Məhkəmə qərarları › İş №2-2(103)-300/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-300/2025

04.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-300/2025 04.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı iddia tələbi üzrə (Açar sözlər: sığorta ödənişi, əsassız varlanma, preyudisia) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), X2 və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, Hüseynli Adilə Adil qızının katibliyi, iddiaçı "xxxx" ASC-nin nümayəndələri Nümayəndə1 və X6, Cavabdeh MMC-nin nümayəndəsi (vəkili) Vəkil iştirakları ilə "xxxx" ASC-nin Cavabdeh MMC-yə qarşı “əsassız ödənilmiş pul vəsaitinin geri qaytarılması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 09 dekabr 2024-cü il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi (vəkili) tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yerləşən ticarət mərkəzinin 2-ci mərtəbəsinin 2000 m2 sahəsi 03 aprel 2019-cu il tarixdə "xxxx" ASC tərəfindən (sığortaçı) Cavabdeh MMC-yə (sığortalı) BA seriyalı 957787 nömrəli sığorta şəhadətnaməsi verilmək yolu ilə daşınmaz əmlakın icbari sığortası növündə sığorta olunmuş, sığorta məbləği 1 250 000 manat, azadolma məbləği 49 500 manat razılaşdırılmışdır.

2. 10 dekabr 2019-cu il tarixdə baş vermiş yanğın hadisəsi nəticəsində sığorta obyektinə zərər dəymiş, hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyinin Əməliyyat İstintaq idarəsində ********* nömrəli cinayət işi başlanılmışdır.

3. 12 may 2020-ci il tarixində ********* nömrəli cinayət işi istintaqın davam etdirilməsi üçün Baş Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə göndərilmiş, həmin tarixdə ********* nömrəli cinayət işi vahid istintaqın aparılması üçün birləşdirilərək həmin idarədə Cavabdeh MMC-nin rəhbəri (direktoru) X17 və işçisi X18 barəsində cinayət təqibi aparılmışdır.

4. Cavabdeh MMC-nin sifarişi əsasında "xxxx" MMC tərəfindən hazırlanmış xx.xx.2019-cu il tarixli rəydə göstərilmişdir ki, Cavabdeh ticarət mərkəzində xx.xx.2019-cu il tarixdə baş vermiş yanğın nəticəsində dəymiş ziyanın məbləği (tikinti-quraşdırma xərcləri üçün) 6 481 370 manat təşkil edir.

5. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-184/2021 nömrəli iş üzrə 10 sentyabr 2021-ci il tarixli hökmü əsasında xx.xx.2023-cü il tarixdə verilmiş icra sənədində, X7, X8 və Cavabdeh MMC-dən müştərək qaydada 391 891 manat maddi ziyanın və 15 manat dövlət rüsumunun tutularaq tələbkar X11, 389 974 manat maddi ziyanın və 15 manat dövlət rüsumunun tutularaq tələbkar X13, 135 800 manat maddi ziyanın və 15 manat dövlət rüsumunun tutularaq tələbkar X4, 193 465 manat maddi ziyanın və 15 manat dövlət rüsumunun tutularaq tələbkar X15, 193 909 manat maddi ziyanın və 15 manat dövlət rüsumunun tutularaq tələbkar X1, 324 866 manat maddi ziyanın və 15 manat dövlət rüsumunun tələbkar X9, 115 083 manat maddi ziyanın tutularaq X9, 115 083 manat maddi ziyanın və 15 manat dövlət rüsumunun tutularaq tələbkar X14, 107 804,48 manat maddi ziyanın və 15 manat dövlət rüsumunun tutularaq tələbkar X5 ödənilməsinə göstəriş verilmişdir.

6. Cavabdeh MMC 15 sentyabr 2021-ci il tarixdə "xxxx" ASC-nə ərizə (məktub) ünvanlayaraq 1 250 000 manat sığorta ödənişinin ödənilməsini xahiş etmiş, lakin həmin müraciətə cavab verilməmişdir.

7. "xxxx" ASC-nin sifarişi əsasında "xxxx" MMC-nin mütəxəssisi tərəfindən hazırlanmış 16 noyabr 2021-ci il tarixli rəydə göstərilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi 1 ünvanında yerləşən Cavabdeh əmtəə nişanlı ticarət mərkəzinin 2-ci mərtəbəsinin 2000 m2 sahəsinə yanğın hadisəsi nəticəsində dəymiş zərər 274 613 manat məbləğində qiymətləndirilir.

8. "xxxx" ASC tərəfindən 18 noyabr 2021-ci il tarixində Fövqəladə Hallar Nazirliyinə və Azərbaycan Respublikasının Baş Prokurorluğuna sığorta hadisəsinin tənzimlənməsi ilə bağlı “İcbari sığortalar haqqında” Qanunun 17.1.4-cü maddəsində sadalanan sənədlərin alınması üçün sorğu ünvanlamış, Baş Prokurorluq sorğuya 25 noyabr 2021-ci il tarixli məktubla (07 dekabr 2021-ci ildə "xxxx" ASC-yə daxil olub) cavab olaraq bildirmişdir ki, “10 dekabr 2019-cu il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, 1 ünvanında yerləşən cavabdehin ərazisində baş vermiş yanğın hadisəsi ilə əlaqədar başlanmış ********* saylı (192940032 nömrəli cinayət işi istintaqın davam etdirilməsi üçün Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə göndərilmiş və həmin tarixdə ********* nömrəli cinayət işinə vahid istintaqın aparılması üçün birləşdirilmişdir) cinayət işi üzrə ibtidai istintaq Baş Prokurorluğun İstintaq idarəsində tamamlanaraq 03 mart 2021-ci il tarixdə baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərildiyindən cinayət işi üzrə yekun qərarın (hökmün) və digər sənədlərin surətlərinin əldə edilməsi üçün həmin quruma müraciət etməyiniz xahiş olunur”.

9. "xxxx" ASC tərəfindən 21 fevral 2022-ci il tarixində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə “İcbari sığortalar haqqında” Qanunun 17.1.4-cü maddəsi ilə tələb olunan sənədlərin alınması üçün sorğu verilmiş, lakin sorğu cavablandırılmamışdır.

10. Cavabdeh MMC xx.xx.2022-ci il tarixdə Mərkəzi Bankın Sığorta fəaliyyətinə nəzarət departamentinin direktoruna və "xxxx" ASC-nin İdarə heyətinin sədrinə müraciət ünvanlayaraq, dəfələrlə olunmuş müraciətlərə baxmayaraq sığorta ödənişinin verilmədiyini bildirmiş, 1 250 000 manat sığorta məbləğinin ödənilməsinə köməklik göstərilməsini xahiş etmişdir.

11. Həmin müraciətə Mərkəzi Bankın Baş direktoru tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş cavab məktubunda bildirilmişdir ki, "xxxx" ASC tərəfindən Binəqədi Rayon Məhkəməsinə ünvanlanmış sorğu cavablandırıldıqdan və müvafiq sənədlər sığorta şirkətinə təqdim olunduqdan sonra sığorta ödənişinin verilməsi məsələsinə baxılacaqdır.

12. Cavabdeh MMC-nin "xxxx" ASC-nə ünvanladığı 18 may 2022-ci il tarixli məktuba da cavab olaraq "xxxx" ASC tərəfindən bildirilmişdir ki, Cavabdeh ticarət mərkəzində baş vermiş yanğın hadisəsi ilə bağlı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmiş sorğu məktubuna cavab verilməmişdir.

13. "xxxx" ASC tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Bankına və Cavabdeh MMC-nə ünvanlanmış 23 iyun 2022-ci il tarixli məktubda bildirilmişdir ki, “10 dekabr 2019-cu il tarixində Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, 1 ünvanında yerləşən Cavabdeh ticarət mərkəzində baş vermiş yanğın hadisəsi ilə bağlı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə hadisənin təfərrüatlarını təsdiq edən yekun qərarın əldə edilməsi məqsədilə sorğu məktubu ünvanlanmışdır və yekun qərar təqdim edildikdən sonra sığorta əməliyyatı həyata keçiriləcəkdir”.

14. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 10 sentyabr 2021-ci il tarixli hökmü əsasında xx.xx.2023-cü il tarixdə verilmiş icra sənədi üzrə 15 mart 2023-cü il tarixdə Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinin icra məmuru X3 tərəfindən icraata başlanılmış, Cavabdeh MMC-yə 10 gün müddətində icranı könüllü həyata keçirmək təklif olunmuşdur.

15. Cavabdeh MMC xx.xx.2023-cü il tarixdə "xxxx" ASC-nə ərizə (məktub) ünvanlayaraq 1 250 000 manat sığorta ödənişinin ödənilməsini xahiş etmiş, "xxxx" ASC-nin İdarə heyəti sədrinin müavini həmin sorğuya verdiyi xx.xx.2023-cü il tarixli cavab məktubunda bildirmişdir ki, əmlak sığortası üzrə sığorta hadisəsi kimi tanına bilən hadisə və ya hal baş verdiyi anda sığorta marağı mövcud olmadıqda, həmin hadisə və ya hal sığorta hadisəsi hesab edilmir və sığortaçı sığorta ödənişi üzrə vəzifələrinin icrasından azad edilir.

16. Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən "xxxx" ASC-nə 05 aprel 2023cü il tarixdə sorğu göndərilmiş ("xxxx" ASC-nə 11 aprel 2024-cü il tarixdə daxil olmuşdur), sorğuda Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 10 sentyabr 2021-ci il tarixli hökmü əsasında verilmiş icra vərəqəsinə əsasən borclu Cavabdeh MMC-nin sığorta ödənişləri barədə məlumatların göndərilməsi, habelə Cavabdeh MMC-yə ödənilməli olan sığorta ödənişlərinin köçürülməsindən əvvəl Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinə rəsmi məlumat verilməsi xahiş olunmuşdur.

17. "xxxx" ASC-nin İdarə heyəti sədrinin müavini həmin sorğuya verdiyi 13 aprel 2023-cü il tarixli cavab məktubunda bildirmişdir ki, Cavabdeh MMC-yə dair hər hansı bir sığorta əməliyyatı həyata keçirilməmişdir.

18. İcra sənədi üzrə tələbkarlardan biri olan Qayınbəyov Ümid Azər oğlu 12 aprel 2023-cü il tarixdə "xxxx" ASC-nə teleqram göndərərək, sığorta kompensasiyasının sığortalı Cavabdeh MMC-yə ödənilməməsini tələb etmişdir.

19. Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən "xxxx" ASC-nə 17 aprel 2023cü il tarixdə göndərilmiş sorğuda ("xxxx" ASC-nə 18 aprel 2024-cü il tarixdə daxil olmuşdur), Cavabdeh MMC üçün nəzərdə tutulmuş sığorta vəsaitlərinin sığortaçıya məxsus hansı bankda olan depozit hesabda yerləşməsi və həmin hesab rekvizitləri barədə məlumat verilməsi xahiş olunmuş, "xxxx" ASC-nin İdarə heyəti sədrinin müavini həmin sorğuya verdiyi 23 aprel 2023-cü il tarixli cavab məktubunda bildirmişdir ki, Cavabdeh MMC-nin sığorta tələbi araşdırılmış, sığorta ödənişinin ödənilməsindən imtina olunmuşdur. Cavabdeh MMC üçün hər hansı sığorta vəsaitinin Cəmiyyətimizə məxsus bankda olan depozit hesabında yerləşdirilməsi nəzərdə tutulmamışdır”.

20. 17 aprel 2023-cü il tarixdə Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin icra məmuru Qaragözov Məhəmməd Məmmədağa oğlu “Borclunun üçüncü şəxslərdə olan əmlakı (pul vəsaitləri) üzərinə məhdudiyyət qoyulması haqqında” qərar qəbul edərək, Cavabdeh MMC-nin "xxxx" ASC-də olan sığorta üçün nəzərdə tutulmuş pul vəsaitinə hər hansı sərəncam verilməsinə tələb həcmində məhdud qoyulmasını qərara almış, həmin qərarı "xxxx" ASC-nə göndərmişdir.

21. "xxxx" ASC-nin İdarə heyəti sədrinin müavini Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinə ünvanladığı 25 aprel 2023-cü il tarixli məktubda bildirmişdir ki, sığortaçı tərəfindən Cavabdeh MMC-yə hər hansı sığorta ödənişinin verilməsi nəzərdə tutulmamışdır.

22. Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin icra məmuru Məhəmməd Qaragözov xx.xx.2023-cü il tarixdə təqdimatla Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh MMC-nin Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi ünvanında yerləşən daşınmaz əmlakına dair "xxxx" ASC tərəfindən icbari sığorta şəhadətnaməsi verilərək 1 250 000 manat vəsaitin nəzərdə tutulduğunu, hazırkı vaxtadək heç bir sığorta əməliyyatının həyata keçirilmədiyini bildirmiş, borclunun üçüncü şəxslərdə olan əmlakına həbs qoyulması barədə qərardad çıxarılmasını xahiş etmişdir.

23. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə təqdimat təmin olunaraq, Cavabdeh MMC-nin "xxxx" ASC-də olan RAZ********** nömrəli sığorta şəhadətnaməsi üzrə sığorta üçün nəzərdə tutulmuş 1 250 000 manat pul vəsaitinin üzərinə həbs qoyulmuş, həmin qərardaddan "xxxx" ASC tərəfindən verilən şikayət Bakı Apellyasiya Məhkəməsinin 30 may 2023-cü il tarixli qərardadı ilə təmin edilməmişdir.

24. "xxxx" ASC-nin nümayəndəsinin həmin qərardada “qərardad əsasında 1 250 000 manat pul vəsaitinə tələbin yönəldilməli olub-olmadığı məsələsinə izah verilməsi” barədə ərizəsi Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 04 iyul 2023-cü il tarixli qərardadı ilə təmin olunmamış, məhkəmə vurğulamışdır ki, borclunun əmlakı üzərinə həbs məhkəmə qərardadı ilə qoyulsa da, tələbin pul vəsaitlərinə yönəldilməsi məsələsi icra məmurunun səlahiyyətinə aiddir.

25. Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə 19 may 2023-cü il tarixdə 130 nömrəli inkasso sərəncamı göndərilmiş, 22 may 2023-cü il tarixində "xxxx" ASC-nin hesabından 1 250 000 manat silinərək İcra şöbəsinin bank hesabına köçürülmüşdür.

26. 02 iyun 2023-cü il tarixdə icra məmuru Məhəmməd Qaragözov “borcludan tutulmuş pul məbləğlərinin tələbkarlar arasında bölüşdürülməsi haqqında” qərar qəbul etmiş, tələbkarların öz aralarında olan razılığına əsasən 1 250 000 manat pul vəsaiti onların arasında bölünmüşdür.

27. "xxxx" ASC şikayət ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, Binəqədi Rayon İcra şöbəsinin icra məmuru Qaragözov Məhəmməd Məmmədağa oğlunun 17 aprel 2023-cü il tarixli “borclunun üçüncü şəxslərdə olan əmlakı (pul vəsaitləri) üzərinə məhdudiyyət qoyulması haqqında” qərarının qanunsuz və əsassız sayılması, Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin icra məmuru Qaragözov Məhəmməd Məmmədağa oğlunun və rəisi İlham Həsənovun "xxxx" ASC-nin mülkiyyətində olan və "xxxx" QSC-də saxlanılan 1 250 000 manat məbləğində pul vəsaitinin 22 may 2023-cü il tarixində köçürülməsinə (alınmasına) dair hərəkətlərinin qanunsuz sayılması, Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin icra məmuru Qaragözov Məhəmməd Məmmədağa oğlunun və rəisi İlham Həsənovun "xxxx" QSC-yə verdiyi 19 may 2023-cü il tarixli 130 saylı inkasso sərəncamının qanunsuz sayılması və həmin sərəncamın ləğv edilməsi barədə qərardad çıxarılmasını xahiş etmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 27 iyul 2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmişdir.

28. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərildiyi kimi əsaslandırmışdır: “...Sığorta hadisəsi hesab olunan hallar, sığortaçının sığorta hadisəsindən sonra etməli olduğu hərəkətlər, zərərin məbləğinin müəyyən edilməsi, sığorta ödənişindən imtinanın əsasları, sığorta ödənişinin edilməsi qaydası və məbləği və.s qanunda konkret olaraq təsbit olunmuşdur. Sadalanan normaların məzmunundan aydın olur ki, qanunvericilik sığorta hadisəsinin baş verməsindən sonra sığorta ödənişinin verilməsinin prezumpsiyasını müəyyən etmişdir. Bu isə o anlama gəlir ki, hadisənin sığorta hadisəsi hesab edilmədiyini iddia edən tərəf, sığorta ödənişindən imtina edən tərəf və ya sığorta məbləği ilə razılaşmayan tərəf əksini iddia edirsə bunu əsaslandırmalı, o cümlədən sübut etməlidir. Lakin "xxxx" ASC tərəfindən təqdim edilən sənədlərdən müəyyən edilir ki, "xxxx" ASC-nin hüquq departamenti tərəfindən xx.xx.2020-ci il tarixdə “sığorta ödənişinin verilməsindən imtina olunması və müqavilənin etibarsız hesab edilməsi barədə” rəy tərtib edilmişdir. Rəydə qeyd edilmişdir ki, “xx.xx.2019-cu il tarixində sığorta təminatı verilmiş tikilinin 2-ci mərtəbəsində yerləşən 2000 kv.m sahənin bir hissəsinə qismən zərər dəymişdir. Baş vermiş hadisə araşdırılarkən məlum oldu ki, ünvan 5 ünvanında yerləşən Cavabdeh MMC-yə məxsus tikinti və inşaat materialları bazarı, yanğın baş verdiyi tarixədək tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və buna lazımi icazələr almadan, şəhərsalma və tikinti normaları və qaydalarını ciddi surətdə pozmaqla tikilmişdir. Yəni özbaşına tikinti olmuşdur. ünvan 5 ünvanında fəaliyyət göstərən Cavabdeh MMC-yə məxsus tikinti və inşaat materialları bazarı yanğın hadisəsi baş verdiyi xx.xx.2019-cu il tarixədək yanğın təhlükəsizliyi sahəsində layihə həlli olmadan tikilərək çoxsaylı kobud norma və qayda pozuntularının mövcudluğu şəraitində istismar edilmişdir. “İcbari sığortalar haqqında” AR qanunun 35.3.4-cü maddəsinə əsasən və AR Mülki Məcəlləsinin 180-ci maddəsinə uyğun olaraq özbaşına tikinti sayılan daşınmaz əmlak sığortaya cəlb olunmur. Mülki Məcəllənin 935.1.6-cı maddəsinə əsasən və bu məcəllənin 935.2-ci maddəsi nəzərə alınmaqla, sığorta predmeti barəsində sığortalının sığortaçıya qəsdən yalnış məlumat verməsi nəticəsində sığortaçının sığorta riskini qiymətləndirmək imkanından tam və ya qismən məhrum olması sığorta ödənişinin verilməsindən imtinanın əsasını yaradır. Mülki Məcəllənin 908.1.4-cü maddəsinə əsasən sığorta obyekti sığortalının qeyri-qanuni mənafeləri ilə, həmçinin sığortalanması qanunvericiliklə qadağan olunmuş mənafeləri ilə bağlı olduqda sığorta müqaviləsi bağlandığı andan etibarsız sayılır”. Rəyin nəticə hissəsində isə qeyd edilmişdir ki, “baş vermiş yanğın hadisəsi sığorta hadisəsi hesab edilmədiyindən Cavabdeh MMC-yə sığorta ödənişinin verilməsindən imtina edilsin. Sığorta müqaviləsi bağlandığı andan etibarsız hesab edilsin”. xx.xx.2020-ci il tarixdə "xxxx" ASC tərəfindən Cavabdeh MMC-yə rəydə qeyd edilən məzmunda məktub ünvanlanmışdır. Halbuki həmin məktubun nəinki çatdırılmasını, ümumiyyətlə göndərilməsini təsdiq edən hər hansı sənəd təqdim edilməmişdir. Bundan əlavə, təqdim edilmiş sənədlərdən görünür ki, "xxxx" ASC-nin əməkdaşı tərəfindən xx.xx.2019-cu il tarixdə hadisə barədə məlumat blankı tərtib edilmiş və qeyd olunmuşdur ki, “yanğın zamanı bazarın təxminən 20 000 kv.m. hissəsi yanaraq yarasız hala düşmüşdür. Sığorta təminatı verilən sahəyə 150 000 manat məbləğdə zərər dəymişdir”. Göründüyü kimi "xxxx" ASC tərəfindən baş vermiş yanğın nəticəsində aparılan araşdırma və onun nəticəsi Cavabdeh MMC-yə məlum olmamışdır. Halbuki yuxarıda sadalanan normalar sığorta tələbi üzrə sığortaçının etməli olduğu hərəkətlərin vaxtını və qaydasını ərtaflı tənzimləmişdir. Bundan əlavə məhkəmənin "xxxx" ASC-nin sığorta məbləği həddində pul vəsaitlərinə həbs qoyulmasından sonra, yəni xx.xx.2023-cü il tarixdə Cavabdeh MMC-yə ünvanladığı məktubunda belə, yuxarıda qeyd olunan formada araşdırma aparıldığı və araşdırmanın nəticəsi olaraq sığorta ödənişinin verilməsindən imtina edildiyi və sığorta müqaviləsinin etibarsız hesab edildiyinə dair hər hansı qeyd yoxdur. Bu isə ona dəlalət edir ki, yuxarıda sadalanan araşdırma ya formal həyata keçirilmiş, ya da ümumiyyətlə sığortalı cəlb edilmədən və məlumatı olmadan həyata keçirilmişdir. Bu baxımdan yanaşdıqda icra məmurunun məhkəmənin həbs qoyulması barədə qərardadından sonra Cavabdeh MMC-nin "xxxx" ASCdən almalı olduğu sığorta məbləği barədə qənaəti və tələbin həmin əmlaka yönəldilməsi barədə hərəkətləri qanunsuz hesab edilə bilməz. Üstəlik həmin hərəkətlərin qanuniliyini mübahisələndirmək isə ən azından hüquqdan sui-istifadədir. Çünki şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi hüqudan sui-istifadə hesab edilir”.

29. Həmin qərardaddan "xxxx" ASC tərəfindən verilmiş şikayət Bakı Apellyasiya Məhkəməsinin 19 sentyabr 2023-cü il tarixli qərardadı ilə təmin olunmamışdır.

30. "xxxx" ASC Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə, onun vəzifəli şəxsləri Cəfərov İlqar Xanlar oğluna, Həsənov İlham Qəribağa oğluna və Qaragözov Məhəmməd Məmmədağa oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 49 500 manat pul vəsaitinin müştərək qaydada xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 26 dekabr 2023-cü il tarixli qətnaməsi ilə iddia təmin olunmamışdır.

31. Məhkəmə hesab etmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 10 sentyabr 2021-ci il tarixli hökmü əsasında xx.xx.2023-cü il tarixdə verilmiş icra sənədi üzrə borclu Cavabdeh MMC tərəfindən tələbkarlara ödənilməli olan, lakin azadolma məbləği hesabına ödənilmiş 49 500 manat məbləğində Cavabdeh MMC əsassız varlanmışdır və "xxxx" ASC həmin məbləği məhz Cavabdeh MMC-dən tələb edə bilər.

32. Həmin qətnamədən "xxxx" ASC-nin verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 03 aprel 2024-cü il tarixli qətnaməsi ilə təmin edilməmiş, apellyasiya instansiyası məhkəməsinin aktı isə Azərbaycan Respublikası Ali Məhkəməsinin 04 sentyabr 2024-cü il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

33. "xxxx" ASC (iddiaçı) Cavabdeh MMC-yə (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, cavabdehdən 1 200 000 manat məbləğində pulun və ödənilmiş 1390 manat dövlət rüsumunun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir

34. İddiaçı iddia tələbini işin faktiki hallarına istinadla əsaslandırmış, qeyd etmişdir ki, Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinə cavabdehə aid hər hansı pul vəsaitinin onda olmaması barədə məlumat verməyinə baxmayaraq, icra məmurları qanunsuz olaraq "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə 19 may 2023-cü il tarixli 130 nömrəli inkasso sərəncamı göndərmiş, 22 may 2023-cü il tarixində 1 250 000 manat həcmində investisiya kapitalını Ədliyyə Nazirliyinin bank hesabına köçürmüşlər. Beləliklə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 10 sentyabr 2021-ci il tarixli hökmünə əsasən cavabdehin tələbkarlar qarşısında yaranmış öhdəliyi iddiaçıdan xx.xx.2023-cü il tarixində tutulmuş pul vəsaiti hesabına təmin edilmiş, nəticədə cavabdeh əsassız varlanmışdır.

35. Sonradan iddiaçının nümayəndəsi “iddia tələbinin həcminin artırılması barədə” ərizə verərək, cavabdehdən 1 250 000 manatın və ödənilmiş 1415 manat dövlət rüsumunun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

36. İddiaçının nümayəndəsi daha sonra “iddia tələbinin həcminin azaldılması barədə” ərizə vermiş, cavabdehdən 49 500 manat azadolma məbləği və 925 887 manat əsassız sığorta ödənişi olmaqla ümumilikdə 975 387 manat məbləğində pulun xeyrinə tutulmasını xahiş etmişdir.

37. Həmin ərizə aşağıda göstərildiyi kimi əsaslandırılmışdır:

- xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iddiaçının səlahiyyətli nümayəndəsi bildirmişdir ki, xx.xx.2019-cu il tarixində Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, 1 ünvanında fəaliyyət göstərən ticarət mərkəzində baş vermiş yanğın hadisəsi ilə bağlı iddiaçı tərəfindən sığortalı cavabdehə sığorta ödənişinin verilməsindən imtina edilməmişdir. xx.xx.2023-cü il tarixli 850/3 nömrəli məktub isə Binəqədi Rayon İ̇cra Şöbəsinin qanunsuz icra tədbirlərindən yayınmaq üçün göndərilmişdir. Məktubun məzmunundan da görünür ki, sığortaçı konkret olaraq sığorta ödənişinin verilməsindən imtina olunmasını bildirməmişdir. Bundan əlavə, iddiaçının nümayəndəsi göstərmişdir ki, sözügedən sığorta hadisəsi ilə bağlı sığorta sahəsində yardımçı fəaliyyət göstərən mütəxəssis cəlb edilməklə sığorta predmetinə 274 613 manat zərər məbləği müəyyən edilmiş, müəyyən edilmiş zərər məbləği sığortalı ilə müzakirə olunmuş və irabcİ̇“ sığortalar haqqında” Qanunun 17-ci maddəsində sadalanan sənədlər verilmədiyinə görə sığorta kompensasiyasının ödənilməsi işi yekunlaşmamışdır. - Cavabdeh tərəf də qeyd olunan məhkəmə iclasında təsdiq etmişdir ki, imtina məktubu rəsmi olaraq 2023-cü ilin 05 mayında sığortalıya verilmişdir. Həmin dövrə kimi sığorta ödənişinin verilməsinə dair müzakirələr getmişdir. Ona görə də məhkəmədə iddia qaldırmağa ehtiyac olmamışdır. Bundan sonra icra məmurları tərəfindən inkasso sərəncamı verilmişdir. Ona görə də sığortalı cavabdeh tərəfindən sığorta ödənişinin verilməsi məhkəmə qaydasında tələb edilməmişdir. - Yazılanlardan görünür ki, xx.xx.2024-cü il tarixində keçirilən məhkəmə baxışının gedişində tərəflər təsdiq etmişlər ki, icra məmurunun inkasso sərəncamının verilməsinə qədər, sığortaçı iddiaçı ilə sığortalı cavabdeh arasında sığorta hadisəsinin tənzimlənməsi istiqamətində işlər şımnalbaseh) zərər qiymətinin razılaşdırılması, müvafiq sənədlərin təqdim edilməsi və s.) aparılmışdır. Ona görə də iddiaçının sığorta hadisəsini tənzimləyən dövrdə müəyyən etdiyi və məhkəmə iclasında təsdiq etdiyi məbləğ həddində iddia tələbi azaldılmalıdır. - Məhkəmə baxışı gedişində iddia tələbinin azaldılma əsaslarının əmələ gəlməsinin əsaslandırılması ilə bağlı isə göstərilməlidir ki, xx.xx.2019-cu il tarixində iddiaçı tərəfindən cavabdehə BA seriyalı 957787 nömrəli sığorta şəhadətnaməsi blankı verilmək yolu ilə (49 500 manat azadolma məbləği razılaşdırılmaqla) 1 250 000 manat sığorta məbləği həddində sığorta müqaviləsi bağlanılmışdır. Sığorta şəhadətnaməsinə (ənisəlivaqüm) əsasən Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, 1 ünvanında yerləşən Cavabdeh əmtəə nişanlı ticarət mərkəzinin 2-ci mərtəbəsinin 2000 kv.m sahəsi qismən sığorta olunmuşdur. xx.xx.2019-cu il tarixində baş vermiş yanğın hadisəsi nəticəsində sığorta təminatı verilmiş tikilinin 2-ci mərtəbəsində yerləşən 2000 kv.m sahəyə zərər dəymişdir. xx.xx.2019-cu il tarixində baş vermiş yanğın hadisəsi ilə bağlı Fövqəladə Hallar Nazirliyi Əməliyyat istintaq idarəsində ********* nömrəli cinayət işi başlanılmışdır. - 12.05.2020-ci il tarixində ********* nömrəli cinayət işi istintaqın davam etdirilməsi üçün Baş Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə göndərilmiş, həmin tarixdə ********* nömrəli cinayət işi vahid istintaqın aparılması üçün birləşdirilərək həmin idarədə cavabdehin rəhbəri (direktoru) X24 oğlu və işçisi Salmanov Amil Üzeyir oğlu barəsində cinayət təqibi aparılmışdır. Cavabdeh tərəfindən təqdim və iş materiallarına əlavə edilmiş 27 nömrəli xx.xx.2021-ci il tarixli sığorta tələbindən (ərizə) görünür ki, sığortalı cavabdeh sığortaçı iddiaçıya sığorta ödənişinin verilməsi ilə bağlı müraciət etmişdir. Lakin sığorta tələbinə (ərizəyə) irabcİ̇“ sığortalar haqqında” Qanunun 17-ci maddəsində nəzərdə tutulan sənədlər əlavə edilməmişdir. İ̇ddiaçı tərəfindən təqdim və iş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli mütəxəssis (ekspert) rəyindən görünür ki, sığortaçı tərəfindən cəlb edilmiş və sığorta sahəsində yardımçı fəaliyyət göstərən mütəxəssis (ekspert) Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, 1 ünvanında yerləşən Cavabdeh əmtəə nişanlı ticarət mərkəzinin 2-ci mərtəbəsinin 2000 kv.m sahəsinə yanğın hadisəsi nəticəsində dəymiş zərəri 274 613 manat məbləğində qiymətləndirmişdir. - 18.11.2021-ci il tarixində sığortaçı tərəfindən Fövqəladə Hallar Nazirliyi və Baş Prokurorluğa sığorta hadisəsinin tənzimlənməsi ilə bağlı irabcİ̇“ sığortalar haqqında” Qanununun 17.1.4-cü maddəsi ilə tələb olunan sənədlərin alınması üçün sorğu ünvanlamışdır. xx.xx.2021-ci il tarixli 16/1-159 nömrəli məktubla (xx.xx.2021-ci ildə iddiaçıya daxil olub) Baş Prokurorluq sorğuya cavab olaraq bildirmişdir ki, 10 dekabr 2019- cu il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, 1 ünvanında yerləşən cavabdehin ərazisində baş vermiş yanğın hadisəsi ilə əlaqədar başlanmış ********* saylı (192940032 nömrəli cinayət işi istintaqın davam etdirilməsi üçün Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə göndərilmiş və həmin tarixdə ********* nömrəli cinayət işinə vahid istintaqın aparılması üçün birləşdirilmişdir) cinayət işi üzrə ibtidai istintaq Baş Prokurorluğun İ̇stintaq idarəsində tamamlanaraq 03 mart 2021-ci il tarixdə baxılması üçün aidiyyəti üzrə Binəqədi Rayon Məhkəməsinə göndərildiyindən cinayət işi üzrə yekun qərarın (nümköh) və digər sənədlərin surətlərinin əldə edilməsi üçün həmin quruma müraciət etməyiniz xahiş olunur. - 21.02.2022-ci il tarixində sığortaçı tərəfindən Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə irabcİ̇“ sığortalar haqqında” Qanunun 17.1.4-cü maddəsi ilə tələb olunan sənədlərin alınması üçün sorğu verilmişdir. Lakin sorğu cavabsız qalmışdır. Cavabdeh yenidən sığorta ödənişinin verilməsinə dair 15 saylı xx.xx.2022-ci il tarixli ərizə ilə iddiaçıya müraciət etmişdir. Bununla bağlı sığortaçı iddiaçı tərəfindən 0622/3 nömrəli xx.xx.2022-ci il tarixli məktubla cavabdehə cavab ünvanlanmışdır. Cavab məktubunda Cavabdeh ticarət mərkəzində baş vermiş yanğın hadisəsi ilə bağlı Binəqədi Rayon Məhkəməsinə göndərilmiş sorğu məktublarının cavablandırılmaması bildirilmişdir. Bununla yanaşı, sığortaçı iddiaçı sığorta bazarlarına nəzarət edən Azərbaycan Respublikasının Mərkəzi Bankına və sığortalı cavabdehə 0798/3 nömrəli xx.xx.2022-ci il tarixli məktubla bildirmişdir ki, xx.xx.2019-cu il tarixində Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, 1 ünvanında yerləşən Cavabdeh ticarət mərkəzində baş vermiş yanğın hadisəsi ilə bağlı Binəqədi Rayon Məhkəməsinə hadisənin təfərrüatlarını təsdiq edən yekun qərarın əldə edilməsi məqsədilə sorğu məktubu ünvanlanmışdır və yekun qərar təqdim edildikdən sonra sığorta əməliyyatı həyata keçiriləcəkdir. - Azərbaycan Respublikasının Mərkəzi Bankı da öz növbəsində 2022-ci ilin aprel ayında qeyd olunan məzmunda sığortalıya məlumat vermişdir. Yazışmaların aparılması ilə yanaşı, tərəflər sığorta hadisəsinin tənzimlənməsi istiqamətində müvafiq görüşlər də keçirmişlər. Belə ki, xx.xx.2023-cü il tarixli ərizə və etibarnamədən görünür ki, sonuncu danışıqlar cavabdehin səlahiyyətli nümayəndəsi Rəhimov Rəşid Ələkbər oğlu tərəfindən aparılmışdır. İ̇ddiaçıya ünvanlanan xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, sözügüdən cinayət işi üzrə zərərçəkmişlər Babayev Ramin Alyoşa oğlu və Əhmədov Zamiq Gürşad oğlu Cavabdeh ticarət mərkəzində baş vermiş yanğınla bağlı görüş üçün müraciət etmişlər (və iddiaçının rəhbər şəxsləri tərəfindən qəbul edilmişlər). Sığorta hadisəsinin tənzimlənməsi üzrə sığortaçı ilə sığortalı arasında danışıqlar gedən zaman Bakı şəhəri Binəqədi Rayon İ̇cra Şöbəsi tərəfindən iddiaçıya xx/xx-57094-29 nömrəli xx.xx.2023-cü il tarixli sorğu (xx.xx.2024-cü il tarixdə iddiaçıya daxil olmuşdur) verilmişdir. Sorğu ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-184/2021 nömrəli xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən borclu Cavabdeh MMCnin sığorta ödənişləri barədə məlumatların göndərilməsi xahiş olunmuşdur. Cavabdeh MMC-yə ödənilməli olan sığorta ödənişlərinin köçürülməsindən əvvəl Bakı şəhəri Binəqədi Rayon İ̇cra Şöbəsinə rəsmi məlumat verilməsi xahiş olunmuşdur. - İ̇ddiaçı verilən sorğuya 757/3 nömrəli xx.xx.2023-cü il tarixli cavab məktubunda göstərmişdir ki, Cavabdeh MMC-yə dair hər hansı bir sığorta əməliyyatı həyata keçirilməmişdir. Bunlarla yanaşı, sığortalı Cavabdeh MMC-nin cinayət işi üzrə mülki tələbkarları iddiaçıya müraciət edərək sığorta kompensasiyasının sığortalı Cavabdeh MMC-yə ödənilməməsini tələb etmişlər. Cinayət işi üzrə zərərçəkmiş şəxs və mülki iddiaçı Qayınbəyov Ümid Azər oğlunun ünvanladığı xx.xx.2023-cü il tarixli teleqramda belə bir xahiş etmişdir. Bakı Şəhəri Binəqədi Rayon İ̇cra Şöbəsi tərəfindən ünvanlanan xx/xx-57094-29 nömrəli xx.xx.2023-cü il tarixli sorğu ilə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-184/2021 nömrəli xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən borclu Cavabdeh MMC üçün nəzərdə tutulmuş sığorta vəsaitlərinin iddiaçıya məxsus hansı bankda olan depozit hesabda yerləşməsi və həmin hesab rekvizitləri barədə məlumat verilməsi xahiş olunmuşdur. - Bununla bərabər iddiaçıya xx/xx-57094-29 nömrəli xx.xx.2023-cü il tarixli müşayiət məktubu ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-184/2021 nömrəli xx.xx.2021-ci il tarixli icra sənədi üzrə “borclunun üçüncü şəxslərdə olan əmlakı (pul vəsaitləri) üzərinə məhdudiyyət qoyulması haqqında” icra məmurunun xx.xx.2023-cü il tarixli qərarı göndərilmişdir. İ̇ddiaçı xx.xx.2023-cü il tarixli 0800/3 nömrəli məktubla “borclunun üçüncü şəxslərdə olan əmlakı (pul vəsaitləri) üzərinə məhdudiyyət qoyulması haqqında” icra məmurunun xx.xx.2023-cü il tarixli qərarına cavab olaraq bildirmişdir ki, iddiaçı tərəfindən Cavabdeh MMC-yə hər hansı sığorta ödənişinin verilməsi nəzərdə tutulmamışdır. Əlavə olaraq, iddiaçı xx.xx.2023-il tarixli 799/3 nömrəli məktubla icra məmurunun xx.xx.2023-cü il tarixli xx/xx-57094-29 nömrəli sorğusuna cavab olaraq bildirmişdir ki, Cavabdeh MMC-nin sığorta tələbi araşdırılmış, sığorta ödənişinin ödənilməsindən imtina edilmişdir. Cavabdeh MMC üçün hər hansı sığorta vəsaitinin iddiaçıya məxsus bankda olan depozit hesabında yerləşdirilməsi nəzərdə tutulmamışdır. İ̇ddiaçının icra məmuruna ünvanladığı cavablara baxmayaraq, Bakı şəhəri Binəqədi Rayon İ̇cra Şöbəsi tərəfindən xx/xx-57094-29 nömrəli xx.xx.2023-cü il tarixli məktubla Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə təqdimat göndərilmişdir. - Beləliklə, yuxarıda göstərilən arqumentlərdən və əlavə edilmiş sənədlərdən belə nəticə hasil olunur ki, iddiaçıya irabcİ̇“ sığortalar haqqında” Qanunun 17-ci maddəsində sadalanan sənədlərdən yalnız sığorta tələbi (ərizə) xx.xx.2021-ci il tarixində daxil olmuş, iddiaçı tərəfindən 274 613 manat məbləğində dəymiş zərərə dair xx.xx.2021-ci il tarixli mütəxəssis (ekspert) rəyi əldə edilmiş, iddiaçı irabcİ̇“ sığortalar haqqında” Qanunun 17.1.4-cü maddəsi ilə tələb olunan sənədlərin alınması üçün səlahiyyətli dövlət orqanlarına sorğular verməsinə baxmayaraq, cavab əldə edə bilməmiş, göndərilən sorğular barədə Cavabdeh MMC-yə rəsmi məlumat vermiş, buna baxmayaraq, sığorta hadisəsi tənzimlənmədiyi halda, icra şöbəsi və Cavabdeh MMC-nin cinayət işi üzrə borcluları tərəfindən sığorta şirkətinə tələb məktubları ünvanlanmışdır. İ̇ddiaçı da öz növbəsində qanunvericiliyə uyğun olmayan icra hərəkətlərindən yayınmaq üçün sığortalı Cavabdeh MMC-yə xx.xx.2023-cü il tarixli məktub ünvanlamış və bu məktubu icra məmurunun diqqətinə çatdırmışdır. - Sadə dillə, sığortaçı qanunsuz icra hərəkətlərindən yayınmaq üçün icra məmuruna BA seriyalı 957787 nömrəli (RAZ**********) sığorta şəhadətnaməsi blankında qeyd olunan 1 250 000 manat sığorta məbləğini, göstərilən situasiyada Cavabdeh MMC-nin sahibliyində, istifadəsində və ya sərəncamında olan pul vəsaiti olmamasını bildirməyə çalışmışdır. Yəni irabcİ̇“ sığorta haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən icbari sığorta şəhadətnaməsi icbari sığorta müqaviləsinin bağlanması faktını təsdiq edən sənəddir. Sığorta şəhadətnaməsi özlüyündə əşya, pul vəsaiti və ya qiymətli kağız deyildir. Qeyd olunanları nəzərə alaraq, 49 500 manat azadolma məbləği və Bakı şəhəri Binəqədi Rayon İ̇cra Şöbəsi tərəfindən pul vəsaitinin tutulmasına qədər iddiaçı ilə cavabdeh arasında danışıqların aparılması işin mübahisəsiz hallarıdır. Bununla yanaşı, iddiaçı tərəfindən təqdim və iş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli sığorta sahəsində yardımçı fəaliyyət göstərən mütəxəssisin (ekspert) qiymətləndirmə rəyi iddiaçı tərəfindən təsdiq edilir.

38. İddiaçının məhkəmə iclaslarında iştirak edən nümayəndələri iddia ərizəsinin məzmununa uyğun izahatlar verərək və sığorta predmetinə 274 613 manat məbləğində zərər dəydiyinin təsdiq olunduğunu bildirərək iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

39. Məhkəmə iclaslarında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) cavabdehin əsassız varlanmadığını, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 10 sentyabr 2021-ci il tarixli hökmü əsasında pul məbləğinin cavabdehin deyil, zərərçəkmişlərin xeyrinə tutulduğunu, bu səbəbdən də sonuncuların əsassız varlana biləcəyini, yalnız azadolma məbləği (49 500 manat) hissəsində iddia tələbini əsaslı hesab etdiyini bildirmiş, həmçinin göstərmişdir ki, 1 700 000 manat dəyən zərərin məbləğidir, lakin 6 000 000 manat zərərin dəydiyi ilə bağlı da müstəqil ekspert rəyi mövcuddur və hazırda mübahisələndirilən pul məbləğlərinin tutulmasına məhkəmə qərardadları qanuni əsas yaradır.

40. Cavabdehin nümayəndəsi (vəkili) həmçinin bildirmişdir ki, sığorta məbləği icra məmurunun inkasso sərəncamları əsasında iddiaçıdan tutulduğu üçün sığorta ödənişinin ödənilməsi ilə bağlı iddiaçıya qarşı iddia tələbi irəli sürülməmişdir.

41. Birinci instansiya məhkəməsinin 09 dekabr 2024-cü il tarixli qətnaməsi ilə iddia tələbinin təmin olunması, Cavabdeh MMC-dən 975 387 manatın (əsassız ödənilmiş sığorta ödənişinin əvəzi olaraq), dövlət rüsumunun əvəzi qismində 1265,5 manatın tutulub "xxxx" ASC-nə ödənilməsi qət edilmişdir.

42. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərildiyi kimi əsaslandırmışdır: 42.1. Öhdəlik bir tərəfin müəyyən hərəkətlər etməsi və ya müəyyən hərəkətlərdən çəkinməsi, digər tərəfin isə tələb etmək hüququ ilə xarakterizə edilən qarşılıqlı hüquqi münasibətdir. Hər bir hüquqi münasibət kimi öhdəlik hüquq münasibətinin də müəyyən yaranma - əmələ gəlmə əsası olur. Mülki Məcəllənin 386-cı maddəsi öhdəliklərin əmələ gəlmə əsaslarını müəyyən edir. Belə ki, öhdəliyin əmələ gəlmə əsaslarına başlıcası müqavilə olmaqla zərər vurulması, əsassız varlanma və Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar aid edilir. Mülki hüquq nəzəriyyəsində bu əsaslar müqavilədən və müqavilədən kənar olmaqla iki yerə bölünür. Öhdəliyin əsassız varlanma ilə əmələ gəlməsi onun müqavilədən kənar əsasla yaranması hesab olunur. 42.2. Əsassız varlanma hüquqi əsas – bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmadan və ya həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənərək başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə edilməsidir. Mülki hüquq nəzəriyyəsində məhrum olanın əsassız əldə edilmiş və ya saxlanılmış əmlakı qaytarmaq barədə varlanmış şəxsə verdiyi tələb kondikasiya iddiası adlanır və bu növ iddiada bir neçə şərtin mövcudluğu sübut edilməlidir. Belə ki, kondikasiya iddiasının sübutetmə predmetinə (1) varlanmanın baş verməsi, (2) bu varlanmanın hüquqi əsasa malik olmaması, (3) varlanmanın məhrum olanın hesabına formalaşması daxildir. Bu şərtlərdən hər hansı birinin mövcudluğunun sübut edilməməsi kondikasiya iddiasının rəddi üçün əsasdır. 42.3. Varlanma şəxsin əmlak aktivlərinin artmasında (lucrum emergens) və ya əmlak passivlərinin azalmasında (damnum cessans) özünü göstərə bilər. Əmlak şəxsə məxsus, iqtisadi dəyəri olan bütün hüquq və öhdəliklərin məcmusudur. Bu baxımdan şəxsin əmlakı dedikdə, əldə edilmiş və pulla qiymətləndirilə bilən bütün aktivlər və passivlər nəzərdə tutulur. Aktivlərə daşınar və ya daşınmaz əşyalar üzərindəki mülkiyyət və digər əşya hüquqları, müqavilədən və ya qanundan irəli gələn tələb hüquqları, hüquqi şəxsdə iştirak payları, əqli mülkiyyət hüquqları, gəlirlər və s. predmetlər, passivlərə isə kreditor borcu da daxil olmaqla borc və öhdəliklər aiddir. 42.4. Hazırkı işin hallarından görünür ki, borclu Cavabdeh MMC-nin ayrı-ayrı şəxslərə qanuni qüvvəyə minmiş məhkəmə hökmünə əsasən ödənilməli pul öhdəlikləri mövcud olmuş, iddiaçıdan tutulan və tələb olunan 975 387 manat məbləğində pul məhz həmin öhdəliklərin ödənilməsinə yönəldilmişdir. Başqa sözlə, hazırda cavabdehin varlanması əmlak passivlərinin azalmasında ifadə edilmişdir. Bu mənada cavabdehin pul məbləğinin birbaşa zərərçəkmişlərə ödənməsi səbəbindən özünü varlı hesab etməməsi ilə bağlı mövqeyi doğru deyildi. 42.5. Digər tərəfdən, əsassız varlanmadan yaranan öhdəliklər də digər öhdəliklər kimi nisbi hüquqlar yaradır. Başqa sözlə, onlar hamı və hər kəsə qarşı deyil, məhz öhdəliyin digər tərəfinə yönəldilə bilər. Təsadüfi deyildir ki, Mülki Məcəllənin 1092.2-ci maddəsinə əsasən, əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Bu səbəbdən iddiaçının zərərçəkmişlərdən əsassız varlanma qaydasında pulun tələb edilməsinə subyektiv hüququ mövcud deyildir və bu barədə cavabdehin etirazları da formal qəbul edilməlidir. 42.6. Kondikasiya iddiasının digər şərti varlanmanın məhrum olanın hesabına baş verməsidir. Bakı şəhəri Binəqədi Rayon İ̇cra Şöbəsinin xx.xx.2023-cü il tarixli 13 nömrəli inkasso sərəncamına əsasən 1 250 000 manat məbləğində pulun "xxxx" ASC-nin "xxxx" Qapalı Səhmdar Cəmiyyətində olan hesabından tutulması sərəncam edilmiş, inkasso sərəncamı xx.xx.2023-cü il tarixdə tam icra edilmiş, beləliklə, varlanma məhz iddiaçının öz əmlakından – pul vəsaitindən məhrum olması ilə baş vermişdir. 42.7. Kondikasiya iddiasının sonuncu şərti kimi bu varlanmanın hüquqi əsasa malik olmaması, yəni bu cür varlanmaya haqq qazandıran müqavilə əsasının və ya qanuni əsasın olub-olmaması və ya varlanmanın həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənməsi çıxış edir. 42.8. xx.xx.2019-cu il tarixində iddiaçı tərəfindən cavabdehə BA seriyalı 957787 nömrəli sığorta şəhadətnaməsi blankı verilmək yolu ilə daşınmaz əmlakın icbari sığortası qaydasında sığorta müqaviləsi bağlandığı, xx.xx.2019-cu il tarixdə baş vermiş yanğın hadisəsi nəticəsində sığorta obyektinə zərər dəydiyi işin mübahisəsiz haldır. Məhkəmə əsassız varlanmanın yaranmasını istisna edən müqavilə əsasının olub-olmamasını qiymətləndirərkən iddiaçının xx.xx.2019-cu il tarixdə baş vermiş yanğın hadisəsi ilə bağlı cavabdehə 975 387 manat məbləğində sığorta ödənişi vermək öhdəliyinin varlanma baş verərkən və ya daha sonra yaranıb-yaranmamasının araşdırılmasını zəruri hesab edir. 42.9. İ̇cbari sığorta müqavilələri üzrə sığortaçı tərəfindən sığorta ödənişinin verilməsi öhdəliyinin yaranması anı icbari sığorta qanunvericiliyi ilə belə tənzimlənmişdir ki, sığortalı sığorta hadisənin baş verməsindən sonra qanunda nəzərdə tutulmuş zəruri sənədləri əlavə etməklə sığorta ödənişinin verilməsi barədə sığortaçıya müraciət etməli, sənədlərdən sonuncusunun təqdim edildiyi və (və ya) alındığı tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş verməlidir. Bununla qanunverici həm sığortalı, həm də sığortaçı üçün icrası məcburi olan konkret vəzifələr müəyyən etmişdir. 42.10.Eyni zamanda nəzərə alınmalıdır ki, bu zaman Mülki Məcəllənin 898.1 – 898.4-cü maddələrinə əsasən, icbari sığorta qanunlarında və könüllü sığorta növləri üzrə sığorta müqavilələrində şərtli və ya şərtsiz azadolma məbləği, həmçinin gözləmə müddəti müəyyən oluna bilər. Azadolma məbləği sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin sığorta təminatı ilə əhatə olunmayan və sığortalının üzərində qalan hissəsidir. Azadolma məbləği sığorta müqaviləsinə uyğun olaraq müəyyən edilən zərər məbləğindən, qismən sığorta halında isə sığortaçının zərər məbləğindəki payından çıxılır. Şərtli azadolma məbləğinin nəzərdə tutulması halında, sığorta hadisəsi nəticəsində dəyən zərərin həcmi həmin məbləğdən çox olduqda və ya sığorta müqaviləsində razılaşdırılmış hər hansı digər halın baş verməsi şərtilə azadolma məbləği tətbiq edilmir. Şərtsiz azadolma məbləği nəzərdə tutulduqda həmin məbləğ hər bir halda tətbiq edilir. 42.11. Məhkəmə yuxarıda göstərilənləri işin hallarına tətbiq edərək qeyd edir ki, hazırkı işin hallarından iddiaçının cavabdehə 49 500 manat azadolma məbləği və ya 925 887 manat sığorta ödənişi etmək öhdəliyinin yaranması (müqavilə əsasının olması) öz təsdiqini tapmır. Belə ki, iş üzrə sığorta ödənişinin məbləğinin 925 887 manat müəyyən edilərək cavabdehə ödənilməli olması ilə bağlı hər hansı sübut mövcud deyildir. 49 500 manat şərtsiz azadolma məbləği isə hər bir halda müəyyən edilən zərər məbləğindən çıxılmalıdır. 42.12.Digər tərəfdən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(001)-184/2021 nömrəli icra sənədinin icrası üzrə icra icraatının gedişində qəbul edilmiş məhkəmə qərardadları da varlanmanın hüquqi əsasını – qanuni əsasını yarada bilməz. 42.13.Əvvəla, göstərilməlidir ki, həmin qərardadların hazırkı işə münasibətdə heç bir preyudisial əhəmiyyəti mövcud deyildir. Belə ki, Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 42.14.Göründüyü kimi, yalnız işə mahiyyəti üzrə baxılmasının yekunu olan qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrinin müvafiq şərtlər (obyektiv və subyektiv meyarlar) daxilində digər iş üçün preyudisial əhəmiyyəti ola bilər. Bu səbəbdən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(001)-184/2021 nömrəli icra sənədinin icrası üzrə icra icraatının gedişində qəbul edilmiş məhkəmə qərardadları hazırkı iş üçün preyudisiallıq təşkil edə bilməz. 42.15.Bununla yanaşı, mülki prosessual hüquq nəzəriyyəsində məhkəmə qərardadları öz məzmununa və təsirinin xarakterinə görə hazırlayıcı, kəsici, nəticəvi, tamamlayıcı və xüsusi qərardadlara bölünür. Hazırlayıcı qərardadlar işin məhkəmədə mahiyyəti üzrə baxılmasına hazırlanması, prosesin müxtəlif mərhələlər üzrə irəliləməsini təmin edir. Belə qərardadlar iddianın mümkün hesab edilməsi, işin məhkəmə baxışına təyin edilməsi və s. məsələlər üzrə çıxarılır. Kəsici qərardadlar isə prosesin başlanmasına və ya davam etməsinə qanuni maneə yaradırlar. Nəticəvi qərardadlar mübahisəni mahiyyəti üzrə baxılmadan yekunlaşdırır, iddiadan imtinanın qəbul edilməsi, barışıq sazişinin təsdiq edilməsi məqəsədilə çıxarılırlar. Tamamlayıcı qərardadlar yekunlaşmış işlər üzrə prosessual səhvlərin aradan qaldırılması, qətnamənin izah edilməsi, icra icraatına nəzarət çərçivəsində qəbul edilirlər. Xüsusi qərardadlar isə proses iştirakçılarının əməllərində cinayət tərkibinin əlamətləri aşkara çıxarılarsa və s. hallarda qəbul olunurlar. 42.16.Belə nəticə hasil olunur ki, nəticəvi qərardadlar istisna olmaqla digər kateqoriyadan olan qərardadlar maddi hüquqi qaydada əmlakın dövriyyəsi üçün əsas yaratmaq qabiliyyətinə malik deyillər. Başqa sözlə, həmin qərardadlar obyektlərini təşkil etdikləri əmlakın dövriyyəsinin kauzasını (əsasını) təşkil etmir, mövcud olmayan maddi hüquqi əsası formalaşdırmır, sadəcə olaraq mövcud maddi hüquqi əsası gücləndirilər. Yəni həmin qərardadlar verilən və ya alınan əmlaka hüquqformalaşdırıcı təsir etmək qabiliyyətinə malik olmamaqla, işə mahiyyəti üzrə baxılmasının yekunu olan məhkəmə qətnamələrindən fərqli olaraq əmlakın saxlanılmasının müstəqil əsası kimi çıxış etmirlər. 42.17.Hazırkı işin hallarından da görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-376/2023 nömrəli xx.xx.2023-cü il tarixli, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 8(103)-172/2023 nömrəli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 27 iyul 2023-cü il tarixli 8(001)-457/2023 nömrəli və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 8(103)-319/2023 nömrəli qərardadları icra icraatının gedişində qəbul edilən tamamlayıcı qərardadlar olmaqla icra məmurunun hərəkətlərində icra haqqında qanunvericiliyin pozulması hallarının olub-olmamasının qiymətləndirilməsi istiqamətində qəbul edilmişdir. Bu mənada həmin qərarlar iddiaçının əmlakı hesabına cavabdehin varlanmasının yalnız maddi hüquqi əsasını gücləndirə bilərlər, həmin əsas olmadığı halda hüquqformalaşdırıcı təsir göstərə bilməzlər. Öz mahiyyətləri etibarilə, adıçəkilən qərardadlar icra icraatına prosessual nəzarətin nəticələridir. 42.18.Hazırda isə iddiaçının əmlakı hesabına cavabdehin 975 387 manat məbləğində varlanmasının maddi hüquqi əsası mövcud deyildir. Belə ki, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli sığorta müqaviləsindən iddiaçının 975 387 manat məbləğində sığorta ödənişi etmək öhdəliyi irəli gəlmir, başqa sözlə, belə bir öhdəlik varlanmanın baş verdiyi tarixdə mövcud olmamış, qətnamə çıxarılan tarixə yaranmamışdır. Həmçinin məhkəmə bu qənaətə gələrkən xüsusilə qeyd etməyi zəruri hesab edir ki, əsassız varlanma institutunun formalaşması məhz ədalət ideyasından irəli gəlir və bu ideyaya xidmət etməlidir. Başqa sözlə, mövcud olmayan maddi hüquqi əsas söykənməklə başqasının hesabına əldə edilən vəsait hər bir halda geri qaytarılmalıdır. 42.19.Beləliklə, işin halları ilə kondikasiya iddiasının şərtlərinin ödənildiyi, varlanmanın baş verdiyi, bu varlanmanın hüquqi əsasa malik olmaması və varlanmanın məhrum olanın hesabına baş verməsi öz təsdiqini tapır. Eyni zamanda bu hal tərəflər arasında sığorta ödənişinin məbləği barədə mübahisənin olduğu nəzərə alındığında gələcəkdə cavabdehin iddiaçıya qarşı sığorta ödənişinin edilməsi tələbinə dair iddia ilə çıxış etməsinə də maneə deyildir.

43. Qənaətinin hüquqi əsaslandırması zamanı məhkəmə həmçinin, Mülki Məcəllənin 385.1-ci, 386-cı, 1091-ci, “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 17.1-ci, 18.1-ci, 35.1-ci, 41.1-ci maddələrinə istinad etmişdir.

44. Həmin qətnamədən cavabdehin nümayəndəsi (vəkili) apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlmədiyini, gəlinən nəticə üçün əhəmiyyət kəsb edən bütün faktiki halların aydınlaşdırılmadığını, məhkəmənin Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qərardadını nəzərə almamaqla preyudisia ilə bağlı prosessual normaları pozduğunu, iddiaçının sığorta qanunvericiliyində nəzərdə tutulmuş prosedurlara əməl etmədiyini irəli sürməklə şikayətini aşağıdakı məzmunda əsaslandırmışdır: “Məhkəmənin mövqeyi işin hallarına zidd olduğundan qanuni və əsaslı hesab edilə bilməz. Belə ki, maddi hüquq normasından və məhkəmənin də həmin normanı təfsirindən görünür ki, əsassız varlanmış şəxsin bunun üçün nə qanuni, nə də müqavilə əsası olmamalıdır. İş materiallarına əlavə edilmiş sənədlərdən və iddiaçının iddia tələbinin həcminin azaldılmasına dair ərizəsindən də göründüyü kimi tərəflər arasında müqavilə öhdəlikləri olmuş və iddiaçı hüquqdan suiistifadə edərək üzərinə götürdüyü öhdəliyi müxtəlif bəhanələrlə yerinə yetirməkdən boyun qaçırmışdır. Lakin iddia tələbinin həcminin azaldılması barədə ərizəsinə diqqət yetirsək görərik ki, iddiaçı tələbini 225 113 manat həcmində azaltmış və bunu onunla əsaslandırmışdır ki, xx.xx.2021-ci il tarixli qiymətləndirmə rəyinə əsasən sığorta hadisəsi nəticəsində cavabdehə 274 613 manat məbləğində zərər dəymişdir, həmin məbləğdən 49 500 manatı şərtsiz azadolma məbləği çıxıldıqda tələbin azaldılmış hissəsinə bərabər məbləğ alınır və dolayısı ilə həmin ödənişin qanuni və əsaslı olması qənaətinə gəlmişlər. İşə baxan məhkəmə iddiaçı tərəfindən edilmiş bu etirafa heç bir hüquqi qiymət verməmiş və yenə də cavabdehin əsassız varlandığı qənaətinə gəlmişdir. Halbuki, iş materiallarında olan hökmdən və xx.xx.2019-cu il tarixli qiymətləndirmə rəyindən görünür ki, cavabdehə baş vermiş sığorta hadisəsi nəticəsində 6 481 370 manat məbləğində zərər dəymişdir. Qeyd edilən qiymətləndirmə rəyi iddiaçıya təqdim edilmiş və iddiaçı tərəfindən buna qarşı heç bir etiraz təqdim edilməmişdir. Azərbaycan Respublikası “İcbari sığortalar haqqında” Qanunun 16.4-cü maddəsinə əsasən, sığortaçı sığorta hadisəsinin baş verməsi barədə qanunvericiliyin tələblərinə uyğun olaraq məlumatlandırıldığı tarixdən 7 iş günü müddətində əmlaka dəymiş zərərin məbləğinin qiymətləndirilməsini təşkil etmədikdə sığortalı və sığorta olunan, həmçinin zərər çəkmiş üçüncü şəxs təyin etdiyi qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil ekspert və ya mütəxəssis vasitəsilə əmlaka dəymiş zərərin ədalətli şəkildə qiymətləndirilməsinə və aradan qaldırılmasına başlaya bilər. Bu halda əgər sığortaçı əmlaka dəymiş zərərin vaxtında qiymətləndirilməməsini əmlak sahibinin ölümü və ya xəstəliyi, həmçinin sığortalının, sığorta olunanın və ya zərər çəkmiş üçüncü şəxsin əmlakın qiymətləndirilməsi üçün şərait yaratmaması nəticəsində baş verdiyini sübut edə bilməsə, o, zərər çəkmiş üçüncü şəxs tərəfindən bu maddədə nəzərdə tutulmuş qaydada həyata keçirilmiş qiymətləndirmənin nəticələrini qəbul etməlidir. Göründüyü kimi, iddiaçının əmlaka dəyən zərərlə bağlı məbləği mübahisələndirməsi üçün qanunvericiliklə müəyyən edilmiş müddət ötmüş və özünün qanunvericiliyin tələblərinə zidd olaraq müəyyən etdiyi məbləğ hissəsində ödənişi etməklə öhdəliyi yerinə yetirmək niyyətini nümayiş etdirmişdir. Digər tərəfdən, məhkəmə qanuni əsasla bağlı hissədə də lazımi araşdırma aparmamış və bu hissədə də gəldiyi nəticə qanunsuz olmuşdur. Belə ki, iş materiallarına əlavə edilmiş, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli 8(001)-457/2023 saylı qərardadından görünür ki, 1 (001)-184/2021 saylı xx.xx.2021ci il tarixli icra sənədi üzrə Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin icra məmuru Məhəmməd Qaragözovun hərəkətlərinin qanunsuz hesab edilməsi barədə "xxxx" ASC-nin şikayətinə baxılaraq şikayəti təmin edilməmişdir. Həmin işə baxan məhkəmə müəyyən etmişdir ki, sığorta hadisəsi hesab olunan hallar, sığortaçının sığorta hadisəsindən sonra etməli olduğu hərəkətlər, zərərin məbləğinin müəyyən edilməsi, sığorta ödənişindən imtinanın əsasları, sığorta ödənişinin edilməsi qaydası və məbləği və.s qanunda konkret olaraq təsbit olunmuşdur. Sadalanan normaların məzmunundan aydın olur ki, qanunvericilik sığorta hadisəsinin baş verməsindən sonra sığorta ödənişinin verilməsinin prezumpsiyasını müəyyən etmişdir. Bu isə o anlama gəlir ki, hadisənin sığorta hadisəsi hesab edilmədiyini iddia edən tərəf, sığorta ödənişindən imtina edən tərəf və ya sığorta məbləği ilə razılaşmayan tərəf əksini iddia edirsə bunu əsaslandırmalı, o cümlədən sübut etməlidir. Lakin "xxxx" ASC tərəfindən təqdim edilən sənədlərdən müəyyən edilir ki, "xxxx" ASC-nin hüquq departamenti tərəfindən xx.xx.2020-ci il tarixdə “sığorta ödənişinin verilməsindən imtina olunması və müqavilənin etibarsız hesab edilməsi barədə” rəy tərtib edilmişdir. Rəydə qeyd edilmişdir ki, xx.xx.2019-cu il tarixində sığorta təminatı verilmiş tikilinin 2-ci mərtəbəsində yerləşən 2000 kv.m sahənin bir hissəsinə qismən zərər dəymişdir. Baş vermiş hadisə araşdırılarkən məlum oldu ki, ünvan 5 ünvanında yerləşən Cavabdeh MMC-yə məxsus tikinti və inşaat materialları bazarı, yanğın baş verdiyi tarixədək tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və buna lazımi icazələr almadan, şəhərsalma və tikinti normaları və qaydalarını ciddi surətdə pozmaqla tikilmişdir. Yəni özbaşına tikinti olmuşdur. ünvan 5 ünvanında fəaliyyət göstərən Cavabdeh MMC-yə məxsus tikinti və inşaat materialları bazarı yanğın hadisəsi baş verdiyi xx.xx.2019-cu il tarixədək yanğın təhlükəsizliyi sahəsində layihə həlli olmadan tikilərək çoxsaylı kobud norma və qayda pozuntularının mövcudluğu şəraitində istismar edilmişdir. “İcbari sığortalar haqqında” AR qanunun 35.3.4-cü maddəsinə əsasən və AR Mülki Məcəlləsinin 180-ci maddəsinə uyğun olaraq özbaşına tikinti sayılan daşınmaz əmlak sığortaya cəlb olunmur. Mülki Məcəllənin 935.1.6-cı maddəsinə əsasən və bu məcəllənin 935.2-ci maddəsi nəzərə alınmaqla, sığorta predmeti barəsində sığortalının sığortaçıya qəsdən yalnış məlumat verməsi nəticəsində sığortaçının sığorta riskini qiymətləndirmək imkanından tam və ya qismən məhrum olması sığorta ödənişinin verilməsindən imtinanın əsasını yaradır. Mülki Məcəllənin 908.1.4-cü maddəsinə əsasən sığorta obyekti sığortalının qeyri-qanuni mənafeləri ilə, həmçinin sığortalanması qanunvericiliklə qadağan olunmuş mənafeləri ilə bağlı olduqda sığorta müqaviləsi bağlandığı andan etibarsız sayılır. Rəyin nəticə hissəsində isə qeyd edilmişdir ki, baş vermiş yanğın hadisəsi sığorta hadisəsi hesab edilmədiyindən Cavabdeh MMC-yə sığorta ödənişinin verilməsindən imtina edilsin. Sığorta müqaviləsi bağlandığı andan etibarsız hesab edilsin. xx.xx.2020-ci il tarixdə "xxxx" ASC tərəfindən Cavabdeh MMC-yə rəydə qeyd edilən məzmunda məktub ünvanlanmışdır. Halbuki həmin məktubun nəinki çatdırılmasını, ümumiyyətlə göndərilməsini təsdiq edən hər hansı sənəd təqdim edilməmişdir. Göründüyü kimi "xxxx" ASC tərəfindən baş vermiş yanğın nəticəsində aparılan araşdırma və onun nəticəsi Cavabdeh MMC-yə məlum olmamışdır. Halbuki yuxarıda sadalanan normalar sığorta tələbi üzrə sığortaçının etməli olduğu hərəkətlərin vaxtını və qaydasını ərtaflı tənzimləmişdir. Bundan əlavə məhkəmənin "xxxx" ASC-nin sığorta məbləği həddində pul vəsaitlərinə həbs qoyulmasından sonra, yəni xx.xx.2023-cü il tarixli Cavabdeh MMC-yəünvanladığı məktubunda belə, yuxarıda qeyd olunan formada araşdırma aparıldığı və araşdırmanın nəticəsi olaraq sığorta ödənişinin verilməsindən imtina edildiyi və sığorta müqaviləsinin etibarsız hesab edildiyinə dair hər hansı qeyd yoxdur. Bu isə ona dəlalət edir ki, yuxarıda sadalanan araşdırma ya formal həyata keçirilmiş, ya da ümumiyyətlə sığortalı cəlb edilmədən və məlumatı olmadan həyata keçirilmişdir. Bu baxımdan yanaşdıqda icra məmurunun məhkəmənin həbs qoyulması barədə qərardadından sonra Cavabdeh MMC-nin "xxxx"ASC-dən almalı olduğu sığorta məbləği barədə qənaəti və tələbin həmin əmlaka yönəldilməsi barədə hərəkətləri qanunsuz hesab edilə bilməz. Üstəlik həmin hərəkətlərin qanuniliyini mübahisələndirmək isə ən azından hüquqdan sui-istifadədir. Çünki şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi hüqudan sui-istifadə hesab edilir. Məhkəmənin qeyd edilən qərardadından "xxxx" ASC tərəfindən şikayət verilmiş və Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasının xx.xx.2023-cü il tarixli, 8(103)-319/2023 saylı qərardadı ilə şikayət təmin edilməyərək birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, qeyd edilən qərardadlardan da göründüyü kimi, iddiaçının hazırda tələb etdiyi pul məbləğinin ondan tutulmasının qanuni əsası mübahisələndirilmiş və məhkəmələr tərəfindən icra məmurunun hərəkətləri qanunvericiliyin tələblərinə zidd olmadığı müəyyən edilmiş, əksinə, iddiaçının bu növ tələblə çıxış etməsi hüquqdan sui-istifadə olaraq qiymətləndirilmişdir. Bu səbəbdən də, məhkəmə yuxarıda qeyd edilən maddi hüquq normasının tətbiqində yanlışlığa yol vermiş və nəticədə qanunvericiliyin tələblərinə zidd qətnamə çıxarmışdır. İşə baxan birinci instansiya məhkəməsi MPM-nin 82.3-cü maddəsinə belə qiymət vermişdir ki, nəticəvi qərardadlar istisna olmaqla digər kateqoriyadan olan qərardadlar maddi hüquqi qaydada əmlakın dövriyyəsi üçün əsas yaratmaq qabiliyyətinə malik deyillər. Başqa sözlə, həmin qərardadlar obyektlərini təşkil etdikləri əmlakın dövriyyəsinin kauzasını (əsasını) təşkil etmir, mövcud olmayan maddi hüquqi əsası formalaşdırmır, sadəcə olaraq mövcud maddi hüquqi əsası gücləndirilər. Yəni həmin qərardadlar verilən və ya alınan əmlaka hüquqlormalaşdıncı təsir etmək qabiliyyətinə malik olmamaqla, işə mahiyyəti üzrə baxılmasının yekunu olan məhkəmə qətnamələrindən fərqli olaraq əmlakın saxlanılmasının müstəqil əsası kimi çıxış etmirlər. . Göründüyü kimi, yalnız işə mahiyyəti üzrə baxılmasının yekunu olan qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrinin müvafiq şərtlər (obyektiv və subyektiv meyarlar) daxilində digər iş üçün preyudisial əhəmiyyəti ola bilər. Bu səbəbdən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(001)-184/2021 nömrəli icra sənədinin icrası üzrə icra icraatının gedişində qəbul edilmiş məhkəmə qərardadları hazırkı iş üçün preyudisiallıq təşkil edə bilməz. Məhkəmənin bu hissədə mövqeyi qanuni və əsaslı hesab edilə bilməz, belə ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası KonstitusiyaMəhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarında qeyd edilir ki, preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qəradan arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarı). Müki hüquqda faktlar dedikdə, mülki-hüquq münasibətlərinin əmələ gəlməsinin, dəyişdirilməsinin və ya xitam olunmasının əsası kimi mülki qanunvericilikdə nəzərdə tutulan hallar başa düşülür. Başqa sözlə faktlar mülki-hüquqi nəticələrin baş verməsi ilə mülki qanunvericiliyin əlaqələndirdiyi və bağladığı həyati hallardır. Bu faktlar olmadan hər hansı bir mülki-hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitam olunması mümkün deyildir. Məhkəmə kollegiyasının nəzərinə çatdırmaq istəyirəm ki, iddia tələbinin və həmin iddia tələbini təmin edən məhkəmənin qətnaməsinin əsasını Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-184/2021 nömrəli 10 sentyabr 2021-ci il tarixli icra vərəqəsinə və hökmünə əsasən cavabdehin tələbkarlar qarşısında yaranmış öhdəliyi iddiaçıdan xx.xx.2023-cü il tarixində tutulmuş pul vəsaiti hesabına təmin edilməsi təşkil edir. Yəni, iddiaçı yanlışlıqla həmin pul məbləğini cavabdehin hesabına köçürməmiş və ya cavabdehin icra məmurundan iddiaçının hesabından pul məbləğini tutma kimi bir tələbi olmamışdır. İcra məmuru qanunvericiliyin tələblərinə əsasən icra sənədi üzrə görməli olduğu icra tədbirlərini görmüş, iddia tələbi ilə cavabdehlərdən hazırda tələb edilən pul məbləğini tutmuş və nəticədə onun bu hərəkətləri hazırda qüvvədə olan məhkəmə aktı ilə qanuni hesab edilmişdir. Məhkəmə isə qanun qeyd edilən normasına hərfi yanaşaraq yuxarıda qeyd edilən halların məhkəmə qətnaməsində deyil, qərardadında əks etdirildiyini əsas gətirərək preyudisiyallıqla bağlı səhv nəticəyə gəlmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.1-ci maddəsinə əsasən Məhkəmə məhkəmə aktlarını qətnamə, qərardad, qərar və əmr formasında qəbul edir. Həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Göründüyü kimi, işə baxan birinci instansiya məhkəməsi qeyd edilən prosessual hüquq normasını yanlış təfsir edərək prosessual hüquq pozuntusuna yol vermiş və həmin pozuntunun nəticəsində iddiaçının qanunsuz tələbini təmin etmişdir”.

Apellyasiya şikayətinə qarşı etiraz

45. İddiaçının nümayəndəsi (vəkili) tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz verilmiş, qətnamənin dəyişdirilmədən saxlanılması xahiş olunmuşdur.

Apellyasiya baxışı, izahatlar

46. Cavabdehin məhkəmə iclaslarında iştirak edən nümayəndəsi (vəkili) apellyasiya şikayətinin dəlillərini müdafiə etmiş, iddiaçının nümayəndələri isə şikayətin əsassız olduğunu bildirmişlər.

47. İddiaçının nümayəndəsi vəsatət də verərək komission tikinti-texniki ekspertizasının təyin olunmasını xahiş etmiş, vəsatətini aşağıda göstərildiyi kimi əsaslandırmışdır: “...Hadisə ilə bağlı istintaqı aparılan cinayət işi üzrə məhkəmə yanğın-texniki, fıziki-kimyəvi, materialşünaslıq, ekoloji, tikinti-texniki və əmtəəşünaslıq ekspertizasının 6/773- 9/1404-10/988;989 nömrəli 15 yanvar 2021-ci il tarixli rəyində göstərilmişdir ki, Cavabdeh MMC-ə məxsus inşaat materiallarının satışı həyata keçirilən ticarət mərkəzinin aidiyyatı təşkilatlar tərəfindən razılaşdırılmış layihə-smeta və tikinti işlərinin aparılmasına dair müvafiq icazə sənədləri ekspertizaya təqdim edilmədiyindən qoyulmuş suallar üzrə tədqiqatın aparılması mümkün deyildir. O cümlədən Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin № 1(001)- 184/2021 nömrəli, xx.xx.2021-ci il tarixli hökmündən də görünür ki, xx.xx.2019-cu il tarixində sözügedən ticarət mərkəzində baş vermiş yanğın hadisəsi ilə bağlı ticarət mərkəzinin daşınmaz əmlakına (tikililərə) dəymiş ziyan qiymətləndirilməmişdir. Hazırda məhkəmə tikintitexniki ekspertizaya müvafiq tədqiqt obyektlərini təqdim etmək mümkündür. Ona görə də hesab edirəm ki, sözügedən mübahisə üzrə cavabdeh tərəfin sığorta ödənişini (mabahisəli məbləği) real dəymiş zərərə uyğun alıb-almaması (tələbkarlara yönəlməsi) və bununla da əsassız varlanması faktını məhkəmə tikinti-texniki ekspertizası yolu ilə müəyyən edə bilərik”.

48. Cavabdehin nümayəndəsi (vəkili) vəsatətin təmin olunmasına etiraz etmiş, "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli rəydə Cavabdeh ticarət mərkəzində xx.xx.2019-cu il tarixdə baş vermiş yanğın nəticəsində dəymiş ziyanın məbləğinin tikintiquraşdırma xərcləri üçün 6 481 370 manat təşkil etdiyinin göstərildiyini, bunun yanğın hadisəsi ilə bağlı çıxarılmış məhkəmə hökmündə də öz əksini tapdığını, hadisənin üzərindən 6 il vaxt keçdikdən sonra və artıq yanmış əmlak bərpa olunduğu üçün müvafiq qiymətləndirmənin mümkün olmadığını bildirmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

49. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

50. Maddə 385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

51. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

52. Maddə 883.1. Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır.

53. Maddə 904.1. Sığorta məbləği sığortalanmış risklər üzrə sığortaçının öhdəliyinin son həddidir.

54. Maddə 904.2. Sığorta məbləği icbari sığorta üzrə icbari sığorta qanunları ilə, könüllü sığorta üzrə sığorta müqaviləsi ilə müəyyənləşdirilir.

55. Maddə 922. Sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. Sığorta hadisəsi baş vermə ehtimalına və (və ya) təsadüfilik əlamətlərinə malik olmalıdır.

56. Maddə 925.1. Sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında mümkün olan ən qısa müddət ərzində sığortaçı müəyyən edir.

57. Maddə 925.2. Sığortaçı dəymiş zərəri müxtəlif üsullarla, o cümlədən zərər dəymiş predmetin və ya hadisə yerinin fiziki və texniki xüsusiyyətlərini müxtəlif vasitələrlə təyin etməklə, sxem və cizgilər tərtib etməklə, foto və video çəkilişlər aparmaqla, bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla nümayəndəsi kimi təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə qiymətləndirir.

58. Maddə 925.3. Sığorta hadisəsi nəticəsində dəyən zərərin sığortaçı tərəfindən qiymətləndirilməsi, habelə miqdarı barədə tərəflər arasında razılıq əldə edilmədikdə zərərin miqdarının qiymətləndirilməsi “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbi nəzərə alınmaqla, təyin olunan müstəqil ekspert tərəfindən aparılır.

59. Maddə 926.1. Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır.

60. Maddə 927.1. Əmlakın sığortasında və əmlaka vurulan zərərə görə mülki məsuliyyətin sığortasında sığorta ödənişi sığorta hadisəsinin baş verməsi nəticəsində sığortalıya və ya sığorta olunana, habelə zərərçəkən üçüncü şəxsə dəyən real zərərin miqdarından çox ola bilməz.

61. Maddə 933.1. Sığorta ödənişi aşağıdakılardan hər birinin mövcud olduğu halda həyata keçirilir: 933.1.1. sığorta hadisəsi baş verdikdə, sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin sığortaçıya ünvanladığı sığorta tələbi; 933.1.2. sığorta hadisəsi hesab edilə bilən hadisə ilə bağlı hər hansı dövlət orqanına məlumat verilməlidirsə, həmin orqanın hadisə barədə təqdim etdiyi müvafiq sənəd; 933.1.3. icbari sığorta qanunlarında və müvafiq sığorta qaydalarında nəzərdə tutulan, sığorta ödənişinin verilməsi üçün tələb olunan digər sənədlər.

62. Maddə 934.1. Bu Məcəllənin 933.1-ci maddəsində nəzərdə tutulan sənədlərdən sonuncusunun (bu Məcəllənin 933.3-cü maddəsi nəzərə alınmaqla) sığortaçıya daxil olduğu tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş təqdim etməlidir.

63. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

64. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

65. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə.

66. Maddə 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər.

67. Maddə 1095. Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir.

“İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu

68. Maddə 35.1. Daşınmaz əmlakın icbari sığortası daşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir.

69. Maddə 42.1. Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası müvafiq əmlakın istismarı, o cümlədən həmin əmlakın ərazisində inşaat, təmir, yenidənqurma və ya digər işlərin həyata keçirilməsi zamanı üçüncü şəxslərin sağlamlığına və əmlakına dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir.

70. Maddə 49.1. Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəyən zərərə görə sığorta ödənişinin verilməsi bu Qanunun 47-ci maddəsində nəzərdə tutulmuş müvafiq sığorta məbləğləri həddində bu Qanunun Ümumi bölməsində müəyyən edilmiş ümumi əsaslarla həyata keçirilir.

71. Maddə 49.2. Sığortaçının sığortalıya və ya sığorta olunana qarşı subroqasiya hüququnun yaranmasının bu Qanunun 25.1.2-ci maddəsində müəyyən edilmiş əsası o halda tətbiq edilir ki, sığortalının və ya sığorta olunanın, yaxud onların nümayəndəsinin əmlakı (binanı, tikilini, avtonəqliyyat vasitəsini, cihazı, qurğunu, avadanlığı və s.) alkoqol, narkotik və ya toksikoloji sərxoşluq vəziyyətində istismar etməsinin, o cümlədən inşaat, təmir, yenidənqurma və ya digər işlərin aparılmasının müvafiq hadisənin baş verməsinə şərait yaratması sübut edilmiş olsun.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

72. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

73. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

74. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

75. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

76. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

77. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.

Apellyasiya baxışının həddi

78. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

79. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

80. “Apelyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının xx.xx.2020-ci il tarixli qərardadında göstərilmişdir ki, “...məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğvinin tələb edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda, bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dispozitivlik prinsipinə zidd olaraq yoxlanılması, digər tərəfdən isə məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının əsassız məhdudlaşdırılması ilə nəticələnəcəkdir”.

81. Məhkəmə kollegiyası şərh olunanları nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının həddini qətnamənin Cavabdeh MMC-dən 925 887 manatın (əsassız ödənilmiş sığorta ödənişinin əvəzi olaraq) və dövlət rüsumunun əvəzi qismində 1265,5 manatın tutulub "xxxx" ASC-nə ödənilməsi” hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünkü cavabdehin nümayəndəsi (vəkili) apellyasiya şikayətində qətnamənin ləğv olunmasını xahiş etsə də, şikayətinin dəlili yalnız qeyd olunan hissənin düzgün olmamasına yönəlmiş, nümayəndə həm birinci instansiya məhkəməsində, həm apellyasiya baxışı zamanı verdiyi izahatlarda təmsil etdiyi hüquqi şəxsdən 49 500 manatın tutulmasını əsaslı hesab etdiyini bildirmişdir.

82. Başqa sözlə, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh MMC-dən 49 500 manatın tutulub "xxxx" ASC-nə ödənilməsi” hissəsində hazırkı apellyasiya baxışının predmeti deyildir.

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

83. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi qətnamənin mübahisələndirilən hissəsində gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, sübutlara düzgün qiymət verməmiş, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş, hüququn tətbiq edilməsində səhv buraxmış, preyudisia ilə bağlı prosessual normaları, eləcə də əsassız varlanma ilə bağlı maddi hüquq normalarını düzgün tətbiq etməmişdir.

84. Belə ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.

85. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.

86. Bu zaman həm də nəzərə alınmalıdır ki, mülki hüquqda hamılıqla qəbul edilmiş prinsiplərdən biri olan “iura novit curia” (“məhkəmə hüququ bilir”) prinsipinə əsasən hüququn tətbiqinə hakim bilavasitə cavabdehlik daşıyır və o, iddiaçının bildirdiyi (iddiasını əsaslandırdığı) faktlarla bağlı olsa da, iddia tələbinin düzgün qanuni əsasını müəyyənləşdirməklə qərarını iddianın faktiki tərkibi adlanan faktların məcmusuna istinadən qəbul edir.

87. İddia tələbi üzrə iddiaçının irəli sürdüyü faktiki hal ondan ibarətdir ki, cavabdehə aid hər hansı pul vəsaitinin onda olmaması barədə Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinə məlumat verməsinə baxmayaraq, icra məmurları qanunsuz olaraq onun bank hesabına inkasso sərəncamı göndərmiş, nəticədə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 10 sentyabr 2021-ci il tarixli hökmünə əsasən cavabdehin tələbkarlar qarşısında yaranmış öhdəliyi iddiaçıdan xx.xx.2023-cü il tarixində tutulmuş pul vəsaiti hesabına təmin edilmiş, beləliklə cavabdeh əsassız varlanmışdır.

88. İrəli sürülən faktiki halları nəzərə almaqla kollegiya qeyd edir ki, iddia tələbinin qanuni əsası kimi mülki qanunvericiliyin əsassız varlanma ilə bağlı müddəaları nəzərdən keçirilə bilər və bu halda sübutetmə yükü, yəni cavabdehin onun hesabına hüquqi əsas olmadan varlandığını sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür.

89. Sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş veribverməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir (§ 72, 73).

90. Mülki-prosessual qanunvericiliyin sübutetmə yükünün bölüşdürülməsi qaydasına dair müəyyənləşdirdiyi prinsip (§ 73) baxımından məhkəmə kollegiyası hesab edir ki, iddiaçı, cavabdehin onun hesabına hüquqi əsas olmadan varlandığını sübut edə bilməmişdir.

91. Belə ki, birinci instansiya məhkəməsinin də vurğuladığı kimi, məhrum olanın əsassız əldə edilmiş və ya saxlanılmış əmlakı qaytarmaq barədə varlanmış şəxsə qarşı əsassız varlanma müddəalarına istinadən irəli sürdüyü tələb kondikasiya iddiası adlanır və bu növ iddianın təmin edilməsi üçün bir neçə şərtin mövcudluğu sübut edilməlidir: (1) varlanmanın baş verməsi; (2) bu varlanmanın hüquqi əsasa malik olmaması; (3) varlanmanın məhrum olanın hesabına formalaşması. Bu şərtlərdən hər hansı birinin mövcudluğunun sübut edilməməsi kondikasiya iddiasının rəddi üçün əsasdır.

92. Kollegiya birinci instansiya məhkəməsinin o qənaəti ilə razılaşır ki, varlanma şəxsin əmlak aktivlərinin artmasında (lucrum emergens) və ya əmlak passivlərinin azalmasında (damnum cessans) özünü göstərə bilər və hazırkı işdə cavabdehin varlanması onun əmlak passivlərinin azalmasında ifadə edilmişdir. Belə ki, Cavabdeh MMC-nin ayrı-ayrı şəxslərə qanuni qüvvəyə minmiş məhkəmə hökmünə əsasən ödənilməli pul öhdəlikləri mövcud olmuş, iddiaçının bank hesabından tutulan 1 250 000 manat məhz həmin öhdəliklərin ödənilməsinə yönəldilmişdir.

93. Bununla belə kollegiya, cavabdehin sözügedən varlanmasının iddiaçının hesabına əsassız baş verdiyi ilə bağlı birinci instansiya məhkəməsinin qənaətini əsaslı hesab etmir.

94. Belə ki, iddiaçının bank hesabında olan 1 250 000 manat vəsaitin üzərinə həbs qoyulması proseduru Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin icra məmurunun “Borclunun üçüncü şəxslərdə olan əmlakı (pul vəsaitləri) üzərinə məhdudiyyət qoyulması haqqında” xx.xx.2023-cü il tarixli qərarı əsasında başlanmış, icra məmuru eyni gün təqdimatla Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh MMC-nin "xxxx" ASC-də olan əmlakına həbs qoyulmasını xahiş etmiş, məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə təqdimat təmin olunaraq, Cavabdeh MMC-nin "xxxx" ASC-də olan RAZ********** nömrəli sığorta şəhadətnaməsi üzrə sığorta üçün nəzərdə tutulmuş 1 250 000 manat pul vəsaitinin üzərinə həbs qoyulmuşdur (§ 20, 22, 23, 24, 25).

95. Yuxarıda qeyd olunduğu kimi, "xxxx" ASC icra məmurunun “borclunun üçüncü şəxslərdə olan əmlakı (pul vəsaitləri) üzərinə məhdudiyyət qoyulması haqqında” 17 aprel 2023-cü il tarixli qərarını mübahisələndirərək "xxxx" ASC-nin mülkiyyətində olan və "xxxx" QSC-də saxlanılan 1 250 000 manat məbləğində pul vəsaitinin 22 may 2023-cü il tarixində köçürülməsinə (alınmasına) dair hərəkətlərinin, "xxxx" QSC-yə verilən 19 may 2023-cü il tarixli 130 saylı inkasso sərəncamının qanunsuz sayılması və həmin sərəncamın ləğv edilməsi” barədə qərardad çıxarılmasını xahiş etmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 27 iyul 2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmişdir (§ 27, 28, 29).

96. Həmin qərardadında məhkəmə xüsusilə vurğulamışdır ki, “...icra məmurunun məhkəmənin həbs qoyulması barədə qərardadından sonra Cavabdeh MMC-nin "xxxx" ASCdən almalı olduğu sığorta məbləği barədə qənaəti və tələbin həmin əmlaka yönəldilməsi barədə hərəkətləri qanunsuz hesab edilə bilməz, həmin hərəkətlərin qanuniliyini mübahisələndirmək isə ən azından hüquqdan sui-istifadədir”.

97. Göründüyü kimi həm “pul vəsaitinin üzərinə həbs qoyulması” barədə icra məmurunun təqdimatına, həm də "xxxx" ASC-nin “icra məmurunun hərəkətlərinin və inkasso sərəncamının qanunsuz sayılması” barədə şikayətinə baxarkən məhkəmələr, üzərinə həbs qoyulmuş pul vəsaitini məhz “Borclunun üçüncü şəxslərdə olan əmlakı olaraq qiymətləndirmişlər və bu səbəblə də varlanmanın iddiaçının öz əmlakından məhrum olması ilə baş verdiyi nəticəsinə gəlmək işin hallarına uyğun deyildir.

98. Kollegiya, müvafiq varlanmanın hüquqi əsasa malik olmaması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə də razılaşmır.

99. Belə ki, qanunverici varlanmanın hüquqi əsasa malik olmamasını, ona haqq qazandıran müqavilə əsasının və ya qanuni əsasın olmaması, yaxud həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənməsi ilə şərtləndirir.

100. "xxxx" ASC ilə Cavabdeh MMC arasında 03 aprel 2019-cu il tarixdə müqavilə bağlandığı və Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yerləşən ticarət mərkəzinin 2-ci mərtəbəsinin 2000 m2 sahəsinin "xxxx" ASC tərəfindən “Daşınmaz əmlakın icbari sığortası” növündə sığorta olunduğu, sığorta məbləğinin 1 250 000 manat, azadolma məbləğinin 49 500 manat razılaşdırıldığı işin mübahisə edilməyən halıdır.

101. Bununla yanaşı işin hallarından görünür ki, "xxxx" ASC-nin hüquq departamenti tərəfindən xx.xx.2020-ci il tarixdə “baş vermiş yanğın hadisəsi sığorta hadisəsi hesab edilmədiyindən Cavabdeh MMC-yə sığorta ödənişinin verilməsindən imtina edilsin, sığorta müqaviləsi bağlandığı andan etibarsız hesab olunsun” məzmunlu rəy tərtib edilmiş, Cavabdeh MMC-nin “1 250 000 manat sığorta ödənişinin ödənilməsi” barədə 15 sentyabr 2021-ci il tarixli müraciətinə "xxxx" ASC tərəfindən cavab verilməmiş, "xxxx" ASC-nin sifarişi əsasında "xxxx" MMC-nin mütəxəssisi tərəfindən hazırlanmış 16 noyabr 2021-ci il tarixli rəydə isə yanğın hadisəsi nəticəsində dəymiş zərər 274 613 manat məbləğində qiymətləndirilmişdir (§ 6, 7, 28).

102. Bu baxımdan kollegiyanın qənaətinə görə, Cavabdeh MMC-nin sözügedən varlanmasını “ona haqq qazandıran müqavilə əsası olmayan varlanma” kimi qiymətləndirmək mümkün deyildir; bununla belə görünən odur ki, iddiaçı müvafiq müqavilə üzrə öhdəliyini yerinə yetirməkdən imtina etdiyi üçün, “digər qanuni əsasın” ortaya çıxmasına zəmin yaranmışdır.

103. Kollegiya hesab edir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli qərardadı həmin “digər qanuni əsas” olmuşdur və birinci instansiya məhkəməsinin “icra icraatının gedişində qəbul edilmiş məhkəmə qərardadları varlanmanın hüquqi əsasını yarada bilməz, həmin qərardadların hazırkı işə münasibətdə heç bir preyudisial əhəmiyyəti mövcud deyildir, yalnız işə mahiyyəti üzrə baxılmasının yekunu olan qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrinin müvafiq şərtlər (obyektiv və subyektiv meyarlar) daxilində digər iş üçün preyudisial əhəmiyyəti ola bilər” yanaşması nə işin hallarına, nə də Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə uyğun olmuşdur.

104. Bu cür yanaşma işin hallarına ona görə uyğun deyildir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadının qəbuluna, iddiaçının sığorta ödənişini ödəmək üçün qanunvericiliklə müəyyənləşdirilmiş zəruri hərəkətləri vaxtında etməməsi (sığorta hadisəsinin araşdırılması, zərərin məbləğinin müəyyən edilməsi, sığorta ödənişini ödəmək və ya bundan imtina etmək, sığorta ödənişinin edilməsi qaydası, məbləği və s.) əsas təşkil etmiş, eyni məhkəmənin 27 iyul 2023-cü il tarixli qərardadı ilə isə iddiaçının sığorta ödənişini ödəməkdən imtinasının qanunsuz olduğu nəticəsinə gəlinmişdir.

105. İddiaçının sığorta ödənişini ödəməkdən imtinasının qanunsuz olduğu əslində onun öz davranışları ilə də müəyyən olunur; belə ki, xx.xx.2020-ci il tarixdə “baş vermiş yanğın hadisəsi sığorta hadisəsi hesab edilmədiyindən Cavabdeh MMC-yə sığorta ödənişinin verilməsindən imtina edilsin, sığorta müqaviləsi bağlandığı andan etibarsız hesab olunsun” məzmunlu rəy tərtib edən və Cavabdeh MMC-nin sığorta ödənişinin ödənilməsi barədə 15 sentyabr 2021-ci il tarixli müraciətinə cavab verməyən "xxxx" ASC, sonradan yanğın hadisəsi nəticəsində dəymiş zərərin 274 613 manat məbləğində qiymətləndirilməsi barədə rəy almaqla və hazırda baxılan işdə həmin rəyə istinadən sığorta ödənişinin məhz həmin məbləğdə hesablanmalı olduğunu irəli sürməklə, öz imtinasının qanunsuz sayılmasına zəmin yaratmışdır.

106. Birinci instansiya məhkəməsinin müvafiq yanaşması Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə də uyğun deyildir; Konstitusiya Məhkəməsinin Plenumu "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 30 yanvar 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2020-ci il tarixli və "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 23 iyul 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunların uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2022-ci il tarixli qərarlarında vurğulamışdır ki, “preyudisiya institutunun məntiqi əsasını qanuni qüvvəyə minmiş məhkəmə qərarının həqiqiliyi prezumpsiyası təşkil edir. Bu prezumpsiya bütün məhkəmə aktlarına şamil edildiyindən, preyudisiya əhəmiyyətinə yalnız məhkəmə qətnaməsi deyil, məzmunundan və xarakterindən asılı olaraq digər məhkəmə aktları da malik ola bilər. Yəni preyudisial əhəmiyyətə nəinki qətnamə, məhkəmə qərardadı da müəyyən şərtlərlə malik ola bilər. Bunun üçün məhkəmə qərardadı aşağıdakı vacib şərtlərə cavab verməlidir: - qərardad müstəqil məhkəmə icraatı çərçivəsində çıxarılmalı; - həmin qərardad ilə hüquqi faktlar və hüquq münasibətləri müəyyən edilməli; - tərəflərin məhkəmə baxışında iştirakı təmin edilməli; - baxış çəkişmə prinsipinə əməl edilməklə aparılmalı; - belə qərardadın yuxarı instansiya məhkəmələrində mübahisələndirilməsi imkanı olmalıdır. Həmçinin qeyd edilməlidir ki, hüquq nəzəriyyəsində məhkəmə aktlarının preyudisial əhəmiyyəti ilə bağlı iki yanaşma – forma və məzmun yanaşması mövcuddur. “Forma”, yəni qəbul edilmiş məhkəmə aktının prosessual forması yanaşması baxımından yalnız işi mahiyyəti üzrə həll edən qətnamələrin preyudisial əhəmiyyəti tanınır. “Məzmun” yanaşması baxımından isə prosessual formasından asılı olmayaraq məhkəmə aktı ilə maddi-hüquqi faktlar müəyyən edildikdə, həmin məhkəmə aktı preyudisial əhəmiyyət kəsb edir”.

107. Kollegiyanın qənaətinə görə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin həm xx.xx.2023-cü il tarixli, həm də 27 iyul 2023-cü il tarixli qərardadları müstəqil məhkəmə icraatı çərçivəsində çıxarılmaqla, hüquqi faktları və hüquq münasibətlərini müəyyən etməklə, tərəflərin məhkəmə baxışında iştirakı təmin olunmaqla, çəkişmə prinsipinə əməl edilməklə və yuxarı instansiya məhkəməsində mübahisələndirilməklə Konstitusiya Məhkəməsinin müəyyənləşdirdiyi kriteriyalara uyğun olmuş, beləliklə də hazırkı mübahisə baxımından hüquqi müəyyənliyi təmin etmişlər.

108. Bu kontekstdə kollegiya həmçinin qeyd edir ki, sığorta ödənişinin məbləği ilə bağlı tərəflər arasında fikir ayrılığının mövcudluğu da fərqli nəticəyə gəlinməsinə səbəb ola bilməz; belə ki, birincisi, Cavabdeh MMC-nin sifarişi əsasında "xxxx" MMC tərəfindən hazırlanmış xx.xx.2019-cu il tarixli rəydə Cavabdeh ticarət mərkəzində xx.xx.2019-cu il tarixdə baş vermiş yanğın nəticəsində dəymiş ziyanın məbləğinin (tikinti-quraşdırma xərcləri üçün) 6 481 370 manat təşkil etdiyi (yəni 1 250 000 manatdan daha artıq) göstərilmiş, həmin rəqəm yanğın hadisəsi ilə bağlı çıxarılmış məhkəmə hökmündə də öz əksini tapmışdır; ikincisi isə, əgər "xxxx" ASC sığortaçı olaraq sığorta ödənişini ödəmək üçün qanunvericiliklə müəyyənləşdirilmiş zəruri hərəkətləri vaxtında etməmişdirsə (sığorta hadisəsinin araşdırılması, zərərin məbləğinin müəyyən edilməsi, sığorta ödənişini ödəmək və ya bundan imtina etmək, sığorta ödənişinin edilməsi qaydası, məbləği və s.), bu hərəkətsizliyinin yaratdığı riski özü daşımalıdır.

109. Şərh olunanları ümumiləşdirən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi Cavabdeh MMC-dən 925 887 manatın (əsassız ödənilmiş sığorta ödənişinin əvəzi olaraq) tutulub "xxxx" ASC-nə ödənilməsi” nəticəsinə gəlməkdə səhvə yol vermişdir və qətnamə həmin hissədə ləğv olunaraq iddia tələbi müvafiq hissədə rədd edilməlidir.

110. Gəldiyi qənaətə uyğun olaraq kollegiya, “dövlət rüsumunun əvəzi qismində 1265,5 manatın Cavabdeh MMC-dən tutulub "xxxx" ASC-nə ödənilməsi” hissəsində qətnamənin dəyişdirilməsini zəruri sayır; belə ki, iddiaçı 1265,5 manat dövlət rüsumunu 975 387 manat məbləğində qiymətləndirilən iddia tələbi üçün ödəmiş, lakin onun tələbinin 925 887 manat hissəsi əsassız hesab olunmuşdur – belə olan halda isə, tələbin yalnız 49 500 manat hissəsi üzrə ödənilməli olan rüsum məbləği, yəni 238,5 manat Cavabdeh MMC-dən tutulub "xxxx" ASC-nə ödənilməlidir.

111. Kollegiya apellyasiya baxışı üçün çəkilən məhkəmə xərcinə də münasibət bildirərək qeyd edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği "xxxx" ASC-dən alınıb Cavabdeh MMC-nə verilməlidir. Nəzərə alınmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimlədiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir.

112. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh MMC-nin nümayəndəsinin (vəkilinin) apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4057/2024 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 09 dekabr 2024-cü il tarixli qətnaməsi Cavabdeh MMC-dən sığorta ödənişinin əsassız verilməsinə görə 925 887 (doqquz yüz iyirmi beş min səkkiz yüz səksən yeddi) manatın tutulub "xxxx" ASC-nə ödənilməsi” hisəsində ləğv olunsun. İddia tələbi həmin hissədə təmin edilməsin. Qətnamə “dövlət rüsumunun əvəzi qismində 1265,5 manatın Cavabdeh MMC-dən tutulub "xxxx" ASC-nə ödənilməsi” hissəsində dəyişdirilsin. İddia ərizəsi üçün ödənilmiş dövlət rüsumuna görə 238,5 (iki yüz otuz səkkiz manat 50 qəpik) manat Cavabdeh MMC-dən alınıb "xxxx" ASC-nə ödənilsin. İddia ərizəsi üçün ödənilmiş dövlət rüsumunun qalan hissəsi "xxxx" ASC-nin özünə aid olunsun. Qətnamənin qalan hissədə, yəni Cavabdeh MMC-dən 49 500 (qırx doqquz min beş yüz) manatın tutulub "xxxx" ASC-nə ödənilməsi” hisəsində apellyasiya baxışının predmeti olmadığı nəzərə alınsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumunun əvəzi qismində 608 (altı yüz səkkiz) manat "xxxx" ASC-dən alınıb Cavabdeh MMC-nə ödənilsin. Qətnamədən "xxxx" ASC tərəfindən, qətnamə ona rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Təranə Mahmudova Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar