Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-571/2023 13.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Kazımov Elşən Cələddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı alqı-satqı müqaviləsi üzrə borcun tutulmasına dair iddiası Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e- 2-2(113)-1010/2023 nömrəli qətnaməsindən “X1 Company” MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı (iddia ərizəsinin birinci səhifəsində cavabdeh olaraq “X1 Company” MMC qeyd edilsə də, tələb hissəsində "xxxx" Açıq Səhmdar Cəmiyyətindən pul tutulması xahiş olunmuşdur) iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli HA№030\0719 saylı alqı-satqı müqaviləsi üzrə göndərilən xx.xx.2020-ci il tarixli EBAE seriyalı 891438 saylı elektron qaimə üzrə 17464.00 azn (14800.00 əsas – 2664.00 ƏDV məbləği) və xx.xx.2020-ci il tarixli EBAS seriaylı 538738 saylı elektron qaimə üzrə 122853.93 azn (104113.50 əsas18740.43 ədv məbləği) ümumi olaraq 140318.52 manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanılmış xx.xx.2019-cu il tarixli HA№030\0719 saylı alqı-satqı müqaviləsinə əsasən cavabdeh iddiaçıdan aldığı tikinti əşyalarının qarşılığında müəyyən məbləğdə pul ödəmək öhdəliyini üzərinə götürmüşdür. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehə maliyyə arayışının tərtib edildiyi xx.xx.2019-cu il tarixli HA№030\0719 saylı alqı-satqı müqaviləsi əsasında göndərilən xx.xx.2020-ci il tarixli – EBAE seriyalı 891438 saylı elektron qaimə üzrə 17464.00 manat (14800.00 əsas – 2664.00 ədv məbləği) və xx.xx.2020-ci il tarixli EBAS seriaylı 538738 saylı elektron qaimə üzrə 122853.93 manat (104113.50 əsas-18740.43 ədv məbləği) ümumi olaraq 140318.52 manat məbləğ vəsait bu günə gədər ödənilməmişdir. Cavabdehə öhdəliyinin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-1010/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh1 MMC qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-1010/2023 nömrəli qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-2(103)-571/2023 nömrəli qərardadı ilə apellyasiya şikayəti mümkün hesab edilərək icraata qəbul edilmişdir. İşə sonuncu dəfə baxılması xx.xx.2023-cü il tarixə təyin edilmiş, tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 MMC-nin apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması üçün əsaslar olmadığından şikayətin icraata qəbul edilməsi barədə qərardad ləğv edilərək şikayət qeyri-mümkün hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. 357.2-ci maddəsinə əsasən həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Prokuror bu Məcəllənin 50-ci və 306-cı maddələrində göstərilən hallarda məhkəmə baxışında iddiaçı və ya ərizəçi olarsa, məhkəmə aktlarından protest verə bilər. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-1010/2023 nömrəli qətnaməsindən görünür ki, hazırkı halda iddiaçının xeyrinə 140318.52 manat pul Cavabdeh1 MMC-dən deyil, "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutulmuşdur. Belə olan halda mübahisələndirilən qətnamə Cavabdeh1 MMC-nin maraqlarına toxunmur. Məhkəmə səhvən apellyasiya şikayətini iş üzrə cavabdeh tərəfindən verilmiş şikayət kimi icraata qəbul etmişdir. MPM-nin 384.0.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-2(103)-571/2023 nömrəli qərardadı ləğv edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-1010/2023 nömrəli qətnaməsindən “X1 Company” MMC tərəfindən verilmiş apelyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 363, 400 və 405-ci maddələrini rəhbər tutaraq, qərаrааldı: Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2- 2(103)-571/2023 nömrəli qərardadı ləğv edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-1010/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin. İş apellyasiya baxışından çıxarılaraq birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinə elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-2(103)-571/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-571/2023
13.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver