Məhkəmə qərarları › İş №2-2(103)-318/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-318/2025

07.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-318/2025 07.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi Açar söz: podrat müqaviləsi, təhvil-təslim aktı. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Mahmudova Təranə Nəriman qızının sədrliyi və məruzəsi ilə, hakimlər Həsənov Elnur Məmmədsaat oğlu, X7 ibarət tərkibdə, məhkəmə iclas katibi Məhərrəmova Günel Elman qızının katibliyi, iddiaçının nümayəndələri Nümayəndə2, X10, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e- 2-2(113)-168/2024 nömrəli qətnaməsindən İddiaçı "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları

1. İddiaçı (sifarişçi) ilə cavabdeh (icraçı) arasında bağlanmış xx.xx.2021-ci il tarixli, İBA-2021/041 nömrəli işlərin görülməsi haqqında müqavilənin 1.1-ci bəndinə görə, tərəflər təsdiq edirlər ki, sifarişçi həcmi, ölçü vahidi, görülmə müddəti, dəyəri və digər xüsusi şərtləri müqavilənin 1 saylı əlavəsində göstərilmiş ünvan 1 ünvanında yerləşən inzibati binada aparılacaq əsaslı təmir işlərinin satın alınması üçün icraçının tender təklifini qəbul etmişdir.

2. Müqavilənin 1.2-ci bəndinə görə, bu müqavilədə nəzərdə tutulmuş qaydada icraçı sifarişçinin sifarişi ilə müqavilədə nəzərdə tutulan işləri yerinə yetirməyi, sifarişçi isə icraçıya görülmüş işlərə görə müqavilədə göstərilən müddətdə və qaydada razılaşdırılmış məbləği ödəməyi öhdəsinə götürür.

3. Həmin müqavilənin 1.4-cü bəndinə əsasən, icraçı işləri özü tərəfindən cəlb edilən işçi qüvvəsi, alınmış material və avadanlıqlar vasitəsilə yerinə yetirməyi öhdəsinə götürür.

4. Müqavilənin 2.1-ci bəndinə görə, bu müqavilə imzalandığı tarixdən etibarən icraçı işləri tam həcmdə və lazımi keyfiyyətdə 12 ay müddətində sifarişçiyə təhvil verməlidir.

5. Müqavilənin 2.2-ci bəndinə görə, işlərin qəbulu zamanı qüsurlar və ya çatışmazlıqlar aşkar edildikdə bu barədə akt tərtib edilir. Bu halda sifarişçi işlərin qüsurlu hissəsinin 15 gün ərzində yenidən görülməsini icraçıdan tələb edir. İcraçı işlərin qüsurlu hissəsinin yenidən görülməsindən imtina etdikdə sifarişçi bu müqaviləyə birtərəfli qaydada xitam verə və ya işlərin müvafiq hissəsinin dəyərini ödəməkdən imtina (işlərin dəyəri ödənildiyi halda isə ödənilmiş hissənin geri qaytarıılmasını tələb) edə bilər.

6. Həmin müqavilənin 4.2.2-ci bəndinə əsasən, işləri, müqavilədə nəzərdə tutulmuş şərtlərdə, müddətdə və ən yüksək standartlara uyğun şəkildə görmək və sifarişçiyə təhvil vermək icraçının vəzifəsidir.

7. Müqavilənin 4.3.5-ci bəndinə görə, təhvil verilən işlər bu müqavilənin keyfiyyət, həcm, ölçü və sairə dair şərtlərinə uyğun gəlmədikdə icraçıya bu barədə işlərin təhvil verildiyi tarixdən 180 gün müddətində bildiriş vermək sifarişçinin hüququdur.

8. Müqavilənin 5.1-ci bəndinə görə, bu müqavilənin ümumi dəyəri vergilər və bütün digər məcburi ödənişlər daxil olmaqla 836994,37 (səkkiz yüz otuz altı min doqquz yüz doxsan dörd manat otuz yeddi qəpik) manat təşkil edir.

9. xx.xx.2021-ci il tarixli, İBA-2021/041 nömrəli müqaviləyə 1 saylı əlavə ilə müqavilə üzrə görüləcək işlərin siyahısı, adı, ölçü vahidi, material qiyməti, işçilik qiyməti və toplam qiymət razılaşdırılmış, cəmi qiymət 836994,37 manat müəyyən olmuşdur.

10. xx.xx.2021-ci il tarixli, İBA-2021/041 nömrəli müqaviləyə dəyişiklərin edilməsinə dair xx.xx.2022-ci il tarixli, 1 nömrəli əlavə sazişin 2.1-ci bəndinə görə, xx.xx.2021-ci il tarixli, İBA-2021/041 nömrəli müqavilənin 5.1-ci bəndində “836994,37 (səkkiz yüz otuz altı min doqquz yüz doxsan dörd, otuz yeddi qəpik) manat” sözləri “1610937,77 (bir milyon altı yüz on min doqquz yüz otuz yeddi, yetmiş yeddi qəpik) manat” sözləri ilə əvəz edilmişdir.

11. xx.xx.2022-ci il tarixli, 1 nömrəli əlavə sazişin 2.4-cü bəndinə görə, xx.xx.2021- ci il tarixli, İBA-2021/041 nömrəli müqavilənin 2.1-ci bəndində “12 (on iki) ay müddətində” sözləri “22 dekabr 2022-ci il tarixinədək” sözləri ilə əvəz edilmişdir.

12. xx.xx.2021-ci il tarixli, İBA-2021/041 nömrəli müqaviləyə dəyişiklərin edilməsi haqqında xx.xx.2022-ci il tarixli, 2 nömrəli əlavə sazişin 1.1-ci maddəsinə görə xx.xx.2021-ci il tarixli, İBA-2021/041 nömrəli müqavilənin 2.1-ci bəndində göstərilən müddət xx.xx.2023-cü il tarixinədək uzadılır. Avans ödənişin geri qaytarılmasının təminatı qismində təqdim edilmiş xx.xx.2022-ci il tarixli bank qarantiyasında göstərilən və avans olaraq ödənilən 255401,33 manat dəyərində işlər isə xx.xx.2023-cü il tarixinədək tam icra edilmiş olmalıdır.

13. xx.xx.2021-ci il tarixli, İBA-2021/041 nömrəli müqaviləyə dəyişiklərin edilməsi haqqında xx.xx.2023-cü il (sazişdə 2022-ci il kimi yazılmışdır) tarixli, 3 nömrəli əlavə sazişin 1.1-ci bəndinə görə xx.xx.2021-ci il tarixli, İBA-2021/041 nömrəli müqavilənin 2.1ci bəndində göstərilən müddət xx.xx.2023-cü il tarixinədək uzadılır.

14. Debit haqqında bildirişlərə əsasən iddiaçı tərəfindən cavabdehə xx.xx.2021-ci il tarixində 62832,45 manat əsas vəsait, 11309,84 manat ƏDV, xx.xx.2021-ci il tarixində 147365 manat əsas vəsait, 26525,70 manat ƏDV, xx.xx.2021-ci il tarixində 66936,4 manat əsas vəsait, 12048,55 manat ƏDV, xx.xx.2021-ci il tarixində 138850,15 manat əsas vəsait, 24993,03 manat ƏDV, xx.xx.2021-ci il tarixində 71797,80 manat əsas vəsait, 12923,60 manat ƏDV, xx.xx.2021-ci il tarixində 48786 manat əsas vəsait, 8781,48 manat ƏDV, xx.xx.2021-ci il tarixində 93428,85 manat əsas vəsait, 16817,19 manat ƏDV, xx.xx.2022-ci il tarixində 13466,65 manat məbləğində əsas vəsait, 2424 manat ƏDV, xx.xx.2022-ci il tarixində 60170 manat əsas vəsait, 10830 manat ƏDV, xx.xx.2021-ci il tarixində 51633,90 manat əsas vəsait, xx.xx.2021-ci il tarixində 9294,10 manat ƏDV, xx.xx.2022-ci il tarixində 216441,81 manat əsas vəsait, 38959,52 manat ƏDV ödənilmişdir.

15. xx.xx.2021-ci il tarixli, 01-04 nömrəli hesab fakturaya görə 74142,29 manat, xx.xx.2021-ci il tarixli, 02-06 nömrəli hesab-fakturaya görə 173890,70 manat, xx.xx.2021- ci il tarixli, 01-04 nömrəli hesab-fakturaya görə 78984,95 manat, xx.xx.2021ci il tarixli, 01- 04 nömrəli hesab-fakturaya görə 163843,18 manat, xx.xx.2021-ci il tarixli hesab-fakturaya görə 84721,40 manat, xx.xx.2021-ci il tarixli, 01-04 nömrəli hesabfakturaya görə 57567,48 manat, xx.xx.2021-ci il tarixli hesab-fakturaya görə 60928,06 manat, xx.xx.2021-ci il tarixli, 01-05 nömrəli hesab-fakturaya görə 110246,04 manat, xx.xx.2022- ci il tarixli, 03-04 nömrəli hesab-fakturaya görə 15890,65 manat, xx.xx.2022ci il tarixli, 08- 02 nömrəli hesab-fakturaya görə 71000,60 manat, xx.xx.2022-ci il tarixli, 05-01 nömrəli hesab-fakturaya görə 71000,60 manat məbləğində işlərin görülməsi nəzərdə tutulmuşdur.

16. Podrat işlərinin yerinə yetirilməsi haqqında aktlara (Forma 2) görə müqavilə üzrə görülmüş işlər: 74142,29 manat (xx.xx.2021-xx.xx.2021), 173890,70 manat (xx.xx.2021-xx.xx.2021), 78984,95 manat (xx.xx.2021-xx.xx.2021), 163843,18 manat (xx.xx.2021-xx.xx.2021), 84721,40 manat (xx.xx.2021-xx.xx.2021), 57567,48 manat (xx.xx.2021-xx.xx.2021), 60928 manat (xx.xx.2021-xx.xx.2021), 110246,04 manat (xx.xx.2021-xx.xx.2021), 15890,65 manat (xx.xx.2021-xx.xx.2022) və 71000,60 manat dəyərində iddiaçı tərəfindən təhvil alınmışdır. Aktlar tərəflərin nümayəndələrinin imzaları, tərəflərin möhürləri ilə təsdiq edilmişdir.

17. Cavabdeh tərəfindən iddiaçıya xx.xx.2021-ci il tarixli EBBA 661938 nömrəli 74142,29 manat məbləğində, xx.xx.2021-ci il tarixli EBBC 656261 nömrəli 173890,70 manat məbləğində, xx.xx.2021-ci il tarixli EBBE 505999 nömrəli 78984,95 manat məbləğində, xx.xx.2021-ci il tarixli EBBF 792750 nömrəli 163843,18 manat məbləğində, xx.xx.2021-ci il tarixli EBBH 401544 nömrəli 84721,40 manat məbləğində, xx.xx.2021-ci il tarixli EBBL 668554 nömrəli 57567,48 manat məbləğində, xx.xx.2021-ci ildə EBBM 654663 saylı, xx.xx.2021-ci il tarixli 60928,06 manat, xx.xx.2021-ci il tarixli EBBN 910523 nömrəli 110246,04 manat məbləğində, xx.xx.2022-ci il tarixli EBBS 748115 nömrəli 15890,65 manat məbləğində, xx.xx.2022-ci il tarixli EBCB 065396 nömrəli 71000,60 manat məbləğində elektron qaimələr təqdim olunmuşdur.

18. "xxxx" ASC tərəfindən xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək verilmiş bank qarantiyasına əsasən cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixli podrat müqaviləsi üzrə iddiaçı tərəfindən ödənilmiş 255401,33 manat avans geri qaytarılmayacağı təqdirdə bank iddiaçının tələbi ilə həmin məbləği ödəməyi öhdəsinə götürmüşdür.

19. İddiaçı xx.xx.2023-cü il tarixdə cavabdehə xəbərdarlıq ünvanlayaraq avans kimi ödənilmiş 255401,33 manat vəsaitin müqabilində işlərin xx.xx.2023-cü il tarixədək tam şəkildə təhvil verilmədiyini bildirib həmin vəsaitin 3 gün ərzində geri qaytarılması tələb edilmiş, əks təqdirdə ödənişlə bağlı "xxxx" ASC-yə tələb irəli sürüləcəyi barədə xəbərdarlıq edilmişdir.

20. İddiaçı tərəfindən "xxxx" ASC-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli müraciətlə qarantiya üzrə cavabdeh tərəfindən podrat müqaviləsi üzrə öhdəlikləri icra edilmədiyi üçün 255401,33 manat vəsaitin ödənilməsi iddiaçının bank hesabına köçürülməsi tələb edilmişdir.

21. İddiaçı tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2023-cü il tarixli bildirişlə xx.xx.2021-ci il tarixli podrat müqaviləsi üzrə iddiaçı tərəfindən artıq ödənilmiş 350923,17 manat vəsaitin 5 gün müddətində ödənilməsi cavabdehdən tələb edilmişdir. Xəbərdarlıqda xx.xx.2021-ci il tarixli podrat müqaviləsinin iddiaçı tərəfindən birtərəfli qaydada ləğv edildiyi göstərilmişdir.

22. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/6949 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, ünvan 2 ünvanında yerləşən inzibati binada xx.xx.2021-ci il tarixli, İBA-2021/041 nömrəli “İşlərin görülməsi haqqında” müqavilə və bu müqaviləyə dəyişiklilkərin edilməsi ilə bağlı xx.xx.2022-ci il tarixli, 1 saylı Əlavə saziş, xx.xx.2022-ci il tarixli 2 saylı Əlavə saziş və xx.xx.2022-ci il tarixli 3 saylı Əlavə saziş və müqavilədə göstərilən qiymətlərə əsasən. Cavabdeh MMC tərəfindən faktiki olaraq görülmüş işlərin həcmi rəyə əlavə olunmuş smetada ətraflı göstərilmişdir. Eləcə də qeyd olunur ki, görülmüş işlər yarımçıq şəkildə olduğundan, həmin işlərin keyfiyyətli olub-olmamasını müəyyən etmək mümkün olmadı. ünvan 2 ünvanında yerləşən inzibati binada xx.xx.2021-ci il tarixli, İBA-2021/041 nömrəli “İşlərin görülməsi haqqında” müqavilə və bu müqaviləyə dəyişiklilkərin edilməsi ilə bağlı xx.xx.2022-ci il tarixli, 1 saylı Əlavə saziş, xx.xx.2022-ci il tarixli 2 saylı Əlavə saziş və xx.xx.2022-ci il tarixli 3 saylı Əlavə sazişə əsasən, Cavabdeh MMC tərəfindən faktiki olaraq görülmüş işlərin real ümumi dəyəri 986903,15 manat məbləğində müəyyə olunur. Baxış zamanı tədqiq olunan ünvanda göstərilən işlər tam görülmədiyindən və yarımçıq şəkildə olduğundan ünvan 2 ünvanında yerləşən inzibati binada xx.xx.2021-ci il tarixli, İBA-2021/041 nömrəli “İşlərin görülməsi haqqında” müqavilə və bu müqaviləyə dəyişiklilkərin edilməsi ilə bağlı xx.xx.2022-ci il tarixli, 1 saylı Əlavə saziş, xx.xx.2022-ci il tarixli 2 saylı Əlavə saziş və xx.xx.2022-ci il tarixli 3 saylı Əlavə sazişə əsasən Cavabdeh MMC tərəfindən smetada nəzərdə tutulan sayda tikinti materiallarından istifadə edilmədiyi müəyyən olunur. ünvan 2 ünvanında yerləşən inzibati binada xx.xx.2021-ci il tarixli, İBA2021/041 nömrəli “İşlərin görülməsi haqqında” müqavilə və bu müqaviləyə dəyişiklilkərin edilməsi ilə bağlı xx.xx.2022-ci il tarixli, 1 saylı Əlavə saziş, xx.xx.2022-ci il tarixli 2 saylı Əlavə saziş və xx.xx.2022-ci il tarixli 3 saylı Əlavə sazişə əsasən Cavabdeh MMC tərəfindən faktiki olaraq görülmüş işlər yarımçıq şəkildə olduğundan həmin işlərin keyfiyyətli olub-olmamasını və tikinti işlərində kənarlaşmalar (pozuntular) olmasını müəyyən etmək mümkün olmadı. Bu səbəbdən də qərardadın dördüncü, beşinci və altıncı sualları üzrə tədqiqat aparılmadı.

İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat

23. İddiaçı "xxxx" ASC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müqavilə üzrə öhdəliklərini icra etmədiyinə görə 543,869 manat, ilkin mediasiya xərci olaraq 400 manat, dövlət rüsumu olaraq 434,52 manat və xidmət haqqı olaraq 0,65 manat vəsaitin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

24. İddia tələbi onunla əsaslandırılmışdır ki, sifarişçi qismində çıxış edən "xxxx" ASC (bundan sonra – "xxxx" ASC) və icraçı qismində çıxış edən Cavabdeh MMC arasında xx.xx.2021-ci il tarixli, İBA-2021/041 nömrəli, ümumi dəyəri 836994,37 manat olan “İşlərin görülməsi haqqında” müqavilə (bundan sonra – Müqavilə) imzalanmış, bu müqaviləyə əsasən Cavabdeh MMC öz üzərinə ünvan 3 ünvanında yerləşən inzibati binada aparılacaq əsaslı təmir işlərini müqavilədə nəzərdə tutulmuş qaydada, tam həcmdə və lazımi keyfiyyətdə 12 (on iki) ay müddətində yerinə yetirərək təhvil vermək öhdəliyini götürmüşdür. Daha sonra, "xxxx" ASC və Cavabdeh MMC arasında müqaviləyə dəyişikliklərin edilməsi ilə bağlı xx.xx.2022-ci il tarixli, 1 saylı əlavə saziş imzalanmış, bu 1 saylı əlavə sazişə əsasən müqavilənin məbləği 836994,37 manat məbləğindən 1610937,77 manat məbləğinə qədər artırılmış, işlərin görülməsi müddəti xx.xx.2022-ci il tarixi müəyyən olunmuşdur. Daha sonra, Cavabdeh MMC (prinsipal) tərəfindən "xxxx" ASC-yə (benefisiar) xx.xx.2022-ci il tarixli “Bank qarantiyası” (avans ödənişinin geri qaytarılması qarantiyası) təqdim edilmişdir. Bu bank qarantiyasına əsasən "xxxx" ASC (qarant) 255401,33 manat məbləğindən artıq olmayan məbləği (qarantiya verilmiş məbləği) prinsipal (Cavabdeh MMC) tərəfindən qaytarılmadığı təqdirdə benefisiarın ("xxxx" ASC-nin) təqdim etdiyi yazılı tələbinə əsasən ödəməyi öz öhdəsinə götürmüşdür. Daha sonra, "xxxx" ASC və Cavabdeh MMC arasında müqaviləyə dəyişikliklərin edilməsi ilə bağlı xx.xx.2022-ci il tarixli 2 saylı Əlavə saziş və xx.xx.2022-ci il tarixli 3 saylı Əlavə saziş imzalanmış, bu Əlavə sazişlərə (2 saylı və 3 saylı) əsasən işlərin görülməsi müddəti xx.xx.2023-cü il tarixinədək uzadılmış, avans ödənişinin geri qaytarılmasının təminatı qismində təqdim edilmiş xx.xx.2022-ci il tarixli bank qarantiyasında göstərilən və avans olaraq ödənilən 255401,33 manat dəyərində işlərin son icra müddəti xx.xx.2023-cü il tarixi müəyyən edilmiş, öhdəliklərin icrasının təminatı qismində Cavabdeh MMC tərəfindən "xxxx" ASC-yə 200000 manat məbləğində və xx.xx.2023-cü il tarixindək qüvvədə olan icra qarantiyasının verilməsi öhdəliyi Cavabdeh MMC tərəfindən üzərinə götürülmüşdür. Müvafiq Müqavilələr və Əlavə Sazişlərə əsasən "xxxx" ASC tərəfindən Cavabdeh MMC-yə edilmiş ödənişlərin cəmi ******* manat olmuşdur. (Ödəniş tarixi, məbləği və əsasları aşağıdakı cədvəldə qeyd edilmişdir). Müqavilədə işlərin təhvil-təslimi ilə bağlı müvafiq şərtə baxmayaraq, Cavabdeh MMC (icraçı) tərəfindən işlərin müqavilədə nəzərdə tutulmuş qaydada və müddətdə "xxxx" ASC-yə (sifarişçiyə) təhvil verilmədiyinə görə, "xxxx" ASC tərəfindən Cavabdeh MMC-yə xx.xx.2023-cü il tarixli, 6-2- 43/2-3836/2023 nömrəli bildiriş (işlərin təhvil verilməsinə, bu mümkün olmadıqda xidmət haqqının əvvəlcədən ödənilmiş hissəsinin geri qaytarılmasına dair) göndərilmişdir. Bu bildiriş ilə Cavabdeh MMC-dən işləri lazımi qaydada və keyfiyyətlə təhvil vermək tələb edilmiş, işlərin təhvil verilməsi mümkün olmadıqda, işlərin dəyərinin bir hissəsi olaraq "xxxx" ASC tərəfindən əvvəlcədən ödənilmiş 255401,33 manat məbləğin (xidmətlərin bir hissəsinin əvvəlcədən avans ödəniş şəklində ödənilmiş dəyərinin) geri qaytarılması tələb edilmiş, işlər tam həcmdə və keyfiyyətlə təhvil verilmədikdə və ya əvvəlcədən ödənilmiş məbləğ geri qaytarılmadıqda isə "xxxx" ASC (benefisiar) tərəfindən müvafiq vəsaitin geri qaytarılması ilə bağlı "xxxx" ASC-yə (qarant) tələb təqdim ediləcəyi bildirilmişdir. "xxxx" ASC tərəfindən göndərilən xx.xx.2023-cü il tarixli, 6-2-43/2-3836/2023 nömrəli bildiriş nəticəsiz qaldığından (irəli sürülmüş hüquqi tələblər Cavabdeh MMC tərəfindən icra edilmədiyindən) "xxxx" ASC (benefisiar) tərəfindən "xxxx" ASC-yə (qarant) xx.xx.2023cü il tarixli, 6-2-43/2-4502/2023 nömrəli müraciət (qarantiya üzrə pul məbləğinin ödənilməsinə dair tələb) göndərilmiş, qarantdan, onun tərəfindən təqdim edilən xx.xx.2022-ci il tarixli bank qarantiyası üzrə tələbi icra etmək və 255401,33 (iki yüz əlli beş min dörd yüz bir manat otuz üç qəpik) manat məbləğində pul vəsaitini bu müraciət rəsmi qaydada təqdim edildikdən sonra dərhal qeyd edilən müvafiq bank rekvizitləri üzrə "xxxx" ASC-nin bank hesabına köçürmək xahiş edilmişdir. Bundan sonra qarant tərəfindən müvafiq köçürmə (öhdəlik) icra edilmişdir. Müqavilədə işlərin təhvil-təslimi ilə bağlı müvafiq şərtə baxmayaraq, Cavabdeh MMC (icraçı) tərəfindən işlərin müqavilədə nəzərdə tutulmuş qaydada və müddətdə "xxxx" ASC-yə (sifarişçiyə) təhvil verilmədiyinə görə, "xxxx" ASC tərəfindən Cavabdeh MMC-yə xx.xx.2023-cü il tarixli, 6-2-43/2- 5291/2023 nömrəli bildiriş (müqaviləyə xitam verilməsinə və artıq ödənilmiş vəsaitin tələb edilməsinə dair pretenziya) göndərilmişdir. Bu bildiriş ilə ilkin hesablamalara görə artıq şəkildə ödənilmiş 350923,17 manat məbləğində vəsait Cavabdeh MMC-dən tələb edilmiş, əksi olduğu təqdirdə məhkəməyə müraciət ediləcəyi qeyd edilmiş, o cümlədən, Müqaviləyə "xxxx" ASC tərəfindən birtərəfli qaydada xitam veriləcəyi qeyd edilmişdir. Bu bildiriş nəticəsiz qaldığından (irəli sürülmüş hüquqi tələblər Cavabdeh MMC tərəfindən icra edilmədiyindən), o cümlədən, müvafiq müddət keçdiyindən Müqaviləyə xitam verilmişdir. Daha sonra "xxxx" ASC-nin daxili audit bölməsi qismində çıxış edən, Daxili audit departamentinin auditorları Rahib Damadayev və Elxan Həsənov tərəfindən (gələcəkdə zərurət yaranarsa müvafiq əməkdaşlar bununla bağlı şahid qismində məhkəməyə izahat verə bilərlər) audit yoxlaması (araşdırması) aparılmış, nəticədə “Bankın inzibati binasının təmiri prosesi üzrə baş vermiş insidentlə bağlı Arayış” tərtib edilmiş və müəyyən edilmişdir ki, Cavabdeh MMC tərəfindən təmir zamanı müqavilədə qeyd olunandan fərqli materiallardan istifadə edilmiş, müqavilədə qeyd olunandan daha yüksək qiymətlə invoys tərtib edərək ödənişlər alınmış və ümumiyyətlə görülməmiş işlər üzrə invoys tərtib edilərək ödənişlər alınmışdır. Nəticədə, Cavabdeh MMC ilə bağlanılımış müvafiq müqavilə (və əlavə sazişlər) üzrə Cavabdeh MMC-nin öhdəliklərinin təminatı üsulları nəzərə alınmaqla təqdim edilən invoyslar əsasında ödəniş edilmiş lakin icra edilməmiş işlər üzrə itki məbləğinin ƏDV daxil 543,869 manat olması müəyyən edilmiş, ətraflı məlumat bu arayışa əlavə edilmiş cədvəldə (Əlavə 1) qeyd edilmişdir. "xxxx" ASC-nin yuxarıda qeyd edilən müvafiq pretenziyaları (bildirişləri) nəticəsiz qaldığından mübahisənin məhkəmə qaydasında həll edilməsi üçün prosedurlara start verilmiş, bununla bağlı Cavabdeh MMC-yə mediasiya təklifi göndərilmiş, daha sonra 18 saylı mediasiya təşkilatına müraciət edilmiş, xx.xx.2023-cü il tarixində tərəflər arasında mediasiya xidmətlərinin göstərilməsi barədə müqavilə imzalanmışdır (ilkin mediasiya xərci qismində 400 manat məbləğ "xxxx" ASC tərəfindən ödənilmişdir). Mediasiya prosesində tərəflər arasında barışıq sazişi imzalanmadığından (razılıq əldə edilmədiyindən) xx.xx.2023-cü il tarixində “Mediasiya prosesinə xitam verilməsi haqqında” protokol əldə edilmişdir. xx.xx.2023-cü il tarixində "xxxx" ASC tərəfindən “Onlayn kargüzarlıq” sistemi vasitəsilə Cavabdeh MMC-yə pretenziya ünvanlanmış, pretenziyada qeyd edilmişdir ki, sifarişçi qismində çıxış edən "xxxx" ASC (bundan sonra – "xxxx" ASC) və icraçı qismində çıxış edən Cavabdeh MMC arasında xx.xx.2021-ci il tarixli, İBA-2021/041 nömrəli, “İşlərin görülməsi haqqında” müqavilə (bundan sonra – Müqavilə), o cümlədən sonrakı tarixlərdə bu Müqaviləyə 1,2 və 3 saylı əlavələr imzalanmış, bunlara əsasən Cavabdeh MMC öz üzərinə ünvan 3 ünvanında yerləşən inzibati binada aparılacaq əsaslı təmir işlərini müqavilədə nəzərdə tutulmuş qaydada, tam həcmdə və lazımi keyfiyyətdə 12 (on iki) ay müddətində yerinə yetirərək təhvil vermək öhdəliyini götürmüşdür. Müqavilədə işlərin təhvil-təslimi ilə bağlı müvafiq şərtə baxmayaraq, Cavabdeh MMC (icraçı) tərəfindən işlərin müqavilədə nəzərdə tutulmuş qaydada və müddətdə "xxxx" ASC-yə (sifarişçiyə) təhvil verilmədiyinə görə tərəflər arasında mübahisə yaranmışdır. Buna əsasən Cavabdeh MMC-dən müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə 543,869 manat (beş yüz qırx üç min doqquz yüz altmış səkkiz manat) vəsaitin 3 (üç) iş günü müddətində "xxxx" ASC-yə geri qaytarılması xahiş edilmiş, əks halda pozulmuş hüquqların müdafiəsi üçün "xxxx" ASC tərəfindən məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Göndərilən bu pretenziya nəticəsiz qalmışdır (Cavabdeh MMC tərəfindən "xxxx" ASC-nin pozulmuş hüquqları bərpa edilməmişdir).

25. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

26. Etiraz onunla əsaslandırılmışdır ki, müqavilə tələbi üzrə cavabdehin öhdəsinə düşən işlərin xeyli hissəsi yüksək keyfiyyətlə görülmüş, lakin hansısa səbəbdən iddiaçı tərəfindən işin davamına əsassız maneçilik törədilmişdir. Bildirilir ki, müddətin uzanmasına səbəblərdən biri də işlərin görülməsinin pandemiya dövrünə təsadüf etməsi olmuşdur. Pandemiya dövrünün uzun müddət davam etməsi üzrlü səbəb hesab edilməlidir. Bütün ölkə üzrə qəbul edilmiş karantin rejimi iddiaçı üçün də qəbul edilməlidir. Bütün hallarda karantin rejimi təkcə Azərbaycan Respublikasını deyil, dünya dövlətlərini də əhatə etdiyi üçün yaranmış vəziyyət “fors-major” kimi qəbul olunmalıdır. Bakı şəhərində karantin yoxlamalarının müddəti 2021-ci il aprelin 1-dək uzadılmışdır. Daha sonra karantin rejiminin müddəti 2021-ci ilin 1 iyun tarixinədək uzadılmışdır və pandemiya uzun bir müddəti əhatə etmişdir. Həmçinin iddiaçı tərəfindən tenderin sənədləri məhkəməyə təqdim olunmayıb. Halbuki tenderdə qanunun tələbinə uyğun olaraq 3 iştirakçı olmalı idi, lakin 2 iştirakçı olub. İddiaçıya dəfələrlə yaranan dəyişikliyə görə müraciət edilsə də, olar müraciət gec cavab vermişdir. Halbuki müqavilənin 4.2.3cü maddəsi iddiaçının üzərinə işlərin görülməsinin gedişatı ilə bağlı sifarişçi tərəfindən tələb olunan bütün məlumatların vaxtı-vaxtında təmin etmək öhdəliyi qoymuşdur. Cavabdeh tərəfindən lazımi məlumatlar sifarişçiyə vaxtında verilsə də sifarişçi bütün cavabları gecikdirirdi. Əlavə olaraq bildirilir ki, sifarişçi tərəfindən hesablamalar doğru aparılmamışdır. Müqavilədə texnologiyadan istifadə termini nəzərdə tutulmamağına baxmayaraq cavabdeh tərəfindən bütün işlədilən tikinti materiallarının keyfiyyəti təmin edilərək, görülən işlər müasir texnologiyaya uyğun həyata keçirilmişdir. Mülki iş üzrə tərəflər arasında 17 fevral 2021-ci il tarixdə müqavilə tərtib edilmiş, müqavilədə tərəflərin vəzifələri və hüquqları öz əksini tapmışdır. İşin faktiki hallarına və tərəflər arasında bağlanmış 17 fevral 2021-ci il tarixli müqavilənin şərtlərinə əsasən iddiaçının iddia tələbi rədd edilməlidir. Belə ki, 17 fevral 2021-ci il tarixli Podrat Müqaviləsinin 2-ci bəndində işlərin təhvil-təslim qaydası və şərtləri müəyyənləşdirilmişdir. Müqavilənin 2.3-cü bəndində göstərilmişdir ki, işlərin təhvil verilməsi zamanı görülmüş şlərdə qüsurlar və ya çatışmamazlıqlar aşkar edilməsə, işlər sifarişçi tərəfindən qəbul olunur və işlərin qəbulu hər iki tərəfdən imzalanan təhvil-təsil aktları ilə rəsmiləşdirilir. Müqavilənin 2.2-ci bəndində göstərilmişdir ki, işlərin qəbulu zamanı qüsurlar və ya çatışmamazlıqlar aşkar edildikdə bu barədə akt tərtib edilir. Bu halda sifarişçi işlərin qüsurlu və çatışmamazlıq hissəsini 15 gün ərzində yenidən görülməsini icraçıdan tələb edir. Müqavilənin 4.4.1-ci bəndində sifarişçinin vəzifələri qeyd olunmuşdur. Müqavilənin sifarişçinin üzərinə qoymuş olduğu vəzifə ondan ibarət olmuşdur ki, müqavilə ilə müəyyən olunan işləri keyfiyyətli və qüsursuz halda icraçıdan təhvil-təslim aktı əsasında qəbul etməlidir. Müqavilənin 4.4.2-ci bəndinə əsasən sifarişçi bu müqavilədə və qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirməlidirlər. Mülki iş materiallarına əlavə edilmiş sənədlər və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olunur ki, iddiaçı müqavilənin 2.3-cü, 4.4.1-ci, 4.4.2-ci bəndlərinə uyğun olaraq xx.xx.2021-ci il tarixli (74,142 manatlıq), xx.xx.2021-ci il tarixli (173,891 manatlıq), xx.xx.2021-ci il tarixli (78,985 manatlıq), xx.xx.2021-ci il tarixli (163,843 manatlıq), xx.xx.2021-ci il tarixli (84,721 manatlıq), xx.xx.2021-ci il tarixli (57,567 manatlıq), xx.xx.2021-ci il tarixli (60,928 manatlıq), xx.xx.2021-ci il tarixli (110,246 manatlıq), xx.xx.2022-ci il tarixli (15,891 manatlıq), xx.xx.2022-ci il tarixli (71,001 manatlıq), təhvil-təslim aktları ilə rəsmiləşdirmiş, beləliklə, iddiaçı "xxxx" ASC podrat müqaviləsi üzrə Cavabdeh MMCyə sifariş vermiş olduğu 891,215 manatlıq işlərinin yerinə yetirilməsi təsdiq etmişdir. Görsənidiyi kimi, "xxxx" ASC-e həmin işləri təhvil təslim aktları ilə qəbul etmiş, işləri qəbul edərkən qüsurlar və çatışmamazlıqlar barədə akt tərtib etməmiş, cavabdehdən 15 gün ərzində qüsurları və çatışmamazlığı yenidən görülməsi tələbi etməmişdir. Hal-hazırda iddia tələbinin əsasını təşkil edən tələb iddiaçı tərəfindən aktla (işlərin yerinə yetirilməsi barədə) təhvil-təslim götürülmüş işlərdir. Müqavilənin 4.3.5-ci bəndində göstərilmişdir ki, sifarişçi "xxxx" ASC-e təhvil verilən işlər bu müqavilənin keyfiyyət, həcm, ölçü və s şərtlərinə uyğun gəlmədikdə, icraçıya bu barədə işlərin təhvil verildiyi tarixdən 180 gün müddətinə etiraz verməlidir. İddiaçı "xxxx" ASC Cavabdeh MMC-ə hec bir müddət ərzində bildiriş verməmişdir. Göründüyü kimi, iddiaçı tərəf cavabdehə müəyyən olunmuş müddət ərzində etiraz verməməklə həmin işləri qəbul etdiyini və bəyəndiyini göstərmişdir .

27. İddiaçı xx.xx.2024-cü il tarixdə məhkəməyə iddia tələbinin həcminin artırlması barədə ərizə ilə müraciət edərək, müqavilə üzrə öhdəliklərini icra etmədiyinə görə 578,832 manat vəsaitin, müqavilə üzrə öhdəliklərini icra etmədiyinə görə müqavilədə nəzərdə tutulmuş qaydada gecikdirilmiş günlərə görə hesablanmış ümumilikdə 83423,37 manat penya məbləğinin, mediasiya xərci olaraq ödənilmiş 400 manat, dövlət rüsumu olaraq ödənilmiş 552,26 manat və xidmət haqqı olaraq ödənilmiş 1,05 manat vəsaitin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

28. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-168/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə X14 və X11 müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində hazırkı məhkəmə icraatına cəlb edilmişlər.

29. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-168/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilməmiş, iddia ərizəsi verilərkən çəkilmiş 400 manat mediasiyaya dair xərc, ödənilmiş 552,26 manat dövlət rüsumu, 1,05 manat xidmət haqqın iddiaçı "xxxx" ASC-nin özünə aid edilməsi, aparılmış ekspertiza tədqiqatı ilə bağlı 100 (bir yüz) manat ekspertiza xərcinin iddiaçı "xxxx" ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X1 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ**********00000003944 SWİFT BİK CTREAZ22) ödənilməsi qət edilmişdir.

30. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı iddia ərizəsində qeyd etmişdir ki, iddiaçının daxili audit bölməsi qismində çıxış edən, Daxili audit departamentinin auditorları Rahib Damadayev və Elxan Həsənov tərəfindən audit yoxlaması (araşdırması) aparılmış, nəticədə “Bankın inzibati binasının təmiri prosesi üzrə baş vermiş insidentlə bağlı Arayış” tərtib edilmiş və müəyyən edilmişdir ki, cavabdeh tərəfindən təmir zamanı Müqavilədə qeyd olunandan fərqli materiallardan istifadə edilmiş, müqavilədə qeyd olunandan daha yüksək qiymətlə invoys tərtib edərək ödənişlər alınmış və ümumiyyətlə görülməmiş işlər üzrə invoys tərtib edilərək ödənişlər alınmışdır. Nəticədə, cavabdehlə bağlanılımış müvafiq müqavilə və əlavə sazişlər üzrə cavabdehin öhdəliklərinin təminatı üsulları nəzərə alınmaqla təqdim edilən invoyslar əsasında ödəniş edilmiş, lakin icra edilməmiş işlər üzrə itki məbləğinin ƏDV daxil 543,869 manat (iddia tələbinin həcminin artırılması barədə ərizədə isə 578832 manat) olması müəyyən edilmişdir. Məhkəmə iddiaçının həmin dəlillərini əsassız hesab etmişdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2021-ci il tarixdə podrat müqaviləsi, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2023-cü il tarixlərdə həmin müqaviləyə Əlavə Sazişlər imzalanmış, podrat müqaviləsi üzrə iddiaçı tərəfindən cavabdehə ümumilikdə 1146616,39 manat vəsait ödənilmişdir. Tərəflər arasında imzalanaraq təsdiq edilmiş görülmüş işlərin təhvil-təslim aktlarından (Forma 2) görünür ki, cavabdeh tərəfindən görülmüş ümumilikdə 891215,06 manat dəyərində işlər cavabdeh tərəfindən iddiaçıya təhvil verilmiş, iddiaçı tərəfindən həmin işlər qeyd-şərtsiz qəbul edilmişdir. Tərəflər arasında imzalanmış razılaşmalardan görünür ki, müqavilə müddətinin sonu xx.xx.2023-cü il müəyyən edilmiş, xx.xx.2023-cü il tarixdə işlərin görülməsi iddiaçının təşəbbüsü ilə dayandırılmış, iddiaçı xx.xx.2023-cü il tarixdə iddiaçıya yazılı bildiriş verib müqavilə üzrə ödəmiş olduğu 255401,33 manat avansın geri qaytarılmasını tələb etmiş, həmin vəsait cavabdeh tərəfindən qaytarılmadığı üçün iddiaçı "xxxx" ASC-yə qarantiya üzrə tələb irəli sürdükdən sonra sonuncu tərəfindən həmin avans iddiaçıya geri qaytarılmışdır. Materiallardan görünür ki, iddiaçı tərəfindən cavabdehə işlərin lazımınca icra edilməməsi ilə bağlı ilk xəbərdarlıq xx.xx.2023-cü il tarixdə edilmiş, həmin xəbərdarlıqla işlərin vaxtında (xx.xx.2023-cü il tarixədək) yekunlaşdırılmadığı üçün ödənilmiş avansın geri qaytarılması tələb edilmiş, işlərin qüsurlu icra edilməsi, habelə görülmüş işlərin müqabilində təkrarən ödəniş edilməsi ilə əlaqədar hər hansı vəsaitin geri qaytarılması ilə bağlı irad bildirilməmişdir. İddiaçı cavabdehə daha sonra ünvanladığı xx.xx.2023-cü il tarixli xəbərdarlıqla müqaviləyə birtərəfli qaydada xitam verildiyini bildirmiş, 350923,17 manat vəsaitin iddiaçı tərəfindən cavabdehə icra edilməmiş işlərin qarşılığında ödənildiyi bildirilməklə həmin vəsaitin dərhal iddiaçıya geri qaytarılması tələb edilmişdir. Halbuki, tərəflər arasında bağlanmış podrat müqaviləsinin 2.2-ci bəndinə görə, işlərin qəbulu zamanı qüsurlar və ya çatışmazlıqlar aşkar edildikdə bu barədə akt tərtib edilir. Bu halda sifarişçi işlərin qüsurlu hissəsinin 15 gün ərzində yenidən görülməsini icraçıdan tələb edir. İcraçı işlərin qüsurlu hissəsinin yenidən görülməsindən imtina etdikdə sifarişçi bu müqaviləyə birtərəfli qaydada xitam verə və ya işlərin müvafiq hissəsinin dəyərini ödəməkdən imtina (işlərin dəyəri ödənildiyi halda isə ödənilmiş hissənin geri qaytarıılmasını tələb) edə bilər. Müqavilənin 4.3.5-ci bəndinə görə, təhvil verilən işlər bu müqavilənin keyfiyyət, həcm, ölçü və sairə dair şərtlərinə uyğun gəlmədikdə icraçıya bu barədə işlərin təhvil verildiyi tarixdən 180 gün müddətində bildiriş vermək sifarişçinin hüququdur. Materiallarda olan təhvil aktlarından görünür ki, cavabdeh tərəfindən iddiaçıya təhvil verilmiş tikinti və təmir işlərinin nədən ibarət olması aktlarda ətraflı şəkildə qeyd edilmiş (görülmüş iş, onun həcmi, qiyməti, işçilik haqqı), həmin aktlar iddiaçı tərəfindən təsdiq edilmişdir. Həmin aktların mötəbərliyi (iddiaçının nümayəndələrinin imzaları və möhür) iddiaçı tərəfindən ümumiyyətlə mübahisələndirilməmişdir. İddiaçı və cavabdeh arasında tərtib edilmiş həmin aktlar üzrə cavabdehin təqdim etdiyi hesab-faktura və elektron qaimələr üzrə ümumilikdə 891215,06 manat (ƏDV daxil olmaqla) məbləğində vəsait iddiaçı tərəfindən cavabdehə ödənilmiş, iddiaçı tərəfindən cavabdehə ödənilmiş 255401,33 manat avans iddiaçının tələbi ilə "xxxx" ASC tərəfindən bank qarantiyası üzrə iddiaçının bank hesabına köçürülmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə görə podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Məhkəmə cavabdehin bu mövqeyi ilə razılaşmışdır ki, iddiaçı görülmüş işlərin müqaviləyə uyğun olmaması ilə bağlı müqavilədə nəzərdə tutulmuş müddətdə pretenziya verməmişdir. Materiallarda olan təhvil aktlarından görünür ki, görülmüş işlər iddiaçı tərəfindən xx.xx.2021-ci il tarixdən hissə-hissə olmaqla xx.xx.2022-ci il tarixədək qəbul edilmişdir. İddiaçı tərəfindən isə aktlarda göstərilən işlərin tam həcmdə görülməməsinə dair pretenziya məktubu xx.xx.2023-cü il tarixdə, işləri son dəfə təhvil aldığı tarixdən 6 ay 8 gün sonra təqdim edilmişdir. Bundan əlavə, iddiaçı tərəfindən müqavilənin 2.2-ci bəndinə əsasən ümumiyyətlə hər hansı akt tərtib edilməmişdir. Materiallardan görünür ki, işlər təhvil alındıqdan sonra sifarişçi (iddiaçı) tərəfindən işlərlə bağlı hər hansı pretenziya bildirilməmiş, hətta işləri təhvil aldıqdan sonra icraçıya (cavabdeh) ödəniş də etmişdir. Halbuki iddiaçının təhvil verilmiş işlərin müqavilə şərtlərinə uyğun olub-olmadığını, təhvil verilmiş malların qüsurlarını (gözdən keçirməklə görülə bilməyən qüsurlar istisna olmaqla) gözdən keçirməklə yoxlamaq və qüsurlar barədə bildiriş vermək imkanı olmuşdur. Bundan əlavə, materiallardan görünür ki, iddiaçı hətta cavabdehlə xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2023-cü il tarixlərdə podrat müqaviləsinə Əlavə Sazişlər də imzalamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Məhkəmə qeyd edilənləri və işin hallarını nəzərə alaraq hesab etmişdir ki, iddiaçının cavabdeh tərəfindən görülmüş işləri və təhvil verilmiş malları hər hansı pretenziya bildirmədən qəbul etdikdən uzun müddət sonra ödənişi geri tələb etməsi Mülki Məcəllənin normalarına və müqavilə şərtlərinə uyğun olmadığından iddia əsassız hesab edilərək rədd edilməlidir. Məhkəmə hesab etmişdir ki, iddia tələbi 578,832 manat vəsaitin tutulması hissəsində əsassız olduğundan iddiaçının cavabdehdən 83423,37 manat dəbbə pulunun tələb edilməsinə dair iddiası da əsassızdır və həmin hissədə də təmin edilməməlidir.

31. Birinci instansiya məhkəməsi hazırkı mübahisəyə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1, 753.1, 765, 769, 770, 560.1-ci maddələrini, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-cı maddəsini tətbiq etmişdir. Apellyasiya instansiyasi məhkəməsindəki icraat

Apellyasiya şikayətinin dəlilləri

32. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)- 168/2024 nömrəli qətnaməsindən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

33. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı Kommersiya Məhkəməsi xx.xx.2024-cü il tarixli, e-2-2(113)-168/2024 nömrəli qətnaməsində işlərin qəbulu zamanı qüsurların və ya çatışmazlıqların aşkar edilməsi ilə bağlı iddiaçı tərəfindən aktın tərtib edilmədiyinə (Qətnamənin 40-cı və 51-ci bəndləri), təhvil verilən işlərin müqavilənin keyfiyyət, həcm, ölçü və s. şərtlərinə uyğun gəlmədiyinə dair bu barədə işlərin təhvil verildiyi tarixdən 180 gün müddətində iddiaçı tərəfindən bildiriş vermək (pretenziya vermək) hüququndan istifadə edilmədiyinə (Qətnamənin 41-ci və49-cu bəndləri), iddiaçı tərəfindən aktlarda göstərilən işlərin tam həcmdə görülməməsinə dair pretenziya məktubunun xx.xx.2023-cü il tarixində,yəni işləri son dəfə təhvil alındığı tarixdən 6ay 8gün sonra təqdim edildiyinə (Qətnamənin 50-ci maddəsinə) əsaslanmış, nəticədə,qeyd edilənləri və işin hallarını nəzərə alaraq iddiaçının cavabdeh tərəfindən görülmüş işləri və təhvil verilmiş malları hərhansı pretenziya bildirmədən qəbul etdikdən uzun müddət sonra ödənişi geri tələb etməsinin Mülki Məcəllənin normalarına və müqavilə şərtlərinə uyğun olmadığına istinad edərək iddianı əsassız hesab edərək rədd edilməsini qət etmişdir. (Qətnamənin 56-cı bəndi). Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2- 2(113)-168/2024 nömrəli qətnaməsi işin yuxarıda qeyd edilən halları ilə deyil, iddianın əsasını təşkil edən ciddi maliyyə hesabatları, tərtib edilən smeta üzrə mərhələli şəkildə (pillə-pillə) yerinə yetirilməli olan lakin görülməmiş işlərlə bağlı cavabdehin üzərinə düşən öhdəliyin əvəzinin qeyd edilən vəsait hesabına ödənilməsi ilə bağlı qəbul edilməli idi. Bununla bağlı aşağıdakıları xüsusilə vurğulamaq lazımdır. "xxxx" ASC (iddiaçı) tərəfindən müvafiq tələbin Cavabdeh MMC-yə irəli sürülməsi, yəni müvafiq vəsaitlərin məhkəməyə qaydasında cavabdehdən tələb edilməsi həm Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (ARMM), həm də müqaviləyə tam uyğun olan, əsaslı və qanuni addım olmuşdur. Bu addımı ARMMyə və tərəflər arasında olan müqaviləyə uyğun hesab etməyən Bakı Kommersiya Məhkəməsi xx.xx.2024-cü il tarixli, e-2-2(113)-168/2024 nömrəli Qətnaməsində tamamilə qanunsuz və əsassız yanaşma sərgiləmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən, podrat müqaviləsinin əsas xüsusiyyətlərindən biri müqavilənin tərəfi olan podratçının həmin müqavilənin digər tərəfi olan sifarişçinin xeyrinə hər hansı bir işi görməsidir. Belə ki, podrat müqaviləsindən irəli gələn öhdəlik təkcə hər hansı əmlakın verilməsini deyil, həm də həmin əmlakın yaradılması üzrə podratçının iş fəaliyyətini də ehtiva edir. Podrat müqaviləsi bağlanarkən tərəflərin məqsədi müəyyən hüquqi nəticənin əldə edilməsi ilə birbaşa əlaqəlidir. Məhz bu səbəbdən podrat müqavilələrinin əsasını hüquqi məqsəd və hüquqi nəticə təşkil edir. ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 15 sentyabr 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11iyun 2018-ci il tarixli Qərarı). İşin hallarına baxdıqda məlum olur ki, iddiaçı "xxxx" ASC və Cavabdeh MMC tərəfindən təhvil-təslim aktları imzalansa da,"xxxx" ASC obyektiv səbəblərdən bu aktların əslində həqiqəti əks etdirmədiyini bilməmişdir (bu barədə apellyasiya şikayətininin 2-ci bəndində ətraflı münasibət qeyd edilmişdir) və yalnız sonradan mötəbər sübutlara (məhkəmədən qabaq iddiaçının daxili audit yoxlamasının nəticəsi olan arayışa, məhkəmə zamanı isə məhkəmə tərəfindən təyin edilən ekspertizanın nəticəsi olan ekspert rəyinə) əsasən iddiaçıya bəlli olmuşdur ki, Cavabdeh MMC öz öhdəliklərini tam yerinə yetirməmişdir. Belə ki,Cavabdeh MMC müqavilədə qeyd olunandan fərqli materiallardan istifadə etmiş, müqavilədə qeyd olunandan daha yüksək qiymətlə invoys (qaimə) tərtib edərək ödənişlər almış və ümumiyyətlə görülməmiş işlər üzrə belə invoys tərtib edərək ödənişlər almışdır. Bütün bunlar onu sübut edir ki,"xxxx" ASC müvafiq podrat müqaviləsini müvafiq hüquqi məqsədə və hüququi nəticəyə çatmaq üçün bağlasa da, yekunda nə bu məqəsədə, nə də ki, bu nəticəyə çatmamışdır. AR MM-in 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. AR MM-in 385.1-ci maddəsinə əsasən isə, öhdəliyə əsasən bir şəxs(borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli,xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. AR MM-in 442-ci maddəsində isə qeyd edilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaql aicra edilməsi) başa düşülür. AR MM-in 762.1-ci maddəsinə əsasən, podratçı sifarişçi üçün podratıelə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun Beləliklə, qarşıya qoyulan məqsəd və nəticəyə çatılmamasına, cavabdehin üzərinə düşən öhdəliklərini vicdanla yerinə yetirməməsinə (ümumiyyətlə yerinə yetirməməsinə, qüsurlu yerinə yetirilməsinə) baxmayaraq, Bakı Kommersiya Məhkəməsi xx.xx.2024-cü il tarixli,e-2-2(113)-168/2024 nömrəli qətnaməsində bunun əksinə olaraaq qanunsuz və əsassız şəkildə iddia tələbini rədd etmişdir. Qeyd etmək lazımdır ki, təhvil-təslim aktlarının mövcudluğu həmin aktların arxasında dayanan işlərin vicdanlı şəkildə görülüb-görülməməsini məhkəmə qaydasında(qanunvericilikdə nəzərdətutulmuş şəkildə) sorğulamaq (mübahisələndirmək) üçün maneə yaratmır. İddiaçı "xxxx" ASC məhz bu hüququndan istifadə edərək pozulmuş maraqlarını bərpa etmək üçün məhkəməyə müraciət etmişdir. Çünki qanunvericiliyə əsasən Cavabdeh MMC öz üzərinə düşən öhdəlikləri vicdanla yerinə yetirməli idi,amma işin faktiki halları isə bunu sübut edir ki, Cavabdeh MMC öz öhdəliklərini vicdanla yerinə yetirməmişdir. AR MM-in “Öhdəliklərin icrası zamanı vicdanlılıq”adlanan 425-ci maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, hərəkət etməlidir. Xüsusilə vurğulamaq lazımdır ki, fiziki və hüquqi şəxslərin özlərinə mənsub mülki hüquqlardan istifadə etməməsi, qanunvericilikdə nəzərdə tutulan hallar istisna olmaqla, bu hüquqlara xitam verilməsinə səbəb olmur. Bu norma ARMM-in 15.2-ci maddəsində əks edilmişdir. Nə AR MM-də, nə də tərəflər arasında bağlanan müqavilədə iddiaçı "xxxx" ASC-nin məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdıran və bu hüququ aradan qaldıran norma və müqaviləşərti nəzərdə tutulmamışdır. Qeyd etmək lazımdır ki, müqavilədə nəzərdə tutulmuş müddətdə bildiriş göndərmək hüququ barədə ətraflı münasibət bu apellyasiya şikayətinin 3-cü bəndində göstərilmişdir. Bu o deməkdir ki, "xxxx" ASC məhkəməyə müraciət edərkən haqlı olmuşdur. İddiaçının daxili audit rəyinin nəticəsi olan arayışına və məhkəmə tərəfindən təyin edilən ekspertizanın nəticəsi olan ekspert rəyinə əsasən şübhəsiz olaraq müəyyən edilən faktları təhvil-təslim aktları olduğuna görə təkzib edən Bakı Kommersiya Məhkəməsi xx.xx.2024-cü il tarixli,e-2-2(113)- 168/2024 nömrəli Qətnaməsində qanunsuz və əsassız yanaşma sərgiləmiş, faktiki olaraq görülməyən işləri, lazımi keyfiyyətdə görülməyən işləri və hətta görülməyən işlərə görə ödənilmiş əlavə (təkrar) vəsaitləri haqlı hesab edərək sanki görülmüş kimi qəbul etmişdir və bununla da Cavabdeh MMC-nin qanunazidd və vicdansız olan davranışlarını legitimləşdirmişdir. Həmçinin qeyd etmək lazımdır ki, borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Bu norma ARMM-in 448.2-ci maddəsində özəksini tapmışdır. Bu o deməkdir ki, tərəflər arasında olan müqavilənin heç bir bəndini cavabdeh (borclu) olan Cavabdeh MMC-ni məsuliyyətdən azad edən norma kimi şərh etmək olmaz. Bakı Kommersiya Məhkəməsi isə xx.xx.2024-cü il tarixli, e-2-2(113)-168/2024 nömrəli Qətnaməsində iddianı rədd etməklə faktiki olaraq cavabdehi məsuliyyətdən azad etmişdir. İşlərin qəbulu zamanı qüsurların və ya çatışmazlıqların aşkar edilməsiylə bağlı iddiaçı tərəfindən aktın tərtib edilmədiyinə obyektiv səbəb müvafiq təhviltəslim aktlarının tərtib edilməsində(imzalanmasında) iştirak edən iddiaçının müvafiq işçilərinin (X4 və X8) qanunsuz, hüquqazidd və vicdansız davranışı səbəb olmuşdur. Belə ki, iddiaçı (işəgötürən "xxxx" ASC) müvafiq işçilərinin fəaliyyətinə etibaredərək etimad bəsləsə də, dahasonradan cavabdeh (podratçı)Cavabdeh MMC tərəfindən öz öhdəliklərini vicdanla yerinə yetirməməsi və lazımı vaxtda yerinə yetirməməsi barədə ilkin şübhələri meydana gəldikdən sonra daxili audit yoxlaması aparmışdır. Bu yoxlamanın nəticəsi olaraq aşkaredilmiş faktlar əsasında iddiaçı ("xxxx" ASC) tərəfindən Cavabdeh MMC-yə qarşı müvafiq məhkəmə prosedurlarına başladılmaqla parelel,artıq həmin vaxt iddiaçının işçiləri olmayan (bu faktlar aşkar edilməmişdən qabaq işdən ayrılan) müvafiq şəxslərə (X5 və X12) qarşı da qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmədə iddia qaldırılmışdır. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-2086/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə X6 və X2 müştərək qaydada "xxxx" ASC-nin xeyrinə vurulmuş maddi ziyanın əvəzi kimi 90.592,81 manat, həmçinin mediasiya xərcləri kimi ödənilən 50 manat, cəmi 90.642,81(doxsan min altı yüz qırx iki manat, səksən bir qəpik) manat məbləğində pulun tutulması qəttedilmiş, bu qətnamədən cavabdehlər tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1834/2024 nömrəli, xx.xx.2024-cü il tarixli Qərardadı ilə iddiaçı "xxxx" ASC-nin cavabdehlər X13 və X5 qarşı işəgötürənə vurulmuş ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə icraat, Bakı Kommersiya Məhkəməsinin icraatında olan e-2-2(113)-168/2024 nömrəli mülki iş üzrə çıxarılacaq məhkəmə aktı qanuni qüvvəyə minənə qədər dayandırılmışdır. Sözügedən faktlar Bakı Kommersiya Məhkəməsində baxılan bu iş üzrə icraatda da müəyyən edilmiş, zəruri sənədlər məhkəmənin diqqətinə çatdırılmış və məhz bundan sonra Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-168/2024 nömrəli,xx.xx.2024-cü il tarixli Qərardadı ilə (öz təşəbbüsü ilə) iddiaçı "xxxx" ASC-nin Cavabdeh MMC-yə qarşı“ podrat müqaviləsi üzrə pul” tələbinə dair kommersiya mübahisəsi üzrə X14 və X11 müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində məhkəmə icraatına cəlb olunmuşlar. Bütün bu məlumatların (obyektiv səbəblərin) məhkəməyə məlum olmasına baxmayaraq, Bakı Kommersiya Məhkəməsi Məhkəməsi xx.xx.2024-cü il tarixli, e-2- 2(113)-168/2024 nömrəli Qətnaməsində işlərin qəbulu zamanı qüsurların və ya çatışmazlıqların aşkar edilməsiylə bağlı iddiaçı tərəfindən aktın tərtib edilmədiyinə istinad edərək qanunsuz və əsassız yanaşma sərgiləmişdir. Təhvil verilən işlərin müqavilənin keyfiyyət, həcm, ölçü və s. şərtlərinə uyğun gəlmədiyinə dair bu barədə işlərin təhvil verildiyi tarixdən 180 gün müddətində "xxxx" ASC (iddiaçı) tərəfindən Cavabdeh MMC-yə bildiriş (pretenziya) ona görə verilməmişdir ki,əvvəla bu bildirişi vermək iddiaçının öhdəliyi (vəzifəsi) yox hüququ olmuş (müqavilənin 4.3.5-ci bəndi“Sifarişçinin hüquqları”adlanan 4.3-cü maddənin tərkibində olmuş), nəticədə bu hüququndan istifadə edib-etməmək iddiaçının seçimi olmuş, o cümlədən, iddiaçının mübahisənin əsasında dayanan problemlərdən (işlərin görülməməsindən, işlərin keyfiyyətli şəkildə görülməməsindən, görülməyən işlərə görə təkrar (artıq) ödənişlərdən) ilkin olaraq xəbəri olmamış (təhviltəslimiaparan müvafiq işçilərinin qanunsuz və vicdansız hərəkətlərinə görə), iddiaçı bununla bağlı faktları və mötəbər sübutları daxiliaudit yoxlamasından sonra(tərəflər arasında müqaviləyəxitam verildikdən sonra)əldə etmiş, bu sübutları əldə edən kimi cavabdehə qarşı qanunvericilikdə nəzərdətutulmuş qaydada rəsmi prosedurlara başlamış (pretenziya göndərilmiş, məcburi mediasiya proseslərindən keçirilmiş, məhkəməyə müraciət edilmiş), üstəlik iddiaçı müqaviləyə bu əsasla deyil, digər əsasla– müqavilənin 4.3.4-cü bəndinə istinad etməklə(icraçı tərəfindən işlərin həddindən artıq ləng görülməsi nəticəsində işlərin vaxtında təhvil verilməyəcəyi aydın göründüyünə görə) xitam vermişdir. Həmçinin qeyd etmək lazımdır ki, müqavilənin 4.3.5-ci maddəsində nəzərdə tutulan bu hüquq nə AR MM-də, nə də ki, müqavilədə "xxxx" ASC-nin məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdıran norma olaraq nəzərdətutulmamışdır və bu barədə münasibətimiz bu apellyasiya şikayətinin 1-ci bəndində özəksini tapmışdır. Həmçinin qeyd etmək lazımdır ki, Bakı Kommersiya Məhkəməsinin Məhkəməsi xx.xx.2024-cü il tarixli,e-2-2(113)-168/2024 nömrəli Qətnaməsində iddiaçı tərəfindən qanunvericilikdə göstərilmiş hansı müddətin ötürülməsi açıq-aydın özəksini tapmamışdır. Bakı Kommersiya Məhkəməsi burada AR MM-də göstərilən iddia müddətlərini nəzərdə tutmuşdur, onda qeyd etmək lazımdır ki, hətta belə olduğu təqdirdə də"xxxx" ASC (iddiaçı) tərəfindən heç bir iddia müddətləri ötürülməmiş,əksinə,"xxxx" ASC hüquqlarını pozulduğunu bildiyiandan dərhal qanunvericilikdə nəzərdə tutulmuş proseduralara (pretenziya, mediasiya) riayət etməklə məhkəməyə müraciət etmişdir. Bütün bu məlumatların (obyektiv səbəblərin) məhkəməyə məlum olmasına baxmayaraq, Bakı Kommersiya Məhkəməsi Məhkəməsi xx.xx.2024-cü il tarixli,e-2-2(113)-168/2024 nömrəli Qətnaməsində iddiaçı tərəfindən 180 günlük müddətətə riayət etməməsini səhv təfsir edərək qanunsuz vəəsassız yanaşma sərgiləmişdir. "xxxx" ASC (iddiaçı) tərəfindən aktlarda göstərilən işlərin tam həcmdə görülməməsinə dair pretenziya məktubu obyektiv olaraq xx.xx.2023-cü il tarixində ona görə təqdim edilmişdir ki, həmin tarixə qədər iddiaçıda cavabdeh tərəfindən görülmüş işlərdə problemlərin olması barədə hər-hansısaşübhə olmamışdır. Müqavilənin müddətinin bitməsinə çoxaz qalmışcari vəziyyət iddiaçıda əsaslı şübhələr yaratmış və buna görə də "xxxx" ASC tərəfindən müqavilədən imtina edilmişdir (müqaviləyəxitam verilmişdir). Belə ki,"xxxx" ASC öz hüquqlarının pozulduğunu şübhə etdiyiandan etibarən zəruriaddımlaratmış, qeyd edildiyi kimi bu şübhələri sonradan mötəbər sübutlarla təsdiq etmişdir. Tərəflər arasında imzalanmış olan təhvil-təslim aktlarının mövcudluğu həmin aktların arxasında dayanan işlərin həqiqətən görülübgörülməməsini qeyd şərtsiz sübutedən mötəbər sübut qismində çıxış etmir və edə bilməz. Ona görə də iddiaçı bu aktların arxasında dayanan işlər ilə bağlı daxili audit yoxlamasının nəticəsi olan audit arayışını təqdim etmiş və daha sonradan bu aktların arxasında dayanan işlərin görülüb-görülməməsini müəyyən etmək üçün məhkəmə tərəfindən ekspertizatəyin edilmiş və həmin ekspert rəyinə əsasən da bu işlərin əksər hissəsinin görülməməsi müəyyən edilmişdir. Bunun əksinə olaraq isə, Bakı Kommersiya Məhkəməsi xx.xx.2024-cü il tarixli, e-2-2(113)-168/2024 nömrəli Qətnaməsində cavabdehin üzərinə düşən öhdəliklərini tam icra edib-etməməsini lazımınca araşdırmamış və cavabdehin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşıması barədə qənaətini kifayət qədər əsaslandırmamışdır. Halbuki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə əsasən, tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir. Birinci instansiya məhkəməsi podrat müqaviləsi üzrə tərəflərin öz öhdəliklərini tam icra edib-etməmələrini lazımınca araşdırmalı və cavabdehin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşıması barədə qənaətini kifayət qədər əsaslandırmalıdır. ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 15 sentyabr2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 iyun 2018-ci il tarixli Qərarı). ARMPM-in “Sübutların qiymətləndirilməsi” adlanan 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. AR MPM-in “Qətnamənin qanuniliyi və əsaslığı” adlanan 217-ci maddəsində yer alan 217.1-cü maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır, 217.3-cü maddəsinə əsasən isə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. "xxxx" ASC müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən Cavabdeh MMC tərəfindən müqavilədə qeyd olunandan fərqli materiallardan istifadə edilməsinə, bəzi işlərin görülməməsinə, bəzi işlərin lazımı qaydada görülməməsinə, o cümlədən bəzi hallarda müqavilədə qeyd olunandan daha yüksək qiymətlə invoys tərtib edilərək cavabdeh tərəfindən ödənişlər alınasına və bəzi hallarda isə ümumiyyətlə görülməmiş işlər üzrə invoys tərtib edilərək ödənişlər alınmasına istinad etmişdir. Amma Bakı Kommersiya Məhkəməsi xx.xx.2024-cü il tarixli, e-2-2(113)-168/2024 nömrəli Qətnaməsində ümumiyyətlə iddiaçı tərəfindən müqavilədə nəzərdə tutulmayan artıq və təkrar edilmiş ödənişlərə dair heç bir münasibət bildirilməmiş və bu məqamlar araşdırmamışdır. Halbuki məhkəməyə təqdim edilən daixli audit yoxlamasının nəticəsi olan arayışın qoşması olan cədvəldə bütün bu xüsusatlar təfsilatlı olaraq göstərilmişdir. Yəni iddiaçı "xxxx" ASC AR MPM-in 77.1-ci maddəsinə əsasən öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etmişdir, amma məhkəmə bunu nəzərə almamışdır. Bakı Kommersiya Məhkəməsi xx.xx.2024-cü il tarixli, e-2-2(113)-168/2024 nömrəli Qətnaməsində şahid kimi dindirilmiş şəxslər X3 və X9 Cavabdeh MMC-yə xidməti müqavilə üzrə xidmət göstərmələri qeyd edilmiş və onların qeyd etdiyi xüsusatlar sübut kimi sadalanmışdır. Halbuki məhkəmə prosesində iclasa sədrlik edən hakim həmin şəxslərin xidməti müqavilələrini cavabdehdən tələb etmiş, cavabdeh bunları məhkəməyə təqdim edəcəyini bildirsə də, bunları təqdim etməmişdir, yəni nəticədə iş materialların da sözügedən şəxslərin Cavabdeh MMC-yə xidmət göstərmələrini sübut edən mötəbər dəlillər olmamışdır, amma buna baxmayaraq məhkəmə bu sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməmişdir. Belə ki, AR MPM-in “Sübutların aid edilməsi” adlanan 80-cimaddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbuledir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmçinin AR MPMin “Sübutların mümkünlüyü” adlanan 81-cimaddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Bakı Kommersiya Məhkəməsi xx.xx.2024-cü il tarixli, e-2-2(113)-168/2024 nömrəli Qətnaməsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən məhkəməyə təqdim edilən,xx.xx.2024-cü il tarixli,3-16-16/2-10/6949 nömrəli “Ekspert rəyi”ni lazımi qaydada tədqiq etməmiş, həmin ekspert rəyinə dair iddiaçının münasibətini araşdırmamış, iddiaçının əlavə ekspertiza ilə bağlı vəsatətini formal və əsaslandırılmamış qərardad ilə rədd etmişdir. Halbuki, "xxxx" ASC həmin ekspert rəyi ilə qismən razı olmuş, razı olduğu məqamlara əsaslanaraq iddia tələbinin həcmini artırmışdır. AR MPM-in “Ekspert rəyinin məhkəmə tərəfindən qiymətləndirilməsi” adlanan 103-cü maddəsində yer alan 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir, 103.2-ci maddəsinə əsasən isə, ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. Bakı Kommersiya Məhkəməsi xx.xx.2024-cü il tarixli, e-2-2(113)- 168/2024 nömrəli Qətnaməsində işlərin görülməsinin xx.xx.2023-cü il tarixində iddiaçının təşəbbüsü ilə dayandırılmasını qeyd etsə də, iş materiallarında bunu təsdiq edəcək heç bir mötəbər sübut olmamışdır. Halbuki iş materiallarında olan mötəbər sübutlara əsasən tərəflər arasında olan mülki münasibətlərə xx.xx.2023-cü il tarixində xitam verilmişdir. Həmçinin Cavabdeh MMC tərəfindən işlərin xx.xx.2023-cü il tarixində iddiaçının təşəbbüsü ilə bitməsini təsdiq edən sübut məhkəməyə təqdim edilməmişdir. Belə ki, AR MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmçinin AR MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, yuxarıda da qeyd etdiyimiz kimi Bakı Kommersiya Məhkəməsi xx.xx.2024-cü il tarixli, e-2-2(113)-168/2024 nömrəli Qətnaməsində iddianın təmin edilməsi üçün mühim əhəmiyyət daşıyan aşağıdakı faktiki halları aydınlaşdırmamışdır. Halbuki aşağıdakı faktiki hallar aydınlaşdırılsaydı və nəzərə alınsaydı "xxxx" ASC-nin (iddiası) təmin edilməli idi: "xxxx" ASC (iddiaçı) tərəfindən müvafiq tələbin Cavabdeh MMC-yə irəlisürülməsi, yənimüvafiq vəsaitlərin məhkəmə qaydasındacavabdehdən tələb edilməsi həm Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (AR MM), həm də müqaviləyə tam uyğun olan, əsaslı və qanuni addım olmuşdur, o cümlədən "xxxx" ASC hüquqlarını pozulduğunu bildiyi andan etibarən qanunvericilikdə nəzərdə tutulmuş heç bir müddəti ötürmədən müvafiq prosedurlara (pretenziya, mediasiya) riayətetməklə məhkəməyə müraciət etmişdir;2.Nə qanunvericilikdə, nə də tərəflər arasında olan müqavilədə Cavabdeh MMC-ni (cavabdehi) məsuliyyətdən azad edən norma nəzərdə tutulmamışdır (və nəzərdə tutula da bilməzdi); 3."xxxx" ASC (iddiaçı) sözü gedən podrat müqaviləsini müvafiq hüquqi məqsədə və hüquqi nəticəyə çatmaq üçün bağlasa da, yekunda Cavabdeh MMC öz öhdəliklərini vicdanla yerinə yetirmədiyinə görə "xxxx" ASC (iddiaçı) nə bu məqəsədə, nə də ki, bu nəticəyə çatmamışdır; 4. Tərəflər arasında olan təhvil-təslim aktlarının mövcudluğu həmin aktların arxasında dayanan işlərin vicdanlı şəkildə görülübgörülməməsini məhkəmə qaydasında (qanunvericilikdə nəzərdə tutulmuş şəkildə) sorğulamaq (mübahisləndirmək) üçün maneə yaratmadığına baxmayaraq, Bakı Kommersiya Məhkəməsi həmin aktların arxasında dayanan işlərin həqiqətən də vicdanla görülüb-görülmədiyinə qiymət verməmiş, mötəbər sübutlar hesab edilən, məhkəmə tərəfindən təyin edilən və keçirilən ekspertizanın nəticəsi olan ekspert rəyini və iddiaçının daxili audit departamenti tərəfindən aparılan audit rəyini (arayışını) nəzərə almamışdır. 5."xxxx" ASC (iddiaçı) müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən Cavabdeh MMC (cavabdeh) tərəfindən müqavilədə qeyd olunandan fərqli materiallardan istifadə edilməsi, bəzi işlərin görülməməsi, bəzi işlərin lazımı qaydada görülməməsi ilə yanaşı, həmçinin, bəzi hallarda müqavilədə qeyd olunandan daha yüksək qiymətlə invoys tərtib edilərək cavabdeh tərəfindən ödənişlər alınmasına və bəzi hallarda isə ümumiyyətlə görülməmiş işlər üzrə invoys tərtib edilərək ödənişlər alınmasına istinad etsə də, Bakı Kommersiya Məhkəməsi ümumiyyətlə iddiaçı tərəfindən müqavilədə nəzərdə tutulmayan artıq və təkrar edilmiş ödənişlərə dair heç bir münasibət bildirməmiş və bu məqamları araşdırılmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

34. İddiaçının nümayəndələri məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etmişdirlər.

35. Cavabdehin nümayəndəsi və vəkili məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

36. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

37. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

38. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

39. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.

40. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.

41. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

42. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

43. Maddə 448.3. Borclu öz qanuni təmsilçilərinin və öhdəliyinin tamamilə və ya hissə-hissə icrası üçün xidmətlərindən istifadə etdiyi şəxslərin hərəkəti və ya hərəkətsizliyi üçün öz hərəkəti və ya hərəkətsizliyi üçün olan dərəcədə məsuliyyət daşımalıdır.

44. Maddə 456. Borclunun öhdəliyini icra etmək üçün onun işçilərinin yerinə yetirdikləri hərəkətlər borclunun hərəkətləri sayılır. Əgər həmin hərəkətlər öhdəliyin icra edilməməsinə və lazımınca icra edilməməsinə səbəb olmuşsa, borclu bu hərəkətlər üçün məsuliyyət daşıyır.

45. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

46. Maddə 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır.

47. Maddə 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun.

48. Maddə 762.2. Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır.

49. Maddə 763.1. Əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər.

50. Maddə 763.2. Əlavə icra məqsədi ilə podratçı iş və materiallar üçün əlavə xərcləri, o cümlədən nəqliyyat xərclərini ödəməlidir. Əgər əlavə icra tənasübsüz xərclər tələb edirsə, podratçı həmin icradan imtina edə bilər.

51. Maddə 763.3. Əgər podratçı yeni məmulat hazırlayarsa, sifarişçidən qüsurlu məmulatı qaytarmağı tələb edə bilər.

52. Maddə 764.1. Əgər podratçı xərclərin tənasübsüzlüyünə baxmayaraq, əlavə icradan imtina etməzsə, lakin əlavə icra üçün müəyyənləşdirilmiş müddət nəticəsiz qurtararsa, sifarişçi qüsuru özü aradan qaldırıb çəkdiyi xərclərin əvəzini ödəməyi tələb edə bilər.

53. Maddə 764.2. Sifarişçi podratçıdan qüsurun aradan qaldırılması üçün zəruri xərclər hesabına avans tələb edə bilər.

54. Maddə 765. Məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur.

55. Maddə 769. Əgər müqavilədə muzdun hissəhissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir.

56. Maddə 770. Əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır.

57. Maddə 773. Əgər sifarişçi məmulatın qüsurlu olduğunu bilə-bilə pretenziya irəli sürmədən onu qəbul edirsə, bu qüsurlarla bağlı tələb hüququ əmələ gəlmir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

58. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

59. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

60. Maddə 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.

61. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

62. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

63. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

64. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

Apellyasiya baxışının hədləri

65. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

66. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Apellyasiya instansiya məhkəməsinin mövqeyi

67. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

68. Belə ki, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.

69. Bu zaman həm də nəzərə alınmalıdır ki, mülki mühakimə icraatında hakimin işinə yarayan, yəni yekun qərarın çıxarılmasını asanlaşdıran bir qayda var – iddiaçının dediklərinə əsasən iddia təmin olunan deyilsə, qarşı tərəfin etirazları ilə bağlı araşdırma aparmadan mübahisəni bitirmək olar.

70. Tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir (Konstitusiya Məhkəməsinin Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 15 sentyabr 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 11 iyun 2018-ci il tarixli Qərarı).

71. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, hazırkı mübahisə üzrə iddianın qanuni əsasının müəyyən edilməsi üçün tərəflər arasında bağlanmış müqavilələrin şərtləri təhlil olunmalıdır.

72. İddiaçının iddia tələbini əsaslandırdığı faktiki halların məcmusunu nəzərə alan kollegiya hesab edir ki, müvafiq tələbin qanuni əsası kimi mülki qanunvericiliyin podrat müqaviləsi ilə bağlı müddəaları nəzərdən keçirilə bilər və nəzərə alınmalıdır ki, işin yerinə yetirilməsi zamanı aşkar olunan qüsurların mövcudluğunu sübutetmə yükü iddiaçının, işin icrasının qüsursuz həyata keçirilməsi ilə bağlı sübutetmə yükü isə cavabdehin üzərinə düşür.

73. Hazırkı halda iddiaçı cavabdehin qüsurlu iş görməsi nəticəsində zərəri tələb edir. Bu baxımdan, iddianın qanuni əsası kimi podrat müqaviləsi ilə bağlı Mülki Məcəllənin 762 və 765-ci maddələri çıxış edir.

74. Mülki Məcəllənin 765-ci maddəsinin dispozisiya şərtlərinə əsasən sifarişçinin müqavilədən imtina etməsi və çəkdiyi xərcləri podratçıdan tələb edə bilməsi üçün aşağıdakı hallar müəyyən olunmalıdır: 1. məmulat qüsurlu olmalı; 2. bu qüsur barəsində podratçıya məlumat verilməklə, onun aradan qaldırılması üçün əlavə vaxt verilməli; 3. müəyyən olunan müddət ərzində qüsur tamamilə aradan qaldırılmamalıdır.

75. Qanunun bu normasının 1-ci halının mövcudluğu Mülki Məcəllənin 762-ci maddəsi ilə tənzimlənir. İstinad olunan normanın məzmunundan görünür ki, podrat müqaviləsi üzrə keyfiyyətin şərtləşdirilməsi məhz dispozitiv şərt olaraq tərəflərin üzərinə düşür. Əks təqdirdə qanunvericilik bununla bağlı ümumi qaydada tənzimləmə həyata keçirir.

76. Tərəflər arasında bağlanmış müqavilənin 4.2.2-ci bəndindən və müqaviləyə edilmiş 1 saylı əlavədən görünür ki, icraçı əlavədə göstərilmiş işləri ən yüksək standartlara uyğun yerinə yetirməlidir.

77. Kollegiya hesab edir ki, iddiaçı işlərin məhz göstərilən keyfiyyətə uyğun olmaması ilə bağlı hər hansı dəlil təqdim etməmişdir.

78. Birinci instansiya məhkəməsində icraat zamanı alınmış ekspertiza rəyində də görülmüş işlərin keyfiyyətinin müəyyən edilməsi mümkün olmamışdır və yalnız cavabdehin müqavilə və müqaviləyə əlavə üzrə smetada nəzərdə tutulan sayda tikinti materiallarından istifadə edilmədiyi göstərilmişdir. Smetada nəzərdə tutulan sayda tikinti materiallarından istifadə edilməməsi görülmüş işin qüsurlu olmasına dəlalət edə bilməz.

79. Eyni zamanda kollegiya onu da vurğulayır ki, iddiaçı cavabdehə bu qüsur barəsində məlumat verməmiş və birtərəfli qaydada görülmüş işlərin audit yoxlamasını həyata keçirmişdir.

80. Kollegiya qəbul edir ki, bir sıra hallarda podratçılar öz hüquqlarından suiistifadə edərək, məsuliyyətdən yayınmaq məqsədilə qüsur aktının (və ona bərabər sübutetmə vasitələrini) tərtib olunmasından yayınmağa çalışır, lakin sifarişçilər bu halda vicdanlılıq prinsipinə uyğun olaraq, müxtəlif üsullarla qüsur aktının tərtib edilməsində podratçının iştirakını və ya ən azından məlumatlı olmasını təmin etməlidirlər. Hazırkı mübahisə üzrə belə bir hal müəyyən olunmadığından, məhkəmə iddiaçı tərəfindən birtərəfli qaydada tərtib edilmiş audit yoxlamasını təklikdə sübut kimi qiymətləndirə bilməz - əks yanaşma tərəflərin bərabərlik prinsipinin pozuntusuna gətirib çıxarardı.

81. Həmin yoxlama ilə bağlı kollegiya ona da diqqət çəkməyi zəruri hesab edir ki, iddiaçı sözügedən rəyi işləri təhvil-təslim etdikdən və müqavilə ilə nəzərdə tutulmuş 180 günlük pretenziya vermə müddətini ötürdükdən sonra tərtib etmişdir.

82. İddiaçı həmin təhvil-təslim aktlarının nümayəndələri tərəfindən imzalandığını təkzib etməmiş və bunu yalnız onunla əsaslandırmışdır ki, təhvil-təslim aktlarını imzalayan nümayəndələri onun etimadından sui-istifadə edərək, hüquqazidd hərəkət etmişlər, bununla bağlı həmin işçilərə qarşı əmək qanunvericiliyi çərçivəsində iddia qaldırmışdır.

83. Kollegiya hesab edir ki, həmin işçilərin iddiaçının etimadından sui-istifadə etməsi hazırkı icraat üzrə təhvil-təslim aktlarının mötəbərliyinin şübhə altına alınması üçün əsas ola bilməz.

84. Belə ki, kommersiya hüquqi şəxsləri təşkilati vahidlik, mülki dövriyyədə öz adından çıxış etmək, əmlak müstəqilliyi və s. ilə xarakterizə olunan, mülki dövriyyədə təşkilatlanmış formada iştirak edən sahibkarlıq fəaliyyəti subyektləridir. Hüquqi şəxslər fiziki şəxslərdən fərqli olaraq insan varlığı olmayıb fiktiv şəxslər – personalardır, onlar üçün hüquq və vəzifələr də məhz işçilərinin, xidmətlərindən istifadə edilən digər şəxslərin davranışları ilə yaranır (qui facit per alium facit per se - başqaları vasitəsilə hərəkət edən özü hərəkət etmiş hesab edilir).

85. Təsadüfi deyildir ki, Mülki Məcəllənin bəzi müddəalarında da öhdəliyin icra edilməməsi üçün məsuliyyətin həddi müəyyən edilərkən “respondeat superior” (sahibin rəhbərin cavabdehliyi) prinsipi rəhbər tutulmuş və işçilərin və ya xidmət göstərənlərin hərəkətləri üçün borclunun məsuliyyəti müəyyənləşdirilmişdir (Maddə 448.3 və Maddə 456).

86. Qanunvericinin bu yanaşması belə bir əsasa söykənir ki, hüquqi şəxs ona görə işçinin və ya xidmətlərindən istifadə etdiyi şəxsin əməli üçün məsuliyyət daşıyır ki, sonuncuları seçərkən lazımi diqqət göstərməmişdir və ya onlara nəzarət etməyi bacarmamışdır.

87. Məhz bu baxımdan kollegiya hesab edir ki, iddiaçının işçilərinin onun etimadından sui-istifadə etməsi onu daxil olduğu kommersiya münasibətləri çərçivəsində məsuliyyətdən azad etmir.

88. Beləliklə, iddiaçı görülmüş işi özü təhvil-təslim aktını qəbul etməklə təsdiqləmişdir. Bundan sonra isə iddiaçı müqavilə üzrə müəyyən edilmiş müddət ərzində də pretenziya hüququnu həyata keçirməmiş, yalnız müqaviləyə birtərəfli qaydada xitam verdikdən 6 ay sonra işlərin keyfiyyətini yoxlamışdır.

89. Başqa sözlə, tərəflər arasında bağlanmış müqavilədə iddiaçının 180 gün ərzində pretenziya hüququnu həyata keçirə bilməsi təsbit olunsa da, iddiaçı bu hüququndan istifadə etməmişdir, odur ki, qüsurlarla bağlı tələb hüququ əmələ gələ bilməz.

90. Beləliklə, birinci instansiya məhkəməsinin qətnaməsi işin hallarına uyğundur, apellyasiya şikayətlərində irəli sürülən və formal mülahizələrdən ibarət olan dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

91. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, kollegiya QƏT ETDİ:

İddiaçı "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-168/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İddiaçı tərəfindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar