Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-333/2023 18.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçınin Cavabdeh MMC-yə qarşı subpodrat müqaviləsi üzə borcun tutulması tələbinə dair Açar söz: subpodrat müqaviləsi üzrə borc Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, iddiaçının nümayəndəsi iştirakı ilə, İddiaçınin Cavabdeh MMC-yə qarşı borcun ödənilməsinə dair ilk iddiası, Cavabdeh MMC-nin İddiaçınə qarşı maddi ziyanın ödənilməsi, avadanlıqların qaytarılmasına dair qarşılıqlı iddiası üzrə kommersiya mübahisəsinə dair Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2(113)- 78/2022 nömrəli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları
1. İşin mübahisəsiz hallarından görünür ki, İddiaçınin Azərbaycan Respublikasındakı Filialı (podratçı), Cavabdeh MMC (subpodratçı) və “Tekfen İnşaat və Təsisat A.Ş” (baş podratçı) arasında bağlanmış 11 noyabr 2019-cu il tarixli 005_ANEL MoT nömrəli subpodrat müqaviləsindən görünür ki, ünvan 1 ünvanda Azərbaycan Respublikası Vergilər Nazirliyi üçün icra ediləcək layihə üzrə santexnika, istilik-soyutma və yanğın söndürmə boru sisteminin quraşdırılması işlərinin yerinə yetirilməsi Cavabdeh MMC-yə həvalə edilmiş, müqaviləyə xx.xx.2020-ci il tarixli bildişə əsasən podratçı tərəfindən birtərəfli qaydada həmin tarixdə xitam verilmişdir.
2. İşdəki xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli ödəniş tapşırıqlarından və iddiaçının iş materiallarının 1-ci cildinin 107-ci vərəqinə əlavə edilmiş xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, subpodrat müqaviləsi üzrə cavabdehə ƏDV-siz 581.848,06 manat pul ödənilmişdir.
3. Qarşılıqlı iddia ərizəsində cavabdeh iddiaçı tərəfindən ƏDV-siz ödənilmiş məbləğin 581.844 manat olduğunu, görülmüş iş həcminin 625.567 manat olduğunu qeyd etmişdir.
4. Hər iki tərəfin möhürü və imzası ilə təsdiq edilmiş xx.xx.2020-ci il tarixli pul tələbləri və öhdəlikləri haqqında üzləşmə aktına əsasən xx.xx.2020-ci il tarixə Cavabdeh MMC-nin İddiaçınin Azərbaycan Respublikasındakı Filialına 11 noyabr 2019-cu il tarixli 005_ANEL MoT nömrəli Subpodrat Müqaviləsi üzrə göstərilmiş xidmətlərlərin dəyəri də daxil olmaqla 157.599,40 manat təşkil etmiş, həmin pul öhdəliyinin (borcun) tərkibinə podratçı tərəfindən müqaviləyə bir saylı əlavənin 4.2-ci bəndinə əsasən öhdəliklərin təminatı olaraq tutulmuş 40.970 manat zəmanət məbləği də daxil olmuşdur. Tərəflər razılaşmışlar ki, zəmanət məbləği çıxıldıqda Cavabdeh MMC-nin İddiaçınin Azərbaycan Respublikasındakı Filialına yekun borcu 68.605,53 ABŞ dolları (157599,40- 40970=116629,40 manat) təşkil edir. Üzləşmə aktına əsasən bu borcun 73780 manatı beh(avans) məbləği olmuşdur.
5. İşin mübahisəsiz halıdır ki, üzləşmə aktı tərtib edildikdən sonra iddiaçı xx.xx.2020-ci il tarixdə öhdəliyin təminatı üzrə qarantiya vermiş "xxxx" ASC-yə müracət edərək cavabdehə ödənilmiş avansın qaytarılmamış hissəsinin-75638,05 manatın (64100,04 manat əsas borc+11538,01 manat ƏDV) qaytarılmasını xahiş etmiş, həmin məbləğ xx.xx.2020-ci il tarixdə qarant bank tərəfindən iddiaçıya ödənilmişdir.(1-ci cild 86- 88-ci vərəqlər).
6. İş materiallarının 2-ci cildinin 34-cü vərəqinə əlavə edilmiş izahatda iddiaçı cavabdehin gördüyü işlərin dəyərinin 540.572,09 manat, müqavilə şərtlərinə əsasən zəmanət müddəti üçün tutulan ayırmalar 218.044,84 manat çıxıldıqdan sonra iddiaçıya ödənilməli məbləğin 322.527,25 manat təşkil etdiyi, iddiaçıya ödənilmiş ƏDV-siz pul məbləğinin 506.210,01 manat (qarant bank tərəfindən 75.638,05 manat qaytarıldıqdan sonra) təşkil etdiyi, faktiki ödənilmiş məbləğ ödənilməli məbləğdən çıxıldıqda (506210,01- 322527,25) 183.682,76 manat fərq yarandığı, bu məbləğin üzərinə 18 faiz ƏDV gəldikdə 216.745,67 manat borc yarandığı qeyd edilmişdir. 7.Tərəflər arasında işlərin görülməsi aralıq ödəniş sertifikatları (hakediş raporları) ilə rəsmiləşdirilmiş, sonuncu hakediş raporu xx.xx.2020-ci il tarixdə 09 saylı hakediş raporu olmuşdur. Həmin sənəddə Qüllə layihəsi çərçivəsində (santexnika, istiliksoyutma, yanğınsöndürmə quraşdırma işləri) müqavilə üzrə görülmüş işlərin ümumi dəyəri – ƏDV xaric 294.155,02 ABŞ dolları, müqavilədən kənar görülmüş işlərin dəyəri ƏDV xaric 73.828,56 ABŞ dolları, o cümlədən bu aralıq ödəniş (hakediş) hesabatı üzrə 25.000 ABŞ dolları, görülmüş işlərin dəyəri cəmi 367.983,58 ABŞ dollar; çıxılmalar, -avans məbləği 27.674,81 ABŞ dolları, zəmanət məbləği 27.674,81 ABŞ dolları, tikinti ilə bağlı çıxılmalar 35.751,81 ABŞ dolları, çıxılmaların (tutmaların) ümumi məbləği ƏDV xaric 91.100,75 ABŞ dolları təşkil edir. Ödənilməli məbləğ (ƏDV xaric), bu hesabat üzrə 276.882,83 ABŞ dolları, o cümlədən əvvəlki ödəniş hesabatları üzrə 251.882,83 ABŞ dolları, bu ödəniş hesabatı üzrə 25.000 ABŞ dolları təşkil edir. Ödəniş hesabatı (hakediş raporu) podratçı və subpodratçının imzası və möhürü ilə təsdiq edilmişdir.
8. xx.xx.2020-ci il tarixli əşyaların siyahısından (malzeme listesi) görünür ki, tikintidə İddiaçı tərəfindən tədarük edilmiş, eləcə də Cavabdeh MMC-yə məxsus olan 81 adda mal-material vəa vadanlıqlar mövcuddur. Bəzi əmlaklar, o cümlədən 1 ədəd 380 qaynaq aparatı və 1 ədəd pafta (vitrax) yararsız vəziyyətdədirlər. Siyahı İddiaçınin adından Məhəmməd Özgül və Cavabdeh MMC-nin adından Levent Çiçek tərəfindən imzalanmışdır.
9. İşin mübahisəsiz halıdır ki, üzləşmə aktından sonra cavabdeh tərəfindən iddiaçıya aşağıdakı elektron qaimələr göndərilmiş və iddiaçı həmin elektron qaimələr göndərilmiş və iddiaçı tərəfindən həmin qaimələr hər hansı etiraz bildirilmədən qəbul edilmiş və qismən ödəniş edilmişdir. -EBAK seriyalı 086095 saylı xx.xx.2020-ci il tarixli- görülmüş işin dəyəri 47800.09 manat- iddiaçı tərəfindən ödənilmişdir. - EBAL seriyalı 612537 saylı xx.xx.2020-ci il tarixli -görülmüş işin dəyəri 12124,26 manat-iddiaçı tərəfindən 9699,41 manat ödənilmişdir.(fərq 2424,85 manat) - EBAL seiyalı 408542 saylı xx.xx.2020-ci il tarixli-görülmüş işin dəyəri 71610,31 manat-iddiaçı tərəfindən 40718,65 manat ödənilmişdir.(fərq 30891,66 manat) -EBAM seriyalı, 428468 saylı xx.xx.2020-ci il tarixli- görülmüş işin dəyəri- 34.918,24 manat-iddiaçı tərəfindən ödənilmişdir. -EBAM seriyalı, 727007 nömrəli, xx.xx.2020-ci il tarixli-görülmüş işin dəyəri 50.150 manat- iddiaçı tərəfindən ödənilmişdir. -EBAM seriyalı, 850909 nömrəli, xx.xx.2020-ci il tarixli- görülmüş işin dəyəri 50150 manat-iddiaçı tərəfindən ödənilmişdir.
10. İddiaçınin Azərbaycan Respublikasındakı Filialı tərəfindən cavabdehə 13.512,02 manat ƏDV daxil 88.578,77 manat dəyərində xidmətlərin göstərilməsi ilə bağlı xx.xx.2020-ci il tarixli, EBAS seriyalı, 489849 nömrəli və 5.795,06 manat ƏDV daxil 37.989,86 manat dəyərində xidmətlərin göstərilməsinə dair xx.xx.2020-ci il tarixli, EBAT seriyalı, 711892 nömrəli elektron qaimələr göndərilmişdir. Hər iki qaimədə qaimənin tərtib edilmə əsası kimi üzləşmə aktına istinad edilmişdir.
11. İşdəki məktublardan görünür ki, Cavabdeh MMC sistem tərəfindən təqdim edilmiş həmin qaimələrin ləğv edilməsi üçün İddiaçınin Azərbaycan Respublikasındakı Filialına və Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi müraciət etmişdir. Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi elektron qaimə- fakturanın ləğv edilməsi barədə müraciətə cavab məktubundan görünür ki, elektron qaimə- fakturanın ləğvi fakturanı təqdim edən vergi ödəyicisi (satıcı) tərəfindən aparılır və elektron qaiməfaktura ləğv edildikdən sonra alıcının e-qutusuna bu barədə məlumat göndərilir, bu səbəbdən vergi ödəyicisi tərəfindən elektron qaimə-fakturanın ləğv edilməsi və ya düzəliş edilməsi vergi orqanının səlahiyyətlərinə aid edilməmişdir.
12. 340 saylı material üzrə Bakı şəhəri Nərimanov RPİ-nin İŞ-nin baş müstəntiqi, polis mayoru X2 30 aprel 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, X5 və X1 ərizələri əsasında toplanmış materialda cinayət tərkibi olmadığı üçün, cinayət işinin başlanması rədd edilmişdir. 30 aprel 2021ci il tarixli qərarda qeyd edilmişdir ki: - aparılmış araşdırma zamanı İddiaçınin Azərbaycan Respublikasındakı Filialının rəhbəri Atilla Canpolat, xx.xx.2021-ci il tarixli M-07/04.21 nömrəli məktubla Nərimanov RPİ-nin Təhqiqat şöbəsinə müraciət edərək, Cavabdeh MMC ilə rəhbəri olduğu şirkət arasında imzalanmış xx.xx.2019-cu il tarixli 005 Anel Mot saylı subpodrat müqaviləsinə əsasən, subpodratçıya məxsus olan avadanlıq, qurğu və alətlərin ona geri qaytarılmasının hal-hazırda mümkün olmadığını bildirmişdir.
13. İddiaçınin Azərbaycan Respublikasındakı Filialı tərəfindən məhkəməyə təqdim edilmiş (EMİS-ə yüklənmiş) subpodratçı Cavabdeh MMC-yə məxsus olan, subpodrat işlərinin tamamlanması üçün podratçı tərəfindən istismara cəlb olunmuş avadanlıqların və alətlərin siyahısından görünür ki, həmin siyahıda aşağıdakı əşyalar qeyd edilmişdir: - 1 ədədi 350 manat dəyərində olan 32 ədəd iskele 2.3-3.5 m, 1 ədədi 450 manat dəyərində olan 2 ədəd iskele 3 m-5 m, - 1 ədədi 100 manat dəyərində olan 4 ədəd A tipi nərdivan (9 pilləli), - 1 ədədi 120 manat dəyərində 4 ədəd A tipi nərdivan (11 pilləli), - 1 ədədi 100 manat dəyərində olan 8 ədəd Məngənə (dəzgah tipi), - 1 ədəd yararsız vəziyyətdə 380 v. qaynaq aparatı, - 1 ədədi 250 manat dəyərində olan 1 ədəd 220 v. qaynaq aparatı, - 1 ədəd yararsız vəziyyətdə olan pafta (vitrax), - 1 ədədi 1400 manat dəyərində olan 1 ədəd yiv makinası (Rothenberger), - 6 ədəd dn 50 (2”) -4 ədəd dn 40 (1 ½”) ölçüdə boru açarlar.
14. İddiaçınin Azərbaycan Respublikasındakı Filialının Cavabdeh MMC-yə göndərilmiş xx.xx.2020-ci il tarixli pretenziya məktubunda 2020-ci ilin noyabr və dekabr aylarında göndərilmiş elekron qaimələr üzrə 126568,63 manat borcun və xx.xx.2020-ci il tarixli 8 və 9 saylı aralıq ödəniş sertifikatları və onların əlavələrinə əsasən ödənilmiş 100300 manat əlavə iş avansının, cəmi 226868,63 manat pulun 5 bank günü ərzində ödənilməsi xahiş olunmuşdur.
15. Cavabdeh MMC-nin pretenziya məktubundan görünür ki, Cavabdeh MMCdən vurulmuş 107.823 manat məbləğində borcun ödənilməsi tələb edilmiş, borc ödənilmədiyi təqdirdə məhkəmə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
Birinci instansiya məhkəməsində icraat
16. İddiaçınin Azərbaycan Respublikasındakı Filialı Cavabdeh MMC-yə qarşı xx.xx.2021-ci il tarixdə iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, xx.xx.2022-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehdən vurulmuş zərərin əvəzi qismində 127.497,45 ABŞ dolları məbləğində pulun ödəniş gününə olan rəsmi məzənnə ilə (1 ABŞ dolları=1,70 manat) uyğun olaraq Azərbaycan manatı (216.775,67 manat / 1,70=127.497,45 ABŞ dolları) ilə tutulması, həmçinin ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması və bu məbləğlərin İddiaçınin Azərbaycan Respublikasındakı filialına ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir.
17. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçınin Azərbaycan Respublikasındakı filialı (podratçı) ilə Cavabdeh MMC (subpodratçı) arasında imzalanmış xx.xx.2019-cu il tarixli 005_ANEL MoT saylı subpodrat müqaviləsinə əsasən, subpodratçı “Vergilər Nazirliyinin yeni inzibati binası” layihəsində sanitar-texniki, istilik-soyutma və yanğın söndürmə boru sisteminin quraşdırılması, müayinəsi, qüsurlarının aradan qaldırılması, tamamlanması, istismara təqdim olunması işlərini həyata keçirməyi və görülmüş işlərin nəticələrini podratçıya təhvil verməklə onlara zəmanət verməyi, podratçı isə bunun müqabilində razılaşdırılmış məbləğdə muzd ödəməyi öz öhdəsinə götürmüşdür. xx.xx.2020-ci il tarixində müqavilənin 01 saylı əlavəsinin 10.2-ci bəndinin (ii), (iii) və (iv) yarımbəndləri əsasında və müqavilədə nəzərdə tutulmuş şərtlər daxilində ona podratçı tərəfindən xitam verilmişdir. Müqavilənin 01 saylı Əlavəsinin (“Ümumi Şərtlər”) və 08 saylı Əlavəsinin (“Məsuliyyət Matrisi”) müddəalarına uyğun olaraq, layihənin icra olunduğu ərazidə subpodratçı üçün bir sıra xidmətlər və əmtəələr podratçı tərəfindən təmin edilmişdir. Belə ki, müqavilənin 01 saylı Əlavəsinin 4.1.6-cı bəndinə görə, podratçı tərəfindən təsdiq edilən aralıq ödəniş sertifikatı subpodratçı tərəfindən düzgün şəkildə icra olunan subpodrat müqaviləsi üzrə işlərin ümumi dəyərini əhatə edir və bu, aşağıdakılar çıxıldıqdan sonra edilir: ...Subpodratçının məsuliyyəti altında olan və podratçı tərəfindən həyata keçirilən xidmətlərin məbləği ...”. Müqavilənin 08 saylı Əlavəsi ilə təsdiq olunmuş məsuliyyət matrisi cədvəllərinə uyğun olaraq, subpodratçının işçi heyətinin yemək təminatı, su təminatı, elektrik enerjisi istehlakı, tullantılarının daşınması, dezinfeksiya, texniki təhlükəsizlik və əməyin mühafizəsi, inşaat sahəsinin təmizlənməsi və işçi heyətinin təlimi xidmətləri podratçı tərəfindən təmin olunmuşdur. Lakin bunların dəyəri subpodratçı tərəfindən podratçıya qismən ödənilmiş və nəticədə subpodratçının filiallarına ödənilməmiş borcu qalmışdır.
18. Cavabdeh MMC-nin İddiaçınin Azərbaycan Respublikasındakı Filialına qarşı qarşılıqlı iddia ərizəsi məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixdə qarşılıqlı iddia ərizəsinə əlavə təqdim edərək, siyahısı qeyd edilmiş 58 adda avadanlığın geri qaytarılması, əgər avadanlıqlar mövcud deyilsə, 115.600 manat məbləğində pul vəsaitinin tutulması, xx.xx.2020-ci ildən xx.xx.2022-ci ilədək avadanlıqlar üçün nəzərdə tutulmuş aylıq 8500 manat məbləğində olmaqla ümumilikdə 246.500 manat məbləğində kirayə haqqının tutulması, İddiaçınin Azərbaycan Respublikasındakı filialı üçün Cavabdeh MMC tərəfindən ödənilmiş və tələb edilən xəclər siyahısı ( əlavə işlər – 9.010 manat, liftin olmaması – 45.651 manat, personalın maaşı – 190.393 manat, DSMF borc -11,500.00, manat + 5647 faizi, giriş kartı – 5.300 manat, personal çıxış 1,582.00 manat, aprel ayı 35,150.00 manat, forma 2 gorə əskik ödəmə 60.776 manat, mart ayı üzrə DSMF borcu – 32.900 manat, teminat mektubu - 76,500 manat, iş vaxtından artıq işləmə - 20.500) 494.909 manat məbləğində xərcin tutulması, X7 Taahhüt ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı filialı ilə Cavabdeh MMC arasında bağlanan müqavilə üzrə müəyyənləşdirilən 10% təminat üçün 47.071 manat məbləğində pul vəsaitinin tutulması, maddi zərərə görə 32.786 manat, mənəvi zərərə görə 200.000 manat məbləğində pul vəsaitinin X7 Taahhüt ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı filialından tutulması, ümumilikdə 1.136.266 manat məbləğində pul vəsaitinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
19. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, iddianın əsası kimi pul tələbi əsassızdır və təmin edilə bilməz. Eyni zamanda xx.xx.2020-ci il tarixdə EBAT 711892 saylı yazılmış elektron qaiməyə uyğun olaraq bildirirlər ki, əsas məbləğ 32194.8 (ƏDV 5795.06) yekun təsdiqlənib. Onlar belə bir əməliyyat olduğunu təsdiqləmir. Orada göstərilən qədər işçi işləmir. 11 noyabr 2019-cu ildə subpodrat müqaviləsinə əsasən görünür ki, bank çıxarışına əsasən ümumi işin dəyəri 1.147.500 manat təşkil edir. Cavabdeh MMC tərəfindən 625.567 manatlıq iş görülüb. İddiaçınin Azərbaycan Respublikasındakı filialı tərəfindən isə 581.844 manat ödənilib, 43.723 manat isə qalıq qalıb. Daha sonra 64.100 manat məbləğində vəsait İddiaçınin Azərbaycan Respublikasındakı filialına ödənilmiş və beləliklə də, hal-hazırda isə 107.823 borc mövcuddur. Bu işlərin görülməsi ilə əlaqədar olaraq icarəyə götürülmüş əmlaklar hal-hazırda həmin şirkətdədirlər. Cavabdeh MMC olaraq, 2019-cu ilin noyabr ayında Azərbaycan Respublikası Vergilər Nazirliyinin yeni tikilməkdə olan Heydər Əliyev prospektindəki mərkəz ofis binasının mexanik təsisatının montaj işlərini 2020-ci ilin avqust ayına kimi həll etmək üçün İddiaçınin Azərbaycan Respublikasındakı filialı ilə müqavilə bağlamış və təxminən 170.000 manat məbləğində təchizat almaqla işlərini tamamladılar və 7-ci aya qədər işlərinə davam etdilər. Lakin müqavilələri İddiaçınin Azərbaycan Respublikasındakı filialı tərəfindən birtərəfli, haqsız şəkildə ləğv edildi və bütün təchizat, material və bankda olan təminat məktublarına əl qoyuldu. Onlar kimi vergi ödəyicisi olan kiçik bir firma olaraq, haqsız yerə edilən bu tətbiqetmələr şirkətlərini həm maddi, həm də mənəvi olaraq çok sarsıtmışdır. Müqavilədə iş proqramı hazırlayaraq, ən çox çalışacaqları hər ay üzrə adam sayılarını 80 nəfər olaraq müqavilələrinə əlavə etdilər və qarşılıqlı olaraq təsdiqlədilər. Lakin onlara psixoloji basqılar edərək, işdən çıxartmaqla təhdid edərək, 2, 3 və 4-cü aylarda 186 rəsmi işçi sayına qədər sayılarını artırmışlar. Müqavilədə yazılmasına baxmayaraq, onlara heç bir növbə haqqı ödənilməmişdir, buna qarşılıq olaraq onları hər gün 2 saat və hər həftə sonu işləmək məcburiyyətində qoymuşlar. Müqavilədə olmasına baxmayaraq, onlara bir çox əlavə iş və dəyişim işləri gördürülmüş və bunların pulu ödənilməmişdir. 15 martda pandemiyaya görə işlər dayandırılmış, onlara bütün işçilərinin mart ayının sonuna qədər maaşlarının və bütün xərclərinin İddiaçınin Azərbaycan Respublikasındakı filialı tərəfindən ödəniləcəyi deyilməsinə baxmayaraq, 180-ə yaxın işçiləri üçün sadəcə 7000 ABŞ dolları bir ödəmə etmək istəmiş, onlar bu məbləği imzalamamadıqlarına görə onlara pis davranılmağa başlanılmış və psixolojik basqılar edilərək, müəyyən bir artırma edilərək, zorakı şəkildə məbləği qəbul etmələri təmin edilmişdir. Aprel ayında pandemiya dönəmində işçilərə 190 manat dövlət dəstəyinin İddiaçınin Azərbaycan Respublikasındakı filialı tərəfindən ödəniləcəyi vəd edilmiş, sadəcə pandemiyaya görə içəridə çalışan məhdud sayda işçilərinin 190 manatları İddiaçınin Azərbaycan Respublikasındakı filialı tərəfindən ödənilmiş, bundan sonra giriş kartları blok edilərək, içəriyə girişləri əngəllənmişdir. Digər işçilərə 190 manat məbləğləri tərəflərindən işçilərinin zərər görməməsi üçün ödənilmiş, ödəmələrin İddiaçınin Azərbaycan Respublikasındakı filialından alınması mümkün olmamış, hətta içəridəki işçilərə ödədikləri 190 manatlar onların ödənişlərindən çıxılmışdır. Sonradan İddiaçınin Azərbaycan Respublikasındakı filialı tərəfindən yeni bir müqavilə tərtib edilmiş, köhnə müqaviləni ləğv etmək istəmişlər. Onlara yeni müqavilə imzalatdırılmışdır. Lakin 2 ay keçməsinə baxmayaraq müqavilənin bir nüsxəsi onlara verilməmiş, ödəmələr müqavilə maddələrinə görə edilməmiş və müqavilənin təsdiqlənmədiyini bəhanə edərək onların müqavilələri birtərəfli ləğv edilmişdir. İddiaçınin Azərbaycan Respublikasındakı filialı daha sonra öz hesablarına avans təminat məktublarının 75.000 manat qisminə haqsız əl qoymuşdur.
20. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçınin Azərbaycan Respublikasındakı Filialı ilkin iddia üzrə əsl iddiaçı və qarşılıqlı iddia üzrə əsl cavabdeh “X7 Taahhüt ve Ticaret Anonim Şirkəti ilə əvəz edilmiş, İddiaçınin Azərbaycan Respublikasındakı Filialı ilkin iddiaçı tərəfindən müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir.
21. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2(113)- 78/2022 nömrəli qətnaməsi ilə (hakim Leyla Əliyeva) ilk və qarşılıqlı iddia tələbi qismən təmin edilərək ilk iddia üzrə Cavabdeh MMC-dən ƏDV daxil 88.578,77 manat məbləğində borc və 10 manat məbləğində dövlət rüsumunun tutularaq ilkin İddiaçınə ödənilməsi, qarşılıqlı iddiaçı Cavabdeh MMC-yə məxsus 1 ədədi 350 manat dəyərində olan 32 ədəd iskele 2.3- 3.5 m, 1 ədədi 100 manat dəyərində olan 4 ədəd A tipi nərdivan (9 pilləli), 1 ədədi 120 manat dəyərində 4 ədəd A tipi nərdivan (11 pilləli), 1 ədədi 100 manat dəyərində olan 8 ədəd Məngənə (dəzgah tipi), 1 ədəd yararsız vəziyyətdə 380 v. qaynaq aparatı, 1 ədədi 250 manat dəyərində olan 1 ədəd 220 v. qaynaq aparatı, 1 ədəd yararsız vəziyyətdə olan pafta (vitrax), 1 ədədi 1400 manat dəyərində olan 1 ədəd yiv makinası (Rothenberger) , 6 ədəd dn 50 (2”) və 4 ədəd dn 40 (1 ½”) ölçüdə boru açarların qarşılıqlı cavabdeh İddiaçındən alınaraq qarşılıqlı iddiaçı Cavabdeh MMC-yə qaytarılması, qarşılıqlı cavabdeh İddiaçındən ƏDV daxil 10.123 manat məbləğində borc tutularaq qarşılıqlı iddiaçı Cavabdeh MMC-yə ödənilməsi qət edilmişdir.
22. İşə birinci instansiya qaydasında baxılarkən iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş 8 və 9 saylı aralıq ödəniş sertifikatlarındakı (hakediş raporlarındakı) imzaların Cavabdeh MMC-nin səlahiyyətli şəxsinə aid olması mübahisələndirildiyindən, o cümlədən Cavabdeh MMC-nin tələb etdiyi əmlakların dəyəri ilə bağlı işdə mötəbər sübutlar olmadığından birinci instansiya məhkəməsi tərəfindən iş üzrə ekspertiza təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 04 iyul 2022-ci il tarixli, 4/813-9/3902 saylı ekspert rəyində qeyd edilmişdir ki, ekspertizaya təqdim edilmiş işin işin 1-ci cildinin 74-cü və 76-cı vərəqlərində olan 08 və 09 nömrəli Cavabdeh MMC-nin ödəniş sertifikatlarının aşağı sol hissələrində “Subcontractor” qrafalarında olan imzalar; işin 1-ci cildinin 70-ci və 72-ci vərəqlərində olan xx.xx.2020- ci il tarixli 08 və 09 nömrəli “Anel elektirik proje taahhüt və ticaret anonim şirkətinin Azərbaycan Respublikasındakı filialı Ministry of taxes tower X6ları”nın aşağı sol hissələrində “Taşeron: qrafalarında olan imzalar öz aralarında – eyni şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, işin 1-ci cildinin 74-cü və 76-cı vərəqlərində olan 08, 09 nömrəli Cavabdeh MMC-nin ödəniş sertifikatlarının aşağı sol hissələrində “Subcontractor” qrafalarında olan imzaların - Tolga Atıcı tərəfindən icra olunubolunmaması haqqında tədqiqat prosesinin təsviri hissəsinin 2.1-ci bəndində göstərilən səbəblərə görə müəyyən etmək mümkün olmadı. Ekspertizaya təqdim edilmiş işin 1-ci cildinin 70-ci və 72-ci vərəqlərində olan xx.xx.2020-ci il tarixli 08 və 09 nömrəli “Anel elektirik proje taahhüt və ticaret anonim şirkətinin Azərbaycan Respublikasındakı filialı Ministry of taxes tower X6ları”nın aşağı sol hissələrində “Taşeron:” qrafalarında olan imzalar ilə işin 3-cü cildinin 33-35-ci səhifələrində olan 05, 06, 07 nömrəli Cavabdeh MMCnin ödəniş sertifikatlarının kserosurətlərinin aşağı sol hissələrində “Subcontractor” qrafalarında əks olunmuş imzaların - öz aralarında eyni bir şəxs tərəfindən icra olunub olunmamasını tədqiqat prosesinin təsviri hissəsinin 2.2-ci bəndində göstərilən səbəblərə görə müəyyən etmək mümkün olmadı. Ekspertizaya təqdim edilmiş, işin 1-cı cildinin 70-ci və 72-ci vərəqlərində olan xx.xx.2020-ci il tarixli 08 və 09 nömrəli “Anel elektirik proje taahhüt və ticaret anonim şirkətinin Azərbaycan Respublikasındakı filialı Ministry of taxes tower X6ları”nın aşağı sol hissələrində “Taşeron:” qrafalarında olan imzalar ilə işin 3-cü cildinin 43-cü və 44-45-ci səhifələrində olan 01 iyun 2020-ci il tarixli və 18 may 2020-ci il tarixli “Bildiriş xəbərdarlıq məktubları”nın “Direktor qrafalarında olan imzalar və 18 may 2020-ci il tarixli məktubun aşağı sağ küncündə olan imzanın - öz aralarında eyni bir şəxs tərəfindən icra olunub - olunmamasını tədqiqat prosesinin təsviri hissəsinin 2.3-cü bəndində göstərilən səbəblərə görə müəyyən etmək mümkün olmadı. Eyni zamanda ekspert tərəfindən əmlakın qiymətləndirilməsi məhkəmə ekspertizasının aparılmasından imtina edilmiş və imtina onunla əsaslandırılmışdır ki, ekspert qarşısında qoyulmuş sualın həll edilməsi üçün qərarda göstərilən əşyaların qiymətləndirilməsi üçün zəruri olan hər bir əşya üzrə onun markası, modeli, əmtəə görünüşü (təzə və köhnə, hansı üsulla hazırlanması), texniki göstəriciləri (ölçüsü, istehsal ili, istismar müddəti, hansı materialdan hazırlanması və s) hansı vəziyyətdə olması, mənəvi və fiziki köhnəlməyə hansı dərəcədə məruz qalması, təyinatı, miqdarı, alınmasına dair qaimə (faktura) və zədələnmiş əşyaların təmir-bərpasına çəkiləçək xərcin miqdarı barədə məlumat barədə məhkəməyə xx.xx.2022ci il tarixli vəsatət göndərilmiş, lakin həmin vəsatət təmin edilməmişdir.
23. Birinci instansiya məhkəməsi ilkin iddiaya münasibətdə qeyd etmişdir ki, mübahisəli subpodrat müqaviləsinə “Məsuliyyət matrisi” adlanan 8 saylı əlavədə ilkin iddiaçı (podratçı) tərəfindən ilkin cavabdehin (subpodratçının) işçilərinə yemək, içməli su təminatı, keçid karının zədələnməsi və ya itirilməsi, tullantıların idarə edilməsi və sətəm icra heyəti xidmətlərin göstərilməsi nəzərdə tutulmuşdur. İlkin iddiaçı tərəfindən göstərilmiş xidmətlərin dəyərinin bir hissəsi 6 saylı aralıq ödəniş hesabatına əsasən ilkin iddiaçının ilkin cavabdehə olan müqavilə üzrə borcundan çıxılmış və göstərilən məsələ ilə bağlı tərəflər arasında mübahisə yoxdur.
24. Məhkəmə qeyd etmişdir ki, xx.xx.2020-ci il tarixli elektron qaimədə göstərilmiş ƏDV daxil 88.578,77 manat dəyərində xidmətlərin ilkin iddiaçı tərəfindən göstərilməsi faktı sözügedən elektron qaimə ilə yanaşı hər iki tərəfin təsdiq etdikləri xx.xx.2020-ci il tarixli üzləşmə aktı ilə də müəyyən edilir. Belə ki, sözügedən üzləşmə aktının məzmunundan da göründüyü kimi həmin aktda təsdiq edilmiş borca üzləşmə aktının tərtib edildiyi tarixə ilkin iddiaçı tərəfindən göstərilmiş xidmətlərin dəyəri də daxildir.
25. İkinci qaiməyə (xx.xx.2020-ci il tarixli, EBAT seriyalı, 711892 nömrəli) gəldikdə məhkəmə qeyd etmişdir ki, həmin qaimə ilə əhatə edilmiş 15 may 2020-cu il tarixdən sonrakı dövrdə xidmətlərin göstərilməsi faktı ilkin cavabdeh tərəfindən qəbul edilməmiş, bununla bağlı xx.xx.2020-ci il tarixdə ilkin cavabdeh tərəfindən vergi orqanına məktub ünvanlanaraq sözügedən elektron qaimə-fakturanın ləğv edilməsi xahiş edilmişdir. İlkin iddiaçı isə mübahisəli qaimə ilə əhatə edilmiş xidmətlərin göstərilməsini, eləcə də göstərilməsini iddia etdiyi xidmətlərin həcmini təsdiq edən heç bir əlavə sübutu məhkəməyə təqdim edə bilməmişdir.
26. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 20 aprel 2022-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında əks edilmiş hüquqi mövqeyə görə lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir. Məhkəmə bu qərara istinad eməklə hesab etmişdir ki, xx.xx.2020-ci il tarixli mübahisəli elektron qaimə əsasında xidmətlərin göstərilməsinə dair hər iki tərəfin təsdiq etdiyi təhviltəslim aktları və ya digər ilkin sənədlər durmadığından həmin qaimə-faktura müvafiq qaimələrin barəsində tərtib edildiyi xidmətlərin göstərilməsi faktının, eləcə də göstərilmiş xidmətlərin həcminin və dəyərinin məhkəmə tərəfindən təsdiq edilməsi üçün kifayət etmir.
27. Məhkəmə onu da qeyd etməyi zəruri saymışdır ki, ilkin iddiaçı ödənilməsini tələb etdiyi məbləği, o cümlədən göstərilmiş xidmətlərin dəyəri olan ƏDV daxil 126.568,63 manat məbləğində pulu ABŞ dolları ilə ifadə etmiş və həmin məbləğdə ödənişin edildiyi gün rəsmi məzənnəyə əsasən manatla tutulmasını tələb etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, subpodrat müqaviləsi üzrə işlərin görülməsi barədə hesablaşmalar aralıq ödəniş hesabatlarında və s. sənədlərdə) ABŞ dolları ilə ifadə edilsə də, ilkin iddiaçı tərəfindən ilkin cavabdehə göstərilmiş yemək, su təminatı və digər xidmətlər üzrə hesablaşmaların ABŞ dolları ilə aparılması iş materiallarına əsasən öz təsdiqini tapmır, belə ki, xidmətlərin göstərilməsi barədə elektron qaimələrdə, eləcə də üzləşmə aktında həmin xidmətlərin dəyəri manatla müəyyən edilmişdir. Odur ki, həmin xidmətlərə görə ilkin cavabdehdən tutulacaq məbləğin ABŞ dolları ilə müəyyən edilməsi üçün əsasların mövcudluğu müəyyən edilmir.
28. Qarşılıqlı iddiaya münasibətdə məhkəmə qeyd etmişdir ki, Cavabdeh MMC X7 Taahhüt ve Ticaret Anonim Şirkətinə qarşı verdiyi qarşılıqlı iddia ərizəsində mübahisəli subpodrat müqaviləsinə xitam verildikdən sonra tikinti sahəsindən çıxarılarkən ona məxsus mal-materialların həmin sahədə qaldığını, eləcə də 2020-ci ilin may ayının 15-də həmin mal, material və avadanlıqların kirayəyə verilməsi barədə qarşı tərəflə müqavilə bağladığını, eləcə də həmin tarixdən tərəflərin subpodrat müqaviləsi üzrə işlərin saat hesabı ödəniləcəyi barədə razılığa gəldiklərini, müqavilə üzrə işlərin görülməsi ilə bağlı müəyyən xərclər çəkdiyini, forma iki üzrə görülmüş işlərin dəyərinin bir hissəsinin ödənilmədiyini əsas göstərərək ona məxsus mal-material, avadanlıqların qaytarılması, onlar olmadıqda dəyərlərinin tutulması, həmin əşyaların kirayəsinə görə kirayə haqqının, eləcə də subpodrat müqaviləsi üzrə tərəfindən görülmüş əlavə işlərin dəyərinin, forma 2 üzrə ödənilməmiş qalmış məbləğin, DSMF-ə olan borclarının, işçilərin maaşlarının, işçilərin işdən azad edilməsi ilə bağlı, eləcə də iş vaxtından artıq işləməyə görə ödənilmiş məbləğlərin, işçilərin giriş kartları, liftin işləməməsi ilə bağlı çəkilmiş xərclərin, bankın zəmanət məktubu üzrə qarşı tərəfə qaytarılmış 76.500 manat pulun, müqavilə üzrə qarşılıqlı cavabdeh tərəfindən tutulmuş müqavilə dəyərinin 10% - 47,071.00 manat zəmanət məbləğinin, eləcə də dəymiş maddi və mənəvi zərərin tutulmasını tələb edir. Qarşılıqlı cavabdeh X7 Taahhüt ve Ticaret Anonim Şirketi qarşılıqlı iddiaya etirazını tərəflər arasında mal-material və avadanlıqların kirayə müqaviləsinin bağlanmaması, müqavilə şərtlərinə əsasən qarşılıqlı iddiaçıya məxsus əşyaları saxlamaq və onlardan istifadə etmək hüquqlarının olmaması, müqaviləyə subpodratçının öhdəliklərini pozması ilə bağlı xitam verildiyindən müqavilə dəyərinin 10% məbləğində zəmanətin onlarda qalmalı olması, eləcə də qarşılıqlı iddiaçının tələblərinin əsası kimi istinad etdiyi halları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməməsi ilə əsaslandırır.
29. Məhkəmə qeyd etmişdir ki, qarşılıqlı iddia üzrə iddiaçı 58 adda əşyanın cavabdehin istifadəsində qalmasını iddia etsə də, cavabdehdə qalmasını iddia etdiyi ona məxsus əşyaların tərkibini və sayını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir.Tikintidə saxlanılmış əşyaların tərkibi və sayını təsdiq etmək üçüqarşılıqlı iddiaçının məhkəməyə təqdim etdiyi xx.xx.2020-ci il tarixli tarixli əşyaların siyahısının (malzeme listesi) surətinə gəldikdə həmin siyahıda siyahının tərtib edildiyi tarixdə tikintidə mövcud olan əşyaların tərkibi və sayları müəyyən edilmiş, lakin həmin əşyaların hamısının "xxxx" MMC məxsus olması göstərilməmişdir. Əksinə sənədin sonunda sözügedən əşyaların “Anel” tərəfindən tədarük edilmiş və ya Cavabdeh-a məxsus olan əşyalar olması qeyd edilmiş və əşyaların hansı hissəsinin qarşılıqlı iddiaçıya, hansı hissəsinin qarşılıqlı cavabdehə məxsus olması dəqiqləşdirilməmişdir. Odur ki, həmin akta əsasən aktda qeyd edilmiş əşyaların hansı hissəsinin Cavabdeh MMC-yə məxsus olması müəyyən edilmir. İkincisi, yuxarıda da qeyd edildiyi kimi sözügedən akt xx.xx.2020-ci il tarixində tərtib edilmişdir, subpodrat müqaviləsinə xitam verilməklə Cavabdeh MMC-nin tikinti sahəsini tam tərk etməsi isə 2020-ci ilin iyul ayının sonuna təsadüf edir. Odur ki, həmin akt tərtib edildiyi vaxtdan Cavabdeh MMC-nin tikinti sahəsini tərk edənədək olan 2 aydan artıq müddət ərzində tikinti sahəsində qalmış əşyaların tərkibinin dəyişməsi - əşyaların bir qisminin tikintidə istifadə edilməsi, yararsız vəziyyətə düşməsi və Cavabdeh MMC tərəfindən başqa tikinti sahələrinə daşınması ehtimalı mövcud olduğundan sözügedən akt əsasında qarşılıqlı iddiaçının tikinti sahəsini tərk edərkən tikintidə saxlanılmış əşyaların tərkibi barədə əsaslı nəticəyə gəlmək mümkün deyil.
30. Məhkəmə qarşılıqlı cavabdeh tərəfindən qarşılıqlı iddiaçıya məxsus əşyaların tərəflərindən saxlanılaraq tikintidə istifadə edilməsi faktının məhkəmə iclasında etiraf edildiyini və həmin əşyaların siyahısının məhkəməyə təqdim edildiyini nəzərə alaraq iddiaçıya məxsus əşyaların tərkibinin və sayının üçüncü şəxsin təqdim etdiyi siyahılara əsasən müəyyən edilməsini mümkün hesab etmişdir.
31. Qarşılıqlı iddia üzrə cavabdehin subpodrat müqaviləsində müqaviləyə birtərəfli qayda xitam verildikdə podratçının subpodratçıya məxsus əşyaları saxlamaq və tikintidə istifadə etmək hüququnun nəzərdə tutulduğuna dair dəlili ilə bağlı qeyd etmişdir ki, müqavilənin 1 saylı Əlavəsinin istinad edilən 10.2.3-cü bəndində podratçının saxladığı avadanlıqlara mülkiyyət hüququnun yaranması nəzərdə tutulmamış, yalnız mübahisəli tikintidə işləri tamamlamaq məqsədilə istifadə etmək hüququna malik olması nəzərdə tutulmuşdur. Odur ki, mübahisəli əşyaların müqavilənin istinad edilən bəndinə əsasən saxlanılması tikinti başa çatdıqdan, yəni həmin əşyaların saxlanılması üçün müqavilə əsası aradan qalxdıqdan sonra sözügedən əşyaların mülkiyyətçiyə geri qaytarılmalı olmasını istisna etmir.
32. Odur ki, məhkəmə hesab etmişdir ki, 2 ədəd 3 -5 m. ölçüdə iskelelər çıxılmaq şərti ilə üçüncü şəxs tərəfindən təqdim edilmiş siyahılarda göstərilən digər əmlaklar - 1 ədədi 350 manat dəyərində olan 32 ədəd iskele 2.3-3.5 m, 1 ədədi 100 manat dəyərində olan 4 ədəd A tipi nərdivan (9 pilləli), 1 ədədi 120 manat dəyərində 4 ədəd A tipi nərdivan (11 pilləli), 1 ədədi 100 manat dəyərində olan 8 ədəd Məngənə (dəzgah tipi), 1 ədəd yararsız vəziyyətdə 380 v. qaynaq aparatı, 1 ədədi 250 manat dəyərində olan 1 ədəd 220 v. qaynaq aparatı, 1 ədəd yararsız vəziyyətdə olan pafta (vitrax), 1 ədədi 1400 manat dəyərində olan 1 ədəd yiv maşını (Rothenberger) , 6 ədəd dn 50 (2”) və 4 ədəd dn 40 (1 ½”) ölçüdə boru açarlar Cavabdeh MMC-yə geri qaytarılmalıdır. Bu zaman nəzərə alınmışdır ki, həm üçüncü şəxs tərəfindən verilmiş arayışlarda, həm tərəflərin nümayəndələrinin imzaladıqları (və qarşılıqlı iddiaçının mübahisələndirmədiyi) xx.xx.2020-ci il tarixli əşyaların siyahısında (malzeme listesində) qaytarılması qət edilmiş əmlaklardan ikisinin - 1 ədəd 380 v. qaynaq aparatı və 1 ədəd paftanın yararsız vəziyyətdə olması göstərilmişdir. Odur ki, həmin əşyalar qarşılıqlı cavabdehin sahibliyinə və istifadəsinə keçdiyi vaxt artıq yararsız vəziyyətdə olduğundan onlar qarşılıqlı iddiaçıya yararsız vəziyyətdə qaytarılmalıdır.
33. Qarşılıqlı iddiaçı qarşılıqlı iddia ərizəsində tutulmasını tələb etdiyi hər bir əmlakın ayrı-ayrılıqda dəyərini göstərməmiş, yalnız ümumi dəyərini göstərmiş, eləcə də tələb etdiyi əmlakların dəyərlərinin iddia etdiyi məbləğdə olmasını sübuta yetirə bilməmişdir. Əşyaların dəyərinin müəyyən edilməsi məqsədilə təyin edilmiş məhkəmə ekspertizasının keçirilməsi tərəflərin qiymətinin müəyyən edilməsi üçün əşyalar barədə zəruri olan məlumatları təqdim etməməsi (qarşılıqlı cavabdeh tərəfindən məhkəmə tərəfindən müəyyən edilmiş müddətdə təqdim edilməməsi) səbəbindən mümkün olmamışdır. Yuxarıda göstərilən halları nəzərə alaraq məhkəmə belə qənaətə gəlmişdir ki, qarşılıqlı cavabdehin qaytarmalı olduğu əmlakların dəyəri də üçüncü şəxsin təqdim etdiyi siyahıda göstərilən məbləğlərdə (yəni qarşılıqlı cavabdehin etiraf etdiyi məbləğlərdə) müəyyən edilməlidir.
34. İstifadə edilmiş əşyalara görə kirayə haqqının tutulması hissəsində qarşılıqlı iddia tələbi ilə bağlı hissədə məhkəmə qeyd etmişdir ki, birincisi, tərəflər arasında bağlanmış subpodrat müqaviləsində həmin müqavilənin 10.2.3-cü bəndinə əsasən subpodratçıya məxsus əmlaklardan podratçı tərəfindən istifadə edilməsinə görə haqq tutulmalı olması nəzərdə tutulmamışdır. İkincisi, qarşılıqlı iddiaçı həmin hissədə iddiasını tərəflər arasında ona məxsus avadanlıq və mal-materialların kirayəyə verilməsinə dair müqavilənin bağlanması ilə əsaslandırsa da, belə bir müqavilənin bağlanmasını sübuta yetirə bilməmişdir. Belə ki, qarşılıqlı iddiaçı tərəfindən həmin halı təsdiq etmək üçün məhkəməyə təqdim edilmiş email yazışmaları və birtərəfli qaydada imzalanmış müqavilə layihəsi yalnız tərəflər arasında sözgedən müqavilənin bağlanması ilə bağlı danışıqlar aparılmasını təsdiq etməklə tərəflərin müqavilənin mühüm şərtləri barədə razılığa gəlməsini , yəni müqavilənin bağlanmasını sübuta yetirmir. Eynilə DSMF borcunun, əlavə işlərinin dəyərinin, işçilərin maaşlarının, iş vaxtından artıq işləməyə görə məbləğlərin, işdənçıxarma ilə bağlı ödəmələrin, eləcə də çəkdiyi digər müxtəlif xərclərin tutulması barədə qarşılıqlı iddia tələblərinə münasibətdə məhkəmə qeyd edir ki, qarşılıqlı iddiaçı həmin hissədə iddia tələblərinin əsası kimi istinad etdiyi halları, yəni podratçının sifarişi ilə tərəfindən əlavə işlər görülməsini, xx.xx.2020-ci il tarixdən müqavilə üzrə tərəfindən görülmüş işlərin saat hesabı olaraq ödənilməsi, çəkilmiş müxtəlif xərclərin (maaş, işdənçıxarma müavinatları, iş vaxtından artıq işlərə görə ödənilən məbləğlər və s, eləcə də subpodratçının DSMF borclarının) isə podratçı tərəfindən ödənilməli olması barədə tərəflər arasında razılaşmanın mövcud olmasını, eləcə də onun tərəfindən yuxarıda göstərilən xərclərin çəkilməsini sübuta yetirə bilməmişdir.
35. İşlərin dəyərindən tutulmuş zəmanət məbləğinin qaytarılması tələbi ilə bağlı qeyd edilmişdir ki, müqavilə üzrə öhdəliklərin icra edilməsinin təminatı kimi müqavilənin 1 saylı Əlavəsinin 4.2-ci bəndinə əsasən hər bir aralıq ödənişin 10% məbləğində zəmanətin subpodratçının aylıq aralıq ödənişindən çıxılması, həmin məbləğdə işlər tamamlandıqdan sonra subpodratçıya ödənilməsi, 10.2.1-ci bəndində podratçının müqaviləyə 1 saylı Əlavəsinin 10.2-ci bəndində göstərilən əsaslarla xitam verildikdə zəmanət məbləğinin ləğv edilə bilməsi (ingilis variantında to be forfeited – götürülməsi, müsadirə edilməsi) nəzərdə tutulmuşdur. Hazırkı halda müqaviləyə podratçı tərəfindən müqavilənin 1 saylı Əlavənin 10.2-ci bəndinin iv yarımbəndində göstərilən əsasla (subpodratçı müqavilənin hər hansı müddəasını pozduqda və ya subpodrat müqaviləsi üzrə öz öhdəliklərini yerinə yetirə bilmədikdə) xitam verildiyindən podratçı 10.2.1-ci bəndinə uyğun olaraq subpodratçı tərəfindən müqavilə üzrə görülmüş işlərin dəyərinin (tərəflərin təsdiq etdiyi sonuncu – 9 saylı aralıq ödəniş sertifikatındə ƏDV xaric 294.155,02 ABŞ dolları məbləğində müəyyən edilmişdir) 10%-i – 29.415 ABŞ məbləğində zəmanət məbləği müqavilənin 1 saylı Əlavəsinin subpodratçıya edilməli olan ödənişdən tutmuşdur.
36. Müqavilə üzrə öhdəliklərin tərəfindən pozulmaması barədə qarşılıqlı iddiaçının dəlillərinə gəldikdə məhkəmə qeyd etmişdir ki, xx.xx.2020-ci il tarixdə qarşılıqlı cavabdeh tərəfindən mübahisəli podrat müqaviləsinə subpodratçının (qarşılıqlı iddiaçının) öhdəlikləri lazımi qaydada icra etməməsi əsası ilə xitam verilməsi barədə qarşılıqlı iddiaçıya bildiriş göndərilsə də, qarşılıqlı iddiaçı tərəfindən həmin bildirişə hər hansı bir etiraz bildirməmiş, müqaviləyə qarşılıqlı cavabdeh tərəfindən birtərəfli qaydada xitam verilməsinin əsaslılığı və qanuniliyi qanunla nəzərdə tutulmuş qaydada mübahisələndirilməmişdir. İkincisi, qarşılıqlı iddiaçı müqaviləyə xitam verilənədək olan dövrdə qarşılıqlı cavabdehin bildirişlərinə cavab məktublarında müqavilə üzrə öhdəliklərinin pozulması faktlarını (işçilərin işi dayandırması və s.) təsdiq etmişdir. Həmin məktublarda qarşılıqlı iddiaçı tikinti işlərində baş verən ləngimələri qarşılıqlı iddiaçı tərəfindən ödənişlərin gecikdirilməsi ilə əlaqələndirsə də, qarşılıqlı iddiaçının istinad etdiyi göstərilən hallar iş materialları ilə öz təsdiqini tapmır.
37. Qarşılıqlı iddia tələbinin forma iki üzrə ödənilməmiş pulun tutulması hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, tərəflərin təsdiq etdiyi sonuncu – 9 saylı aralıq ödəniş hesabatı ilə qarşılıqlı iddiaçı tərəfindən müqavilə üzrə ƏDV xaric 294.155,05 ABŞ dolları məbləğində və müqavilədən kənar ƏDV xaric 73.828,56 ABŞ dolları məbləğində olmaqla cəmi 367.983,58 ABŞ dolları məbləğində işlərin görülməsi təsdiq edilmiş, eyni zamanda işlərin dəyərindən 35.751,13 ABŞ dolları məbləğində xərclərin (podratçı tərəfindən göstərilmiş yemək, su təminatı və d. xidmətlərin dəyərinin) tutulmalı olması razılaşdırılmışdır. Müqavilə şərtlərinə əsasən müqaviləyə subpodratçının təqsiri üzündən vaxtından əvvəl xitam verilməsi ilə əlaqədar görülmüş işlərin 10% - 29415,5 ABŞ dolları subpodratçıya ödənilmiş məbləğdən çıxılmalıdır. Odur ki, tərəflərin təsdiq etdikləri sonuncu aralıq ödəniş hesabatı ilə görülməsi təsdiq edilmiş işlərə görə qarşılıqlı cavabdeh tərəfindən qarşılıqlı iddiaçıya cəmi ƏDV xaric 302.816,95 ABŞ dolları (367.983,58 – 35.751,13-29.415,5) pul vəsaiti ödənilməli idi. Digər tərəfdən qarşılıqlı cavabdeh tərəfindən müqavilə üzrə ƏDV xaric 581848,06 manat (342.263,56 ABŞ dolları) ödəniş edilmişdir ki, həmin məbləğin 75. 638,05 manat (44.492,97 ABŞ dolları) hissəsi bank tərəfindən bank qarantiyasına əsasən qaytarılmışdır. Beləliklə, qarşılıqlı cavabdeh müqavilə üzrə ödənişi cəmi ƏDV xaric 297.770,59 ABŞ dolları (342.263,56-44.492,97) təşkil edir. İşin yuxarıda göstərilən halları ilə öz təsdiqini tapır ki, qarşılıqlı cavabdehin qarşılıqlı iddiaçıya podrat müqaviləsi üzrə görülmüş işlərə görə ƏDV xaric 5.046,36 ABŞ dolları ( 302.816,95 ABŞ dolları - 297.770,59 ABŞ dolları) borcu qalmışdır. Məhkəmə qeyd edilənlərə əsasən belə nəticəyə gəlmişdir ki, qarşılıqlı iddiaçı mübahisəli subpodrat müqaviləsi üzrə tərəfindən görülmüş və dəyəri ödənilməmiş podrat işlərinə görə ƏDV xaric 5.046,36 ABŞ dolları (ƏDV daxil 5.954,70) – manatla ƏDV xaric 8.578,81 manat (ƏDV daxil 10123 manat) məbləğində pul vəsaitinin tutulmasını tələb etməkdə haqlıdır.
38. Mənəvi zərərin ödənilməsi barədə iddia tələbinə münasibətdə isə məhkəmə qeyd etmişdir ki, qarşılıqlı cavabdehin hüquqazidd hərəkətləri nəticəsində qarşılıqlı iddiaçının qanunla qorunan hüquqlarının pozulması faktının müəyyən edilmədiyi, eləcə də qarşılıqlı iddiaçının hüquqi şəxs olmaqla «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli formalaşdırılmış hüquqi mövqeyə uyğun olaraq mənəvi zərərin ödənilməsini tələb etmək hüququna malik olmadığı hazırkı halda mənəvi zərərin tutulmasına dair qarşılıqlı iddia tələbinin təmin edilməsi üçün əsaslar mövcud deyildir.
Apellyasiya instansiyasi məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
39. İlk iddia üzrə iddiaçı qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2(113)- 78/2022 nömrəli qətnaməsinin qismən ləğv edilməsi, ilk iddianın tam təmin edilməsi, Cavabdeh MMC-dən X7 Taahhüt ve Ticaret Anonim Şirketinin xeyrinə 127.497,45 ABŞ dolları məbləğində pulun ödəniş gününə olan rəsmi məzənnəynə uyğun olaraq Azərbaycan manatı ilə tutulması, habelə ödənilmiş 45 manat məbləğində dövlət rüsumunun tutulması, bu məbləğlərin X7 Taahhüt ve Ticaret Anonim Şirketinə ödənilməsi, həmçinin qarşılıqlı iddianın təmin edilməməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir.
40. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2020-ci il tarixində tərəflər arasında 07 nömrəli ödəniş sertifikatı imzalanmışdır. Bu ödəniş sertifikatı və əlavələrində subpodratçının son 35 gün ərzində (xx.xx.2020 – xx.xx.2020) icra etdiyi subpodrat işlərinin həcmi, çeşidləri və dəyəri tərəflər arasında razılaşdırılaraq təsdiq olunmuşdur. Həmin gün tərəflər 07 nömrəli ödəniş sertifikatı ilə yanaşı 08 və 09 nömrəli sertifikatları da imzalamışlar (bax: iş materiallarında 07, 08, 09 nömrəli “X6”ları, İ cild, s. 70-77, 144-145). 08 və 09 nömrəli ödəniş sertifikatlarının hər birində əks olunan 25.000 dollar (cəmi 50.000) məbləğində pul vəsaiti podratçı tərəfindən subpodratçıya ödəniləcək əlavə avans məbləği kimi nəzərdə tutulmuşdur. Əvvəlki ödəniş sertifikatlarından fərqli olaraq, bu ödəniş sertifikatlarının məbləğləri“A) Yapılan imalatların tutarı” sətrində deyil, “F) Sözleşme dışı işler tutarı (varsa)” sətrində qeyd olunmuşdur. Bundan başqa, 08 və 09 nömrəli ödəniş sertifikatlarının əlavələrindəki cədvəlin “ThisİPC” (“Bu AÖŞ”) sütununda bütün iş çeşidlərinin qarşısında onların dəyəri “0” olaraq qeyd olunmaqla hər hansı iş icra edilmədiyi, əksinə, cədvəlin sonuncu sətrində 25.000 dollar məbləğinin “Subpodratçının yekun hesabından çıxılmaq” şərti ilə“Qabaqcadan ödəmə” təyinatı daşıdığı aydın şəkildə görünür. Məhkəmə 08 və 09 nömrəli ödəniş sertifikatlarının hər birində əks olunan 25.000 dollar (cəmi 50.000) məbləğində pul vəsaitinin təyinatı barədə səhv nəticəyə gələrək qeyd etmişdir ki, həmin məbləğlər subpodratçıya onun gördüyü əlavə işlər müqabilində ödənilmişdir. Məhkəmənin belə bir səhv nəticəyə gəlməsinə həmin məbləğin təyinatı ilə bağlı olan çox əhəmiyyətli halların məhkəmə tərəfindən araşdırılmaması səbəb olmuşdur. İlk növbədə qeyd edirik ki, aralıq ödəniş sertifikatlarında avans bölməsi mövcud deyil. Məhkəmənin istinad etdiyi“M) Avans” sətri subpodratçıya ödənilən yaxud hesablanan avans məbləğini deyil, ödənilmiş avans məbləğindən tutmanı əks etdirir. Ümumiyyətlə “M) Avans” sətri hesablamalar bölməsinə deyil, hesablanmış məbləğdən çıxmaları əks etdirən tutmalar bölməsinə aiddir (“Toplam kesintiler tutarı”). Bu səbəbdən avans ödənişi həmin sətirdə əks oluna bilməzdi. Cavabdehin pul tələbinin məhkəmə tərəfindən təmin edilmiş qismi (ƏDV daxil 10.123 manat) hər hansı əlavə sübuta əsaslanmır, sadəcə məhkəmənin işin gerçək hallarını yanlış qiymətləndirməsi ilə müşayiət olunan hesablamasının nəticəsidir. Yuxarıda qeyd olunduğu kimi, məhkəmə podratçı tərəfindən subpodratçıya ödənilmiş 50.000 dollar avans məbləğini sonuncunun borcu kimi deyil, alacağı kimi qiymətləndirmişdir. Bunun nəticəsində subpodratçıya ödənilməli məbləği 50.000 dollar artırmışdır. İddiaçının yuxarıda istinad etdiyi hallara düzgün hüquqi qiymət verilərsə, İddiaçının cavabdehə ödədiyi məbləğ sonuncuya ödənilməli olan məbləğdən 108.048,69 dollar (ƏDV daxil 127.497,45 dollar) artıq olacaqdır ki, bu halda qarşılıqlı iddianın pul tələbi hissəsi üçün heç bir hüquqi əsas qalmır.
41. İlk iddia üzrə cavabdeh qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2(113)- 78/2022 nömrəli qətnaməsinin ilk iddianın təmin edildiyi hissədə ləğv edilərək həmin hissədə ilk iddianın rədd edilməsi barədə, qarşılıqlı iddianın qismən təmin edilən hissələrdə dəyişdirilərək həmin hissələrdə iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
42. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə nəzərə almamışdır ki, tərəflər arasında bağlanmış müqaviləyə görə işi görən tərəf cavabdeh olduğundan və müqavilənin 4.1.5-ci və 4.3-cü bəndinə görə hesab-fakturanı təqdim edən tərəf subpodratçı, yəni cavabdeh olduğundan iddiaçının müqaviləyə zidd formada cavabdehə elektron qaimə göndərməsi həm müqavilənin tələblərinə, həmdə Nazirlər Kabinetinin xx.xx.2017- ci il tarixli 89 nömrəli “Elektron qaimə-faktura forması, tətbiqi, uçotu və istifadəsi” qaydaların tələblərinə ziddir. "xxxx" MMC-nin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair qərarı düzgün tətbiq edilməmişdir. Konstitusiya Məhkəməsinin mövqeyi ondan ibarətdir ki, ... lazımı qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin göndərilməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının təkmilləşdirilməsi üsulu nəzərə alınmaqla... digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsinin ilkin iddiaçının əsası olmayan müqaviləyə və Nazirlər Kabinetinin qərarının tələblərinə zidd formada cavabdehin (bank hesabına) adına elektron vergi-hesab fakturası (qaimə) göndərməsi tamamilə əsassızdır. Məhkəmə nəzərə almamışdır ki, ilkin iddiaçı işi sifariş verən tərəfdir. Sifariş verən tərəf müqavilə əsasında işin cavabdeh tərəfindən icra edilməsinə razılıq vermiş və ƏDV istisna olmaqla görülən işlərə görə hesab-fakturaları aldıqdan 30 gün sonra pulu cavabdehə ödəməyi müqavilə qaydasında razılaşmasına baxmayaraq, cavabdehə eqaimə göndərməklə özünü icraçı qismində göstərir. Cavabdeh ilə aralarında belə bir müqavilə yoxdur. Məhkəmə işin faktiki hallarını və müqavilə normalarını düzgün tətbiq etməmişdir. Məhkəmə nəzərə almalıdır ki, müqavilədə nəzərdə tutulmuş qaydada Nizamı rayonu, H.Əliyev prospekti 105 ünvanında yerləşən Vergilər Nazirliyinə məxsus layihə sahəsində işlər üzrə quraşdırma, tamamlama, müayinə, istismar, istifadəyə vermə ilə əlaqədar müqavilə şərtlərinə uyğun olaraq yüksək mərtəbəli binanın fasad və digər hissələrində işlərin icrası məqsədilə işçilərin iş görməkləri məqsədilə zəruri olan 58 adda avadanlıqlar Cavabdeh MMC tərəfindən kirayə qaydasında istifadəyə qəbul edilmiş əşyalardır. Bu əşyalar tərəflər arasında xx.xx.2019-cu il tarixdə müqavilə bağlandıqdan sonra əraziyə gətirilmişdir. Bu əşyaların podratçıya, yaxud Baş podratçıya heç bir aidiyyəti olmamışdır. Podratçı birtərəfli qaydada xx.xx.2020-ci il tarixdə tərəflər arasında bağlanmış müqaviləni ləğv etdikdən sonra, tikinti işləri sahəsində işlərin görülməsi məqsədilə binaya daxil olma qaydası kart əsasında həyata keçirildiyi üçün, podratçı qarşılıqlı iddia üzrə cavabdeh əraziyə "xxxx" MMC-nin səlahiyyətli şəxsləri buraxmadan, MMC-də işləmiş işçiləri ərazidə işə cəlb etməklə, istifadədə olmuş 58 adda əşyalar da qarşılıqlı iddia üzrə cavabdehin sahibliyində və istifadəsində qalmışdır. Qarşılıqlı iddia ərizəsində 58 adda əşyaların ümumi dəyərinin 115.600 manat məbləğində olduğu göstərilmişdir. Buna baxmayaraq Məhkəmə qətnaməsində qeyd olunur ki, guya əşyaların dəyərləri iddiada qeyd olunmamışdır. Eyni zamanda qarşılıqlı iddia ərizəsində qeyd olunan avadanlıqlara görə aylıq kirayə haqqı məbləğinin 8500 manat olduğu göstərilmişdir. Qarşılıqlı iddia üzrə cavabdeh birtərəfli qaydada müqaviləni ləğv edən zaman, avadanlıqları əmlak sahibinə qaytarmalı olduğu halda, bunu etməmiş və həmin əşyalardan davamlı şəkildə sahədə istifadə etmişdir. Cavabdeh 16 may 2020-ci il tarixdən – 16 oktyabr 2022-ci il tarixə qədər olanmüddət dövründə, yəni 29 ay ərzində əşyalara görə hər ayda 8500 manat olmaqla, cəmi 246.500 manat məbləğində qarşılıqlı iddiaçıya əmlak kirayə haqqı ödəməli halda, bu ödəməmişdir.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
43. İlk iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclaslarında tərəflərindən verilmiş apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.
44. İlk iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclaslarında tərəflərindən verilmiş apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.
45. Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi: 21.1-ci maddə-zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddə-zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
157.2-ci maddə-mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.8-ci maddə-mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 385.1-ci maddə- öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 752.1-ci maddə- podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 759.2-ci maddə- əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
Əsaslandırıcı hissə
Apellyasiya baxışının hədləri
46. Qətnamə iddiaçı və cavabdeh tərəfindən tam mübahisələndirildiyindən tam yoxlanılır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
47. Məhkəmə izahatları dinləyib, apelyasiya şikayətlərinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2(113)-78/2022 nömrəli qətnaməsi ilk və qarşılıqlı iddianın təmin edildiyi hissədə qismən ləğv edilməli, ilk iddia qismən rədd və qarşılıqlı iddia qismən rədd edilməlidir.
48. Məhkəmə kollegiyası ilk öncə qeyd etməyi zəruri hesab edir ki, İddiaçı Türkiyə Respublikasının hüquqi şəxsi olduğundan baxılan mübahisə xarici elementlidir. Tərəflər arasında bağlanmış müqavilənin 17.1-ci bəndində mübahisəyə İsveçdə arbitraj məhkəməsi tərəfindən baxılması nəzərdə tutulsa da Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)-1269/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin mübahisəyə baxmağa səlahiyyətli olması məsələsinə hüquqi qiymət verilmişdir.
49. Məhkəmə kollegiyası eyni zamanda mübahisəyə Azərbaycan Respublikasının qanunvericiliyi əsasında baxılmasının qanuni olub-olmaması məsələsinə də hüquqi qiymət verilməsini zəruri hesab edir. “Beynəlxalq xüsusi hüquq” haqqında Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən xarici elementli mülki hüquqi münasibətlərinə tətbiq olunmalı hüquq bu Qanunla bərabər, həm də digər müvafiq qanunvericilik aktları, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr və ümumi qəbul olunmuş beynəlxalq adətlər, habelə tərəflərin razılığı əsasında müəyyən edilir. 1.3-cü maddəyə əsasən tətbiq ediləcək hüququ müəyyən etmək barədə tərəflərin razılığı aydın ifadə olunmalı və ya bütövlükdə götürülməklə müqavilənin şərtlərindən və işin hallarından bilavasitə irəli gəlməlidir. Hazırkı halda tərəflər arasında bağlanmış müqavilənin 17.1-ci bəndində mübahisəyə İsveçdə arbitraj məhkəməsində baxıldığı təqdirdə mübahisənin İsveç qanunları əsasında həll edilməli olduğu müəyyən edilmişdir. Müqavilədə mübahisəyə tərəflərin olduqları yerin məhkəməsi tərəfindən baxıldığı təqdirdə hansı ölkənin qanunvericliyinin tətbiq ediləcəyi nəzərdə tutulmadığından, o cümlədən iddiaçı iddia ərizəsində Azərbaycan Respublikası qanunvericliyinə istinad etdiyindən və cavabdeh işə Azərbaycan Respublikası qanunvericliyi əsasında baxılmasına etiraz etmədiyindən kollegiya hesab edir ki, Bakı Kommersiya Məhkəməsi işə Azərbaycan Respublikası qanunvericliyini tətbiq etməklə baxmağa haqlı olmuşdur.
50. İşin məhkəmə tərəfindən müəyyən edilmiş mübahisəsiz hallarından göründüyü kimi, İddiaçınin Azərbaycan Respublikasındakı Filialı ilə Cavabdeh MMC arasında bağlanmış 11 noyabr 2019-cu il tarixli 005_ANEL MoT nömrəli subpodrat müqaviləsinə xx.xx.2020ci il tarixdə xitam verilmişdir. Həmin müqavilə üzrə subpodratçıya ƏDV-siz 581848,06 manat pul ödənilmişdir. 51.Müqavilə üzrə iddiaçının ödədiyi avans məbləği ilə birlikdə cavabdehin əvəzinə iddiaçı tərəfindən çəkilmiş xərclərə görə (işçilərin yemək, su təminatı, elektrik enerjisi təminatı, tullantıların daşınması xərcləri və digər xərclərə görə) Cavabdeh MMC-nin İddiaçınə xx.xx.2020-ci il tarixə 116629,40 manat borcu olduğu hər iki tərəfin təsdiq etdiyi üzləşmə aktı ilə təsdiq edilmişdir.
52. Üzləşmə aktı tərtib edildikdən sonra qarantiya vermiş bank "xxxx" ASC tərəfindən cavabdehin öhdəliyi üzrə iddiaçıya 75638,05 manatın (64100,04 manat əsas borc+11538,01 manat ƏDV) ödənildiyi də işin mübahisəsiz halıdır. Belə olan halda müəyyən olunur ki, həmin ödənişdən sonra üzləşmə aktı üzrə cavabdehin iddiaçıya qalıq borcu ƏDV-siz 52529,36 manat (116629,40 -64100,04 ) təşkil etmişdir. Cavabdeh MMC üzləşmə aktını imzalamaqla podratçının onun əvəzinə çəkdiyi xərclərə görə ödəməli olduğu borcu təsdiq etdiyindən həmin xərclərin ondan tutulmalı olmadığına dair hissədə Cavabdeh MMC-nin apellyasiya şikayətinin dəlili əsassız hesab edilir.
53. İşdəki sənədlərə əsasən müəyyən edilir ki, üzləşmə aktı tərtib edildikdən sonra da cavabdeh tərəfindən subpodrat müqaviləsi üzrə işlər görülmüş, tərəflər arasında həmin tarixdən sonra görülmüş işlərlə bağlı 8 və 9 saylı aralıq ödəniş sertifikatı ( “Hakediş raporu”) imzalanmış və cavabdeh tərəfindən iddiaçıya görülmüş işlərin ümumi dəyəri 266752,9 manat (əsas borc 226061,78 manat +40691,12 manat ƏDV) olan 6 ədəd elektron qaimə göndərilmişdir. İşdəki sənədlərə əsasən iddiaçı həmin elektron qaimələri qəbul edərək cavabdehə qaimələr üzrə 233436,39 manat (197827,45 manat əsas borc+35608,94 manat ƏDV) ödəmişdir. Müəyyən edilir ki, iddiaçı cavabdehə üzləşmə aktı tərtib edildikdən sonra 2020-ci ilin may, iyun, iyul ayları üzrə görülən işlərlə bağlı təqdim edilmiş elektron qaimələr üzrə əsas borca görə 28234,33 manat az ödəniş etmişdir. Cavabdehin üzləşmə aktı üzrə iddiaçıya ƏDV-siz 52529,36 manat qalıq borcundan iddiaçının 2020-ci ilin may, iyun, iyul ayları üzrə görülmüş işlərlə bağlı cavabdehə ƏDV-siz 28234,33 manat borcu çıxdıqda müəyyən olunur ki, Cavabdeh MMC-nin onun əvəzinə çəkilmiş xərclər podratçıya qalıq borcu iddia qaldırılan tarixə 24295,03 manat təşkil etmişdir.
54. İş materiallarında iddiaçı tərəfindən göndərilmiş, cavabdeh tərəfindən ləğv edilməsi xahiş edilmiş xx.xx.2020-ci il tarixli, EBAT seriyalı, 711892 nömrəli elektron qaimədən başqa üzləşmə aktı tərtib edildiyi tarixdən sonra iddiaçı tərəfindən Cavabdeh MMC-nin əvəzinə çəkilmiş xərcləri (işçilərin yemək xərci, elektrik enerjisi xərcləri və s ) təsdiq edən mötəbər sübutlar olmadığından, həmin qaimədə isə əsas kimi üzləşmə aktına istinad edildiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır ki, podratçı tərəfindən subpodratçıya üzləşmə aktı tərtib edildikdən sonra xidmələrin göstərildiyi təsdiq olunmur. Buna görə də kollegiyası hesab edir ki, ilk iddia yalnız Cavabdeh MMC-dən 24295,03 manat borcun tutulması hissəsində əsaslı hesab edilməli, mübahisələndirilən qətnamə ilk iddianın və qarşılıqlı iddianın təmin edildiyi hissədə qismən ləğv edilərək ilk iddia Cavabdeh MMC-dən 64283,74 manat pulun tutulması hissəsində də rədd edilməli, o cümlədən qarşılıqlı iddia İddiaçı ƏDV daxil 10.123 manat məbləğində müqavilə üzrə borcun tutulması hissəsində rədd edilməlidir.
55. Birinci instansiya məhkəməsi ilk iddianı ƏDV daxil 88.578,77 manat hissədə təmin edərkən işin aşağıdakı hallarını nəzərə almamışdır: -Üzləşmə aktı tərtib edildikdən sonra Cavabdeh MMC-nin borc öhdəliyi üzrə qarant bank tərəfindən 64100,04 manat əsas borc ödənildiyindən bu məbləğin Cavabdeh MMCnin borcundan çıxılmalı idi. - Tərəflər arasında bağlanmış subpodrat müqaviləsinin 3-cü bəndində subpodrat müqaviləsindəki qiymətlərə əlavə dəyər vergisinin daxil olmadığı, bunun (yəni ƏDV-nin) podratçı (yəni iddiaçı) tərəfindən qarşılanımalı olduğu nəzərdə tutulduğundan müqavilə şərtlərinə əsasən İddiaçınin Cavabdeh MMC-dən ƏDV ödənişi tələb etmək hüququ yoxdur. -Tərəflər arasında xx.xx.2020-ci il tarixli üzləşmə aktı tərtib edilərkən subpodrat müqaviləsinə 01 saylı Əlavənin 4.2-ci bəndinə uyğun tutulmuş 40970 manat zəmanət kəsintisinin məbləği (bu məbləğ müqavilənin 4.2.2-ci bəndinə əsasən yekun tamamlama sertifatı hazırlandıqdan sonra qüsurlar olmadıqda 40 gün ərzində subpodratçıya ödənilməli idi) podratçı tərəfindən subpodratçının borcundan çıxılmış, yəni həmin tarixədək tərəflərin bir-birinə olan öhdəlikləri qarşılıqlı şəkildə əvəzləşdirilmişdir. MM-nin 540.1-ci və 540.2-ci maddələrinə əsasən qarşılıqlı tələblərin əvəzləşdirilməsi yolu ilə onlara xitam verildiyi qeyd edildiyindən subpodratçının zəmanət kəsintisi ilə əvəzləşdirilərək xitam verilmiş borcu yenidən tələb edilə bilməz.
56. Üzləşmə aktından sonra tutulmuş zəmanət kəsintisinin subpodratçıya qaytarılmalı olmadığına dair hissədə isə məhkəmə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin 1 saylı Əlavəsinin 4.2-ci bəndinə əsasən hər bir aralıq ödənişin 10% məbləğində zəmanətin subpodratçının aylıq aralıq ödənişindən çıxılması, həmin məbləğdə işlər tamamlandıqdan sonra subpodratçıya ödənilməsi, 10.2.1-ci bəndində podratçının müqaviləyə 1 saylı Əlavəsinin 10.2-ci bəndində göstərilən əsaslarla xitam verildikdə zəmanət məbləğinin ləğv edilə bilməsi (ingilis variantında to be forfeited – götürülməsi, müsadirə edilməsi) nəzərdə tutulmuşdur.
57. Məhkəmə hesab edir ki, hazırkı halda müqaviləyə podratçı tərəfindən müqavilənin 1 saylı Əlavənin 10.2-ci bəndinin iv yarımbəndində göstərilən əsasla (subpodratçı müqavilənin hər hansı müddəasını pozduqda və ya subpodrat müqaviləsi üzrə öz öhdəliklərini yerinə yetirə bilmədikdə) xitam verildiyindən podratçı üzləşmə aktından sonra tutulmuş zəmanət məbləğini özündə saxlamaq hüququ əldə etmişdir.
58. Məhkəmə kollegiyası eyni zamanda birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşır ki, ilk iddiaçı borcun ABŞ dolları ilə tutulmasını xahiş etsə də cavabdehə göstərilmiş yemək, su təminatı və digər xidmətlər üzrə hesablaşmaların ABŞ dolları ilə aparılmalı olduğuna dair tərəflər arasında razılaşma olmadığından, o cümlədən xidmətlərin göstərilməsi barədə elektron qaimələrdə, eləcə də üzləşmə aktında həmin xidmətlərin dəyəri manatla göstərildiyindən cavabdehdən tutulacaq məbləğin ABŞ dolları ilə müəyyən edilməsi üçün əsasların mövcudluğu müəyyən edilmir.
59. Məhkəmə kollegiyası qarşılıqlı iddianın əmlakların qanunsuz sahiblikdən geri alınması ilə bağlı hissəsində iddianın qismən əsaslı olduğuna dair birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Birinci instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, qarşılıqlı iddia üzrə iddiaçı 58 adda əşyanın cavabdehin istifadəsində qalmasını iddia etsə də, əşyaların tərkibi, sayı və dəyəri barədə mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Tikintidə saxlanılmış əşyaların tərkibi və sayı barədə xx.xx.2020-ci il tarixli tarixli hər iki tərəfin təsdiq etdiyi aktda əşyaların hamısının "xxxx" MMC-yə məxsus olması göstərilməmiş, sənədin sonunda sözügedən əşyaların bir hissəsinin “Anel” tərəfindən tədarük edildiyi qeyd edilmişdir. Buna görə də əşyaların hansı hissəsinin qarşılıqlı iddiaçıya, hansı hissəsinin qarşılıqlı cavabdehə məxsus olmasını müəyyən etmək mümkün olmamışdır. Məhkəmə eyni zamanda düzgün olaraq qeyd etmişdir ki, sözügedən akt xx.xx.2020-ci il tarixdə tərtib edildiyindən, subpodrat müqaviləsinə xitam verilməklə Cavabdeh MMC-nin tikinti sahəsini tam tərk etməsi isə 2 ay sonra, 2020-ci ilin iyul ayının sonuna təsadüf etdiyindən bu müddət ərzində tikinti sahəsində mövcud olan əşyaların tərkibinin dəyişməsinin mükünlüyü ehtimalı nəzərə alınmaqla sözügedən akt əsasında qarşılıqlı iddiaçının tikinti sahəsini tərk edərkən tikintidə saxlanılmış əşyaların tərkibi barədə əsaslı nəticəyə gəlmək mümkün deyil.
60. Avadanlıqların dəyərinin 115.600 manat təşkil etməsi ilə bağlı Cavabdeh MMC-nin özü tərəfindən tərtib edilmiş siyahıdan başqa iş materiallarında hər hansı mötəbər sübut yoxdur. İş materiallarının 4-ci cildinin 41-42-ci vərəqlərinə əlavə edilmiş Cavabdeh MMCnin İddiaçınin filialına ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubunda xx.xx.2020-ci il tarixdən tikinti sahəsində onlara məxsus ümumi dəyəri 16875 manat olan 60 adda avadanlıq, texnika, ləvazimat qaldığı qeyd edilmişdir.
61. Həmin əmlakların Cavabdeh MMC tərəfindən icarəyə götürülməsi barədə müqavilə və bununla bağlı birinci instansiya məhkəməsinə təqdim edilməmiş digər sənədlər MPM-nin 372.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul edilmir. Həmin normaya əsasən yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Cavabdeh həmin sübutları birinci instansiya məhkəməsinə təqdim etməməsinin səbəbini əsaslandıra bilməmişdir.
62. İlk iddia üzrə iddiaçı subpodratçıya məxsus, siyahısı təqdim edilmiş 10 adda avadanlığın onlarda olduğunu etiraf etdiyindən həmin avadanlıqların qarşılıqlı iddia üzrə cavabdehin qanunsuz sahibliyindən alınaraq Cavabdeh MMC-yə verilməsi hissəsində iddia əsaslı hesab edilir.
63. Məhkəmə kollegiyası Cavabdeh MMC-nin qarşı tərəfdən tələb etdiyi maddi və mənəvi ziyana görə pul tələbləri ilə bağlı hissədə qarşılıqlı iddianın əsassız olduğuna dair hissədə birinci instansiya məhkəməsinin qətnamədə qeyd etdiyi əsaslarla (ziyan vurulmasının təsdiq edilməməsi) razılaşır və hesab edir ki, qarşılıqlı iddianın rədd edildiyi hissədə qətnamənin ləğv edilməsi üçün əsaslar olmadığından qətnamə həmin hissədə də dəyişdirilmədən saxlanılmalıdır. Mənəvi ziyanın tutulması barədə qarşılıqlı iddia tələbi ilə bağlı kollegiya əlavə olaraq qeyd edir ki, hüquqi şəxsin tələb etdiyi mənəvi ziyan yalnız qarşı tərəfin hərəkətləri nəticəsində işgüzar nüfuza vurulmuş ziyanla bağlı ola bilər. Hazırkı halda İddiaçı tərəfindən Cavabdeh MMC-nin işgüzar nüfuzuna ziyan vurulduğu müəyyən edilmir.
64. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayətləri qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2(113)- 78/2022 nömrəli qətnaməsi ilk və qarşılıqlı iddianın təmin edildiyi hissədə qismən ləğv edilməli,
65. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:
İddiaçınin və Cavabdeh MMC-nin apellyasiya şikayətləri qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2(113)-78/2022 nömrəli qətnaməsi ilk və qarşılıqlı iddianın təmin edildiyi hissədə qismən ləğv edilsin. İlk iddia Cavabdeh MMC-dən İddiaçı xeyrinə 64283,74 manat pulun tutulması hisəsində rədd edilsin. Qarşılıqlı iddia İddiaçındən Cavabdeh MMC-nin xeyrinə ƏDV daxil 10.123 manat məbləğində pulun tutulması hissəsində rədd edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. İş üzrə ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.