Məhkəmə qərarları › İş №2-2(103)-311/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-311/2023

01.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-311/2023 01.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X9 Hüseynin sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadə və X4 ibarət tərkibdə, Şükriyyə Vüqar qızı Aydınlının katibliyi ilə, Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, İddiaçılar “X11 Sistemləri Anonim” Şirkətinin və “X11 Sistemləri Anonim” Şirkətinin Azərbaycan Respublikasındakı filialının Cavabdeh X1rşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-334/2022 saylı, 31 yanvar 2022-ci il tarixli qətnaməsindən iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ

1. “X11 Sistemləri Anonim” Şirkətinin Azərbaycan Respublikasındakı filialı, “X11 Sistemləri Anonim” Şirkəti ilə Cavabdeh arasında bağlanmış üç tərəfli 2020-ci il 19 iyun tarixli 19062020 nömrəli “İstixana üzrə Mühəndislik, Satınalma və Tikinti” müqaviləsinin predmetini Abşeron rayonu, Zirə Tərəvəzçilik, Südçülük Sovxozu ərazisində yerləşən torpaq sahəsində 59.040 kv.m istixana kompleksinin tikilməsi təşkil edir. Müqaviləyə əsasən, Sifarişçi (Cavabdeh MMC) işlərin podratçı (“X11 Sistemləri Anonim” Şirkəti) və təchizatçı (“X11 Sistemləri Anonim” Şirkəti) tərəfindən yerinə yetirilməsini sifariş edir; podratçı istixana tikintisi layihələrini hazırlayan və icra edən, təchizatçı isə istixana avadanlıqları və texnologiyaları təchiz edən şirkətdir. Podratçı və təchizatçı işləri icra etməyi öhdəsinə götürürlər.

2. Həmin müqavilənin şərtlərinə görə: - Podratçı və təchizatçı işlərin layihələndirilməsini, tamamlanmasını, eləcə də layihə və xüsusiyyətlər və digər şərtlər və müddəalarına uyğun olaraq hər hansı bir qüsuru aradan qaldırmağı, sifarişçi isə bu müqavilə dəyərinin ödənilməsini öz öhdələrinə götürürlər (2.1-ci bənd); - Tərəflər işlərin 2 hissədən ibarət olacağını qəbul edir və razılaşırlar: 1) xaricdən təchizat, təchizatçı tərəfindən həyata keçirilmə; 2) lokal işlərin podratçı tərəfindən həyata keçirilməsi (2.2-ci bənd). - Xarici ölkələrdən təchiz olunacaq malların siyahısı bu müqavilənin 4-cü Əlavəsində qeyd olunmuşdur (5.1-ci bənd). - Bütün xaricdən təchiz olunan mallar təchizatçı tərəfindən sifarişçinin adına Azərbaycan Respublikasına gətirilir (5.4-cü bənd); - Xaricdən təchiz olunan malların gömrük rəsmiləşdirilməsi təchizatçı və/və ya podratçı tərəfindən sifarişçinin adına aparılır. Gömrük rüsumlarının ödənilməsi üçün təchizatçı cavabdehdir (5.6-cı bənd); - Xaricdən təchiz olunan mallar gömrük rəsmiləşdirilməsindən sonra podratçı tərəfindən torpaq sahəsinə çatdırılmalıdır. Podratçı malların təhlükəsiz saxlanılmasına və işlərdə istifadə olunmasına görə cavabdehdir (5.7-ci bənd); - Podratçı işlərin tamamlandığı gündən 14 gün əvvəl sifarişçiyə məlumat verməlidir (8.3-cü bənd); - İşlərin yoxlanması və sınaqları zamanı tərəflər qüsurlar aşkar etdikdə, bu qüsurlar hər iki tərəfin imzaladıqları Qüsurlar Protokolunda qeyd olunur (8.6-cı bənd); - İşlərdəki qüsurlar işlərin sifarişçi tərəfindən düzgün işləməsinə mane olmursa, tərəflər təhvil-təslim aktını hazırlayır və imzalayırlar. Qüsurlar Protokolu qəbul aktına əlavə olunur, təhvil aktında podratçının işdəki bütün qüsurları aradan qaldıracağı müddət göstərilməlidir (8.7-ci bənd); - Təhvil aktı imzalanma prosesi əsasında istixana istismara verilmiş sayılır. Təhvil aktı imzalanmadan sifarişçi fəaliyyətə başlayarsa, təhvil aktı imzalanmış və işlər qüsurlar aşkar edilmədən qəbul olunmuş sayılacaq (8.8-ci bənd); - Tərəflər vaxtın mahiyyətli olduğunu və işlərin başa çatdırılmasının və sifarişçi tərəfindən ən son tarix kimi 2020-ci il 15 oktyabr (təhvil vermə vaxtı) qəbul etməyə hazır olduqlarını qəbul edirlər (11-ci bənd); - Bu müqavilənin 2.2-ci bəndində göstərilən işlərin bölünməsinə görə, müqavilənin dəyəri 2 hissəyə bölünür: 1) xaricdən təchiz olunan mallar üzrə müqavilə dəyəri 1.905.000 ABŞ dolları; 2) lokal işlər üzrə müqavilə dəyəri 340.000 manat (12.2-ci bənd). - Müqavilə dəyəri üzrə ödənişlər, bu müqaviləyə əlavə olunmuş 5 nömrəli cədvələ uyğun olaraq həyata keçiriləcək (13.1-ci bənd); - Sifarişçi ödəmə cədvəlinə uyğun olaraq heç bir ödəniş etmədiyi və 14 gün ərzində belə defoltu düzəltməməsi halında əvvəlcədən xəbərdarlıq etmədən işləri dayandıra bilər (13.2-ci bənd).

3. 2020-ci il 19 iyun tarixli “İstixana üzrə Mühəndislik, Satınalma və Tikinti” müqaviləsinə 2020-ci il 30 iyun tarixli 1 saylı Əlavə Razılaşma ilə 2020-ci il 19 iyun tarixli müqavilənin 12.1-ci bəndi yeni redaksiyada verilmiş, müqavilənin ümumi dəyəri 3.345.000 ABŞ dolları və 340.000 manat məbləğində müəyyən edilmişdir.

4. 2020-ci il 20 oktyabr tarixindən 2020-ci il 30 noyabr tarixinədək Cavabdeh MMCnin nümayəndəsinin imzasının və həmin MMC-nin möhürü ilə təsdiq edilməmiş gömrük bəyannamələri aşağıdakılardır: 25 oktyabr tarixli İnvoys dəyəri 17.076,27 ABŞ dolları olan; 25 oktyabr tarixli İnvoys dəyəri 44.638,17 ABŞ dolları olan; 25 oktyabr tarixli İnvoys dəyəri 16.268,14 ABŞ dolları olan; 27 oktyabr tarixli İnvoys dəyəri 24.130 ABŞ dolları olan; 27 oktyabr tarixli İnvoys dəyəri 24.130 ABŞ dolları olan; 30 oktyabr tarixli İnvoys dəyəri 95.515,41 ABŞ dolları olan; 30 oktyabr tarixli İnvoys dəyəri 11.938,25 ABŞ dolları olan; 30 oktyabr tarixli İnvoys dəyəri 39.099,25 ABŞ dolları olan; 30 oktyabr tarixli İnvoys dəyəri 8.581 ABŞ dolları olan; 4 noyabr tarixli İnvoys dəyəri 30.214 ABŞ dolları olan; 4 noyabr tarixli İnvoys dəyəri 31.306 ABŞ dolları olan; 4 noyabr tarixli İnvoys dəyəri 31.020 ABŞ dolları olan; 5 noyabr tarixli İnvoys dəyəri 8.987,19 ABŞ dolları olan; 7 noyabr tarixli İnvoys dəyəri 31.280 ABŞ dolları olan; 8 noyabr tarixli İnvoys dəyəri 26.652 ABŞ dolları olan; 9 noyabr tarixli İnvoys dəyəri 75.501,47 ABŞ dolları olan; 11 noyabr tarixli İnvoys dəyəri 22.229,98 ABŞ dolları olan; 13 noyabr tarixli İnvoys dəyəri 91.238,68 ABŞ dolları olan; 15 noyabr tarixli İnvoys dəyəri 105.105 ABŞ dolları olan; 15 noyabr tarixli İnvoys dəyəri 105.000 ABŞ dolları olan; 16 noyabr tarixli İnvoys dəyəri 26.300,76 ABŞ dolları olan; 16 noyabr tarixli İnvoys dəyəri 44.372,40 ABŞ dolları olan; 16 noyabr tarixli İnvoys dəyəri 159.251,18 ABŞ dolları olan; 16 noyabr tarixli İnvoys dəyəri 10.869,49 ABŞ dolları olan; 18 noyabr tarixli İnvoys dəyəri 31.833,66 ABŞ dolları olan; 21 noyabr tarixli İnvoys dəyəri 31.833,66 ABŞ dolları olan; 21 noyabr tarixli İnvoys dəyəri 147.688,40 ABŞ dolları olan; 27 noyabr tarixli İnvoys dəyəri 31.833,66 ABŞ dolları olan; 27 noyabr tarixli İnvoys dəyəri 31.833,66 ABŞ dolları olan; 29 noyabr tarixli İnvoys dəyəri 20.470,47 ABŞ dolları olan; 29 noyabr tarixli İnvoys dəyəri 31.833,66 ABŞ dolları olan bəyannamələr.

5. 2020-ci il 19 iyun tarixli “İstixana üzrə Mühəndislik, Satınalma və Tikinti” müqaviləsinə 6 saylı Əlavənin şərtlərinə görə: - 2021-ci il 8 fevral tarixində “X11 Sistemləri A.Ş” müqavilədə göstərilmiş ünvanda Cavabdeh MMC üçün qurduğu 90.528 kv.m ölçülü istixananın qalan hissəsində şitil əkilməsi üçün tam yararlı şərait yaradılmasını öhdəsinə götürür (3-cü bənd). - Cavabdeh MMC “X11 Sistemləri A.Ş” əsas müqavilədə göstərilmiş ünvanda Cavabdeh MMC üçün qurduğu 90.528 kv.m ölçülü istixananın qalan hissəsində şitil əkildiyi gün ikincinin hesabına 165.000 ABŞ dolları ödəməyi öhdəsinə götürür (4-cü bənd).

6. 2021-ci il 8 oktyabr tarixli “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, cavabdeh mediasiya sessiyasının tarixi, saatı və yeri barədə məlumatlandırılmasına baxmayaraq, həmin sessiyada iştirak etməmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

7. İddiaçılar “X11 Sistemləri Anonim” Şirkəti (bundan sonra – “Şirkət”) və “X11 Sistemləri Anonim” Şirkətinin Azərbaycan Respublikasındakı filialı Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehdən 696.795 manat əsas borcun və faizlərin, habelə işgüzar nüfuza vurduğu zərərə görə 100.000 manat vəsaitin tutularaq, toplam 796.795 manat vəsaitin Filiala ödənilməsi, cavabdehdən 1.283.529 ABŞ dolları, işgüzar nüfuza vurduğu zərərə görə 100.000 ABŞ dolları vəsaitin tutularaq, cəmi 1.383.529 ABŞ dollarının Şirkətə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

8. İddiaçı bildirir ki, Şirkət, Filial və cavabdeh arasında 2020-ci il 19 iyun tarixində istixana üzrə mühəndislik, satınalma və tikinti müqaviləsi, 2020-ci il 22 iyun tarixində alqısatqı müqaviləsi imzalanmışdır. Bundan əlavə, ilk müqaviləyə 2020-ci il 30 iyun tarixində əlavə imzalanmışdır. Birinci müqavilə üzrə cavabdeh Şirkətə 3.345.000 ABŞ dolları ödəməli idi. Qeyd edilən sifarişin icrası ilə əlaqədar ölkəyə 3.367.410 ABŞ dolları miqdarında, yəni müqavilə öhdəliyindən 22.409 ABŞ dolları daha artıq mal-material və avadanlıq gətirilmişdir. 2020-ci il 22 iyun tarixli alqı-satqı müqaviləsi üzrə 1.335.000 ABŞ dolları məbləğində pul tam ödənilmişdir. Həmin müqavilə ilə bağlı mübahisə yoxdur. 2020ci il 19 iyun tarixli və həmin müqaviləyə 2020-ci il 30 iyun tarixli əlavə ilə yalnız 2.161.471 ABŞ dolları məbləğində pul ödənilmişdir. Faktiki borc 1.183.529 ABŞ dolları təşkil edir. Filiala ƏDV daxil 401.200 manat (ƏDV-siz 340.000 manat) vəsait ödəməli olduğu halda, ödənilməmişdir. Həmçinin ilkin razılaşmaya əlavə razılaşmaya və daha sonra 6 saylı əlavəyə əsasən, 90.528 kv.m, yəni ilkin müqavilədə qeyd edilmiş 59.040 kv.m-dən 31.488 kv.m daha artıq istixana inşa edilmişdir. Əlavə tikili üçün 226.500 manat cavabdeh tərəfindən ödənilməlidir. Qeyd edilən məbləğ ƏDV-siz 101.970 manat, müqavilənin 9.2-ci bəndinə əsasən cərimə məbləği toplam 28.325 manat təşkil edir. Beləliklə, Filiala 696.795 manat pul ödənilməlidir. Adıçəkilən vəsaitin ödənilməsi üçün rəsmi poçt vasitəsilə cavabdeh təşkilata pretenziya göndərilmiş, lakin bütün mümkün müddətlərin keçməsinə baxmayaraq, heç bir vəsait köçürülməmişdir. Cavabdehin öhdəlikləri yerinə yetirməməsi səbəbindən digər layihələr üzrə Filial fəaliyyət göstərə bilmir, şirkətlərə mal-material borcları yaranır, bununla əlaqədar olaraq, həmin təşkilatlar məhkəmələrə müraciət edir. Bu isə birbaşa təşkilatın işgüzar nüfuzuna xələl yetirir. İşgüzar nüfuza dəymiş zərəri 100.000 təşkil edir.

9. Cavabdeh iddia ərizəsinə qarşı etiraz təqdim edərək, iddianın rədd olunması barədə qətnamə qəbul olunmasını xahiş etmiş, etirazını onunla əsaslandırılmışdır ki, iddiaçılar tərəfindən müqavilənin bu müddəalarına əməl olunmamış, üzərlərinə götürdükləri öhdəlik vaxtında icra edilməmiş, işlərin təhvil verilməsi baş tutmamış, bu barədə cavabdehə hər hansı məlumat verilməmişdir. 6 saylı Əlavənin 2-ci bəndinə əsasən, 2021-ci il 1 mart tarixinədək cavabdeh Şirkətin bank hesabına 400.000 ABŞ dolları köçürəcəkdir. Şirkət bu məbləği rəsmi qəbul etdikdən sonra 5 bank günü ərzində “X7 MMC-yə həmin məbləği ödəməyi öhdəsinə götürmüşdür. Həmin məbləğ tam olaraq “X8” MMC-nin bank hesabına oturmayanadək cavabdeh tərəfindən Şirkətə hər hansı ödəniş edilməyəcəkdir. Maddənin məzmunundan aydın olduğu kimi, 2020-ci ilin sentyabr ayında cavabdehin bank hesabında dollar vəsaiti olmadığı və iddiaçının 400.000 ABŞ dolları vəsaitini tələb etməsi səbəbilə eyni təsisçili digər hüquqi şəxs olan “X7” MMC (təsisçilikdə pay 10%-i Hüseynov Yaqub, 90%-i "xxxx" MMC olmaqla) tərəfindən bu məbləğ 2020-ci il 22 sentyabr tarixli 20/025 saylı müqavilə əsasında iddiaçıya ödənilmişdir. Əlavənin 2-ci bəndi ilə də müəyyən olunmuşdur ki, bu vəsait təkrarən cavabdeh tərəfindən ödəniləcəyi təqdirdə “X8” MMC-nin ödədiyi məbləğ ona qaytarılmalıdır. Buna görə 6 saylı Əlavənin 2-ci bəndində bu məbləğin geri qaytarılmadığı təqdirdə cavabdeh tərəfindən heç bir ödənişin olunmayacağı qeyd olunmuşdur. Əlavə sübuta və araşdırmaya ehtiyac qalmadan da təkcə bu bəndə əsasən sübuta yetirilir ki, iddiaçı tərəfindən “X8” MMC-yə qeyd olunan vəsait geri qaytarılmadığı üçün cavabdehin hər hansı ödəniş öhdəliyi mövcud deyildir. Digər tərəfdən, iddia ərizəsində qeyd olunanın əksinə iddiaçı görülən işləri keyfiyyətsiz, müvafiq norma və standartlara uyğun olmayan, müqavilədə razılaşdırılanın əksinə istifadəyə yararlı olmayan vəziyyətdə, qüsurlu və qeyri-peşəkar şəkildə icra etmişdir. Buna dair video görüntülər elektron daşıyıcıda məhkəməyə təqdim olunacaqdır. Bu görüntülərdən aydın olur ki, görülən işlər nəinki AVRO 4 standartlarına, ümumiyyətlə Azərbaycan Respublikasının qüvvədə olan texniki norma və standartlarına da uyğun gəlmir. Bundan başqa, iddia ərizəsində gömrük bəyannamələrinə istinad olunaraq cavabdehin adına 3.367.410 ABŞ dolları məbləğində mal-material və avadanlıq gətirildiyi qeyd olunmuş, bu məbləğdən cavabdehin ödədiyi 2.161.471 ABŞ dolları çıxılmaqla 1.183.529 ABŞ dollar məbləğinin borc olaraq qaldığı qeyd olunmuşdur. İlk növbədə qeyd olunmalıdır ki, gömrük bəyannamələri üzrə iddiaçının qeyd etdiyi kimi 3.367.410 ABŞ dolları məbləğində deyil, 3.113.612 ABŞ dollar məbləğində mal-material və avadanlıq cavabdehin adına ölkəyə gətirilmişdir. Həmçinin tərəflər arasında bağlanmış müqavilənin texniki spesifikasiyasında ümumi qiymətə daxil texniki maşınlar cavabdehin özü tərəfindən alınmış, tərəflər arasındakı yazışmalarla iddiaçıların buna razı olduğu və qiymətə daxil edilmədiyi təsdiq olunmuşdur. İddiaçılar isə bunu bilə-bilə, həmin məbləği də iddia tələbinə daxil etmişdir. Əlavə olaraq qeyd edilməlidir ki, mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Bu halda isə iddiaçılar ümumiyyətlə hansı məlumatların yayılması, bunun nəticəsində hansı ziyanın dəyməsi, tələb olunan məbləğin hansı əsaslarla müəyyən edilməsinə dair dəlil təqdim edə bilməmişdir.

10. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-334/2022 saylı, 31 yanvar 2022-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir.

11. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, hazırkı mübahisə Filial və Şirkət ilə cavabdeh arasında bağlanmış üç tərəfli 2020-ci il 19 iyun tarixli “İstixana üzrə Mühəndislik, Satınalma və Tikinti” müqaviləsi və qeyd edilən müqaviləyə 2020-ci il 30 iyun tarixli 1 Saylı Əlavə razılaşma və Şirkət ilə cavabdeh arasında bağlanmış iki tərəfli 2021-ci il 5 fevral tarixli 6 Saylı Əlavə nəticəsində yaranmışdır. İşin müəyyən olunmuş və mübahisələdirilməyən halları ondan ibarət olmuşdur ki, 59.040 kv.m istixana Filial tərəfindən inşa edilmişdir və cavabdeh tərəfindən Şirkətə 2.161.471 ABŞ dolları məbləğində pul ödənilmişdir. Hazırki iş üzrə müəyyən edilməli olan məqamlar mübahisə predmeti olan əlavə olaraq 1.183.529 ABŞ dolları dəyərində olan malların cavabdeh tərəfindən qəbul edilib-edilməməsi, həmin malların istixananın tikilməsində istifadə edilibedilməməsi və tikilmiş olan 59.040 kv.m istixana hissəsindən əlavə 31.488 kv.m istixananın Filial tərəfindən tikilib-tikilməməsi təşkil etmişdir. İddiaçılar tərəfindən elektron sistem vasitəsi ilə iş materiallarına əlavə edilmiş 2020-ci il 19 iyun tarixli “İstixana üzrə Mühəndislik, Satınalma və Tikinti” müqaviləsinə aid gömrük bəyannamələrindən görünür ki, mallar Azərbaycan Respublikasına gəlmiş, ancaq digər 2020-ci il 22 iyun tarixli müqavilə üzrə ölkəyə gələn mallarda olduğu kimi, yəni cavabdehin işçisinin imzası və MMC-nin möhürü ilə təsdiq edilməmişdir. İddiaçı tərəf bu halla bağlı məhkəmədə qeyd etmişdir ki, istixananın tikintisi üçün gələn mallar gömrükdən Filialın işçisi olan Nümayəndə4 tərəfindən çıxarılmış və istixananın tikildiyi ünvana gətirilmişdir. Cavabdehin möhürü ilə təsdiq edilmiş Nümayəndə4 verilmiş 3 ədəd etibarnamədən görünür ki, 2020-ci il 20 iyul tarixindən 2020-ci il 20 oktyabr tarixinədək, 2020-ci il 30 noyabr tarixindən 2021-ci il 28 fevral tarixinədək, 2021-ci il 1 aprel tarixindən 2021-ci il 15 aprel tarixinədək gömrük orqanlarında cavabdehi təmsil etmək səlahiyyəti verilmişdir. Etibarnamələrin tarixlərindən də görünür ki, Nümayəndə4 2020-ci il 20 oktyabr tarixindən 2020-ci il 30 noyabr tarixinədək cavabdehi gömrük orqanlarında təmsil etmək səlahiyyəti olmamışdır. Şirkət qeyd edilən malların cavabdehə təhvil verildiyini bildirsə də, 1.408.031,81 ABŞ dolları dəyərində olan malların sonuncuya təhvil verilməsi barədə hər hansı təhvil-təslim aktı və ya sadə yazılı formada yazılmış qəbzi məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, digər gömrük bəyannamələrində olan malların Filialın işçisi olan şəxs tərəfindən götürüldüyü iddiaçının özü tərəfindən də bildirilmiş və bütün malların çatdırıldığı bildirilsə də, qeyd edilən məbləğdə malların çatdırılması işin materiallarında olan sənədlər əsasında sübuta yetirilmir. Hansı ki, 2020-ci il 19 iyun tarixli “İstixana üzrə Mühəndislik, Satınalma və Tikinti” müqaviləsinin 5.7-ci bəndinə əsasən, xaricdən təchiz olunan mallar, gömrük rəsmiləşdirilməsindən sonra podratçı tərəfindən torpaq sahəsinə çatdırılmalıdır və podratçı malların təhlükəsiz saxlanılmasına və işlərdə istifadə olunmasına görə cavabdehdir. O da qeyd edilməlidir ki, istixananın bir hissəsinin (59.040 kv.m) tikilməsində istifadə olunmuş malların bir qismi 2020-ci il 22 iyun tarixli alqı-satqı müqaviləsi əsasında alınmış, gömrük bəyannamələrinin cavabdehin əmakdaşının imzası və MMC-nin möhürü ilə təsdiq olunaraq qəbul edilmiş mallardır ki, bu barədə də tərəflər arasında mübahisə mövcud deyil.

12. Məhkəmə 2021-ci il 1 oktyabr tarixli EBBK 100263 saylı e-qaiməni mötəbər sübut kimi qəbul etməmişdir. Belə ki, iddiaçı tərəf bütün işlərin 2021-ci ilin mart ayında başa çatdığını bildirsə də, nəyə görə onlara pul ödənilmədiyi təqdirdə işin davam etdirilməsini, e-qaimənin məhz mart və ya ona yaxın aylarda deyil, 10 oktyabr tarixində verilməsini izah edə bilməmişdir. Həmçinin iş məhkəməyə 2021-ci il 10 oktyabr tarixində daxil olmuşdur. Həmçinin iş materiallarından görünür ki, cavabdeh tərəfindən Filiala 100.000 ABŞ dolları pul ödənilmiş və Səmədov Murad (Filialın qanuni nümayəndəsi Qanuni nümayəndə1 bildirdiyinə görə onların xəzinədarı) tərəfindən qəbul edilmişdir. Bundan başqa, Qanuni nümayəndə1 məhkəmənin 2-ci baxışında izahatında 60-65.000 ABŞ dolları arası, 3-cü baxışında isə 40-50.000 ABŞ dolları pulun Türkiyədən Şirkət tərəfindən onlara göndərildiyini bildirmişdir. 3. 90.528 kv.m istixananın tikintisinə görə Filiala 340.000 manat məbləğində pulun ödənilməli olduğunu nəzərə alaraq, istixananın 59.040 kv.m sahəsi üçün yuxarıda qeyd edilən məbləğdə pulun verilməsi Filiala qarşı öhdəliyin icra olunduğunu göstərir. Bundan başqa, Şirkət ilə cavabdeh arasında bağlanmış 2020-ci il 19 iyun tarixli “İstixana üzrə Mühəndislik, Satınalma və Tikinti” müqaviləsinə 2021-ci il 5 fevral tarixli 6 Saylı Əlavədən görünür ki, istixananın 2021-ci il 10 mart tarixinədək tam şəkildə inşa edərək tamamlayacığını öhdəsinə götürsə də, qeyd edilən işlərin tamamlanmasına dair hər hansı bir akt tərtib edilməmişdir. Göründüyü kimi, iddiaçı 90.528 kv.m istixananın tam olaraq onlar tərəfindən tikilməsini bildirsə də, qeyd olunan halı sübuta yetirə bilməmişdir. Hazırkı işdə iddiaçılar mübahisəli malların cavabdehə təhvil verildiyini və istixananın tam olaraq onlar tərəfindən inşa edilməsini sübuta yetirə bilməmişlər.

13. Şirkət və Filial ayrı-ayrılıqda 2022-ci il 9 mart tarixində apellyasiya şikayəti verərək qətnamənin tam ləğv edərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmiş, qəbul olunacaq qətnamədə Şirkət tərəfindən ödənilmiş 716 manat dövlət rüsumunun, habelə vəkilə göstərdiyi yardıma görə ödənilmiş 100 AZN manat xərcin cavabdehdən tutulmasını xahiş etmişdir.

Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

14. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 2 avqust tarixli 2-2(103)-407/2022 saylı qətnaməsi ilə Şirkət tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmuş, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə qismən, yəni cavabdehdən 1.183.529 ABŞ dolları məbləğində pul vəsaitinin tutulması barədə tələblərin rədd olunması hissəsində ləğv edilmiş və həmin hissədə iddia təmin olunmuş, cavabdehdən 1.183.529 ABŞ dolları və ödənilmiş dövlət rüsumlarına görə 1.447 manat məbləğində pul vəsaitinin tutularaq Şirkətə ödənilməsi qət edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmış, iş üzrə keçirilmiş məhkəmə ekspertizası tədqiqatının dəyəri olan cəmi 100 manat məbləğində pul vəsaitinin 32,5 manat hissəsinin Şirkətdən, 67,5 manat hissəsinin isə cavabdehdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir.

15. Cavabdeh 2022-ci il 1 sentyabr tarixində kassasiya şikayəti verərək qətnaməni ləğv, iddia tələbinin isə rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

Kassasiya instansiyası məhkəməsindəki icraat

16. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 11 yanvar tarixli, 2-2(102)-8/2023 saylı qərarı ilə Cavabdeh MMC-nin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 2 avqust tarixli 2-2(103)-407/2022 saylı qətnaməsi mübahisələnidirildiyi hissədə ləğv edilmiş, iş həmin hissədə yenidən baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmışdır.

17. Ali Məhkəmə qərarında qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi idxal olunmuş malların mübahisə predmeti olan istixananın inşasında istifadə olunduğu nəticəsinə gələrkən tikinti-texniki ekspertizasının 2022-ci il 13 iyul tarixli 10/3637 saylı rəyinə istinad edərək öz qətnaməsində bildirmişdir ki, tədqiq olunan istixana tikilisi əsasən müxtəlif ölçülü və tipli metal konstruksiyalardan, o cümlədən metal profillərdən, borulardan, plastik konstruksiyalardan istifadə edilməklə inşa olunmuş, üstü polietilen materialla örtülmüşdür. Halbuki iddiaçının vəsatəti ilə keçirilmiş elə həmin ekspert rəyində o da göstərilmişdir ki: “Baxış zamanı, mülki iş materiallarındakı bəyannamələrdə qeyd olunan istixanalar üçün tikinti materialları yerində müqayisə edilərkən, tədqiq olunan istixana tikintisində faktiki istifadə olunmuş tikinti materiallarının üzərində bəyannamələrdə qeyd olunan yazılar (markalar, istehsalçı firmaların və ölkələrin adları və s.) aşkar edilmədiyindən, Cavabdeh MMC-yə məxsus Abşeron rayonu, Zirə Tərəvəzçilik, Südçülük sovxozu ərazisində yerləşən istixananın inşası zamanı istifadə olunan mal-materialların Cavabdeh MMC-nin adına idxal edilən və işin cildinin 244-338-ci vərəqlərində olan gömrük bəyannamələrində göstərilən mal-materiallarla eynilik təşkil edib-etməməsini müəyyən etmək mümkün olmadı.” Lakin ekspert rəyinin bir hissəsinə istinad edən apellyasiya instansiyası məhkəməsi MPM-in 88 və 103-cü maddələrinin tələblərini pozaraq rəyin qeyd olunan digər tədqiqat hissəsinə, habelə ekspert rəyinin nəticə hissəsinə hüquqi qiymət verməmişdir. Halbuki həmin hissədə qeyd olunanlar mübahisənin düzgün həlli üçün heç də az əhəmiyyət kəsb etmir. Belə ki, cavabdehin müvafiq malları yalnız Şirkətdən deyil, digər sahibkarlıq subyektlərindən alması da istisna olunmur. Qeyd etmək lazımdır ki, apellyasiya instansiyası məhkəməsi cavabdehin digər subyektlərlə bağladığı müqavilələrin onların predmetləri, bəzilərinin isə qiymətləri üzrə təhlil apararaq belə qənaətə gəlmişdir ki, həmin mallar, yəni istixanaların inşa edilməsində istifadə olunan və yuxarıda qeyd olunan spesifik malların alqı-satqısı təşkil etmir. Halbuki cavabdeh tərəfin təqdim etdiyi digər subyektlər tərəfindən verilmiş arayışlardan, həmin subyektlərlə bağlanmış təhvil-təslim aktlarından müvafiq işlərin mübahisə predmeti olan istixanada yerinə yetirildiyi görünür. Lakin apellyasiya instansiyası məhkəməsi sübutetməyə dair prosessual tələbləri pozaraq həmin arayışlara, aktlara, habelə bununla bağlı ödəniş sənədlərinə qiymət verməmiş, bu sənədlərə əsasən, digər subyektlər tərəfindən istixanada görülmüş işlərin həcmini və dəyərini müəyyən etməmiş, eləcə də həmin işlərin iddiaçı tərəfindən görüldüyü bildirilən işlərlə üst-üstə düşüb-düşməməsini aydınlaşdırmamışdır. O da qeyd olunmalıdır ki, tərəflər arasında bağlanmış 6 saylı Əlavənin 4-cü bəndində qeyd olunmuşdur ki, “Tərəflər qəbul edir ki, Cavabdeh MMC-nin “X11 Sistemləri A.Ş”-nin subpodratçısı X3 bu Əlavənin imzalanmasından öncə ödədiyi 35.000 (otuz beş min) ABŞ dolları nəzərə alınır və Cavabdeh MMC ilə “X11 Sistemləri A.Ş” arasındakı hesablaşmalara daxildir.” Göründüyü kimi, iddiaçının özünün də qəbul etdiyi kimi, subpodratçı X3 ödənilən məbləğlər müqavilə dəyərinə daxil edilmişdir. Lakin apellyasiya instansiyası məhkəməsi cavabdeh tərəfindən həmin şəxsə ödənilmiş 35.000 ABŞ dollarının hazırkı iş üzrə iddia tələblərinə təkrar daxil edilib-edilməməsinə də hüquqi qiymət verməmişdir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsinin iddiaçı tərəfindən idxal olunan malların cavabdehin adından Nümayəndə4 etibarnamə verilmədən təhvil alınması barədə gəldiyi nəticəni məhkəmə kollegiyası qanunsuz hesab edir. Belə ki, həmin qətnamənin özündən aydın olur ki, həmin tarixlərə etibarnamənin mövcud olduğunu məhz iddiaçı tərəf bildirmişdir. Apellyasiya instansiyası məhkəməsinin 2022-ci il 26 iyul tarixli iclasının protokolundan da görünür ki, həmin iclasda iştirak edən iddiaçının qanuni nümayəndəsi bildirmişdir ki: “... Raminin adına etibarnamə olmasaydı mallar ona təhvil verilməzdi. Sadəcə olaraq həmin etibarnaməni təqdim edə bilmirik.” Göründüyü kimi, iddiaçı tərəfin özünün izahatında malların cavabdehin adından Nümayəndə4 bütün hallarda etibarnamə ilə təhvil verildiyi bildirilsə də, apellyasiya instansiyası məhkəməsi MPM-in 9.3 və 14.2-ci maddələrinə uyğun olaraq öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmaq əvəzinə, özünün qulluq mövqeyinə görə irəli sürdüyü dəlillərə istinad etmiş, alqı-satqı müqaviləsi üzrə malların Nümayəndə4 adına etibarnamə verilmədən də cavabdeh tərəfindən təhvil alındığı nəticəsinə gəlmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə, qeyd olunan hal çəkişmə prinsipinin apellyasiya instansiyası məhkəməsi tərəfindən pozulması kimi qiymətləndirilməlidir. Bundan başqa, tərəflər arasında bağlanmış müqaviləyə 2021-ci il 5 fevral tarixində edilmiş 6 saylı Əlavənin 2-ci bəndində göstərilmişdir ki: “01 mart 2021-ci il tarixədək Cavabdeh MMC “X11 Sistemləri A.Ş”in bank hesabına 400.000 (dörd yüz min) ABŞ dolları köçürəcəkdir. “X11 Sistemləri A.Ş” bu məbləği rəsmi qəbul etdikdən sonra 5 (beş) bank günü ərzində Cavabdeh MMC-nin afilə edilmiş şəxsi olan “X7” MMC-yə həmin 400.000 (dörd yüz min) ABŞ dolları məbləğini ödəməyi öhdəsinə götürür. Həmin məbləğ tam olaraq “X7” MMC-nin bank hesabına oturmayanadək Cavabdeh MMC tərəfindən “X11 Sistemləri A.Ş”nə hər hansı bir ödəniş edilməyəcəkdir.” İmperativ xarakterli həmin müqavilə müddəasından aydın olur ki, 6 saylı Əlavənin 2-ci bəndində tərəflərin öhdəliklərinin dəqiq qarşılıqlı icra ardıcıllığı müəyyən edilmiş, yəni sözügedən əlavə imzalandığı tarixdən – 2021-ci il 5 fevral tarixindən sonra cavabdehin Şirkət qarşısında hər hansı ödəniş öhdəliyinin yaranması Şirkət tərəfindən 400.000 ABŞ dollarının “X7” MMC-yə ödəmək öhdəliyinin icrasından asılı hala salınmışdır. Başqa sözlə, Şirkət tərəfindən 400.000 ABŞ dolları “X7” MMC-yə ödənilmədiyi halda, cavabdehdən də Şirkətin hesabına hər hansı ödənişin həyata keçirilməsinin tələb edilməsinin qeyri-mümkünlüyü müəyyən edilmişdir. Lakin apellyasiya instansiyası məhkəməsi iş üzrə nəticəyə gələrkən bu öhdəliyin qarşılıqlı icra ardıcıllığını ümumiyyətlə nəzərə almamış, həmin müqavilə şərtinin, habelə bununla əlaqədar MM-in 441.1 və 441.2-ci maddələrinin hazırkı mübahisənin həllinə tətbiqi imkanlarını qiymətləndirməmişdir. Əvəzində isə apellyasiya instansiyası məhkəməsi sadəcə olaraq “X7” MMC-nin Şirkətə qarşı digər məhkəmə prosesində qaldırdığı iddia üzrə birinci instansiya məhkəməsinin çıxardığı qətnaməyə istinad etməklə kifayətlənmiş, lakin həmin qətnamə ilə müəyyən edilən halların hazırkı məhkəmə mübahisəsinin həllinə necə təsir etməsini konkret dəlillərlə əsaslandırmamış, yəni istinad etdiyi sübuta qiymət verməmiş, bununla da MPM-in 218.1-ci maddəsinin tələblərini pozmuş, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli 4 nömrəli Qərarının 6.2 və 6.3-cü bəndlərində formalaşdırdığı hüquqi mövqeləri nəzərə almamışdır. Apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi birinci instansiya məhkəməsinin qətnaməsi 2022-ci il 8 iyul tarixində, yəni hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin 2022-ci il 2 avqust tarixində çıxardığı qətnaməsindən cəmi 25 gün əvvəl çıxarılmış, odur ki, hazırkı apellyasiya icraatı zamanı hələ qanuni qüvvəyə minməmişdi. Bu səbəbdən də, apellyasiya instansiyası məhkəməsi digər iş üzrə çıxarılmış, lakin hələ qanuni qüvvəyə minməmiş məhkəmə qətnaməsinə istinad edərkən MPM-in 80, 81 və 88-ci maddələrinin də tələblərini pozmuşdur. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi 6 saylı Əlavənin 3 və 4-cü bəndlərində istifadə olunmuş “X11 Sistemləri A.Ş” müqavilədə göstərilmiş ünvanda Cavabdeh MMC üçün qurduğu 90.528 kv.m ölçülü istixananın” və “X11 Sistemləri A.Ş” əsas müqavilədə göstərilmiş ünvanda Cavabdeh MMC üçün qurduğu 90.528 kv.m ölçülü istixananın” ifadələrinə istinadən hesab etmişdir ki, tərəflərin imzaladığı 6 saylı Əlavədə iddiaçı tərəfindən cavabdeh üçün 90.528 kv.m ölçülü istixana qurulduğu aydın şəkildə qeyd olunmuşdur. Elə həmin Əlavənin 11-ci bəndinə əsasən: “Hər bir halda “X11 Sistemləri A.Ş” öhdəsinə götürür ki, əsas Müqavilədə göstərilmiş ünvanda Cavabdeh MMC üçün 90 528 kv.m ölçülü istixananı 10 mart 2021-ci il tarixədək tam şəkildə inşa edib tamamlayacaq və tikinti sahəsini tərk edərək ərazini boşaldacaqdır ...” Əgər iddiaçı həqiqətən də cavabdeh üçün 90.528 kv.m ölçülü istixananı qurub başa çatdırmışdırsa, o zaman 6 saylı Əlavənin 11-ci bəndindəki öhdəliyin (“90 528 kv.m ölçülü istixananı 10 mart 2021-ci il tarixədək tam şəkildə inşa edib tamamla”) razılaşmaya hansı məqsədlə daxil edildiyi anlaşılmır. Qeyd etmək lazımdır ki, hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 7 iyun tarixli 228 saylı Qərarı ilə təsdiq edilmiş “Əsaslı tikintidə podrat müqavilələri haqqında Qaydalar”ın 3.8.3-cü bəndinin tələbləri ondan ibarətdir ki, obyektin tam qurtarmış şəkildə təhvili üzrə bütün əsas vəzifələr və məsuliyyət müqaviləyə görə, baş Podratçı təşkilatın üzərinə düşür. Podratçı avadanlıqların istismarı üzrə bütün texniki təlimatları təqdim etməli, lazımi tənzimləmə işlərini görməli, texniki təhlükəsizlik tədbirlərini yerinə yetirməli, nümunə sınaqlarına başçılıq etmək üçün, təchizatçının müvafiq mütəxəssisləri də daxil olmaqla, kifayət qədər ixtisaslı heyət cəlb etməli, buraxılış dövrü ərzində işin səmərəli təmini üçün, öz hesabına müvafiq ehtiyat hissələri və istismar materialları göndərməli və avadanlığa texniki qulluqla əlaqədar bütün işləri yerinə yetirməlidir. İmperativ xarakterli həmin normativ tələblərin, xüsusilə də obyektin tam qurtarmış şəkildə təhvili üzrə bütün əsas vəzifələrin 6 saylı Əlavənin 11-ci bəndindəki öhdəliyə (“90 528 kv.m ölçülü istixananı 10 mart 2021-ci il tarixədək tam şəkildə inşa edib tamamla”) münasibətdə iddiaçı tərəfindən yerinə yetirilməsi, hətta işlərin başa çatdırılması barədə cavabdehə lazımi qaydada məlumat verilməsi belə iş materialları ilə öz təsdiqini tapmır. Lakin apellyasiya instansiyası məhkəməsinin qətnaməsində sözügedən razılaşma müddəalarının əlaqəli təhlili aparılmamış, nəticədə MM-in 404.1-ci maddəsini düzgün tətbiq etməmiş, habelə “Əsaslı tikintidə podrat müqavilələri haqqında” Qaydalarının 3.8.3cü bəndinin tətbiqi imkanlarını hazırkı mübahisəyə tətbiqi imkanlarını dəyərləndirməmiş, beləliklə də hüquqi müəyyənlik prinsipini pozaraq ziddiyyətli qənaətə gəlmişdir. Yeni apellyasiya baxışı zamanı məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmalı, o cümlədən: 1) tikinti-texniki ekspertizasının 2022-ci il 13 iyul tarixli 10/3637 saylı rəyinə, cavabdehin müqavilələr bağladığı digər subyektlər tərəfindən verilmiş arayışlara, təhviltəslim aktlarına, bununla bağlı ödəniş sənədlərinə və digər sənədlərə əlaqəli şəkildə qiymət verməli, bu sənədlərə əsasən, digər subyektlər tərəfindən istixanada faktiki görülmüş işlərin həcmini və dəyərini müəyyən etməli, eləcə də həmin işlərin iddiaçı tərəfindən görüldüyü bildirilən işlərlə üst-üstə düşüb-düşməməsini; 2) cavabdeh tərəfindən subpodratçı X3 ödənilən 35.000 ABŞ dollarının hazırkı iş üzrə iddia tələblərinə təkrar daxil edilib-ediliməməsini aydınlaşdırmalı; 3) bütün hallarda idxal olunan malların Filialın işçisi tərəfindən götürülməsi üçün ona cavabdehin adına etibarnamə verilib-verilmədiyini qiymətləndirərkən iddiaçı tərəfin öz izahatında belə etibarnamənin verildiyini bildirməsini nəzərə almalı; 4) 6 saylı Əlavənin 2-ci bəndində göstərilmiş cavabdehin ödədiyi 400.000 ABŞ dollarının iddiaçı tərəfindən “X7” MMC-nin hesabına keçirilməsi barədə razılaşma şərtinin, habelə bununla əlaqədar MM-in 441.1 və 441.2-ci maddələrinin; 5) eləcə də “Əsaslı tikintidə podrat müqavilələri haqqında” Qaydalarının 3.8.3-cü bəndinin hazırkı mübahisənin həllinə tətbiqi imkanlarını dəyərləndirməli; 6) 6 saylı Əlavənin 3, 4 və 11-ci bəndlərindəki razılaşma şərtlərinin bir-biri ilə və MM-in 404.1-ci maddəsi ilə (iddiaçı tərəfindən 90.528 kv.m ölçülü istixananın qurub başa çatdırılıb-çatdırılmaması baxımından) əlaqəli təhlilini aparmalı, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etməlidir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

a) Apellyasiya şikayətinin dəlilləri

18. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamış və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

20. Məhkəmə iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

21. İddiaçılar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.

TƏTBİQ EDİLƏN HÜQUQ

22. Bununla yanaşı, Mülki Məcəllənin 441.1-ci maddəsinə əsasən tərəflərdən birinin öhdəliyi icra etməsi müqaviləyə uyğun olaraq digər tərəfin öz öhdəliklərini icra etməsi ilə şərtləndirildikdə qarşılıqlı icra sayılır.

23. Həmin Məcəllənin 441.2-ci maddəsinə əsasən mükəlləfiyyətli tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyin icrasını həyata keçirmədikdə və ya həmin icranın müəyyənləşdirilmiş müddətdə həyata keçirilməyəcəyini aşkar edən hallar olduqda qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya öhdəliyin icrasından imtina edib zərərin əvəzinin ödənilməsini tələb edə bilər.

24. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

25. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

26. Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

27. Həmin Məcəllənin 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

28. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı iddia tələbinin - “cavabdehdən 1.183.529 ABŞ dolları məbləğində pul vəsaitinin tutulmasının rədd edilməsi” hissəsində yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

29. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi 1.183.529 ABŞ dollarının tutulması hissəsində də əsassızdır.

30. Hazırda mübahisə predmetini iddia tələbinin 1.183.529 ABŞ dollarının tutulmasının rədd edilməsi hissəsi təşkil etdiyindən məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, mübahisə “X11 Sistemləri Anonim” Şirkətinin Azərbaycan Respublikasındakı filialı, “X11 Sistemləri Anonim” Şirkəti ilə "xxxx" MMC arasında bağlanmış (üç tərəfli) 19 iyun 2020-ci il tarixli “İstixana və Mühəndislik, Satınalma və Tikinti” müqaviləsi və qeyd edilən müqaviləyə 30 iyun 2020-ci il tarixli 1 Saylı Əlavə razılaşma və “X11 Sistemləri Anonim” Şirkəti ilə Cavabdeh MMC arasında bağlanmış (iki tərəfli) 05 fevral 2021-ci il tarixli 6 saylı Əlavə nəticəsində yaranmışdır.

31. “X11 Sistemləri Anonim” Şirkətinin Azərbaycan Respublikasındakı filialı, “X11 Sistemləri Anonim” Şirkəti ilə Cavabdeh MMC arasında bağlanmış (üç tərəfli) 19 iyun 2020-ci il tarixli “İstixana və Mühəndislik, Satınalma və Tikinti” müqaviləsinin giriş hissəsindən görünür ki, qeyd olunan müqavilə üzrə Sifarişçi – Cavabdeh MMC, podratçı – “X11 Sistemləri Anonim” Şirkətinin Azərbaycan Respublikasındakı filialı, təchizatçı isə “X11 Sistemləri Anonim” Şirkətidir. Müqavilənin predmetini Abşeron rayonu, Zirə Tərəvəzçilik, Südçülük Sovxozu ərazisində yerləşən torpaq sahəsində 59.040 kv.m. istixana kompleksinin tikilməsi təşkil edir.

32. Müqavilənin giriş hissəsindən də göründüyü kimi, Sifarişçi işlərin Podratçı və Təchizatçı tərəfindən yerinə yetirilməsini sifariş edir, Podratçı istixana tikintisi layihələrini hazırlayan və icra edən bir şirkətdir, Təchizatçı istixana avadanlıqları və texnologiyaları təchiz edən bir şirkətdir, Podratçı və Təchizatçı işləri icra etməyi öhdələrinə götürürlər.

33. İşlərin iki hissədən ibarət olacağı (xaricdən təchizatın təchizatçı tərəfindən, lokal işlərin Podratçı tərəfindən həyata keçirilməsi) razılaşdırılmış və xaricdən təchiz olunan mallar üzrə müqavilə dəyəri 1.905.000 ABŞ dolları məbləğində, lokal işlər üzrə müqavilə dəyəri isə 340.000 manat məbləğində müəyyən edilmişdir.

34. Müqavilənin şərtlərinə görə xaricdən təchiz olunan mallar, təchizatçı tərəfindən sifarişçinin adına Azərbaycan Respublikasına gətirilir, həmin malların gömrük rəsmiləşdirilməsi təchizatçı və/və ya podratçı tərəfindən sifarişçinin adına aparılır və gömrük rəsmiləşdirilməsindən sonra podratçı tərəfindən torpaq sahəsinə çatdırılmalıdır. İşlərin başa çatdırılmasının son tarixi kimi 15 oktyabr 2020-ci il müəyyən edilmişdir.

35. 30.06.2020-ci il tarixdə həmin müqaviləyə 1 saylı Əlavə razılaşma imzalanmışdır. Həmin razılaşmaya əsasən 19 iyun 2020-ci il tarixli müqavilənin 12.1-ci bəndi yeni redaksiyada verilmiş, müqavilənin ümumi dəyəri 3.345.000 ABŞ dolları və 340.000 manat təşkil etməsi müəyyən edilmişdir.

36. 19.06.2020-ci il tarixli “İstixana üzrə Mühəndislik, Satınalma və Tikinti” müqaviləsinə xx.xx.2021-ci il tarixli 6 saylı Əlavənin şərtlərinə görə: - 2021-ci il 1 mart tarixinədək cavabdeh Şirkətin bank hesabına 400.000 ABŞ dolları köçürəcəkdir. Şirkət bu məbləği rəsmi qəbul etdikdən sonra 5 bank günü ərzində “X7” MMC-yə həmin məbləği ödəməyi öhdəsinə götürmüşdür. Həmin məbləğ tam olaraq “X7” MMC-nin bank hesabına oturmayanadək cavabdeh tərəfindən şirkətə hər hansı ödəniş edilməyəcəkdir (2-ci bənd). - 2021-ci il 8 fevral tarixində “X11 Sistemləri A.Ş” müqavilədə göstərilmiş ünvanda Cavabdeh MMC üçün qurduğu 90.528 kv.m ölçülü istixananın qalan hissəsində şitil əkilməsi üçün tam yararlı şərait yaradılmasını öhdəsinə götürür (3-cü bənd). - Cavabdeh MMC “X11 Sistemləri A.Ş” əsas müqavilədə göstərilmiş ünvanda Cavabdeh MMC üçün qurduğu 90.528 kv.m ölçülü istixananın qalan hissəsində ştil əkildiyi gün ikincinin hesabına 165.000 ABŞ dolları ödəməyi öhdəsinə götürür (4-cü bənd).

37. İddiaçı bildirir ki, ilkin müqavilə üzrə müəyyən edilən 59.040 kv. metrdən əlavə 31.488 kv.m sahə də inşa edilib, müqavilədə göstərilən ümumi dəyəri 3.345.000 ABŞ dolları təşkil edən mallar cavabdehə təhvil verilib.

38. Cavabdeh qeyd olunan halları qəbul etmir və bildirir ki, 3.345.000 ABŞ dolları məbləğində mallar onlar tərəfindən təhvil alınmamış, iddiaçı tərəfindən müəyyən qüsurlarla yalnız 59.040 kv.m istixana inşa edilmiş, podrat işlərinə görə 100.000 ABŞ dolları ödənilmiş, istixana kompleksinin qalan 31.488 kv.m sahəsi iddiaçı tərəfindən deyil, digər şirkətlər tərəfindən tikilmişdir.

39. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, xx.xx.2022-ci il tarixli 10/3637 saylı ekspert rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, Cavabdeh MMC-yə məxsus Abşeron rayonu, Zirə Tərəvəzçilik, Südçülük sovxozu ərazisində yerləşən istixananın inşası zamanı istifadə olunan mal-materialların Cavabdeh MMC-nin adına idxal edilən və işin 5-ci cildinin 244- 338-ci vərəqələrində olan gömrük bəyənnamələrində göstərilən mal-materiallarla eynilik təşkil edib-etməməsini müəyyən etmək mümkün olmadı.

40. Həmin ekspert rəyinin tədqiqi hissəsində göstərilmişdir ki, baxış zamanı, mülki iş materiallarındakı bəyannamələrdə qeyd olunan istixanalar üçün tikinti materialları ilə tədqiq olunan istixana tikintisinin inşasında istifadə edilmiş tikinti materialları yerində müqayisə edilərkən, tədqiq olunan istixana tikintisində faktiki istifadə olunmuş tikinti materiallarının üzərində bəyənnamələrdə qeyd olunan yazılar (markalar, istehsalçı firmaların və ölkələrin adları və s.) aşkar edilmədiyindən, Cavabdeh MMC-yə məxsus Abşeron rayonu, Zirə Tərəvəzçilik, Südçülük sovxozu ərazisində yerləşən istixananın inşası zamanı istifadə olunan mal-materialların Cavabdeh MMC-nin adına idxal edilən və işin 5-ci cildinin 244-338-ci vərəqələrində olan gömrük bəyənnamələrində göstərilən malmateriallarla eynilik təşkil edib-etməməsini müəyyən etmək mümkün olmadı.

41. Bu hal cavabdehin müvafiq malları yalnız iddiaçı “X11 Sistemləri A.Ş”dən deyil, digər sahibkarlıq subyektlərindən almasını istisna etmir.

42. Cavabdeh tərəfin təqdim etdiyi digər subyektlər tərəfindən verilmiş arayışlardan, həmin subyektlərlə bağlanmış təhvil-təslim aktlarından (İV cild, i/v 82-87) müvafiq işlərin mübahisə predmeti olan istixanada yerinə yetirildiyi görünür.

43. Qeyd edilən arayış və təhvil təslim aktlarında Cavabdeh MMC-yə məxsus istixana kompleksində müxtəlif tarixlərdə sıfırdan təmir işlərinin, böcək gölünün təmir işlərinin, yeraltı suvarma xətlərinin demontaj və montaj işlərinin, xüsusi torpaq işlərinin, torpağın möhkəmləndirilməsi, metal konstruksiyaların hazlanması və quraşdırılması işlərinin, yüngül qoruyucu konstruksiyaların quraşdırılması, daxili mühəndis sisteminin, texnoloji boruların quraşdırılması və s. işlərin həyata keçirilməsi müəyyən edilir.

44. 15.10.2021-ci il tarixli "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC və Cavabdeh MMC tərəfindən imzalanan aktda qeyd olunur ki, hazırkı aktı tərtib etdik ondan ötrü ki, həqiqətən təhvil verənlər Abşeron rayonu, Südçülük sovxozu ərazisində yerləşən, müvafiq dövlət standartlarına cavab verməyən istixanada podratçılar “X11 Sistemləri A.Ş” və onun Azərbaycan Respublikasındakı filialı tərəfindən tamamlanmamış işləri yekunlaşdıraraq təhvil alana tam olaraq təhvil verildi.

45. O da qeyd olunmalıdır ki, tərəflər arasında bağlanmış 6 saylı Əlavənin 4-cü bəndində qeyd olunmuşdur ki, “Tərəflər qəbul edir ki, Cavabdeh MMC-nin “X11 Sistemləri A.Ş”nin subpodratçısı X3 bu Əlavənin imzalanmasından öncə ödədiyi 35.000 ABŞ dolları nəzərə alınır və Cavabdeh MMC ilə “X11 Sistemləri A.Ş” arasındakı hesablaşmalara daxildir.

46. Göründüyü kimi iddiaçının özünün də qəbul etdiyi kimi, subpodratçı X3 ödənilən məbləğlər müqavilə dəyərinə daxil edilmişdir. Lakin iddiaçının nümayəndəsi məhkəmə iclaslarında iştirak etmədiyindən qeyd edilən məsələyə münasibətlərini aydınlaşdırmaq mümkün olmamışdır.

47. Lakin iddiaçılar tərəfindən nə ilkin olaraq iddia ərizəsi tərtib olunarkən, nə də apellyasiya şikayətində qeyd edilən məsələyə hər hansı münasibət bildirilməmişdir.

48. İddiaçı tərəf malların cavabdehin adından Nümayəndə4 bütün hallarda etibarnamə ilə təhvil verildiyini bildirmişdir. Birinci apellyasiya baxışı zamanı iddiaçı “X11 Sistemləri Anonim Şirkətinin” Azərbaycan Respublikasındakı filialının qanuni nümayəndəsi Qanuni nümayəndə1 xx.xx.2022-ci il tarixdə keçirilən məhkəmə iclasında qeyd etmişdir ki, “malların boşaldılması ilə bağlı birinci instansiya məhkəməsində dərin araşdırma aparılmayıb. Raminin adına etibarnamə olmasaydı mallar ona təhvil verilməzdi. Sadəcə olaraq həmin etibarnaməni təqdim edə bilmirik” (Vİ cild, i/v 136).

49. İş materiallarında olan Cavabdeh MMC-nin möhürü ilə təsdiq edilmiş Nümayəndə4 verilmiş 3 ədəd etibarnamədən görünür ki, xx.xx.2020-ci il tarixdən – xx.xx.2020-ci il tarixədək, xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək gömrük orqanlarında Cavabdeh MMC-ni təmsil etmək səlahiyyəti verilmişdir.

50. Etibarnamələrin tarixlərindən göründüyü kimi Nümayəndə4 xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Cavabdeh MMC-ni gömrük orqanlarında təmsil etmək səlahiyyəti olmamışdır.

51. İddiaçı tərəfin idxal olunan malların cavabdehin adından Nümayəndə4 etibarnamə verilmədən təhvil verilməsi barədə mövqeyi də əsassızdır.

52. İşin 5-ci cildinin 97-112-ci vərəqələrində olan avadanlıqların gətirilməsi barədə gömrük bəyənnamələri və onlara əlavə olunmuş invoys və s. sənədlərin tarixləri isə 11, 15, 18, 21 noyabr 2020-ci il tarixlərə, yəni cavabdehin adından Nümayəndə4 adına etibarnamə olmadığı tarixlərə təsadüf edir, habelə həmin sənədlərin heç birində Cavabdeh MMC-nin möhürü yoxdur.

53. Yuxarıda da qeyd edildiyi kimi, tərəflər arasında bağlanmış müqaviləyə 2021-ci il 5 fevral tarixində edilmiş 6 saylı əlavənin 2-ci bəndində göstərilmişdir ki, “1 mart 2021-ci tarixinədək Cavabdeh MMC “X11 Sistemləri A.Ş”nin bank hesabına 400.000 ABŞ dolları köçürəcəkdir. “X11 Sistemləri A.Ş” bu məbləği rəsmi qəbul etdikdən sonra 5 bank günü ərzində “X7” MMC-yə həmin 400.000 ABŞ dolları məbləğini ödəməyi öhdəsinə götürür. Həmin məbləğ tam olaraq “X7” MMC-nin bank hesabına oturmayanadək Cavabdeh MMC tərəfindən “X11 Sistemləri A.Ş”yə hər hansı bir ödəniş edilməyəcəkdir.

54. İmperativ xarakterli həmin müqavilə müddəasından aydın olur ki, 6 saylı Əlavənin 2-ci bəndində tərəflərin öhdəliklərinin dəqiq qarşılıqlı icra ardıcıllığı müəyyən edilmiş, yəni sözügedən əlavə imzalandığı tarixdən – 2021-ci il 5 fevral tarixindən sonra cavabdehin iddiaçı qarşısında hər hansı ödəniş öhdəliyinin yaranması iddiaçı tərəfindən 400.000 ABŞ dollarının “X7” MMC-yə ödəmək öhdəliyinin icrasından asılı hala salınmışdır. Başqa sözlə iddiaçı tərəfindən 400.000 ABŞ dolları X7” MMC-yə ödənilmədiyi halda, cavabdehdən də iddiaçının hesabına hər hansı ödənişin həyata keçirilməsinin tələb edilməsinin qeyri-mümkünlüyü müəyyən edilmişdir.

55. Bu isə Mülki Məcəllənin 441.1 və 441.2-ci madələrində nəzərdə tutulmuş öhdəliklərin qarşılıqlı icrasının şərtləndirildiyi hallara aiddir.

56. İş materiallarına əlavə edilmiş iddiaçı “X7” MMC-nin cavabdeh “X11 Sistemləri A.Ş”yə qarşı iddia tələbi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2- 2(113)-1823/2022 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, cavabdeh “X11 Sistemləri A.Ş”dən 400.000 ABŞ dolları məbləğində pulun və ödənilmiş dövlət rüsumuna görə 575 manatın “X7” MMC-nin xeyrinə tutulması qət edilmişdir.

57. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-2(103)-90/2023 saylı qətnaməsi ilə cavabdeh “X6” Anonim Şirkəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-1823/2022 saylı qətnaməsi iddianın qismən təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılmışdır.

58. İş materiallarında olan xx.xx.2023-cü il tarixli icra vərəqəsindən görünür ki, qeyd edilən qətnamə xx.xx.2023-cü il tarixdə qanuni qüvvəsini almışdır.

59. Bundan başqa 6 saylı Əlavənin 3 və 4-cü bəndlərində göstərilmiş “X11 Sistemləri A.Ş” müqavilədə göstərilmiş ünvanda Cavabdeh MMC üçün qurduğu 90.528 kv.m ölçülü istixananın” və “X11 Sistemləri A.Ş” əsas müqavilədə göstərilmiş ünvanda Cavabdeh MMC üçün qurduğu 90.528 kv.m ölçülü istixananın” ifadələri yer almaqdadır.

60. Elə həmin Əlavənin 11-ci bəndinə əsasən: “Hər bir halda “X11 Sistemləri A.Ş” öhdəsinə götürür ki, əsas Müqavilədə göstərilmiş ünvanda Cavabdeh MMC üçün 90.528 kv.m ölçülü istixananı 10 mart 2021-ci il tarixinədək tam şəkildə inşa edib tamamlayacaq və tikinti sahəsini tərk edərək ərazini boşaldacaqdır.”

61. Əgər iddiaçı həqiqətən də cavabdeh üçün 90.528 kv.m ölçülü istixananı qurub başa çatdırmışdırsa, o zaman 6 saylı Əlavənin 11-ci bəndindəki öhdəliyin razılaşmaya hansı məqsədlə daxil edildiyi anlaşılmır.

62. Qeyd etmək lazımdır ki, hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 7 iyun tarixli 228 saylı Qərarı ilə təsdiq edilmiş “Əsaslı tikintidə podrat müqavilələri haqqında Qaydalar”ın 3.8.3-cü bəndinin (bax yuxarıda § 77) tələbləri ondan ibarətdir ki, obyektin tam qurtarmış şəkildə təhvili üzrə bütün əsas vəzifələr və məsuliyyət müqaviləyə görə, baş Podratçı təşkilatın üzərinə düşür. Podratçı avadanlıqların istismarı üzrə bütün texniki təlimatları təqdim etməli, lazımi tənzimləmə işlərini görməli, texniki təhlükəsizlik tədbirlərini yerinə yetirməli, nümunə sınaqlarına başçılıq etmək üçün, təchizatçının müvafiq mütəxəssisləri də daxil olmaqla, kifayət qədər ixtisaslı heyət cəlb etməli, buraxılış dövrü ərzində işin səmərəli təmini üçün, öz hesabına müvafiq ehtiyat hissələri və istismar materialları göndərməli və avadanlığa texniki qulluqla əlaqədar bütün işləri yerinə yetirməlidir.

63. İmperativ xarakterli həmin normativ tələblərin, xüsusilə də obyektin tam qurtarmış şəkildə təhvili üzrə bütün əsas vəzifələrin 6 saylı Əlavənin 11-ci bəndindəki öhdəliyə (“90 528 kv.m ölçülü istixananı 10 mart 2021-ci il tarixədək tam şəkildə inşa edib tamamla”) münasibətdə iddiaçı tərəfindən yerinə yetirilməsi, hətta işlərin başa çatdırılması barədə cavabdehə lazımi qaydada məlumat verilməsi belə iş materialları ilə öz təsdiqini tapmır.

64. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddia tələbinin “cavabdehdən 1.183.529 ABŞ dolları məbləğində pul vəsaitinin tutulmasının rədd edilməsi” hissəsində də düzgün nəticəyə gəlmişdir.

65. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qeyd edilən hissədə qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətlərində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisləndirilən hissədə ləğvi üçün əsas ola bilməz.

66. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

İddiaçılar tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-334/2022 saylı, 31 yanvar 2022-ci il tarixli qətnaməsi iddia tələbinin - “cavabdehdən 1.183.529 ABŞ dolları məbləğində pul vəsaitinin tutulmasının rədd edilməsi” hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasısı vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasısına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Aida Hüseyn Hakimlər: Aytən Oruczadə Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar