Məhkəmə qərarları › İş №2-2(103)-336/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-336/2023

06.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-336/2023 06.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Hüseynin sədrliyi və məruzəsi ilə, X1 və Mirzə Nəsib oğlu Tağızadədən ibarət tərkibdə, Şükriyyə Vüqar qızı Aydınlının katibliyi ilə, İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə1 və Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul tələbi”nə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 29 aprel tarixli e-2-2(113)-988/2022 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya işinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ

1. İddiaçı ilə cavabdeh arasında bağlanmış 2020-ci il 15 sentyabr tarixli AG-39/20 nömrəli tikintidə subpodrat müqaviləsinə əsasən subpodratçı (cavabdeh), podratçının (iddiaçı) tapşırığı ilə özünün və/və ya podratçının materiallarından və avadanlıqlarında istifadə etməklə, müqavilənin ayrılmaz tərkib hissəsi sayılan əlavələrdə nəzərdə tutulan konkret tikinti, təmir, quraşdırma, sazlama, işəsalma və sair işlərini həmin əlavələrdə müəyyən olunmuş müddətdə mövcud norma və qaydalara, standartlara və müqavilə şərtlərinə uyğun yerinə yetirməyi öz öhdəsinə götürür. Podratçı isə görülmüş işləri təhvil götürməyi və müəyyən edilmiş müddətdə şərtləşdirilmiş qiymətlə haqqını ödəməyi öhdəsini götürür. - Müqavilənin 5.1-ci maddəsinə əsasən işlərin qiyməti Əlavə ilə razılaşdırılır və ödənişi təhvil-təslim aktı əsasında aparılır. - Müqavilənin 5.2-ci maddəsinə əsasən işlər üzrə hesablaşma işlərin hər mərhələsinin qəbulundan sonra bir ay müddətində podratçı tərəfindən subpodratçının bank hesabına köçürülməklə aparılır. - Müqavilənin 5.3-cü maddəsinə əsasən əlavədə başqa ödəniş qaydası da (beh, avans ödəmə, aralıq hesablaşmaları və s.) nəzərdə tutula bilər. Podratçı işlərin qiymətinin 25%-i miqdarında avans yolu ilə subpodratçının ilkin xərclərinin ödənilməsində iştirak edə bilər. Avansın alınması üçün subpodratçı podratçıya avansın 100 % məbləğində bank təminatını təqdim edir. Avans ödənişi üçün verilən təminat avans qaytarılana qədər qüvvədə qalır. Aralıq hesablaşmaların dəyəri işlərin qiymətinin 90 % qədər təşkil edə bilər. Məbləğin son 10%-lik hissəsi obyekt təhvil verilən tarixdən sonrakı 1 il ərzində yarana biləcək çatışmazlıqların podratçının öz qüvvəsi ilə aradan qaldırılmasının təmin edilməsi məqsədi ilə bu müddət ərzində ödənməyəcək və yalnız bu müddət keçdikdən sonra istifadə edilməyəcək məbəğ miqdarında subpodratçıya ödənəcək. - Müqavilənin 6.1-ci maddəsinə əsasən işlərin hər mərhələsinin və yaxud son nəticəsinin qəbulu Tərəflərin görülən işlərin təhvil-təslim aktının imzalanması və subpodratçı tərəfindən 2 saylı Formanın təqdim edilməsi ilə təsdiq edilir. - Müqavilənin 8.2-ci bəndinə əsasən subpodratçı müqavilədə/əlavədə nəzərdə tutulan müddət ərzində işləri təhvil verməzsə, podratçı hər gecikdirilmiş günə görə işlərin qiymətinin 0,1 faizi məbləğində dəbbə pulu ödənilməsini Subpodratçıdan tələb edə bilər.

2. 2020-ci il 15 sentyabr tarixli AG-39/20 nömrəli subpodrat müqaviləsinə 1 saylı əlavədə görüləcək işlərin, təchiz ediləcək mallar və qiymət razılaşma protokolundan görünür ki, tərəflər Gəncə şəhərində, Azərbaycan Bayrağı küçəsindəki 6.23 ha ərazidə yaşayış kompleksinin tikintisi ilə əlaqədar 3 nömrəli 9 mərtəbəli 2 bloklu yaşayış binasının tikintisinin qiymət cədvəli barədə razılığa gəlmiş və görüləcək işlərin ümumi məbləği 911.827,31 manat təşkil edir

3. 2020-ci il 15 sentyabr tarixli AG-39/20 nömrəli subpodrat müqaviləsinə 2 saylı əlavə görüləcək işlərin, təchiz ediləcək mallar və qiymət razılaşma protokolundan görünür ki, tərəflər Gəncə şəhərində, Azərbaycan Bayrağı küçəsindəki 6.23 ha ərazidə yaşayış kompleksinin tikintisi ilə əlaqədar 4 nömrəli 9 mərtəbəli 2 bloklu yaşayış binasının tikintisinin qiymət cədvəli barədə razılığa gəlmiş və görüləcək işlərin ümumi məbləği 911.827,31 manat təşkil edir.

4. 2020-ci il 15 sentyabr tarixli AG-39/20 nömrəli subpodrat müqaviləsinə 3 saylı əlavə - görüləcək işlərin, təchiz ediləcək mallar və qiymət razılaşma protokolundan görünür ki, tərəflər Gəncə şəhərində, Azərbaycan Bayrağı küçəsindəki 6.23 ha ərazidə yaşayış kompleksinin tikintisi ilə əlaqədar 5 nömrəli 9 mərtəbəli 2 bloklu yaşayış binasının tikintisinin qiymət cədvəli barədə razılığa gəlmiş və görüləcək işlərin ümumi məbləği 911.827,31 manat təşkil edir.

5. 2020-ci il 15 sentyabr tarixli AG-39/20 nömrəli subpodrat müqaviləsinə 4 saylı əlavə görüləcək işlərin, təchiz ediləcək mallar və qiymət razılaşma protokolundan görünür ki, tərəflər Gəncə şəhərində, Azərbaycan Bayrağı küçəsindəki 6.23 ha ərazidə yaşayış kompleksinin tikintisi ilə əlaqədar 6 nömrəli 12 mərtəbəli 1 bloklu yaşayış binasının tikintisinin qiymət cədvəli barədə razılığa gəlmiş və görüləcək işlərin ümumi məbləği 832.548,11 manat təşkil edir.

6. 2020-ci il 15 sentyabr tarixli AG-39/20 nömrəli subpodrat müqaviləsinə 5 saylı əlavə görüləcək işlərin, təchiz ediləcək mallar və qiymət razılaşma protokolundan görünür ki, tərəflər Gəncə şəhərində, Azərbaycan Bayrağı küçəsindəki 6.23 ha ərazidə yaşayış kompleksinin tikintisi ilə əlaqədar 7 nömrəli 12 mərtəbəli 1 bloklu yaşayış binasının tikintisinin qiymət cədvəli barədə razılığa gəlmiş və görüləcək işlərin ümumi məbləği 767.621,07 manat təşkil edir.

7. Əsaslı tikinti (dəmir-beton) işlərinin yerinə yetirilmə barədə qrafikindən görünür ki, bu qrafik 2020-ci il 15 sentyabr tarixli AG-39/20 nömrəli subpodrat müqaviləsinin 6 saylı Əlavəsi hesab edilir və müqavilənin ayrılmaz tərkib hissəsidir.

8. İddiaçı MMC ilə Cavabdeh MMC arasında imzalanmış 2020-ci il 15 sentyabr tarixli AG-39/20 nömrəli subpodrat müqaviləsi üzrə 2021-ci il 29 aprel tarixli Üzləşmə aktına əsasən .... smeta üzrə görülən işləri başa çatdırmaqda çətinlik yaranmış, yaranmış çətinliyin aradan qaldırılmasında iddiaçı tərəfindən əlavə olaraq armatur alışı həyata keçirilərək layihə üzrə beton quraşdırma işlərini bitirmək üçün cavabdehə natura şəklində 651,5 ton armatur təhvil verilmişdir. Qeyd edilənlərlə əlaqədar cavabdehin 186 ton armatur və ya hesablaşma gününə həmin miqdarın bir tonu üzrə qiymətinin 186 ton üçün cəmi qədər iddiaçıya borcu yaranmışdır.

9. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə göndərilmiş 2021-ci il 22 yanvar tarixli OD1 nömrəli ödəniş tapşırığına əsasən EBAW 438887 nömrəli elektron qaimə üzrə 11.000 manat, 2021-ci il 22 iyun tarixli OD3 nömrəli ödəniş tapşırığına əsasən EBBD 624353 nömrəli elektron qaimə üzrə 15.000 manat, 2021-ci il 23 iyun tarixli OD3 nömrəli ödəniş tapşırığına əsaəsn EBBD 693024 nömrəli elektron qaimə üzrə 15.000 manat, 2021-ci il 14 iyul tarixli OD9 nömrəli ödəniş tapşırığına əsasən EBBE 854846 nömrəli elektron qaimə üzrə 17.000 manat, 2021-ci il 30 aprel tarixli OD10 nömrəli ödəniş tapşırığına əsasən avans üzrə 5.000 manat, 2020-ci il 21 fevral tarixli 194 nömrəli ödəniş tapşırığına əsasən EBAG 634680 nömrəli elektron qaimə üzrə 6.016,82 manat, 2021-ci il 5 fevral tarixli OD5 nömrəli ödəniş tapşırığına əsasən avans üzrə 7.500 manat, 2021-ci il 7 iyul tarixli OD12 nömrəli ödəniş tapşırığına əsasən EBBE 457805 nömrəli elektron qaimə üzrə 7.813 manat, 2021-ci il 16 iyul tarixli OD9 nömrəli ödəniş tapşırığına əsasən EBBE 854846 nömrəli elektron qaimə üzrə 8.950,68 manat, 2021-ci il 8 fevral tarixli OD1 nömrəli ödəniş tapşırığına əsasən EBAX 155676 nömrəli elektron qaimə üzrə 10.000 manat, 2021-ci il 17 mart tarixli OD3 nömrəli ödəniş tapşırığına əsasən EBAY 861062 nömrəli elektron qaimə üzrə 118.241,06 manat, 2020-ci il 24 dekabr tarixli 737 nömrəli ödəniş tapşırığına əsasən EBAV 299957 nömrəli elektron qaimə üzrə 120.000 manat, 2019-cu il 20 sentyabr tarixli 64 nömrəli ödəniş tapşırığına əsasən İF685930 nömrəli elektron qaimə üzrə 131.857,58 manat, 2020-ci il 20 oktyabr tarixli 01 nömrəli ödəniş tapşırığına əsasən EBAR 364214 nömrəli elektron qaimə üzrə 16.000 manat, 2021-ci il 12 fevral tarixli OD5 nömrəli ödəniş tapşırığına əsasən EBAX 383942, EBAX 155676 nömrəli elektron qaimələr üzrə 182.621,18 manat, 2020-ci il 16 oktyabr tarixli 11 nömrəli ödəniş tapşırığına əsasən EBAR 364214 nömrəli elektron qaimə üzrə 190.000 manat, 2020-ci il 8 sentyabr tarixli 4 nömrəli ödəniş tapşırığına əsasən EBAP 694218 nömrəli elektron qaimə üzrə 200.000 manat, 2020-ci il 15 sentyabr tarixli 05 nömrəli ödəniş tapşırığına əsasən AG 39/20 nömrəli müqavilə üzrə avans qismində 200.000 manat, 2020-ci il 23 oktyabr tarixli 01 nömrəli ödəniş tapşırığına əsasən EBAR 364214 nömrəli elektron qaimə üzrə 233.983,75 manat, 2019-cu il 12 dekabr tarixli 131 nömrəli ödəniş tapşırığına əsasən görülən işlərə görə EVHF İİ 642** İİ ***02 nömrəli elektron qaimələr üzrə 250.000 manat, 2019-cu il 11 sentyabr tarixli 60 nömrəli ödəniş tapşırığına əsasən subpodrat müqaviləsi üzrə 267.569,02 manat, 2020-ci il 24 dekabr tarixli O1 nömrəli ödəniş tapşırığına əsasən EBAV 300683 nömrəli elektron qaimə üzrə 400.000 manat, 2020-ci il 24 dekabr tarixli 736 nömrəli ödəniş tapşırığına əsasən EBAV 300683 nömrəli elektron qaimə üzrə 20.000 manat, 2021-ci il 15 fevral tarixli 807 nömrəli ödəniş tapşırığına əsasən EBAX 478620 nömrəli elektron qaimə üzrə 25.000 manat, 2021-ci il 15 fevral tarixli 807 nömrəli ödəniş tapşırığına əsasən EBAX 478620 nömrəli elektron qaimə üzrə 25.000 manat, 2021-ci il 31 may tarixli 859 nömrəli ödəniş tapşırığına əsasən EBBC 462531 nömrəli elektron qaimə üzrə 30.500 manat, 2021-ci il 5 fevral tarixli OD3 nömrəli ödəniş tapşırığına əsasən EBAP 694218 nömrəli elektron qaimə üzrə 32.500 manat, 2020-ci il 10 aprel tarixli 268 nömrəli ödəniş tapşırığına əsasən İİ 674201 nömrəli elektron qaimə üzrə 40.000 manat, 2020-ci il 12 dekabr tarixli 01 nömrəli ödəniş tapşırığına əsasən EBAT 803447 nömrəli elektron qaimə üzrə 40.000 manat, 2021-ci il 28 aprel tarixli OD1 nömrəli ödəniş tapşırığına əsasən avans qismində 40.000 manat, 2021-ci il 19 yanvar tarixli OD4 nömrəli ödəniş tapşırığına əsasən 32300.47 EBAV 300683 EBAW 324314 nömrəli elektron qaimə üzrə 42.372,88 manat, 2021-ci il 27 aprel tarixli OD4 nömrəli ödəniş tapşırığına əsasən EBBA 815088 nömrəli elektron qaimə üzrə 50.000 manat, 2020-ci il 11 sentyabr tarixli 07 nömrəli ödəniş tapşırığına əsasən EBAP 877240 nömrəli elektron qaimə üzrə 70.000 manat, 2020-ci il 17 iyul tarixli 461 nömrəli ödəniş tapşırığına əsasən İİ 674201 nömrəli elektron qaimə üzrə 92.554,94 manat, 2021-ci il 17 mart tarixli OD1 nömrəli ödəniş tapşırığına əsasən avans qismində 10.000 manat, 2020-ci il 18 sentyabr tarixli 06 nömrəli ödəniş tapşırığına əsasən avans qismində 10.000 manat, 2020-ci il 21 dekabr tarixli 727 nömrəli ödəniş tapşırığına əsasən EBAV 161306 nömrəli elektron qaimə üzrə 100.000 manat, 2020-ci il 23 sentyabr tarixli 03 nömrəli ödəniş tapşırığına əsasən EBAQ 366113 nömrəli elektron qaimə üzrə 100.000 manat, 2020-ci il 25 sentyabr tarixli 01 nömrəli ödəniş tapşırığına əsasən EBAQ 441126 nömrəli elektron qaimə üzrə 100.000 manat, 2020-ci il 29 sentyabr tarixli 03 nömrəli ödəniş tapşırığına əsasən EBAQ 594206 nömrəli elektron qaimə üzrə 100.000 manat, 2020-ci il 17 iyul tarixli 462 nömrəli ödəniş tapşırığına əsasən görülən işlər üzrə 107.445,06 manat, 2020-ci il 24 dekabr tarixli 737 nömrəli ödəniş tapşırığına əsasən EBAV 299957 nömrəli elektron qaimə üzrə 120.000 manat pul köçürülmüşdür.

10. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə 2022-ci il 17 mart tarixli ******* nömrəli ödəniş tapşırığına əsasən AG 39/20 nömrəli müqavilə üzrə avans qismində 200.000 manat, 2022-ci il 17 mart tarixli ******* nömrəli ödəniş tapşırığına əsasən avans qismində 100.000 manat, 2022-ci il 17 mart tarixli ******* nömrəli ödəniş tapşırığına əsasən EBAQ 366113 nömrəli elektron qaimə üzrə 100.000 manat, 2022-ci il 17 mart tarixli ******* nömrəli ödəniş tapşırığına əsasən EBAQ 441126 nömrəli elektron qaimə üzrə 100.000 manat, 2022-ci il 17 mart tarixli ******* nömrəli ödəniş tapşırığına əsasən EBAQ 594206 nömrəli elektron qaimə üzrə 100.000 manat, 2022-ci il 17 mart tarixli ******* nömrəli ödəniş tapşırığına əsasən EBAR 364214 nömrəli elektron qaimə üzrə 190.000 manat, 2022-ci il 17 mart tarixli ******* nömrəli ödəniş tapşırığına əsasən EBAR 364214 nömrəli elektron qaimə üzrə 160.000 manat, 2022-ci il 17 mart tarixli ******* nömrəli ödəniş tapşırığına əsasən EBAR 364214 nömrəli elektron qaimə üzrə 233.983,75 manat, 2022-ci il 17 mart tarixli ******* nömrəli ödəniş tapşırığına əsasən EBAT 803447 nömrəli elektron qaimə üzrə 40.000 manat, 2022-ci il 17 mart tarixli ******* nömrəli ödəniş tapşırığına əsasən EBAV 161306 nömrəli elektron qaimə üzrə (dövlət vəsaiti) 100.000 manat, 2022-ci il 17 mart tarixli ******* nömrəli ödəniş tapşırığına əsasən EBAV 300683 nömrəli elektron qaimə üzrə 400.000 manat, 2022-ci il 17 mart tarixli ******* nömrəli ödəniş tapşırığına əsasən EBAV 300683 nömrəli elektron qaimə üzrə 20.000 manat, 2022-ci il 17 mart tarixli ******* nömrəli ödəniş tapşırığına əsasən 32300.47, EBAV 300683, EBAW 324314 nömrəli elektron qaimə üzrə 42.372,88 manat, 2022-ci il 17 mart tarixli ******* nömrəli ödəniş tapşırığına əsasən EBAW 438887 nömrəli elektron qaimə üzrə 110.000 manat, 2022-ci il 17 mart tarixli ******* nömrəli ödəniş tapşırığına əsasən EBAX 155676 nömrəli elektron qaimə üzrə 10.000 manat, 2022-ci il 17 mart tarixli ******* nömrəli ödəniş tapşırığına əsasən EBAX 383942, EBAC 155676 nömrəli elektron qaimələr üzrə 182.621,18 manat, 2022-ci il 17 mart tarixli ******* nömrəli ödəniş tapşırığına əsasən avans qismində 100.000 manat, 2022-ci il 17 mart tarixli ******* nömrəli ödəniş tapşırığına əsasən EBBA 815088 nömrəli elektron qaimə üzrə 50.000 manat, 2022-ci il 17 mart tarixli ******* nömrəli ödəniş tapşırığına əsasən avans qismində 40.000 manat, 2022-ci il 17 mart tarixli ******* nömrəli ödəniş tapşırığına əsasən avans qismində 5000 manat, 2022-ci il 17 mart tarixli ******* nömrəli ödəniş tapşırığına əsasən EBBC 462531 (dövlət hesabına) nömrəli elektron qaimə üzrə 30.500 manat, 2022-ci il 17 mart tarixli ******* nömrəli ödəniş tapşırığına əsasən EBBD 624353 nömrəli elektron qaimə üzrə 15.000 manat, 2022-ci il 17 mart tarixli ******* nömrəli ödəniş tapşırığına əsasən EBBD 693024 nömrəli elektron qaimə üzrə 15.000 manat, 2022-ci il 17 mart tarixli 102OCAZ21076001D nömrəli ödəniş tapşırığına əsasən EBAY 861062 nömrəli elektron qaimə üzrə 118.241,06 manat, 2022-ci il 17 mart tarixli ******* nömrəli ödəniş tapşırığına əsasən EBAP 694218 nömrəli elektron qaimə üzrə 32.500 manat, 2022-ci il 17 mart tarixli ******* nömrəli ödəniş tapşırığına əsasən avans qismində 7.500 manat pul köçürülmüşdür.

11. İş materiallarındakı 23 ədəd “Yerinə yetirilmiş işlərin qəbul aktları”na əsasən 2020-ci ilin sentyabr ayından 2021-ci ilin fevral ayınadək olan dövrlərdə ƏDV daxil 1.916.961.71 manat məbləğində işlər təhvil alınmışdır (2-ci cild, i.v. 41-128).

12. "xxxx" QSC tərəfindən verilmiş 2022-ci il 27 aprel tarixli arayışa əsasən həmin tarixə armaturun 1 tonunun qiyməti 1320 manat, ƏDV daxil olmaqla isə 1557,60 manat təşkil edir.

13. İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə 2021-ci il 17 dekabr tarixli PM-A/114/2021 nömrəli arayışdan görünür ki, iddiaçı tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 400 manat mediasiyaya dair xərc ödənilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

14. İddiaçı MMC Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, pulu köçürülmüş, lakin görülməmiş və təhvil verilməmiş işlər üçün 671.315 manat, 186 ton armatur çatışmazlığı üzrə 289.926 manat, müqavilə üzrə görülən şlər üzrə nöqsanların aradan qaldırılması üçün çəkilmiş xərclər 193.773 manat, çəkilmiş əlavə nəzarət və digər xərclər üçün 50.000 manat, müqavilənin 8-ci bəndinə müvafiq olaraq 433.565 manat dəbbə pulunun, mediasiya xərcləri və dövlət rüsumu üçün ödənilmiş olan 900 manat pulun, ümumilikdə, 1.584.979 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir (iddia tələbi dəqiqləşdirilmişdir).

15. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında AG-39/20 saylı 2020-ci il 15 sentyabr tarixli Tikintidə subpodrat müqaviləsi imzalanmışdır. Həmin müqavilənin predmetini cavabdeh tərəfindən iddiaçının sifarişi əsasında Gəncə şəhərində, Azərbaycan Bayrağı küçəsindəki 6,23 ha ərazidə yaşayış kompleksinin tikintisi ilə əlaqədar 5 ədəd binada dəmir-beton işlərinin görülməsi, iddiaçının isə bu müqavilənin şərtlərinə uyğun olaraq bu işlər üzrə müvafiq haqqın ödənilməsi münasibətləri təşkil edir. Lakin tikinti zamanı köçürülmüş vəsait hesabına cavabdeh məlum olmayan səbəblərdən tam olaraq dəmir beton konstruksiya işlərini görməmiş və edilən yazılı və şifahi tələblərə baxmayaraq AG-39/20 saylı 2020-ci il 15 sentyabr tarixli müqavilə üzrə yerinə yetirməli olduğu öhdəlikləri tam olararaq icra etməmişdir. İddiaçı tərəfindən köçürülən pul qarşılığında az miqdarda işlər görmüş, həmin işləri isə tam keyfiyyətsiz həyata keçirmişdir. Görüləcək işlər və alınacaq mal material üçün iddiaçı tərəfindən cavabdehə müqavilədə qeyd edilmiş rekvizitlər üzrə 2.502.718 manat pul vəsaiti köçürülmüşdür. Müqavilənin şərtlərinə görə cavabdeh tərəfindən görüləcək işlər müqavilənin Əlavələrində müəyyən olunmuş müddətdə və mövcud normalar, qaydalar, standartlar və bu Müqavilə şərtlərinə uyğun yerinə yetirilməli idi. Müqavilə üzrə cavabdehə Gəncə şəhəri, Azərbaycan Bayrağı küçəsindəki 6,23 ha torpaq sahəsində - 3, 4, 5, 6 və 7 saylı yaşayış binalarının tikintisində beton konstruksiya işləri üçün ümumilikdə 2.502.718,87 manat və ƏDV 450.489,4 manat pul vəsaiti köçürülsə də, cavabdeh tərəfindən öhdəliklər icra edilməmiş, tikinti, quraşdırma və mal-material tam alınmamışdır. Öhdəliklərin icra edilməməsi faktı cavabdeh tərəfindən etiraf edilmişdir. Bundan başqa, öhdəliklərin tam icrası üçün tərəflər arasında razılaşdırılmış son icra müddəti də bitmişdir.

16. Cavabdeh tərəfindən iddia tələbinə qarşı etiraz təqdim edilməmişdir.

17. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 29 aprel tarixli e-2-2(113)-988/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən təhvil verilməmiş işlərə görə 671.315 (altı yüz yetmiş bir min üç yüz on beş ) manat, təhvil verilmiş 186 ton armatura görə 289.926 (iki yüz səksən doqquz min doqquz yüz iyirmi altı) manat, 30.000 (otuz min) manat dəbbə pulu və ödənilmiş 500 (beş yüz) manat məbləğində dövlət rüsumu, ümumilikdə 991.741 (doqquz yüz doxsan bir min yeddi yüz qırx bir) manat məbləğində pul tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir.

18. Birinci instansiya məhkəməsi bildirmişdir ki, iddiaçı armaturun "xxxx" MMC-dən 2020-ci il 1 dekabr tarixli müqavilə əsasında ƏDV ödənilməklə alınıb cavabdehə verildiyini, tərəflər arasında bağlanmış üzləşmə aktına əsasən həmin armatur qaytarılmadıqda, hesablaşma gününə olan dəyərinin ödənilməli olduğunu, hazırda ölkədə əsas armatur istehsalçısının “X4” QSC olduğunu, həmin QSC-dən verilmiş arayışa əsasən 2022-ci il 27 aprel tarixinə armaturun 1 tonunun qiymətinin 1320 manat (ƏDV-siz), 1557,60 manat (ƏDV daxil) olmasının nəzərə alınmasını xahiş etmişdir. Bu hissədə də iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, cavabdehin nümayəndəsi də məhkəmə iclasında armaturun dəyərinin artdığını, hazırda orta bazar qiymətinin 1.500 manat civarında olduğunu, bununla belə, onlardan armaturun hazırkı deyil, təhvil verildiyi vaxtda olan (2021-ci ildə) dəyərinin tələb edilməli olduğunu göstərmişdir.

19. Məhkəmə bununla bağlı bildirmişdir ki, cavabdeh 2021-ci il 29 aprel tarixli üzləşmə aktında 186 ton armatur üçün hesablaşma gününə həmin armaturun bir tonu üzrə qiymətinin 186 ton üçün cəmi qədər iddiaçıya borcunun yarandığını qəbul etmiş, həmin üzləşmə aktı cavabdeh tərəfindən mübahisələndirilməmişdir.

20. Gəldiyi nəticəni birinci instansiya məhkəməsi Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" MMC-nin şikayəti üzrə 2018-ci il 11 iyun tarixli Qərarına, MM-in 462.1, 467, 752.1, 770, MPM-in 77.1, 88-ci maddələrinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 2007-ci il 26 iyul tarixli qərarına, Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” iş üzrə 2008-ci il 6 mart tarixli qərarına istinad etməklə əsaslandırmışdır.

21. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin tamamilə ləğv edilməsi, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

b) Apellyasiya instansiya məhkəməsindəki birinci icraat

22. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 29 iyul tarixli, 2-2(103)-685/2022 saylı qətnaməsi ilə iş üzrə Bakı Kommersiya Məhkəməsinin e-2- 2(113)-988/2022 nömrəli 2022-ci il 29 aprel tarixli qətnaməsi iddia qismən təmin olunan – cavabdehdən təhvil verilməmiş işlərə görə 671.315 manat, 30.000 manat dəbbə pulu və ödənilmiş 500 manat məbləğində dövlət rüsumu, ümumilikdə 991.741 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilmiş, iddia təhvil verilməmiş işlərə görə 671.315 manat və 30.000 manat dəbbə pulunun tutulması hissəsində təmin edilməmiş, qətnamə rədd olunan qalan hissədə və cavabdehdən 186 ton armatura görə 289.926 (iki yüz səksən doqquz min doqquz yüz iyirmi altı) manat məbləğdə pulun tutularaq iddiaçıya ödənilməsi hissəsində dəyişdirilmədən saxlanılmış, dövlət rüsumunun ödəmədiyi 709,29 manat məbləği iddiaçıdan tutularaq dövlət büdcəsinə ödənilmiş, cavabdehin ödədiyi dövlət rüsumu məbləğindən 377,58 manatı iddiaçıdan tutularaq cavabdehə ödənilmiş, cavabdehin apellyasiya şikayəti qismən təmin edilmişdir.

23. İddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 29 iyul tarixli, 2-2(103)-685/2022 saylı qətnaməsinin ləğv edilməsini, iddia tələblərinin tam təmin edilməsinə dair yeni qərar qəbul edilməsini və yaxud işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə geri qaytarılmasını xahiş etmişdir.

24. Cavabdeh kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)-685/2022 saylı, 2022-ci il 29 iyul tarixli qətnaməsinin qismən (iddianın təmin edilmiş hissəsində) ləğv edilməsi və həmin hissədə iddianın rədd edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

Kassasiya instansiyası məhkəməsindəki icraat

25. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2- 2(102)-761/2022 saylı, 27 dekabr 2022-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 29 iyul tarixli 2-2(103)-685/2021 saylı qətnaməsi qismən – cavabdehdən 186 ton armatura görə 289.926 manat pul tutulması hissəsində ləğv edilmiş, iş həmin hissədə yenidən baxılmaq üçün apellyasiya məhkəməsinə göndərilmiş, qətnamə digər hissədə dəyişdirilmədən saxlanılmış, iddiaçının kassasiya şikayəti təmin edilməmiş, cavabdehin kassasiya şikayəti qismən təmin edilmişdir.

26. Ali Məhkəmə işi apellyasiya baxışına qaytararkən qeyd etmişdir ki, cavabdehin kassasiya şikayətinin dəlilləri isə ondan ibarət olmuşdur ki, iddiaçı "xxxx" ASC-yə müraciət edərək, cavabdehin 2020-ci il 15 sentyabr tarixli müqavilə şərtini pozması ilə əlaqədar 2021-ci il 23 aprel tarixli bank qarantiyası üzrə 433.566 manat pulun iddiaçının bank hesabına ödənilməsini xahiş etmiş, bank həmin məbləği iddiaçının hesabına köçürmüşdür. İddiaçı banka ünvanladığı 2021-ci il 23 iyul tarixli müraciət məktubunda pul tutulmasının əsası kimi müqavilə şərtlərinin pozulması ilə yanaşı, 2021-ci il 29 aprel tarixli üzləşmə aktına da istinad etmişdir. Halbuki, məhz həmin akta əsasən həm birinci, həm də apellyasiya instansiyası məhkəmələri cavabdehdən 186 ton armatura görə 289.926 manat pul tutmuşdur. Belə olan halda, iddiaçı üzləşmə aktına əsasən pulu həm bankdan almış, həm də eyni tələblə təkrar məhkəməyə müraciət etmişdir. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin göstərilən dəlili ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsini 671.315 manat məbləğin cavabdehdən tutulması hissəsində ləğv edib, iddia tələbini bu hissədə təmin etməməklə apellyasiya məhkəməsi o nəticəyə gəlmişdir ki, iddia tələbi yalnız cavabdehdən 186 ton armatura görə 289.926 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi hissəsində əsaslıdır. Belə ki, işin məhkəmələr tərəfindən müəyyən edilmiş halına görə 2020-ci il 15 sentyabr tarixli AG-39/20 nömrəli “Tikintidə subpodrat müqaviləsi” üzrə 2021-ci ilin əvvəllərindən etibarən tərəflər arasında qarşılıqlı narazılıqlar artmış, həmin ilin fevral ayından cavabdehin tikinti meydançasından kənarlaşdırılması prosesi başlamış, mart ayında isə cavabdeh işləri tamamilə dayandırmış, bununla da iddiaçı müqavilədən imtina etmişdir. Tərəflər arasında üzləşmə aktı isə cavabdeh tikinti meydançasından kənarlaşdırıldıqdan sonra – 2021-ci il 29 aprel tarixində tərtib olunmuş, həmin aktla tərəflər cavabdehin iddiaçıya həmin tarixə yalnız 186 ton armatur və ya hesablaşma gününə olan qiymət nəzərə alınmaqla, həmin miqdarda armaturun dəyəri qədər borcu yarandığını qəbul etmişlər. Həmin üzləşmə aktında cavabdehin iddiaçıya tərəflər arasında bağlanmış müqavilə üzrə hər hansı digər borcunun olduğu qeyd edilməmişdir. "xxxx" ASC-nin 2021-ci il 23 aprel tarixli qarantiya məktubunda isə qeyd olunur ki, bank tərəflər arasında bağlanmış 2020-ci il 15 sentyabr tarixli müqavilə üzrə cavabdehin öhdəliklərinə görə iddiaçıya 433.566 manatdan artıq olmayan məbləğin ödənilməsinə təminat vermiş və Bank qarantiyası üzrə bank tərəfindən iddiaçıya 2021-ci il 29 iyul tarixdə, üzləşmə aktından 3 ay sonra 433.566 manat ödənilmişdir, işin bu hallarını isə tərəflər mübahisələndirmir. Beləliklə, 2020-ci il 15 sentyabr tarixli müqavilə üzrə bank qarantiyası əsasında iddiaçıya ödənilmiş məbləğ apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə iddiaçının xeyrinə tutulması qət edilən məbləğdən artıq olsa da, iddia tələbini digər hissələrdə əsassız hesab edərək təmin etməyən və üzləşmə aktına və işdəki sübutlara əsasən iddiaçıya yalnız 186 ton armatura görə hesablaşma gününə olan qiymət həddində borcu olduğu nəticəsinə gələn məhkəmənin, sonda bank qarantiyası üzrə ödənilmiş məbləği nəzərə almadan cavabdehdən186 ton armatura görə 289.926 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə gəldiyi nəticə qanuni və əsaslı hesab edilə bilməz. Məhkəmə kollegiyası bir daha qeyd etməyi zəruri hesab edir ki, apellyasiya məhkəməsi iddia tələbini 671.315 manat məbləğdə əsas borc və 30.000 dəbbə pulu hissəsində əsassız hesab edərək rədd etmiş, bununla da cavabdehin iddiaçıya tərəflər arasında bağlanmış müqavilə üzrə 186 ton armaturun dəyərindən başqa digər borcu olmadığı barədə qanuni nəticəyə gəldiyi halda, sonradan həmin nəticəyə zidd mövqedən çıxış edərək hesab etmişdir ki, bank qarantiyası üzrə iddiaçıya ödənilən 433.566 manat məbləğin iddia tələbinin görülməmiş və təhvil verilməmiş işlər üçün 671.315 manat, 186 ton armatur çatışmazlığı üzrə 289.926 manat, müqavilə üzrə görülən işlər üzrə nöqsanların aradan qaldırılması üçün çəkilmiş xərclər üzrə 193.773 manat, çəkilmiş əlavə nəzarət və digər xərclər üçün 50.000 manat və 433.565 manat dəbbə pulundan hansını əhatə etdiyini cavabdeh göstərməmiş, həmin məbləğ birinci instansiya məhkəməsinin qətnaməsi ilə təmin olunan 991.741 manatdan da 2 dəfə azdır. Odur ki, cavabdeh əsaslandıra bilmir və bu işdən də görünmür ki, 2021-ci il 23 aprel tarixli bank qarantiyası üzrə ödənilən məbləğ hansı borca görə ödənilmişdir və məhz hansı qaydada hesablanaraq hazırkı tələbdən çıxılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, bank tərəfindən cavabdehin ümumilikdə müqavilə üzrə 433.566 manatdan artıq olmayan öhdəlikləri üzrə qarantiya verilmiş, tərəflər arasında imzalanmış üzləşmə aktı da 2020-ci il 15 sentyabr tarixli müqavilə üzrə tərtib olunmaqla, məhkəmələr tərəfindən həmin akt üzrə cavabdehdən iddiaçının xeyrinə 289.926 manat məbləğində pul tutulması qət edilmişdir. Cavabdehin artıq 2021-ci ilin mart ayında tikinti meydançasından kənarlaşdırılmasını, tərəflər arasında tərtib edilən üzləşmə aktı ilə cavabdehin iddiaçıya 186 ton armatur və ya hesablaşma gününə olan qiymət nəzərə alınmaqla, həmin miqdarda armaturun dəyəri qədər borcu olmasının təsdiq olunmasını, iddia tələbinin yalnız həmin üzləşmə aktı ilə təsdiq edilən borc hissəsində əsaslı hesab edilməsini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin iddiaçının xeyrinə tutulması qət edilən məbləğin bank qarantiyası əsasında iddiaçıya ödənilmiş məbləğdən çıxılmaması ilə bağlı gəldiyi nəticə, bu barədə sübutlar düzgün qiymətləndirilmədiyi üçün qanuni və əsaslı hesab edilə bilməz. Məhkəmə kollegiyası bu zaman onu da nəzərə alır ki, iş materiallarına əsasən cavabdehin tərəflər arasında bağlanmış subpodrat müqaviləsi üzrə iddiaçıya hər hansı digər borcunun olduğu müəyyən edilmir. Məhkəmə kollegiyası tərəfindən bu hal Mülki Məcəllənin 385, 478-480, 1091, 1092-ci maddələrinin, həmçinin MPM-nin 88 və 217-ci maddələrinin pozuntusu kimi dəyərləndirilir. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2008-ci il tarixli qərarı). “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenunmunun 31 may 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Məhkəmə kollegiyası, cavabdehin kassasiya şikayətinin, 186 ton armaturun bir tonunun 1300 manatdan (2022-ci ilin aprel ayında olan qiymətlə) hesablanmasının əsassız olması”na dair dəlili ilə üzləşmə aktında hesablaşmanın aparıldığı gün mövcud qiymətlər nəzərdə tutulduğu üçün razılaşmır. Beləliklə, işə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən qismən maddi və prosessual hüquq normalarının tətbiqində və sübutların qiymətləndirilməsində səhvə yol verildiyindən, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 29 iyul tarixli 2-2(103)- 685/2021 saylı qətnaməsi qismən – cavabdehdən 186 ton armatura görə 289.926 manat pul tutulması hissəsində ləğv edilərək, iş həmin hissədə yenidən baxılmaq üçün apellyasiya məhkəməsinə göndərilməli, qətnamə digər hissədə dəyişdirilmədən saxlanılmalı, iddiaçının kassasiya şikayəti təmin edilməməli, cavabdehin kassasiya şikayəti qismən təmin edilməlidir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

a) Apellyasiya şikayətinin dəlilləri

27. Məhkəmə görülmüş işlərin təsdiqi kimi cavabdeh tərəfindən təqdim edilmiş sübutlara obyektiv qiymət verməmişdir. Belə ki, cavabdeh tərəfindən görülmüş işlərin təsdiqi kimi təqdim edilmiş elektron qaimələri mötəbər sübut hesab etməmişdir. Nə qədər qəribə səslənsə də qətnamədə birbaşa göstərilir ki, “Cavabdeh tərəfindən iddiaçıya göndərilmiş elektron qaimələr hazırkı iş üzrə öhdəliklərin icrasını təsdiq edən mötəbər sübut kimi qəbul edilə bilməz”. Maraqlıdır ki, məhkəmə iddiaçının “X4” QSC-dən aldığı arayışı mötəbər sübut hesab edərək məhz həmin arayışa əsaslanaraq qətnamə çıxarır, elektron qaimələri isə mötəbər sübut hesab etmir. Halbuki elektron qaimələr və Forma 2lər cavabdeh tərəfindən işlərin görülməsini və təhvil verilməsini təsdiq edən birbaşa və mötəbər sübutlardır. Apellyasiya Məhkəməsinin diqqətinə çatdırmaq istərdik ki, elektron qaimələr üzrə məbləğlər iddiaçı tərəfindən cavabdehin hesabına köçürülmüş cəmi ******* (iki milyon beş yüz iki min yeddi yüz on səkkiz) manat məbləğin hamısını əhatə edir. Belə olan halda işlərin cavabdeh tərəfindən görülməsi təsdiq edilir. Bundan başqa cavabdeh tərəfindən məhkəməyə Forma 2 lər təqdim edilmişdir ki, həmin Forma 2 lər iddiaçı tərəfindən təsdiq edilmişdir. Bu da cavabdeh tərəfindən görülmüş işlərin iddiaçı tərəfindən qəbul edilməsini təsdiq edən sübutlardır. Sonuncu Forma 2 cavabdeh tərəfindən iddiaçıya təqdim edilsə də iddiaçı məlum olmayan səbəbdən onu təsdiq etməmişdir. Sonradan isə cavabdehə bildirmişdir ki, ona təqdim edilmiş sonuncu Forma 2 itmişdir. Beləliklə iddiaçı sonuncu Forma 2 nin təsdiq edilməsindən müxtəlif bəhanələrlə yayınmış, cavabdeh tərəfindən dəmir-beton işləri yekunlaşdırıldıqdan 1 il sonra məhkəməyə müraciət etmişdir. Cavabdehdən 186 ton armatura görə 289926 manatın tutulması da əsassızdır. Belə ki, xx.xx.2021-ci il tarixli üzləşmə aktı iddiaçı ilə cavabdeh arasında həmin dövrdə olan qarşılıqlı etimad əsasında imzalanmış, üzləşmə aktının imzalanmasına səbəb o olmuşdur ki, cavabdeh İddiaçı MMC-nin 186 ton armaturun dəyərini əsas sifarişçidən istəməsi üçün həmin üzləşmə aktı İddiaçı MMC-yə lazımdır. Sonradan isə İddiaçı MMC həmin üzləşmə aktını Cavabdeh MMC-dən pul tələb etmənin əsası kimi istifadə etmişdir. Bu barədə məhkəmə prosesində Cavabdeh MMC-nin direktoru Qanuni nümayəndə2 ətraflı izahat vermişdir. 186 ton armaturun bir tonunun 1300 manatdan (2022-ci ilin aprel ayında olan qiymətlə) hesablanması da əsassızdır. Belə ki, iddiaçı məhkəməyə müraciət etməzdən bir il əvvəl binalarda dəmir-beton işləri görülmüş, həmin dövrdə armaturun bir tonunun qiyməti hər iki tərəfin imza və möhürlə təsdiq etdiyi qəbul aktlarında 935 manat göstərilmişdir. Cavabdehdən 30000 manat dəbbə pulunun tutulması da əsassızdır. Belə ki, cavabdeh tərəflər arasında bağlanmış müqavilə üzrə öhdəliyini tam icra etmiş, müqavilənin hər-hansı şərtini pozmamışdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının qanununun 8.1.4-cü maddəsinə görə iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 390 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi miqdarında, iddia qiyməti 1.000.000 manatdan çox olduqda 1.290 manat + 1.000.000 manatdan yuxarı olan iddia qiymətinin 0,05 faizi (hər bir halda 50.000 manatdan çox olmamaqla) miqdarında dövlət rüsumu ödənilməlidir. Mülki Prosessual Məcəllənin 113.2-ci maddəsinə əsasən iddia tələbləri artırıldıqda, rüsumun kəsir məbləği artırılmış iddia qiymətinə müvafiq olaraq ödənilir. İş materiallarından görünür ki, İddiaçı MMC ilkin olaraq 600000 (altı yüz min) manat məbləğində iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, bunun üçün mediasiya xərcləri (400 manat) daxil 500 manat dövlət rüsumu ödəmişdir. Yəni, cəmi 900 manat pul ödəmişdir. Sonradan iddianın həcmini artıraraq cavabdehdən 1.638.579 (bir milyon altı yüz otuz səkkiz min beş yüz yetmiş doqquz) manat tutulması barədə qətnamə çıxarılmasını xahiş etmiş, lakin artırılmış iddia qiymətinə uyğun olaraq rüsumun kəsir məbləğini ödəməmişdir. Belə ki, 1.635.579 manat məbləğində iddia üçün 1609,29 (bir min altı yüz doqquz manat iyirmi doqquz qəpik) manat dövlət rüsumu ödənilməli olduğu halda, cəmi 900 manat rüsum ödənilmiş, 709,29 (yeddi yüz doqquz) manat dövlət rüsumu ödənilməmişdir. Məhkəmə işin bu halına qiymət verməmişdir. Məhkəmə cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş elektron qaimələrin və Forma 2-lərin işlərin görülməsinin təsdiqi kimi işin faktiki halına qiymət verməməsi. İddiaçının cavabdeh tərəfindən işlərin yekunlaşdırılmasından bir il sonra məhkəməyə müraciət etməsinə baxmayaraq məhkəmənin bir ton armaturun qiymətinin həmin dövr üçün mövcud olan qiymətlə deyil, 2022-ci ilin aprel ayında olan qiymətlə hesablaması. İddianın həcminin kəskin artırılmasına baxmayaraq məhkəmənin dövlət rüsumunun kəsirinin ödənilməməsinə qiymət verməməsi. İddiaçının pretenziyasında 600.000 manat, məhkəmədə isə 1.638.579 (bir milyon altı yüz otuz səkkiz min beş yüz yetmiş doqquz) manat tələb etməsinə qiymət verməməsi.

28. Cavabdeh apellyasiya şikayətinə əlavədə göstərmişdir ki, iş birinci instansiya məhkəməsinin icraatında olarkən xx.xx.2022-ci il tarixdə (hazırlıq iclasında) elektron məhkəmə sistemi vasitəsilə birinci instansiya məhkəməsinə iddiaçının Azərbaycan Beynəlxalq Bankına ünvanladığı xx.xx.2021-ci il tarixli müraciət və məktub, həmçinin Azərbaycan Beynəlxalq Bankının cavabdehə ünvanladığı xx.xx.2022-ci il tarixli məktub təqdim edilmişdir. Qeyd olunan sənədlər elektron məhkəmə sistemində sənədlər siyahısında 23-cüdür. Lakin, birinci instansiya məhkəməsi həmin sənədləri iş materiallarına əlavə etməmiş, qətnamədə də həmin sənədlərə hər hansı münasibət bildirməmişdir. Həmin sənədlərdən görünür kı, iddiaçı Beynəlxalq Banka müraciət edərək cavabdehin tərəflər arasında bağlanmış xx.xx.2020-ci ıl tarixli müqavilə şərtini pozduğunu, buna görə də xx.xx.2021-ci il tarixli bank qarantiyası üzrə 433.566 manat pulun iddiaçının bank hesabına ödənilməsini xahiş etmiş, Beynəlxalq Bank həmin məbləği iddiaçının hesabına köçürmüşdür. Lakın, birinci instansiya məhkəməsi 433.566 manatı iddianın təmin edilmiş hissəsi olan 991.741 manatdan çıxmamışdır. İddiaçı Azərbaycan Beynəlxalq Bankına ünvanladığı xx.xx.2021-ci il tarixli müraciət məktubunda pul tutulmasının əsası kimi müqavilə şərtlərinin pozulması ilə yanaşı xüsusi olaraq xx.xx.2021-ci il tarixli üzləşmə aktına da istinad edilmişdir. Hansı ki, məhz həmin akta əsasən birinci instansiya məhkəməsi cavabdehdən 186 ton armatura görə 289.926 manat pul tutmuşdur. Belə çıxır ki, iddiaçı üzləşmə aktına əsasən pulu həm bankdan almış, həm də təkrar məhkəməyə müraciət edərək məhkəmə yolu ilə əldə etmək istəyir.

b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri

29. Apellyasiya şikayətinə etiraz onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən qeydə alınmış və Nizamnamə əsasında fəaliyyət göstərən İddiaçı Direktor Qanuni nümayəndə1 şəxsində və Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən qeydə alınmış və Nizamnamə əsasında fəaliyyət göstərən Cavabdeh Direktor Qanuni nümayəndə2 şəxsində AG-39/20 saylı 15 sentyabr 2020-ci il tarixli Tikintidə subpodrat müqaviləsi imzalamışlar. Həmin müqavilənin predmetini Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin sifarişi əsasında Gəncə şəhərində, Azərbaycan Bayrağı küçəsindəki 6,23 ha ərazidə yaşayış kompleksinin tikintisi ilə əlaqədar 5 ədəd binada dəmir-beton işlərinin görülməsi, İddiaçı MMC-nin isə bu müqavilənin şərtlərinə uyğun olaraq bu işlər üzrə müvafiq haqqın ödənilməsi münasibətləri təşkil edir. Lakin tikinti zamanı köçürülmüş vəsait hesabına Cavabdeh MMC- məlum olmayan səbəblərdən tam olaraq dəmir beton konstruksiya işlərini görməmiş və AG-39/20 saylı 15 sentyabr 2020-ci il tarixli müqavilə üzrə yerinə yertiməli olduğu öhdəlikləri tam olararaq icra etməmişdir. Məlumat üçün bildirik ki, cavabdeh appelyator Cavabdeh MMCmüqavilə üzrə öhdəlikləri lazımınca icra etməmiş, edilən yazılı və şifahi tələblərə baxmayaraq müqavilə öhdəliklərini icra etməmişdir. Tərəfimizdən köçürülən pul qarşılığında az miqdarda işlər görmüş həmçinin həmin işləri tam keyfiyyətsiz həyata keçirmişdir. Müqavilənin şərtlərinə uyğun olaraq 5.1. və 6.1 maddələrinə əsasən görülən işlər forma 2 əsasında təhvil verilməlidir. Müqavilənin 5.3 maddəsinə əsasən subpodratçıya avans ödəmə və aralıq hesablaşmaları ödənilməsi nəzərdə tutulmuşdur. Müqavilə üzrə Cavabdeh MMC-yə Gəncə şəhəri, Azərbaycan Bayrağı küçəsindəki 6,23 ha torpaq sahəsində - 3, 4, 5 , 6 və 7saylı yaşayış binalarnın tikintisində beton konstruksiya işləri üçün ümumilikdə 2502718,87 ( iki milyon beş yüz iki min yeddi yüz on səkkiz, 87) manat və ƏDV 450489,4 (dörd yüz əlli min dörd yüz səksən doqquz, 4) manat cəmi ******* (iki milyon doqquz yüz əlli üç min iki yüz yeddi) manat pul vəsaiti köçürülsədə cavabdeh tərəfindən öhdəliklər icra edilməmiş və müqavilənin şərtlərinə görə Cavabdeh MMC tərəfindən görüləcək işlər müqavilənin Əlavələrində müəyyən olunmuş müddətdə və mövcud normalar, qaydalar, standartlar və bu Müqavilə şərtlərinə uyğun yerinə yetirilməmiş və təhvil verilməmiş, müqavilə üzrə öhdəliklər tam icra edilməmişdir. Ödənilmiş pul qarşılığında görülüb təhvil verilməyən işlərin cəmi məbləği 568 911 (beş yüz altmış səkkiz min doqquz yüz on bir) manat və 18 % ƏDV 102404(bir yüz iki min dörd yüz dörd) manat cəmi 671315 (altı yüz yetmiş bir min üç yüz on beş) manat həcmində haqlı tələbimizin əsasında qəbul edilmiş ədalətli məhkəmə aktı ilə təmin edilmişdir. Əlavə olaraq Forma 2 lərlə təsdiq edilərək pulu alınmış lakin fakitiki olaraq naməlum səbəblərdən tikintidə istifadə edilməmiş və tikinti ərazisinə gətirilməmiş 186 (yüz səksən altı) ton armatur çatışmazlığı üzrə borc etirafı tərəflər arasında imzalanmış aktla öz əksini tapmışdır. Həmin akta görə 186 ton armatur ya natura şəklində iddiaçıya ödənilməli və ya ödəniş gününə bazar qiyməti ilə iddiaçıya pul şəklində verilməlidir. Məhkəmə aktı qəbul edilən dövrdə Bazar üzrə iri satıcılardan lan Baku Steel də 1 ton armaturun qiyməti 1300 manat civarında olması həmin şirkətin rəsmi cavbı ilə və cavbdehin məhkəmədəki çıxışı zamanı etirafı ilə də öz əksini tapır. Bu da 245700 (iki yüz qırx beş min yeddi yüz) manat və 18 % ƏDV 44226 ( qırx dörd min iki yüz iyirmi altı ) manat cəmi 289926 (iki yüz səksən doqquz min doqquz yüz iyirmi altı) manat həcmində haqlı tələbimizin əsasında qəbul edilmiş ədalətli məhkəmə aktı ilə təmin edilmişdir. Həmçinin müqavilə üzrə görülən işlər üzrə nöqsanların aradan qaldırılması üçün 164 214 (yüz altımış dörd min iki yüz on dörd) manat və 18 % ƏDV 29558(iyirmi doqquz min beş yüz əlli səkkiz) manat cəmi 193773 ( yüz doxsan üç yeddi yüz yetmiş iki ) manat tələbimiz və Qeyd edilən işlər üzrə ezamiyyə, ələvə işçi və s. digər xərclər, həmçinin vaxt itkisi zamanı yaranmış sair xərclər 50.000 (əlli min manat) təmin edilməmişdir. Müqavilənin 8 ci bəndinə müvafiq olaraq dəbbə pulu gecikdirilmiş hər bir gün üçün işlərin qiymətinin 0.1 % lakin 10% dən çox olmamaqla 433565( dörd yüz otuz üç min beş yüz almış beş) manatlıq tələb qismən təmin edilmişdir. MPM ə əsasən Aşağıdakı prosessual hərəkətlərin edilməsi imkanı (müəyyən istisnaların olması şərti ilə) yalnız işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər, yəni hazırlıq iclası mərhələsi ilə məhdudlaşdırılmışdır: - iddianın əsasını və ya predmetini dəyişdirilməsi; - iddia tələbinin həcminin artırılması və ya azaldırlması; Məhz bu hüquqdan istifadə edərək idda həcmi artırılmışdır. Ödənilmiş dövlət rüsumu isə son nəticədə cavbdehdən tutlduğunu və mahiyyət üzrə baxışa heç bir təsirinin olmadığını nəzərə alraq cavdehin bu şikayətini d qətnamənin ləğvi üçün əsas olmasını hesab etmirik. İşdə iştirak edən şəxs iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim edir. Lakin belə bir yazılı etiraz təqdim edilməmişdir. Qanunvericilik məhkəmə səhvlərinin aradan qaldırılmasının təmin edilməsi məqsədi ilə MPM-nin 372.1-ci maddəsində müəyyənləşdirmişdir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki prosessual qanunvericiliyə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması, yaxud düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biridir. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun (MPM-in 385-387-ci maddələri). . Yuxarıda sadalananları nəzərə alaraq hesab edirik ki, şikayət formal xarakter daşıyır və Birinci instansiya məhkəməsi, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmmış, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur

30. Apellyasiya şikayətinə əlavəyə etirazda göstərilmişdir ki, tərəfin təqdim etdiyi qarantiya “bank icra qarantiyasıdır” və müqavilə üzrə öhdəliklərin vaxtında müqavilə şərtlərinə uyğun, norma və standartlara müvafiq təhvil verilməsinin təminatı kimi təqdim edilmişdir. Müqavilə üzrə öhdəliklər (fevral 2021-ci il tarxdə tam yerinə yetirilməli olduğu halda mart ayında işlər müqavilə üzrə 30% i miqdarında icr edilmişdir) beləliklə nə vaxtında nə də standartlara uyğun işlər təhvil verilməmiş və bununla da iddiaçıya xeyli maddi və mənəvi ziyan dəyməklə, işgüzar nüfuzun aşağı düşməsi tərəfdaşları qarşısında pis vəziyyətə düşməsi və əldən çıxan faydaya görə dəymiş ziyanın tələbidir. Bu səbədən “İcra qarantiyası (Performance bond)” təqdim edilən qarantiyanın növü olaraq yalnız işlərin icra edilməsini təminatlayır və qarantiyaların digər növləri ilə qarışdırıla bilməz (Ödəniş qarantiyası (Payment Guarantee); Tender qarantiyası (Bid Bound); Avans ödənişin qaytarılmasına qarantiya (X2); Gömrük qarantiyası (Customs Guarantee)) Bir daha qeyd edək ki, tərəfin istinad etdiyi Beynəlxalq Bank tərəfindən verilmiş İcra qarantiyası (birinci abzasın axırıncı cümləsi) üzrə tələb digər tələblə qarşılaşa bilməz. Armatur üzrə tələb isə cavabdeh tərəfindən ödənilməmiş və bunu təsdiq edən heç bir sənəd mövcud deyildir. Hesab edirik ki, cavbdeh müxtəlif bəhanə və vasitələrlə öhdəliklərinin icrasından yaınaraq əsassız varlanmaya cəhd edir və buna görə də apellyasiya şikayəti və ona edilmiş əlavələr üzrə tələb təmin edilməməli, birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktı qüvvədə saxlanılmalıdır..

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

31. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

32. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

TƏTBİQ EDİLƏN HÜQUQ

33. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

34. 385.2-ci maddəsinə əsasən öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər.

35. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

36. 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

37. 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.

38. 478-ci maddəsinə əsasən qarantiya anlayışı Qarantiyaya əsasən qarant (bank, digər kredit idarəsi və ya sığorta təşkilatı) digər şəxsin (prinsipalın) xahişi ilə prinsipalın kreditoruna (benefisiara) qarantiya öhdəliyinin şərtlərinə uyğun olaraq benefisiar pul məbləğinin ödənilməsi barədə yazılı tələb təqdim etdikdə həmin məbləği ödəyəcəyi barədə yazılı öhdəlik verir.

39. 479.1-ci maddəsinə əsasən qarantiya prinsipialın benefisiar qarşısında öhdəliyini (əsas öhdəliyi) lazımınca icra etməsini təmin edir.

40. 479.2-ci maddəsinə əsasən qarantiya verilməsinə görə prinsipial qaranta şərtləşdirilmiş muzd ödəyir.

41. 480-ci maddəsinə əsasən qarantiyanın əsas öhdəlikdən asılı olmaması Qarantın benefisiar qarşısında qarantiya ilə nəzərdə tutulan öhdəliyi müstəqil öhdəlikdir və icrasının təminatı üçün verildiyi əsas öhdəlikdən, hətta qarantiyada bu öhdəliyə istinad edilsə belə, asılı deyildir.

42. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

43. 759.1-ci maddəsinə əsasən sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir.

44. 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır.

45. 770-ci maddəsinə əsasən yerinə yetirilmiş işin qəbul edilməsi Əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır.” APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

46. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırda qətnamənin qanuniliyinin və əsaslılığının cavabdehdən 186 ton armatura görə 289.926 manat pul tutulması hissəsində yoxlanılması təşkil edir.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

47. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehdən 186 ton armatura görə 289.926 manat pul tutulması hissəsində iddia rədd edilməlidir.

48. "xxxx" ASC-nin 2021-ci il 23 aprel tarixli qarantiya məktubunda qeyd olunur ki, bank tərəflər arasında bağlanmış 2020-ci il 15 sentyabr tarixli müqavilə üzrə cavabdehin öhdəliklərinə görə iddiaçıya 433.566 manatdan artıq olmayan məbləğin ödənilməsinə təminat vermiş və Bank qarantiyası üzrə bank tərəfindən iddiaçıya 2021-ci il 29 iyul tarixdə 433.566 manat ödənilmişdir.

49. xx.xx.2021-ci il tarixli üzləşmə aktına əsasən birinci instansiya məhkəməsi cavabdehdən 186 ton armatura görə 289.926 manat pul tutmuşdur.

50. Birinci instansiya məhkəməsi 433.566 manatı iddianın təmin edilmiş hissəsindən çıxmamışdır.

51. Bank qarantiyasının tarixi xx.xx.2021-ci il, üzləşmə aktının tarixi isə xx.xx.2021-ci il tarixli olsa da, "xxxx" ASC-nin 2021-ci il 23 iyul tarixli müraciət məktubundan görünür ki, pul tutulmasının əsası kimi xx.xx.2021-ci il tarixli üzləşmə aktına istinad edilmişdir.

52. Bank qarantiyası üzrə bank tərəfindən iddiaçıya 433.566 manat ödənildiyi halda, iddiaçı tərəfindən yenidən cavabdehdən 186 ton armatura görə 289.926 manat məbləğin ödənilməsi barədə tələbin təmin edilməsi, cavabdeh tərəfindən həmin məbləğin təkrarən ödənilməsinə gətirib çıxaracaqdır.

53. Birinci instansiya məhkəməsinin bank qarantiyası üzrə ödənilmiş məbləği nəzərə almadan cavabdehdən 186 ton armatura görə 289.926 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə gəldiyi nəticə qanuni və əsaslı hesab edilə bilməz.

54. Məhkəmə kollegiyası bu zaman onu da nəzərə alır ki, iş materiallarına əsasən cavabdehin tərəflər arasında bağlanmış subpodrat müqaviləsi üzrə iddiaçıya hər hansı digər borcunun olduğu müəyyən edilmir.

55. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında tərtib edilən üzləşmə aktı ilə cavabdehin iddiaçıya 186 ton armatur və ya hesablaşma gününə olan qiymət nəzərə alınmaqla, həmin miqdarda armaturun dəyəri qədər borcu olması təsdiq olunduğundan, iddia tələbinin yalnız həmin üzləşmə aktı ilə təsdiq edilən borc hissəsində əsaslı hesab edildiyindən, həmin məbləğ isə Bank qarantiyası üzrə bank tərəfindən iddiaçıya ödənildiyindən, cavabdehdən 186 ton armatura görə 289.926 manat pul tutulması hissəsində iddia tələbi rədd edilməlidir.

56. Məhkəmə kollegiyası, cavabdehin apellyasiya şikayətinin, 186 ton armaturun bir tonunun 1300 manatdan (2022-ci ilin aprel ayında olan qiymətlə) hesablanmasının əsassız olması”na dair dəlili ilə üzləşmə aktında hesablaşmanın aparıldığı gün mövcud qiymətlər nəzərdə tutulduğu üçün razılaşmır.

57. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, Cavabdeh MMC-nin apellyasiya şikayəti təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 29 aprel tarixli e-2- 2(113)-988/2022 saylı qətnaməsi qismən – cavabdehdən 186 ton armatura görə 289.926 manat pul tutulması hissəsində ləğv edilməli, iddia tələbi həmin hissədə təmin edilməməlidir.

58. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

Cavabdeh MMC-nin apellyasiya şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 29 aprel tarixli e-2-2(113)-988/2022 saylı qətnaməsi qismən – cavabdehdən 186 ton armatura görə 289.926 manat pul tutulması hissəsində ləğv edilsin. İddia tələbi həmin hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasısı vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasısına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Aida Hüseyn Hakimlər: Günay Axundova Mirzə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar