Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-427/2025 15.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair ilkin, Cavabdeh İddiaçınə qarşı “borcun ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X15 Əliyevanın sədrliyi və məruzəsi ilə, Elnur Məmmədsaat oğlu Həsənovdan və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, ilkin cavabdeh, qarşılıqlı iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-2461/2024 saylı qətnaməsindən ilkin cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları:
1. Sifarişçi Cavabdeh MMC ilə Subpodratçı İddiaçı arasında xx.xx.2021-ci il tarixli, 01/01/02/02-21/003 saylı subpodrat müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Subpodratçı müqaviləyə və layihə sənədlərində göstərilən şərtlər əsasında bu müqavilənin ayrılmaz tərkib hissəsi olan X5 göstərilən işləri yerinə yetirməyi, Sifarişçi isə həmin işləri qəbul etməyi və müqavilə ilə razılaşdırılmış qaydada işin dəyərini subpodratçıya ödəməyi öhdəsinə götürür.
2. Subpodratçı Cavabdeh MMC ilə Podratçı İddiaçı arasında xx.xx.2021-ci il tarixli, AGE/AL/SC/12-21/015 saylı subpodrat müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Subpodratçı müqaviləyə və layihə sənədlərində göstərilən şərtlər əsasında bu müqavilənin ayrılmaz tərkib hissəsi olan X5 göstərilən işləri yerinə yetirməyi, Podratçı isə həmin işləri qəbul etməyi və müqavilə ilə razılaşdırılmış qaydada işin dəyərini subpodratçıya ödəməyi öhdəsinə götürür. Həmin müqavilələrin: 2.1-ci bəndinə əsasən müqavilə ilə görülməsi nəzərdə tutulmuş işlərin qiyməti və miqdarı bu Müqavilənin ayrılmaz tərkib hissəsi sayılan X10 ilə müəyyənləşdirilir. 2.2-ci bəndinə əsasən podratçı, müqavilə imzalandıqdan 5 gün ərzində ümumilikdə razılaşdırılmış dəyərin 50%-i miqdarında avans ödəyir. 2.3-cü bəndinə əsasən “Subpodratçı”-nın faktiki olaraq yerinə yetirdiyi işlərin miqdarı və həcmi “Subpodratçı”-nın və “Podratçı”-nın nümayəndələri tərəfindən birlikdə hesablanacaq və həmin işləri sübut edən sənədlərdə (aktlar, Forma №2 və s) əks olunaraq “Podratçı”ya ödəniş edilməsi üçün təqdim ediləcək. 2.5-ci bəndinə əsasən müqavilənin icrası zamanı “Podratçı” müqavilədə nəzərdə tutulmayan əlavə işlərin görülməsini tələb etdikdə (faktiki görüləcək işlərdən başqa) Subpodratçıya həmin işlərin görülməsinə görə əlavə muzd ödəməlidir. Ödənilən muzdun dəyəri (miqdarı) qarşılıqlı razılaşma əsasında müəyyən edilir. 4.3-cü bəndinə əsasən “Subpodratçı” tərəfindən yerinə yetirilən işlərin icrası Qrafıkində müəyyən edilmiş vaxtda tərəflərin səlahiyyətli nümayəndələrinin, o cümlədən “Podratçı”-nin göstərdiyi müvafiq şəxslərin iştirakı ilə yekun “təhvil-təslim aktı” əsasında təhvil verilir. 4.4-cü bəndinə əsasən işlərin icrası başa çatdırıldıqdan sonra Podratçınin təyin etdiyi Nəzarətçi-Mühəndis tərəfindən işlərin qəbul edilməsi ilə bu müqavilə üzrə işlər təsdiq edilmiş hesab olunur və yekun ödənişin icrası üçün əsasdır. Nəzarətçi-Mühəndis tərəfindən təsdiqləndikdən sonra 10 (on) iş günü ərzində yekun ödəniş edilir. 5.2-ci bəndinə əsasən “Subpodratçı”nın təqsiri ucbatından bu müqaviləyə əlavə edilmiş İşlərin İcrası Qrafiki ilə müəyyən edilmiş müddət ərzində işləri bitirib təhvil verilmədikdə o, hər gecikdirilmiş günə görə bu müqavilə üzrə müəyyən olunmuş ümumi dəyərin 0,4%-i faizi məbləğində “Podratçı”-yə dəbbə pulu ödəyir, lakin dəbbə pulunun ümumi məbləği, həmin dövrə görülməli İşlərin dəyərinin 10 %-indən çox olmamalıdır. 5.3-cü bəndinə əsasən “Podratçı”, Müqavilədə müəyyən olunmuş müddət ərzində, ödəmələri aparmasa (qarşısıalınmaz qüvvənin təsiri istisna olmaqla), hər gecikdirilmiş gün üçün ödənilməsi nəzərdə tutulan məbləğin 0,4%-i həcmində, “Subpodratçı” dəbbə pulun ödənilməsini tələb edə bilər, lakin dəbbə pulunun ümumi məbləği gecikdirilən məbləğinin 10%-indən çox olmamalıdır.
3. xx.xx.2021-ci il tarixli, 01/01/02/02-21/003 saylı subpodrat müqaviləsi üzrə tərtib edilmiş Qiymət Razılaşdırma protokolunda görüləcək işlərin siyahısı əks olunmuş və qeyd edilən işlər üzrə 1 pm 275 mana dəyərində qiymətləndirləcəkdir. Ümumilikdə işlərin həcmi 700 pm təşkil edir, lakin işlərin həcmi qeyd edilmiş miqdardan az və ya çox ola bilər. Ay ərzində görülmüş işləri təsdiq etmək üçün hər növbəti ayın 1-10 aralığında forma 2 təsdiq ediləcək. Ödənişlər forma 2 təsdiq edildikdən sonra 45 gün ərzində həyata keçiriləcək.
4. xx.xx.2021-ci il tarixli, AGE/AL/SC/12-21/015 saylı subpodrat müqaviləsi üzrə X5n görünür ki, qeyd edilmiş işlərin dəyəri 252.000 manat təşkil edir.
5. xx.xx.2021-ci il tarixli, 01/01/02/02-21/003 saylı subpodrat müqaviləsinə 19 mart 2021-ci il tarixli əlavədə görülməli olan əlavə işlərin və iş haqqının dəyəri 72.975 manat məbləğində göstərilmişdir.
6. xx.xx.2021-ci il tarixli, 01/01/02/02-21/003 saylı subpodrat müqaviləsi üzrə tərtib edilmiş xx.xx.2021-ci il tarixli 1 saylı görülmüş işlərə dair qəbul aktından görünür ki, İddiaçı MMC tərəfindən görülmüş işlərin dəyəri 46.612,95 manat təşkil edir.
7. xx.xx.2021-ci il tarixli, 01/01/02/02-21/003 saylı subpodrat müqaviləsi üzrə tərib edilmiş xx.xx.2021-ci il tarixli 2 saylı görülmüş işlərə dair qəbul aktından görünür ki, İddiaçı MMC tərəfindən görülmüş işlərin dəyəri 63.494,03 manat təşkil edir.
8. xx.xx.2021-ci il tarixli, 01/01/02/02-21/003 saylı subpodrat müqaviləsi üzrə tərib edilmiş xx.xx.2021-ci il tarixli 3 saylı görülmüş işlərə dair qəbul aktından görünür ki, İddiaçı MMC tərəfindən görülmüş işlərin dəyəri 96.502,54 manat təşkil edir.
9. xx.xx.2021-ci il tarixli, 01/01/02/02-21/003 saylı subpodrat müqaviləsi üzrə tərib edilmiş xx.xx.2021-ci il tarixli 4 saylı görülmüş işlərə dair qəbul aktından görünür ki, İddiaçı MMC tərəfindən görülmüş işlərin dəyəri 80.147,3 manat təşkil edir.
10. xx.xx.2021-ci il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə 63.000 manat məbləğində pul ödənilmişdir.
11. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il köçürmənin aparılması haqqında bildirişdən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə 11.340 manat məbləğində ƏDV ödənişi edilmişdir.
12. İşçilərin biliklərinin yoxlanılmasının qeyd olunması jurnalı (protokol 001, xx.xx.2022-ci il tarixli), iş yerində işçilərin əməyin mühafizəsi üzrə təlimatlandırılmalarının qeydiyyat və uçot kitabım (2020), texniki təhlükəsizlik təlimatının qeydiyyat jurnalı (xx.xx.2020-ci il tarixli) və digət jurnallarda Cavabdeh MMC-də müxtəlif vəzifələrdə çalışan şəxslərin təlimatlandırılması, biliklərinin yoxlanılması barədə məlumatlar cədvəl formasnda göstərilib.
13. Cinayət işi başlanmasının rədd edilməsi haqqında 03 oktybr 2022-ci il tarixli qərara əsasən müəyyən edilir ki, Qaradağ rayon Polis İdarəsindən rayon prokurorluğuna daxil olmuş materialda 28 aprel 2022-ci il tarixdə Qaradağ rayonu Ələt qəsəbəsində “X22”nın ərazisində yağış sularının dənizə axıdılması üçün nəzərdə tutulmuş “mikro tunel xətti”nin tikintisi zamanı baş vermiş partlayışda Cavabdeh MMC-də fəhlə işləyən 2001-ci il təvəllüdlü X16 ilə 2001-ci il təvəllüdlü X6 xəsarət almaları qeyd edilmişdir. Qeyd edilən məlumat əsasında Qaradağ rayon prokurorluğunda tərəfimdən Azərbaycan Respublikası CPM-in 207-ci maddəsinə əsasən araşdırma aparılmışdır. Araşdırma zamanı izahatı alınmış Nümayəndə2 bildirmişdir ki, 2010-cu ilin iyul ayında Fariz Cəmilli ilə birlikdə Cavabdeh MMC-ni təsis ediblər və həmin vaxtdan o, direktor vəzifəsinə təyin olunub. Qeyd etdiyi mikro tunelin uzunluğu 102 metr olmalıdır. Hazırda mikro tunelin təxminən 80-82 metri inşa olunmuşdur. “Mikro tunelin”-in iş sahəsində təxminən 8 nəfər işçi çalışır. Fəhlə kimi Cavabdeh MMC-də çalışan X13, X16, X11 və digərləri izahatlarında qeyd etmişlər ki, MMC hazırda Qaradağ rayonu Ələt qəsəbəsində yağış və qurunt sularının dənizə axıdılmasını təmin etmək üçün keçid “mikro tunel”-i inşa edir. Qeyd etdikləri mikro tunelin uzunluğu təxminən 100 metr olmalıdır. Hazırda mikro tunelin təxminən 80 metri inşa olunmuşdur. (Fəhə kimi çalışan şəxslər ilə bağlanılan əmək müqavilələri cinayət işi materiallarına əlavə edilib)
14. AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspetiza Mərkəzi tərəfindən verilmiş 10/5622 nömrəli, xx.xx.2022-ci il tarixli rəydə göstərilmişdir ki, Qaradağ rayonu, Ələt qəsəbəsi, “X17 ərazisində yağış sularının dənizə axıdılması üçün nəzərdə tutulmuş "mikro tunelin inşası işinin təhlükəsiz aparılması üçün zərərli qazlar yığılmış tunelin daxilinin müvafiq havalandırılması və ventilyasiya olunmasının təmin edilməməsi baş vermiş hadisənin texniki səbəbi olmuşdur.
15. İş materiallarına əlavə edilmiş fotoşəkillərdən görünür ki, mikrotunelin inşa edilməsi üçün giriş tuneli inşa edilib və mikrotunelin qazılması üçün avadanlıq həmin tunelə yerləşdirilir. Torpaq sahəsində tunelin çıxacağı hissə üçün dairəvi işarə qoyulub. Tunelqazma avadanlığı tunelin çıxış hissəsindən çıxarılır. Başqa bir fotoşəkildə isə iri həcmli boruların təsviri verilib.
Birinci instansiya məhkəməsindəki icraat:
16. İddiaçı Cavabdehnə qarşı iddia və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli, 01/01/02/02-21/003 saylı subpodrat müqaviləsi əsasında yaranmış 40.632,39 manat əsas borc, Mülki Məcəllənin 449-cu maddəsinə əsasən faiz borcu əvəzi olaraq 3.149 manat, dəbbə pulu olaraq 4.063 manat, xx.xx.2021-ci il tarixli AGE/AL/SC/12-21/015 saylı subpodrat müqaviləsi əsasında Cavabdeh MMC-yə köçürülmüş 74.340 əsas borc, Mülki Məcəllənin 449-cu maddəsinə əsasən faiz borcu əvəzi olaraq 5.761,35 manat, dəbbə pulu olaraq 7.434 manat, vəkilə ödənilmiş 320 manat, dövlət rüsumu olaraq ödənilmiş 426 manat məbləğində pulun Cavabdehndən tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
17. İddia onunla əsaslandırılmışdır ki, sifarişçi Cavabdeh MMC ilə subpodratçı İddiaçı MMC arasında xx.xx.2021-ci il tarixli, 01/01/02/02-21/003 saylı subpodrat müqaviləsi bağlanmışdır. Bağlanmış müqavilə şərtlərinə əsasən Subpodratçı İddiaçı MMC öhdəliyinə götürdüyü işləri yerinə yetirməli və sifarişçi Cavabdeh MMC isə öz növbəsində müqavilə şərtlərinə uyğun olaraq kəsilmiş elektron qaimə üzrə ödəniş etməli idi. Subpodratçı tərəfindən işlər 2021-ci ildə yekunlaşdırılmışdır. Sifarişçi isə yerinə yetirilmiş işlərin dəyərinin bir hissəsini ödəmiş və hal-hazırda Sifarişçinin Subpodratçıya 40.632,39 manat borcu qalmışdır. Beləki, tərəfləri arasında təsdiqlənmiş işin təhvilinə dair aktlarda (forma2 və forma 3) yerinə yetirilmiş işlərin cəmi ƏDV daxil 286.756, 82 manat təşkil edir. Cavabdeh iddiaçıya cəmi olaraq ƏDV daxil 214.124, 43 manat bank vasitəsi ilə köçürmə etmişdir. Cavabdeh iddiaçıya nəğd qaydada cəmi 32.000 manat ödəniş etmişdir. Belə olan halda tərəflər arasında olan hesablaşma 286.756,82-246.124,43= 40.632,39 manat qalıq borc təşkil edir. Bundan başqa podratçı İddiaçı MMC ilə subpodratçı Cavabdeh MMC arasında xx.xx.2021-ci il tarixli AGE/AL/SC/12- 21/015 saylı subpodrat müqaviləsi bağlanmışdır.Müqavilə şərtinə görə subpodratçı Ələt X22nda uzunluğu 112 m, diametri 1400 mm olan yağış suyu xəttinin mikrotunel üsulu ilə tikintisi nəzərdə tutulmuşdur. Müqavilənin ümumi dəyəri mal material daxil (ƏDV xaric) 252.000 manat nəzərdə tutulmuşdur. Podratçı İddiaçı MMC subpodratçı Cavabdeh MMC-yə avans olaraq xx.xx.2021-ci il tarixində ƏDV daxil 74.340 manat pul ödəmişdir. CavabdehMMC isə avansı aldıqdan sonra qeyd edilən işi yerinə yetirməmiş, həmin sahədə istifdə olunacaq materialı təmin etməmiş və müqavilə şərtini kobut şəkildə pozmuşdur. Sifarişçi qarşısında çıxılmaz vəziyytədə qalan podratçı İddiaçı MMC öhdəsinə götürdüyü işləri özünə yerinə yetirmiş, tələb olunan bütün mal-materialı özü təmin etmişdir. Artıq 29 aydır ki Cavabdeh MMC əsassız olaraq İddiaçı MMC-yə məxsus 74.340 manat pul vəsaitini özündə saxlayır.
18. Cavabdeh MMC İddiaçı MMC-yə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli AGE/AL/SC/12-21/015 saylı müqavilə üzrə İddiaçı MMC-dən 64.442,30 pulun tutulması, ilkin iddianı 13.160, manat məbləğində hissəsində təsdiq edilməsi, ilkin iddianın qalan hissədə təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
19. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, tərəflər arasında xx.xx.2021-ci il tarixli 01/01/02/02-21/003 saylı imzalanmış və həmin müqaviləyə görə iddiaçı müqavilənin əlavəsində qeyd edilən işləri icra etmişdir. Sözügedən müqavilə üzrə İddiaçı tərəfindən müəssisəmizin elektron vergi sisteminə xx.xx.2021-xx.xx.2021-ci il tarixləri arasında ümumilikdə, 227.284,85 manat məbləğində e-qaimə göndərilmiş və bunun müqabilində bizim tərəflərindən 214.124,43 məbləğində ödəniş edilmişdir. Beləliklə, aramızda bağlanmış ilkin müqavilə müqavilə üzrə 13.160,42 (on üç min bir yüz altmış manat 42 qəpik) manat məbləğində borc qalmışdır. Sözügedən müqavilədən əlavə aramızda xx.xx.2021-ci il tarixli AGE/AL/SC/12- 21/015 saylı müqavilə bağlanmışdır ki, həmin müqavilə ilə tərəflərindən Ələt X22nda uzunluğu 112 m, diametri 1400 mm olan yağış suyu xəttinin mikrotunel üsulu ilə tikintisi işləri icra edilmişdir. Həmin işləri icra edib bitirdikdən sonra iş bitirmələrini əks etdirən aktların (Forma 2,3) tərtib edilib, qarşılıqlı hesablaşmaların aparılması barədə iddiaçı ilə dəfələrlə danışıqlara gəlmək istəsə də, qarşı tərəf bu təklifi hər dəfə bəhanələr ilə rədd edərək, həmin aktların təsdiqlənməsinə mane olmuşdu. Qarşı tərəfin hələ də imzalamaqdan yayındığı həmin aktlardan da göründüyü kimi qarşı tərəfin 64.442,30 manat məbləğində borcu yaranmışdır. Həmin işi görüb başa çatdırsa da, iddiaçı aktlar barədə danışıqlara yanaşmamış, aktlar imzalanmadığından qarşı tərəfə e-qaimə təqdim edilə bilməmişdir.
20. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-2461/2024 saylı qətnaməsi ilə ilkin iddia ərizəsi qismən təmin edilmiş, xx.xx.2021-ci il tarixli müqavilə üzrə əsas borc üzrə 40.632,39 manat, dəbbə pulu üzrə 2.000 manat, cəmi 42.632 manat, 39 qəpik məbləğində, xx.xx.2021-ci il tarixli müqavilə üzrə əsas borc üzrə 74.340 manat, dəbbə pulu üzrə 3.500 manat, cəmi 77.840 manat məbləğində, hüquqi yardımın göstərilməsi üçün vəkilə çəkilmiş xərcin əvəzi olaraq 320 manat məbləğində pulun, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 410 manat, 27 qəpik məbləğində pulun Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməsi qət edilmişdir. İlkin iddia qalan hissədə təmin edilməmişdir. Qarşılıqlı iddia rədd edilmişdir.
21. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab etmişdir ki, aşağıda göstərilənlərə əsasən ilkin iddia qismən təmin edilməli, qarşılıqlı iddia rədd edilməlidir. Məhkəmə qeyd etmişdir ki, hazırkı mübahisənin həlli baxımından ilkin və qarşılıqlı iddialar paralel araşdırılmalıdır. İddia ərizəsindən görünür ki, iddia şərti olaraq 2 hissədən; xx.xx.2021-ci il tarixli, 01/01/02/02- 21/003 saylı subpodrat müqaviləsi üzrə (1) və xx.xx.2021-ci il tarixli AGE/AL/SC/12-21/015 saylı subpodrat müqaviləsi üzrə (2) pulun tələb edilməsindən ibarətdir. Məhkəmə ilk növbədə mübahisənin xx.xx.2021-ci il tarixli, 01/01/02/02-21/003 saylı subpodrat müqaviləsi üzrə hissəsinə qiymət verilməsini zəruri hesab etmişdir. İşin mübahisələndirilməyən halları ondan ibarət olmuşdur ki, sifarişçi (podratçı) Cavabdeh MMC ilə subpodratçı İddiaçı MMC arasında xx.xx.2021-ci il tarixli, 01/01/02/02-21/003 saylı subpodrat müqaviləsi bağlanmışdır. Müqavilənin predmeti Ələt iqtisadi zonasında 1800 mm diametrində olan sərt sular xəttinin çəkilməsi olmuşdur. İlkin iddiaçı qeyd edilmiş müqavilə üzrə 286.756,82 manat dəyərində işlərin görüldüyünü, ancaq Cavabdeh MMC tərəfindən cəmi 246.124,43 (214.124,43 manat bank vasitəsi ilə, 32.000 manat nağd) manat məbləğində pul ödənildiyini qeyd edərək, ödənilməmiş 40.632,39 manat borcunun qaldığını qeyd etmişdir. Qarşılıqlı iddiaçı da, ona 227.284,85 manat məbləğində elektron qaimə göndərildiyini, 214.124,43 manat ödəniş etdiyini və 13.160,42 manat borcunun qaldığını bildirmişdir. Göründüyü kimi, ilkin iddiaçı tərəfindən 286.756,82 manat dəyərində işlər görülmüşdür. Cavabdeh MMC tərəfindən isə İddiaçı MMC-yə bank köçürmə yolu ilə 214.124,43 manat, nağd formada isə 32.000 manat, yəni cəmi 246.124,43 manat məbləğində pul ödənilmişdir. Göründüyü kimi, İddiaçı MMC tərəfindən 286.756,82 manat dəyərində işlər icra edilmiş, Cavabdeh MMC isə ümumilikdə 246.124,43 manat pul ödənilmiş və 40.632,39 (286.756,82-246.124,43) manat məbləğində Cavabdeh MMC-nin borcu qalmışdır. Ona görə də, xx.xx.2021-ci il tarixli, 01/01/02/02-21/003 saylı subpodrat müqaviləsi üzrə 40.632,39 manat məbəğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Məhkəmə xx.xx.2021-ci il tarixli, 01/01/02/02-21/003 saylı subpodrat müqaviləsi üzrə 4.063 manat dəbbə pulunun tələb edilməsi hissəsi ilə bağlı aşağıdakıları qeyd etmişdir. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. Hazırki işin hallarından görünmüşdür ki, cavabdehin xx.xx.2021-ci il tarixli, 01/01/02/02-21/003 saylı subpodrat müqaviləsi 40.632,39 manat əsas borcuna münasibətdə 2.000 manat məbləğində dəbbə pulu daha ağlabatan və ədalətlidir. Məhkəmə iddianın Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən 3.149 manat məbləğin tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd etmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cu il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin «ondan faydalanmağa görə» müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyrin əmələ gəlməsini nəzərdə tutur. Beləliklə, Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən faizlərin tutulması üçün iddiaçı sübut etməlidir ki, cavabdeh onun pul vəsaitini qanunsuz saxlaması, onu qaytarmaqdan boyun qaçırması, onun ödənilməsini digər şəkildə gecikdirməsi və ya pul vəsaitini əsassız əldə etməsi və ya toplaması nəticəsində faydalanmış, yəni gəlir, artım, bəhər və ya sair maddi xeyir əldə etmişdir. Hazırkı halda, isə iddiaçı tərəf cavabdehin onun vermiş olduğu puldan faydalanması halını sübut edə bilməmişdir. Bundan sonra Məhkəmə iddiaların digər, xx.xx.2021-ci il tarixli AGE/AL/SC/12- 21/015 saylı subpodrat müqaviləsi ilə bağlı hissəsinə münasibət bildirilməsini zəruri hesab etmişdir. İşin mübahisələndirilməyən halı ondan ibarət olmuşdur ki, (subpodratçı) Cavabdeh MMC ilə podratçı İddiaçı MMC arasında xx.xx.2021-ci il tarixli AGE/AL/SC/12- 21/015 saylı subpodrat müqaviləsi bağlanmışdır. Müqavilənin predmeti Ələt X22nda uzunluğu 112m, diametri 1400 mm olan yağış suyu xəttinin mikrotunel üsulu ilə tikintisindən ibarət olmuşdur. İlkin iddiaçı qeyd edilən müqavilə üzrə Cavabdeh MMC-yə ƏDV daxil 74.340 manat pul ödədiklərini, ancaq ümumiyyətlə hər hansı bir iş görmədiklərini bildirmişdir. 35. Qarşılıqlı iddiaçı isə qeyd edilmiş müqavilə üzrə ödənilmiş məbləğ üzrə işlərin icra edildiyini, hətta 64.442,30 manat dəyərində artıq işlərin görüldüyünü bildirmişdir. Məhkəmə bu xüsusda qeyd edir ki, Cavabdeh MMC qeyd edilmiş müqavilə üzrə işlərin icra edilməsini təsdiq edəcək ümumiyyətlə hər hansı bir sübutu Məhkəməyə təqdim edə bilməmişdir, yəni Cavabdeh MMC müqavilə üzrə üzərinə düşən öhdəliyi ümumiyyətlə icra etməmişdir.Ona görə də, Məhkəmə hesab etmişdir ki, xx.xx.2021-ci il tarixli AGE/AL/SC/12- 21/015 saylı subpodrat müqaviləsi üzrə ödənilmiş olan ƏDV daxil 74.340 manat pul məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Həmçinin Məhkəmə qeyd etmişdir ki, qeyd edilən müqavilə üzrə dəbbə pulunun 3.500 manat məbləğində tutulması daha ağlabatandır. Məhkəmə iddianın Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən 5.761,35 manat məbləğin tələb edilməsi ilə bağlı qeyd etmişdir ki, hazırkı halda, iddiaçı tərəf cavabdehin onun vermiş olduğu puldan faydalanması halını sübut edə bilmədiyindən, ilkin iddia qeyd edilən hissədə təmin edilə bilməz. Bundan başqa, hüquqi yardımın göstərilməsi üçün vəkilə çəkilmiş xərcin əvəzi olaraq 320 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi olaraq ilkin iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 410 manat, 27 qəpik məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab etmişdir ki, ilkin iddianın qismən təmin edilməsi, qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməlidir.
22. İlkin cavabdeh, qarşılıqlı iddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilməsini, İddiaçı MMC-nin ilk iddiasının qismən, yəni 13.160,42 manat pulun Cavabdeh MMC-dən İddiaçı MMC-nin tutulması hissəsində təmin edilməsi, ilk iddianın qalan hissədə rədd edilməsi, Cavabdeh MMC-nin İddiaçı MMC-yə qarşı cavabdehdən 64.442,30 manat məbləğində pulun tutulmasına dair qarşılıqlı iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri:
23. Apellyasiya şikayətində göstərilmişdir ki, Cavabdeh MMC-nin İddiaçı MMC-yə qarşı “pul tələbi barədə” qarşılıqlı iddiasını rədd edən Bakı Kommersiya Məhkəməsi, mövqeyini onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC qeyd edilmiş müqavilə üzrə işlərin icra edilməsini təsdiq edəcək ümumiyyətlə hər hansı bir sübutu təqdim edə bilməmişdir, yəni Cavabdeh MMC müqavilə üzrə üzərinə düşən öhdəliyi ümumiyyətlə icra etməmişdir. Hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi həmin nəticə səhvdir. Belə ki, İddiaçı MMC və Cavabdeh MMC arasında xx.xx.2021-ci il tarixli AGE/AL/SC/12- 21/015 saylı müqavilə bağlanmışdır. Həmin müqavilənin şərtlərinə görə, İddiaçı MMC-nin Ələt X22nda uzunluğu 112 m, diametri 1400 mm olan yağış suyu xəttinin mikrotunel üsulu ilə tikinti işlərinin icrasını Cavabdeh MMC-yə tapşırmışdır. İddiaçı MMC, görüləcək işlərə görə avans şəklində 74.340 manat məbləğində ödəniş etmişdir. Həmin müqavilə üzrə sifarişçi İddiaçı MMC xx.xx.2021-ci il tarixdə 2022-ci ilin mart-aprel aylarında hazırlıq işləri tamamlanmış, o cümlədən tunelin çəkilməsi üçün quyular inşa edilmişdir. Daha sonra isə 2021-ci i lin aprel-may aylarında əsas işlər başa çatdırılmış, müqavilədə nəzərdə tutulan Ələt X22nda uzunluğu 112 m, diametri 1400 mm olan yağış suyu xəttinin mikrotunel üsulu ilə tikintisini tamamlamışdır. Həmin işləri icra edib bitirdikdən sonra iş bitirmələrini əks etdirən aktların (Forma 2,3) tərtib edilib, qarşılıqlı hesablaşmaların aparılması barədə iddiaçı ilə dəfələrlə danışıqlara gəlmək istəsə də, qarşı tərəf bu təklifi hər dəfə bəhanələr ilə uzatmış, həmin aktların təsdiqlənməsinə mane olmuşdur. İşə məhkəmədən baxılması zamanı İddiaçı MMC bildirmişdir ki , Cavabdeh MMC müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri – yəni Ələt X22nda uzunluğu 112 m, diametri 1400 mm olan yağış suyu xəttinin mikrotunel üsulu ilə tikintisini aparmamışdır. Bildirir ki, İddiaçı MMC-nin bildirdikləri həqiqətə uyğun deyil. Belə ki, qeyd olunan işlər həqiqətən Cavabdeh MMC tərəfindən icra edilmişdir. Qeyd olunan xüsusatlar bir sıra sübutlarla təsdiq olunur. Belə ki, tərəflər arasında xx.xx.2021-ci il tarixli müqavilə üzrə Cavabdeh MMC sözügedən müqavilənin icrası ilə bağlı işləri yerinə yetirərkən, xx.xx.2022-ci il tarixdə Ələt qəsəbəsində ”Mikro tunel xətti”nin tikintisi zamanı partlayış baş vermiş, həmin partlayış zamanı "xxxx" MMC-nin işçisi X16 və X13 bədən xəsarəti almışlar. Baş vermiş həmin hadisə ilə bağlı Qaradağ Rayon Prokurorluğunda və X9 araşdırma aparılmışdır. Qaradağ Rayon Prokurorluğunda aparılan araşdırmanın nəticəsi olaraq toplanmış 44C-22 №-li material üzrə xx.xx.2022-ci il tarixdə cinayət işinin başlanması rədd öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidir. Eyni zamanda Cavabdeh MMC-nin təsisçisi və direktoru Nümayəndə2, habelə MMC-nin iş icraçısı X4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi isə inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. Qeyd olunan araşdırma nəticəsində toplanmış və hazırki apelyasiya şikayətinə əlavə olunmuş sənədlərlə tam təsdiq olunur ki, bədən xəsarəti almış X16 və X13 Cavabdeh MMG-nin işçiləridir, hadisə isə həmin işçilərin "xxxx" MMC ilə “X19” MMC-nin arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilə üzrə Ələt qəsəbəsində “mikro tunel xətti”nin tikintisi zamanı işləri yerinə yetirilməsi zamanı baş vermişdir. Bundan başqa, bildirir ki, Azərbaycan Respublikasının ərazisində yağış suyu xəttininin mikrotunel üsulu ilə tikintisi işləri xüsusi texnika vasitəsilə həyata keçirilir ki, bu texnikanın sayı məhdud olmaqla yanaşı yalnız bir neçə şirkətə məxsusdur. Həmçinin həmin texnikanın işlədən işçinin (lərin) də müvafiq təcrübəyə və biliyə malik olması zəruridir. Ələt X22nda uzunluğu 112 m, diametri 1400 mm olan yağış suyu xəttininin mikrotunel üsulu ilə tikinti işi İddiaçı MMC tərəfindən Sifarişçi "xxxx" MMC-yə təhvil verilmiş və bunun müqabilində "xxxx" MMC İddiaçı MMC-yə pulu ödəmişdir. Həmin işi Cavabdeh MMC tərəfindən yerinə yetirilmədiyini iddia edən İddiaçı işlərin hansı texnika ilə gördüyünü təsdiq edən sübutları təqdim etmək iqtidarında deyil. Çünki, qeyd etdiyi kimi, bu kimi işlər (tunelin qazılması) xüsusi texnika vasitəsilə görülür ki, bu texnikala İddiaçı MMC-də yoxdur. Həmin texnikaların icarəyə götürülməsi və ya işlərin başqa şirkət tərəfindən icra edilməsini təsdiq edən sənədlər, o cümlədən icarə müqaviləsi, e-qaimələr və sair sənədlər də MMC-də mövcud deyil. Göründüyü kimi, Cavabdeh MMC, onunla İddiaçı MMC ilə bağlınmış xx.xx.2021-ci il tarixli müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmişdir. Lakin buna baxmayaraq İddiaçı müqavilə öhdəliklərini yerinə yetirməmiş, “forma 2,3” sənədləri təsdiq etməkdən və işlərin dəyərini ödəməkdən yayınmışdır. Qarşı tərəfin hələ də imzalamaqdan yayındığı sənədlərdən də göründüyü kimi İddiaçı MMC-nin Cavabdeh MMC-yə 64.442,30 manat məbləğində borcu yaranmışdır. Həmin işlər Cavabdeh MMC tərəfindən görülüb başa çatdırılmış İddiaçı MMC-yə təhvil verimişdir. İddiaçı MMC isəişi qəbul edib əsas Sifarişçiyə təhvil verməklə xidmət haqqını Sifarişçi "xxxx" MMC-dən alsa da, Cavabdeh MMC-nin müvafiq sənədləri imzalalanmadığından e-qaimə təqdim etmək mümkün olmamış və işin dəyərini İddiaçıMMC-dən almaq mümkün olmamışdır. Beləliklə, tərəflər arasında bağlanmış etibarlı subpodrat müqaviləsi üzrə Cavabdeh MMC-nin öhdəliklərini tam icra etdiyi, İddiaçı MMC-nin isə öz öhdəliklərini icra etmədiyi müəyyən olunur. Həmçinin qeyd edilməlidir ki, iş üzrə tərəflər arasında xx.xx.2021-ci il tarixli 01/01/02/02-21/003 saylı müqavilə imzalanmışdır. Həmin müqavilə üzrə isə Cavabdeh MMC sifarişçi (podratçı), İddiaçı MMC isə subpodratçı qismində çıxış etmişlər. Müqavilə üzrə İddiaçı MMC müqavilə üzrə işləri lazımınca icra etməmişdir. İddiaçı MMC gördüyü işlərə görə 227.284,85 manat mə b lə ğ i nd ə e-qaimə göndərmişdir. Cavabdeh MMC isə həmin qaimə üzrə ödənilməli olan məbləğin 214.124,43 manat hissəsini ödəmiş, 13.160,42 manat hissəsi isə ödənilməmiş qalmışdır.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri :
47. Apellyasiya şikayətlərinə qarşı yazılı etirazlar daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları:
48. Məhkəmə iclasında ilk iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclaslarında izahatında qeyd etmişdir ki, bədbaxt hadisə baş verərkən tunelin 112 metr hissənin 80 metr hissəsi inşa edilib. Həmin işləri Azərbaycanda Cavabdeh MMCdən başqa heç bir şirkət görmür. Bu işlərin görülməsi üçün iddiaçının avadanlıqları yoxdur. “Whatsapp” vasitəsi ilə forma 2 sənədlərinin təsdiq edilməsi üçün müraciət etmişlər, qarşı tərəf isə borcları əvəzləşdirəcəklərini bildirmişdir.
49. Məhkəmə Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iddiaçı və müstəqil tələb irəli sürməyən üçüncü şəxsin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir.
50. X2 izahatında qeyd etdi ki, tətbiqi geodeziya ixtisası üzrə Memarlıq və İnşaat Universitetini bitirib. Hazırda Xankəndi şəhərində aparılan mikro tunel qazıntısında struktura bölməsində işçi kimi çalışır və o tunel qaızılması sahəsində mütəxəssisdir. Su yolu ilə aparat öndən girir, borular arxadan düzülür. Mikrotunel üsulu ilə tunel inşası barəsində mütəxəssis qeyd etmişdir ki, birinci aparat tunelə daxil edilir, daha sonra qazılan torpaq aparat ilə üyüdülür. Üyüdülən torpaq su ilə qarışdırılıb nasosla vurulub tuneldən çölə çıxarılır. Mikrotunel qazma aparatını çıxartmağın yeganə yolu torpağı üstdən qazmaqdır. Hər bir borunun çəkisi 1400 tondur. Borular arxa-arxaya aparatın arxası ilə düzülür. Avadanlıq çıxarıldıqdan sonra beton borular yerin altında qalır. Borular çıxarılsa torpaq çökər. Metro-kanalizasiya tunelləri, qruntun mürəkkəb olduğu yerlər bu avadanlıqla qazılır.
51. Əvvəlki iclasda iştirak etmiş cavabdehin nümayəndəsi izahatında bildirdi ki, beton borular bir-birinə bağlı deyillər. Boruları geri çəkmək mümkün deyil. Avadanlıq 6 tondur. Aparatın ön tərəfi fırlanır, torpağı qazır. Aparat içərisindəki hidravlik motorla işləyir. Qazılan torpağı su ilə məhlul halına gətirir, arxa borusundan çıxarır. İddiaçı MMC-nin bu işin görülməsi ilə bağlı avadanlığı yoxdur. Bu avadanlığın qiyməti 2 mln. avrodur. Tunelin uzunluğu əvvəl 112 metr hesablansa da, işlər görülərkən uzunluğun 105 metr olması müəyyən edilmişdir. 108 metr isə şaxtanın mərkəzindən mərkəzinə hesablanır. Tunel tam şəkildə onlar tərəfindən inşa edilmişdir. Aparatın tuneldən yarımçıq çıxarılması texniki cəhətdən qeyri-mümkündür. Bu halda bütün borular inşa edilmiş tuneldən çıxarılmalıdır, bu da tunelin çökməsinə səbəb olacaqdır. 80 metrlik tunel qazıldıqdan sonra avadanlığın yolun yarısında çıxarılması həddindən çox xərc tələb edir. Tunelin qalan 15 metrlik hissəsinin başa çatdırılması daha sərfəlidir.
Tətbiq edilən hüquq:
52. Mülki Məcəllənin: -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 427.2-ci maddəsinə görə əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. -442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. -448.1-ci maddələrinə görə borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. -752.1-ci maddəsinə görə podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. -753.1-ci maddəsinə görə sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. - 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. - 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
53. Mülki Prosessual Məcəllənin: -14.1-ci maddəsinə görə Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -77.3-cü maddəsinə görə işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. -119.6-cı maddəsinə görə tuxarı məhkəmə instansiyası işi yeni baxışa göndərmədən qətnaməni dəyişdirirsə və ya yeni qətnamə çıxarırsa, o, müvafiq olaraq məhkəmə xərclərinin bölüşdürülməsini də dəyişdirir.
Apellyasiya baxışının hədləri:
54. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
55. Həmin Məcəllənin 372.7-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
56. MPM-in 372.6-cı maddəsinin tələblərini, birinci instansiya məhkəməsinin qətnaməsi ilə ilkin iddia qismən təmin edilmiş, qarşılıqlı iddia isə rədd edilmişdir. Həmin qətnamə ilkin cavabdeh, qarşılıqlı iddiaçı tərəfindən qarşılıqlı iddianın rədd edilməsi, ilkin iddiaya əsasən xx.xx.2021-ci il tarixli müqavilə üzrə 27.471,97 manat (40.632,39- 13.160,42) məbləğində əsas borcun tutulması, eləcə də həmin müqavilə üzrə dəbbə pulunun tutulması, xx.xx.2021-ci il tarixli müqavilə üzrə ödənilmiş məbləğin geri qaytarılması və dəbbə pulunun tutulması tələbinə dair ilkin iddianın təmin edilmiş hissələrində mübahisələndirmişdir. Odur ki, qətnamənin əsaslığı həmin hissələrdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
57. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən - xx.xx.2021-ci il tarixli müqavilə üzrə artıq ödənilmiş məbləğin və dəbbə pulunun tutulmasına dair iddianın təmin edilmiş hissəsində və qarşılıqlı iddianın rədd edilməsi hissələrində ləğv edilməli, həmin hissələrdə yeni qətnamə qəbul edilməli, həmin hissədə ilkin iddia rədd edilməli, qarşılıqlı iddia isə təmin edilməli, qalan mübahisələndirilən hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
24. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, ilkin iddiaçı, qarşılıqlı cavabdeh İddiaçı MMC ilə ilkin cavabdeh, qarşılıqlı iddiaçı Cavabdeh MMC ilə arasında iki subpodrat müqaviləsi bağlanmışdır. Birinci müqavilə -xx.xx.2021-ci il tarixli, 01/01/02/02- 21/003 saylı subpodrat müqaviləsi üzrə subpodratçı qismində çıxış edən ilkin İddiaçı MMC müqaviləyə və layihə sənədlərində göstərilən şərtlər əsasında Ələt iqtisadi zonasında 1800 mm diametrində olan sərt sular xəttinin çəkilməsi işlərini yerinə yetirməyi, sifarişçi (podratçı) qismində çıxış edən ilkin Cavabdeh MMC isə həmin işləri qəbul etməyi və müqavilə ilə razılaşdırılmış qaydada işin dəyərini subpodratçıya ödəməyi öhdəsinə götürmüşdür. İkinci müqavilə, yəni xx.xx.2021-ci il tarixli, AGE/AL/SC/12-21/015 saylı subpodrat müqaviləsinə əsasən isə subpodratçı olan Cavabdeh MMC müqaviləyə və layihə sənədlərində göstərilən şərtlər əsasında Ələt X22nda uzunluğu 112 m, diametri 1400 mm olan yağış suyu xəttinin mikrotunel üsulu ilə tikintisi işlərini yerinə yetirməyi, podratçı olan isə ilkin İddiaçı MMC həmin işləri qəbul etməyi və müqavilə ilə razılaşdırılmış qaydada işin dəyərini subpodratçıya ödəməyi öhdəsinə götürmüşdür.
58. Hazırda ilkin İddiaçı MMC xx.xx.2021-ci il tarixli subpodrat müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada icra edərək podrat işlərini gördüyünü, lakin ilkin cavabdehin həmin podrat işlərin müqabilində muzdu tam şəkildə ödəmədiyini, eyni zamanda xx.xx.2021-ci il tarixli subpodrat müqaviləsi üzrə isə avans ödədiyini, lakin ilkin cavabdehin həmin avansın müqabilində müqavilə üzrə heç bir iş görmədiyini əsas göstərərək xx.xx.2021-ci il tarixli subpodrat müqaviləsi üzrə 40.632,39 manat məbləğində borcun tutulmasını, xx.xx.2021-ci il tarixli subpodrat müqaviləsi üzrə ödənilmiş 74.340 manat məbləğində avansın geri qaytarılmasını, həmin məbləğlərə hesablanmış dəbbə pullarının və faizlərin (həmin hissədə iddia rədd edildiyindən və həmin hissədə qətnamənin əsaslılığı ilkin iddiaçı tərəfindən mübahisələndirilmədiyindən həmin hissə apellyasiya baxışının predmetinə daxil deyil) ödənilməsini tələb edir. İlkin cavabdeh, qarşılıqlı iddiaçı isə xx.xx.2021-ci il tarixli subpodrat müqaviləsi üzrə podrat işlərinə görə borcunun 13.160,42 manat məbləğində olmasını bildirərək həmin hissədə iddia tələbini qəbul edir, sözügedən müqaviləsi üzrə iddia tələbini qalan hissədə isə qəbul etmir. xx.xx.2021-ci il tarixli subpodrat müqaviləsi üzrə ilkin cavabdeh, qarşılıqlı iddiaçı müqavilə üzrə görülməsi nəzərdə tutulan işlərin tərəfindən tam şəkildə başa çatdırıldığını iddia edir və göstərilən əsasla ilkin iddiaçının avansın qaytarılması barədə iddiasının rədd edilməsini xahiş edir. Eyni zamanda qarşılıqlı iddia verərək xx.xx.2021-ci il tarixli subpodrat müqaviləsi üzrə görülmüş işlərə görə 64.442,30 manat məbləğində borcun ilkin iddiaçı, qarşılıqlı cavabdehdən onun xeyrinə tutulmasını tələb edir.
59. Kollegiya ilk növbədə xx.xx.2021-ci il tarixli subpodrat müqaviləsi üzrə görülmüş işlərə görə borcun və dəbbə pulun tutulması hissəsində iddia tələblərinə münasibət bildirilməsini zəruri hesab edir.
60. Həmin hissədə kollegiya qeyd edir ki, həmin müqavilə üzrə ilkin İddiaçı MMC tərəfindən görülmüş işlərin dəyəri işin mübahisəli halını təşkil edir. Bununla bağlı kollegiya qeyd edir ki, hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmiş forma 3 aktlarına əsasən ilkin iddiaçı tərəfindən həmin müqavilə üzrə cəmi ƏDV xaric 265.175 manat işlərin görülməsi, həmin görülmüş işlərdən 15.000 manat avans və 7.160,75 manat (3 saylı akt üzrə 3428,56 və 4 saylı akt üzrə 3732,19) məbləğində digər tutulmalar çıxıldıqdan sonra cavabdeh tərəfindən ödənilməli məbləğin ƏDV xaric 243.014,25 (265.475-15000- 7160,75), ƏDV daxil 286.756,82 manat təşkil etməsi öz təsdiqi tapır.
61. Digər tərəfdən iş materialları ilə o da müəyyən edilir ki, həmin məbləğdən ilkin Cavabdeh MMC tərəfindən ƏDV daxil 246.124,43 manat pul ödənilmişdir. Odur ki, kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki xx.xx.2021-ci il tarixli, 01/01/02/02-21/003 saylı subpodrat müqaviləsi üzrə 40.632,39 (286.756,82-246.124,43) manat məbləğində qalıq borc Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir. xx.xx.2021-ci il tarixli, 01/01/02/02-21/003 saylı subpodrat müqaviləsi üzrə öhdəliklərin icrasının gecikdirilməsinə görə dəbbə pulunun tutulması tələbinə münasibətdə kollegiya müqavilə üzrə görülmüş işlərin dəyərini ödəmək öhdəliyinin icrasının ilkin cavabdeh (sifarişçi) tərəfindən gecikdirildiyini, müqavilənin 5.3-cü bəndində sifarişçi tərəfindən ödəmələrin müqavilədə müəyyən edilmiş müddətdə aparmamasına görə dəbbə pulunun hesablanmasının nəzərdə tutulduğunu, eləcə də məhkəmənin müəyyənləşdirdiyi dəbbə pulu məbləğinin tənasübsüz surətdə yüksək olmadığını nəzərə alaraq hesab edir ki, həmin hissədə iddianın qismən təmin edilərək dəbbə pulun məbləğinin 2000 manat məbləğində müəyyən edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.
62. Digər tərəfdən məhkəmə kollegiyası xx.xx.2021-ci il tarixli, AGE/AL/SC/12- 21/015 saylı subpodrat müqaviləsi üzrə avans məbləğinin geri qaytarılması, dəbbə pulunun tutulması tələbinə dair ilkin iddianın təmin edilməsi hissəsində və həmin müqavilə üzrə podrat işlərinə görə muzdun ödənilməsinə dair qarşılıqlı iddianın rədd edilməsi hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır.
63. Belə ki, həmin hissələrdə birinci instansiya məhkəməsi gəldiyi nəticəni ilkin iddiaçı, qarşılıqlı cavabdeh tərəfindən ilkin cavabdeh, qarşılıqlı iddiaçıya xx.xx.2021-ci il tarixli müqavilə üzrə avans məbləğinin ödənilməsinə baxmayaraq ilkin cavabdeh, qarşılıqlı iddiaçı tərəfindən həmin müqavilə üzrə görülməsi nəzərdə tutulan yağış sularının axıdılması üçün mikrotunel tikintisi üzrə hər hansı işlərin görülməməsi ilə əsaslandırmışdır.
64. Halbuki iş materiallarından görünür ki, işə birinci instansiya məhkəməsində baxılarkən ilkin hazırlıq mərhələsində ilkin cavabdeh, qarşılıqlı iddiaçı Cavabdeh MMC tərəfindən məhkəməyə Bakı şəhəri Qaradağ rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli inzibati xətaya dair material üzrə qərarı və Qaradağ rayon Prokurorunun inzibat xəta haqqında iş üzrə icraatın başlanılmasına dair qərarı təqdim edilmişdir. Həmin qərarlardan müəyyən edilir ki, 28 aprel 2022-ci il tarixdə Qaradağ rayonu Ələt qəsəbəsində “X22”nın ərazisindən yağış sularının axıdılması üçün “mikro tunel xəttinin” tikintisi zamanı zərərli qazlar yığılmış tunelin müvafiq havalandırılması və ventilyasiya olunması təmin edilməməsi səbəbindən partlayış baş vermiş və həmin partlayışda Cavabdeh MMC-də işləyən X16 və X13 xəsarət almışlar. Bakı şəhəri Qaradağ rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Cavabdeh MMC-nin direktoru Nümayəndə2 İXM-nin 198.3cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1500 manat məbləğində inzibati cərimə edilmiş, həmin MMC-nin iş icraçısı X7 barəsində İXM-nin 198.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir.
65. Həmin qərarlardan 28 aprel 2022-ci il tarixdə, yəni müqavilə bağlandıqdan 4 ay sonra Cavabdeh MMC-nin işçilərinin Qaradağ rayonu Ələt qəsəbəsində “X22”nın ərazisindən yağış sularının axıdılması üçün “mikro tunel xəttinin” tikintisini aparması və həmin tikinti zamanı bədbəxt hadisənin baş verməsi, yəni ilkin cavabdehin mübahisəli subpodrat müqavilə üzrə ümumiyyətlə heç bir iş görməməsi barədə ilkin iddiaçının dəlillərinin əsassızlığı açıq-aşkar göründüyü, belə olan halda isə işin hərtərəfli araşdırılması üçün əlavə sübutların təqdim edilməsi zəruri olduğu halda birinci instansiya məhkəməsi bədbəxt hadisə ilə bağlı Qaradağ rayon Prokurorluğunda aparılmış araşdırma materiallarının, o cümlədən cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarının məhkəməyə təqdim edilməsini tərəflərə təklif etməmiş, bununla da MPM-nin 14.1-ci və 77.3-cü maddələrinin pozuntusuna yol vermişdir.
66. Odur ki, kollegiya ilkin cavabdeh, qarşılıqlı iddiaçı tərəfindən zəruri sübutların təqdim edilməməsinin birinci intansiya məhkəməsi tərəfindən müvafiq halların hərtərəfli və tam araşdırılmaması ilə bağlı olduğunu nəzərə alaraq həmin sübutların apellyasiya instansiya məhkəməsində qəbul edilməsini mümkün hesab edir.
67. Apellyasiya instansiyası məhkəməsində təqdim edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar və ekspertiza rəyindən müəyyən edilmişdir ki, bədbəxt hadisə Cavabdeh MMC-nin işçisi X13 ölçü işləri götürmək üçün yağış sularının axıdılması üçün mikrotunelin daxilində hərəkət edərkən, digər işçi X16 isə giriş quyusunda dayanarkən baş vermişdir. Beləliklə, sözügedən sübutlarla hadisə baş verdiyi tarixə Cavabdeh MMC tərəfindən tunelin bir hissəsinin artıq tikildiyi öz təsdiqini tapır. Digər tərəfdən Cavabdeh MMC-nin işçilərinin faktla bağlı Qaradağ rayon Prokurorluğunda verdiyi izahatlardan görünür ki, hadisə baş verdiyi zaman 112 metrlik tunelin təxminən 80 metri artıq inşa edilmişdir. Kollegiya hadisə baş verdiyi zaman tərəflər arasında podrat işlərinin dəyərinin ödənilməsi ilə bağlı mübahisənin olmadığını, həmin izahatların tuneldə partlayış hadisəsinin baş verməsi ilə bağlı verildiyini, yəni həmin vaxtı tunel işçilərin izahatlarında tunelin inşa edilmiş hissəsinin uzunluğunu olduğundan artıq göstərməkdə marağının olmamasını nəzərə alaraq həmin izahatları da sübut qismində nəzərə alır. Bundan əlavə apellyasiya instansiyası məhkəməsində X2 xüsusi texniki bilik tələb edən məsələ - mikrotunel üsulu ilə tunelin inşasının əsas iş prinsipləri ilə bağlı verdiyi izahatında qeyd etmişdir ki, mikrotunel üsulu ilə tunel inşası giriş quyusuna qazma başlığı salınır, qazma başlığının arxasında beton boru (borular) düzülür, həmin boruların arxasında isə “İtmə pistonu hidravlik qurğu” yerləşdirilir. Qazma başlığı mikrotunelin içərisindəki torpağı ovub hidravlik nasos vasitəsilə çölə çıxardır. İtmə pistonu hidravlik qurğu isə beton boruları torpağın qazıldığı yerə itələyir. Qazma başlığı yalnız tunelin sonunda inşa edilən çıxış quyusundan çıxarıla bilər. Qazma qurğusunun arxasına beton borular düzüldüyündən mikrotunel inşası işlərinin yarımçıq saxlanılaraq qurğunun çıxarılması yalnız torpağın üstdən qazılması yolu ilə mümkündür, amma bu zaman mikrotunelin başa çatdırılması mümkün olmayacaqdır. Mikrotunel üçün qurğunun arxasında yerləşdirilmiş boruların çıxarılaraq qurğunun giriş quyusundan çıxarılmasına cəhd edilməsi isə tunelin inşa edilmiş hissəsinin çökməsinə səbəb olacaqdır. X1 izahatından da göründüyü kimi mikrotunel üsulu ilə tunel inşasının iş prinsiplərini nəzərə aldıqda həmin işin yarımçıq qoyulması və başqa bir podratçı tərəfindən yekunlaşdırılması imkanının faktiki olaraq qeyri-mümkün olması aydın olur. Bundan əlavə o da qeyd edilməlidir ki, iş materiallarına əlavə edilmiş fotoşəkillərdə də mikrotunelin qazma qurğusunun giriş quyusuna yerləşdirilməsi, eləcə də tunel tikintisi başa çatdıqdan sonra çıxış quyusundan çıxarılması müşahidə edilmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu ilə mübahisəli tunelin inşa işlərinin həhz ilkin cavabdeh, qarşılıqlı iddiaçı Cavabdeh MMC tərəfindən icra edilməsi öz təsdiqini tapır. İlkin iddiaçı, qarşılıqlı cavabdeh isə ilkin cavabdeh, qarşılıqlı iddiaçı ilə tunelin inşası işlərinin görülməsi üçün subpodrat müqaviləsi bağladıqdan sonra sonuncunun müqavilədə nəzərdə tutulan işləri görməməklə müqavilə öhdəliklərini pozduğunu, buna görə də həmin işləri özü görməyə məcbur olduğunu iddia etsə də, həmin halları təsdiq edən hər hansı sübutları, o cümlədən müqavilə öhdəliklərinin pozulması ilə ilkin cavabdeh, qarşılıqlı iddiaçıya hər hansı formada narazılığı ifadə etməsini(xəbərdarlıq, bildiriş və s. göndərməsi), işlərin görülməsini tələb etməsini və ya müqavilə üzrə münasibətlərə xitam verilməsini, eləcə də mülkiyyətində və ya icarəsində mikrotunel üsulu ilə tunelin inşası üçün qazma avadanlığın olmasını, mikrotunel tikintisi üçün ixtisaslaşmış işçilərin cəlb etməsini sübuta yetirə bilməmişdir. Odur ki, kollegiya ilkin iddiaçı, qarşılıqlı cavabdehin mikrotuneli özü inşa etməsi barədə dəlillərini formal mülahizə kimi qiymətləndirir.
68. İlkin cavabdeh, qarşılıqlı iddiaçı Cavabdeh MMC-nin mikrotunel inşası işlərinə görə almalı olduğu muzdun məbləğinə gəldikdə kollegiya ilk növbədə qeyd edir ki, Cavabdeh MMC-nin özünün də təsdiq etdiyi kimi ilkin olaraq tunelin uzunluğunun 112 m olması planlaşdırılsa da, işlərə başladıqdan sonra tunelin uzunluğunun 108 metr olması məlum olmuşdur. Odur ki, subpodrat müqaviləsinə əlavə ilə razılaşdırılmış qiymət (1 vkv.m. üçün ƏDV xaric 2250 manat) əsas götürülməklə tunelin inşası işlərin dəyəri ƏDV xaric 243.000 manat (ƏDV daxil 296.740 manat) təşkil etməli idi.
69. Bununla yanaşı o da qeyd edilməlidir ki, qarşılıqlı iddiaçı tərəfindən təqdim edilmiş mübahisəli subpodrat müqaviləsi üzrə xx.xx.2021-xx.xx.2022-ci il tarixləri arası dövrü əhatə edən və yalnız qarşılıqlı iddiaçı tərəfindən təsdiq edilmiş forma 3 aktına əsasən müqavilə üzrə görülmüş işlərin ümumi dəyəri ƏDV xaric 243.000 manat (ƏDV daxil 296.740 manat) məbləğində müəyyən edilsə də, həmin məbləğdən(ƏDV xaric 243.000 manat) 63.000 manat avans məbləği və 125.387,88 manat məbləğində digər tutulmalar çıxılmaqla qalıq borcun ƏDV xaric 54.612,12 manat (ƏDV daxil 64.442.3 manat) təşkil etməsi göstərilmişdir. 125.387,88 manat məbləğində tutulmaların əsaslarını açıqlayan cədvəldən isə aydın olur ki, həmin tutulmalara mal-materialların və texnika ilə xidmətlərin (dəmir-beton boru, beton, armatur, kran, ekskavator) dəyəri və qarşılıqlı iddiaçının qarşılıqlı cavabdehə olan borc məbləği (11152,9 manat) daxil edilmişdir.
70. Beləliklə, qarşılıqlı iddiaçı tərəfindən təqdim edilmiş hesabat xarakterli sənədlərdən aydın olur ki, tərəflər arasında bağlanmış subpodrat müqaviləsinə əsasən mal-materialların, texnika ilə xidmətin və s. dəyəri mikrotunelin razılaşdırılmış qiymətinə daxil edilmiş, lakin sonradan həmin mal-materiallar və xidmətlər qarşılıqlı cavabdeh tərəfindən təqdim edildiyindən onların dəyəri podrat işinin dəyərindən çıxılmışdır.
71. Yuxarıda göstərilənlərə əsasən kollegiya belə qənaətə gəlir ki, xx.xx.2021-ci il tarixli, AGE/AL/SC/12-21/015 saylı subpodrat müqaviləsinə əsasən ilkin iddiaçı tərəfindən ödənilmiş ƏDV xaric 63.000 avansın müqabilində ilkin cavabdeh tərəfindən işlərin görülməsi öz təsdiqini tapdığından ilkin iddiaçının avansın qaytarılması və belə olan halda avansın qaytarılmasının gecikdirilməsinə görə dəbbə pulunun tutulmasına dair iddia tələbləri əsassızdır. İlkin cavabdeh, qarşılıqlı iddiaçı isə həmin müqavilə üzrə gördüyü podrat işinin dəyərindən avans məbləği və özünün təsdiq etdiyi digər tutulmaları çıxmaqla işlərin qalıq dəyəri olan ƏDV xaric 54.612,12 manat (ƏDV daxil 64.442.3 manat) məbləğində pulun qarşılıqlı cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır.
72. Bununla yanaşı MPM-in 119.6-cı maddəsinin tələblərinə əsasən qətnamə məhkəmə xərclərinin bölüşdürülməsi hissəsində də dəyişdirilməli və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq ilkin cavabdeh, qarşılıqlı iddiaçıdan ilkin iddiaçı, qarşılıqlı cavabdehin xeyrinə tutulacaq dövlət rüsumu 130 manat məbləğində müəyyən edilməlidir, qarşılıqlı iddia verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 284 manat məbləğində pul vəsaiti isə ilkin iddiaçı, qarşılıqlı cavabdehdən tutularaq qarşılıqlı iddiaçıya ödənilməlidir.
73. Apellyasiya icraatı zamanı çəkilmiş məhkəmə xərcləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayəti qismən təmin edildiyindən həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumunun 355 manat dövlət rüsumunun 280 manat hissəsi ilkin iddiaçı, qarşılıqlı cavabdehdən İddiaçı MMC-dən tutularaq ilkin iddia üzrə Cavabdeh MMC-yə ödənilməli, qalan hissəsi isə ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddiaçıya aid edilməlidir.
74. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
İlkin cavabdeh, qarşılıqlı iddiaçı Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-2461/2024 saylı qətnaməsi qismən – ilkin iddia üzrə xx.xx.2021-ci il tarixli müqavilə üzrə əsas borc üzrə 74.340 manat, dəbbə pulu üzrə 3.500 manat, cəmi 77.840 (yetmiş yeddi min səkkiz yüz qırx) manat məbləğində pulun Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməsi və qarşılıqlı iddianın rədd edilməsi hissələrində ləğv edilsin. Həmin hissələrdə iş üzrə yeni qətnamə qəbul edilsin. xx.xx.2021-ci il tarixli müqavilə üzrə əsas borc üzrə 74.340 manat, dəbbə pulu üzrə 3.500 manat, cəmi 77.840 (yetmiş yeddi min səkkiz yüz qırx) manat məbləğində pulun Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməsi tələbinə dair hissədə ilkin iddia rədd edilsin. Qarşılıqlı iddia təmin edilsin. xx.xx.2021-ci il tarixli müqavilə üzrə ƏDV daxil 64.442,30 manat pul vəsaiti və dövlət rüsumunun əvəzi olaraq 284 manat məbləğində pul vəsaiti İddiaçı MMC-dən tutularaq Cavabdeh MMC-yə ödənilsin. Qətnamə məhkəmə xərclərinin bölüşdürülməsi hissəsində dəyişdirilsin, ilkin iddia verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq Cavabdeh MMC-dən İddiaçı MMC-nin xeyrinə tutulacaq pul vəsaiti 130 manat, müəyyən edilsin. Qalan mübahisələndirilən hissədə qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti üçün Cavabdeh MMC tərəfindən ödənilmiş 355 manat dövlət rüsumunun 280 manat hissəsi İddiaçı MMC tutularaq Cavabdeh MMC-yə ödənilsin. Qalan hissədə dövlət rüsumu Cavabdeh MMC-nin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Leyla Əliyeva
Hakimlər: Təranə Mahmudova
Elnur Həsənov