Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-43/2022 31.08.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə, Salmanov Əli Sabir oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin(bundan sonra- Bank) cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı “kredit borcunun tutulması və tutmanın ipoteka qoyulmuş əmlaka yönəldilməsi” tələbinə dair kommersiya işi üzrə Şəki Kommersiya Məhkəməsinin 03 mart 2022-ci il tаrixli qətnaməsindən iddiaçı Bank tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları "xxxx" İKB ASC ilə Cavabdeh1(bundan sonra- borcalan) arasında 02 fevral 2015-ci il tarixli, 5-SKMF-1-0-238-15 nömrəli Əsas kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən borcalana 72 ay müddətinə 15.000 manat məbləğində kredit limiti ayrılmışdır. Daha sonra "xxxx" İKB ASC ilə borcalan arasında Əsas kredit müqaviləsinin şərtlərinə uyğun 02 fevral 2015-ci il tarixli, 5-SKMF-1-0-238-15 nömrəli Əlavə kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən borcalana illik 6 % dərəcəsi ilə 36 ay müddətinə 12.000 manat məbləğində kredit verilmişdir. Kredit öhdəliklərinin icrasının təminatı üsulu kimi "xxxx" İKB ASC ilə ipoteka qoyan Cavabdeh3 və Cavabdeh2 arasında 02 fevral 2015-ci il tarixli, 5-SKMF-1-0-238-15(İ) nömrəli ipoteka müqaviləsi bağlanmış və ipoteka qoyanların ümumi birgə mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 1 mərtəbəli, 2 otaqlı, ümumi sahəsi 49,2 kv.m olan fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsində ipoteka ilə yüklü edilmiş əmlakın dəyəri 25.000 manat məbləğində qiymətləndirilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən “daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş RX seriyalı, ******* №-li “Çıxarışdan” görünür ki, ipoteka ilə yüklülük reyestrdə qeydiyyata alınmışdır. Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli çıxarış ilə müəyyən olunur ki, "xxxx" İKB ASC-nin adı dəyişdirilərək İddiaçı ASC olmuşdur. Bank tərəfindən verilmiş maliyyə arayışına əsasən xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən borcalanın 25 yanvar 2022-ci il tarixə ödənilməmiş qalmış əsas kredit borcu 9.228,27 manat, əsas borc məbləğinə hesablanmış faiz borcu 766,36 manat, borcun ödənilməsinin gecikdirilməsinə görə tətbiq edilmiş cərimə 3.754,19 manat, borcun ödənilməsinin gecikdirilməsi ilə bağlı illik 5% hesablanmış faiz borcu 1.821,20 manat təşkil edir. Birinci instansiya məhkəməsində icraat Bank, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı iddia ərizəsi və iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, borcalandan əsas kredit borcunun ödənilməsi məqsədilə 9.228,27 manat, əsas borc məbləğinə hesablanmış faiz borcunun ödənilməsi məqsədilə 766,36 manat, borcun ödənilməsinin gecikdirilməsinə görə tətbiq edilmiş cərimənin ödənilməsi məqsədilə 3.754,19 manat, borcun ödənilməsinin gecikdirilməsi ilə bağlı illik 5% hesablanmış faiz borcunun ödənilməsi məqsədilə 1.821,20 manat olmaqla, cəmi 15.570,02 manat borcun, ipoteka predmetinə tutma haqqında bildirişlərin dövlət qeydiyyatına alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 30 manat xidmət haqqı olmaqla, cəmi 40 manat xərcin və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq Banka ödənilməsi, tutmanın ipoteka ilə yüklü edilmiş əmlaka(0,04 ha torpaq sahəsi ilə birlikdə) yönəldilməsi, ipoteka ilə yüklü edilmiş əmlakın açıq hərracda satılması və satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsi, satışdan əldə olunmuş vəsait borcun ödənilməsinə kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, ipoteka ilə yüklü edilmiş əmlak satıldıqdan 1 ay sonra cavabdehlərin(borcalan istisna olmaqla) ipoteka ilə yüklü edilmiş fərdi yaşayış evinə və 0,04 hektar torpaq sahəsinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, ipoteka ilə yüklü edilmiş fərdi yaşayış evindən çıxarılmaları, həmin fərdi yaşayış evinin boşaldılması və Banka təhvil verilməsi haqqında qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, borcalan kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Bununla əlaqədar ona xəbərdarlıq edilmiş, lakin borcalan bundan heç bir nəticə çıxarmamışdır. Bank tərəfindən ipoteka predmetinə tutma yönəldilməsi barədə ipoteka qoyana bildiriş göndərilmişdir. Borcalan öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyinə görə, Bankın ipoteka predmetinə tutmanın yönəldilməsinə başlamaq hüququ yaranmışdır. Borcalanın Banka 25 yanvar 2022-ci il tarixə ödənilməmiş qalmış əsas kredit borcu 9.228,27 manat, əsas borc məbləğinə hesablanmış faiz borcu 766,36 manat, borcun ödənilməsinin gecikdirilməsinə görə tətbiq edilmiş cərimə 3.754,19 manat, borcun ödənilməsinin gecikdirilməsi ilə bağlı illik 5% hesablanmış faiz borcu 1.821,20 manat, cəmi 15.570,02 manat təşkil edir. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli əmlakın qiymətləndirilməsi nəticələri haqqında rəydə qeyd olunmuşdur ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 49,2 kv.m olan fərdi yaşayış evinin(0,04 ha torpaq sahəsi ilə birlikdə) likvid dəyəri 55.000 manat təşkil edir. Şəki Kommersiya Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2- 2(117)-38/2022 nömrəli iş üzrə 26 yanvar 2022-ci il tarixli qərardadı ilə (hakim R.Məcidov) iddia tələbinin “əmlak satıldıqdan 1 ay sonra cavabdehlərin(borcalan istisna olmaqla) ipoteka predmeti olan fərdi yaşayış evindən çıxarılmaları, həmin fərdi yaşayış evinin boşaldılması və Banka təhvil verilməsi” hissəsinə məhkəmədə baxılmalı olmadığı əsası ilə xitam verilmişdir. Birinci instansiya məhkəməsinin həmin iş üzrə 03 mart 2022-ci il tarixli qətnaməsi ilə baxılan hissədə iddia qismən təmin edilmiş, borcalandan Bankın xeyrinə 9.228,27 manat məbləğində əsas borc, ipoteka predmetinə tutma haqqında bildirişlərin dövlət qeydiyyatına alınması üçün ödənilmiş 40 manat xərcin və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 17,78 manat dövlət rüsumunun tutulması, borc tələbinin ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi, ipoteka ilə yüklü edilmiş əmlakın açıq hərracda ilkin satış qiymətinin 55.000 manat müəyyən edilməsi, satışdan əldə ediləcək vəsaitin borcalanın Banka olan borcunun ödənilməsinə yönəldilməsi, iddia tələbinin qalan hissələrdə təmin edilməməsi, ödənilmiş 12,22 manat dövlət rüsumunun Banka aid edilməsi qət olunmuşdur. Məhkəmə iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlmişdir ki, iddia tələbi kredit müqaviləsi üzrə əsas borcun tutulması hissəsində əsaslıdır, borcalandan Bankın xeyrinə xx.xx.2015-ci il tarixli, 5-SKMF-1-0-238-15 nömrəli kredit müqaviləsi üzrə 9.228,27 manat əsas borc tutulmalıdır. Məhkəmə qeyd etmişdir ki, iddia tələbi tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin hərracda satılması üçün ilkin satış qiymətinin müəyyən edilməsi, açıq hərracda satılması və satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsi hissəsində də əsaslıdır. Beləliklə, borc tələbi ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməli, həmin daşınmaz əmlak açıq hərraca çıxarılmalı, əmlakın dəyəri qiymətləndirmə rəyindəki qiymətə əsasən müəyyən edilməli, ipoteka predmeti satılmalı, əldə ediləcək vəsait borcalanın Banka olan borcunun ödənilməsinə yönəldilməlidir. Məhkəmə iddia tələbinin müqavilə müddəti üçün hesablanmış faiz borcu, cərimə borcu və gecikdirilmiş vaxt üçün illik 5 % ilə hesablanmış faiz borcunun ödənilməsi hissəsi ilə bağlı qeyd etmişdir ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli, 551 nömrəli Fərmanında (bundan sonra - Fərman) fiziki şəxslərin xarici valyutada əsas məbləği 10.000 ABŞ dollarınadək, milli valyutada isə 17.000 manatadək olan vaxtı keçmiş kreditlər üzrə artıq ödənilmiş vəsaitlərin qaytarılması, hesablanmış faiz və dəbbə pulunun azaldılması, vəsaitin restrukturizasiya olunması, yeni güzəştli şərtlərlə kredit müqavilələrinin bağlanmasının təklif edilməsi və digər güzəştlər edilməsi, həmin güzəştlərin isə bankların vəsaiti deyil, dövlətin dəstəyi ilə həyata keçirilməsi nəzərdə tutulmuşdur. Fərmanda banklar üçün dövlət büdcəsindən ayrılan maliyyə vəsaiti nəzərə alınaraq banklar tərəfindən kredit borcu olan şəxslərlə güzəştli şərtlərlə yeni müqavilənin bağlanması ilə bərabər, faiz və cərimə məbləğlərinin silinməsi də qeyd edilmişdir. Məhkəmə hesab etmişdir ki, restrukturizasiyaya təklif olunması müəyyən edilən kredit məbləği restrukturizasiya olunmadığından iddia tələbi yalnız restrukturizasiya olunması təklif edilən əsas borc məbləği həddində təmin olunmalı, faiz borcu, əldən çıxmış fayda və cərimə hissəsində rədd edilməlidir. Məhkəmə iddia tələbinin “satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi” hissəsi ilə bağlı qeyd etmişdir ki, mübahisə edilən hüquq münasibəti ehtimallara deyil mövcud vəziyyətə əsaslanmalı olduğundan iddia tələbi bu hissədə rədd edilməlidir. Məhkəmə iddia tələbinin “cavabdehlərin(borcalan istisna olmaqla) ipoteka predmetinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi” hissəsi ilə bağlı qeyd etmişdir ki, bu tələbi irəli sürmək üçün Bank subyektiv hüquqa malik deyil və bu səbəbdən də iddia tələbi bu hissədə təmin edilə bilməz. Məhkəmə mövqeyini Fərmanın 3, 5, 6-cı bəndlərinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 385.1, 386.1, 445.7, 449.1, 470.1, 472.1, 739.2-ci, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 33, 39.3.3, 47.5-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.1, 116.2, 117.1, 119.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Bank apellyasiya şikayəti verərək həmin qətnamənin qismən – iddianın təmin olunmayan faiz borcu, borcun ödənilməsinin gecikdirilməsi ilə bağlı illik 5% hesablanmış faiz borcu və cərimə borcu hissəsinin, məhkəmə xərclərinin düzgün müəyyənləşdirilməməsi və ipoteka predmetinin dəyərinin 55.000 manat müəyyən edilməsi hissəsinin ləğv olunmasını və iddia tələbinin tam təmin edilməsi, ipoteka predmetinin dəyərinin 26.500 manat müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Birinci instansiya məhkəməsi Fərmanın tələblərini nəzərə almayaraq kredit müqaviləsi üzrə olan faiz və cərimə borclarını əsassız olaraq silmişdir. Belə ki, Fərmanda fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağı nəzərə alınaraq faizlərin silinməsi məsələsinin banklara tövsiyyə edilməsi qeyd edilmişdir ki, bu da imperativ xarakter daşımamışdır. Faiz borcunun və dəbbə pulunun silinməsi o zaman tətbiq oluna bilərdi ki, borclunun vaxtı keçmiş kredit borcu restrukturizasiya olunsun. Kredit borcunun restrukturizasiya olunması xx.xx.2019-cu il tarixədək mümkün olduğundan faizin silinməsi mümkünlüyü də aradan qalxmışdır. Öhdəliklərin icrasının təmin edilməsinin xüsusi vasitələrindən biri kimi dəbbə pulu çıxış edir. Bu vasitənin xüsusiliyi ondan ibarətdir ki, o həm də mülki hüquqi məsuliyyət tədbiridir. Dəbbə pulu borclunun öz öhdəliklərini təqsirli icra etməməsi nəticəsində tətbiq olunur. Dəbbə pulunun əsas təyinatı ondan ibarətdir ki, kreditorun ödənilməli olan zərərin məbləğini sübut etmək vəzifəsindən azad edir. Bununla da öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi ilə kreditorun pozulmuş marağının əvəzini ödəmək imkanı yaranır. Birinci instansiya məhkəməsi iddia tələbinin dəbbə puluna aid hissəsini də rədd etməklə maddi hüquq normasının tələblərini pozmuşdur. Gecikdirilmiş vaxt üçün faiz tələbinin məlum Fərmana heç bir aidiyyəti olmasa da, birinci instansiya məhkəməsi heç bir əsas olmadan bu hissədə də iddia tələbini rədd etmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən verilmiş pulun faiz qarşılığı ilə gecikdirilmiş vaxt üçün faizi eyniləşdirmək olmaz. Borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditora ziyan dəyir və pul məbləğinin ödənilməsinin gecikdirilməsinin hüquqi nəticələri mülki qanunvericiliklə müəyyən edilmişdir. Banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarı ilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur. Məhkəmənin mötəbər sübut kimi istinad etdiyi "xxxx" MMC-nin rəyi ziddiyətlidir. Belə ki, işə bundan əvvəl baxmış Qəbələ Rayon Məhkəməsi tərəfindən alınmış qiymətləndirmə rəyində ipoteka predmetinin likvid qiyməti 26.500 manat müəyyən edilsə də, hazırkı iş üzrə alınmış qiymətləndirmə rəyində likvid dəyər 55.000 manat müəyyən olunmuşdur. Rəylər arasında kəskin fərq-ziddiyət ola-ola yekun qərar qəbul etmək mübahisəlidir. b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı cavabdehlər etiraz təqdim etməmişdirlər. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən Bankın nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, məhkəmə kollegiyasından birinci instansiya məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsinin qismən ləğv edilməsi və mübahisələndirdikləri hissədə iddia tələbinin tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər apellyasiya baxışının iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Apellyasiya baxışının hədləri Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası (bundan sonra – Məhkəmə) qeyd edir ki, iddia qismən təmin edilsə də, cavabdehlər qətnamədən apellyasiya şikayəti verməmiş, iddianın bir hissəsinin təmin olunması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdırlar. Qətnamədən yalnız iddiaçı Bank apellyasiya şikayəti vermiş və o, qətnaməni qismən-iddianın təmin olunmayan faiz borcu, illik 5% hesablanmış faiz borcu və cərimə borcu hissəsinin, məhkəmə xərclərinin düzgün müəyyənləşdirilməməsi və ipoteka predmetinin dəyərinin 55.000 manat müəyyən edilməsi hissəsində mübahisələndirmişdir. Odur ki, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinin tələbindən çıxış edərək və mübahisə predmetinin bölünməz olmadığını nəzərə alaraq, qətnamənin yalnız mübahisələndirilən hissəsinin əsaslılığını yoxlayır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Maddə 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 34. İpoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması 34.1. İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 39.3.3. məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Maddə 41. İpoteka predmetinin satış üsulları 41.1. İpoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 2019-cu il 28 fevral tarixli, 551 nömrəli Fərmanı
1. Aşağıda qeyd olunan tarixlərə fiziki şəxslərin banklara 10000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi aşağıdakı qaydada qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilsin: 1.1. 2015-ci il fevralın 21-nə xarici valyutada mövcud olan əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,25 manat (0,15 ABŞ dolları) kimi; 1.2. 2015-ci il fevralın 22-dən həmin il dekabrın 21-dək bağlanmış kredit müqavilələri üzrə xarici valyutada əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,6 manat (0,35 ABŞ dolları) kimi; 1.3. 2015-ci il fevralın 21-nə və dekabrın 21-nə mövcud olmuş xarici valyutada əsas kredit borclarına münasibətdə – bu Fərmanın 1.1-ci və 1.2-ci bəndlərində qeyd olunan hər iki qaydada nəzərdə tutulduğu kimi.
2. Bu Fərmanın 1-ci hissəsinə əsasən edilən ödəniş, ilk növbədə, fiziki şəxslərin banklar və ləğvetmə prosesində olan banklar qarşısında ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldilsin, qalan məbləğ isə həmin fiziki şəxslərin sərəncamına verilsin.
3. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası: 3.1. Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə birlikdə bu Fərmanın 1-ci hissəsində göstərilən tələblər nəzərə alınmaqla, fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizmini (qaydasını), habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri müəyyən edərək, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla on beş gün müddətində təsdiq etsin; 3.2. bu Fərmanın 1-ci hissəsinə əsasən ediləcək ödənişin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini qırx Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat versin.
5. Azərbaycan Respublikasının Mərkəzi Bankına tövsiyə edilmişdir ki, bu Fərman qüvvəyə mindiyi tarixə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara 682 000 000,0 (altı yüz səksən iki milyon) manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsini, bu Fərmanın 5.1-ci bəndində nəzərdə tutulan tədbirlər nəticəsində bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215 000 000,0 (iki yüz on beş milyon) ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsini, bu Fərmandan irəli gələn digər tədbirlərin həyata keçirilməsini təmin etsin.
6. Banklara tövsiyə edilsin ki, bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etmələri, fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını, borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görsünlər. 8.6. Vaxtı keçmiş kredit borcu dedikdə fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar nəzərdə tutulur.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM)
Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
Məhkəmə hesab edir ki, iddia tələbinin müqavilə müddəti üçün hesablanmış 766,36 manat faiz borcu, 3.754,19 manat cərimə borcu və borcun ödənilməsinin gecikdirilməsi ilə bağlı illik 5% hesablanmış 1.821,20 manat faiz məbləğinin ödənilməsi hissələrində iddianı rədd etmiş birinci instansiyası məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" 2019-cu il 28 fevral tarixdə 551 nömrəli Fərmanın qəbulundan 3 ildən artıq müddət keçdiyindən məhkəmə tərəfindən iddia ərizəsinə məhkəməyəqədər pretenziya qaydasına əməl edilməməsi səbəbindən baxılmasından imtina edilə bilmir. Çünki artıq Fərmanla ayrılan vəsait üzrə müvafiq maliyyə ili başa çatmış, müddət keçmişdir. Fərman hazırkı iş üzrə borcalana münasibətdə milli valyutada olan kreditinin əsas məbləğinin güzəşt edilməsi qaydasını, habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri müəyyən etdiyindən, restrukturizasiyaya təklif olunması üçün müəyyən edilmiş kredit məbləğinin restrukturizasiya olunmamasını nəzərə alaraq, iddia tələbini restrukturizasiya olunması təklif olunan borc məbləği həddində təmin edilməsi qanuni və ədalətli hesab edilməlidir. Belə ki, iddiaçı Fərmanının tələblərinə riayət etməsini və bununla bağlı cavabdehə müraciət etməsini təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən Məhkəmə hesab edir ki, iddiaçı Fərmanın tələblərini yerinə yetirməmiş və hərəkəsizlik edərək Fərmanın icrası müddətinin bitməsini gözləyərək məhkəməyə müraciət etmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin 766,36 manat faiz borcu, 3.754,19 manat cərimə borcu və borcun ödənilməsinin gecikdirilməsi ilə bağlı illik 5% hesablanmış 1821,20 manat faiz məbləğinin ödənilməsi hissəsində təmin edilməməsi barədə birinci instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı, iddiaçının apellyasiya şikayətinin dəlilləri müzakirə olunan hissədə əsassızdır. Məhkəmə, apellyasiya baxışının predmeti olan ipoteka predmetinin ilkin satış qiyməti ilə bağlı bildirir ki, Bank apellyasiya şikayətində ipoteka predmetinin ilkin satış qiymətinə etiraz edir. Bank bu qiymətin həmin əmlakların real bazar dəyərindən yuxarı olduğunu və şişirdildiyini bildirir. Məhkəmə apellyasiya şikayətlərinin sözügedən dəlili ilə əlaqədar ilk olaraq bildirir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Bu hüquqi mövqe “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının 20 iyul 2020-ci il tarixli qərardadında ifadə olunmuşdur. Məhkəmə bildirir ki, iş materiallarında olan DƏDRX-in 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş 13 yanvar 2022-ci il tarixli, 01/0115 nömrəli rəydən görünür ki, ipoteka qoyanların mülkiyyətində olan mülkiyyətində olan Qəbələ rayonu, Xırxatala kəndində yerləşən 0,266 ha torpaq sahəsi və onun üzərində inşa edilmiş ümumi sahəsi 99,0 kv.m olan fərdi yaşayış evinin likvid dəyəri 30.000 manat təşkil edir. Birinci instansiyası məhkəməsində işə baxılması zamanı "xxxx" MMC-nin 17 yanvar 2022-ci il tarixli, ƏEM/Y 30-030/22 nömrəli rəyi alınmışdır. Həmin rəyə görə, borcalanın mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 49,2 kv.m olan fərdi yaşayış evinin(0,04 ha torpaq sahəsi ilə birlikdə) likvid dəyəri 26.500 manat olduğu müəyyən edilir. Birinci instansiyası məhkəməsi ipoteka predmeti olan fərdi yaşayış evinin ilkin satış qiymətini müəyyən edərkən "xxxx" MMC-nin 17 yanvar 2022-ci il tarixli, ƏEM/Y 31-031/22 nömrəli rəyini əsas götürmüşdür. İş materiallarında ipoteka predmetinin ilkin satış qiyməti ilə bağlı bir-birindən kəskin fərqlənən iki rəyin olduğunu müəyyən edən Məhkəmə mübahisənin obyektiv həll edilməsi və həm də apellyasiya şikayətinin bununla bağlı dəlillərinin araşdırılması məqsədilə iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərardad ilə təkrar qiymətləndirmə təyin etmiş və qiymətləndirmənin aparılmasını "xxxx" MMC-yə həvalə etmişdir. "xxxx" MMC tərəfindən Məhkəməyə təqdim edilmiş 05 iyul 2022-ci il tarixli, 1007/22 saylı rəyə görə, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 49,2 kv.m olan fərdi yaşayış evinin(0,04 ha torpaq sahəsi ilə birlikdə) likvid dəyəri 05 iyul 2022-ci il tarixə olan likvid dəyəri 29.000 manat olaraq müəyyən edilir. Məhkəmə, ipoteka predmetinin ilkin satış qiyməti ilə bağlı fərqli qiymətlərin müəyyən olunduğunu nəzərə alaraq hesab edir ki, orta ilkin satış qiyməti hesablanaraq torpaq sahəsi və fərdi yaşayış evi həmin qiymətlə açıq hərracdan satışa çıxarılmalıdır. Belə olan halda Məhkəmə hesab edir ki, ipoteka predmeti olan torpaq sahəsi və fərdi yaşayış evinin ilkin satış qiyməti 29.000 manat məbləğində müəyyən edilməlidir. Beləliklə, apellyasiya araşdırmasının nəticələrindən görünür ki, birinci instansiya məhkəməsi borcalanın mülkiyyətində olan və ipoteka ilə yüklü edilmiş əmlakın ilkin satış qiymətini həmin əmlakın bazar qiymətinə uyğun müəyyən etməmişdir. Ona görə də, qətnamə həmin hissədə dəyişdirilməli və ipoteka ilə yüklü edilmiş əmlakın ilkin satış qiyməti 29.000 manat məbləğində müəyyən edilməlidir. Belə olan halda Məhkəmə hesab edir ki, iddiaçı Bankın apellyasiya şikayətinin dəlilləri müzakirə olunan hissədə qismən əsaslıdır. Bunlardan başqa, Bank apellyasiya şikayətində birinci instansiya məhkəməsinin məhkəmə xərcləri ilə bağlı gəldiyi nəticəni mübahisələndirmişdir. Bununla bağlı Məhkəmə qeyd edir ki, birinci instansiya məhkəməsi qətnaməsinin əsaslandırıcı hissəsində ipoteka predmetinin qiymətləndirilməsi üçün məhkəmənin təşəbbüsü ilə aparılmış tədqiqatın dəyəri olan 150 manat pulun iddiaçı və borcalandan bərabər şəkildə tutularaq "xxxx" MMC-nin hesabına ödənilməli olduğunu qeyd etsə də, gəldiyi nəticəni qətnamənin nəticə hissəsində göstərməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, mübahisələndirilən qətnamə məhkəmə xərclərinin bölüşdürülməsi hissəsində dəyişdirilməli və ipoteka predmetinin qiymətləndirilməsi üçün birinci instansiya məhkəməsinin təşəbbüsü ilə aparılmış tədqiqatın dəyəri olan 150 manat Bank və borcalan arasında bərabər şəkildə tutularaq "xxxx" MMCnin hesabına ödənilməlidir. Beləliklə, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, birinci instansiyası məhkəməsi işin yuxarıda qeyd olunan hallarını düzgün müəyyən etməsinə baxmayaraq, ipoteka ilə yüklü edilmiş əmlakın ilkin satış qiymətinin və məhkəmə xərclərinin müəyyən edilməsində səhvə yol vermişdir; apellyasiya baxışının predmeti olan qalan hissələrdə birinci instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Odur ki, MPM-nin 384.0.3-cü maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq Məhkəmə, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə apellyasiya baxışının predmeti olan hissədə qismən, yəni ipoteka qoyanların ümumi birgə mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 49,2 kv.m olan fərdi yaşayış evinin ilkin satış qiymətinin və məhkəmə xərclərinin müəyyən edilməsi hissəsində dəyişdirilməli, apellyasiya baxışının predmeti olan qalan hissələrdə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.3, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ:
İddiaçı Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Şəki Kommersiya Məhkəməsi tərəfindən qəbul edilmiş 03 mart 2022ci il tаrixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə qismən, yəni cavabdehlər Cavabdeh3 və Cavabdeh2 ümumi birgə mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 49,2 kv.m olan fərdi yaşayış evinin 0,04 hektar torpaq sahəsi ilə birlikdə likvid dəyərinin müəyyən edilməsi hissəsində dəyişdirilsin və həmin fərdi yaşayış evinin 0,04 hektar torpaq sahəsi ilə birlikdə ilkin satış qiyməti 29.000 (iyirmi doqquz min) manat məbləğində müəyyən edilsin. İpoteka predmetinin qiymətləndirilməsi üçün Şəki Kommersiya Məhkəməsinin təşəbbüsü ilə aparılmış tədqiqatın dəyəri olan 150 manat pulun 75 manatı İddiaçı Açıq Səhmdar Cəmiyyətindən, 75 manatı Cavabdeh1 tutularaq "xxxx" MMC-nin "xxxx" ASCdəki bank hesabına (H/h:AZ30GUNA**********90********) ödənilsin. Şəki Kommersiya Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnamə apellyasiya baxışının predmeti olan qalan hissədə, yəni əsas borc məbləğinə hesablanmış faiz borcunun, borcun ödənilməsinin gecikdirilməsinə görə tətbiq edilmiş cərimənin, borcun ödənilməsinin gecikdirilməsi ilə bağlı illik 5% hesablanmış faiz məbləğinin tutulması barədə iddianın rədd edilməsi hissələrində dəyişdirilmədən saxlanılsın. Apellyasiya baxışı zamanı ipoteka predmetinin dəyərinin təkrar qiymətləndirilməsi üçün aparılmış tədqiqatın dəyəri olan 300 manat pulun 125 manatı İddiaçı Açıq Səhmdar Cəmiyyətindən, 175 manatı Cavabdeh1 tutularaq "xxxx" MMC-nin hesabına (H/h:AZ731BAZ********************) ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.