Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-451/2024 12.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Şirinovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışova və Raqib Əliddin oğlu Qurbanovdan ibarət tərkibdə, Eyvazlı Aytac Rafael qızının katibliyi, İlkin iddia üzrə cavabdehlər Cavabdeh1 MMC-nin nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil4, İlk iddia üzrə iddiaçının nümayəndəsi Nümayəndə, Müstəqil tələb irəli sürən üçüncü şəxs X3 nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İlk iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı pul, müstəqil tələb irəli sürən üçüncü şəxs X3 cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı pul və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 cavabdeh İddiaçınə qarşı pul tələblərinə dair kommersiya işi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)- 15/2023 nömrəli qətnaməsindən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, ilkin iddia üzrə Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil4 və ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddiaçı Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı (İddiaçı MMC) cavabdehlər Cavabdeh1nə (Cavabdeh1 MMC) və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 542159,35 ABŞ dolları məbləğində vəsaitin ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə ifadə olunan ekvivalentinin Cavabdeh1 MMC-dən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Həmçinin İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək (e-2-2(113)- 877/2021 saylı iş) ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsinə uyğun olaraq 343921,56 ABŞ dolları məbləğində vəsaitin Azərbaycan manatı ilə ifadə olunan ekvivalentinin Cavabdeh1 MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. Bakı Kommersiya Məhkəməsinin 18 mart 2021-ci il tarixli, e-2-2(113)-877/2021 saylı qərardadına əsasən İddiaçı MMC-nin Cavabdeh1 MMC-yə qarşı pul tələbinə dair e-2- 2(113)-877/2021 saylı işin İddiaçı MMC-nin Cavabdeh1 MMC-yə qarşı pul tələbinə dair digər işlə bir icraatda birləşdirilməsi qərara alınmışdır.
4. Cavabdeh1 MMC qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin onun xeyrinə ipoteka ilə yüklü edilməsi, İddiaçı MMC-dən ******* ABŞ dolları əsas, 475576 ABŞ dolları faiz, ümumilikdə cəmi ******* ABŞ dollarının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Bakı Kommersiya Məhkəməsinin 20 avqust 2021-ci il tarixli, e-2-2(113)-640/2021 saylı qərardadına əsasən müstəqil tələbi irəli sürən üçüncü şəxs X3 iddia ərizəsi icraata qəbul edilmişdir.
6. İddiaçı MMC və müstəqil tələbi irəli sürən üçüncü şəxs X7 iddia tələbini dəqiqləşdirərək 886080,91 ABŞ dolları məbləğində pul vəsaitinin "xxxx" MMC və Cavabdeh2 tutularaq İddiaçı MMC və X4 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddiaçı MMC və müstəqil tələbi irəli sürən üçüncü şəxs X7 Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə “iddia tələbinin həcminin artırılması” barədə ərizə verərək, ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsinə uyğun olaraq 1018032,61 ABŞ dolları məbləğində vəsaitin Azərbaycan manatı ilə ifadə olunan ekvivalentinin və 56787,55 manat məbləğində pul vəsaitinin iş üzrə cavabdehlər Cavabdeh1 MMC-dən və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı MMC-yə və müstəqil tələb irəli sürən üçüncü şəxs X4 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Cavabdeh1 MMC qarşılıqlı iddia tələbinin həcmini artıraraq, ilkin iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddia tələbinin təmin edilərək cavabdeh-qarşılıqlı iddiaçı Cavabdeh1 MMC-nin xeyrinə iddiaçı-qarşılıqlı cavabdeh İddiaçı MMC-dən ******* ABŞ dolları əsas, ******* ABŞ dolları faiz olmaqla, ümumilikdə cəmi ******* (yeddi milyon üç yüz iyirmi altı min beş yüz yetmiş səkkiz) ABŞ dolları məbləğin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-15/2023 nömrəli qətnaməsi ilə İddiaçı iddiasının qismən təmin edilməsi, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 862443 ABŞ dolları məbləğində pul manatın ödəniş gününə məzənnə nisbəti ilə tutularaq İddiaçınə ödənilməsi, İddiaçı iddiasının qalan hissədə təmin edilməməsi, müstəqil tələb irəli sürən üçüncü şəxs X3 iddiasının təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilməməsi qət edilmişdir.
3. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-15/2023 nömrəli qətnaməsinin ilk iddianın təmin edilməməsi hissəsində ləğv edilərək, iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddiaçı Cavabdeh1 apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-15/2023 nömrəli qətnaməsinin ilk iddia tələbinin təmin olunan hissəsində və qarşılıqlı iddia tələbinin rədd edilməsi hissəsində ləğv edilməsini, ilk iddia tələbinin və müstəqil tələb irəli sürən üçüncü şəxsin iddialarının rədd edilməsini, qarşılıqlı iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
5. İlkin iddia üzrə Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil4 apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-15/2023 nömrəli qətnaməsinin ilk iddia tələbinin təmin olunan hissəsində ləğv edilməsini, ilk iddia tələbinin və müstəqil tələb irəli sürən üçüncü şəxsin iddialarının rədd edilməsini xahiş etmişdir.
6. Apellyasiya icraatı zamanı ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddiaçı Cavabdeh1 apellyasiya şikayətinə əlavələr təqdim etmişdir.
APELLYASİYA ŞİKAYƏTLƏRİNİN, ƏLAVƏLƏRİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
a) Apellyasiya şikayətlərinin dəlilləri
7. İlk iddiaçının apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İş materiallarından da göründüyü kimi, cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 İddiaçı MMC ilə bağladığı və mübahisə predmeti olan hər iki layihə ilə əlaqədar podrat müqavilələri üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş və ya lazımi şəkildə yerinə yetirməmiş, bununla bağlı iddiaçı digər şirkətlərlə müqavilə bağlamaq məcburiyyətində qalaraq cavabdehlərin görmədiyi və ya ciddi nöqsan və qüsurlarla görmüş olduğu işləri həmin şirkətlərə həvalə etməsi, bununla da cavabdehlərin müqavilə şərtlərini (müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini pozması) pozması nəticəsində maddi ziyana uğramışdır. Lakin bütün bu qeyd olunanlara baxmayaraq, birinci instansiya məhkəməsi bu kimi halların hamısını araşdırmadan, ilkin iddia üzrə iddiaçının iddiasını qismən təmin etmişdir. Qətnamə maddi və prosessual normaların pozulması ilə qəbul edilmişdir.
8. İlk iddia üzrə Cavabdeh2 apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, podrat müqaviləsinin əsas xüsusiyyətlərindən biri müqavilənin tərəfi olan podratçının həmin müqavilənin digər tərəfi olan sifarişçinin xeyrinə hər hansı bir işi görməsidir. Belə ki, podrat müqaviləsindən irəli gələn öhdəlik təkcə hər hansı əmlakın verilməsini deyil, həm də həmin əmlakın yaradılması üzrə podratçının iş fəaliyyətini ehtiva edir. Podrat müqaviləsi bağlanarkən tərəflərin məqsədi müəyyən hüquqi nəticənin əldə edilməsi ilə birbaşa əlaqəlidir. Məhz bu səbəbdən podrat müqavilələrinin əsasını hüquqi məqsəd və hüquqi nəticə təşkil edir. Tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edibetməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyi icra etməməsinə görə məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir. Həmçinin bağlanan podrat müqaviləsinin tərəfi Cavabdeh2 olmadığından podrat münasibətlərindən irəli gələn öhdəliklərinin icrasına görə məsuliyyət daşıya bilməz. Belə ki, Cavabdeh2 digər cavabdeh olan Cavabdeh1 MMCnin təsisçisidir. Hazırki mübahisə üzrə iş materiallarına əlavə olunmuş 21 iyun 2016-cı il tarixli, 909/403-16 nömrəli podrat mü qaviləsi istisna olmaqla, digər podrat müqavilələri yalnız iddiaçı və Cavabdeh1 MMC arasında bağlandığından hüquqi baxımdan Cavabdeh2 üçün hər hansı hüquq və vəzifə, öhdəlik yaratmamışdır. Qısacası bu podrat müqavilələri Cavabdeh2 iradə ifadəsi olmadan, yəni onun iştirakı olmadan bağlanmış, o müqavilələrin tərəfi olmamışdır. Göründüyü kimi müvafiq podrat müqavilələrinin subyekti Cavabdeh2 olmadığından ondan bu müqavilələr üzrə hər hansı xidmətin göstərilməsi və ödəniş tələblərinin heç bir hüquqi əsası yoxdur. İddiaçı tərəfindən təqdim olunan email yazışmalar, proformalar və invoyslar Cavabdeh2 iradə ifadəsini təşkil edə bilməz. Həmin sübutlar üzrə onun hansı bank hesabına köçürmə olduğunu, hansı xidmət əsasında hansı vəsaitin köçürüldüyünü təsdiq edən sənəd məhkəməyə təqdim edilməyib. Məhkəmə Bakı şəhəri 52 saylı notariat ofisinin xüsusi notariusu təsdiq edilmiş xx.xx.2018-ci il tarixli təhvil-təslim aktından görünür ki, Bakı şəhəri, Bilgəh qəsəbəsində yerləşən yaşayış evinin, Almaniya istehsalı olan mis materialından hazırlanmış suaxıtma boruları və aksessuarları üçün ödənilən 60000 (altmış min) ABŞ dolları məbləğinin ödənilməsini təhvil verən qismində X11 oğlu, təhvil alan qismində isə Cavabdeh1 MMC adından Bağırov Fəxrəddin Bağır oğlu imzası ilə təqdim olunmuş sənədə qiymət vermişdir. X5 iddiaçı və yaxud heç məhkəmə tərəfi olmadığı halda onların arasında sənədə qiymət vermişdir. Bu 52 saylı notarius tərəfindən sadecə tərcümə təsdiq edilib, həmin sənədin təsdiqi mövcud deyildir. Həmçinin müqavilə tərəfi olmayan X8 ilə arasında olan Bakı şəhəri 52 saylı notariat ofisinin xüsusi notariusu tərcümə təsdiq edilmiş, ödəniş və daxil olmaların nəzarət vərəqindən görünür ki, xx.xx.2017-ci il tarixdə Əhmədov Fərəc tərəfindən 100000 (yüz min) ABŞ dolları məbləğində pul vəsaiti nəğd şəkildə ödənilməsini sübut kimi qiymətləndirilmişdir. Məhkəmə Rusiya Federasiyasının hüquqi şəxsi olan “Lyuks İnteriors” şirkətlər qrupuna daxil olan "xxxx" MMC-nin ekspert mütəxəssisləri tərəfindən görülmüş işlərin keyfiyyətinin və kəmiyyətinin təftişi (auditi) aparılmış və bunların nəticəsinə dair tərtib olunmuş 31 iyul 2020-ci il tarixli mütəxəssis rəyini əsas götürərək iddianı qismən təmin etmişdir. Halbuki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/7021 saylı və xx.xx.2023-cü il tarixli, 10/8221 saylı ekspert rəylərinə istinad etməmişdir. Bunun səbəbini məhkəmə aktında izahını verməmişdir. Tanınmayan və ümumiyyətlə reystrdə olmayan mütəxəsis rəyinə istinad edilmişdir. Məhkəmə bir neçə cavabdeh barədə qətnamə çıxardıqda, cavabdehlərdən hər birinin qətnaməni hansı hissədə yerinə yetirməli olmasını və ya onların məsuliyyətlərinin müştərək olmasını göstərməlidir. Məhkəmə qətnamə qəbul edərkən “Armadil Group“ MMC və Cavabdeh2 münasibətdə onların müştərək məsuliyyətinin olmasının hansı əsas olduğunu bildirməmişdir.
9. Qarşılıqlı iddiaçının apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə qətnaməsinin tətbiq olunan sübutlar hissəsində 21 may 2015-ci il tarixli, 21 iyun 2016-cı il tarixli, 22 sentyabr 2017-ci il tarixli 909Ə502-17 nömrəli podrat müqavilələrinə istinad edilir ki, həmin müqavilələr üzrə tərəflər arasında mübahisə yoxdur və mübahisələndirilmir. Başqa sözlə həmin müqavilələrin mübahisəyə aidiyyəti yoxdur. Bu onunla təsdiq edilir ki, ilk iddia ərizəsində, eləcə də iddiaçı tərəfindən təqdim edilən pretenziya məktublarında belə bir müqavilədən bəhs edilmir. Buna baxmayaraq, məhkəmə nədənsə həmin müqavilələri sübut kimi qiymətləndirmiş, ancaq işin hansı halını təsdiq etdiyini müəyyən etməmişdir. Bundan başqa iddiaçı tərəfindən təqdim edilən proforma-invoys və ödəniş tapşırıqları qismində təqdim etdiyi məlumatlar (qətnamənin 29-30-cu abzası) ödənişi təsdiq edən yazılı sübut kimi məhkəmə tərəfindən qəbul edilməsi ciddi qanun pozuntusudur. Həmin sənədlərin əsli olmadan, notarial qaydada təsdiq edilmədən mövcudluğu işin heç bir halını təsdiq edə və məhkəmə tərəfindən sübut kimi qəbul edilə bilməz. Bununla bağlı prosessual qanunvericiliyin tələbləri aydındır və qətidir. Həmçinin qətnamənin 31-ci abzasında göstərilir ki, Bakı şəhəri 52 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2018-ci il tarixli təhvil-təslim aktı ilə Almaniya istehsalı olan mis materiallarından hazırlanmış suaxıtma boruları və aksessuarları üçün X8 ilə Armadil Group MMC adından Cavabdeh2 arasında 60.000 ABŞ dolları pul vəsaitinin təhvil-təslimi olmuşdur. Əvvəla göstərilən təhvil-təslim aktı notarius tərəfindən təsdiq edilməyib. İkincisi həmin aktda təhvil verən şəxsin hazırki mübahisə ilə əlaqəsi yoxdur. Üçüncüsü aktda göstərilən malın hansı müqavilə və hansı layihə ilə bağlı alınması göstərilmir. Göstərilən faktın isə iddia tələbinin təmin edilən hissəsində işin hansı halını müəyyən etdiyini göstərilmir. Dördüncüsü isə ümumiyyətlə belə bir halın mövcud olub-olmamasına digər Cavabdeh2 və aktda adı çəkilən şəxs tərəfindən münasibət bildirilməlidir. İş üzrə qəbul edilmiş qətnamənin 44-cü abzasında məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış podrat müqavilələri (iddia ərizəsində göstərilən) üzrə işlər qismən görülmüş, qismən də müvafiq ödənişlər edilmişdir. Həmçinin işlərin qismən qüsurlu görülməsi müəyyən olunmuşdur. Beləliklə, işə baxan birinci instansiya məhkəməsi haqlı olaraq, qarşılıqlı cavabdeh tərəfindən işlərin qismən görülməsi qənaətinə gəlmişdir. Əsas və sübut kimi iddiaçı tərəfin etiraf və təsdiqedici izahatı, iddia ərizəsində göstərilən podrat müqavilələri, eləcə də iş üzrə təyin edilmiş tikinti-texniki ekspertizalarının rəyinə istinad etməklə məhkəmə düzgün qənaətə gəlmişdir. İşlərin qismən görülməsi dedikdə, məhkəmə tikinti-texniki ekspertiza tədqiqatının nəticəsi olaraq, 10/7021 nömrəli, 17 avqust 2022-ci il tarixli ekspert Rəyinə görə iki laylı darvazanın və 4 ədəd qapının hazırlandığı, lakin quraşdırılmadığı, eləcə də döşəmə altı işlərin aparılması, parketin alınması, lakin döşənilməməsi, həmçinin Bilgəh layihəsi üzrə əsas binadan barbüküyə keçidin quraşdırılmasında hazırlıq işlərinin aparıldığını nəzərə alaraq, qarşılıqlı iddiaçı tərəfindən yerinə yetirilmiş işlərin hər iki layihə üzrə ümumi həcmi 4.463.962,04 ABŞ dolları həcmində görülməsi başa düşülür. Belə ki, qeyd edilən məbləğ smeta məbləğindən aşağıdır. Məhkəmənin iddiaçı tərəfindən qarşılıqlı iddiaçıya-cavabdehə müvafiq məbləğdə ödəniş etməsi qənaətinə gəlməkdə əsas kimi iddiaçı tərəfindən təqdim edilən proforma-innvoys, ödəniş tapşırıqları və məhkəmə mühasibatlıq ekspertizasının rəyinə istinad etmiş və sadalanan məlumatları mötəbər sübut kimi qəbul etmişdir. Təqdim edilən proforma-invoys və ödəniş tapşırıqları sənədin əsli deyil, heç notarial qaydada belə təsdiq edilməmişdir. Belə olan halda həmin sənədlərin sübut əhəmiyyəti ola bilməz, bir halda ki, işin mübahisəli halıdır. Hətta invoys və ödəniş tapşırıqları sənədin əsli, yaxud notarial qaydada təsdiq olunmuş olsaydı belə, yenə də həmin sənədlər ödənişin həyata keçməsini təsdiq etməsi üçün yetərli deyil. Bunun üçün ödənişin baş verməsini özündə əks etdirən ya müvafiq bank çıxarışı (bank tərəfindən təsdiqli) və ya ödəniş tapşırığının icra olunduğunu göstərən təsdiqli müvafiq sənəd olmalıdır. Nümunə üçün qarşılıqlı iddiaçı tərəfindən təqdim edilən üç sayda ödəniş tapşırıqlarından görünür ki, iddiaçı mübahisə edilməyən digər podrat işləri üzrə hansı qaydada ödəniş etmişdir. Məhz digər ödəniş tapşırıqlarıda eyni ilə icra olunduğu barədə təsdiq edilməli idi. Bundan başqa fərz etsək ki, həmin proforma-invoys və ödəniş tapşırıqları həqiqidir, o halda həmin sənədlərin böyük əksəriyyətinin məzmununda göstərilən məbləğlərin təyinatının mübahisə predmetinə aid olmayan müqavilələrə, həmçinin kserosurət olsa da, bir çoxunda imza və möhürün olmaması və sair bu kimi çatışmazlıqlar həmin sənədlərin əsli yaxud notarial təsdiqli olsa belə ödənişin edilmısi qənaətinə gəlməyə əsas vermir. İşə baxan məhkəmə həmçinin məhkəmə mühasibatlıq ekspertizasının 9/6486 nömrəli, xx.xx.2023-cü il tarixli rəyinə istinad etmişdir. Belə bir rəyin verilməsi sadəcə olaraq, təəsüfedici və biabırçılıqdır. Həmin rəydə mübahisəyə aidiyyəti olan-olmayan, əsli, yaxud əsli olmayan, mübahisəyə aidiyyəti olan-olmayan müqavilələr, həmçinin iddiaçı tərəfin bir tərəfli qaydada hazırladığı və təqdim etdiyi məlumata istinad etməklə əmin və qəti şəkildə müvafiq məbləğdə pulun ödənilməsini təsdiq etmişdr. Maraqlı və gülməli tərəfi ondan ibarətdir ki, iddiaçının iddia etdiyi ödəniş məbləğindən artıq ödəniş məbləği müəyyən edir. Heç bir ciddi maliyyə-hesabat sənədləri olmadan verilmiş həmin rəy, o cümlədən məhkəmənin belə bir rəyi sübut kimi qəbul etməsi özü başdan ayağa qanunsuz və əsassızdır. Əslində işin həmin halını müəyyən etmək üçün məhkəmə-mühasibatlıq ekspertizasına lüzum yox idi. Çünki, iş materiallarında olan sənədlərin mötəbərliyini, sübut əhəmiyyətini müəyyən etdikdən sonra sübut hesab edilə biləcək sənədlər olsa idi o halda sadə riyazi hesablamalarla hansı məbləğdə ödənişin edilməsini asanlıqla müəyyən etmək mümkün idi. Həmçinin işlərin qüsurlu görülməsi ilə bağlı məhkəmənin gəldiyi qənaət isə ondan ibarət olmuşdur ki, cavabdeh Armadil Group MMC tərəfindən görülmüş işlərin üzərindən sifarişçiiddiaçı tərəfindən sonradan tikinti-rekonstruksiya xarakterli müxtəlif növ işlər görülmüşdür. Məhz sifarişçinin müxtəlif növ işlər görməsini əsas tutaraq, "xxxx" şirkəti tərəfindən tərtib edilmiş texniki rəyi sübut kimi qəbul etmişdir. Halbuki, tikinti-rekonstruksiya xarakterli müxtəlif növ işlərin görülməsi qüsurların aradan qaldırılması anlamına gəlməyə əsas vermir. Qüsurların aradan qaldırılması üçün tikinti-rekonstruksiya işlərinin görülməsinə zərurət yoxdur. Bir halda ki, tikinti-rekonstruksiya işləri görülmüşdür, demək ki, qüsurların aradan qaldırılması deyil, hansısa yeni bir sifarişin icrası olmuşdur. Başqa sözlə məhkəmənin qeyd edilən sözü fikiri səhv təfsir etməklə, ona başqa məna verməklə belə bir qənaətə gəlməsi düzgün deyildir. Hesab edir ki, mübahisənin həlli üçün mühüm əhəmiyyət kəsb edən hallar məhkəmə tərəfindən düzgün araşdırılmamış, işə səthi yanaşılmaqla belə bir qanunsuz və əsassız qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir. Əslində iddia tələbinin, həmçinin qətnamədə iddia tələbinin təmin edilməsinə yönəlik dəlillərin əsası kimi istinad edilən hallar düzgün araşdırılmamış, nəticədə səhv təfsir olunaraq, düzgün qiymətləndirilməmişdir. Çünki, iddiaçı tərəfindən təqdim edilən proforma invoys, ödəniş tapşırığı və sair sənədlərin heç biri prosessual qanunvericiliyin tələblərinə uyğun deyildir. Sübut kimi qəbul edilə bilməz. MM-in 752.1-ci maddəsinin tələbinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Göründüyü kimi qanununun tələbinə görə podratçı qismində işləri icra edən qarşılıqlı iddiaçının xeyrinə ilk iddiaçı tərəfindən muzd ödənilməlidir. Əsas kimi, işə baxan məhkəmənin qarşılıqlı iddiaçı tərəfindən işlərin görülməsini müəyyən etməsidir.Hesab edir ki, qarşılıqlı cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirmiş olsa da, ilk iddiaçı öhdəliklərini yerinə yetirməkdən yayınmışdır. Göstərilən maddənin tətbiqi isə qarşılıqlı iddianın təmini məqsədi ilə deyil, qanunsuz və əsassız olaraq ilk iddianın qismən təmin olunmasına münasibətdə tətbiq edilmişdir. İşə baxan məhkəmə işlərin qüsurlu görülməsi ilə bağlı səhv qənaətə gəldiyi üçün mülki qanunvericiliyin qeyd edilən maddəsini -MM-in 765-ci maddəsi- tətbiq etmişdir. Halbuki, belə bir qənaətə gəlinməsi üçün heç bir əsas olmadığı üçün, belə bir maddi hüquq normasının tətbiqi də qanunsuzdur. Düzgün deyildir. MPM 76, 77-ci maddələrinin tələbləri kobud şəkildə pozulmuşdur. Belə ki, ilk iddiaçı tərəfindən təqdim edilən proforma-invoys, ödəniş tapşırığı və digər məlumatlar əsli olmayan, hətta notarial qaydada belə təsdiq edilməyən kağız parçalarından ibarət olduğu üçün sübüt kimi qəbul edilə bilməzdi. Belə ki, Az.Resp. MPM_nin 89-cu maddəsində göstərilir ki, yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Göründüyü kimi ilk iddiaçı tərəfindən təqdim edilən heç bir sənəd qeyd edilən maddənin tələblərinə cavab vermir. Beləliklə də işə baxan məhkəmə sübutların qiymətləndirilməsində kobud qanun pozuntusuna yol vermişdir. Ödənişlərə dair təqdim edilən sənədlərin, hətta həmin sənədlərin icra olunubolunmadığını müəyyən etmək mühüm əhəmiyyəti olan faktlardır. Göstərilən faktın hərtərəfli araşdırılması iddia tələbinin tam yaxud qismən, qarşılıqlı iddia tələbinin tam yaxud qismən təmin olunması üçün mühüm əhəmiyyəti vardır. Lakin məhkəmə qeyd edilən hissədə işə səthi yanaşmış, öz şəxsi mülahizələrinə əsaslanaraq, məlum qənaətə gəlmişdir. Hesab edir ki, sübutların qiymətləndirilməsində qanun pozuntusuna yol verilməsi nəticə etibarı ilə işin faktiki halı ilə nəticəsi arasında uyğunsuzluğun yaranmasına gətirib çıxarmışdır.
10. Qarşılıqlı iddiaçının apellyasiya şikayətinə birinci əlavəsi belə əsaslandırılmışdır: İşin həqiqi halları və işdə olan digər faktiki hallarla əlaqədar olaraq, aşağıdakıları bildiririk. İlk öncə məhkəmənin diqqətinə çatdırırıq ki, hazırda mübahisə edilən 9 (doqquz) podrat müqavilələrindən başqa tərəflər arasında bağlanmış bir çox podrat müqavilələri vardır ki, 2015-2018-ci illər aralığında ölkənin ayrı ayrı rayonlarında və Bakı şəhərinin müxtəlif ərazilərində sifarişçinin sifarişi ilə bir çox yenidənqurma, tikinti-təmir işləri yerinə yetirilmişdir. Həmin işlər demək olar ki, paralel şəkildə eyni vaxtda yerinə yetirilmişdir. Həmin işlərin heç birində isə mübahisə yaranmamışdır. Mübahisə yalnız iddia ərizələrində göstərilən 9 müqavilə üzrə yaranmış və hesab edirik ki, mübahisənin mahiyyətinə həmin müqavilələr çərçivəsində baxılmalıdır. Mübahisə edilən müqavilələr: xx.xx.2015 tarixli, 909/335-2015 №-li, xx.xx.2016 tarixli, 909/386-16 №-li, xx.xx.2016 tarixli, 909/391-15 №-li, xx.xx.2016 tarixli, 909/395-16 №-li, xx.xx.2016 tarixli, 909/400-16 №-li, xx.xx.2017 tarixli, 909/445-17№-li, xx.xx.2017 tarixli, 909/495-17 №-li, xx.xx.2017 tarixli, 909/504-17 №-li, xx.xx.2017 tarixli, 909/518-17 №-li. Beləliklə İddia tələbini təqzib edən işin halları: iddia edilən qüsurlu işlərlə bağlı: Təyin edilmiş ekspertiza rəyləri ilə işlərin qüsurlu və ya keyfiyyətsiz olması öz təsdiqini tapmır. Belə ki, ekspert rəylərindən görünür ki, tikinti işlərinin əvvəlki vəziyyəti saxlanılmadığı, eləcə də əlavə tikintirekonstruksiya xarakterli müxtəlif növ işlər görüldüyü müəyyən edilir. Bu isə onu deməyə əsas verir ki, qüsurlu və keyfiyyətsiz işlərin, yaxud həmin işlərin qüsurlu olan hissəsinin aradan qaldırılması üçün eyni işlər qüsursuz şəkildə görülməli olduğu halda həmin hissədə sifarişçi tərəfindən müxtəlif növ işlərin görülməsi qüsurlu işərin aradan qaldırılması anlamına gəlmir. Həmçinin iddiaçının darvaza, giriş qapıları və parketə görə çəkdiyi xərclərin vurulmuş ziyan kimi tələb olunması da əsassızdır. Belə ki, həmin işlərə görə podratçıya muzd ödənilməmişdir. Muzd ödənilmədiyi təqdirdə isə ziyan vurulmasından söhbət gedə bilməz. Əksinə sifarişçi tətəfindən sifariş edilən 2 laylı darvaza, 4 ədəd giriş qapısı və 650 kv.m parketin heç bir əsaslandırma olmadan qəbul edilməməsi podratçıya ziyan vurulmasına səbəb olmuşdur. Qeyd edilən işlərin qəbul edilməməsi isə guya həmin işlərin keyfiyyət normalarına cavab verməməsi olmuşdur. Halbu ki, bununla bağlı heç bir dəlil yoxdur. Həmçinin tələblərinin əsası və dəlili kimi qüsurlu işlərin aradan qaldırılması ilə bağlı üçüncü şəxslərlə bağlanmış podrat müqavilələri təqdim edilmişdir ki, həmin müqavilərlərin heç biri hər hansı qüsurlu işlərin aradan qaldırılması ilə bağlı deyildir. Belə ki, iddiaçı ilə "xxxx" MMC ilə bağlanmış 26 iyun 2019-cu il tarixli podrat müqaviləsi, “X1 Company” MMC ilə bağlanmış xx.xx.2021 tarixli podrat müqavilələrinin predmetini təmir-tikinti və tamamlama işləri (müqavilə bəndi: 1.2) təşkil etməsinə və həmin müqavilələr üzrə təsdiq edilmiş təhvil-təslim aktları ilə həmin müqavilədə nəzərdə tutulmuş işlərin yerinə yetirildiyi göstərilsə də, konkret olaraq yerinə yetirilən işlərin siyahısı göstərilmir və bəlli deyildir. Həmçinin “X13 Projelendirme Ticaret Limited şirkəti” ilə bağlənmış 01/2021№-li, xx.xx.2021-ci il tarixli müqavilə ilə 620 kv.m parketin, "xxxx" MMC ilə bağlanmış xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi ilə alüminium külçələrin, vərəqlərin,darvaza və qapı detallarının, "xxxx" MMC ilə bağlanmış 1511/21№-li, 15 noyabr 2021-ci il tarixli müqavilə ilə alüminium materiallı malların alınması göstərilir. Xüsusilə qeyd edək ki, qüsurlu işlərin, yaxud onların bir hissəsinin aradan qaldırılması ilə bağlı bir dəfə də olsun sifarişçi tərəfindən bildiriş, məlumat, yaxud müvafiq qaydada hər hansı pretenziya verilməmişdir. O cümlədən 2 laylı darvaza, 4 giriş qapısı və 650 kv.m parketi qəbul etməməsinə dair hər hansı əsas gətirə bilməmişdir. İddiaçının nümayəndəsinin məhkəmədə səsləndirdiyi “malların keyfiyyətsizliyi səbəbbindən qəbul edilməməsi” dəlilinə münasibətdə onu qeyd edə bilər ki, bu günədək qeyd edilən dəlili özündə əks etdirən heç bir pretenziya olmamışdır. Həmçinin İddiaçı MMC “vurulmuş ziyana” dair tələbinin əsası kimi təqdim ediyi "xxxx" MMC ilə bağlanmış xx.xx.2019 tarixli podrat, “X13 Projelendirme Ticaret Limited” Şirkəti ilə bağlanmış xx.xx.2021 tarixli alqı-satqı, “X1 Company” MMC ilə bağlanmış xx.xx.2021 tarixli podrat, "xxxx" MMC ilə bağlanmış xx.xx.2021 tarixli və "xxxx" MMC ilə bağlanmış xx.xx.2021 tarixli müqavilələrdə tərəf deyildir. Müqavilələrdə alıcı və ya sifarişçi qismində fiziki şəxsdir. Belə olan halda isə bununla bağlı iddiaçının tələb etmə hüququ yaranmır. Bu səbəbdən də həmin müqavilələr iddia tələbinin əsasını təşkil edə bilməz. Əsas məqamlardan biri isə, ondan ibarətdir ki, “qüsurlarla” bağlı xarici rezident “Triada” şirkəti tərəfindən verilən mütəxəssis rəyi xx.xx.2020-ci il tarixdə verildiyi halda həmin rəydə göstərilən qüsurların aradan qaldırılması üçün "xxxx" MMC adlı şirkətlə keçmiş tarixdə, yəni xx.xx.2019 tarixdə müqavilənin bağlanması necə ola bilərdi?! Halbu ki, qeyd edilən müqavilə bununla bağlı çəkdiyi xərcləri əsaslandırmaq üçün tələbinin əsasını təşkil edən dəlillərdən biridir. iddia edilən ödənişlərlə bağlı: İddiaçı tərəfindən ödənişə dair dəlil kimi proforma invoyslar və guya hansısa xarici bank təşkilatından əldə edilmiş “hesabdan çıxarışlar” təqdim edilmişdir. Proforma invoyslarda ödənişin təyinatı hissəsində qeyd edilən məlumatlardan görünür ki, xeyli sayda invoys sənədləri mübahisə edilən müqavilələrə aid deyildir. Başqa sözlə mübahisəyə aidiyyəti yoxdur. Siyahısı aşağıda göstərilən parforma invoysların məzmunundan görünür ki, sözügedən praformalar mübahisə edilən müqavilələrə əsaslanır və həmin müqavilələr üzrə tərtib edilmişdir. 260,517 ABŞ dolları məbləğində, ödəniş təyinatı 909/395-16№li xx.xx.2016 tarixli müqavilə olan 17071902№-li, xx.xx.2017 tarixli; 201,475 ABŞ dolları məbləğində, ödəniş təyinatı 909/495-17№li xx.xx.2017 tarixli müqavilə olan 17080601№-li, xx.xx.2017 tarixli; 162,740 ABŞ dolları məbləğində, ödəniş təyinatı 909/495-17№li xx.xx.2017 tarixli müqavilə olan 17082801№-li, xx.xx.2017 tarixli; 71,338 ABŞ dolları məbləğində, ödəniş təyinatı 909/504-17№li xx.xx.2017 tarixli müqavilə olan 17092601№-li, xx.xx.2017 tarixli, 112,729 ABŞ dolları mbləğində, ödəniş təyinatı 909/518-17№li xx.xx.2017 tarixli müqavilə olan 17112401№-li, xx.xx.2017 tarxili; 112,729 ABŞ dolları məbləğində, ödəniş təyinatı 909/518-17№li xx.xx.2017 tarixli müqavilə olan 17121801№-li, xx.xx.2017 tarxili; 56,365 ABŞ dolları məbləğində, ödəniş təyinatı 909/518-17№li xx.xx.2017 tarixli müqavilə olan 18030101№-li, xx.xx.2018 tarixli; 112,729 ABŞ dolları məbləğində, ödəniş təyinatı 909/518-17№li xx.xx.2017 tarixli müqavilə olan 18022001№-li, xx.xx.2018 tarixli; 99,388 ABŞ dolları məbləğində, ödəniş təyinatı 909/518-17№li xx.xx.2017 tarixli müqavilə olan 18050801№-li, xx.xx.2018 tarixli; 118,263 ABŞ dolları məbləğində, ödəniş təyinatı 909/445-17№-li xx.xx.2017 tarixli və 495/502-17№-li xx.xx.2017 tarixli müqavilələr olan 17111101№-li, xx.xx.2017 tarixli; Siyahısı aşağıda göstərilən praforma invoyslar isə bir neçə müqavilə üzrə ümumi ödəniş kimi göstərildiyi üçün konkret hansı müqavilə üzrə nə qədər ödənişin nəzərdə tutulduğunu müəyyən etmək mümkün deyil. 300,000 ABŞ dolları məbləğində, ödəniş təyinatı xx.xx.2016, xx.xx.2016 (aid olan) və xx.xx.2016 tarixli müqavilələr olan, 17082901№-li, xx.xx.2017 tarixli; 95,920 ABŞ dolları məbləğində, ödəniş təyinatı xx.xx.2016, xx.xx.2016 (aid olan) və xx.xx.2016 tarixli müqavilələr olan, 18041402№-li, xx.xx.2018 tarixli; 101,957 ABŞ dolları məbləğində, ödəniş təyinatı 909/518-17№li xx.xx.2017 tarixli (aid olan) və xx.xx.2018 tarixli müqavilələr olan 18052501№-li, xx.xx.2018 tarixli; 254,893 ABŞ dolları məbləğində, ödəniş təyinatı 909/518-17№li xx.xx.2017 tarixli (aid olan) və xx.xx.2018 tarixli müqavilələr olan 18052601№-li, xx.xx.2018 tarixli. Qalan praforma invoysların heç birinin ümumiyyətlə hazırki mübahisəyə heç bir aidiyyəti yoxdur. Belə ki həmin praforma invoysların mübahisə edilməyən başqa podrat müqavilələri üzrə tərtib edilmiş, bəzilərinin isə ümumiyyətlə hazırki iş üzrə iddiaçı-sifarişçi ilə əlaqəsi olmayan proformalardır. Ödəniş təyinatı məlumatı mübahisəyə uyğun olan praforma invoys sənədləri üzrə ödənişi təsdiq edən bank çıxarışları isə müvafiq qaydada təsdiq edilmiş (apostel yaxud tanınma) olmalıdır ki, sübut əhəmiyyəti şüphə altına düşməsin. Necə ki, iddia etdikləri kimi “qüsurların” aradan qaldırılması üçün Fərhad Əhmədov tərəfindən aparılan ödənişlərə dair Rusiya Federasiyasına məxsus “Sberbank” Publik Səhmdar Cəmiyyəti tərəfindən verilmiş bank çıxarışları onu verən bank tərəfindən təsdiq edilmişdir, eləcə də mübahisəyə aid olan praforma invoyslar üzrə edilən ödənişlərə dair digər bank çxarışlarıda təsdiq edilə bilərdi. Həmçinin iddiaçı tərəfin bank çıxarışı adı ilə təqdim etdiyi bəzi sənədlərdən görünür ki, ödəniş edən fiziki şəxsdir (X7). Halbuki, həmin fiziki şəxs mübahisə edilən müqavilələrdə müstəqil tərəf deyildir. Yalnız xx.xx.2015-ci il tarixli, 909/335-2015 nömrəli podrat müqaviləsi üzrə hüquqi şəxsin əvəzindən təsisçi kimi ödəniş etməsi şərtləndirilmişdir. Həmin müqavilənin 5.4-cü bəndində göstərilir ki, bu müqavilə üzrə ödənişlər sifarişçinin, onun təsisçisi olan fiziki şəxsin və ya təsisçisinə aid olan xarici ülkələrin hüquqi şəxsləri olan subyektlərin hesablarından ödəniləcəkdir. Qalan digər müqavilələrdə bu barədə razılıq və ya hər hansı şərtləşmə yoxdur. Mühasibatlıq Ekspertizası ilə bağlı: Mühasibatlq ekspertizası Rəyinin əsaslandırma hissəsindən görünür ki, rəyin verilməsi üçün əsas olan sənədlər, müvafiq qaydada təsdiq edilməyən, həmçinin mübahisəyə aidiyyəti olan-olmayan parforma invoyslar, iddiaçı tərəfindən birtəfəli qaydada tərtib edilən məlumat cədvəli və digər bu kimi məlumatlardan ibarət olmuşdur. Halbu ki, mühasibatlıq sahəsində ekspertin əsaslana biləcəyi sənədlər yalnız ciddi hesabat sənədləri, eləcədə müvafiq qaydada təsdiq edilmiş sənədlər olmalı idi ki, iş üzrə belə bir sənədlərin mövcudluğuna rast gəlinmir. Həmçinin ekspert qarşısında qoyulan suallar da, konkret xarakter daşımır. Belə ki, qoyulan suallar ümumi xarakter daşımaqla tərəflər arasında ən son dövrədək olan bütün ödənişləri əhatə edir. Nəzərə alsaq ki, tərəflər arasında xeyli sayda podrat müqavilələri bağlanmış və bununların içərisində mübahisə edilməyən işlər və müqavilələr də vardır ki, suallar da məhz mübahisə edilən podrat müqavilələri üzrə qoyulmalı idi. Habuki, bununla bağlı mühasibatlıq ekspertizasını keçmirilməsinə heç gərəkdə yox idi. Çün ki, həmin hesablamanı sadə riyazı üsulla məhkəmənin özüdə həll edə bilərdi. Möhtərəm Məhkəmə Kollegiyası, Hesab edirik ki, ilk iddia tamamilə əsassızdır və təmin olunan hissədə ləğv edilməli, qarşılıqlı iddia tələbi isə ən azı qisməndə olsa təmin edilməlidir. Mübahisəyə aid olan proforma invoyslar və xarici bank hesablarından çıxarış adı ilə təqdim edilən sənədlər sübut kimi əsas götürülərsə, o halda yalnız mübahisə edilən müqavilələr üzrə və yalnız podratçı-qarşılıqlı iddiaçı tərəfindən imza və möhürlə təqsdiq edilmiş proforma və həmin proformalarda qeyd edilən ödəniş məbləğləri əsas götürülməlidir. Belə olan halda isə sadə riyazi hesablama aparmaqla dəqiq rəqəmləri müəyyən etmək mümkündür. Zatən işə birinci instansiya məhkəməsində baxılarkən, barışıq üçün danışıqlar aparılan zaman bu əlavənin 9 və 10-cu abzaslarında göstərilən proforma invoysların cəmini təşkil edən məbləğdə borc tərəfimizdən güzəşt ediləcək idi. Lakin, tərəflər arasında barışıq baş tutmamışdır. Hətta belə bu əlavənin 9 və 10-cu abzaslarında göstərilən proforma invoysların cəmi güzəşt olaraq tərəfimizdən ödəniş kimi qəbul edilsə də, yaxud məhz həmin invoyslar üzrə (mübahisəyə aid olan) məbləğlərin cavabdehə ödənilmiş olmasına dair məhkəmənin gələ biləcəyi qənaət belə qarşılıqlı iddia tələbinin tamamilə rədd olunmasına gətirib çıxara bilməz.
11. Qarşılıqlı iddiaçının apellyasiya şikayətinə ikinci əlavəsi belə əsaslandırılmışdır: Ərizəyə qoşma edilən sənədlər siyahısının 1-11-ci vərəqələrində olan 29 may 2015 tarixli, 000014№-li və 15 iyul 2015 tarixli, 000023№-li ödəniş tapşırıqları İddiaçı MMC ilə Cavabdeh1 MMC arasında bağlanmış 21 may 2015-ci il tarixli podrat müqviləsi əsasında təqdim edilən hesab fakturalar üzrə ödənilmişdir. Qeyd edilən müqavilə isə mübahisələndirilmədiyi üçün mübahisə predmetinə aid deyildir. Ərizəyə qoşmanın 11-25ci vərəqlərində olan məlumatlardan görünür ki, 18052601№-li xx.xx.2018-ci il tarixli, 17080802№-li xx.xx.2017-ci il tarixli, 18032001№-li xx.xx.2018-ci il tarixli,18031401№-li xx.xx.2018-ci il tarixli, 18031501№-li xx.xx.2018-ci il tarixli, 18040601№-li xx.xx.2018-ci il tarixli, 18041301№-li xx.xx.2018-ci il tarixli, 18041302№-li xx.xx.2018-ci il tarixli, 18041401№-li xx.xx.2018-ci il tarixli, 18053001№-li xx.xx.2018-ci il tarixli proforma invoyslar İddiaçı MMC ilə Cavabdeh2 arasında bağlanmış 909/403-16 nömrəli 21 iyun 2016-cı il tarixli Podrat müqaviləsi əsasında təqdim edilmişdir. Həmin proforma invoyslar üzrə ödənişlərin olub-olmamasından asılı olmayaraq, qeyd edilən podrat müqaviləsi mübahisələndirilmir. Həmçinin həmin müqavilə üzrə podratçı tərəf kimi fiziki şəxs Cavabdeh2 çıxış edir ki, iddiaçı tərəfindən həmin müqavilə üzrə fiziki şəxs Cavabdeh2 qarşı hər hansı pretenziya və iddia tələbi irəli sürülməmişdir. Bundan başqa həmin müqavilə iddia tələbinin istinad edilən əsasını təşkil etmir. Qoşmanın 26-33-cü vərəqələrində olan 17090901№-li xx.xx.2017-ci il tarixli, 17101901№-li xx.xx.2017-ci il tarixli və eyni nömrə ilə eyni tarixli praforma invoyslar göründüyü kimi mübahisəyə aidiyyəti olmayan müqavilə və aktlar əsasında tərtib edilmişdir. Belə ki, həmin aktlardan görünür ki, yerinə yetirilmiş işlər İsmayıllı rayonu ərazisində aparılan işlərlə əlaqədardır. Bu isə o deməkdir ki, həmin işlər üzrə tərtib edilən praforma invoysların hazırki mübahisə predmetinə heç bir aidiyyəti yoxdur. Qoşmanın 34-41-ci vərəqlərində olan məlumatlardan görünür ki, 17092201№-li xx.xx.2017-ci il tarixli və 17101601№-li xx.xx.2017-ci il tarixli praforma invoyslar İddiaçı MMC ilə Cavabdeh1 MMC arasında bağlanmış 909/502-17 nömrəli 22 sentyabr 2017-ci il tarixli podrat müqaviləsi əsasında tərtib edilmişdir. Göründüyü kimi həmin müqavilə və müqavilə üzrə görülmüş işlər də mübahisələndirilmir və mübahisə predmetinə daxil deyildir. Qoşmanın 42-44-cü vərəqələrində olan 11№-li xx/xx/2016-cı il tarixli, 09№-li xx/xx/2016-cı il tarixli və 10№-li xx/xx/2016-cı il tarixli invoyslardan görünür ki, invoysun ünvanlandığı və ödəyici tərəf AVENGER ASSETS Co adlı şirkətdir. Həmin invoysların iddiaçı və iş üzrə müstəqil tələb irəli sürən üçüncü şəxslə ümumiyyətlə heç bir əlaqəsi yoxdur. Belə olduğu halda invoyslarda adı qeyd edilən AVENGER ASSETS Co şirkətinin mübahisə tərəfi olmadığı üçün qeyd edilən invoyslarında mübahisəyə aidiyyəti yoxdur və sübut kimi qəbul edilə bilməz. Qoşmanın 45-46-cı vərəqlərində olan 010317№-li xx/xx/2017-ci il tarixli invoys xx/xx/2017-ci il tarixli müqavlə əsasında təqdim edilmişdir. Göründüyü kimi invoysun tərtib edilməsi üçün əsas kimi qeyd edilən xx/xx/2017-ci il tarixli müqavilənin mübahisə predmeti olmadığı təqzibedilməz haldır. Həmçinin həmin invoys üzrə ödəyici tərəf belə ilk iddiaçı deyildir. Qoşmanın 47-49-cu vərəqlərində olan 19№-li 2/17/2017-ci il tarixli,17№-li xx/xx/2016-cı il tarixli və 18№-li 1/11/2017-ci il tarixli invoyslardan görünür ki, ödəyici şəxs müstəqil təələb irəli sürən üçüncü şəxs X6r. Bu Əlavənin 6-cı hissəsindən, eləcə də iş materiallarında olan digər müqavillərdən görmək mümkündür ki, müstəqil tələb irəli sürən üçüncü şəxs X7 özü müstəqil tərəf kimi bir çox podrat müqavilələri bağlamışdır. Nəzərə alsaq ki, istər müstəqil tələb irəli sürən üçüncü şəxslə bağlanan müqavilələr, istərsə də iddiaçı ilə müxtəlif layihələr üzrə bağlanmış bir çox müqavilələr (mübahisə edilən və edilməyən) vardır ki, həmin müqavilələr əsasında Azərbaycan Respublikasının müxtəlif bölgələrində müvafiq podrat işləri yerinə yetirilmişdir. Bu səbəbdən həmin invoyslar üzrə ödənişlərin hansı müqavilə və hansı işlər üzrə təqdim edildiyini müəyyən etmək mümkün olmadığından, həmin praforma invoysların mübahisə edilən müqavilələrə şamil edilməsi yalnış və əsassız olar. Həmin invoyslar üzrə ödənişlərin məhz ilk iddiaçı və qarşılıqlı cavabdeh arasında bağlanan, xüsusilə də mübahisə edilən müqavilələrlə bağlılığı məntiqi şüura uyğun deyildir. Odur ki, qeyd edilən invoysların hazır ki, mübahisə ilə heç bir əlaqəsi yoxdur.
b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətlərinə və əlavələrə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Məhkəmə iclasında ilkin iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək, şikayətin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini, qarşılıqlı iddiaçı və ilkin iddia üzrə cavabdehin isə apellyasiya şikayətlərinin, əlavələrin təmin edilməməsini xahiş etdi.
14. Məhkəmə iclasında müstəqil tələb irəli sürən üçüncü şəxs X3 nümayəndəsi və vəkili Vəkil2 ilkin iddiaçının apellyasiya şikayətini müdafiə edərək, şikayətin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini, qarşılıqlı iddiaçı və ilkin iddia üzrə cavabdehin isə apellyasiya şikayətlərinin, əlavələrinin təmin edilməməsini xahiş etdi.
15. Məhkəmə iclasında qarşılıqlı iddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini və əlavələri müdafiə edərək, şikayətin və əlavələrin məzmununa uyğun izahat verərək, şikayətin, əlavələrin təmin edilməsini, ilkin iddiaçının apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.
16. Məhkəmə iclasında ilkin iddia üzrə Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil4 apellyasiya şikayətini müdafiə edərək, şikayətin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini, ilkin iddiaçının apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.
TƏTBİQ EDİLƏN HÜQUQ
17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
18. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
19. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
20. Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
21. Həmin Məcəllənin 752.2-ci maddəsinə əsasən əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir.
22. Həmin Məcəllənin 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır.
23. Həmin Məcəllənin 753.2-ci maddəsinə əsasən əgər müqavilədə nəzərdə tutulan iş həcminin yerinə yetirilməsi üçün muzdun əsasları müqavilə bağlandıqdan sonra sifarişçinin sərəncamları əsasında dəyişmişdirsə, onda dəyərin artması və ya azalması nəzərə alınmaqla yeni qiymət razılaşdırılmalıdır.
24. Həmin Məcəllənin 753.3-cü maddəsinə əsasən əgər sifarişçi müqavilədə nəzərdə tutulmayan əlavə işlərin görülməsini tələb edirsə, podratçının həmin işləri yerinə yetirməyə görə ayrıca muzd almaq hüququ vardır. Əgər sifarişçi əlavə işlərin yalnız ayrıca muzd müqabilində yerinə yetirilə biləcəyini qəbul etmirsə, podratçı ayrıca muzd almaq hüququ barəsində işə başlamazdan əvvəl məlumat verməlidir.
25. Həmin Məcəllənin 753.4-cü maddəsinə əsasən müqavilədə nəzərdə tutulmayan və sifarişçi tərəfindən yerinə yetirilməsi tələb edilməyən işlər ödənilmir. Tələb edildikdə podratçı belə işlərin nəticələrini aradan qaldırmalıdır. Əgər o bunu ağlabatan müddət ərzində etməzsə, sifarişçi onları podratçının hesabına aradan qaldıra bilər. Bundan başqa, podratçı bütün digər zərər üçün sifarişçi qarşısında məsuliyyət daşıyır.
26. Həmin Məcəllənin 759.1-ci maddəsinə əsasən sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir.
27. Həmin Məcəllənin 759.2-ci maddəsinə əsasən əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun.
28. Həmin Məcəllənin 762.1-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun.
29. Həmin Məcəllənin 762.2-ci maddəsinə əsasən podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır.
30. Həmin Məcəllənin 762.3-cü maddəsinə əsasən podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur.
31. Həmin Məcəllənin 763.2-ci maddəsinə əsasən əlavə icra məqsədi ilə podratçı iş və materiallar üçün əlavə xərcləri, o cümlədən nəqliyyat xərclərini ödəməlidir. Əgər əlavə icra tənasübsüz xərclər tələb edirsə, podratçı həmin icradan imtina edə bilər.
32. Həmin Məcəllənin 770-ci maddəsinə əsasən əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır.
33. Həmin Məcəllənin 773-cü maddəsinə əsasən əgər sifarişçi məmulatın qüsurlu olduğunu bilə-bilə pretenziya irəli sürmədən onu qəbul edirsə, bu qüsurlarla bağlı tələb hüququ əmələ gəlmir.
34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
35. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
36. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
37. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətlərinin dəlillərinin qətnamənin ilkin və qarşılıqlı iddialara aid hissədə ləğv edilməsinə yönəldiyini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı ilkin və qarşılıqlı iddialara aid hissədə yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
38. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
39. İlkin iddianın mahiyyəti ondan ibarətdir ki, İddiaçı MMC (sifarişçi) ilə Cavabdeh1 MMC (podratçı) arasında Bakı şəhəri, ünvan 2 ünvanlarında yerləşən obyektdə və ünvan 3 ünvanlarında yerləşən binada təmir-tikinti işləri ilə əlaqədar 9 ədəd müqavilələr bağlanmış, işlər görülsə də, qüsurlu yerinə yetirilmiş, ilk iddiaçı qüsurları aradan qaldırmış, bununla əlaqədar yaranmış xərcləri cavabdehdən tələb etmişdir. İlk iddiaçı müqavilələr üzrə üzərinə düşən vəzifəni, yəni muzdu cavabdehə ödəmiş, lakin cavabdeh işləri qüsurlu yerinə yetirdiyi üçün müqavilə üzrə öhdəliyini tam icra etməmişdir.
40. Göründüyü kimi tərəflər arasında podrat müqavilələri bağlanmışdır. İlk iddiaçı Mülki Məcəllənin podrat üzrə müqavilə münasibətlərini tənzimləyən normalarına istinad edərək qüsurla bağlı tələb irəli sürmüşdür.
41. Mülki Məcəllənin 763.1-ci maddəsinə əsasən əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər.
42. Həmin Məcəllənin 764.1-ci maddəsinə əsasən əgər podratçı xərclərin tənasübsüzlüyünə baxmayaraq, əlavə icradan imtina etməzsə, lakin əlavə icra üçün müəyyənləşdirilmiş müddət nəticəsiz qurtararsa, sifarişçi qüsuru özü aradan qaldırıb çəkdiyi xərclərin əvəzini ödəməyi tələb edə bilər.
43. Həmin Məcəllənin 765-ci maddəsinə əsasən məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur.
44. Mülki Məcəllənin qeyd edilən normalarının məzmunundan görünür ki, sifarişçi görülmüş işdə qüsur aşkar edərsə podartçıya bu barədə məlumat verməli və qüsurun aradan qaldırılması üçün əlavə icra müddəti müəyyən etməklə podratçıya qüsuru öz vəsaiti ilə aradan qaldırmaq imkanı yaratmalıdır. Sifarişçi yalnız əlavə icra müddəti nəticəsiz qaldığı təqdirdə qüsuru özü aradan qaldırıb çəkdiyi xərclərin əvəzini ödəməyi podratçıdan tələb edə bilər. Lakin işdən və aşağıda qeyd edilənlərdən görünür ki, sifarişçi olan ilk iddiaçı podratçı olan cavabdehə məlumat vermədən, əlavə icra müddəti müəyyən etmədən, cavabdehin xəbəri olmadan birtərəfli qaydada qüsurların mövcudluğu barədə sənəd tərtib etmişdir.
45. Belə ki, ilkin iddia üzrə aşağıda qeyd olunan doqquz sayda podrat müqavilələrinə uyğun iki layihə barəsində görülmüş işlərin qüsurlu olması mübahisələndirilir.
46. İddiaçı MMC (sifarişçi) ilə Cavabdeh1 MMC (podratçı) arasında 05 mart 2016-cı il tarixli podrat müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən müqavilə şərtlərinə uyğun olaraq sifarişçi bu müqavilənin 1.2-ci bəndində göstərilən podrat işlərinin görülməsini podratçıya həvalə edir, podratçı müqavilədə nəzərdə tutulmuş işi icra etməyi, sifarişçi isə podratçıya bu müqavilədə razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 1.2.1ci bəndinə əsasən Bakı şəhəri, Sabunçu rayonu. Bilgəh qəsəbəsində dəniz sahilində inşa edilmiş iqamətgah kompleksində ümumi sahəsi 425 (+/-) kv.m təşkil edən sinklənmiş soyuq metal və paslanmayan polad (nerjaveyka) materialdan hazırlanan açılan tavan (avtomatik terrassa). Həmin müqavilənin 1.2.2-ci bəndinə əsasən ünvan 4 ünvanlarında yerləşən əmlak kompleksində ümumi sahəsi 106.00 (+/-) kvadrat metr təşkil edən sinklənmiş soyuq metal və paslanmayan polad (nerjaveyka) materialdan hazırlanan açılan tavan (avtomatik terrassa). Sözügedən müqaviləyə edilmiş Əlavə - 1 görünür ki, podrat müqaviləsi üzrə materialların kəmiyyəti və qiymətləri, podrat işlərinin dəyəri ümumilikdə 208721,45 manat təşkil etmişdir. Sözügedən müqaviləyə edilmiş Əlavə - 1 görünür ki, podrat müqaviləsi üzrə materialların kəmiyyəti və qiymətləri, podrat işlərinin dəyəri ümumilikdə 208721,45 manat (231912,72 manat – podratçının 10% endirim məbləği – 23191,27 manat) təşkil etmişdir. Sözügedən müqaviləyə edilmiş Əlavə - 1 görünür ki, podrat müqaviləsi üzrə materialların kəmiyyəti və qiymətləri, podrat işlərinin dəyəri ümumilikdə 187849,30 manat (208721,45 manat – podratçının 10% endirim məbləği – 20872,14 manat) təşkil etmişdir. Sözügedən müqaviləyə edilmiş Əlavə - 1 görünür ki, podrat müqaviləsi üzrə materialların kəmiyyəti və qiymətləri, podrat işlərinin dəyəri ümumilikdə 20872,14 manat (23191,27 manat – podratçının 10% endirim məbləği – 2319,13 manat) təşkil etmişdir. Sözügedən müqaviləyə edilmiş Əlavə - 2 görünür ki, podrat müqaviləsi üzrə materialların kəmiyyəti və qiymətləri, podrat işlərinin dəyəri ümumilikdə 311347,76 manat (345941,96 manat – podratçının 10% endirim məbləği – 34594,20 manat) təşkil etmişdir. Sözügedən müqaviləyə edilmiş Əlavə 2 görünür ki, podrat müqaviləsi üzrə materialların kəmiyyəti və qiymətləri, podrat işlərinin dəyəri ümumilikdə 280212,99 manat (311347,76 manat – podratçının 10% endirim məbləği – 31134,78 manat) təşkil etmişdir. Sözügedən müqaviləyə edilmiş Əlavə - 2 görünür ki, podrat müqaviləsi üzrə materialların kəmiyyəti və qiymətləri, podrat işlərinin dəyəri ümumilikdə 31134,78 manat (34594,20 manat – podratçının 10% endirim məbləği – 3459,42 manat) təşkil etmişdir.
47. İddiaçı MMC (sifarişçi) ilə Cavabdeh1 MMC (podratçı) arasında 25 mart 2016-cı il tarixli podrat müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən müqavilə şərtlərinə uyğun olaraq sifarişçi bu müqavilənin 1.2-ci bəndində göstərilən podrat işlərinin görülməsini podratçıya həvalə edir, podratçı müqavilədə nəzərdə tutulmuş işi icra etməyi, sifarişçi isə podratçıya bu müqavilədə razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 1.2.1-ci bəndinə əsasən Bakı şəhəri, Sabunçu rayonu. Bilgəh qəsəbəsində dəniz sahilində inşa edilmiş iqamətgah kompleksində ümumi sahəsi (14.0 m. x 7.0 m.-98.0 kv.m) 98.0 kv.m təşkil besedka-təndirxana kompleksinin damının mis materialdan vurulması və bu müqaviləyə Əlavə-1 olan fotoşəkildə göstərilən dizayn və görünüşdə sifarişçiyə təhvil verilməsi. Həmin müqavilənin 1.2.2-ci bəndinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində dəniz, sahilində inşa edilmiş iqamətgah kompleksində hər birinin ümumi sahəsi 45.0 kv.m, 2 ədədinin sahəsi 90.0 kv.m təşkil besedkaların damının mis materialdan vurulması və bu müqaviləyə Əlavə-2 olan fotoşəkildə göstərilən dizayn və görünüşdə sifarişçiyə təhvil verilməsi.
48. İddiaçı MMC (sifarişçi) ilə Cavabdeh1 MMC (podratçı) arasında 19 may 2015-ci il tarixli, 909/335-2015 nömrəli podrat müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə bu müqaviləyə uyğun olaraq sifarişçi Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən Bilgəh İqamətgahında kennet damının və günbəzlərin quraşdırılmasına dair zəruri materialların alınması və vurulmasına aid işlərinin görülməsini podratçıya həvalə edir, podratçı müqavilədə nəzərdə tutulmuş işi icra etməyi, sifarişçi isə podratçıya bu müqavilədə razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 1.1-ci bəndinə bu müqvilə üzrə icrası podratçıya həvalə edilən işlərin adları, həcmi və qiymətləri müqavilənin ayrılmaz tərkib hissəsini təşkil edən əlavələrdə (təkliflər, smetalar, qaimələr, fakturalar və proforma-invoyslarda) qeyd edilir. Əlavələr və yeni layihələr yalnız sifarişçi tərəfindən təsdiq ediləndən və sifarişçi tərəfindən rəsmi bildiriş vasitələri (o cümlədən yazılı məktublar, elektron poçt vasitəsilə göndərilən məktublar) ilə podratçıya çatdırıldıqdan sonra bu müqavilənin ayrılmaz tərkib hissəsini təşkil edir.
49. İddiaçı MMC (sifarişçi) ilə Cavabdeh1 MMC (podratçı) arasında 17 iyun 2017-ci il tarixli, 909/400-16 nömrəli podrat müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən müqavilə şərtlərinə uyğun olaraq sifarişçi bu müqavilənin 1.2-ci bəndində göstərilən podrat işlərinin görülməsini podratçıya həvalə edir, podratçı müqavilədə nəzərdə tutulmuş işi icra etməyi, sifarişçi isə podratçıya bu müqavilədə razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən podrat işlərinin həcmi, yeri və digər xassələri: 1.2.1. ünvan 5 ünvanlarında yerləşən, sifarişçiyə məxsus daşınmaz əmlakda bu müqaviləyə Əlavələr olacaq podrat işlərinin ilkin smetasında və/və ya fotoşəkillərdə göstərilən dizayn və görünüşdə sifarişçiyə təhvil verilməsi.
50. İddiaçı MMC (sifarişçi) ilə Cavabdeh1 MMC (podratçı) arasında 05 avqust 2017-ci il tarixli, 909/495-17 nömrəli podrat müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən podratçı, sifarişçi tərəfindən təqdim olunan layihəyə əsasən müqavilə ilə müəyyən edilmiş müddət ərzində ünvan 6 ünvanında yerləşən obyektdə əsas binanın bütün mansardasının örtüyü üzrə bəzək işlərini icra etməyi öhdəsinə götürür. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən podratçı, hazırkı müqavilənin 1.1-ci bəndində nəzərdə tutulan işləri təsdiq olunmuş layihə-smeta sənədlərinə, müvafiq işlərin yerinə yetirilməsini nizamlayan normativ aktların tələblərinə tam uğun olaraq, iş həcmlərinin ehtimal olunan dəyişməsinin nəzərə almaqla öz gücü və vəsaitləri hesabına yerinə yetirməyi öhdəsinə götürür. Həmin müqavilənin 1.3-cü bəndinə əsasən sifarişçi, təsdiq olunmuş layihəyə əsasən müəyyən edilmiş müddət ərzində lazımi qaydada yerinə yetirilmiş işləri qəbul etməyi və dəyərini ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 1.4-cü bəndinə əsasən hazırkı müqavilə üzrə işlər, icra edilmiş işlərin cədvəlinə (2 nömrəli Qoşma) müvafiq olaraq mərhələlərlə icra edilir. Hesabat dövrü bir təqvim ayı təşkil edir. Hər hesabat dövrünün sonunda tərəflər müvafiq müddət ərzində icra edilmiş işlər üzrə ikitərəfli akt tərtib edirlər. Müvafiq dövr ərzində icra edilmiş işlər üzrə akt lərəflər tərəfindən imzaladıqdan sonra hesabat dövrü üzrə görülmüş işlər yerinə yetirilmiş hesab olunur. Həmin müqavilənin 1.5-ci bəndinə əsasən icra edilmiş işlər üzrə yekun akt tərəflər tərəfindən imzalandıqdan sonra hazırkı müqavilə üzrə işlər yerinə yetirilmiş hesab olunur.
51. İddiaçı MMC (sifarişçi) ilə Cavabdeh1 MMC (podratçı) arasında 21 noyabr 2017-ci il tarixli, 909/518-17 nömrəli podrat müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən podratçı bu müqavilə ilə müəyyən edilmiş müddət ərzində ünvan 6 ünvanında yerləşən mülkdə əlavə işlərini və yenidən qurulmasını icra etməyi öhdəsinə götürür. Podrat işlərinin həcmi, işlər başa çatdıqdan sonra müəyyən edilir. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən podratçı, hazırkı müqavilənin 1.1-ci bəndində nəzərdə tutulan işləri təsdiq olunmuş layihə-smeta sənədlərinə, müvafiq işlərin yerinə yetirilməsini nizamlayan normativ aktların tələblərinə tam uğun olaraq, iş həcmlərinin ehtimal olunan dəyişməsinin nəzərə almaqla öz gücü və vəsaitləri hesabına yerinə yetirməyi öhdəsinə götürür. Həmin müqavilənin 1.3-cü bəndinə əsasən sifarişçi, təsdiq olunmuş layihəyə əsasən müəyyən edilmiş müddət ərzində lazımi qaydada yerinə yetirilmiş işləri qəbul etməyi və dəyərini ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 1.4-cü bəndinə əsasən hazırkı müqavilə üzrə işlər, icra edilmiş işlərin cədvəlinə müvafiq olaraq mərhələlərlə icra edilir. Hesabat dövrü bir təqvim ayı təşkil edir. Hər hesabat dövrünün sonunda tərəflər müvafiq müddət ərzində icra edilmiş işlər üzrə ikitərəfli akt tərtib edirlər. Müvafiq dövr ərzində icra edilmiş işlər üzrə akt tərəflər tərəfindən imzaladıqdan sonra hesabat dövrü üzrə görülmüş işlər yerinə yetirilmiş hesab olunur. Həmin müqavilənin 1.5-ci bəndinə əsasən icra edilmiş işlər üzrə yekun akt tərəflər tərəfindən imzalandıqdan sonra hazırkı müqavilə üzrə işlər yerinə yetirilmiş hesab olunur.
52. Həmçinin İddiaçı MMC (sifarişçi) ilə Cavabdeh1 MMC (podratçı) arasında 01 iyun 2016cı il tarixli, 909/395-16 nömrəli, 14 fevral 2017-ci il tarixli, 909/445-17 nömrəli, 25 sentyabr 2017-ci il tarixli, 909/504-17 nömrəli podrat müqavilələri bağlanmışdır.
53. Məhkəmə kollegiyası hesab edir ki, ilkin iddia əsassızdır və təmin edilməməlidir.
54. Belə ki, tərəflərin izahatlarından görünür ki, İddiaçı MMC (sifarişçi) ilə Cavabdeh1 MMC (podratçı) arasında Bakı şəhəri, ünvan 2 ünvanlarında yerləşən obyektdə və ünvan 3 ünvanlarında yerləşən binada təmir-tikinti işləri ilə əlaqədar bağlanmış 9 ədəd müqavilələr üzrə işlərin başa çatdırılması işin mübahisəsiz halıdır. İlkin iddia üzrə mübahisəli hal isə sözügedən layihələr üzrə işlərin qüsurlu görülməsindən ibarətdir.
55. Birinci instansiya məhkəməsi ilkin iddianı qismən təmin edərkən aşağıdakı sübutları tədqiq edərək, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin qüsurların müəyyən edilməməsi barədə ekspert rəyinə deyil, Rusiya Federasiyasının hüquqi şəxsi olan “Lyuks İnteriors” şirkətlər qrupuna daxil olan "xxxx" MMC-nin ekspert mütəxəssisləri tərəfindən görülmüş işlərin keyfiyyətinin və kəmiyyətinin təftişi (auditi) aparılmış və bunların nəticəsinə dair birtərəfli qaydada tərtib olunmuş texniki rəyinə istinad etmişdir.
56. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilən RX seriyalı, ******* nömrəli çıxarışdan müəyyən edilir ki, ünvan 7 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ əsasında İddiaçı MMC-nin adına xx.xx.2014-cü ildə Daşınmaz əmlakın dövlət reyestrində 2096 nömrəli reyestr kitabının 193951 nömrəli vərəqində qeydiyyata alınmışdır (qeydiyyat nömrəsi: **********).
57. İş materiallarına X7 ilə digər şəxslər arasında bağlanmış podrat müqavilələri əlavə edilmişdir. İddiaçı tərəfindən iş materiallarına tərəflər arasında olan e-mail yazışmalar, preforma invoys və invoys adlı sənədlər, ödəniş tapşırıqları təqdim edilmişdir.
58. Bakı şəhəri 52 saylı notariat ofisinin xüsusi notariusu təsdiq edilmiş xx.xx.2018-ci il tarixli təhvil-təslim aktından görünür ki, Bakı şəhəri, Bilgəh qəsəbəsində yerləşən yaşayış evinin, Almaniya istehsalı olan mis materialından hazırlanmış suaxıtma boruları və aksessuarları üçün ödənilən 60000 (altmış min) ABŞ dolları məbləğinin ödənilməsini təhvil verən qismində X8, təhvil alan qismində isə Cavabdeh1 MMC adından Cavabdeh2 imza edərək təsdiq etmişdir.
59. Bakı şəhəri 52 saylı notariat ofisinin xüsusi notariusu təsdiq edilmiş subyektlər arasında müqavilə üzrə ödəniş və daxilolmaların nəzarət vərəqindən görünür ki, xx.xx.2017-ci il tarixdə Əhmədov Fərəc tərəfindən 100000 (yüz min) ABŞ dolları məbləğində pul vəsaiti nəğd şəkildə ödənilmişdir.
60. 01.06.2015-ci il tarixli, 002OCL115152 nömrəli ödəniş tapşırığından görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh1 MMC-nin AZ73UBAZ**********0060AZN001 nömrəli hesabına 31204,15 manat məbləğində pul vəsaiti köçürülmüşdür. Ödənişin təyinatı kimi xx.xx.2015-ci il tarixli müqavilə qeyd olunmuşdur.
61. 15.07.2015-ci il tarixli, 002OCX115196 nömrəli ödəniş tapşırığından görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh1 MMC-nin AZ73UBAZ**********0060AZN001 nömrəli hesabına 10401,38 manat məbləğində pul vəsaiti köçürülmüşdür. Ödənişin təyinatı kimi xx.xx.2015-ci il tarixli müqavilə qeyd olunmuşdur.
62. 22.06.2016-cı il tarixli, 209OPXO16173 nömrəli ödəniş tapşırığından görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh1 MMC-nin AZ73UBAZ**********0060AZN001 nömrəli hesabına 15182,02 manat məbləğində pul vəsaiti köçürülmüşdür.
63. Rusiya Federasiyasının hüquqi şəxsi olan “Lyuks İnteriors” şirkətlər qrupuna daxil olan "xxxx" MMC-nin ekspert mütəxəssisləri tərəfindən görülmüş işlərin keyfiyyətinin və kəmiyyətinin təftişi (auditi) aparılmış və bunların nəticəsinə dair tərtib olunmuş “31” iyul 2020-ci il tarixli, 5/3 nömrəli texniki rəydə qeyd edilmişdir ki, 1) materiallar (o cümlədən anbarda olan bəzək materialları) nəzərə alınmaqla faktiki olaraq yerinə yetirilmiş tikintiquraşdırma və bəzək işlərinin dəyəri 4325051,22 ABŞ dolları (dörd milyon üç üz iyirmi beş inin əlli bir dollar iyirmi iki sent) təşkil edir; 2) bir sıra qüsurlar və normativ sənədlərin tələblərinin pozulması hallan aşkar edilmişdir; 3) qüsur və pozuntuların aradan qaldırılması üçün tikinti-quraşdınlma və həzək işlərinin dəyəri 719772,57 ABŞ dolları (yeddi yüz on doqquz min yeddi yüz yetmiş iki dollar əlli yeddi sent) təşkil edir.
64. Rusiya Federasiyasının hüquqi şəxsi olan “Lyuks İnteriors” şirkətlər qrupuna daxil olan "xxxx" MMC-nin ekspert mütəxəssisləri tərəfindən görülmüş işlərin keyfiyyətinin və kəmiyyətinin təftişi (auditi) aparılmış və bunların nəticəsinə dair tərtib olunmuş 31 iyul 2020-ci il tarixli, 0702-1/1 nömrəli ünvan 8 ünvanında yerləşən TQİ ofisinin təftişinin nəticələri üzrə texniki rəydə qeyd edilmişdir ki, xx.xx.2019-cü il tarixli, 177 nömrəli müqavilə üzrə 1) faktiki icra edilmiş tikinti-quraşdırma işlərinin dəyəri 841237,63 ABŞ dolları təşkil edir; 2) bir sıra qüsurlar və normativ sənədlərin tələblərinin pozulması aşkar edilmişdir; 3) qüsur və pozuntuların aradan qaldırılması üçün tikinti-quraşdırma və bəzək işlərinin dəyəri 305613,65 ABŞ dolları təşkil edir.
65. Rusiya Federasiyasının hüquqi şəxsi olan “Lyuks İnteriors” şirkətlər qrupuna daxil olan "xxxx" MMC-nin ekspert mütəxəssisləri tərəfindən görülmüş işlərin keyfiyyətinin və kəmiyyətinin təftişi (auditi) aparılmış və bunların nəticəsinə dair tərtib olunmuş 31 iyul 2020-ci il tarixli, 0702-1/3 nömrəli ünvan 8 ünvanında yerləşən ofisin daxili işıqlandırma\ cərəyan avadanlıqları və su təchizatı\ kanalizasiya təftişinin nəticələri üzrə texniki rəydə qeyd edilmişdir ki, xx.xx.2019-cü il tarixli, 177 nömrəli müqavilə üzrə 1) Binada torpaqlama və ildırımdan müdafiə sisteminin layihələndirilməsi, quraşdırılması, qəbulu və istismara verilməsi üzrə sənədlər işlənib hazırlanmalıdır. Torpaqlamanın xarici konturunu quraşdırmaq, giriş və paylayıcı cihazı torpaqlamaq və torpaqlama sistemini TN-C-S-dən TN-S ilə dəyişdirmək; 2) Elektrik təchizatı, su təchizatı və kanalizasiya sistemlərinin quraşdırılması işləri layihə üzrə aparılmamışdır. Buna, obyektin hər hansı bir iş sənədlərinin olmamasını dəlildir; 3) Podratçıya obyektin mühəndis kommunikasiyalarının quraşdırması və təmiri üzrə işlər aparıldıqdan sonra, RD-xx-xx-2006-yə uyğun olaraq (2019-cu il dəyişiklikləri ilə) bütün növ aktların icra sənədlərini işlənib hazırlanması və təqdim edilməsi tapşırılsın ki, bunun tərkibində texniki materiallar üçün bütün növ aktlar, icra sxemləri, sertifikatlar olmalıdır. Ayrıca olaraq, obyektin elektrik təchizatı sisteminin laboratoriya ölçmələri üzrə texniki hesabat təqdim edilməlidir (İstehlakçıların elektrik qurğularının texniki istismarı qaydalarına (İEQTİQ) uyğun olaraq). Bu halda nəzərə almaq lazımdır ki, gizli işlərin aktlarını köhnə tarixlə rəsmiləşdirmək qadağandır; 4) Birinci mərtəbədə bir fazalı uçot məntəqəsi də daxil olmaqla, bütün müvəqqəti avadanlığın sökülməsi və, GPC-dan (Giriş paylayıcı cihaz) ayrı kabel xətti ilə qidalandıraraq həmin yerdə yerləşən üçfazalı paylayıcı lövhə quraşdırılsın; 5) Bütün lövhə avadanlıqlarında qoşulmaların yoxlanmasını aparmaq və birxətli sxemlərini və ya qoşulmaların dəqiq nömrələnməsi olan cədvəli asmaq lazımdır; 6) Bərkitmə tavanların arxasındakı məkanlarda bütün kabel çəkilməsi ilə bağlı işləri qaydaya salmaq. Lazım olan yerlərdə zəif cərəyan naqilinin altına əlavə perforasiya olunmuş metal qanov qoymaq. Bütün daha əvvəl qoyulmuş metal qanovları torpaqlamaq; 7) İsti döşəmələrin bütün idarəetmə pultları gizli pultlarla əvəz edilsin, çünki, əslində, açıq naqil quraşdırma avadanlıqları istifadə edilmişdir; 8) Bütün çatışmayan elektrik quraşdırma materialın (açarların, rosetlərin, idarəetmə pultların, divar, tavan və digər çıraqların lövhələrdə) lazım olan yerlərdə quraşdırılması həyata keçirilsin, avtomatik açarlar dəyişdirlsin və ya yeniləri quraşdırılsın. Bu işlər dəsti defektər cədvəldə əks olunub; 9) Defektlər cədvəlində göstərilən məlumatlar əsasında (Cədvəl 1) bina və tikililərdə aparılan natura təftişi zamanı aşkar edilmiş defektlər və pozuntuların dəyəri hesablansın. Hesablama kommersiya və ya cari dövr üzrə orta bazar qiymətləri ilə edilsin. Cədvəl 1-də bina və tikililərdə aparılan natura təftişi zamanı aşkar edilmiş defektlər və pozuntuların dəyəri cəmi 10526,54 ABŞ dolları olaraq hesablanmışdır.
66. "xxxx" MMC tərəfindən verilən əmlakın qiymətləndirilməsi barədə xx.xx.2021-ci il tarixli, ƏEM/A 110-431/21 saylı qiymətləndirmə rəyindən görünür ki, İddiaçı MMC-yə məxsus olan ünvan 7 ünvanında yerləşn mənzilin bazar dəyəri ******* manat təşkil edir.
67. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/7021 saylı ekspert rəyində qeyd edilmişdir ki, birinci sual üzrə Bakı şəhəri, ünvan 9 ünvanlarında yerləşən obyektə dair İddiaçı MMC və Cavabdeh1 MMC arasında bağlanmış 19 may 2015-ci il tarixli 909/335-2015 saylı, 05 mart 2016- cı il tarixli 909/386-16 saylı, 25 mart 2016-cı il tarixli 909/391-15 saylı, 17 iyun 2016-cı il tarixli 909/400-16 saylı, 14 fevral 2017-ci il tarixli 909/445-17 saylı, 05 avqust 2016-ci il tarixli 909/495-17 saylı, 21 noyabr 2017-ci il tarixli 909/518-17 saylı podrat müqavilələrə əsasən ******* ABŞ dolları və ünvan 3 ünvanlarında yerləşən binada 909/386-16 saylı xx.xx.2016-cı il tarixli, 909/395-16 saylı xx.xx.2016-cı il tarixli, 909/504-17 saylı xx.xx.2017-ci il tarixli podrat müqavilələrə əsasən ******* ABŞ dollar dəyərində olmaqla, həmin təmir-tikinti işlərinin bağlanmış müqavilələr üzrə həvalə edilmiş (icrası tapşırılmış) tikinti-quraşdırma və təmir işlərinin həcmi smetalarda ətraflı göstərilmişdir. İkinci sual üzrə: Bakı şəhəri, ünvan 9 ünvanlarında yerləşən obyektdə təmir-tikinti işlərinin bağlanmış müqavilələr üzrə Cavabdeh1 tərəfindən görülmüş hissəsi, onların bazar qiymətləri və icra edilməsinə sərf olunan vəsaitin ümumi dəyəri 4463962,04 ABŞ dolları və ünvan 3 ünvanlarında yerləşən binada təmir-tikinti işlərinin bağlanmış müqavilələr üzrə Cavabdeh1 tərəfindən görülmüş hissəsi, onların bazar qiymətləri və icra edilməsinə sərf olunan ******* ABŞ dolları təşkil edir. Üçüncü sual üzrə: Bakı şəhəri, ünvan 9 ünvanlarında yerləşən obyektdə və ünvan 10 ünvanlarında yerləşən binada təmir-tikinti işlərinin müqavilələr olmadan tapşırıqsız icra edilən işlər olmadığından qərardadın bu sualı üzrə tədqiqat aparılmadı. Dördüncü sual üzrə: ünvan 11 ünvanlarında yerləşən obyektlərin dam hissələrində aparılmış tikinti-təmir işlərinə baxış keçirilən zaman hər hansı bir qüsurlar müəyyən olunmadı. Eyni zamanda Bakı şəhəri, ünvan 9 ünvanlarında yerləşən obyektlərin digər hissələrində və ünvan 3 ünvanlarında yerləşən binada Cavabdeh1 tərəfindən yerinə yetirilmiş tikinti işlərinin ilkin vəziyyəti saxlanılmadığı, eləcə də görülmüş işlərin üzərindən sifarişçi tərəfindən sonradan tikinti-rekonstruksiya xarakterli müxtəlif növ işlərin görülməsi səbəblərindən Cavabdeh1 tərəfindən yerinə yetirilmiş təmir-tikinti işlərində nöqsanların (qüsurlu işlərin) yol verilib-verilməməsini müəyyən etmək mümkün olmadı. Bu səbəbdən də, qərardadın bu sualı üzrə tədqiqat aparılmadı.
68. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/8221 saylı ekspert rəyində qeyd edilmişdir ki, birinci sual üzrə: Bakı şəhəri, ünvan 2 ünvanlarında yerləşən obyektə dair İddiaçı MMC və Cavabdeh1 MMC arasında bağlanmış 19 may 2015-ci il tarixli, 909/335-2015 saylı, 05 mart 2016-cı il tarixli, 909/386-16 saylı, 25 mart 2016-cı il tarixli, 909/391-15 saylı, 17 iyun 2016-cı il tarixli, 909/400-16 saylı, 14 fevral 2017-ci il tarixli, 909/445-17 saylı, 05 avqust 2017-ci il tarixli, 909/495-17 saylı, 21 noyabr 2017-ci il tarixli, 909/518-17 saylı podrat müqavilələrə əsasən ******* ABŞ dollar və ünvan 3 ünvanlarında yerləşən binada 909/386-16 saylı xx.xx.2016-cı il tarixli, 909/395-16 saylı xx.xx.2016-cı il tarixli, 909/504-17 saylı xx.xx.2017-ci il tarixli podrat müqavilələrə əsasən ******* ABŞ dolları dəyərində olmaqla, həmin təmir-tikinti işlərinin bağlanmış müqavilələr üzrə həvalə edilmiş (icrası tapşırılmış) tikinti-quraşdırma və təmir işlərinin həcmi smetalarda ətraflı göstərilmişdir. İkinci sual üzrə: Bakı şəhəri, ünvan 2 ünvanlarında yerləşən obyektdə təmir-tikinti işlərinin bağlanmış müqavilələr üzrə “Armadii Group" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən görülmüş hissəsi, onların bazar qiymətləri və icra edilməsinə sərf olunan vəsaitin ümumi dəyərinin 4334564,04 ABŞ dolları və bu məbləğdən əlavə podratçının Bakı şəhəri, Bakıxanov qəsəbəsində yerləşən anbarında saxlanılan sifarişçi tərəfindən təhvil alınmamış 2 laylı darvazanın, 4 ədəd qapının dəyərinin 60 % 129398 ABŞ dolları təşkil etdiyi müəyyən olunur. Eyni zamanda ünvan 3 ünvanlarında yerləşən binada təmir-tikinti işlərinin bağlanmış müqavilələr üzrə Cavabdeh1 tərəfindən görülmüş hissəsi, onların bazar qiymətləri və icra edilməsinə sərf olunan vəsaitin ümumi dəyərinin ******* ABŞ dolları təşkil etdiyi müəyyən olunur. Üçüncü sual üzrə: Bakı şəhəri, ünvan 2 ünvanlarında yerləşən obyektdə və ünvan 3 ünvanlarında yerləşən binada təmir-tikinti işlərinin müqavilələr olmadan tapşırıqsız icra edilən işlər olmadığından qərardadın bu sualı üzrə tədqiqat aparılmadı. Dördüncü sual üzrə: Bakı şəhəri, ünvan 2 ünvanlarında yerləşən obyektlərin dam hissələrində aparılmış tikinti-təmir işlərinə baxış keçirilən zaman hər hansı bir qüsurlar müəyyən olunmadı. Eyni zamanda ünvan 11 ünvanlarında yerləşən obyektlərin digər hissələrində və ünvan 3 ünvanlarında yerləşən binada Cavabdeh1 tərəfindən yerinə yetirilmiş tikinti işlərinin ilkin vəziyyəti saxlanılmadığı, eləcə də görülmüş işlərin üzərindən sifarişçi tərəfindən sonradan tikinti-rekonstruksiya xarakterli müxtəlif növ işlərin görülməsi səbəblərindən Cavabdeh1 tərəfindən yerinə yetirilmiş təmir-tikinti işlərində nöqsanların (qüsurlu işlərin) yol verilib-verilməməsini müəyyən etmək mümkün olmadı. Bu səbəbdən də, qərardadın bu sualı üzrə tədqiqat aparılmadı.
69. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/6486 saylı ekspert rəyində qeyd edilmişdir ki, ekspertiza tədqiqatına təqdim edilmiş İddiaçı MMC ilə Cavabdeh1 MMC arasında rəsmiləşdirilmiş “podrat müqavilələri, həmin müqavilələr üzrə tərtib edilmiş preforma invoys, invoys, ödəniş tapşırıqları məlumatları nəzərə alınmaqla “X12 İsteyts Limited" MMC və müstəqil tələb irəli sürən üçüncü şəxs X7 tərəfindən Cavabdeh1 MMC-nin Unibank” KB ASC-də olan bank hesabına 56787,55 manat məbləğində, Cavabdeh1 MMC və Cavabdeh2 tərəfindən tərtib edilmiş preforma invoys və invoys məlumatlarında qeyd edilən bank hesablarına ümumilikdə 5.362.571,84 ABŞ dolları məbləğində vəsaitin köçürüldüyü müəyyən edildi. Preforma invoys və invoys məlumatlarında Bakı şəhəri, ünvan 12 ünvanlarındakı obyekt üzrə, həm də ünvan 3 ünvanlarındakı obyekt (İçərişəhər) üzrə görülmüş işlərin dəyəri əks etdirildiyindən aparılmış ödənişlərin hansı hissəsinin, hansı obyektə aid olduğunu ayırmaq mümkün olmadı.
70. İddiaçı MMC tərəfindən Cavabdeh1 MMC-yə ünvanlanmış xx.xx.2020-ci il tarixli, 16/1918-20 nömrəli pretenziya məktubundan görünür ki, 542159,35 ABŞ dolları (921670,90 manat) məbləğində vəsaitin 3 (üç) təqvim günü müddətində İddiaçı MMC-yə ödənilməsi tələb olunmuş, əks təqdirdə vurulmuş birbaşa ziyanın, dəbbə pulunun, əldən çıxmış faydanın, məhkəmə xərclərinin və sair xərclərin məcburi qaydada İddiaçı MMCnin xeyrinə tutulması tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
71. Lakin yuxarıda sadalanan sübutlara istinad etməzdən öncə birinci instansiya məhkəməsi sözügedən qüsurlarla bağlı ilkin iddiaçı tərəfindən qarşılıqlı iddiaçıya işlər başa çatdıqdan sonra hər hansı pretenziyanın göndərilməsini araşdırmamışdır. İş materiallarına əlavə edilmiş İddiaçı MMC tərəfindən Cavabdeh1 MMC-yə ünvanlanmış xx.xx.2016-cı il tarixli, 16/1028-2016 nömrəli pretenziya məktubunun ilkin iddiada qeyd olunan qüsurlara aidiyyatı yoxdur. Həmin pretenziya məktubu 05 mart 2016-cı il tarixli podrat müqaviləsinin vaxtında icra edilməsi ilə əlaqədardır. İş materiallarında olan digər İddiaçı MMC tərəfindən Cavabdeh1 MMC-yə ünvanlanmış xx.xx.2020-ci il tarixli, 16/1918-20 nömrəli pretenziya məktubu isə ilkin iddiaçının məhkəməyə iddia ərizəsi ilə müraciət etməzdən qısa müddət əvvəl qarşılıqlı iddiaçıya göndərilmişdir. Qüsurlarla bağlı xx.xx.2020-ci il tarixli pretenziya məktubundan başqa işlər başa çatdırıldıqdan sonra ilkin iddiaçı tərəfindən qarşılıqlı iddiaçıya hər hansı məlumat, xəbərdarlıq, dəvət və pretenziya göndərilməmişdir. Belə ki, ilkin iddiaçının işlərin başa çatdırılmasından sonra aşkar edilmiş qüsurlarla bağlı xx.xx.2020-ci il tarixli pretenziya məktubunun göndərilməsinə qədər, həmçinin Rusiya Federasiyasının hüquqi şəxsi olan “Lyuks İnteriors” şirkətlər qrupuna daxil olan "xxxx" MMC-nin ekspert mütəxəssisləri dəvət edilərək görülmüş işlərin keyfiyyətinin və kəmiyyətinin təftişinin (auditi) aparılması zamanı, hətta həmin ekspert mütəxəssislər tərəfindən qüsurlarla bağlı rəy verildikdən sonra belə qarşılıqlı iddiaçıya hansı qüsurların olması, onların aradan qaldırılması, qüsurların təftişinin keçirilməsi vaxtı və iştiraklarına dair dəvət barədə hər hansı məlumat, bildiriş, pretenziya göndərilməmişdir. Göründüyü kimi iddia olunan qüsurların müəyyən edilməsi, yenidən qurma işlərinin xərcləri və sair məsələlər birtərəfli qaydada, podratçının xəbəri olmadan aparılmış və həmin iddia olunan qüsurlar işdə olan ekspert rəylərinə əsasən müəyyən edilməmişdir.
72. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, sifarişçinin qüsurlar barədə pretenziya göndərməsi müəyyən edilmədiyindən, işləri qüsurlu qəbul edərək sifarişçinin başqa şirkət vasitəsilə iddia etdiyi qüsurların mövcud olması qəbul edilə bilməz. Belə ki, onların mövcudluğu ilə bağlı sübutlar cavabdehin iştirakı olmadan iddiaçı tərəfindən birtərəfli qaydada tərtib edilmişdir.
73. Məhkəmə kollegiyası hesab edir ki, müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiasına birinci instansiya məhkəməsi tərəfindən qiymət verildiyindən və bu hal apellyasiya baxışının predmeti olmadığından üçüncü şəxsin iddiasına münasibət bildirilməsinə lüzum görmür.
74. Qarşılıqlı iddia və apellyasiya şikayətinə əlavədən görünür ki, qarşılıqlı iddiaçının mövqeyi ondan ibarətdir ki, yuxarıda qeyd edilən iki layihə üzrə podratçı tərəfindən işlər keyfiyyətli şəkildə yerinə yetirildikdən sonra sifarişçi razılaşdırılmış muzdun bir hissəsini ödəmiş, digər qismini isə heç bir əsas olmadan ödəməmişdir. Bu səbəbdən məhkəməyə müraciət edilmişdir. İşdən görünür ki, ilk iddiaçı görülmüş işi təhvil almamışdır.
75. Mülki Məcəllənin 770-ci maddəsinə əsasən əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır.
76. İlk iddiaçı işi qəbul etməsə də, qüsura istinad etsə də, ilk iddiaya münasibətdə qeyd edilənlərə əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən maddənin tələbinə əsasən ilk iddiaçı cavabdehə muzdu ödəməyə borcludur.
77. İlk iddiaçının mövqeyi isə belədir ki, muzd tam şəkildə ödənilmiş və onun qarşılıqlı iddiaçıya borcu qalmamışdır.
78. Qarşılıqlı iddiaya münasibətdə məhkəmə kollegiyası hesab edir ki, qarşılıqlı iddia qismən təmin edilməlidir. Belə ki, ilkin iddia üzrə mübahisə predmeti olan 9 sayda podrat müqavilələri üzrə görülüb başa çatdırılmış iki layihə ilə bağlı tikinti-təmir işlərinə görə ödənilən vəsaitlər aşağıdakı sübutlarla təsdiqini tapır.
79. Siyahısı aşağıda göstərilən parforma invoysların və 1 ədəd ödəniş tapşırığının məzmunundan görünür ki, sözügedən praformalar mübahisə edilən xx.xx.2015 tarixli, 909/335-2015 №-li, xx.xx.2016 tarixli, 909/386-16 №-li, xx.xx.2016 tarixli, 909/391-15 №li, xx.xx.2016 tarixli, 909/395-16 №-li, xx.xx.2016 tarixli, 909/400-16 №-li, xx.xx.2017 tarixli, 909/445-17№-li, xx.xx.2017 tarixli, 909/495-17 №-li, xx.xx.2017 tarixli, 909/504-17 №-li, xx.xx.2017 tarixli, 909/518-17 №-li müqavilələrə əsaslanır və həmin müqavilələr üzrə tərtib edilmişdir: 260,517 ABŞ dolları məbləğində, ödəniş təyinatı 909/395-16№li xx.xx.2016 tarixli müqavilə olan 17071902№-li, xx.xx.2017 tarixli invoys; 201,475 ABŞ dolları məbləğində, ödəniş təyinatı 909/495-17№li xx.xx.2017 tarixli müqavilə olan 17080601№-li, xx.xx.2017 tarixli invoys; 162,740 ABŞ dolları məbləğində, ödəniş təyinatı 909/495-17№li xx.xx.2017 tarixli müqavilə olan 17082801№-li, xx.xx.2017 tarixli invoys; 71,338 ABŞ dolları məbləğində, ödəniş təyinatı 909/504-17№li xx.xx.2017 tarixli müqavilə olan 17092601№-li, xx.xx.2017 tarixli invoys; 112,729 ABŞ dolları mbləğində, ödəniş təyinatı 909/518-17№li xx.xx.2017 tarixli müqavilə olan 17112401№-li, xx.xx.2017 tarxili invoys; 112,729 ABŞ dolları məbləğində, ödəniş təyinatı 909/518-17№li xx.xx.2017 tarixli müqavilə olan 17121801№-li, xx.xx.2017 tarxili invoys; 56,365 ABŞ dolları məbləğində, ödəniş təyinatı 909/518-17№li xx.xx.2017 tarixli müqavilə olan 18030101№-li, xx.xx.2018 tarixli invoys; 112,729 ABŞ dolları məbləğində, ödəniş təyinatı 909/518-17№li xx.xx.2017 tarixli müqavilə olan 18022001№-li, xx.xx.2018 tarixli invoys; 99,388 ABŞ dolları məbləğində, ödəniş təyinatı 909/518-17№li xx.xx.2017 tarixli müqavilə olan 18050801№-li, xx.xx.2018 tarixli invoys; 118,263 ABŞ dolları məbləğində, ödəniş təyinatı 909/445-17№-li xx.xx.2017 tarixli və 495/502-17№-li xx.xx.2017-ci il tarixli müqavilələr olan 17111101№-li, xx.xx.2017 tarixli invoys; 148794 ABŞ dolları məbləğində, ödəniş təyinatı 909/518-17№li xx.xx.2017 tarixli müqavilə olan 17112101 №-li, xx.xx.2017 tarixli invoys; 108549 ABŞ dolları məbləğində, ödəniş təyinatı 909/386-16№li xx.xx.2016-cı tarixli müqavilə olan 17060501 №-li, xx.xx.2017 tarixli invoys; 118614 ABŞ dolları məbləğində, ödəniş təyinatı 909/395-16№li xx.xx.2016-cı tarixli müqavilə olan 17051801 №-li, xx.xx.2017-ci il tarixli invoys; 300,000 ABŞ dolları məbləğində, ödəniş təyinatı xx.xx.2016, xx.xx.2016 (aid olan) və xx.xx.2016 tarixli müqavilələr olan, 17082901№-li, xx.xx.2017 tarixli invoys; 95,920 ABŞ dolları məbləğində, ödəniş təyinatı xx.xx.2016, xx.xx.2016 (aid olan) və xx.xx.2016 tarixli müqavilələr olan 18041402№-li, xx.xx.2018 tarixli invoys; 101,957 ABŞ dolları məbləğində, ödəniş təyinatı 909/518-17№li xx.xx.2017 tarixli (aid olan) və xx.xx.2018 tarixli müqavilələr olan 18052501№-li, xx.xx.2018 tarixli invoys; 254,893 ABŞ dolları məbləğində, ödəniş təyinatı 909/518-17№li, xx.xx.2017 tarixli (aid olan) və xx.xx.2018 tarixli müqavilələr olan 18052601№-li, xx.xx.2018 tarixli invoys; 15182.02 AZN məbləğində, ödəniş təyinatı 909/400-16№li, xx.xx.2016-cı il tarixli müqavilə üzrə 209OPX16173 №li, 22 iyun 2016-cı il tarixli ödəniş tapşırığı (8930 ABŞ dolları ekvivalentində)
80. Apellyasiya icraatı zamanı apellyasiya şikayətlərinə əlavə verərək “Armadil Group" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi qeyd olunan müqavilələr və invoyslar üzrə ilkin İddiaçı MMC tərəfindən ödənişlər edilməsini qəbul etdiyini və həmin ödənişlərin qarşılıqlı iddia tələbindən çıxılmasına etirazlarının olmadığını bildirmişdir.
81. Bundan əlavə iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/8221 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, Bakı şəhəri, ünvan 2 ünvanlarında yerləşən obyektdə təmir-tikinti işlərinin bağlanmış müqavilələr üzrə “Armadil Group" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən görülmüş hissəsi, onların bazar qiymətləri və icra edilməsinə sərf olunan vəsaitin ümumi dəyərinin 4334564,04 ABŞ dolları və bu məbləğdən əlavə podratçının Bakı şəhəri, Bakıxanov qəsəbəsində yerləşən anbarında saxlanılan sifarişçi tərəfindən təhvil alınmamış 2 laylı darvazanın, 4 ədəd qapının dəyərinin 60 % 129398 ABŞ dolları təşkil etdiyi müəyyən olunur. Eyni zamanda ünvan 3 ünvanlarında yerləşən binada təmirtikinti işlərinin bağlanmış müqavilələr üzrə Cavabdeh1 tərəfindən görülmüş hissəsi, onların bazar qiymətləri və icra edilməsinə sərf olunan vəsaitin ümumi dəyərinin ******* ABŞ dolları təşkil edir.
82. Ümumi görülən işlərə sərf olunan vəsaitin cəmi ******* ABŞ dolları təşkil etmişdir. Həmin məbləğdən, yəni ******* ABŞ dolları məbləğindən yuxarıda qeyd olunan 9 müqavilə üzrə proforma invoyslarla təsdiqini tapan cəmi ödənilmiş ******* ABŞ dolları məbləği çıxıldıqda ******* ABŞ dolları ödənilməyən vəsaitin qaldığı müəyyən edilir.
83. Həmçinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/7021 saylı ekspert rəyi ilə Cavabdeh1 MMC tərəfindən 4 ədəd qapının quraşdırılması üçün iş xərci 61538 ABŞ dolları, parketin vurulması üçün iş xərci 19500 ABŞ dolları məbləğində işin icrası həyata keçirilmədiyi və 2 laylı darvazanın, 4 ədəd qapının, 650 kvadrat parketin müqavilə dəyəri olan 129398 ABŞ dolları məbləğində materialların təhvil verilmədiyi müəyyən edilmişdir. Belə olan halda ekspert rəyi ilə müəyyən edilən yuxarıda göstərilmiş vəsaitlər ilkin iddiaçı tərəfindən ödənilməyən ******* ABŞ dolları məbləğindən çıxılmalıdır. (3123516-61538-19500-129398=2913080)
84. İşdə olan 29 may 2015 tarixli, 000014№-li və 15 iyul 2015 tarixli, 000023№-li ödəniş tapşırıqları İddiaçı MMC ilə Cavabdeh1 MMC arasında bağlanmış 21 may 2015-ci il tarixli podrat müqaviləsi əsasında təqdim edilən hesab fakturalar üzrə ödənilmişdir. Qeyd edilən müqavilə isə mübahisələndirilmədiyi üçün mübahisə predmetinə aid deyildir.
85. İşdə olan 18052601№-li xx.xx.2018-ci il tarixli, 17080802№-li xx.xx.2017-ci il tarixli, 18032001№-li xx.xx.2018-ci il tarixli,18031401№-li xx.xx.2018-ci il tarixli, 18031501№-li xx.xx.2018-ci il tarixli, 18040601№-li xx.xx.2018-ci il tarixli, 18041301№-li xx.xx.2018-ci il tarixli, 18041302№-li xx.xx.2018-ci il tarixli, 18041401№-li xx.xx.2018-ci il tarixli, 18053001№-li xx.xx.2018-ci il tarixli proforma invoyslar İddiaçı MMC ilə Cavabdeh2 arasında bağlanmış 909/403-16 nömrəli 21 iyun 2016-cı il tarixli Podrat müqaviləsi əsasında təqdim edilmişdir. Həmin proforma invoyslar üzrə ödənişlərin olubolmamasından asılı olmayaraq, qeyd edilən podrat müqaviləsi mübahisələndirilmir. Həmçinin həmin müqavilə üzrə podratçı tərəf kimi fiziki şəxs Cavabdeh2 çıxış edir ki, iddiaçı tərəfindən həmin müqavilə üzrə fiziki şəxs Cavabdeh2 qarşı hər hansı pretenziya və iddia tələbi irəli sürülməmişdir. Bundan başqa həmin müqavilə ilk iddia tələbinin istinad edilən əsasını təşkil etmir.
86. İşdə olan 17090901№-li xx.xx.2017-ci il tarixli, 17101901№-li xx.xx.2017-ci il tarixli və eyni nömrə ilə eyni tarixli praforma invoyslar göründüyü kimi mübahisəyə aidiyyəti olmayan müqavilə və aktlar əsasında tərtib edilmişdir. Belə ki, həmin aktlardan görünür ki, yerinə yetirilmiş işlər İsmayıllı rayonu ərazisində aparılan işlərlə əlaqədardır. Bu isə o deməkdir ki, həmin işlər üzrə tərtib edilən praforma invoysların hazırki mübahisə predmetinə heç bir aidiyyəti yoxdur.
87. İşdə olan 17092201№-li xx.xx.2017-ci il tarixli və 17101601№-li xx.xx.2017-ci il tarixli praforma invoyslar İddiaçı MMC ilə Cavabdeh1 MMC arasında bağlanmış 909/502-17 nömrəli 22 sentyabr 2017-ci il tarixli podrat müqaviləsi əsasında tərtib edilmişdir. Göründüyü kimi həmin müqavilə və müqavilə üzrə görülmüş işlər də mübahisələndirilmir və mübahisə predmetinə daxil deyildir.
88. İşdə olan 11№-li xx/xx/2016-cı il tarixli, 09№-li xx/xx/2016-cı il tarixli və 10№-li xx/xx/2016-cı il tarixli invoyslardan görünür ki, invoysun ünvanlandığı və ödəyici tərəf AVENGER ASSETS Co adlı şirkətdir. Həmin invoysların iddiaçı və iş üzrə müstəqil tələb irəli sürən üçüncü şəxslə heç bir əlaqəsi yoxdur. Belə olduğu halda invoyslarda adı qeyd edilən AVENGER ASSETS Co şirkətinin mübahisə tərəfi olmadığı üçün qeyd edilən invoyslarında mübahisəyə aidiyyəti yoxdur.
89. İşdə olan 010317№-li xx/xx/2017-ci il tarixli invoys xx/xx/2017-ci il tarixli müqavlə əsasında təqdim edilmişdir. Göründüyü kimi invoysun tərtib edilməsi üçün əsas kimi qeyd edilən xx/xx/2017-ci il tarixli müqavilənin mübahisə predmeti olmadığı təqzibedilməz haldır. Həmçinin həmin invoys üzrə ödəyici tərəf ilk iddiaçı deyildir.
90. İşdə olan 19№-li 2/17/2017-ci il tarixli,17№-li xx/xx/2016-cı il tarixli və 18№-li 1/11/2017-ci il tarixli invoyslardan görünür ki, ödəyici şəxs müstəqil təələb irəli sürən üçüncü şəxs X6r. İş materiallarında olan digər müqavilələrdən görmək mümkündür ki, müstəqil tələb irəli sürən üçüncü şəxs X7 özü müstəqil tərəf kimi bir çox podrat müqavilələri bağlamışdır. İstər müstəqil tələb irəli sürən üçüncü şəxslə bağlanan müqavilələr, istərsə də iddiaçı ilə müxtəlif layihələr üzrə bağlanmış bir çox müqavilələr (mübahisə edilən və edilməyən) vardır ki, həmin müqavilələr əsasında Azərbaycan Respublikasının müxtəlif bölgələrində müvafiq podrat işləri yerinə yetirilmişdir. Bu səbəbdən həmin invoyslar üzrə ödənişlərin hansı müqavilə və hansı işlər üzrə təqdim edildiyini müəyyən etmək mümkün olmadığından, həmin praforma invoyslar sübut kimi qəbul edilə bilməz.
91. Göründüyü kimi ilkin iddiaçı tərəfindən elektron məhkəmə sisteminə yüklənmiş digər çoxsaylı proforma invoyslar, ödəniş tapşırıqları və e-mail yazışmaları məhkəmə kollegiyası tərəfindən tədqiq edilərkən müəyyən edilmişdir ki, həmin invoyslar, ödəniş tapşırıqları və e-mail yazışmalarının İddiaçı MMC və Cavabdeh1 MMC arasında hazırkı ilkin iddianın predmeti olan Bakı şəhəri, ünvan 9 ünvanlarında yerləşən obyektdə və ünvan 3 ünvanlarında yerləşən binada təmir-tikinti işləri ilə əlaqədar bağlanmış 9 ədəd müqavilələrə aidiyyəti yoxdur. Belə ki, həmin invoyslar, ödəniş tapşırıqları və e-mail yazışmaları İddiaçı MMC və Cavabdeh1 MMC, Cavabdeh2 arasında başqa layihələr üzrə bağlanmış müxtəlif müqavilələrə aiddir. Sözügedən invoysların və ödəniş tapşırıqlarına dair müqavilələr isə hazırkı ilkin iddianın predmeti olmadığına görə həmin invoys və ödəniş tapşırıqları mübahisə predmeti olan 9 müqavilə üzrə işlərin görülməsinə dair ödənişləri təsdiq edən sübut kimi qəbul edilə bilməz.
92. Beləliklə, məhkəmə kollegiyası iş materiallarında olan invoyslar, ödəniş tapşırıqları və digər sübutları ətraflı tədqiq edərək, belə qənaətə gəlir ki, sözügedən iki layihə üzrə yəni, Bakı şəhəri, ünvan 2 ünvanlarında yerləşən obyektdə və ünvan 3 ünvanlarında yerləşən binada təmir-tikinti işləri ilə əlaqədar bağlanmış 9 ədəd müqavilələr üzrə İddiaçı MMC tərəfindən Cavabdeh1 MMC-yə ödənilməyən məbləğ ******* ABŞ dolları təşkil edir. Qarşılıqlı iddia yalnız bu hissədə təmin edilməlidir.
93. Qarşılıqlı iddianın digər tələbi borcun gecikdirilməsinə görə illik 5 faiz həddində pulun tutulmasıdır.
94. Bu tələbin hüquqi əsası olan Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər.
95. Kollegiya qeyd edir ki, sifariş və podratçı arasında işlər başa çatandan sonra mübahisə yarandığından işlərin təhvil alınmasının başlanğıcı iş materialları ilə müəyyən edilmədiyindən borcun gecikdirilməsinin başlanğıcını da müəyyən edilməsi mümkün olmamışdır. Odur ki, Mülki Məcəllənin 445.7-ci maddəsinin tətbiq edilməsi üçün kollegiya əsaslar müəyyən etməmişdir.
96. Qarşılıqlı iddianın sonuncu tələbi ilkin iddiaçının mülkiyyətində olan Bakı şəhəri, ünvan 12 ünvanlarında və ünvan 3 ünvanlarında yerləşən torpaq sahələrinin qarşılıqlı iddiaçının xeyrinə ipoteka ilə yüklü edilməsindən ibarətdir.
97. Bu tələbin hüquqi əsası olan Mülki Məcəllənin 758-ci maddəsinə əsasən əgər müqavilənin predmeti bina və ya onun ayrı-ayrı hissələridirsə, podratçı müqavilədən irəli gələn tələblərinə əsaslanaraq, binanın ucaldıldığı sifarişçiyə məxsus torpaq sahəsinə ipoteka tələb edə bilər.
98. Mülki Məcəllənin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər.
99. Həmin məcəllənin 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur.
100. Qeyd edilən maddi hüquq normalarının məzmunundan görünür ki, öhdəliyin icrasının təmin edilməsi üsulları kimi girov, ipoteka, saxlama kreditorun əmlaka sahiblik faktını şərtləndirir. Belə ki, kreditor əmlaka sahiblik etmirsə o, öhdəliyin icrasını təmin etmək üçün üsullardan istifadə etmək imkanından istifadə edə bilmir, nəticə olaraq öhdəliyin icrasını təmin edə bilmir.
101. İşin müəyyən edilmiş hallarına əsasən mübahisə yarandığı andan sifarişçiyə məxsus torpaq sahələri podratçının sahibliyində olmamışdır. Odur ki, ipoteka ilə yüklü edilmə barədə qarşılıqlı iddiaya münasibətdə Mülki Məcəllənin 758-ci maddəsinin tətbiq edilməsi üçün hüquqi əsaslar mövcud deyil.
102. Mülki Prosessual Məcəllənin 385.1.1-ci və 385.1.4-cü maddələrinə görə, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi həmin qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
103. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
104. Beləliklə yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, qətnamə qismən ləğv edilməli, ilk iddia təmin edilməməli, qarşılıqlı iddia isə qismən təmin edilməli, ******* ABŞ dolları ilk iddiaçıdan tutularaq qarşılıqlı iddiaçıya ödənilməli, iddia qalan hissələrdə təmin edilməməlidir.
105. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 385.1.1, 385.1.4, 388, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayəti təmin edilməsin. İlkin iddia üzrə Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil4 apellyasiya şikayəti təmin edilsin. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddiaçı Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-15/2023 nömrəli qətnaməsi qismən, ilkin iddia və qarşılıqlı iddialara dair hissədə ləğv edilsin, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. İlk iddia təmin edilməsin. Qarşılıqlı iddia qismən təmin edilsin. İlk iddia üzrə İddiaçındən ******* ABŞ dolları məbləği tutularaq ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddiaçı Cavabdeh1nə ödənilsin. Qarşılıqlı iddia qalan hissələrdə təmin edilməsin. İlk iddiaçının iddia ərizəsi və apellyasiya şikayətinə görə ödədiyi dövlət rüsumları ilkin iddiaçıya aid edilsin. Qarşılıqlı iddiaya görə ödənilmiş 30 manat və qarşılıqlı iddiaçının apellyasiya şikayətinə görə ödənilmiş 15 manat pulun cəmi 45 manat pulun 18 manat hissəsi İddiaçındən tutularaq Cavabdeh1nə ödənilsin, 45 manat pulun 27 manat hissəsi qarşılıqlı iddiaçının özünə aid edilsin. İlkin iddia üzrə Cavabdeh2 tərəfindən apellyasiya şikayətinə görə ödənilmiş 15 manat İddiaçındən tutularaq Cavabdeh2 ödənilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 400 (dörd yüz) manat pulun 240 manat hissəsi Cavabdeh1ndən, 160 manat hissəsi isə İddiaçındən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.