Məhkəmə qərarları › İş №2-2(103)-536/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-536/2025

17.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-536/2025 17.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimə və məhkəmə sədrinə etiraz məsələsi üzrə (Açar sözlər: hakimə, məhkəmə sədrinə etiraz ) X3 Nəriman qızının sədrliyi və məruzəsi ilə, X6 və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh ASC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə e-2-2(113)-324/2025 nömrəli, xx.xx.2025 tarixli qərardadına əsasən hakimə və məhkəmə sədrinə etiraz məsələsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq qərara aldılar, Birinci instansiya məhkəməsindəki icraat və qəbul olunmuş məhkəmə akt(lar)ı

1. İddiaçı Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 120.000 (yüz iyirimi min) manat pulun, 1500 manat vəkilə hüquqi yardım üçün ödənilmiş ödənişin və 410 manat dövlət rüsumunun Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən tutularaq iddiaçı Alekberov Kamilə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bakı Kommersiya Məhkəməsinin 09 oktyabr 2024-cü il tarixli, e-2-2(113)- 5337/2024 saylı qərardadı ilə hazırki iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və ekspertiza rəyi alınanadək iş üzrə icraat dayandırılmışdır.

3. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 noyabr 2024-cü il tarixli məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə məktubu məhkəməyə daxil olmuşdur.

4. 03.12.2024-cü il tarixdə iş üzrə icraat təzələnmiş və iş üzrə məhkəmə hazırlıq iclası 20 dekabr 2024-cü il tarixə, saat 14:30-a təyin edilmişdir.

5. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-5337/2024 saylı qərardadı ilə hazırki iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və ekspertiza rəyi alınanadək iş üzrə icraat dayandırılmışdır.

6. Qiymətləndirmə və X4 Məsuliyyətli Cəmiyyətinin 04 mart 2025-ci il tarixli qiymətləndirmə rəyi məhkəməyə daxil olmuşdur.

7. 13.03.2025-ci il tarixdə iş üzrə icraat təzələnmiş və iş üzrə məhkəmə hazırlıq iclası 04 aprel 2025-ci il tarixə, saat 15:30-a təyin edilmişdir.

8. Cavabdeh ASC-nin nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən xx.xx.2024-cü il və xx.xx.2025-ci il tarixlərində hakimə və məhkəmə sədrinə edilmiş etiraz daxil olmuşdur.

9. Etiraz onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 noyabr 2024-cü il tarixli məktubu ilə iş üzrə ekspertiza keçirilmədən iş məhkəməyə geri qaytarılmışdır. xx.xx.2024-cü il tarixli məhkəmə iclası başlamazdan əvvəl sədrlik edən hakim işin rəy vermədən geri qaytarıldığını bildirmiş və “onsuz da X1 hansı rəyi normaldırki” niyə nəzəri əsaslarla rəy vermirlər axı. Cavabdehin nümayəndəsi və vəkili hakimə yumorla bildirmişdir ki, “deyəsən sizin istədiyiniz rəy verilməyib” və bundan sonra hakimlə dialoq bitmişdir və məhkəmə iclası başlamışdır. Məhkəmə iclası başlayan kimi hakim tərəflərin rəyin verilməməsi ilə bağlı fikirlərini soruşdu. Bundan sonrakı bütün hərəkətlər elektron məhkəmə vasitəsilə qeyd olunmuş, audio və video çəkiliş mövcuddur. Çox maraqlıdır ki, hakim iddianın təmin olunmasını az qala iddiaçının vəkilindən də çox arzu edir və bu arzusunun gerçəkləşəcəyini açıq-aşkar bəyan edir. Məhkəmənin bu qədər tərəfkeşliyi, iddianın təmini üçün cəhdləri hətta iddiaçının vəkilinin iddianı təmin etdirməsi üçün göstərdiyi səylərdən daha üstündür. Görəsən hakim işin nəticəsi ilə niyə bu qədər maraqlıdır? Məhkəmə iş üzrə ekspertiza təyin etmiş və ekspertizanın aparılmasını X2 həvalə etmişdir. Bu bir daha hakimin ddövlət ekspertiza mərkəzinə etimad etmədiyini, bəlkə də onlara qarşı qərəzini və eyni zamanda arzu etdiyi ekspert rəyini alması marağı kimi anlamaq olar. Hakimin bu işdə marağı yoxdursa keçirilməsindən obyektiv əsaslarla imtina edilən ekspertizanı nədən X2 həvalə edir? Yoxsa hakim Məhkəmə Ekspertiza Mərkəzinə etimad etmir? Hesab edirik ki, məntiqlə bu etimadsızlıqdan irəli gəlir. Yoxsa məhkəmə nəzəri əsaslarla şəkillər əsasında rəy almağa israr etməkdə daha fərqli məqsədlər güdür? Bu qeyd edilənlər hakimə etiraz üçün kifayətdir. Lakin bütün məhkəmə tərkibinə etirazın gerçək səbəbi hakimə etirazın məhkəmə sədri tərəfindən təmin edilməyəcəyini əvvəlcədən bilmələridir. Bu əsasla həm işə sədrlik edən hakimə, həm də məhkəmə sədrinə etiraz edilir. Məhkəmə iclaslarının audio və video yazılarına diqqət etmək mkifayətdir ki, hakimin davranışlarının, məhkəmə iclaslarınıiddiaçının xetrinə necə aparmasının “X5 Kodeksi”nə zidd olduğuna əmin olasan. X5 Kodeksi (bundan sonra “Kodeks”) hakimlik fəaliyyətinin etik prinsiplərinin və standartlarının toplusudur. Kodeks hakimlər üçün spesifik əxlaq və ədəb tələblərini, onların peşə etikası məsələlərini, iş fəaliyyətindən kənar davranışını nizamlayır, peşə fəaliyyətinə münasibətini müəyyən edir. 2-ci maddəyə əsasən hakim bütün hallarda Azərbaycan Respublikasının Konstitusiyasına riayət etməli, Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununu və digər normativ hüquqi aktları rəhbər tutmalı, cəmiyyətdə məhkəmə hakimiyyətinə, habelə hakimlərin müstəqilliyinə və qərəzsizliyinə hörmətin artmasına rəvac verməlidir. 6-cı maddəsinə əsasən hakim öz peşə vəzifələrini vicdanla icra etməli, işlərə və materiallara vaxtında baxılması üçün qanunla nəzərdə tutulmuş bütün zəruri tədbirləri görməlidir. 9-cu maddəsinə əsasən hakim yüksək məhkəmə mədəniyyətini nümayiş etdirməklə proses iştirakçılarının hər birinə qarşı münasibətdə ədəb və nəzakətlə davranmalı, prosesin bütün iştirakçılarından bir-birinə və məhkəməyə hörmətlə yanaşmağı tələb etməli, məhkəməyə qarşı aşkar hörmətsizlik göstərənləri cəzalandırmalıdır. AR MPM-nin 22.5-ci maddəsinə əsasən əgər etiraz birinci instansiya məhkəməsində işə baxan məhkəmə tərkibinə , yaxud təktərkibli məhkəmənin hakiminə edilmişsə, bu halda etiraz, baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilir. Göstərilənlərə və ARMPM-nin 19.1.7 və 22.5-ci maddəsinə əsasən edilmiş etirazın təmin edilməsi, işin başqa hakimin icraatına verilməsini xahiş edilir.

10. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 Mövsum oğlıu etirazların baxılmamış saxlanılmasını məhkəmədən xahiş etdi.

11. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-324/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh ASC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə iş Cavabdeh ASC-nin nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən bütün məhkəmə hakimlərinə verilən etiraza baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

12. Qərardad onunla əsaslandırılmışdır ki, məhkəmə hesab etmişdir ki, Cavabdeh ASC-nin nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən verilmiş etiraz baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Mülki Prosessual Məcəllənin 22.5-ci maddəsinə görə Əgər etiraz birinci instansiya məhkəməsində işə baxan məhkəmə sədrinə, yaxud təktərkibli məhkəmənin hakiminə edilmişsə, bu halda etiraz, baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilir. Həmin Məcəllənin 23.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin bütün hakimlərinə ayrı-ayrılıqda və ya təktərkibli məhkəmənin hakiminə edilmiş etiraz və ya özü-özünə etiraz təmin edilmişsə, bu halda iş apellyasiya instansiyası məhkəməsi tərəfindən başqa birinci instansiya məhkəməsinə verilir

13. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-324/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadında prosessual hüquqi əsas kimi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 22.5-ci, 23.2-ci, 22, 263, 264, 267 və 268-ci maddələrinə istinad edilmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

14. Maddə 19.3. Bir-biri ilə qohum olan şəxslərin işə baxan məhkəmə tərkibində iştirakına yol verilmir.

15. Maddə 22.5. Əgər etiraz birinci instansiya məhkəməsində işə baxan məhkəmə sədrinə, yaxud təktərkibli məhkəmənin hakiminə edilmişsə, bu halda etiraz, baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilir.

16. Maddə 23.1. Birinci instansiya məhkəmələrində işə baxan hakimə etiraz və ya özü-özünə etiraz təmin edildiyi halda bu işə həmin məhkəmədə başqa hakimlərin iştirakı ilə baxılır.

17. Maddə 23.2. Birinci instansiya məhkəməsinin bütün hakimlərinə ayrı-ayrılıqda və ya təktərkibli məhkəmənin hakiminə edilmiş etiraz və ya özü-özünə etiraz təmin edilmişsə, bu halda iş apellyasiya instansiyası məhkəməsi tərəfindən başqa birinci instansiya məhkəməsinə verilir.

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

18. Aşağıda göstərilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin hakiminə, məhkəmə sədrinə etiraza baxılmadan iş Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir.

19. MPM-nin 22.5-ci maddəsində etirazın hansı hallarda baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinin əsası kimi qeyd olunmuşdur ki, əgər etiraz birinci instansiya məhkəməsində işə baxan məhkəmə sədrinə, yaxud təktərkibli məhkəmənin hakiminə edilmişsə baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilir.

20. İş materiallarından görünür ki, iş Bakı Kommersiya Məhkəməsinin sədrinin deyil, hakim Kənan Hüseynov icraatında olmuşdur. Belə olduğu halda MPM-nin 23.2-ci maddəsinin tələbinə müvafiq olaraq məhkəmənin bütün hakimlərinə ayrı-ayrılıqda edilmiş etiraz təmin edildiyi halda apellyasiya instansiyası məhkəməsinə göndərilməli idi.

21. Lakin birinci instansiya məhkəməsi tərəfindən qeyd olunan normaların tələblərinə riayət olunmadan 04 aprel 2025-ci il tarixli, 2-2(113)-324/2025 nömrəli qərardadına əsasən Cavabdeh ASC-nin nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən Bakı Kommersiya Məhkəməsinin hakimə və məhkəmə sədrinə edilmiş etiraz baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

22. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, etiraz baxılmadan birinci instansiya məhkəməsinə qaytarılmalıdır.

23. Göstərilənlərə əsasən və MPM-in 263, 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,

QƏRARA ALDİ:

İddiaçı Cavabdeh ASC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Cavabdeh ASC-nin nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən Bakı Kommersiya Məhkəməsinin hakimə və məhkəmə sədrinə edilmiş etiraz baxılmadan Bakı Kommersiya Məhkəməsinə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar