Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-354/2021 26.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Yusifov Cahangir Afər oğlu və Qurbanov Raqib Əliddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1 iştirakı ilə, iddiaçı “xxxx” Mənzil Tikinti Kooperativinin cavabdeh X2 qarşı ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasına dair Bakı Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, e-2- 2(113)-3965/2020 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətin mümkünlüyünü Bakı Apellyasiya Məhkəməsinin binasında məhkəmə iclas zalında, açıq məhkəmə iclasında yoxlayaraq M ü ə y y ə n e t d i: İddiaçı “xxxx” MTK cavabdeh X2 qarşı ziyanın ödənilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir Bakı Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, e-2-2(113)-3965/2020 saylı qərardadına əsasən iddia ərizəsinə kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd əlavə olunmadığına görə və aidiyyət qaydalaına riayət edilmdəyindən iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmışdır. İddiaçının nümayəndəsi həmin qərardaddan şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən verilmiş iddia ərizəsi Bakı şəhəri, Yasamal rayonunun A.Salamzadə küçəsindəki 593 saylı məhəllədə 0.12 ha torpaq sahəsində 1 girişli, 10 mərtəbəli binanın tikintisi ilə əlaqədar bağanmış podrat müqaviləsindən irəli gələn mübahisələrdən ibarətdir. Tikinti ilə bağlı, lakin mülkiyyət hüquqi ilə əlaqədar olmadığı halda belə sahibkarın hüququnun pozulmasına dair iddialara tikintinin olduğu yerə görə verilməlidir. Həmçinin iddia ərizəsinin cavabdehə çatdırılması barədə poçt qəbzi iddia ərizəsinə əlavə edilmişdir. Bakı Kommersiya Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, e-2-2(113)-3965/2021 saylı qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə apelyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq hesab edir ki, şikayətə apelyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 396.1-ci maddəsinə əsasən şikayət birinci instansiya məhkəməsinin qərardadı rəsmi qaydada verildikdən sonra 10 gün müddətində birinci instansiya məhkəməsinə verilə bilər. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. “Elektron məhkəmə” informasiya sistemindən görünür ki, xx xxxxxx 2020-ci il tarixli, e-2- 2(113)-3965/2020 saylı qərardadı tərəflərin elektron kabinetində xx.xx.2021-ci il tarixdə yerləşdirilmiş, həmin qərardaddan şikayət isə iddiaçı tərəfindən xx.xx.2021-ci il tarixdə elektron kabinet vasitəsi ilə göndərilmişdir. Göründüyü kimi, iddiaçı qərardaddan şikayət verilməsi üçün qanunla nəzərdə tutulmuş 10 günlük müddəti ötürmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1.3.-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1.3.-cü maddəsinin tələbini nəzərə almamış və prosessual müddət ötürülməklə verilmiş şikayətin qaytarılması barədə qərardad qəbul etməmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı “xxxx” Mənzil Tikinti Kooperativinin cavabdeh X2 qarşı ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasına dair Bakı Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, e-2- 2(113)-3965/2020 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayət mümkün sayılmamalı, iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 363, 366-cı, 400 və 405-ci maddələrini rəhbər tutaraq, qərаrа аldı: İddiaçı “xxxx” Mənzil Tikinti Kooperativinin cavabdeh X2 qarşı ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasına dair Bakı Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, e-2- 2(113)-3965/2020 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayət mümkün sayılmasın. İş birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Azərbaycan Respublikası Ali Məhkəməsinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-2(103)-354/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-354/2021
26.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver