Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-543/2023 03.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Hüseyn Aida Əli qızı və Qurbanov Raqib Əliddin oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı pulun tutulması tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-2741/2022 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü Bakı Apellyasiya Məhkəməsinin binasında yoxlayaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehə qarşı xx.xx.2020-ci il tarixli SVxx-xx/2020 saylı “Mallar/İşlər/Xidmətlərin göstərilməsi barədə” Müqaviləyə əlavə olaraq cavabdeh tərəfindən imzalanmış 10 mart 2020-ci il tarixli akta əsasən ödənilməli olan 19.746 manat əsas borcun və ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 200 manat məbləğin, vəkil xidmətləri üçün ödənilmiş 200 manat məbləğin cəmi, 19.946 manat məbləğin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-2741/2022 saylı qətnaməsi ilə iddianın təmin edilməsi qət edilmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixdə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-2741/2022 saylı qətnaməsindən apellyasiya şikayəti vermiş və iş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-2(103)-1111/2022 saylı qərardadı ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)- 2741/2022 saylı qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apelyasiya şikayətinə apelyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilmiş və iş apellyasiya şikayətinin qaytarılması üçün birinci instansiya məhkəməsinə qaytarılmışdır. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-2741/2022 saylı qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-2741/2022 saylı qətnaməsindən Cavabdeh xx.xx.2022-ci il tarixdə verdiyi apellyasiya şikayəti geri qaytarılmışdır. Cavabdeh yenidən xx.xx.2022-ci il tarixdə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-2741/2022 saylı qətnaməsindən apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-2(103)-243/2023 saylı qərardadı ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)- 2741/2022-ci il tarixli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apelyasiya şikayətinə apelyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilmiş və iş apellyasiya şikayətinin qaytarılması üçün birinci instansiya məhkəməsinə qaytarılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-2(102)- 126/2023 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-2(103)- 243/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh yenidən Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2- 2(113)-2741/2022 saylı qətnaməsindən apellyasiya şikayəti vermişdir. Eyni zamanda cavabdeh ərizəylə məhkəməyə müraciət edərək, Bakı kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-2(113)-2741/2022 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətini icraata qəbul edib üzürlü buraxılmış 1 aylıq prosessual müddətin bərpa edilməsini məhkəmədən xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-2741/2022 saylı qərardadı ilə Cavabdeh Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)- 2741/2022 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddət bərpa edilmişdir. İddiaçı Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-2741/2022 saylı qərardadından xx.xx.2023-cü il tarixdə şikayət vermişdir. xx.xx.2023-cü il tarixdə məhkəməyə Bakı Kommersiya Məhkəməsinin iddiaçı "xxxx" MMC-nin Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-2741/2022 saylı qərardadından verilmiş şikayətə baxılması üçün işin qaytarılması barədə məktubu daxil olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, "xxxx" MMC tərəfindən Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-2741/2022 saylı qərardadından şikayət verildiyindən həmin qərardad qüvvəyə minmədiyi üçün hazırda Cavabdeh Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-2741/2022 saylı qətnaməsindən apellyasiya şikayətinə baxılması mümkün sayılmamalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 366, 384 və 402-ci maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Cavabdeh Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-2741/2022 saylı qətnaməsindən apellyasiya şikayətinə baxılması mümkün sayılmasın. İş iddiaçı "xxxx" MMC-nin Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-2741/2022 saylı qərardadından şikayətinə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(103)-543/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-543/2023
03.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver