Məhkəmə qərarları › İş №2-2(103)-52/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-52/2021

17.02.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-52/2021 17.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Hüseyn Aida Əli qızı və Qurbanov Raqib Əliddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1 iştirakı ilə, İddiaçı QSC-nın nümayəndəsi Nümayəndə, X2 vəkili X4, ilkin iddia üzrə İddiaçı QSC-nın (əvvəlki adı “X9” QSC) cavabdeh X5 qarşı “müqavilələrin ləğv edilməsi, borcun ödənilməsi haqqında» ilkin iddiası, qarşılıqlı iddia üzrə iddiaçı «X2» (VÖEN **********) cavabdeh İddiaçı QSC-yə qarşı “əldən çıxmış faydanın, maddi və mənəvi ziyanın tutulması, avtomobillərin geri qaytarılması barədə» qarşılıqlı – iddia tələblərinə dair 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)- 166/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq МÜƏYYƏN ETDİ: İddiaçı cavabdehə qarşı iddia qaldıraraq, tərəflər arasında bağlanmış X8 müqavilələrinin ləğv edilməsi, cavabdehdən 4xx/xx/2012 saylı xx.xx.2012-ci il tarixli müqaviləyə görə ödənilməmiş lizinq ödənişləri üzrə 21.916.53 manat əsas borc, 4.187.35 manat faiz borcu, 7.889.95 manat cərimə borcu; 512 manat sığorta borcu, cəmi, 34.505.83 manat pulun tutularaq iddiaçının xeyrinə köçürülməsi, eyni zamanda 5xx/xx/2012 saylı xx.xx.2012-ci il tarixli müqaviləyə görə ödənilməmiş lizinq ödənişləri üzrə 27.916.43 manat əsas borc, 7.137.74 manat faiz borcu, 10.049.91 manat cərimə borcu, 1.040 manat sığorta borcu, cəmi, 46.144.08 manat pul vəsaitinin tutularaq iddiaçı QSC-nin xeyrinə köçürülməsi, həmçinin, ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutulub onun xeyrinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı X7 cavabdeh İddiaçı QSC-yə qarşı məhkəməyə iddia ərizəsi və ona əlavələrlə müraciət edərək, məhkəmədən cavabdehdən onun xeyrinə əldən çıxmış fayda olaraq 75.000 manat məbləğində pul vəsaitinin, H023714 dövlət nömrə nişanlı 1 ədəd “Hovo” (8x4) markalı özüboşaldan yük avtomobilinə və ** JV *** dövlət nömrə nişanlı 1 ədəd “Hovo” (8x4) markalı özüboşaldan yük avtomobilinə dəymiş maddi zərərin əvəzi kimi 30.000 (otuz min) manat məbləğində pul vəsaitinin, vurulmuş mənəvi zərərin əvəzi kimi isə 15.000 manatın tutulması və həmin avtomobillərin ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 20 sentyabr tarixli 2-2(81)- 166/2019 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, cavabdehdən 5xx/xx/2012 saylı xx.xx.2012-ci il tarixli müqaviləyə görə 21.266,59 (iyirmi bir min iki yüz altmış altı manat, 59 qəpik) manat əsas borc, 3.200,52 (üç min iki yüz manat, 52 qəpik) manat faiz borcu, 425,33 (dörd yüz iyirmi beş manat, 33 qəpik) manat cərimə borcu tutularaq iddiaçının xeyrinə köçürülməsi, 4xx/xx/2012 saylı xx.xx.2012-ci il tarixli X8 müqaviləsinin ləğv edilməsi, cavabdehdən həmin müqaviləyə görə ödənilməmiş lizinq ödənişləri üzrə 21.916.53 (iyirmi bir min doqquz yüz on altı manat, 53 qəpik) manat əsas borc, 4.187.35 (dörd min yüz səksən yeddi manat, 35 qəpik) manat faiz borcu, 7.889.95 (yeddi min səkkiz yüz səksən doqquz manat, 95 qəpik) manat cərimə borcu, 512 (beş yüz on iki) manat sığorta borcu, cəmi 34.505.83 (otuz dörd min beş yüz beş manat, 83 qəpik) manat pulun tutularaq iddiaçının xeyrinə köçürülməsinə dair hissədə iddia tələbinin təmin edilməməsi, iddiaçı QSC tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun 20 (iyirmi) manat hissəsinin cavabdehə, 10 (on) manat hissəsinin iddiaçıya aid edilməsi, qarşılıqlı iddia üzrə iddiaçının cavabdehə qarşı 75.000 (yetmiş beş min) əldən çıxmış faydanın tutulması, H023714 dövlət nömrə nişanlı 1 ədəd “Hovo” (8x4) markalı özüboşaldan yük avtomobilinə və ** JV *** dövlət nömrə nişanlı 1 ədəd “Hovo” (8x4) markalı özüboşaldan yük avtomobilinə dəymiş zərərin əvəzi olaraq 30.000 (otuz min) manat pul vəsaitinin tutulması, 15.000 (on beç min) manat mənəvi zərərin ödənilməsi, H023714 dövlət nömrə nişanlı 1 ədəd “HOWO” (8x4) markalı özüboşaldan yük avtomobilinin və ** JV *** dövlət nömrə nişanlı 1 ədəd “HOWO” (8x4) markalı özüboşaldan yük avtomobilinin iddiaçıya geri qaytarılması barədə qarşılıqlı iddianın təmin edilməməsi, E.Hacıyev tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun özünə aid edilməsi, aparılmış ekspertiza ilə bağlı 100,00 manat ekspertiza xərcinin müştərək qaydada tərəflərdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin büdcəsinə ödənilməsi qət edilmişdir Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 16 yanvar tarixli 2-2(103)-46/2020 saylı qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 2019-cu il 20 sentyabr tarixli qətnaməsi - ilkin iddianın qismən təmin edilən, yəni "cavabdehdən 21.266,59 (iyirmi bir min iki yüz altmış altı manat, 59 qəpik) manat əsas borc, 3.200,52 (üç min iki yüz manat, 52 qəpik) manat faiz borcu, 425,33 (dörd yüz iyirmi beş manat, 33 qəpik) manat cərimə borcunun tutularaq iddiaçının xeyrinə köçürülməsi" hissəsində ləğv edilmiş, həmin hissədə ilkin iddia tələbi təmin edilməmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-2(102)-225/2020 saylı qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 16 yanvar tarixli 2-2(103)-46/2020 saylı qətnaməsi qismən, 5xx/xx/2012 saylı, xx.xx.2012-ci il tarixli X8 müqaviləsi üzrə iddia tələbinin rədd edilməsi hissəsində ləğv edilmiş, iş həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmiş, qətnamə digər hissədə dəyişdirilmədən saxlanılmışdır. İşə apelyasiya qaydasında baxılması sonuncu dəfə xx.xx.2021-ci il tarixə təyin edilmiş, həmin tarixdə tərəflər məhkəməyə barışıq sazişi təqdim edərək iddiaçı ilə cavabdeh arasında razılıq əldə edildiyindən iş üzrə xitam verilməsini və barışıq sazişinin təsdiq edilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 261.0.5-ci tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 391-ci maddəsinə əsasən bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişinin şərtləri 3-cü şəxslərin hüquqlarına toxunmadığından təsdiq edilməli, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 20 sentyabr tarixli 2-2(81)- 166/2019 saylı qətnaməsi ləğv edilməli, tərəflər arasında barışıq sazişi bağlanması əsası ilə iş üzrə icraata xitam verilməlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262-264-cü, 391-ci, 400 və 405-ci maddələrini rəhbər tutaraq, qərаrа аldı: Mübahisənin barışıq sazişi ilə tamamlanması əsası ilə iş üzrə qəbul edilmiş 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 20 sentyabr tarixli 2-2(81)- 166/2019 saylı qətnaməsi ləğv edilsin. Tərəflər arasında barışıq sazişi bağlanması əsası ilə iş üzrə icraata xitam verilsin. Tərəflərin arasında bağlanmış barışıq sazişinin aşağıdakı şərtləri təsdiq edilsin: 1.Tərəflər razılaşdılar ki, lizinq alan X3 5xx/xx/2012 saylı, xx xxxxxx 2012-ci il tarixli X8 müqaviləsi üzrə “Beynalxalg Lizing” Qapalı Səhmdar Cəmiyyətinə qalıq borcu 27.918 manat təşkil edir va E.Hacıyev ilkin olaraq “xxxx” QSC-a 2.791 manat avans ödəyir. Qalıq borc olan 25.127 manat restruktruzasiya olunmuş məbləğ hesab edilməklə aylıq ödəniş 859 manat təşkil edir.

2. Tərəflər razılaşdılar ki, lizing alan X3 482/12/20Y2 saylı, xx xxx 2012-ci il tarixli X8 Müqaviləsi üzrə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə qalıq borcu 21.918 manat təşkil edir və E.İ.Hacıyev ilkin olaraq İddiaçı QSC-a 2.191 manat avans ödəyir. Qalıq borc olan 19.727 manat restrukturizasiya olunmuş məbləğ hesab edilməklə aylıq ödəniş 674 manat təşkil edir.

3. Məhkəmə xərclərini, yardım göstərməyə görə tərəflərin nümayəndələrinə (vəkillərə) ödənilən xərcləri, mülki işlə bağlı digər bütün xərcləri hər bir tərəf özü daşıyır, həmin xərcləri tərəflər bir-birinə ödəmir. Qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Azərbaycan Respublikası Ali Məhkəməsinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar