Məhkəmə qərarları › İş №2-2(103)-358/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-358/2021

22.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-358/2021 22.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, X1, ilkin iddiaçının nümayəndəsi Vəkil2, qarşılıqlı iddiaçının nümayəndəsi Vəkil1 və X3 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh ARDNŞ-in “Kompleks Qazma İşləri ” trestinə qarşı əsas borcun, faiz borcunun, zərərin əvəzinin ödənilməsi və avadanlıqların qaytarılması barədə ilkin, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Kompleks Qazma İşləri” Trestinin isə İddiaçı MMC-yə qarşı “zərərin əvəzinin ödənilməsi tələbinə dair”qarşılıqlı - iddialarına dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2098/2020 saylı 13.11.2020-ci il tarixli qətnaməsindən hər iki tərəfdən verilmiş apellyasiya şikayətlərinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İ. İddiaçı İddiaçı MMC-nin cavabdeh ARDŞ “Kompleks Qazma İşləri ”Trestinə qarşı ilki olaraq iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək trestdən -ödənilməmih əsas borca görə 6.130.465.30 ABŞ dolları, - hesablanmış illik beş faiz borjuna görə 798.159,23 ABŞ dolları; -vurulmuş maddi zərərə görə 8.459.865,03 ABŞ dolları, ümumilikdə 15.388.489,56 ABŞ dolları, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30manat məbləğində pul vəsaitnin tutulmasını; -OSC110332A seriya nömrəli hidrogenişləndirici (+ açar dəsti), RR8001 Seriya nömrəli hidrogenişləndirici, BM2065 seriya №-li Stabilləşdiriji ED022 seriya №-li qaldırıcı (Patrupk) Lift sub və xalta/xamut/safetu clamp(8diş) avadanlıqların alınaraq qaytarılması və ya dəyərinin ödənilməsi barədə - qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Eyni zamanda Cavabdeh də qarşılıqlı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək: - 806303,12 ABŞ dolları məbləğində pul vəsaitinin və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin İddiaçı MMC-dən tutularaq trestə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2098/2020 saylı 13.11.2020-ci il tarixli qətnaməsi ilə ilkin iddia qismən təmin edilmiş: 10.193.096,98 manat və ödəniş anında Azərbaycan manatına olan məzənnəsi hesablanmaqla 134525,9 ABŞ dolları məbləğində əsas borc,1.356.870,7 manat məbləğində faiz borcunun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunın əvəzi qismində 10manat məbləğində pul vəsaitinin Cavabdehndən tutularaq İddiaçı MMCyə ödənilməsi; OSC 110332A seriya nömrəli hidrogenişləndirici və açar dəsti, KK8001 seriya N-li hidrogenişləndirici, BM2065 seriya nömrəli stabilləşdirici, ED 022 N-li qaldırıcı (patrupka) lift sub və xalta/xamut/safety (8 diş) avadanlıqlar Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehndən alınaraq İddiaçı MMC-yə qaytarılsması; Qalan hissədə isə ilkin iddia, habelə qarşılıqlı iddia rədd edilməsi - qət olunmuşdur. Həmin qətnamədən narazı qalan hər iki tərəf apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmişlər. İlkin İddiaçı MMC qətnaməsinin qismən – ilkin iddianın vurulmuş zərərin əvəzinin ödənilməsi tələbi hissəsində rədd edilməsinə dair hissədə ləğv edilərək, ilkin iddianın həmin hissədə də təmin olunması, həmin qətnamədə əsas borcun Azərbaycan manatı ilə təmin edilən hissəsinin və faiz borcunun ABŞ dolları ilə tutulması barədə -yeni qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İlkin iddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin ilkin iddianın vurulmuş zərərin əvəzinin ödənilməsi tələbi hissəsində rədd edilməsinə dair iş üzrə gəldiyi nəAcə işin hallarına uyğun olmadığından və qətnamə bu hissədə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki: 1. Məhkəmə əsas borca və faiz borcuna görə Azərbayjan manatı ilə pul vəsai!nin tutulmasını qət etmiş, halbuki, tərəflər arasında bağlanmış və iddia tələbinin faktiki əsasını təşkil edən hər 3 podrat müqaviləsində və həmin müqavilələrin əlavələrində görülən işlərin və göstərilən xidmətlərin dəyəri qarşılıqlı razılaşmaya əsasən ABŞ dolları iləmüəyyən edilmişdir. müqavilələr üzrə hansı işlərin görülməsini və xidmətlərin göstərilməsini əks etdirən, qarşılıqlı imzalanmış bütün təhvil-təslim aktlarındavə həmin aktlar əsasında müqavilələrdə müəyyən olunan tariflərdə və məbləğlərdə tər!b olunub təqdim edilən hesabfakturalarda bu işvə xidmətlərin dəyəri məhz ABŞ dolları ilə qeyd olunmuşdur. Sadəcə, müvafiq illər (yəni, 2016-2020-ci illər) üzrə tərəflər arasında qarşılıqlı borcların üzləşdirilməsinə dair imzalanmış yekun aktlarda cavabdeh tərəf hər ilə uyğun cəmi borcları təsdiq etdiyinə vəməhkəmədə də bu borclar mübahisələndirilməyərək e!raf olunduğunagörə, əlavə təsdiqedici sübut kimi çoxsaylı həmin təhvil-təslim aktlarını və hesab-fakturaları da məhkəməyə təqdim etməyə zərurət qalmamış, məhkəmə özü də iddiaçıdan bu sənədlərin təqdim olunmasını tələb etməmişdir (Qeyd: eh yac olduğu təqdirdə, sözügedən sənədlərin hamısı məhkəməyə təqdim edilə bilər).Göstərilənlərə əsasən tərəflər arasında bağlanmış müqavilələrə əsasən görülən işlər və göstərilən xidmətlərlə əlaqədar qarşılıqlı borcların üzləşdirilməsinə dair tər!b olunaraq imzalanmış sonuncu – 31.07.2020-ci il tarixli üzləşmə akFnda göstərilən 6.137.115,87 ABŞ dolları (10.433.096,99 manat) borcun üzərindən 2020-ci ilin iyul, sentyabr və oktyabraylarında ödənilmiş cəmi 141.176,47 ABŞ dolları (240.000 manat) çıxılmaqlavə üzərinə həmin üzəlşmə akFnda öz əksini tapmayan işlərin və xidmətlərin dəyəri olan 134.525,9 ABŞ dolları gəlinməklə, cəmi 6.130.465,3 ABŞ dolları məbləğində əsas borcunvə bu borcla bağlı öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış cəmi 798.159,23 ABŞ dolları məbləğində faiz borcununödəniş tarixinə Azərbaycan Respublikası Mərkəzi Bankının Azərbaycan manaFna ekvivalent müəyyən edilən məzənnə ilə Cavabdehdən İddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmalıdır.

2. 2018-ci ilin noyabr ayından 2019-cu ilin aprel ayınadək olan 5 aylıq dövr üçün əldən çıxmış fayda şəklində dəymiş 4.485.952,90 ABŞ dolları məbləğində zərər: Müqavilə üzrə İddiaçı tərəfindən görülmüş işlərin və göstərilmiş xidmətlərin dəyəri2017-2018-ci illərin analoji aylarında, yəni noyabr 2017-ci ildə 852.665,64 manat, dekabr 2017-də 781.076,22 manat, yanvar 2019-da 955.521,52 manat, fevral 2019-da 1.312.678,02 manat və mart 2019-da 584.011,50 manat, cəmi 4.485.952,90 ABŞ dolları təşkil etmişdir, İddiaçı2018-ci ilin noyabr ayından 2019-cu ilin aprel ayınadək olan 5 aylıq dövr üçün əldən çıxmış faydaşəklində qeyd edilən məbləğdə real maddi zərərə məruz qalmışdır. Bu tələblə bağlı 2017-2018-ci illərin analoji aylarında görülmüş işlərin və göstərilmiş xidmətlərin dəyərinə dair tərəflərin imzaladıqları müvafiq təhvil-təslim aktlarıvə hesab fakturalar; 20.09.2016-cı il tarixliMüqavilənin qüvvədə olma müddə 20.09.2018-ci il tarixdə başa çatsa da, Cavabdehin həmin Müqavilə üzrə İddiaçıya 2018-ci ilin oktyabr ayında sifarişlər verməsinə dair elektron müraciətlər və İddiaçının həmin ayda gördüyü işlərə və göstərdiyi xidmətlərə dair tərəflərin imzaladıqları müvafiq təhvil-təslim aktları, hesab fakturalar, əməliyyat, icarə və işçi heyə cədvəlləri, həmçinin, 20.09.2016-cı il tarixli Müqavilə üzrəişlərin 2019-cu ilin yanvar-mart aylarında “xxxx” MMC-yə həvalə edilməsinin təsdiqi kimi həmin şirkət tərəfindən qeyd edilən dövrdə görülmüş işlərə dair tərəflərin imzaladıqları bir sıra müvafiq əməliyyat, icarə və işçi heyə cədvəlləri işə əlavə olunmuşdur.

3. Cavabdehin istehsalat bölümlərinin (Bulla 91, 122, Günəşli 54, Qalmaz 648, Qaradağ 603, Qərbi Abşeron 73 və s.) quyularında hidravlik genişləndirmə işləri ilə bağlı dəymiş1.338.810 ABŞ dolları məbləğində zərər: İddiaçı, 17.09.2018-ci il tarixli müqavilənin və həmin müqavilə ilə bağlı keçirilmiş tenderin şərtlərinə görə Cavabdehin istehsalat bölümlərinin quyularında genişləndirmə işlərinin görülməsi ilə bağlı bütün müraciətlər iddiaçıya edilməli olduğu halda, işlərin bir hissəsinin əsassız olaraq digər şirkətlərə (Schlumberger, KTİB və SRS) həvalə olunması ilə əsaslandırmışdır, baxmayaraq ki, iddiaçı bu Müqavilə üzrə öz öhdəliklərini yerinə ye!rmək üçün bütün lazımi hazırlıq işlərini görmüş, o cümlədən, işçi heyə!ni, onlara təlimlərin keçirilməsini təşkil etmiş, lazımi avadanlıqlarıvə ehtiyat hissələrini almışdır. Bu tələblə bağlı 17.09.2018-ci il tarixli Müqavilə üzrə işlərin “Schlumberger Overseas S.A.” və “xxxx” MMC şirkətlərinə həvalə edilməsinin təsdiqi kimi həmin şirkətlər tərəfindən görülmüş işlərə dair tərəflərin imzaladıqları bir sıra müvafiq təhvil-təslim aktları işə əlavə olunmuşdur.

4. Pirallahı yatağının 1219 saylı quyusunda maili qazma işləri görülərkən quyu dibi mühərrikinin zədələnməsi ilə bağlı dəymiş 80.314,34 ABŞ dolları məbləğində vərotorla idarə olunan sistemlərin (RSS) fraxt, icarə və digər xərcləri ilə bağlı dəymiş 104.076 ABŞ dolları məbləğində zərər: Quyunun qazılması haqqında hesabatda təsvir olunduğu kimi, İddiaçının komandası 02.08.2019-cu il tarixdə təyinatyerinə daxil olaraq 12 ¼” (311 mm) ölçülü lülə üzrə BHA avadanlıqlarını QDM ilə birlikdə yığılaraq quyu ağzındavə qoruyucu kəmərin daxilində test etmiş, bütün tədbirlər və test sınaqları uğurla həyata keçirilmiş, QDM quyuya göndərilməzdən əvvəl tam yoxlamadan keçirilmiş və vəziyyə! “sıTr” saata əsasən yeni olmuşdur. Qazma zamanı 521 metr dərinliyə çatdıqdan sonra telemetriya ölçü avadanlığı (MWD) siqnalında xəta baş vermiş və quyuda qazma zamanı heç bir MWD siqnalı qəbul edilməmişdir. Daha sonra Cavabdeh rotor rejimi ilə qazma işlərinin 600 metrə qədər davam etdirilməsi barədə qərar qəbul etmiş və qazma 311 mm lülənin sonuna 600 metrədək davam etmişdir. Qazma bitdikdən sonra avadanlıq quyu ağzına qaldırılmış və qazma baltası QDM-dən açıldıqda baltanın daxilində və ştuserində metal qırınFlarının olduğu aşkar olunmuş,metal qırınFsı baltanın ştuserində, digərmetal və rezin qırıntıları isə baltanın daxilində qalmışdır. MWD avadanlıq 521 metr dərinlikdə siqnal göndərməyi dayandırdığı üçün belə nətcəyə gəlinmişdir ki, MWD avadanlığının komponentləri sınmış, qazma məhluluna qarışmış və QDM daxilindən keçərək baltanın daxilinə tökülmüş, nəticədə QDM-in rotor, statorvə paçevnik hissələri ciddi zədələnməyəməruz qalmışdır. QDM İddiaçının istehsalat sahəsinə çatdırıldıqdan sonraşirkən mühərriklər üzrə mütəxəsisi dəymiş zərərin dəyərini qiymətləndirmək üçün hərtərəfli yoxlama aparmış, müəyyən edilmişdir ki, mühərrik MWD avadanlığının müxtəlif hissələrinin metal qırınFları tərəfindən zədələnmiş, rotorun xrom və gövdə hissələrinə ciddi ziyan dəymiş, hal-hazırda rotor və stator əsaslı təmir üçün istehsalçının (NOV) ən yaxın bölgədə - BƏƏ-nin Dubay şəhərində yerləşən təmir istehsalat sahəsinə göndərilməli, “Bearing” hissəsini isə təmir etmək üçün ehtiyat hissələri sifariş edilməlidir. Nə!cədə, bununla bağlı İddiaçıya vurulmuş real maddi zərər 80.314,34 ABŞ dolları təşkil etmişdir. Qeyd edilən tələbin əsasını göstərilən fakAki və hüquqi hallarla yanaşı, həmçinin tərəflər arasında bağlanmış müqavilələrin 4.11 və 19.2- ci bəndləri təşkil etmişdir. Eyni zamanda. iddiaçı cavabdehin tapşırığı əsasında rotorla idarə olunan sistemi icarəyə götürərək Azərbaycan Respublikasına müvəqqə! idxal etsə də, iddiaçıdan asılı olmayan səbəblərdən həmin sistemi is!fadə etmək mümkün olmamışdır. Nətcədə, bununla bağlı iddiaçı 104.076 ABŞ dolları məbləğində real maddi zərərə məruz qalmışdır ki öütün banlara dair mübutlar məhkəməyə təqdim edilmişdir.

4. Mühəndis xərcləri ilə bağlı dəymiş 100.022,12 ABŞ dolları məbləğində zərər: Müqavilələrin icrası ilə əlaqədar müxtəlif təyinatlı daşına bilən konteynerlərin işçilər üçün anbar, yataqxana və ya ofis qismində is!fadə edilməsi üçün kirayəyə götürülməsinə və və sair avadanlıqların icarəsinə görə cəmi 13.082,12 ABŞ dolları, işçilərin yeməklərinə isə 86.940 ABŞ dollarıməbləğində pul vəsaiti xərcləmişdir. Nəticədə, bununla bağlı İddiaçıya 100.022,12 ABŞ dollarıməbləğində real maddi zərər dəymişdir. Bu tələblə bağlı konteynerlərin və sair avadanlıqların kirayəsinə dair “xxxx” MMC ilə bağlanmış 05 və 08.01.2018-ci il tarixli xidmət müqavilələri, “Daşına bilən ofis və anbar plikonteynerlərin kirayəsi haqqında”“xxxx” MMC ilə bağlanmış 24.05.2019-cu il tarixli 22 saylı müqavilə,elektron qaimələr, ödəniş tapşırıqlarıvəicarəxərclərinə daircədvəl işə əlavə olunmuşdur

5. Avadanlıqların istifadəyə götürülməsi və təmir edilməsi xərcləri ilə əlaqədar dəymiş 429.366,92 ABŞ dolları məbləğində və müvəqqəti idxal şərtilə gətirilmiş avadanlıqlara görə çəkilən xərclərlə bağlı dəymiş 134.117,65 ABŞ dolları zərər: Müqavilələr üzrə öhdəliklərin icrası məqsədilə Aberdin şəhərində (Birləşmiş Krallıq) yerləşən “X8 Limited” şirkət ilə bağlanmış avadanlıqların (təkrar ixrac şərtlə) is!fadəyə götürülməsi barədə 27.07.2016-cı il tarixli TWC/İddiaçı/2016 saylı müqavilə üzrə avadanlıqların istfadəyə götürülməsi, mühəndis xərcləri və iş zamanı zədələnmiş avadanlıqların təmirinə görə çəkilmiş xərclər cəmi 332.407,60 ABŞ dolları, həmçinin Kanadanın “Cavare İnerna!onal İnc” şirkə! ilə bağlanmış 04.05.2019-cu il tarixli müqavilə üzrə mühərriklər üçün eh!yat hissələri avadanlıqlarının alınmasına və iş zamanı zədələnmiş avadanlıqların təmirinə sərf edilən xərclər isə cəmi 96.959,32 ABŞ dolları təşkil etmişdir. Bundan başqa, müqavilələr üzrə öhdəliklərin icrası üçün iddiaçı ilə Aberdin şəhərində (Birləşmiş Krallıq) yerləşən “X8 Limited” şirkəti arasında bağlanmış avadanlıqların (təkrar ixrac şər!lə) is!fadəyə götürülməsi (eyni zamanda mühəndis xidmətləri) barədə 20.07.2016-cı il tarixli TWC/İddiaçı/2016 saylı müqavilə əsasında müvəqqə! idxal şərtləri ilə Azərbaycana gə!rilən və sifarişi gözlənilən işlərin proqnozlarına uyğun verilən avadanlıqlar Cavabdehin müqavilə şərtlərini pozması səbəbindən işləməmiş, İddiaçı həmin avadanlıqları Cavabdehin vaxFnda ödəniş etməməsi nə!cəsində yığılan debitor borcları üzündən geri göndərə bilməmiş və Azərbaycan Respublikası Nazirlər Kabine!nin 02.09.2013-cü il tarixli 245 saylı Qərarı ilə təsdiq edilmiş “Malların müvəqqə! idxal xüsusi gömrük proseduru alFnda yerləşdirilməsi Qaydaları”na əsasən həmin mallar üçün ödənilməsi nəzərdə tutulan gömrük rüsumlarınıvə vergiləri ödəmək məcburiyyətində qalmışdır. Nəticədə, İddiaçı bununla bağlı 134.117,65 ABŞ dollarıməbləğində real maddi zərərəməruz qalmışdır.

6. Müqavilə öhdəliklərinin icrası məqsədilə götürülən bank kreditlərinə görə çəkilən xərclərlə bağlı dəymiş 188.929,08 ABŞ dolları məbləğində və Cavabdeh tərəfindən müqavilələr üzrə ödəniş öhdəliklərinin vaxtında icra olunmaması ilə bağlı yaranmış vergi borcları ilə əlaqədar dəymiş 1.598.276,02 ABŞ dolları məbləğində zərər: İş müteriallarına əsasən müqavilələr üzrə göstərilən xidmətlərin və görülən işlərin dəyərinin Cavabdeh tərəfindən vaxFnda ödənilməməsi səbəbindən, İddiaçı həmin işlərin icrası ilə əlaqədar fasiləsiz xidmətlər göstərmək və müqavilə öhdəliklərini yerinə ye!rmək üçün, habelə əməliyyat fəaliyyətlərinə (əmək haqqı, köməkçi şirkətlərin xidmətlərinə görə ödəmə, gömrük rüsumları, vergilər və s.) vəsait çaFşmazlığı nəzərə alınmaqla, 15.08.2017, 15.05.2018 və 09.08.2018-ci il tarixli kredit müqavilələrinə əsasən müvafiq olaraq 500.000 ABŞ dolları, 1.000.000 ABŞ dolları və 775.000 AZN məbləğində kreditlər götürməyə və bu kreditlərə hesablanmış faizləri və cərimələri ödəmək məcburiyyə!ndə qalmış, nəticədə, İddiaçıya bununla bağlı 188.929,08 ABŞ dollarıməbləğində real maddi zərər dəymişdir. Bundan başqa, səyyar vergi yoxlamasının nə!cəsinə görə pozuntulardan biri Cavabdeh tərəfindən ödənişlərin vaxFnda icra olunmaması səbəbindən meydanagəlmişdir. Belə ki, 20.09.2016-cı və 19.03.2019-cu il tarixli Müqavilələr üzrə öhdəliklərin icrası üçün İddiaçı ilə Aberdin şəhərində (Birləşmiş Krallıq) yerləşən “X8 Limited” şirkə! arasında avadanlıqların (təkrar ixrac şər!lə) is!fadəyə götürülməsi (eyni zamanda mühəndis xidmətləri) barədə 20.07.2016-cı il tarixli TWC/İddiaçı/2016 saylımüqavilə bağlanmışdır. Cavabdeh tərəfindən Müqavilələr üzrə ödənişlərin vaxFnda və tam ödənilməməsi səbəbindən İddiaçı qeyri-rezidentlərə əsas məbləği ödəmədən yalnız ƏDV ödəmək və ödənilən ƏDV-ni əvəzləşdirmək məcburiyyətində qalmışdır. Qeyd edilən hal səyyar vergi yoxlaması zamanı pozuntu kimi qiymətləndirilərək, həmin ödənilən məbləğlərə münasibətdə maliyyə sanksiyaları hesablanmış (19.03.2020-ci il tarixli, **********1855720 SVY akP, səhifə 12/31), nə!cədə, İddiaçıya bununla bağlı 1.598.276,02 ABŞ dollarıməbləğində real maddi zərər vurulmuşdur. Eyni zamanda, qarşılıqlı iddiaçı “X6 ” tresti də qətnaməni qismən ləğv edərək, ilkin iddia tələbi üzrə əsas borc hissəsini təmin, faiz borcu, dəymiş ziyan və avadanlıqların geri qaytarılması tələbi ilə bağlı hissəsini rədd edən, qarşılıqlı iddianı təmin edən yeni qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnaməsini ilkin iddianın faiz borcu və avadanlıqların qaytarılması tələbinin təmin edilməsi hissəsində və qarşılıqlı iddianın rədd edilməsi hissəsində qanunsuz və əsassızdır. Belə ki. gecikdirilmiş borc ilə bağlı hesablanmış illik 5 % dəymiş zərərin ödənilməsi tələbini əsassız və bu tələbin təmin edilməsi ilə bağlı hissəni qanunsuzdur. Mülki Məcəllənin 22-ci fəslinə əsasən (Öhdəliyin icra edilməməsi) öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqlaicraedilməsi) başa düşülür. Həmin Məcəllənin 443 və 445-ci maddələri də, yuxarıda göstərilən hər iki hal üçün vurulan zərərin əvəzinin ödənilməsini müəyyən edir. Lakin iddiaçıhəmin 22-ci fəsilin 443.1-ci bəndinin tələbini nəzərə almamışdır. Belə ki, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Tərəflər arasında imzalanmış müqavilələrdə borclunun üzərinə öhdəliyin yerinə yetirilməməsi və ya gecikdirilməsi ilə bağlı heç bir məsuliyyət (cərimə, faiz və sair.) qoyulmamışdır. Belə olan halda, Tərəfin əlavə olaraq faiztələbi tam əsassızdır. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Tərəflər arasında imzalanmış müqavilələrdə borclunun üzərinə öhdəliyin yerinə yetirilməməsi və ya gecikdirilməsi ilə bağlı heç bir məsuliyyət (cərimə, faiz və sair.) qoyulmamışdır. Müqavilənin 21.2-ci bəndinə əsasən, müqavilənin hər hansı müddəaya baxmayaraq və müqavilə ilə müəyyən edilən (əvvəlcədən müəyyən edilmiş xitam etmə ödənişləri də daxil olmaqla) razılıq əsasında aradan qaldırılan zərərlər istisna olmaqla,Şirkət Podratçı qrupu Şirkətlər Qrupunu öz dolayı itkisindən qoruyur, müdafiə edir və X4 Podratçı Qrupun müqavilənin icrasından və ya icra olunmamasından irəli gələn və ya onunla bağlı olan öz dolayı itkisindən qoruyur, müdafiə edir. Belə olan halda, icranın gecikdirilməsi ürə hallardan Podratçı Şirkəti öz dolayı itkisindən qoruması müqavilədə nəzərədə tutulduğu və Mülki Məcəllənin 443.1-ci bəndinə əsasən də borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda iddiaçının əlavə olaraq faiztələbi tam əsassızdır. Həmçinin, cavabdehin öhdəliyinin icrası ilə bağlı bir az gecikdirilmələrə yol verməsinə səbəb dünyanı ağuşuna alan, bütün ölkələrin, eləcə də bizim ölkənin iqtisadiyyatına, ələxsüs də dünya iqtisadiyyatı ilə birbaşa əlaqədar olan Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin iqtisadi durumatəsiredən COVİD-19 virusu ilə bağlı bütün dünyadaelan edilən pandemiyaşəraiti olmuşdur ki, bu da fors major halına uyğun hesab edilir. Belə ki, müqavilənin 12-ci maddəsinə əsasən də nə Şirkət, nə də Podratçı müqavilənin şərtlərinin yerinə yetirilmənin ləngidilməsi və ya ona müvəqqəti maneçilik, tərəfin nəzarətindən kənar və onun nöqsan və etinasızlığı olmadan baş vermiş və ağlabatan səviyyədə çalışmasına baxmayaraq, həmin tərəfin qarşısını ala bilmədiyi fors-major hallar səbəbi ilə baş verdiyi halda məsuliyyət daşımırlar. Mülki Məcəllənin 448.4-cü maddəsinə əsasən, borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisnaedə və yaaradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığınısübuta yetirsin. Məhkəmə qarşılıqlı iddia ilə bağlı tələbi rədd edərək əsaslandırmışdır ki, “ancaq Cavabdeh tərəfindən məhkəməyə İddiaçı MMC-nin müqavilənin 4-cü bəndində göstərilən öhdəliklərini pozmasına və bu səbəbdən işlərin görülməsini digər podratçılara həvalə etməyə məcbur qalmasına, həmçinin, əgər 72 və 73 saylı quyular üzrə xidmətlərin cavabdeh tərəfindən göstəriləcəyi təqdirdə müvafiq olaraq məhz 238205 və 219836 ABŞ dolları vəsait xərclənəcəyinə və 612 saylı quyu üzrə qeyd olunan qüsurun aradan qaldırılması üçün tələb olunan işləri cavabdeh özü görsəydi, dəyərinin məhz 33984 ABŞ dolları təşkil edəcəyinə, həmin məbləğin necə hesablanıb müəyyən edilməsinə dair məhkəməyə heç bir sübut təqdim olunmamışdır”. Halbuki qarşılıqlı iddia ərizəsində hər iş üzrə hesablama ayrıca olaraq və konkret razılaşmaya istinad edilərək göstərilmişdir. Belə ki, cavabdehdən tələb edilən məbləğ trestin cavabdehin işi icra etmədiyinə görə məcburən digər şirkətlərə sifariş etdiyi işlər üzrə ödənilən məbləğlərin İddiaçı MMC ilə imzaladığı razılaşmaya görə alınacaq məbləğin fərqidir. Bunlar hamısı də hər iş üzrə ayrıca invoys qeyd edilməklə və trəflər arasında imzalanma razılaşmaya istinad edilməklə, göstərilmişdir. Həmçinin, cavabdehin bəzi işlərin icra edilməsindən imtina kimi “verilən sifarişin onların iş həcminə daxil olmaması” səbəbini göstərmələri barədə elektron yazışmalar da məhkəməyə sübut kimi təqdim edilmişdir. İlkin iddia üzrə avadanlıqların qaytarılması barədə tələb də əsassızdır və sübuta yetirilməmişdir. Ona görə də bu hissədə də iddia tələbi təmin edilməməlidir. Məhkəmə kollegiyasının iclasında iştirak edən tərəflərin nümayəndələri apellyasiya şikayətlərini dəlillərinə uyğun müdafiə edərək, şikayətlərinin təmin olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə ilkin iddiaçının apellyasiya şikayətinin qismən təmin edilməsi, qarşılıqlı iddiaçının apellyasiya şikayətinin isə təmin olunmaması barədə qətnamə çıxarılimalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. İş materallarına əsasən müəyyən olunur ki, tərəflər arasında üç podrat müqaviləsi bağlanmış və həmin müqavilələrə əsasən tərəflər aşağıdakıları icra etməyi öhdələrinə götürmüşlər: - 20 sentyabr 2016-cı il tarixli, 05/2016 saylı müqavilədən görünür ki, podratçı - İddiaçı MMC, şirkət - Cavabdeh qazma quyularında maili qazma və geofiziki - geoloji işlərin MWD (Qzö) və LWD (QZK) ölçü cihazlarının vasitəsilə görülməsini və qazma avadanlıqlarının istifadəyə verilməsini, şirkət isə müqavilənin 1 saylı qoşmasında göstərilmiş qiymətlərə əsasən işlərin dəyərini ödəməyi; - 17 sentyabr 2018-ci il tarixli, SOCAR **********20020137X00373 saylı müqavilənin surətindən görünür ki, podratçı - İddiaçı MMC şirkət - Cavabdeh istehsalat bölümlərinin quyularında genişləndirmə işlərinin yerinə yetirilməsini, şirkət isə müqavilənin 1 saylı qoşmasında göstərilmiş qiymətlərə əsasən işlərin dəyərini ödəməyi; - 19 mart 2019-cu il tarixli, 26217-18S saylı müqavilənin surətindən görünür ki, podratçı - İddiaçı MMC şirkət - Cavabdehnə maili qazma və qazma işlərini yerinə yetirilmək üçün öz avadanlıq və materialları hesabına xidmət göstərməyi, şirkət isə müqavilənin 1 saylı qoşmasında göstərilmiş qiymətlərə əsasən işlərin dəyərini ödəməyi. Eyni zamanda, iş materiallarından görünür ki, tərəflər müqavilə öhdəliklərindən irəli gələn vəzifələrinin yerinə yetirilməsi ilə bağlı öz aralarında qarşılıqlı üzləşmə aktları imzalamış və həmin aktla X6” tresti İddiaçı MMC-yə olan aşağıdakı borclarını təsdiq etmişdir. -23 yanvar 2017-ci il tarixində qarşılıqlı borcların üzləşdirilməsi aktına əsasən 01 yanvar 2017-ci il tarixinə 119.435,95 manat; -19 yanvar 2018-ci il tarixli qarşılıqlı borcların üzləşdirilməsi aktına əsasən 01 yanvar 2017-ci il tarixinə 2873220,18 manat; -21 yanvar 2019-cu il tarixli qarşılıqlı borcların üzləşdirilməsi aktına əsasən 01 yanvar 2019-cu il tarixə 5842032,30 manat; -31 dekabr 2019-cu il tarixli qarşılıqlı borcların üzləşdirilməsi aktına əsasən 31 dekabr 2019-cu il tarixinə 9617900,30 manat; -31 iyul 2020-ci il tarixli qarşılıqlı borcların üzləşdirilməsi aktına əsasən 31 iyul 2020ci il tarixinə 10433096,98 manat. Eyni zamanda, iş materiallarından görünür ki, 29 iyul 2020-ci il tarixli yol vərəqəsindən görünür ki, OSC110332A seriya nömrəli hidrogenişləndirici (+açar dəsti), RR8001 seriya nömrəli hidrogenişləndirici, BM2065 seriya nömrəli stabilləşdirici, ED022 seriya nömrəli qaldırıcı (Patrupka) Lift sub və xalta/xamut/safety clamp (8 diş) avadanlıqlar İddiaçı MMC tərəfindən “Bulla 122”, “Well122” anbarına təhvil verilmişdir. Mülki Məcəllənin 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda, qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Həmin Məcəllənin 882.5-ci maddəsinə əsasən əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət olunması məcburi deyildir. Məcəllənin qeyd olunan tələbi baxımından, Cavabdeh 31 iyul 2020-ci il tarixli qarşılıqlı borcların üzləşdirilməsi aktı ilə İddiaçı MMC-yə 10.433.096,98 manat məbləğində borcu olduğunu etiraf etmiş olur. İş materiallarından görünür ki, Cavabdeh tərəfindən etiraf etdiyi həmin borcundan 2020-ci ilin iyul - oktyabr aylarında 240.000 manat məbləğində ödəniş etmişdir və bu hal işin tərəflər arasında mübahisələndirilmir. Eyni zamanda, işdən görünür ki, üzləşmə aktından kənar 134.525,9 ABŞ dolları məbləğində işlərin görülməsi də iişin mübahisələndirilməyən halıdır. İlkin iddiaçının apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi, mübahisələndirir ki, qətnamədə qeyd olunan 10.433.096,98 manat məbləğində borcun manatla tutulması ilə razılaşmayararaq müqavilə şərtlərinə uyğun hesab etmir. Məhkəmə kollegiyası ilkin iddiaçının qeyd olunan dəliləri ilə razılaşır. Belə ki, 31 iyul 2020-ci il tarixli qarşılıqlı borcların üzləşdirilməsi aktında tərəflər borcun miqdarını, sadəcə olaraq, öz aralarında təsdiq etmiş, pulun hansı valyutada ödənilməsi barədə hər hansı qeyd şərt mövcud deyil. Tərəflər arasında bağlanmış müqavilələrə (14-cü bəndinə), Qiymətlərin razılaşdılması protokollarına, təhvil-təslim aktlarına və hesab-fakturalara əsasən müəyyən olunur ki, ödənişlərin Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə olan məzənnəsi ilə Azərbaycan manatı ekvivalentində aparılması nəzərdə tutulmuş və həmin qaydada da ödənilmişdir. Lakin birinci instansiya məhkəməsi tərəfindən qeyd olunanlar nəzərə alınmamış, qarşılıqlı üzləşmə aktında borcun 10.433.096,98 manat məbləğində təsbit olunmasından asılı olmayaraq, məhkəmə həmin borcu, həmin aktın tərtib olunduğu 31.07.2020-ci il tarixinə Mərkəzi Bankın kursu ilə ABŞ dolları ekvivalentində (5.995.939,40 ABŞ dolları) tutulmasını qət etməli olduğu halda, əsassız olaraq Azərbaycan manatı ilə tutulmasını qət etmişdir (Azərbaycan Respublikası Mərkəzi Bankın həmin günə olan valyuta kursu işə əlavə edilir). Belə olan halda, qarşılıqılı üzləşmə aktı və həmin aktan kənar görülmüş işlərə görə tutulmalı olan əsas borcun ümumi məbləği - 6.130.465,30 (5.995.939,40 +134525,9) ABŞ dolları təşkil etmiş olur. Qarşılıqlı iddiaçı apellyasiya şikayətində mübahisələndirir ki, ilkin iddia gecikdirilmiş borc ilə bağlı hesablanmış illik 5 % dəymiş zərərin ödənilməsi tələbi əsassız və bu tələbin təmin edilməsi ilə bağlı hissəndə qanunsuzdır. Məhkəmə kollegiyası qeyd olunan mövqe ilə razılaşmır. Ən azından ona görə ki, tərəflər arsında bağlanmış müqavilə şərtlərinə əsasən müəyyən olunur ki, onlar arasında ödəmənin gecikdirilməsinə görə dəbbə pulunun tutulması nəzərdə tutulmamışdır. Mülki qanunvericiliyə görə iki halda, borclu tərəfindən öhdəliyin icra edilməməsinin gecikdirilməsminə görə borclunun məsuliyyəti nəzərdə tutulur. Birincisi, Mülki Məcəllənin 462-463-cü maddələrinə müvafiq olaraq olaraq tərəflər arasında öhdəliyin icrasının gecikdirilməsinə görə tərəflər arasında yazılı razılaşma yolu ilə dəbbə pulunun ödənilməsi nəzərdə tutulduqda; İkincisi, Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən olunan qaydada . Birinci hala münasibətdə, tərəflər arasında bağlanmış müqavilələrlə öhdəliyin gecikdirilməsinə görə dəbbə (cərimə) pulunun ödənilməsi barədə razılaşma nəzərdə tutulduğu müəyyən olunmur. Belə olan təqdirdə ikinci hal üzrə iddiaçının Mülki Məcəllənin 445.7-ci maddəsinə müvafiq illik beş faizin tutulmasını tələb etməkdə haqlıdır. Çünki, Mülki Məcəllənin 445.7-ci maddəsinin tələbinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Göründüyü kimi, illik beş faizlə bağlı qarşılıqlı iddiaçının dəlillərinin əsassız olduğu sübuta yetirilir. Bu baxımdan birinci instansiya məhkəməsi tərəfindən 1.356.870,7 manat məbləğində illik beş fazin cavabdehdən iddiçının xeyrinə tutulmasunu qət etməkdə haqlıdır. Lakin hər bir halda, məhkəmə tərəfindən həmin illik beş faiz məbləğinin Azərbaycan manatı ilə tutulmasını qət etməsi səhv nəticədir. Çünki yuxarıda qeyd olunanlardan göründüyü kimi, tərəflər arasında pul öhdəlikləri ABŞ dolları ilə, ödəniş gününə olan Azərbaycan manatı məzənnəsinə görə tənzimlənmmişdir. Eyni zamanda, ilkin iddiaçının apellyasiya şikyətinedən göründüyü kimi, ilkin iddiaçı, cavabdehin müqavilə öhdəliklərini pozması nəticəsində ona dəymiş maddi zərərə görə 8.459.865,03 ABŞ dolları pulun tutulması tələbinin Birinci instansiya məhkəməsinin qətnaməsi ilə rədd olunmasını əsassız sayır. Məhkəmə kollegiyası aşağıdakılara görə ilkin iddiaçının qeyd olunan dəlilləri ilə qismən razılaşır. Birincisi, qarşılıqlı iddiaçı noyabr 2018-ci il - aprel 2019 il - 5 aylıq vaxt dövrünü əhatə edən müddət üçün 4.485.952,90 ABŞ dolları məbləğində əldən çıxmış fayda tələbini onunla əsaslandırır ki, 2016-cı ildə bağlanmış müqavilə qüvvədə olduğu halda, cavabdeh işlərin dayandırılması barədə hər hansı bildiriş və xəbərdarlıq vermədiyi halda qeyd ğolunan aylarda işlərə və əməliyyatları cəlb olunmamış, həmin işləri əsassız olaraq işlərin görüliməsini başqa şirkətlərə həvalə etmiş, halbuki, iddiaçı işçi heyətini və avadanlıqlarrnı hər zaman hazır vəziyyətdə saxlamış, digər şirkətlərdən sifariş qəbul etməmişdir. Məhkəmə kollegiyası iddiaçının tələbini əsassız sayır. Çünki, iddiaçı istinad etdiyi həmin hallar birincisi, mötəbər sübutlarla əsasandırılmamışıdır. İkincisi, boşdayanma ilə bağlı tərəflər arasında razılaşdırlmış müqavtilə şərtləri mövcud deyil. Üçüncüsü, 19.03.2019-cu il tarixli xidmət müqaviləsinin 4.8-ci bəndinə əsasən cavabdeh bu işlə bağlı digər müqavilələrə icazə vermək hüququnu özündə saxlayır. Odur ki, qeyd olunan hissədə iddia tələbi əsassızdır. İlkin iddiaçının konkret olaraq, 17.09.2018-ci il tarixli müqavilənin predmetinə müvafiq olaraq cavabdehin istehsalat bölümlərinin (Bulla 91, 122, Günəşli 54, Qalmaz 648, Qaradağ 603, Qərbi Abşeron 73 və s.) quyularında hidravlik genişləndirmə işlərinin ona verilməməsi nəticəsində cəmiyyətə 1.338.810 ABŞ dolları məbləğində zərər vurulduğunu iddia etməsinə gəldikdə isə, həmin hissədə məhkəmə koldlegiyası onunla razılaşır. Çünki, həqiqətən də iş materiallarından görünür ki, 17.09.2018-ci il tarixli müqavilə üzrə işlər başqa şirkətlərə (“Schlumberger Overseas S.A.” və “xxxx” MMC) verilmiş və bütün bunlar cavabdehin həmin şirkətlərlə birgə imzaladığı müvafiq təhvil-təslim aktları ilə görülmüş həmin işlərin qeyd olunan həcmi görüldüyü öz təsdiqini tapır. Qarşı tərəfin apellyasiya şikayətinin dəlillərindən də göründüyü kimi, həmin işlərin digər şirkətlərə verildiyi onun tərəftndən mübahisələndirilmir. Üçüncü bir epizodda ilkin iddiaçı mübahisələndtirir ki, Pirallahı yatağının 1219 saylı quyusunda maili qazma işləri görülərkən quyu dibi mühərrikinin zədələnməsi ilə bağlı ona 80.314,34 ABŞ dolları məbləğində ona zərər vurulmuşdur. Məhkəmə kollegiyası həmin hissədə də iddia tələbini əsaslı sayır. Belə ki, işə əlavə olunmuş həmin mühərrikin icarəyə götürülmsəinə dair 01.10.2017-ci il tarixli müqavilə və həmin avdanlığın zədələnməsinə dair raport və 80.314,34 ABŞ dolları məbləğində zərərin ödənilməsi üçün cavabdehə təqdim edilmiş 28.10.2019-cu il tarixli hesab-faktura, bununla əlaqədar elektron yazışmalarla ilkin iddiaçının istinad etdiyi halların mövcudluğu təsdiq edir. Digər tərəfdən qeyd olunan mühərrikdə zədələnmə baş verdiyi də qarşı tərəfin mübahisəndirildiyi də görünmür. Tərəflər arasında bağlanmış müqavilələrin 4.11-ci bəndlərinin şərtindən isə görünür ki, cavabdeh şirkət quyularda mövcud olan və xüsusi tədbirlərin görülməsini tələb edən istənilən təhlükə və ya qeyri-adi şəratitlər barədə pldratçıya məlumat verilməli, 19.2-ci bəndinin tələbinə görə isə podratçını müqavilələrin icrası ilə əlaqədar meydan çıxan bütün iddialardan, itkilərdən və öhdəliklərdən qorumalı, onun zərərsizliyini təmin etməlidir. Göründüyü kimi, qeyd olunan müqavilə şərtləri baxımından, ilkin iddiaçı həmin hissədə də tələbində haqlıdır. Eyni zamanda, qeyd olunan müqavilə şərtləri (4.11, 19.2) baxımından ilkin iddiaçının rotorla idarə olunan sistemlərin (RSS) fraxt, icarə və digər xərcləri ilə bağlı məruz qaldığı 104.076 ABŞ dolları məbləğində real zərərin əvəzinin də cavabdehdən tələb etməsini əsasılı sayır. Birincisi ona görə ki, iş materialları üzrə avadanlıqların icarəsinə dair 10.06.2019-cu il tarixli müqavilə, həmin avadanlıqların ölkəyə idxal olunması ilə bağlı gömrük bəyannamələri, tərəflər arasındakı yazışmalar elektron yazışmalar, texniki baxışla bağlı 25.07.2019-cu il tarixində tərtib olunmuş akt və həmin zərərin ödənilməsi üçün tərəfə təqdim olunmuş 13.03.2020-ci il tarixli invoysla - iddiaçının qeyd olunan xərclərin doğruluğunu təsdiq edir. Göründüyü kimi, ilkin iddiaçı tələbində haqlı olmuşdur. İlkin iddiaçının mühəndis xərcləri ilə bağlı dəymiş 100.022,12 ABŞ dolları məbləğində zərər tələbinin də əsaslı olduğu müqavilə şərtlərinə görə əsaslı olduğu öz təsdiqini tapır. Belə ki, tərəflər arasında bağlanmış müqavilələrin 5.1-ci bəndləri nəzərdə tutur ki, şirkət (şirkət) işlər, ofşor sığınacaq və yemək, bütün marşrut və təbii yardım nəqliyyatını, vertolyot və təchizat bazası ilə iş sahəsi arasında vertolyot təchizat qayığı ilə daşınması mümkün olan avadanlıq və materiallar üçün nəqliyyatı ödənişsiz təmin etməlidir. İşdən görünür ki, müqavilələrin icrası ilə əlaqədar daşına bilən konteynerlərin işçilər üçün anbar, yataqxana və ya ofis qismində istifadə edilməsi məqsədilə onların kirayəyə götürülməsinə, sair avadanlıqların icarəsinə görə 13.082,12 ABŞ dolları xərclənmiş, işçilərin yemək xərcləri isə 86.940 ABŞ dolları təşkil etmiş nəticədə, iddiaçı 100.022,12 ABŞ dolları məbləğində real maddi zərərə məruz qalmışdır. Bütün bunlar işə əlavə olunmuş həmin əmlakların kirayəsinə dair “xxxx” MMC ilə bağlanmış 05 və 08.01.2018-ci il tarixli xidmət müqavilələri, “Daşına bilən ofis və anbar plikonteynerlərin kirayəsi haqqında”“xxxx” MMC ilə bağlanmış 24.05.2019-cu il tarixli 22 saylı müqavilə, elektron qaimələr, ödəniş tapşırıqları və icarə xərclərinə dair cədvəl ilə təsdiq olunur. İlkin iddiaçının ziyanla bağlı sonuncu tələbi avadanlıqların istifadəyə götürülməsi və təmir edilməsi xərcləri ilə əlaqədar ona dəymiş 429.366,92 ABŞ dolları məbləğində zərərlə bağlıdır. Həmin zərər onunla təsdiqini tapır ki, müqavilələrdə nəzərdə tutulan öhdəliklərin icrası məqsədilə Aberdin şəhərində (Birləşmiş Krallıq) yerləşən “X8 Limited” şirkət ilə avadanlıqların (təkrar ixrac şərtlə) istfadəyə götürülməsi barədə 27.07.2016-cı il tarixli TWC/İddiaçı/2016 saylı müqavilə bağlanmış və həmin müqavilə üzrə avadanlıqların istfadəyə götürülməsi, mühəndis xərcləri və iş zamanı zədələnmiş avadanlıqların təmirinə görə çəkilmiş xərclər cəmi 332.407,60 ABŞ dolları məbləğini təşkil etmişdir. Bundan əlavə, Kanadanın “Cavare İnerna!onal İnc” şirkəti ilə də 04.05.2019-cu il tarixli müqavilə bağlanaraq mühərriklər üçün ehtiyat hissələri avadanlıqlarının alınmasına və iş zamanı zədələnmiş avadanlıqların təmirinə cəmi 96.959,32 ABŞ dolları məbləğində xərclər çəkilmişdir ki, bütün bunlar işin mübahisələndirilməyən halıdır. Belə olan halda, müqavilələrin qeyd olunan 5.1-ci bəndinin şərtləri baxımından həmin hissədə ilkin iddiaçının tələbində haqlı olduğu sübuta yetirilir. Beləliklə də işin tədqiq sübutlarla müəyyən edilən halları ilə sübuta yetirilir ki, ilkin iddiaçının vurulmuş zərərə görə cavabdehdən ümumilikdə 2.052.589,38 (1.338.810+80.314,34+104.076+100.022,12+429.366,92) ABŞ dolları məbləğində pulun ödəniş gününə olan Azərbaycan manatı məzənnəsi ilə tutulmasını tələbi əsaslıdır. Mülki Məcəllənin 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən əərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Birinci instansiya məhkəməsinin qətnaməsindən isə görünür ki, məhkəmə zərərin mövcudluğunu müəyyən etmiş, lakin həmin zərərin vurulmasında cavabdehin təqsirli hərəkətlərinin mövcud olmadğını əsas gətirməklə, əsassız olaraq ilkin iddianı zərərlə bağlı hissədə bütövlükdə rədd etmişdir. Ona görə də məhkəmə kollegiyası ilkin iddiaçının apellyasiya şikyətinin birinci instansiya məhkəməsi tərəfindən onun zərərlə bağl hissədə iddia tələbinin rədd olunmasının əsassız olduğunu mübahisələndlirən dəlilləri ilə razılaşır. Məhkəmə kollegiyası qarşılıqlı iddiaçı “X6 ” trestinin 806.303,12 ABŞ dolları məbləğində pul vəsaitinin İddiaçı MMC-dən tutulması barədə qraşılıqlı tələbinin isə birinci instansiya məhkəməsi tərəfindən rədd edilməsini faktlar nöqtəyi-nəzərindən mahiyyəti üzrə düzgün olan nəticə kimi qiymətləndirir. Belə ki, qətnamədən görünür ki, məhkəmə bu nəticəyə gələrkən aşağıdakıları qeyd etmişdir: Cavabdeh qarşılıqlı iddiası ilə bağlı qeyd etmək lazımdır ki, 19.03.2019-cu il tarixli, 26217-188 saylı xidmət müqaviləsinin 4.8-ci bəndə əsasən şirkət bu işlə bağlı digər müqavilələrə icazə vermək hüququnu özündə saxlayır. Ancaq Cavabdeh tərəfindən məhkəməyə İddiaçı MMC-nin müqavilənin 4-cü bəndində göstərilən öhdəliklərini pozmasına və bu səbəbdən işlərin görülməsini digər podratçılara həvalə etməyə məcbur qalmasına, həmçinin,əgər 72 və 73 saylı quyular üzrə xidmətlərin cavabdeh tərəfindən göstəriləcəyi təqdirdə müvafiq olaraq məhz 238205 və 219836 ABŞ dolları vəsait xərclənəcəyinə və 612 saylı quyu üzrə qeyd olunan qüsurun aradan qaldırılması üçün tələb olunan işləri cavabdeh özü görsəydi, dəyərinin məhz 33984 ABŞ dolları təşkil edəcəyinə,həmin məbləğin necə hesablanıb müəyyən edilməsinə dair məhkəməyə heç bir sübut təqdim olunmamışdır.” Məhkəmə kollegiyası mahiyyət etibarı ilə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Çünki, ən azından, qarşılıqlı iddiaçının apellyasiya şikayətinin dəlillərindən də məhkəmənin qeyd olunan mövqeyinin əsassızlığı ilə bağlı təkzibedici konkret əsaslandırma mövcud deyildir. Onun apellyasiya şikayətinin ilkin iddiaçı tərəfindən illik beş faizin ödənilməsi tələb olunduğu halda, həm də dəymiş zərərin əvəzinin ödənilməsi tələb olunmasının əsassız olduğunu mübahisələndirən dəlilləri də məhkəmə kollegiyası razılaşmır. Birincisi, Mülki Məcəllənin qeyd olunan 443.1-ci maddəsinin tələbi baxımından iddiaçı həmin tələbində haqlıdır. İkincisi isə həmin Məcəllənin 466-cı maddəsindən də görünür ki, tərəflər arasında dəbbə pulunun tutulması ilə bağlı razılaşma mövcud deyilsə,, öhdəliyin pozulmasına görə zərərin ödənilməsi tələb oluna bilər. Eyni zamanda məhkəmə kollegiyası qarşılıqlı iddiaçının apellyasiya şikayətinin avadanlıqların qaytarılması barədə ilkin iddia tələbini əsassız hesab edən dəlilləri ilə də razılaşmır. Çünki,avadanlıqların istifadəyə götürülməsi, təmiri və müvəqqti idxal şərtilə gətirildiyi “X8 Limited” şirkəti ilə bağlanmış avadanlıqların (təkrar ixrac şərtilə) istifadəyə götürülməsi barədə 20.07.2016-cı il tarixli TWC/İddiaçı/2016 saylı müqavilə, aktlar, gömrük bəyannamələri və digər sənədlərlə öz təsdiqini tapır. MPM-nin 14.2-ci maddəsinin tələbindən isə görünür ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni zamanda, «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, «affirmanti, non neganti incumbit probation» (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur (§68). Beləliklə də, qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası yekunda belə qənaətə gəlir ki, ilkin iddiaçınıne apellyasiya şikayəti qismən təmin edilməli, qarışılıqlı iddiaçının apellyasiya şikayəti təmin edilməməli və Bakı Kommersiya Məhkəməsinin e-2- 2(113)-2098/2020 saylı 13.11.2020-ci il tarixli qətnaməsi, qismən, ilkin iddiaçıya münasibətdə əsas borc, illik beş faiz və ziyan tələbi hissələrində ləğv edilməli, həmin hissələrdə ilkin iddia qismən təmin edilməli və “Kompleks Qazma İşləri” Trestindən 6.130.465,30 (5.995.939,40 +134525,9) ABŞ dolları əsas borc, 798.159,23 ABŞ dolları illik beş faiz və 2.052.589,38 ABŞ dolları məbləğində zərər məbləği - cəmi, 8.981.193,91 ABŞ dolları məbləğində pulun, ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi manata olan məzənnəsi ilə, İddiaçı MMC-nin xeyrinə tutulmalı, həmin tələblər üzrə ilkin iddia qalan hissədə təmin edilməməli və qətnamə qalan hissələrində dəyişdirilmədən saxlanılımalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 218, 382, 393, 384, 392, 393, 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət e t d i:

ARDN-in Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. İddiaçı MMC-nin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2098/2020 saylı 13.11.2020-ci il tarixli qətnaməsi, qismən, ilkin iddiaya münasibətdə əsas borc, illik beş faiz və ziyan tələbi ilə bağlı hissələrində ləğv edilsin. Həmin hissələrdə ilkin iddia qismən təmin edilsin. Cavabdehndən 6.130.465,30 ABŞ dolları əsas borc, 798.159,23 ABŞ dolları illik beş faiz və 2.052.589,38 ABŞ dolları məbləğində zərər məbləği - cəmi, 8.981.193,91 (səkkiz milyon doqquz yüz səksən bir min yüz doxsan üç) ABŞ dolları məbləğində pul, ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi manata olan məzənnəsi ilə, İddiaçı MMC-nin xeyrinə tutulsun. Həmin tələblər üzrə qalan hissədə iddia təmin edilməsin. Qətnamə qalan hissələrində dəyişdirilmədən saxlanılsın. Hazırkı qətnamədən tərəflərə təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Raqib Qurbanov

Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar