Məhkəmə qərarları › İş №2-2(103)-395/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-395/2025

03.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-395/2025 03.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı1 cavabdeh Azərbaycan Milli Elmlər Akademiyasına qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: podrat müqaviləsi, podrat müqaviləsinə xitam verilməsi, yerinə yetirilmiş işin haqqı, əşyanın qanunsuz sahiblikdən geri qaytarılması, yeni sübutların apellyasiya instansiyası məhkəməsinə təqdim olunması) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlundan və X6 ibarət tərkibdə, Hüseynli Adilə Adil qızının katibliyi, İddiaçı1 MTK-nın nümayəndəsi (vəkili) Vəkil2, qanuni nümayəndəsi Dəmir Yaşarın, cavabdeh - Azərbaycan Milli Elmlər Akademiyasının nümayəndəsi (vəkili) Vəkil3 iştirakı ilə İddiaçı1 MTK-nın Azərbaycan Milli Elmlər Akademiyasına qarşı “pul vəsaitinin tutulması və əmlakların qaytarılması” tələblərinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 23 dekabr 2024-cü il tarixli qətnaməsindən iddiaçının və cavabdehin nümayəndələri tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 oktyabr 2017-ci il tarixli 681s nömrəli sərəncamına əsasən Abşeron rayonunun Saray qəsəbəsi ərazisində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) istifadəsində olan 7,0 hektar torpaq sahəsinin kateqoriyası Akademiyanın əməkdaşlarının mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə çoxmərtəbəli çoxmənzilli kooperativ yaşayış binalarının və sosial obyektlərin tikintisi üçün dəyişdirilərək “Yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına keçirilmişdir.

2. Abşeron rayon İcra Hakimiyyətinin 01 iyun 2018-ci il tarixli 165 nömrəli sərəncamına görə, sözügedən ərazidə Azərbaycan Milli Elmlər Akademiyasının istifadəsində olan torpaq sahəsinin 7,0 hektarında "xxxx" yaşayış kompleksinin (kompleks) salınması nəzərdə tutulmuşdur.

3. Kompleksdə çoxmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisinin həyata keçirilməsi məqsədilə Azərbaycan Milli Elmlər Akademiyasının İşlər İdarəsi ilə "xxxx" MTK arasında 18 dekabr 2017-ci il tarixdə SA/01 nömrəli podrat müqaviləsi imzalanmışdır.

4. "xxxx" MTK tərəfindən kompleksdə yalnız şərti adı “1 nömrəli bina” olan yaşayış binası inşa edilmiş, eyni zamanda, şərti adı “2 nömrəli bina” olan yaşayış binasının beton bünövrəsinin qurulması və bünövrə qatı hazırlıq işlərinin görülməsi təmin olunmuşdur.

5. Kompleksdə çoxmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisinin davam etdirilməsi məqsədilə “18 dekabr 2017-ci il tarixli SA/01 nömrəli podrat müqaviləsinə dair öhdəliklərin digər podratçı şirkətə ötürülməsinə dair” Azərbaycan Milli Elmlər Akademiyasının İşlər idarəsi, "xxxx" MTK və İddiaçı1 MTK arasında 12 mart 2020-ci il tarixdə üçtərəfli saziş imzalanmışdır.

6. Sazişin icrası məqsədi ilə "xxxx" MTK tərəfindən İddiaçı1 MTK-ya aşağıdakı sənədlər təqdim edilmişdir: ötürülən müqavilələr; “sonradan üstü örtülən işlərin məsul konstruksiyaların” qəbul edilmə aktları; Azərbaycan Milli Elmlər Akademiyasının Abşeron rayonu Saray qəsəbəsində “Akademik şəhərcik” (Science City) yaşayış kompleksinin işçi layihəsi; Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X10 Agentliyi Baş Dövlət Tikinti Müfəttişliyinin “Tikintidə Dövlət Nəzarət Jurnalı”; "xxxx" MMC-nin tikintiyə müəllif nəzarəti jurnalı; "xxxx" MMC-nin Azərbaycan Milli Elmlər Akademiyasının Abşeron rayonu Saray qəsəbəsində “Akademik şəhərcik” (Science City) yaşayış kompleksinin işçi layihəsi “Bina-2” konstruksiya hissəsi adlı sənəd.

7. Azərbaycan Milli Elmlər Akademiyasının İşlər idarəsinin, "xxxx" MTK-nın və İddiaçı1 MTK-nın səlahiyyətli nümayəndələri arasında tərtib olunmuş 16 mart 2020-ci il tarixli “Yerinə yetirilmiş işlərin təhvil-təsliminə dair” aktda göstərilmişdir ki, “AMEA-nın İşlər İdarəsi ilə "xxxx" MTK arasında 18 dekabr 2017-ci il tarixdə bağlanmış SA/01 nömrəli “Tikinti işlərinin görülməsi haqqında” müqavilənin 12 mart 2020-ci il tarixli razılaşmaya əsasən qismən ləğv edilməsi və bununla əlaqədar Abşeron rayonu, Saray qəsəbəsində AMEA-na məxsus torpaq sahəsində baş plana uyğun inşa edilməli olan çoxmərtəbəli bina (bina 2) üzrə aşağıda adları göstərilən işlər (dəyəri göstərilməklə) AMEA-nın İşlər İdarəsinin nümayəndəsi İlham Məmmədovun iştirakı ilə "xxxx" MTK-nın sədri X22 tərəfindən İddiaçı1 MTK-nın sədri X13 təhvil verildi”.

8. Həmin aktda 2 saylı binanın yarımçıq tikintisi üçün "xxxx" MTK-nın gördüyü işlər sadalanmış, onların ümumi dəyərinin 745 000 manat təşkil etdiyi göstərilmişdir.

9. 12 mart 2020-ci il tarixinə qədər payçıların ümumilikdə ödədikləri 741 440 manat vəsait 2 saylı binanın yarımçıq tikintisinə sərf edildiyindən, həmin vəsait ilə birlikdə cəmi 745 000 manat "xxxx" MTK-nın gördüyü yarımçıq işlərin dəyərinə hesab edilmişdir.

10. İddiaçı1 MTK (icraçı) ilə Azərbaycan Milli Elmlər Akademiyasının İşlər İdarəsi (sifarişçi) arasında 17 mart 2020-ci tarixdə müqavilə bağlanmış, müqavilənin 1ci bəndində, Azərbaycan Milli Elmlər Akademiyasına məxsus olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən torpaq sahəsində təsdiq olunmuş Baş Plana uyğun çoxmənzilli, hündürmərtəbəli yaşayış binalarının tikintisinin, həmin binadakı mənzillərin Azərbaycan Milli Elmlər Akademiyasının və Azərbaycan Respublikası Təhsil Nazirliyinin işçilərinə müqavilədə müəyyən edilən güzəştli şərtlərlə satılmasının və bununla əlaqədar tərəflərin hüquq, vəzifə və öhdəliklərinin, eləcə də müqavilədən irəli gələn digər məsələlərin hüquqi tənzimlənməsi müqavilənin predmeti kimi göstərilmişdir.

11. Həmin müqavilənin 2.1.1-ci bəndinə əsasən, sifarişçi özünə məxsus Abşeron rayonu, Saray qəsəbəsində yerləşən torpaq sahəsi üzərində ("xxxx" MTK tərəfindən inşa olunmuş 1 bloklu, 2 girişli, 12 mərtəbəli bina istisna olmaqla) təsdiq edilmiş Baş Plana uyğun tikilməli olan binaların (o cümlədən yarımçıq tikilinin) inşasını həyata keçirilməsini icraçıya sifariş edir; 2.1.2-ci bəndinə görə, sifarişçi torpaq sahəsini, o cümlədən torpaq sahəsində inşa edilmiş yarımçıq tikilini bütün tələblərdən və iddialardan azad şəkildə tikinti işlərinin aparılması məqsədi ilə icraçıya verir; 2.2.1-ci bəndinə əsasən icraçı, sifarişçinin sifariş etdiyi binaların inşasını Baş Plana uyğun olaraq müqavilənin şərtlərinə müvafiq həyata keçirir.

12. Müqavilənin 2.2.2-ci bəndinə görə, icraçı öhdəsinə götürür ki, inşa edilən binalardan satışı ilk növbədə AMEA-nın və Azərbaycan Respublikasının Təhsil Nazirliyinin işçilərinə hər m2-ın dəyəri 470 manat məbləğindən artıq olmamaq şərti ilə təmin edəcəkdir. Azərbaycan Milli Elmlər Akademiyasının və Azərbaycan Respublikasının Təhsil Nazirliyinin işçilərinin mənzil təminatı təmin edildikdən sonra icraçı qalan mənzilləri sifarişçinin razılığı ilə bazar qiymətlərinə uyğun olaraq digər şəxslərə sata bilər; 2.2.3-cü bəndinə əsasən, Baş Plana uyğun olaraq Abşeron rayonunun Saray qəsəbəsi ünvanında yerləşən torpaq sahəsində aparılmalı olan bütün tikinti işləri İcraçı tərəfindən bilavasitə, eləcə də həmin binalardan mənzil (və ya qeyri yaşayış sahəsi) olan payçılardan əldə olunan maliyyə vəsaiti hesabına həyata keçirilir.

13. Müqavilənin 2.1.12-ci bəndinə əsasən, sifarişçi mənzillərin bilavasitə satışını öz əməkdaşları arasında təşkil və pul vəsaitlərinin icraçı tərəfindən yığılmasını təmin etməlidir.

14. Müqavilənin 5.1-ci bəndinə görə, bu müqavilə və onun tərkib hissələri ilə müəyyənləşdirilmiş işlər icraçı tərəfindən müqavilə ilə müəyyən edilmiş müddətdə tamamilə icra edilərək, istismara hazır vəziyyətdə sifarişçiyə təhvil verilməlidir. İşlər görüləndən sonra sahələr istismara tam hazır vəziyyətdə olmalıdır; 5.2-ci bəndinə əsasən, tərəflərin səlahiyyətli nümayəndələri birlikdə müvafiq təhvil-qəbul sınağını həyata keçirir, sınağa müsbət nəticələr əldə edildikdə və görülən işlərin həcminə, keyfiyyətinə iradlar olmadıqda İcraçı tərəfindən təqdim olunan işlərin ilkin və ya yekun təhvil-təslim aktını imzalayırlar.

15. Müqavilənin 7.1-ci bəndinə görə, sifarişçi və ya icraçı bu müqavilə ilə müəyyən edilmiş öhdəliklərini yerinə yetirmədikdə və öhdəliyin yerinə yetirilməməsini dərhal aradan qaldırmadıqda və ya öhdəliyin yerinə yetirilməməsinin dərhal aradan qaldırılması qeyri-mümkün olduqda, belə bir öhdəliyin yerinə yetirilməməsinin aradan qaldırılması üçün tədbirlərə başlamadıqda və onları davam etdirmədikdə 10 (on) gün əvvəlcədən icraçıya müvafiq xitam tarixini müəyyən edən yazılı bildiriş təqdim etməklə müqaviləyə vaxtından əvvəl xitam verə bilər; 7.1.7-ci bəndinə əsasən xitam zamanı icraçı işlərin yerinə yetirilməsini dayandırır, sifarişçinin belə xitam verilməsi ilə əlaqədar bütün göstərişlərinə bütövlükdə riayət edir. Sifarişçi müqavilənin müddəalarına müvafiq qaydada xitam tarixinə qədər yerinə yetirilmiş işlər üzrə məbləği və göstərişlərinə riayət edilməsi ilə əlaqədar olaraq icraçı tərəfindən çəkilən bütün xərcləri icraçıya ödəyir (bu miqdar icraçının təqdim etdiyi xərclər smetasına uyğun olaraq müəyyən edilir).

16. 11 iyun 2021-ci il tarixdə icraçı tərəfindən sifarişçiyə aşağıdakı məzmunda məktub ünvanlanmışdır: “AMEA və Təhsil Nazirliyi əməkdaşları üçün Abşeron rayonu Saray qəsəbəsində nəzərdə tutulmuş “Science City” yaşayış kompleksində tikintisi davam edən 2 nömrəli binaya aid işin planlaşdırılma qrafiki 02 aprel 2021 tarixində 01 saylı məktubla “AMEA" İşlər İdarəsinə təqdim edilmişdir. Sonradan müraciətiniz üzrə 01 iyun 2021 tarixində 02 saylı məktubla İşlər İdarəsinə təkrar təqdim edilmişdir. Bu iş cədvəllərində və binanın monolit dəmir beton tikinti işlərinə görə mərtəbələr üzrə bölgü verilmiş və işlər monolit dəmir beton tikinti işlərinə görə tikinti normalarına və tikinti normativ qaydalarına uyğun ardıcıllıqla qrafıkləşdirilib, mərtəbələr üzrə bölgüsü aparılmışdır. "xxxx" MTK ilə ilkin müqavilə bağlamış 65 payçı ilə müqavilələrin dəyişdirilməsi pandemiya səbəbindən 12 may 2020-ci il tarixindən etibarən MTK tərəfindən başlanılmışdır. Pandemiya səbəbindən insanların sərbəst hərəkətinə məhdudiyyət qoyulduğu üçün müqavilələrin dəyişdirilməsi icraçıdan asılı olmayan səbəblərə görə ləngimişdir. 2020-ci ilin sentyabr ayında müqavilələrin hamısı İddiaçı1 MTK adına rəsmiləşdirilmişdir. Bu tarixdən sonra işlər başladılmış, ikinci bina birinci mərtəbə səviyyəsinə 2020-ci ildə çatdırılmışdır. İqlim şəraitini və fors-majoru nəzərə alaraq qış aylarında tikintidə ləngimələr olmuşdur. Hal-hazırda tikintidə dördüncü mərtəbənin tikinti işləri davam edir. Bina ətrafı torpaq dolğu işləri tamamlanıb. Hündür mərtəbələr üçün nəzərdə tutulmuş qaldırıcı kran quraşdırılıb. Təkrar nəzərə çatdırılır ki, fors-major situasiyalar işlərə mane olmasından aslı olmayaraq, binanın beton konstruksiya işləri hər mərtəbə üçün 21 gün ərzində tamamlanacaq. Həmçinin əlavədə nəzərə çatdırılan bir binaya aid ümumi işlər gündəlik bazar qiymətləri ilə smeta dəyəri hesablanmışdır. Nəzərə çatdırılır ki, hal-hazırdakı satış qiymətləri “AMEA” və Təhsil işçilərinə güzəştli kredit şərtləri ilə verilir. Kredit ödənişlərindəki ləngimələr tikintinin gedişatına əlavə problemlər yarada bilər. Məktuba əlavə edilən sənədlərdən də görüldüyü kimi bu günə qədər tikintyə 3 000 000 (üç milyon) manat məbləğində vəsait xərclənmişdir. Əlavə olaraq 13 payçıya aid siyahı təkrar məktuba əlavə edilmişdir”.

17. Sifarişçi tərəfindən icraçıya ünvanlanmış 06 avqust 2021-ci il tarixli 06-1- 389 nömrəli məktubda göstərilmişdir ki, “Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) elmi əməkdaşlarının mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə Abşeron rayonu, Saray qəsəbəsində "xxxx" (Science City) yaşayış kompleksində çoxmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisinin həyata keçirilməsi üçün AMEAnın İşlər idarəsi ilə İddiaçı1 Mənzil Tikinti Kooperativi arasında 17 mart 2020-ci il tarixli müqavilə imzalanmışdır. AMEA Rəyasət Heyəti aparatının İşlər idarəsi tərəfindən 08 iyun 2021-ci il tarixli 06-1-263 nömrəli məktubla bağlanmış müqaviləyə əsasən 2 nömrəli binaya dair müəyyən tədbirlərin görülməsi Sizdən xahiş olunmuş, görməli olduğunuz işlərin mərtəbələr üzrə bölgüsünün aparılmadığı, tikinti işlərinin ləng şəkildə aparıldığı, payçılara düzgün və dolğun məlumat verilmədiyi bildirilmişdir. Eyni zamanda, 17 mart 2020-ci il tarixli müqavilənin 2.1.6-cı yarımbəndində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi barədə 08 iyun 2021-ci il tarixli 06-1-263 nömrəli məktubla AMEA Rəyasət Heyəti aparatının işlər idarəsi tərəfindən Sizə xəbərdarlıq edilmişdir. Lakin təəssüflər olsun ki, müqavilə şərtləri pozularaq bugünədək tərəfinizdən müvafiq tədbirlər görülməmişdir. "xxxx" MTK tərəfindən 12 mart 2020-ci il tarixli "Müqavilənin qismən ləğv edilməsi barədə” üçtərəfli razılaşma və bu razılaşmaya əlavə olunan sənədlərin (üçtərəfli aktlar və üçtərəfli Əlavə 1 sənədi) İddiaçı1 MTK-ya ötürülməsindən, 17 mart 2020-ci il tarixli müqavilənin imzalanmasından 1 (bir) ildən artıq zaman keçməsinə baxmayaraq, “Campus of Scientist" MTK tərəfindən sözügedən məsələ ilə əlaqədar öhdəliklər yerinə yetirilməmiş, tikinti işləri aparılmamış, payçılara düzgün və dolğun məlumatlar verilməmişdir. Bu vəziyyət payçıların haqlı narazılığına səbəb olmuşdur. Sözügedən məsələ ilə əlaqədar olaraq, payçılar ölkə rəhbərliyinə, AMEA prezidentinə və X5 internet saytlarına çoxsaylı şikayətlər edir, problemlərin həlli üçün AMEA-dan dolğun cavab atmaq istəyirlər. AMEA-nın İşlər İdarəsi ilə “Campus of Scientist" MTK arasında bağlanmış 17 mart 2020-ci il tarixli müqavilənin 2.1.6-cı yarımbəndini əsas götürərək AMEA Rəyasət Heyəti aparatının İşlər idarəsi sözügedən müqaviləyə xitam verilməsi barədə qərar vermişdir. Qeyd olunanları və müqavilənin 7-ci bəndini nəzərə alaraq, “Alimlər şəhərciyi" (Science City) yaşayış kompleksində tikintisi yarımçıq qalmış 2 nömrəli binada tikinti işlərinin, yaşayış və qeyri-yaşayış sahələrinin satışının 10 (on) gün müddətində dayandırılması Sizdən tələb olunur”.

18. İcraçı tərəfindən sifarişçiyə ünvanlanmış 06 avqust 2021-ci il tarixli 04 nömrəli məktubda aşağıdakılar göstərilmişdir: “AMEA və Təhsil Nazirliyi əməkdaşları üçün Abşeron rayonu Saray qəsəbəsində müqavilə əsasında iddiaçı tərəfindən tikintisi aparılan “Science City” yaşayış kompleksi tərəflər arasındakı müqavilənin 2.2.3-cü bəndində də yazıldığı kimi “Baş Plana uyğun olaraq Abşeron rayonu Saray qəsəbəsi ünvanında yerləşən torpaq sahəsində aparılmalı olan bütün tikinti işləri; icracı tərəfindən bilavasitə, eləcə də həmin binalardan mənzil (və ya qevri-yaşayış sahəsi) olan payçılardan əldə olunan maliyyə vəsaiti hesabına həvata keçirilir” icra edilməkdə olub, yenə bu müqavilənin öhdəliklərinin yazılı olduğu 2.1.12-ci bəndində göstərilmişdir ki, Sifarişçi mənzillərin bilavasitə satışını öz əməkdaşları arasında təşkil etməli və pul vəsaitlərinin icraçı tərəfindən yığılmasını təmin etməlidir; 2.1.13. Sifarişçi icraçıya mənzillərin satılacağı əməkdaşların siyahısını təqdim etməlidir; 2.1.14. Sifarişçi etibarlı alıcıları doğru seçməlidir; 2.1.15. Sifarişçi öz əməkdaşları arasında ola biləcək problemli alıcılara görə məsuliyyət daşıyır. 2.1.12-ci bənddə olan şərtlər yerinə yetirilməyib, əksinə “Science City” dən mənzil alan AMEA əməkdaşlarına müqavilələri əsasında ödəməli olduqları daxili kredit borclarını ödəməmələri şəxsiniz tərəfindən tövsiyə olunub. Buna görə də müqavilənin 8-ci maddəsini pozmusunuz. AMEA-nın əsas binası daxilində yerləşən və AMEA əməkdaşları ilə əlaqə saxlamaq və onları layihə haqqında məlumatlandırmamız üçün tərəfimizə təhsis edilən bir otaq, öhdəliyimizi icraya başladığınız həftə əmriniz əsasında boşaldılıb kompleksə aid maket əlimizdən alınmışdır. Beləcə AMEA əməkdaşları ilə olan əlaqə zəifləmişdir. 2.1.13-cü bənddə olan siyahı bu günə kimi bizə verilməyib, əksinə AMEA-dan verilən əməkdaşlıq arayışları tərəfimizdən araşdırmada olub, 2.1.14-ci və 2.1.15-ci bəndlər tərəfimizdən qəbul olunmayıb, biz tərəfdən ölkənin qüruru olan AMEA-da işləyən hər kəs etibarlı tərəfdaşdır. Sizə tikinti mövzusunda 11 iyul tarixində yazılan məktubda nəzərə çatdırıldığı kimi halhazırdaki satış qiymətləri AMEA və Təhsil Nazirliyi işçilərinə bazar qiymətlərinə baxmayaraq güzəştli kredit şərtləri ilə verilir. Kredit ödənişlərindəki ləngimələr tikintimizin gedişatına əlavə problemlər yarada bilər. Sizin AMEA əməkdaşlarına yuxarıda bildirdiyimiz tövsiyəniz bu ləngimə problemini yaratmaqdadır. Sizdən xahiş edilir ki, “Science City” yaşayış kompleksinin gələcəkdəki sakinlərinə müqavilə şərtlərinə uyğun hərəkət etmələrini və kompleksi digər əməkdaşlara tövsiyə edəsiniz”.

19. İcraçı tərəfindən sifarişçiyə ünvanlanmış 09 sentyabr 2021-ci il tarixli 05 nömrəli məktubda göstərilmişdir ki, “AMEA və Təhsil Nazirliyi əməkdaşları üçün Abşeron rayonu Saray qəsəbəsində 17 mart 2020-ci il tarixli müqavilə əsasında tikintisi aparılan “Science City” yaşayış kompleksinin müqaviləsinə tərəfinizdən xitam verilmişdir. Tikinti işlərinin dayandırılma prosesi aralarındakı müqavilə şərtlərinə uyğun olaraq, 17 sentyabr 2021-ci il tarixində texniki olaraq tökülməsində fayda olan mərtəbə betonu tökülməsi sonrasında faktiki olaraq tam dayandırılacaqdır. Satış və kreditor ödənişləri həmin vaxta kimi sifarişçiləri xəbərdar etməklə, dayandırılacaqdır. Tikinti sahəsi və satış ilə əlaqəli sənədlərin tərəfinizə təhvil-təslim işləri üçün aralarında heç bir mübahisə olmadan 20 sentyabr 2021-ci il tarixində aşağıda adları yazılan komissiya əmrinizə hazır olacaqdır. Tikintidə görülən işlər və çəkilən xərclərin günlük bazar qiymətləri ilə hesablanaraq satışlardan əldə olunan gəlirdən çıxarılması nəticəsindəki balans hesabatı razılaşılıb, balans ödənişi ilə birlikdə tikinti sahəsi tam təhvil verilmiş və müqaviləyə də hüquqi olaraq da tam xitam verilmiş olacaqdır. Sizdən xahişimiz odur ki, “Science City” yaşayış kompleksini gələcəkdə, ölkənin qüruru olacaq kadrlara layiq nəsilləri yetişdirəcək olan AMEA və Təhsil Nazirliyi əməkdaşlarından olan sakinlərə və sizlərə verilən narahatçılığa görə üzrlü hesab edəsiniz”.

20. “Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyəti aparatı İşlər idarəsinin təqdim etdiyi Azərbaycan Respublikası, Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən tikintidə fakt üzrə yerinə yetirilmiş işlərin dəyərinin qiymətləndirilməsinə dair” “X28” MMC tərəfindən verilən 14 oktyabr 2021-ci il tarixli rəydə göstərilmişdir ki, “AMEA-nın Saray qəsəbəsində inşa etdirdiyi, tikilialtı sahəsi 2120 m2 olan 16 mərtəbəli yaşayış binasının inşa edilmiş 4 mərtəbəsində fakt üzrə yerinə yetirilmiş işlərin qiymətləndirilməsi aparılmış, təqdim edilmiş əmlak və müvafiq sənədlər yerində öyrənilmiş, yerinə yetirilmiş işlərin dəyəri müəyyən edilmişdir. Xərclər yanaşmasının tətbiqindən istifadə etməklə aparılmış qiymətləndirmə əsasında Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyəti aparatı İşlər idarəsinin təqdim etdiyi Azərbaycan Respublikası, Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən və AMEA-nın Saray qəsəbəsində inşa etdirdiyi, tikilialtı sahəsi 2120 m2 olan 16 mərətbəli yaşayış binasının inşa edilmiş 4 mərtəbəsində fakt üzrə yerinə yetirilmiş işlərə 14 oktyabr 2021-ci il tarixinə çəkilmiş xərclər 2020-ci il qiymətlərində 992 440 (doqquz yüz doxsan iki min dörd yüz qırx) manat müəyyən edilmişdir. Yarımçıq tikilinin özülünün tikintisinə sərf edilmiş vəsaitin həcmi bu məbləğə daxil deyil”.

21. İcraçı tərəfindən sifarişçiyə ünvanlanmış 25 oktyabr 2021-ci il tarixli 08 nömrəli məktubda qeyd edilmişdir ki, “AMEA və Təhsil Nazirliyi əməkdaşları üçün Abşeron rayonu Saray qəsəbəsində 17 mart 2020-ci il tarixli müqavilə əsasında tikintisi aparılan “Science City” yaşayış kompleksinin tərəfinizdən xitam verilən müqaviləsinə aid təhvil-təslim prosesinin bir hissəsi olan satış müqavilə sənədlərindən ilkin müqavilələr (qanuni olaraq sadəcə surətlərinin verilməsi kifayət etsə də, xoş niyyətlə və kontrol edilməsi məqsədi ilə orijinallar verilib) və mühasibat cədvəlləri, kredit cədvəlləri, satış və qalıq mənzil xülasə cədvəli, görülən işlərə aid hesab cədvəlləri heç bir mübahisə olmadan İdarənizə təhvil verilmişdir. Tikinti sahəsində isə işlər dayandırılıb, sahənin tərəfinizdən təhvil alınması gözlənilir. Tikinti sahəsindəki yarımçıq olan işlər və icraçıya aid olan mal-material ilə kirayə olan texnikalar tərəfinizdən saxlanılıb. Bu bizə əlavə xərc yaradır. Bizə və üçüncü şəxslərə aid olan material, həmçinin texnikalara şifahi qaydada qoyduğunuz qanunsuz məhdudiyətin aradan qaldırılması xahiş edilir. 22 oktyabr 2021-ci il tarix və 06-1-667 saylı məktubda sadaladığınız təhvil-təslim Audit şirkətinin suallarının təhvil-təslim işlərinə heç bir aidiyyəti ola bilməz və bu suallardakı sənədlər İddiaçı1 MTKnın fəaliyyətləri səbəbi ilə yaranan və ya yarana biləcek qanunvericiliyə aid olan hüquqi öhdəliklərilə əlaqəli olduğundan, AMEA və ya başqa hər hansı bir hüquqi şəxsə bu barədə məlumat verilə bilməz. Bütöv məsuliyyət İddiaçı1 MTK-ya aiddir. Təhvil-təslim üçün lazım olan satış müqavilələri və ödənişləri ilə görülən işlərə aid tərəfinizə təqdim edilən həsabata aid bu cədvəllər üzərindəki mükafatın tezliklə nəticələndirilməsi və hüquqi olaraq üzləşmənin yerinə yetirilməsi xahiş edilir”.

22. Sifarişçi tərəfindən İcraçıya ünvanlanmış 11 noyabr 2021-ci il tarixli 06-1- 730 nömrəli məktubda qeyd edilmişdir ki, “17 mart 2020-ci il tarixli müqavilənin imzalanmasından 1 (bir) ildən artıq zaman keçdiyi müddətdə tikinti işləri ilə əlaqədar tərəfinizdən müqavilə öhdəliklərinin yerinə yetirilməməsi, tikinti işlərinin aparılmaması, payçılara düzgün və dolğun məlumatların verilməməsi, nəticədə payçıların haqlı narazılıqlarının yaranması, bununla da payçılar tərəfindən ölkə rəhbərliyinə, AMEA prezidentinə və X5 internet saytlarına çoxsaylı şikayətlərin edilməsi nəzərə alınaraq, 06 avqust 2021-ci il tarixli 06-1-389 nömrəli məktubla sözügedən müqavilənin 2.1.6-cı yarımbəndi əsas götürülərək həmin müqaviləyə İşlər idarəsi tərəfindən birtərəfli qaydada xitam verilməsi barədə qərar qəbul edilmişdir. Kompleksdə çoxmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisinin davam etdirilməsi üçün İşlər idarəsi ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) arasında 20 oktyabr 2021-ci il tarixli podrat müqaviləsi bağlanılmışdır. İşlər idarəsinə təqdim etdiyiniz 28 sentyabr 2021-ci il tarixli sənədə əsasən ilkin ödəniş və ödənilən kredit məbləğlərinin ümumilikdə cəmi olan 2 857 096 (iki milyon səkkiz yüz əlli yeddi min doxsan altı) manat məbləği payçılara mənzil satışından əldə edilmiş vəsaitin ümumi dəyərini əks etdirir. Təhvil-təslim işləri ilə əlaqədar olaraq, İddiaçı1 MTK tərəfindən şərti adı “2-ci bina" olan binada fakt üzrə yerinə yetirilmiş tikinti işlərinə sərf edilən vəsaitin qiymətləndirilməsi məqsədilə İşlər idarəsi ilə audit şirkəti olan “Mizan Konsaltinq” LTD" MMC arasında 29 sentyabr 2021-ci il tarixli 09 nömrəli konsaltinq xidməti göstərilməsi barədə müqavilə bağlanılmışdır. İddiaçı1 MTK tərəfindən görülmüş tikinti işlərinə dair audit rəyinin verilməsi üçun bır sıra zəruri sənədlərin (məlumatlar) işlər idarəsinə təqdim edilməsi barədə 22 oktyabr 2021-ci il tarixli 06-1-667 nömrəli məktuba tərəfinizdən cavab verilməmiş, sənədlər bugünədək təqdim edilməmişdir. “X28” MMC tərəfindən Azərbaycan Respublikası Qiymətləndirmə Standartları və X1 tələbləri, qiymətləndirmə predmetinin xarakteristikası və məhdudlaşdırıcı şərtlər nəzərə alınaraq, Kompleksdə tikilialtı sahəsi 2120 m2 oları 16 mərtəbəli yaşayış binasının (şərti adı “2-ci bina" olan bina) "xxxx" MTK tərəfindən inşa edilmiş dörd mərtəbəsində fakt üzrə aparılmış tikıntı-quraşdırma işlərinə sərf edilmiş vəsaitin məbləğinin qiymətləndirilməsi ilə əlaqədar qiymətləndirmə hesabatı İşlər idarəsinə təqdim edilmişdir. Təqdim edilmiş qiymətləndirmə hesabatına əsasən şərti adı “2-ci bina” olan binanın İddiaçı1 MTK tərəfindən inşa edilmiş dörd mərtəbəsində fakt üzrə yerinə yetirilmiş işlərin 2020-ci il qiymətlərində olan dəyəri ƏDV nəzərə alınmadan 992 440 (doqquz yüz doxsan iki min dörd yüz qırx) manat məbləğində müəyyən edilmişdir. Eyni zamanda, sakinlər tərəfindən İddiaçı1 MTK-nın hesabına ödənişlər edilməsinə baxmayaraq, 28 sentyabr 2021-ci il tarixli sənədinizdə həmin məbləğlər öz əksini tapmamışdır. Beləliklə müəyyən olunur ki, mənzil satışından əldə etdiyiniz vəsaitin ümumi dəyəri ilə (2 857 096 manat) fakt üzrə müəyyən edilmiş məbləğin (ƏDV nəzərə alınmadan 992 440 manat) dəyəri arasındakı fərq 1 864 656 (bir milyon səkkiz yüz altmış dörd min altı yüz əlli altı) manat təşkil edir. Bu məbləğin kompleksdə tikinti işlərini davam etdirən podratçı şirkət olan "xxxx" MMC ilə razılaşdırılıb onlara ötürülməsi tərəfinizdən təmin edilməlidir.”

23. İcraçı tərəfindən sifarişçiyə ünvanlanmış 15 noyabr 2021-ci il tarixli 10 nömrəli məktubda qeyd edilmişdir ki, “tərəfindən müqavilənin birtərəfli qaydada xitam verilməsi barədə müraciət olunmuşdur və həmin məktubda 08 iyun 2021-ci il tarixli məktubunuzdakı tövsiyələrinizi müqavilə şərti kimi nəzərdə tutaraq, bu qərarı uyğun gördüyünüzü irəli sürmüşdünüz. Lakin bu məktubunuza cavab olan 11 iyun 2021-ci il tarixli məktubu nəzərə almamışsınız. Nəzərə aldığınız halda bu qərarın tərəflər arasında bağlanmış müqavilənin 8-ci maddəsini pozuntusu olduğu nəticəsinə gələrdiniz. Həmçinin sakinlər ilə danışıqlar isə müqavilənin 6-cı və 10-cu maddələrini də pozmuşdur. Payçılara həmişə düzgün məlumat vermişik. Qeyd etdiyiniz kütləvi şikayətlərin əksəriyyəti tikintisi başa çatmış olan 1 nömrəli blok və həmin blokdakı süni olaraq yaradılan kanalizisiya problemi ilə əlaqədar olub. Bu məsələ ilə əlaqədar bizlə məsləhətləşmələr etmədən birbaşa tərəfinizdən sakinlərə verilmişdir. Bütöv bu hadisələrə rəğmən, sakinlərə ziyan vərəcək gecikməyə və mübahisəyə səbəb vərmədən hüquq mühafizə orqanlarını məşğul etmədən səmimiyyət və xoş niyyətimizlə müqaviləyə xitam vermə qərarınıza hörmət göstərib təhvil-təslim prosesini başlatmış olduq. Ancaq sizin 06-1-730 saylı və 11 noyabr 2021 tarixli məktubunuzdakı hallar əsassızdır və bununla bağlı cavab verilmişdir. Aramızda bağlanan bu müqaviiə bir blok için deyil, ümumi kompleks üçün olub. Bu səbəblə tikinti planlama və qaydalarına görə edilən çoxlu iş və sahə planlaması ilə tikintiyə aid çoxlu sənədləşmə işləri həyata keçirilmişdir. Görülmüş işlərə aid iş həcmlərini göstərən smeta sənədləri idarəyə təqdim edilmişdir. Kompleksə aid görülmüş işlərə aid smeta cədvəlləri əlavədə təkrar vermişdir. Eyni zamanda, həmin məktubunuzda 123 payçıdan əldə olunan vəsait 2 857 096 manat olsa da, 3 114 746 manat (üç milyon yüz on dörd min yeddi yüz qırx altı) göstərilmişdir. Ödəniş siyahısı sizlərə daha öncə təqdim edilmişdir. Sakinlər ilə kooperativ arasında bağlanan mənzil pay müqavilələrinə, tərəflərin daha əvvəl "xxxx" MTK ilə olduğu kimi hüquqi qaydada xitam verilmədən, yəni eyni məktubunuzda yazdığınız “Alimlər Şəhərciyi “ MMC ilə sakinlər arasında xx.xx.2020-ci il tarixli müqavilənin hüquqi olaraq sona çatmamasına və yenə bu müqavilənin 6-cı maddəsi nəzərə alınmadan yeni bir müqavilə bağlanması nə dərəcə doğrudur?. Konsaltinq xidmətlərini aparan “X28” şirkəti tərəfindən yapılan iş həcmləri hesablanması və qiymətləndirməsi, görülmüş işlər, tikinti norma və qaydalarına uyğun olmadan, hansı qaydaya görə hesablandığı bəlli olmayan bir rəy olmuşdur. Bu Audit şirkətinin rəyi icraçıya uyğun görülməyib, səlahiyyətli orqanlara müraciət edilərək kompleksdə görülən işlər və bazar qiymətləri ilə təchiz olunmuş yeni audit rəyini tələb edəcəyimizi bildiririk, işlərinizdə müvəfəqiyyət arzulayırıq”.

24. İcraçı tərəfindən Sifarişçiyə ünvanlanmış 03 dekabr 2021-ci il tarixli 11 nömrəli məktubda göstərilmişdir ki, “06-1-853 saylı və 30 noyabr 2021-ci il tarixli məktubunuzda AMEA və Təhsil Nazirliyi əməkdaşları üçün Abşeron rayonu Saray qəsəbəsində müqavilə əsasında iddiaçı tərəfindən tikintisi aparılan “Science City” yaşayış kompleksi tikintisinə aid müqaviləyə xitam verildiyini vurğulayırsınız. Lakin görülən işlərə aid haqq-hesab mövzusunda razılaşma əldə olunmadığı və üzləşmə aktı imzalanmadığı üçün hüquqi olaraq xitam hələlik nəticələndiriləməmişdir. “Science City” yaşayış kompleksi Blok-2 də və tikinti sahəsində görülən bütöv işlərə aid bazar vahid qiymətləri ilə qiymət razılaşma protokolunun təzliklə həyata keçirilməsi və razılaşdırılan vahid qiymətlər ilə F-2 nin tərtib edilərək haqq hesabdan 123 sakin tərəfindən bugünə kimi yığılan 2 887 383 manat çıxarılaraq, qalıq məbləğin ödənilməsindən sonra təhviltəslim işlərinin hüquqi olaraq da tezliklə nəticələndirilməsini sizdən təkrar xahiş edirik. Tikinti norma və qaydalarına uyğun olarak FHN ilə bağlı Dadaşov İnstitutu tərəfindən laboratoriya xidmətləri yerinə yetirilmiş olub, surətləri toplu sənədlər ilə idarənizə təhvil verilmişdir. Mövcud mərtəbə üzrə akt, mərtəbə betonu tökülmədiyi üçün tərtib edilməmişdir. Dadaşov İnstitutu tərəfindən bünovrə və birinci mərtəbə xaric, iddiaçıya hesab-faktura göndərilməmişdir. Bünovrə və birinci mərtəbə üçün olan hesab- faktura əlavədə olub”.

25. İcraçı tərəfindən Sifarişçiyə 17 yanvar 2022-ci il tarixli 01 nömrəli məktub ünvanlanmış və qeyd edilmişdir ki, “AMEA və Təhsil Nazirliyi əməkdaşları üçün Abşeron rayonu Saray qəsəbəsində müqavilə əsasında tikintisi aparılan “Science City” yaşayış kompleksi tikintisi müqavilə şərtlərinin pozulduğu irəli sürülərək, tərəfinizdən 06-1-389 saylı 06 avqust 2021-ci il tarixli məktub ilə müqaviləyə birtərəfli xitam qərarı verilib. Ölkənin qüruru olacaq kadrlara yaraşan nəsilləri yetişdirəcək olan AMEA və Təhsil Nazirliyi əməkdaşlarından olan sakinlərə ziyan verəcək gecikməyə və mübahisəyə səbəb vermədən, hüquq mühafizə orqanlarını məşğul etmədən səmimiyyət və xoş niyyətimizlə müqaviləyə xitam vermə qərarına hörmət göstərib təhvil-təslim prosesini başlatmış olduq. Lakin bu tarixə qədər tərəflər arasında bağlanmış müqaviləyə hüquqi qaydada tam olaraq xitam verilməsinə olan, yəni görülmüş işlərə aid iş həcmlərini göstərən smeta sənədləri sifarişçiyə təqdim edilməsinə rəğmən, üzləşmə aktı hələ də tərtib edilməyib. Bu məsələ ilə bağlı məktublara cavab da verilməmişdir. Sizdən xahiş olunur ki ki, 17 mart 2020-ci il tarixli müqavilənin hüquqi olaraq baş çatmasına və bu müqavilə üzrə yaranan haqq-hesabın görülməsi üçün lazım olan köməyi göstərəsiniz”.

26. "xxxx" MMC tərəfindən AMEA Rəyasət Heyəti aparatının Təsərrüfat işlərinin təşkili şöbəsinə ünvanlanmış məktubda göstərilmişdir ki, “...22 dekabr 2021-ci ildə Abşeron rayonunun Saray qəsəbəsində yerləşən Azərbaycan Milli Elmlər Akademiyasına məxsus "xxxx" yaşayış kompleksində tikintisi yarımçıq qalmış 2-ci binanın inşasını davam etdirmək üçün podrat müqaviləsi bağlanmışdır. Müqavilə əsasında 240 mənzildən 123 mənzilin həmin tarixə kimi tikinti işlərini həyata keçirən İddiaçı1 MTK tərəfindən satıldığı məlum olmuşdur. Həmin 123 mənzilin çox hissəsi kredit yolu ilə satılmış və mənzillərdən aylar üzrə olan köçürmələri 2 888 883 (iki milyon səkkiz yüz səksən səkkiz min səkkiz yüz səksən üç) manat İddiaçı1 MTK tərəfindən yığılmışdır. Sözügedən binanın 4-cü mərtəbəsinin dəmir beton və qəlib tamamlama işləri, eləcə də layihə üzrə 3 mərtəbədə tikintisi düzgün aparılmamış yerlərin tikintisi "xxxx" MMC tərəfindən həyata keçirilmişdir”.

27. İcraçı tərəfindən sifarişçiyə ünvanlanmış pretenziya məktubunda, podrat müqaviləsinə uyğun olaraq icraçı tərəfindən yerinə yetirilmiş faktiki işlərin qalıq dəyəri olan 1 194 727 manat vəsaitin pretenziya alındıqdan sonra 10 gün müddətində icraçıya ödənilməsi, habelə icraçı tərəfindən sahəyə gətirilmiş və heç bir əsas olmadan tikinti sahəsindən çıxarılmasına maneçilik törədilən tikinti ofis konteynerlərinin və texnikanın, 10 000 ədəd cilov və 150 kub metr taxtaların, tikinti işlərinin həyata keçirilməsi üçün alınmış, hazırda tikinti sahəsində olan 9 ton armaturun, hal-hazırda istifadə edilən tikintidə beton işlərinin həyata keçirilməsi zamanı icarəyə götürülmüş 2150 ədəd dəmir dirəklərin tikinti sahəsindən götürülməsi üçün qoyulmuş məhdudiyyətin aradan qaldırılaraq zəruri köməkliyin edilməsi və bununla bağlı icraçıya rəsmi məlumat verilməsi xahiş edilmiş, əks halda müvafiq məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq olunmuşdur.

28. İddiaçı1 MTK X23 ödəyicisidir.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

29. İddiaçı1 MTK (iddiaçı) Azərbaycan Milli Elmlər Akademiyasının İşlər idarəsinə (ilkin cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, 17 mart 2020-ci il tarixli podrat müqaviləsinə uyğun olaraq iddiaçı tərəfindən yerinə yetirlmiş faktiki işlərin qalıq dəyəri olan ƏDV daxil 1 194 727 manat vəsaitin, ilkin mediasiya sesiyasında iştirak üçün və dövlət rüsumü kimi ödənilmiş cəmi 1387,36 (min üç yüz səksən yeddi manat otuz altı qəpik) manat vəsaitin, umumilikdə isə 1 196 114,36 (bir milyon yüz doxsan altı min yüz on dörd manat otuz altı qəpik) manatın cavabdehdən alınıb ona ödənilməsi, habelə tərəfindən tikinti sahəsinə gətirilmiş və heç bir əsas olmadan həmin tikinti sahəsindən çıxarılmasına maneçilik törədilən tikinti ofis konteynerlərinin və texnikanın, 10 000 ədəd cilov və 150 kub metr taxtaların, tikinti işlərinin həyata keçirilməsi üçün alınaraq tikinti sahəsinə gətirilən 9 ton armaturun iddiaçıya təhvil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

30. İddiaçı iddia tələblərini işin yuxarıda sadalanan faktiki hallarına uyğun əsaslandırmış, əlavə olaraq qeyd etmişdir ki:

30.1. Tərəflər arasında 17 mart 2020-ci il tarixli podrat müqaviləsi imzalanmış, həmin müqaviləyə əsasən sifarişçiyə məxsus Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 7,00 hektar torpaq sahəsi üzərində ("xxxx" MTK tərəfindən inşa olunmuş 1 bloklu, 2 girişli, 12 mərtəbəli bina istisna olmaqla) təsdiq edilmiş Baş Plana uyğun tikilməli olan binaların (o cümlədən yarımçıq tikilinin də) inşasının həyata keçirilməsi podratçıya həvalə edilmişdir. Belə ki, "xxxx" Mənzil-Tikinti Kooperativi, iddiaçı və payçılarla ayrı-ayrılıqda bağlanmış dörd tərəfli müqavilələrə əsasən "xxxx" MTK ilə payçılar arasında bağlanmış müqavilələrə xitam verilmiş, payçıların ümumilikdə ödədikləri 741 440 manat pul vəsaiti 2 nömrəli binanın yarımçıq tikintisinə sərf edildiyindən həmin vəsait ilə birlikdə cəmi 745 000 manat "xxxx" MTK-nın gördüyü yarımçıq işlərin dəyərinə hesab edilmişdir. Sakinlərin qalıq ödənişlərinin isə müqavilə əsasında iddiaçıya ödənilməsi, binanın tikinti işlərinin davam etdirilməsi öhdəliyinin, hüquq və vəzifələrinin, o cümlədən məsuliyyətinin iddiaçıya ötürülməsi razılaşdırılmış və həmin payçılarla yeni müqavilələr bağlanmışdır. 30.2. İlkin cavabdeh 06 avqust 2021-ci il tarixli 06-1-389 nömrəli məktubu ilə iddiaçı tərəfindən öhdəliklərin yerinə yetirilmədiyi, tikinti işlərinin ləng şəkildə həyata keçirildiyi, sakinlərə dolğun məlumat verilmədiyi, qeyd edilənlərin sakinlərin narazılığına səbəb olduğu, bununla bağlı çoxsaylı şikayətlərin edildiyini qeyd edərək, tərəflər bağlanmış 17 mart 2020-ci il tarixli müqavilənin 2.1.6-cı bəndinə əsasən sözügedən müqaviləyə xitam verilməsi barədə qərar qəbul edildiyini bildirmişdir. Həmin məktuba verilmiş 06 avqust 2021-ci il tarixli 04 saylı cavab məktubunda, o cümlədən sifarişçiyə ünvanlanmış digər məktublarda podratçı olaraq üzərinə düşən vəzifələrin icra edildiyini, müqavilənin 2.2.3-cü bəndinə əsasən, sifarişçinin öz öhdəliklərini lazımı qaydada yerinə yetirmədiyini, bu müqavilənin göstərişlərinə zidd olaraq əməkdaşlarına iddiaçının problemli podratçı kimi təqdim edərək, mənzillərə görə ödənişlərinin həyata keçirlməməsini bildirmişdir. Eyni zamanda, ilkin cavabdehə yeni rəhbər vəzifəsinin müvəqqəti icraçısı təyin edildikdən sonra onun göstərişinə əsasən ondan əvvəlki rəhbərliyin vaxtında podratçıya ayrılmış və ilkin cavabdehin inzibati binasındakı otaqda olan tikiləcək binaların Baş Planının maketi ordan götürülmüşdür. Sonradan isə həmin otaq podratçının istifadəsindən də götürülmüş və bununla da podratçının həmin binada yerləşən mənzillərin satışının həyata keçirilməsinə süni maneələr törədilərək, işlərin görülməsi üçün sakinlər ilə əlaqənin qarşısı alınmışdır. Daha sonra sifarişçi tərəfindən tələb edilmiş həmin Baş Plana uyğun inşa edilmiş binadan mənzil alan əməkdaşlarla bağlanmış müqavilələrin əsilləri, o cümlədən binaya aid zəruri sənədlər rəsmi qaydada ilkin cavabdehə təhvil verilmişdir. Hazırda ilkin cavabdeh ilə iddiaçı arasında 17 mart 2020-ci il tarixdə podrat müqaviləsi birtərəfli qaydada ləğv edildiyindən həmin müqavilənin 7.1.7-ci bəndinə əsasən müqaviləyə xitam verilənədək icraçı tərəfindən yerinə yetirilmiş işlər üzrə məbləğin və göstərişlərə riayət edilməsi ilə əlaqədar çəkilən bütün xərclərin iddiaçıya ödənilməsi zəruridir. 30.3. İlkin cavabdehin təqdim etdiyi “MTK tərəfindən görülmüş işlərin faktiki həcmi barədə” qiymətləndirmə hesabatı ilə görülmüş işlərin dəyəri ƏDV xaric 992 440 manat kimi hesablanmışdır. Bununla belə, qeyd edilən qiymətləndirmə, eləcə də iş həcmləri tikinti norma və qaydalarına uyğun olmamışdır. Eyni zamanda, mövcud bazar qiymətlərindən dəfələrlə aşağı hesablanmış və iddiaçının təqdim etdiyi faktiki iş həcmləri və qiymətlərlə heç bir uyğunluq təşkil etmir və görülən işlərə görə çəkilən xərclərdən dəfələrlə aşağıdır. Belə ki, iddiaçı müqavilə əsasında baş plana uyğun olaraq şərti adı ilə “2-ci bina”nın 4 mərtəbəsi monolit olaraq inşa edilmiş, 5-ci mərtəbədə isə beton tökülməsi üçün qəlib işləri tam olaraq aparılmış, armatur toxunmasının 80-85%-i tamamlanaraq yarımçıq olmaqla beton tökülmədən təhvil verilmiş, habelə şərti adı ilə “3cü və 4-cü bina”nın bünövrə qazma və suvay işlərinin həyata keçirilməsinə, tikinti üçün lazım olan infrastrukturun qurulmasına və layihə və icazə təsdiq xərclərinə, ümumilikdə işin başladığı və dayandırıldığı tarixlər arası orta bazar qiymətləri ilə ƏDV daxil 4 083 610 manat vəsait xərclənmişdir. Qeyd edilənləri əks etdirən hesabatlar da iddiaçı tərəfindən ilkin cavabdehə də təqdim edilmişdir. İddiaçı tərəfindən sifarişçinin əməkdaşlarına və digər sakinlərə satılmış mənzillərə görə isə ümumilikdə 30 dekabr 2021-ci tarixi də daxil olmaqla, 2 888 883 manat vəsait əldə edilmişdir. MTK tərəfindən işlərin yerinə yetirilməsinə çəkilmiş xərclər payçılardan əldə edilmiş vəsait çıxıldıqdan sonra AMEA-nın İşlər idarəsinin iddiaçıya görülmüş işlərin faktiki dəyəri olan qalıq dəyəri olan ƏDV daxil olmaqla, 1 194 727 manat borcu qalmışdır. 30.4. Bundan əlavə, tikinti işlərinin həyata keçirilməsi üçün iddiaçı tərəfindən sahəyə gətirilmiş yük qaldıran texnikanın, işçilər üçün gətirilmiş 3 ədəd konteyner və anbarın, tikintidə beton işlərinin həyata keçirilməsi zamanı istifadə edilməsi üçün 10 000 ədəd cilovun və 150 kub metr taxtaların, tikinti işlərinin həyata keçirilməsi üçün alınmış və işləri təhvil verərkən sahədə qalan 9 ton armaturun həmin tikinti sahəsindən götürülməsinə sifarişçi tərəfindən qeyri-qanuni olaraq məhdudiyyətlər qoyulmaqla müxtəlif maneələr törədildiyindən qeyd edilənləri tikinti sahəsindən götürə bilməmişlər. 30.5. Qeyd edilənləri kooperativin həmin işlərin yerinə yetirilməsində sahə rəisi kimi çalışmış X19 və briqadir vəzifəsində çalışmış X17 təsdiq edə bilərlər. İcraçı tərəfindən podrat müqaviləsinin ləğv edildiyi tarixədək podratçı tərəfindən faktiki olaraq yerinə yetirilmiş, sifarişçinin həmin işlərin göürlməsində marağının olduğu faktiki işlərin qalıq dəyəri olan 1 194 727 manat vəsaitin pretenziyanı aldıqdan sonra 10 gün müddətində iddiaçıya ödənilməsini, habelə iddiaçı tərəfindən sahəyə gətirilmiş və heç bir əsas olmadan həmin tikinti sahəsindən çıxarılmasına maneçilik törədilən tikinti ofis konteynerləri və texnikanın, 10 000 ədəd cilov və 150 kub metr taxtaların, tikinti işlərinin həyata keçirilməsi üçün alınmış işlər təhvil verilərkən tikinti sahəsində olan 9 ton armaturun, hal-hazırda sifarişçi tərəfindən istifadə edilən tikintidə beton işlərinin həyata keçirilməsi zamanı icarəyə götürülən 2150 ədəd dəmir dirəklərin tikinti sahəsindən götürülməsi üçün qoyulmuş məhdudiyyətin aradan qaldırılaraq zəruri köməkliyin edilməsini və bununla bağlı iddiaçıya rəsmi məlumat verilməsi barədə ilkin cavabdehə 06 fevral 2022-ci il tarixdə Dövlət Vergi Xidmətinin X4 Sistemində yaradılmış elektron kabineti vasitəsilə, 08 fevral 2022-ci il tarixdə isə ”Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə pretenziya (xəbərdarlıq məktubu) göndərilmişdir. Qeyd edilən pretenziya məktubuna sifarişçi təşkilat tərəfindən heç bir cavab verilmədiyindən və iddiaçının tələbləri təmin edilmədiyindən, kommersiya mübahisəsinin mediasiya vasitəsi ilə həll edilməsi üçün ilkin cavabdehə bu barədə 01 mart 2022-ci il tarixdə təklif göndərilmiş, daha sonra bu barədə Bakı 4 saylı Mediasiya Təşkilatına rəsmi qaydada müraciət edilmiş və mediator təyin edilmişdir. Lakin ilkin cavabdeh tərəfindən heç bir səlahiyyətli nümayəndə mediasiya sessiyasında iştirak etmədiyindən, mediator tərəfindən “İlkin mediasiya sesiyasında iştirak edilməməsi” barədə 02 aprel 2022-ci il tarixli MŞB/4-00667 saylı arayış tərtib edilmiş və ilkin mediasiya sesiyasında iştirak etmək üçün iddiaçı tərəfindən 400 (dörd yüz) manat mediasiya xərci ödənilmişdir.

31. Məhkəmənin 20 sentyabr 2023-cü il tarixli qərardadı ilə ilkin cavabdeh Azərbaycan Milli Elmlər Akademiyası (cavabdeh) ilə əvəz olunmuşdur.

32. Cavabdehin nümayəndəsi iddia tələbinə qarşı yazılı etiraz təqdim etmiş, işin yuxarıda sadalanan faktiki hallarına istinad etməklə etirazını aşağıda göstərildiyi kimi əsaslandırmışdır: “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 50.3-cü maddəsinin tələblərinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Lakin cavabdeh baxılan işdə iddia tələbinin yönəldiyi fiziki və ya hüquqi şəxs ola bilməz. Belə ki, bağlanılmış podrat müqavilələrinə əsasən, yaşayış binalarının tikintisi üçün dövlət tərəfindən vəsait ayrılmamış, o cümlədən cavabdeh tərəfindən də hər hansı bir maliyyə vəsaitinin ayrılması nəzərdə tutulmamışdır. Tikinti işlərinin həyata keçirilməsi bilavasitə tikintiyə cəlb olunmuş və müvafiq podrat müqavilələri bağlanılmış podratçı şirkətlərin öz vəsaiti hesabına həyata keçirilmişdir. Bağlanılmış podrat müqavilələrində nəzərdə tutulmuşdur ki, inşa olunmuş binalardakı yaşayış və qeyriyaşayış sahələrinin satışlarını həmin tikinti şirkətləri özləri həyata keçirirlər, gördükləri işlərin müqabilində öz xərclərini qarşılayır və işlərinin görülməsini maliyyələşdirirlər. Başqa sözlə, maliyyə məsələrinə cavabdehin heç bir aidiyyəti olmadığından və tikintinin maliyyələşdirilməsi işlərinə qarışmadığından, bu işdə cavabdeh tərəf də ola bilməz. Müqavilə uyğun olaraq, "xxxx" MTK və iddiaçı arasında görülmüş işlərlə əlaqədar qarşılıqlı hesablaşma aparılmışdır. Bununla belə, iddiaçı tərəfindən yaşayış və qeyriyaşayış sahələrinin satışlarından əldə olunmuş pulların məbləği və onların sonrakı aqibətləri, o cümlədən faktiki görülmüş işlərin dəyəri ilə yaşayış və qeyri-yaşayış sahələrinin satışlarından əldə etdiyi məbləğlər arasındakı fərqlər nəinki cavabdeh adlandırılan tərəfə, hətta məhkəməyə də təqdim olumamışdır. Eyni zamanda, kompleksdə çoxmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisinin gedişatından və keyfiyyətindən narazı qalan cavabdeh tikinti işlərinin daha keyfiyyətli davam etdirilməsi məqsədi ilə "xxxx" MMC ilə 24 may 2022-ci il tarixdə podrat müqaviləsi bağlamışdır. Həmin podrat müqaviləsində yaşayış binalarının tikintisinin bu şirkət tərəfindən davam etdirilməsi nəzərdə tutulmuşdur. Hazırda "xxxx" MMC 2 nömrəli bina (şərti olaraq “B” binası) üzrə tikinti işlərini davam etdirməkdədir. İddiaçı ilə "xxxx" MMC görülmüş işlərlə və iddiaçı tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin satışlarından əldə olunmuş pulların məbləği və onların sonrakı aqibətləri ilə əlaqədar sonuncu ilə qarşılıqlı hesablaşma aparılmasını tələb etmək və öz əmlaklarını tikinti sahəsindən tam şəkildə götürmək əvəzinə, (əgər orada iddiaçının hər hansı bir əmlakı qalmışdırsa), iddiaçı heç bir əsas olmadan cavabdehin hazırda ləğv olunmuş (Azərbaycan Milli Elmlər Akademiyası Prezidentinin 08 dekabr 2022-ci il tarixli 634 nömrəli Sərəncamı ilə AMEA Rəyasət Heyəti aparatının strukturunda mövcud olmuş İşlər İdarəsi ləğv edilmiş və 08 dekabr 2022-ci il tarixindən həmin idarənin fəaliyyətinə xitam verilmişdir) işlər idarəsini məhkəməyə vermişdir. Yuxarıda qeyd olunanlardan belə nəticəyə gəlinir ki, nə cavabdehin hazırda mövcud olmayan işlər idarəsi, nə də ki cavabdehin özü podratçı şirkətlər qarşısında heç bir maddi məsuliyyət daşımırlar. İddiaçı, "xxxx" MMC ilə arasında görülmüş işlərlə əlaqədar sonuncu ilə qarşılıqlı hesablaşma aparmalı və iddiaçı öz əmlaklarını tikinti sahəsindən tam şəkildə götürməlidir. Bu baxımdan, iddiaçı iddia ilə "xxxx" MMC-yə qarşı məhkəməyə müraciət edə bilər. Lakin sonuncunun iddiasına görə iddiaçının faktiki əldə etdiyi pulun məbləği 2 888 883 (iki milyon səkkiz yüz səksən səkkiz min səkkiz yüz səksən üç) manat, inşaat işlərinin görülməsiinə faktiki sərf etdiyi vəsaitin məbləği isə 992 440 (doqquz yüz doxsan iki min dord yüz qırx) manat təşkil edir. Həmçinin iddiaçı, "xxxx" MMC-nin fəaliyyət göstərdiyi ərazidə hər hansı bir əmlakı qalıbsa, həmin əmlaklarla bağlı hüquq mühafizə orqanlarına müraciət edə bilər və bu hal kommersiya məhkəməsinin baxılması predmetlərə aid deyildir. Bundan başqa, Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsindən AMEA Rəyasət Heyəti aparatına daxil olmuş 08 avqust 2022-ci il tarixli 0214-652çıx.22 nömrəli məktuba əsasən Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Əməliyyat idarəsində araşdırma aparılmış, toplanmış materiallara əsasən fakta görə cinayət işi başlanaraq, araşdırma materialları ibtidai istintaq aparılması üçün Baş İdarənin İstintaq İdarəsinə göndərilmişdir.”

33. Məhkəmənin 04 oktyabr 2023-cü il tarixli qərardadı ilə iş üzrə kompleks məhkəmə texniki-tikinti-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə (Məhkəmə Ekspertizası Mərkəzi) həvalə olunmuşdur.

34. Məhkəmə Ekspertizası Mərkəzinin 17 iyul 2024-cü il tarixli rəyində aşağıdakılar göstərilmişdir: “...Abşeron rayonu, Saray qəsəbəsində inşa edilən "xxxx" yaşayış kompleksində 2, 3 və 4 saylı binaların inşası ilə bağlı “Sonradan üstü örtülən işlərin məsul konstruksiyaların qəbul edilməsi” aktlarına, eləcə də 27 oktyabr 2021-ci il tarixli akt əsasında İddiaçı1 Mənzil Tikinti Kooperativi tərəfindən işçi layihəyə uyğun yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin ümumi dəyəri 2 787 974,64 manat (ƏDV-siz), o cümlədən 2 saylı bina üzrə 2 566 417,37 manat, 3 saylı bina üzrə 86 024,07 manat, 4 saylı bina üzrə 91 742,2 manat və ümumi işlərin müvəqqəti qurğular və mobilizasi işlərinin dəyəri 43 791 manat məbləğində müəyyən olunur. Tədqiq olunan ünvanda yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin orta bazar dəyəri hər iş növü üçün qiymətlər ayrı-ayrılıqda smetada ətraflı göstərilmişdir. Abşeron rayonu, Saray qəsəbəsində inşa edilən "xxxx" yaşayış kompleksində 2, 3 və 4 saylı binalarda İddiaçı1 Mənzil Tikinti Kooperativi tərəfindən işçi layihəyə uyğun yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin həyata keçirilməsi ilə bağlı çəkilmiş xərclərin (layihələndirilməsi və təsdiqi, ekspertiza, laboratoriya ilə əlaqədar sənədləşmə işlərinin aparılması üçün çəkilmiş xərclər və s.) müəyyən edilməsi tikinti ekspertinin səlahiyyətinə aid olmadığından, qərardadın bu sualı üzrə tədqiqat aparılmadı”.

35. İddiaçı tərəfindən 17 iyul 2024-cü il tarixli ekspert rəyi ilə bağlı yazılı mülahizə təqdim edilmiş, mülahizədə qeyd olunmuşdur ki, “ekspert qərardadda qoyulmuş suallara bütövlükdə cavab verməmişdir. Belə ki, podratçının sənədləşmə işləri üzrə, əldən çıxmış fayda (burada iddiaçının əməkdaşlarının həmin layihəyə cəlb edilməsi, onlara maaşlarının ödənilməsi, şirkətin işçilərinin həmin layihə üzrə işləməsi və müvafiq xidmətləri göstərilməsi üzrə yaranan məbləğ nəzərdə tutulur) barəsində olan suallara cavab verməkdən imtina etmişdir. Özəl ekspetiza şirkəti olan "xxxx" MMC tərəfindən (ekspert X21) verilmiş ekspert rəyində məhkəmə ekspertiza mərkəzi tərəfindən tərtib edilmiş işin həcmi əsas götürülərək, əlavə xərclərin siyahısı çıxarılmışdır və həmin işlər üzrə podratçının məsrəfləri ƏDV-siz 587 029 manat təşkil edir. İddia tələbinin hesablanma qaydası: 1) 2 787 974,64 manat + 587 029 manat = 3 375 003,64 manat (ƏDV-siz); 2) 3 375 003,64 manat + (3 375 003,64 x 0.18 (ƏDV)) manat = 3 982 504,4 manat; 3) 3 982 504,4 manat – 2 888 883 manat (sifarişçi tərəfindən ödənilən pul vəsaiti) = 1 093 621,3 manat. Yuxarıda qeyd edilən 1 093 621,3 manat pul vəsaiti, mediasiya xərcləri, dövlət rüsumu cavabdehdən tələb edilir. Bundan əlavə olaraq qeyd edilir ki, tərəflər arasında bağlanılmış 17 mart 2020-ci il tarixli müqavilənin 7.1.7-ci maddəsinə əsasən müqaviləyə sifarişçi tərəfindən xitam verilərsə, sifarişçi icraçının (podratçının) sifarişçiyə göndərdiyi smeta üzrə ödəniş etməlidir. İcraçı (podratçı) cavabdehə məxsus torpaq sahəsində (Abşeron rayonu, Saray qəsəbəsində) qalan tikinti mallarının geri qaytarılmasını tələb edir.”

36. "xxxx" MMC tərəfindən verilən “Abşeron rayonu, Saray qəsəbəsində "xxxx" yaşayış kompleksi barədə ekspert raportu” adlı sənəddə qeyd edilmişdir ki, “...Abşeron rayonu, Saray qəsəbəsində inşa edilən "xxxx" yaşayış kompleksində 2, 3 və 4 saylı binalarda İddiaçı1 MTK tərəfindən işçi layihəyə uyğun şəkildə yerinə yetirilmiş tikintiquraşdırma işlərinin həyata keçirilən həcmləri hesablanıb smeta cədvəllərində qeyd edilib. Bu işlər üçün çəkilmiş xərclər ayrı-ayrılıqda olaraq bazar orta qiymətləri ilə hesablanıb. İddiaçı1 MTK tərəfindən satılmış olan 123 ədəd mənzildən daxil olan pul vəsati 2 888 883 manatdır. Smeta cədvəllərindən görüləcəyi üzrə: A-2 saylı bina ümumi xərc 2 995 150 manat, B-3 saylı bina ümumi xərc 100 600 manat, C-4 saylı bina ümumi xərc 103 150 manat, D- Sənədləşmə ümumi xərci 173 412 manat, E-Sahə daxili işlər üçün çəkilən xərclər 21 600 manat, F-Qalıq tikinti materialları təxmini dəyəri cədvəli 82 000 manat olmaqla, ümumi xərc (ƏDV xaric) 3 475 912 manat, satışlar 2 888 883 manat, İddiaçı1 MTK lehinə fərq 587 029 manat təşkil edir.

37. Cavabdeh tərəfindən iddiaya qarşı yazılı mülahizə verilmiş, mülahizədə aşağıdakılar göstərilmişdir: “Məhkəmə tərəfindən tərəflər arasında yeni barışıq sazişinin hazırlanması və imzalanması üçün vaxt verildiyi zaman iddiaçı nümayəndəsi (vəkili) məhkəmə iclasına bir neçə saat qalmış, 09 dekabr 2024-cü il tarixində Bakı Kommersiya Məhkəməsinin elektron məhkəmə sisteminə ərizə ilə müraciət edərək, iddia tələbinin təmin olunmasıı xahiş etmişdir. Belə ki, iddiaçı tərəf iddiasının bir əsası kimi onu qeyd edir ki, cavabdeh tərəfin nümayəndəsi 23 sentyabr 2024-cü il tarixdə etiraf etmişdir ki, iddiaçının hansısa malları və ya əmlakları cavabdeh tərəfdə qalmışdır. Lakin iddiaçının bu iddiasının tamamilə yalan olması ilə yanaşı bildirilir ki, iddiaçı tərəfin cavabdeh tərəfdə hər hansı bir əmlakı qalmamışdır. Eyni zamanda, iddiaçı əmlakın harada olması və ümumiyyətlə, cavabdehdə qalması barədə hər hansı sübut təqdim etməmişdir. Eyni zamanda, iddiaçı iddia tələbinin geri götürülməsi ilə bağlı cavabdehə və məhkəməyə dəfələrlə müraciət edir, digər tərəfdən isə məhkəmədə faktiki cavabdeh tərəf olmayan tərəfə qarşı tamamilə əsassız iddialarını irəli sürməkdə davam edir. Bundan savayı kompleksdə İddiaçı1 MTK tərəfindən həyata keçirilmiş şərti adı “2 nömrəli bina” olan yaşayış binasında tikinti işləri onların ərazidə tikinti apardığı iş həcmləri və çəkilmiş bütün xərclərlə bağlı tikinti işlərinin gedişi ilə əlaqədar həmin ərazidə ilkin cavabdeh ilə podratçı müəssisələrin rəhbərləri arasında 10 iyun 2022-ci il tarixində səyyar iclası keçirilmiş, iclasın protokolu tərtib edilmişdir. İclas zamanı iştirakçılar tərəfindən səsləndirilmiş fikirlər və qoyulmuş məsələlərlə əlaqədar aparılmış müzakirələr üzrə cavabdeh tərəfindən konkret tapşırıq və istiqamətlər verilmişdir. Lakin "xxxx" MMC-nin dəvətini qəbul etməyən iddiaçının günahı ucbatından podratçılar arasında görülmüş işlərin qarşılıqlı üzləşdirilmə aktları, görülmüş işlərin qarşılıqlı üzləşdirilmə hesabatları tərtib olunmamışdır. Bununla əlaqədar iddiaçı ilə "xxxx" MMC arasında olan ziddiyətli məsələlər üzrə zəruri addımların atılması üçün cavabdeh tərəfindən təşəbbüsü ilə yuxarıda göstərilən üçtərəfli razılaşma sənədləri və ona əlavələrə uyğun şəkildə sənədləşmə işlərinin aparılması üzrə təkliflər səsləndirilmişdir. Bu məsələlər üzrə yaranmış narazılıqların minimuma endirilməsi İşlər idarəsi tərəfindən onlara təklif edilmiş, lakin podratçılardan biri olan iddiaçı tərəfindən zəruri addımlar atılmamışdır. Bundan başqa iddiaçı, tərəflər arasında 17 mart 2020-ci il tarixdə bağlanılmış podrat müqaviləsinin 2.2.2-ci maddəsinin tələblərinə zidd olaraq bir sıra mənzilləri tamamilə kənar şəxslərə satılmışlar. Həmçinin 17 iyul 2024-cü il tarixli ekspertiza rəyini 3 və 4-cü mənzillərə aid hissədə mübahisələndirirlər. Belə ki, iddiaçı tərəfindən 3 və 4 saylı binalar üzrə tikinti işləri özbaşına aparılmışdır. Belə ki, qanunvericiliklə müəyyən olunmuş qaydada icazə alınmadan və yalnız ətraf və digər sakinlər üçün həyat və sağlamlıqları üçün böyük təhlükələr yaradan böyük çalalar qazılmışdır. Bu təhlükələrin həyat və sağlamlıq üçün real təhlükələrin aradan qaldırılmaları üçün həmin çalalarla bağlı müəyyən işlər görülməlidir. Həmçinin onu da qeyd edirlər ki, qeyd olunan məsələlər (eyni predmet) üzrə hazırda Abşeron rayon Prokurorluğunda və Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində də araşdırmalar aparılır. İddiaçının vəzifəli şəxsləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törədilmişlər ki, bu halla bağlı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 265.4-cü maddəsinə əsasən məhkəmənin müvafiq xüsusi qərardadı çıxarılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən düzgün cəlb olunmamış cavabdeh Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 1, 2, 26, 47, 50, 78, 135, 154, 254-256 və 258-ci maddələrinin tələblərini rəhbər tutaraq, müvafiq məhkəmə qərarlarını qəbul olunmasını xahiş edirik: 1. Azərbaycan Milli Elmlər Akademiyasının cavabdeh tərəf kimi cəlb edilməsi qanunun tələblərinə tamamilə zidd olduğundan, cavabdeh tərəf kimi cəlb oluna bilməz. 2. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 254-256 və 258-ci maddələrinin tələblərinə görə eyni predmetlər üzrə aparılan cinayət işləri üzrə yekun prosessual qərarların qəbul olunmalarına, yəni istintaq olunan cinayət işləri üzrə müvafiq yekun məhkəmə hökmü və ya müvafiq yekun prosessual qərarlar qəbul olunana kimi “Prosessual qərarların preyudisial əhəmiyyəti” ilə bağlı Bakı Kommersiya Məhkəməsində məhkəmə icraatı qaydasında qeyd olunan kommersiya işinə baxılması dayandırılmalıdır. Əgər məhkəmə kommersiya işinə baxılması dayandırılması haqqındakı qanunun birbaşa tələbini qəsdən nəzərə almasa, yuxarıda istinad edilən qiymətləndirici rəyinə uyğun olaraq qərar verilsin.

4. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərinin halı müəyyən edildiyindən, bu halla bağlı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 265.4-cü maddəsinə əsasən məhkəmənin müvafiq xüsusi qərardadı çıxarılmalıdır”.

38. İddiaçının məhkəmə iclaslarında iştirak edən nümayəndəsi (vəkili) iddia ərizəsinin məzmununa uyğun izahat verməklə iddia tələbinin təmin olunmasını, cavabdehin nümayəndəsi isə iddia qarşı etiraz ərizəsinin və yazılı mülahizənin məzmununa uyğun izahat verərək iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

39. Birinci instansiya məhkəməsinin 07 noyabr 2023-cü il tarixli qətnaməsi ilə iddia tələblərinin qismən təmin edilməsi, cavabdehdən görülmüş işlərin dəyəri olaraq ƏDV-siz 486 120,64 manat və dövlət rüsumunun əvəzi olaraq 564,50 manat olmaqla, cəmi 486 685 manatın alınıb iddiaçıya ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur.

40. Məhkəmə vurğulamışdır ki, cavabdeh, tərəflər arasında bağlanmış podrat müqaviləsinə birtərəfli qaydada xitam verdiyindən, iddiaçının müqavilə üzrə görülən işlərin haqqını almaq hüququ var.

41. Məhkəmə 17 iyul 2024-cü il tarixli ekspert rəyini əsas götürərək hesab etmişdir ki, iddiaçı tərəfindən işçi layihəyə uyğun yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin ümumi dəyəri 2 787 974,64 manat (ƏDV-siz) təşkil edir. İddiaçı satılmış olan 123 ədəd mənzildən daxil olan pul vəsatinin 2 888 883 manat təşkil etdiyini bildirmiş, bunun əksini (daha çox olmasını) təsdiq edən sübutlar məhkəməyə təqdim olunmamışdır. Əlavə xərclər üzrə podratçının məsrəfləri 587 029 manat təşkil etmişdir (iddiaçının əməkdaşlarının layihəyə cəlb edilməsi, maaşların ödənilməsi, şirkətin işçilərinin həmin layihə üzrə işləməsi və müvafiq xidmətləri göstərilməsi və s. xərclər). Beləliklə, iddiaçıya ödənilməli olan məbləğ 486 120,64 manat təşkil edəcək (2 787 974,64 + 587 029 - 2 888 883 = 486 120,64). İddiaçının hesabladığı ƏDV məbləğlərinin isə cavabdehdən tutulması üçün əsaslar müəyyən edilmir.

42. Gəldiyi nəticənin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 385-ci, 386-cı, 442-ci, 448.1-ci, 752.1-ci, 753.1-ci, 755-ci və Mülki Prosessual Məcəllənin 107.1-ci, 119.1-ci maddələrinə istinad etmişdir.

43. Qətnamədən iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayəti verərək onun qismən ləğv edilməsini və iddianın tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla, qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlmədiyini, gəlinən nəticə üçün əhəmiyyət kəsb edən bütün faktiki halların aydınlaşdırılmadığını, məhkəmənin zərərin məbləğini müəyyənləşdirərkən yalnız ekspert rəyinə istinad etməsinin düzgün olmadığını, eləcə də iddiaçıya məxsus əşyalar barədə araşdırma aparılmayaraq əsassız qənaətə gəlindiyini irəli sürmüşdür. Şikayətdə həmçinin vurğulanmışdır ki, məhkəmə təkrar ekspertizanın keçirilməsi barədə vəsatəti rədd etmiş, özəl ekspert rəyinə hüquqi qiymət verməmiş, tərəflər arasında bağlanılan müqavilənin 7.1.7-ci bəndinə uyğun şəkildə işi araşdırmamış və faktiki olaraq iddiaçının gördüyü işlərin əvəzi olan pul vəsaitinin tələb edilməsi üçün bütün sübutları (iddiaçıya aid olan əşyaların geri qaytarılması tələbi daxil) tədqiq etməmişdir. İddiaçı tərəfindən faktiki olaraq yazılı sübutlarla iddia tələbi sübuta yetirilmişdir və cavabdeh tərəfindən heç bir sübut təqdim edilməməsinə baxmayaraq məhkəmə kobud prosesual pozuntu törədərək iddia tələbini qismən təmin etmişdir.

44. Qətnamədən cavabdehin nümayəndəsi (vəkili) də apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinə etirazın məzmununa uyğun əsaslandırmaqla, qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlmədiyini, gəlinən nəticə üçün əhəmiyyət kəsb edən bütün faktiki halların aydınlaşdırılmadığını, iddia tələbinin heç bir mötəbər sübutla təsdiqlənmədiyini və buna görə də məhkəmənin əsassız qənaətə gəldiyini irəli sürmüşdür. Şikayətdə həmçinin aşağıdakılar göstərilmişdir: “...Kompleksdə çoxmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisinin davam etdirilməsi məqsədilə 1-ci müqaviləyə dair öhdəliklərin digər podratçı şirkətə ötürülməsinə dair hazırda mövcud olmayan İşlər İdarəsi, "xxxx" MTK və İddiaçı1 MTK arasında 12 mart 2020-ci il tarixli üçtərəfli saziş imzalanmışdır. Kompleksdə "xxxx" MTK tərəfindən şərti adı “2 nömrəli bina” olan yaşayış binasının bünövrəsində aparılmış işlər və tikintisinin aparılması nəzərdə tutulmuş həmin bina üzrə öhdəliklərin icrası məqsədilə AMEAnın İşlər İdarəsi ilə İddiaçı1 MTK arasında 17 mart 2020-ci il tarixli podrat müqaviləsi imzalanmışdır. İddiaçı1 MTK şərti adı “2 nömrəli bina” olan yaşayış binasının 4-cü mərtəbəsinə qədər tikinti işlərini aparmışdır. Bundan sonra, AMEA-nın İşlər İdarəsi İddiaçı1 MTK ilə 17 mart 2020ci il tarixdə bağlanılmış podrat müqaviləsini 06 avqust 2021-ci il tarixdə ləğv edərək kompleksdə çoxmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisinin davam etdirilməsi məqsədilə son olaraq, "xxxx" MMC ilə 24 may 2022-ci il tarixində podrat müqaviləsi imzalamışdır. Yaşayış binalarının tikintisinin bu şirkət tərəfindən davam etdirilməsi nəzərdə tutulmuşdur. Hazırda "xxxx" MMC 2 nömrəli bina (şərti olaraq “B” binası) üzrə tikinti işlərini davam etdirməkdədir. Qeyd edək ki, yaşayış binalarının tikintisi üçün dövlət tərəfindən heç bir vəsait ayrılmamış, bu istiqamətdə dövlət tərəfindən hər hansı bir maliyyə vəsaitinin ayrılması da nəzərdə tutulmamışdır. Tikinti işlərinin həyata keçirilməsi bilavasitə tikintiyə cəlb olunmuş və müvafiq podrat müqavilələri bağlanılmış podratçı şirkətlərin öz vəsaiti hesabına həyata keçirilməli olduğundan, bağlanılmış podrat müqavilələrində müqavilələrin predmeti əsasən bu istiqamətdə öz əksini tapmışdır. Azərbaycan Milli Elmlər Akademiyasının İşlər İdarəsi ilə bağlanmış 29 sentyabr 2021-ci il tarixli 09 saylı Müqaviləyə müvafiq olaraq, “X28.” MMCnin qiymətləndirmə predmeti olan Azərbaycan Milli Elmlər Akademiyası İşlər İdarəsi tərəfindən təqdim edilmiş və Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən və Saray qəsəbəsində inşa edilən, tikilialtı sahəsi 2120 kv.m olan 16 mərtəbəli yaşayış binasının inşa edilmiş 4 mərtəbəsində İddiaçı1 MTK tərəfindən fakt üzrə aparılmış tikintiquraşdırma işlərinə sərf edilmiş vəsaitin məbləğinin müəyyən edilməsi üzrə nəticələri Azərbaycan Milli Elmlər Akademiyasının İşlər İdarəsinə təqdim etmişdir. Həmin hesabatda qeyd olunur ki, “Nəticələr hesabatda göstərilmiş məhdudlaşdırıcı şərtlər daxilində və istifadə olunmuş qiymətləndirmə standartları, yanaşmalar və məlumat mənbələri əsasında əldə olunmuşdur. Hesabatın məqsədi, qiymətləndirmə üçün təqdim edilmiş AMEA-nın saray qəsəbəsində inşa etdirdiyi, tikilialtı sahəsi 2120 kv.m olan 16 mərtəbəli yaşayış binasının inşa edilmiş fakt üzrə yerinə yetirilmiş işlərin Azərbaycan Respublikası Qiymətləndirmə Standartlarına və X2 müvafiq qiymətləndirmə tarixinə tikintiyə sərf edilmiş vəsaitin məbləğinin müəyyən olunmasının təmin edilməsidir. Azərbaycan Respublikası Qiymətləndirmə Standartları və X1 tələbləri, qiymətləndirmə predmetinin xarakteristikası və məhdudlaşdırıcı şərtlər nəzərə alınaraq, AMEA-nın Saray qəsəbəsində inşa etdirdiyi, tikilialtı sahəsi 2120 kv.m olan 16 mərtəbəli yaşayış binasının inşa edilmiş 4 mərtəbəsində fakt üzrə yerinə yetirilmiş işlərə sərf edilmiş vəsaitin məbləğinin müəyyən edilməsi üçün xərclər metodu əsas qiymətləndirmə yanaşması kimi qəbul edilmişdir. Bu yanaşmanın qısa təsviri hesabatda verilmişdir. 14 oktyabr 2021-ci il tarixinə AMEA-nın Saray qəsəbəsində inşa etdirdiyi, tikilialtı sahəsi 2120 kv.m olan 16 mərtəbəli yaşayış binasının inşa edilmiş 4 mərtəbəsində fakt üzrə yerinə yetirilmiş işlərin 2020-ci il qiymətlərində dəyəri 992 440 AZN (doqquz yüz doxsan iki min dörd yüz qırx manat) (ƏDV-siz) həcmində müəyyən edilmişdir. Yarımçıq tikilinin özülünün tikintisinə sərf edilmiş vəsaitin həcmi bu məbləğə daxil deyildir.” Bu o deməkdir ki, İddiaçı1 MTKnın AMEA-nın Saray qəsəbəsində faktiki yerinə yetirdiyi işlərin dəyəri 992.440 AZN (doqquz yüz doxsan iki min dörd yüz qırx manat) (ƏDV-siz) həcmində olmuşdur. "xxxx" MMC tərəfindən Azərbaycan Milli Elmlər Akademiyasına ünvanlanan 01 mart 2022-ci il tarixli məktubuna əsasən, İddiaçı1 MTK-nın gördüyü işlərin müqabilində götürdüyü gəlirfaktiki əldə etdiyi pulun məbləği: 2 888 883 (iki milyon səkkiz yüz səksən səkkiz min səkkiz yüz səksən üç) manat təşkil edir. İddiaçı1 MTK da bu halın düzgünlüyünü təsdiq etmişdir. “X28.” MMC-nin «Qiymətləndirmə Hesabatı»na əsasən İddiaçı1 MTK-nın inşaat işlərinin görülməsinə faktiki sərf etdiyi vəsaitin məbləği: 992 440(doqquz yüz doxsan iki min dörd yüz qırx) manat, gördüyü işlərin müqabilində faktiki əldə etdiyi gəlirinin məbləği isə inşaat işlərinin görülməsinə faktiki sərf etdiyi vəsaitin məbləğinin üç mislindən də artıq olmaqla: 2 888 883 (iki milyon səkkiz yüz səksən səkkiz min səkkiz yüz səksən üç) manat, yəni inşaat işlərinin görülməsinə faktiki sərf etdiyi vəsaitin məbləğindən 1 896 443 (bir milyon səkkiz yüz doxsan altı min dörd yüz qırx üç) manat artıq gəlir əldə etmişdir. Hazırda əlavə olaraq müəyyən olunmuşdur ki, İddiaçı1 MTK-nın vəzifəli şəxsləri 04 aprel 2022-ci il tarixdə, yəni AMEA-nın İşlər İdarəsi İddiaçı1 MTK ilə 17 mart 2020-ci il tarixdə bağlanılmış podrat müqaviləsi 06 avqust 2021-ci il tarixdə ləğv olunduqdan sonra, vətəndaş X9 ilə Abşeron rayonu, Saray qəsəbəsində inşa edilən 2 girişli, 240 mənzilli, 16 mərtəbəli, şərti olaraq “B1” binasında Xİİ mərtəbədə, 1 (bir) otaqlı, ümumi sahəsi 59.80 kv.m. 84 №-li izolə olunmuş mənzili sonuncudan 28 106,00 (İyirmi səkkiz min yüz altı) manat pul alıb ona satmışdır. Bundan əlavə, İddiaçı1 MTK-nın vəzifəli şəxsləri 04 oktyabr 2021-ci il tarixdə isə, yəni AMEA-nın İşlər İdarəsi İddiaçı1 MTK ilə 17 mart 2020ci il tarixdə bağlanılmış podrat müqaviləsi 06 avqust 2021-ci il tarixdə ləğv olunduqdan sonra, X14 adlı şəxslə müqavilə bağlayaraq, Abşeron rayonu, Saray qəsəbəsində inşa edilən 2 girişli, 240 mənzilli, 16 mərtəbəli, şərti olaraq “B1” binasında Vİİİ mərtəbədə, 1 (bir) otaqlı, ümumi sahəsi 56.70 kv.m. 54 №-li izolə olunmuş mənzili sonuncudan 24 381,00 (İyirmi dörd min üç yüz səksən bir) manat pul alıb ona satmışdır. Bundan başqa, İddiaçı1 MTK-nın vəzifəli şəxsləri 04 oktyabr 2021-ci il tarixdə isə, yəni AMEA-nın İşlər İdarəsi İddiaçı1 MTK ilə 17 mart 2020-ci il tarixdə bağlanılmış podrat müqaviləsi 06 avqust 2021-ci il tarixdə ləğv olunduqdan sonra, X15 adlı şəxslə müqavilə bağlayaraq, Abşeron rayonu, Saray qəsəbəsində inşa edilən 2 girişli, 240 mənzilli, 16 mərtəbəli, şərti olaraq “B1” binasında İX mərtəbədə, 1 (bir) otaqlı, ümumi sahəsi 56.70 kv.m. 62 №-li izolə olunmuş mənzili sonuncudan 24 381,00 (İyirmi dörd min üç yüz səksən bir) manat pul alıb ona satmışdır. Onu da qeyd edək ki, bu halda AMEA-nın İşlər İdarəsi və İddiaçı1 MTK arasında 17 mart 2020-ci il tarixdə bağlanılmış podrat müqaviləsinin 2.2.2-ci maddəsinin tələbləri də pozulmuşdur. X3, X11 və X12 AMEA-ya və Azərbaycan Respublikasının Təhsil Nazirliyinə heç bir aidiyyətləri yoxdur.) Nəticədə, İddiaçı1 MTKnın vəzifəli şəxsləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətmişlər ki, bu halla bağlı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 265.4-cü maddəsinə əsasən məhkəmənin müvafiq xüsusi qərardadı çıxarılmalı idi. Qeyd olunanlara əsasən Azərbaycan Milli Elmlər Akademiyasının nümayəndəsi kimi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 1, 2, 26, 47, 50, 78, 135, 154, 254-256 və 258-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmədən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 254-256 və 258-ci maddələrinin tələblərinə görə eyni predmetlər üzrə aparılan cinayət işləri üzrə yekun prosessual qərarların qəbul olunmalarına, yəni istintaq olunan cinayət işləri üzrə müvafiq yekun məhkəmə hökmü və ya müvafiq yekun prosessual qərarlar qəbul olunana kimi “Prosessual qərarların preyudisial əhəmiyyəti” ilə bağlı Bakı Kommersiya Məhkəməsində məhkəmə icraatı qaydasında qeyd olunan kommersiya işinə baxılması dayandırmasını xahiş etmişdik. Cavabdeh tərəf Bakı Kommersiya Məhkəməsinin nəzərinə çatdırmışdı ki, məhkəmə icraatı qaydasında qeyd olunan kommersiya işinə baxılmasının dayandırılması haqqındakı qanunun birbaşa tələbini qəsdən nəzərə almasa, nəzərə alsın ki, İddiaçı1 MTK-nın götürdüyü-faktiki əldə etdiyi pulun məbləği: 2 888 883 (iki milyon səkkiz yüz səksən səkkiz min səkkiz yüz səksən üç) manat, inşaat işlərinin görülməsinə faktiki sərf etdiyi vəsaitin məbləği (görülmüş işlərin faktiki dəyəri) isə: 992 440 (doqquz yüz doxsan iki min dörd yüz qırx) manat təşkil edir. Bu isə o deməkdir ki, iddiaçı: İddiaçı1 MTK-nın «İnşaat Təmir” MMC-yə də qarşı iddiası tamamilə əssız olmuş olardı, çünki hesablamalara görə iddiaçı: İddiaçı1 MTK-nın "xxxx" MMC-yə olan borcu faktiki 1.896.443 (bir milyon səkkiz yüz doxsan altı min dörd yüz qırx üç) manat təşkil edir. 19 yanvar 2024-cü il tarixdə Azərbaycan Milli Elmlər Akademiyasının nümayəndəsi iddiaçı: İddiaçı1 MTK-nın nümayəndələri ilə birlikdə AMEA-nın Saray qəsəbəsində yerləşən torpaq sahəsində olarkən, «İnşaat Təmir” MMC-nin fəaliyyət göstərdiyi ərazidə tikinti işləri aparılan yerdən kənar bir yerdə iddiaçı: İddiaçı1 MTKnın yalnız bir əmlakının: tikinti kranının olması müşahidə olunmuşdur ki, onun da götürülməsinə nəinki "xxxx" MMC, digər fiziki və hüquqi şəxslər də heç bir maneə yaratmır. Hətta həmin tikinti kranının götürülməsi üçün iddiaçı: İddiaçı1 MTK-ya dəfələrlə müraciətlər olmuşdur. Lakin iddiaçı həmin kranı götürməkdən imtina etməklə ətrafdakı sakinlərin həyat və sağlamlıqları üçün təhlükə yaradır. Bir daha qeyd edək ki, 19 yanvar 2024-cü il tarixdə Azərbaycan Milli Elmlər Akademiyasının nümayəndəsi iddiaçı: İddiaçı1 MTK-nın nümayəndələri ilə birlikdə AMEA-nın Saray qəsəbəsində yerləşən torpaq sahəsində olarkən, iddiaçı: İddiaçı1 MTK-nın AMEA-nın Saray qəsəbəsində yerləşən torpaq sahəsində hər hansı bir əmlakı aşkar olunmamışdır və yoxdur. Nəticədə onu qeyd edək ki, İddiaçı1 MTK-nın faktiki yerinə yetirdiyi işlərin dəyəri 992.440 AZN (doqquz yüz doxsan iki min dörd yüz qırx manat) (ƏDV-siz) həcmində olduğu halda, götürdüyü gəlir-faktiki əldə etdiyi pulun məbləği: 2 888 883 (iki milyon səkkiz yüz səksən səkkiz min səkkiz yüz səksən üç) manat təşkil etdiyindən, məhkəmənin qətnaməsi yalnız bir tərəfin-iddiaçının əsasız və heç bir qanuni əsası olmayan iddialarını təmin etmək məqsədi daşıdığından ləğv olunmalıdır”.

Apellyasiya şikayət(lər)inə qarşı etiraz(lar)

45. AMEA-nın nümayəndəsi tərəfindən iddiaçının apellyasiya şikayətinə qarşı yazılı etiraz verilmiş, qətnamənin ləğv, iddianın rədd olunması xahiş edilmişdir.

Apellyasiya baxışı, verilən izahatlar

46. İddiaçının məhkəmə iclaslarında iştirak edən nümayəndələri (vəkili) təmsil etdikləri hüquqi şəxsin apellyasiya şikayətinin dəlillərini müdafiə edərək iddianın tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmiş, cavabdehin nümayəndəsi (vəkili) isə iddiaya etirazın məzmununa uyğun izahat verməklə özünün apellyasiya şikayətinin təmin edilməli olduğunu bildirmişdir.

47. İddiaçının nümayəndələri məhkəmə tərkibinin (hakimlərin) verdikləri suallara cavablarında həmçinin bildirmişlər ki, yerinə yetirlmiş faktiki işlərin qalıq dəyəri qismində tələb etdikləri vəsaitin tərkibinə "xxxx" MMC tərəfindən verilən rəydə “Qalıq tikinti materiallarının təxmini dəyəri” kimi göstərilən 82 000 manat da daxil olduğundan, “tikinti sahəsinə gətirilmiş və heç bir əsas olmadan həmin tikinti sahəsindən çıxarılmasına maneçilik törədilən 10 000 ədəd cilov və 150 kub metr taxtaların, tikinti işlərinin həyata keçirilməsi üçün alınaraq tikinti sahəsinə gətirilən 9 ton armaturun iddiaçıya təhvil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbini artıq müdafiə etmirlər, tikinti sahəsində olan KB-403 markalı qülləli kran isə xx.xx.2024-cü il tarixdə onlara təhvil verilmişdir.

48. Daha sonra iddiaçının nümayəndəsi (vəkili) yazılı ərizə verərək, “tikinti sahəsinə gətirilmiş və heç bir əsas olmadan həmin tikinti sahəsindən çıxarılmasına maneçilik törədilən tikinti ofis konteynerlərinin və texnikanın, 10 000 ədəd cilov və 150 kub metr taxtaların, tikinti işlərinin həyata keçirilməsi üçün alınaraq tikinti sahəsinə gətirilən 9 ton armaturun iddiaçıya təhvil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbindən ümumiyyətlə imtina etdiklərini bildirmiş, bu səbəblə məhkəmə kollegiyasının müvafiq qərardadı ilə həmin tələb üzrə işin icraatına xitam verilmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

49. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

50. Maddə 13. Sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir

51. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

52. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

53. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.

54. Maddə 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir.

55. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

56. Maddə 385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər.

57. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

58. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.

59. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.

60. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

61. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

62. Maddə 759.1. Sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir.

63. Maddə 759.2. Əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun.

Azərbaycan Respublikasının Vergi Məcəlləsi

64. Maddə 153.1. Əlavə dəyər vergisi (bundan sonra - ƏDV) vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaimə-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir.

65. Maddə 154.1. ƏDV-nin ödəyicisi kimi qeydiyyatdan keçən və ya qeydiyyatdan keçməli olan şəxs ƏDV-nin ödəyicisidir.

66. Maddə 154.2. Qeydiyyatdan keçən şəxs qeydiyyatın qüvvəyə mindiyi andan etibarən vergi ödəyicisi olur. Qeydiyyata dair ərizə verməli olan, lakin qeydiyyatdan keçməmiş şəxs qeydiyyata dair ərizə vermək öhdəliyinin yarandığı dövrdən sonrakı hesabat dövrünün başlanğıcından etibarən vergi ödəyicisi sayılır.

67. Maddə 154.3. Azərbaycan Respublikasına ƏDV tutulan malları idxal edən şəxslər bu cür idxal malları üzrə ƏDV-nin ödəyiciləri sayılırlar.

68. Maddə 154.4. ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçmədən iş görən və ya xidmət göstərən və bu Məcəllənin 169-cu maddəsinə müvafiq surətdə vergiyə cəlb edilməli olan qeyri-rezident şəxs həmin işlər və ya xidmətlər üzrə vergi ödəyicisi sayılır.

69. Maddə 159.1. Malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal vergitutma obyektidir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

70. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

71. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

72. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

73. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

74. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

75. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.

76. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

77. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

78. Maddə 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir.

79. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

80. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

81. Maddə 220.5. Qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır.

82. Maddə 254.1.4. Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa, məhkəmə icraatı dayandırmalıdır.

83. Maddə 265.4. Məhkəmə işə baxarkən, proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir.

84. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

85. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.

Apellyasiya baxışının həddi

86. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

87. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır (Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsi).

88. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

89. Qətnamə həm iddiaçı, həm də cavabdeh tərəfindən mübahisələndirildiyindən, hazırkı halda apellyasiya baxışının həddini qətnamənin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. Bununla yanaşı qeyd olunmalıdır ki, apellyasiya baxışı zamanı iddiaçının nümayəndələri “tikinti sahəsinə gətirilmiş və heç bir əsas olmadan həmin tikinti sahəsindən çıxarılmasına maneçilik törədilən tikinti ofis konteynerlərinin və texnikanın, 10 000 ədəd cilov və 150 kub metr taxtaların, tikinti işlərinin həyata keçirilməsi üçün alınaraq tikinti sahəsinə gətirilən 9 ton armaturun iddiaçıya təhvil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbindən ümumiyyətlə imtina etmiş, məhkəmə kollegiyasının müvafiq qərardadı ilə həmin tələb üzrə işin icraatına xitam verilmişdir.

90. Həmçinin nəzərə alınmalıdır ki, işə birinci instansiya məhkəməsində baxılarkən iddiaçının nümayəndəsi iddia tələbinin həcmini faktiki olaraq azaltmış (cild 4, səh. 186), “iddiaçı tərəfindən yerinə yetirlmiş faktiki işlərin qalıq dəyəri olan ƏDV daxil 1 093 621,3 manatın, ilkin mediasiya sesiyasında iştirak üçün və dövlət rüsumü kimi ödənilmiş cəmi 1387,36 (min üç yüz səksən yeddi manat otuz altı qəpik) manat vəsaitin cavabdehdən alınıb ona ödənilməsi, habelə tərəfindən tikinti sahəsinə gətirilmiş və heç bir əsas olmadan həmin tikinti sahəsindən çıxarılmasına maneçilik törədilən tikinti ofis konteynerlərinin və texnikanın, 10 000 ədəd cilov və 150 kub metr taxtaların, tikinti işlərinin həyata keçirilməsi üçün alınaraq tikinti sahəsinə gətirilən 9 ton armaturun iddiaçıya təhvil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

91. Beləliklə, hazırkı halda apellyasiya baxışının həddi “iddiaçı tərəfindən yerinə yetirlmiş faktiki işlərin qalıq dəyəri olan ƏDV daxil 1 093 621,3 manatın, ilkin mediasiya sesiyasında iştirak üçün və dövlət rüsumü kimi ödənilmiş cəmi 1387,36 (min üç yüz səksən yeddi manat otuz altı qəpik) manat vəsaitin cavabdehdən alınıb ona ödənilməsi” tələbi üzrə gəlinən nəticənin qanuniliyinin və əsaslılığının yoxlanılması ilə məhdudlaşır.

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

92. Kollegiya ilk növbədə qeyd edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticəni lazımi qaydada əsaslandırmamış, iddiaçının, “tərəfindən tikinti sahəsinə gətirilmiş və heç bir əsas olmadan həmin tikinti sahəsindən çıxarılmasına maneçilik törədilən tikinti ofis konteynerlərinin və texnikanın, 10 000 ədəd cilov və 150 kubmetr taxtaların, tikinti işlərinin həyata keçirilməsi üçün alınaraq tikinti sahəsinə gətirilən 9 ton armaturun iddiaçıya təhvil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə, eləcə də ekspertiza xərcinə ümumiyyətlə münasibət bildirməyərək prosessual qanunvericiliyin pozuntusuna yol vermişdir (§ 80, 81).

93. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2005-ci il tarixli qərarında məhkəmələrin diqqəti Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə əsasən qətnamənin qanuni və əsaslı tərtib olunmasının zəruriliyinə cəlb edilmiş, məhkəmə qətnaməsinin maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edildiyi vurğulanmışdır. Həmin qərarda məhkəmələrə tövsiyyə olunmuşdur ki, “qətnamənin məzmunu giriş, təsviri, əsaslandırıcı və nəticə hissələrindən ibarət olub, həmin ardıcıllıqla Azərbaycan Respublikası MPM-nin 220-ci maddəsində göstərilən məlumatları əks etdirməlidir...İddia tələbi qismən təmin edildikdə, qətnamədə əvvəl iddianın təmin olunan hissəsi, sonra isə təmin olunmayan hissəsi əsaslandırılmalı, qətnamənin nəticə hissəsində iddianın kimin haqqında hansı hissəsində təmin və yaxud rədd olunması konkretləşdirilməlidir”.

94. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, bu və ya digər prosessual pozuntunun birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas olub-olmamasını işin konkret hallarından asılı olaraq apellyasiya instansiya məhkəməsi həll edir”.

95. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd olunan (§ 92) çatışmazlıqlar birinci instansiya məhkəməsinin qətnaməsinin prosessual hüquq normalarının pozulması ilə çıxarılması kimi qiymətləndirilməli və qətnamə ləğv edilərək işə, işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmalıdır (§ 87).

96. İstənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.

97. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.

98. Tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edibetməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir (Konstitusiya Məhkəməsinin Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 15 sentyabr 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 11 iyun 2018-ci il tarixli Qərarı).

99. İşin müəyyən olunan hallarına görə, tərəflər arasında 17 mart 2020-ci il tarixdə podrat müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən cavabdehə məxsus Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 7,00 hektar torpaq sahəsi üzərində ("xxxx" MTK tərəfindən inşa olunmuş 1 bloklu, 2 girişli, 12 mərtəbəli bina istisna olmaqla) təsdiq edilmiş Baş Plana uyğun tikilməli olan binaların (o cümlədən yarımçıq tikilinin də) inşasının həyata keçirilməsi podratçıya (iddiaçıya) həvalə edilmişdir.

100. Yuxarıda qeyd olunduğu kimi, həmin müqavilənin 7.1-ci bəndində sifarişçinin, icraçı müqavilə ilə müəyyən edilmiş öhdəliklərini yerinə yetirmədikdə və öhdəliyin yerinə yetirilməməsini dərhal aradan qaldırmadıqda və ya öhdəliyin yerinə yetirilməməsinin dərhal aradan qaldırılması qeyri-mümkün olduqda, belə bir öhdəliyin yerinə yetiriiməməsinin aradan qaldırılması üçün tədbirlərə başlamadıqda və onları davam etdirmədikdə 10 (on) gün əvvəlcədən icraçıya müvafiq xitam tarixini müəyyən edən yazılı bildiriş təqdim etməklə müqaviləyə vaxtından əvvəl xitam verə biləcəyi; 7.1.7ci bəndində isə, xitam zamanı icraçının işlərin yerinə yetirilməsini dayandıracağı, sifarişçinin belə xitam verilməsi ilə əlaqədar bütün göstərişlərinə bütövlükdə riayət edəcəyi, sifarişçinin, xitam tarixinə qədər yerinə yetirilmiş işlər üzrə məbləği və göstərişlərinə riayət edilməsi ilə əlaqədar olaraq icraçı tərəfindən çəkilən bütün xərcləri icraçının təqdim etdiyi xərclər smetasına uyğun olaraq icraçıya ödəyəcəyi razılaşdırılmışdır.

101. İşin müəyyən olunan halı həmçinin ondan ibarətdir ki, cavabdeh iddiaçıya ünvanladığı 06 avqust 2021-ci il tarixli məktubda, iddiaçı tərəfindən öhdəliklərin yerinə yetirilmədiyini, tikinti işlərinin ləng şəkildə həyata keçirildiyini, sakinlərə dolğun məlumat verilmədiyini, qeyd edilənlərin sakinlərin narazılığına səbəb olduğunu, bununla bağlı çoxsaylı şikayətlərin edildiyini göstərərək, 17 mart 2020-ci il tarixli müqavilənin 2.1.6-cı bəndinə istinadla müqaviləyə xitam verilməsi barədə qərar qəbul etdiyini bəyan etmiş, həmin məktuba 06 avqust 2021-ci il tarixdə verdiyi cavab məktubunda iddiaçı, müqavilənin ləğvinin əsassız olduğunu qeyd etməklə yanaşı, 17 mart 2020-ci il tarixli podrat müqaviləsinin 7.1.7-ci bəndinə əsasən müqaviləyə xitam verilənədək tərəfindən yerinə yetirilmiş işlər üzrə məbləğin və göstərişlərə riayət edilməsi ilə əlaqədar çəkilən bütün xərclərin ona ödənilməsinin zəruri olduğunu bildirmişdir.

102. Göründüyü kimi, tərəflər arasında mübahisə müqavilənin sifarişçi (cavabdeh) tərəfindən vaxtından əvvəl ləğvi səbəbindən yaranmışdır və belə olan halda mübahisənin düzgün həlli üçün iddiaçının (podratçının) yerinə yetirdiyi işlərin dəyərinin, eləcə də həmin işlərə sifarişçinin (cavabdehin) hansısa marağının olub-olmadığının müəyyənləşdirilməsi zəruridir (§ 62, 63).

103. İddiaçının (podratçının) yerinə yetirdiyi işlərə cavabdehin (sifarişçinin) marağının olduğu mübahisəli deyildir – xüsusilə ona görə ki, sifarişçi həmin işlərə marağının qalmadığı və işlərin qüsurlu olması ilə bağlı podratçıya (iddiaçıya) pretenziya irəli sürməmiş, əksinə, həmin işlərin tamamlanması üçün sonradan – xx.xx.2021-ci il tarixdə - "xxxx" MMC ilə podrat müqaviləsi bağlamışdır.

104. Bu baxımdan, iddiaçının (podratçının) yerinə yetirdiyi işlərin dəyəri təsbit olunaraq iddianın əsaslı olub-olmadığına qiymət verilməlidir.

105. Birinci instansiya məhkəməsinin təyin etdiyi ekspertizanın rəyi ilə müəyyən olunmuşdur ki, İddiaçı1 Mənzil Tikinti Kooperativi tərəfindən işçi layihəyə uyğun yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin ümumi dəyəri 2 787 974,64 manat (ƏDV-siz) təşkil edir; bununla belə ekspert, işçi layihəyə uyğun yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin həyata keçirilməsi ilə bağlı çəkilmiş xərcləri (layihələndirilməsi və təsdiqi, ekspertiza, laboratoriya ilə əlaqədar sənədləşmə işlərinin aparılması üçün çəkilmiş xərclər və s.) özünün səlahiyyətinə aid olmadığını vurğulamaqla hesablamamışdır.

106. Tikintiyə nəzarəti həyata keçirən "xxxx" MMC tərəfindən iddiaçının sifarişi əsasında verilən “Abşeron rayonu, Saray qəsəbəsində "xxxx" yaşayış kompleksi barədə ekspert raportu” adlı sənədə görə isə, İddiaçı1 MTK tərəfindən yerinə yetirilmiş tikintiquraşdırma işlərinin dəyəri - 2 saylı bina üçün ümumi xərc 2 995 150 manat, 3 saylı bina üçün ümumi xərc 100 600 manat, 4 saylı bina üçün ümumi xərc 103 150 manat, yəni ümumilikdə 3 198 900 manat (ƏDV xaric); sənədləşmə üçün ümumi xərc 173 412 manat, sahə daxili işlər üçün çəkilən xərclər 21 600 manat, qalıq tikinti materiallarının təxmini dəyəri 82 000 manat olmaqla, digər xərclər 277 012 manat (ƏDV xaric) təşkil edir, satılmış olan 123 ədəd mənzildən daxil olan pul vəsati 2 888 883 manatdır və İddiaçı1 MTK lehinə fərq 587 029 manat təşkil edir.

107. Mənzillərin satışından 30 dekabr 2021-ci tarixinə qədər 2 888 883 manat vəsait əldə olunduğunu iddia ərizəsində iddiaçı özü də etiraf etmişdir.

108. Həmçinin qeyd olunmalıdır ki, həm Məhkəmə Ekspertizası Mərkəzi, həm də "xxxx" MMC tərəfindən verilən rəylərdə 2 saylı binanın tikintisi üçün görülən bütün işlər, yəni binanın "xxxx" MTK tərəfindən həyata keçirilmiş beton bünövrəsinin qurulması və bünövrə qatı hazırlıq işlərinin görülməsi işlərinin də qiymətləndirilməsinə baxmayaraq, işin müəyyən olunan halına görə həmin işlər üçün "xxxx" MTK-nın çəkdiyi xərc olan 745 000 manatla əvəzləşdirilən, 12 mart 2020-ci il tarixinə qədər payçıların ümumilikdə ödədikləri 741 440 manat vəsait 2 888 883 manat məbləğinə daxildir (§ 7, 8, 9). İşin İV cildinin 75-76-cı və 78-79-cu səhifələrində olan siyahıların qarşılıqlı təhlili bu qənaətə gəlməyə əsas verir və cavabdehin nümayəndəsinin bunu təkzib etməsinin faktiki əsası mövcud deyildir (həmin siyahılardan aydın olur ki, 2 888 883 manat 123 mənzilin, yəni həm "xxxx" MTK-nın, həm də İddiaçı1 MTK-nın satdığı mənzillərin satışından əldə olunmuş ümumi vəsaitdir, bu vəsaitin bir hissəsini ilkin ödənişlər, qalan hissəsini isə eyni mənzillərin kredit ödənişləri təşkil edir).

109. Bu o deməkdir ki, əgər mənzillərin satışından əldə olunan 2 888 883 manat vəsaitin tam şəkildə İddiaçı1 MTK-nın kassasına mədaxil olunduğu qəbul ediləcəksə, o halda 2 saylı binanın tikintisi üçün görülən işlərə çəkilən xərcin məbləği müəyyənləşdirilərkən, binanın "xxxx" MTK tərəfindən həyata keçirilmiş beton bünövrəsinin qurulması və bünövrə qatı hazırlıq işlərinin görülməsi işlərinin dəyəri də İddiaçı1 MTK-nın gördüyü işlər kimi nəzərə alınmalıdır – çünkü, 2 888 883 manatın 741 000 manat hissəsi məhz həmin işlərin dəyəri qismində "xxxx" MTK-nın muzduna hesablanmışdır (faktiki olaraq "xxxx" MTK-na verilmişdir).

110. Eyni zamanda nəzərə alınmalıdır ki, Məhkəmə Ekspertizası Mərkəzinin eksperti işçi layihəyə uyğun yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin həyata keçirilməsi ilə bağlı çəkilmiş xərcləri (layihələndirilməsi və təsdiqi, ekspertiza, laboratoriya ilə əlaqədar sənədləşmə işlərinin aparılması üçün çəkilmiş xərclər və s.) hesablamamış, bununla belə həmin xərclərin məbləği "xxxx" MMC-nin rəyində 195 012 manat (173 412 + 21 600) olaraq göstərilmişdir.

111. İşin şərh olunan hallarını, ekspert rəyini və tikintiyə nəzarəti həyata keçirən "xxxx" MMC-nin iddiaçının sifarişi əsasında tərtib etdiyi sənədi bir-biri ilə əlaqəli şəkildə qiymətləndirən kollegiya hesab edir ki, iddiaçının (podratçının) yerinə yetirdiyi tikintiquraşdırma işlərinin və tikinti-quraşdırma işlərinin həyata keçirilməsi ilə bağlı çəkdiyi digər xərclərin dəyərinin ümumilikdə 3 064 986,64 (2 787 974,64 + 195 012 + 82 000) manat (ƏDV xaric) təşkil etdiyi qəbul olunmalıdır.

112. İddiaçının (podratçının) yerinə yetirdiyi tikinti-quraşdırma işlərinin dəyərini müəyyənləşdirərkən kollegiya ona görə Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilən rəydəki rəqəmi (2 787 974,64 manat (ƏDV-siz)) əsas götürür ki, həm iddiaçının istinad etdiyi "xxxx" MMC-nin, həm də cavabdehin istinad etdiyi “X28” MMC-nin rəyləri ayrıayrılıqda onların sifarişi əsasında və əks tərəfin iştirakı olmadan hazırlanmaqla, kifayət qədər mötəbər deyildir – ekspert rəyində isə hər binanın tikintisi üçün xərclər ətraflı şəkildə göstərilmiş, bununla bağlı smeta tərtib olunmuşdur.

113. Formalaşmış məhkəmə təcrübəsində ekspert rəyinin digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmaması qəbul edilsə də, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminatın kifayət qədər yüksək olması nəzərə alınmalıdır.1

114. Həmçinin qeyd olunmalıdır ki, ekspertiza rəyini mübahisələndirən tərəf yalnız formal dəlillər ilə kifayətlənməməli, ekspertiza zamanı istifadə edilən tədqiqat

1 Ali Məhkəmə, İş № 2-2(102)-553/2024 (https://sc.supremecourt.gov.az/storage/Iqtisad/2024/3_553+31.10.2024.pdf) § 49 İş № 2-2(102)-560/2024 İş № 2-2(102)-560/2024 (https://sc.supremecourt.gov.az/storage/Iqtisad/2024/3_560+20.11.2024.pdf) § 53 İş № 2-2(102)-685/2024 (https://sc.supremecourt.gov.az/storage/Iqtisad/2024/3_685+18.12.2024.pdf) § 74 üsullarının və yaxud materiallarının yanlış olması barədə konkret sübutlar təqdim etməlidir.

115. Kollegiya həmçinin hesab edir iddiaçı X23 (ƏDV) ödəyicisi olduğundan, onun həyata keçirdiyi işlərin dəyərinə ƏDV məbləği də əlavə edilməli, ƏDV hesablanarkən sənədləşmə üçün şəkilən xərc (173 412 manat) və qalıq tikinti materiallarının təxmini dəyəri olan 82 000 manat nəzərə alınmamalıdır.

116. Belə olan halda iddiaçının (podratçının) yerinə yetirdiyi tikinti-quraşdırma işlərinin və tikinti-quraşdırma işlərinin həyata keçirilməsi ilə bağlı çəkdiyi digər xərclərin dəyəri ƏDV daxil olmaqla 3 315 298,04 manat (2 787 974,64 + 21 600 = 2 809 574,64 + 18 % ƏDV (505 723,4 manat) = 3 315 298,04), ümumilikdə isə 3 570 710,04 (3 315 298,04 + 173 412 + 82 000) manat təşkil edəcəkdir.

117. Şərh olunanları ümumiləşdirən və iddiaçının mənzillərin satışından 2 888 883 manat əldə etdiyini nəzərə alan kollegiya hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə 505 723,4 manatı ƏDV olmaqla 681 827,04 (3 570 710,04 - 2 888 883) manat tutulmalıdır.

118. Cavabdehin nümayəndəsinin apellyasiya şikayətinə əlavə etdiyi, iddiaçının xx.xx.2021-ci il tarixindən sonra X9 ilə müqavilə bağlayaraq Abşeron rayonu, Saray qəsəbəsində inşa edilən “B1” binasında, Xİİ mərtəbədə, 1 (bir) otaqlı, ümumi sahəsi 59,80 kv.m. olan 84 №-li mənzili ona 28 106,00 (İyirmi səkkiz min yüz altı) manata satmasına dair müqavilə surəti sübut kimi qəbul olunmamalıdır; çünkü cavabdehin nümayəndəsi həmin müqaviləni birinci instansiya məhkəməsinə təqdim etməmişdir - yeni sübutlar isə apellyasiya instansiyası məhkəməsi tərəfindən, tərəf yalnız onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırdığı halda qəbul oluna bilər (§ 84).

119. Nəzərə alınmalıdır ki, müvafiq prosessual norma (§ 84) həm də hüquqi müəyyənliyin təmin olunması, hüquq münasibətlərinin iştirakçılarının intizamlandırılması və vaxtında həyata keçirilməyən prosessual hərəkətlər, habelə etinasız davranışlar üçün məsuliyyəti məhz onların özlərinin daşıması məqsədinə xidmət edir.

120. Digər tərəfdən kollegiyanın qənaətinə görə, hətta həmin müqavilə surəti birinci instansiya məhkəməsinə təqdim olunsaydı belə, fərqli nəticəyə gəlinməsinə əsas təşkil edə bilməzdi.

121. Belə ki, həmin müqavilə surətindən, habelə cavabdehin apellyasiya şikayətinə əlavə olunmuş digər müqavilə surətlərindən aydın olur ki, sözügedən mənzilə dair müqavilə xx.xx.2021-ci il tarixdə (xx.xx.2021-ci il tarixindən əvvəl) X29 ilə bağlanaraq ondan 28 106 manat alınmış, X9 ilə bağlanan xx.xx.2022-ci il tarixli müqavilə isə mənzilin Arif Əliyevin adından İsmayıl İsmayılovun adına keçirilməsi mahiyyətində olmuşdur.

122. Məhkəmə xərclərinə də qiymət verilməsinin zəruriliyini vurğulayan kollegiya hesab edir ki, iddia ərizəsinin verilməsi üçün iddiaçının ödədiyi dövlət rüsumunun, eləcə də mediasiya xərcinin əvəzi qismində 1387,36 manat cavabdehdən alınıb iddiaçıya ödənilməli, apellyasiya şikayətləri üçün ödənilən rüsum məbləğləri tərəflərin özlərinə aid edilməli, ekspertiza xərci olan 100 manat cavabdehdən alınıb müvafiq hesaba köçürülməlidir. Qeyd olunmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir.

123. Cavabdehin iddiaya etirazının və apellyasiya şikayətinin digər dəlilləri (özünün təqdim etdiyi qiymətləndirmə rəyinin əsas götürülməli olması ilə bağlı dəlilə yuxarıda münasibət bildirilmişdir (§ 112)) ilə bağlı isə kollegiya qeyd edir ki, cavabdehin əsl cavabdeh olmadığı arqumentinin hər hansı izahı yoxdur, işin icraatının dayandırılması üçün də prosessual əsas mövcud deyildir (icraatın dayandırılması ilə bağlı vəsatətə də ayrıca qərardadla münasibət bildirilmişdir).

124. Cavabdehin nümayəndəsinin, “iddiaçının vəzifəli şəxsləri barəsində xüsusi qərardad çıxarılması” xahişi ilə bağlı kollegiya qeyd edir ki, həmin xahiş ayrıca tələb kimi yox, vəsatət kimi qiymətləndirilməli və nəzərə alınmalıdır ki, hazırda araşdırılan tələb üzrə iddiaçının əməkdaşlarının əməlində hər hansı cinayətin əlamətləri müəyyən edilməmişdir

125. Şərh olunanları əsas götürərək və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayətləri qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-23/2024 saylı iş üzrə 23 dekabr 2024-cü il tarixli qətnaməsi ləğv olunsun və iş üzrə yeni qətnamə çıxarılsın (tikinti sahəsinə gətirilmiş və heç bir əsas olmadan həmin tikinti sahəsindən çıxarılmasına maneçilik törədilən tikinti ofis konteynerlərinin və texnikanın, 10 000 ədəd cilov və 150 kubmetr taxtaların, tikinti işlərinin həyata keçirilməsi üçün alınaraq tikinti sahəsinə gətirilən 9 ton armaturun iddiaçıya təhvil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi üzrə işin icraatına müvafiq qərardadla xitam verildiyi nəzərə alınmaqla). İddiaçı1 MTK-nın Azərbaycan Milli Elmlər Akademiyasına qarşı “17 mart 2020-ci il tarixli podrat müqaviləsinə uyğun olaraq yerinə yetirlmiş faktiki işlərin qalıq dəyəri olan vəsaitin, ilkin mediasiya sesiyasında iştirak üçün və dövlət rüsumü kimi ödənilmiş vəsaitin cavabdehdən alınıb ona ödənilməsi” tələbləri qismən təmin edilsin. Azərbaycan Milli Elmlər Akademiyasından 505 723,4 (beş yüz beş min yeddi yüz iyirmi üç manat 40 qəpik) manatı əlavə dəyər vergisi (ƏDV) olmaqla 681 827,04 (altı yüz səksən bir min səkkiz yüz iyirmi yeddi manat 4 qəpik), ödənilmiş mediasiya xərci və dövlət rüsumunun əvəzi olaraq 1387,36 (min üç yüz səksən yeddi manat 36 qəpik) manat, ümumilikdə 683 214,4 (altı yüz səksən üç min iki yüz on dörd manat 40 qəpik) manat məbləğində pul vəsaiti tutulub İddiaçı1 MTK-na ödənilsin. Həmin iddia tələbi qalan hissələrdə təmin olunmasın. Apellyasiya şikayətləri üçün ödənilmiş dövlət rüsumlarının məbləğləri apellyatorlara aid edilsin. Ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat Azərbaycan Milli Elmlər Akademiyasından tutulub Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM VÖEN **********, X8, Kod 210005, VÖEN **********, M/h- AZ85NABZ********************, SWİFT-BİK CTREAZ22) köçürülsün. Qətnamədən, rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim Elnur Həsənov

Hakimlər Təranə Mahmudova

Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar