Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-57/2023 11.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı Tutto Bello MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair ilkin, Cavabdeh MMC-nin İddiaçı MMC-yə qarşı “pulun tutulması” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X4 Qurbanovun sədrliyi və məruzəsi ilə, X3 və Məmməd Allahverdi oğlu Məmmədovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, cavabdehin nümayəndəsi və vəkili Nümayəndə3 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-88/2022 nömrəli qətnaməsindən İddiaçı MMC və Cavabdeh MMC tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ
1. Baş sifarişçi "Paşa İnşaat” MMC ilə ticarət podratçısı İddiaçı MMC arasında müqavilə bağlanmışdır.
2. Həmçinin sifarişçi İddiaçı MMC ilə icraçı Cavabdeh MMC arasında 02 mart 2020-ci il tarixdə 0203/2020 saylı müqavilə (subpodrat) bağlanmışdır. Müqaviləyə əsasən icraçı sifarişçinin sifarişinə uyğun olaraq siyahısı, qiyməti, növləri, miqdarı, çatdırılma və ya icra müddəti və digər parametrləri tərəflər arasında rəsmiləşdirilən müqavilənin müvafiq əlavələrində (protokol və ya əlavə) göstərilən malları, işləri və ya xidmətləri razılaşdırılmış şərtlərlə istifadə məqsədləri və (və ya) təyinatı üçün yararlı halda sifarişçiyə təchiz etməyi və sifarişə uyğun olaraq digər xidmətləri göstərməyi, sifarişçi isə həmin malları, xidmətləri, işləri təhvil alıb dəyərini müqavilə ilə müəyyən edilmiş məbləğdə və şərtlərlə icraçıya ödəməyi öhdəsinə götürmüşdür.
3. İddiaçı MMC tərəfindən 13 iyul 2020-ci il tarixdə 55151 manat, 18 avqust 2020-ci il tarixdə 40000 manat, 24 avqust 2020-ci il tarixdə 130000 manat, 21 oktyabr 2020-ci il tarixdə 90000 manat, 02 dekabr 2020-ci il tarixdə 25000 manat məbləğində pul vəsaiti Cavabdeh MMC-yə ödənilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən vurduğu zərərə görə 372000 manat, ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 372030 manat pul məbləğinin tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı bildirir ki, müqavilə üzrə işlərin yerinə yetirilməsinə görə İddiaçı MMC tərəfindən yetərincə vəsaitlərin ödənilməsinə, ödənilmiş vəsaitlər müqabilində forma 2 və işlərin təhvil verilməsi dəfələrlə tələb olunduğuna baxmayaraq, görülmüş işlər üçün Cavabdeh MMC tərəfindən forma 2 və təhvil-təslim aktları təqdim edilməmişdir. Əvəzində isə “AED MMC tərəfindən işlər yarımçıq saxlanılaraq müqavilə öhdəlikləri kobud şəkildə pozulmuş və tikinti sahəsində münaqişələr yaranmışdır. Bunun nəticəsində yarımçıq qalmış işlərin yerinə yetirilməsi üçün yeni işçi qüvvəsi cəlb etmiş və tələb olunan mal və materialları tez bir zamanda təchiz edilmişdir. Nəticədə, İddiaçı MMC-yə 372000 manat məbləğində ziyan dəymişdir. Aparılan araşdırma nəticəsində aşkar edilmişdir ki, Cavabdeh MMC tərəfindən 415800 manat həcmində iş görülməli idi. Lakin, müqavilə şərtlərini kobud şəkildə pozduqlarından, işləri özbaşına dayandırdıqlarından, yerinə yetirdikləri işləri yarımçıq qoyduqlarından, keyiyyətsiz yerinə yetirdiklərindən, habelə gördüyü işləri tikinti-inşaat normalarına uyğun olmayan şəkildə İddiaçı MMC-yə təhvil vermədən ərazini tərk etdiklərindən faktiki olaraq müqavilə üzrə götürdükləri öhdəlikləri yerinə yetirməmişlər. Cavabdeh MMC-nin hesabına İddiaçı MMC görülmüş işləri qəbul etmədən 372000 manat pulu avans olaraq vermişdir. Bundan başqa Cavabdeh MMC-nin rəhbərliyi İddiaçı MMCnin işgüzar nüfuzuna zərər vurmuşdur. Belə ki, Cavabdeh MMC-nin direktoru Qanuni nümayəndə oğli bilərəkdən İddiaçı MMC-nin rəhbər şəxsləri barədə həqiqətə uyğun olmayan yalan məlumatlar yaymış, İddiaçı MMC-nin işçilərini təhqir etmiş, hədəqorxu gələrək onlardan pul tələb etmişlər.
6. Eyni zamanda Cavabdeh MMC ilk iddia ilə birlikdə baxılmaq üçün cavabdeh İddiaçı MMC-yə qarşı qarşılıqlı iddia qaldıraraq, İddiaçı MMC-dən 84273 manat məbləğində pulun (ƏDV xaric) və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, 02 mart 2020-ci il tarixli, 0203/2020 saylı müqaviləyə əsasən CY1 (açıqlaması: courtyard1/ bina1), CY2, CY 3, CY 7 və Beyond (binalararası park) C-2 işlərin görülməsinə dair aktlara əsasən görülən işlərin həcmi və dəyəri öz təsdiqini tapmış, ümumilikdə 424424 manat dəyərində olmuş, müxtəlif vaxtlarda 341151 manat "xxxx" MMC tərəfindən "xxxx" MMC-yə ödəniş edilmiş, 84273 manat məbləğində vəsait isə ödənilməmişdir. Bununla bağlı Cavabdeh MMC-nin rəhbəri tərəfindən dəfələrlə elektron məktub vasitəsilə və telefonla "xxxx" MMC-nin rəhbərinə məlumat verilmiş və qısa zamanda ödənişi həyata keçirməyi barədə xahişlər olunmuş, lakin 02 dekabr 2020-ci il tarixdə Tutto Bello MMC-nin rəhbəri və sahədəki səlahiyyətli şəxsləri tərəfindən Cavabdeh MMCnin işçiləri sahəyə buraxılmamış, səbəb kimi güya "xxxx" MMC-nin ərazidə yoxlama apardığı üçün belə etdiklərini və qısa zamanda pulu ödəyəcəklərini telefonla Cavabdeh MMC-nin rəhbərinə bildirmişlər. Lakin sonradan məlum olmuşdur ki, 372000 manat məbləğində pul vəsaitinin ödənilməsi ilə bağlı iddia qaldırılmışdır. Faktiki olaraq görülmüş işlərə görə 5 ədəd akt tərəflərin səlahiyyətli nümayəndələri tərəfindən imzalanmış və təsdiq olunmuş, bununla bağlı təhvil verilən sahələrə uyğun olaraq hissə-hissə ödənişlər edilmiş, lakin ödənişlər tam edilməmişdir. Hal – hazırda sifarişçi ödənişi etməmək üçün məsuliyyətdən yayınmaq istəyir. Lakin həm müqavilənin, həm də qanunvericiliyin birbaşa tələbidir ki, icra olunmuş işə görə muzd ödənilməlidir. 02 dekabr 2020-ci il tarixdə İddiaçı MMC bəhanə ilə Cavabdeh MMCnin işçilərini heç bir səbəb olmadan iş sahəsindən kənarlaşdırmış, daha sonra güya işlərdə qüsur olması ilə günahlandırmış, lakin hər-hansı qüsur aktı təqdim edə bilməmiş və nəticədə ödənişdən yayınmağa cəhd etmişdir.
8. İddiaçı MMC qarşılıqlı iddiaya etiraz edir və bildirir ki, Cavabdeh MMC tərəfindən gecikmələrlə nöqsanlı şəkildə icra edilməsi səbəbindən GRC işləri bütünlükdə baş sifarişçi tərəfindən İddiaçı MMC-nin iş həcmindən çıxarılaraq üçüncü tərəfə həvalə edilmişdir. Bundan sonra Cavabdeh MMC-nin rəhbərliyi baş sifarişçinin atdığı addıma etiraz əlaməti olaraq digər sahələrdə çalışan işçi heyətini toplayaraq tam heyətlə sahəni özbaşına tərk etmişdir. İddiaçı MMC tərəfindən "xxxx" MMC-nin icra etdiyi işlər müqavilə şərtlərinə, habelə tikinti – inşaat normalarına uyğunluğunun yoxlanılması məqsədilə komissiya yaradılmışdır. Araşdırma zamanı komissiya qranit döşənmiş sahələrdə ara doldurulması işlərinin görülməməsi, əksər hissələrdə qranitlərin qopması, bütün ərazilərdə qranitin üzərinə hopmuş və qurumuş beton qalıqlarının təmizlənməyərək saxlanılması, aqlay daşlarının ara doldurulması işlərinin aparılmaması, daşların keyfiyyət və rənglərində kəskin fərqlərin olması, aqlay divar üzləməsində qopmaların olması, heç bir ərazidə cilalama və ara doldurma işlərinin aparılmaması, daşların ölçülərinin qəbul edilmiş ölüçlərdən fərqli olması, bordyurların ara dolğularının vurulmaması, üzərinin hopmuş və bərkimiş beton qalıqlarından təmizlənməməsi, tamet daşlarının ara doldurulması işlərinin aparılmaması, keyfiyyətsiz daşlardan istifadə edilməsi, əksər sahələrdə tamet üzlərinin təmizlənməməsi, sandstone daşlarının pilləkən hissələrdə cilalanmaması, qırılmış daşaların yenisi ilə əvəzlənməməsi və üzərinin təmizlənməməsi, Gold sedec daşları quraşdırıldıqdan sonra çökmüş hissələrin mövcud olması və layihəyə uyğun quraşdırılmaması, qırılmış daşların yenisi ilə əvəzlənməməsi, boya təmir işlərində rəng fərqlərinin olması, su izolyasiyasının keyfiyyətsiz icrası hallarını müəyyən etmişdir. 06 oktyabr 2020-ci il tarixli kassa məxaric orderində Qanuni nümayəndə adı yazılsa da, həmin pulları "xxxx" MMC-nin işçisi X2 imzalayaraq almışdır.
9. Cavabdeh MMC əlavə olaraq bildirmişdir ki, "xxxx" MMC "xxxx" MMC tərəfindən ziyan vurulmasını təsdiq edən heç bir sənədi məhkəməyə təqdim edə bilməmiş, ödəniş tapşırıqlarını əsas tutaraq guya ona zərər vurulmasını əsaslandırmağa çalışmışdır. Halbuki, həm 18 noyabr 2020-ci il tarixdə AED MMC-nin mühasibi Şahin Hüseynov tərəfindən forma 2, həm də İddiaçı vəkili Surət Məmmədovun 15 yanvar 2021-ci il tarixli Pretenziya Məktubuna 21 yanvar 2021-ci il tarixli cavab məktubu ilə əlavəyə binalar üzrə görülmüş aktlar göndərilmişdir. Hər dəfə cavabdehin direktoru Qanuni nümayəndə tərəfindən "xxxx" MMC-nin direktoru Anar Məmmədov ödənişlə bağlı zəng olunarkən o, qısa zamanda ödənişi edəcəklərini bildirmişdir. Lakin sonradan məlum olmuşdur ki, "xxxx" MMC "xxxx" MMC-yə qarşı pul tələbinə dair məhkəmədə iddia qaldırmışdır. Faktiki olaraq görülmüş işlərə görə 5 ədəd akt tərəflərin səlahiyyətli nümayəndələri tərəfindən imzalanmış və təsdiq olunmuş, bununla bağlı təhvil verilən sahələrə uyğun olaraq hissə-hissə ödənişlər edilmiş, lakin ödənişlər tam edilməmişdir. İndiki vəziyyətdə Sifarişçi ödənişi etməmək üçün Forma 2-ni bəhanə gətirərək məsuliyyətdən yayınmaq istəyir. Lakin həm müqavilənin, həm də qanunvericiliyin birbaşa tələbidir ki, icra olunmuş işə görə muzd ödənilməlidir. 2020-ci ilin dekabr ayının 2-də "xxxx" MMC bəhanə ilə "xxxx" MMC-nin işçilərini heç bir səbəb olmadan iş sahəsindən kənarlaşdırmış və daha sonra güya işlərdə qüsur olması ilə günahlandırmış, lakin hər-hansı qüsur aktı təqdim edə bilməmiş yə nəticədə ödənişdən yayınmağa cəhd etmişdir. "xxxx" MMC-nin layihə rəhbəri Etibar Mustafayev, sahə rəhbəri Rauf Həşimov və keyfiyyətə nəzarət üzrə mühəndisi Hafiz Mirzəyev görülən işlərin miqdarını öz imzaları ilə təsdiq edərək qeyd olunan və məhkəməyə təqdim olunan aktlar imza atmaqla işlərin görülməsini təsdiq etmişlər. 340151 manat vəsaitin güya 55151 manatı avans olaraq köçürülmüşdür. Lakin 55151 manat tikinti işlər üçün köçürülmüş, iş təhvil verilmiş və bununla bağlı tərəflərin səlahiyyətli nümayəndələrinin imzaları ilə aktlar təsdiq olunmuşdur. Həmin aktların surətləri məhkəməyə təqdim olunmuşdur. İşin faktiki olaraq 2020-ci ilin aprel ayından başlanması nəzərə alınsa avans olaraq ödəniş tapşırığında göstərilən 55151 manat vəsait işin başlamasından əvvəl ödənilməli idi, bu halda isə iş başladıqdan 3 ay sonra 13 iyul 2020-ci il tarixdə həmin vəsait Cavabdeh MMC-yə ödənilmiş, buna görə "xxxx" MMC-yə ENAM seriyalı 297855 saylı elektron qaimə təqdim olunmuş, qaiməyə görə malın dəyəri 55151 manat, ƏDV olaraq 9927,18 manat vəsait köçürülmüşdür. Bu isə onu sübut edir ki, qeyd olunan məbləğ avans hesab oluna bilməz. 06 oktyabr 2020-ci il tarixdə Cavabdeh MMC-nin direktoru Qanuni nümayəndə "xxxx" MMC-nin adından Osman İsmayılzadə adlı şəxs güya 30000 manat pul ödəməsini təsdiq edən kassa məxaric orderini məhkəməyə təqdim etmişlər. Halbuki, həmin pulun nəyə görə rəsmi köçürmə ilə deyil əldən verilməsi məhkəməyə izah olunmamışdır, ümumiyyətlə tərəflər arasında müqavilə olduğu halda nə üçün bu formada guya pul verilməsini təsdiq etməyə çalışırlar. Həmin orderin nömrəsi yoxdur, il qrafasında qaralama vardır, alan şəxs yerində pasport məlumatları qrafası boşdur, həmçinin Abbasov Dovranın özünün bildirməsinə görə imza ona məxsus deyildir, o, qeyd olunan məbləği almamış, bu sənəddən məlumatsızdır. "xxxx" MMC məhkəməyə özünün komputerdə hazırladığı sənədi məxaric orderi kimi təqdim edərək məhkəmədə yanlış təsəvvür formalaşdırmışdır. Belə ki, ciddi hesabat balankları xüsusi icazəsi olan şirkətlər tərəfindən holoqramla, Maliyyə Nazirliyinin xüsusi reyestr nömrələri ilə nömrələnməklə sifarişçilərə təqdim olunur. Bu halda isə, qeyd olunan order ciddi hesabat sənədi hesab oluna bilməz.
10. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-88/2022 nömrəli qətnaməsi ilə ilk iddianın qismən təmin edilməsi, 80000 manat məbləğində pul vəsaitinin Cavabdehndən tutularaq İddiaçınə ödənilməsi, İddiaçı iddiasının qalan hissədə rədd edilməsi, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 6 manat məbləğində pul vəsaitinin Cavabdehndən tutularaq İddiaçınə ödənilməsi, Cavabdeh İddiaçınə qarşı pul tələbi barədə qarşılıqlı iddiasının rədd edilməsi, məhkəmə tikinti – texniki ekspertizalarının keçirilməsinə xərclənmiş 200 manat məbləğində pul vəsaitinin 157 manat məbləğində hissəsinin İddiaçındən, 43 manat məbləğində hissəsinin Cavabdehndən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir.
11. İddiaçı MMC apellyasiya şikayəti verərək, həmin qətnamənin ilk iddianın rədd edilməsi hissəsində ləğv olunması, ilk iddia tələbinin tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Cavabdeh MMC də apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edərək, ilk iddianın qismən təmin edilmiş hissəsinin rədd edilməsi, qarşılıqlı iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri
13. İddiaçının apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Forma 2 aktı təhviltəslimin yekun nəticəsidir, forma 2 aktı yoxdursa, təhvil-təslim müəyyən edilə bilməz. Qətnamədən belə nəticəyə gəlmək olar ki, 372000 manat məbləğində ziyanın yalnız 80000 manat məbləğində görülən işlər forma 2 aktı ilə rəsmiləşdirilməyibdir. Qalan 292000 manat məbləğində işlər forma iki aktı ilə təhvil-təslim edilmişdir. Bundan başqa xx.xx.2022-ci il tarixdə vəkil kabineti vasitəsi ilə Cavabdeh MMC bir neçə elektron qaimə və forma 2 akını məhkəmə elektron sistemində yerləşdirməklə görülmüş işlərin təhvil verilməsi görüntüsü yaratmağa cəhd etmişdir. Lakin, təqdim edilən forma 2 aktlarından görünür ki, İddiaçı MMC işləri qəbul etməyibdir. Belə olan halda avans olaraq Cavabdeh MMC-yə ödənilən 372000 manat pul İddiaçı MMC-yə geri qaytarılmalıdır. Eyni zamanda elektron qaimələr təhvil-təslim aktını forma 2-ni əvəz edə bilməz. Bundan başqa Cavabdeh MMC-nin rəhbərliyi İddiaçı MMC-nin işgüzar nüfuzuna zərər vurmuşdur. Belə ki, Cavabdeh MMC-nin direktoru Qanuni nümayəndə oğli bilərəkdən İddiaçı MMC-nin rəhbər şəxsləri barədə həqiqətə uyğun olmayan yalan məlumatlar yaymış, İddiaçı MMC-nin işçilərini təhqir etmiş, hədəqorxu gələrək onlardan pul tələb etmişlər. Bu hissədə məhkəmə tam və hərtərəfli araşdırma aparmadığına dair irad bildirilməlidir.
14. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə araşdırması zamanı iddiaçı işlərin qüsurlu görülməsi səbəbi ilə özü işləri icra edib sifarişçiyə təhvil verilməsini sübut etməyə çalışmış, lakin bunu təsdiq edən heç bir sübut məhkəməyə təqdim edə bilməmişdir. İddiaçı tərəfdən məhkəməyə təqdim olunmuş sənədlərlə işçilərinin şahid ifadələri bir-birinə zidd olmasına, AED MMC tərəfindən Forma 2-lərin və işlərin görülməsi həcmini təsdiq edən aktlar məhkəməyə təqdim olunmasına baxmayaraq, məhkəmə tərəfindən iddiaçı tərəfin xeyrinə birtərəfli qətnamə qəbul edilmişdir. Məhkəmə işin faktiki hallarına, təqdim olunmuş sübutlara düzgün hüquqi qiymət verə bilməmiş, nəticə də yanlış qərar qəbul etmişdir. CY1, CY2, CY 3, CY 7 və Beyond C2 işlərin görülməsinə dair aktlara əsasən görülən işlərin həcmi öz təsdiqini tapmış, lakin tərəflər arasında 02 mart 2020-ci il tarixdə mallar/işlər/xidmətlərin göstərilməsi barədə 0203/2020 saylı bağlanmış müqavilənin 1 saylı əlavəsi ilə X1 nəzərdə tutulan ödənişlər hələ də edilməmişdir. Məhkəməyə təqdim olunmuş elektron qaimə fakturalara əsasən işlər təhvil verilmiş və ödənişlər edilmişdir. Belə olan halda məhkəmə hansı fakta əsasən Cavabdeh MMC tərəfindən GRC işlərinin tamamlanması üçün ödənilmiş 80000 manatlıq tikinti-quraşdırma işlərinin görülmədiyinə qənaətinə gəlməsi aydın deyil. Bundan əlavə heç bir elektron qaimədə GRC işlərinə görə 80.000 manat vəsaitin Cavabdeh MMC-yə ödənilməsi öz əksini tapmadığı halda ekspertin və məhkəmənin belə qənaətə gəlməsi qanunsuzdur. Həmçinin tərəflərindən verilmiş vəsatətdə göstərilmişdir ki, ekspert rəyində müxtəlif vaxtlarda 370151,0 manat avans vəsaitinin Cavabdeh MMC-yə sifarişçi tərəfindən, daha sonra xx.xx.2020-ci il tarixdə ödənilmiş 80.000 (ƏDV-siz) manat avans vəsaitinin ödənildiyinə istinad etmişdir. Lakin, Cavabdeh MMC tərəfindən sifarişçiyə təqdim edilmiş elektron qaimələrin heç birində avans ödənişi barədə qeyd aparılmamış, qaimələr göndərilərkən sifarişçi tərəfindən qaimələr təsdiq olunaraq işlərin görülməsinə dair vəsaitlər köçürülmüşdür. Ekspert köçürülən vəsaitin avans olmasını təsdiq edən heç bir sənədi araşdımadan birətərfli iddiaçının təqdim etdiyi sənədlərə əsasən qərəzli mövqe göstərmişdir. Ümumiyyətlə 80.000 manat vəsaitin GRC işləri üçün İcraçıya ödənilməsi ekspert tərəfindən necə müəyyən olunması məlum deyildir. Göstərilən məbləğlər arasında olan uyğunsuzluqların aydınlaşdırılması üçün əlavə ekspertiza təyin olunması barədə vəsatətə məhkəmə tərəfindən münasibət bildirilməmiş və məhkəmə prosessual qanunvericiliyin tələblərini pozmaqla ədalətsiz qətnamə qəbul etmişdir
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Apellyasiya şikayətlərinə qarşı yazılı etiraz daxil olmamışdır c) Məhkəmə icraatı iştirakçılarının izahatları
16. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2, cavabdehin nümayəndəsi Qanuni nümayəndə və cavabdehin nümayəndəsi və vəkili Nümayəndə3 təmsil etdikləri şəxslərin apellyasiya şikayətini müdafiə etdilər və əks tərəfin apellyasiya şikayətinə etiraz etdilər.
TƏTBİQ EDİLƏN HÜQUQ
17. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
18. Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
19. Həmin Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
20. Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
21. Həmin Məcəllənin 762.1-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun.
22. Həmin Məcəllənin 762.2-ci maddəsinə əsasən Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır.
23. Həmin Məcəllənin 763.1-ci maddəsinə əsasən əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər.
24. Həmin Məcəllənin 764.1-ci maddəsinə əsasən əgər podratçı xərclərin tənasübsüzlüyünə baxmayaraq, əlavə icradan imtina etməzsə, lakin əlavə icra üçün müəyyənləşdirilmiş müddət nəticəsiz qurtararsa, sifarişçi qüsuru özü aradan qaldırıb çəkdiyi xərclərin əvəzini ödəməyi tələb edə bilər.
25. Həmin Məcəllənin 765-ci maddəsinə əsasən məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur.
26. Mülki Prossesual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
27. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
28. Həmin Məcəllənin 103.2-ci maddəsinə əsasən ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır.
29. Həmin Məcəllənin 209.3-cü maddəsinə görə işə mahiyyəti üzrə baxılmasının qurtardığı elan edilənədək işdə iştirak edən şəxslər tərəfindən onlara məlum olan hallar və sübutlar təqdim olunmamışsa, işə mahiyyəti üzrə baxılmasının qurtardığı elan edildikdən sonra heç kəs məhkəmə iclasında araşdırılmamış hallara və sübutlara istinad etməyə haqlı deyildir.
30. Həmin Məcəllənin 361.4-cü maddəsinə görə apellyasiya şikayətini verən şəxsin birinci instansiya məhkəməsinə təqdim edilməyən yeni sübutlara istinad etməsinə yalnız o hallarda yol verilir ki, o, şikayətdə həmin sübutların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu əsaslandırsın.
31. Həmin Məcəllənin 372.2-ci maddəsinə görə yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
32. Həmin Məcəllənin 380.1-ci maddəsinə görə tərəflərin izahatlarından sonra məhkəmə zərurət olduqda işdə olan sübutları elan edir, habelə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab edərsə, araşdırır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
33. Məhkəmə kollegiyası hesab edir ki, ilk iddia rədd edilməlidir.
34. Belə ki, iddiaçı cavabdehin podrat işlərini gecikdirməsi əsasına görə deyil (apellyasiya baxışı zamanı iddiaçının mövqeyi bir daha dəqiqləşdirilmişdir), məhz qüsurlu və natamam görməsi əsasına görə ona 372000 manat zərər dəydiyinə istinad edərək, həmin tələbi irəli sürmüşdür. Belə ki, o, bildirir ki, Cavabdeh MMC tərəfindən işlər qüsurlu və natamam yerinə yetirilmişdir. Buna görə də o, yarımçıq qalmış işlərin yerinə yetirilməsi üçün yeni işçi qüvvəsi cəlb etmiş və nəticədə, ona 372000 manat məbləğində ziyan dəymişdir. Həmin məbləği o, Cavabdeh MMC-nin hesabına görülmüş işləri qəbul etmədən avans olaraq vermişdir.
35. Zərərin ödənilməsi məsələlərini tənzimləyən və ümumi norma kimi çıxış edən Mülki Məcəllənin 21.2-ci maddəsinin, həmçinin hazırkı mübahisə üzrə xüsusi norma kimi çıxış edən Mülki Məcəllənin 443-cü maddəsinin mənasına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin öhdəliyi pozulması nəticəsində vurulması, zərərlə öhdəliyin pozulması arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması.
36. Yalnız qeyd olunan əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər.
37. Eyni zamanda podratın qüsurları ilə bağlı məsələlər Mülki Məcəllənin 762-765-ci maddələrində göstərilmişdir.
38. Lakin hazırki işdə qeyd olunan maddələrin dispozisiya şərtləri müəyyən edilmir.
39. Belə ki, iddia tələblərinin əsaslı hesab edilməsi üçün iddiaçı (sifarişçi) sübut etməlidir ki, podrat işləri natamam və qüsurlu görülmüş, sifarişçi həmin qüsurları aradan qaldırmış və o, bunun nəticəsində maddi itkiyə məruz qalmışdır.
40. Lakin hazırkı işdə qeyd olunan əsaslar və hallar müəyyən edilmir.
41. Belə ki, iddiaçı 372000 manatı cavabdehə məhz avans olaraq verdiyini bildirir.
42. Bununla bağlı kollegiya qeyd edir ki, əvvəla iddiaçının təqdim etdiyi ödəniş sənədlərinə əsasən müəyyən olunur ki, iddiaçı cavabdehin hesabına ümumilikdə 340151 manat vəsait köçürmüşdür.
43. Nağd qaydada, yəni 06 oktyabr 2020-ci il tarixli kassa məxaric orderinə əsasən 30000 manat məbləğində pul vəsaiti ödənilməsini isə cavabdeh qəbul etmir. Həmin vəsaitin ödənilməsi qəbul edilsə belə, ödənilmiş cəmi məbləğ 372000 manat deyil, 370151 manat təşkil edir.
44. Bundan başqa həmin sənədlərdən müəyyən olunur ki, iddiaçı tərəfindən ödənişlər 2020-ci ilin ayrı-ayrı aylarında həyata keçirilmişdir və yalnız 13 iyul 2020-ci il tarixdə 55151 manat cavabdehə xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən avans olaraq ödənilmiş və bununla bağlı qeyd ödəniş tapşırığında qeyd edilmiş, digər ödəniş qəbzlərində və kassa məxaric orderində isə ödənişlərin avans olaraq ödənilməsi ilə bağlı hər hansı qeyd mövcud deyildir.
45. Göründüyü kimi iddiaçı tərəfindən cavabdehə yalnız 55151 manat avans ödənilmiş, digər ödənişlər isə adi qaydada işlər görüldükcə həyata keçirilmişdir.
46. Eyni zamanda iddiaçı podratın qüsurlu olduğunu bildirsə də, bunu təsdiq edən heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir.
47. İddiaçı tərəfindən təqdim edilən sübutlar isə podratın qüsurlu olduğunu və həmin qüsurun məhz öz hesabına aradan qaldırdığını təsdiq etmir.
48. Belə ki, iddiaçı özü həmin sübutları şərti olaraq 3 qrupa bölmüşdür:
49. Birincisi, Cavabdeh MMC-nin müqavilə şərtlərini pozduğuna görə Baş Sifarişçi tərəfindən "xxxx" MMC-yə ünvanlanmış məktublar və müvafiq qüsurları təsdiqləyən sənədlər. Müvafiq natamamlıq və qüsurların İddiaçı MMC tərəfindən aradan qaldırılmasını və Baş Sifarişçinin həmin işləri qəbul etməsini təsdiqləyən sənədlər.
50. Lakin, iş materiallarından müəyyən olunur ki, podrat işləri üzrə İddiaçı MMC ilə Cavabdeh MMC arasında çoxsaylı mail yazışmaları olmuş, lakin həmin yazışmalarda iddiaçı işlərin keyfiyyətsiz və ya qüsurlu olması ilə bağlı heç vaxt, heç bir qeyd aparmamışdır.
51. Bundan əlavə, İddiaçı MMC-nin 30 noyabr 2020-ci il tarixli, K-01/2020 №-li əmrinə əsasən 02 mart 2020-ci il tarixli, 0203\2020 №-li müqavilə əsasında Cavabdeh MMCnin yerinə yetirdiyi işlərin müqavilə şərtlərinə, habelə tikinti – inşaat normalarına uyğunluğunun yoxlanılması məqsədilə komissiyalar yaradılmışdır.
52. 04 dekabr 2020-ci il tarixdə tərtib olunmuş aktlarda qeyd edilmişdir ki, işlərin keyfiyyətsiz görülmüş, təhvilə məqbul sayılmamış və baş sifarişçinin tələblərinə cavab vermir, Cavabdeh MMC üzərinə qoyulmuş öhdəlikləri tam yerinə yetirmədiyi səbəbindən baş sifarişçi olaraq "xxxx" MMC 06 noyabr 2020-ci il tarixli məktubuna əsasən GRC işlərinin tamamlanması podratçı şirkət olan İddiaçı MMC-nin iş həcmindən çıxarılmaqla 112000 ABŞ dolları həcmində pul azaldılmış və üçüncü şirkətə tapşırılmış, İddiaçı MMC "xxxx" MMC tərəfindən 251801,62 manat məbləğində cərimələnmişdir.
53. Bununla yanaşı, işdə olan ödəniş sənədinə əsasən müəyyən olunur ki, komissiyalar yaradıldığı tarixdən 2 gün sonra, yəni 02 dekabr 2020-ci il tarixdə İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə 25000 manat məbləğində pul vəsaiti ödənilmişdir.
54. Hazırki məhkəmə iclasında da iddiaçının nümayəndəsi əgər görülmüş işlər qüsurlu idisə və bununla bağlı kommisiyalar yaradılmışdırsa ödənişləri etməkdə nə üçün davam etməsi barədə sədrlik edənin suallarına heç bir cavab verə bilməmişdir.
55. Qeyd olunan halları və əmrlə aktların birtərəfli qaydada iddiaçı tərəfindən tərtib edildiyini nəzərə alaraq kollegiya həmin sənədləri mötəbər sübut kimi qəbul etmir.
56. İşlərin natamam görülməsi və forma 2 və təhvil-təslim aktlarının təqdim edilməməsi ilə bağlı iddiaçının dəlilləri də əsassızdır.
57. Belə ki, iş materiallarında podrat müqaviləsinə dair forma 2 və təhvil-təslim aktları adlı sənədlər mövcud olmasa da, cavabdeh tərəfindən CY1, CY2, CY3, CY 7 və Beyond C-2 işlərin görülməsinə dair sənədlər təqdim edilmişdir. Həmin sənədlərdə görülən işlərin miqdarları qeyd olunmuşdur və onların hər biri İddiaçı MMC-nin səlahiyyətli nümayəndəli tərəfindən təsdiq edilmişdir (cild 1, i/v 48-53).
58. Kollegiya hesab edir ki, həmin sənədlər “forma 2” və ya “təhvil-təslim aktları” adlandırılmasa da, onların məzmununda müəyyən olunur ki, həmin sənədlər məhz görülən işlərin miqdarlarının təsdiq edilməsi üçün tərtib edilmişdir və bu da iddiaçı tərəfindən imzalanmışdır.
59. İddiaçı tərəfindən təqdim edilən digər iki qrup sübut isə aşağıdakı kimidir:
60. İddiaçı MMC-nin natamamlıq və qüsurların aradan qaldırılmasına cəlb etdiyi işçilərə görə çəkdiyi xərclər. Bu qrupdakı sənədlər də öz növbəsində 3 alt-qrupda toplanıb: İddiaçı MMC-nin natamamlıq və qüsurların aradan qaldırılmasına cəlb etdiyi işçilərin işçinin işə qəbul edilməsi və işdən azad olunmasına dair elektron informasiya sistemindən müvafiq çıxarışlar. Həmin işçilərə əmək haqqı ödənilməsini təsdiq edən sənədlər. Həmin işçilərə görə İddiaçı MMC tərəfindən məcburi dövlət sosial sığorta haqqı və icbari tibbi sığorta haqqı ödənilməsini təsdiqləyən sənədlər.
61. İddiaçı MMC-nin natamamlıq və qüsurların aradan qaldırılması üçün istifadə etdiyi mal-materialların alınmasına çəkilən xərcləri təsdiqləyən sənədlər. Qeyd edilən sənədlər, müvafiq mal-materialların alınmasına sərf edilmiş vəsaitləri və həmin malmaterialların İddiaçı MMC-nin Tikinti Sahəsinə daxil olmasını təsdiqləyən sənədlərdir. Mal-materialların alışı ilə bağlı sənədlər (elektron qaimələr, ödəniş tapşırıqları, ƏDV sub-uçot hesabından Çıxarışlar). Mal-materialların Tikinti Sahəsinə daxil olması barədə sənədlər.
62. Kollegiya qeyd edir ki, İddiaçı MMC tərəfindən təqdim edilən çoxsaylı işçilərin işə götürülməsi və işdən azad olunmasına dair elektron informasiya sistemindən müvafiq çıxarışlar, o cümlədən həmin şəxslərə əmək haqqı ödənilməsini təsdiq edən sənədlər, həmçinin mal-materialların alınmasını təsdiq edən sənədlər istinad edilən qüsurların məhz İddiaçı MMC tərəfindən aradan qaldırılmasını təsdiq edən sübut kimi qiymətləndirilə bilməz.
63. Çünki həmin faktlar özü-özlüyündə çoxsaylı işçilərin iddiaçı tərəfindən işə götürülməsi və malların alınması faktını təsdiq etsə də, həmin işçilərin məhz mübahisəli və cavabdehə podrat işlərinin görülməsi üçün verilmiş ərazidə işləməsi və mal-materialların da məhz sonradan mübahisəli ərazidə qüsurların aradan qaldırılması üçün istifadə olunması konkret heç bir sübutla təsdiq olunmur.
64. Əlavə olaraq, tərəflərin izahatlarından müəyyən olunur ki, baş sifarişçi tərəfindən iddiaçıya böyük ərazidə işlərin görülməsi sifariş edilmiş, iddiaçı tərəfindən cavabdehə isə onun müəyyən hissəsində işlərin görülməsi sifariş edilmişdir. Buna görə də, həmin işçilərin iddiaçının sahibliyində olan digər sahədə işləməsi faktı da istisna olunmur.
65. Bundan başqa, İddiaçı MMC tərəfindən həmin qüsurların aradan qaldırılması barədə sübutlar (smeta sənədləri, işlərin görülməsi barədə aktlar və s.) təqdim edilməmişdir.
66. Göründüyü kimi iddiaçı 372000 manat dəyərində zərərin mövcud olmasını sübut edə bilməmişdir.
67. Eyni zamanda görülmüş işlərin həcmi və dəyərinin müəyyən edilməsi məqsədi ilə birinci instansiya məhkəməsi tərəfindən iş üzrə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 10/3847 nömrəli, 01 oktyabr 2021-ci il tarixli ekspert rəyi verilmişdir.
68. Həmin rəyə əsasən 02 mart 2020-ci il tarixli, 0203/2020 saylı müqavilə üzrə icraçı Cavabdeh MMC tərəfindən Bakı şəhəri, Xətai rayonu, “Ağ Şəhər” kompleksində Cavabdeh MMC tərəfindən yerinə yetirilmş tikinti-quraşdırma işləri faktiki olaraq tamamlandığından, həmin işlər üzrə ümumilikdə hər hansı qüsur müəyyən olunmamışdır. Lakin 2-ci korpusun qarşısında pilləkən marşında və meydançasında vurulmuş üzlük plitələrdən 2 ədədinin kənar hissəsinin sındığı və bəzi yerlərdə üzlük plitələrin arasındakı doldurucu məhlulun ovulub dağıldığı müəyyən edilmişdir ki, həmin hissələrin bərpa olunması üçün sərf edilməli xərclərin dəyəri təqribən 150 manat məbləğində müəyyən edilmişdir.
69. Ekspert tərəfindən yalnız 1-ci sual üzrə araşdırma aparıldığı, 2-ci sualda Cavabdeh MMC tərəfindən görülmüş işlərdə natamamlıq və qüsurların mövcud olduğu təqdirdə işlərin tamamlanması və qüsurların aradan qaldırılması üçün sifarişçi İddiaçı MMC tərəfindən hansı məbləğdə əlavə vəsait sərf edildiyi soruşulmaqla bu barədə sənədlər iş materiallarına əlavə edilsə də, ekspert yalnız mövcud olan qüsurlar barədə nəticəyə gəldiyi, təqdim olunmuş sənədlər isə ümumiyyətlə araşdırılmadığı səbəbindən birinci instansiya məhkəməsi tərəfindən iş üzrə təkrar məhkəmə tikintitexniki ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 10/6387 nömrəli, 18 may 2022-ci il tarixli ekspert rəyi verilmişdir.
70. Həmin rəyə əsasən Bakı şəhəri, Xətai rayonu, “Ağ Şəhər” kompleksində 02 mart 2020-ci il tarixli, 0203/2020 saylı müqavilə üzrə yerinə yetirilmiş tikinti-quraşdırma işləri faktiki olaraq baxış zamanı tamamlandığı müəyyən olunmuşdur. İş materiallarından olan foto şəkillərə, bağlanmış aktlara əsasən, tədqiq olunan ərazidə Cavabdeh MMC tərəfindən yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin qüsurlu, yarımçıq olduğu və görülməli GRC işlərinin tamamlanması aparılmadığını müəyyən olunur. Eyni zamanda iş materiallarından görünür ki, Cavabdeh MMC tərəfindən görülmüş yarımçıq qüsurlu işlərin bərpası mümkün olmadığı üçün, İddiaçı MMC (“Sifarişçi”) tərəfindən Cavabdeh MMC tərəfindən aparılmış tikinti işlərinin yenidən qurularaq baş sifarişçiyə təhvil verilmişdir. Eləcə də Cavabdeh MMC tərəfindən görülmüş tikinti-quraşdırma işləri yarımçıq və qüsurlu olduğu üçün, aparılmış tikinti işlərinin qəbul olunmasına dair hər-hansı Forma 2 Aktları İddiaçı MMC-yə təqdim edə bilməmişdir. Belə ki, iş materiallarından əsasən İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə aparılmalı tikintiquraşdırma işlərinə dair ayrılmış 370151,0 (ƏDV xaric) manat vəsait ödənilmişdir. Lakin Cavabdeh MMC tərəfindən GRC işlərinin tamamlanması üçün ödənilmiş 80000 manatlıq tikinti-quraşdırma işləri görülməmiş, digər vəsaitlərin tikinti-quraşdırma işlərin yerinə yetirilməsinə dair Forma 2 aktları sifarişçiyə təqdim edilməmişdir. Cavabdeh MMC tərəfindən görülmüş yarımçıq qüsurlu işlərin bərpası mümkün olmadığı səbəbindən, İddiaçı MMC (“Sifarişçi”) tərəfindən aparılmış söküntü və yenidən quraşdırma işlərinə dair smeta sənədləri iş materiallarında olmadığı üçün, aradan qaldırılması hansı məbləğdə sərf edilməsinə dair tədqiqat aparılmadı.
71. Kollegiya hesab edir ki, həmin ekspert rəyi də kifayət qədər tam və aydın deyil. Çünki ekspert tərəfindən ümumi cümlələrdən istifadə edilmiş və iş materiallarında olan iddiaçının tərtib etdiyi sənədlərə istinad edilmişdir.
72. Həmin ekspert rəyində Cavabdeh MMC tərəfindən GRC işlərinin tamamlanması üçün ödənilmiş 80000 manatlıq tikinti-quraşdırma işlərinin görülməməsi isə smeta və ya digər sənədlər əsasında deyil, İddiaçı MMC-nin xx.xx.2020-ci il tarixli K01/2020 nömrəli əmrinə əsasən yaradılmış kommisiyanın tərtib etdiyi xx.xx.2020-ci il tarixli yoxlama aktına əsasən müəyyən edilmişdir. Göründüyü kimi həmin hissədə ekspert rəyi tam əsassızdır.
73. Qeyd olunanlar nəzərə alınaraq hazırki apellyasiya baxışı zamanı iş üzrə əlavə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 10/224 nömrəli, 07 iyun 2023-cü il tarixli ekspert rəyi verilmişdir.
74. Həmin rəyə əsasən İddiaçı MMC (“Sifarişçi”) ilə Cavabdeh MMC (“İcraçı”) arasında müvafiq xidmətlərin göstərilməsi ilə bağlı 02 mart 2020-ci il tarixdə bağlanmış 0203/2020 saylı müqavildə və müqaviləyə əlavə olunmuş əlavədə işin 1-cildinin 48- 53-cü vərəqələrində olan “görülən işlərin miqdarını təsdiq etmək üçün” tərtib edilmiş cədvəllərdə əks olunan podrat işlərinin qiymətləri tam göstərilmədiyindən, həmin “görülən işlərin miqdarını təsdiq etmək üçün” tərtib edilmiş cədvəllərdə əks olunan podrat işlərinin dəyəri müəyyən etmək mümkün olmadı. İşin 1-ci cildinin 202-381-ci vərəqələrində və 2-ci cildin 1-81-ci vərəqələrində olan "xxxx" MMC tərəfindən tərtib olunmuş fotoşəkilli cədvəllərdə göstərilən qüsurlu podrat işləri işin 1-cildinin 48-53-cü vərəqələrində olan “görülən işlərin miqdarını təsdiq etmək üçün” tərtib edilmiş cədvəllərdə əks olunan podrat işlərinə aid olduğu müəyyən edilir. Qeyd: Bakı şəhəri, Xətai rayonu, “Ağ Şəhər” kompleksində tikinti-quraşdırma işləri faktiki olaraq baxış zamanı tamamlandığı və hər-hansı bir qüsur olmadığı müəyyən edilimişdir. Lakin iş materiallarından olan foto şəkillərə, bağlanmış aktlara əsasən, tədqiq olunan ərazidə Cavabdeh MMC tərəfindən 02 mart 2020-ci il tarixli, 0203/2020 saylı müqavilə üzrə yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin qüsurlu, yarımçıq olduğu və görülməli GRC işlərinin tamamlanması aparılmadığı müəyyən olunur. Eyni zamanda iş materiallarından görünür ki, “AED" MMC tərəfindən görülmüş yarımçıq qüsurlu işlərin bərpası mümkün olmadığı üçün, "xxxx" MMC (“Sifarişçi”) tərəfindən Cavabdeh MMC tərəfindən aparılmış tikinti işlərinin yenidən qurularaq baş sifarişçiyə təhvil verilmişdir. Həmçinin “AED" MMC tərəfindən görülmüş tikinti-quraşdırma işləri yarımçıq və qüsurlu olduğu üçün, aparılmış tikinti işlərinin qəbul olunmasına dair hər-hansı Forma 2 Aktları İddiaçı MMC-yə təqdim edə bilməmişdir. 1-ci cildinin 202-381-ci vərəqələrində və 2-ci cildin 1-81-ci vərəqələrində olan “Paşa İnşaat" MMC tərəfindən tərtib olunmuş fotoşəkilli cədvəllərdə göstərilən qüsurlu podrat işlərinin aradan qaldırılması üçün “Tutto Bello" MMC (“Sifarişçi”) tərəfindən aparılmış söküntü və yenidən quraşdırma işlərinə dair smeta sənədləri iş materiallarında olmadığından, "Tutto Bello” MMC tərəfindən tamamlanma və qüsurların aradan qaldırılması hansı məbləğdə vəsaitin sərf edilməsini müəyyən etmək mümkün olunmadı.
75. Göründüyü kimi iddiaçının istinad etdiyi əsas hal – qüsurların aradan qaldırılması ilə bağlı xərclərin çəkilməsi ekspert rəyi ilə də öz təsdiqini tapmır. Çünki iddianın əsaslı hesab edilməsi üçün qüsurların aradan qaldırılması ilə bağlı smeta sənədləri təqdim edilməli idi. Lakin həmin sənədlər təqdim edilmədiyinə görə ekspert də həmin məbləği müəyyən edə bilməmişdir.
76. Ekspert tərəfindən müəyyən edilən digər hallar isə konkret sənədlərə və tədqiqata deyil, yenə də iddiaçının birtərəfli qaydada tərtib etdiyi əmrə və aktlara əsaslanır.
77. İşin 1-ci cildinin 202-381-ci vərəqələrində və 2-ci cildin 1-81-ci vərəqələrində olan "xxxx" MMC tərəfindən tərtib olunmuş fotoşəkilli cədvəllərdə göstərilən qüsurlu podrat işləri işin 1-cildinin 48-53-cü vərəqələrində olan “görülən işlərin miqdarını təsdiq etmək üçün” tərtib edilmiş cədvəllərdə əks olunan podrat işlərinə aid olduğunun hansı qaydada müəyyən edilməsi isə ümumiyyətlə təsvir olunmayıb və ekspertin hansı tədqiqatı apararaq həmin halı müəyyən etdiyi məlum deyil.
78. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, həmin hissələrdə ekspert rəyi mötəbər sübut kimi qiymətləndirilə bilməz.
79. Bu baxımdan kollegiya hesab edir ki, ilk iddia tələbləri rədd edilməlidir.
80. Qarşılıqlı iddia tələblərinin qanuni əsasını isə həmin Məcəllənin 752.1-ci maddəsi təşkil edir.
81. Həmin iddia tələblərinin əsaslı hesab edilməsi üçün isə sübut olunmalıdır ki, podratçı (cavabdeh) tərəfindən podrat müqaviləsində müəyyən edilən işləri yerinə yetirilmiş, lakin sifarişçi (iddiaçı) onların dəyərini ödəməmişdir.
82. Lakin, "xxxx" MMC ona ödənilən məbləğdən artıq 84273 manat işlər gördüyünü bildirsə də, bunu təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir.
83. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 10/224 nömrəli, 07 iyun 2023-cü il tarixli ekspert rəyinə əsasən də həmin hal müəyyən edilməmişdir. Belə ki, tərəflər arasında bağlanmış 02 mart 2020-ci il tarixli müqavildə və müqaviləyə əlavə olunmuş əlavədə işin 1-cildinin 48-53-cü vərəqələrində olan "görülən işlərin miqdarını təsdiq etmək üçün” tərtib edilmiş cədvəllərdə əks olunan podrat işlərinin qiymətləri tam göstərilmədiyindən, həmin “görülən işlərin miqdarını təsdiq etmək üçün” tərtib edilmiş cədvəllərdə əks olunan podrat işlərinin dəyəri müəyyən etmək mümkün olmamışdır.
84. Apellyasiya baxışı zamanı cavabdehin təqdim etdiyi meyl yazışmaları və onlara əlavə olunmuş cədvəllər isə gecikdirilmiş sübut olduğu üçün qəbul edilə bilməz.
85. Belə ki, cavabdeh həmin sübutları birinci instansiya məhkəməsində təqdim etməmişdir.
86. Mülki Prosessual Məcəllənin 209.3, 361.4, 372.2 və 380.1-ci maddələrinin birgə təfsirindən də müəyyən edilir ki, birinci instansiya məhkəməsində işə mahiyyəti üzrə baxılmasının qurtardığı elan edildikdən sonra işdə iştirak edən şəxslər məhkəmə iclasında araşdırılmamış sübutlara istinad edə bilməzlər.
87. Apellyasiya icraatında isə həmin sübutlara yalnız o halda istinad edilə bilər ki, işdə iştirak edən şəxslər onların birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Lakin iddiaçı tərəfindən belə əsaslandırma gətirilməmişdir.
88. Kollegiya qeyd edir ki, Mülki Prosessual Məcəllənin qeyd olunan müddəaları imperativ qaydada müəyyən edildiyinə görə apellyasiya baxışında yeni sübutların qəbul edilməsi yalnız həmin normalarda müəyyən edilən qaydalara uyğun həyata keçirilə bilər.
89. İşin həqiqi hallarının müəyyən edilməsi məqsədi ilə həmin qaydaların tələblərinin nəzərə alınmaması isə mülki prosesin mühüm prinsipləri olan qanunçuluq, formal həqiqət, çəkişmə və tərəflərin bərabərliyi prinsiplərinə ziddir.
90. İddiaçının apellyasiya şikayətinin dəlillərinə dair qeyd edilir ki, iş materiallarında podrat müqaviləsinə dair forma 2 və təhvil-təslim aktları adlı sənədlər mövcud olmasa da, cavabdeh tərəfindən CY1, CY2, CY3, CY 7 və Beyond C-2 işlərin görülməsinə dair sənədlər təqdim edilmişdir. Həmin sənədlərdə görülən işlərin miqdarları qeyd olunmuşdur və onların hər biri İddiaçı MMC-nin səlahiyyətli nümayəndəli tərəfindən təsdiq edilmişdir. Həmin sənədlər “forma 2” və ya “təhviltəslim aktları” adlandırılmasa da, onların məzmununda müəyyən olunur ki, həmin sənədlər məhz görülən işlərin miqdarlarının təsdiq edilməsi üçün tərtib edilmişdir və bu da iddiaçı tərəfindən imzalanmışdır, habelə buna uyğun iddiamı tərəfindən ödənişlər edilmişdir. Cavabdehin iddiaçının işgüzar nüfuzuna zərər vurması ilə bağlı dəlillərə dair kollegiya qeyd edir ki, ümumiyyətlə iddia ərizəsində bununla bağlı hər hansı tələb irəli sürülməmiş və iddiaçı tərəfindən bunu təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir.
91. Qarşılıqlı iddianın rədd edilməsinə dair cavabdehin apellyasiya şikayətinin dəlilləri qarşılıqlı iddianın dəlilləri ilə eynilik təşkil edir və hazırki məhkəmə tərəfindən bu tələblərə yuxarıda münasibət bildirilmişdir. Ona görə də həmin dəlillərə münasibətdə qeyd olunanların təkrarlanmasına zərurət yoxdur.
92. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Mülki Prosessual Məcəllənin 385.1.1 və 385.1.2-ci maddələrində göstərilən əsaslara görə birinci instansiya məhkəməsinin qətnaməsi ilk iddianın qismən təmin edilməsi hissəsində ləğv edilməli və həmin hissədə iddia təmin edilməməli, qalan hissədə isə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri bərabər hissələrdə iddiaçı və cavabdehə aid edilməlidir.
93. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-88/2022 nömrəli qətnaməsi ilk iddianın qismən təmin edilməsi hissəsində ləğv edilsin və həmin hissədə iddia təmin edilməsin. Qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş məhkəmə ekspertizası tədqiqatlarının dəyəri olan cəmi 350 manat məbləğində pul vəsaiti bərabər hissələrdə İddiaçı MMC və Cavabdeh MMC-dən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Raqib Qurbanov
Hakimlər: Fuad Abdıyev
Məmməd Məmmədov