Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-576/2022 13.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı Qanuni nümayəndə adına "xxxx" QSC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair ilk və iddiaçı Cavabdeh MMC-nin cavabdeh Qanuni nümayəndə adına "xxxx" QSC-yə qarşı “pulun tutulması” tələbinə dair qarşılıqlı iddiası barədə kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-24/2022 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ
1. Sifarişçi Qanuni nümayəndə adına "xxxx" QSC ilə icraçı Cavabdeh MMC arasında iki ədəd podrat müqaviləsi bağlanmışdır:
2. Ümumi məbləği ƏDV daxil 2.425.803,88 manat olan 21 fevral 2019-cu il tarixli 7119 saylı müqavilə və ümumi məbləği ƏDV daxil 2.478.000 manat olan 01 iyul 2019-cu il tarixli 1719A saylı müqavilə.
3. Həmin podrat müqavilələrinə əsasən icraçı Cavabdeh MMC sifarişçi Qanuni nümayəndə adına "xxxx" QSC-yə məxsus ünvan 1 ünvanlarında yerləşən, mövcud olmuş tikililərdə dizayn, vizuallaşma, tikinti, quraşdrma, təhcizat, təmir və s. işlər görməyi və həmin tikililəri otel kimi istifadə olunması məqsədilə sifarişçiyə təhvil verməyi öhdəsinə götürmüş, Sifarişçi isə görülmüş işlərin müqabilində müqavilədə nəzərdə tutulmuş haqqı Cavabdeh MMC-yə ödəməli idi.
4. 01 iyul 2019-cu il tarixli 1719A saylı müqaviləyə əsasən bütün işlər icraçı tərəfindən 25 oktyabr 2019-cu il tarixinədək başa çatdırılmalı və sifarişçiyə təhvil-təslim aktı əsasında təhvil verilməlidir.
5. 21 fevral 2019-cu il tarixli 7119 saylı müqaviləyə 2, 3, və 4 saylı 3 əlavə edilməklə tərəflər ödəniş qaydalarına və obyektin təhvil vermə müddətlərinə dəyişikliklər etmişdir. Sonuncu dəyişikliyə əsasən işlərin təhvil müddəti xx.xx.2020-ci il tarix müəyyən edilmişdir.
6. Qanuni nümayəndə adına "xxxx" QSC tərəfindən Cavabdeh MMC-yə 21 fevral 2019cu il tarixli 7119 saylı podrat müqaviləsi üzrə 1.940.643,05 manat və 01 iyul 2019-cu il tarixli 1719A saylı podrat müqaviləsi üzrə 1.239.000 manat olmaqla ümumilikdə 3.179.643,05 manat məbləğində pul vəsaiti ödənilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
7. İddiaçı Qanuni nümayəndə adına "xxxx" QSC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən iddiaçının xeyrinə 7119 saylı xx.xx.2019-cu il tarixli podrat müqaviləsi üzrə birbaşa zərər qismində 107.113,97 manat, əldən çıxmış fayda qismində 680.064,00 manat, eləcə də özgəsinin pul vəsaitindən faydalandığına görə 5.808,00 manat olmaqla; 1719 A saylı xx.xx.2019cu il tarixli podrat müqaviləsi üzrə birbaşa zərər qismində 790.704,22 manat əldən çıxmış fayda qismində 398.720,00 manat, eləcə də özgəsinin pul vəsaitindən faydalandığına görə 28.919,66 manat olmaqla; cəmi 2.011.329,85 manat vəsaitin tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Eyni zamanda Cavabdeh MMC ilk iddia ilə birlikdə baxılmaq üçün cavabdeh Qanuni nümayəndə adına "xxxx" QSC-yə qarşı qarşılıqlı iddia qaldıraraq, podrat müqaviləsi ilə bağlı cavabdeh "xxxx" QSC-dən müqavilə üzrə görülmüş işlərə görə ƏDV daxil 541.934,43 manat məbləğində pul vəsaitinin tutulub Cavabdeh MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. İlk iddia onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən qeyd olunan podrat müqavilələri üzrə öhdəliklər tam yerinə yetirilməsinə baxmayaraq cavabdeh öz müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Müqavilələrin icra müddətinin müqavilədə göstərilən tarixlərə müəyyən edilməsi Göyçay rayonunda iddiaçının bilavasitə sponsorluğu və təşkilatçılığı ilə keçirilən ənənəvi “Nar Bayramı” ərəfəsində otelin istifadəyə verilməsi məqsədini daşımışdır. Belə ki, Azərbaycan ərazisindən və xaricdən “Nar Bayramı”na gələn qonaqların həmin otellərdə yerləşdirilməsi nəzərdə tutulduğundan, cavabdehin müqavilə üzrə öhdəliklərinin icrasının gecikdirməsi və “Nar Bayramı”na otellərin təhvil verilməməsi iddiaçı üçün müqavilənin cavabdeh tərəfindən icra edilməsi marağını itirmişdir. Qeyd olunanlarla bağlı Cavabdeh MMCyə 1719A saylı podrat müqaviləsi üzrə xx.xx.2019, xx.xx.2019 və xx.xx.2020-ci il tarixli bildirişlər göndərilmişdir. Lakin, buna baxmayaraq 1719A və 7119 saylı müqavilə və əlavəsində göstərilmiş müddət ərzində işlər müqavilə şərtlərinə uyğun keyfiyyət və kəmiyyətdə, həmçinin tələb olunan işgüzar adətlərə uyğun qaydada təhvil verilməmişdir. Bununla əlaqədar, Cavabdeh MMC-yə 7119 saylı xx.xx.2019-cu il tarixli və 1719A saylı xx.xx.2019-cu il tarixli podrat müqavilələrinin müddətinin başa çatması ilə əlaqədar olaraq, icranın iddiaçı üçün marağını itirdiyinə görə müqavilələrin ləğv edilməsi barədə xx.xx.2020-ci il tarixli 37 və 38 saylı bildirişlər göndərilmiş və eyni zamanda qeyd edilmişdir ki, podrat müqaviləsi üzrə görülmüş işlərin keyfiyyətinin və kəmiyyətinin təftişi (auditi) aparılmaqdadır və təftiş başa çatdıqdan sonra iddiaçıya vurulmuş ziyanın, müqavilə şərtləri üzrə dəbbə pulunun və quraşdırılmamış avadanlığın qiyməti cavabdehdən tələb ediləcək. 7119 saylı və 1719A saylı podrat müqavilələri üzrə görülmüş işlərin keyfiyyətinin və kəmiyyətinin təftişi aparılmışdır. "xxxx" MMC-nin auditoru X2 tərəfindən aparılmış təftişin (auditin) nəticəsi olaraq aşkar edilmişdir ki, Cavabdeh MMC tərəfindən iddiaçı Qanuni nümayəndə adına "xxxx" QSC-yə 7119 saylı xx.xx.2019-cu il tarixli podrat müqaviləsi üzrə 107.113,97 manat və 1719A saylı xx.xx.2019-cu il tarixli podrat müqaviləsi üzrə 790.704,22 manat birbaşa zərər vurulmuşdur. 7119 saylı 21 fevral 2019-cu il tarixli və 1719A saylı 01 iyul 2019-cu il tarixli podrat müqavilələri üzrə cavabdehlə mübahisənin məhkəməyə qədər pretenziya qaydasında nizama salınmasına riayət edilməsinə dair xx.xx.2020-ci il tarixli 49 və 50 saylı Pretenziyalar göndərilmiş və həmin pretenziyalar cavabdehə rəsmi qaydada çatdırılmışdır. Lakin cavabdeh tərəfindən həmin pretenziyalar cavabsız qalmışdır. 7119 saylı və 1719A saylı podrat müqavilələri üzrə cavabdeh tərəfindən öhdəlik olaraq götürülmüş işlər vaxtında icra edilsəydi, ünvan 2 ünvanlarında yerləşən otellər təhvil verilərək müvafiq olaraq xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixlərindən tam faəliyyətə başlayardılar. Nəzərə alınsa ki, iddiaçı olaraq müqavilədə göstərilmiş öhdəliklər tərəflərindən tam olaraq yerinə yetirilmiş, lakin cavabdehin birbaşa hərəkəti (hərəkətsizliyi) nəticəsində müqavilə lazımınca icra edilməmişdir. Bununla əlaqədar olaraq da müqavilə birtərəfli qaydada ləğv edilmişdir. Qeyd olunan otel kompleksləri müqavilədə göstərilmiş müddətdə istifadəyə verilmiş olsaydı, yəni iddiaçının hüququ pozulmuş olmasaydı adi mülki dövriyyə şəraitində obyektin otaqlarını ayrı-ayrı şəxslərin istifadəsinə verməklə gəlirəldə etmək mümkün olardı. Belə ki, 7119 saylı podrat müqaviləsi üzrə təhvil verilməli olan obyektdə 46 otağın və 1719A saylı podrat müqaviləsi üzrə təhvil verilməli olan obyektdə 40 otağın olması nəzərdə tutulmuşdur. Nəzərə alınsa ki, qeyd olunan otel kompleksində 1 gün üçün 1 otel nömrəsinin dəyəri 80 manat təşkil edir və obyektin yüklənmə rentabelliyi, yəni yüklənməsi orta hesabla 70% nəzərdə tutulur, 7119 saylı podrat müqaviləsi üzrə təhvil verilməli 46 otaqlı otel 1 günə (46 otaq x 80 manat = 3.680,00 manat; 3.680,00 manat x 70% yüklənmə əmsalı = 2.579,00 manat) 2.576,00 manat gəlir və 1719A saylı podrat müqaviləsi üzrə təhvil verilməli 40 otaqlı otel 1 günə (40 otaq x 80 manat = 3.200,00 manat; 3.200,00 manat x 70% yüklənmə əmsalı = 2.240,00 manat) 2.240,00 manat gəlirin gətirməsi nəzərdə tutulmuşdur. 7119 saylı müqavilə üzrə cavabdeh tərəfindən öhdəliklər vaxtında, yəni xx.xx.2019cu il tarixdə yerinə yetirildiyi halda və 01 avqust 2019-cu il tarixindən iddia qaldırılan tarixədək 264 təqvim günü keçdiyini nəzərə alsalar iddiaçı otelin istismarından 680.064,00 manat məbləğdə fayda əldə etməli idi. Eyni zamanda 1719A saylı müqavilə üzrə cavabdeh tərəfindən öhdəliklər vaxtında, yəni xx.xx.2019-cu il tarixdə yetirildiyi halda və 25 oktyabr 2019-cu il tarixindən iddia qaldırılan tarixədək 178 təqvim günü keçdiyini nəzərə alınsa iddiaçı otelin istismarından 398.720 manat məbləğdə fayda əldə etməli idi. Lakin cavabdehin hərəkəti (hərəkətsizliyi) nəticəsində iddiaçı həmin faydanı əldə etməkdən məhrum edilib. "xxxx" MMC-nin auditoru X2 tərəfindən aparlmış təftişin (auditin) nəticəsi olaraq, müəyyən edilmişdir ki, cavabdeh tərəfindən iddiaçıya 7119 saylı xx.xx.2019-cu il tarixli podrat müqaviləsi üzrə 107.113,97 manat və 1719A saylı xx.xx.2019-cu il tarixli podrat müqaviləsi üzrə 790.704,22 manat birbaşa zərər vurulmuşdur. Azərbaycan Respublikası Mərkəzi Bankı xx.xx.2020-ci il tarixinə müəyyən etdiyi illik uçot faiz dərəcəsi 7,5% təşkil etdiyindən hesab edirlər ki, cavabdehdən iddiaçının xeyrinə iddiaçının vəsaitindən faydalanmağa görə həmin vəsaitin məbləğindən illik 7,5% olmaqla faiz məbləğləri tutulmalıdır. 7119 saylı xx.xx.2019-cu il tarixli Podrat müqaviləsi üzrə işlərin tam təhvil verilməsi tarixi olan xx.xx.2019-cu il tarixindən iddia qaldırılan xx.xx.2020-ci il tarixinə qədər uçot faiz dərəcəsi hesablandıqda, 5.808,00 manat faiz ödənilməlidir. Eyni zamanda 1719A saylı xx.xx.2019-cu il tarixli podrat müqaviləsi üzrə işlərin tam təhvil verilməsi tarixi olan xx.xx.2019-cu il tarixindən iddia qaldırılan xx.xx.2020-ci il tarixinə qədər 28.919,66 manat faiz ödənilməlidir.
10. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, 7119 saylı 21 fevral 2019-cu il tarixli müqavilənin 2.2-ci bəndindən istifadə edən cavabdeh dəfələrlə işlərin həcmində dəyişiklik etmiş, otel kimi istifadə olunacaq tikililərin fasad hissəsində təmir-tikinti işlərinin icraçısı kimi üzərində düşən öhdəlikləri icra olunma müddətlərində ləngimələrə yol vermiş, habelə gələcək otelin vizuallaşa və lahiyələ işlərində dəfələrlə müxtəlif variantlar təklif etməklə müqavilənin ilkin variantında nəzərdə tutulmuş müddətdə tərəflərindən icra olunub başa çatmasına maneçilik yaratmışdır. Bu səbəbdən də, müqavilənin icra müddəti bir neçə dəfə dəyişdirilmiş və müqaviləyə edilmiş sonuncu dəyişiklilə təhvil müddəti xx.xx.2020-ci il tarixi nəzərdə tutulmuşdur. Müvafiq təhvil-təslim aktı tərtib olunmasa da, 7119 saylı 21 fevral 2019-cu il tarixli müqavilənin predmeti olan otelinin bir hissəsi, xx.xx.2019-cu il tarixdə Göyçay şəhərində keçirilən Nar Bayramı ərəfəsində, cavabdehə təhvil verilmişdir. Daha sonrakı müddətlərdə, 7119 saylı 21 fevral 2019-cu il tarixli müqavilə və ona əlavə edilmiş əlavələrlə nəzərdə tutulmuş qaydada tərəflərindən cavabdehin sifariş etdiyi otel istifadə üçün hazır vəziyyətə gətirilmiş və faktiki olaraq ona təhvil verilmişdir. 2019-cu ilin noyabr ayının sonlarından etibarən mütəmadi olaraq şifahi və yazılı formada "xxxx" QSC-yə müraciət olunaraq razılaşdırılmış lahiyədə nəzərdə tutulmayan, cavabdehin istəyindən dəfələrlə müxtəlif dəyişikliklərə məruz qalan əlavə işlərin və bununla bağlı əlavə xərclərinin aktlaşdırılmasını tələb etmişlər. Müqavilə ilə nəzərdə tutulmuş və tərəflərindən icra olunmuş smetada əksini tapmış, habelə əlavə işlərin həcminin yerində yoxlanıb qeydə alınması, qüsurlar müəyyən olunduğu halda aradan qaldırılması, habelə tikintinin təhvil alınması məqsədilə birgə komissiyanın təşkil olunması barədə "xxxx" QSC-yə ünvanlanmış yazılı və şifahi təklifləri cavabdeh tərəfindən son nəticədə qəbul olunmamışdır. Cavabdeh həmin müraciətlərinə cavab olaraq tezliklə audit keçirib xərclərə aydınlıq gətirəcəyinə söz verib, uzun müddət ərzində bunu həyata keçirməmişdir. Nəhayət ki, xx.xx.2020-ci il tarixdə cavabdeh onları xəbərdar etmədən və iştirakları olmadan audit keçirərək istəyinə uyğun hesabat tərtib etməklə Cavabdeh MMC-nin müqavilə öhdəliklərini yerinə yetirməməsi və "xxxx" QSC-yə böyük məbləğdə ziyan vuruma ilə bağlı heç bir iqtisadi və faktiki əsası olmayan hesabat tərtib etmişdir. 7119 saylı 21 fevral 2019-cu il tarixli müqaviləyə edilmiş 3 və 4 №-li əlavələrlə nəzərdə tutulmuş qaydada, otelin tikintisi qurtardıqdan sonra cavabdeh "xxxx" QSC müqavilən qiymətinin, yəni 2.425.803,88 manatın sonuncu 20%-ni, yəni ƏDV daxil 485.159,95 manatını Cavabdeh MMC-yə ödəməli idi. Həmin 20% ödəniş işlər tam başa çatdıqdan sonra ödənilməli olduğundan cavabdeh müxtəlif bəhanələr gətirmək yolu ilə istifadə üçün tam hazır olan oteli rəsmi qaydada təhvil götürməkdən yayınmışdır. Bundan başqa, sözügedən müqavilənin 2.2-ci bəndi ilə nəzərdə tutulmuş qaydada işlərin həcmi artdığından Cavabdeh MMC otel binasında yerinə yetirdiyi əlavə təmir işləri və əlavə avadanlığın quraşdırılması ilə bağlı əlavə xərclərə məruz qalmışdır. Smetada nəzərdə tutulmamış, lakin tərəflərindən yerinə yetirilmiş işlərin qiyməti ƏDV daxil 606.595,20 manat məbləğində olmuşdur. Beləliklə, tərəflərindən görülmüş işlərin faktiki həcminə, quraşdırılmış avadanlıqların dəyərinə və s. dair apardıqları hesablamalara əsasən cavabdeh "xxxx" QSC-nin 7119 saylı 21 fevral 2019-cu il tarixli müqavilə üzrə onlara olan borcu ƏDV daxil 1.091.755,15 manat təşkil edir. (485.160,78 + 606.595,20 = 1.091.755,15). 1719A saylı xx.xx.2019-cu il tarixli podrat müqaviləsi üzrə işlərin yubanması isə onunla əlaqəli olmuşdur ki, cavabdeh "xxxx" QSC 1-ci otelinin təmirtikintisində olduğu kimi, 2-ci otelin lahiyə işlərində də müxtəlif dəyişikliklər aparmış və bu barədə qərarlarını həddən artıq gec vermiş və bununla bağlı "xxxx" MMC-nin yerinə yetirdiyi kommunikasiya və dizayn planlaşdırma işlərinin vaxtında yerinə yetirilməsini mümkünsüz etmişdir. Belə ki, cavabdeh uzun müddət ərzində AzNar zavodunun ofisinin tikiləcək 2-ci otel binasının hansı mərtəbəsində yerləşməsi, habelə otaq sayları ilə bağlı qərarını verə bilməmişdir. Nəzərə alınsa ki, otelin daxili tamamlama işlərinin yerinə yetirilməsi onların vəzifəsi olmuş, o zaman cavabdehin qeyd olunan məsələlələ bağlı hərəkətsizliyi (lahiyədə dəyişikliklər barədə qərarları gec qəbul etməsi) tərəflərindən müqavilə öhdəliklərini razılaşdırılmış müddətlərdə icra edə bilməmədilərinin səbəbi aydın olur. Qeyd olunanlara baxmayarq, cavabdeh "xxxx" QSC tərəfindən 2-ci otelin inşası üçün Cavabdeh MMC-yə ödənilmiş ƏDV daxil 1.239.000 manatdan inşaat və planlaşdırma işlərinə, habelə otelin təhcizatı üçün mal-material və avadanlıq alınmasına ƏDV daxil 689.179,28 manat məbləğində vəsait xərclənmişdir. 1719A saylı xx.xx.2019-cu il tarixli müqavilənin qismən icrası ilə bağlı tərəflərindən görülmüş faktiki işlər, tədarük olunmuş və anbarlarında daşınıb gətirilmiş mal-material və avadanlıq yuxarıda qeyd olunan məbləğdə xərclərinin olmasını sübuta yetirir. Nəzərə alınsa ki, cavabdeh "xxxx" QSC tərəfindən 2-ci otelin inşası üçün ödənilmiş vəsaitlə həmin lahiyəyə sərf etdikləri vəsait arasında ƏDV daxil 549.820,72 manat fərq var, (1.239.000,00 - 689.179,28= 549.820,72), o zaman cavabdehin qeyd olunan məbləğdə artıq pul vəsaiti xərcləməsi aydın olur. Lakin, yuxarıda qeyd olunduğu kimi, 7119 saylı xx.xx.2019-cu il tarixli müqavilə üzrə köçürülməmiş sonuncu 20%-lik ödənişi, əlavə işlərin görülməsi və bununla bağlı cavabdeh "xxxx" QSC-nin Cavabdeh MMC-yə borcu olmasını nəzərə alınaraq 1719A saylı xx.xx.2019-cu il tarixli müqavilənin icrası üçün onlara köçürülmüş vəsaitdən 1-ci müqavilənin məqsədləri üçün istifadə olunmuşdur. 7119 saylı xx.xx.2019-cu il tarixli müqavilə üzrə cavabdeh "xxxx" QSC-nin Cavabdeh MMC-yə borcu ƏDV daxil 1.091.755,15 manat təşkil edir, 1719A saylı xx.xx.2019-cu il tarixli müqavilə üzrə isə cavabdeh "xxxx" QSC-nin ƏDV daxil 549.820,72 manat artıq ödəməsi olmuşdur. Hər iki podrat müqaviləsi üzrə görülmüş işlərin və köçürülmüş vəsaitin yekun hesabatını aparıb belə nəticəyə gəlmək olur ki, cavabdeh "xxxx" QSC-nin Cavabdeh MMC-yə olan bocu ƏDV daxil 541.934,43 manat təşkil edir (1.091.755,15 - 549.820,72 = 541.934,43).
11. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-24/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə ilk iddianın qismən təmin edilməsi, ilk iddia üzrə Cavabdeh MMC-dən 1719A saylı xx.xx.2019-cu il tarixli podrat müqaviləsi üzrə 790.704,22 manat məbləğində pulun tutularaq ilk iddia üzrə iddiaçı Qanuni nümayəndə adına "xxxx" QSC-yə ödənilməsi, qalan hissədə iddianın rədd edilməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, qarşılıqlı iddia üzrə cavabdeh Qanuni nümayəndə adına "xxxx" QSCdən 47.022,43 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı Cavabdeh MMC-yə ödənilməsi, qalan hissədə qarşılıqlı iddianın rədd edilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 120 (yüz iyirmi) manat məbləğində pul vəsaitinin 60 (altmış) manat hissəsinin ilkin iddia üzrə iddiaçı Qanuni nümayəndə adına "xxxx" QSC-dən və 60 (altmış) manat hissəsinin ilkin iddia üzrə Cavabdeh MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir.
12. Cavabdeh MMC həmin qətnamədən apellyasiya şikayəti vermişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri
13. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamış və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə etdi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə2 isə apellyasiya şikayətinə etiraz etdi.
TƏTBİQ EDİLƏN HÜQUQ
16. Mülki Məcəllənin 404.1 və 404.2-ci maddələrinə görə müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.
17. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
18. Həmin Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
19. Həmin Məcəllənin 445.5-ci maddəsinə görə əgər öhdəlik borclunun təqsiri olmadan baş vermiş halların nəticəsində icra edilməzsə, bu, gecikdirmə sayılmır.
20. Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
21. Həmin Məcəllənin 753.3-cü maddəsinə əsasən əgər sifarişçi müqavilədə nəzərdə tutulmayan əlavə işlərin görülməsini tələb edirsə, podratçının həmin işləri yerinə yetirməyə görə ayrıca muzd almaq hüququ vardır. Əgər sifarişçi əlavə işlərin yalnız ayrıca muzd müqabilində yerinə yetirilə biləcəyini qəbul etmirsə, podratçı ayrıca muzd almaq hüququ barəsində işə başlamazdan əvvəl məlumat verməlidir.
22. Həmin Məcəllənin 753.4-cü maddəsinə görə müqavilədə nəzərdə tutulmayan və sifarişçi tərəfindən yerinə yetirilməsi tələb edilməyən işlər ödənilmir. Tələb edildikdə podratçı belə işlərin nəticələrini aradan qaldırmalıdır. Əgər o bunu ağlabatan müddət ərzində etməzsə, sifarişçi onları podratçının hesabına aradan qaldıra bilər. Bundan başqa, podratçı bütün digər zərər üçün sifarişçi qarşısında məsuliyyət daşıyır.
23. Həmin Məcəllənin 759.1-ci maddəsinə görə sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir.
24. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
25. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
26. Həmin Məcəllənin 209.3-cü maddəsinə görə işə mahiyyəti üzrə baxılmasının qurtardığı elan edilənədək işdə iştirak edən şəxslər tərəfindən onlara məlum olan hallar və sübutlar təqdim olunmamışsa, işə mahiyyəti üzrə baxılmasının qurtardığı elan edildikdən sonra heç kəs məhkəmə iclasında araşdırılmamış hallara və sübutlara istinad etməyə haqlı deyildir.
27. Həmin Məcəllənin 361.4-cü maddəsinə görə apellyasiya şikayətini verən şəxsin birinci instansiya məhkəməsinə təqdim edilməyən yeni sübutlara istinad etməsinə yalnız o hallarda yol verilir ki, o, şikayətdə həmin sübutların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu əsaslandırsın.
28. Həmin Məcəllənin 372.2-ci maddəsinə görə yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
29. Həmin Məcəllənin 380.1-ci maddəsinə görə tərəflərin izahatlarından sonra məhkəmə zərurət olduqda işdə olan sübutları elan edir, habelə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab edərsə, araşdırır.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
30. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
31. Məhkəmə kollegiyası hesab edir ki, ilk iddia rədd, qarşılıqlı iddia isə qismən təmin edilməlidir.
32. Belə ki, ilk iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 443.1-ci maddəsi, qarşılıqlı iddia tələblərinin qanuni əsasını isə həmin Məcəllənin 752.1-ci və 753.3-cü maddələri təşkil edir.
33. İlk iddia tələblərinin əsaslı hesab edilməsi üçün sübut olunmalıdır ki, podratçı (cavabdeh) öz öhdəliklərini pozmuş və bunun nəticəsində sifarişçiyə (iddiaçıya) zərər dəymişdir.
34. Qarşılıqlı iddia tələblərinin əsaslı hesab edilməsi üçün isə sübut olunmalıdır ki, podratçı (cavabdeh) tərəfindən podrat müqaviləsində müəyyən edilən işlər, habelə sifarişçinin tələbi ilə əlavə podrat işləri yerinə yetirilmiş, lakin sifarişçi onların dəyərini ödəməmişdir.
35. Aşağıdakılara əsasən də müəyyən edilir ki, ilk iddia tələbləri əsaslı deyil, qarşılıqlı iddia isə qismən əsaslıdır.
36. Belə ki, görülmüş işlərin həcmi və dəyərinin müəyyən edilməsi məqsədi ilə birinci instansiya məhkəməsi tərəfindən iş üzrə kompleks məhkəmə texniki-tikintiəmtəəşünaslıq ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 27 dekabr 2021-ci il tarixli, 9/38xx-xx/2692 saylı ekspert rəyi verilmişdir.
37. Həmin rəyə əsasən qərardadın 1-ci sualı üzrə Qanuni nümayəndə adına "xxxx" QSC (sifarişçi) ilə Cavabdeh MMC (icraçı) arasında bağlanmış 7119 saylı xx.xx.2019-cu il tarixli podrat müqaviləsinin 1 nömrəli əlavəsində (smetasında) nəzərdə tutulmuş işlərin tam yerinə yetirilmədiyi və 7119 saylı xx.xx.2019-cu il tarixli podrat müqaviləsinin 1 nömrəli əlavəsində (smetasında) nəzərdə tutulmuş qiymətlər nəzərə alınmaqla icraçı tərəfindən müqaviləyə əlavə olunmuş smetada göstərilən yerinə yetirilmiş işlərin və quraşdırılmış avadanlığın dəyəri 1.775.018,10 (ƏDV daxil olmadan) manat məbləğində, qərardadın 3-cü sualı üzrə Qanuni nümayəndə adına "xxxx" QSC (sifarişçi) ilə Cavabdeh MMC (icraçı) arasında bağlanmış 1719 saylı xx.xx.2019-cu il tarixli podrat müqaviləsi üzrə icraçı tərəfindən görülmüş işlərin dəyəri 289.355,85 (ƏDV daxil olmadan) manat məbləğində müəyyən olunur. Qərardadın 2-ci, 4-cü və 5ci suallar üzrə tədqiqat aparılmamışdır.
38. Kollegiya hesab edir ki, həmin ekspert rəyi kifayət qədər aydın və tam deyildir.
39. Belə ki, ekspertlər tərəfindən yalnız xx.xx.2019-cu il tarixli 7119 saylı podrat müqaviləsinin 1 nömrəli əlavəsində (smetasında) göstərilən işlər qiymətləndirilmişdir. Bununla yanaşı həmin smetada nəzərdə tutulmamış əlavə işlərin yerinə yetirildiyi də müəyyən olunmuş və rəydə həmin işlərin nədən ibarət olduğu göstərilmişdir. Bununla yanaşı, ekspertlər öz səlahiyyətlərinə aid olmayan əsaslara, yəni əlavə işlərin Cavabdeh MMC tərəfindən aparılıb-aparılmamasının müəyyən etmək mümkün olmadığına əsalanaraq həmin işlərin dəyərinin müəyyən edilməsinə dair tədqiqat aparmamışlar.
40. Həmçinin xx.xx.2019-cu il tarixli 1719A saylı podrat müqaviləsi üzrə bəzi işlər (çöl blok 40 kw – 1 ədəd, çöl blok 45 kw-5 ədəd, çöl blok 50 kw-1 ədəd) nəzərə alınmamışdır.
41. Qeyd olunanlar və cavabdehin vəsatəti nəzərə alınaraq hazırki apellyasiya baxışı zamanı iş üzrə əlavə mühəndis-texniki və məhkəmə-əmtəəşünaslıq ekspertizaları təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən xx.xx.2022-ci il tarixli ekspert rəyi verilmişdir.
42. Həmin rəyə əsasən Qanuni nümayəndə adına "xxxx" QSC (sifarişçi) ilə (icraçı) arasında bağlanmış 7119 saylı xx.xx.2019-cu il tarixli podrat müqaviləsi üzrə sonradan əlavə olunmuş smetada göstərilən işlərin çox hissəsi yerinə yetirilmişdir. 7119 saylı xx.xx.2019-cu il tarixli podrat müqaviləsi üzrə sonradan əlavə olunmuş smetada göstərilən işlərin və quraşdırılmış avadanlığın dəyəri 2.522.120,5 (ƏDV daxil olmadan) manat məbləğində müəyyən olunur. Qanuni nümayəndə adına "xxxx" QSC (sifarişçi) ilə Cavabdeh MMC (icraçı) arasında bağlanmış 1719 saylı xx.xx.2019-cu il tarixli podrat müqaviləsi üzrə icraçı tərəfindən görülmüş işlərin və quraşdırılmış avadanlığın (o cümlədən çöl blok 40 kw – 1 ədəd, çöl blok 45 kw – 5 ədəd, çöl blok 50 kw – 1 ədəd nəzərə alınmaqla) dəyəri 401.303,86 (ƏDV daxil olmadan) manat məbləğində müəyyən olunur. Podrat müqavilələri üzrə yerinə yetirilmiş işlərin və quraşdırılmış avadanlığın (nəqliyyat, mühəndislik, görünməyən, nəzərdə tutulmayan xərclər və fasad-dizayn işləri nəzərə alınmaqla) dəyəri ayrı-ayrılıqda rəyə əlavə olunmuş smetada ətraflı göstərilmişdir.
43. Tərəflərin nümayəndələrinin vəsatəti əsasında məhkəmə iclasında dindirilmiş ekspert Xəyyam İsgəndərov verdiyi rəyləri təsdiq edərək bildirdi ki, birinci ekspertiza tədqiqatı zamanı yanız müqavilənin 1 saylı əlavəsində (smetasında) göstərilmiş podrat işlərinin dəyəri qiymətləndirilmişdir. İkinci ekspertiza tədqiqatı zamanı isə əlavə smetada göstərilən işlər də qiymətləndirilmişdir. Birinci ekspertiza tədqiqatı zamanı müəyyən olunan, lakin qiymətləndirilməyən əlavə podrat işləri əlavə smetada göstərilən işlərdi. Birinci podrat müqaviləsi üzrə həm müqavilənin əlavəsində (smetada), həm də əlavə smetada göstərilən bütün podrat işlərinin cəmi dəyəri 2.522.120,5 manat təşkil edir. İkinci podrat müqaviləsi üzrə hesablanmış podrat işlərinin dəyərindəki fərqlər isə 7 ədəd çöl blokların dəyərləri ilə bağlıdır. Belə ki, birinci ekspertiza tədqiqatı zamanı həmin çöl blokları təqdim edilmədiyinə görə qiymətləndirilməmişdir.
44. Beləliklə, ekspert rəyi ilə təsdiq olunur ki, tərəflər arasında bağlanmış 21 fevral 2019cu il tarixli 7119 saylı müqavilənin 1 saylı əlavəsində (smetasında) nəzərdə tutulmuş işlər və əlavə görülmüş işlərin dəyəri ƏDV daxil olmadan 2.522.120,5 manat, 01 iyul 2019-cu il tarixli 1719A saylı müqavilə üzrə görülmüş işlərin dəyəri isə ƏDV daxil olmadan 401.303,86 manat təşkil edir.
45. Əlavə işlərə dair tərtib olunmuş smetaya dair kollegiya qeyd edir ki, həmin əlavə smeta yalnız podratçı (cavabdeh) tərəfindən təsdiq olunsa da, orada göstərilən işlər faktiki yerinə yetirilmiş və bu fakt iş üzrə keçirilmiş birinci ekspertiza tədqiqatında müəyyən edilmişdir.
46. Eyni zamanda, tərəflərin nümayəndələrinin və ekspertin iştirakı ilə əlavə smetada göstərilən işlərin, material və mebellərin qiymətləri ilə müqavilənin 1 saylı əlavəsində (smetada) göstərilən eyni işlərin, material və mebellərin qiymətləri müqayisə olunmuş və müəyyən edilmişdir ki, əlavə smetadakı qiymətlər daha aşağıdır.
47. 01 iyul 2019-cu il tarixli 1719A saylı müqavilədə nəzərdə tutulmuş çöl blokların sifarişçiyə (iddiaçıya) təhvil verilməsi isə həm iş üzrə dindirilmiş şahidin ifadəsi ilə, həm də birinci instansiya məhkəməsində iddiaçının nümayəndəsinin verdiyi izahatla təsdiq olunur.
48. Belə ki, iş üzrə dindirilmiş şahid X3 ifadəsində göstərmişdir ki, 7 ədəd çöl blok Göyçay rayonuna göndərilmiş və ikinci bina üçün təhvil verilmişdir.
49. Bu ifadə ilə bağlı iddiaçının nümayəndəsi isə bildirmişdir ki, həmin cihazlar quraşdırılmalı idi, quraşdırılmadığı halda satıcı gəlib cihazları geri təhvil ala bilər.
50. Qeyd olunan halları və ekspert rəyinin əsassız və ya səhv olması nəticəsinə gəlmək üçün əsasların olmadığını, habelə ekspert tərəfindən aparılmış tədqiqatın müfəssəl təsvir olduğunu və rəyə əlavə olunmuş smetada podrat müqavilələri üzrə yerinə yetirilmiş işlərin və quraşdırılmış avadanlığın dəyərinin ayrı-ayrılıqda ətraflı göstərildiyini nəzərə alaraq kollegiya hesab edir ki, həmin rəy mötəbər sübut kimi qiymətləndirilməli və tərəflər arasında bağlanmış podrat müqavilələri üzrə görülmüş işlərin həcmi və dəyəri həmin rəy əsasında müəyyən edilməlidir.
51. Eyni zamanda, kollegiya qeyd edir ki, iddiaçı Qanuni nümayəndə adına "xxxx" QSC tərəfindən verilmiş iddia ərizəsində və birinci instansiya məhkəməsində işə baxılması, o cümlədən apellyasiya baxışı zamanı həmin işlərin onun özü tərəfindən və ya başqa şəxs tərəfindən yerinə yetirilməsinə ümumiyyətlə, istinad edilməmişdir.
52. Yalnız hazırki məhkəmə qətnaməsi elan edilməmişdən az əvvəl iddiaçı elektron qaydada ərizə verərək bildirmişdir ki, icraçı Cavabdeh MMC tərəfindən onunla bağlanmış müvafiq podrat müqavilələrinin tələbləri pozulmaqla yerinə yetirilməmiş/görülməmiş işlər iddiaçı Qanuni nümayəndə adına "xxxx" QSC ilə digər podratçı şirkətlər arasında bağlanmış müqavilələr əsasında icra edilmişdir. Ərizəyə beşmərtəbəli hotelin təmirinə aid smeta və müxtəlif ödəniş tapşırıqları əlavə olunmuşdur.
53. Kollegiya hesab edir ki, hazırda həmin faktlar nəzərə alına bilməz, sənədlər isə gecikdirilmiş sübutlar olduğu üçün qəbul edilə bilməz.
54. Belə ki, işlərin digər podratçı şirkətlər tərəfindən icra edilməsi ilə bağlı faktlar birinci instansiya məhkəməsində bildirilməmiş və iddiaçı həmin fakta istinad etməmişdir.
55. Halbuki, Mülki Prosessual Məcəllənin 209.3, 361.4, 372.2 və 380.1-ci maddələrinin birgə təfsirindən müəyyən edilir ki, birinci instansiya məhkəməsində işə mahiyyəti üzrə baxılmasının qurtardığı elan edildikdən sonra işdə iştirak edən şəxslər məhkəmə iclasında araşdırılmamış hallara və sübutlara istinad edə bilməzlər.
56. Apellyasiya icraatında isə həmin hallara və sübutlara yalnız o halda istinad edilə bilər ki, işdə iştirak edən şəxslər onların birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Lakin iddiaçı tərəfindən belə əsaslandırma gətirilməmişdir.
57. Eyni əsaslara görə iddiaçı tərəfindən apellyasiya baxışında təqdim edilmiş yeni sübutlar da (smeta və ödəniş tapşırıqları) məhkəmə kollegiyası tərəfindən sübut kimi qəbul edilməmiş və araşdırılmamışdır.
58. Kollegiya qeyd edir ki, Mülki Prosessual Məcəllənin qeyd olunan müddəaları imperativ qaydada müəyyən edildiyinə görə apellyasiya baxışında yeni faktların və sübutların qəbul edilməsi yalnız həmin normalarda müəyyən edilən qaydalara uyğun həyata keçirilə bilər.
59. İşin həqiqi hallarının müəyyən edilməsi məqsədi ilə həmin qaydaların tələblərinin nəzərə alınmaması isə mülki prosesin mühüm prinsipləri olan qanunçuluq, formal həqiqət, çəkişmə və tərəflərin bərabərliyi prinsiplərinə ziddir.
60. Bu baxımdan, kollegiya hesab edir ki, ekspert rəyində göstərilən bütün işlər məhz Cavabdeh MMC tərəfindən yerinə yetirilmişdir.
61. Əlavə podrat işlərinin sifarişçinin (iddiaçının) tələbi ilə görülməsi isə onunla təsdiq olunur ki, o, həmin işlərin görülməsinə etiraz etməmiş və Mülki Məcəllənin 753.4-cü maddəsinə əsasən həmin işlərin nəticələrinin aradan qaldırılmasını tələb etməmişdir.
62. Qeyd olunan halları nəzərə alaraq və Mülki Məcəllənin 404.1 və 404.2-ci maddələrinə əsaslanaraq kollegiya hesab edir ki, tərəflər arasında əlavə işlərin görülməsi barədə razılıq əldə olunmuşdur.
63. Tərəflər arasında bağlanmış müqavilələrin 2.2-ci bəndində də nəzərdə tutulmuşdur ki, sifarişçi hər zaman işlərin həcmini artıra və ya azalda bilər. Azaldığı halda icra edilməyəcək işlər və təchiz olunmayan mallar qiymətdən çıxarılacaq (bu öz əksini Form 2, Forma 3-də tapacaq), artırıldıqda isə vahidin qiyməti smetaya əsasən hesablanacaq, artırılan mal və ya iş smetada olmadıqda isə, onun vahidinin dəyərini tərəflər qarşılıqlı razılaşdıracaq.
64. Bu baxımdan kollegiya hesab edir ki, cavabdeh Mülki Məcəllənin 752.1 və 753.3-cü maddələrinə əsasən yerinə yetirmiş podrat işlərinə görə muzdun ödənilməsini tələb etməkdə haqlıdır.
65. Eyni zamanda, yuxarıda qeyd olunan xx.xx.2022-ci il tarixli ekspert rəyindən görünür ki, podratçı tərəfindən görülmüş işlərin dəyəri ƏDV daxil olmadan hesablanmışdır.
66. Tərəflər arasında bağlanmış hər iki podrat müqaviləsinin dəyəri isə ƏDV daxil müəyyən edilmişdir.
67. Ona görə də, kollegiya hesab edir ki, ekspert tərəfindən müəyyən edilən məbləğlərə qanunla müəyyən olunan 18 % ƏDV hesablanmalıdır.
68. Bu qaydada hesablama aparıldıqda isə müəyyən olunur ki, xx.xx.2019-cu il tarixli 7119 saylı podrat müqaviləsi üzrə görülən işlərin və quraşdırılmış avadanlığın dəyəri 2.976.102,19 manat, xx.xx.2019-cu il tarixli 1719A saylı podrat müqaviləsi üzrə görülmüş işlərin və quraşdırılmış avadanlığın dəyəri 473.538,46 manat, ümumilikdə cəmi məbləğ isə 3.449.640,65 manat təşkil edir (2.522.120,5 +18 % = 2.976.102,19; 401.303,86 +18 % = 473.538,46; 2.976.102,19 + 473.538,46 = 3.449.640,65).
69. Bu baxımdan kollegiya hesab edir ki, qarşılıqlı iddia qismən təmin edilməli və ekspert rəyi ilə müəyyən olunan podratçı tərəfindən görülmüş işlərin dəyərindən (3.449.640,65) sifarişçi tərəfindən ödənilən məbləğ (3.179.643,05 manat) çıxılmalı və cəmi 269.997,6 manat məbləğində pul vəsaiti iddiaçı Qanuni nümayəndə adına "xxxx" QSC-dən tutularaq Cavabdeh MMC-yə ödənilməlidir.
70. İlk iddia isə rədd edilməlidir.
71. Belə ki, yuxarıda qeyd olunanlara əsasən müəyyən olundu ki, tərəflər arasında podrat müqaviləsi üzrə əlavə işlərin görülməsi barədə razılıq əldə olunmuşdur.
72. Ona görə də, podrat işlərinin müqavilə ilə müəyyən edilən müddətdə başa çatdırılmamasında cavabdehin təqsiri olmamışdır.
73. Belə olan halda, Mülki Məcəllənin 445.5-ci maddəsinə görə onun hərəkətləri icranın gecikdirilməsi sayılmır.
74. Bu isə o nəticəyə gəlməyə əsas verir ki, cavabdehin hərəkətləri Mülki Məcəllənin 442ci maddəsinə görə öhdəliyin icra edilməməsi (onun pozulması və ya lazımınca icra edilməməsi) kimi qiymətləndirilə bilməz.
75. Bu baxımdan kollegiya hesab edir ki, Mülki Məcəllənin 443.1-ci maddəsinin tələbləri baxımından iddiaçı tərəfindən zərərin əvəzinin ödənilməsini tələb etməsi əsassızdır.
76. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, yəni ilk iddianın qismən təmin edilməsi hissəsində ləğv edilməli və qarşılıqlı iddiaya aid hissədə dəyişdirilməli, yuxarıda göstərilən əsaslara görə ilk iddia təmin edilməməli, qarşılıqlı iddia isə qismən təmin edilməlidir. Həmçinin Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri iddiaçıya aid edilməlidir
77. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i:
Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-24/2022-057 saylı qətnaməsi qismən, yəni ilk iddianın qismən təmin edilməsi hissəsində ləğv edilsin və qarşılıqlı iddiaya aid hissədə dəyişdirilsin. İlk iddia rədd edilsin. Qarşılıqlı iddia qismən təmin edilsin. Qanuni nümayəndə adına "xxxx" QSC-dən Cavabdeh MMC-nin xeyrinə 269.997,6 manat məbləğində pul vəsaiti tutulsun. Qalan hissədə həmin iddia təmin edilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizası tədqiqatlarının dəyəri olan cəmi 200 manat məbləğində pul vəsaiti Qanuni nümayəndə adına "xxxx" QSC-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Raqib Qurbanov
Hakimlər: Vidadi Məmmədov
Vüsalə Baxışova