Məhkəmə qərarları › İş №2-2(103)-439/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-439/2023

10.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-439/2023 10.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı kommersiya işi üzrə (Açar sözlər: borcun ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi və məruzəsi ilə, Babayev Fuad Fikrət oğlu və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Səaddin qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi-vəkili Nümayəndə2, Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə1 iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya işi üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2- 2(81)-462/2017 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, aşağıdakıları İşin halları

1. 41 nömrəli, 2014-cü il 10 oktyabr tarixli subpodrat müqaviləsindən görünür ki, sifarişçi - Cavabdeh MMC ilə podratçı - X5 arasında müqavilə bağlanmışdır. Müqavilənin predmetinə əsasən, podratçı Şəmkir rayonu Şəhidlər Xiyabanında mərmər materialının təşkili və vurulmasını öz üzərinə götürür. Podratçı həmin işləri müqavilənin ayrılmaz tərkib hissəsi olan texniki tapşırığa uyğun olaraq görməyi öhdəsinə götürür, sifarişçi isə həmin işlərin görülə bilməsi üçün zəruri şərait yaratmağı, işlərin nəticəsini qəbul etməyi və müqavilə ilə nəzərdə tutulan məbləği ödəməyi öhdəsinə götürür.

2. 117 nömrəli, 2014-cü il 24 dekabr tarixli subpodrat müqaviləsindən görünür ki, sifarişçi – Cavabdeh MMC ilə icraçı - İddiaçı MMC arasında müqavilə bağlanmışdır. Müqavilənin predmetinə əsasən sifarişçi ünvan 1 ünvanında yerləşən X4 qranit işlərini sifariş verib icraçıya razılaşdırılmış xidmət haqqı ödəməyi, icraçı isə sifarişçinin müəyyən etdiyi qaydada xidmət göstərməyi öhdəsinə götürür. Göstərilən xidmətlərin həcmi bu müqaviləyə əlavə edilən Xidmət Aktı ilə müəyyənləşdirilmişdir. Bu Müqavilə üzrə xidmət haqqının miqdarı Müqavilənin tərkib hissəsi olan xidmətlərin göstərilməsinə dair forma 2 qeyd edilir.

3. 118 nömrəli, 2014-cü il 27 dekabr tarixli subpodrat müqaviləsindən görünür ki, sifarişçi – Cavabdeh MMC ilə icraçı - İddiaçı MMC arasında müqavilə bağlanmışdır. Müqavilənin predmetinə əsasən sifarişçi Şəmkir şəhəri, Zabitlər Parkında qranit işlərini sifariş verib icraçıya razılaşdırılmış xidmət haqqı ödəməyi, icraçı isə sifarişçinin müəyyən etdiyi qaydada xidmət göstərməyi öhdəsinə götürür. Göstərilən xidmətlərin həcmi bu müqaviləyə əlavə edilən Xidmət Aktı ilə müəyyənləşdirilmişdir. Bu Müqavilə üzrə xidmət haqqının miqdarı Müqavilənin tərkib hissəsi olan xidmətlərin göstərilməsinə dair forma 2 qeyd edilir.

4. 11/19/2014-cü il tarixli Şəmkir şəhəri Çörək Zavodunda görülmüş qranit işlərin yekun smetasından görünür ki, işlərin ümumi dəyəri 55.008,2 manat müəyyən edilmişdir.

5. 11/19/2014-cü il tarixli Şəmkir şəhəri Zabitlər Parkında görülmüş qranit işlərin yekun smetasından görünür ki, işlərin ümumi dəyəri 13.900 manat müəyyən edilmişdir.

6. 11/19/2014-cü il tarixli Şəmkir şəhəri Şəhidlər Xiyabanında görülmüş işlərin yekun smetasından görünür ki, işlərin ümumi dəyəri 356.900 manat müəyyən edilmişdir.

7. Cavabdeh MMC və İddiaçı MMC arasında bağlanmış 76 nömrəli müqaviləyə 1 saylı 2014-cü il 1 dekabr tarixli Əlavədən görünür ki, Şəhidlər Xiyabanında görülmüş dəmirbeton işinin cəmi dəyəri 10.116,4 manat; X1 müəllimin göstərişi ilə əlavə görülmüş işlərin cəmi dəyəri 35.936,885 manat müəyyən edilmişdir.

8. “Dünya Meridianları” adlı jurnalın 2014-cü il tarixli buraxılışında Şəmkir rayonunda gedən abadlıq-quruculuq işləri ilə bağlı çap edilmiş məqalədə Şəmkir şəhər “Şəhidlər Xiyabanındakı” yenidən qurma və abadlıq işlərinin İddiaçı MMC tərəfindən aparıldığı, həmin ərazidə İddiaçı MMC-nin işçilərinin çalışdığı əks edilmiş və bu barədə fotoşəkillər yerləşdirilmişdir. Eyni zamanda, iş materiallarına “X4” və Şəmkir rayonu Zabitlər Parkında görülmüş işlərlə bağlı şəkillər də əlavə olunmuşdur.

9. İddiaçı MMC-nin təsisçisi Qafarov Qədim tərəfindən Cavabdeh MMC-yə göndərilmiş pretenziya məktubunda bildirilmişdir ki, Cavabdeh MMC ilə İddiaçı MMC arasında bağlanmış subpodrat müqavilələrinə əsasən İddiaçı MMC tərəfindən Şəmkir rayonun Şəhidlər Xiyabanında, X4, Şəmkir rayon Zabitlər Parkında və Şəmkir rayonu Heydər Əliyev kompleksində təmir-bərpa işləri aparılmışdır. Müqavilələrə uyğun olaraq görüləcək işlərin yekununda ona 526.488 manat ödənilməli idi. Lakin 100.000 manat avans da daxil olmaqla İddiaçı MMC-yə cəmi 252.500 manat ödənilmişdir. Qalan 273.988 manat məbləğ bu günədək ödənilməmişdir. Qeyd olunan işləri görmək üçün "xxxx" QSC-dən külli miqdarda ABŞ dolları kredit götürülmüş, iş yeri, evlər girov qoyulmuşdur. Şirkətin fəaliyyəti dayanmaq üzrədir. Göstərilənlər əsasında 10 gün müddətində 273.988 manat məbləğində borcun ödənilməsinin təmin edilməsi xahiş edilmişdir.

10. Şəmkir rayon İcra Hakimiyyəti başçısının aparatının 2018-ci il 17 yanvar tarixli, Q- 6/2-010/2 saylı məktubunda göstərilmişdir ki, Şəmkir şəhərində aparılan abadlıq quruculuq işləri çərçivəsində 2013-cü ildə Şəhidlər Xiyabanında yenidənqurma işlərinə başlanılmış və 2014-cü ildə başa çatdırılmışdır. Həmin işlər "xxxx" MMC-nin sifarişi əsasında Qədim Qafarovun təsisçisi olduğu İddiaçı MMC tərəfindən yerinə yetirilmişdir. Görülmüş işlərin dəyəri “Lider Monolit" MMC-yə tamamilə ödənilmiş və hal hazırda heç bir borc qalmamışdır.

11. Şəmkir rayon İcra Hakimiyyəti başçısının aparatının 2018-ci il 27 dekabr tarixli, T- 26-060 saylı məktubunda göstərilmişdir ki, Şəmkir şəhər Şəhidlər Xiyabanında, X4, Zabitlər Parkında və X8 kompleksində təmir-bərpa işlərinin aparılması ilə bağlı Şəmkir rayon İcra Hakimiyyəti tərəfindən heç bir şirkətlə müqavilə imzalanmamışdır. Həmin işlərin aparılması ilə bağlı maliyyə vəsaitinin ayrılması müxtəlif sponsorlar və Şəmkir sahibkarları tərəfindən həyata keçirilmişdir. Bu səbəbdən görülmüş işlərin həcmi və həmin işlərə dair ödənilmiş vəsaitin məbləği barədə Şəmkir rayon İcra Hakimiyyətində heç bir məlumat yoxdur.

12. Şəmkir rayon İcra Hakimiyyəti başçısının aparatının 2023-cü il 9 oktyabr tarixli, 5- 76/2-9-27-438/2023 saylı məktubunda göstərilmişdir ki, qeyd olunan İddiaçı MMC və “Lider Monolit" MMC arasında bağlanılmış 41 nömrəli, 10 oktyabr 2014-cü il tarixli, 117 nömrəli, 24 dekabr 2014-cü il tarixli və 118 nömrəli, 27 dekabr 2014-cü il tarixli subpodrat müqavilələri ilə bağlı Şəmkir rayon İcra Hakimiyyətində heç bir məlumat saxlanılmamaqdadır.

Birinci instansiya məhkəməsində icraat

13. İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, sonradan iddia tələbinin həcminin artırılması barədə ərizə verərək tərəflər arasında bağlanmış podrat müqaviləsi üzrə 252.500 manat qalıq əsas borcun, 30.510 manat faiz məbləğinin, 91.531 manat əldən çıxmış faydanın, hüquqi xidmətlərə görə ödəniləcək 37.454 manat vəsaitin və 30 manat dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə İddiaçı MMC arasında Şəmkir rayonu Şəhidlər Xiyabanında, X4, Şəmkir rayonu Zabitlər Parkında və Şəmkir rayonu Heydər Əliyev kompleksində təmir-bərpa işlərinin (mərmər-qranit materialları ilə) təşkili ilə bağlı müxtəlif tarixlərdə subpodrat müqavilələri imzalanmışdır. İddiaçı MMC götürdüyü öhdəlikləri lazımi keyfiyyətdə və müddətdə yerinə yetirmişdir, işlərin lazımi keyfiyyətdə yerinə yetirilməsinə görə Cavabdeh MMC-nin rəhbəri, yerli İcra Hakimiyyətinin başçısı, həm də rayonun digər vəzifəli şəxsləri tərəfindən təqdir olunmuşdur. Götürülən işlərin yerinə yetirilməsinə görə ümumi müqavilə dəyərinin bir hissəsi avans olaraq, qalan məbləğlər isə işlərin yerinə yetirilmə qrafikinə uyğun ödənilməli idi. İşlərin təhvilindən sonra Cavabdeh MMC tərəfindən ödənilmiş məbləğ avans da daxil olmaqla 252.500 manat olmuşdur. Bu günə kimi qalan 252.500 manat məbləğ ödənilməmişdir. Görülmüş işlərin qısa vaxtda yerinə yetirilməsi üçün mərmər, sement, armatur, daş və s. istifadə edilən materiallar İddiaçı MMC tərəfindən şəxsi vəsait hesabına alınmış, işlərin görülməsi üçün istifadə edilən nəqliyyat vasitələri və texniki avadanlıqlar şəxsi vəsait hesabına icarəyə götürülmüş, ştatda olan işçilərdən (32 nəfər) əlavə yaxın ərazidə yaşayan şəxslər günəmuzd kimi işlərə cəlb olunmuşdur. Cavabdeh MMC fəaliyyətini dayandırdığından və onlarla əlaqə saxlamaq mümkün olmadığından görülmüş işlər, o cümlədən Şəmkir rayonu Şəhidlər Xiyabanı üzrə işlər əsas sifarişçi olan Şəmkir Rayon İcra Hakimiyyətinə təhvil verilmiş, təntənəli açılış mərasimi həyata keçirilmiş və hal-hazırda istifadə edilməkdədir. Öhdəliyin icrasının gecikdirilməsinə görə cavabdehdən MM-nin 445-ci maddəsinə əsasən 29 ay üçün illik 5 %-lə 30.510 manat, MM-nin 449-cu maddəsinə əsasən Mərkəzi bankın uçot dərəcəsi ilə illik 15%-lə 91.531 manat əldən çıxmış fayda tutulmalıdır.

15. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2 (81)-462/2017 saylı xx.xx.2017-ci il tarixli qərardadı ilə Şəmkir rayon İcra Hakimiyyəti iş üzrə üçüncü şəxs qismində cəlb edilmişdir.

16. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-462/2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir.

17. Məhkəmə hesab etmişdir ki, tərəflər arasında yazılı subpodrat müqavilələri olduğundan, cavabdeh müqavilə üzrə işlərin nəticələrinin təhvil verilməsini inkar etdiyindən və iddiaçı isə subpodrat müqavilələri üzrə işlərin nəticələrini təhvil verdiyini iddia etdiyindən, subpodrat müqavilələri üzrə görülmüş işlərin nəticələrinin sifarişçiyə təhvil verilməsinin sübut etmək yükü iddiaçının üzərinə düşür. Lakin iddiaçı tərəfindən subpodrat müqavilələri üzrə işlərin təhvil verilməsi ilə bağlı hər hansı sübut (məsələn, tərəflər arasındakı yazışmalar, əgər podratçı işi öz materialları ilə icra edibsə, həmin materialların alınmasına dair və s.) məhkəməyə təqdim edilməmişdir. Başqa sözlə, iddiaçı tərəflər arasında subpodrat müqavilələrindən irəli gələn cavabdehin muzd ödəmək öhdəliyinin əmələ gəldiyini sübut edə bilməmişdir.

18. İddiaçı mərmər, qranit işlərinin görüldüyünü iddia etsə də, bu barədə hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, tərəflər arasında bağlanmış 2014-cü il 24 dekabr tarixli müqavilənin 1.2-ci bəndinə əsasən, göstərilən xidmətlərin həcmi bu müqaviləyə əlavə edilən xidmət aktı ilə müəyyənləşdirilir. Bu müqavilə üzrə xidmət haqqının miqdarı müqavilənin tərkib hissəsi olan xidmətlərin göstərilməsinə dair Forma 2 qeyd edilir. İddiaçının sübut olaraq təqdim etdiyi materiallar mahiyyətcə əsaslı olmadığından, onlara mübahisənin maddi hüquqi əsası kimi tətbiq olunmalı MM-in podrat müqaviləsini tənzimləyən normalarına istinad olunmasına və təfsirinə zərurət qalmır.

19. Təmir-bərpa işlərinin nəticələrinin cavabdehə təhvil (mərmər-qranit materialları ilə) verilməsi, o cümlədən cavabdeh tərəfindən əvvəllər iddiaçıya 252.500 manat pul vəsaitinin ödənilməsi barədə heç bir mötəbər sübutla təsdiq olunmur. Tələb edilən əsas borcun 252.500 manat olduğu iddiaçı tərəfindən irəli sürülsə də, yenə də bu hal iddiaçının subyektiv mövqeyindən asılıdır. Çünki, Şəmkir rayonu Şəhidlər Xiyabanında, “X4”, Şəmkir rayonu Zabitlər Parkında və Şəmkir rayonu Heydər Əliyev kompleksində təmir-bərpa işlərin (mərmər-qranit materialları ilə) görülməsinə dair smeta tərəflər arasında tərtib və təsdiq edilməmişdir. Görülmüş işlərin cəmi dəyərinin 505.000 manat (lakin iddia tələbinin həcminin artırılması barədə ərizədə fərqli rəqəm qeyd edilir 448.608,2 manat (356900+55008,2+36700)) olması barədə tərəflərin razılığını ifadə (təsdiq) edən heç bir mötəbər sübut mövcud deyil.

20. Digər konsensual müqavilələrdən fərqli olaraq, subpodrat müqaviləsi bağlandığı anda icra edilə bilməz, işlərin görülməsi ilə bağlı müəyyən vaxt sərf etmək lazımdır ki, tələb olunan nəticə əldə edilsin. Podrat müqaviləsinin predmetini görülmüş işlərin nəticələri təşkil edir. İşlərin görülməsi, podratçının öz vəzifəsinin icra edilməsi üçün ilk öncə müqavilə bağlanılır, burada hansı işlərin görülməsi (podratla bağlı smetanın tərtibi) və müddəti müəyyən edilir.

21. Mərmər, qranit işləri ilə bağlı görülmüş işlər və onların dəyəri yazılı sübutlarla (“Forma 2” aktlar, iddiaçının işlərin görülməsi ilə bağlı çəkdiyi xərcləri təsdiq edən ödəniş sənədləri və s.) öz təsdiqini tapmalı idi. Görülən işlərin təhvil-təsliminə dair heç bir Forma 2 və sair sənədin olmaması da tərəflərin işini qanunun tələbləri əsasında qurmadığına yaxud maraqlı olmadığına dəlalət edir ki, bundan irəli gələn məsuliyyət də qanunun tələblərinə əməl etməyənə aiddir. İş materiallarına əlavə edilən smeta təsdiq edilməmiş, yalnız cavabdehin möhürü əks edilmişdir. 1 saylı Əlavədə müqavilə iştirakçıları tərəfindən imza ilə təsdiq edilməmiş, yalnız iddiaçının möhürü əks edilmişdir.

Apellyasiya şikayətinin dəlilləri

22. Qətnamədən iddiaçı apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etmişdir.

23. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin iddiaçı tərəfindən görülmüş işlərin sifarişçiyə təqdim edilməsini təsdiq edən hər hansı sübut təqdim edilmədiyinə dair mövqeyi əsassızdır. İddiaçı məhkəməyə işlərin görülməsini təsdiq edən fotoşəkillər (“Şəhidlər xiyabanı”nın təntənəli açılışı barədə), “Meridian” jurnalında gedən məqaləni təqdim etmişdir. İşlərin cavabdehə təhvil verilməsi MMC fəaliyyətini dayandırdığına görə mümkün olmamışdır. MMC-nin əvvəlki rəhbəri Türkiyə Respublikasına getmiş, yeni direktor isə iddiaçının qanuni təmsilçisi ilə görüşməkdən imtina etmişdir. Məhkəmə işə baxılarkən cavabdehin nümayəndəsinin izahatlarında işlərin görüldüyünü mübahisələndirmədiyini, nümayəndənin görülmüş işlərin dəyərinin İcra Hakimiyyəti tərəfindən ödənilməli olduğuna dair izahatlarını nəzərə almamışdır. Məhkəmə eyni zamanda nəzərə almamışdır ki, tərəflər arasında bağlanmış müqavilə ləğv edilməmiş, sifarişçi müqavilədən imtina etməmişdir. Görülmüş işlərlə bağlı sifarişçinin hər hansı pretenziyası olmadığına baxmayaraq razılaşdırılmış muzdun ödənilməsindən əsassız olaraq imtina etmişdir. İşlərin qəbul edildiyinə dair təhvil-təslim aktının olmaması işin təhvil verilməməsi demək deyil.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.

Apellyasiya instansiyası məhkəməsində ilkin icraat

25. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-472/2017 saylı iş üzrə 21 sentyabr 2017-ci il tarixli qətnaməsi ilə (sədrlik edən: H.Ü.Həmidov, hakimlər: X.A.Mərdanova və X.Ə.Sarıyev) iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 15 may 2017-ci il tarixli, 2- 2(81)-462/2017 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

26. Həmin qətnamədən iddiaçı tərəfindən kassasiya şikayəti verilmişdir.

Kassasiya instasiyası məhkəməsində ilkin icraat

27. Azərbaycan Respublikası Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının (hakimlər sədrlik edən Kəmaləddin Bədəlov, İlqar Dadaşov, Azər Hüseynov) 2- 2(102)-286/2018 saylı 10 iyul 2018-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, apelyasiya instansiyası məhkəməsinin 21 sentyabr 2017-ci il tarixli qətnaməsinin ləğv edilmiş; iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

28. Kassasiya instansiyası məhkəməsi bildirmişdir ki, podrat müqaviləsinin əsas xüsusiyyətlərindən biri müqavilənin tərəfi olan podratçının həmin müqavilənin digər tərəfi olan sifarişçinin xeyrinə hər hansı bir işi görməsidir. Belə ki, podrat müqaviləsindən irəli gələn öhdəlik təkcə hər hansı əmlakın verilməsini deyil, həm də həmin əmlakın yaradılması üzrə podratçının iş fəaliyyətini də ehtiva edir. Podrat müqaviləsi bağlanarkən tərəflərin məqsədi müəyyən hüquqi nəticənin əldə edilməsi ilə birbaşa əlaqəlidir. İşin materiallarında olan “Dünya Meridianları” adlı jurnalın 2014-cü il tarixli buraxılışında Şəmkir rayonunda gedən abadlıq-quruculuq işləri ilə bağlı çap edilmiş məqalədə Şəmkir şəhər “Şəhidlər Xiyabanındakı” yenidən qurma və abadlıq işlərinin iddiaçı tərəfindən aparıldığı, həmin ərazidə onun işçilərinin çalışdığı əks edilmiş və bu barədə fotoşəkillər yerləşdirilmişdir. Eyni zamanda, işin materiallarına “X4” və Şəmkir rayonu Zabitlər Parkında görülmüş işlərlə bağlı şəkillər də əlavə olunmuşdur.

29. Apellyasiya instansiyası məhkəməsi isə həmin sübutlara əhəmiyyət verməmiş, qeyd edilən sənəd və materialları sübut kimi qəbul etməməsini əsaslandırmamışdır. Halbuki, tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda, məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir. Məhkəmə, sübutların qiymətləndirilməsinin nəticələrini öz qərarlarında ətraflı və aydın şəkildə əks etdirməli, məhkəmə prosesinin iştirakçıları tərəfindən təqdim edilmiş bütün sübutların qəbul edilməsinin və ya edilməməsinin motivləri, o cümlədən qərarın əsaslandırılması üçün hər hansı sübutların əsas götürülməsi və digər sübutların rədd olunmasının əsasları, həmçinin bir sübuta münasibətdə digər sübuta üstünlük verilməsinin əsasları aydın göstərilməlidir.

30. Kassasiya şikayətinə əlavə edilən Şəmkir rayon İcra Hakimiyyəti başçısının aparatının 2018-ci il 17 yanvar tarixli, Q-6/2-010/2 saylı məktubunda göstərilmişdir ki, Şəmkir şəhərində aparılan abadlıq-quruculuq işləri çərçivəsində 2013-cü ildə Şəhidlər Xiyabanında yenidənqurma işlərinə başlanılmış və 2014-cü ildə başa çatdırılmışdır. Həmin işlər cavabdehin sifarişi əsasında Qədim Qafarovun təsisçisi olduğu iddiaçı tərəfindən yerinə yetirilmişdir. Görülmüş işlərin dəyəri cavabdehə tamamilə ödənilmiş və hal-hazırda heç bir borc qalmamışdır. Sözügedən məktubda da Şəmkir şəhərində abadlıq-quruculuq işləri çərçivəsində 2013-cü ildə Şəhidlər Xiyabanında yenidənqurma işlərinə başlanıldığı və 2014-cü ildə başa çatdırıldığı, eyni zamanda, həmin işlərin cavabdehin sifarişi əsasında iddiaçı tərəfindən yerinə yetirildiyi etiraf edilmişdir.

31. Apellyasiya instansiya məhkəməsi subpodrat müqaviləsi üzrə tərəflərin öz öhdəliklərini tam icra edib-etməmələrini lazımınca (iş üçün əhəmiyyətli olan bütün sübutların qiymətləndirilməməsi) araşdırmamış və cavabdehin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımaması barədə qənaətini kifayət qədər əsaslandırmamışdır.

Apellyasiya instansiyası məhkəməsində ikinci icraat

32. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 16 oktyabr 2018-ci il tarixli 2-2(103)- 547/2018 saylı qətnaməsi ilə (hakimlər sədrlik edən Valeh Ağayev, Afaq Nuriyeva, Cahangir Yusifov) apelyasiya şikayəti qismən təmin edilmiş, qətnamənin ləğv edilməsi, cavabdehdən 252.500 manat əsas borc, 30.510 manat faiz məbləği və hüquqi xidmətlərə görə 1.000 manat məbləğ tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

33. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Şəmkir rayon İcra Hakimiyyətinin məktubunda Şəmkir şəhərində abadlıq-quruculuq işləri çərçivəsində 2013cü ildə Şəhidlər Xiyabanında yenidənqurma işlərinə başlanıldığı və 2014-cü ildə başa çatdırıldığı, eyni zamanda, həmin işlərin cavabdehin sifarişi əsasında iddiaçı tərəfindən yerinə yetirildiyi etiraf edilmişdir. Subpodrat müqaviləsi üzrə iddiaçı tərəf öz öhdəliklərini tam icra etmiş, cavabdeh isə müqavilədən irəli gələn öhdəliyini icra etməmişdir.

34. Mülki qanunvericiliklə tənzimlənən müqavilələrin bir növü olan podrat müqaviləsinin bağlanması, icra olunması, habelə bu müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi ümumi qaydada müqavilə azadlığına əsaslanır. Podrat müqaviləsinin əsas xüsusiyyətlərindən biri müqavilənin tərəfi olan podratçının həmin müqavilənin digər tərəfi olan sifarişçinin xeyrinə hər hansı bir işi görməsidir. Belə ki, podrat müqaviləsindən irəli gələn öhdəlik təkcə hər hansı əmlakın verilməsini deyil, həm də həmin əmlakın yaradılması üzrə podratçının iş fəaliyyətini ehtiva edir. Podrat müqaviləsi bağlanarkən tərəflərin məqsədi müəyyən hüquqi nəticənin əldə edilməsi ilə birbaşa əlaqəlidir.

35. Tərəflər arasında olan müqaviləyə əsasən iddiaçı öz üzərinə düşən öhdəliyi yerinə yetirdiyi, lakin cavabdehin öz üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyi sübut olunduğundan, cavabdeh iddiaçıya əsas borc məbləği 252.500 manat, faiz borcu olaraq 30.510 manat məbləği ödəməlidir. İddia tələbinin Mərkəzi Bankın uçot dərəcəsi ilə 15% olmaqla 91.531 manat əldən çıxmış fayda ilə bağlı hissəsi isə əsaslandırılmadığı üçün təmin edilməmişdir.

36. Həmin qətnamədən cavabdeh tərəfindən kassasiya şikayəti verilmişdir.

Kassasiya instasiyası məhkəməsində ikinci icraat

37. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli 2-2(102)-100/19 saylı qərarı (hakimlər sədrlik edən Zakir Quliyev, Nigar Rəsulbəyova, İlqar Hüseynov) ilə kassasiya şikayəti təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 16 oktyabr 2018-ci il tarixli 2- 2(103)- 547/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

38. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Şəmkir şəhərində abadlıq quruculuq işləri çərçivəsində 2013-cü ildə Şəhidlər Xiyabanında yenidənqurma işlərinə başlanıldığı və 2014-cü ildə başa çatdırıldığı, eyni zamanda, həmin işlərin cavabdehin sifarişi əsasında iddiaçı tərəfindən yerinə yetirildiyi icra hakimiyyətinin məktubu ilə sübuta yetirilir. Subpodrat müqaviləsi üzrə iddiaçı tərəf öz öhdəliklərini tam icra etmiş, cavabdeh isə müqavilədən irəli gələn öhdəliyini icra etməmişdir. Bu səbəbdən, apellyasiya instansiyası məhkəməsi hazırkı mübahisəni həll edirkən prosessual və maddi hüquq normalarını düzgün tətbiq etmişdir.

Konstitusiya Məhkəməsinin Plenumunda ilkin icraat

39. Cavabdehin ərizəsi əsasında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2020-ci il tarixli qərarı ilə Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 2-2(102)-100/19 saylı xx.xx.2019-cu il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğu yoxlanılaraq qeyd edilən qərar Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə, habelə Mülki Prosessual Məcəlləsinin 416, 418.1-418.3-cü maddələrinə uyğun olmadığı üçün qüvvədən düşmüş hesab edilmişdir.

40. Qərarda qeyd olunmuşdur ki, Şəmkir Rayon İcra Hakimiyyəti başçısının Aparatının 2018-ci il 17 yanvar tarixli məktubuna əsasən, Şəmkir şəhərində aparılan abadlıqquruculuq işləri çərçivəsində 2013-cü ildə Şəhidlər Xiyabanında yenidənqurma işlərinə başlanılmış və 2014-cü ildə başa çatdırılmışdır. Həmin işlər cavabdehin sifarişi əsasında iddiaçı tərəfindən yerinə yetirilmişdir. Qeyd olunan məktub iddiaçı tərəfindən kassasiya şikayətinə əlavə edilmiş, birinci və apellyasiya instansiyası məhkəmələrində araşdırma predmeti olmamışdır.

41. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası həmin məktuba əsaslanaraq 2018-ci il 10 iyul tarixli qərarında göstərmişdir ki, Şəmkir şəhərində abadlıq-quruculuq işləri çərçivəsində Şəhidlər Xiyabanında yenidənqurma işləri cavabdehin sifarişi əsasında iddiaçı tərəfindən yerinə yetirilmişdir. Kassasiya instansiyası məhkəməsi həmçinin hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi subpodrat müqaviləsi üzrə tərəflərin öhdəliklərini tam icra edib-etməmələrini lazımınca araşdırmamış və cavabdehin öhdəliyin icra edilməməsinə görə məsuliyyət daşımaması barədə qənaətini əsaslandırmamışdır.

42. Göstərilənlərlə əlaqədar olaraq, məhkəmə qətnaməsinin qanunvericiliyin tələblərinə kifayət qədər əməl olunmadan çıxarılması onun ədalət mühakiməsinin qanuna uyğun olmayan aktı kimi qəbul edilməsinə əsas verir. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası mülki prosessual qanunvericiliyin normalarını və Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqelərini nəzərə almadan iddiaçı tərəfindən kassasiya şikayətinə əlavə olunmuş yeni sübutu əsas götürərək işə mahiyyəti üzrə baxmış və nəticədə qanunvericiliyin tələblərinə cavab verməyən qərar qəbul etmişdir.

43. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası isə yalnız Şəmkir Rayon İcra Hakimiyyəti başçısının Aparatının 2018-ci il 17 yanvar tarixli məktubunu əsas götürərək 2018-ci il 16 oktyabr tarixli qətnaməsində hesab etmişdir ki, subpodrat müqaviləsi üzrə iddiaçı tərəf öz öhdəliklərini tam icra etmiş, cavabdeh isə müqavilədən irəli gələn öhdəliyini yerinə yetirməmişdir. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası 2019-cu il 27 fevral tarixli qərarında mülki prosessual qanunvericiliyin tələblərinə əməl etməyərək apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulmasını yetərincə araşdırmamış, bununla da ərizəçinin Konstitusiyanın 60-cı maddəsinin İ hissəsində nəzərdə tutulmuş hüquq və azadlıqların inzibati və məhkəmə təminatı hüququ pozulmuşdur. Ali Məhkəmənin Plenumunda ilkin icraat

44. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 13-2(102)-2(k)2020 saylı xx.xx.2020-ci il tarixli qərarı ilə Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019cu il tarixli 2-2(102)-100/19 saylı qərarı və onunla bağlı Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 16 oktyabr 2018-ci il tarixli 2-2(103)- 547/2018 saylı qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir.

Apellyasiya instansiyası məhkəməsində üçüncü icraat

45. Bakı Apelyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2-2(103)-69/2021 nömrəli xx.xx.2021-ci il tarixli qərarı ilə apelyasiya şikayəti qismən təmin edilərək 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2-2 (81)-462/2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsi ləğv edilmiş; iş üzrə yeni qətnamə qəbul edilərək iddia qismən təmin edilmiş; Cavabdeh MMC-nin iddiaçı Cavabdeh MMC-nin xeyrinə 196.108,2 manat əsas borc, 23.696,3 manat illik 5 % ilə faiz məbləği, 30 manat dövlət rüsumu, cəmi 219.834,5 manat pulun tutulması qət edilmişdir.

46. Məhkəmə kollegiyası tərəflər arasında subpodrat müqaviləsindən irəli gələn öhdəlik münasibətinin mövcud olduğunun, bağlanmış müqavilələr üzrə öhdəliklərin iddiaçı tərəfindən yerinə yetirildiyinin işdəki sübutlarla təsdiq edildiyini nəzərə alaraq hesab etmişdir ki, cavabdeh tərəfindən xx.xx.2014-cü il tarixli bağlanmış subpodrat müqaviləsi üzrə görülmüş işlərin təhvil alınması və dəyərinin tam ödənilməsi ilə bağlı öhdəlik yerinə yetirilmədiyindən həmin müqavilə əsasında Şəmkir rayonu, Şəhidlər Xiyabanında görülmüş işlərə görə ödənilməmiş 196.108,2 manat məbləğində qalıq borcun cavabdehdən tutulması hissəsində iddiaçının tələbi təmin edilməlidir.

47. Cavabdehdən tələb edilən 56.391,8 manat əsas borc tələbi ilə bağlı hissədə iddianın əsaslı olduğu sübut edilmədiyindən məhkəmə hesab etmişdir ki, həmin hissədə iddia rədd edilməlidir. Belə ki, iddia ərizəsinə əlavə edilmiş, Cavabdeh MMC tərəfindən təsdiq edilməmiş, “76 saylı müqaviləyə 1 saylı Əlavə” adlı yalnız iddiaçının özü tərəfindən təsdiq edilmiş sənəddə iddiaçı tərəfindən Şəmkir rayonu, Şəhidlər Xiyabanında 10.116,4 manat dəyərində beton demontaj işləri, Şəmkir rayon İcra Başçısının göstərişi ilə isə 35.936,88 manat dəyərində əlavə işlər görüldüyü qeyd edilmişdir. Bu sənədə əsasən müqavilədən kənar görülmüş işlərin dəyəri 46.053,28 manat təşkil etdiyi halda, iddiaçı tərəfindən əlavə işlərə görə 56.391,8 manat ödəniş tələb edilir.16 oktyabr 2018-ci il tarixli 2-2(103)-547/2018 saylı qətnaməsi ilə (hakimlər sədrlik edən Valeh Ağayev, Afaq Nuriyeva, Cahangir Yusifov) apelyasiya şikayəti qismən təmin edilmiş, qətnamənin ləğv edilməsi qət edilmişdir.

48. Həmin qətnamədən cavabdeh kassasiya şikayəti vermişdir.

Kassasiya instasiyası məhkəməsində üçüncü icraat

49. Azərbaycan Respublikası Ali Məhkəmənin Kommersiya Kollegiyasının 2-2(102)- 367/2021 nömrəli xx.xx.2021-ci il tarixli qərarı (hakimlər sədrlik edən Kəmalə Abiyeva, Bəhram Məmmədli, Bəhman Qəribov) ilə kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 23 aprel tarixli 2-2(103)- 69/2021 saylı qətnaməsi cavabdehin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

50. Kollegiya hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq edilmiş, qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir.

51. Kollegiya qeyd etmişdir ki, iddiaçı tərəfindən məhkəməyə ödənişin gecikdirilmiş əsas borc məbləğindən cavabdehin faydalanaraq gəlir əldə etməsi barədə hər hansı sübut təqdim edilmədiyindən, apellyasiya instansiyası məhkəməsi tərəfindən bank uçot faizi ilə 91.531 manat əldən çıxmış faydanın tutulması hissəsində iddia təmin edilməmişdir. Başqa sözlə, apellyasiya məhkəməsi tərəfindən MM-in 449-cu maddəsinin tələbi baxımından cavabdehdən pulun tutulması barədə iddiaçının tələbi təmin edilməmişdir. Belə olan halda, cavabdehin ona qarşı tələbin təmin olunmadığı hissədə maddi hüquq normasının düzgün tətbiq edilməməsinə istinadı əsassızdır.

52. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçı tərəfindən subpodrat işlərinin 2014-cü ildə təhvil verildiyi işin materialları ilə təsdiq edilsə də, işlərin hansı ayda yekunlaşdığı barədə məlumat yoxdur. Buna görə də icranın başa çatma müddəti 2014-cü ilin sonuncu ayı-dekabr ayı qəbul edilmiş, iddiaçı tərəfindən iddia tələbinin həcminin artırılması barədə ərizə verildiyi 2017-ci il 15 may tarixədək 196.108,2 manat əsas borcun ödənilməsinin gecikdirildiyi 29 ay üçün cavabdehdən iddiaçının xeyrinə illik 5%-lə 23.696,3 manatın pul tutulması, faizlə bağlı tələbin qalan hissədə təmin edilməməsi nəticəsinə gəlinmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin həmin nəticəsi MM-in 445.7-ci maddəsinin tələbinə uyğun olmuşdur.

Konstitusiya Məhkəməsinin Plenumunda ikinci icraat

53. Cavabdehin ərizəsi əsasında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2022-ci il tarixli qərarı ilə Ali Məhkəmənin Kommersiya Kollegiyasının 2-2(102)-367/2021 nömrəli xx.xx.2021-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğu yoxlanılaraq qeyd edilən qərar Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə, habelə Mülki Prosessual Məcəlləsinin 416, 418.1-418.3-cü maddələrinə uyğun olmadığı üçün qüvvədən düşmüş hesab edilmişdir.

54. Qərarda qeyd olunmuşdur ki, Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2020cİ il tarixli Qərarındakı hüquqi mövqeyinə zidd olaraq, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası 23 aprel 2021-ci il tarixli qətnaməsində təkrarən Şəmkir Rayon icra Hakimiyyəti başçısının Aparatının 2018-ci il 5 oktyabr tarixli məktubunu rəhbər tutaraq İddiaçı MMC-nin iddiasını qismən təmin etmişdir. Apellyasiya instansiyası məhkəməsi təkrarən Şəmkir Rayon icra Hakimiyyəti başçısının Aparatının 2018-ci il 5 oktyabr tarixli məktubuna istinad edərkən bu sübutun birinci instansiya məhkəməsində təqdim edilməməsinin səbəblərini də aydınlaşdırmamışdır.

55. Göstərilənlərlə yanaşı o da qeyd olunmalıdır ki, Bakı Apellyasiya Məhkəməsinin X2 Rayon İcra Hakimiyyətinə ünvanladığı 12 mart 2021-ci il tarixli məktubunda həmin qurum tərəfindən məhkəməyə göndərilən 17 yanvar və 5 oktyabr 2018-ci il tarixli məktublarda 2014-cü ildə "Vüqar-A” MMC tərəfindən yerinə yetirilməsi iddia edilən təmir-bərpa işlərinin görülməsi üçün mübahisə tərəflərindən hər hansı birinə Şəmkir rayon İcra Hakimiyyəti tərəfindən sifarişin verilib-verilməməsi, həmçinin maliyyə vəsaitinin ayrılmasının müxtəlif sponsorlar və Şəmkir sahibkarları tərəfindən həyata keçirilməsi ilə bağlı bir-birinə uyğun gəlməyən məlumatların əks olunduğu göstərilmişdir. Bununla bağlı Şəmkir Rayon İcra Hakimiyyətinin rəsmi mövqeyinin açıqlanması xahiş edilmişdir. Buna baxmayaraq apellyasiya instansiyası məhkəməsi Şəmkir Rayon icra Hakimiyyətinin rəsmi mövqeyini gözləmədən həmin yerli icra hakimiyyəti orqanının 17 yanvar və 5 oktyabr 2018-ci il tarixli məktublarına istinad etməklə iddia edilən işlərin "Vüqar-A” MMC tərəfindən yerinə yetirildiyi qənaətinə gəlmişdir.

56. Həmçinin, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli müqavilələrin əslinin məhkəməyə təqdim edilməməsi, müqavilələri səlahiyyətli şəxslərin imzalamaması və s. ilə bağlı Cavabdeh MMC tərəfindən irəli sürülmüş dəlillərə hər hansı hüquqi qiymət verilməmişdir. Halbuki Konstitusiya Məhkəməsinin Plenumu dəfələrlə öz qərarlarında qeyd etmişdir ki, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (N.Babayevin şikayəti üzrə 2011-ci il 28 dekabr və H.Cəfərovun şikayəti üzrə 2019-cu il 14 fevral tarixli Qərarlar).

Ali Məhkəmənin Plenumunda ikinci icraat

57. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 13-2(102)-4(k)2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə Ali Məhkəmənin Kommersiya Kollegiyasının 2-2(102)- 367/2021 nömrəli xx.xx.2021-ci il tarixli qərarı və onunla bağlı Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)-69/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə ləğv edilmiş və iş yenidən baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

58. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi nümayəndəsi-vəkili Nümayəndə2 bildirmişdir ki, tərəflər arasında sürətlə müqavilələr bağlanılmış, surətlə işlər görülmüş, 3 smendə işlər görülmüşdür. İddiaçı MMC 24 saat ərzində işləmişdir. İş materiallarına fotoşəkillər əlavə edilmişdir. Sahibkar həmin təmir işləri ilə əlaqədar kredit götürmüşdür, sahibkar bu kreditə görə evini itirdi, obyektini itirdi, hazırda çox pis vəziyyətdədir. Qarşı tərəf kifayət qədər imkana malikdir. Əgər müqavilə bağlanılır və iş görülürsə, pulu da verilməlidir. Orada bu qədər insan işləmişdir, fəhlə işləmişdir, onların axır-axırda əmək haqqları ödənilə bilmirdi. Hüquqlarını müdafiə etdiyi şəxsin təmsilçisi birinci qrup əlildir, yeriyə bilmir. Pulun bir qismi Cavabdeh MMC tərəfindən ödənilmişdir, lakin bununla bağlı rəsmi sənədlər yoxdur. Cavabdeh MMC-nin podrat müqaviləsi yox idisə, niyə subpodrat müqaviləsi bağlayırdı? Faktiki olaraq iş görülmüşdür. Subpodrat müqaviləsinin notarial qaydada təsdiq olunmuş surətləri məhkəməyə təqdim olunmuşdur. İddiaçı MMC-nin mükəmməl hüququşünası, mühasibi yoxdur, təsisçi özü birinci qrup əlildir, yeriyə bilmir. Bundan başqa qarşı tərəf şirkətin faktiki rəhbərlərinə etibar etmişdir. Pulun bir qismi Cavabdeh MMC-nin rəhbəri tərəfindən verilmişdir. Sorğuda sual yanlış qoyulmuşdur. Təmirlə bağlı ayrılmış vəsait barədə hansı podartçı ilə müqavilə bağlanmışdır. Podratçı müəyyən edilməlidir. Cavabdeh MMC-nin İcra Hakimiyyəti ilə hər hansı podrat müqaviləsi yoxdursa onlarla niyə müqavilə bağlanmışdır. Bu vəsaitin Maliyyə Nazirliyində uçotu aparılmır. Müəyyən edilməlidir ki, Şəhidlər Xiyabanında təmir işləri hansı şirkət tərəfindən həyata keçirilmişdir.

59. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətini əsassız hesab etdiyini bildirərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Qeyd etmişdir ki, 2014-cü ildə Şəmkir rayonunda Şəmkir Rayon İcra Hakimiyyətinin sifarişi ilə işlər görülübdür. Şəhidlər Xiyabanın, çörək zavodunun və bir neçə digər obyektlərin təmir edilməsi ilə bağlı işlər görülmüşdür və o işlərin sifarişçisi cavabdeh olmamışdır. İcra Hakimiyyətinin sifarişi əsasında açılışa görə bir neçə yerə işlər görülməsi üçün tapşırıqlar olur. İddiaçı MMC Şəmkir rayonunda sahibkarlardan biridir. Bu işlərdən biri də İddiaçı MMC-yə həvalə edilibdir. İş Ali Məhkəmədə olarkən İddiaçı MMC məhkəməyə Şəmkir Rayon İcra Hakimiyyətinin iş görməsinə dair məktub verildi. İş apellyasiya instansiyası məhkəməsinə qaytarıldı. İş apellyasiya məhkəməsində olarkən tərəfindən Şəmkir Rayon İcra Hakimiyyətinin üçüncü şəxs qismində cəlb edilməsinə dair vəsatət verildi. Buna baxmayaraq Şəmkir Rayon İcra Hakimiyyəti məhkəmə iclaslarına gəlmədi. Eyni zamanda Şəmkir Rayon İcra Hakimiyyəti birinci məktuba tamamilə zidd olan növbəti bir məktub verdi. İş üzrə Konstitusiya Məhkəməsində 2019-cu ilin dekabr ayında iclas oldu və bütün məsələlərə yenidən baxılaraq iş Bakı Apellyasiya Məhkəməsinə göndərildi. Apellyasiya Məhkəməsində hakimlər sənədlərin əsllərini istədi, lakin qarşı tərəf sənədlərin əsllərini təqdim edə bilmədi. İş materiallarında CD disk mövcuddur. Belə ki, qarşı tərəf bildirir ki, 2014-cü ilin axırlarında noyabr-dekabr aylarında aralarında müqavilə olmuşdur və onlara pul verməlidilər. Açılış isə 2014-cü ilin noyabr ayında olmuşdur. Əgər açılış noyabr ayında olmuşdursa, necə olur ki, dekabr ayında müqavilə bağlansın?! Artıq noyabr ayında orada hər şer hazır idi. Təqdim olunan müqavilələr dekabr ayında bağlanmış müqavilələrdir. Həmin vaxt qarşı tərəfə bildirmişdir ki, həmin pul Şəmkir Rayon İcra Hakimiyyətindən alınmalıdır. Cavabdeh MMC qarşı tərəfin dediyi kimi bu işlərlə bağlı təsis olunmamışdır, Cavabdeh MMC 2005-2006-cı illərdə təsis olunmuşdur. Daha sonra Cavabdeh MMC-nin özündə vergi yoxlaması oldu. 2016-cı ildə Cavabdeh MMC-nin özünün vergi borcları ilə məhkəməyə iddia qaldırmışlar. İlk dəfə iş başlayanda iddiaçı tərəfə bildirdi ki, siz cavabdehi düz seçin, onlar cavabdeh deyillər. İddiaçı bildirir ki, ödəniş olubdur. Bəs ödəniş hardadır? Kim ödəyibdir? Dəfələrlə məhkəmə həmin müqavilələrin əslini tələb etmiş, axırıncı dəfə apellyasiya instansiyası məhkəməsində də işə baxılan zaman proses iddiaçının həmin müqavilənin əslini məhkəməyə təqdim etməsi üçün təxir olmuşdur. Lakin əslini təqdim edə bilmədilər. Təqdim edilmiş müqavilədə imza, möhür yoxdur, smeta, təhvil təslim aktı, forma iki yoxdur. İki şirkət arasında iş görüləndə ən azından onun forma 2, forma 9, ən azından qarşılıqlı üzləşmə aktı olmalıdır. Lakin burada heç biri yoxdur. Qarşı tərəf məktubu vurğulayır, lakin həmin məktub icra hakimiyyəti tərəfindən deyil, hansısa şöbənin adından göndərilibdir. İş materiallarında 3 məktub vardır, onların ikisində qeyd edilib ki, orada müxtəlif şirkətlər tərəfindən iş görülübdür, onların xəbəri yoxdur. X9, nə mühasibatlıq, nə hüquq şöbəsi deyildir, əsaslı şöbə deyildir ki, hər hansısa işin görülməsi barədə məlumat versin. Cavabdeh MMC adından həmin müəssisəyə hər hansı pul verilməmişdir. Köçürmə barədə elektron qaimə yoxdur. Konstitusiya Məhkəməsi tərəfindən bu işə iki dəfə baxılmışdır. Birinci dəfə onların iştirakı ilə, ikinci dəfə isə iştirakları olmadan baxılmışdır. Müqavilə onların tərəfindən bağlanmamışdır. Bütün şikayətlərində müqavilənin onlar tərəfinən bağlanmadığını bildirmişdir. İş apellyasiya instansiyası məhkəməsinin icraatında olan zaman protokolda qeyd olunan və qətnamədə istinad olunan “bu işlərin sahibi biz olmamışıq, yəqin göstəriş olub və müqavilə balamışıq” ifadəsi ona məxsus deyildir. İddiaçı MMC tərəfindən təqdim edilmiş sənədlər müqavilənin əsli deyildir. Müqavilədə onlar tərəfindən möhür olmayıbdır. Onlarla müqavilə bağlanmamışdır. Tərəflərindən iddiaçıya heç bir ödəniş edilməmişdir.

Apellyasiya baxışının hədləri

60. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

61. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

62. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.

63. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv olunması, iddianın təmin olunması xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsinin

64.385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

65. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icraedilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 66.443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 67.445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün vəgecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 68.445.7-ci maddəsinə əsasən, Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digərəsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. 69.448.1-ci və 448.2-ci maddələrinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə,borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və yahərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 70.449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyunqaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. 71.752.1-ci və 752.2-ci maddələrinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icraetməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. 72.759.2-ci maddəsinə görə, əgər sifarişçi tərəfindən müqaviləyəbilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. 73.769-cu maddəsinə əsasən, əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. 74.770-ci maddəsinə əsasən, Əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır.

Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 75.Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz (9-cu maddə). 76.Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (14.1 və 14.2-ci maddə). 77.Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (88, 217.1 və 217.3-cü maddələri). 78.Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsitərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın (372.2-ci maddə).

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

79.Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 80.Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. 81.Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə 2018-ci il 11 iyun tarixli Qərarında qeyd edilmişdir ki, tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyi icra etməməsinə görə məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir. 82.Nəzərə alınmalıdır ki, digər konsensual müqavilələrdən fərqli olaraq, subpodrat müqaviləsi bağlandığı andan icra edilə bilməz, çünki işlərin görülməsi ilə bağlı müəyyən vaxt sərf etmək lazımdır ki, tələb olunan nəticə əldə edilsin. Podrat müqaviləsinin predmetini görülmüş işlərin nəticələri təşkil edir. İşlərin görülməsi, podratçının öz vəzifəsinin icra edilməsi üçün ilk öncə müqavilə bağlanılır, burada hansı işlərin görülməsi (podratla bağlı smetanın tərtibi) və müddəti müəyyən edilir. Mülki Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 83.İş materiallarından görünür ki, iddiaçı subpodrat müqavilələri üzrə işlərin nəticələrinin təhvil verildiyinə istinad etməklə bunun müqabilində razılaşdırılmış muzd ödəməyi tələb edir, cavabdeh isə müqavilə üzrə görülməli işlərin onunla razılaşdırılmasını, nəticələrinin təhvil verilməsini inkar edir. Belə olan halda hazırda araşdırılmalı olan məsələlər iddiaçı tərəfindən iddia edilən işlərin subpodrat müqavilələri üzrə sifarişçi olan cavabdeh ilə razılaşdırılaraq icra edilib-edilməməsi, mübahisə predmetini təşkil edən yenidənqurma və abadlıq işlərinin iddiaçı tərəfindən kimin sifarişi əsasında və hansı müqavilə münasibətləri çərçivəsində yerinə yetirilməsi faktı təşkil edir.

84. Sübutetmə vəzifələrinin bölüşdürülməsinə və sübutların qiymətləndirilməsinə dair prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq subpodrat müqavilələri üzrə görülmüş işlərin nəticələrinin sifarişçiyə təhvil verilməsini, göstərilən xidmətlərin həcmini sübut etmək yükü iddiaçının üzərinə düşür. 85.Buna baxmayaraq iddiaçı tərəfindən subpodrat müqavilələri üzrə işlərin təhvil verilməsi ilə bağlı hər hansı sübut (məsələn, tərəflər arasındakı yazışmalar, əgər podratçı işi öz materialları ilə icra edibsə, həmin materialların alınmasına dair və s.) məhkəməyə təqdim edilməmiş, bununla da subpodrat müqavilələrindən irəli gələn cavabdehin muzd ödəmək öhdəliyinin əmələ gəldiyini sübut edə bilməmişdir. Halbuki, tərəflər arasında bağlanmış 2014-cü il 24 dekabr tarixli müqavilənin 1.2-ci bəndinə əsasən, göstərilən xidmətlərin həcmi bu müqaviləyə əlavə edilən xidmət aktı ilə müəyyənləşdirilməli, bu müqavilə üzrə xidmət haqqının miqdarı müqavilənin tərkib hissəsi olan xidmətlərin göstərilməsinə dair Forma 2 qeyd edilməlidir. 86.Təmir-bərpa işlərinin nəticələrinin cavabdehə təhvil (mərmər-qranit materialları ilə) verilməsi, o cümlədən cavabdeh tərəfindən əvvəllər iddiaçıya 252.500 manat pul vəsaitinin ödənilməsi də heç bir mötəbər sübutla təsdiq olunmur. Tələb edilən əsas borcun 252.500 manat olduğu iddiaçı tərəfindən irəli sürülsə də, Şəmkir rayonu Şəhidlər Xiyabanında, “X4”, Şəmkir rayonu Zabitlər Parkında və Şəmkir rayonu Heydər Əliyev kompleksində təmir-bərpa işlərin (mərmər-qranit materialları ilə) görülməsinə dair smeta tərəflər arasında tərtib və təsdiq edilməmişdir. 87.Bundan başqa mərmər, qranit işləri ilə bağlı görülmüş işlər və onların dəyəri yazılı sübutlarla (“Forma 2” aktlar, iddiaçının işlərin görülməsi ilə bağlı çəkdiyi xərcləri təsdiq edən ödəniş sənədləri və s.) öz təsdiqini tapmalı idi. İş materiallarına əlavə edilən smeta təsdiq edilməmiş, yalnız cavabdehin möhürü əks edilmişdir. 1 saylı Əlavədə müqavilə iştirakçıları tərəfindən imza ilə təsdiq edilməmiş, yalnız iddiaçının möhürü əks edilmişdir. Görülən işlərin təhvil-təsliminə dair heç bir Forma 2 və sair sənədin olmaması da tərəflərin işini qanunun tələbləri əsasında qurmadığına yaxud maraqlı olmadığına dəlalət edir ki, bundan irəli gələn məsuliyyət də qanunun tələblərinə əməl etməyənə aiddir. Halbuki, hüquq münasibətlərinin xarakteri və subyektiv tərkibi nəzərə alınmaqla kommersiya münasibətləri daha ətraflı və müfəssəl tənzimləmə tələb edir.

88. Məhkəmə kollegiyası tərəfindən yuxarı instansiya məhkəməsinin qeyd etdiyi məsələlər üzrə araşdırmanı tam və dolğun şəkildə aparılması üçün həmçinin mübahisəli müqavilələrin əslinin məhkəməyə təqdim edilməsi tələb edilmiş, lakin iddiaçı məhkəmənin bu tələbini təmin edə bilməmişdir.

89. Halbuki Konstitusiya Məhkəməsinin Plenumu dəfələrlə öz qərarlarında qeyd etmişdir ki, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (N.Babayevin şikayəti üzrə 2011-ci il 28 dekabr və H.Cəfərovun şikayəti üzrə 2019-cu il 14 fevral tarixli Qərarlar).

90. Məhkəmə kollegiyası həmçinin, 2014-cü ildə İddiaçı MMC tərəfindən yerinə yetirilməsi iddia edilən təmir-bərpa işlərinin görülməsi üçün mübahisə tərəflərindən hər hansı birinə Şəmkir rayon İcra Hakimiyyəti tərəfindən sifarişin verilib-verilməməsi, həmçinin maliyyə vəsaitinin ayrılmasının müxtəlif sponsorlar və Şəmkir sahibkarları tərəfindən həyata keçirilməsi ilə bağlı bir-birinə uyğun gəlməyən məlumatların əks olunduğu məktubların araşdırılması məqsədilə Şəmkir Rayon İcra Hakimiyyətinin rəsmi mövqeyini öyrənmək üçün məhkəmə iclasıni bir neçə dəfə təxirə salmış, müvafiq sorğular ilə müraciət etmişdir.

91. Lakin məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq Şəmkir rayon İcra Hakimiyyəti nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəməyə göndərdiyi 2023-cü il 9 oktyabr tarixli, 5-76/2-9-27- 438/2023 saylı məktubla İddiaçı MMC və “Lider Monolit" MMC arasında bağlanılmış 41 nömrəli, 10 oktyabr 2014-cü il tarixli, 117 nömrəli, 24 dekabr 2014-cü il tarixli və 118 nömrəli, 27 dekabr 2014-cü il tarixli subpodrat müqavilələri ilə bağlı Şəmkir rayon İcra Hakimiyyətində heç bir məlumat saxlanılmadığını bildirmişdir.

92. Bununla da Şəmkir şəhərində abadlıq-quruculuq işləri çərçivəsində yenidənqurma işlərinin məhz Cavabdeh MMC-nin sifarişi əsasında İddiaçı MMC tərəfindən yerinə yetirildiyini müəyyən etmək mümkün olmamışdır. İddiaçı tərəfindən verdiyi kassasiya şikayətinə əlavə edilmiş Şəmkir rayon İcra Hakimiyyətinin tərtib etdiyi xx.xx.2018-ci il tarixli məktubu da məhkəmə kollegiyası ziddiyyətli olduğu və sübutun birinci və ya apellyasiya instansiyası məhkəmələrində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırılmadığı üçün mötəbər saymamışdır, bununla da qeyd edilən məktub gecikmiş sübut kimi nəzərə alınmaqla sübutlar siyahısından çıxarılmalıdır.

93. İddianın “müqavilələr üzrə yaranmış əsas borcun ödənilməsi” hissəsində rədd edilməli olması barədə gəldiyi qənaətin əsaslarına uyğun olaraq məhkəmə kollegiyası bu tələbdən doğan digər tələbləri (Mülki Məcəllənin 449-cu maddəsinə əsasən Mərkəzi bankın uçot dərəcəsi ilə əldən çıxmış faydanın tutulması) ilə əlaqədar münasibət bildirməsini ümumiyyətlə zəruri hesab etməyərək özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipi ilə əsalandırır.

94. MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

95. Beləliklə, birinci instansiya məhkəməsi hazırkı işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq və işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verməmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq etmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissədə ləğvi, yaxud dəyişdirilməsi üçün əsas təşkil etmir.

96. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2-2(81)-462/2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar