Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-2(107)-54/2022 14.06.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X3 qarşı “xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 10204,50 manat əsas, 1414,05 manat faiz, 1958,29 manat cərimə, xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanmış 940,40 manat əldən çıxmış fayda olmaqla cəmi 14517,24 manat borcun, 30 manat dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat rüsum və 20 manat xidmət haqqının cavabdehlərdən tutularaq ödənilməsi, tutmanın cavabdehlərin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 2 otaqlı fərdi yaşayış evinə 0,06 ha torpaq sahəsi ilə birlikdə yönəldilməsi, əmlakın açıq hərracda satılması, satışdan əldə olunan vəsait hesabına borcun ödənilməsi, satışdan əldə olunan vəsait kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, əmlak satıldıqdan sonra cavabdehlərin əmlakdan istifadə hüquqlarının itirilmiş hesab edilməsi tələbinə dair” dair kоmmersiyа mübahisəsi üzrə (Açar sözlər: kredit müqаviləsi üzrə bоrc tələbi - ötürülmüş müddətin bərpası) Hakimlər Hüseynov Elçin Şirin oğlu (sədrlik edən və məruzəçi), Cаvаdоvа Günаy İsmаyıl qızı və Rəfiyev Rövşən Rаfiq оğlundаn ibarət tərkibdə, məhkəmə iclas katibi X10 iştirakı ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X3 qarşı “xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 10204,50 manat əsas, 1414,05 manat faiz, 1958,29 manat cərimə, xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanmış 940,40 manat əldən çıxmış fayda olmaqla cəmi 14517,24 manat borcun, 30 manat dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat rüsum və 20 manat xidmət haqqının cavabdehlərdən tutularaq ödənilməsi, tutmanın cavabdehlərin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 2 otaqlı fərdi yaşayış evinə 0,06 ha torpaq sahəsi ilə birlikdə yönəldilməsi, əmlakın açıq hərracda satılması, satışdan əldə olunan vəsait hesabına borcun ödənilməsi, satışdan əldə olunan vəsait kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, əmlak satıldıqdan sonra cavabdehlərin əmlakdan istifadə hüquqlarının itirilmiş hesab edilməsi tələbinə dair” kommersiya mübahisəsi üzrə Şəki Kommersiya Məhkəməsinin 15 mart 2022-ci il tarixli, 2-2(117)-89/2022 saylı qətnaməsindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması barədə həmin məhkəmənin 10 may 2022-ci il tarixli, 2-2(105)-89/2022 saylı qərardadından İddiaçı ASC tərəfindən verilmiş şikаyətə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X3 qarşı “xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 10204,50 manat əsas, 1414,05 manat faiz, 1958,29 manat cərimə, xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 %lə hesablanmış 940,40 manat əldən çıxmış fayda olmaqla cəmi 14517,24 manat borcun, 30 manat dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat rüsum və 20 manat xidmət haqqının cavabdehlərdən tutularaq ödənilməsi, tutmanın cavabdehlərin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 2 otaqlı fərdi yaşayış evinə 0,06 ha torpaq sahəsi ilə birlikdə yönəldilməsi, əmlakın açıq hərracda satılması, satışdan əldə olunan vəsait hesabına borcun ödənilməsi, satışdan əldə olunan vəsait kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, əmlak satıldıqdan sonra cavabdehlərin əmlakdan istifadə hüquqlarının itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şəki Kоmmersiyа Məhkəməsinin 15 mаrt 2022-ci il tarixli 2-2(117)-89/2022 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X1 9517,99 manat manat əsas borc, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat rüsum, 20 manat xidmət haqqı və 19,67 manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi, borc məbləğinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 2 otaqlı fərdi yaşayış evinə 0,06 ha torpaq sahəsi ilə birlikdə yönəldilməsi, ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən 2 otaqlı fərdi yaşayış evinin 0,06 ha torpaq sahəsi ilə birlikdə ilkin satış (likvid) qiymətinin 74210 manat məbləğində müəyyən edilməsi, həmin əmlakın açıq hərraclar vasitəsi ilə satılması, satışdan əldə edilmiş vəsaitin cavabdehlərin İddiaçı ASC-yə olan borcunun ödənilməsinə yönəldilməsi, iddianın qalan hissələrdə rədd edilməsi, ödənilmiş 10,33 manat dövlət rüsumunun iddiaçıya aid edilməsi, ipoteka predmetinin qiymətləndirilməsi üçün aparılmış tədqiqatın dəyəri olan 110 manat pulun 55 manatının İddiaçı ASC-dən və 55 manatının cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X1 tutularaq “X9” MMC-nin hesabına ödənilməsi, iş üzrə təyin edilmiş məhkəmə ekspertizaları üzrə 100 manat və 100 manat olmaqla cəmi 200 manat ekspertiza xərclərinin 100 manat hissəsinin İddiaçı ASC-dən, qalan 100 manat hissəsinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X1 tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Şəki Kоmmersiyа Məhkəməsinin (hakim Rüfət Məcidоv) 10 mаy 2022-ci il tarixli, 2- 2(117)-89/2022 saylı qərardadı ilə İddiaçı ASC-nin Şəki Kоmmersiyа Məhkəməsinin 15 mаrt 2022-ci il tarixli 2-2(117)-89/2022 nömrəli qətnaməsindən apellyasiya şikayət verilməsi üçün buraxılmış müddətin bərpasına dair ərizəsi təmin edilməmiş və аpellyаsiyа şikаyəti geri qаytаrılmışdır. İddiaçı ASC birinci instаnsiyа məhkəməsinin qərаrdаdındаn şikаyət verərək Şəki Kommersiya Məhkəməsinin 10 mаy 2022-ci il tarixli, 2-2(117)-89/2022 saylı saylı qərardadının ləğv edilməsini və apellyasiya şikayət verilməsi üçün buraxılmış müddətin bərpа оlunmаsınа dаir yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Şəki Kommersiya Məhkəməsinin 19 mаy 2022-ci il tarixli, 2-2(117)-89/2022 saylı qərardadı ilə həmin Məhkəmənin 10 mаy 2022-ci il tаrixli, 2-2(117)-89/2022 saylı qərardadından cаvаbdeh tərəfindən verilmiş şikayət baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Birinci instаnsiyа məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə işdə iştirak edən şəxsin ərizəsinə əsasən o halda buraxılmış müddəti bərpa edir ki, qanunla müəyyən edilmiş müddətin buraxılması səbəbi hər hansı obyektiv səbəbdən baş vermiş olsun, həmin şəxsdən asılı olmayan səbəblərdən atılmalı olan addımın atılması mümkün olmasın. İddiaçı prosessual müddətin bərpa edilməsi ilə bağlı ərizəsini onunla əsaslandırır ki, əməkdaşı məzuniyyətdə olmuş və məzuniyyətdən qayıtdıqdan sonra dövlət rüsumu aidiyyəti bölmə tərəfindən gec ödənildiyindən müddət ötürülmüdür. İddiaçının dəlilləri ilə razılaşmayan məhkəmə qeyd edir ki, bankın nümayəndəsi Nümayəndə1 əmək məzuniyyətində olması qətnamədən şikayət verilməsi üçün müddətin ötürülməsi üçün üzrlü səbəb deyildir. Eyni zamanda məhkəmə onu da qeyd edir ki, bankın nümayəndəsi Nümayəndə1 əmək məzuniyyətində olsa belə, apelyasiya şikayətinin imzalanması səlahiyyəti digər Nümayəndə2 verilmişdir və sonuncunun hansı səbəbdən müddəti ötürməklə apelyasiya şikayətini imzalanması məlum deyildir. Eyni zamanda məhkəmə Nümayəndə1 əmək məzuniyyətinə gedərkən apelyasiya şikayətini hazırlayıb digər Nümayəndə2 verməsi və daha sonra məzuniyyətə getməsi ilə bağlı dəlillərinə münasibətdə qeyd edir ki, Nümayəndə1 əmək məzuniyyətinə getməmiş vaxtında şikayəti hazırlayıb digər nümayəndəyə çatdırması bank daxilində və rəhbərlik qarşısında Nümayəndə1 məsuliyyətdən azad edə bilər, lakin iddiaçı banka münasibətdə qanunvericiliklə məhkəmə tərəfindən üzürlü səbəb kimi qəbul edilə bilməz. Məhkəmə müddətin bərpa edilməsinə dair ərizəni və kоmmersiyа mübаhisəsi üzrə işin materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.1-ci maddəsinə əsasən bu Məcəllənin 355-7.4-cü, 355-13.4-cü, 355-17.3-cü, 355-18.4-cü, 355-19.3-cü və 355-22.4cü maddələrində qeyd olunan hallar istisna olmaqla, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. 133.1ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. İş materiallarından görünür ki, İddiaçı ASC tərəfindən qətnamədən apellyasiya şikayət verilməsi üçün qanunla müəyyən olunmuş prosessual müddət üzrlü səbəb olmadan buraxılmışdır. Müddətin bərpa edilməsi məsələsi bütün hallarda artıq qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə əlaqədar olan məsələ kimi ortaya çıxır. Odur ki, Mülki Prosessual Məcəllənin 133-cü maddəsində məhkəmə qətnaməsindən şikayətnin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi imkanlarının həmin müddətin davamiyyəti ilə əlaqələndirilməməsi, bu prosessual hüquq normasından sui-istifadəyə yol açmamalı və maddənin müddəaları qüvvəyə minmiş məhkəmə aktının istənilən vaxt, hətta onun qüvvəyə minməsindən aylar və yaxud illər ötdükdən sonra belə, mübahisələndirilməsinə imkan yaradan qaydalar kimi təfsir olunmamalıdır. Çünki, şikayət vermək hüququ, konkret şəxsin, pozulduğunu ehtimal etdiyi, birinci instansiya məhkəməsinin qətnaməsi ilə təmin edilməyən və yaxud kifayət qədər təmin edilməyən hüququnun növbəti məhkəmə instansiyasında müdafiə vasitəsi olub, mülkimühakimə icraatında fərdi maraqların təminat mexanizmi kimi çıxış edir. Lakin bu hüquq, yalnız fərdi maraqların deyil, həm də ictimai maraqların mühafizəsi təyinatına malik olan prosessual qaydaların pozulması hesabına həyata keçirilməməlidir. Başqa sözlə, mülki prosessual hüquqlardan, o cümlədən MPM-in 133-cü maddəsində nəzərdə tutulan, buraxılmış müddətin bərpa edilməsi yolu ilə şikayət vermək imkanlarından elə istifadə olunmalıdır ki, mülki mühakimə icraatında fərdi və ictimai maraqlar arasında tarazlıq pozulmasın. Ümumilikdə “hüquqi müəyyənlik” prinsipi altında birləşən, ictimai maraqları əks etdirən prosessual qaydalar məcmusuna, MPM-in məhkəmə qətnaməsinin şikayət verilmədiyi halda, qəbul edildiyi andan 1 ay müddətində hüquqi qüvvəyə minməsini, yəni onun təkzib edilməzliyini, qətnamənin müstəsnalığını, məcburiliyini, icra edilənliyini müəyyən edən 233, 234 və bir sıra başqa maddələrini aid etmək olar. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında formalaşmış mülki hüquq münasibətlərinin tanınması və onların sabitliyinin təmin edilməsi, yalnız qətnamənin bilavasitə aid olduğu şəxsləri maraqlandıran məsələ deyil, həm də ictimai maraq obyektidir. Çünki, ümumilikdə mülki mühakimə sisteminin səmərəliliyi ilk növbədə qanuni qüvvəyə minmiş məhkəmə aktlarının hüquqi qüvvəsinin tanınmasından, onların sabitliyinin təmin edilməsindən asılıdır. Aydındır ki, icra olunmuş məhkəmə aktına aylarla (hətta illərlə) hesablanan müddət keçdikdən sonra müdaxilə edilməsi və belə müdaxilə üçün prosessual imkanların yaradılması fərdi maraq ilə ictimai maraq arasında tarazlığı pozur. Məhkəmə həmçinin, onu da qeyd etməyi vacib hesab edir ki, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin qeyri-müəyyən vaxtdan sonra ləğv edilərək ona yenidən baxılması hüquqi müəyyənlik prinsipini pozur. Bu cür hallar Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə baxışına olan hüququn mahiyyətinə ziddir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Horronsbi Yunanıstana qarşı” xx.xx.1997-ci il tarixli qərarında göstərmişdir ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi müəyyən edir ki, hər kəs mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə tərəfindən işinin araşdırılması hüququna malikdir. Razılığa qələn Tərəflərin hüquqi sistemi qəti, məcburi hüquqi qüvvəyə malik olan məhkəmə qərarlarının tərəfin birinə münasibətdə fəaliyyətsiz qalmağa imkan verdiyi halda bu hüquq xəyali xarakter almış olardı. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalətli, açıq və ağlabatan məhkəmə prosesinin tərəflərə təqdim edən bütün prosessual təminatlarla dəqiqliklə nəzərdə tutmasını və məhkəmə qərarlarının icrası prosesini müdafiə etməməsini düşünmək ağlasılmaz olardı. Konvensiyanin 6-cı maddəsi yalnız ədalət mühakiməsinə çatmaq hüququnu tənzimləyən kimi tərtib olunması Razılığa gələn Dövlətlərin Konvensiyanı imzalayarkən riayət etmələrini öhdələrinə götürdükləri hüququn aliliyi prinsipi ilə uyğunsuzluğa aparan vəziyyətə gətirib çıxaracaqdır. Belə olan halda birinci instansiya məhkəməsi hesab etmişdir ki, İddiaçı ASC tərəfindən qətnamədən apellyasiya şikayət verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin buraxılmasının səbəbləri üzrlü hesab oluna və ərizə təmin edilə bilməz. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Cavid İsmayılzadənin şikayəti ilə əlaqədar qəbul etdiyi 13 fevral 2007-ci il tarixli qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.1, 133.1 və 130.1-ci maddələrinə, Avropa İnsan Hüquqları Məhkəməsinin “V.K.Nelyubin Rusiya Federasiyasına qarşı iş üzrə” 12 oktyabr 2006-cı il tarixli, Brumareskunun Rumıniyaya qarşı 28 oktyabr 1999-cu il tarixli, X4rşı 25 iyul 2002-ci il tarixli, Ryabıxın Rusiyaya qarşı 24 iyul 2003-cü il tarixli, X6rşı 19 oktyabr 2004-cü il tarixli qərаrlаrındа “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Şikayətin dəlilləri Şikayət onunla əsaslandırılmışdır ki, аpelyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş dövlət rüsumunun ödənilməsi 5-7 gün çəkir, işçi məzuniyyətdə olduğu üçün daha tez sifariş vermək imkanı olmamışdır. Dövlət rüsumunun ödənilməsi obyektiv səbəblərdən xx.xx.2022-ci il tarixdə mümkün olmuş və həmin tarixdə şikayət sistemə yerləşdirilmişdir. Habelə şikayət verilməsi üçün müddətin ötürülməsi iddiaçının məhkəmə qətnaməsinə etinasız yanaşması səbəbindən olmamışdır. Belə ki, müddətin bərpasına dair ərizəyə əlavə edilmiş mail yazışmaları bir daha təsdiq edir ki, əməkdaş Nümayəndə1 xx.xx.2022xx.xx.2022-ci il tarixlər aralığında əmək məzuniyyətində olmuş, məsuliyyət onun üzərində olduğundan o, xx.xx.2022-ci il tarixdə apellyasiya şikayətini hazırlayaraq imzalanması üçün bаnkın digər nümаyəndəsi İsа Hаcıyevin ünvanınа göndərmiş, yekunda həmin günü şikayət imzalanaraq və möhürlə təsdiq edilərək Nümayəndə1 göndərilmişdir. Nümayəndə1 xx.xx.2022-ci il tarixdə işə başlamış, həmin günü də mail yazaraq şikayət üçün nəzərdə tutulmuş dövlət rüsumunun ödənilməsini aidiyyəti şəxslərdən xahiş etmiş, lakin nəzərə almamışdır ki, dövlət rüsumunun ödənilməsi üçün sifariş verilərkən bu prosesin 5-7 gün çəkməsini nəzərə alaraq, vaxtında sifariş verməli idi. Təbii onun əmək məzuniyyətində olduğunu nəzərə alaraq bir başa təqsirli olduğunu demək olmur. Qətnamədən apellyasiya şikayəti verilməsi üçün sonuncu müddət xx.xx.2022-ci il tarix olmuş və əməkdaş Nümayəndə1 də bu tarixdən əvvəl öz üzərinə düşən tapşırığı yerinə yetirməsi üçün apellyasiya şikayəti hazırlamış və sonuncu hərəkət kimi rüsumun ödənilməsini təsdiq edəcək sənədi aldıqdan sonra apellyasiya şikayətini elektron qaydada məhkəmənin elektron sisteminə yerləşdirmişdir. Təəssüflər olsun ki, dövlət rüsumunun ödənilməsi obyektiv səbəblərdən xx.xx.2022-ci ilədək deyil, xx.xx.2022-ci il tarixdə icra olunmuşdur, lakin buna baxmayaraq həmin günü də şikayət sistemə yerləşdirilmişdir. Göründüyü kimi iddiaçı tərəf xx.xx.2022-ci il tarixdən apellyasiya şikayətini hazırlamaqla öz iradə ifadəsini ortaya qoymuşdur. Sadəcə şikayətin xx.xx.2022-ci il tarixədək elektron sistemə yerləşdirilməməsi əməkdaş Nümayəndə1 asılı olmayan səbəblərdən yubanmışdır. Məhkəmə qərardadında qeyd edir ki, müddət hər hansı üzürlü səbəbdən deyil iddiaçının buna etinasız yanaşması nəticəsində baş vermişdir. Məhkəmənin bu mövqeyi ilə razılaşmayaraq bildirək ki, iddiaçı tərəf hüquqi şəxs olduğundan, dövlət rüsumunun ödənilməsinə razılıq üçün aidiyyəti şəxslərə müvafiq sorğular verilir, yalnız həmin şəxslərdən müsbət cavab alındıqdan sonra bu prosesi digər əməkdaşlar tərəfindən yerinə yetirilir. Lakin məhkəmə iddiaçının hüquqi şəxs olduğunu nəzərə almayaraq, sanki hüquqi şəxsin özünün birbaşa (nümayəndə vasitəsi ilə deyil) məhkəmədə iştirak etməsi ilə öz hüquq və vəzifələrini icra edən şəxs olduğunu nəzərdə tutmuş, bir başa hüquqi şəxsi məsuliyyətə cəlb etmiş olur. Halbuki hüquqi şəxs olaraq iddiaçı öz hüquq və vəzifələrini nümayəndələr vasitəsi ilə reallaşdırmaq iqtidarındadır. Belə olan halda da hüquqi şəxsin nümayəndəsinin istənilən bir üzrlü halı, dolayısı ilə hüquqi şəxsin üzrlü halıdır. Digər tərəfdən ötürülmüş prosessual müddətin gününə baxsaq görərik ki, apellyasiya şikayəti verilməsi üçün sonuncu müddət xx.xx.2022-ci il tarixdir və bank da şikayətini xx.xx.2022-ci il tarixdə vermiş, nəticədə 4 gün müddəti keçirmişdir. Buna baxmayaraq məhkəmə ötürülmüş müddətin uzun və ya qısa müddət olmasına ümumiyyətlə toxunmamış, ötürülmüş müddətin aylar və ya illərlə ötürülmüş müddətlə paralel tutmuşdur. Bundan əlavə məhkəmə qərardadında qeyd edir ki, bankın nümayəndəsi Nümayəndə1 əmək məzuniyyətində olsa belə, apelyasiya şikayətinin imzalanması səlahiyyəti digər Nümayəndə2 verilmişdir və sonuncunun hansı səbəbdən müddəti ötürməklə apelyasiya şikayətini imzalanması məlum deyildir. Məhkəmənin göstərdiyi bu dəlillə razılaşamayaraq bildirək ki, iş materiallarına əlavə etdiyimiz mail yazışmalarından, həmçinin apellyaiya şikayətinin möhürlə təsdiqlənmiş PDF formatda göndərilən nüsxəsindən göründüyü kimi apellyasiya şikayəti Nümayəndə2 tərəfindən xx.xx.2022-ci il tarixdə imzalanmışdır. Bu da o deməkdir ki, həmin gün üçün müddətin ötməsindən söhbət gedə bilməz. b) Şikayəti qarşı etirazın dəlilləri Şikayətiə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin: 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, buraxılmış müddəti bərpa edir. 233.1-ci maddəsinə əsasən bu Məcəllənin 355-7.4-cü, 355-13.4-cü, 355-17.3-cü, 355-18.4-cü, 355-19.3-cü və 355-22.4-cü maddələrində qeyd olunan hallar istisna olmaqla, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. 357.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. 360-cı mаddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti geri qaytarılır. 364-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Apellyasiya baxışının hədləri Şikayətdən görünür ki, apellyator Şəki Kоmmersiyа Məhkəməsinin 10 mаy 2022-ci il tarixli, 2-2(117)-89/2022 nömrəli qərardadının ləğv olunmasını xahiş etmişdir. Ona görə də kollegiya Şəki Kоmmersiyа Məhkəməsinin 10 mаy 2022-ci il tarixli, 2- 2(117)-89/2022 nömrəli qərardadının tam həcmdə yoxlanılmasını vacib hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını iddiаçının şikаyəti ilə birlikdə əlaqəli şəkildə araşdıraraq belə qənaətə gəlir ki, şikayət təmin edilməməli, Şəki Kоmmersiyа Məhkəməsinin 10 mаy 2022-ci il tarixli, 2-2(117)-89/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, bankın nümayəndəsi Nümayəndə1 əmək məzuniyyətində olması qətnamədən şikayət verilməsi üçün müddətin ötürülməsi üçün üzrlü səbəb deyildir. Eyni zamanda bankın nümayəndəsi Nümayəndə1 əmək məzuniyyətində olsa belə, apelyasiya şikayətinin imzalanması səlahiyyəti digər Nümayəndə2 verilmişdir və sonuncunun hansı səbəbdən müddəti ötürməklə apelyasiya şikayətini imzalanması məlum deyildir. Eyni zamanda məhkəmə kоllegiyаsı Nümayəndə1 əmək məzuniyyətinə gedərkən apelyasiya şikayətini hazırlayıb digər Nümayəndə2 verməsi və daha sonra məzuniyyətə getməsi ilə bağlı dəlillərinə münasibətdə qeyd edir ki, Nümayəndə1 əmək məzuniyyətinə getməmiş vaxtında şikayəti hazırlayıb digər nümayəndəyə çatdırması bank daxilində və rəhbərlik qarşısında Nümayəndə1 məsuliyyətdən azad edə bilər, lakin iddiaçı banka münasibətdə qanunvericiliklə məhkəmə tərəfindən üzürlü səbəb kimi qəbul edilə bilməz. Qeyd olunanlardan da aydın olur ki, İddiaçı ASC tərəfindən qətnamədən apellyasiya şikayət verilməsi üçün qanunla müəyyən olunmuş prosessual müddət üzrlü səbəb olmadan buraxılmışdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Cavid İsmayılzadənin şikayəti ilə əlaqədar qəbul etdiyi 13 fevral 2007-ci il tarixli qərarda qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının mübahisələndirilməsi məsələsinə münasibətini belə ifadə etmişdir: “qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanunvericiliklə nəzərdə tutulmuş müddət çərçivəsində deyil, qeyriməhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu illüziyasını yaradan vəziyyət, hüquqi müəyyənliyin tərkib hissəsi olan “res judikata” prinsipinin, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlığına xələl gətirir. Belə vəziyyət cəmiyyətin ədalət mühakiməsinə olan inamını azaldır”. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, Şəki Kоmmersiyа Məhkəməsinin 10 mаy 2022-ci il tarixli, 2-2(117)-89/2022 nömrəli qərardadı qanuni və əsaslıdır, şikayətin dəlilləri əsassızdır, bu səbəbdən də Şəki Kоmmersiyа Məhkəməsinin 10 mаy 2022-ci il tarixli, 2-2(117)-89/2022 nömrəli qərardadından İddiaçı ASC tərəfindən tərəfindən verilmiş şikayət təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 402.2-ci maddəsinin tələbinə görə Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; . iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyin tələbinə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 47.1, 120 və 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı ASC tərəfindən tərəfindən verilmiş şikayət təmin edilməsin. Şəki Kоmmersiyа Məhkəməsinin 10 mаy 2022-ci il tarixli, 2-2(117)-89/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlansın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(107)-54/2022
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(107)-54/2022
14.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver