Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-329/2023 15.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X7 Hüseynin sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışova və Raqib Əliddin oğlu Qurbanovdan ibarət tərkibdə, Şükriyyə Vüqar qızı Aydınlının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil və cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1, Cavabdeh2 nümayəndəsi Qanuni nümayəndə iştirakları ilə, İddiaçı MMC-nin cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyətinə, Cavabdeh2nə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-5009/2022 saylı, 09 dekabr 2022-ci il tarixli qətnaməsindən İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ
1. İddiaçı (bundan sonra İddiaçı MMC) cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra "xxxx" ASC) ilə aralarında Bakı şəhəri, Yasamal rayonu, 1033-cü məhəllə, Tbilisi prospekti, 33 ünvanında yerləşən binada təmir-tikinti işlərinin həyata keçirilməsi ilə bağlı şifahi podrat müqaviləsinin bağlandığını, işlərin onlar tərəfindən görüldüyünü, "xxxx" ASC-nin göstərişi əsasında Cavabdeh2 MMC tərəfindən ödəniş edildiyini, lakin hal-hazıra qədər ödənişlərin tam həyata keçirilmədiyini bildirir.
2. Cavabdeh "xxxx" ASC isə iddiaya etiraz edərək işlərin iddiaçı tərəfindən deyil başqa hüquqi şəxs tərəfindən həyata keçirildiyini bildirir.
Birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı cavabdehlər "xxxx" ASC və Cavabdeh2nə (bundan sonra Cavabdeh2 MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 97000 manat məbləğində pul vəsaitinin və mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 400 manat pulun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı bildirir ki, 2017-ci ilin sonlarından Bakı şəhəri, Yasamal rayonu, 1033-cü məhəllə, Tbilisi prospekti, 35 ünvanında yerləşən ofis binasında icarə müqaviləsi əsasında fəaliyyət göstərməyə başlamışdır. 2018-ci ilin əvvəllərində yuxarıda qeyd olunan ünvanda yerləşən qeyri-yaşayış sahəsinin (ofis binası) mülkiyyətçisi dəyişərək cavabdeh “ASK“ ASC olmuşdur. Həmçinin Bakı şəhəri, Yasamal rayonu, 1033-cü məhəllə, Tbilisi prospekti, 35 ünvanının yaxınlığında yerləşən Yasamal rayonu, 1033-cü məhəllə, Tbilisi prospekti, 33 ünvanındakı qeyri-yaşayış binası da cavabdeh “ASK“ ASC-yə məxsusdur. Tbilisi prospekti, 35 ünvanında yerləşən ofis binasında ofis sahəsinin icarəsi ilə bağlı iddiaçı və cavabdeh “ASK“ ASC arasında müxtəlif tarixlərdə icarə müqavilələri bağlanmışdır. Bundan sonra, iddiaçı və cavabdeh “ASK“ ASC arasında inam və işgüzar münasibətlər formalaşmışdır. İddiaçının əsas fəaliyyət sahəsi təmir tikinti işlərinin həyata keçirilməsindən ibarətdir. Məhz bu səbəbdən "xxxx" ASC və onun törəmə şirkəti olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ("xxxx" MMC) ilə 2018-2019-cu illərdə bir neçə dəfə xidmət müqavilələri imzalanmış, həmin xidmət müqavilələrinə əsasən iddiaçı cavabdeh “ASK“ ASC-yə məxsus olan qeyri-yaşayış binasında təmir-tikinti işləri həyata keçirmişdir. Bu təmir-tikinti işləri həyata keçirildikdən sonra xidmət haqqı cavabdeh “ASK“ ASC-nin törəmə şirkəti tərəfindən tam olaraq ödənilmişdir. Bu münasibətlərin nəticəsində iddiaçının cavabdeh “ASK“ ASC-yə olan inamı daha da artmışdır. 2018-ci ilin əvvəllərində cavabdeh “ASK“ ASC iddiaçıya müraciət edərək Bakı şəhəri, Yasamal rayonu,1033-cü məhəllə, Tbilisi prospekti, 35 ünvanında yerləşən yaşayış binasının təyinatının dəyişdirilməsi ilə əlaqədar layihə işlərinin həyata keçirilməsi üçün qiymət təklifi verməsini xahiş etmişdir. Həmin müraciət əsasında iddiaçı qiymət təklifi hazırlayaraq cavabdeh “ASK“ ASC-yə təqdim etmiş, cavabdeh tərəfindən həmin qiymət təklifi qəbul edilmişdir. Qiymət təklifinin qəbul edilməsi ilə bağlı cavabdeh “ASK“ ASC tərəfindən xx.xx.2018-ci il tarixli 02\04-289 nömrəli məktub da göndərilmişdir. Bununla əlaqədar, iddiaçı və cavabdeh “ASK“ ASC arasında Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, 35 ünvanında yerləşən yaşayış binasının ofis binasına dəyişdirilməsi ilə əlaqədar layihə işlərinin görülməsi üçün 17 may 2018-ci il tarixli, 12 saylı satınalma müqaviləsi bağlanmışdır. Qeyd olunan satınalma müqaviləsinin dəyəri cavabdeh “ASK“ ASC tərəfindən hissəvi olaraq, 2018-ci ilin avqust və 2019-cu ilin yanvar ayları aralığında ödənilmişdir. İddiaçı və cavabdeh “ASK“ ASC arasında qarşılıqlı inam və işgüzar münasibətlər mövcud olduğundan cavabdeh “ASK“ ASC göstərilən ünvanda təmir-tikinti işlərinin tez zamanda görülməyə başlanılmasını iddiaçıdan xahiş etmiş, iddiaçı isə buna etiraz etməmişdir. Bu minvalla həmin ünvanda iddiaçı tərəfindən təmir-tikinti işlərinin görülməsinə 2018-cil ilin iyun ayında başlanılmışdır. Qeyd olunan ünvanda iddiaçı tərəfindən görülən təmir-tikinti işlərinə nəzarət “ASK“ ASC tərəfindən iş üzrə ikinci cavabdeh olan “Ximekspress“ MMC-yə həvalə edilmişdir. Eyni zamanda “Ximekspress“ MMC tərəfindən də həmin ünvanda müəyyən işlər görülmüşdür. İddiaçı tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, 33 ünvanında yenidənqurma işlərinin görülməsi xx.xx.2018-ci il tarixli akt, iddiaçı və cavabdeh “Ximekspress“ MMC-nin məsul əməkdaşları tərəfindən tərtib olunmuş “binada kəsilmiş şaxtaların hesabati barədə“ Forma 2-lər, iddiaçı və cavabdeh “Ximekspress“ MMC-nin məsul əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2018-ci il tarixinədək “təmir tikinti işlərinin görülməsi barədə“ Forma 2, iddiaçı və cavabdeh “Ximekspress“ MMC-nin məsul əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2018 – xx.xx.2018-ci il tarixləri arasında “təmir tikinti işlərinin görülməsi barədə“ Forma 2, xx.xx.2019-cu il tarixli təhvil təslim aktı, iddiaçı və cavabdeh “Ximekspress“ MMC-nin məsul əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2019 – xx.xx.2019-cu il tarixləri arasında “təmir tikinti işlərinin görülməsi barədə” Forma 2, iddiaçı ilə fərdi sahibkar X3 arasında bağlanmış xx.xx.2018-ci il tarixli xidmət müqaviləsi, iddiaçı ilə Megaplus firması arasında bağlanmış xx.xx.2019-cu il tarixli icarə müqaviləsi, iddiaçı və cavabdeh “Ximekspress“ MMC-nin məsul əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2018 – xx.xx.2019-cu il tarixləri arasında görülmüş ümumi təmir tikinti işlərinin nəticəsində cavabdehin iddiaçıya olan borcunu təsdiq edən aktla sübut olunur. İddia ərizəsinə əlavə edilən xx.xx.2019-cu il tarixli və xx.xx.2018-ci il tarixli müqavilələrə əsasən iddiaçı qeyd olunan ünvanda işlərin görülməsi üçün üçüncü şəxsləri cəlb etmişdir. Buradan aydın aydın olur ki, iddiaçı cavabdehlərin razılığı olmadan cavabdeh "xxxx" ASCyə məxsus olan əmlakda işlərin görülməsinə digər şəxsləri cəlb edə bilməzdi. İddiaçı ilə cavabdeh "xxxx" ASC arasında etibarlı işgüzar münasibətlər olduğundan, tərəflər razılaşmışlar ki, bütün ödənişlər cavabdehlər tərəfindən iddiaçıya nağd qaydada ödənəcəkdir. Cavabdehlər iddiaçıya ödənilməli olan 510 626,90 manat məbləğində pul vəsaitindən 413 626,90 manat ödənişi müxtəlif vaxtlarda ödəmiş, cavabdehlərin iddiaçı qarşısında 97000 manat məbləğində ödənilməmiş pul vəsaiti qalmışdır. İddiaçı cavabdeh “ASK“ ASC ilə icarə münasibətlərində olduğundan cavabdehlərin ona ödəməli olduğu pul vəsaitinin ödəniləcəyindən narahatçılığı olmamışdır. Həmin təmir tikinti işləri görülüb qurtardıqdan sonra, cavabdeh iddiaçını borcun ödəniləcəyinə inandırmaq üçün, “ASK“ ASC-nin törəmə şirkəti olan “ASK Xidmət“ MMC tərəfindən 2019-cu ilin iyul ayında iddiaçı ilə yenidən xidmət müqaviləsi imzalamış, lakin heç bir xidmət göstərilməmişdir. Cavabdeh “ASK“ ASC həmin müqavilə ilə iddiaçının onunla arasında olan işgüzar münasibətlərin davam edəcəyinə inandırmağa çalışırdı və iddiaçı buna inanaraq cavabdehlərdən pul tələb etməyib. 2020-ci ilin fevral ayında iddiaçı icarə münasibətlərinə xitam vermək qərarına gəlmiş və bununla bağlı iddiaçı ilə cavabdeh “ASK“ ASC arasında xx.xx.2020-ci il tarixli xx.xx.2019-cu il tarixli 11-İC-AX-19 saylı icarə müqaviləsininin ləğvinə dair saziş imzalanmışdır. Həmin sazişdə iddiaçının cavabdeh “ASK“ ASC-yə icarə müqaviləsi üzrə borcunun olması barədə qeyd olmamışdır. İcarə müqaviləsi üzrə aylıq ödənilməli olan məbləğ 5725,50 manat təşkil edirdi. İddiaçı cavabdehə sonuncu dəfə 2019-cu ilin oktyabr ayı üzrə olan icarə haqqını ödəmişdir. İddiaçı ilə cavabdeh “ASK“ ASC arasında olan şifahi razılaşmaya əsasən, xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək olan dörd aylıq icarə haqqı cavabdehlərin iddiaçıya olan 97.000 manat məbləğində borcundan çıxılmalı idi. Eyni zamanda cavabdehlərdən “ASK“ ASC iddiaçını əmin etmişdir ki, onlar arasında daimi işgüzar münasibətlər mövcuddur və yeni layihələr olacaqdır, həmin layihələr üzrə işlərin görülməsi də məhz iddiaçıya həvalə ediləcəkdir. Həmin qalıq borc məbləği (97.000- 23.000=74.000) qısa zamanda cavabdehlər tərəfindən iddiaçıya ödənilməli idi. Lakin ödənişlər gecikdirildikdə iddiaçı cavabdehlərin rəhbər şəxsləri ilə dəfələrlə görüşmüş və müzakirələr aparmış, cavabdehlər iddiaçını yenə də əmin etmişlər ki, borc qısa müddət ərzində ödəniləcək, hətta yeni layihələr üzrə işlərin görülməsi də iddiaçıya həvalə ediləcəkdir. 2020-ci ildə baş tutan sonuncu görüşdən sonra ölkədə hökm sürən pandemiya səbəbindən iddiaçı məcbur olaraq bununla razılaşmış və qısa müddət səbr edib gözləməyə məcbur olmuşdur. Lakin cavabdeh “ASK“ ASC öz vədinə əməl etməyərək xx.xx.2021-ci il tarixli pretenziya məktubu ilə iddiaçıya müraciət edərək, xx.xx.2019-cu il tarixli 11-İC-AX-19 saylı icarə müqaviləsi üzrə ödənilməli olan icarə haqqını tələb etmişdir. Belə ki, tərəflər arasında olan şifahi razılaşmaya əsasən həmin icarə haqqı cavabdehlərin iddiaçıya olan borcundan çıxılmalı idi. Bundan sonra xx.xx.2021-ci il tarixdə iddiaçı cavabdeh “ASK“ ASC-yə pretenziya məktubu ünvanlayaraq, görülmüş təmir tikinti işləri nəticəsində yaranmış borcun ödənilməsini tələb etmişdir. Bununla əlaqədar, iddiaçı və cavabdehlər arasında yenidən danışıqlar baş tutmuş, müvəqqəti olsa da, razılıq əldə edilmişdir. Lakin cavabdeh “ASK“ ASC yenidən öz vədinə əməl etməyərək xx.xx.2019-cu il tarixli 11-İC-AX-19 saylı icarə müqaviləsi üzrə məhkəməyə müraciət etmişdir. Bundan sonra iddiaçı əmin olmuşdur ki, cavabdehin ona borcunu ödəmək niyyəti yoxdur. Bu səbəbdən iddiaçı pretenziya məktubu ilə hər iki cavabdehə müraciət etmiş və “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış almışdır. Hazırkı iş üzrə cavabdeh “ASK“ ASC iddiaçıdan icarə haqqını tələb etdiyindən, cavabdehlərin iddiaçı qarşısında 97.000 manat məbləğində ödənilməmiş borcu mövcuddur.
5. Cavabdeh "xxxx" ASC məhkəməyə yazılı ərizə (izahat) təqdim edərək bildirmişdir ki, iddiaçının tələbinin əsası kimi çıxış edən işlər iddiaçı tərəfindən görülməmişdir. Belə ki, iddiaçı ilə "xxxx" ASC arasında Bakı şəhəri, Tbilisi prospekti, 35 ünvanında yerləşən yaşayış binasının ofis binasına dəyişdirilməsi ilə əlaqədar layihə işlərinin satın alınması ilə əlaqədar xx.xx.2018-ci il tarixli 12 nömrəli müqavilə imzalanmışdır. Sözügedən müqavilənin icrası ilə bağlı olaraq "xxxx" ASC və iddiaçı arasında imzalanmış 11 dekabr 2018-ci il tarixli təhvil-təslim aktına əsasən Bakı şəhəri, Yasamal rayonu, 1033-cü məhəllə, Tbilisi prosepekti, 33 ünvanında yerləşən "xxxx" ASC-yə məxsus ofis binasının layihələri "xxxx" ASC-yə təhvil verilmişdir. Bununla əlaqədar olaraq "xxxx" ASC tərəfindən xx.xx.2019-cu il tarixli elektron qaimə-fakturaya əsasən iddiaçıya görülmüş işlərin dəyəri olaraq 47.242,28 manat məbləğində ödəniş edilmişdir. İddiaçı ilə "xxxx" ASC arasında bağlanan xx.xx.2018-ci il tarixli 12 nömrəli müqavilədə "xxxx" ASC-nin ünvanının “Tbilisi prospekti, 35” kimi qeyd olunması texniki səhv olaraq qəbul edilməlidir. Belə ki, xx.xx.2018-ci il tarixli təhvil-təslim aktından da göründüyü kimi iddiaçının layihələndirmə ilə bağlı görülən işlər Bakı şəhəri, Yasamal rayonu, 1033-cü məhəllə, Tbilisi prospekti, 33 ünvanında yerləşən daşınmaz əmlaka aiddir. İddiaçı tərəfindən "xxxx" ASC-nin borcunu sübut edən sənədlər qismində məhkəməyə yalnız xx.xx.2018-ci il tarixli akt və xx.xx.2018ci il tarixli qüsur aktı təqdim olunmuşdur. xx.xx.2018-ci il tarixli aktda "xxxx" ASC-nin əməkdaşlarının adı qeyd olunsa da, həmin sənəd adı göstərilən şəxslərdən biri, Qalina Əhmədova, tərəfindən imzalanmamış, digər şəxs, Novruz Səfərov, ümumiyyətlə, "xxxx" ASC-nin əməkdaşı deyildir. Bundan əlavə, qeyd edilən sənəd müvafiq səlahiyyətli şəxslər tərəfindən imzalanmaqla yanaşı, hüquqi şəxsin möhürü ilə də təsdiq olunmalıdır, lakin qeyd olunan şərt ödənilmədiyindən bu sənəd rəsmi olaraq "xxxx" ASC tərəfindən təsdiqlənməmiş hesab olunmalıdır. Həmçinin xx.xx.2018-ci il tarixli qüsur aktı xx.xx.2018ci il tarixli 12 nömrəli Müqavilədə nəzərdə tutulan layihə işləri ilə əlaqədar olaraq aktda göstərilən işləri smetalaşdırmaq üçün tərtib olunmuşdur. Belə ki, təhvil-təslim aktından da göründüyü kimi smeta sənədləri hər iki hüquqi şəxs "xxxx" ASC-nin və iddiaçının nümayəndələri tərəfindən təsdiqlənərək təhvil alınmışdır. Odur ki, sözügedən qüsur aktı iddia predmetinə aidiyyəti olmayan müqavilə ilə əlaqədardır və hazırkı iddia tələbinə dair "xxxx" ASC üçün hər hansı bir öhdəlik yaratmır. Bundan başqa, iddiaçı tərəfindən işlərin şifahi razılıq əsasında görüldüyü bildirilmişdir. "xxxx" ASC-nin Nizamnaməsinin 1.2-ci bəndinə əsasən Cəmiyyətin təşkilati-hüquqi forması açıq səhmdar cəmiyyətidir və bütün səhmləri dövlətə məxsusdur. Bu səbəbdən Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin “Malların (işlərin və xidmətlərin) dövlət satınalmalarının açıq tender və kotirovkalar sorğusu üsulları ilə aparılması üçün minimum məbləğlərin və satınalınan xidmətlər barədə bildirişin beynəlxalq miqyasda geniş yayılan mətbuat orqanında və internetdə dərc edilməsi üçün məbləğin müəyyən edilməsi barədə” xx.xx.2013-cü il tarixli Q-12 nömrəli Qərarının 2-ci bəndinə əsasən dövlət satınalmalarının açıq tender üsulu ilə aparılması üçün malların (işlərin və xidmətlərin) ehtimal olunan qiymətinin minimum məbləği 50,0 (əlli) min manat müəyyən edilmişdir. Həmçinin “Mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsinin nümunəsi”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 34 nömrəli Qərarı ilə satınalma müqaviləsinin nümunəvi forması təsdiq edilmişdir. Qeyd olunan müddəaların əlaqəli şəkildə təhlilindən də aydın olur ki, tərəflər arasında sözügedən işlərin görülməsi ilə əlaqədar müqavilə olduğu təqdirdə, həmin müqavilə mütləq şəkildə yazılı olmalıdır. Digər tərəfdən iddiaçı tərəfindən təqdim olunmuş xx.xx.2018-ci il tarixli akt və xx.xx.2018-ci il tarixli qüsur aktı 2018-ci il tarixində tərtib olunduğundan mülki qanunvericiliklə müəyyən edilmiş iddia müddəti sonuncu tərəfindən ötürülmüşdür və iddia tələbi təmin edilməməlidir. İddiaçı tərəfindən təqdim edilən sənədlərin 2018-ci ilə aid olduğunu nəzərə alaraq, iddianın irəli sürülməsi üçün müddət 2021-ci ildə bitir.
6. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-5009/2022 saylı, 09 dekabr 2022-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir.
7. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 752.1-ci maddəsinə, Mülki Prosessual Məcəllənin 76.1, 81, 88, 107, 115.0.9, 119.1-ci maddələrinə, “Mediasiya haqqında” qanunun 36.5-ci maddəsinə istinad etməklə əsaslandırmışdır.
8. İddiaçı MMC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
a) Apellyasiya şikayətinin dəlilləri
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsi qanunsuz və əsassız olmuşdur. Belə ki, məhkəmə iş materiallarında olan sübutlara düzgün hüquqi qiymət verməmiş və yekunda yanlış nəticəyə gəlmişdir. Məhkəmə qətnamənin 45-ci bəndində Cavabdeh2 MMC-nin vəkalət alan şəxs olmasını qəbul etmişdir. Lakin bununla bağlı iş materiallarında hər hansı hüquqmüəyyənedici sənəd mövcud deyildir. Məhkəmə araşdırması birtərəfli aparıldığından cavabdehin mövqeyinə uyğun olaraq hüquqmüəyyənedici sənəd olmadığı halda Cavabdeh2MMC-nin vəkalət alan olmasını qeyd edən məhkəmə, nədənsə həm şahid ifadələri, həm də təqdim edilən aktlar üzrə iddiaçı ilə cavabdeh arasında şifahi podrat müqaviləsinin bağlanması hissəsində düzgün qənaətə gəlməmişdir. Məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş sübutlara düzgün hüquqi qiymət verməmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş aktlar və şahid ifadələri tərəflər arasında podrat münasibətinin olmasını və iddiaçı tərəfindən həmin ünvanda işlərin görülməsi faktını tam təsdiq edir. Məhkəmə bu prosessual hüquq normasının tələblərini pozaraq cavabdeh tərəfindən məhkəmə baxışı zamanı təqdim edilmiş sənədlərə istinad etmiş onları sübut kimi qəbul etmişdir. Belə ki, məhkəmənin ilk hazırlıq iclasından cavabdehin mövqeyi ondan ibarət olmuşdur ki, mübahisəli ərazidə işlər iddiaçı tərəfindən deyil "xxxx" Firması tərəfindən görülmüşdür. Məhkəmə tərəfindən həmin sənədlər cavabdehdən istənilsə də, cavabdeh həmin sənədlərin “məxfi” sənədlər olmasını əsas gətirərək təqdim etməkdən yayınmışdır. Hətta iddiaçı tərəfindən məhkəməyə vəsatət təqdim edilərək keçirilmiş tender üzrə sənədlərin cavabdehdən götürülməsi barədə qərardad qəbul edilməsi xahiş edilsə də, məhkəmə bu vəsatəti təmin etməmiş, məhkəmənin hazırlıq iclasını bir neçə dəfə təxirə salsa da, sonda işdə olan sübutlar əsasında mülki işi məhkəmə baxışına təyin etmişdir. Məhkəmə baxışı zamanı həmin sənədlər cavabdeh tərəfindən təqdim edilmiş, iddiaçı həmin sənədlərin sübut kimi işə əlavə edilməsinə etiraz etməsini bildirmişdir. Buna baxmayaraq məhkəmə həmin sənədləri mülki iş materiallarına əlavə etmiş və məhkəmə qətnaməsində sübut kimi istinad edərək bərabərlik prinsipini pozmuşdur. Məhkəmə "xxxx" firmasını müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməsini təmin etməmişdir. Belə ki, iş materiallarında olan sənədlərə nəzər saldıqda müəyyən edilir ki, "xxxx" firması ilə iş üzrə cavabdeh olan Cavabdeh2 MMC-nin hüquqi ünvanı eynidir. İş üzrə şahid qismində dindirilmiş şəxslərdən biri "xxxx" firması da rəsmi əmək müqaviləsi əsasında çalışsa da, o, aktlara Cavabdeh2 MMC-nin nümayəndəsi kimi imza etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Məhkəmə iclasında iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
12. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
13. Məhkəmə iclasında iştirak edən cacavdeh Cavabdeh2 MMC-nin nümayəndəsi Qanuni nümayəndə apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
TƏTBİQ EDİLƏN HÜQUQ
14. Mülki Məcəllənin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.
15. Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
16. Mülki Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.
17. Mülki Məcəllənin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.
18. Həmin Məcəllənin 406.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin.
19. Mülki Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
20. Mülki Məcəllənin 783.1-ci maddəsinə görə, vəkalət verən vəkalət alanın tapşırığı vicdanla icra edərkən çəkdiyi xərclərin əvəzini, o cümlədən faizləri ödəməli və onu bu məqsədlə götürdüyü öhdəliklərdən azad etməlidir.
21. Həmin Məcəllənin 783.2-ci maddəsinə görə, Vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir.
22. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
23. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
24. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
25. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə sasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırda apellyasiyanın həddini qətnamənin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
27. Məhkəmə kollegiyası hesab edir ki, iddia əsassızdır.
28. İddiaçı cavabdeh "xxxx" ASC ilə aralarında şifahi podrat müqaviləsinin bağlandığı və Bakı şəhəri, Yasamal rayonu, 1033-cü məhəllə, Tbilisi prospekti, 33 ünvanında yerləşən binada təmir-tikinti işlərinin iddiaçı tərəfindən həyata keçirildiyini bildirir və iddiasının əsası kimi istinad etdiyi halları təsdiq edən sübut qismində məhkəməyə xx.xx.2018-ci il tarixli akt, xx.xx.2018-ci il tarixinədək təmir-tikinti işlərinin hesabatı, xx.xx.2018-ci il tarixli qüsur aktı, xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixinədək, xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixinədək, xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixinədək təmir-tikinti işlərinin hesabatı, xx.xx.2019-cu il tarixli təhvil-təslim aktı, kəsilmiş şaxtaların hesabatı, xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək görülmüş işlərlə bağlı Cavabdeh2 MMC-nin İddiaçı MMC-yə olan borcunu əks etdirən sənədi (akt), xx.xx.2018-ci il tarixli xidmət müqaviləsini və həmin müqaviləyə dair görülmüş işin hesabatını, xx.xx.2019-cu il tarixli icarə müqaviləsini və icarə predmetinin təhvil-təslim aktını təqdim etmişdir.
29. Cavabdeh iddiaya etiraz etmiş və Bakı şəhəri, Yasamal rayonu, 1033-cü məhəllə, Tbilisi prospekti, 33 ünvanında yerləşən binada iddiaçının təmir-tikinti işi görmədiyini, işlərin "xxxx" Firması tərəfindən görüldüyünü bildirmişdir və etirazının əsası kimi istinad etdiyi halları təsdiq edən sübut qismində məhkəməyə layihə işlərinin satın alınması üçün İddiaçı MMC tərəfindən təsdiq olunan xx.xx.2018-ci il tarixli tender təklifinin forması (Forma 1) və görüləcək işlərin əks olunduğu cədvəli, layihə sənədlərinin xx.xx.2018-ci il tarixli təhvil-təslim aktını, Bakı şəhəri, Yasamal rayonu, 1033-cü məhəllə, Tbilisi prospekti, 33 ünvanında yerləşən "xxxx"nın ofis binasının təmir və tikinti işlərinin satın alınmasına dair təkliflər sorğusunun 2018-ci il tarixli əsas şərtlər toplusunu, tender komissiyasının xx.xx.2018-ci il tarixli Y-23 nömrəli yekun protokolunu, işlərin satın alınması haqqında xx.xx.2018-ci il tarixli 26 nömrəli müqaviləni, xx.xx.2019-cu il tarixli təhvil-təslim aktını təqdim etmişdir.
30. Hazırkı iş üzrə iddianın hüquqi əsasını Mülki Məcəllənin 752.1-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
31. Hazırkı iş üzrə ilkin olaraq müəyyən edilməli hal İddiaçı MMC ilə "xxxx" ASC arasında podrat müqaviləsinin bağlanıb-bağlanmamasıdır.
32. İddiaçının təqdim etdiyi xx.xx.2018-ci il tarixinədək, xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixinədək, xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixinədək, xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixinədək təmir-tikinti işlərinin hesabatı, xx.xx.2019-cu il tarixli təhvil-təslim aktı, kəsilmiş şaxtaların hesabatı, xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək görülmüş işlərlə bağlı Cavabdeh2 MMC-nin İddiaçı MMC-yə olan borcu barədə sənəddən görünür ki, qeyd olunan sənədlərdə Cavabdeh2 MMC-nin mühəndisi, baş mühəndisi və İddiaçı MMC-nin baş mühəndisi kimi qeyd olunan şəxslərin adlarının qarşısında imzalar çəkilmişdir.
33. Qeyd olunan sənədlərlə bağlı məhkəmə qeyd edir ki, iddiaçı sifarişçinin "xxxx" ASC olduğunu, yəni "xxxx" ASC ilə podrat münasibətində olduğunu qeyd etsə də, qeyd olunan sənədlər "xxxx" ASC-nin səlahiyyətli şəxsləri tərəfindən imzalanmamış, təsdiq olunmamışdır. Bundan başqa, xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək görülmüş işlərlə bağlı borc məbləğini əks etdirən sənəddən (aktdan) görünür ki, İddiaçı MMC-yə borcu olan şəxs kimi Cavabdeh2 MMC qeyd olunmuşdur. İddiaçı Cavabdeh2 MMC-nin "xxxx" ASC-nin adından işlərə nəzarət etdiyini və işlərin nəticəsini qəbul etdiyini bildirsə də, məhkəməyə Cavabdeh2 MMC ilə "xxxx" ASC arasında olan münasibətlərin xarakterini aydınlaşdıracaq mötəbər sübut təqdim etməmiş, qeyd olunan halların təsdiq olunması üçün şahidlərin dindirilməsini məhkəmədən xahiş etmişdir.
34. İddiaçının vəsatəti əsasında birinci instansiya məhkəməsində şahid qismində xx.xx.2018-ci il tarixli aktda "xxxx" ASC-nin işçisi kimi adı qeyd olunan X4, İddiaçı MMCnin işçisi olduğunu bildirilən X5, təqdim olunmuş akt, hesabat və s. sənədlərdə "xxxx" MMC-nin işçiləri qismində adları qeyd olunan X9 və X6 dindirilmişlər.
35. Şahid qismində dindirilmiş X4 məhkəməyə ifadəsində bildirmişdir ki, "xxxx" ASCnin işçisi olmamış, xidmət müqaviləsi əsasında "xxxx" ASC-də məsləhətçi və nəzarətçi kimi fəaliyyət göstərmiş, 2018-ci ilin sentyabr ayında "xxxx" ASC ilə xidmət müqaviləsi bağlamış, oktyabr ayında işdən çıxmış, təxminən 1 ay 5-10 gün işləmişdir. Xidmət müqaviləsi isə onda yoxdur. "xxxx" ASC-nin inzibati binası ilə bağlı təmirdə podratçı qismində gələnləri ona yönəltmişlər, o da təmir-tikinti qiymətlərini İlqara ("xxxx" ASC-də müavin) vermiş, sonra "xxxx" ASC-nin rəhbərliyi həmin məsələlərlə məşğul olmuşdur. O işə başlayanda İddiaçı MMC artıq orada fəaliyyət göstərmiş, elektrik, kondisioner, pəncərə-qapı işləri istisna olmaqla, tikinti, söküntü, təmir və s. kimi işləri icra etmişdir. Şahid həmçinin qeyd etmişdir ki, akt olanda imza etmiş, orada ümumi işə nəzarət etmiş, lakin daimi nəzarət etməmişdir. O olan müddətdə tamamlanmış iş olmamış, tamamlanmış iş olmadığından onun tərəfindən iş qəbul edilməmişdir. Bundan başqa bildirmişdir ki, "xxxx" MMC həmin binada işi götürməli idi, ona görə də 1-2 nümayəndəsi gəlib-gedirdi, hansı işlərin görüldüyünə baxır, ölçüb-biçirdilər, lakin "xxxx" MMC tenderdə qalib olmamışdır.
36. Şahid qismində dindirilmiş X5 məhkəməyə ifadəsində bildirmişdir ki, 2018-2019cu illərdə İddiaçı MMC-də iş icraçısı kimi işləmiş, "xxxx" ASC-nin binasında söküntü, hörgü, malyar, suvax işlərini icra etmiş, həmin işlərə Qalina xanım nəzarət etmiş, işin nəticəsini Qalina xanım qəbul etmiş, akta o imza etmişdir. Həmçinin şahid ünvanlanmış suallara cavab olaraq qeyd etmişdir ki, Cavabdeh2 MMC baş podratçı olmuş, işlər icra edilərkən həm "xxxx" ASC-nin, həm də Cavabdeh2 MMC-nin nümayəndələri mütəmadi olaraq gəlib-getmiş, işləri təhvil verən səlahiyyətli şəxs qismində isə İddiaçı MMC-nin müdiri Elnur bəy çıxış etmişdir.
37. Şahid qismində dindirilmiş X9 məhkəməyə ifadəsində qeyd etmişdir ki, "xxxx" Firmasında betonun texniki istehsalat şöbəsində mühəndis kimi 2018-2020-ci illərdə işləmişdir. Həmin dövrdə "xxxx" ASC-nin binasında bütün söküntü işlərini İddiaçı MMC görmüş, işləri o qəbul etmişdir. "xxxx" ASC tərəfindən söküntü işlərinə kimin nəzarət etməsi barədə məlumatı olmamışdır. Söküntü işlərini İddiaçı MMC görmüş, tikinti işlərini isə "xxxx" Firması görməli idi. Belə ki, iş onlara verilməli, tikinti-quraşdırma işlərini onlar görməli idi. Eyni zamanda bildirmişdir ki, İddiaçı MMC pəncərənin quraşdırılması kimi quraşdırma işləri də görmüşdür. İşlərin nəticəsinin qəbul edilməsi "xxxx" ASC-nin rəhbərliyi tərəfindən şifahi olaraq ona tapşırılmış, "xxxx" ASC-nin nümayəndələri gəlib işlərə baxmamış, Qalina xanım onlar tərəfindən yerinə yetirilmiş işlərin nəticəsini qəbul etmişdir. Qiymətləndirmə səlahiyyəti ona verilməmiş, pul hesabatı aparmamış, görülmüş iş həcminə nəzarət etmişdir. Həmçinin bildirmişdir ki, İddiaçı MMC ilə podrat münasibətləri olmamış, işləri qəbul etmək səlahiyyətini ona işlədiyi şirkətin rəhbəri vermişdir. Həmçinin şahid bildirmişdir ki, Cavabdeh2in İddiaçı MMC-yə borcu olduğunu eşitmiş, lakin dəqiq məlumatı olmamış, İddiaçı MMC Cavabdeh2in sifarişi ilə iş görməmişdir. Eyni zamanda bildirmişdir ki, Cavabdeh2 MMC-nin İddiaçı MMC-yə olan borcunun olduğu barədə aktı o imzalamış, borc tikinti-quraşdırma işlərinə görə olmuşdur. Cavabdeh2 MMC ilə "xxxx" arasında müqavilə olub-olmamasını bilməmişdir
38. Şahid qismində dindirilmiş X6 məhkəməyə ifadəsində qeyd etmişdir ki, 2018-ci ilin oktyabr ayından Cavabdeh2 MMC-də əvvəl texniki-nəzarətçi kimi, daha sonra sahə rəisi kimi işləmişdir. İddiaçı MMC orada söküntü, arakəsmə divarların hörülməsi, bəzi daxili bəzək işlərinin görülməsi işlərini icra etmişdir. Sənədləşmə işlərinə o qarışmamış, imza etməmişdir. İddiaçı MMC işləyən dövrdə işlərə formal olaraq, elə-belə nəzarət etmiş, İddiaçı MMC getdikdən sonra sahə rəisi kimi fəaliyyət göstərmiş və forma 2 sənədlərinə o imza etmişdir. Baş podratçı qismində Cavabdeh2 çıxış etmişdir. Eyni zamanda bildirmişdir ki, onlar gələndə İddiaçı MMC tərəfindən söküntü işlərinin 60-70%-i icra olunmuş, sonuncu həm söküntü, həm tikinti, həm də betonlama işlərini həyata keçirmişdir. Şahid həmçinin bildirmişdir ki, görülən işlərə baş podratçı kimi nəzarət etmişlər. Həmin işləri 2019-cu ilin yanvar ayında qəbul edib sənədləşdirmişlər.
39. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçının vəsatəti əsasında dindirilmiş şahidlərdən X4 "xxxx" ASC ilə aralarında mülki müqavilə bağlandığını bildirmiş, müqavilənin onda olmadığını qeyd edərək məhkəməyə təqdim etməmiş, əvvəllər İddiaçı MMC-nin işçisi olduğunu qeyd edən X5 və Cavabdeh2 MMC-nin işçisi olduğunu bildirən X6 məhkəməyə qeyd olunan hüquqi şəxslərin işçiləri olduqlarını təsdiq edəcək sənədlər təqdim etməmişdir. X9 isə "xxxx" Firmasının işçisi olduğunu bildirmişdir. Şahidlər İddiaçı MMC-nin qeyd olunan binada işlədiyini bildirsələr də, Cavabdeh2 MMC ilə "xxxx" ASC, Cavabdeh2 MMC ilə İddiaçı MMC arasında olan münasibətin xarakterinə (tərəflər arasında podrat münasibətinin olub-olmaması), hansı işlərin görüldüyünə (söküntü, tikinti, quraşdırma), işlərə kim tərəfindən nəzarətin edilməsinə ("xxxx" ASC, Cavabdeh2 MMC, “Ximekspress 2000”), işlərin nəticəsinin qəbulu, işlərin dəyərinin müəyyən olunması, işlərin nəticəsinin sənədləşdirilməsi ilə bağlı səlahiyyətlərinin olmasına və həmin səlahiyyətlərin kim tərəfindən verilməsinə dair ziddiyyətli ifadələr vermişlər. Qeyd olunan sənədlərdə adı qeyd olunan X9 isə "xxxx" Firmasının işçisi olduğunu qeyd etmişdir.
40. Məhkəmə kollegiyası qeyd olunan sənədləri və şahidlərin ifadələrini birlikdə qiymətləndirərək hesab edir ki, həmin sənədlər və şahid ifadələri iddiaçının iddiasının faktiki əsası kimi istinad etdiyi halı, yəni iddiaçı ilə "xxxx" ASC arasında şifahi podrat münasibətlərinin olmasını və Cavabdeh2 MMC-nin "xxxx" ASC-nin tapşırığı əsasında işlərə nəzarət etdiyini təsdiq edən mötəbər sübut qismində nəzərə alına bilməz.
41. İddiaçının təqdim etdiyi xx.xx.2018-ci il tarixli qüsur aktından görünür ki, Tbilisi prospekti, 33 ünvanında yerləşən "xxxx" ASC-nin ofis binasına baxış keçirərək tərəflər (İddiaçı MMC və "xxxx" ASC) söküntü üzrə iş həcmləri müəyyən etmişlər və akt "xxxx" ASC-nin möhürü ilə təsdiq olunmuşdur.
42. Cavabdeh tərəf qeyd olunan sənədin tərəflər arasında xx.xx.2018-ci il tarixdə bağlanmış müqaviləyə əsasən layihə işlərinin görülməsi ilə bağlı tərtib olunmuş smeta sənədi olduğunu bildirir. İddiaçının nümayəndəsi və vəkili bununla razılaşmayaraq layihə işlərinin xarakterinin fərqli olduğunu, iş həcmlərinin müəyyən olunmasının layihə işləri çərçivəsində həyata keçirilməsinin mümkün olmadığını bildirir.
43. Birinci insansiya məhkəməsi haqlı olaraq tərəflərin izahatları və təqdim olunmuş sənədlər əsasında müəyyən etmişdir ki, layihə işləri Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, 33 ünvanında yerləşən bina ilə bağlı görülmüş, müqavilədə texniki səhvə yol verilərək Tbilisi prospekti, 35 ünvanı qeyd olunmuşdur.
44. İddiaçı onun tərəfindən görülmüş layihə işlərinin nədən ibarət olması ilə bağlı xx.xx.2018-ci il tarixli müqavilədə qeyd olunan sənədləri (əsas şərtlər toplusu, tender təklifi, əlavə 1, təhvil-təslim aktı) təqdim etməmişdir.
45. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş tender təklifinin əlavəsindən (İddiaçı MMC tərəfindən təsdiq olunmuş) görünür ki, layihə işlərinə layihələrin hazırlanması, hesablamaların aparılması, smetanın tərtib edilməsi və hazırlanması daxildir. Layihə işlərinin xx.xx.2018-ci il tarixli təhvil-təslim aktından isə görünür ki, görülmüş işlərin nəticəsi kimi xx.xx.2018-ci il tarixli yekun smeta sənədi də təhvil verilmişdir.
46. Görülmüş layihə işlərinə smetanın tərtib edilməsinin də daxil olduğunu, təmirtikinti işlərinin layihə işləri hazır olduqdan sonra görülə biləcəyini, layihə işlərinin nəticəsinin isə xx.xx.2018-ci il tarixdə təhvil verildiyini nəzərə alınaraq həmin sənəd iddiaçı ilə "xxxx" ASC arasında podrat münasibətlərinin olduğunu təsdiq edən sübut kimi qiymətləndirilə bilməz.
47. xx.xx.2018-ci il tarixli xidmət müqaviləsi və xx.xx.2019-cu il tarixli icarə müqaviləsi iddiaçı ilə "xxxx" ASC arasında podrat münasibətlərinin olmasını təsdiq edə biləcək birbaşa sübut olmadığından digər sübutlarla birlikdə qiymətləndirilməlidir.
48. Bundan başqa, iş materiallarında olan sənədlərdən görünür ki, tərəflər arasında olmuş layihə işlərinin görülməsi ilə bağlı podrat münasibətləri, qeyri-yaşayış sahəsinin icarəyə verilməsi ilə bağlı icarə münasibətləri və icarə müqaviləsinə xitam verilməsi ilə bağlı münasibətlər yazılı müqavilənin bağlanması və hüquqi şəxslərin möhürü ilə təsdiq olunmaqla rəsmiləşdirilmiş, İddiaçı MMC tərəfindən təsdiq olunmuş hesab-fakturalar təqdim olunmuş, "xxxx" ASC tərəfindən hesab-fakturalarda qeyd olunan məbləğlər nağdsız qaydada köçürmə yolu ilə ödənilmişdir.
49. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdi ki, qiymətinin daha aşağı olduğu adıçəkilən müqavilələr yazılı qaydada bağlanılaraq rəsmiləşdirildiyi halda, qiymətinin 510 626,90 manat olduğu iddia olunan podrat müqaviləsi üzrə münasibətləri tərəflərin lazımi qaydada rəsmiləşdirməyib, şifahi müqavilə əsasında münasibətə daxil olmaları ağlabatan deyildir.
50. Bundan başqa, iddiaçı görülmüş işlərə görə "xxxx" ASC-nin göstərişi əsasında Cavabdeh2 MMC tərəfindən 413 626,90 manat ödəniş edildiyini bildirsə də, bunu təsdiq edən hər hansı sübut da məhkəməyə təqdim etməmişdir.
51. Cavabdeh tərəfindən təqdim olunmuş Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, 33 ünvanında yerləşən "xxxx" ASC-nin ofis binasının təmir və tikinti işlərinin satın alınmasına dair təkliflər sorğusunun əsas şərtlər toplusundan görünür ki, "xxxx" ASCnin vəsaiti hesabına maliyyələşdiriləcək təmir və tikinti işlərinə söküntü, tikinti, təmir-bərpa, yenidən qurma və s. işlər daxil olmuşdur. xx.xx.2018-ci il tarixli Y-23 nömrəli yekun protokoldan görünür ki, "xxxx" Firması tender nəticəsində birinci yeri tutmuşdur. "xxxx" ASC ilə "xxxx" Firması arasında bağlanmış (tərəfərin möhürləri ilə təsdiq olunmuş) işlərin satın alınması haqqında xx.xx.2018-ci il tarixli 26 nömrəli müqavilədən görünür ki, təkliflər sorğusunun əsas şərtlər toplusunda göstərilən təmir və tikinti işlərinin yerinə yetirilməsi barədə tərəflər razılığa gəlmişlər. "xxxx" ASC və "xxxx" Firmasının səlahiyyətli nümayəndələri tərəfindən tərtib olunmuş (tərəfərin möhürləri ilə təsdiq olunmuş) xx.xx.2019-cu il tarixli təhvil-təslim aktından görünür ki, görülməsi razılaşdırılmış işlər "xxxx" Firması tərəfindən "xxxx" ASC-yə təhvil verilmişdir. Eyni zamanda görünür ki, iddiaçı tərəfindən "xxxx" ASC-nin sifarişi əsasında gördüyünü bildirərək təqdim etdiyi sənədlərdə qeyd olunan işlər "xxxx" Firması tərəfindən görülmüşdür.
52. Göründüyü kimi, Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, 33 ünvanında yerləşən yaşayış binasının qeyri-yaşayış binasına çevrilməsi ilə bağlı layihə işlərinin nəticəsi İddiaçı MMC tərəfindən xx.xx.2018-ci il tarixdə "xxxx" ASC-yə təhvil verildikdən sonra xx.xx.2018-ci il tarixdə "xxxx" ASC tərəfindən tender elan olunmuş, tenderin qalibi olmuş "xxxx" Firması ilə müqavilə bağlanmış, işlər onun tərəfindən yerinə yetirilmişdir.
53. Beləliklə, iddiaçının "xxxx" ASC ilə podrat münasibətində olması, tərəflər arasında şifahi podrat müqaviləsinin bağlanması təqdim olunmuş sübutlarla öz təsdiqini tapmır.
54. Birinci instansiya məhkəməsi həmçinin düzgün olaraq bildirmişdir ki, iddiaçı işlərə nəzarətin və işlərin nəticəsinin qəbulunun "xxxx" ASC tərəfindən Cavabdeh2 MMC-yə tapşırıldığını qeyd edərək iddiaya cavab verməli olan şəxs qismində Cavabdeh2 MMC-ni də qoymuşdur. İddiaçı tərəfindən Cavabdeh2 MMC-dən pulun tələb olunmasının əsasının iddiaçı ilə "xxxx" ASC arasında mövcud olduğu iddia edilən podrat münasibətlərinin təşkil etdiyini nəzərə alan məhkəmə qeyd edir ki, iddiaçının tələbi qeyd olunan hissədə əsassız olduğundan və Cavabdeh2 MMC-yə qarşı olan tələb iddia edilən podrat münasibətlərindən irəli gəldiyindən iddia Cavabdeh2 MMC-yə münasibətdə də əsassız olmaqla təmin oluna bilməz. Eyni zamanda iddiaçının Cavabdeh2 MMC-yə aid hissədə iddiasının əsası kimi qeyd etdiyi münasibətlər tapşırıq münasibətlərinə aiddir ki, mülki qanunvericilikdə vəkalət alanın vəkalət verənin hərəkət və ya hərəktsizliyi üçün məsuliyyəti nəzərdə tutulmamışdır.
55. Cavabdeh2 MMC-yə qarşı olan tələb iddia edilən podrat münasibətlərindən irəli gəldiyindən iddia Cavabdeh2 MMC-yə münasibətdə də əsassız olmaqla təmin oluna bilməz.
56. Məhkəmə kollegiyası iddia müddətinin tətbiqi barədə cavabdehin ərizəsinə münasibətdə haqlı olaraq qeyd etmişdir ki, iddia müddəti institutu mülki qanunvericilikdə iddia tələbi əsaslı olduğu, lakin qanunda qeyd olunan müddətlərdə irəli sürülmədiyi halda məhkəmənin iddianın rədd olunması barəsində qərar çıxarması üçün əsas kimi nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə isə iddia tələbi əsaslı olmadığından iddia müddətinin tətbiqi barədə ərizə də təmin oluna bilməz.
57. Ona görə də kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin 97000 manat məbləğində pulun tutulması barədə iddia tələbini rədd etməklə bağlı gəldiyi qənaət düzgün olmuşdur.
58. Bu baxımdan, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
59. Həmçinin kollegiya qeyd etməyi zəruri hesab edir ki, MPM-in 119.1-ci maddəsinə əsasən ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 400 manat və apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş 191.6 manat iddiaçıya aid edilməlidir.
60. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-5009/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
61. Qeyd olunanları və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi: İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-5009/2022 saylı, 09 dekabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Aida Hüseyn Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova