Məhkəmə qərarları › İş №2-2(103)-315/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-315/2020

27.08.2020 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-315/2020 27.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, iddiaçı ləğv prosesində olan “xxxxxxxxxxxxxxxxxx” ASC-nin nümayəndəsi X3, Cavabdeh vəkili X2 iştirakı ilə, iddiaçı ləğv prosesində olan “xxxxxxxxxxxxxxxxxx” ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin və cərimənin tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iş üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2-2(82)-12/2018 saylı qətnaməsindən (hakim Hökümə Babayeva) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı ləğv prosesində olan İddiaçı cavabdeh fərdi sahibkar Cavabdeh qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək cavabdehlə bağlanmış xx.xx.2012-ci il tarixli, 19K/İ2 saylı təminatlı kredit müqaviləsi və girov (ipoteka) müqaviləsinin ləğv edilməsi, cavabdehdən İddiaçı-nin xeyrinə 685440,03 manat əsas borc, 87868,04 manat faiz borcu və 26,433.13 manat dəbbə borcu, cəmi 790,974.21 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, tələbin girov qoyulmuş Cavabdeh məxsus 13 ədəd DAEWOO BS 090 markalı avtobuslara yönəldilməsi, əmlakların açıq hərracdan satılması və satışdan əldə olunmuş məbləğdən tələbin ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2-2(82)- 12/2018 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 19K/12 saylı təminatlı kredit müqaviləsi və xx.xx.2012-ci il tarixli, 19K/12 saylı girov müqaviləsinin ləğv edilməsi, Cavabdeh 637.440,03 manat əsas borc, 87.868,94 manat məbləğində faiz borcu və 500 manat məbləğində dəbbə borcunun, cəmi 725.808,97 manat borcun və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manatın tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı-yə ödənilməsi, borc tələbinin ödənilməsi üçün Cavabdeh məxsus olan 13 ədəd DAEWOO BS090 markalı, **-TG-*** qeydiyyat nişanlı; DAEWOO BS090 markalı, **-TG-*** qeydiyyat nişanlı; DAEWOO BS090 markalı, **-TG-*** qeydiyyat nişanlı; DAEWOO BS090 markalı **-TG-*** qeydiyyat nişanlı; DAEWOO BS090 markalı, **-TG-*** qeydiyyat nişanlı; DAEWOO BS090 markalı **-TG-*** qeydiyyat nişanlı; DAEWOO BS090 markalı **-TG-*** qeydiyyat nişanlı; DAEWOO BS090 markalı, **-TG-*** qeydiyyat nişanlı; DAEWOO BS090 markalı, **-TG-*** qeydiyyat nişanlı; DAEWOO BS090 markalı, **-TG-*** qeydiyyat nişanlı; DAEWOO BS090 markalı, **-TG-*** qeydiyyat nişanlı, DAEWOO BS090 markalı **-TG-*** qeydiyyat nişanlı və DAEWOO BS090 markalı **-TG-*** qeydiyyat nişanlı nəqliyyat vasitələrinə tutmanın yönəldilməsi, həmin əmlakların açıq hərracda satılması, hər bir nəqliyyat vasitəsinin ilkin satış qiymətnin 82000 manat məbəğində müəyyən edilməsi, hərrac üzrə xərclərin satışdan əldə olunan vəsaitdən çıxıldıqdan sonra bankın iddia tələbinin satılmış girov predmetlərinin hesabına ödənilməsi, iddiaçının tələblərinin ödənildikdən sonra qalan məbləğin Cavabdeh qaytarılması, girov predmetlərinin açıq hərracda satılmasında əldə edilmiş vəsaitin qeyd olunan borcun ödənilməsi üçün yetərli olmazsa, qalan borc məbləğinin Cavabdeh ləğv prosesində olan İddiaçı-nin xeyrinə tutulması, qalan hissədə iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2-2(82)-12/2018 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin MEM-nin xx.xx.2018-ci il tarixli 29359 saylı ekspert rəyində göstərilmiş həddə təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin xx.xx.2017-ci il tarixli qərardadına əsasən iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş, ekspert tərəfindən tədqiqat aparılmış, xx.xx.2018-ci il tarixli 29359 saylı rəyə əsasən cavabdehin borcunun cəmi 530972 manat 24 qəpik olduğu müəyyən edilmişdir. Həmin ekspet rəyi iş materiallarında olan əsas sübutdur. Lakin məhkəmə sübutları qiymətləndirərkən əsassız olaraq həmin rəyi nəzərə almamış və iddia tələbini həqiqi rəqəmlərdən xeyli artıq təmin etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İİK-nın xx.xx.2019-cu il tarixli 2-2(103)-124/2019 saylı qətnaməsi ilə ilə apellyasiya şikayəti təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(102)- 48/2020 saylı xx.xx.2020-ci il tarixli qərarı ilə həmin qətnamədən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş,Bakı Apellyasiya Məhkəməsinin İİK-nın xx.xx.2019-cu il tarixli 2-2(103)-124/2019 saylı qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmışdır. İşə apellyasiya qaydasında yenidən baxılarkən Cavabdeh vəkili X4 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. İddiaçı ləğv prosesində olan “xxxxxxxxxxxxxxxxxx” ASC-nin nümayəndəsi X5 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Məhkəmə izahatları dinləyərək, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2-2(82)-12/2018 saylı qətnaməsi qisməncavabdehdən əsas borc və faiz borcu tutulması hissəsində ləğv edilməli, Cavabdeh iddiaçı ləğv prosesində olan “xxxxxxxxxxxxxxxxxx” ASC-nin xeyrinə 569.953,59 manat əsas borc tutulmalı, cavabdehdən əsas borcun tutulması barədə iddia tələbi qalan hissədə və 87868,04 manat faiz borcu tutulması hissində rədd edilməli, mübahisələndirilən qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 372.6.-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya şikayətində qətnamənin tam ləğv edilməsi xahiş olunsa da, şikayətin məzmunundan aydın olur ki, iş üzrə qəbul edilmiş qətnamə cavabdeh tərəfindən yalnız tutulmuş kredit borcunun məbləği ilə bağlı hissədə mübahisələndirilir. İş materiallarından görünür ki, tərəflər arasında xx xxxxxx 2012-ci il tarixdə 19K/12 saylı təminatlı kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə 1.011.500 manat məbləğində 48 ay müddətinə illik 18 faizlə kredit verilmişdir. Müqaviləyə əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, xx.xx.2016-cı il tarixədək cavabdeh tərəfindən banka 414.700,56 manat faiz borcu olmaqla, cəmi 1.426.200,56 manat pul ödənilməli idi. xx.xx.2013-cü il tarixdə tərəflər arasında kredit müqaviləsinə əlavə imzalanmış, əlavənin şərtlərinə əsasən nəzarət faiz qalığı, cərimə qalığı, əsas borcun nəzarət qalıq məbləğinin 32.370 manat əsas borc məbləğinə kapitallaşdırılması, ödəniş tarixinin hər ayın 11-i müəyyən edilməsi razılaşdırılmışdır. Həmin əlavə əsasında tərəflər arasında yeni ödəniş qrafiki tərtib edilməsi barədə sübut iş materiallarına əlavə edilməmişdir. Kredit müqaviləsi üzrə ödənişlərin icra olunmasına təminat olaraq cavabdehin mülkiyyətində olan istehsal tarixi 2011-ci il olan avtobuslar ipoteka ilə yüklü edilmişdir. İpoteka müqavilələrinin dövlət qeydiyyatına alınması və ipotekaya tutma yönəldilməsi barədə bildirişlər işə əlavə edilmişdir. Cavabdeh tərəfindən kredit öhdəliyi üzrə ödənişlər ödəniş qrafikində nəzərdə tutulmuş tarixlərdə və məbləğdə həyata keçirilmədiyindən iddiaçı xx.xx.2015-ci il tarixdə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşə birinci instansiya qaydasında baxılarkən iş üzrə məhkəmə mühasibatlıq ekspertizaları təyin edilmiş, Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2018-ci il tarixli 29359 saylı rəyindən görünür ki, Cavabdeh tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, xx xxxxxx 2012-ci il tarixli 19K/12 saylı kredit müqaviləsinin şərtləri, müqavilənin 4-cü bəndinin tələbləri nəzərə alınmaqla Cavabdeh banka olan borcu əsas borc üzrə 530,972.24 (698,852.24-167.880.0) manat məbləğində müəyyən edilir. Apellyasiya icraatı zamanı cavabdehin nümayəndəsinin vəsatətinə əsasən iş üzrə əlavə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, Məhkəmə Ekspertizası Mərkəzi xx xxxx 2019-cu il tarixli 24034 nömrəli ekspert rəyi ilə xx xxxxxx 2012-ci il tarixli 19K/12 saylı kredit müqaviləsi üzrə Cavabdeh İddiaçı-nə olan əsas borcunun 482.972,24 manat məbləğində olması, faiz borcunun tam ödənildiyi müəyyən edilmişdir. xx xxxx 2019-cu il tarixli 24034 nömrəli ekspert rəyində cavabdeh tərəfindən kredit öhdəliyi üzrə xx.xx.2014-cü il tarixədək 605.442,81 manat, xx.xx.2014-cü il tarixdən xx.xx.2018-ci il tarixədək 215880 manat, cəmi 821322,81 manat ödəniş edildiyi qeyd edilmişdir. Ekspert rəylərindən görünür ki, iddiaçı xx.xx.2014-cü il tarixədək ödəniş qrafikinə əsasən iddiaçıya 653,686 manat ödəməli olduğu halda ödənişləri həmin məbləğdən az olmuşdur. İlkin ekspert rəyi ilə qeyd edilən ekspert rəyi arasında yaranmış borc məbləği arasındakı fərq borcalan tərəfindən xx.xx.2018-ci il tarixdə 40.000 manat və xx.xx.2018-ci il tarixdə 8000 manat məbləğində ödənişin aparılması nəticəsində yaranmışdır. Mülki Məcəllənin 739.1 və 739.2-ci maddələrinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Məcəllənin 440-cı maddəsinə əsasən əgər kreditorun xeyrinə olaraq borcluya müxtəlif öhdəliklərdən irəli gələn bir neçə oxşar icra həvalə edilmişdirsə və icra edilənlər bütün borcların ödənilməsi üçün yetərli deyildirsə, borclunun icra zamanı seçdiyi öhdəlik ödənilir, borclu seçmədikdə isə ödəniş müddəti birinci çatan borc ödənilir. Əgər tələblərin icra müddətləri eyni vaxtda çatarsa, icrası borclu üçün daha ağır olan tələb birinci növbədə ödənilməlidir. Əgər tələblər eyni dərəcədə ağırdırsa, daha az təmin edilmiş tələb birinci növbədə icra olunmalıdır. Borclunun ödəniş müddəti çatmış bütün borcunun ödənilməsi üçün yetərli olmayan ödənişləri hesabına birinci növbədə məhkəmə xərcləri, sonra əsas icra (borc) və nəhayət, faizlər ödənilir. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 36.6-cı maddəsinə əsasən hər bir bank müştərilərlə bağladığı müqavilədə xidmət şərtlərini, o cümlədən faiz dərəcələrini, komisyon haqlarmı və göstərilən bank xidmətləri üçün digər ödənişləri, habelə bank tərəfindən verilmiş kreditlərin ödənişi şərtlərini və qaydalarını müəyyən etməkdə sərbəstdir. Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) zamanı köhnə nümunəli pul nişanlarının yeni nümunəli pul nişanlarına dəyişdirilməsinə görə banklar tərəfindən komisyon haqqı və digər ödənişlər tutulmur. Kredit üzrə faizlər bankla müştəri arasında bağlanmış müqavilə şərtlərinə uyğun hesablanır və ödənilir. Faiz dərəcələri və bank qarşısında borca görə verilməli olan digər ödənişlər yalnız borcun olduğu günlər üçün borc qalığı məbləğinə hesablanır. Ali Məhkəmənin iş üzrə qəbul edilmiş qərarında ifadə edilmiş hüquqi mövqeyə görə qeyd edilən normaların tələblərinə əsasən Cavabdeh kredit müqaviləsinin qüvvədə olduğu müddət ərzində kreditdən istifadə etdiyi 4 il üçün razılaşdırılmış faiz məbləğlərini banka ödəməli olduğu halda, işə baxmış məhkəmə bu halı nəzərə almamışdır. Məhkəmə kollegiyası Ali Məhkəmənin bu mövqeyini nəzərə alaraq hesab edir ki, iş üzrə verilmiş ekspert rəylərində cavabdeh tərəfindən iddiaçıya ödənilməli olan faiz borcunun məbləği kredit öhdəliyinin icra müddəti bitdiyi tarixədək deyil, yalnız xx.xx.2014cü il tarixədək hesablandığından həmin rəylər əsasında cavabdehin kredit üzrə qalıq borcunun məbləği müəyyənləşdirilə bilməz. İşə apellyasiya qaydasında yenidən baxılarkən iddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2020-ci il tarixli maliyyə arayışında cavabdehin kredit borcu üzrə cəmi 856246,97 manat ödəniş həyata keçirildiyi, həmin məbləğin 384.779,63 manatının əsas borca, 256.780,59 manatının faiz borcuna, 214.686,75 manatının cərimə borcuna silindiyi qeyd edilmişdir. Məhkəmə hesab edir ki, ekspert rəyləri və hesabdan çıxarışlara əsasən bank tərəfindən cavabdehin həyata keçirdiyi ödənişlərdən cərimə tutulduğu müəyyən edilmədiyindən və iddiaçı tərəfindən cərimə borcunun hansı qaydada hesablandığı, gecikdirilmiş günlərin sayı ilə bağlı məhkəməyə izahlı maliyyə arayışı təqdim edilmədiyindən məhkəmə bankın təqdim etdiyi xx.xx.2020-ci il tarixli maliyyə arayışını cərimə ilə bağlı hissədə əsassız hesab edir və belə nəticəyə gəlir ki, cavabdeh tərəfindən həyata keçirilmiş ödənişlər yalnız faiz və əsas borca aid edilməlidir. Məhkəmə bu qənaətə gələrkən eyni zamanda nəzərə alır ki, bank tərəfindən iddia irəli sürülənədək cavabdehə göndərilmiş xx.xx.2015-ci il tarixli ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişdə həmin tarixə olan kredit borcunun birdəfəyə ödənişi tələb edildiyindən müqavilə münasibətləri pozulduqdan və bank kredit müqaviləsinin ləğvi barədə tələb irəli sürdükdən sonra cavabdehə ödənişin qrafik üzrə həyata keçirilməməsinə görə cərimə hesablanması əsassızdır. Kredit müqaviləsinin 2.4-cü bəndinə əsasən, borc alanın kredit üzrə ödənişlərinin əvvəlcə faiz borcu, sonra əsas borca silinməli olduğu nəzərə alınarsa bank tərəfindən ödənişlərin silinməsinin müqavilə şərtlərinə uyğun həyata keçirilmədiyi, cavabdehin faiz borcu tam ödənilmədən ödənişin bir hissəsinin əsas borcdan silindiyi müəyyən olunur. Cavabdehin razılaşdırılmış ödəniş cədvəlinə uyğun olaraq öhdəliyin icra müddətinin bitdiyi tarixədək banka 4 il üçün cəmi 414.700,56 manat faiz ödəməli olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdeh tərəfindən həyata keçirilmiş ödənişlər müqavilənin 2.4cü bəndinə uyğun silindikdə faiz borcunun tam ödənildiyi, əsas borc üzrə ödənilməmiş qalıq məbləğin 569.953,59 manat (1.426.200,56-856246,97 =569.953,59) təşkil etdiyi müəyyən olunur. Buna görə də məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən cavabdehin əsas və faiz borcunun məbləği düzgün müəyyən edilmədiyindən qətnamə həmin hissədə ləğv edilməli, cavabdehdən faiz borcu tutulması hissəsində iddiaçının tələbi əsassız hesab edilərək rədd edilməli, əsas borcla bağlı tələb qismən-569.953,59 manat hissədə təmin edilməli, qalan hissədə əsas borc tələbi rədd edilməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cavabdehdən tutulmuş 500 manat məbləğində dəbbə borcunun azaldılması və ya silinməsi üçün qanuni əsaslar olmadığından qətnamə həmin hissədə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2-2(82)-12/2018 saylı qətnaməsi qismən-cavabdehdən əsas borc və faiz borcu tutulması hissəsində ləğv edilməli, Cavabdeh iddiaçı ləğv prosesində olan “xxxxxxxxxxxxxxxxxx” ASC-nin xeyrinə 569.953,59 manat əsas borc tutulmalı, cavabdehdən əsas borcun tutulması barədə iddia tələbi qalan hissədə və 87868,04 manat faiz borcu tutulması hissində rədd edilməli, mübahisələndirilən qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2-2(82)-12/2018 saylı qətnaməsi qismən-cavabdehdən iddiaçının xeyrinə əsas borc və faiz borcu tutulması hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilərək Cavabdeh iddiaçı ləğv prosesində olan “xxxxxxxxxxxxxxxxxx” ASC-nin xeyrinə xx.xx.2012-ci il tarixli, 19K/İ2 saylı təminatlı kredit müqaviləsi üzrə 569.953,59 manat əsas borc tutulsun. Cavabdeh əsas borcun tutulması barədə iddia tələbi qalan hissədə və 87868,04 manat faiz borcu tutulması hissəsində rədd edilsin. Mübahisələndirilən qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına ( ünvan: Bakı şəhəri, Yusif Səfərov küçəsi, 14) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar