Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-564/2025 07.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı “podrat müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair (Açar sözlər: mübahisənin arbitraj institu tərəfindən həll olunması ) X1 (sədrlik edən və məruzəçi), X7 və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı “podrat müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin 17 mart 2025-cü il tarixli, e-2-2(113)-1511/2025 nömrəli qərardadından İddiaçı MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq qərara aldılar. Birinci instansiya məhkəməsindəki icraat və qəbul olunmuş məhkəmə akt(lar)ı
1. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" QSC-dən İddiaçı MMC-nin xeyrinə müqavilə üzrə yaranmış 584452,39 ABŞ dolları məbləğin və 1285 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 03 avqust 2012-ci il tarixdə bir tərəfdən Azərbaycan Respublikası qanunları ilə təsis olunmuş bir təşkilat olan "xxxx" Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra "Cavabdeh" və ya öz adı ilə adlandırılacaq) və digər tərəfdən fəaliyyət göstərən İddiaçı MMC (bundan sonra “İddiaçı” və ya öz adı ilə adlandırılacaq) arasındadartı yarımstansiyaları, elektrik təchizatı və digər əlaqəli komponentlər (qurğular) daxil olmaqla Bakı-Böyük Kəsik dəhlizi üzrə 25 kv 50 hz sistemin zavod layihələndirilməsi, təchizatı və quraşdırılması ilə bağlı müvafiq qurğu/avadanlıqların layihələndirilməsi, istehsalı, sınağı, quraşdırılması, tamamlanması və təhvil verilməsi işlərinin İddiaçı MMC tərəfindən yerinə yetirilməsinə dair AZRTTFP-DSİ-PQ-2İCB nömrəli müqavilə imzalanmışdır. Müqavilə şərtlərinə əsasən, müəyyən məbləğ müqabilində “İddiaçı”nın Bakı-Böyük Kəsik dəmir yolu dəhlizində elektrik təchizatı və bununla əlaqədar digər işlərin görülməsi nəzərdə tutulmuşdur. “İddiaçı” müqavilə üzrə öhdəliklərin icraetməsinə və aktlarlatəhvil verməsinə baxmayaraq, “Cavabdeh” müqavilə öhdəliklərini lazımıncaicraetməməkdədir. Məhkəmənin diqqətinə “İddiaçı”tərəfindən görülmüş işlər barədə aşağıdakı məlumatlar çatdırılır. Qeyd edilən müqaviləyə edilən əlavələr çərçivəsində göstərilən dəmir yolu dəhlizinin İ və İİ bölmələrini əhatə edən Böyük KəsikGəncə və Gəncə-Ucar hissəsində inşa olunan və quraşdırılan obyekt, qurğu, avadanlıq və şəbəkələrin tikintiləri tamamlanmış, onlar funksional və zəmanət sınaqlarından keçirilmişdir. Həmin bölmələrdə tikintisi başa çatdırılmış obyekt və qurğuların istismara qəbul aktları bu məqsəd ilə "xxxx" QSC-nin xx.xx.2021-ci il tarixli 60128 nömrəli və xx.xx.2022-ci il tarixli 154987 nömrəli əmrləri ilə yaradılmış istismara qəbul komissiyalarının üzvləri tərəfindən imzalanmış və ADY rəhbərliyi tərəfindən təsdiq olunmuşdur. Bununla da İ və İİ bölmələri istismara qəbul edilmiş və həmin sahələrdə qatarların dəyişən cərəyanda hərəkətləri təmin edilmişdir. 2023-cü ilin fevral ayında "xxxx" QSC-nin müvafiq qurumları tərəfindən dəmir yolunun istismara qəbul edilmiş Böyük Kəsik- Gəncə hissəsində SCADA sisteminin Gəncə dispetçer mərkəzindən idarə olunmasının təmin olunması tələbi irəli sürülmüşdür. Obyekt üzrə qüsürlara görə öhdəlik müddətinin keçməsinə baxmayaraq tələb İddiaçı MMC tərəfindən qəbul edilmiş və lazımı tədbirlər görülərək sistemin Gəncə dispetçer mərkəzindən idarə olunması əyani şəkildə "xxxx" QSC-nin məsul nümayəndələrinə nümayiş etdirilmişdir. Müqavilə şərtlərinə görə və tərtib edilmiş maliyyə cədvəli üzrə Bakı-Böyük Kəsik dəmir yolu dəhlizinin 4 bölməsi üzrə hər bölmə üçün 1 461 130,97 ABŞ dolları olmaqla ümumilikdə 5 844 523,86 ABŞ dolları məbləğində sınaq zəmanəti üçün vəsait saxlanılması qeyd olunmuşdur. Beləliklə, İ bölməni əhatə edən Böyük Kəsik-Gəncə hissəsi üzrə sınaq üçün saxlanılan vəsait tam həcmdə ödənilmiş, İİ bölməni əhatə edən Gəncə-Ucar hissəsi üçün sınaq üçün saxlanılan vəsaitin 60%-i (876 678,58 ABŞ dolları) ödənilmiş, qalan 40%-nin (584 452,39 ABŞ dolları) isə SCADA sisteminin Gəncə dispetçer mərkəzindən idarə olunmasının sınağından sonra ödəniləcəyi bildirilmişdir. Həmin sınaq yuxarıda qeyd olunduğu kimi keçirilmiş və 24 fevral 2023-cü il tarixli aktlarəsmiləşdirilmişdir. “Cavabdeh” yuxarıda qeyd olunan məsələlər ilə əlaqədar olaraq bu günədək ümumilikdə “İddiaçı”-ya584 452,39 ABŞ dolları dəyərində olan maliyyə vəsaiti ödəməli olduğu halda, həmin maliyyə vəsaitini ödəməkdən yayınaraq “İddiaçı”nı maliyyə çətinlikləri ilə üzləşməyə və üçüncü şəxslər qarşısında üzərinə götürdüyü öhdəlikləri icraedə bilməməsinə səbəb olmuşdur. Bildirmək istərdik ki, mübahisə ilə bağlı "xxxx" QSC-yə tərəfimizdən xx.xx.2024-cü il tarixdə №1/0260 nömrəli pretenziya məktubu göndərilmişidr. Yuxarıda qeyd olunanlar barədə “Cavabdeh”ə dəfələrlə şifahi və yazılı müraciətlər olunmasına və mübahisənin məhkəməyə qədər dinc yolla həll edilməsi cəhdlərinə baxmayaraq, müsbət nəticə əldə olunmamışdır.
3. Cavabdehin nümayəndəsi vəsatət ilə məhkəməyə müraciət edərək, iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarmalı olmasını xahiş etmişdir.
4. İddiaçının nümayəndəsi cavabdehin vəsatət/ərizəsinə yazılı etirazı təqdim edərək, iddia ərizəsinin və iddia ərizəsinə əlavə olunmuş sənədlərinin qaytarılması barədə cavabdeh "xxxx" QSC-nin ərizəsinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.
5. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-1511/2025 saylı qərardadı ilə İddiaçı MMC-nin cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı “podrat müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılması qərara alınmışdır.
6. Qeyd olunan qərardaddan İddiaçı MMC şikayət verərək xx.xx.2025-ci il tarixli e-2-2(113)-1511/2025 nömrəli qərardadın ləğv edilməsi, İddiaçı MMC-ni cavabdeh ADY qarşı “ müqavilə üzrə görülmüş işlərin əvəzinin tam şəkildə ödənilməsi” tələbi barədə iddia ərizəsinin icraata qəbul edilərək, mahiyyəti üzrə baxılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
7. Şikayət onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-nin cavabdeh "xxxx" QSCyə (AYD) qarşı iddia ərizəsini baxılmamış saxlayan Bakı Kommersiya Məhkəməsi, MPM-in 259.0-cı və 259.0.5-ci maddələrinə əsaslanmışdır. Həmin maddələrin tələblərinə görə, qanuna müvafiq olaraq tərəflər arasında həmin mübahisənin arbitraj məhkəməsində baxılması üçün arbitraj sazişi bağlanmışsa və işə mahiyyəti üzrə baxılmasından əvvəl mübahisənin məhkəmədə həll edilməsinə dair tərəflərdən hər hansı biri tərəfindən etiraz daxil olarsa, yaxud belə etiraz məhkəmə baxışı zamanı daxil olarsa (o şərtlə ki, tərəflər işə baxılmasına qədər etirazın edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın) məhkəmə iddi ərizəsini baxılmamış saxlayır. Hesab edirik ki, Bakı Kommersiya Məhkəməsinin iddia ərizəsinin baxılmamış saxlanılması barədə qəbul etdiyi qərardad əsassız və qanunsuzdur. Əvvəla tərəflər arasında Mülki Prosessual Məcəlləsinin 259.0.5- ci maddəsində göstərilən mübahisənin arbitraj məhkəməsində baxılması üçün arbitraj sazişi bağlanmamışdır. Bundan başqa, iddia ərizəsinə əlavə olunmuş sənədlərdən görünür ki, iş üzrə tərəflər arasında “Dartı yarımsatnsiyaları, elektrik təchizatı və digər əlaqəli komponentlər daxil olmaqla Bakı Böyük Kəsik dəhlizi üzrə 25 kv 50 hz sisteminin zavod layihələndirilməsinin, təchizatınaın və quraşdırılmasının satınalınması üzrə” xx.xx.2012-ci il tarixli AZRTTFP-DSİ-PQ2İCB №-li müqavilə bağlanmışdır. Sözügedən Müqavilənin 6-cı əlavəsi imzalanan zaman xx.xx.2021-ci il tarixdə müqavilə tərəfləri "xxxx" QSC və İddiaçı MMC olmuşdur. Həriki hüquqi şəxs Azərbaycan Respublikasında qeydiyyata alınan hüquqi şəxslərdir. Hazırki iş üzrə iddianın predmeti də xx.xx.2012-ci il tarixli müqavilənin 6-cı Əlavəsi üzrə yaranmış borcların tələb edilməsidir. Tərəflər arasında bağlanmış Müqavilənin Xüsusi şərtlərinin 5.1-ci bəndinə görə, tərəflər Müqavilənin müvafiq olaraq təfsir olunacağı ölkənin qanunları olaraq Azərbaycan Respublikasını müəyyən etmişlər. Müqavilənin 46.5-ci maddəsinə əsasən, Müqavilənin Xüsusi Şərtlərində əksi göstərilməyincə, MHH-nın qərarının yekun qərara çevrilmədiyi və tərəflər üçün məcburi hüquqi qüvvəyə malik olmadığı hallarla bağlı istənilən mübahisələr yekun olaraq arbitraj instansiyasında həll edilməlidir. Göründüyü kimi, Müqavilənin 46.5-ci maddəsinin mənasına görə, MHH-nın qərarının yekun qərara çevrilmədiyi və tərəflər üçün məcburi hüquqi qüvvəyə malik olmadığı hallarla bağlı istənilən mübahisələr yekun olaraq arbitraj instansiyasında həll edilməlidir. Lakin bu qayda Müqavilənin Xüsusi Şərtlərində başqa hal nəzərdə tutuldmadığı halda tətbiq olunur. Müqavilənin Xüsusi Şərtlərinin 46.5-ci maddəsinin “b” bəndinə görə isə ölkədaxili podratçılarla bağlanmış müqavilələr üçün arbitraj Sifarişçinin ölkəsinin qanunlarına müvafiq prosedurlarla aparılmalıdır. Qeyd olunannormanın tələbinin hazırki mübahisənin həllinə tətbiqi nəticəsində müəyyən edilir ki, mübahisəyə Azərbaycan Respublikasında səlahiyyətli kommersiya məhkəməsində baxılmalıdır. Belə ki, tərəflər arasında yaranmış mübahisəni həll edən orqanla bağlı Müqavi ləninXüsusi Şərtində istisna nəzərədə tutulmuşdur ki, bu istisna ölkədaxili podratçılarla bağlanmış müqavilələr üçün arbitrajın Sifarişçinin ölkəsinin qanunlarına müvafiq prosedurlarla aparılmasıdır. Tərəflər arasında bağlanmış AZRTTFPDSİ-PQ-2İCB №-li, xx.xx.2012-ci il tarixli müqavilə üzrə Sifarişçi Azərbaycan Respublikası qanunları ilə təsis olunmuş bir təşkilat olan "xxxx" QSC, Podratçı isə Azərbaycan Respublikasında hüquqi şəxs olan İddiaçı MMC-dir (OPTİMA-ATEF BFŞ) Hazırda iddiaç ıİddiaçı MMC-nin ödənilməsini tələb etdiyi 2.559.391,35 manat məbləğində pul da xx.xx.2021-ci il tarixdə bağlanmış və AZRTTFP-DSİ-PQ-2İCB №-l0i,3.08.2012-ci il tarixli müqavilənin tərkib hissəsi olan 06 №-li Əlavə üzrə Sifarişçi olan cavabdehin tapşırığı ilə podratçı olan iddiaçının Azərbaycan Respublikası ərazisində gördüyü işlərin müqabilində sonuncuya haqqının ödənilməməsi nəticəsində yaranmış borcdur. Göründüyü kimi, iş üzrə İddiaçı MMC – ölkədaxili podratçı, Sifarişçi olan "xxxx" QSC də Azərbaycan Respublikasında təsis edilmiş hüquqi şəxsdir. Belə olan vəziyyətdə Müqavilədən yaranan mübahisənin Azərbaycan Respublikasının qanunlarına müvafiq prosedurlarla arbitraj trəfindən həll edilməsini tələb edir. Lakin Azərbaycan Respublikasının məhkəmə sistemində arbitraj məhkəmələri nəzərdə tutulmadığı üçün hər iki tərəfin sahibkarlıq fəaliyyətini həyata keçirmələrini, onlar arasında yaranmış mübahisənin məhz həmin sahibkarlıq fəaliyyətindən yarandığını, habelə cavabdehin hüquqi ünvanının Bakı şəhəri olduğunu nəzərə alaraq, hesab edirik ki, tərəflər arasında mövcud kommersiya mübahisəsinə aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsində baxılmalıdır. Lakin İddiaçı MMC-nin iddiasını baxılmamış saxlayan Bakı Kommersiya Məhkəməsi yuxarıda qeyd olunan halları nəzərə almamış, iddia ərizəsini əvvəlcədən düzgün olaraq icraata qəbul etsə də, sonradan cavabdehin əsassız etirazı əsasında həmin ərizəni baxılmamış saxlamışdır. Bununla da Bakı Kommersiya Məhkəməsi məhkəmə aidiyyatına aid prosessual hüquq normalarının tələblərini pozmuşdur.
8. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-1511/2025 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş, şikayət işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
Apellyasiya instansiya məhkəməsindəki icraat
Tətbiq edilən hüquq
9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
259.0.5-ci maddəsinə əsasən qanuna müvafiq olaraq tərəflər arasında həmin mübahisənin münsiflər məhkəməsində baxılması üçün müqavilə bağlanmışsa və işə mahiyyəti üzrə baxılmasından əvvəl mübahisənin məhkəmədə həll edilməsinə dair cavabdeh tərəfindən etiraz olarsa məhkəmə ərizəni baxılmamış saxlayır. 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır.
10. “Arbitraj haqqında” Qanunun:
17.1-ci maddəsinə əsasən, “arbitraj sazişinin predmeti olan məsələ ilə bağlı qarşısında iddia qaldırılmış məhkəmə, işə mahiyyəti üzrə baxılmasından əvvəl (i) tərəflərdən hər hansı birindən mübahisənin məhkəmədə həll edilməsinə dair etiraz daxil olduqda, (ii) arbitraj sazişi aşkar şəkildə etibarsız deyildirsə, (iii) aşkar şəkildə qüvvəsini itirməmişdirsə və ya (iv) onun icrasını qeyri-mümkün edən hallar yoxdursa, işi baxılmamış saxlayıb tərəfləri arbitraja yönləndirməlidir.
Apellyasiya baxışının həddi
11. Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
12. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
13. Göründüyü kimi tərəflər arasında bağlanmış xx.xx.2012-ci il tarixli AZRTTFP- DSİ-PQ-2İCB №-li X4 46.1-ci maddəsinə (Mübahisələr və arbitrajlar) əsasən mübahisələr Ümumi Şərtlərin 46.3-cü alt-bəndinə müvafiq olaraq həll edilməsi üçün X2 çıxarıla bilər əlavədə X3 üzrə təlimatlar qeyd edilmişdir. Müqaviləyə əlavədə X3 üzrə təlimatlar qeyd edilmişdir. X4 46.5-ci maddəsinə əsasən XŞ-də əksi göstərilməyincə, MHH-nın qərarının yekun qərara çevrilmədiyi və tərəflər üçün məcburi hüquqi qüvvəyə malik olmadığı hallarla bağlı istənilən mübahisələr yekun olaraq arbitraj instansiyasında həll edilməlidir.
14. Digər tərəfdən iş materiallarından görünür ki, cavabdeh işə mahiyyəti üzrə baxılmasından əvvəl mübahisənin məhkəmədə həll edilməsinə dair etiraz etmişdir.
15. Mülki Prosessual Məcəllənin 259.0.5-ci maddəsində isə təsbit olunmuşdur ki, qanuna müvafiq olaraq tərəflər arasında həmin mübahisənin münsiflər məhkəməsində baxılması üçün müqavilə bağlanmışsa və işə mahiyyəti üzrə baxılmasından əvvəl mübahisənin məhkəmədə həll edilməsinə dair cavabdeh tərəfindən etiraz olarsa məhkəmə ərizəni baxılmamış saxlayır.
16. Bu baxımdan kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq həmin müqavilə üzrə pulun tutulması tələbinə dair iddia ərizəsini baxılmamış saxlanılması nəticəsinə gəlmişdir.
17. İddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətində Müqavilənin Xüsusi Şərtlərinin 46.5-ci maddəsinin “b” bəndinə istinad edərək bildirir ki, xüsusi şərtlərin müvafiq bəndinə əsasən ölkədaxili podratçılarla bağlanmış müqavilələr üçün arbitraj Sifarişçinin ölkəsinin qanunlarına müvafiq prosedurlarla aparılmalıdır.
18. Məhkəmə kollegiyası apellyatorun qeyd edilən dəlilinə münasibətdə bildirir ki, xüsusi şərtlərin müvafiq bəndi arbitrajın keçirilməsi qaydalarını müəyyən edir, yəni arbitrajın keçirilməsinə Azərbaycan Respublikasının qanunvericiliyi tətbiq edilməlidir.
19. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı əsaslı şəkildə qəbul edilmiş, şikayət isə əsassızdır və onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır.
20. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz.
21. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402.2.4cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə r a r a a l d ı:
İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e2-2(113)-1511/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qüvvəyə minir, qərardaddan şikayət verilə bilməz.