Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-368/2024 19.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Qurbanov Raqib Əliddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, İddiaçı Cavabdeh Şirkətinə qarşı pul tələbinə dair kommersiya işi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-402/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü Bakı Apellyasiya Məhkəməsinin binasında yoxlayaraq M ü ə y y ə n e t d i: İddiaçı MMC Cavabdeh Şirkətinə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “Baker Huges Services İnternational LLC” şirkətindən İddiaçı MMC-nin xeyrinə kimyəvi saxlama anbarı üçün quraşdırılmış 11 ədəd sürüşmə qapılarına görə yaranmış 86.152 manat əsas borcun və hesablanmış 10.473,1 manat faiz borcunun, cəmi 96.625,1 manat pulun; yeni sement bazasında kimyəvi anbarın (66x15x5m) tikintisinə görə yaranmış 65.056 manat əsas və 8.552,9 manat faiz borcunun, cəmi 73.608,9 manat pulun; emalatxana arxasına beton plitələrin (33x25m) qurşadırılmasına görə yaranmış 60.425 manat əsas və 9.478,7 manat faiz borcunun,cəmi 69.903,7 manat pulun; anbar və emalatxana arasında beton plitələrin (17x21m) quraşdırılmasına görə yaranmış 26.405 manat əsas və 3.598,1 manat faiz borcunun, cəmi 30.003,1 manat pulun; ehtiyat hissələri anbarının (15x15m) inşasına görə yaranmış 45.717 manat əsas və 6.229,5 manat faiz borcunun, cəmi 51.946,5 manat pulun; kimyəvi anbar üçün əlavə sahənin (15x15m) inşasına görə yaranmış 37.625 manat əsas və 5.126 manat faiz borcunun,cəmi 42.751 manat pulun; kimya anbarının (24x20m) inşasına görə yaranmış 64.282 manat əsas və 9.006.5 manat faiz borcunun,cəmi 73.288,5 manat pulun; yeni sementləmə sahəsində beton plitələrin (4387 kv.m.) quraşdırılmasına görə yaranmış 353.575 manat əsas və 43.711 manat faiz borcunun, cəmi 397.286 manat pulun; yeni yuyucu üçün (81x30m) kimyəvi anbarın arxasında beton plitələrin və kanalizasiya sisteminin (2.430 kv.m.) quraşdırılmasına görə yaranmış 182.230 manat əsas və 22.528,4 manat faiz borcunun, cəmi 204.758,4 manat pulun; yeni yuma sahəsi arxasında çınqılların (81x81m) döşənməsinə görə yaranmış 15.240 manat əsas və 1.800 manat faiz borcunun,cəmi 17.040 manat pulun; yerləşdirmə sahəsində (“Lay down area”) çınqılların (5.008 kv.m.) döşənməsinə görə yaranmış 114.840 manat əsas və 14.197,4 manat faiz borcunun,cəmi 129.037,2 manat pulun; yeni yuma sahəsi hasarının (60x3m) quraşdırılmasına görə yaranmış 15.128 manat əsas və 2.061 manat faiz borcunun,cəmi 17.189 manat pulun; icarəyə verilmiş konteynerlərin qaytarılmamasına görə hesablanmış 525.528 manat borcun, cəmi 1.736.785,8 manat pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-402/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edimişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-402/2023 nömrəli qətnaməsinin qismən, yəni iddianın rədd edildiyi hissədə ləğv olunmasını, iddianın həmin hissədə də təmin edilməsi haqqında yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyrimümkün hesab edilməlidir. “Dövlət rüsumu haqqında” Qanunun 8.1.5-ci maddəsinə əsasən iddia qiyməti 1.000.000 manatdan çox olduqda dövlət rüsumu 1.290 manat + 1.000.000 manatdan yuxarı olan iddia qiymətinin 0,05 faizi (hər bir halda 50.000 manatdan çox olmamaqla) məbləğində müəyyən edilir. Həmin Qanunun 8.6-cı maddəsinə əsasən apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə dövlət rüsumu bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində müəyyən edilir. Mülki Prosessual Məcəllənin 112.1.1-ci maddəsinə əsasən iddianın qiyməti pul vəsaiti alınması haqqındakı iddialarda—alınan məbləğlə müəyyən edilir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə iddiaçının cavabdehdən tələb etdiyi yekun məbləğ, yəni iddianın qiyməti 1.917.939,5 manat olduğundan apellyasiya şikayəti verilərkən iddia ərizəsi verilən zaman ödənilməli olan 1748 manat 97 qəpik dövlət rüsumunun 50 faizi, yəni 874 manat 48 qəpik məbləğində dövlət rüsumu ödənilməli idi. İşdən görünür ki, cavabdeh apellyasiya şikayəti verərkən cəmi 675 manat məbləğində dövlət rüsumu ödəmişdir. Mülki Prosessual Məcəllənin 363.1.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissəhissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə apelyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Mülki Prosessual Məcəllənin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-402/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə apelyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 363, 400 və 405-ci maddələrini rəhbər tutaraq, qərаrааldı: Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-402/2023 nömrəli qətnaməsindən iddiaçı İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin, iş apellyasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinə Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-2(103)-368/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-368/2024
19.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver