Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-353/2024 19.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X6 Şirinovun sədrliyi və məruzəsi ilə, X5 və Zamin Vəliyəddin oğlu İbrahimovdan ibarət tərkibdə, Eyvazlı Aytac Rafael qızının katibliyi ilə, İddiaçının nümayəndəsi Vəkilov Moşu Ramiz oğlunun, nümayəndəsi və vəkili Vəkil1, direktoru X3 iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pulun tutulması tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-862/2023 nömrəli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən 215.668,70 manat məbləğində borcun və ödənilmiş 400 manat mediasiya sessiyası üçün ödənilmiş rüsumun və 100 manat məbləğində dövlət rüsumunun, cəmi 216.168,70 manat məbləğində pulun tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, ərizənin nəzərə alınmasını xahiş etmiş və ərizədə qeyd etmişdir ki, iddiaçı ilə cavabdeh arasında MN-21- 02-04 nömrəli xx.xx.2021-ci il tarixli və LD-MN-SA2-22-02 nömrəli, xx.xx.2022-ci il tarixli 2 müqavilə imzalanmış və həmin müqavilələr üzrə iddiaçı tərəfindən işlər görülmüşdür. LD-MN-SA2-22-02 nömrəli müqaviləyə əlavələr üzrə görüləcək işlərə görə ödəniləcək məbləğ 191.514 manat müəyyən olunmuş, lakin sonradan əlavə olaraq işlər həyata keçirildiyinə görə xx.xx.2022-ci il tarixli 01 nömrəli düzəlişə əsasən müqaviləyə əsasən real olaraq həyata keçirilmiş işlərin siyahısı və həmin işlərə görə ödənilməli olan 213.591,80 manat məbləğ müəyyən edilərək "xxxx" MMC-yə göndərilmişdir. Həmin müqavilə üzrə "xxxx" MMC tərəfindən 51.000 manat pul və 9.180 manat ƏDV ödənilmiş, qalan 153.411,80 manat məbləğin ödənilməsindən isə imtina edilmişdir. Bundan başqa tərəflər arasında imzalanmış MN-21-02-04 nömrəli müqavilə üzrə nəzərdə tutulmuş bütün işlər iddiaçı tərəfindən heyata keçirilib təhvil verildikdən sonra "xxxx" MMC-nin sifarişinə əsasən İddiaçı MMC tərəfindən müəyyən işlər görülüb təhvil verilmiş, lakin cavabdeh tərəfindən yerinə yetirilmiş işlərə görə ödənilməli olan 62.256,88 manat məbləğ iddiaçının hesabına ödənilməmişdir. Hər iki müqavilə üzrə cəmi 215.668,70 manat məbləğində pul ödənilməmiş qalmışdır.
3. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-862/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir.
4. Cavabdeh MMC apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-862/2023 nömrəli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
a) Apellyasiya şikayətinin dəlilləri
5. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəməyə Bakı Kommersiya Məhkəməsinin 15 may 2023-cü il tarixli, 2-2(113)-1113/2023 saylı qətnaməsini iddiaçı tərəfindən təqdim edilməmişdir. Həmin qətnamə ilə tərəflər arasında podrat müqavilələrinə və yaranmış borc münasibətlərinə hüquqi qiymət verilmişdir. İddiaçı Bakı Kommersiya Məhkəməsinin 15 may 2023-cü il tarixli, 2-2(113)-1113/2023 saylı mülki iş üzrə təqdim edilmiş sənədləri təkrarən təqdim edərək məhkəməyə yanlış məlumatlar verərək cavabdeh tərəfindən iddiaçıya borc olmasını göstərmişdir. Lakin, məhkəmə (hakim Leyla Əliyeva) mülki işi ətraflı araşdırılmasını təmin etməmiş və 13 dekabr 2023cü il tarixli məhkəmə iclası təyin edilməsi barədə heç bir bildiriş cavabdehə təqdim etməmiş, elektron kabinetə yerləşdirməmişdir. Məhkəmə (hakim Leyla Əliyeva) qərəzli olaraq işin araşdırılmasını təmin etməyərək iddia tələbinin təmin etmişdir. Məhkəmyə təqdim edilmiş forma 2 bundan əvvəlki Bakı Kommersiya Məhkəməsinin icraatında olan iş üzrə tğəqdim edilmiş forma 2-lərdir. Məhkəmə ekspertiza təyin etmiş və ekspertiza rəyi ilə tikinti işləri 71.620,50 manat müəyyən edilmişdir. Buna baxmayaraq, məhkəmə qətnamə ilə 215.668,70 manat məbləğində pul vəsaitini cavabdehdən iddiaçının xeyrinə tutmuşdur. Qətnamədə göstərilmiş Şəki rayonu Çələbixan qəsəbəsində yerləşən X14 Məntəqəsində ekspert baxış keçirməmiş və həmin ərazidə hər hansı işlər görülməmişdir. Ekspertiza rəyində həmin əraziyə baxış keçirilməsi və görülmüş tikinti işlərin hər hansı fotoları göstərilməmişdir. Məhkəmə bu halları nəzərə almamışdır. Hazki iş üzrə mülki iş materiallarından görünür ki, iddiaçı həmin ərazidə tikinti işləri material təchizatını iddiaçı məhkəməyə təqdim etdiyi sənədləri bundan əvvəlki məhkəməyə təqdim etmişdir. Həmin ərazidə aparılan tikinti işləri və təhvil təslim Aktları yəni forma 2 və prtokollar təqdim edilə bilməmişdir. Qeyd edilən təhvil təslim Aktlarında heç bir möhür olmamışdır. Məhkəməyə Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-1113/2023 saylı qətnaməsini təqdim etməməsi və cavabdehin nümayəndəsinin məhkəmə iclasında iştirak etməməsi səbəbindən məhkəmə araşdırılması ədalətli aparılmamışdır. Məhkəmə iclasının vaxtı barədə cavabdehə və elektron kabinetə məhkəmə tərəfində məlumatlandırma aparılmamışdır. Məhkəmə (hakim Leyla Əliyeva) hesab etmişdir ki, tərəflər arasında təhvil-təslim aktı olduğundan qeyd olunan işlər görülmüşdür. Məhkəmə görülmüş işlərin bazar dəyrinin müəyyən olunmasına dair ekspertiza rəyini və həmin tikinti təmir işlərin harada hansı ərazidə olmasını və aktın doğruluğunu aydınlaşdırmamışdır. Bakı Kommersiya Məhkəməsinin qətnaməsində təhvil-təslim aktı şərtlərə uyğun tərtib edilməmiş və bu aktın qanunsuz yolla hazırlanmasına kifayət qədər dəlillər mövcuddur. Lakin məhkəmə (hakim Leyla Əliyeva) iş üçün əhəmiyyəti olan Aktda ərazinin göstərilməməsi və həmin X10 imzasının olması tikinti təmir işlərinin aparılmasına sübut dəlil ola bilməz. Məhkəmənin 13 dekabr 2023-cü il tarixli iclasında məhkəmə bildirişinin cavabdehə təqdim olunması barədə elektron kabinetə yerləşdirilməməsi səbəbindən cavabdeşin nümayəndəsinin məhkəmə iclasında iştirak edə bilmədiyindən sübutlar təqdim edilə bilməmişdir. Bakı Kommersiya Məhkəməsinin icraatında olmuş 2-2(113)-1113/2023 saylı iş üzrə iddiaçı Cavabdeh İddiaçınə qarşı 463.737,11 manat məbləğində vəsaitin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi üzrə mülki işə baxılmış və iddia tələbinin təmin edilməməmsi barədə qətnamə qəbul edilmişdir. Həmin qətnamənin sübutların tədqiqi bəndində göstərilmişdir ki, işin müəyyən olunmuş və mübahisələndirilməyən halları ondan ibarətdir ki, Cavabdeh ilə İddiaçı arasında MN-21- 02-04 saylı müqavilə bağlanmışdır. Müqavilənin 1.3-cü bəndinə əsasən təchizatçı Əlavə A-da təfərrüatlı şəkildə verilmiş malları istehsal etmək və təchiz etmək öhdəliyi götürür. Müqavilənin 1.4-cü bəndinə əsasən bu müqavilə 28 aprel 2021-ci il tarixində qüvvəyə minir və 28 aprel 2022-ci il tarixində başa çatır. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. Müqavilənin 2-ci bəndinə əsasən təchizatın əhatə dairəsi Əlavə Ada, xidmət haqqı isə Əlavə B-də əks olunur. Əlavə A.2 və onun 1,2,3 nömrəli qoşmalarında verilməli olan malların və görülməli olan işlərin siyahısı əks olunmuşdur. 9. Əlavə B.2-də verilməli olan malların və görülməli olan işlərin dəyəri 594.888,7 ABŞ dolları, Əlavə B.3-də isə verilməli olan malların və görülməli olan işlərin dəyəri son olaraq 1.011.310,79 manat müəyyən edilmişdir. İşin mübahisələndirilməyən digər halı isə ondan ibarətdir ki, yekun olaraq iddiaçı tərəfindən cavabdehə 1.011.310,79 manat məbləğində pul ödənilmişdir. Həmin qətnamənin 17-18-ci bəndində məhkəmənin mövqeyi göstərilmişdir ki, göründüyü kimi, tərəflər arasında bağlanmış müqaviləyə əsasən görülməli olan işlərin dəyəri hər iki tərəfin razılığı ilə 1.011.310,79 manat məbləğində müəyyən edilmiş və qeyd edilmiş işlərin qəbul edilməsinə dair də, hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmiş təhvil-təslim aktları imzalanmışdır. Qeyd olunan hallar isə onu deməyə əsas verir ki, tərəflər arasında razılaşdırılmış işlər görülmüş və görülmüş işlərə görə də, pul ödənilmişdir. Hazırda, Bakı Kommersiya Məhkəməsinin icraatında iddiaçı Shaki Tobacco” MMC-nin cavabdeh İddiaçı təsisçisi, qanuni təmsilçsi və direktoru X7 qarşı 1.030.71,79 manat pulun tulumasına dair mülki işin icraatı dayandırılmışdır. Məhkəmə kollegiyasının nəzərinə çatdırıram ki, Cavabdeh MMC-nin X4 mülkiyyətində olan Şəki rayonu, Baş Zəyid kəndində yerləşən tütün qurutma məntəqəsinin Cavabdeh MMC ilə icarə müqaviləsi ləğv edilmişdir. İcarə müqaviləsi ləğv edildiyindən təsisçisi, qanuni təmsilçisi və direktoru olduğu İddiaçı onun mülkiyyətində olan torpaq sahəsində Cavabdeh MMC ilə icarə müqaviləsi bağlamış və Cavabdeh MMC-yə podrat müqaviləsi əsasında tikinti quraşdırma işləri aparaq 1.011.310,79 manat məbləğində pul almışdır. İcarə müqaviləsi vaxtından əvvəl ləğv edildiyindən Cavabdeh MMC-nin Şəki rayonu, Baş Zəyzid kəndində yerləşən X4 mülkiyyətində olan torpaq sahəsində görülmüş işlərə görə mülki məsuliyyəti yaranmamışdır. Bu səbəbdən də İddiaçı təsisçisi, qanuni təmsilçsi və direktoru X1 qarşı 1.030.71,79 manat Cavabdeh MMC pul tələb edir. Həmin mülki iş Bakı Kommersiya məhkəməsinin icraatındadır və dayandırılmışdır. Qətnamədə göstərilmiş Şəki rayonu Çələbixan qəsəbəsində yerləşən X14 Məntəqəsində ekspert baxış keçirməmiş və həmin ərazidə hər hansı işlər görülməmişdir. Ekspertiza rəyində həmin əraziyə baxış keçirilməsi və görülmüş tikinti işlərin hər hansı fotoloru göstərilməmişdir. Məhkəmə bu halları nəzərə almamışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
6. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
7. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkilov Moşu Ramiz oğlu, iddiaçının nümayəndəsi və vəkili Vəkil1, iddiaçının direktoru X8 apellyasiya şikayətini müdafiə edərək, şikayətin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdilər.
8. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
9. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
10. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
11. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
12. Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
14. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
15. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərinin qətnamənin ləğv edilməsinə yönəldiyini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslılığı tam yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
16. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşaraq onlara münasibətdə aşağıdakıları qeyd edir.
17. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında 28 aprel 2021-ci il tarixli MN-21-02-04 saylı malların istehsalı və təchiz edilməsinə dair və 30 mart 2022-ci il tarixli LD-MN-SA2-22-02 saylı tikinti və inşaat işləri üzrə müqavilələrdən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Hazırda İddiaçı MMC MN-21-02-04 saylı müqavilə üzrə görülmüş ƏDV xaric 62.256,88 manat dəyərində işlərin dəyərinin cavabdeh tərəfindən ödənilmədiyini, eləcə də MN-SA2-22-02 saylı müqavilə üzrə ƏDV daxil 213.591,8 manat məbləğində görülmüş işlərdən yalnız 60.180 manat məbləğində ödəniş edildiyini əsas göstərərək MN-21-02-04 saylı müqavilə üzrə ƏDV xaric 62.256,88 manat və MN-SA2-22-02 saylı müqavilə üzrə ƏDV daxil 153.411,8 manat (213.591,8 – 60180), cəmi 215.668.68 manat məbləğində pul vəsaitinin Cavabdeh MMC-dən tutulmasını tələb edir.
18. Cavabdeh isə iddiaçının ödənilməsini tələb etdiyi işlərin görülmədiyini, eləcə də həmin işlər görülsə belə, onların sifarişi və razılığı olmadan görülmüş əlavə işlər olduğunu əsas göstərərək iddianın rədd edilməsini tələb etmişdir.
19. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında bağlanmış MN-21-02-04 saylı malların istehsalı və təchiz edilməsinə dair müqavilə müxtəlif müqavilə növlərinin elementlərini birləşdirən qarışıq müqavilə olsa da, tərəflər arasında mübahisəli hüquq münasibətləri həmin müqavilə üzrə podrat işlərin görülməsindən və görülmüş işlərə görə müzd ödənilməsindən irəli gəldiyindən həmin münasibətlərə podrat müqaviləsinin normaları tətbiq edilməlidir.
20. Məhkəmənin keçirdiyi ekspertiza əsasında daxil olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09 oktyabr 2023-cü il tarixli, 3-16-16/2- 10/3544 saylı ekspert rəyindən görünür ki: Qərardadın birinci və ikinci sualları üzrə: Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, İddiaçı MMC (icraçı) ilə cavabdeh "xxxx" MMC (sifarişçi) arasında bağlanmış inşaat işlərinə dair LD-MN-SA2-22-02 saylı 30 mart 2022-ci il tarixli müqavilə əsasında Əlavə A1-də nəzərdə tutulmuş işlər tam yerinə yetirildiyi müəyyən olunmuşdur. LD-MN-SA2-22-02 saylı 30 mart 2022-ci il tarixli müqavilənin Əlavə A1-də nəzərdə tutulmuş işlər tam yerinə yetirildiyini nəzərə alaraq qərardadın ikinci sualı üzrə tədqiqat aparılmadı. Qərardadın üçüncü sualı üzrə: İddiaçı MMC (icraçı) ilə cavabdeh "xxxx" MMC (sifarşçi) arasında bağlanmış inşaat işlərinə dair LD-MN-SA2-22-02 saylı 30 mart 2022-ci il tarixli müqavilə əsasında EBBY seriyalı, 976710 nömrəli elektron qaimədə göstərilmiş 2253 m3 həcmində qırma daş dolğusu və anbarlanması işləri tam şəkildə icra edilmişdir. Həmin işlər tam icra edildiyindən qərardadın üçüncü sualının ikinci hissəsi üzrə tədqiqat aparılmadı. Qərardadın dördüncüaltıncı sualları üzrə: Şəki rayonu, Qırxbulaq kəndi ərazisində tütün qurutma məntəqəsinin tikintisi layihəsi üzrə tərəflər arasında imzalanmış xx.xx.2021-ci il tarixli təhvil və təslim aktı N 1-də qeyd edilmiş, metaldan bayraq dirəklərinin (material ilə birlikdə), metal işıq dirəklərinin (material ilə birlikdə), drenaj kanalının üzərinə metal çərçivənin yığılması, altıaçıq fermaların qurulması, montaj olunması və rənglənmməsi, altıaçıq örtüyünün salınması, 1650 m2 sahədə tamet daşının döşənməsi və su anbarı çəninin quraşdırma işləri icra edildiyi müəyyən olunmuşdur. Həmin qərardadda qeyd edilən, yerinə-yetirilmiş tikinti-təmir işlərinin təqribi ümumi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 71.620,50 manat (ƏDV-siz) məbləğində müəyyən olunur.
21. İşin yuxarıda göstərilən hallarından göründüyü kimi tərəflər arasında mübahisə predmeti olan birinci hal iddiaçının ödənilməsini tələb etdiyi podrat işlərinin görülüb-görülməməsi ilə bağlıdır. Həmin halın müəyyən edilməsi üçün məhkəmə tərəfindən məhkəmə tikintitexniki ekspertizası təyin edilmiş və ekspert rəyi üzrə iddiaçının ödənilməsini tələb etdiyi işlər, yəni MN-21-02-04 saylı müqavilə üzrə görülməsi iddia olunan metaldan bayraq dirəklərinin (material ilə birlikdə), metal işıq dirəklərinin (material ilə birlikdə), drenaj kanalının üzərinə metal çərçivənin yığılması, altıaçıq fermaların qurulması, montaj olunması və rənglənmməsi, altıaçıq örtüyünün salınması, 1650 m2 sahədə tamet daşının döşənməsi və su anbarı çəninin quraşdırma işlərinin icra edildiyi və dəyərlərinin ƏDV-siz 71.620,50 manat təşkil etdiyi, MN-SA2-22-02 saylı müqavilə üzrə smetada (Ə Əlavə 1 A) göstərilən işlərin hamısının, eləcə də smetada nəzərdə tutulmamış qırma daş dolğusu və anbarlanması işlərinin tam şəkildə icra edildiyi müəyyən edilmişdir.
22. Məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticəni əsassız hesab edərək qeyd edir ki, tərəflər arasında bağlanmış MN-21-02-04 saylı müqavilə üzrə məhkəmə daha əvvəl məhkəmə mübahisəsi zamanı müəyyən edilmiş işin hallarını nəzərə almamışdır. Halbuki xx.xx.2023-cü il tarixli qətnamə (Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi ilə xx.xx.2023-cü il tarixli qətnamə dəyişdirilmədən saxlanılmışdır) məhkəməyə təqdim edilmişdir.
23. Belə ki, Bakı Kommersiya Məhkəməsinin icraatında olmuş 2-2(113)-1113/2023 saylı iş üzrə iddiaçı Cavabdeh İddiaçınə qarşı 463.737,11 manat məbləğində vəsaitin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi üzrə işə baxılmış və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilmişdir. Həmin qətnamənin sübutların tədqiqi bəndində göstərilmişdir ki, işin müəyyən olunmuş və mübahisələndirilməyən halları ondan ibarətdir ki, Cavabdeh ilə İddiaçı arasında MN-21- 02-04 saylı müqavilə bağlanmışdır. Müqavilənin 1.3-cü bəndinə əsasən təchizatçı Əlavə A-da təfərrüatlı şəkildə verilmiş malları istehsal etmək və təchiz etmək öhdəliyi götürür. Müqavilənin 1.4-cü bəndinə əsasən bu müqavilə 28 aprel 2021-ci il tarixində qüvvəyə minir və 28 aprel 2022-ci il tarixində başa çatır. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. Müqavilənin 2-ci bəndinə əsasən təchizatın əhatə dairəsi Əlavə Ada, xidmət haqqı isə Əlavə B-də əks olunur. Əlavə A.2 və onun 1,2,3 nömrəli qoşmalarında verilməli olan malların və görülməli olan işlərin siyahısı əks olunmuşdur. Əlavə B.2-də verilməli olan malların və görülməli olan işlərin dəyəri 594.888,7 ABŞ dolları, Əlavə B.3-də isə verilməli olan malların və görülməli olan işlərin dəyəri son olaraq 1.011.310,79 manat müəyyən edilmişdir. İşin mübahisələndirilməyən digər halı isə ondan ibarətdir ki, yekun olaraq iddiaçı tərəfindən cavabdehə 1.011.310,79 manat məbləğində pul ödənilmişdir. Həmin qətnamənin 17-18-ci bəndində məhkəmənin mövqeyi göstərilmişdir ki, göründüyü kimi, tərəflər arasında bağlanmış müqaviləyə əsasən görülməli olan işlərin dəyəri hər iki tərəfin razılığı ilə 1.011.310,79 manat məbləğində müəyyən edilmiş və qeyd edilmiş işlərin qəbul edilməsinə dair də, hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmiş təhvil-təslim aktları imzalanmışdır. Qeyd olunan hallar isə onu deməyə əsas verir ki, tərəflər arasında razılaşdırılmış işlər görülmüş və görülmüş işlərə görə də, pul ödənilmişdir.
24. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
25. Qeyd edilən prosessual normanın tələbinə görə Cavabdeh ilə İddiaçı arasında MN-21- 02-04 saylı müqavilə üzrə borcun olmaması qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edildiyindən həmin hissədə iddiaçının tələb hüququ olmadığına görə iddia bu hissədə əsassızdır.
26. Məhkəmə kollegiyası tərəflər arasında bağlanmış MN-SA2-22-02 saylı müqavilə üzrə keçirdiyi təkrar və əlavə mühəndis-texniki ekspertizalar nəticəsində cavabdehin iddiaçıya heç bir borcunun olmaması qənaətinə gəlmişdir.
27. Məhkəmənin keçirdiyi ekspertiza tədqiqatı obyektiv və hərtərəfli aparılmamışdır. Belə ki, qətnamədə göstərilmiş Şəki rayonu Çələbixan qəsəbəsində yerləşən X14 Məntəqəsində ekspert baxış keçirməmiş və həmin ərazidə hər hansı işlər görülməmişdir. Ekspertiza rəyində həmin əraziyə baxış keçirilməsi və görülmüş tikinti işlərin hər hansı fotoları göstərilməmişdir. Ekspert Şəki rayonu, Qırxbulaq kəndi ərazisində yerləşən X13 Zavoduna tərəflərin iştirakı olmadan baxış keçirmişdir. Belə ki, tərəflər ekspertiza yerli müayinəsi barədə lazımi qaydada məlumatlandırılmamışlar. Bildirişlər geri qayıtmışdır. Məhkəmə qeyd edilən halları nəzərə almamışdır. Ona görə məhkəmə kollegiyası təkrar və əlavə mühəndis-texniki ekspertizalar keçirmişdir.
28. Belə ki, məhkəməyə daxil olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 iyul 2024-ci il tarixli, 3-16-16/2-10/3219 saylı ekspert rəyindən görünür ki, İddiaçı MMC (icraçı) ilə "xxxx" MMC (sifarişçi) arasında bağlanmış LD-MN- SA2-22-02 saylı, xx.xx.2022-ci il tarixli müqavilə əsasında Şəki rayonu ərazisində Əlavə A1-də və üzərində imzalar olan təhvil-qəbul aktlarında adları sadalanan işlərdən 390 ədəd 4x4sm ölçüdə dəmir profillər basdırılaraq boya ilə rənglənmiş vəziyyətdə olduğu, 844 metr perimetr boyu metal tor ilə hasara alındığı, ərazinin müəyyən hissəsində qazıntı-planlaşdırma işləri aparıldığı, 2 ədəd metal darvaza quraşdırıldığı, 4 ədəd işıqlandırma dirəyi quraşdırıldığı və yerinə yetirilmiş işlərin də təqribi ümumi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 26790,0 manat məbləğində müəyyən olunur. Lakin adları sadalanan digər işlərin, yəni hörgü, kommunikasiya işləri, infrastruktur, su çəninin, bayraq dirəyi və bayraqların, müvəqqəti anbarın, müvəqqəti ofis binasının, mevəqqəti istehsalat sahəsinin, müvəqqəti məlumat lövhəsinin, müvəqqəti ayaqyolu tikilisinin faktiki olaraq həmin ərazidə mövcud olmadığı, eləcə də ərazidə işıqlanma olmadığı müəyyən edilmişdir. Qeyd olunur ki, Əlavə 1 sənədində adları sadalanan əraziyə baxış, ölçmə, geologiya, ilkin plan, müəyyən edilmiş sərhədlər, giriş yollarının müəyyən edilməsi, layihənin ilkin sənədlərinin hazırlanması kimi işlərin (çertyojlar, planlar, smeta, işlərin həcmi, layihələndirmə) qiymətləndirilməsi tikinti - texniki ekspertin səlahiyyətərinə aid olmadığından həmin işlərin görülüb-görülməməsinin və dəyərinin müəyyən edilməsinə dair tədqiqat aparılmamışdır.
29. Məhkəməyə daxil olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 noyabr 2024-ci il tarixli, 3-16-16/2-10/8467 saylı ekspert rəyindən görünür ki, İddiaçı MMC (VÖEN **********) ilə Cavabdeh MMC (VÖEN **********) ilə arasında xx.xx.2022-ci il tarixdə imzalanmış LD-MN-SA2-22-02 saylı müqaviləyə əlavə edilmiş 30 mart 2022-ci il tarixli Əlavə 1 sənədində olan cədvəldə adları sadalanan işlərin aparılması nəzərdə tutulmuş, lakin müqavilədə və həmin Əlavə 1 də işlərin ayrı-ayrılıqda və ümumi dəyəri göstərilməmişdir. İddiaçı Mono Engineering” MMC (icraçı) ilə cavabdeh "xxxx" MMC (sifarşçi) arasında bağlanmış LD-MN-SA2-22-02 saylı 30 mart 2022-ci il tarixli müqavilə əsasında Şəki rayonu ərazisində Əlavə A1-də və üzərində imzalar olan təhvilqəbul aktlarında adları sadalanan işlərdən 390 ədəd 4x4sm ölçüdə dəmir profillər basdırılaraq boya ilə rənglənmiş vəziyyətdə olduğu, 844 metr perimetr boyu metal tor ilə hasara alındığı, ərazinin müəyyən hissəsində qazıntı-planlaşdırma işləri aparıldığı, 2 ədəd metal darvaza quraşdırıldığı, 4 ədəd işıqlandırma dirəyi quraşdırıldığı və yerinə yetirilmiş işlərin də təqribi ümumi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 26790,0 manat məbləğində müəyyən olunmuşdur.
30. Göründüyü kimi ekspert rəylərində LD-MN-SA2-22-02 saylı 30 mart 2022-ci il tarixli müqavilə üzrə iddiaçı tərəfindən görülmüş işlərin dəyəri 26790,0 manat müəyyən edilmişdir.
31. Birinci instansiya məhkəməsində iddiaçı cavabdehin iddia ərizəsinə qarşı vermiş olduğu xx.xx.2023-cü il tarixli yazılı etirazına xx.xx.2023-cü il tarixdə yazılı münasibətini bildirərək qeyd etmişdir ki, ilk olaraq cavabdehin iddia ərizələrində qeyd olunmuş borc məbləğinin haradan yaranmasının məlum olmaması barəsində dediklərinə cavab olaraq bildirirlər ki, borc məbləği tərəflər arasında imzalanmış müqavilələr üzrə görülmüş işlərin qarşılığında ödənilməmiş qalan pul məbləğlərindən yaranmışdır. Belə ki, xx.xx.2021-ci il tarixli MN-21-02-04 saylı müqavilə üzrə sifarişçinin istəkləri əsasında görülmüş işlərin dəyəri olan 62.256 manat pul cavabdeh tərəfindən iddiaçıya ödənilməmişdir. Həmçinin tərəflər arasında imzalanmış LD-MN-SA2-22-02 saylı, 30 mart 2022-ci il tarixli müqavilə üzrə də iddiaçı tərəfindən öhdəliklər tam olaraq yerinə yetirilib iddiaçıya təhvil verilsə də, iddiaçı (cavabdeh) tərəfindən cəmi 51.000 manat ödəniş edilmişdir.
32. İddiaçının izahatından görünür ki, cavabdehin ödədiyi 51000 manat iddiaçının tələb etdiyi 26790 manat məbləği əhatə edir. Beləliklə iddiaçının LD-MN-SA2-22-02 saylı 30 mart 2022-ci il tarixli müqaviləsi üzrə tələb hüququ olmadığına görə iddia bu hissədə də təmin edilə bilməz.
33. Qeyd edilənlərdən aydın olur ki, birinci instansiya məhkəməsi qeyd edilən işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmişdir.
34. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
35. Ona görə də, kollegiya qeyd edilənləri nəzərə alaraq hesab edir ki, qətnamə ləğv edilməli, yeni qətnamə qəbul edilməli, iddia tələbləri təmin edilməməlidir.
36. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 385.1.1, 385.1.4, 388, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
Cavabdeh MMC-nin apellyasiya şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-862/2023 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbləri təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 258 manat dövlət rüsumu İddiaçı MMC-dən tutularaq Cavabdeh MMC-yə ödənilsin. İddia ərizəsinə görə ödənilən dövlət rüsumu və mediasiya xərci iddiaçının özünə aid edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 300 manat məbləğində pul vəsaiti İddiaçı MMC-dən tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına (Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, X2, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.