Məhkəmə qərarları › İş №2-2(103)-56/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-56/2020

23.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-56/2020 23.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), X3 və X1 ibarət tərkibdə, məhkəmə iclasının katibi İsmayılzadə Fərid Sabir oğlunun katibliyi, iddiaçı “xxxx” məhdud məsuliyyətli cəmiyyətinin (bundan sonra - iddiaçı) nümayəndəsi X2, Cavabdeh (bundan sonra - cavabdeh) vəkili və nümayəndəsi Vəkil iştirakı ilə pul tələblərinə dair ilk və qarşılıqlı iddia ərizələri ilə bağlı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-40/2019 nömrəli iş üzrə xx xxxx 2019-cu il tarixli qətnaməsindən hər iki tərəfin apellyasiya şikayətlərinə əsasən kommersiya mübahisəsinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, cavabdehdən ƏDV xaric 118.940,09 manat məbləğdə əsas borcun, gecikdirilmiş hər günə görə aralarında bağlanmış müqaviləyə müvafiq olaraq 1 faizdən hesablanmaqla, 162.652,45 manat cərimənin, ümumilikdə ƏDV xaric 281.593,44 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun onun xeyrinə tutulmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh də iddiaçıya qarşı məhkəməyə qarşılıqlı iddia ərizəsi ilə təqdim edərək, ilk iddianın rədd edilməsi, artıq ödənilmiş icarə haqqının əvəzi olaraq 105.356 manat əldən çıxmış fayda qismində 48.191 manat, cəmi 300.833 manat pulun iddiaçıdan tutularaq ona verilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə ilk iddia təmin edilməmiş, qarşılıqlı iddia qismən təmin edilmiş, müqavilə üzrə artıq ödənilmiş 9.695,47 manat (ƏDV daxil) (8.216,50 manat ƏDV xaric) pul vəsaitinin iddiaçıdan tutularaq cavabdehə ödənilməsi qət edilmişdir. Qətnamə ilə razılaşmayan tərəflər ondan apellyasiya şikayətləri verərək, iddiaçı ləğv edilib, ilk iddianın təmin edilməsini, cavabdeh qarşılıqlı iddianın təmin edilmədiyi hissədə ləğv edilib, qarşılıqlı iddianın təmin edilməsini xahiş etmişlər. İşə apellyasiya qaydasında baxılarkən tərəflər Məhkəməyə xx.xx.2020-ci il tarixli barışıq sazişi təqdim edərək, təsdiq edilməsini xahiş etmişlər. İddiaçının İdarə heyətinin sədri R.Məmmədovun və cavabdehin direktoru C.Nağıyevin imzaları və tərəflərin möhürləri ilə təsdiq olunan barışıq sazişi aşağıdakı şərtlərlə bağlanmışdır: “1.Sazişin predmeti 1.1. Bu Sazişin predmetini ilkin iddia tələbi üzrə İddiaçı MMC-nin Cavabdeh “xxxx” MMC-yə və qarşılıqlı iddia üzrə “xxxx” MMC-nin İddiaçı MMC-yə qarşı pul tələbinə dair iddiası üzrə mübahisənin qarşılıqlı güzəştlər yolu ilə həll edilməsi təşkil edir. İlkin iddia tələbi üzrə İddiaçı MMC-nin Cavabdeh “xxxx” MMC-yə və qarşılıqlı iddia üzrə “xxxx” MMC-nin İddiaçı MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsinə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılaraq Məhkəmə İlkin iddianı təmin etməmiş, Qarşılığlı iddianı qismən təmin edərək, Müqavilə üzrə artıq ödənilmiş 9695,47 manat (ƏDV daxil)(8216,50 manat ƏDV xaric) pul vəsaiti qarşılıqlı iddia üzrə Cavabdeh İddiaçı MMCdən tutularaq qarşılıqlı iddia üzrə iddiaçı "Cavabdeh" MMC-nə ödənilməsi, Qarşılıqlı iddia qalan hissədə təmin edilməməsinə dair 2-2(82)-40/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnamə qəbul etmişdir. 1.2. Hazırda qeyd edilən iddia tələbinə dair 2-2(82)-40/2019 saylı, xx.xx.2019-cu il tarixli 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qətnaməsindən hər iki tərəf Apellyasiya şikayəti vermişdir, həmin 2-2(103)-56/2020 saylı mülki işə Bakı Apellyasiya Məhkəməsinin icraatında (hakim Vidadi Məmmədov) baxılmaqdadır.

2. Tərəflərin öhdəlikləri 2.1. Qarşılıqlı iddia üzrə Cavabdeh İddiaçı MMC öhdəsinə götürür ki, mövcud mübahisə üzrə ümumilikdə 5450 (beş min dörd yüz əlli ) manat (ƏDV daxil) məbləğində vəsaiti İddiaçı “xxxx” MMC-yə ödəməyə razıdır. 2.2. İddiaçı “xxxx” MMC öhdəsinə götürür ki, 5450 (beş min dörd yüz əlli ) manat məbləğində (ƏDV daxil) vəsaitin ödənilməsinə razıdır və bu sazişdə göstərilən məbləğ ödənildiyi halda Cavabdehə (İddiaçı MMC-yə) qarşı heç bir iddia, tələbinin qalmayacağmı bəyan edir. 2.3. Tərəflər öhdələrinə götürürlər ki, bu Saziş məhkəmə tərəfindən təsdiq edilib qanuni qüvvəyə mindikdən sonra 20 (iyirmi) iş günündən gec olmayaraq həmin Sazişin 2.1 - 2.2-ci bəndlərində göstərilən öhdəliklərinin yerinə yetirilməsi ilə bağlı qanunvericiliklə nəzərdə tutulan bütün zəruri hərəkətləri edəcəklər. 2.4. Tərəflər öhdələrinə götürürlər ki, bu Sazişin 2.1 - 2.2-ci bəndlərində göstərilən öhdəliklərinin yerinə yetiriləcəyi təqdirdə aralarındakı hazırkı mübahisə ilə əlaqədar birbirinə qarşı heç bir şikayətləri və iddiaları yoxdur və gələcəkdə də olmayacaqdır. Hər iki tərəf məhkəmədə olan iddia tələbindən imtina edir. 2.5. Bu Sazişin 2.1 - 2.4-cü bəndlərində qeyd olunan öhdəliklərin icra edilməməsi və ya lazımınca icra edilməməsi bu Sazişin qüvvəsini itirməsinə və Tərəflərin əvvəlki vəziyyətə qayıtmasına səbəb olacaqdır.

3. Digər müddəalar 3.1. Bu Sazişin şərtlərini Tərəflər qarşılıqlı razılıq və anlaşma ilə qəbul etmişlər, bu Saziş təsdiq edildiyi halda doğuracağı hüquqi nəticələr, eləcə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261 — 262-ci maddələrinin məzmunu Tərəflərə aydındır və Tərəflər könüllü olaraq, heç bir təzyiq və təsir altında olmadan, bu Sazişi imzalamışlar. 3.2. Bu Saziş Azərbaycan dilində, hər biri eyni hüquqi qüvvəyə malik 3 (üç) nüsxədə, 2 (iki) vərəqədən ibarət tərtib olunub imzalanmışdır, Tərəflərin hər birində bir nüsxədə saxlanılır, bir nüsxəsi isə məhkəməyə verilir. 3.3. Bu Saziş məhkəmə tərəfindən təsdiq edildikdən sonra qanuni qüvvəyə minir və Tərəflər öz öhdəliklərini tam icra edənədək qüvvədədir. 3.4. Bu Sazişlə bağlı bütün mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq Azərbaycan Respublikasının aidiyyəti məhkəmələri tərəfindən həll olunacaqdır.” Məhkəmə kollegiyası barışıq sazişini iş materialları ilə birlikdə nəzərdən keçirərək hesab edir ki, barışıq sazişi qanuna uyğun olduğu və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı üçün təsdiq edilməli, iş üzrə icraata xitam verilməklə, qətnamə ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM): 261.0.5-ci maddəsinə görə, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir; 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir; 391-ci maddəsinə görə, bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Göstərilənlərə əsasən və MPM-in 52, 261-264, 370, 391, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qərara aldı:

İddiaçı “xxxx” MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx xxxxxx 2020-ci il tarixli barışıq sazişi təsdiq edilsin. İş üzrə icraata xitam verilməklə, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)- 40/2019 nömrəli iş üzrə xx xxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.

HAKİMLƏR Vidadi Məmmədov Səriyyə Seyidova İlham Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar