Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-498/2020 10.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Qurbanov Raqib Əliddin oğlu, Nuriyeva Afaq Bayram qızından ibarət tərkibdə, Rüstəmova Vüsalə Dadaş qızının katibliyi iddiaçının nümayəndəsi (vəkili) Vəkil, cavabdehin nümayəndəsi (qanuni təmsilçisi) X4 iştirakı ilə, İddiaçı X1 (VÖEN:**********) cavabdeh “Cavabdeh» MMC-yə qarşı «pul tələbinə dair» kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 1746/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı X2 Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən görülmüş işlərə görə 263.928,00 manat, sifarişçinin öhdəliklərini pozduğuna görə əldən çıxmış gəlir 47.502,00 manat və məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi, 311.460,00 manat pulun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı, eyni zamanda, ərizə ilə məhkəməyə müraciət edərək işin icraatı yekunlaşana qədər Cavabdeh MMC-yə xüsusi mülkiyyət hüququ əsasında məxsus olan ünvan 1 ünvanında yerləşən 2 saylı, 3 saylı və 5 saylı mənzillərin özgəninkiləşdirilməsinin qadağan edilməsi, habelə cavabdehə məxsus Azərbaycan Respublikası “xxxxxxxxxx” ASC-nin 3 saylı filialında, “X7” ASC, “xxxxxxxxxxxx” ASC və “xxxxxxxxxxx” ASC-də bank hesablarındakı pul vəsaitlərinin üzərinə iddia tələbi - 311460 AZN həddində həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, e-2-2(113)-1746/2020 nömrəli qərardadı ilə iddiaçının həmin ərizəsi təmin edilməmişdir. İddiaçı həmin qərardaddan şikayət verərək, ləğv edilməsini və iddianın təmin tədbiri barədə ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki,iddiaçı tərəfindən cavabdehə qarşı tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən ümumilikdə 311.460,00 məbləğində pul tələbinə dair iddia qaldırılmış, bununla yanaşı iddianın təmin edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmiş, lakin məhkəmə tərəfindən ərizəsi təmin edilməmişdir. Məhkəmənin qərardadında iddiaçının iddianı təmin etmə tədbirinin seçilməsinin zəruriliyi, qətnamənin icrasının çətinləşəcəyini kifayət qədər əsaslandırmadığı, bu halları təsdiq edən sübutları təqdim etmədiyi qeyd edilmiş, lakin konkret olaraq hansı sübutları nəzərdə tutduğu aydın deyil. Çünki iddia ərizəsindəki əsaslandırmada və mübahisənin predmeti olan müqavilədə iddiaçının üzərinə düşən öhdəlikləri tam yerinə yetirməsi aydın görünür. Hazırki iddianın predmeti pul tələbindən ibarət olduğundan, iddianın təmin edilməsi halında cavabdeh iddiaçıya ödəniş etməli olacaq. Buna görə də iddianı təmin etmə tədbirinin tətbiqi əhəmiyyət kəsb edir. Bu səbəbdən də qeyd olunan iddianı təmin tədbirinin görülməsi zəruridir. İnşa edilən yaşayış sahəsində hal-hazırda bütün işlər dayanıb. Həmin yaşayış sahəsində bir mənzilin bir neçə nəfərə satılması barədə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə çoxlu şikayətlər var və cavabdeh barəsində araşdırmalar aparılır. Bununla yanaşı, Xətai Rayon icra və Probasiya Şöbəsində hal-hazırda 2 saylı Bakı inzibati-iqtisadi Məhkəməsinin və Bakı Kommersiya Məhkəməsinin cavabdeh barəsində iddianın təmin tədbiri haqqında qərardadlar da mövcuddur. Baş Prokurorluğa da müraciət edilərək cavabdehin müqavilə öhdəliklərini kobudcasına pozduğuna görə qanunvericiliyə uyğun şəkildə onun barəsində ciddi tədbir görülməsi xahiş edilmişdir. Bütün bunları nəzərə alaraq, cavabdehin bank hesablarındakı pul vəsaitlərinin üzərinə həbs qoyulmazsa, hesablardakı pul vəsaitlərini hesabından çəkib ölkəni tərk edə bilər. Bu da gələcəkdə təmin ediləcək qətnamənin icrasını mümkünsüz edəcək. Bununla yanaşı, oxşar işlər üzrə çıxarılan qərardadlarla ziddiyət yaranacaq və iddiaçıya dəyən zərər digər zərərçəkmiş şəxslərə nisbətən daha çox olacaq. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1746/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı ilə iddiaçının şikayəti təmin təmin edilməmiş, baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçınını nümayəndəsi (vəkili) Vəkil şikayəti dəlillərinə uyğun müdafiə edərək təmin olunmasını, cavabdehin nümayəndəsi (qanuni təmsilçisi) X6 isə onunla razılaşmayaraq şikayətin rədd olunmasını məhkəmədən xahiş etmişlər. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, iddiaçının şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iddiaçının iddianı tədbirinin görülməsi barədə ərizəsi qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin («MPM») 157.1-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 158.1.1-ci maddəsinə əsasən məhkəmə cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq kimi iddianı təmin etmə tədirini görə bilər. «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157-ci və 158-ci maddələrinin bəzi müddəalarına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu xx xxxx 2018-ci il tarixli qərarında qeyd etmişdir ki, iddianın təmin edilməsi mülki iş üzrə çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan prosessual tədbir olmaqla, üç əsas meyara cavab verməlidir: 1) bu tədbirlər, onların tətbiqi üçün əsaslar olduğu halda kifayət qədər qısa zaman ərzində tətbiq edilməlidir; 2) bu tədbirlər müvəqqəti xarakter daşımalıdır; 3) tətbiq olunan tədbirlər verilmiş iddia tələblərinə mütənasib olmalıdır. İddiaçının görülməsini tələb etdiyi iddianı təmin etmə tədbiri Konstitusiya Məhkəməsinin Plenumunun qərarında sadalanan meyarlara cavab verir. Ən azından, iddia ərizəsində, ona əlavə olunmuş xx.xx.2020-ci il tarixli «xidmət göstərilməsinə dair» müqavilədə, habelə, cavabdehə göndərilmiş xx.xx.2020-ci il tarixli pretenziya məktubunda, hazırkı mərhələdə məhkəməyə təqdim olunan «görülmüş işlərə dair» 05.032020-ci il və xx.xx.2020-ci il tarixli qəbul aktlarında təsbit olunan məlumatlar, iddiaçının hazırkı iddianı təmini tədbiri barədə ərizəsinin tam şəkildə rədd olunmasını mümkünsüz edir. Hər bir halda, həmin sübutetmə vasitələri işə mahiyyəti üzrə baxılması zamanı araşdırılmasını tələb edən və bu araşdırmanın nəticəsindən asılı olaraq hüquqi qiymət verilməsini zəruri edən məqamları əhatə edir. Həmin araşdırma zamanı qeyd olunan sübutetmə vasitələri ilə əhatə olunan iş həcminin (qismən və ya tam həcmdə), həqiqətən iddiaçı tərəfindən görüldüyünün öz təsdiqini tapması da istisna deyil. Bütün bu məqamlar isə iddiaçının irələ sürdüyü iddinanı təmin tədbirinin görülməsini zəruri edən hallar kimi qiymətləndirilməyə bilməz. Həm də nəzərə almaq lazımdır ki, MPM-in 157.2-ci maddəsinin tələbinə görə qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Hər bir halda, iddianı təmini tədbirinin görülməsi zəruriliyi həm də ondan irəli gəlir ki, gələcəkdə iddiaçının xeyrinə qətnamə çıxarılacağı halda, onun icrasından yayınma, o cümlədən, borclu tərəfindən pul və ya digər əmlaklarından sui-istifadə hallarının qarşısı alınsın. İddiaçının ərizəsinə nəzər saldıqda onun görülməsini tələb etdiyi iddianı təmin etmə tədbiri iki hissədən ibarətdir: 1) Xüsusi mülkiyyət hüququ əsasında cavabdehə məxsus olan - ünvan 1 ünvanında yerləşən 2 saylı, 3 saylı və 5 saylı mənzillərin özgəninkiləşdirilməsinin qadağan edilməsi; 2) Azərbaycan Respublikası “xxxxxxxxxx” ASC-nin 3 saylı filialında, “X7” ASC-də, “xxxxxxxxxxxx” ASC-də və “xxxxxxxxxxx” ASC-də cavabdehə məxsus bank hesablarındakı pul vəsaitlərinin üzərinə iddia tələbi - 311460 AZN həddində həbs qoyulması. Birinci halda qeyd olunan iddianı təmin etmə tədbirinin görülməsi mümkünsüzdür. Çünki, iddiaçının özünün sübut qismində şikayətinə əlavə etdiyi, 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin e-2-2(82)-763/2019 saylı xx.xx.2019-cu il tarixli qərardadından görünür ki, iddiaçı X3 Cavabdeh MMC-yə qarşı pul tələbinə dair» başqa bir kommersiya mübahisəsi üzrə - hazırkı işdə iddiaçının istinad etdiyi - ünvan 1 ünvanında yerləşən 2 saylı, 3 saylı və 5 saylı mənzillərin özgəninkiləşdirilməsinə artıq qadağa qoyulmuşdur. İkinci halda qeyd olunan iddianı təmin etmə tədbirinə gəldikdə isə cavabdehə məxsus, “xxxxxxxxxxx” ASC-də olan bank hesabına həbs qoyulması istsna olmaqla, onun digər üç bankdakı pul vəsaitləri üzərinə iddia tələbi həddində həbsin qoyulması işin qeyd olunan hallarına uyğundur. “xxxxxxxxxxx” ASC-də olan bank hesabına həbsin qoyulması ona görə istisna edilir ki, hamıya bəlli olan haldır ki, “xxxxxxxxxxx” ASC ləğv etmə prosesindədir. «Banklar haqqında» Qanunun 72.1.4-72.1.5-ci maddələrində isə nəzərdə tutulur ki, bankın aktivlərinin üzərinə qoyulmuş bütün həbslər hüquqi qüvvəyə malik olmur və həmin aktivlərə yönəldilmiş bütün icra sənədləorinin icrası dayandırılır. Belə olan halda, cavabdehin «xxxxxxx» ASC-də olan bank hesabında iddia olunan borc təlbi həcmində həbs qoyulması mümkünsüzdür. Birinci instansiya məhkəməsinin qərardadından görünür ki, işin yuxarıda qeyd olunan hallarına diqqət yetirilməmiş, konkret halda iddianın uğurluluq ehtimalı hələ aydın olmadığı və bu uğurluluğun işin mahiyyəti üzrə araşdırılması zamanı ortaya çıxan hallara qiymət verilməsindən asılılığı məhkəmə tərəfindən nəzərə alınmamışdır. MPM-in 398.0.3-cü maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi şikayətə baxıb qərardadı tam və ya qismən ləğv edib qərardadıla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Beləliklə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası iddiaçının şikayətinin birinci instansiya məhkəməsinin qərardadının əsassız olduğunu və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyini mübahisələndirən dəlilləri ilə razılaşır və yekunda belə qənaətə gəlir ki, onun şikayəti qismən təmin olunmalı, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1746/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı ləğv edilməli, iddiçının ərizəsi qismən təmin olunmalı, cavabdehə məxsus “xxxxxxxxxx” ASC-nin 3 saylı filialında, “X7” ASC-də və “xxxxxxxxxxxx” ASC-də olan bank hesablarındakı pul vəsaitlərinin üzərinə iddia tələbi, yəni, 311.460,00 manat həddində həbs qoyulması və qalan hissədə ərizənin təmin edilməməsi barədə yeni qərardad qəbul edilməlidir. MPM-in 402-ci maddəsində iddianı təmin etmə tədbiri barədə qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və MPM-in 363-364, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı X1 şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1746/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı ləğv edilsin. X1 iddinı təmin etmə tədbirinin görülməsi barədə ərizəsi qismən təmin edilsin. Cavabdeh “Cavabdeh» MMC-yə məxsus - “xxxxxxxxxx” ASC-nin 3 saylı filialında, “X7” ASC-də və “xxxxxxxxxxxx” ASC-də olan bank hesablarındakı pul vəsaitlərinin üzərinə iddia tələbi, yəni, 311.460,00 (üç yüz on bir min dörd yüz altmış) manat həddində həbs qoyulsun. Ərizə qalan hissəsində təmin edilməsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz və qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Raqib Qurbanov Afaq Nuriyeva
Məhkəmə qərarları › İş №2-2(103)-498/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-498/2020
10.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver