Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-578/2023 11.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Qurbanovun sədrliyi və məruzəsi ilə, Məmməd Allahverdi oğlu Məmmədov və Cahangir Afər oğlu Yusifovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə3, cavabdehin nümayəndəsi X1 və Maraqlı şəxs MMC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-3861/2022 saylı qətnaməsindən iş üzrə tərəf olmayan Maraqlı şəxs MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı MMC Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativi arasında bağlanmış 25 iyul 2005-ci il tarixli podrat müqaviləsi üzrə həmin müqavilənin 3.2 və 3.6-cı maddələrində nəzərdə tutulmuş öhdəliklərin cavabdehin yerinə yetirilməsini təmin etmək məqsədilə, cavabdeh "xxxx" MTK-nın ünvan 1 ünvanında inşa etdiyi yaşayış binasının satışından və istismarından əldə etdiyi xalis gəlirindən 100 000 (yüz min) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı MMC-yə ödənilməsi və həmin yaşayış binasının istismarının İddiaçı MMC-yə təhvil verməsinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-3861/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, ünvan 1 ünvanında inşa edilmiş yaşayış binasının istismarının Cavabdehndən alınaraq, İddiaçınə təhvil verilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İş üzrə tərəf olmayan Maraqlı şəxs MMC həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, Maraqlı şəxs MMC tərəfindən verilən apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 357.1-ci maddəsinə görə Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Mülki Prosessual Məcəllənin 357.2-ci maddəsində isə göstərilmişdir ki, həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Lakin apellyasiya şikayəti vermiş Maraqlı şəxs MMC hazırkı iş üzrə tərəf deyildir. Çünki iddia tələbləri Cavabdehnə qarşı irəli sürülmüş və iddia ərizəsində cavabdeh kimi də məhz həmin MTK göstərilmişdir. Eyni zamanda Maraqlı şəxs MMC Mülki Prosessual Məcəllənin 357.2-ci maddəsində göstərilən şəxslərə də aid edilə bilməz. Çünki, hazırki apellyasiya şikayətinə əlavə edilmiş Cavabdeh üzvlərinin və ünvan 1 ünvanında inşa edilmiş binanın “payçı”larının ümumi birgə yığıncağı barədə 05 oktyabr 2022-ci il tarixli protokolu və xx.xx.2023-cü il tarixli təhvil-təslim aktının hazırki mübahisə üzrə iddianın əsasını təşkil edən və predmetinə aid olan İddiaçı ilə cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativi arasında bağlanmış 25 iyul 2005-ci il tarixli podrat müqaviləsi ilə hər hansı əlaqəsi yoxdur. Bu baxımdan kollegiya hesab edir ki, Maraqlı şəxs MMC həmin podrat müqaviləsindən irəli gələn mübahisə üzrə dəlillər irəli sürmək hüququna malik deyil və ona görə də, mübahisələndirilən qətnamənin Maraqlı şəxs MMC-nin hüquq və vəzifələrinə toxunması nəticəsinə gəlmək üçün əsaslar mövcüd deyil. Qeyd olunan halları nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 366.2 və 384.0.6ci maddələrinin tələblərini rəhbər tutaraq kollegiya hesab edir ki, hazırki apellyasiya şikayətinin mümkün hesab edilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin kommersiya kollegiyasının xx.xx.2023-cü il tarixli 2-2(103)-578/2023 saylı qərardadı ləğv edilməli, iş üzrə tərəf olmayan Maraqlı şəxs MMC tərəfindən verilmiş apellyasiya şikayəti qeyrimümkün hesab edilməli və müvafiq prosessual hərəkətlərin edilməsi üçün iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 366, 384.0.6 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Bakı Apellyasiya Məhkəməsinin kommersiya kollegiyasının xx.xx.2023-cü il tarixli 2- 2(103)-578/2023 saylı qərardadı ləğv edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-3861/2022 saylı qətnaməsindən iş üzrə tərəf olmayan Maraqlı şəxs MMC tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin. Müvafiq prosessual hərəkətlərin edilməsi üçün iş materialları birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən on gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Məmməd Məmmədov Cahangir Yusifov
Məhkəmə qərarları › İş №2-2(103)-578/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-578/2023
11.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver