsə ki, 15000 manat mənzilin alqı-satqı müqaviləsinə zidd olaraq 333 nömrəli mənzilin dəyərinə yönləndirilib silinmişdir, o halda o, adıçəkilən müqaviləni mübahisələndirmək yolu ilə hüquqlarının məhkəmə müdafiəsindən istifadə edə bilərdi. Güman olunsa ki, 15000 manat pul tələbi hissədə iddianın faktiki əsasını mənzilin alqı-satqı müqaviləsi yox, podrat müqaviləsi təşkil edir, o halda iddia eyni hissədə həmin məbləğin iddiaçıya ödənildiyi sübuta yetirildiyi üçün əsassız olacaq.
44. Kassasiya məhkəməsi gəldiyi nəticəni MM-in 385.1, 386.1, 399.1, 442, 752.1, 753.1-ci, MPM-in 14.2, 76, 77.1, 88, 217.1, 416-cı maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
45. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 12 iyul 2023-cü il tarixli, 2-2(103)-549/2023 saylı qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi qismən- 56960 manat pul tələbinin təmin olunması hissəsində ləğv edilmiş, iddia həmin hissədə qismən təmin olunaraq, cavabdehdən 1097 manat pul tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir.
46. Apellyasiya instansiyası məhkəməsi Ali Məhkəmənin qərarında şərh olunan göstərişlərlə bağlı qeyd etmişdir ki, iddiaçıya cəmi 63217 manat vəsaitin ödənilməsini nəzərdə tutan 28 mart 2019-cu il və 7 may 2019-cu il tarixli kassa məxaric orderlərinin hazırkı iş üzrə iddia tələbinə hər hansı aidiyyəti yoxdur. Həmin məbləğ əvvəl görülmüş işlərin dəyəri olub və bu məbləğ tərəflər arasında 368 saylı mənzilə dair bağlanmış müqavilə üzrə mənzilin dəyərinin ödənilməsinə yönəldilib və silinib. Bununla bağlı tərəflər arasında hər hansı mübahisə yoxdur. Belə ki, iddiaçı da həmin məbləğin onun tərəfindən alındığını (mənzilin dəyərindən silinməklə) təsdiq etmişdir. Eləcə də, bu hal cavabdehin verdiyi 2019-cu il 7 may tarixli maliyyə arayışı ilə təsdiq olunur (i.v.187, 207).
47. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında hüquq münasibətləri onlar arasında bağlanmış 10 oktyabr 2018-ci il tarixli podrat müqaviləsi və onun təminatı qismində 333 saylı mənzilə görə bağlanmış 24 iyun 2019-cu il tarixli müqavilə əsasında yaranmışdır. 10 oktyabr 2018-ci il tarixli müqaviləyə əsasən iddiaçı tərəfindən yerinə yetirilən və təhvil təslim aktı əsasında təhvil verilən işlərin dəyərinin bu müqavilə üzrə iddiaçıya təqdim ediləcək mənzilin dəyərinə yönləndiriləcəkdir. İşlərin dəyəri bu müqavilə üzrə təqdim edilən mənzilin dəyərinin tam ödənilməsinə kifayət etmədiyi halda, iddiaçı əksik məbləği cavabdehə mənzil təhvil-təslim aktı əsasında ona təqdim edilənə kimi tam ödəyir.
48. Beləliklə, tərəflər 10 oktyabr 2018-ci il tarixli podrat müqaviləsi üzrə iddiaçı tərəfindən yerinə yetirilən və təhvil-təslim aktı əsasında təhvil verilən işlərin dəyərinin mənzilin dəyərinə yönləndirilməsini şərtləşdirmişlər.
49. Hazırda iddiaçı, cavabdeh tərəfindən inşa edilən binada gördüyü işlərin dəyərinin ödənilmədiyinə və ona mənzil verilmədiyinə istinad edərək görülmüş işlərə görə 56960 manat pul tələb edir. İddiaçı tələbin hüquqi əsası kimi MM-in 752.1, 762, 766-cı maddələrinə istinad etmiş və sübut qismində məhkəməyə sözügedən podrat müqaviləsini, ona əlavələri, icra aktlarını təqdim etmişdir.
50. Cavabdeh isə işlərin qüsurlu olduğunu, lazımi keyfiyyətdə yerinə yetirilmədiyini, qüsurların aradan qaldırılması üçün başqa podratçı ilə müqavilə bağladıqlarını, buna görə həmin podratçıya 55863,36 manat pul ödədiklərini, həmin pulun ödənilməsi üçün iddiaçıya pretenziya ünvanladıqlarını, yalnız bundan sonra iddiaçının hazırkı tələblə onları qabaqlayaraq məhkəməyə müraciət etdiyini bildirmişdir. Cavabdeh iddiaya etirazın əsası kimi digər podratçı "xxxx" MMC ilə bağlanmış xidmət müqaviləsini, işlərin görülməsinə dair aktları və kassa məxaric orderlərini təqdim etmişdir. Cavabdeh həmçinin, iddiaçı tərəfindən görülən işlərin qüsurlu olması barədə aktları və qüsurların aradan qaldırılmasına xərclənmiş 55863 manat pulun ödənilməsi barədə iddiaçıya göndərilmiş 9 fevral 2021-ci il tarixli pretenziya məktubunun surətini təqdim etmişdir.
51. Məhkəmə qeyd etmişdir ki, hazırkı mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən mübahisəli hal-işlərin iddiaçı tərəfindən qüsurlu icra edilib-edilməməsi, cavabdehin müqavilə öhdəliklərini pozaraq iddiaçıya görülmüş işlərin dəyərinin ödənilməməsinin müəyyən edilməsidir və bu hal iddia üzrə sübutetmənin predmetini təşkil edir.
52. Hazırkı işdə iddiaçının dəlillərinə etiraz olaraq cavabdeh tərəfindən iddiaçı tərəfindən görülmüş işlərin fotoşəkilləri təqdim edilmişdir. Fotoşəkillərdən də görünür ki, mənzildə işlər tam yekunlaşdırılmamış, xətlər açıq saxlanılmış, üzəri örtülməmiş, hamarlanmamışdır. 54. İddiaçı apellyasiya baxışı zamanı verdiyi izahatında 333 saylı mənzildə işləri 2020-ci ilin təxminən noyabr-dekabr aylarında yekunlaşdırdığını və təhvil verdiyini bildirmişdir. Lakin onun təqdim etdiyi təhvil-təslim aktlarının heç biri cavabdeh müəssisənin rəhbəri tərəfindən təsdiq olunmamışdır.
53. Cavabdeh MMC ilə "xxxx" MMC arasında bağlanmış 21 avqust 2020-ci il tarixli İNT/K/20 saylı xidmət müqaviləsindən görünür ki, cavabdeh sözügedən ünvanda inşa edilən “Komfort” yaşayış kompleksinə məxsus binaların icraçının öz təqdim etdiyi materiallar ilə təmir-təchiz etmə xidməti göstərilməsini öhdəsinə götürmüşdür.
54. 23 sentyabr 2020-ci il tarixli kassa məxaric orderindən görünür ki, Teymur Səmədova ("xxxx" MMC-nin direktoru) 35863 manat, 13 noyabr 2020-ci il tarixli kassa məxaric orderinə əsasən 10000 manat, 20 noyabr 2020-ci il tarixli kassa məxaric orderinə əsasən 10000 manat pul ödənilmişdir.
55. Cavabdeh qüsurların aradan qaldırılması üçün cəmi 55863 manat vəsait sərf etdiyini bildirərək MMC-yə vurulmuş zərərin əvəzi olaraq həmin pulu iddiaçıdan tələb etmiş və 9 fevral 2021-ci il tarixdə iddiaçıya pretenziya ünvanlamışdır. İddiaçı isə bundan 1 il 1 ay sonra 30 mart 2022-ci il tarixdə hazıkı iddia ilə məhkəməyə müraciət etmişdir.
56. İşin yeni apellyasiya baxışı zamanı müəyyən edilmişdir ki, iddiaçı sifarişi qüsurlu icra etmiş, qüsurların aradan qaldırılması üçün hər hansı tədbir görməmiş, bu səbəbdən cavabdeh qüsurların aradan qaldırılması üçün başqa podratçı ilə müqavilə bağlamış və həmin işlərin görülməsi üçün sonuncuya 55863 manat vəsait ödəmişdir.
57. Apellyasiya instaniyası məhkəməsi iddia tələbinin 56960 manat olduğunu, cavabdeh tərəfindən qüsurların aradan qaldırılmasına 55.863 manat vəsait sərf olunduğunu nəzərə alaraq belə qənaətə gəlmişdir ki, tələb olunan məbləğdən qüsurların aradan qaldırılması üçün çəkilmiş xərc məbləği çıxılmaqla cavabdehdən iddiaçının xeyrinə 1097 manat pul tutulmalıdır.
58. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 385.1, 386.1, 442, 752.1, 753.1ci, MPM-in 77.1, 420-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
Kassasiya instansiyası məhkəməsində ikinci icraat
59. İddiaçı tərəfindən verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilməsi və cavabdehdən iddiaçının xeyrinə 56960 manat pulun tutulmasına dair yeni qərar qəbul olunması xahiş edilmişdir.
60. Kassasiya şikayəti onunla əsaslandırmışdır ki; - MM-in 21.1-ci maddəsinin tələbi pozulmuşdur - apellyasiya məhkəməsi qətnaməsində cavabdeh tərəfindən qüsurların aradan qaldırılmasına 55863 manat vəsait sərf olunduğunu nəzərə alaraq tələb olunan 56960 manat vəsaitdən qüsurların aradan qaldırılması üçün çəkilmiş xərc məbləği çıxılmaqla cavabdehdən iddiaçının xeyrinə 1097 manat pulun tutulması qənaətinə gəlmişdir. Bununla da bir daha sübut olunur ki, iddiaçı tərəfindən cavabdeh üçün müqavilə üzrə nəzərdə tutulmuş işlər, o cümlədən mübahisəli 56960 manatlıq iş görülmüşdür. Lakin, məhkəmə qeyd etmişdir ki, görülən işlər qüsurlu olmuş, ona görə də 56960 manat deyil, 1097 manat pul vəsaiti tutulur. Görülən işlərin qüsurlu olması ilə bağlı kassator bildirir ki, iddiaçıya verilməli olan 56960 manat işçiliyin (xidmətin) dəyəridir, onun tərəfindən görülmüş işlər yüksək keyfiyyətlə həyata keçirilmişdir, iş prosesi zamanı və ondan sonra heç bir etiraz daxil olmamaşdır. Lakin iddiaçı bu işləri razılaşmaya görə öz malları, materialı ilə deyil, cavabdehin təqdim etdiyi materiallarla görmüşdür, ortada qüsurlu iş vardırsa, bu iddiaçının işi ilə bağlı deyil, cavabdehin iddiaçıya təqdim etdiyi materiallarla bağlı ola bilər. Qüsurların işin icrası ilə əlaqəli olması ilə bağlı cavabdeh tərəfindən sübut təqdim edilməmişdir, cavabdeh məhkəmə iclaslarında gah işə görə pulun ödənildiyini, gah da işin görülmədiyini iddia etmişdir. Məhkəmə daha az miqdarda pul məbləği tutmaqla qeyd olunan maddənin tələbini pozmuşdur. - MM-nin 767.2-ci maddəsinin tələbi pozulmuşdur - hazırkı iş üzrə sifarişçi cavabdehin materialları ilə işləyən podratçı iddiaçının həmin materiallardan yanlış istifadə etməsinə dair heç bir dəlil, sübut gətirilməyib, cavabdeh iddiaçının işinin keyfiyyətsiz olduğunu qeyd etsə də, bu keyfiyyətsizliyin nədən ibarət olmasını heç bir vaxt əsaslandıra bilməyib. Bu baxımdan işin qüsurlu olması nəticəsinə gəlinməsi və iddiaçının gördüyü işlərin dəyərinin tam tutulmaması nəticəsində məhkəmə qeyd olunan maddənin tələbini pozmuşdur. - MPM-nin 77.1-ci maddəsinin tələblərini pozmuşdur - 10 oktyabr 2018-ci il tarixli müqaviləyə əsasən iddiaçı tərəfindən yerinə yetirilən və təhvil-təslim aktı əsasında təhvil verilən işlərin dəyərinin bu müqavilə üzrə iddiaçıya təqdim ediləcək mənzilin dəyərinə yönləndirilməsi qeyd edilmişdir. İddiaçı tərəfin müqavilə üzrə nəzərdə tutulan öhdəliklərini tam şəkildə yerinə yetirilməsinə baxmayaraq cavabdeh tərəfindən qeyd olunan mənzil təqdim edilməmiş, yaxud da müqavilə üzrə görülmüş işlərin 56960 manat hissəsinin dəyəri ödənilməmişdir. Cavabdeh tərəf işin qüsurlu olduğunu qeyd etsə də bu qüsurun iddiaçının gördüyü işlə bağlı olmasını sübuta yetirə bilməmişdir.
61. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 06 dekabr 2023-cü il tarixli, 2-2(102)-616/2023 nömrəli qərarı ilə kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 12 iyul tarixli, 2- 2(103)-549/2023 saylı qətnaməsi qismən-iddiaçının cavabdehdən 55.863 manat pul vəsaitinin tutulması tələbinin təmin edilmədiyi hissədə ləğv edilərək işin həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır.
62. Ali Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, “-73. İlk növbədə qeyd edilməlidir ki, birinci instansiya məhkəməsinin qətnaməsini mübahisələndirən cavabdeh apellyasiya şikayətində iddiaçı tərəfindən görülmüş podrat işlərinin dəyərinin cavabdeh tərəfindən tam ödənilməsinə, cavabdehin iddiaçıya podrat müqaviləsi üzrə borcunun olmamasına, qeyd edilən halların 2019-cu il 28 mart, 2019-cu il 7 may və 2020-ci il 29 aprel tarixli kassa məxaric orderləri ilə təsdiq olunduğuna istinad etmişdir. Başqa sözlə, şikayətin dəliləri əsasən iddia olunan pulun cavabdeh tərəfindən qeyd olunan ödəniş sənədlərinə əsasən ödənilməsi barədə olmuşdur. - 74. Baxılan iş üzrə kassasiya instansyası məhkəməsinin əvvəlki qərarında şərh olunan göstərişləri əsasında araşdırma aparan apellyasiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçıya cəmi 63.217 manat vəsaitin ödənilməsini nəzərdə tutan 2019-cu il 28 mart və 2019-cu il 7 may tarixli kassa məxaric orderlərinin hazırkı iş üzrə iddia tələbinə hər hansı aidiyyəti olmamış, həmin məbləğ əvvəl görülmüş işlərin dəyəri olmaqla tərəflər arasında 368 saylı mənzilə dair bağlanmış müqavilə üzrə mənzilin dəyərinin ödənilməsinə yönəldilərək silinmişdir. - 75. Bundan başqa, cavabdeh apellyasiya şikayətində ümumi ifadələrlə iddiaçı tərəfindən görülmüş podrat işlərinin qüsurlu olmasına, ev sahiblərinin şikayət etmələrinə, evlərin döşəmələrində problemlər olduğuna və həmin problemlərin başqa şirkət vasitəsilə aradan qaldırılmasına istinad etmişdir. Lakin işin birinci apellyasiya baxışı zamanı bu iddiaçı tərəfindən yerinə yetirilmiş işlərin qüsurla yerinə yetiilməsinə dair mötəbər sübutları MPM-nin 373-ci maddəsinin tələblərinə əməl edilməklə təqdim olunması işin materiallarından müəyyən edilmir. - 76. Yeni apellyasiya baxışı zamanı isə podrat təmir işlərinin keyfiyyəti ilə bağlı 2021-ci il 4 yanvar tarixli aktlar, qüsurlu podrat işlərinin nəticələrinin aradan qaldırılması ilə bağlı çəkilmiş xərclərə dair 2021-ci il 2 fevral tarixli akt və bu xərclərin ödənilməsinə dair cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 2021-ci il 9 fevral tarixli pretenziya məktubu, “tamamlama işlərində əlavə xərclərin hesabatı” adlı cədvəl və fotoşəkillər, "xxxx" MMC ilə arasında bağlanmış 2020-ci il 21 avqust tarixli xidmət müqaviləsi və həmin müqavilə üzrə ödənişlərə dair kassa məxaric orderlərini təqdim etmişdir. - 77. İşə yenidən apellyasiya qaydasında baxan məhkəmə cavabdeh tərəfindən təqdim edilmiş bu sübutlara istinadən belə qənaətə gəlmişdir ki, iddiaçı sifarişi qüsurlu icra etmiş, qüsurların aradan qaldırılması üçün hər hansı tədbir görməmiş, bu səbəbdən cavabdeh qüsurların aradan qaldırılması üçün başqa podratçı ilə müqavilə bağlamış və həmin işlərin görülməsi üçün sonuncuya 55863 manat vəsait ödəmişdir. Odur ki, iddiaçı tərəfindən tələb olunan məbləğdən qüsurların aradan qaldırılmasına sərf olunmuş vəsait çıxılmalıdır. - 78. Mülki prosessual qanunvericiliyin tələbləri baxımından və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, apellyasiya instansiyasına yeni və əlavə faktların və sübutların təqdim edilməsi üçün həmin sübutların işə birinci instansiya məhkəməsində baxılan zaman təqdim edilməsi imkanının olmamasının sübut edilməsi vacibdir. - 79. Məhkəmə kollegiyası nəzərə alır ki, 2021-ci il 4 yanvar və 2021-ci il 2 fevral tarixli aktlar, 2021-ci il 9 fevral tarixli pretenziya məktubu və fotoşəkillər birinci instansiya məhkəməsində işə baxılarkən təqdim edilsə də, "xxxx" MMC ilə cavabdeh arasında bağlanmış 2020-ci il 21 avqust tarixli xidmət müqaviləsi və həmin müqavilə üzrə ödənişlərə dair kassa məxaric orderləri ilk dəfə işin yeni apellyasiya baxışı zamanı təqdim edilmişdir. - 80. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın (MPM-nin 372.2-ci maddəsi) - 81. İşin ikinci apellyasiya baxışı zamanı yeni sübutlar təqdim edən cavabdeh tərəfindən, həmin sübutların təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığı əsaslandırılmasa da, apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qiymətləndirilməklə, MPM-nin 372.2-ci maddəsinin tələbləri pozulmuşdur. - 82. Bununla yanaşı, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qüsurlu icra barədə gəldiyi nəticə tərəflər arasındakı müqavilə şərtlərinə və MM-nin podratın nəticələri qüsurlu olduqda əlavə icra tələbini tənzimləyən 763.1-ci maddəsinin tələblərinə uyğun olmamışdır. - 83. Belə ki, əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər (MM-nin 763.1-ci maddəsi). - 84. Həmçinin tərəflər arasında bağlanmış 2018-ci il 10 oktyabr tarixli podrat müqaviləsinin 3.3-cü bəndinin şərtinə əsasən, əgər podratçı yekun təhvil-təslim aktı imzalandığı tarixdən etibarən 12 ay ərzində onun təqsiri səbəbindən yaranmış qüsurları öz hesabına sifarişçi tərəfindən təyin edilmiş ağlabatan müddətdə aradan qaldırmazsa, sifarişçi müqavilənin 3.2.1-ci bəndində göstərilən toplanmış məbləğdən, yaranmış qüsurları öz qüvvəsi ilə və ya üçüncü şəxsləri cəlb etməklə aradan qaldırılması hüququna malikdir. Digər tərəfdən mülki qanunvericilik də qüsurlu icranın nəticələrinin aradan qaldırılması üçün podratçıya əlavə icra müddəti müəyyənləşdirilməsi tələbini nəzərdə tutur. - 85. 2018-ci il 10 oktyabr tarixli müqavilə üzrə iddiaçı tərəfindən görülmüş podrat işlərinin 2019-cu ilin iyun ayınadək təhvil verilməsi işin mübahisələndirilməyən halıdır. Odur ki, tərəflər arasındakı müqavilənin yuxarıda qeyd edilən şərti baxımından iddiaçı 2019-cu ilin iyun ayından etibarən 12 ay ərzində onun təqsiri səbəbindən yaranmış qüsurları cavabdeh tərəfindən təyin edilmiş müddət ərzində aradan qaldırmalı, cavabdeh tərəfindən müəyyən edilmiş müddət ərzində qüsurlar aradan qaldırılmadığı halda, sonuncu qüsurları öz qüvvəsi ilə və ya üçüncü şəxsləri cəlb etməklə aradan qaldırmaq hüququna malik olmuşdur. - 86. Baxılan iş üzrə isə iddiaçı tərəfindən işlər təhvil verildikdən sonra 12 ay ərzində cavabdeh tərəfindən görülmüş podrat işlərinin qüsurları barədə iddiaçıya qarşı pretenziya irəli sürülməsi, qüsurların aradan qaldırılması ilə bağlı MM-nin 763.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada əlavə icra üçün müddətin müəyyənləşdirilməsi müəyyən olunmur. - 87. İddiaçıya ünvanlanmış 2021-ci il 9 fevral tarixli pretenziya məktubunda da qüsurların aradan qaldırılması ilə bağlı iddiaçıya müraciət edilməsi, bunun üçün müddət müəyyən edilməsinə istinad olunmadan, qüsurların aradan qaldırılması üçün artıq cavabdeh tərəfindən çəkilmiş xərclərin ödənilməsi ilə bağlı şifahi xəbərdarlıqlar edilməsi göstərilmişdir. - 88. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının cavabdehdən 55863 manat pul vəsaitinin tutulması tələbinə işin müəyyən edilmiş faktiki halları, tərəflər arasında bağlanmış müqavilə şərtləri və mülki qanunvericiliyin podrat münasibətlərini tənzimləyən normalarının tələblərinə uyğun olaraq yenidən qiymət verilməlidir.”
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
63. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İş materialları ilə və xx.xx.2019-cu il tarixli 04956 saylı, xx.xx.2019-cu il tarixli 04288 saylı və xx.xx.2020-ci il tarixli 04983 saylı kassa məxaric orderləri ilə tam təsdiq olunur ki, məhkəmənin təmin etdiyi iddiaçının iddia tələbi tamamilə haqsız tələbdir, həmin kassa məxaric orderlərindən görünür ki, İddiaçının iddia tələbi 71960 manat olduğu təqdirdə cavabdeh tərəfindən iddiaçıya 72109,7 manat məbləğində ödəniş edilmişdir. Lakin birinci instansiya məhkəməsi iş üzrə mötəbər sübut olan həmin sübutlara düzgün qiymət verməyib iddiaçının dediklərini əsas sübut kimi qəbul etmişdir. Məhkəmə öz qətnaməsinin 5-ci səhvəsinin 5-ci abzasında qeyd etdiyi orderlər üzrə cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixdə 2804,66 manat, xx.xx.2019-cu il tarixdə isə 60412,34 manat, ümumilikdə 63217 manat iddiaçıya pul ödənildiyi (iddiaçının göstərdiyi görülmüş işlərin dəyərindən, yəni 56960 manatdan artıq) halda, iddiaçı ilə cavabdeh arasında görülən işlərə görə muzdun mənzilə yönəldilməsinə dair xx.xx.2019-cu il tarixli, KY-413/2019 saylı müqavilə bağlanmışdır arqumenti qəbul edilməzdir. Məhkəmənin bu hala istinad etməsi bir daha sübut edir ki, Cavabdeh MMC tərəfindən iddiaçının gördüyü işlərin dəyəri tamamilə ödənilibdir. Belə ki, iddiaçı öz iddiasının əsası kimi xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2029-cu il tarixli və xx.xx.2019-cu il tarixli təhvil-təslim aktlarına (məhkəmə qətnaməsində hakim icra aktı kimi də qeyd edir) istinad edərək ona borc yarandığını və ödənilmədiyini iddia edir. İş materiallarında olan həmin sübutlarla isə sübut edilir ki, iddiaçının istinad etdiyi həmin icra aktlarına əsasən Cavabdeh MMC tərəfindən ona xx.xx.2019-cu il tarixdə 2804,66manat, xx.xx.2019-cu il tarixdə isə 60412,34 manat, ümumilikdə 63217 manat iddiaçıya pul ödənilibdir. Məhz işə baxan məhkəmə də özü bunu təsdiq edir. Belə olan halda Cavabdeh MMC iddiaçıya bir işə görə niyəiki dəfə pul ödəməlidir? Burada belə nəticə hasil olur ki, işə baxan hakim iddiaçı tərəfin əsassız varlanmasına xidmət edən qətnamə qəbul edir. Bundan əlavə işə baxan məhkəmənin iddiaçı ilə cavabdeh arasında görülən işlərə görə muzdun mənzilə yönəldilməsinə dair xx.xx.2019-cu il tarixli, KY-413/2019 saylı müqavilə bağlanmışdır arqumenti isə tamamilə iş üzrə iddiaçının iddiasının əsası kimi istinad etdiyi xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2029-cu iltarixli və xx.xx.2019-cu il tarixli təhvil-təslim aktlarına uyğun təhvil-təslim edilmiş icra aktlarının və ödəniş qəbzlərinin mahiyyətinə uyğun deyil, yəni xx.xx.2019-cu il tarixli, KY-413/2019 saylı müqavilə üzrə görüləcək işlərin dəyərinə aidiyyəti yoxdur. Belə ki, iddiaçı tərəflər arasında bağlanmış podrat müqaviləsindən irəli gələn xx.xx.2019-cu il tarixli, KY-413/2019 saylı müqaviləyə dair heç bir işin təhvil-təslimini həyata keçirməmişlər və həmin müqavilə üzrə mənzilin dəyərindən çıxılacaq xidmət göstərməmişdir. Mülki qanunvericiliyə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. İş materialları ilə sübut olunur ki, Cavabdeh MMC iddiaçıya öz iddia tələbi üzrə istinad etdiyi təhvil-təslim aktları üzrə ona iddia tələbindən də artıq ödəniş edib. Bununla da cavabdehöz müqavilə öhdəliyini yerinə yetirmiş olubdur. Burada heç bir öhdəliyin pozulmasından söhbət gedə bilməzdir. Lakin işə baxan hakim bir işə görə iki dəfə ödəniş edilməsinə xidmət edən qətnamə qəbul etməklə iddiaçını əsassız varlandırır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
64. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
65. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq digər tərəflər məhkəmə iclasına gəlmədiyi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmışdır.
Tətbiq edilən hüquq
66. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Maddə 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır.
67. “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun: 3.1, 3.1.1-ci maddəsinə əsasən bir şəxsin bank hesabından digər şəxsin bank hesabına köçürülməklə (o cümlədən ödəniş alətləri (ödəniş kartları, ödəniş tapşırığı və s.) və ödəniş vasitələri (mobil telefon aparatları, kompüter və digər avadanlıq) ilə həyata keçirilən hesablaşmalar, ödəniş terminalları ilə həyata keçirilən hesablaşmalar, birbaşa nağd qaydada satıcının bank hesabına köçürülməklə həyata keçirilən hesablaşmalar nağdsız hesablaşmalar hesab olunur. 3.2-ci bəndinə əsasən hər iki tərəf vergi ödəyicisi olan şəxs arasında hesablaşmalar üzrə nağdsız ödəniş yalnız bu Qanunun 3.1.1-ci maddəsində müəyyən olunmuş formada həyata keçirilə bilər.
68. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
69. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarı: “Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “ne eat judex ultra petita partium” – “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “temtum devolutum qantum appelatum” - “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir. ... Buna görə də, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.”
Apellyasiya baxışının hədləri
70. İş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdehdən 55863 manat pul vəsaitinin tutulması tələbinin təmin edilmədiyi hissəsində ləğv edilərək işin həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərildiyindən, Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının qərarı ilə qətnamə digər hissələrdə qanuni qüvvəsini aldığından, məhkəmə aktı 55863 manat pul vəsaitinin tutulması hissəsində cavabdehin apellyasiya şikayətlərinin dəlilləri üzrə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
71. Cavabdeh apellyasiya şikayətində iddiaçı tərəfindən görülmüş podrat işlərinin qüsurlu olmasına, ev sahiblərinin şikayət etmələrinə, evlərin döşəmələrində problemlər olduğuna və həmin problemlərin başqa şirkət vasitəsilə aradan qaldırılmasına istinad etmişdir. Lakin cavabdeh tərəfindən bu xüsusatları təsdiq edən hər hansı sübut birinci instansiya məhkəməsinə təqdim olunmamışdır. işin birinci apellyasiya baxışı zamanı bu iddiaçı tərəfindən yerinə yetirilmiş işlərin qüsurla yerinə yetiilməsinə dair mötəbər sübutları MPM-nin 373-ci maddəsinin tələblərinə əməl edilməklə təqdim olunması işin materiallarından müəyyən edilmir.
72. Təmir işlərinin keyfiyyətsizliyi ilə əlaqədar çəkilmiş xərclərlə bağlı "xxxx" MMC ilə arasında bağlanmış 21 avqust 2020-ci il tarixli xidmət müqaviləsi və həmin müqavilə üzrə ödənişlərə dair kassa məxaric orderlərini yeni apellyasiya baxışında təqdim edilmişdir.
73. MPM-nin 372.2-ci maddəsinin tələbinə görə yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
74. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, apellyasiya instansiyasına yeni və əlavə faktların və sübutların təqdim edilməsi üçün həmin sübutların işə birinci instansiya məhkəməsində baxılan zaman təqdim edilməsi imkanının olmamasının sübut edilməsi vacibdir.
75. Həmin yeni sübutları ikinci apellyasiya baxışı zamanı təqdim edən cavabdeh tərəfindən, bu sübutların təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığı əsaslandırılmadığından məhkəmə kollegiyası kassasiya instansiya məhkəməsinin göstərişləri ilə razılaşaraq qeyd edir ki, həmin sənədlər qüsurlu icraya görə çəkilən xərcləri təsdiq edən sübut kimi qəbul edilə bilməz.
76. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, "xxxx" MMC ilə iddiaçı arasında bağlanmış 21 avqust 2020-ci il tarixli xidmət müqaviləsi üzrə, yəni, 2 hüquqi şəxs arasında ödənişlər kassa məxaric orderləri əsasında, nağd formada aparıla bilməzdi və bu qaydada ödənişin aparılması “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə də ziddir. Belə ki, həmin Qanunun 3.1, 3.1.1-ci maddəsinə əsasən bir şəxsin bank hesabından digər şəxsin bank hesabına köçürülməklə (o cümlədən ödəniş alətləri (ödəniş kartları, ödəniş tapşırığı və s.) və ödəniş vasitələri (mobil telefon aparatları, kompüter və digər avadanlıq) ilə həyata keçirilən hesablaşmalar, ödəniş terminalları ilə həyata keçirilən hesablaşmalar, birbaşa nağd qaydada satıcının bank hesabına köçürülməklə həyata keçirilən hesablaşmalar nağdsız hesablaşmalar hesab olunur, 3.2-ci maddəsinə əsasən hər iki tərəf vergi ödəyicisi olan şəxs arasında hesablaşmalar üzrə nağdsız ödəniş yalnız bu Qanunun 3.1.1-ci maddəsində müəyyən olunmuş formada həyata keçirilə bilər.
77. Bununla yanaşı tərəflər arasında bağlanmış podrat müqaviləsi üzrə hansı işlərin görülməsinin, işlərin qüsurlarla icra edilib – edilməməsinin, işlərin dəyərinin nə qədər təşkil etməsinin, qüsurların aradan qaldırıldığı təqdirdə nə qədər vəsaitin sərf olunmasının araşdırılması xüsusi bilik tələb etdiyindən məhkəmə kollegiyası tərəfindən kompleks məhkəmə tikinti – texniki və məhkəmə mühasibatlıq ekspertizası təyin olunmaqla mütəxəssis rəyinin verilməsi qərara alınmışdır.
78. Lakin ekspert tərəfindən iş üçün zəruri olan sualların (İddiaçı ilə Cavabdeh arasında bağlanmış 10 oktyabr 2018-ci il tarixli, İNT/P/034/18 nömrəli podrat müqaviləsi görülmüş tikinti – quraşdırma və təmir işlərinin həcmi, Cavabdeh tərəfindən görülmüş hissəsinin (hər bir iş, göstərilən xidmət üzrə ayrı – ayrılıqda göstərilməklə) dəyəri nə qədər təşkil edir? İddiaçı ilə Cavabdeh arasında bağlanmış 10 oktyabr 2018-ci il tarixli, İNT/P/034/18 nömrəli podrat müqaviləsi görülmüş tikinti – quraşdırma və təmir işlərində nöqsanlara yol verilmişdirmi, yol verildiyi təqdirdə nöqsanlar (qüsurlu işlər) nədən ibarət olmuşdur, nöqsanların (qüsurlu işlərin) aradan qaldırılmasına (ayrı – ayrılıqda göstərilməklə) nə qədər vəsait tələb olunmuş və ya nə qədər vəsait bu məqsədlə sərf edilmişdir?) ekspert tərəfindən cavablandırılması mümkün olmamışdır. Mütəxəssis tərəfindən işlərin dəyəri ilə bağlı suallar cavablandırılsa da, ekspert qarşısında qoyulmuş suallar cavablandırılmadığından artıq mütəxəssisin hesablamalarına əsasən hər hansı bir nəticəyə gəlinməsini məhkəmə əsaslı hesab etmir.
79. Mülki Məcəllənin 763.1-ci maddəsinə əsasən əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər. Bundan başqa, tərəflər arasında bağlanmış 10 oktyabr 2018-ci il tarixli podrat müqaviləsinin 3.3-cü bəndinin şərtinə əsasən, əgər podratçı yekun təhvil-təslim aktı imzalandığı tarixdən etibarən 12 ay ərzində onun təqsiri səbəbindən yaranmış qüsurları öz hesabına sifarişçi tərəfindən təyin edilmiş ağlabatan müddətdə aradan qaldırmazsa, sifarişçi müqavilənin 3.2.1-ci bəndində göstərilən toplanmış məbləğdən, yaranmış qüsurları öz qüvvəsi ilə və ya üçüncü şəxsləri cəlb etməklə aradan qaldırılması hüququna malikdir. Digər tərəfdən mülki qanunvericilik də qüsurlu icranın nəticələrinin aradan qaldırılması üçün podratçıya əlavə icra müddəti müəyyənləşdirilməsi tələbini nəzərdə tutur.
80. 10 oktyabr 2018-ci il tarixli müqavilə üzrə iddiaçı tərəfindən görülmüş podrat işlərinin 2019-cu ilin iyun ayınadək təhvil verilməsi işin mübahisələndirilməyən halıdır. Odur ki, tərəflər arasındakı müqavilənin yuxarıda qeyd edilən şərti baxımından iddiaçı 2019-cu ilin iyun ayından etibarən 12 ay ərzində onun təqsiri səbəbindən yaranmış qüsurları cavabdeh tərəfindən təyin edilmiş müddət ərzində aradan qaldırmalı, cavabdeh tərəfindən müəyyən edilmiş müddət ərzində qüsurlar aradan qaldırılmadığı halda, sonuncu qüsurları öz qüvvəsi ilə və ya üçüncü şəxsləri cəlb etməklə aradan qaldırmaq hüququna malik olmuşdur. Lakin iş üzrə isə iddiaçı tərəfindən işlər təhvil verildikdən sonra 12 ay ərzində cavabdeh tərəfindən görülmüş podrat işlərinin qüsurları barədə iddiaçıya qarşı pretenziya irəli sürülməsi, qüsurların aradan qaldırılması ilə bağlı MM-nin 763.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada əlavə icra üçün müddətin müəyyənləşdirilməsi müəyyən olunmur. İddiaçıya ünvanlanmış 9 fevral 2021-ci il tarixli pretenziya məktubunda da qüsurların aradan qaldırılması ilə bağlı iddiaçıya müraciət edilməsi, bunun üçün müddət müəyyən edilməsinə istinad olunmadan, qüsurların aradan qaldırılması üçün artıq cavabdeh tərəfindən çəkilmiş xərclərin ödənilməsi ilə bağlı şifahi xəbərdarlıqlar edilməsi göstərilmişdir.
81. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, qüsurlu icranın mövcud olduğu təqdirdə belə sifarişçinin hərəkətləri müqavilə şərtlərinə və MM-nin podratın nəticələri qüsurlu olduqda əlavə icra tələbini tənzimləyən 763.1-ci maddəsinin tələblərinə uyğun olmamışdır.
82. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin yoxlanılan hissədə iddianın təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Buna görə də qətnamə yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
83. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Bakı Kommersiya Məhkəməsinin 19 iyul 2022-ci il tarixli, e-2-2(113)-1844/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 19 iyul 2022-ci il tarixli e-2-2(113)-1844/2022 nömrəli qətnaməsi yoxlanılan – “55863 manat pul vəsaitinin Cavabdehndən tutularaq İddiaçı ödənilməsi” hissəsində dəyişdirilmədən saxlanılsın. Mütəxəssis rəyinin alınması üçün 500 manat məbləğində pul vəsaiti Cavabdehndən tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.