Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-387/2022 18.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi, iddiaçı ASC “Xalq” Bankının nümayəndəsi Nümayəndə, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-nin vəkili və nümayəndəsi Vəkil iştirakı ilə cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh5 qarşı ipoteka predmetlərinə tutmanın yönəldilməsi və sair tələblərə dair iddia ərizəsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-181/2021 nömrəli iş üzrə 05 may 2021-ci il tarixli qətnaməsindən üçüncü şəxsin apellyasiyasına əsasən kommersiya mübahisəsinə аçıq məhkəmə iclаsındа bаxаrаq müəyyən etdi: İddiaçı cavabdehlərə qarşı (üçüncü şəxs ”NKM Company” MMC) məhkəməyə müraciət edərək, 01.05.2015-ci il tarixli **********34215/SİM-1 nömrəli sonrakı ipoteka müqaviləsi üzrə Cavabdeh2 məxsus ünvan 1 ünvanda yerləşən 87.4 kv.m ümumi, 55.6 kv.m. yaşayış, 31.8 kv.m. yardımçı sahədən ibarət 3 otaqlı mənzilə (1-ci ipoteka predmeti), 01.05.2015-ci il tarixli **********342İ5/SİM-2 nömrəli sonrakı ipoteka müqaviləsi üzrə Cavabdeh1 məxsus ünvan 2 ünvanda istifadəsində olan 0.056 ha torpaq sahəsində yerləşən 1.001,4 kv.m. ümumi, 268,4 kv.m. yaşayış, 733 kv.m. yardımçı sahədən ibarət 2 mərtəbəli 9 otaqlı tərdi yaşayış evinə (2-ci ipoteka predmeti), 20.05.2015-ci il tarixli **********34215/SİM-6 nömrəli sonrakı ipoteka müqaviləsi üzrə Cavabdeh1 məxsus Abşeron rayonu Hökməli qəsəbəsində yerləşən kateqoriyasına görə ehtiyat fondu təyinatlı torpaqlara, məqsədli istifadə növünə görə sahibkarlığa aid olan 2.55 ha torpaq sahəsinə (3-cü ipoteka predmeti), 01.05.2015-ci il tarixli **********34215/İM-3 nömrəli ipoteka müqaviləsi üzrə Cavabdeh3 məxsus Bakı şəhəri Xətai rayonu Əhmədli qəsəbəsi Əhmədli- 9 küçəsində istifadəsində olan 0.02635 ha torpaq sahəsində yerləşən 130.2 kv.m. yaşayış, 139.3 kv.m. yardımçı sahədən ibarət 2 mərtəbəli 6 otaqlı 46B nömrəli fərdi yaşayış evinə (4-cü ipoteka predmeti), 01.05.2015-ci il tarixli **********34215/İM-4 nömrəli ipoteka müqaviləsi üzrə Cavabdeh4 məxsus ünvan 3 ünvanda yerləşən 317.2 kv.m. ümumi, 112.3 kv.m. yaşayış, 204.9 kv.m. yardımçı sahədən ibarət 4 otaqlı mənzilə (5-ci ipoteka predmeti), 06.05.2015-ci il tarixli **********34215/İM-5 nömrəli ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan və Cavabdeh5 məxsus ünvan 4 ünvanda istifadəsində olan 0.03604 ha torpaq sahəsində yerləşən 1334.2 kv.m. ümumi sahədən ibarət 3 mərtəbəli qeyriyaşayış binasına (6-cı ipoteka predmeti) tutmanın yönəldilməsi, həmin əmlak obyektlərinin satışından əldə olunan vəsaitlər hesabına borc alan üçüncü şəxsin 29.04.2015-ci il tarixli **********34215 nömrəli kredit müqaviləsi üzrə onun qarşısındakı 2.334.025 manat məbləğdə əsas borcu, kreditdən istifadəyə görə hesablanmış 38.906,27 manat məbləğdə adi faizlər üzrə borcu, 01.04.2020-ci il tarixə qədər vaxtı keçmiş əsas borc məbləğinə gecikdirmənin hər günü üçün illik 30% dərəcəsi ilə hesablanmış 94.721,48 manat məbləğdə penya (cərimə) olmaqla, cəmi 2.467.652,75 manat borc məbləği və 05.05.2021ci il tarixindən başlayaraq kredit müqaviləsi üzrə onun tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 6% dərəcəsi ilə hesablanan əldən çıxmış fayda, ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişlərin dövlət qeydiyyatına alınmasına görə 180 manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 120 manat məbləğdə çəkilmiş xərclər ipoteka predmetlərinin dəyərindən onun xeyrinə tutulması və iddia ərizəsinin verilməsinə görə 30 manat məbləğdə dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclərin cavabdehlərdən birgə qaydada onun xeyrinə tutulması, ipoteka predmetlərinin ilkin satış (likvid) qiymətlərinin məhkəmə tərəfindən cəlb edilmiş müstəqil qiymətləndiricinin rəyi əsasında müəyyən edilməsi, 1-ci, 2-ci, 4-cü və 5-ci ipoteka predmetləri olan mənzillər/evlər satıldıqdan sonra: 1-ci ipoteka predmeti olan mənzildə yaşayan Cavabdeh2, 2-ci ipoteka predmeti olan fərdi yaşayış evində yaşayan Cavabdeh1, 4-cü ipoteka predmeti olan fərdi yaşayış evində yaşayan Cavabdeh3, 5-ci ipoteka predmeti olan mənzildə yaşayan Cavabdeh4, həmçinin onların ailə üzvləri və digər şəxslərin müvafiq olaraq 1-ci, 2-ci, 4-cü və 5-ci ipoteka predmetləri olan mənzilləri/evləri 1 ay ərzində tərk etmədikləri halda, həmin şəxslərin mənzillərdən/evlərdən məcburi qaydada çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 05.05.2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, 01.05.2015-ci il tarixli **********34215/SİM-1 nömrəli sonrakı ipoteka müqaviləsi üzrə Cavabdeh2 məxsus ilk satış qiyməti 155.000 manat olan ünvan 1 ünvanda yerləşən 87.4 kv.m ümumi, 55.6 kv.m. yaşayış, 31.8 kv.m. yardımçı sahədən ibarət 3 otaqlı mənzilə, 01.05.2015-ci il tarixli **********342İ5/SİM-2 nömrəli sonrakı ipoteka müqaviləsi üzrə Cavabdeh1 məxsus ilk satış qiyməti 330.000 manat olan ünvan 5 ünvanda istifadəsində olan 0.056 ha torpaq sahəsində yerləşən 1 001.4 kv.m. ümumi, 268.4 kv.m. yaşayış, 733 kv.m. yardımçı sahədən ibarət 2 mərtəbəli 9 otaqlı tərdi yaşayış evinə, 20.05.2015-ci il tarixli **********34215/SİM-6 nömrəli sonrakı ipoteka müqaviləsi üzrə Cavabdeh1 məxsus ilk satış qiyməti 900.000 manat olan Abşeron rayonu Hökməli qəsəbəsində yerləşən kateqoriyasına görə ehtiyat fondu təyinatlı torpaqlara, məqsədli istifadə növünə görə sahibkarlığa aid olan 2.55 ha torpaq sahəsinə, 01.05.2015-ci il tarixli **********34215/İM-3 nömrəli ipoteka müqaviləsi üzrə Cavabdeh3 məxsus ilk satış qiyməti 190.000 manat olan Bakı şəhəri Xətai rayonu Əhmədli qəsəbəsi Əhmədli-9 küçəsində istifadəsində olan 0.02635 ha torpaq sahəsində yerləşən 130.2 kv.m. yaşayış, 139.3 kv.m. yardımçı sahədən ibarət 2 mərtəbəli 6 otaqlı 46B nömrəli fərdi yaşayış evinə, 01.05.2015ci il tarixli **********34215/1M-4 nömrəli ipoteka müqaviləsi üzrə Cavabdeh4 məxsus ilk satış qiyməti 410.000 manat olan ünvan 3 ünvanda yerləşən 317.2 kv.m. ümumi, 112.3 kv.m. yaşayış, 204.9 kv.m. yardımçı sahədən ibarət 4 otaqlı mənzilə, 06.05.2015-ci il tarixli **********34215/İM-5 nömrəli ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan və Cavabdeh5 məxsus ilk satış qiyməti 2.000.000 manat olan ünvan 4 ünvanda istifadəsində olan 0.03604 ha torpaq sahəsində yerləşən 1334.2 kv.m. ümumi sahədən ibarət 3 mərtəbəli qeyri-yaşayış binasının açıq hərracda satılması və satışdan əldə olunan vəsaitin hesabına borc alan üçüncü şəxsin 29.04.2015-ci il tarixli **********34215 nömrəli kredit müqaviləsi üzrə iddiaçı qarşısındakı 2.334.025 manat məbləğdə əsas borcu, kreditdən istifadəyə görə hesablanmış 38.906,27 manat məbləğdə faiz borcu, 01.04.2020-ci il tarixə qədər vaxtı keçmiş əsas borc məbləğinə gecikdirmənin hər gününə görə 10.068,73 manat məbləğdə penya (cərimə) olmaqla, cəmi 2.383.000 manat məbləğdə borcun ödənilməsi, ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişlərin dövlət qeydiyyatına alınmasına görə 180 manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 120 manat məbləğdə çəkilmiş xərclər, dövlət rüsumu kimi ödənilmiş 28,86 manat məbləğdə pulun iddiaçıya ödənilməsi, ipoteka predmetləri olan ünvan 1 ünvanda yerləşən 87.4 kv.m. ümumi, 55.6 kv.m. yaşayış, 31.8 kv.m. yardımçı sahədən ibarət 3 otaqlı mənzil, ünvan 5 ünvanda 0.056 ha torpaq sahəsində yerləşən 1.001.4 kv.m. ümumi, 268.4 kv.m. yaşayış, 733 kv.m. yardımçı sahədən ibarət 2 mərtəbəli 9 otaqlı tərdi yaşayış evi, Bakı şəhəri Xətai rayonu Əhmədli qəsəbəsi Əhmədli-9 küçəsində 0.02635 ha torpaq sahəsində yerləşən 130.2 kv.m. yaşayış, 139.3 kv.m. yardımçı sahədən ibarət 2 mərtəbəli 6 otaqlı 46B nömrəli fərdi yaşayış evi, ünvan 3 ünvanda yerləşən 317.2 kv.m. ümumi, 112.3 kv.m. yaşayış, 204.9 kv.m. yardımçı sahədən ibarət 4 otaqlı mənzil satıldıqdan sonra Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4, həmçinin bütün digər şəxslərin ipoteka predmetləri olan müvafiq sahələrdən 1 ay ərzində çıxarılması qət edilmişdir. Qətnamə ilə razılaşmayan üçüncü şəxs ondan apellyasiya şikayəti verərək, dəyişdirilib, iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, birinci instansiya məhkəməsi qərar qəbul edərkən üçüncü şəxs tərəfindən ödənilən məbləğləri nəzərə almamış, sadəcə Bank tərəfindən təqdim olunan arayışa əsaslanaraq qərar qəbul etmişdir. Halbuki, iş üçün mühüm əhəmiyyət daşıyan mühasibatlıq ekspertizası təyin edərək məbləğləri müəyyən edə bilərdi. Ona görə də hesab edir ki, xüsusi bilik tələb olunan sualları izah etmək üçün mühasibatlıq ekspertizası təyin edilmədir. İşə apellyasiya qaydasında baxılarkən üçüncü şəxsin vəkili və nümayəndəsi şikayəti müdafiə edərək, ona uyğun izahat verib, qətnamənin ləğv edilməsini, iddiaçının nümayəndəsi şikayəti qəbul etməyib, rədd olunmasını xahiş etmişlər. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 372-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İlk olaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20.05.2011-ci il tarixli Qərarında göstərilmişdir ki, “Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “ne eat judex ultra petita partium” – “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “temtum devolutum qantum appelatum” - “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir. ... Buna görə də, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti ilə qətnamənin ləğvi xahiş edilsə də, mübahisənin predmeti bölünən olduğu, iddiaçı iddianın qismən təmin olunması ilə razılaşaraq apellyasiya şikayəti vermədiyi (qətnamə onun tərəfindən mübahisə edilmədiyi) üçün birinci instansiya məhkəməsinin qətnaməsinə iddia rədd olunan hissədə hüquqi müdaxilə dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilə bilər. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığına onun düzünə mübahisələndirilən hissədə (apellyasiya şikayəti həddində) hüquqi qiymət verilməli, qalan hissə tərəflər arasında mübahisəsiz olduğu, həmçinin, qətnamə bütövlükdə prosessual hüquq normalarına riayət olunmaqla qəbul edildiyi üçün, qətnamənin mübahisələndirilməyən hissəsinə toxunulmamalı, qətnamənin iddia təmin olunan hissəsi yalnız apellyasiya şikayətinin dəlilləri üzrə yoxlanılmalıdır. İşdən müəyyən edilir ki, 29 aprel 2015-ci il tarixli **********34215 nömrəli kredit müqaviləsi ilə iddiaçı Bank tərəfindən borc alan üçüncü şəxs "xxxx" MMC-yə 84 ay müddətinə illik 6 faiz ödəmək şərti ilə 2.500.000 manat məbləğdə kredit verilməsi barədə razılığa gəlinmişdir. 29 aprel 2015-ci il tarixli **********34215 nömrəli kredit müqaviləsinə 1 nömrəli əlavə olan ödəniş cədvəlinə əsasən, üçüncü şəxs Banka olan 2.500.000 manat əsas borcu 84 ay ərzində (ilk 42 aylıq dövr güzəştli olmaqla bu müddət ərzində əsas borc məbləğinin qaytarılması ilə bağlı hər hansı bir ödəniş həyata keçirilmir, 29.05.2015-29.04.2022) 793323,42 manat faiz borcu ilə birlikdə (ümumilikdə 3.293.323,42 manat olmaqla) ödəməlidir. 01 may 2015-ci il tarixli **********34215/SİM-1 nömrəli sonrakı ipoteka müqaviləsinə görə, 29 aprel 2015-ci il tarixli **********34215 nömrəli kredit müqaviləsinin təminatı kimi Cavabdeh2 məxsus olan tərəflər arasında bazar dəyəri 165.000 manat, likvid dəyəri 160.000 manat məbləğdə qiymətləndirilmiş ünvan 1 ünvanda yerləşən 87,4 kv.m. ümumi, 55,6 kv.m. yaşayış, 31,8 kv.m. yardımçı sahədən ibarət 3 otaqlı mənzilin Bankın xeyrinə ipoteka ilə yüklü edilməsi barədə razılığa gəlmişlər. DƏDRX Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX ******* nömrəli çıxarışa əsasən, Cavabdeh2 mülkiyyət hüququ ilə Bakı şəhəri Yasamal rayonu 3142-ci məhəllə Mirəli Seyidov küçəsi ev 19a ünvanda yerləşən 36 nömrəli mənzil 29 aprel 2015-ci il tarixli **********34215 nömrəli kredit müqaviləsi əsasında Bankın xeyrinə, yüklülüyün müddəti 84 ay qeyd edilməklə, ipoteka ilə yüklü edilmiş və daşınmaz əmlakın dövlət reyestrində 02.05.2015-ci il tarixdə qeydiyyata alınmışdır. 01 may 2015-ci il tarixli **********34215/SİM-2 nömrəli sonrakı ipoteka müqaviləsi ilə 29 aprel 2015-ci il tarixli **********34215 nömrəli kredit müqaviləsinin təminatı kimi Cavabdeh1 məxsus olan, tərəflər arasında bazar dəyəri 550.000 manat, likvid dəyəri 500.000 manat məbləğdə qiymətləndirilmiş ünvan 5 ünvanda istifadəsində olan 0,056 ha torpaq sahəsində yerləşən 1.001,4 kv.m. ümumi, 268,4 kv.m. yaşayış, 733 kv.m. yardımçı sahədən ibarət 2 mərtəbəli 9 otaqlı fərdi yaşayış evinin Bankın xeyrinə ipoteka ilə yüklü edilməsi barədə razılığa gəlmişlər. DƏDRX Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX ******* nömrəli çıxarışa görə, Cavabdeh1 mülkiyyət hüququ ilə ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evi 29 aprel 2015-ci il tarixli **********34215 nömrəli kredit müqaviləsi əsasında Bankın xeyrinə, yüklülüyün müddəti 84 ay qeyd edilməklə, ipoteka ilə yüklü edilmiş və daşınmaz əmlakın dövlət reyestrində 02.05.2015-ci il tarixdə qeydiyyata alınmışdır. 01 may 2015-ci il tarixli **********34215/İM-3 nömrəli ipoteka saxlayan iddiaçı, ipoteka qoyan Cavabdeh3 və borc alan üçüncü şəxs arasında bağlanmış ipoteka müqaviləsi ilə Bank ilə üçüncü şəxs arasında bağlanmış 29 aprel 2015-ci il tarixli **********34215 nömrəli kredit müqaviləsinin təminatı kimi Cavabdeh3 mülkiyyət huququ ilə məxsus olan, tərəflər arasında bazar dəyəri 220.000 manat likvid dəyəri 200.000 manat məbləğdə qiymətləndirilmiş ünvan 6 ünvanda istifadəsində olan 0,02635 ha torpaq sahəsində yerləşən 130,2 kv.m. yaşayış, 139,3 kv.m. yardımçı sahədən ibarət 2 mərtəbəli 6 otaqlı fərdi yaşayış evinin Bankın xeyrinə ipoteka ilə yüklü edilməsi barədə razılığa gəlmişlər. DƏDRX Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX ******* nömrəli çıxarışa əsasən, Cavabdeh3 mülkiyyət hüququ ilə məxsus ünvan 6 ünvanda yerləşən fərdi yaşayış evi 29 aprel 2015-ci il tarixli **********34215 nömrəli kredit müqaviləsi əsasında Bankın xeyrinə, hüququn əvvəlki yüklülüyünün olmaması və yüklülüyün müddəti 84 ay qeyd edilməklə, ipoteka ilə yüklü edilmiş və daşınmaz əmlakın dövlət reyestrində 02.05.2015-ci il tarixdə qeydiyyata alınmışdır. 01 may 2015-ci il tarixli **********34215/İM-4 nömrəli ipoteka saxlayan iddiaçı, ipoteka qoyan Cavabdeh4 və borc alan üçüncü şəxs arasında bağlanmış ipoteka müqaviləsi ilə Bank ilə üçüncü şəxs arasında bağlanmış 29 aprel 2015-ci il tarixli **********34215 nömrəli kredit müqaviləsinin təminatı kimi Cavabdeh4 mülkiyyət huququ ilə məxsus olan, tərəflər arasında bazar dəyəri 600.000 manat, likvid dəyəri 500000 manat məbləğində qiymətləndirilmiş ünvan 3 ünvanda yerləşən 317,2 kv.m. ümumi, 112,3 kv.m. yaşayış, 204,9 kv.m. yardımçı sahədən ibarət 4 otaqlı mənzilin Bankın xeyrinə ipoteka ilə yüklü edilməsi barədə razılığa gəlmişlər. DƏDRX Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX ******* nömrəli çıxarışa görə, Cavabdeh4 mülkiyyət hüququ ilə məxsus Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Ülvi Rəcəbov küçəsi ev 15 ünvanda yerləşən 2 nömrəli mənzil 29 aprel 2015-ci il tarixli **********34215 nömrəli kredit müqaviləsi əsasında Bankın xeyrinə, hüququn əvvəlki yüklülüyünün olmaması və yüklülüyün müddəti 84 ay qeyd edilməklə, ipoteka ilə yüklü edilmiş və daşınmaz əmlakın dövlət reyestrində 02.05.2015-ci il tarixdə qeydiyyata alınmışdır. 06 may 2015-ci il tarixli **********34215/İM-5 nömrəli ipoteka saxlayan iddiaçı Bank, ipoteka qoyan Cavabdeh5 və borc alan üçüncü şəxs MMC arasında bağlanmış ipoteka müqaviləsi ilə Bank ilə üçüncü şəxs ilə arasında bağlanmış 29 aprel 2015-ci il tarixli **********34215 nömrəli kredit müqaviləsinin (həmin müqaviləyə 06.05.2015-ci il tarixli 01 nömrəli və 20.05.2015-ci il tarixli 02 nömrəli əlavə sazişlərdə edilmiş dəyişikliklər nəzərə alınmaqla) təminatı kimi Cavabdeh5 mülkiyyət huququ ilə məxsus olan, tərəflər arasında bazar dəyəri 2.000.000 manat, likvid dəyəri 1.700.000 manat məbləğdə qiymətləndirilmiş ünvan 4 ünvanda istifadəsində olan 0,03604 ha torpaq sahəsində yerləşən 1334,2 kv.m. ümumi sahədən ibarət 3 mərtəbəli qeyri-yaşayış binasının Bankın xeyrinə ipoteka ilə yüklü edilməsi barədə razılığa gəlmişlər. DƏDRX Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX ******* nömrəli çıxarışa əsasən, Cavabdeh5 mülkiyyət hüququ ilə məxsus ünvan 4 ünvanda yerləşən qeyri-yaşayış binası 29 aprel 2015-ci il tarixli **********34215 nömrəli kredit müqaviləsi və 06.05.2015-ci il tarixli 01 nömrəli əlavə saziş əsasında Bankın xeyrinə, hüququn əvvəlki yüklülüyünün olmaması və yüklülüyün müddəti 84 ay qeyd edilməklə, ipoteka ilə yüklü edilmiş və daşınmaz əmlakın dövlət reyestrində 07.05.2015-ci il tarixdə qeydiyyata alınmışdır. 29 aprel 2015-ci il tarixli **********34215 nömrəli kredit müqaviləsinə 06.05.2015-ci il tarxili 1 nömrəli əlavə sazişə görə, kredit müqaviləsinə əsasən mövcüd olan öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə tərəflər və Cavabdeh5 arasında 06 may 2015-ci il tarixli **********34215/İM-5 nömrəli ipoteka müqaviləsinin bağlanması ilə bağlı kredit müqaviləsinə dəyişikliklər edilərək, borc alan bu müqavilə üzrə öz öhdəliklərinin icrasını təmin etmək üçün bu müqavilənin imzalanması tarixindən 10 iş günü müddətindən gec olmayaraq bu müqavilənin 1.3.1-ci, 1.3.2-ci, 1.3.3-cü, 1.3.4-cü və 1.3.5-ci yarımbəndlərində qeyd olunan əmlakların mülkiyyətçiləri tərəfindən müvafiq ipoteka və sonrakı ipoteka müqavilələri üzrə Bankın xeyrinə iopteka ilə yüklü edilməsini təmin etməyi öz öhdəsinə götürür. 20 may 2015-ci il tarixli **********34215/SİM-6 nömrəli sonrakı ipoteka müqaviləsi ilə 29 aprel 2015-ci il tarixli **********34215 nömrəli kredit müqaviləsinin (həmin müqaviləyə 06.05.2015-ci il tarixli 01 nömrəli və 20.05.2015-ci il tarixli 02 nömrəli əlavə sazişlərdə edilmiş dəyişikliklər nəzərə alınmaqla) təminatı kimi Cavabdeh1 məxsus olan tərəflər arasında bazar dəyəri 1.800.000 manat, likvid dəyəri 1.600.000 manat məbləğdə qiymətləndirilmiş Abşeron rayonu Hökməli qəsəbəsində yerləşən kateqoriyasına görə ehtiyat fondu təyinatlı torpaqlara, məqsədli istifadə növünə görə sahibkarlığa aid olan 2,55 ha torpaq sahəsi Bankın xeyrinə ipoteka ilə yüklü edilməsi barədə razılığa gəlmişlər. DƏDRX Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX ******* nömrəli çıxarışa əsasən, Cavabdeh1 mülkiyyət hüququ ilə məxsus olan, Abşeron rayonu Hökməli qəsəbəsində yerləşən 2,55 ha torpaq sahəsi 29 aprel 2015ci il tarixli **********34215 nömrəli kredit müqaviləsi, həmin müqaviləyə 06.05.2015-ci il tarixli 01 nömrəli və 20.05.2015-ci il tarixli 02 nömrəli əlavə sazişlər əsasında Bankın xeyrinə, hüququn əvvəlki yüklülüyünün Bankı olması və yüklülüyün müddəti 29.04.2015-ci ildən başlayaraq 84 ay qeyd edilməklə, ipoteka ilə yüklü edilmiş və daşınmaz əmlakın dövlət reyestrində 21.05.2015-ci il tarixdə qeydiyyata alınmışdır. 29 aprel 2015-ci il tarixli **********34215 nömrəli kredit müqaviləsinə 20.05.2015-ci il tarxili 2 nömrəli əlavə sazişə görə, kredit müqaviləsinə əsasən mövcüd olan öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə tərəflər və Cavabdeh1 arasında 20 may 2015-ci il tarixli **********34215/SİM-6 nömrəli ipoteka müqaviləsinin bağlanması ilə bağlı kredit müqaviləsinə dəyişikliklər edilərək, borc alan bu müqavilə üzrə öz öhdəliklərinin icrasını təmin etmək üçün bu müqavilənin imzalanması tarixindən 10 iş günü müddətindən gec olmayaraq bu müqavilənin 1.3.1-ci, 1.3.2-ci, 1.3.3-cü, 1.3.4-cü, 1.3.5-ci və 1.3.6-cı yarımbəndlərində qeyd olunan əmlakların mülkiyyətçiləri tərəfindən müvafiq ipoteka və sonrakı ipoteka müqavilələri üzrə Bankın xeyrinə iopteka ilə yüklü edilməsini təmin etməyi öz öhdəsinə götürür. İpoteka predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişlərin dövlət qeydiyyatına alınmasına görə 180 manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 120 manat məbləğində haqq tutulmuşdur. "xxxx" MMC-nin 11 fevral 2021-ci il tarixli PR-KM/03-1-2020 nömrəli Əmlakın qiymətləndirilməsi ilə bağlı hesabatına əsasən, Cavabdeh2 məxsus ünvan 1 ünvanda yerləşən 87,4 kv.m. sahəli 3 otaqlı mənzilin 25.01.2021-ci il tarixə bazar dəyəri 164.000 manat, likvid dəyəri 155.000 manat təşkil edir. "xxxx" MMC-nin 11 fevral 2021-ci il tarixli PR-KM/03-2-2021 nömrəli Əmlakın qiymətləndirilməsi ilə bağlı hesabatına görə, Cavabdeh1 məxsus ünvan 5 ünvanda yerləşən istifadədə olan 0,056 ha tikintialtı torpaq sahəsi üzərində olan 1001,4 kv.m. sahəli fərdi yaşayış evinin 25.01.2021-ci il tarixə bazar dəyəri 370.000 manat, likvid dəyəri 330000 manat təşkil edir. "xxxx" MMC-nin 11 fevral 2021-ci il tarixli PR-KM/03-3-2021 nömrəli Əmlakın qiymətləndirilməsi ilə bağlı hesabatına əsasən, Cavabdeh3 məxsus ünvan 6 ünvanda yerləşən istifadədə olan 0,02635 ha tikintialtı torpaq sahəsi üzərində olan 269,5 kv.m. sahəli fərdi yaşayış evinin 26.01.2021-ci il tarixə bazar dəyəri 210.000 manat, likvid dəyəri 190.000 manat təşkil edir. "xxxx" MMC-nin 11 fevral 2021-ci il tarixli PR-KM/03-4-2021 nömrəli Əmlakın qiymətləndirilməsi ilə bağlı hesabatına görə, Cavabdeh1 məxsus Abşeron rayonu Hökməli qəsəbəsində yerləşən 2,55 ha torpaq sahəsinin 25.01.2021-ci il tarixə bazar dəyəri 1.105.000 manat, likvid dəyəri 900.000 manat təşkil edir. "xxxx" MMC-nin 11 fevral 2021-ci il tarixli PR-KM/03-5-2021 nömrəli Əmlakın qiymətləndirilməsi ilə bağlı hesabatına əsasən, Cavabdeh5 məxsus ünvan 4 ünvanda yerləşən istifadədə olan 0,03604 ha torpaq sahəsində olan 1334,2 kv.m. qeyri-yaşayış binasının 26.01.2021-ci il tarixə bazar dəyəri 2.250.000 manat, likvid dəyəri 2.000.000 manat təşkil edir. "xxxx" MMC-nin 11 fevral 2021-ci il tarixli PR-KM/03-6-2021 nömrəli Əmlakın qiymətləndirilməsi ilə bağlı hesabatına görə, Cavabdeh4 məxsus ünvan 3 ünvanda yerləşən 317,2 kv.m. sahəli 4 otaqlı mənzilin 25.01.2021-ci il tarixə bazar dəyəri 450.000 manat, likvid dəyəri 410.000 manat təşkil edir. "xxxx" MMC-nin 12 fevral 2021-ci il tarixli PR-KM/03-2021 nömrəli məktubundan görünür ki, 6 əmlak üzrə qiymətləndirmə işinin xidmət haqqısı ümumilikdə 1.850 manat təşkil edir və bu məbləğ Bank tərəfindən ödənilib. İddiaçının təqdim etdiyi arayışa əsasən, borc alan üçüncü şəxsin 29 aprel 2015-ci il tarixli **********34215 nömrəli kredit müqaviləsi üzrə Bank qarşısında öhdəliklərini yerinə yetirmədiyinə görə 05.05.2021-ci il tarixinə olan borcu 2.334.025 manat əsas, 38.906,27 manat faiz, 94.721,48 manat cərimə olmaqla, cəmi 2.467.652,75 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Maddə 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər; Maddə 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir; Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər; “İpoteka haqqında” AR Qanununun: Maddə 34.1. İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; Maddə 39.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir: 39.3.3. ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; Maddə 41.1. İpoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər; Maddə 59.3. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair” 20.07.2020-ci il tarixli qərardadına görə, “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. İşin müəyyən olunmuş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, kredit müqaviləsinə əsasən alınan pulların qaytarılması ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan üçüncü şəxs müqavilə üzrə iddiaçıya olan borclarını ödəmədiyi üçün borcun tutulması öhdəliyin icrasının təmininatı olan cavabdehlərə məxsus ipoteka predmetlərinə yönəldilməlidir. Bu mənada məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır. Belə ki, üçüncü şəxs birinci instansiya məhkəməsi qərar qəbul edərkən onun tərəfindən ödənilən məbləğlərin nəzərə alınmadığını bildirsə də, öz arqumentlərini ümumi qaydada ifadə edərək, etirazının əsasını təşkil edən hallara dair hər hansı mötəbər sübut təqdim etməmiş, dəlildə konkret faktlara (ödəniş tarixləri və məbləğləri əks olunan rəsmi sənədlərə) istinad etməmişdir. Eyni qaydada, şikayətin xüsusi bilik tələb olunan sualları izah etmək üçün mühasibatlıq ekspertizasının təyin edilməsi barədə dəlili də əsaslı deyil. Belə ki, bu dəlilində də üçüncü şəxs hansı xüsusi bilik tələb olunan sualların izaha ehtiyacının olduğunu əsaslandırmamış, razılaşmadığı borcun əslində nə məbləğdə olmalı olduğunu dəqiqləşdirməmiş, heç bir hesablama aparmamış və nəticə irəli sürməmişdir. MPM-in: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: Maddə 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri formal xarakter daşımaqla, qətnamənin ləğvinə əsas vermir. Bununla bağlı olaraq, qətnamə dəyişdirilmədən saxlanılmalı, şikayət təmin edilməməlidir. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-181/2021 nömrəli iş üzrə 05 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Üçüncü şəxs "xxxx" MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-387/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-387/2022
18.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver