Məhkəmə qərarları › İş №2-2(103)-345/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-345/2025

14.03.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-345/2025 14.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı Sığorta Şirkəti ASC-nin cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X5rşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X6 Əliyevanın sədrliyi və məruzəsi ilə, X1 və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, iddiaçının nümayəndəsi Nümayəndə2 iştirakları ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-1016/2025 saylı qətnaməsindən İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları:

1. 129924 nömrəli sığorta aktına görə xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Məhəmməd Hadi küçəsində yerləşən Məmmədov Məmməd Qara oğluna məxsus daşınmaz əmlaka susızma nəticəsində zədələnmişdir. Dəymiş zərərin məbləği 1200 manat, sığorta ödənişinin məbləği isə 250 manat franşiza və 0,12 manat bərpa məbləği çıxılmaqla 949,88 manat müəyyən edilmişdir.

2. 13.05.2024-cü il tarixli ödəniş tapşırığı ilə Məmmədov Məmməd Qara oğluna 949,88 manat məbləğində ödəniş edilmişdir.

3. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışa görə ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 35,70 kv.m olan qeyri-yaşayış sahəsi Məmmədov Məmməd Qara oğlunun mülkiyyətindədir (qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2022).

4. "xxxx" MMMC tərəfindən Məmmədov Məmməd Qara oğluna verilmiş arayışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 35,70 kv.m olan qeyri-yaşayış sahəsinə yuxarı 2-ci mərtəbədə 92-ci mənzilin su borcunun olması ilə bağlı "xxxx" ASC-yə məxsus işçilər tərəfindən su borusunun plomblanması zamanı su axması baş vermişdir.

5. 01.05.2023-cü il tarixli əmlak hadisəsi nəticəsində zədələnmə ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata görə ünvan 1 ünvanında yerləşən əmlaka dəymiş zərərin cəmi məbləği 1200 manat təşkil edir.

Birinci instansiya məhkəməsindəki icraat:

6. İddiaçı Sığorta Şirkəti ASC cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X5rşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 949,88 manat məbləğində dəymiş zərər, ödənilmiş 30 manat dövlət rüsumu və 0,40 manat qəpik xidmət haqqının cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə Məmmədov Məmməd Qara oğluna məxsus olan ünvan 2 ünvanında yerləşən əmlaka "xxxx" ASC-nin işçiləri tərəfindən su borusunun blomplanması zamanı su axması nəticəsində zərər dəymişdir. "xxxx" MMC-nin təqdim etdiyi arayışda "xxxx" ASC-nin işçiləri tərəfindən su borusunun blomplanması zamanı Məmmədov Məmməd Qara oğluna məxsus olan ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə suyun axıdılması faktı öz əksini tapmışdır. Hadisə nəticəsində əmlakın zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabatında əmlaka dəymiş zərərin məbləği 1200 manat məbləğində müəyyən edilmişdir. İddiaçı Sığorta Şirkəti” ASC öz növbəsində dəymiş zərəri aradan qaldıraraq, ünvan 2 mənzilin sahibinə 250 manat azadolma məbləği və 0,12 qəpik bərpa məbləği çıxmaqla, 949.88) manat məbləğində sığorta ödənişi həyata keçirmişdir. Hesab edilir ki, 949,88 məbləğində sığorta ödənişi cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X7 İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulmalıdır.

8. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Etiraz onunla əsalandırılmışdır ki, iddiaçı "xxxx" SŞ ASC iddia ərizəsində sözügedən ünvanda baş vermiş su basma hadisəsi ilə bağlı sığorta ödənişini cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X7 tələb etmişdir. Qeyd olunan su basma hadisəsi ilə bağlı ümumi məlumat versə də, həmin hadisənin “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X11 ilə bağlılığına dair heç bir sübut təqdim etməmişdir. Bildirilir ki, 29 aprel 2024-cü il tarixində Məmmədov Məmməd Qara oğluna məxsus olan ünvan 2 ünvanında yerləşən əmlaka su axıdılması faktı ilə bağlı hər hansı bir məlumat idarəyə daxil olmamışdır.

10. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-1016/2025 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir.

11. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, qüvvədə olan qanunvericiliyə müvafiq olaraq cavabdehin vurulmuş maddi ziyana görə məsuliyyət daşıması üçün onun iddiaçıya birbaşa və ya zərər vurulması ilə nəticələnən hüquqa zidd əmələ təqsirli şəkildə yol vermiş olması tələb olunur. Hazırkı halda iddiaçı cavabdehin təqsiri nəticəsində ona maddi zərər vurulduğunu iddia etsə də, MM-in 21-ci maddələrində göstərilən halların mövcudluğunu əsaslandıra bilməmiş, ona ziyan vurulması faktı və dəymiş zərər barədə məhkəməyə müvafiq sübutları təqdim edə bilməmişdir. Belə olan halda məhkəmə hesab etmişdir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, M.Məmmədov ona məxsus daşınmaz əmlakla bağlı İddiaçı Sığorta Şirkəti ASC ilə xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək sığorta müqaviləsi bağlamış, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində sığorta hadisəsi (subasma) baş vermiş, hadisə nəticəsində sığortalının mülkiyyətində olan obyektə 1200 manat zərər dəymiş, həmin zərərə görə iddiaçı tərəfindən sığorta müqaviləsinin şərtlərinə əsasən 250 manat azadolma məbləği və 0,12 manat bərpa məbləği çıxılmaqla, ümumilikdə 949,88 manat məbləğində sığorta ödənişi ödənilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetin 21 dekabr 2012-ci il tarixli, 345a Sərəncamına əsasən “Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 iyul tarixli 586 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının idarə edilməsinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramı”na əsasən su təchizatı, kanalizasiya şəbəkəsi və qurğularının idarə edilməsi məqsədi ilə Nazirlik, Komitə, şəhər, rayon icra hakimiyyəti orqanları və digər aidiyyəti dövlət təşkilatlarının balansında olan xarici su təchizatı və kanalizasiya şəbəkə qurğuları və həmin təşkilatların mənzil fondunda olan çoxmənzilli yaşayış binalarının daxili su təchizatı və kanalizasiya sistemləri "xxxx" Açıq Səhmdar Cəmiyyətinin balansına verilmişdir. “Sudan istifadə qaydaları”nın 2.1-ci bəndinə əsasən balansında olan su təchizatı və kanalizasiya sistemlərinin və qurğularının lazımi səviyyədə istismarı, təmiri, saxlanması və mühafizəsini təmin etmək cavabdehin vəzifəsidir. Belə ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli arayışa əsasən sığortalı M.Məmmədovun qeyri-yaşayış sahəsinə su axmasına səbəbin həmin sahənin üstündə yerləşən mənzilin su xəttinin plomblanmasının olması göstərilmişdir. İddiaçı həmin hadisənin cavabdehin əməkdaşlarının təqsirli hərəkətləri nəticəsində baş verdiyini iddia etsə də, bununla bağlı hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, ünvan 2 ünvanında yerləşən əmlaka suyun axıdılmasında cavabdehin təqsirli olması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Bu səbəbdən dəymiş zərərin cavabdehdən tələb edilməsi barədə iddia tələbi əsassızdır və təmin edilməməlidir.

12. İddiaçı Sığorta Şirkəti ASC həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri:

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən əmlakda baş verən hadisəyə səbəb su borusunun plomplanması zamanı su axması olmuşdur. Sözügedən hadisə ilə bağlı su borusunun blomplanması zamanı su axması faktı "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin X3 sədri tərəfindən imzalanmış İddiaçı Sığorta Şirkəti ASC-yə təqdim olunan 596 saylı, xx.xx.2024-cü il tarixli arayışında öz əksini tapmışdır. Həmçinin birinci instansiya məhkəməsinə zərərçəkən şəxslə İddiaçı Sığorta Şirkəti ASC arasında bağlanmış müqavilə iş materiallarına əlavə edilərək (RAT ********** nömrəli şəhadətnamənin) təqdim edilmişdir. Eyni zamanda Bakı Kommersiya Məhkəməsi 2-2(113)-1016/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsində iddiaçının maddi zərərin vurulduğu faktını və dəymiş zərər barədə məhkəməyə sübutlar təqdim edilmədiyini bildirsə də, lakin İddiaçı Sığorta Şirkəti ASC əmlakda görülmüş işlər və dəyişdirilmiş materiallar barədə məlumatların əks olunduğu “Əmlak hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə” hesabatı iş materiallarına əlavə etmişdir. Bildirmək istərdi ki, hesabat qiymətləndirmə sahəsində təcrübəsi olan qiymətləndirici mütəxəssis tərəfindən su basmış mənzilə vizual baxış keçirilməklə tərtib edilmişdir. “İcbari Sığortalar Haqqında” Azərbaycan Respublikası Qanunun 17-ci maddəsində sığorta ödənişinin verilməsi üçün tələb olunan sənədlərin sıyahısında 17.1.4. bu Qanunun Xüsusi bölməsində ayrı qayda nəzərdə tutulmamışdırsa, sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları (hadisənin baş vermə vaxtı, yeri, hadisəsinin baş verməsində təqsirli olan və (və ya) zərərçəkən şəxs (şəxslər), həmçinin zərər dəymiş əmlak, zərərin xüsusiyyətləri) barədə səlahiyyətli orqanın təqdim etdiyi arayış (o cümlədən elektron formada); 17.1.5. müvafiq hallarda sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi nəticəsində əmlakın zədələnməsi, məhv olması və ya hər hansı digər formada itkisi ilə bağlı zərərin məbləğini təsdiqləyən sənəd və.s sənədlər sığortaçıya təqdim olunmuş və bunun əsasında sığorta ödənişi həyata keçirilmişdir. Qanunla tələb olunmuş sənədlər məhkəməyə təqdim olunsa da, birinci instansiya məhkəməsi onları sübut kimi hesab etməmiş və onunla əsaslandırmışdır ki, hadisənin cavabdehin əməkdaşlarının təqsirli hərəkətləri nəticəsində baş verməsi ilə bağlı sübut məhkəməyə təqdim edilməmişdir. Qeyd edir ki, daşınmaz əmlakla bağlı baş verən sığorta hadisələrinin faktı müvafiq səlahiyyətli qurumun arayışı və ya aktı əsasında təsdiq edilir və zərərvuran şəxs (delikt törətmiş şəxs) buna əsasən müəyyən edilir. Belə nəticəyə gəlmək olar ki, birinci instansiya məhkəməsi iş materiallarında olan sübutları düzgün araşdırmamış, işin hallarına düzgün qiymət verməmiş və bununla da yalnış nəticəyə gələrək qətnamədə yalnız müvafiq sübutların təqdim edilmədiyini əsas gətirmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

14. Apellyasiya şikayətinə yazılı etiraz təqdim edilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları:

15. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinə əlavənin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini, qətnamənin ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etdi.

16. Cavabdeh məhkəmənin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Odur ki, məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq:

17. Mülki Məcəllənin: -385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. -21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. -936.1-ci maddəsinə görə subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. -936.2-ci maddəsinə görə faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. -1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). -1096.2-ci maddəsinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. -1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

18. Mülki Prosessual Məcəllənin: -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1- 119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.

Apellyasiya baxışının hədləri

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

20. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

21. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin və apellyasiya şikayətinə dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia təmin edilmədiyindən və həmin qətnamə iddiaçı tərəfindən bütövlükdə mübahisələndirildiyindən qətnamənin əsaslığı tam yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

23. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı Sığorta Şirkəti ASC ilə Məmmədov Məmməd Qara oğlu sığorta müqaviləsi bağlanaraq sonuncuya məxsus Bakı şəhəri,Məhəmməd Hadi küçəsində yerləşən daşınmaz əmlak xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək müddətə daşınmaz əmlakın icbari sığortası növü üzrə sığortalanmışdır. Həmin müqavilənin qüvvədə olduğu müddət ərzində sığorta hadisəsi (subasma) baş vermiş, hadisə nəticəsində sığortalının mülkiyyətində olan obyektə dəymiş zərər iddiaçı tərəfindən 1200 manat məbləğində qiymətləndirilməklə həmin zərərə görə sığorta müqaviləsinin şərtlərinə əsasən 250 manat azadolma məbləği və 0,12 manat bərpa məbləği çıxılmaqla, ümumilikdə 949,88 manat məbləğində sığorta ödənişi ödənilmişdir. Hazırda iddiaçı 949,88 manat məbləğində sığorta ödənişinin subroqasiya qaydasında cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X7 tutulmasını tələb edir.

24. Hazırkı iddianın qanuni əsasını Mülki Məcəllənin 1096.1, 1097.1 və 936-cı maddələri təşkil edir.

25. Mülki Məcəllənin 936-cı maddəsinin məzmunundan da göründüyü kimi sığorta münasibətlərində subroqasiya dedikdə sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu zərərin əvəzinin ödənilməsini tələb etmək hüququnun subroqasiya qaydasında sığorta ödənişini vermiş sığortaçıya keçməsi başa düşülür.

26. Beləliklə, subroqasiya qaydasında tələb hüququnun yaranması üçün zərərçəkmiş şəxs zərərvuran şəxsə və ya onun əməllərinə görə məsuliyyət daşıyan digər şəxsə qarşı zərərin ödənilməsini tələb etmək hüququna malik olmalı və həmin tələb hüququ sığortaçının zərərçəkmiş şəxsə zərərin kompensasiyası olaraq sığorta ödənişini ödəməsi nəticəsində sığorta ödənişi həddində sığortaçıya keçməlidir.

27. Odur ki, subroqasiya qaydasında pul tələblərinə baxılarkən məhkəmə tərəfindən ilk növbədə sığorta hadisəsi nəticəsində dəymiş zərərə görə məhz cavabdehin mülki məsuliyyət daşıması, yəni zərərçəkmiş şəxsin cavabdehə qarşı zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olması müəyyən edilməlidir.

28. Hazırkı halda isə subasma hadisəsinin cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X11 tərəfindən törədilmiş təqsirli, hüquqa zidd əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində baş verməsi iş materialları ilə öz təsdiqini tapmır.

29. Belə ki, iddiaçı baş vermiş subasma hadisəsinə görə cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X8 məsuliyyət daşımasını sübuta yetirmək üçün "xxxx" MMMC tərəfindən tərtib edilmiş sığortalı M.Məmmədovun qeyri-yaşayış sahəsinə su axmasına səbəbin həmin sahənin üstündə yerləşən mənzilin su xəttinin cavabdehin işçiləri tərəfindən plomblanmasının olması barədə xx.xx.2024-cü il tarixli arayışı məhkəməyə təqdim etmişdir ki, həmin arayış cavabdehin nümayəndələrin iştirakı olmadan birtərəfli qaydada tərtib edilmiş sənəd olmaqla hadisənin cavabdehin işçilərinin təqsirli hərəkələri nəticəsində baş verməsinin məhkəmə tərəfindən müəyyən edilməsi üçün yetərli hesab edilmir.

30. Beləliklə, mübahisəli subasma hadisəsi nəticəsində dəymiş zərərə görə cavabdehin məsuliyyət daşımalı olması iş materialları ilə öz təsdiqini tapmadığından birinci instansiya məhkəməsi iddianı rədd etməkdə haqlı olmuşdur.

31. Məhkəmə kollegiyası məhkəmə xərclərinə münasibətdə qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

32. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

İddiaçı Sığorta Şirkəti ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-1016/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti üçün ödənilmiş rüsum iddiaçıya aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Leyla Əliyeva

Hakimlər: Təranə Mahmudova

Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar