Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-514/2024 24.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Şirinov Ziya Allahverdi oğlu və Qurbanov Raqib Əliddin oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2- 2(113)-4722/2023 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçıya ödənilməmiş qalıq borc olan 93370,51 manatı, əsas borca görə əlavə 5% hesablanmaqla, 1493.24 manat məbləğində pul vəsaiti, 19221 manat əldən çıxmış fayda və iddia ərizəsinə görə ödənilmiş 405 manat dövlət rüsumu, ümumilikdə cəmi 114489.75 manat pul məbləğinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4722/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən 93370,51 manat məbləğində əsas borc, 1493,24 manat faiz borcu, ödənilmiş 405 manat məbləğində dövlət rüsumu, ümumilikdə 95268,75 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixdə apellyasiya şikayəti və apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa olunması barədə vəsatət vermişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-4722/2023 qərardadı ilə (hakim Ülkər Həsənova) vəsatət təmin edilməmişdir. Cavabdeh həmin qərardaddan şikayət verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-4722/2023 saylı qərardadının ləğv edilməsi və cavabdeh tərəfindən buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında qərardad çıxarılması və cavabdehin apellyasiya şikayətini işlə birlikdə baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş edir. Şikayət onunla əsaslandırılmışdır ki, sədrlik edən hakimə təklif olunmuşdur ki, məhkəmə baxışı zamanı cavabdehin ərizəsində göstərilən hallar onun vəkili tərəfindən izah olunmuş, həmçinin qətnamənin nüsxəsinin cavabdehin ünvanına daxil olmamasıvə bu barədə işin materiallarında hər hansı poçt xəbərnaməsinin olmaması faktı öz təsdiqini tapmışdır. Bundan əlavə, sədrlik edən hakimə təklif olunmuşdur ki, iclas zalına gətirilmiş texniki vasitədən (noutbuk) istifadə edilməklə cavabdeh "xxxx" MMC-nin Elektron Məhkəmə Sistemindəki elektron kabinetnə real vaxt rejimində baxış keçirilsin və Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinin yerləşdirilməsi barədə cavabdehə göndərilmiş elektron bildirişin sonuncu tərəfindən hansı tarixdə oxunduğu əyani şəkildə müəyyən olunsun. Lakin sədrlik edən hakim həmin prosessual hərəkətin icrasını zəruri hesab etməmiş və elektron bildirişin cavabdeh tərəfindən hansı tarixdə oxunduğunu da müəyyənləşdirməmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-4722/2023 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Şikayətə apellyasiya instansiyası məhkəməsi tərəfindən yazılı icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə şikayəti iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-4722/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 130.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. 360-cı maddəyə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.1-ci maddəsinə əsasən elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Həmin Məcəllənin 10-1.2-ci maddəsinə əsasən məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Həmin Məcəllənin 10-1.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz. İşdən görünür ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e2-2(113)- 4722/2023 saylı qətnaməsi cavabdehin qanuni nümayəndəsinin elektron kabinetinə xx.xx.2023-cü il tarixdə yerləşdirilmiş, qətnamədən apellyasiya şikayəti verilməmiş, qətnamə xx.xx.2023-cü il tarixdə qanuni qüvvəyə minmiş, xx.xx.2023-cü il tarixdə icraya yönəldilmiş, apellyasiya şikayəti yekun məhkəmə aktından şikayət verilməsi müddəti bitdikdən 3 ay sonra verilmişdir. Məhkəmə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır ki, qanuni təmsilçinin onun elektron kabinetinə yerləşdirilən bildirişi gec oxuması müddətin üzrlü səbəbdən ötürülməsi kimi qiymətləndirilə bilməz. Bundan əlavə işdən görünür ki, cavabdehin nümayəndəsi İlqar Qurbanov məhkəmə iclaslarında, o cümlədən sonuncu məhkəmə iclasında iştirak etmiş, iş üzrə qətnamə qəbul edilməsi barədə məlumatı olmuşdur. Belə olan halda müəyyən olunur ki, cavabdehin həmin qətnamənin qəbul edilməsi barədə məlumatı olmuş, lakin qanunla müəyyən edilmiş müddət ərzində apellyasiya şikayəti verməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-4722/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.1, 400 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Cavabdeh MMC-nin şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-4722/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(103)-514/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-514/2024
24.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver