Məhkəmə qərarları › İş №2-2(103)-5/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-5/2020

28.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-5/2020 28.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abiyeva Kəmalə Nəbi qızı (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Mayılov Ülvi Arif oğlundan ibarət tərkibdə, Fərəh Qulam qızının katibliyi, iddiaçının nümayəndəsi X7, X3, cavabdehin nümayəndəsi X10, mütəxəssislər X4, X5 iştirakları ilə, iddiaçı Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi İddiaçı Cavabdeh-yə qarşı “istimar haqqının ödənilməsi” tələbinə dair ilkin iddiası və ikincinin birinciyə qarşı “müqavilələrin və hesabların etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddiası üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-83/2017 saylı xx xxxxxxxx 2017-ci il tarixli qətnaməsindən ilkin iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi İddiaçı Cavabdeh-yə qarşı iddia ərizəsi və iddianın dəqiqləşdirilməsi barədə ərizə (İ cild i.v 69) ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, xx xxxxxxx 2010-cu və xx xxxx 2015-ci il tarixlərində bağlanmış 38 saylı müqavilələr üzrə Cavabdeh-dən 91.160,00 (doxsan bir min yüz altmış manat 00 qəpik) manat tezlik və radioelektron vasitələrinə görə istismar haqqının tutularaq İddiaçı hesabına köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia tələbi onunla əsaslandırmışdır ki, tərəflər arasında xx.xx.2010-cu və xx.xx.2015-ci il tarixlərdə 38 saylı müqavilələr imzalanmışdır. Həmin müqavilələr üzrə 2013, 2014 və 2015-ci illər üçün ödənilməli olan 91.160,00 (doxsan bir min yüz altmış manat) manat istismar haqqına dair 49m14, 49m14-1, 63m15 və 58m15 saylı hesabların təqdim olunmasına baxmayaraq, cavabdeh həmin məbləği iddiaçının hesabına ödəməmiş, bununla da müqavilənin 3-cü bəndi ilə üzərinə düşən öhdəlikləri icra etməmiş, Tarif Şurasının təsdiq etdiyi tariflərə uyğun təqdim olunan hesabı 10 (on) gün müddətində ödənilməsi təmin edilməmişdir. İlkin iddia üzrə iddiaçı iddia tələbinin hüquqi əsası kimi qeyd olunan hallara və Mülki Məcəllənin 425 və 427.3-cü maddələrinə istinad etmişdir. Həmçinin, Cavabdeh Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi İddiaçınə qarşı iddia ərizəsi və iddianın dəqiqləşdirilməsi barədə əizə ilə 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinə müraciət edərək qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2010 və xx.xx.2015-ci il tarixli, 38 saylı müqavilələrin və 49m14, 49m14-1, 63m15, 58m15 saylı hesabların etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, müqavilələr bağlansa da 91.160 manat istismar haqqının ödənilməsinə dair həmin hesablar cəmiyyətə təqdim olunmamışdır. Həmin hesablarda həqiqətə uyğun olmayan tariflər və düzgün olmayan hesablama qaydası tətbiq edilmiş, idarə hüququndan sui-istifadə etmişdir. Sui-istifadənin də başlanğıcı kimi onun tərəfindən xx.xx.2010 və xx.xx.2015-ci il tarixli müqavilələrdə Tarif Şurası tərəfindən xx.xx.2004-cü ildə təsdiq edilmiş “Radiotezliklərin qeydiyyatı, elektromaqnit uzlaşmasının təmini və istismarına nəzarət tarifləri” preyskurantının konkret olaraq hansı bəndlərində nəzərdə tutulmuş tariflərin tətbiq olunacağının qəsdən göstərilməməsidir. Müqavilələr vacib əhəmiyyətli (müqavilələrin predmetinin əsas xüsusiyyətləri barədə) yanılmanın təsiri altında bağlanmışdır. Belə bir yanılma müqavilələrin predmetinin dəyərinin müəyyən edilməsinə birbaşa təsir etmişdir. Çünki adı gedən preyskurantda 90-a yaxın müxtəlif tarifləri əks etdirən bəndlər vardır və qarşlıqlı iddia üzrə cavabdehin müqavilələrdə konkret olaraq 90 bənddən hansılarında əks olunmuş tariflərin tətbiq olunacağını qəsdən göstərməməsi açıq-aşkar görünür. Ona görə də həmin müqavilələr və hesablar etibarsız hesab edilməlidir. Qarşılıqlı iddia üzrə iddiaçı iddia tələbinin hüquqi əsası kimi qeyd olunan hallara və Konstitusiyanın 60-cı, Mülki Məcəllənin 337.1, 337.4, 420.2, 560.2, 560.3.1 və 560.3.5-ci maddələrinə istinad etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-83/2017 saylı xx xxxxxxxx 2017ci il tarixli qətnaməsi ilə ilkin iddia tələbi qismən təmin edilərək, Cavabdeh-dən xx.xx.2010cu və xx.xx.2015-ci il tarixlərində bağlanmış 38 saylı müqavilələr üzrə 13120 (on üç min yüz iyirmi) manat və 10 (on) manat ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq, İddiaçı hesabına köçürülməsi qət olunmuş, ilkin iddia tələbi qalan hissədə təmin edilməmiş, eyni zamanda, qarşılıqlı iddia tələbi rədd edilmişdir. Həmin qərardan ilkin iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və tezlik və radioelektron vasitələrinə görə 91160 manat istimar haqqının “xxx» MMC-dən tutularaq onun hesabına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə əsassız və qanunsuzdur, maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul olunmuşdur. Ekspertlər öz rəyini kifayət qədər əsaslandırmamış, verilən suallara cavab verməkdə aciz qalmışlar. Radiotezliklər üzrə Dövlət Komissiyasının xx.xx.2012-ci il tarixli 69 saylı iclas protokolunun qərarına əsasən Cavabdeh-yə Bakı şəhəri və Abşeron rayonu üzrə 4.1.- 4.2Q.Hs tezlik zolağından (MMDS standartlarına uyğun rəqəmsal televiziya yayımı üçün) respublika üzrə istifadəsinə icazə verilmişdir. X1 əsasən 3-30QHs tezlik diapazonu «santimetrlik» (CBÇ(SHF)) diapoznudur. MMDS-çoxkanallı, çoxnöqtəli paylayıcı sistemdir. Bu sistem müxtəlif tezlik zolaqlarında istifadə olunur (2.3 QHs; 2,5 QHs, 4QHs) efir kabel televiziya yayımı həyata keçirir. Bilavasitə yerüstü yayımı metrik (170-230 MHs) və destimetrik (470890MHs) tezlik diapozonunda həyata keçirilir. Ekspert 1-ci suala tam cavab verməmişdir. Belə ki, sözügedən preyspurantda radioelektron vasitələr üçün həm birdəfəlik ödənişlər və həm də illik istimar haqqı nəzərdə tutulmuşdur. Lakin ekspert tərəflər arasında bağlanmış müqavilələrə əsasən müəssisənin fəaliyyəti üzrə hesablanmalı məbləğ Taif Şurasının preyskurantının 2-ci bəndinə (simsiz məlumatötürmə sistemləri (CDMA, TDMA, MMDS və s) həmin preskurantda 40-cı bənddə nəzərdə tutulur) əsasən 1000 manat (birdəfəlik ödəniş) ilə hesablanmalı olduğu» barədə rəy verilmiş, lakin illik istismar haqqının tətbiq olunub-olunmaması tətbiq olunmalı idisə hansı bəndə əsasən hesablanmalı olması barədə rəy verilməmişdir. Məhkəmənin ekspert rəyini mötəbər sübut kimi qəbul etməklə, yanlış nəticəyə gəlmişdir. İlkin iddia üzrə iddiaçı apellyasiya şikayətinin hüquqi əsası kimi qeyd edilən hallara və MPM-in 47, 101, 102, 103-cü maddələrinə istinad etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli, 2-2(103)-70/2018 saylı qətnaməsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2017-ci il tarixli, 2-2(82)-83/2017 saylı qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2- 2(102)-276/2018 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-83/2017 saylı, xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş və işə təkrar baxılması üçün iş Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilk iddia üzrə iddiaçının nümayəndələri M.Rəsulov və M.Quliyev apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin olunmasını xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilk iddia üzrə cavabdehin nümayəndəsi N.İsayev apellyasiya şikayətinin dəlillərinə etiraz etmiş, şikayətin təmin olunmamasını və qarşılıqlı iddia üzrə iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə tərəfindən araşdırma zamanı cəlb edilmiş, mütəxəssislər X4, X9, «xxxxxxxxxxxxxxxx» MMC-nin xx xxxxxx 2020-ci il tarixli, 1287 saylı müşayət məktubu ilə təqdim edilmiş yazılı rəyin məzmununa uyğun izahat vermişlər. Məhkəmə kollegiyası işin materiallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. İşin materialları ilə müəyyən edilir ki, tərəflər arasında radiotezliklərin ayrılması, radioelektron vasitələrinin qeydiyyatı və radiorabitədən istifadənin tənzimlənməsi haqqında xx.xx.2010-cü il və xx.xx.2015-ci il tarixllərdə (hər ikisi 38 saylı) iki müqavilə bağlanmışdır. Həmin müqavilələrin işə əlavə olunmuş surətlərindən görünür ki, hər iki müqavilənin predmetini “İcraçı” “Sifarişçi”nin rəsmi müraciətini nəzərə alaraq, efir-kabel televiziyası (MMDS və MVDS) üçün tezlikləri təyin edib radiorabitə avadanlıqlarının istismarı üçün icazə verilməsi təşkil edir; Həmin müqavilələrin 2.1-ci bəndinə əsasən Sifarişçi radiorabitə şəbəkəsinin yaradılması üçün tələb olunan sənədləri və istifadə olunan radiorabitə vasitələnin təsdiqlənmiş anketlərini təqdim edir; 2.11-ci bəndinə əsasən icraçı radiorabitə şəbəkəsi üçün tezlikləri təyin edir; 2.12-ci bəndinə əsasən ödənişlər aparıldıqdan sonra 1 il müddətinə radiorabitə avadanlıqlarının istismarı üçün icazə verir; 2.13-cü bəndinə əsasən ayrılmış tezliklərin və radiorabitə vasitələrinin qeydiyyatını aparır; 2.15-ci bəndinə əsasən radiotezliklərdən düzgün istifadə olunmasına nəzarət edir. Həmçinin tələflər arasında bağlanmış birinci müqavilənin 2.5-ci bəndində nəzərədə tutulmuşdur ki, “Radiotezliklərin qeydiyyatı, elektromaqnit uzlaşmasının təmini və istismarına nəzarət tarifləri” preyskurantına uyğun ödənişlərin vaxtında aparılmasını təmin edir; İkinci müqavilənin məzmunu bir qədər fərqli olan 2.5-ci bəndi ilə isə tərəflər razılığa gəlmişlər ki, Azərbaycan Respublikası Tarif (qiymət) Şurası tərəfindən xx.xx.2004-cü ildə təsdiq edilmiş “Radiotezliklərin qeydiyyatı, elektromaqnit uzlaşmasının təmini və istismarına nəzarət tarifləri” preyskurantına uyğun ödənişlərin vaxtında aparılmasını təmin edir; Hər iki müqavilənin 3-cü bəndində nəzərdə tutulmuşdur ki, “Sifarişçi” rabitə vasitələri üçün təqdim etdiyi anket materiallarına əsasən “Radiotezliklərin qeydiyyatı, elektromaqnit uzlaşmasının təmini və istismarına nəzarət tarifləri” preyskurantına uyğun hesablarda göstərilən məbləğin ödənişini 10 gün müddətində təmin etməlidir. Radiorabitə vasitələri üçün təqdim olunan anketlər hər iki tərəf təsdiq etdikdən sonra müqaviləyə əlavə edilərək onun əsas hissəsi sayılır və ödənişlərin aparılması üçün əsas götürülür. Hesabların ödənilməsi növbəti ilə keçirildiyi halda “İcraçı” hər gecikdirilmiş aya görə 0,1 faiz penya ödənilməsini “Sifarişçi”dən tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Qanunda nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən və ya tənzimlənən qiymətlər (tariflər, normalar, dərəcələr və s.) tətbiq edilir. Həmin Məcəllənin 398.3-cü maddəsinə əsasən əvəzli müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilə şərtlərinə əsasən müəyyənləşdirilə bilməzsə, müqavilənin icrası üçün pul müqayisəyə gələ bilən hallarda oxşar mallar, işlər və ya xidmətlər üçün adətən alınan qiymət üzrə ödənilməlidir. İşin materiallarına əlavə edilmiş, tərəflərin müqavilə öhdəlikləri ilə bağlı X2 Radiostansiyasının xx xxxxx 2015-ci il tarixli Anketi məlumatına əsasən xx xxxx 2014-cü il tarixdə Cavabdeh-də - MMDS, Televideo, MS4/1VN8 Multisegment markalı, 287 zavod nömrəli, 4 vatt çıxış gücü olan, Efir-kabel televiziya yayımı radiostansiyası quraşdırılmış, icazə verilən işçi tezlikləri (kanalları) 4000-4200 Mhz, 8 Mhz-lik, 24 kanal; xx xxxxx 2015-ci il tarixli Anketi məlumatına əsasən xx.xx.2014-cü il tarixdə Cavabdeh-də - “Pokc” QAM 2W markalı, ******* zavod nömrəli, 2 vatt çıxış gücü olan, Efirkabel televiziya yayımı radiostansiyası quraşdırılmış, icazə verilən işçi tezlikləri (kanalları) 4000-4200 Mhz, 8 Mhz-lik, 24 kanal; xx xxxxx 2015-ci il tarixli Anketi məlumatınə əsasən xx.xx.2014-cü il tarixdə Cavabdeh-də - “Pokc” QAM 2W markalı, ******* zavod nömrəli, 2 vatt çıxış gücü olan, Efirkabel televiziya yayımı radiostansiyası xx.xx.2014-cü il tarixdə Cavabdeh-də quraşdırılmış, icazə verilən işçi tezlikləri (kanalları) 4000-4200 Mhz, 8 Mhz-lik, 24 kanal; xx xxxxx 2015-ci il tarixli Anketi məlumatına əsasən xx.xx.2014-cü il tarixdə Cavabdeh-də MMDS, Televideo, MS4/2VN8 Multisegment markalı, 288 zavod nömrəli, 8 vatt çıxış gücü olan, Efir-kabel televiziya yayımı radiostansiyası quraşdırılmış, icazə verilən işçi tezlikləri (kanalları) 4000-4200 Mhz, 8 Mhz-lik, 24 kanal. xx xxxxx 2015-ci il tarixli Anketi məlumatına əsasən xx.xx.2014-cü il tarixdə Cavabdeh-də “Pokc” QAM 2W markalı, ******* zavod nömrəli, 2 vatt çıxış gücü olan, Efirkabel televiziya yayımı radiostansiyası quraşdırılmış, icazə verilən işçi tezlikləri (kanalları) 4000-4200 Mhz, 8 Mhz-lik, 24 kanal; xx xxxxx 2015-ci il tarixli Anketi məlumatına əsasən xx.xx.2014-cü il tarixdə Cavabdeh-də- “Pokc” QAM 2W markalı, ******* zavod nömrəli, 2 vatt çıxış gücü olan, Efirkabel televiziya yayımı radiostansiyası quraşdırılmış, icazə verilən işçi tezlikləri (kanalları) 4000-4200 Mhz, 8 Mhz-lik, 24 kanal; xx xxxxx 2015-ci il tarixli Anketi məlumatına əsasən xx.xx.2014-cü il tarixdə Cavabdeh-də - “Pokc” QAM 2W markalı, ******* zavod nömrəli, 2 vatt çıxış gücü olan, Efirkabel televiziya yayımı radiostansiyası quraşdırılmış, radiostansiyanın icazə verilən işçi tezlikləri (kanalları) 4000-4200 Mhz, 8 Mhz-lik, 24 kanal; xx xxxxx 2015-ci il tarixli Anketi məlumatına əsasən xx.xx.2014-cü il tarixdə Cavabdeh-də -MMDS, Televideo, MS6/3VC12 Multisegment markalı, 289 zavod nömrəli, 4 vatt çıxış gücü olan, Efir-kabel televiziya yayımı radiostansiyası quraşdırılmış, icazə verilən işçi tezlikləri (kanalları) 4000-4200 Mhz, 8 Mhz-lik, 24 kanal; xx xxxxx 2015-ci il tarixli Anketi məlumatına əsasən xx.xx.2013-cü il tarixdə Cavabdeh-də MMDS, Televideo, MS24/6H050 Multisegment markalı, 284 zavod nömrəli, 50 vatt çıxış gücü olan, Efir-kabel televiziya yayımı radiostansiyası quraşdırılmış, icazə verilən işçi tezlikləri (kanalları) 4000-4200 Mhz, 8 Mhz-lik, 24 kanal; xx xxxxx 2015-ci il tarixli Anketi məlumatına əsasən xx.xx.2014-cü il tarixdə Cavabdeh-də MMDS, Televideo, MS4/1VN8 Multisegment markalı, 287 zavod nömrəli, 4 vatt çıxış gücü olan, Efir-kabel televiziya yayımı radiostansiyası quraşdırılmış, icazə verilən işçi tezlikləri (kanalları) 4000-4200 Mhz, 8 Mhz-lik, 24 kanal; İşin materiallarından müəyyən olunur ki, İcraçı (Radiotezliklə İdarəsi) tərəfindən Sifarişçiyə (Cavabdeh-yə) tezlik və radioelektron vasitələrinin istismar haqqı ilə əlaqədar aşağıdakı məbləğlərdə ödənilməsi üçün hesablar verilmişdir: 49-M-14-1 saylı hesabla “Tele və radioyayım üçün paylayıcı şəbəkələr (efir-kabel), hər bir şəbəkə” üçün və “Tele və radioyayım paylayıcı şəbəkələr (efir-kabel), biz tezliyin (kanalın) istismarı üçün 4752,00 manat; 49-M-14 saylı hesabla “Tele və radioyayım üçün paylayıcı şəbəkələr (efir-kabel), bir tezliyin (kanalın) istismarı üçün və “Kommersiya məqsədi ilə istifadə olunan və qəbul rejimində işləyən hər bir yerüstü peyk stansiyası” üçün 4752,00 manat; 63M-15 saylı hesabla “Tele və radioyayım üçün paylayıcı şəbəkələr (efir-kabel) hər bir şəbəkə üçün” üçün 3888,00 manat, “Kommersiya məqsədilə istifadə olunan və qəbul rejimində işləyən hər bir yerüstü peyk stansiyası üçün” 400,00 manat, “Kommersiya məqsədilə istifadə olunan və qəbul rejimində işləyən hər bir yerüstü peyk stansiyası üçün” 800,00 manat və istismar haqları isə 59760 manat, cəmi 64848,00 manat; 58M-15 saylı hesabla “Tele və radioyayım üçün paylayıcı şəbəkələr (efir-kabel), bir tezliyin (kanalın) istismarı üçün” 8640,00 manat (4320+4320) və “Kommersiya məqsədi ilə istifadə olunan və qəbul rejimində işləyən hər bir yerüstü peyk stansiyası üçün” 4800,00 manat, cəmi, 13440,00 manat. İşin materiallarından görünür ki, ilkin İddiaçı tərəfindən Cavabdeh-yə xx xxxxxx 2016-cı il tarixli pretenziya məktubu ünvanlanaraq göstərilmişdir ki, 2014-2015-ci illər üçün istismar haqqının ödənilməsinə dair 49m14, 49m14-1, 63m15 və 58m15 saylı hesabların göndərilməsinə baxmayaraq, bu günə kimi Cavabdeh, Azərbaycan Respublikası Tarif Şurasının təsdiq etdiyi tariflərə uyğun təqdim olunan hesabları ödəməmişdir. Odur ki, radioelektron vasitələrində radiotezliklərdən istifadəyə görə 91.160 manat məbləğin ödənilməsi xahiş edilmiş, əks təqdirdə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tədbirlər görüləcəyi bildirilmişdir; Bundan sonra ilkin İddiaçı tərəfindən hazırki iddia ilə məhkəməyə müraciət edilmiş, 2014-2015-ci illər üçün 49m14, 49m14-1, 63m15, 58m15 saylı hesablarda göstərilmiş 91.160 manat tezlik və radioelektron vasitələrinə görə istismar haqqının tutulması xahiş edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən ilkin iddia qismən təmin edilmiş, Cavabdehdən xx.xx.2010-cu və xx.xx.2015-ci il tarixlərində bağlanmış 38 saylı müqavilələr üzrə 13120 (on üç min yüz iyirmi) manat və 10 (on) manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutularaq, İddiaçı hesabına köçürülməsi qət olunmuş, ilkin iddia tələbi qalan hissədə təmin edilməmiş, eyni zamanda, Cavabdeh-nin tərəflər arasında bağlanılmış xx.xx.2010 və xx.xx.2015-ci il tarixli, 38 saylı müqavilələrin və 49m14, 49m14-1, 63m15, 58m15 saylı hesabların etibarsız hesab edilməsi barədə qarşılıqlı tələbi təmin edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə kollegiyası istinad olunan prosessual hüquq normasının tələbini, apellyasiya şikayətinin yalnız ilkin iddiaçı tərəfindən verilərək ilkin iddianın tam təmin edilməsinə yönəlməsini nəzərə alaraq apellyasiyanın hədləri ilə bağlı qeyd edilməsini zəruri hesab edir ki, ilkin iddianın qismən təmin olunması hissəsində birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı yoxlanılır. İşə birinci instansiya məhkəməsi tərəfindən baxılarkən, tərəflər arasında mübahisələndirilən məsələlər üzrə xüsusi biliyə malik ekspertin rəyinin verilməsi zəruri hesab olunaraq kompleks məhkəmə kompüter-texniki və mühasibatlıq ekspertizasının təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertləri tərəfindən aparılmış ekspertizanın nətəicələrinə dair məhkəməyə xx xxxx 2017-ci il tarixli 832/833 saylı rəy təqdim olunmuşdur. Birinci instansiya məhkəməsi qeyd olunan ekspert rəyini mötəbər sübut kimi qiymətləndirmiş, 77.040 manat məbləğində istismar haqqının əsassız olması ilə bağlı ekspert tədqiqatının nəticəsi ilə razılaşaraq iddianı təmin hissədə təmin etməmişdir. Hazırki iş üzrə kassasiya instansiyası məhkəməsi tərəfindən, işə baxmış məhkəmələrin gəldikləri nəticə əsaslı hesab edilməmiş və qərarda göstərilmişdir ki, «Yuxarıda qeyd edilənlərdən göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi iş üzrə nəticə üçün əsas sübut növü kimi istinad etdiyi ekspertizanın keçirilməsi zamanı yaranmış və əldə olunmuş ekspertiza rəyində bir sıra ziddiyyətli məqamlar, (o cümlədən ekspertizada cavabdeh İdarənin iştirakının təmin edilməməsi, ekspertizaya mütəxəssisin cəlb edilməməsi, cavabdeh İdarənin təkrar ekspertiza haqqında vəsatətinin təmin edilməsi və.s) mövcuddur ki, belə vəziyyətdə qəbul edilmiş məhkəmə qərarı əsaslı və qanuni hesab edilə bilməz. Hazırki işə yenidən baxacaq apellyasiya instansiyası məhkəməsi, işdəki ziddiyyətlərin aradan qaldırılması məqsədilə, iş üzrə tərəflərin iştirakı ilə, o cümlədən teleradio ötürücüləri və digər avadanlığı sahəsində müvafiq biliyi olan mütəxəssislər dəvət olunmaqla, həyata keçirilməli olan məhkəmə ekspertizasını təyin etməlidir. Azərbaycan Respublikası MPM-nin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. İşin yenidən apellyasiya qaydasında araşdırılması zamanı, kassasiya instansiyası məhkəməsinin göstərişlərinə müvafiq olaraq təkrar kompleks kompyuter-texniki və mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi «xxxxxxxxxxxxxxxx LTD» Şirkətinin mütəxəssisinin iştirakı ilə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş, təkrar ekspertiza qarşısında aşağıdakı suallar qoyulmuşdur; 1. Tərəflər arasında imzalanmış xx.xx.2010 və xx.xx.2015-ci il tarixli müqavilələr üzrə Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının xx.xx.2004-cü il tarixli iclasına əsasən 9 nömrəli protokolla təsdiq edilmiş “Radiotezliklərin qeydiyyatı, elektromaqnit uzlaşmasının təmini və istismarına nəzarət tarifləri”nə uyğun olaraq hansı bəndlər tətbiq olunmalıdır?; 2. İddiaçı tərəfindən Cavabdeh-yə hesablanmış məbləğ tərəflər arasında imzalanmış xx.xx.2010 və xx.xx.2015-ci il tarixli müqavilələr üzrə Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının xx.xx.2004-cü il tarixli iclasına əsasən 9 nömrəli protokolla təsdiq edilmiş “Radiotezliklərin qeydiyyatı, elektromaqnit uzlaşmasının təmini və istismarına nəzarət tarifləri”nə uyğun olaraq müvafiq tarif əsasında hesablanmışdırmı?; 3. Tərəflər arasında imzalanmış xx.xx.2010 və xx.xx.2015-ci il tarixli müqavilələr üzrə Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının xx.xx.2004-cü il tarixli iclasına əsasən 9 nömrəli protokolla təsdiq edilmiş “Radiotezliklərin qeydiyyatı, elektromaqnit uzlaşmasının təmini və istismarına nəzarət tarifləri”nə uyğun olaraq Cavabdeh-yə hesablanmalı məbləğ nə qədər təşkil etməlidir?; 4. Destimetrlik tezlik diapozonuna hansı tezliklər aiddir və Cavabdeh-yə ayrılan tezliklər destimetrlik tezlik diapozonuna aiddirmi? Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən məhkəmənin qərardadının icrası qaydasında verilmiş xx xxxxxx 2019-cu il tarixli, 4898/99 saylı ekspert rəyi ilə dördüncü sual üzrə göstərilmişdir ki, aparılmış tədqiqatlar, cihazlar üzərində keçirilmiş yerli baxışlar nəticəsində aparılmış ölçmələr və işin materiallarında aşkar olunmuş məlumatlar əsasında müəyyən olundu ki, Cavabdeh-yə məxsus ötürücü avadanlıqları məlumatları santimetri «C» diapozonuna aid 4 Ghz-4,2 Ghz tezlikdə ötürür. Birinci-üçüncü suallar üzrə- Cavabdeh ilə DRİ arasında bağlanmış müqavilələrə əsasən müəssisənin fəaliyyəti üzrə hesablanmalı olan tarifin Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının xx xxxx 2004-cü il tarixli iclasına əsasən 9 nömrəli protokolla təsdiq edilmiş «Radiotezliklərin qeydiyyatı, elektromaqnit uzlaşmasının təmini və istismarına nəzarət tarifləri»-nin 2-ci bəndinə əsasən Radiorabitə şəbəkəsi üçün bir tezliyin ayrılması (CDMA, TDMA, MMDS və s. daxil olmaqla) tarifi 1000,0 manat dərəcəsi (bir dəfəlik ödəniş) ilə hesablanmalı olduğu müəyyən edilmişdir. Ekspertiza tədqiqatı zamanı Cavabdeh-yə məxsus çevrici verici cihazın santimetrik «C» diapazonuna aid olması səbəbindən müəssisəyə Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının xx xxxx 2004cü il tarixli iclasına əsasən 9 nömrəli protokolla təsdiq edilmiş «Radiotezliklərin qeydiyyatı, elektromaqnit uzlaşmasının təmini və istismarına nəzarət tarifləri»-nin 75-ci bəndinə əsasən – Desimetrik diapazon üzrə hesablanmış 77.040 manat məbləğində istismar haqqının əsassız hesablandığı müəyyən edilmişdir. Rəydə həmçinin göstərilmişdir ki, işin materiallarında Cavabdeh-yə məxsus Baza stansiyalarının sayı, REV-lərin sayı, peyk stansiyalarının sayı barədə məlumat olmadığından qeyd olunan xüsusatlar üzrə tədqiqat aparılmadı. Məhkəmənin qərardadına əsasən ekspertizanın keçirilməsi «xxxxxxxxxxxxxxxx LTD» Şirkətinin mütəxəssisinin iştirakı ilə, Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilsə də, ekspertiza tədqiqatı həmin Şirkətin mütəxəssislərinin iştirakı olmadan aparılmışdır. Bu səbəbdən məhkəmə araşdırılması zamanı «xxxxxxxxxxxxxxxx LTD» Şirkətinin mütəxəssislərinin iştirakı təmin edilmiş və sonuncu tərəfindən 1287 saylı, xx xxxxxx 2020ci il tarixli müşayət məktubu ilə mütəxəssis rəyi təqdim edilmişdir. Həmin rəydə məhkəmənin ekspertiza qarşısında qoyduğu birinci sual üzrə göstərilmişdir ki, «Radiotezliklərin qeydiyyatı, elektromaqnit uzlaşmasının təmini və istismarına nəzarət tarifləri»-nin 26-cı və 35-ci bəndləri əsasında tətbiq edilən birdəfəlik ödənişlərin icra edildiyi nəzərə alınaraq Cavabdeh-yə müddətli tariflərin 26-cı və 35-ci bəndlərlə eyni məzmunlu 75-ci bəndi əsasında tətbiq edilməlidir. İkinci sual üzrə göstərilmişdir ki, Tarif (qiymət) Şurasının xx xxxx 2004-cü il tarixli iclasının qərarına əsasən təsdiq edilmiş «Radiotezliklərin qeydiyyatı, elektromaqnit uzlaşmasının təmini və istismarına nəzarət tarifləri»-nin 26-cı, 35-ci və 75-ci bəndləri əsas götürülərək, aparılmışdırsa müvafiq tarif əsasında hesablandığı qənaətindəyik. Üçüncü sual üzrə göstərilmişdir ki, «Radiotezliklərin qeydiyyatı, elektromaqnit uzlaşmasının təmini və istismarına nəzarət tarifləri»-nin 26-cı və 35-ci bəndlərində nəzərdə tutulan birdəfəlik ödənişlərin Cavabdeh tərəfindən icra edildiyi nəzərə alınaraq, 35-ci bənd üzrə qeydiyyata alınmış hər bir tele və radio yayım paylayıcı (efir-kabel) şəbəkənin istismar etdiyi hər bir tezlik kanalı üçün qeydiyyata alındığı tarixdən hesablanmaqla, 75-ci bənd əsasında illik 180 manat məbləğ hesablanmalıdır. Dördüncü sual üzrə isə rəydə göstərilmişdir ki, Cavabdeh-yə ayrılan tezliklər desimetrik diapozonuna deyil, santimetrik tezlik diapozonuna aiddir. Məhkəmə kollegiyası işə birinci instansiya məhkəməsində baxılarkən, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 832/33 saylı, xx xxxx 2017-ci il tarixli və işin hazırki mərhələsində eyni Mərkəz tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli, 4898/99 saylı ekspert rəylərinin müqayisəli təhlilinə əsasən qeyd edir ki, hər iki rəy məzmunca eyniyyət təşkil edir və kassasiya instansiyası məhkəməsinin iş üzrə qərarında qeyd etdiyi kimi, tərəflər arasında bağlanmış müqavilələrə əsasən MMC-nin fəaliyyəti üzrə hesablanmalı olan tarifin Tarif Şurasının yuxarıda göstərilən preyskurantının 2-ci bəndinə (Simsiz məlumatötürmə sistemləri (CDMA, TDMA, MMDS və s.), həmin preyskurantda 40-cı bənddə nəzərdə tutulur) əsasən 1.000 manat (bir dəfəlik ödəniş) ilə hesablanmalı olduğu» barədə rəy versələr də, illik istismar haqqının tətbiq olunub-olunmaması, tətbiq olunmalı idisə, hansı bəndə əsasən hesablanmalı olması barədə rəy verməmişlər.Həmçinin işin materiallarına Cavabdeh-yə məxsus Baza stansiyalarının sayı, REV-lərin sayı, peyk stansiyalarının sayı barədə məlumatların (İ cild, i.v 74-83) əlavə edilməsinə baxmayaraq, ekspertiza tədqiqatı zamanı yenə də nəzər alınmamış və həmin məlumatlar üzrə xüsusatlar araşdırılmamış, ekspertiza tədqiqatı mütəxəssisin («xxxxxxxxxxxxxxxx» MMC-nin) iştirakı ilə aparılmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan xüsusatlar iş üzrə verilmiş xx xxxxxx 2019-cu il tarixli, 4898/99 saylı ekspert rəyinin mötəbərliyini şübhə altına alır. İşin mübahisələndirilməyən hallarına görə Cavabdeh efir-kabel televiziya yayımı fəaliyyəti ilə məşğul olur və Cəmiyyət desimetrik diapazonunda televiziya vericiləri üçün birdəfəlik ödənişi (26 və 35-ci bəndlərinə əsasən tele və radioyayım paylayıcı şəbəkələrə (efir kabel), bir tezliyin (kanalın) ayrılması üçün) ödəmişdir. “Telekommunikasiya haqqında» Azərbaycan Respublikası Qanunun 13.6-cı maddəsinə əsasən radiotezliklərdən istifadə təyinatı, radiotezliklərin sayı, zolağı və istismar olunan radioelektron vasitələri nəzərə alınmaqla birdəfəlik və müddətli (aylıq və ya illik) ödənişlər müəyyən olunur. Radiotezliklərin ayrılması, qeydiyyatı, istifadəsi və ödənişlərin təyin olunması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən normativ hüquqi aktlar vasitəsilə müəyyənləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli, 22 saylı qərarı ilə təsdiq edilmiş “Radiotezliklərin ayrılması, qeydiyyatı, istifadəsi və ödənişlərin təyin olunması Qaydaları»nın 1.3-cü bəndinə əsasən radiotezlik zolaqları Radiotezliklər üzrə Dövlət Komissiyası (bundan sonra - Komissiya) tərəfindən sifarişçilərin müraciətləri əsasında ayrılır; 2.23-cü bəndinə əsasən Komissiya tərəfindən tezlik ayrılmasına qərar verilmiş hüquqi və fiziki şəxslər DRİ ilə tezlik nominalları üçün mövcud tariflərə uyğun ödəniş edilməsi, tezliklərdən qanunvericiliyə uyğun istifadə olunması və s. üçün müqavilə bağlayırlar; 3.1-ci bəndinə əsasən mülki məqsədlər üçün istifadə edilən radiotezliklərə onların istifadə təyinatı, sayı, zolağı və istismar olunan radioelektron vasitələri nəzərə alınmaqla, birdəfəlik və müddətli (aylıq və ya illik) tariflər müəyyən edilir. Sadalanan maddi hüquq normalarının tələblərindən göründüyü kimi, radiotezliklərdən istifadəyə görə birdəfəlik və müddətli (aylıq və illik) ödənişlər aparılmalıdır. Ona görə də, məhkəmə kollegiyası Cavabdeh tərəfindən radiotezliklərdən istifadəyə görə yalnız birdəfəlik ödənişlər aparılmalı olmasına dair cavabdehin dəlillərini əsassız hesab edir və «xxxxxxxxxxxxxxxx» MMC tərəfindən verilmiş mütəxəsəsis rəyi ilə razılaşaraq belə qənaətə gəlir ki, «Radiotezliklərin qeydiyyatı, elektromaqnit uzlaşmasının təmini və istismarına nəzarət tarifləri»-nin 26-cı və 35-ci bəndlərində nəzərdə tutulan birdəfəlik ödənişlərin Cavabdeh tərəfindən icra edildiyi nəzərə alınaraq, 35-ci bənd üzrə qeydiyyata alınmış hər bir tele və radio yayım paylayıcı (efir-kabel) şəbəkənin istismar etdiyi hər bir tezlik kanalı üçün qeydiyyata alındığı tarixdən hesablanmaqla, 75-ci bənd əsasında illik 180 manat məbləğ hesablanmalıdır. Birinci instansiya məhkəməsi işdə olan xx xxxxxxx 2016-cı il tarixli arayışa və xx xxxxxx 2014-cü il tarixli qəbzə əsasən aparılmış 1000 manat məbləğində birdəfəlik ödənişi iddia olunan istimar haqqından çıxmışdır. Məhkəmə araşdırması zamanı ilkin iddiaçı tərəfindən xx xxxxxx 2020-ci il tarixli, DRİ-HKŞ-9/65 saylı, Cavabdeh-nin 2014-2015-ci illər üzrə yaranmış borcunun cavabdehin ödədiyi 1000 manat miqdarında ödəniş nəzərə alındıqdan sonra qalın borcun 91.160 manat olmasına dair açıqlama cədvəli təqdim edilmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında həmin borcun miqdarına münasibətdə qeyd etmişdir ki, Cavabdeh-nin «Radiotezliklərin qeydiyyatı, elektromaqnit uzlaşmasının təmini və istismarına nəzarət tarifləri»-nin 75-ci bənd əsasında illik 180 manat məbləğ ödəməli olması əsası götürülərsə, 2014-2015-ci illər üzrə istismar haqqının miqdarı 91.160 manat təşkil edir. Lakin «Radiotezliklərin qeydiyyatı, elektromaqnit uzlaşmasının təmini və istismarına nəzarət tarifləri»-nin 75-ci bəndinə əsasən Cavabdeh-yə istismar haqqının hesablanmasının əsassız olmasına iş üzrə verilmiş ekspert rəyləri ilə qiymət verilmişdir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə sübutların məcmusuna hüquqi qiymət verərək belə qənaətə gəlir ki, ilkin iddiaçının Cavabdeh-dən 91.160,00 (doxsan bir min yüz altmış manat 00 qəpik) manat istismar haqqının tutularaq hesabına köçürülməsi barədə tələbi əsaslıdır. Birinci instansiya məhkəməsi ilkin iddianı qalan-78.040 manat hissəsində (91.160-13.120=78.040) təmin etməməklə yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərini pozmuşdur. Odur ki, birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi maddi hüquq normalarının pozulmasına görə ilkin iddianın təmin olunmaması hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilərək, iddia qalan hissədə də təmin edilməli, qətnamə yoxlanılan qalan hissədə dəyişdirilmədən saxlanmalı, ilkin iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri cavabdehdən tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119, 382-384, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası, Q ə t e t d i: İlkin iddia üzrə iddiaçı Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-83/2017 saylı xx xxxxxxxx 2017ci il tarixli qətnaməsi qismən-ilkin iddianın təmin olunmaması hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilsin. İddia qalan hissədə də təmin edilsin. Cavabdeh-dən xx xxxxxxx 2010-cu və xx xxxx 2015-ci il tarixlərində bağlanmış 38 saylı müqavilələr üzrə 78.040 (yetmiş səkkiz min qırx) manat, işə birinci instansiya qaydasında baxılması üçün ödənilmiş 30 (otuz) manat, apellyasiya qaydasında baxılması üçün ödənilmiş 15 (on beş) manat dövlət rüsumunun əvəzi İddiaçı xeyrinə tutulsun. Cavabdeh-dən iş üzrə məhkəmə ekspertizalarının keçirilməsinə görə (150 və 200 manat olmaqla iki dəfə ekspertiza üçün) cəmi 350 (üç yüz əlli) manat məbləğində xərc dövlət büdcəsinin xeyrinə (Büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Dövlət Xəzinədarlığı Agentliyi kodu 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************) tutulsun. Qətnamə yoxlanılan qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: imza Hakimlər: imzalar Əsli ilə düzdür. Sədrlik edən hakim: Kəmalə Abiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar