Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-491/2025 17.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Şirinovun sədrliyi və məruzəsi ilə, X6 və X1 ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin 25 fevral 2025-ci il tarixli, e-2-2(113)-1195/2025 nömrəli qərardadından cavabdeh “Technicon FZE Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı MMC-nin cavabdeh “Technicon FZE Şirkətinin Azərbaycan Respublikasındakı Filialına qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialında inddiaçı"xxxx" MMC-nin xeyrinə 1879420,32 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-1195/2025 saylı qərardadı ilə iş üzrə cavabdeh "xxxx" FZE-yə iddia ərizəsi və məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişinin təqdim edilməsi barədə məhkəmə tapşırığının X2 aidiyyəti məhkəməsinə göndərilməsi və X2 səlahiyyətli məhkəməsinə göndərilmiş məhkəmə tapşırığına cavab alınanadək hazırkı işin icraatının dayandırılması qərara alınmışdır. Cavabdeh “Technicon FZE Şirkətinin Azərbaycan Respublikasındakı Filialı xx.xx.2025-ci il tarixdə Bakı Kommersiya Məhkəməsinin 25 fevral 2025-ci il tarixli, e-2-2(113)-1195/2025 nömrəli qərardadından şikayət verərək, şikayətin təmin edilərək, Bakı Kommersiya Məhkəməsinin 25 fevral 2025-ci il tarixli e-2-2(113)-1195/2025 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə tapşırığının göndərilməsini lüzumsuz hesab edirlər. Ona görə ki, filialın bu işlə bağlı nümayəndəsi artıq təyin olunub. Nümayəndənin etibarnaməsini sizə təqdim edəcəklər. Məhkəmədə təmsil olunacaqlar. Bu baxımdan hesab edilir ki, birinci instansiya məhkəməsi onların məhkəmədə iştirak etməyini gözləmədən məhkəmə tapşırığı göndərib və bu da əsassızdır. Onların məhkəmə iclasından xəbərimiz olmamışdır. Odur ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi yekun məhkəmə aktını əsassız hesab edilir və apellyasiya instansiya məhkəməsi tərəfindən iş üzrə qərardada yenidən baxılaraq həmin qərardadın ləğvinə dair yekun məhkəmə aktı qəbul edilməsini tələb edilir. Hesab edilir ki, birinci instansiya məhkəməsi hüquq normalarının tələblərini pozmaqla qərardad qəbul etmişdir. Ona görə ki, məhkəmə onların məlumatı olmadan məhkəmə tapşırığı göndərir. Halbuki, nə Filialın, nə də ki, Technicon BƏƏ şirkətinin məsələdən məlumatı olmamışdır. Amma hazırda məlumatı var və nümayəndə onları məhkəmədə təmsil edəcək. Odur ki, məhkəmə tapşırığının göndərilməsi hazırki vəziyyətdə lüzumsuzdur. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli və birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməlidir. İş materiallarından görünür ki, cavabdeh "xxxx" FZE hüquqi ünvanına görə X7 (UAE), X9 Dubay şəhəri ünvanında yerləşir. Məhkəmə iş üzrə cavabdehin hüquqi ünvanına əsasən X3 yerləşdiyini nəzərə alaraq hesab etmişdir ki, hazırkı kommersiya mübahisəsi üzrə halların tam, hərtərəfli və obyektiv araşdırılmasını təmin etmək məqsədilə iddia ərizəsinin və məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişinin cavabdehə təqdim edilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi vasitəsilə X2 səlahiyyətli məhkəməsinə məhkəmə tapşırığı göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 456.4-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının məhkəmələri xarici ölkələrin məhkəmələrinə ayrı-ayrı prosessual hərəkətlərin yerinə yetirilməsi barədə tapşırıqla müraciət edə bilər. Həmin Məcəllənin 83-cü maddəsinə əsasən işə baxan məhkəmə başqa şəhərdə və ya rayonda sübutlar toplamaq lazım gəldikdə, müvafiq məhkəməyə müəyyən prosessual hərəkətləri etməyi tapşırmağa haqlıdır. Məhkəmə tapşırığı haqqında qərardadda baxılan işin mahiyyəti qısa şərh edilir, aydınlaşdırılmalı hallar, tapşırığı yerinə yetirən məhkəmənin toplamalı olduğu sübutlar göstərilir. Məhkəmə tapşırığı haqqında qərardad onu icra edən məhkəmə üçün məcburidir və qərardad alındığı gündən sonra 10 gün müddətindən gec olmayaraq yerinə yetirilməlidir. Rayon məhkəmələrinin başqa dövlətin məhkəmələrinə göndərdiyi tapşırıqlar «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 91-ci maddəsinə müvafiq olaraq həyata keçirilir. “Məhkəmələr və hakimlər haqqında” AR Qanununun 91-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyində və beynəlxalq müqavilələrdə başqa qayda nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının məhkəmələri xarici dövlətlərin məhkəmələri və beynəlxalq təşkilatlarla əlaqələrini Məhkəmə-Hüquq Şurası və müvafiq icra hakimiyyəti orqanı vasitəsilə, Ali Məhkəmə və Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi isə birbaşa həyata keçirirlər. Məhkəmə hesab etmişdir ki, iddia ərizəsinin və məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişinin cavabdehə təqdim edilməsi barədə məhkəmə tapşırığı X2 aidiyyəti məhkəməsinə göndərilməlidir. Mülki Prosessual Məcəllənin 255.0.6-cı maddəsinə əsasən xarici dövlətlərin məhkəmələrinə məhkəmə tapşırığı göndərildikdə hakim işdə iştirak edən şəxslərin ərizəsi üzrə və ya öz təşəbbüsü ilə iş üzrə icraatı dayandıra bilər. Belə olan halda məhkəmə hesab etmişdir ki, X2 səlahiyyətli məhkəməsinə göndərilmiş məhkəmə tapşırığına cavab alınanadək hazırkı işin icraatı dayandırılmalıdır. Məhkəmə kollegiyası məhkəmənin X5 bildiriş göndərilməsinə dair mövqeyini əsassız hesab edir. Belə ki, iddia ərizəsində iddiaçı cavabdeh “Technicon FZE Şirkətinin Azərbaycan Respublikasındakı Filialını göstərmiş, onun ünvanını ünvan 1tron kabineti vardır. Məhkəmə qərardadı cavabdehin elektron kabinetinə yerləşdirmişdir. Bütün bunlara baxmayaraq məhkəmə heç bir prosessual əsas və zərurət olmadan cavabdehin baş idarəsinə bildiriş göndərmiş və icraatı dayandırmışdır. Kollegiya qeyd edilənlərə əsasən hesab edir ki, icraatın dayandırılması üçün prosessual əsaslar müəyyən edilmədiyi üçün məhkəmənin qərardadı ləğv edilməli və işə mahiyyəti baxılması davam etdirilməlidir. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin MPM-nin 261, 262, 267-269maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin 25 fevral 2025-ci il tarixli, e-2-2(113)-1195/2025 nömrəli qərardadı ləğv edilsin və iş üzrə yeni qərardad qəbul edilsin. İddiaçı MMC-nin cavabdeh “Technicon FZE Şirkətinin Azərbaycan Respublikasındakı Filialına qarşı pul tələbinə dair mübahisəyə baxılması və tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirilməsi üçün iş Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(103)-491/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-491/2025
17.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver