Məhkəmə qərarları › İş №2-2(103)-397/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-397/2021

18.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-397/2021 18.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Qurbanov Raqib Əliddin və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Şükürova Ləman Ceyhun qızının katibliyi, iddiaçı nümayəndələri Qanuni nümayəndə, X1 və cavabdehin nümayəndəsi (vəkili) Vəkil1 iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi tələbinə dair” ilkin iddiası, Cavabdeh MMC-nin isə İddiaçı MMC-yə qarşı “torpağın ipoteka ilə yüklü edilməsi və pul tələbi barədə” qarşılıqlı iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, e-2-2(113)-640/2021 saylı qərardadından qarşılıqlı iddia üzrə Cavabdeh MMC tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı İddiaçı MMCCavabdeh MMC-yə qarşı ilkin olaraq iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 542159,35 ABŞ dolları məbləğində vəsaitin ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə ifadə olunan ekvivalentinin Cavabdeh MMC-dən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda, Cavabdeh MMC də İddiaçı MMC-yə qarşı qarşılıqlı iddia ərizəsi və ona əlavə ilə məhkəməyə müraciət edərək ünvan 1 ev: 4, 5, 7, 11, 14, 15 ünvanında yerləşən torpaq sahəsinin cavabdeh qarşılıqlı iddiaçının xerinə ipoteka ilə yüklü edilməsi və Real İsteyts Limited” MMC-dən 5.861.263 ABŞ dolları əsas, 586.126 ABŞ dolları faiz faiz, ümumilikdə 6.447.389 ABŞ dollarının tutulmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddiaçı həmçinin iddianı təmin etmə tədbiri barədə ərizə ilə müraciət edərək cavabeh İddiaçı MMC-yə məxsus 13 adda: -RENAULT LOGAN markall, 2014-cü il buraxılışlı, VF17SREB451770550 Ban nömrəli, 10- AZ-708 dövlət qeydiyyat nişanlı, RANGE ROVER VOGUE markalı, 2011-ci il buraxılışlı, SALLMAME4BA359503 Ban nömrəli, **-AA-*** dövlət qeydiyyat nişanlı; MERCEDES BENZ S500 MAYBACH markalı, 2016-cı il buraxılışlı, WDD2229821A211815 Ban nömrəli, **-AZ-*** dövlət qeydiyyat nişanlı, MAYBACH 62 markalı, 2003-cü il buraxılışlı, WDB2401781A000713 Ban nömrəli, **-AF-*** dövlət qeydiyyat nişanlı, ZİM 12 markalı, 1954-cü il buraxılışlı, 7367 Ban, 07329 Şassi nömrəli, **-AD-*** dövlət qeydiyyat nişanlı, RANGE ROVER markalı, 2015-ci il buraxılışlı, SALGA3EF0FA231115 Ban nömrəli, 90- AA988 dövlət qeydiyyat nişanlı, MERCEDES BENZ G63 BRABUS markalı, 2019-cu il buraxılışlı, WDB4632761X327458 Ban nömrəli, **-AD-*** dövlət qeydiyyat nişanlı, ROLLS ROYCE CULLİNAN markalı, 2019-cu il buraxılışlı, SCATV4105LU201272 Ban nömrəli, **-AF-*** dövlət qeydiyyat nişanlı, PORSCHE CAYENNE TURBO markalı, 2015-ci il buraxılışlı, WP1ZZZ92ZGLA86111 ban nömrəli, **-AL-*** dövlət qeydiyyat nişanlı, HARLEY DAVİDSON MOTOSİKL markalı, 2019-cu il buraxılışlı, 5HD1YGKD5KB067536 ban nömrəli, 99-B-709 dövlət qeydiyyat nişanlı, MERCEDES S500 markalı, 2014-cü il buraxılışlı, WDD2221821A035822 Ban nömrəli, **-AA-*** dövlət qeydiyyat nişanlı, QAZ 13 “ÇAYKA” markalı, 1980-ci il buraxılışlı, 3203 Ban, 3090 Şassi nömrəli, **-AE-*** dövlət qeydiyyat nişanlı, PORSCHE PANAMERA TURBO markalı, 2015-ci il buraxılışlı, WP0ZZZ97ZFL075126 ban nömrəli, **-AS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin üzərinə ******* ABŞ dolları həcmində həbs qoyulmuşdur. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə həmin avtonəqliyyat vasitələrinin üzərinə həbs qoyulmuşdur. Qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC şikayət verərək həmin qərardadın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardad əsassız və qanunsuzdur. Belə ki, Cavabdeh MMC iddianın təmini tədbiri haqqında ərizəsini kifayət qədər əsaslandırmamış, bu tədbirə ehtiyacın yaranması zərurətini ümumiyyətlə göstərməmiş, qarşılıqlı iddia üzrə cavabdehin vicdansızlığına dəlalət edən məlumatlar təqdim edə bilməmişdir. Həqiqətdə olmayan borc öhdəliklərinin olduğunu qeyd etməklə kifayətlənmiş, işin mahiyyəti üzrə çıxarılacaq məhkəmə aktının icrasına çətinlik yarada biləcək cavabdehin hərəkətləri barədə dəlillər irəli sürməmişdir. İddiaçı MMC xx.xx.2005-ci ildə dövlət qeydiyyatına alınmış, bu illər ərzində özünü daim inkişaf edən, davamlı iqtisadi göstəricilərə malik hüquqi şəxs kimi göstərmiş, dövlət qarşısında vergi öhdəliklərini lazımınca yerinə yetirmişdir. Cəmiyyət 2018-2020-ci illər ərzində dövlət büdcəsinə vergilər üzrə 299889,37 manat, dövlət sosial müdafiə fonduna icbari ayırmalar üzrə 16590,28 manat pul vəsaiti ödəmişdir. Hər hansı müqavilə üzrə öz öhdəliklərinin icrasından heç zaman yayınmamış, 16 illik fəaliyyəti dövründə üçüncü şəxslərin tələblərindən, eynilə də dövlət orqanlarının sanksiyalarına məruz qalmamışdır. Məhkəmə stabil dövriyyəsi olan, dövlət qarşısından vergi və sair icbarı öhdəliklərini tam formada yerinə yetirən və məhkəmə aktının icrasından boyun qaçırmayan, dayanıqlı iqtisadi göstəricilərə malik olan MMC-nin minik avtomobillərinə həbs qoyması tədbirin əsas məqsədlərindən olan mütənasibliyinin pozulması ilə nəticələnmiş, onun müstəqil, davamlı, effektli sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə maneələr yaratmışdır. Qərardadda Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında mütənasibliklə bağlı məcburi saydığı göstərişlər nəzərə alınmamış, məhdudiyyətin müəyyən olunmasının əsasları, borclunun buna qarşı etirazlarının mövcudluğunu nəzərə almadan onu düzgün qiymətləndirilməmiş, iş hərtərəfli, tam və obyektiv araşdırılmamış, qeyd edilən məqamlar əsaslandırılmamışdır. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə şikayəti təmin edilməmiş, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC-nin nümayəndələri Qanuni nümayəndə şikayətə əlavə məhkəməyə təqdim etmiş və MPM-in 158.3., 158.3.1 və 158.1.2-ci maddələrinin tələblərin qeyd edərək şikayəti məzmununa uyğun müdafiə etmiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadının ləğv edilməsini və ya dəyişdirilərək nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsinin hazırkı mübahisəyə məhkəmədə baxılıb qurtaranadək mülkiyyətçiyə qadağan edilməsi haqqında qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir (Digər nümayəndə E.Hüseynzadə onun izahatı ilə razı olduğunu bildirmişdir). Məhkəmə kollegiyasının iclasında iştirak edən qarşılıqlı iddiaçı Cavabdeh MMC-nin nümayəndəsi nümayəndəsi (vəkili) Vəkil1 şikayəti əsassız hesab edərək İddiaçı MMC tərəfindən podrat müqavilələrinə müvafiq olaraq görülmüş podratçı tərəfindən görülmüş işlərə görə yaranmış borclarının ödənilmədiyini bildirərək, birinci instansiya məhkəməsinin qərardadını qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC-nin şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, MPM-in 157.1-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 158.1.1-ci maddəsinə əsasən isə işə baxan məhkəmə iddianı təmin etmək üçün cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoya bilər. Birinci instansiya məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadından görünür ki, məhkəmə prosessual qanunvericiliyin qeyd olunan tələblərinə əsaslanaraq qarşılıqlı iddiaçının iddianı təmin etmə tədbiri barədə ərizəsinə əsasən həmin iddia üzrə cavabdehin qeyd olunan 13 adda nəqliyyat vasitələrinin üzərinə həbs qoyumuşdur. Məhkəmə kollegiyası aşağıdakılara görə məhkəmənin gəldiyi həmin nəticə ilə razılaşır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157-ci və 158-ci maddələrinin bəzi müddəalarına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu xx xxxx 2018-ci il tarixli qərarında qeyd etmişdir ki, məhkəmələr iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi qiymət verməli, iddia tələbi ilə tədbirlər arasında əlaqənin mövcud olub-olmamasını yoxlmalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir. Məhkəmənin mübahisələndirilən qərardadından da görünür ki, qarşılılı iddiaçının ərizəsinə tətbiq olunan iddianı təmin etmə tədbiri prosessual qanunvericiliyin tələblərinə uyğun, iddia tələbinə mütənasibdir. Belə ki, MPM-in 158.3.1-ci maddəsinə əsasən birinci növbədə — cavabdehin bilavasitə istehsalda iştirak etməyən əmlakı: qiymətli kağızlar, cavabdehin hesabında olan pul vəsaitləri, valyuta sərvətləri, minik avtonəqliyyatı, ofislərin dizayn predmetləri və sairə üzərinə həbs qoyulur. Qanunun qeyd olunan tələbindən göründüyü kimi, birinci növbədə, iddianı təmin etmə tədbiri qismində istehsalda iştirak etməyən minik avtoenəqliyyat vasitələrinin üzərinə həbs qoyulur. Qarışlıqlı iddia üzrə cavabdehin işdə olan nizamnaməsinin 3.2-ci bəndindən görünür ki, cəmiyyətin əsas fəaliyyəti daşınmaz əmlakla əlaqədar əməliyyavtlar, satılması, idarə olunması, alqı-satqı, isiehsalat və təchizetmə ticarət və fəəaliyyət növlərindən ibarətdir. Nizamnamənin qyed olunan bəndi, işdə iştirak edən şəxslərin izahatları və mübahisəli minik avtonəqlyyat vasitələrinin qeyd olunan texniki göstəriciləri baxımından, istehsalda iştirak edən əmlaklar növünü olmadığı aydın görünür. Ümumiyyətlə, qarşılıqlı iddia üzrə cavabdeh həmin nəqliyyat vastələrinin istehsalda iştirak edən nəqliyyat vasitələri olmasını mübahisələndirsə də bununla bağlı mötəbər sübutetmə vasitələri məhkəməyə təqdim edilməmişdir. Odur ki, həmin avtonəqliyyat vasitələrinin istehsalda iştirak etməyən əmlaklar kimi qiymətləndirilməsini məhkəmə kollgiyası istisna edir. Digər tərəfdən, qarşılıqlı iddia tələbindən göründüyü kimi, cavabdehə qarşı podrat müqavilələri üzrə yerinə yetirilmiş işlərə görə əsas borc tələbinin məbləği 5.861.263 ABŞ dolları təşkil edir. İş materiallarına əlavə olunmuş podrat müqavilələri və onlara əlavələrdən, habelə, cavabdehə ünvanlanmış pretenziya məktubundan (və sair), habelə tərəflərin nümayəndələrinin məhkəməyə verdiyi izahatlarına əsasən müyyən olunur ki, tərəflər arasında 12-yə yaxın podrat müqaviləsi üzrə işlər yerinə yetirilmişdir. Qeyd olunanlar onu deməyə əsas verir ki, görülməsi xahiş olunan iddianı təmin etmə tədbiri ilə iddia tələbi arasında əlaqə mövcuddur adıçəkilən avtonəqliyyat vasitələrinin üzərinə həbs qoyulması barədə iddia tələbinin həcminə müvafiq olmaqla ona mütənasibdir. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, MPM-in 157.2-ci maddəsinə əsasən qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Məcəllənin qeyd olunan normalarının mənasından göründüyü kimi, iddianı təmin etmə tədbirləri müvəqqəti xarakter daşıyan və işi mahiyyəti üzrə həll etməyən tədbirlərdir. Hər bir halda, belə tədbirlərin görülməsi zəruriliyi həm də ondan irəli gəlir ki, əks tərəf mübahisənin predmetindən və obyektindən sui-istifadə etməsin. Beləliklə də, qeyd olunanlar onu deməyə əsas verir ki, mübahisələndirilən iddianı təmin etmə tədbiri Konstitusiya Məhkəməsinin qeyd olunan qərarında sadlanan meyarlara cavab verir. Bu baxımdan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə cavabdehə məxsus qeyd olunan qeyd olunan avtonəqlimyyat vasitələrinin üzərinə həbs qoyulmasını işin hallarına və prosessual qanunvericiliyə uyğun sayır və qarşılıq iddia üzrə cavabdehin şikayətinin həmin qərardadın əsasız və qanunsuz olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmayaraq yekunda belə qənaətə gəlir ki, onun şikayəti təmin edilmədən qərardad dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 402-ci maddəsində iddianı təmin etmə tədbiri barədə qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və MPM-in 363-364, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC-nin şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, e-2-2(113)-640/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar