Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-46/2023 31.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Əkbərov Kamran Hüseyn oğlu və X1 ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi-Vəkil1 iştirakı ilə, İddiaçı “X5 B.V.” şirkətinin cavabdehlər Cavabdeh1 MMC, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsi, Cavabdeh2 MMC və Cavabdeh4 qarşı pul və digər tələblər barədə kommersiya mübahisəsinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-2(113)- 691/2022 nömrəli qətnaməsindən iddiaçı “X5 B.V.” şirkəti, cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 MMC tərəfindən verilmiş apellyasiya şikayətlərinə 27-31 yanvar 2023-cü il tarixlərdə işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı “X5 B.V.” şirkəti iddia və iddia həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək “X5 B.V.” şirkəti ilə Cavabdeh1 MMC arasında “GROVE GMK 4070” markalı, 4070-8186 seriya nömrəli mobil kranın icarəyə verilməsi barədə xx.xx.2013-cü il tarixli icarə müqaviləsinə xitam verilməsini, kranın icarəyə verilməsi ilə bağlı ödənilməyən 364830 avro icarə haqqının/əsas borcun, öhdəliyin icrasının gecikdirilməsi ilə bağlı 18242 avro əlavə borcun, 4000 manat hüquqi xidmət haqqının, 250 manat tərcümə xərclərinin, 75 manat notariat xərclərinin və 30 manat dövlət rüsumunun, cəmi 383072 avro və 4355 manat məbləğində pul vəsaitinin Cavabdeh1 MMC-dən tutulub iddiaçı “X5 B.V.” şirkətinə ödənilməsini, “GROVE GMK 4070” markalı, 4070-8186 seriya nömrəli mobil kranın Cavabdeh1 MMC-nin mülkiyyətinə keçirilməsi barədə DİN BDYPİ tərəfindən verilən xx.xx.2011-ci il tarixli AB493128 nömrəli şəhadətnamənin ləğv edilməsi, həmin kranın Cavabdeh1 MMC tərəfindən Cavabdeh2 MMC-yə satılması barədə xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsinin, həmin kranın Cavabdeh4 özgəninkiləşdirilməsi ilə bağlı müqavilənin etibarsız hesab olunması, “GROVE GMK 4070” markalı, 4070-8186 seriya nömrəli mobil kranın Cavabdeh2 MMC-nin mülkiyyətinə keçirilməsi barədə DİN BDYPİ tərəfindən verilən xx.xx.2017-ci il tarixli AC982270 nömrəli şəhadətnamənin ləğv olunmasını, habelə “GROVE GMK 4070” markalı, 4070-8186 seriya nömrəli mobil kranın Cavabdeh4 verilən şəhadətnamənin ləğv olunması, icarə müqaviləsinin predmeti olan “GROVE GMK 4070” markalı, 4070-8186 seriya nömrəli mobil kranın və ya onun dəyəri olan 325000 avro məbləğində vəsaitin cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2 MMC və Cavabdeh4 alınıb iddiaçı “X5 B.V.” şirkətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Niderland Krallığının “Trading Company P. Van Adrighem B.V.” şirkəti ilə Cavabdeh1 arasında qiyməti 325000 avro olan 1998-ci ildə istehsal olunmuş 1 ədəd “GROVE GMK 4070” markalı, 4070-8186 seriya nömrəli mobil Kranın aylıq icarə haqqı 6000 avro olmaqla icarəyə verilməsi barədə xx.xx.2008-ci il tarixli müqavilə bağlanmış. Həmin müqavilənin şərtlərinə əsasən qeyd olunan kran Cavabdeh1 MMC-yə icarəyə təhvil verilib və Azərbaycan Respublikasına gətirilmişdir. 30 dekabr 2013cü il tarixli alqı-satqı müqaviləsinə əsasən “Trading Company P. Van Adrighem B.V.” şirkəti 1998-ci ildə istehsal olunmuş, “GROVE GMK 4070” markalı, 4070-8186 seriya nömrəli mobil Kranı, onun icarəyə verilməsi ilə bağlı hüquqları, o cümlədən ödənilməmiş icarə borclarını almaq hüququnu 100000 avro müqabilində Niderland Krallığının “X5 B.V.” şirkətinə satmış və bu barədə icarəçi Cavabdeh1 MMC-yə rəsmi məlumat vermişdir. Bundan sonra, iddiaçı “X5 B.V.” şirkəti ilə Cavabdeh1 MMC arasında 1998-ci il istehsalı olan, “GROVE GMK 4070” markalı, 4070-8186 seriya nömrəli mobil kranın icarəyə verilməsi barədə xx.xx.2013-cü il tarixli, NO 13DER-P3112 saylı kran xidmət müqaviləsi imzalanmışdır. Bu müqavilənin 3.1.-ci maddəsinə əsasən Cavabdeh1 MMC xx.xx.2013-cü il tarixinədək ödənilməmiş 108000 avro icarə borcunu və 2014-cü ilin yanvar ayından etibarən aylıq 6000 avro icarə haqqını birlikdə, daha dəqiq 2014-cü ilin yanvar ayında icarə borcundan 12000 avro üstə gəl 6000 avro aylıq icarə haqqı olmaqla, qalan 96.000 avro icarə borcunu isə 32 aya bölərək aylıq 3.000 avro icarə borcu üstə gəl 6.000 avro icarə haqqı, yəni fevral 2014-cü ildən etibarən 32 ay müddətində sabit olaraq 9000 avro məbləğində vəsaiti, borc bitdikdən sonra isə hər ay 6.000 avro icarə haqqını iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.3.-cü bəndinə əsasən müvafiq ödənişlər cavabdeh tərəfindən hər ayın 29-u həyata keçirilməli idi. Həmin müqavilənin müddəti mobil kran satın alınanadək müəyyən olunub. Lakin cavabdeh qeyd olunan müqavilənin şərtlərini pozaraq ödənişləri gecikdirmiş, razılaşdırılmış məbləğdə və vaxtda ödəmədiyindən, iddiaçıya külli miqdarda icarə haqqı borcu yaranmışdır. Belə ki, hər iki müqavilə tərəfinin imzaladığı xx.xx.2017-ci il tarixli üzləşmə aktlarına əsasən həmin tarixədək cavabdehin ödəməli olduğu ümumi məbləğ 364000 avro təşkil etmiş, həmin borcdan cəmi 197170 avro vəsait ödənilmiş və xx.xx.2017-ci il tarixədək iddiaçıya 166830 avro məbləğində əsas borcu yaranmışdır. Cavabdeh tərəfindən iddaçıya sonuncu dəfə xx.xx.2017-ci il tarixdə 4000 avro icarə haqqı ödənilmişdir. Üzləşmə aktının imzalandığı vaxtdan iddia ərizəsinin tərtib olunduğu xx.xx.2018-ci il tarixədək ötən dövr üçün mobil krandan istifadə ilə bağlı cavabdehin iddiaçıya əlavə olaraq, 72 000 (12 ay x 6.000 avro) avro əsas borcu yaranıb. Hal-hazıradək cavabdehin iddiaçıya mobil kranın icarəsi ilə bağlı 238830 avro əsas borcu var. Bundan başqa hesab edir ki, cavabdeh Mülki Məcəllənin 445.7.-ci maddəsinə əsasən pul vəsaitinin gecikdirilməsi üçün həmin məbləğin illik 5 faizi həcmində, yəni 11941 avro əlavə məbləğ ödəməlidir. Bundan başqa xx.xx.2013-cü il tarixli Kran Xidmət Müqaviləsinin 3.2.-ci bəndində qeyd olunub ki, bu müqavilənin şərtlərinə əməl edilmədiyi halda istər Niderland, istərsə də Azərbaycanda yaranacaq hər növ mübahisələrlə bağlı bütün məhkəmə, vəkil və digər xərclər Cavabdeh1 MMC tərəfindən ödəniləcəkdir. Belə ki, hüquq xidmətlərinin göstərilməsi ilə bağlı “X5 B.V.” şirkəti tərəfindən Azərbaycanda onu nümayəndə kimi təmsil edəcək nümayəndəyə etibarnamə üzrə geniş səlahiyyətlər verilməklə müqavilə əsasında 4.000 manat hüquqi xidmət haqqı ödənilmişdir. Həmçinin iddia tələbi ilə məhkəməyə müraciət olunması üçün zəruri olan və Niderlandda notarial təsdiq edilməklə apostil olunub göndərilmiş sənədlər toplusunun azərbaycan dilinə tərcümə edilərək notarial təsdiqlənməsi üçün 250 manat tərcüməyə və 75 manat notariat əməliyyatlarına əlavə vəsait xərclənmişdir. Göründüyü kimi tərəflər arasında bağlanmış müqavilə öhdəliyinə əsasən, qeyd olunan hüquqi xidmət, tərcümə və notariat əməliyyatlarına nağd ödənilmiş vəsaitlərin də cavabdehdən tutulub iddiaçıya ödənilməsi zəruridir və qətnamədə öz əksini tapmalıdır. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-2(113)-691/2022 nömrəli qətnaməsi ilə iddia qismən təmin olunaraq, “X5 B.V.” şirkəti ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2013-cü il tarixli icarə müqaviləsinin ləğv edilməsi, xx.xx.2020-ci tarixə ödənilməyən 364830 avro məbləğində icarə haqqı borcun, notariat xərcləri ilə bağlı olan 75 manat, tərcümə xərcləri ilə bağlı olan 125 manat və dövlət rüsumu kimi ödənilmiş 28,56 manat məbləğində pulun Cavabdeh1 MMC-dən tutularaq “X5 B.V.” şirkətinə ödənilməsi, “GROVE GMK 4070” xüsusi markalı, **-JN-*** dövlət qeydiyyat nişanlı mobil kran ilə bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsi tərəfindən verilən xx.xx.2011-ci il tarixli AB493128 nömrəli və xx.xx.2017-ci il tarixli AC982270 nömrəli şəhadətnamələrin ləğv edilməsi, “GROVE GMK 4070” xüsusi markalı, **-JN-*** dövlət qeydiyyat nişanlı mobil kranın satılması ilə bağlı Cavabdeh1 MMC ilə Cavabdeh2 MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, “GROVE GMK 4070” xüsusi markalı, **-JN-*** dövlət qeydiyyat nişanlı mobil kranın cavabdehlər Cavabdeh1 MMC və ya Cavabdeh2 MMC-dən alınaraq “X5 B.V.” şirkətinə qaytarılması, bu mümkün olmadıqda kranın dəyəri olan 100000 avro məbləğində pulun Cavabdeh1 MMC-dən alınaraq iddiaçı “X5 B.V.” şirkətinə ödənilməsi, iddia tələbinin digər hissədə və Cavabdeh4 münasibətdə isə rədd edilməsi qət edilmişdir. (hakim: E.Əliyev) Həmin qətnamədən Cavabdeh1 MMC apelyasiya şikayət verərək birinci instansiya məhkəməsinin qətnaməsinin qismən, iddia tələbinin təmin olunan hissəsində ləğv edilərək, həmin hissədə iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 MMC apelyasiya şikayətində qeyd etmişdir ki, işin faktiki halları ondan ibarətdir ki, “Trading Company P. Van Adrighem B.V.” şirkəti ilə Cavabdeh1 MMC arasında 1998-ci ildə istehsal olunmuş “GROVE GMK 4070” markalı, 4070-8186 seriya nömrəli mobil kranın icarəyə verilməsinə dair xx.xx.2008-ci il tarixli müqavilə bağlanmışdır. İcarə müqaviləsi bir müddət davam etdikdən sonra, 2010-cu ildə həmin mobil kran Cavabdeh1 MMC-yə satılmışdır. Kran Cavabdeh1 MMC-nin xüsusi mülkiyyətində olduğu dövrdə, “Trading Company P. Van Adrighem B.V.” şirkəti ilə “X5 B.V.” şirkəti arasında bağlanmış 30 dekabr 2013-cü il tarixli uydurma “alqı-satqı” müqaviləsinə əsasən, 1998-ci ildə istehsal olunmuş “GROVE GMK 4070” markalı, 4070-8186 seriya nömrəli mobil kranı, onun icarəyə verilməsi ilə bağlı hüquqları, o cümlədən ödənilməmiş icarə borclarının almaq hüququnu 100.000 avro müqabilində sonuncuya satılmışdır. Eyni zamanda xx.xx.2013-cü il tarixdə “X5 B.V.” şirkəti ilə Cavabdeh1 MMC arasında həmin mobil kranın Cavabdeh1 MMC-yə icarəyə verilməsi və 108.000 avro borcun hissə-hissə ödənilməsi barədə saxta müqavilə tərtib olunmuşdur. Məhkəmə mübahisəni mahiyyəti üzrə həll edərkən, iddiaçı-X5 B.V.” şirkətinin mübahisə predmeti olan “GROVE GMK 4070” markalı, 4070-8186 seriya nömrəli mobil kran üzərində subyektiv hüququnun olub-olmasının araşdırmamışdır. İddia ərizəsinə etirazda və məhkəməyə təqdim etdikləri vəsatətlərdə iş materiallarında iddiaçının subyektiv hüququnu təsdiq edən mötəbər sübutların olmadığını qeyd etsələr də məhkəmə tərəfindən bu dəlillərinə düzgün qiymət verilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 avqust 2012-ci il tarixli Plenum Qərarında qeyd edilir ki, Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. İş materallarında mübahisə predmenti olan “GROVE GMK 4070” markalı, 4070-8186 seriy, nömrəli mobil kranın iddiaçının mülkiyyətində olmasını təsdiq edən heç bir çıxarış, qeydiyyat şəhadətnaməsi və s. mötəbər sübut mövcud deyil. Nəqliyyat vasitələri reyestrdə qeydə alınan daşınar əmlaklardır və onların reyestri bütün ölkələrdə müvafiq orqan tərəfindən həyata keçirilir. Niderland krallığı nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş müvafiq şəhadətnamənin surəti şikayətə əlavə olunur. “Trading Company P. Van Adrighem B.V.” şirkəti ilə “X5 B.V.” şirkəti arasında bağlanmış xx.xx.2013cü il tarixli alqı-satqı müqaviləsi ilə bağlı bildirmək istəyirlər ki, həmin müqavilə iki şirkət arasında bağlanmış və öz möhürləri ilə təsdiq edilmişdir. Həmin müqavilə hər hansı dövlət orqanı və notariat ofisi tərəfindən təsdiq edilməmiş və ya həmin müqavilə üzrə hüquqlar dövlət qeydiyyatına alınmamışdır. Bu da onu deməyə əsas verir ki, həmin şirkətlər öz möhürlərindən istifadə edərək istənilən tarixdə istənilən şəxsin əmlakı ilə bağlı əhəmiyyətsiz əqdlər bağlaya bilərlər. Lakin həmin müqavilə üzrə hüquqlar dövlət qeydiyyatına alınmadıqca əhəmiyyətsiz olmağa davam edəcəkdir. İşin hər tərəfli, düzgün ararşdırılması və iş üzrə obyektiv həqiqətin müəyyən olunması üçün xx.xx.2021-ci il tarixdə məhkəməyə vəsatət verərək iddiaçının subyektiv hüququnun olub-olmamasını müəyyənləşdirilməsi üçün X2 məhkəmə tapşırığının göndəriləməsini xahiş etmişlər. Məhkəmə tərəfindən vəsatətləri o əsasla təmin edilməyib ki, xarici ölkəyə məhkəmə tapşırığının göndərilməsi və ona cavab alınması uzun müddət vaxt alacağından, subyektiv hüququnu təsdiq edən sənədin məhkəməyə təqdim edilməsini iddiaçıya tapşırmışdır. Məhkəmə prosesi 5 dəfə təxirə salınaraq (xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2022, xx.xx.2022) subyektiv hüquqi təsdiq edən sənədlərin məhkəməyə təqdim edilməsi üçün tam 7 (yeddi) ay möhlət verilmişdir. Bu müddət ərzində heç bir araşdırma aparılmamış hər dəfə məhkəmə prosesi iddiaçının xahişi ilə subyektiv hüquqi təsdiq edən sənədlərin təqdim edilməsi üçün təxirə salınmışdır. Nəticədə iddiaçı subyektiv hüququnu təsdiq edən sənədi məhkəməyə təqdim edə bilməmişdir. Eyni zamanda məhkəməyə sübutların təmin edilməsi barədə vəsatət təqdim edərək, “AR Dövlət Gömrük Komitəsinə müvafiq sorğu verilərək, xx.xx.2008-ci il tarixdən bu günədək “X5 B.V." şirkəti tərəfindən xüsusi gömrük proseduru altında Azərbaycan Respublikası ərazisinə gətirilmiş və onun adına qeydə alınmış hər hansı nəqliyyat vasitəsinin olub-olmaması barədə məlumat verilməsini, əgər qeydə alınmış nəqliyyat vasitəsi olubsa bunu təsdiq edən sənədlərin təsdiq edilmiş surətinin məhkəmə araşdırmasına təqdim edilməsini xahiş etmişlər. Heç bir əsaslandırma olmadan Məhkəmə tərəfindən bu vəsatətləri də rədd edilmişdir. Əslində bu məlumatın dəqiqləşdirilməsi iş üçün çox mühüm əhəmiyyət kəsb edirdi. (Qeyd: Müvafiq vəkil sorğusu ilə Dövlət Gömrük Komitəsinə müraciət etsələr də həmin məlumatların onlara təqdim olunmasından imtina edilmişdir.) Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 sentyabr 2013-cü il tarixli 245 nömrəli qərarı ilə təsdiq edilmiş “Malların müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilməsi” Qaydalarına əsasən təkrar ixrac üçün nəzərdə tutulmuş xarici mallar müvəqqəti idxal proseduru altında yerləşdirilir (qeydə alınır). Bununla bağlı həmin malı gətirmiş şəxslərə müvafiq icazə sənədi verilir. (xx.xx.2013-cü il tarixədək Dövlət Gömrük Komitəsinin 29 sentyabr 2000-ci il tarixli № 064 Əmr ilə təsdiq edilmiş Müvəqqəti idxal (ixrac) gömrük rejimi haqqında” əsasnamə ilə tənzimlənirdi.) Əgər həqiqətən də Azərbaycan Respublikası ərazisində iddiaçı “X5 B.V.” şirkətinə aid hər hansı bir nəqliyyat vasitəsi olsaydı həmin nəqliyyat vasitəsi xüsusi gömrük proseduru altında qeydə alınar və bununla bağlı iddiaçıya müvafiq icazə sənədi verilərdi. İşin hallarından göründüyü kimi iddiaçının nə subyektiv hüququnu təsdiq edən hər hansı bir sənəd var, nə də onun AR ərazisində xüsusi gömrük proseduru altında müvəqqəti idxal olunmuş bir əmlakı var. Həmin kran xx.xx.2011-ci il tarixdən Cavabdeh1 MMC-nin xüsusi mülkiyyətində olduğundan, yuxarıda qeyd olunan 2013-cü ildə bağlandığı iddia edilən müqavilələrin bağlanması qeyrimümkündür. Həmin müqavilələr özü- özlüyündə əhəmiyyətsiz əqdlərdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli Dövlət Gömrük Komitəsi tərəfindən verilmiş məktuba əlavə olunmuş çıxarışdan görünür ki, mübahisə predmenti olan kran 2010-cu il də qanuni əsaslarla ölkəyə idxal olunmuşdur (çıxarışda qeyd olunur ki, həmin zaman kranın Gömrük dəyəri 70.000 dollar olub). Daha sonra DİN BDYPİ tərəfindən verilən xx.xx.2011-ci il tarixli AB493128 nömrəli qeydiyyat şəhadətnaməsi verilmişdir (daha sonra başqa hüquqi şəxsə satılıb). Buna görə də istər “Trading Company P. Van Adrighem B.V.” şirkəti ilə “X5 B.V.” şirkəti arasında bağlanmış xx.xx.2013-cü il tarixli alqı-satqı müqaviləsi, itərsə də “X5 B.V.” şirkəti ilə Cavabdeh1 MMC arasında bağlandığı iddia olunan xx.xx.2013-cü il tarixli icarə müqaviləsi uydurma əqddir. “X5 B.V.” şirkəti ilə Cavabdeh1 MMC arasında bağlandığı iddia olunan xx.xx.2013-cü icarə müqaviləsinin etibarsızlığını təsdiq edən digər bir hal ondan ibarətdir ki, həmin müqavilə Cavabdeh1 MMC-nin səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmamışdır. İş materiallarında olan Dövlət Vergi Xidməti tərəfindən verilmiş 29 iyul 2020-ci il tarixli məktubda qeyd olunur ki, xx.xx.2010-cu il tarixdən xx.xx.2015-ci il tarixədək Cavabdeh1 MMC-nin direktoru X3 olmuşdur. Müəssisənin direktoru X3 nə həmin müqaviləni özü imzalamış, nə də elə bir müqaviləni imzalamaq üçün kiməsə səlahiyyət (müvafiq etibarnamə) vermişdir. Qeyd olunan bu halla bağlı məhkəmənin gəldiyi yanaşma ondan ibarətdir ki, “müqavilənin “Dermaks" MMC tərəfindən səlahiyyəti olmayan şəxs tərəfindən imzalanması ilə bağlı məhkəmə qeyd edir ki, xx.xx.2013-cü və xx.xx.2017-ci il tarixli müqavilə və üzləşmə aktlarında olan imzalar “Dermaks" MMC-nin möhürü ilə təsdiq edildiyinə görə həmin sənədlər mötəbər sübut kimi qəbul edilir." Məhkəmənin gəldiyi bu nəticə ümumiyyətlə heç bir məntiqə sığmır. Həm bundan əlavə həmin müqavilədəki möhürün həqiqətən “Dermaks" MMC-nin möhürü olduğu hansı ekspert rəyi ilə müəyyən edilib. Eyni zamanda “X5 B.V.” şirkəti iddia tələbinin əsası kimi qeyd edir ki, 2013-cü ildən 2017-ci ilədək Cavabdeh1 MMC tərəfindən kranın istifadəsinə görə ona müvafiq icarə haqqı ödənilmişdir. Lakin Cavabdeh1 MMC tərəfindən icarə haqqını ödənilməsini təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Əksinə Cavabdeh1 MMC tərəfindən məhkəməyə təqdim olunmuş Niderland Krallığının Ticarət palatasından əldə olunmuş xx.xx.2021-ci il tarixli çıxarışdan məlum olur ki, “X5 B.V.” şirkətinin 2014-cı ildən sonra ümumiyyətlə fəaliyyəti olmayıb və maliyyə hesabatı verməyib. Məhkəmə tərəflərindən təqdim olunmuş həmin sübuta və tərəflər arasında ödənişi təsdiq edən sənədlərin olmamasına ümumiyyətlə heç bir münasibət bildirməyib. Məhkəmə qətnaməsində qeyd edilir ki, “Dermaks" MMC xx.xx.2011-ci il tarixdə “GROVE GMK4070" markalı, 4070-8186 seriya nömrəli mobil krana AB493128 nömrəli qeydiyyat şəhadətnaməsi verilsə də, məhkəmə hesab edir, həmin kran “Dermaks" MMC tərəfindən qanuni əsaslarla olmadan özgəninkiləşdirilmişdir belə ki, “Dermaks" MMC tərəfindən mobil kranın kimdən aldığını əks etdirən mötəbər sübut olan alqı-satqı müqaviləsi məhkəməyə təqdim edilməmişdir. Buna görə də məhkəmə onun adına verilmiş şəhadətnaməni ləğv etmiş, sonrakı alqı-satqı müqavilələrin isə etibarsız hesab etmişdir. Məhkəmənin gəldiyi bu nəticəni də düzgün hesab etmirlər. Belə ki, qeyd olunan müvafiq qeydiyyat şəhadətnaməsi həmin kran ölkəyə idxal olunarkən gömrük orqanlarına təqdim olunmuş müvafiq sənədlər əsasında verilmişdir. Həmin kranın ölkəyə idxal edilməsindən 10 ildən çox vaxt keçdiyindən Cavabdeh1 MMC tərəfindən həmin sənədlər saxlanmamışdır. Həmçinin bununla bağlı Dövlət Gömrük Komitəsinə müvafiq sorğu verilmiş, sorğuya cavabda bildirilmişdir ki daxili təlimata əsasən həmin sənədlər müəyyən olunmuş müddət keçdiyindən məhv edilmişdir. Göründüyü kimi dövlət orqanları belə müəyyən müddət keçdikdən sonra həmin sənədləri saxlamırlarsa, müvafiq qeydiyyat şəhadətnaməsi olduğu halda cavabdehdən sübut kimi 10 il öncə bağlanmış alqı-satqı müqaviləsinin tələb olunması başa düşülən deyil. Məhkəmə qanunsuz olaraq cavabdehdən əlavə sübutlar tələb etmək əvəzinə birinci növbədə iddiaçının subyektiv hüququnun olub-olmamasını müəyyən etməli idi. İşin hallarından göründüyü kimi məhkəmə iddia tələbini təmin edərkən heç bir mötəbər sübuta əsaslanmayıb. Həmçinin maddi və prosessual hüquq normalarının tətbiqində bir çox səhvlərə yol verib ki, bu da düzgün olmayan qətnamənin qəbul olunmasına səbəb olub. Həmin qətnamədən Cavabdeh2 MMC apelyasiya şikayət verərək birinci instansiya məhkəməsinin qətnaməsini iddia tələbinin təmin olunan hissəsində ləğv edərək, həmin hissədə iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 MMC apelyasiya şikayətində qeyd etmişdir ki, məhkəmə Cavabdeh2 MMC-yə münasibətdə iddia tələbini təmin edərkən o nəticəyə gəlmişdir ki, Cavabdeh1 MMC xx.xx.2011-ci il tarixdə “GROVE GMK 4070” markalı, 4070-8186 seriya nömrəli mobil kran AB493128 nömrəli qeydiyyat şəhadətnaməsi verilsə də, həmin kran Cavabdeh1 MMC tərəfindən qanuni əsaslar olmadan özgəninkiləşdirilmişdir. Belə ki, Cavabdeh1 MMC tərəfindən mobil kranın kimdən aldığını əks etdirər mötəbər sübut olan alqı-satqı müqaviləsi məhkəməyə təqdim edilməmişdir. Bu isə o deməkdir ki, “GROVE GMK 4070” markalı, 4070-8186 seriya nömrəli mobil kranın Cavabdeh1 MMC-nin adına rəsmiləşdirilməsi, sonradan isə Cavabdeh2 MMC-yə satılması qanunsuz olduğundan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsi tərəfindən verilən şəhadətnamələr ləğv edilməli, xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsi isə etibarsız hesab edilməlidir. Göründüyü kimi məhkəmə mübahisə predmenti olan kranın Cavabdeh1 MMC tərəfindən “qanun, əsaslarla əldə edilmədiyini əsas gətirərək” Cavabdeh1 MMC ilə Cavabdeh2 MMC arasınd bağlanmış xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsini də etibarsız hesab etmişdir. Məhkəmənin gəldiyi bu nəticə ilə razılaşmayaraq bildirirlər ki, məhkəmə iş üzrə mübahisəni həll edərkən Cavabdeh2 MMC-nin vicdanlı əldə edən olmasına düzgün qiymət verməmişdir. Belə ki, iş materiallarında olan Cavabdeh1 MMC ilə Cavabdeh2 MMC arasında bağlanmış “GROVE GMK 4070” markalı, 4070-8186 seriya nömrəli mobil kranın alqı-satqısı ilə bağlı xx.xx.2017-ci il tarixli müqavilədən görünür ki, kran 60.000 (altmış) min manata Cavabdeh2 MMC yə satılmışdır. Həmin alqı-satqı müqaviləsinin həyata keçirildiyi tarixdə, “GROVE GMK 4070” markalı, 4070 8186 seriya nömrəli mobil krana dair hər hansı məhkəmə mübahisəsi olmamış, onun üzərinə həbs qoyulmamış və yüklü olmamışdır. Alqı-satqı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 39 nömrəli qərarı təsdiq edilmiş qaydaya uyğun həyata keçirilmişdir. AR Konstitusiya Məhkəməsinin Plenumu “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası A Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 oktyabr 2004-cü il tarixli qərarında xüsusi qeyd etmişdir ki, “əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə Mülki Məcəllənin 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır”. İşin hallarından göründüyü kimi, Cavabdeh2 MMC “GROVE GMK 4070” markalı, 4070-8186 seriya nömrəli mobil kranı qanuni əsaslarla əldə etmişdir. Buna görə də vicdanlı alıcı kimi Cavabdeh2 MMC-nin hüquqları nəzərə alınmalı idi. Lakin birinci instansiya məhkəməsi Cavabdeh2 MMC-nin vicdanlı alıcı olmasına ümumiyyətlə münasibət bildirməmişdir. Hətta məhkəmə xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsinin hansı hüquqi əsasla etibarsız hesab edilməsini belə qeyd etməmişdir. Qeyd olunanlar göstərir ki, məhkəmənin xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsızlığı ilə bağlı gəldiyi nəticə işin hallarına uyğun deyildir. Eyni zamanda qeyd etməyi zəruri hesab edirlər ki, iddiaçı “X5 B.V.” şirkətinin mübahisə predmenti olan “GROVE GMK 4070” markalı, 4070- 8186 seriya nömrəli mobil kran üzərində subyektiv hüququ yoxdur. İş materallarında mübahisə predmeti olan “GROVE GMK 4070” markalı, 4070-8186 seriya nömrəli mobil kranın iddiaçının mülkiyyətində olmasını təsdiq edən heç bir mötəbər sübut mövcud deyil. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 avqust 2012-ci il tarixli Plenum Qərarında qeyd edilir ki, Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Birinci instansiya məhkəməsi iddiaçının mübahisə predmeti barədə subyektiv hüququnun olmasını ümumiyyətlə araşdırmamış və buna hüquqi qiymət verməmişdir. İşin hallarından göründüyü kimi məhkəmə iddia tələbini təmin edərkən heç bir mötəbər sübuta və maddi hüquq normasına əsaslanmayıb. Həmin qətnamədən iddiaçı “X5 B.V.” şirkətinin nümayəndəsi-Vəkil1 apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin Cavabdeh4 ilə bağlı hissə istisna olmaqla iddia tələbinin təmin olunmadığı hissədə ləğv olunması və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi xx.xx.2013-cü il tarixli müqaviləyə istinad edərək “Trading Company P. Van Adrighem B.V.” şirkətinin “GROVE GMK 4070” markalı, 4070-8186 seriya nömrəli mobil kranı onun icarəyə verilməsi ilə bağlı hüquqları, o cümlədən ödənilməmiş icarə borcların almaq hüququnu “X5 B.V.” şirkətinə 100000 avroya satdığını qeyd etmiş və cavabdehdən mübahisə predmeti olan kranın dəyəri olan 325.000 avro pul vəsaitinin tutulması ilə bağlı iddia tələbini yalnız 100.000 avro hissədə təmin etmişdir. Bu zaman birinci instansiya məhkəməsi Adrigem şirkətinin mübahisə predmeti olan kranı Eschbach şirkətindən 325.000 avroya alınması barədə sənədə və müvafiq gömrük bəyannaməsinə hüquqi qiymət verməyib. Məhkəmə öhdəliyin icrasının gecikdirilməsi ilə bağlı 18.242 (on səkkiz min iki yüz qırx iki) avro pul vəsaitinin tutulması ilə bağlı hissədə iddia tələbini təmin etməyib. Halbuki, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən pul vəsaitinin gecikdirilməsi üçün həmin məbləğin illik 5 faiz ödəməyə borcludur. İşdə olan sənədlərdən görünür ki, Cavabdeh1 MMC iddiaçı qarşısında öz öhdəliyini uzun müddət tam və layiqincə icra etməyib, icarə müqaviləsindən irəli gələn pul məbləğinin ödənilməsini gecikdirib. Belə olduğu təqdirdə birinci instansiya məhkəməsi Mülki məcəllənin 445.7-ci maddəsini tətbiq etməli və xx.xx.2021-ci il tarixədək pul məbləğinin ödənilməsinin gecikdirilməsinə görə cavabdehdən 18.242 avro məbləğində pul vəsaitinin tutulması hissəsində iddia tələbini təmin etməli idi. Lakin birinci instansiya məhkəməsi MM-nin 445.7.-ci maddəsini tətbiq etməyib və düzgün olmayan qətnamə çıxarılmasına səbəb olub. Birinci instansiya məhkəməsi iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş kranın real dəyərini əks etdirən sənədlərə tam hərtərəfli və obyektiv qiymət verməyib və bu düzgün olmayan qətnamə çıxarılmasına səbəb olub. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi-Vəkil1 verdiyi apellyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın tam təmin edilməsi, cavabdehlərin apelyasiya şikayətlərinin təmin edilməməsi haqqında qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh1 MMC-nin nümayəndəsi-vəkili Vəkil2 apellyasiya şikayətinə uyğun izahat verərək onun təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. İşə təkrar apellyasiya qaydasında baxılarkən iş üzrə cavabdehlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsi, Cavabdeh2 MMC və Cavabdeh4 məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmaqla çağırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişlər, bu səbəbdən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə qeyd olunan cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, iş üzrə tərəflərin nümayəndələrinin izahatını, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, işdə olan sübutları qiymətləndirərək, yuxarı instansiya məhkəməsinin qərarında qoyulmuş göstərişləri nəzərə alaraq belə hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi iddia tələbinin rədd olunan hissədə qismən ləğv edilməli, iddia tələbi öhdəliyinin icrasının gecikdirilməsi ilə bağlı 18242 avro məbləğində borcun tutulması hissəsində təmin edilməlidir. İş materiallarında olan xx.xx.2008-ci il tarixli müqavilədən görünür ki, icarəyə verən Niderland Krallığının “Trading Company P. Van Adrighem B.V.” şirkəti tərəfindən icarəçi Cavabdeh1nə qiyməti 325000 avro olan 1998-ci ildə istehsal olunmuş 1 ədəd “GROVE GMK 4070” markalı, 4070-8186 seriya nömrəli mobil kranı ayda 6000 avro ödənilməklə icarəyə verilmişdir. İş materiallarında olan xx.xx.2013-cü il tarixli müqavilədən görünür ki, satıcı “Trading Company P. Van Adrighem B.V.” şirkəti “GROVE GMK 4070” markalı, 4070-8186 seriya nömrəli mobil kranı onun icarəyə verilməsi ilə bağlı hüquqları, o cümlədən ödənilməmiş icarə borclarını almaq hüququ ilə alıcı “X5 B.V.” şirkətinə 100000 avroya satmışdır. İş materiallarında olan xx.xx.2013-cü il tarixli müqavilədən görünür ki, Cavabdeh1 ilə “Trading Company P. Van Adrighem B.V.” şirkəti arasında bağlanmış xx.xx.2008-ci il tarixli icarə müqaviləsi ləğv edilmiş və həmin müqavilədə nəzərdə tutulmuş eyni şərtlərlə icarəyə verən “X5 B.V.” şirkəti icarəçi Cavabdeh1nə “GROVE GMK 4070” markalı, 4070-8186 seriya nömrəli mobil kranı icarəyə vermişdir. İş materiallarında olan xx.xx.2017-ci il tarixli “X5 B.V.” şirkəti ilə Cavabdeh1 arasındakı imzalanmış və möhürlərlə təsdiq edilmiş üzləşmə aktından görünür ki, icarəçi Cavabdeh1 icarədar “X5 B.V. şirkətinə 364000 avro borcu olmuş, ondan 197170 avro ödənilmiş, xx.xx.2017-ci il tarixə 166830 avro məbləğində borc ödənilməmiş qalmışdır. İş materiallarında olan Dövlət Gömrük Komitəsinin xx.xx.2020-ci il tarixli 1000- 170/1xx-xx/011366 nömrəli məktubundan görünür ki, “GROVE GMK 4070” markalı, 4070- 8186 seriya nömrəli mobil kran Cavabdeh1 tərəfindən xx.xx.2008-ci il tarixli 00100/0120762 sorğu nömrəli yük gömrük bəyannaməsi ilə müvəqqəti idxal olunmuş, xx.xx.2010-cu il tarixli 00100/0120762 sorğu nömrəli yük gömrük bəyannaməsi ilə “sərbəst dövriyyə üçün buraxılış” rejimi bəyan edilərək ölkə ərazisinə idxal olunmuşdur. İş materiallarında olan DİN BDYPİ-nin xx.xx.2022-ci il tarixli 016-5709/222 nömrəli məktubundan görünür ki, xx.xx.2011-ci il tarixdə Cavabdeh1nə AB493128 nömrəli qeydiyyat şəhadətnaməsi verilmiş, “GROVE GMK 4070” xüsusi markalı, **-JN-*** dövlət qeydiyyat nişanlı mobil kran Cavabdeh1 adına qeydiyyata alınmışdır. xx.xx.2011-ci il tarixdə kran "xxxx" ASC-də ipoteka ilə yüklü edilmiş, yüklülük xx.xx.2017-ci il tarixdə götürülmüşdür. xx.xx.2017-ci il tarixdə isə kran Cavabdeh1 qeydiyyatından çıxarılmış və Cavabdeh1 Cavabdeh2 MMC arasında 08 avqust 2017-ci il tarixdə nəqliyyat vasitəsinin alqı-satqısına dair müqavilə bağlanmış, buna əsasən kran 08 avqust 2017-ci il tarixdə DİN BDYPİ-də Cavabdeh2 MMC-nin adına qeydiyyata alınmışdır. İşdən görünür ki, iddiaçı “X5 B.V.” şirkəti ilə Cavabdeh1 MMC arasında “GROVE GMK 4070” markalı, 4070-8186 seriya nömrəli mobil kranın icarəyə verilməsi barədə xx.xx.2013cü il tarixli icarə müqaviləsinə xitam verilməsini, kranın icarəyə verilməsi ilə bağlı ödənilməyən 364830 avro icarə haqqının/əsas borcun, öhdəliyin icrasının gecikdirilməsi ilə bağlı 18242 avro əlavə borcun, 4000 manat hüquqi xidmət haqqının, 250 manat tərcümə xərclərinin, 75 manat notariat xərclərinin və 30 manat dövlət rüsumunun, cəmi 383072 avro və 4355 manat məbləğində pul vəsaitinin Cavabdeh1 MMC-dən tutulub iddiaçı “X5 B.V.” şirkətinə ödənilməsini, “GROVE GMK 4070” markalı, 4070-8186 seriya nömrəli mobil kranın Cavabdeh1 MMC-nin mülkiyyətinə keçirilməsi barədə DİN BDYPİ tərəfindən verilən xx.xx.2011-ci il tarixli AB493128 nömrəli şəhadətnamənin ləğv edilməsi, həmin kranın Cavabdeh1 MMC tərəfindən Cavabdeh2 MMC-yə satılması barədə xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsinin, həmin kranın Cavabdeh4 özgəninkiləşdirilməsi ilə bağlı müqavilənin etibarsız hesab olunması, “GROVE GMK 4070” markalı, 4070-8186 seriya nömrəli mobil kranın Cavabdeh2 MMC-nin mülkiyyətinə keçirilməsi barədə DİN BDYPİ tərəfindən verilən xx.xx.2017-ci il tarixli AC982270 nömrəli şəhadətnamənin ləğv olunmasını, habelə “GROVE GMK 4070” markalı, 4070-8186 seriya nömrəli mobil kranın Cavabdeh4 verilən şəhadətnamənin ləğv olunması, icarə müqaviləsinin predmeti olan “GROVE GMK 4070” markalı, 4070-8186 seriya nömrəli mobil kranın və ya onun dəyəri olan 325000 avro məbləğində vəsaitin cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2 MMC və Cavabdeh4 alınıb iddiaçı “X5 B.V.” şirkətinə ödənilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəmə iddia tələbini qismən təmin etmiş və mövqeyini aşağıdakılarla əsaslandırmışdır. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 421 və 700.1-ci maddələri). Məhkəmə tədqiq edilmiş sübutlara əsasən müəyyən etmişdir ki, icarəyə verən Niderland Krallığının “Trading Company P. Van Adrighem B.V.” şirkəti ilə icarəçi Cavabdeh1 arasında bağlanmış xx.xx.2008-ci il tarixli icarə müqaviləsinə əsasən 1998-ci ildə istehsal olunmuş 1 ədəd “GROVE GMK 4070” markalı, 4070-8186 seriya nömrəli mobil kran ayda 6000 avro ödəmək şərti ilə icarəyə verilmiş və sözügedən mobil kran xx.xx.2008-ci il tarixli gömrük yük bəyannəməsi ilə Azərbaycan Respublikasına müvəqqəti idxal edilmişdir. Daha sonra 30 dekabr 2013-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən satıcı “Trading Company P. Van Adrighem B.V.” şirkəti həmin mobil kranı, onun icarəyə verilməsi ilə bağlı hüquqları, o cümlədən ödənilməmiş icarə borclarını almaq hüququ ilə 100000 avroya alıcı “X5 B.V.” şirkətinə satmışdır. Bundan sonra xx.xx.2008-ci il tarixli icarə müqaviləsində göstərilən şərtlərlə icarəyə verən “X5 B.V.” şirkəti ilə icarəçi Cavabdeh1 MMC arasında “GROVE GMK 4070” markalı mobil kranın icarəyə verilməsi barədə xx.xx.2013-cü il tarixli müqavilə imzalanmışdır. xx.xx.2017-ci il tarixli üzləşmə aktına əsasən icarəçi Cavabdeh1 MMC-nin icarəyə verən “X5 B.V.” şirkətinə olan 364000 avro borcdan 197170 avro ödənilmiş, 166830 avro məbləğində borc ödənilməmiş qalmış və həmin tarixdən icarəçi Cavabdeh1 MMC tərəfindən iddiaçıya heç bir vəsait ödənilməmişdir. Həmçinin məhkəməyə təqdim edilən rəsmi sənədlərə əsasən müəyyən edilmişdir ki, “GROVE GMK 4070” markalı mobil kran xx.xx.2010-cu il tarixli 00100/0120762 sorğu nömrəli yük gömrük bəyannaməsi ilə “sərbəst dövriyyə üçün buraxılış” rejimi bəyan edilərək ölkə ərazisinə idxal olunmuş və xx.xx.2011-ci il tarixdə Cavabdeh1 adına qeydiyyata alınaraq AB493128 nömrəli qeydiyyat şəhadətnaməsi verilmiş, xx.xx.2011-ci il tarixdə kran "xxxx" ASC-də ipoteka ilə yüklü edilmiş, xx.xx.2017-ci il tarixdə yüklülükdən azad edilmiş, 08 avqust 2017-ci il tarixdə isə Cavabdeh2 MMC-yə satılmışdır. Göründüyü kimi təqdim edilən sənədlərə əsasən Cavabdeh1 MMC xx.xx.2011-ci il tarixdə “GROVE GMK 4070” markalı, 4070-8186 seriya nömrəli mobil krana AB493128 nömrəli qeydiyyat şəhadətnaməsi verilsə də, məhkəmə hesab etmişdir, həmin kran Cavabdeh1 MMC tərəfindən qanuni əsaslarla olmadan özgəninkiləşdirilmişdir belə ki, Cavabdeh1 MMC tərəfindən mobil kranın kimdən aldığını əks etdirən mötəbər sübut olan alqı-satqı müqaviləsi məhkəməyə təqdim edilməmişdir. Bu isə o deməkdir ki, “GROVE GMK 4070” markalı, 4070-8186 seriya nömrəli mobil kranın Cavabdeh1 MMC-nin adına rəsmiləşdirilməsi, sonradan isə Cavabdeh2 MMC-yə satılması qanunsuz olduğundan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsi tərəfindən verilən şəhadətnamələr ləğv edilməli, xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsi isə etibarsız hesab edilməlidir. Bununla yanaşı Cavabdeh1 MMC-nin nümayəndəsi, Vəkil2 xx.xx.2013-cü il tarixli müqavilənin Cavabdeh1 MMC tərəfindən imzalanmadığına istinad etməsi, yəni həmin müqavilənin Cavabdeh1 MMC tərəfindən səlahiyyəti olmayan şəxs tərəfindən imzalanması bağlı məhkəmə qeyd etmişdir ki, xx.xx.2013-cü və xx.xx.2017-ci il tarixli müqavilə və üzləşmə aktlarında olan imzalar Cavabdeh1 MMC-nin möhürü ilə təsdiq edildiyinə görə həmin sənədlər mötəbər sübut kimi qəbul edilir. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab etmişdir ki, iddia qismən təmin edilməlidir, belə ki, icarə haqları vaxtında ödənilmədiyinə görə “X5 B.V.” şirkəti ilə Cavabdeh1 MMC arasında “GROVE GMK 4070” markalı, 4070- 8186 seriya nömrəli mobil kranın icarəyə verilməsi barədə xx.xx.2013-cü il tarixli icarə müqaviləsi ləğv edilməli, icarə haqqı ayda 6000 avro olduğundan kranın icarəyə verilməsi ilə bağlı xx.xx.2020-ci tarixə ödənilməyən əsas borc 364830 avro (üzləşmə aktında borc 166830 avro + 198000 aylar üzrə icarə haqqı) məbləğində vəsait Cavabdeh1 MMC-dən tutulmalı və “X5 B.V.” şirkətinə ödənilməlidir, öhdəliyin icrasının gecikdirilməsi ilə bağlı 18242 avro əlavə borc və 4000 manat hüquqi xidmət haqqı tələbi, hesablama qaydası və mötəbər sübut təqdim edilmədiyinə görə rədd edilməlidir. Bununla yanaşı təqdim edilən sübutlara əsasən notariat xərcləri 75 manat tələbi tam, tərcümə xərclərinin tələbi isə qismən 125 manat məbləğində təmin edilməlidir. Eyni zamanda “GROVE GMK 4070” xüsusi markalı, **-JN-*** dövlət qeydiyyat nişanlı mobil kranın Cavabdeh1 MMC və Cavabdeh2 MMC-nin mülkiyyətinə keçirilməsi barədə DİN BDYPİ tərəfindən verilən xx.xx.2011-ci il tarixli AB493128 nömrəli və xx.xx.2017-ci il tarixli AC982270 nömrəli şəhadətnamələri ləğv edilməli, həmin kranın Cavabdeh1 MMC tərəfindən Cavabdeh2 MMC-yə satılması barədə xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab olunmalı, “GROVE GMK 4070” markalı, 4070-8186 seriya nömrəli mobil kran cavabdehlər Cavabdeh1 MMC və ya Cavabdeh2 MMC-dən alınıb “X5 B.V.” şirkətinə qaytarılmalı, bu mümkün olmadıqda kranın dəyəri olan 100000 avro (məhkəməyə təqdim edilən 30 dekabr 2013-cü il tarixli alqı-satqı müqaviləsində müəyyən edilmiş qiymət) məbləğində vəsait Cavabdeh1 MMC-dən alınıb iddiaçı “X5 B.V.” şirkətinə ödənilməlidir. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçı tərəfindən “GROVE GMK 4070” xüsusi markalı, **-JN-*** dövlət qeydiyyat nişanlı mobil kranın Cavabdeh4 mülkiyyətinə keçməsi ilə bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim edilmədiyinə görə Cavabdeh4 qarşı olan tələb rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbinin 95,22%-nin təmin olunduğunu nəzərə alan məhkəmə hesab etmişdir ki, ödənilmiş dövlət rüsumunun 95,22%-i, yəni 28,56 manatı Cavabdeh1 MMC-dən tutularaq iddiaçı “X5 B.V.” şirkətinə ödənilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın təmin edilmədiyi öhdəliyin icrasının gecikdirilməsi ilə bağlı 18242 avro əlavə borcun cavabdehdən iddiaçının xeyrinə tutulması hissədə gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 443.5-ci maddəsinə əsasən borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddətdə də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. İş materialları ilə müəyyən olunur ki, Niderland Krallığının “Trading Company P. Van Adrighem B.V.” şirkəti ilə Cavabdeh1 arasında qiyməti 325000 avro olan 1998-ci ildə istehsal olunmuş 1 ədəd “GROVE GMK 4070” markalı, 4070-8186 seriya nömrəli mobil Kranın aylıq icarə haqqı 6000 avro olmaqla icarəyə verilməsi barədə xx.xx.2008-ci il tarixli müqavilə bağlanmış. Həmin müqavilənin şərtlərinə əsasən qeyd olunan kran Cavabdeh1 MMC-yə icarəyə təhvil verilib və sözügedən mobil kran xx.xx.2008-ci il tarixli gömrük yük bəyannəməsi ilə Azərbaycan Respublikasına müvəqqəti idxal edilmişdir. Daha sonra 30 dekabr 2013-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən satıcı “Trading Company P. Van Adrighem B.V.” şirkəti həmin mobil kranı, onun icarəyə verilməsi ilə bağlı hüquqları, o cümlədən ödənilməmiş icarə borclarını almaq hüququ ilə 100000 avroya alıcı “X5 B.V.” şirkətinə satmış və bu barədə icarəçi Cavabdeh1 MMC-yə rəsmi məlumat vermişdir. Bundan sonra, iddiaçı “X5 B.V.” şirkəti ilə Cavabdeh1 MMC arasında həmin mobil kranın icarəyə verilməsi barədə xx.xx.2013-cü il tarixli, NO 13DER-P3112 saylı kran xidmət müqaviləsi imzalanmışdır. Həmin müqavilənin 3.1.-ci maddəsinə əsasən Cavabdeh1 MMC xx.xx.2013-cü il tarixinədək ödənilməmiş 108000 avro icarə borcunu və 2014-cü ilin yanvar ayından etibarən hər ay 6.000 avro icarə haqqını iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2017-ci il tarixli üzləşmə aktına əsasən icarəçi Cavabdeh1 MMC-nin icarəyə verən “X5 B.V.” şirkətinə olan 364000 avro borcdan 197170 avro ödənilmiş və xx.xx.2017-ci il tarixədək iddiaçıya 166830 avro məbləğində əsas borcu yaranmışdır. Eyni zamanda ötən dövr üçün mobil krandan istifadə ilə bağlı hər ay 6.000 avro icarə haqqının ödənilməməsinə görə Cavabdeh1 MMC-nin iddiaçıya 198000 avro əlavə borcu yaranmışdır. Hazırda xx.xx.2020-ci tarixə ödənilməyən əsas borc (üzləşmə aktında borc 166830 avro + avro aylar üzrə icarə haqqı 198000) 364830 avro təşkil edir. Həmçinin iş materiallarında olan iddiaçı “X5 B.V.” şirkəti tərəfindən Cavabdeh1 MMCnə ünvanlanmış xx.xx.2018-ci il tarixli Pretenziya (xəbərdarlıq) məktubundan görünür ki, kranın icarəyə verilməsi ilə bağlı ödənilməyən icarə haqqının/əsas borcun, öhdəliyin icrasının gecikdirilməsi ilə bağlı əlavə borcun ödənilməsi cavabdehə xəbərdarlıq edilmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 09 iyul 2009-cu il tarixli Qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “...həmin normanın mənasına görə, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanır: qanunsuz saxlama; qaytarmaqdan boyun qaçırma; ödənilməsini digər şəkildə gecikdirmə; başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama. Faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, Mülki Məcəllənin bu terminlə ayrılmaz əlaqədə olan «istifadə hüququna» həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, Mülki Məcəllənin «öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti» nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada «faydalanma» və «(qanunsuz) istifadə» sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən tərəflər arasında bağlanmış müqaviləyə əsasən 364830 avro qaytarılmalı olan pul vəsaitinin ödənilməsinin gecikdirilməsinə görə illik beş faiz olmaqla yaranmış 18242 avro faiz borcu iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə kollegiyası iddiaçının “cavabdehdən mübahisə predmeti olan kranın dəyəri olan 325.000 avro pul vəsaitinin tutulması ilə bağlı iddia tələbini yalnız 100.000 avro hissədə təmin etmişdir. Bu zaman birinci instansiya məhkəməsi Adrigem şirkətinin mübahisə predmeti olan kranı Eschbach şirkətindən 325.000 avroya alınması barədə sənədə və müvafiq gömrük bəyannaməsinə hüquqi qiymət verməyib” və Cavabdeh2 MMCnin “iddiaçı “X5 B.V.” şirkətinin mübahisə predmeti olan “GROVE GMK 4070” markalı, 4070- 8186 seriya nömrəli mobil kran üzərində subyektiv hüququ yoxdur” apelyasiya şikayətinin dəlillərinə münasibətdə hesab edir ki, həmin dəlillər əsaslı olmadığından təmin oluna bilməz. Belə ki, iş materiallarına əlavə edilmiş “Tradinq Company P. van Adrighem B.V.” şirkətin direktoru Leen van Adrighem tərəfindən Bakı Kommersiya Məhkəməsinə ünvanlanmış notarilal qaydada tərcümə olunmuş müraciətdə bildirilmişdir ki, Cavabdeh1 MMC 2008-ci ildə “X5 B.V.” şirkətinin vasitəçiliyi ilə bizə, yəni “Tradinq Company P. van Adrighem B.V.” şirkətinə müraciət edərək qaldırma gücü 70 m/ton olan mobil kran icarəyə götürmək niyyətlərinin olduğunu bildirdilər. Bizim şirkətimiz parametrləri sifarişə uyğun olan 1998-ci il istehsalı “GROVE GMK 4070” markalı, 4070-8186 seriya nömrəli, Şassi№-si W09070480nwg12186, qaldırma gücü 70 m/ton (maksimum) olan, 48 tonluq mobil kranı 2008-ci ilin iyun ayında Almaniyada “Eschbach GMBH” şirkətindən 325.000 avroya satın aldı və Cavabdeh1 MMC ilə bağlanmış xx.xx.2008-ci il tarixli “X4”nə əsasən Niderlanda gətirilmədən Almaniyadan Azərbaycana daşınmaqla aylıq 6.000 avroya icarəyə verdi. Daha sonra həmin mobil kran Azərbaycanda Cavabdeh1 MMC-də icarədə olarkən, sonuncunun müqavilə öhdəliklərini vaxtında və layiqincə icra etməməsi səbəbindən, mobil kran aramızda bağlanmış xx.xx.2013-eü il tarixli “Alqı-Satqı” müqaviləsinə əsasən “X5 BV” şirkətinə 100.000 avro nağd və Cavabdeh1 MMC-dən qalan 108.000 Avro icarə borcunu isə hissə-hissə ödəmək şərti ilə toplam 208.000 avroya satılmış, mobil kranın mülkiyyətçisinin dəyişməsi barədə Cavabdeh1 MMC-yə tərəfimizdən rəsmi məlumat verilmişdir. Bundan başqa, aralarında bağlanmış yeni icarə müqaviləsinə əsasən Cavabdeh1 MMC şirkətinin 2014-cü ildən etibarən 2017-ci ilin ortalarınadək “X5 BV” şirkətinə icarə haqqlarını qismən də olsa ödəməsi barədə də, tam məlumatlıyıq. Əlavə olaraq qeyd etmək istərdik ki, “Trading Company P.Van Adrighem B.V.” yerləşdiyi inzibati ərazi azad iqtisadi zonadır və şirkət ölkə daxilində istifadə olunmayacağı təqdirdə ixrac olunan və ya ticarət məqsədləri üçün nəzərdə tutulan hər hansı nəqliyyat vasitəsi, tikinti qurğuları, mobil texnika və qurğular, təkərli və ya tırtıllı kranlar və.s. üçün gömrük rüsumu ödənilməsindən azaddır. Qeyd olunan mobil kran isə ümumiyyətlə Niderlanda gətirilməmiş, Almaniyadan xx.xx.2008-ci ildə satın alınmış, dəyəri 325,000 (üç yüz iyirmi beş min) avro qiymətləndirilərək ticarət məqsədilə xx.xx.2008ci il tarixli icarə müqaviləsinə əsasən, ayda 6.000 avro olmaqla Cavabdeh1 MMC-yə icarəyə verilmişdir. Belə olan halda Niderland qanunvericiliyinə və beynəlxalq hüquqa əsasən həmin mobil kranın mülkiyyət hüququnu (məxsusluğunu) təsdiq edən sənədlər alqı-satqı müqaviləsi, bununla bağlı pul vəsaitinin ödənilməsini və alınmasını təsdiq edən invoys, hesab fakturalardır. Həmçinin “Trading Company P.Van Adrighem B.V.” şirkəti tam məsuliyyəti ilə bəyan edir ki, qeyd olunan mobil kranı Cavabdeh1 MMC-yə əsla satmamışdır, yalnız icarəyə vermişdir. Cavabdeh1 MMC 2012-2013-cü illər ərzində toplam 108.000 avro icarə haqqını gecikdirərək ödəmədiyi üçün endirim (diskount) tətbiq edilərək mobil kran 2013-cü ildə nağd olaraq 100.000 (yüz min) avro, ödənilməmiş 108.000 (yüz səkkiz min) avro icarə haqqını isə (iki yüz səkkiz min) avro vəsait şirkətimizə tam ödənilmişdir. “Trading Company P.Van Adrighem B.V.” şirkəti ilə “X5 B.V.” şirkəti arasında bağlanmış xx.xx.2013-cü il tarixli alqı-salqı müqaviləsi və ödəniş invoys hesab fakturaları, mobil kranın satılması və qeyd olunan tarixdən mülkiyyətçinin “X5 B.V.” şirkəti olmasını tam təsdiq edir. Göründüyü kimi, 1998-ci il istehsalı olan, “GROVE GMK 4070” markalı, 4070- 8186 seriya nömrəli, Şassi №-si W09070480nwg12186 olan mobil kranın xx.xx.2013-cü il tarixdən etibarən “de-yure” mülkiyyətçisi “X5 B.V.” şirkətidir və bu fakt danılmazdır. Cavabdeh1 MMC şirkətinin icarəyə götürdüyü mobil kranı hansı yollarla özgəninkiləşdirdiyi barədə dəqiq fikir demək çətin olsa da, bu əməlin qanunsuz və ciddi hüquq pozuntusu olması aşkardır. Haqq-ədalətin bərpa ediləcəyinə ümidvarıq. Həmin müraciətə əlavə edilmiş hesab fakturalarına əsasən “X5 B.V.” şirkəti tərəfindən GMK 4070” markalı mobil krana görə 100.000 (yüz min) avro “Trading Company P.Van Adrighem B.V.” şirkətin hesabına ödənilmişdir. Göründüyü kimi qeyd olunan mobil kran “Trading Company P.Van Adrighem B.V.” şirkəti ilə “X5 B.V.” şirkəti arasında bağlanmış xx.xx.2013-cü il tarixli alqı-salqı müqaviləsinə və ödəniş invoys hesab fakturalarına əsasən qeyd olunan tarixdən “X5 B.V.” şirkətinə nağd olaraq 100.000 (yüz min) avroya satılmış və kranın mülkiyyət hüququ “X5 B.V.” şirkətinə məxsus olmaqla onun mobil kran üzərində subyektiv hüquqa malik olmuşdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, kranın dəyəri olan 325.000 avro pul vəsaitinin tutulması ilə bağlı iddia tələbinin yalnız 100.000 avro hissədə təmin edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosesdə sübutlar dedikdə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını təsdiq edən məlumatlar başa düşülür. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyətli olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnaməsində göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün əsasdır. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin bir çox qərarlarında da (“Delcourt Belçikaya qarşı” iş üzrə xx.xx.1970-ci il tarixli, “Piersack Belçikaya qarşı” iş üzrə xx.xx.1982-ci il tarixli, “X7rşı” iş üzrə xx.xx.1984-cü il tarixli qərarları) ifadə olunmuş mövqeyinə görə “ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Məhkəmə kollegiyasının qənaətinə görə mübahisənin hazırki formada həlli onun mahiyyətinə ədalətli yanaşmanın nəticəsi kimi qiymətləndirilməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdehlərin apellyasiya şikayəti təmin edilməməli, iddiaçının apelyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-2(113)-691/2022 nömrəli qətnaməsi iddia tələbinin rədd olunan hissədə qismən ləğv edilməli, iddia tələbi öhdəliyinin icrasının gecikdirilməsi ilə bağlı 18242 avro məbləğində borcun tutulması hissəsində təmin edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, qət etdi: Cavabdehlərin apellyasiya şikayəti təmin edilməsin. İddiaçının apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-2(113)-522/2021 saylı qətnaməsi iddia tələbinin rədd olunan hissədə qismən ləğv edilsin. İddia tələbi öhdəliyinin icrasının gecikdirilməsi ilə bağlı 18242 avro məbləğində borcun tutulması hissəsində təmin edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətdə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(103)-46/2023
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-46/2023
31.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver