Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-513/2025 06.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X7 Şirinovun sədrliyi və məruzəsi ilə, X16 və X3 ibarət tərkibdə, Əzizzadə Rüfanə Elxan qızının katibliyi ilə, İddiaçı Süleyman oğlu, nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin təsisçisi X8, nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “müqavilənin ləğvi və pulun tutulması” tələbinə dair ilk, iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı qarşı “pulun tutulması” tələbinə dair qarşılıqlı iddia tələblərinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-182/2025 nömrəli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən ayrı-ayırlıqda verilmiş apellyasiya şikayətlərinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları
1. "xxxx" MMC (Sifarişçi) ilə İddiaçı (icraçı) arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 25/23 nömrəli xidmət müqaviləsinə görə sifarişçi Bilgəh qəsəbəsində yerləşən 187 nömrəli Villanın ladşaft işlərinin yerinə yetirilməsini sifariş edir və icraçıya razılaşdırılmış xidmət haqqı ödəməyi, icraçı isə sifarişçinin Əlavə 1 “Smeta"-da göstərilmiş işləri icra etməyi öhdəsinə götürür. • . Müqavilənin 1.2-ci bəndinə görə göstərilən xidmətlərin həcmi bu Müqaviləyə Əlavə 1 “Smeta” ilə müəyyənləşdirilir. • Müqavilənin 1.3-cü bəndinə görə xidmətin göstərilməsi tərəflərin hazırkı Müqavilənin 5.2-ci bəndində göstərilən müddət ərzində heyata keçirilir. • Müqavilənin 2.1-ci bəndinə görə xidmətin göstərilməsi ilkin sifariş üzrə həyata keçirilir. Göstəriləcək xidmətin sifarişi sifarişçi tərəfindən verilir. • Müqavilənin 2.4-cü bəndinə görə icraçının yerinə yetirdiyi işlər işlərin icra olunma aktı imzalanmaqla sifarişçi tərəfindən təhvil alınır. 18. Müqavilənin 4.2-ci bəndinə görə hazırkı müqavilə üzrə hesablaşmalar nağd qaydada həyata keçirilir. • Müqavilənin 5.2-ci bəndinə görə bu Müqavilədə Əlavə 1 “Smeta"-da qeyd olunan müddət nəzərdə tutulur.
2. xx.xx.2023-cü il tarixli, 25/23 nömrəli xidmət müqaviləsinin Əlavəsinə əsasən, görülən işlərin dəyərinin 655297,26 ABŞ dolları olması razılaşdırılmışdır.
3. X9 (satıcı) ilə İddiaçı (alıcı) arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 17-11/23 nömrəli alqı-satqı müqaviləsinə əsasən bu Müqavilənin predmetini Müqavilənin ayrılmaz tərkib hissəsi sayılan Əlavələrdə qeyd edilən malların (aqlay məhsulu) Alıcı tərəfindən Satıcıya sifariş verilməsi, Satıcı tərəfindən sifariş verilən malların hazırlanması və Alıcıya təqdim edilməsi, Alıcı tərəfindən malların mülkiyyətinə qəbul edilməsi və müəyyənləşdirilmiş pul məbləğini ödənilməsi ilə bağlı münasibətlərin tənzimlənməsi təşkil edir. • Müqavilənin 2.1-ci bəndinə görə müqavilənin ümumi dəyəri Müqavilənin Əlavəsində göstərilən yekun məbləğin cəminə bərabərdir və bu məbləğ ümumilikdə 283000 (iki yüz səksən üç min) manat təşkil edir. Mallar hazırlandığı gündən 3 iş günü ərzində malların ümumi dəyəri tam ödənilməlidir və bundan sonra mallar Alıcıya təhvil verilir.
4. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə (satıcı) ilə İddiaçı (alıcı) arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 52-12/23 nömrəli alqısatqı müqaviləsinə əsasən bu müqavilənin predmetini Müqavilənin ayrılmaz tərkib hissəsi sayılan Əlavələrdə qeyd edilən malların (qranit məhsulu) Alıcı tərəfindən Satıcıya sifariş verilməsi, Satıcı tərəfindən sifariş verilən malların xaricdən gətirilməsi və Alıcıya təqdim edilməsi, Alıcı tərəfindən malların mülkiyyətinə qəbul edilməsi və müəyyənləşdirilmiş pul məbləğinin ödənilməsi ilə bağlı münasibətlərin tənzimlənməsi təşkil edir. • Müqavilənin 2.4-cü bəndinə görə müqavilənin ümumi dəyəri Müqavilənin Əlavəsində göstərilən yekun məbləğin cəminə bərabərdir və bu məbləğ ümumilikdə 115 000 (yüz on beş min) manat təşkil edir. Mallar ölkə ərazisinə daxil olaraq yük gömrük bəyannaməsi üzrə buraxılış verildiyi gündən 3 iş günü ərzində malların ümumi dəyəri tam ödənilməlidir və bundan sonra mallar Alıcıya təhvil verilir.
5. Silver 1000” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə (satıcı) ilə İddiaçı (alıcı) arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 24-12/23 nömrəli alqısatqı müqaviləsinə əsasən bu müqavilənin predmetini Müqavilənin ayrılmaz tərkib hissəsi sayılan Əlavələrdə qeyd edilən malların (qranit məhsulu) Alıcı tərəfindən Satıcıya sifariş verilməsi, Satıcı tərəfindən sifariş verilən malların xaricdən gətirilməsi və Alıcıya təqdim edilməsi, Alıcı tərəfindən malların mülkiyyətinə qəbul edilməsi və müəyyənləşdirilmiş pul məbləğinin ödənilməsi ilə bağlı münasibətlərin tənzimlənməsi təşkil edir. • Müqavilənin 2.4-cü bəndinə görə müqavilənin ümumi dəyəri Müqavilənin Əlavəsində göstərilən yekun məbləğin cəminə bərabərdir və bu məbləğ ümumilikdə 107 000 (yüz yeddi min) manat təşkil edir. Mallar ölkə ərazisinə daxil olaraq yük gömrük bəyannaməsi üzrə buraxılış verildiyi gündən 3 iş günü ərzində malların ümumi dəyəri tam ödənilməlidir və bundan sonra mallar Alıcıya təhvil verilir.
Birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı (bundan sonra-iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra-cavabdeh) qarşı “müqavilənin ləğvi və pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin üzərinə 31 oktyabr 2023-cü il tarixli 25/23 nömrəli xidmət müqaviləsinə xitam verilməklə, həmin müqavilə əsasında görülmüş işlərin və alınmış malların dəyəri olaraq 633576.5 manat yaranmış borcun, həmçinin pul məbləğinin ödənilməsinin gecikdirilməsinə görə məbləği ödədiyi günə münasibətdə gecikdirilmiş vaxt üçün gecikdirilmiş borc məbləğinə illik beş faiz məbləğində əlavə vəsaitin və 925 manat dövlət rüsumunun iddiaçının bank hesabına ödənilməsi öhdəliyinin qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdehlə 31 oktyabr 2023-cü il tarixli 25/23 nömrəli xidmət müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 3.1.1-ci maddəsinə əsasən cavabdehin Bilgəh qəsəbəsində yerləşən 187 nömrəli villanın landşaft işlərinin həyata keçirilməsi üçün tələb olunan lazımı şəraiti yaratmaq öhdəliyi mövcuddur. Lakin bildirilir ki, qeyd olunan öhdəliyini yerinə yetirmir. Müqavilənin icrası ilə bağlı iddiaçı tərəfindən bir çox yüksək səviyyədə işlər görülməsinə baxmayaraq, 03 aprel 2024-cü il tarixdə cavabdeh tərəfindən ərazidən uzaqlaşdırılmağı barədə əsassız göstəriş verildi. Dəfələrlə danışıqlar aparılmağına baxmayaraq, müqavilə üzrə öhdəliyini yerinə yetirməkdən imtina edərək məni əraziyə buraxmaqdan imtina etdi. Cavabdehin təsisçisi və işlərə əsas nəzarəti edən Adilə xanım və müəssisənin adından çıxış edən Leyla xanım da həmçinin ərazidən çıxmağı barədə göstərişlər verdilər. O da məcburən konteynerlərini götürərək ərazidən uzaqlaşmışdır. Müqavilə üzrə öhdəliklərini yerinə yetirmələri üçün 09 aprel 2024-cü il tarixli pretenziya göndərilmiş, ərazisində sifarişi icra etdiyi mülkiyyətçinin işinin yubanmaması, işlərin vaxtında və keyfiyyətlə görülməsi üçün müqavilə öhdəliklərini yerinə yetirməyi və iddiaçıyı əraziyə buraxmaqları ən uğurlu tərəfdaşlıq olardı deyə vurğulamışdır. Lakin məhəl qoyulmadı. Həmçinin müqavilə üzrə hazırda görülmüş işlərin də dəyərini ödəmək öhdəliyini xatırladaraq bildirir ki, hazırda görülmüş işlərin dəyərini və müqavilənin icrası üçün iddiaçı tərəfindən digər bir müəssisəyə sifariş verilmiş malmaterialların (qranit, prila və aqlay məhsulları) dəyəri ödənilməlidir. Həmçinin cavabdehin müqaviləyə əlavədə göstərilən tam məbləği avans olaraq ödəmək öhdəliyi vardır. Çünki, sifariş verdiyi məhsullar ölkə ərazisinə idxal olunub və hazırda cavabdehin ödəniş etməməsinə görə iddiaçıya cərimə məbləğləri, dəbbə pulu və faizlər, həmçinin bunlardan başqa anbarda saxlanılması üçün icarə haqqı hesablanır. Bütün bunlara baxmayaraq, iddiaçı işin yubanmaması, tərəfdaşlığın davamı üçün bütün lazımı tədbirləri görməyə çalışsa da, cavabdeh müqavilə öhdəliklərini kobud şəkildə pozdu. Həmçinin müqavilənin 2.2-ci bəndinə əsasən edilməli olan avans ödənişini də tam olaraq ödəmir. Halbuki, sifariş verilmiş mallar gətirilməzdən əvvəl və görülmüş işlər görülməzdən əvvəl cavabdeh avans olaraq həmin işlərin dəyərini ödəməli idi. Yuxarıda qeyd edilən müqavilə üzrə 461495 dollar (784541,5 manat) məbləğində tərəfimdən işlər görülmüş və materiallar sifariş verimişdir. Cavabdeh müxtəlif vaxtlarda (50 000, 34000, 34000, 2000, 2000, 17000, 5000, 5000, 770, 1195 manat olmaqla) bu ödənişdən cəmi 150965 manat vəsait vermişdir. Hazırda cavabdeh iddiaçıya görülmüş işlərdən və sifariş verilmiş mallardan 633576,5 manat vəsait borcludur. Sifariş verilmiş malların yarısı artıq istifadə olunmuşdur. Lakin nəinki tam avans məbləğini ala bilməmiş, heç gördüyü işlərin və sifariş üzrə hazır olan malların dəyərini belə cavabdeh ödəmir. Bu azmış kimi iddiaçını işin icrasından uzaqlaşdırır. Bunun da məqsədi əsas işlərin çox hissəsini görməyidir. İşin sonlandırılmasına yaxın ərəfədə cavabdehin bu cür qeyri-adekvat hərəkəti iddiaçının əldə edəcəyi gəlirə sahib olmaqdır. Bildirilir ki, tərəflər arasında bağlanılmış 31 oktyabr 2023-cü il tarixli 25/23 nömrəli xidmət müqaviləsinin 2.2-ci, 3.1.1-ci və 3.1.3-cü bəndləri cavabdeh tərəfindən yerinə yetirilmir.
7. İddiaçı xx.xx.2024-cü il tarixdə iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, 31 oktyabr 2023-cü il tarixli 25/23 nömrəli xidmət müqaviləsinin ləğv olunması, görülmüş işlərin dəyəri olaraq 168011 ABŞ dolları (285618,7 manat), vurulan qranit, tamet və aqlay mallarının dəyəri olaraq 96520,805 ABŞ dolları (164085,36 manat), cavabdeh tərəfindən müqavilə üzrə tələb olunaraq sifariş olunmuş hazırda anbarda saxlanan aqlay və qranit məhsullarının dəyəri olaraq 233145,225 ABŞ dolları (396346,34 manat), ödənişin gecikdirilməsinə görə illik 5% olmaqla 5 aylıq gecikdirmə üçün 17626,05 manat, ümumilikdə cəmi 863676,61 manat vəsaitin və 1154 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Cavabdeh MMC xx.xx.2024-cü il tarixdə qarşılıqlı iddia ərizəsi verərək, cavabdehdən 240000 manat məbləğində pul vəsaitinin və ödənilmiş 530 manat dövlət rüsumunun, ümumilikdə 240530 manat məbləğində pulun tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə cavabdeh arasında xx.xx.2023-cü il tarixli, 25/23 nömrəli xidmət müqaviləsi bağlanılmışdır. Müqavilənin ümumi dəyəri 655297 (altı yüz əlli beş min iki yüz doxsan yeddi) ABŞ dolları, yəni ******* (bir milyon yüz on dörd min dörd) manat olmuşdur. Müqavilə üzrə cavabdeh İddiaçı Bilgəh qəsəbəsində yerləşən 187 nömrəli villanın müqavilənin smetasında nəzərdə tutulan işləri vaxtında və keyfiyyətlə yerinə yetirməli idi. İlkin olaraq Cavabdeh MMC-nin yuxarıda qeyd edilən ünvanında mal, materialların sifariş verilməsi və müəyyən işlərin görülməsi üçün cavabdehə 255000 (iki yüz əlli beş min) manat pul nağd qaydada cavabdehə verilmişdir. Bununla bağlı o, müqavilənin iddiaçıda olan nüsxəsinə pulu almasını təsdiq edən qeydə öz imzasını çəkmişdir. Daha sonra cavabdehin öz iddia ərizəsində qeyd etdiyi kimi iddiaçı tərəfindən müxtəlif vaxtlarda cavabdehə 150965 (yüz əlli min doqquz yüz altmış beş) manat məbləğində pul verilmişdir. Ümumilikdə cavabdehə 405965 (dörd yüz beş min doqquz yüz altmış beş) manat pul verilmişdir. Lakin cavabdeh öhdəliklərini gec və keyfiyyətsiz icra etməyə davam etmişdir. Belə ki, ona dəfələrlə sifarişçi qarşısında vaxt öhdəliklərinin olması bildirilsə də, o gördüyü bütün işləri ləngitmiş və işlərin bir çoxunun keyfiyyətsiz icra etmişdir. Bununla bağlı sübutlar məhkəməyə təqdim olunacaqdır. Cavabdeh müqavilə öhdəliklərini düzgün və lazımı qaydada yerinə yetirmədiyi üçün ona dəfələrlə xəbərdarlıq edilmiş, cavabdeh ödənşin keyfiyyətini və danışılmış formasını tələb etmişdir. Lakin cavabdeh hər dəfə müxtəlif bəhanələr gətirərək, işin vaxtında icra olunması üçün heç bir tədbir görməmişdir. Həmçinin tələb edilmiş materiallar lazımı formada təmin edilməmişdir. Cavabdehin göstərdiyi işlərin görülməsi üçün lazımı şəraitin yaradılması ilə bağlı təklifinə iddiaçı heç zaman mane olmamışdır. Bu gün də cavabdehin öhdəliyində olan keyfiyyətdə mal-materialın onun tərəfindən təmin edilməsinə və əraziyə gətirilməsinə etiraz edilmir. Cavabdeh MMC şirkəti isə sifarişçi qarşısında öhdəliklərini keyfiyyətli və vaxtında yerinə yetirmək üçün həmçinin, şirkətin işgüzar nüfuzunu qorumaq məqsədi ilə ziyana düşməklərini də gözə alaraq, digər idxalçılardan material tədarük edir. Bu da əlavə xərclərin çəkilməsinə gətirib çıxarır. Cavabdeh ümumilikdə 160000 (yüz altmış min) manat məbləğində işlər görsə də qalan heç bir öhdəliyini icra etməmiş əvəzində isə iddiaçıdan ümumilikdə 405965 (dörd yüz beş min doqquz yüz altmış beş) manat pul almışdır. Bununla da cavabdeh tərəfindən Cavabdeh MMC-yə 240000 (iki yüz qırx min) manat məbləğində ziyan vurulmuşdur. Ona görə də məhkəməyə müraciət edilmək məcburiyyətində qalınmışdır.
6. Cavabdeh MMC xx.xx.2024-cü il tarixdə iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı 271604 manat pul vəsaiti və ödənilmiş 530 manat dövlət rüsumu olmaqla, ümumilikdə 272134 manat pulun tutularaq iddaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Məhkəmə iclasında iddiaçı ilk iddia ərizəsini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək ilk iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq qarşılıqlı iddia ərizəsinə etiraz edib qarşılıqlı iddia ərizəsinin təmin edilməməsini xahiş etdi. İzahatında göstərdi ki, cavabdeh tərəfindən ona müqavilə üzrə yalnız 150965 manat pul ödənilmiş, müqavilə bağlanan zaman ona hər hansı avans (cavabdehin iddia etdiyi kimi 255000 manat pul) ödənilməmişdir. Müqavilənin əlavəsində olan imzalar onun tərəfindən icra edilsə də, imza edilən zaman orada pulun ödənilməsi ilə bağlı hər hansı qeyd olmamış, müqavilənin əlavəsini özü həm yuxarı, həm də aşağı hissədə imzalamışdır. Müqavilə üzrə hər hansı təhvil aktı imzalanmamış, tərəfindən müqavilə üzrə mallar sifariş edilmiş, bir hissəsi İrandan idxal edilmiş, qalan hissəsi yerli bazardan alınmış, həmin malların dəyəri cavabdeh tərəfindən ödənilməmişdir.
11. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə qarşılıqlı iddia ərizəsini müdafiə edib, qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verərək qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq ilk iddia ərizəsinə pulun tutulması hissəsində etiraz edib ilk iddia ərizəsinin həmin hissədə təmin edilməməsini xahiş etdi, müqavilənin ləğvi barədə ilk iddianın təmin edilməsinə etiraz etmədiklərini bildirdi.
12. Məhkəmə iclasında cavabdehin nümayəndəsi A.Haqnəzərova qarşılıqlı iddia ərizəsini müdafiə edib, qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verərəkqarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq ilk iddia ərizəsinə pulun tutulması hissəsində etiraz edib ilk iddia ərizəsinin həmin hissədə təmin edilməməsini xahiş etdi, müqavilənin ləğvi barədə ilk iddianın təmin edilməsinə etiraz etmədiklərini bildirdi. İzahatında göstərdi ki, müqavilə üzrə görülmüş işlərlə bağlı hər hansı təhvil aktı olmasa da, cavabdeh iddiaçı tərəfindən ümumilikdə 119439,71 dollar həcmində işlərin görülməsini qəbul edir, bundan əlavə, həmin Forma 2 sənədində öz əksini tapmasa da, iddiaçı tərəfindən cavabdehə əlavə olaraq 120 kv.metr qranit verilmiş, həmin qranit iddiaçı layihəni tərk etdikdən sonra cavabdeh tərəfindən vurulmuş, lakin ilkin sifarişçinin həmin qraniti bəyənməməsi səbəbindən sökülərək atılmışdır. İddiaçı tərəfindən cavabdehə müqavilə bağlanan zaman 255000 manat avans verilmiş, həmin vəsait nağd qaydada şəxsən iddiaçıya ödənilmiş, o, həmin pulu almasını imzası ilə təsdiq etmişdir. Tərəflərindən yaranmış mübahisə ilə bağlı polis orqanına şikayət edilmiş, iddiaçı polisdə verdiyi izahatında ümumiyyətlə həmin pulu alması ilə bağlı imzanın ona məxsus olmamasını bildirmişdir. Cavabdeh layihə üzrə işlərin yubanmaması üçün dəyərini ödəmiş olduğu malların onlara təhvil verilməsini dəfələrlə iddiaçıdan tələb etsə də, həmin mallar onlara təhvil verilməmiş, malların gömrükdə olması, onların sənədləşməsi üçün əlavə olaraq 50000 dollar pulun ödənilməsi iddiaçı tərəfdən tələb edilmiş, bununla bağlı tərəflər arasında mübahisə yaranmışdır. İddiaçı tərəfindən alınması iddia edilən malları cavabdeh ümumiyyətlə görməmişdir. Daha sonra cavabdeh həmin malları məcbur olaraq özü öz vəsaiti hesabına almış, layihə üzrə işləri tamamlamış, hazırda ümumiyyətlə həmin mallara hər hansı marağı qalmamışdır.
13. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, Cavabdeh MMC-nin bütün layihələri üzrə hesabatlar və kommersiya məsələləri ilə bağlı fəaliyyət göstərir. Q.Seymurun şəxsi bağ evində mebel işi ilə bağlı olaraq fəaliyyətini bəyənmiş, Bilgəh layihəsinə landşaft işləri ilə bağlı cəlb olunmasına vasitəçilik etmişdir. Q.Seymura avans məbləği kimi işi başlamaq, materialları almaq üçün 255000 manat vəsait verilmişdir. Müqavilədə ödənişin məzənnəsi dollar göstərilsə də ödənişlər Azərbaycan manatı şəklində verilmişdir. Müqavilə dəyəri 655297 dollar idi. Qranit İrandan, aqlay isə Bakıdan alınmalı idi. Müqaviləyə görə Q.Seymur 1500 kv.m qranit, təxminən 2000 kv.m aqlay almalı idi. Dekabr ayında layihə üzrə işlərə başlanılsa da 2024 cü ilin fevral ayının sonunda fiziki olaraq işlər başlanılmışdır. Müqavilə üzrə 7 ay ərzində 2024-cü ilin may ayında işlər yekunlaşmalı idi. Müqavilə üzrə müəyyən həcmdə işlər görüldükdən sonra forma-2 aktı imzalanmalı idi, lakin Q.Seymur kifayət qədər həcmdə iş görmədiyi üçün müqavilə üzrə forma-2 aktı imzalanmamışdır. Q.Seymurun gətirdiyi materiallarda olan uyğunsuzluqlar, onların düzülüşü sifarişçi tərəfindən bəyənilmədiyindən bu məsələlərlə bağlı Adilə xanıma narazılıqlar olunurdu. Bunun nəticəsində Q.Seymura irad bildirdikdə o, sıxışdırıldığını, işləyə bilmədiyini bildirirdi. Bütün materiallar dekabr-fevral ayında gəlməli idi, lakin Q.Seymur müxtəlif bəhanələrlə malların gələcəyini bildirsə də mallar gecikdirilirdi. Beləlikdə 2024-cü ilin mart ayında Q.Seymur sahəni tərk etdi. Sahəyə gətirilməyən materialları heç vaxt görməmişlər. Seymur, materialların gömrükdən çıxarılması üçün əlavə pul tələb etmişdi. Buna baxmayaraq, sonradan malların təslim olunmadığı açıqlanmışdır. Seymur, bir neçə dəfə video göndərmiş, orada malların gəmiyə yükləndiyini göstərmişdi, lakin sahəyə mal gəlməmişdir. Malların gətirildiyi Seymur tərəfindən iddia edilsə də invoys sənədlərində onun adı yoxdur. İlk dəfə 255000 manat, sonra isə əlavə olaraq 10000 dollar və 30000 dollar vəsait Seymura ödənilmişdir. Seymur, gömrükdən malları çıxartmağa bir neçə dəfə cəhd edib, lakin sonuncu mal haqqında məlumat verilməmişdir. Sifariş etdiyi malları verməməsi və əlavə pul istəməsi məsələləri mübahisə yaradıb. Qranit və aqlay ilə bağlı yaranan problemlər, malın keyfiyyəti və uyğunsuzluğu ilə bağlı bir çox çətinliklər mövcud olub. Qranit - 340 kv.m sahəyə gətirilib, lakin heç bir faydalı iş görülməmişdir. Seymur hesabata görə 119440 dollarlıq iş görmüş, əlavə olaraq təxminən 12000 dollar dəyərində (120 kv.metr) qranit vermişdir. Qranit olaraq Seymur heç bir iş görməyib. Seymur 12000 dollar dəyərində (120 kv.metr) qranit vermiş, həmin qranit cavabdeh tərəfindən vurulmuş, lakin 120 kv.m qranit ilkin sifarişçinin xoşuna gəlmədiyi üçün sökülüb özünə qaytarılmışdır. Müqavilə üzrə qranitin 1 kv.m-nin dəyəri 102,35 dollar razılaşdırılmışdır. Tamet 320 kv.m gətirilib. Daha sonra tamet lazım olmadığından qranitlə əvəzləşdirilmişdir. 2555 dollar tametin dəyəri Cavabdeh MMC tərəfindən qarşılanıb. Birinci aqlaydan 250 kv.m gəlib. İkinci aqlay 10 reys maşın olub tamamilə uyğun olmadığından tullanılmışdır. Aqlayın neçə kv.m olmasını bilmir. Aqlayın uyğunsuz olduğu bildirilmiş, lakin Q.Seymur gəlib materialı aparmamışdır. Cavabdeh də yeri boşaltmaq üçün həmin aqlayı atmışdır. Sahəyə gəlməyən malı görməmiş, yalnız sahəyə gələn malı görmüşdür. Hasar işləri 14228 dollar, mata işləri 663 dollar və əlavə olaraq görülən işlər 40000 dollar, 4 ay üçün mobilizasiya xərcini cavabdeh qəbul etmişdir. Mobilizasiya 119000 dollara daxildir. Cavabdeh tərəfindən 2600 dollar Q.Seymurun işçilərinə pul ödənilmişdir. Q.Seymur işçiləri özü cəlb etsə də onların əmək haqqını cavabdehdən tələb etmişdir. Əlavə olaraq 2 ədəd konteyner götürdüklərini, onun da ödənişini ödədiklərini bildirmişdir. Q.Seymur paralel olaraq başqa layihədə də işləri yarımçıq görərək, layihədən çıxmışdır. Həmin layihə üzrə işçiləri də şantaj etmişdir. Q.Seymurun məhkəməyə təqdim etmiş olduğu yazışmaların tərəfi olan Elgün adlı şəxs Cavabdeh MMC-nin işçisi deyil. Şəxsi olaraq şahidin tanışıdır. Mübahisənin sülhyönümlü həlli üçün məsələni həll etməyə çalışmışdır.
14. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-182/2025 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh MMC-yə qarşı “müqavilənin ləğvi və pulun tutulması” tələbinə dair ilk iddiası qismən təmin edilməsi, tərəflər arasında bağlanmış xx.xx.2023cü il tarixli podrat müqaviləsi ləğv edilmiş hesab edilsin. Cavabdeh MMC-dən 100 (bir yüz) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilməsi,ilk iddia qalan hissədə təmin edilməməsi,ilk iddia ərizəsi verilərkən ödənilmiş 1054 (bir min əlli dörd) manat dövlət rüsumu ilk İddiaçı özünə aid edilməsi, iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı qarşı “pulun tutulması” tələbinə dair qarşılıqlı iddiası qismən təmin edilməsi, cavabdeh İddiaçı 182037,60 manat məbləğində pul, 472,04 manat dövlət rüsumu, ümumilikdə 182509,64 (bir yüz səksən iki min beş yüz doqquz manat altmış dörd qəpik) manat məbləğində pul tutularaq iddiaçı Cavabdeh MMCyə ödənilsin. Qarşılıqlı iddia tələbi qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddia ərizəsi verilərkən ödənilmiş 57,96 (əlli yeddi manat doxsan altı qəpik) manat dövlət rüsumu qarşılıqlı iddiaçı Cavabdeh MMC-nin özünə aid edilməsi qət edilmişdir.
15. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-182/2025 nömrəli əlavə qətnaməsi ilə aparılmış ekspertiza tədqiqatı ilə bağlı 127 (bir yüz iyirmi yeddi) manat ekspertiza xərci İddiaçı, 80 (səksən) manat ekspertiza xərci Cavabdeh MMCdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X4 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ22) ödənilməsi qət edilmişdir.
16. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki,. məhkəmə iclaslarında cavabdehin nümayəndələri tərəflər arasında xx.xx.2023-cü il tarixdə bağlanmış podrat müqaviləsinin ləğv edilməsinə etiraz etmədiklərini, iddia tələbini bu hissədə qəbul etdiklərini bildirmişlər. 51. Bu səbəbdən məhkəmə hesab edir ki, hər iki tərəf xx.xx.2023-cü il tarixdə podrat müqaviləsinin ləğv edilməsində maraqlı olduğu üçün ilk iddia bu hissədə təmin edilməlidir. tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli podrat müqaviləsi üzrə ümumilikdə 655297,26 ABŞ dolları məbləğində işlərin görülməsi razılaşdırılmış, iddiaçı bu barədə müvafiq sübutlar olmasa da, cavabdeh tərəfindən ona müxtəlif tarixlərdə ümumilikdə 150965 manat muzdun ödənilməsini iddia ərizəsində qəbul etmişdir. İddiaçı müqavilənin əlavəsinin onda olan nüsxəsinə bir dəfə, cavabdehdə olan nüsxəsinə isə iki dəfə (Əlavənin yuxarı və aşağı hissələri) imza etməsinin səbəbini, habelə heç bir qeyd və yazı olmadığı halda vərəqənin boş hissəni imza etməsinin səbəbini ağlabatan şəkildə məhkəməyə izah edə bilməmişdir. 62. Habelə, məhkəməyə təqdim edilmiş və məhkəmə iclaslarında tədqiq edilmiş iddiaçı və cavabdehin nümayəndəsi arasında olan vatsap proqramı vasitəsilə göndərilmiş səs yazılarında cavabdeh iddiaçıya ödədiyi 255000 manatla bağlı iddiaçıdan izah istədikdə, onun nəzərinə 255000 manat pul ödənildiyi halda əlavə pul tələb etməsinin səbəbi soruşulduqda iddiaçı buna dair hər hansı etirazını, ona həmin vəsaitin ödənilmədiyini bildirməmiş, iddiaçıya həmin pulun xərclənməsi ilə bağlı izahlar vermişdir. 63. Bu səbəbdən məhkəmə iddiaçının 255000 manat avansın onun tərəfindən alınmaması barədə dəlilini əsassız hesab edir.
17. İddiaçı iddia ərizəsində ilkin olaraq tərəfindən görülmüş işlərin və təhvil verilmiş materialların dəyərinin 461495 dollar (784541,50 manat) olmasını göstərmiş, məhkəmənin təklifi ilə verdiyi xx.xx.2024-cü il tarixli açıqlamada görülmüş işlərin dəyərinin 168011 dollar, verilmiş qranitin dəyərinin 51897 dollar, aqlayın dəyərinin 41505 dollar (ümumilikdə 261410 dollar) olmasını bildirmiş, xx.xx.2024-cü il tarixdə verdiyi tələbin həcminin artırılması barədə ərizədə isə cavabdehə 53223,56 dolları dəyərinə qranit, 6394,04 dollar dəyərində tamet, dəyəri 20541,205 dollar və 16362 dollar olmaqla 2 cür aqlay mallarının verildiyini, görülmüş işlərin həcminin 168011 dollar (ümumilikdə cəmi 264532,201 dollar) təşkil etdiyini göstərməklə təzadlı izahatlar vermişdir. 65. Tərəflər arasında görülmüş işlərin iki tərəfli təhvil aktlarının olmaması məhkəmə tərəfindən müəyyən edilmiş, cavabdeh tərəfindən məhkəməyə görülmüş işlər və təhvil verilmiş materiallarla bağlı həftəlik hesabatlar və forma 2 aktı təqdim edilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçının hazırkı müqavilə üzrə hər hansı ödənilməmiş muzdu olmadığı üçün onun görülmüş işlərin və təhvil verilmiş materialların dəyəri olaraq 96520,805 ABŞ dolları (164085,36 manat) pulun tutulması tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. 73. Məhkəmə ilk iddia ərizəsini müqavilə üzrə iddiaçı tərəfindən alınaraq anbarda saxlanılan materialların dəyəri olaraq 233145,225 ABŞ dolları (396346,34 manat) pulun tutulması hissəsində də əsassız hesab edir. 74. Belə ki, iddiaçı iddia ərizəsində hazırkı müqavilə üzrə müqavilənin smetasında nəzərdə tutulmuş, habelə cavabdehin sifarişi əsasında tərəfindən alınmış, cavabdehə təhvil verilməli olan materialların dəyəri olaraq 233145,225 ABŞ dolları (396346,34 manat) pulun tutulmasını tələb etsə də, məhkəməyə həmin həcmdə malların (qranit və aqlay) alınmasını, dəyərinin ödənilməsini, anbarda saxlanan malların məhz hazırkı müqavilə (Bilgəh layihəsi) üzrə alınmalı olan mallar olmasını təsdiq edən hər hansı mötəbər sübut təqdim etməmişdir. iddiaçı cavabdehdən ödənişlərin gecikdirilməsinə görə illik 5 faizlə 5 aylıq müddət üçün hesablanmış 17626,05 manat pulun tutulması tələbini irəli sürsə də, məhkəmə araşdırması zamanı cavabdehin iddiaçıya podrat müqaviləsi üzrə muzdun ödənilməsi ilə bağlı icra edilməli olan hər hansı öhdəliyinin olmaması müəyyən edildiyi üçün iddiaçının hazırkı tələbi əsassızdır. Qarşılıqlı iddiaçı tərəfindən ilk iddiaçıya ödənilmiş 405965 manat pulun müqabilində iddiaçı tərəfindən görülmüş işlərin material və işçilik xərci daxil olmaqla dəyərinin ümumilikdə 131721,71 dollar, yəni 223927,40 manat (119439,71 ABŞ dolları + 12282 dollar (120 kv.m aqlay * 102,35 dollar)) olması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. qarşılıqlı iddia qismən təmin edilməli, 182037,60 manat məbləğində avans (405965 manat - 223927,40 manat) qarşılıqlı iddia üzrə cavabdehdən tutularaq qarşılıqlı iddiaçıya ödənilməlidir.
18. İddiaçı Sülyman oğlu apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-182/2025 nömrəli qətnaməsinin ilkin iddianın təmin olunmamış hissəsində və qarşılıqlı iddianın təmin olunan hissəsində ləğv edilməsi və ilkin iddianın təmin edilməsi barədə yeni qətnamə qəbull edilməsini, Cavabdeh MMC apellyasiya şikayəti və şikayətə əlavə verərək, qarşılıqlı iddia tələbimizin qismən təmin edilməsi” hissəsində ləğv edərək qarşılıqlı iddia tələbimizin tam şəkildə təmin olunmasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
a) Apellyasiya şikayətinin dəlilləri
19. İddiaçı Sülyman oğlu apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, məhkəmə nəzərə almamişdir ki, 255000 manat avansın verilməsini cavabdeh tələb edir və bunun sübut edilməsi cavabdehin üzərindədir. Həmçinin keçirilən ekpertiza nəticəsində verilən rəydə imzanin İddiaçı məxsus olması qeyd edilib. Həmçinin qeyd edilib ki, 25/23 Nömrəli, xx.xx.2023-Cü İl tarixli xidmət müqaviləsinə əlavədə “Aldim: İddiaçı xx.xx.2023-255.000 Azn” Əlyazmalari İddiaçı Tərəfindən icra olunmamışdır. Buna baxmayarmaq məhkəmə 255000 manatın alındığı qənaətinə gəlmişdir. Əlyazmanin başqa şəxsə aid olması sübutu mötəbərlikdən çıxarır. Belə ki, əlyazma başqa şəxsə xəsusdur və bu işin mübahisəsiz halıdır. Həmçinin əlyazmanin imzadan əvvəl və ya sonra yazımasi da ekspert tərəfindən müəyyən oluna bilməmişdir. Onda elə nəticəyə gəlmək olar ki, O əlyazmani yazan şəxs 255000 yazisinin əvvəlinə 1 rəqəmi yazsa, İddiaçı 1255 000 Manat almış hesab olunmalıdır? Bu hansi qanuna və məntiqə uyğundur? Burdan da belə nəticəyə gəlinir ki, məhkəmənin yanaşmasi tamamilə qanunsuz və əsassiz yanaşmadir.255000 manat ödənilməmiş, işlərin ümumi dəyəri isə daha çox olduğu cavabdehin nümayəndəsi Adilə xanım tərəfindən məhkəmə iclasında 168 000 dollar olaraq qeyd edilmişdir. Bu məhkəmə iclasının görüntüsündə və səsyazmasında vardır. Məhkəmə iclasında dindirilən şahid Leyla xanım bildirmişdir ki, İddiaçı onunla danışan zaman xaricdən (İrandan) qranit, tamet məhsullarını gətirdiyini bildirmiş, haqqında gömrük sənədləşməsi ilə bağlı şəkillər də göndərmişdir. Həmçinin məhkəmə iclasında həmin gətirilən malların ölçülərinin spesifik olmasını, başqa layihədə işlənə bilməyəcəyini bildirmişdir. Bunu Razim adlı şəxs də dindirilən zaman bildirmişdir. Həmçinin Pərviz adından şəxsin dindirilməsi zamanı İddiaçı ona anbarda çox mal olduğunu bildirdiyini,300- 340 kvm qranitin, 250 kvm aqlayın sahəyə vurulduğunu bildirmişdir. Bundan başqa Eldar adlı şəxs də həmin malların xaricdən gətiriləcəyini bildirmişdir. Bütün bunlar anbarda olan malların həmin layihə üçün gətirildiyini, lakin Parklənd MMC tərəfindən ərazidən kənarlaşdırıldığı üçün istifadə oluna bilmədiyini sübut edir. Bununla bağlı anbardan və ərazidən də şəkillər əlavə olunmuşdur. Eyni ölçüdə, eyni rənglərdə, eyni növlərdə gələn malları məhkəmə nədənsə Parklənd MMC ilə bağlanan müqavilə əsasında gətirilməmiş hesab etmişdir. Bu da tamamilə əsasızdır. Anbarda saxlanılan mallar Parklənd MMC tərəfindən ərazidən kənarlaşdırıldığı üçün istifadə oluna bilməmişdir. Qulıyev Seymurun ərazıdən onun tərəfındən kənarlaşdırılmasını Parklənd MMC-nümayəndəsı Adılə xanım məhkəmə ıclasında qeyd etsə də, məhkəmə qətnaməsində bunu qeyd etməmışdır. Bu cavabdehin etirafıdır və əlavə sübut edilməsinə zərurət yoxdur. Məhkəmə iclasında izahat verən Parklənd MMC-nin təsisçisi və həmçinin məhkəmədə nümayəndəsi əvvəlcə anbardakı malların aralarındakı müqavilə əsasında gəlmədiyini bildirsə də, sonradan etiraf etmişdir ki, məhkəmə işinin gedişatında əlaqə saxlayaraq qranit və tamat mallarını istəmişdir. Bu da onu sübut edir ki, həmin anbarda saxlanan mallar həmin layihədə istifadə olunmaq üçün gətirilib və ödənişi sifarişçi Parklənd MMC tərəfindən ödənilməlidir. Həmçinin Adilə xanım bildirmişdir ki, təhvil-təslim aktını Leylaya göndərmiş, Leyla da Seymura vatsapp proqramı vasitəsilə göndərmişdir. Bundan başqa Elgün adlı tanışını İddiaçıla danışığa göndərərək anbarda saxlanan malların qarşılığında 50000 (əlli min) dollar verərək götürmək istəmişdir. İşlə bağlı məlumatları alan Elgün adlı şəxs İddiaçıla danışdıqdan sonra hesabat göndərmişdir. Həmin yazışmanı məhkəməyə təqdim etmişik və orada görülmüş işlərin dəyərinin 168011(yüz altmış səkkiz min on bir) dollar olduğu qeyd edilmişdir. Bu da bir daha öz təsdiqini tapmışdır. Həmçinin məhkəmə tikinti texniki ekspertizasının keçirilməsi barədə qərardad qəbul etmiş, lakin ekspertizaya işlərin görüldüyü ərazi təqdim edilmədiyindən ekspert işlərin həcmini müəyyənləşdirə bilməmişdir. Hakim isə bununla bağlı heç bir tədbir görməmiş, işi tam araşdırmamışdır. Həmçinin anbarda olanmalların dəyərinin müəyyən edilməsi, yazışmalardakı excel cədvəllərinin və təhvil-təslim aktlarının araşdırılaraq dəqiq rəqəmlərin üzə çıxması, görülmüş işlərin miqdarının müəyyən edilməsi üçün müvafiq əmtəəşünaslıq, tikinti texniki və maliyyə ekspertizaların keçirilməsi barədə vəsatət versək də, 1-ci instansiya məhkəməsi buna məhəl qoymamışdır. Vəsatətlərə səthi yanaşmışdır. Halbuki işin ədalətli həllində və iddiaçının hüquqlarının qorunması üçün çox əhəmiyyət kəsb edir. Lakin 1-ci instansiya məhkəməsi bütün bunlara məhəl qoymadan əsassız və qanunsuz qətnamə qət etmişdir. Ona görə də razılaşmadığımız hissədə ləğv olunmalıdır.
20. Cavabdeh MMC apellyasiya şikayəti və apellyaisya şikayətinə əlavəni onunla əsaslandırılmışdır ki, bizə dəymiş zərərin hesablanması məsələsində çıxarılmış qətnamədən narazıyıq. Belə ki, müqavilədə mobilizasiya xərcləri nəzərdə tutulmuşdur ki, buraya ərazidə konteynerlərin və digər kiçik konstruksiyaların yerləşdirilməsi (işçilər üçün) aiddir. Həmin mobilizasiya xərcləri həmçinin İddiaçı tərəfindən görülmüş işlər barədə məhkəməyə təqdim etdiyimiz hesabat-məlumatda da qeyd edilmişdir (4 ay müddətinə). Lakin İddiaçı ərazini tərk edərkən həmin konteynerləri də özü ilə aparmışdır. Bunu məhkəmə iclasında şahid kimi dindirilən həm X17, həm də X5 da tərəfimizdən verilən suallara cavab olaraq təsdiq etmişdirlər. Nəzərinizə çatdırıram ki, hər iki şahid elə İddiaçı vəsatəti əsasında məhkəmə iclasında dindirilmişdir. Həmçinin məlumdur ki, iş İddiaçı tərəfindən yarımçıq saxlanıldığı üçün yekunlaşdırılması bizim özümüz tərəfimizdən həyata keçirilmişdir. Həmin mobilizasiya xərcləri də tərəfimizdən işlər yekunanlaşana qədər, yəni daha 7 ay tərəfimizdən qarşılanmışdır. Həmçinin İddiaçı tərəfindən əraziyə gətirilmiş və daha sonra aparılmış konteynerlər ona ödənilmiş avans məbləği ilə alınmışdır. Lakin sonradan onun tərəfindən ərazidən aparıldığı üçün bizim üçün əlavə xərc olmuşdur. Həmçinin məhkəmə iclasında şahid kimi dindirilən həm X17, həm də X2 Quliyevin başqa da iş icraçılarının olduğunu və həmçinin suallara cavab olaraq onların maaşlarının da Adilə Haqnəzərova tərəfindən ödənildiyini bildirmişdir. Hətta şahidlərdən X1 pul borclu qaldığını bildirmiş və bu məhkəmə tərəfindən də təəccüb doğuran suala səbəb olmuşdur ki, əgər siz məvacibinizi İddiaçı alırsınızsa necə olur ki, Adilə Haqnəzərova sizə borclu qalır. X19 etiraf etmişdir ki, onun yanında İddiaçı dəfələrlə Adilə Haqnəzərovadan pul da istəmişdir. Lakin bütün bunlara baxmayaraq İddiaçı işçilərinə bizim tərəfimizdən ödənilmiş məvaciblər də məhkəmə tərəfindən nəzərə alınmamışdır. Habelə İddiaçı ərazini tərk etdikdən sonra 1 aylıq bir müddətdə iş dayanmış, işçi qüvvəsinin və materialın təmin olunması ilə bağlı fasilə yaranmışdır ki, burada da zəruri xərclər nəzərə alınmamışdır. Məhkəmə işin bütün hallarına və ilkin iddia tələbinə kifayət qədər müfəssəl münasibət bildirmiş, düzgün əsasladırsa da bizim qarşılıqlı iddia tələbimizi qalan hissədə nəyə görə təmin etməməsi barədə ümumiyyətlə fikir bildirməmişdir. Biz isə hesab edirik ki, iddia tələbimiz tam təmin edilməlidir. Habelə İddiaçı ərazini tərk etdikdən sonra 1 aylıq bir müddətdə iş dayanmış, işçi qüvvəsinin və materialın təmin olunması ilə bağlı fasilə yaranmışdır ki, burada da zəruri xərclər nəzərə alınmamışdır. xx.xx.2024-cü il tarixdə isə İddiaçı tərəfindən görülmüş işlərin bir hissəsi sifarişçi tərəfindən bəyənilmədiyindən sökülməsi barədə bizə göstəriş verilmiş və həmin tullantının ərazidən çıxarılması əlavə xərclərə səbəb olmuşdur.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
22. Məhkəmə iclasında iştirak edən İddiaçı Süleyman oğlu, nümayəndəsi və vəkili Vəkil1 oğlu şikayətin məzmununa uyğun izahat verərək, şikayətlərinin təmin edilməsini , cavabdehin şikayətinin təmin edilməməsini xahiş etmişdir. Sədrlik edənin sualına cavab olaraq tərəflər arasında barışıq əldə olunmasının mümkün olmadığını bildirmişlər.
23. Məhkəmə iclasında iştirak edən cavabdehin təsisçisi X8, nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətlərinin məzmununa uyğun izahat verərək təmin edilməsini, iddiaçının şikayətin təmin edilməməsini xahiş etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikası Mülki Məcəlləsi
24. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
25. Maddə 13. Sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir
26. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
27. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
28. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
29. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
30. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.
31. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.
32. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
33. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.
34. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Bunun nəticəsində icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
35. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
36. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
37. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
38. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
39. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
40. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
41. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
42. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
43. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
44. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
45. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
46. Maddə 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
47. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. (Mülki Prosessual Məcəllənin 372.6cı və 372.7-ci maddələri).
48. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində (ilk iddianın təmin olunmayan hissəsində,qarşılı iddia tələbi)apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
49. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə, habelə hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, məhkəmə, qətnamənin mübahsiələndirilən hissəsi üzrə müəyyən etdiyi faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir.
50. Tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir (Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 15 sentyabr 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 11 iyun 2018-ci il tarixli Qərarı).
51. Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda istinad edilən Qərarında da göstərilmişdir ki, “...Müqavilə azadlığı Konstitusiyanın 29-cu və Mülki Məcəllənin 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət, eləcə də Konstitusiyanın 59-cu maddəsində təsbit edilmiş azad sahibkarlıq hüquqlarının reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Mülki qanunvericiliyə müvafiq olaraq müqavilə azad qaydada bağlanılır və məzmunu tərəflərin iradəsi ilə müəyyənləşdirilir. Belə ki, Mülki Məcəllənin 390-cı maddəsi ilə fiziki və hüquqi şəxslərə azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. Müqavilə azadlığının məzmununu formalaşdıran elementlər sırasına seçdiyi kontragentlə müqavilə bağlamaq (və ya bağlamamaq), onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini, o cümlədən müvafiq qiymətləri müəyyən etmək azadlığını aid etmək olar”. Göstərilən prinsipi podrat müqaviləsini tətbiq edərək Plenum göstərmişdir ki, “...Mülki qanunvericiliklə tənzimlənən müqavilələrin bir növü olan podrat müqaviləsinin bağlanması, icra olunması, habelə bu müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi ümumi qaydada müqavilə azadlığına əsaslanır.”. Həmçinin Plenum qeyd etmişdir ki, “...Podrat müqaviləsinin əsas xüsusiyyətlərindən biri müqavilənin tərəfi olan podratçının həmin müqavilənin digər tərəfi olan sifarişçinin xeyrinə hər hansı bir işi görməsidir. Belə ki, podrat müqaviləsindən irəli gələn öhdəlik təkcə hər hansı əmlakın verilməsini deyil, həm də həmin əmlakın yaradılması üzrə podratçının iş fəaliyyətini də ehtiva edir. Podrat müqaviləsi bağlanarkən tərəflərin məqsədi müəyyən hüquqi nəticənin əldə edilməsi ilə birbaşa əlaqəlidir. Məhz bu səbəbdən podrat müqavilələrinin əsasını hüquqi məqsəd və hüquqi nəticə təşkil edir”.
52. Mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
a) İddiaçının apellyasiya şikayətinin dəlillərinə münasibət
53. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş müqavilə smetası üzrə görülmüş işlərin həcminə dair Forma 2 sənədinə əsasən iddiaçı tərəfindən görülmüş əsas və əlavə işlərin ümumi həcmi 119439,71 ABŞ dolları (hazırlıqlar – 40072,93 ABŞ dolları, döşəmə işi – 24561,76 ABŞ dolları, istinad və sərhəd divarı – 32919,70 ABŞ dolları, əlavə işlərin həcmi – 21885,32 ABŞ dolları) təşkil edir.
54. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 4/1534 nömrəli ekspert rəyinin nəticə hissəsinə görə Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış 25/23 nömrəli, xx.xx.2023- cü il tarixli xidmət müqaviləsinə əlavədə “aldım: İddiaçı xx.xx.2023-255.000 AZN” əlyazmalarının qarşısındakı imza İddiaçı tərəfindən icra olunmuşdur. Parklənd” MMC ilə İddiaçı arasında bağlanmış 25/23 nömrəli, xx.xx.2023-cü il tarixli xidmət müqaviləsinə əlavədə “aldım: İddiaçı xx.xx.2023-255.000AZN” əlyazmaları – İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur.
55. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 5/1113 nömrəli ekspert rəyinin nəticə hissəsinə görə tədqiqata təqdim edilmiş e-2-2(113)-3115/2024 saylı işin materiallarında olan sənəddəki (2-ci cild, 8- ci vər.) “ƏDV daxil deyil” yazısının yanındakı imzanın rəngləyiciləri “aldım: İddiaçı xx.xx.2023-255.000 AZN” yazılarının və imzanın rəngləyiciləri kimyəvi tərkibinə görə fərqlənirlər. Tədqiqata təqdim edilmiş e-2-2(113)-3115/2024 saylı işin materiallarında olan sənəddəki (2-ci cild, 8-ci vər.) “ƏDV daxil deyil” yazısının yanındakı imzanın “aldım: İddiaçı xx.xx.2023-255.000AZN” yazılarının və imzanın icra vaxtını müəyyən etmək mümkün olmadı.
56. İddiaçının 255000 manat ödənilməməsi dəlilinə münasibətdə kollegiya qeyd etmək istəyir ki, iş materillarına əlavə edilmiş iddiaçı və cavabdehin nümayəndəsi arasında olan “Watsap” proqramı vasitəsilə göndərilmiş səs yazılarında cavabdeh iddiaçıya ödədiyi 255000 manatla bağlı iddiaçıdan izah istədikdə, onun nəzərinə 255000 manat pul ödənildiyi halda əlavə pul tələb etməsinin səbəbi soruşulduqda iddiaçı buna dair hər hansı etirazını, ona həmin vəsaitin ödənilmədiyini bildirməmiş, iddiaçıya həmin pulun xərclənməsi ilə bağlı izahlar vermişdir.
57. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 206.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur.
58. Məhkəmə kollegiyası tərəfindən apellyasiya şikayətinin dəlillərinin araşdırılması məqsədi ilə xx.xx.2025-ci il tarixli qərardadına əsasən məhkəmə əmtəəşünaslıq eskpertizası təyin olunmuş, ekspertizanın aparılmasının müstəqil Əmlak Ekspert Mərkəzinə həvalə olunması qərara alınmışıdır.
59. Ekspert qarşısına İddiaçı Cavabdeh MMC-e arasında bağlanan 31 oktyabr 2023-cü il tarixli 25/23 nömrəli xidmət müqaviləsinə əsasən Bilgəh qəsəbəsində yerləşən 187 nömrəli villada üzərində hər iki tərəfin imzaları olan təhvil-təsilim aktlarında, qaimələrdə və.s nəzərdə tutulmuş hansı işlər görülmüşdür və görülmüş işlərin dəyəri hesablanmaqla nə qədər təşkil edir? 2. Müqavilə üzrə görülən işlərə sərf olunmuş matreialların (aqlay,qranit və tametlər) həcmi və dəyəri nə qədərdir? (üzərində hər iki tərəfin imzaları olan təhvil-təsilim aktları, qaimələr, anbar çıxış qaimələri və.s nəzərə alınmaqla) sualları qoyulmuşdur.
60. Əmlak Ekspert Mərkəzininin xx.xx.2025-ci il tarixli, ƏEM/A 37-443/2025 saylı vəsatətinə əsasən, mülki iş materialları ilə tanış olunmuş, iş materiallarında zəruri olan sənədlər götürülmüş, 30 iyul 2025-ci il tarixdə hər iki tərəfin imzası ilə bağlı yaranmış promlemlərlə əlaqədar məhkəmə qarşısında vəsatət qaldırılmış, vəsatətdə tədqiqatın hansı formada aparılmasının mümkünlüyü barədə məhkəmə kollegiyasından istənilmişdir. Məhkəmə kollegiyası bir daha hər iki tərəfin imzası ilə təsdiq olan sənədlərə istinad olunmasının zəruriliyi qeyd edilmişdir. Bütün bunları əsas götürərək iş materiallarında hər iki tərəfin imzası ilə təsdiq olunan sənədlər olmadığından 2- 2(103)-513/2025 saylı iş, rəy verilmədən geri qaytarılmışdır.
61. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı apellyasiya şikayətinin dəlillərində cavabdehin sifarişi əsasında tərəfindən alınmış, cavabdehə təhvil verilməli olan materialların dəyəri olaraq 233145,225 ABŞ dolları (396346,34 manat) pulun tutulmasını tələb etsə də, məhkəməyə həmin həcmdə malların (qranit və aqlay) alınmasını, dəyərinin ödənilməsini, anbarda saxlanan malların məhz hazırkı müqavilə (Bilgəh layihəsi) üzrə alınmalı olan mallar olmasını təsdiq edən hər hansı mötəbər sübut təqdim etməmişdir.
62. Həmçinin malların müqavilə üzrə alınmasını cavabdeh tərəfin etiraf etməsi dəlilinə münasibtədə kollegiya qeyd edir ki, apellyasiya icraatı zamanı xx.xx.2025-cil tarixli məhkəmə iclası zamanı cavabdehin təsisçisi X8 izahatlnda və sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, 405000 manat pul ödənilib üstündədə 50000 dollar pul təklif olundu ki, malların verildiyi təqdirdə məsələnin həll olunudğunu, siyahıda qeyd olunan malları onlara təqdim edildiyi təqdirdə qəbul edəcəklərini bildirmişdir. İddiaçı isə sədrlik edənin suallarına cavab olaraq malların Pərviz adlı şəxsə təhvil verildiyini bildirsədə bununla bağlı mötəbər sübut təqdim etməmişdir.
63. Məhkəmə kollegiyası iddiaçının Adilə xanım tərəfindən layihədən uzaqlaşdırılması dəlilinə münasibətdə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin xx.xx.2025-cü il tarixli məhkəmə iclas protokolundan görünür ki, ilk iddia üzrə cavabdehin nümayəndəsi (vəkili) təqdim olunan qarnitin lazimi keyfiyyətdə olmaması ilə bağlı Q.Seymura irad bildirdikdən sonra sahədəki işləri yarımçıq qoyub getdiyini bildirmiş, məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndələri, vəkilləri tərəfindən bu halın mövcudluğuna etiraz edilməmişdir.
64. İddiaçı apellyasiya şikayətinin dəlillərində cavabdeh tərəfin anbarda saxlanan malların qarşılığında 50000 (əlli min) dollar verərək götürmək istədiyini qeyd etmiş, lakin hansı səbəbdən malları cavabdeh "xxxx" MMC-yə təhvil vermədiyini əsaslandırmamışdır.
65. İddiaçı apellyasiya şikayətinin dəlillərində lahiyədə istifadə etdiyi qranit və mərmərlərin başqa şirkətlərlə bağladığı müqavilə və bəyannamələr əsasında alınıb, ölkəyə gətirildiyini bildirsədə, həmin müqavilə və ya bəyannamələrdə alınan materialların təyinatının məhz "xxxx" MMC ilə bağladığı müqavilə üzrə olduğuna dair hər hansı sübut təqdim etməmişdir. Belə ki, İddiaçı məhkəmədə bildirmişdir ki, bu lahiyə ilə paralel ayrı-ayrı tikintilərdə bir çox işləri icra etmişdir.
66. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən, xüsusilə qeyd etmək istəyir ki, iddiaçlı Q.Seymur iddia ərizəsində və apellyasiya şikaytində qeyd etdiyi hallara dair heç bir sübut təqdim etməmiş, yalnız formal mülahizələrə əsaslanmışdır.
b) Cavabdeh "xxxx" MMC-nin apellyasiya şikayətinin dəlilərinə münasibət
67. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş tikinti haqqında həftəlik hesabatlara əsasən 25-xx.xx.2023-cü il tarixlərdə icra edilmiş hörgü işlərinin ümumi həcmi 27.60 kv.m, 8-xx.xx.2024-cü il tarixlərdə icra edilmiş hörgü işlərinin ümumi həcmi 27.60 kv.metr, 25-xx.xx.2023-cü il tarixlərdə icra edilmiş hörgü işlərinin ümumi həcmi 38.33 və 51.77 kv.metr, 21-xx.xx.2024-cü il tarixlərdə icra edilmiş hörgü işlərinin ümumi həcmi 96.17 kv.metr, aqlay üzləmə işləri 7.6 kv.metr, section 1-də mayaklar atılmışdır – 55 faiz, 29.01-xx.xx.2024-cü il tarixlərdə icra edilmiş hörgü işlərinin ümumi həcmi 174.555 kv.metr, section 2-də mayaklar atılmışdır – 55 faiz, suvaq işləri – 184.48 kv.metr, 12-xx.xx.2024-cü il tarixlərdə icra edilmiş hörgü işlərinin ümumi həcmi 191.49 kv.metr, aqlay üzləmə işləri – 20 kv.m, suvaq işləri – 300.252 kv.metr, section 1-də D/B işləri tamamlanmışdır. 05- xx.xx.2024-cü il tarixlərdə icra edilmiş hörgü işlərinin ümumi həcmi 191.49 kv.metr, suvaq işləri – 293,252 kv.metr, section 1-də D/B işləri görülür. 19-xx.xx.2024-cü il tarixlərdə icra edilmiş hörgü işlərinin ümumi həcmi 191.49 kv.metr, suvaq işləri – 364.71 kv.metr, aqlay üzləmə işləri – 40 kv.metr, section 1-də D/B işləri tamamlanmışdır. 26.02-xx.xx.2024-cü il tarixlərdə icra edilmiş hörgü işlərinin ümumi həcmi 190.93 kv.metr, suvaq işləri – 574.52 kv.metr, aqlay üzləmə işləri – 40 kv.metr, section 1-də D/B işləri tamamlanmışdır. 04- xx.xx.2024-cü il tarixlərdə icra edilmiş hörgü işlərinin ümumi həcmi 190.93 kv.metr, suvaq işləri – 589.52 kv.metr, izolyasiya – 200 kv.metr, beton dağıdılması – 24.51 p/m, yeni hörgü (20-30 sm) 31.2 p/m-dir. 11xx.xx.2024-cü il tarixlərdə icra edilmiş hörgü işlərinin ümumi həcmi 190.93 kv.metr, suvaq işləri – 589.52 kv.metr, izolyasiya – 224 kv.m, beton dağıdılması – 48.63 p/m, yeni hörgü (20-30 sm) 31.2 p/m, hasar hörgü – 86.54 kv.metrdir. 17-xx.xx.2024-cü il tarixlərdə icra edilmiş hörgü işlərinin ümumi həcmi 190.93 kv.metr, suvaq işləri – 589.52 kv.metr, izolyasiya – 224 kv.m, beton dağıdılması – 48.63 p/m, yeni hörgü (20- 30 sm) 31.2 p/m, hasar hörgü – 86.54 kv.metrdir. Kalon D/B – 37 p/m, kəmər D/B – 72.49 p/m, hasarın sökülməsi – 21.85 p/m-dir. 25-xx.xx.2024-cü il tarixlərdə icra edilmiş hörgü işlərinin ümumi həcmi 190.93 kv.metr, suvaq işləri – 589.52 kv.metr, izolyasiya – 224 kv.m, beton dağıdılması – 49.83 p/m, yeni hörgü (20-30 sm) 31.2 p/m, hasar hörgü – 134.13 kv.metrdir. Kalon D/B – 37 p/m, kəmər D/B – 72.49 p/m, hasarın sökülməsi – 21.85 p/m, hörgü – 36.88 p/m-dir.
68. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən şikayətin dəlillərində İddiaçı ərazini tərk etdikdən sonra 1 aylıq müddətdə işin dayanması, işçi qüvvəsinin və materialın təmin olunması ilə bağlı fasilənin yaranması, ərazidə İddiaçı sonra qalan tullantıların atılması və.s zəruri xərclərin nəzərə alınmamasını qeyd etsədə bununla bağlı hər hansı əlavə sübut təqdim edilməmişdir. Həmçinin İddiaçı tərəfindən yarımçıq görülmüş işlərin başa çatdırılması başqa şirkət tərəfindən həyata keçirilərək sifarişçiyə təhvil verildiyindən birinci instansiya məhkəməsində İddiaçı tərəfindən görülmüş işlərin dəyərini müəyyən etmək üçün təyin edilmiş ekspertizanın keçirilməsi tədqiqat obyektində işlər tamamlandığından və ilkin vəziyyət saxlanılmadığından mümkün olmamışdır.
69. Göründüyü kimi tərəflər, məhkəmənin gəldiyi həmin nəticənin doğru olmadığı qənaətinə gəlinməsinə əsas verə biləcək hər hansı mötəbər sübut təqdim etməmişlər.
70. Sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib- verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir.
71. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülüb. Tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı, iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir.
72. Eyni zamanda, hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər.
73. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunmuşdur ki, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir.
74. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
75. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
q ə t e t d i:
İddiaçı və Cavabdeh MMC tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-182/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumu özlərinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verə bilər.